Ceylan

Ceylan

Üye
24.05.2011
Üsteğmen
24.931
Hakkında

  • Konu: Yanmak
    Yanmakla ilgili şiirler - Murat Kaan Aras şiirleri - Yanmak şiirin oku


    Toprak ölü,
    Ölü toprak.
    Ölüp toprakta yatmalı ey Hak,
    Toprağa girmeden ölmeli.

    Dirilip yanmak,
    Yanıp dirilmek.
    Yanıp ham olmalı ey Hak,
    Ham iken tam olmak tav olmak.

    Eşref-i mahlukat,
    Mahlukat-ı eşref.
    Şeref mi eşref olmak,
    Yoksa eşref iken şerefli olmak.

    Ey Hak.. Ey Hak..
    Bana bir yol göster.
    Ya Rab... Ya Rab..
    Ham iken pişir beni..


    Murat Kaan Aras
#15.03.2013 13:57 0 0 0
  • Konu: Sen yoksun
    sevgi şiirleri - aşk şiirleri - hasret şiirleri - Sen yoksun şiirin oku


    Kalbime yazdım seni,
    Ruhuma işledim nakış nakış...
    Gizli sevdim, gizli yaşadım.
    En derin sevdayla...
    O son bakışın,
    Son gidişin vardı ya ,
    bitirdi bee, bitirdi beni, eritti....
    Kalbimden döküldü yaşlar,
    Kan kustum gecenin en karanlık ayazında,
    Gözlerinle buluştum yine,
    Kalbim intihar etti benliğimden
    Sevdiğimin o gidişi geldi aklıma,
    Umut verip terkedişi....
    Arkasından kal diyemeden,
    Sessizce gidişini izlediğim,
    Ruhumun bedenimden uçup gidişi.
    Hani sevdiğim dedin ya?
    Böyle mi olurdu sevmek dediğin?
    Böyle yalancı mı? böyle korkak mı?
    Ellerin geldi aklıma,
    Güneşin en sıcak olanından,
    Yumuşacık, hayat dolu içimi ısıtan,
    Tuttuğum anda nefesimi kesen ..
    Sonsuzluğumla buluştuğum SEN...!
    SEN!!
    ŞİMDİ YOKSUN....

    Elif Kaya
#15.03.2013 13:53 0 0 0
#15.03.2013 12:34 0 0 0
  • Planetde yeni formalaşmalar - Planetde olan deyişiklikler

    noimage


    Günəş sistemindən çox kənarda Yer planetinin formalaşmağa başladığı ilkin dövrlərdə yaşanmış proseslərin tam təkrarının yaşandığı yeni planet kəşf olunub.

    Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Yerdən 130 işıq ili uzaqlıqda olan planetdə hələlik formalaşma prosesləri gedir. Onun ətrafında su buxarları və karbon-oksid aşkarlanıb.

    ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) açıqladığı hesabatda bildirilir ki, yeni, HR 8799c adı verilən planetin kütləsi Yupiterin kütləsindən 7 dəfə artıqdır.
    Maraqlı olan digər məqam isə həmin planetin ətrafında baş verən proseslərin Günəş sisteminin ellipsal orbitinin uzanmasına səbəb olmasıdır.

    Yəni ətrafında "fərdi", Günəş sisteminin analoqu olan sistem yaranan planetdəki formalaşma prosesi Günəş sisteminin də tədricən, çox aşağı templə genişlənməsinə rəvac verir.
    HR 8799 ulduz sistemində yerləşmiş ekzoplanetin formalaşmasını tədqiq və müşahidə edən alimlər bu minvalla Yerin də yaranmasının ilkin mərhələlərindəki proseslərin axarını dəqiqləşdirmək ümidindədirlər.

    Qaz nəhənglərinin "doğma" ulduzdan kənarda formalaşmaları, bu zaman onların ətrafında "qayalıq" planetlərin yaranması və hətta ölçüləri 30 sm-dən kiçik səma cisimlərinin ellipsvari orbitdə fırlanmaları da Günəş sisteminin analoqunun yaranmaqda olduğuna dəlalət edə bilər.

    NASA yeni planeti Havay adalarındakı 10 metrlik Keck II teleskopu vasitəsilə kəşf edib. Keck II dünyadakı iki ən böyük optik teleskopdan biridir.

    ABŞ-ın Kaliforniya ştatındakı Livermor Milli Laboratoriyasının əməkdaşı, professor Bryus Makintoş Science-ə bildirib ki, onlar Günəş sistemindən kənardakı planetlə bağlı ilk dəfə ən dəqiq spektral məlumatlar əldə ediblər.

    noimage




    alıntı
#15.03.2013 12:09 0 0 0
  • Burclar Ayrılırken - Burçların Ayrılık Karşısında Tepkileri

    Sevgilinizden ayrılmadan önce onun nasıl tepki vereceğini burç özelliklerinden öğrenebilirsiniz.

    [HR][/HR][HR][/HR]

    KOÇ
    Terk edilen Koç en kısa süre içinde kendine başkasını bulacaktır. Bu sizi üzmesin. Onun yapısı böyledir. Eğer ilişkiyi siz bitirirseniz Koç hemen en tatlı tavrını takınacaktır. Amacı sizi yeniden elde edip edemeyeceğini görmektir.
    Koç avlanmayı sever.Ama ilişki bittiğinde yeni bir zafere doğru yola çıkar.Onun yeni birini bulmakta aceleci davrandığını düşünüp aslında sizi sevmemiş olduğunu sanabilirsiniz. Ama bu yanlıştır.Sizi sevmiştir. Ancak Koç için bir ilişki bitince biter. Geçmişe takılmanın anlamı yoktur.

    BOĞA
    Asla vazgeçmez. Sevdiği kişileri kendi malı gibi düşünür. Eğer terk eden sizseniz tüm iletişim bağlarını kopardığınıza emin olur ve asla yeniden birleşme ümidi vermeyin. Ayrılık sonrası dost kalamayacağınız bir burçtur.
    Boğa’lar ikinci bir şans umuduyla yıllarca bekleyebilir. Sabırlıdırlar ve arzuladıkları şeylere bağlılıkları çok derindir. Eski sevgiliniz hala size aşıksa başka kimseyle çıkmayacaktır. Bu yüzden ya kesin ayrıldığınızı anlamasını sağlayın ya da sizinle ilgili planlarından vazgeçmeyen Boğa’ya katlanın.

    İKİZLER
    Terk edilen İkizler hayatına devam eder ama sizinle ilgili duygularında zaman zaman gelgitler yaşar. Size dost kalmayı teklif edip sonra soğuk bile davranabilir.
    Ona değer vermediğinizi hissederse hakkınızda küçük bir dedikodu başlatabilir. Kesin olan şu ki herkes ayrıldığınızı duyacaktır. Bunu ilk anlatan o olacaktır. İkizler ayrıldıktan sonra kendini en hızlı toparlayan burçtur. Aşkta havai olduğu için en kısa süre içinde yeni birini bulacaktır.

    YENGEÇ
    İşte bu felaket demektir. Eğer yengeç gerçekten sevdiyse durumu kabullenmez. Gözyaşları sel olup akarken odasında oturup resminize bakar mektuplarınızı yeniden okur. Falcılara gidip yeniden bir araya gelip gelemeyeceğinizi öğrenmeye kalkar.
    Dış görünüşü sakin ve soğukkanlı olsa bile içten yıkılmıştır. Sessiz telefonlar almaya başlarsınız. Bir ay sonra durumu kabullenir. Terk edilen bir Yengeç’in ne kadar süreyle acı çekeceği belli olmaz. Bazısı bir ay sürer. Bazısı içinse bir ay sonraki ruh ikizine rastlayınca biter.

    ASLAN
    Bir süre somurtur ama birkaç hafta sonra yeni birini aramaya çıkar. Duygularını açıkça ortaya serdiği için biraz acı çeker. Ama dikkatini çeken başka birini bulduğunda her şey değişir. Başı bulutlarda dolaşmaya başlar ve varlığınızı unutur. Terk edilen Aslan acı çekiyormuş gibi davranmaz. Kimse onun kötü durumda olduğunu düşünmemelidir. Güçlü bir egosu ve korunması gereken bir imajı vardır. Saygınlığını korumak ve çevresinde bıraktığı izlenim önemlidir. Bu yüzden terk edenin kendisi olduğunu bile söyleyebilir.

    BAŞAK
    Terk edilen Başak ilişkide neyin yanlış gittiğini enine boyuna analiz edecektir. Ayrılık ona kendini kötü hissettirir ama soğukkanlı davranır. Objektiftir. İlişkinin neden yürümediğine dair mantıklı nedenler bulacaksizin kusurlarınızı ortaya dökecek ve kişiliğinizi didik didik edecektir. Bu ona kendini iyi hissettirir. Suçun sizde olduğuna kendini ikna eder.

    TERAZİ
    Terk edilen Terazi yaklaşık bir hafta boyunca ağlar ve somurtur. Sonra piyasaya çıktığını herkese haber verir. Bir ilişki bittiğinde yeni birini bulması uzun sürmez. Yalnız kalmaktan nefret eder. Kaldı ki büyük ihtimalle hazırda bekleyen bir potansiyel sevgili vardır. Terk edilen Terazi için endişenlenmeyin. Her seferinde dört ayak üstüne düşer.

    AKREP
    Eğer ondan kurtulmak istiyorsanız ayrılmaya kendisinin karar verdiğini düşünmesini sağlayın. İlişkiden yavaş yavaş uzaklaşın. Eğer yaralanırsa intikam almayı seçebilir. Hepsi bu şekilde davranmaz. Ama mutlaka akıllarından geçer. Eğer sizi geri kazanmak isterse hiç bir şey buna engel olamaz. Her tür taktiği uygulamaktan çekinmez. Ayrılacaksanız bunu istediğinize emin olmalısınız. Çünkü Akrep bir kez kalbini kapattı mı bir daha girmenize izin vermez kapıyı sonsuza kadar mühürler.

    YAY
    Terk edilen Yay kısa süre içinde yeni birini bulacaktır.”Olan olduktan sonra ağlamanın yararı yok” diye düşünür. İyimserdir. Evrenin çok yakında ona yeni birini göndereceğini bilir ya da flört etmekte olduğu biriyle çıkmaya başlar. Onun hayatında geçmişten kalan ve kendisine ikinci bir fırsat verilmesini bekleyen biri daima vardır. Kendi istemedikçe uzun süre yalnız kalmaz.

    OĞLAK
    Her şey yolundaymış gibi davranacaktır. Sakin görünüşünün altında çok üzülecek ama duygusal yanını size gösretmeyecektir. Aşk konusunda tedbirlidir. Bu yüzden hemen yeni bir ilişkiye girmesini beklemeyin. Kalbini onarması zaman alır. Ayrılığa mantık açısından bakacaktır. Ama tek başınayken birkaç damla gözyaşı dökebilir.

    KOVA
    Çevresinde moralini yüksektecek bir sürü arkadaşı vardır. Onun haftalarca üzülmesini beklemeyin. Çünkü Kova “olan olduktan sonra ağlamanın yararı yok” diye düşünür. Duygularını düşünselleştirir söze döker. Sizinle en başından derin duygusal ilişkiye girmediği için haklı olduğunu düşünür. Yeni bir sevgili sevgili bulmamın da zamanı gelecektir ama şimdi dostlarıyla birlikte olmanın tadını çıkarma zamanıdır.

    BALIK
    Haftalarca ağlayacaktır. Ona veda ettikten sonra koşarak oradan kaçın. Balık ne hata yaptığını ve neden ilginizi yetirdiğinizi soracaktır. Ayrıntıları öğrenmek ister. Mektup yazacak ve sizi tekrar kazanmak için araya dostlarını sokacaktır. Ona böyle bir ihtimalin olmadığını kesin olarak belirtin. Aksi halde peşinizden ayrılmaz. Bu romantik peri masalının bittiğini kavrayınca bir başka masala yönelecektir. Gizliden gizliye bu oyundan hoşlanır. Balık pembe dizileri sever.

    [HR][/HR][HR][/HR]

    alıntı
#15.03.2013 11:39 0 0 0
  • Konu: Özlem
    E-kartlar, gifler, şiir ve sunum bir-birini tamamlamış
    çok güzel olmuş
    ellerine emeklerine saglık bu güzel paylaşım için
#15.03.2013 09:54 0 0 0
  • Qiyamet haqqında - Hesab günü haqqında - Ölümden sonra


    Qiyamətdə məhkəmə qurulacaq. İnsanın etdiyi bütün əməlləri haqqında sorğu-sual ediləcək. Sorğudan sonra hesab-kitab bağlanacaq.

    «Ənbiya» surəsinin 47-ci ayədə buyurulur: «Qiyamət günü biz ədalət tərəzisini insanın qarşısına qoyacağıq. Heç bir insana zülm olunmayacaq. Zərrə qədər yaxşı və ya pis əməli olandan da hesab soruşulacaq. Mühasiblər insanların əməl dəftərini gətirib onlardan hesab alacaqlar.»
    Həzrət bu ayələrin təfsirində buyurur: «Sizin burada yaşağıdınız günlər əməl günüdür və sizdən hesab götürən yoxdur. Hara gedirsən, nə danışırsan, hara baxırsan, nə yazırsan və nə yeyirsənsə, azadsan. Amma qiyamət günü əməl yoxdur, ancaq hesabdır».


    alıntı
#15.03.2013 09:51 0 0 0
  • İslamda ağıl - Ruhun paklaşdırılması - Zühur əsri və ağıl


    1. Batinin və ruhun paklaşdırılması
    Etiqadi məsələlərdən biri də pak fitrətin pak olmayan fitrətlə necə bir-birinə qarışmasıdır. Rəvayətlərdə qeyd olunmuşdur ki, fitrət dedikdə, məqsəd nədir və nə üçün bir-birinə qarışır, necə bir-birindən ayrılıb, təmizlənir. Bu məsələnin ətraflı izahı bizim kitabın kiçik həcmilə uyğun deyildir. Buna görə də yalnız aşağıdakı məsələləri qeyd edirik:
    Zühur əsrinin xüsusiyyətlərindən biri, insanların batinlərinin paklaşdırılması, nəfsin rəzil xüsusiyyətlərdən təmizlənməsidir ki, bu da insanın vücudunda kök salan aludəliklərin aradan qaldırılmasından ibarətdir.
    Sual: Nə üçün, biz deyirik ki, İmam Mehdinin (ə.f) zühuru dövründə insanlar batini və ruhi rəzilətlərdən paklanacaqlar?
    Bu suala cavab verməzdən öncə, məsələni izah etmək üçün aşağıdakı hadisəni qeyd edirik:
    Şeybə ibn Osman Hz. Məhəmmədin (s.ə.s) ən qəliz və qatı düşmənlərindən biri idi və o həzrəti qətlə yetirmək fikrinə düşmüşdü. Belə ki, Hüneyn müharibəsində də iştirak etmişdi ki, Hz. Məhəmmədi (s.ə.s) şəhadətə çatdırsın. Camaat o həzrətin ətrafından dağıldığı, Peyğəmbər (s) yalqız qaldığı bir vaxtda, arxadan ona çatdı, lakin, oddan olan bir şölə ona tərəf yönəldi, belə ki, ona taqəti olmadı və buna görə də öz məqsədinə nail ola bilmədi.
    Peyğəmbər ona üz tutub, buyurdu: Şeybə, yaxına gəl! Bu zaman, Hz. Məhəmməd (s.ə.s) öz əlini onun sinəsinə qoydu. Bu işin nəticəsində o həzrətə qarşı məhəbbət Şeybənin qəlbinə doldu. Belə ki, Hz. Məhəmməd (s.ə.s) onun nəzərində ən sevimli bir şəxs oldu. Bu zaman, o həzrətin hüzurunda müxaliflərlə mübarizəyə başladı, belə ki, əgər atası ilə qarşılaşsaydı, belə hökmən Hz. Məhəmmədə (s.ə.s) kömək etdiyi üçün, onu (atasını) qətlə yetirərdi.
    Görün, Hz. Məhəmmədin (s.ə.s) pak əlləri Onun ən qatı düşmənlərindən birinin napak fitrətini bir anda aludəliklərdən necə təmizləyir, onu kafirlər cərgəsindən ayıraraq, Peyğəmbərin (s) ordusuna daxil edir.
    Hz. Məhəmməd (s.ə.s) öz mübarək əllərini onun sinəsinə çəkməklə, əqlini kamilləşdirmiş, onun batinində baş verən xoşagəlməzliklərə, zəlalət və azğınlığa şəfa verərək, paklamışdır. Bu müqəddiməni bəyan etdikdən sonra, zühur əsrini şərh edirik.
    İmam Baqir (ə) buyurur:
    “Bizim Qaim qiyam edən zaman, öz əlini Allah bəndələrinin başına qoyacaqdır. Bu əməldən sonra onların ağıllarını bir yerə yığacaq (buna görə də onların əql qüvvələri kamilləşəcək) və onların əxlaqlarını təkmilləşdirəcəkdir”.
    İmam Mehdi (ə.f) özünün bu rəftarı ilə ayrı-ayrı şəxslərin batinlərini paklayacaq, bütün Allah bəndələrini ruhi və mənəvi aludəliklərdən xilas edəcəkdir.
    2. Zühur əsrində əqli qüvvələrin təkamülə çatması

    İndi isə, yuxarıda qeyd olunan rəvayətdəki mühüm və maraqlı məsələni izah edirik:

    1. İmam Mehdi (ə.f) əlini yalnız özünün köməkçilərinin və səhabələrinin başına deyil, bütün Allah bəndələrinin başına qoyacaqdır. Yəni, o dövrdə Allaha bəndəlik edən bütün insanlar, hətta müharibədə o həzrətin köməkçilərindən olmasalar belə. Misal üçün: Yaşlıları da, uşaqları da bu böyük nemətdən bəhrələndirəcəkdir.
    2. İnsanların hamısının ağıllarını pərakəndəlikdən xilas edəcək, beləliklə, onlar fikrin təmərküzləşmə qüdrətinə, düzgün düşüncəyə malik olacaqlar ki, bu da xariqüladə idrakların və elmlərin mənşəyi olacaqdır. Onların əql qüvvələrinin kamilləşməsi bu mənayadır ki, öz dövrlərinin imkanında olan bütün qüdrətlərdən istifadə edə biləcəklər.
    Bəli, ilahi əlin dünya insanlarının başında qoyulduğu, qeybət dövründə əzab-əziyyətlərə və məşəqqətlərə qatlaşan insanlara nəvaziş edildiyi bir dövrdə, insanların beynində gizlənmiş olan xariqüladə qüvvələr əqli təkamül nəticəsində zahir olacaq və özünün ən yüksək mərhələsinə - elm, əməl və mədəniyyət baxımından heyrətləndirici bir həddə çatacaqdır.
    Əqlin heyrətləndirici təkamülü və beynin qüdrəti ilə tanış olmaq üçün, aşağıdakı məsələni qeyd edirik:
    “Hər bir insan - istər fitri istedada malik olsun, istərsə də adi səviyyədə – öz beynində olan imkanların milyardda birindən artığını öz həyatında işlətmir. Əgər, beynin bütün tutumunun və qüdrətinin milyardda birini istifadə edərsə – istər istedadlı olsun, istərsə də adi bir insan – onların arasında olan fərq, kəmiyyət fərqi deyil, keyfiyyət fərqi olacaqdır”.

    Yəni, hətta yüksək dərəcəli və heyrətli qüdrətdən istifadə edən fitri istedadlı insanlar belə, yalnız, öz beyinlərindəki hüceyrələrin milyardda birindən istifadə edə bilirlər. Lakin, onlar öz beyin hüceyrələrinin milyardda birindən bəhrələnməkdə başqalarından daha üstündürlər.
    “Bir neçə il öncə müasir riyaziyyatçılardan biri mühüm bir mətləbi camaata çatdırmış və təxmini olaraq hesablamışdır ki, insanın beyni praktik olaraq on vahid məlumatı öz beynində ehtiyat saxlaya bilər. Əgər, bu rəqəmi sadə dillə bəyan etmək istəsək, deməliyik ki, bizlərdən hər birimiz Moskvada yerləşən ən böyük dünya kitabxanasındakı milyonlarla cild kitabın məlumatını öz hafizəsində saxlaya bilər. Bu söz ilk baxışda çox heyrətli nəzərə çarpır”.

    Diqqət yetirmək lazımdır ki, insan beyninin qüdrəti dünya islahatçısının parlaq nurlarının saçması nəticəsində təkamülə çatsa və insan öz beyninin milyardda birindən deyil, bütün qüvvələrindən istifadə etsə və beləliklə elm və mədəniyyət dünyanın hər yerini bürüsə, görəsən, dünyanın görünüşü necə olacaqdır?!
    Əgər, insan əqli təkamül nəticəsində öz ruhunun müxtəlif qüdrətlərindən istifadə etsə, cismini də öz ruhuna tabe etdirə və “Tərəvvöh” qüdrətinə malik ola bilər. Yəni, özünün maddi cismini enerjiyə və dalğaya çevirməyə qadir olar. İnsan bu işə qadir olduğu zaman, bir çox kəramətli işlər həyata keçiriləcəkdir.
    Qeybət dövründə də teyyül-ərz qüdrətinə malik olan azsaylı insanlar cisimlərindəki maddiyyat və təcəssüm halətini götürməklə, özlərini dalğa və enerji şəklinə salır və bir anda Yer kürəsinin başqa bir nöqtəsində zahir olurlar. Onlar malik olduqları bu qüdrətlə özlərinin ruha çevrilmiş cisimlərini istədikləri nöqtəyə doğru hidayət edir və orada təcəssüm tapa bilirlər...

    alıntı
#15.03.2013 09:49 0 0 0
  • Konu: Əzbərim
    Allaha sevgi - Gözel sözler - Dilimin ezberi

    Kainatın nuru və varlıqların səbəbi...
    Heç bir varlıq yaradılmadan, sənin nurunla aydınlanırdı, əbəd və əzəl Əbədin və Əzəlin sahibi- sənin nurunla yaratdı hər şeyi. Qaf və Nun sənin sənin varlığın üçün toxundu kainata. Sənin üçün toxudu sənətlərin ən incəsini. Əsmaül İlahiyyəyi işlədi hər varlığa.

    Əlif, (Əlif- ilk, tək, sonu yox, başlanğıcı yox, ümid dünyası, könül davası, sevda dərmanı, adların sultanı, hərflərin ən gözəli deməkdir) sənin üçün doğdu qəlblərə. Fələklər sənin nurunla döndü. Kainatın həyatı oldun.

    Qəlblərin olduğu kimi...
    Səndən əvvəl də insanlığın aydınlığıydın, sonra da aydınlığı oldun. HZ. Adəm sənin nurunu və adını görmüşdü Cənnətdə ilk.

    Sənin nurunu daşıdı alnında. Səndən əvvəlki bütün peyğəmbərlər daə sənin nurunu daşıdılar alınlarında...
    Ey Əbəd və Əzəl sultanının sevgilisi! Səni öyə bilmərəm ki, Səni hər şeyin Yaradıcısı və bütün varlıqlar öymüş. Səni izah etməyə, danışmağa sözlərim yetməz ki, nurunun aydınlığı, əbədi və əzəli aydınladanı hansı söz anlada bilər ki?
    Onsuz da səni danışmaq ya da öymək istəmirəm. Qəlbimin, duyğularımın nə qədər ehtiyacı olduğunu demək istəyirəm Sənə.

    Qəlbimin qaranlıq gecələri artır sənsiz. Kimsəsizliyim və yoxsulluğum çoxalır. Mənliyimin ruhuma üsyanı artır. Sevgini, şəfqətini, qoxunu özləyirəm, darıxıram...
    Gül qoxunu, Kainata hopmuş aydınlığını axtarır gözlərim...
    Sənə ehtiyacım var, Ey sevgililər sevgilisi, Yaradıcıların ən sevgilisi. Qəlbimə doğsa Günəşin.

    Sevməyə üzrlü qəlbim, sevginlə sevməyi öyrənsə.

    Eşqə gedən yollarda, səni axtararkən ürəyim, mənliyimin üsyanına tabe olmasa qəlbim.
    Eşqini, coşan dəli çaylar kimi qəlbimin ən dərinliyinə, gizliliyinə qədər hopdura bilsəm. Bir sərinlik dolsa eşqinin atəşindən varlığıma. Bilirəm, mən bu dadı əslində. Bilirəm bu eşq qoxusunu. Amma bilmərəm səni yaşamama və yaşatmağıma çatmır. Qəlbimə və mənliyimə yüklədiyim başqa- başqa sevgilər dolanır ayaqlarıma...
    Ey sevgili, ən sevgili - Sənə ehtiyacım var!
    Dağılmış mənliyimi Yaradana təslim etmək üçün bələdçiliyinə ehtiyacım var.

    Min parçaya ayrılan beynimin, həqiqəti tapması üçün varlığına çatacaq yollarımı aydınlatsın nurun.
    Ovuc- ovuc nur olub dolsan könlümə. Səni andığı zaman dodaqlarım, qəlbim dolub-daşan bir çay olsa.

    Göz yaşlarım qəlbimin torpağını islatsa və ən gözəl şəkildə Sən qoxsan...
    Ey Sevgili!
    Sənə ehtiyacım var. Könlümün çöllərində yanıram. Quraq iqlimlərə durdum yoxluğunda.

    Rəhmət rəhmət doğ gecələrimə.

    Ay kimi, Günəş kimi, dənizə vuran Ay kimi...
    Ey Sevgili!
    Yarat- poz sevgilərin, yalandan gülüşlərin, riyakar baxışların içində itdim.

    Məni əsl sevgin, sevimli gülüşün və dost baxışlarınla isindir.
    Sənə ehtiyacım var Ey Sevgili!
    Əbəd günündə şəfaətinə, dünyada şəfqətinə ehtiyacım var...
    Sənin ümmətinəm deməyə üzüm yox. Mənliyimin üsyankarlığı ilə hər daim qaçaq bir yolçu
    Amma Sənin çətirindən başqa qurtuluş yerimdə yox ki...
    Şəfqətinlə sar ruhumu Ey Sevgili!


    alıntı
#15.03.2013 09:47 0 0 0
  • İbretamiz kelamlar - Dini sözler - Hedisler

    noimage

    Bizləri yenidən gözəl bir günə qovuşduran və bizi dini üzrə sabit edən Allaha həmd və şükürlər olsun!

    Bütün qapıların açarını əlində saxlayan Allahım; Haqqımızda ən xeyirli qapını aç. (Amin)

    Qadın diri-diri basdırılarkən, onu çıxarıb ayaqlarının altına cənnəti sərən dinin adıdır İslam.

    Ağıl bir quzu, nəfis bir qurd, iman isə çobandır. İman qüvvətli olmazsa, nəfis ağlı yeyər.

    Çox müqəddəs bir yerdə, adının yazılı olduğunu ifadə etmək istəyirəm; o yer gündə 5 vaxt, səcdəyə dəyər.

    Uşaqlarınızı çox öpün, hər öpüşdə Cənnətdəki dərəcəniz yüksəlir.

    Nə cəhənnəm əzabı, nə cənnət səfası. Sadəcə Allah rizası..

    Günahların qoxusu olsaydı, kimsə kimsənin yanına yaxınlaşmazdı.

    Nəfsini yandır kül ol, Allaha dön qul ol, yaxşılıq et gül ol.

    Günahın olsa da yığın-yığın, sən yenə də Ona sığın.

    Allah sənə verəcəyi nəfəsi qəzaya buraxmırsa, nəfəsinin şükrü olan Namazı səndə qəzaya buraxa bilməzsən..

    Kiminin bağçasında gül, kiminin yuxusunda gül, əgər gerçək gülü görmək istəsən gözyaşlarınla səcdədə bükül..

    noimage


    alıntı
#15.03.2013 09:45 0 0 0
  • Quran-i Kerim oxu - Tövbə (Tövbə) surəsi 21-40 ayeler

    Mərhəmətli və Rəhmli Allahın adı ilə!
    بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

    Əvvəli burda: https://www.main-board.com/islami-movzular/715034-quran-i-kerim-9-tovbe-tovbe-suresi-1-a.html

    [HR][/HR][HR][/HR]

    21. Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir.
    يُبَشِّرُهُمْ رَبُّهُمْ بِرَحْمَةٍ مِنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَهُمْ فِيهَا نَعِيمٌ مُقِيمٌ

    22. Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, ən böyük mükafat Allah yanındadır.
    خَالِدِينَ فِيهَا أَبَدًا ۚ إِنَّ اللَّهَ عِنْدَهُ أَجْرٌ عَظِيمٌ

    23. Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın. Sizlərdən onları dost tutanlar zalımlardır.
    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا آبَاءَكُمْ وَإِخْوَانَكُمْ أَوْلِيَاءَ إِنِ اسْتَحَبُّوا الْكُفْرَ عَلَى الْإِيمَانِ ۚ وَمَنْ يَتَوَلَّهُمْ مِنْكُمْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ

    24. De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz".
    قُلْ إِنْ كَانَ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُمْ مِنَ اللَّهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُوا حَتَّىٰ يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ

    25. Həqiqətən, Allah əksər döyüşlərdə, habelə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma bu sizin karınıza gəlmədi. Yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəldi, sonra geriyə çevrilib qaçdınız.
    لَقَدْ نَصَرَكُمُ اللَّهُ فِي مَوَاطِنَ كَثِيرَةٍ ۙ وَيَوْمَ حُنَيْنٍ ۙ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنْكُمْ شَيْئًا وَضَاقَتْ عَلَيْكُمُ الْأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُمْ مُدْبِرِينَ

    26. Sonra Allah Öz Elçisinə və möminlərə əminlik nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası.
    ثُمَّ أَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَىٰ رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَنْزَلَ جُنُودًا لَمْ تَرَوْهَا وَعَذَّبَ الَّذِينَ كَفَرُوا ۚ وَذَٰلِكَ جَزَاءُ الْكَافِرِينَ

    27. Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər. Çünki Allah Bağışlayandır, Rəhmlidir.
    ثُمَّ يَتُوبُ اللَّهُ مِنْ بَعْدِ ذَٰلِكَ عَلَىٰ مَنْ يَشَاءُ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ

    28. Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, bilin ki, Allah istəsə, Öz lütfündən bəxş etməklə sizi varlandırar. Həqiqətən, Allah Biləndir, Müdrikdir.
    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ فَلَا يَقْرَبُوا الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَٰذَا ۚ وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللَّهُ مِنْ فَضْلِهِ إِنْ شَاءَ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ حَكِيمٌ

    29. Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din olan İslam etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun.
    قَاتِلُوا الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ اللَّهُ وَرَسُولُهُ وَلَا يَدِينُونَ دِينَ الْحَقِّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ حَتَّىٰ يُعْطُوا الْجِزْيَةَ عَنْ يَدٍ وَهُمْ صَاغِرُونَ

    30. Yəhudilər: "Üzeyr Allahın oğludur"- dedilər. Xaçpərəstlər də: "Məsih Allahın oğludur"- dedilər. Bu onların ağızlarından çıxan sözlərdir. Bu, daha əvvəlki kafirlərin sözlərinə oxşayır. Allah onları məhv etsin! Gör necə də haqdan döndərilirlər!
    وَقَالَتِ الْيَهُودُ عُزَيْرٌ ابْنُ اللَّهِ وَقَالَتِ النَّصَارَى الْمَسِيحُ ابْنُ اللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُمْ بِأَفْوَاهِهِمْ ۖ يُضَاهِئُونَ قَوْلَ الَّذِينَ كَفَرُوا مِنْ قَبْلُ ۚ قَاتَلَهُمُ اللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَ

    31. Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yoxdur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır.
    اتَّخَذُوا أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِنْ دُونِ اللَّهِ وَالْمَسِيحَ ابْنَ مَرْيَمَ وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا إِلَٰهًا وَاحِدًا ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ سُبْحَانَهُ عَمَّا يُشْرِكُونَ

    32. Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar.
    يُرِيدُونَ أَنْ يُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللَّهُ إِلَّا أَنْ يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

    33. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur.
    هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

    34. Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən çoxu insanların mallarını haqsız olaraq yeyir və onları Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ.
    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ كَثِيرًا مِنَ الْأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ ۗ وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللَّهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ

    35. O gün bu yığdıqları sərvətlər Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara: "Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!"- deyiləcəkdir.
    يَوْمَ يُحْمَىٰ عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَىٰ بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ ۖ هَٰذَا مَا كَنَزْتُمْ لِأَنْفُسِكُمْ فَذُوقُوا مَا كُنْتُمْ تَكْنِزُونَ

    36. Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.
    إِنَّ عِدَّةَ الشُّهُورِ عِنْدَ اللَّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللَّهِ يَوْمَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا فِيهِنَّ أَنْفُسَكُمْ ۚ وَقَاتِلُوا الْمُشْرِكِينَ كَافَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَافَّةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ

    37. Haram ayı təxirə salmaq ancaq küfrü artırır. Bununla da kafirlər azdırılırlar. Onlar bunu bir il halal sayır, bir il də haram sayırlar ki, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırsınlar və Allahın haram buyurduğunu halal etsinlər. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərildi. Allah kafir adamları doğru yola yönəltməz.
    إِنَّمَا النَّسِيءُ زِيَادَةٌ فِي الْكُفْرِ ۖ يُضَلُّ بِهِ الَّذِينَ كَفَرُوا يُحِلُّونَهُ عَامًا وَيُحَرِّمُونَهُ عَامًا لِيُوَاطِئُوا عِدَّةَ مَا حَرَّمَ اللَّهُ فَيُحِلُّوا مَا حَرَّمَ اللَّهُ ۚ زُيِّنَ لَهُمْ سُوءُ أَعْمَالِهِمْ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

    38. Ey iman gətirənlər! Sizə nə olub ki, "Allah yolunda döyüşə çıxın!"- deyildikdə yerinizdə qaxılıb qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir.
    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ انْفِرُوا فِي سَبِيلِ اللَّهِ اثَّاقَلْتُمْ إِلَى الْأَرْضِ ۚ أَرَضِيتُمْ بِالْحَيَاةِ الدُّنْيَا مِنَ الْآخِرَةِ ۚ فَمَا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا فِي الْآخِرَةِ إِلَّا قَلِيلٌ

    39. Əgər döyüşə çıxmasanız, Allah sizi ağrılı-acılı bir əzaba düçar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz, çünki Allah hər şeyə qadirdir.
    إِلَّا تَنْفِرُوا يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْئًا ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

    40. Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: "Qəm yemə, Allah bizimlədir!" Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.
    إِلَّا تَنْصُرُوهُ فَقَدْ نَصَرَهُ اللَّهُ إِذْ أَخْرَجَهُ الَّذِينَ كَفَرُوا ثَانِيَ اثْنَيْنِ إِذْ هُمَا فِي الْغَارِ إِذْ يَقُولُ لِصَاحِبِهِ لَا تَحْزَنْ إِنَّ اللَّهَ مَعَنَا ۖ فَأَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَيْهِ وَأَيَّدَهُ بِجُنُودٍ لَمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ الَّذِينَ كَفَرُوا السُّفْلَىٰ ۗ وَكَلِمَةُ اللَّهِ هِيَ الْعُلْيَا ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

    [HR][/HR][HR][/HR]


    davamı

    https://www.main-board.com/islami-movzular/715550-quran-i-kerim-9-tovbe-tovbe-suresi-3-a.html

#15.03.2013 09:41 0 0 0
  • Ulduzlar bu güne ne ved edir - Günün qoroskopu 15.03.2013


    Qoç - Oberon və Tefeyanın münasibətləri yaxşı bələd olduğunuzu düşündüyünüz insanların yeni məcazlarını aşkarlayacaq. Dəyərləndirmə, reaksiya və tələblərlə tələsməyin.

    Dəyişən məqamlarda yenilikləri anlayaraq dəyərləndirə bilərsiniz. Hadisələrin ritm və mənasının dəyişməsindən yararlanaraq faydalanmağa çalışın. Əgər nə isə hazır deyilsə və bu məsələni çözmək mümkün deyilsə, başqa işlə məşğul olmağa başlayın.

    Görüşlər və danışıqlar, yazışma və ya informasiyanın alınması bir qədər sonra şüurunuzu zəbt edəcək ideyanın kölgəsində qala bilər. Mühüm saydığınız məqamın önəmi azalacaq.

    Buğa - Leda və Umbrielin münasibətləri istəklərinizlə niyyətlərinizdə qarışıqlıq yarala bilər. Təkmilləşdirilməyə ehtiyac duyulan məqama diqqət yetirin, yarımçıq qalan işi başa vurun, detallara fikir verin. Münasibətlərdə nüanslar və incəlik xüsusi əhəmiyyət kəsb edir.

    Tələsməyin. Situasiya uğurla inkişaf edir. Səbrli olun, yaşananları müşahidə edin. Görülən işlərin kəmiyyətini keyfiyyətə döndərmək vaxtı çatıb.

    Situasiya sizə əlverişli istiqamətdə inkişaf edir. Nüfuzlu insanlarla əlaqələrinizlə münasibətləri yenidən nəzərdən keçirin, bəzi təmasları genişləndirin.

    Nəyə diqqət yetirməyin gərəkdiyini bildirəcək əlamətlərə və nişanələrə laqeyd olmayın.

    Əkizlər - Ariel və Tritonun münasibətləri gümanlarla, təxmin və ehtimallarda dəyişikliklər vəd edir. Həyəcan yaradan xəbərin alınması, diqqət mərkəzinin dəyişməsi isitsina deyil.

    Nəyisə kökündən dəyişməyə, genişmiqyaslı işə başlamağa, sizin üçün iri məbləğli pulu xərcləməyə və ya borc götürməyə tələsməyin. Belə situasiyalarda yaxınlarınız, etibar etdiyiniz insanlarla məsləhətləşin, onların fikrini öyrənin.

    İdeyalar, unikal həllər, problemlərin yaradıcı dəf edilməsi baxımından əlverişli gündür. İfrata varsanız, ciddi problemlərlə qarşılaşa bilərsiniz.

    Hadisələrin təbii məcrasında axışına mane olmayın və uğurlu nəticə alacaqsınız. Dostlarla görüş üçün yaxşı, macəralar və risk üçün pis gündür.

    Xərçəng - Makemake və Haumeanın münasibətləri məşğuliyyətinizdən asılı olaraq bu gün sizə maneələr yaratmaqla yanaşı, uğur da bəxş edə bilər.

    Ağır, monoton iş planlaşdırmayın. Sürpriz və tapıntı vəd edən iş daha uğurlu ola bilər. Tənha qalmaq istəmirsinizsə, işinimzi elə qurun ki, daim maraqlı insanların arasında olasınız.

    Nəyisə öyrənin, harasa doğru hərəkət edin, yeni planlar düşünün. Çoxsaylı daxili və zahiri məhdudiyyətlərin bəzilərindən qurtulun, son vaxtlar aktivliyinizin qarşısını alan sədləri yıxın.

    Axşam saatlarındakı fəaliyyəti siz müəyyənləşdirməsəniz də, həssas olun. Sizə maraqlı və ya sərfəli məqamlardan yararlanmağa çalışın.

    Şir - Mekuri və Titanın münasibətləri cari fəaliyyətinizə başqa baxış bucağından nəzər salmağınızı istəyir. İdeyaları şərik və ya tərəfdaşlarla müzakirə etmək olar, amma tələsik qərarlar qəbul etməyin.

    Mühüm işləri və təxirəsalınmaz olayları günün ilk yarısına planlaşdırın. Günün ikinci yarısında planlaşdırılan işlərin bəziləri baş tutmaya bilər.

    Əvvəlki fəaliyyətdə yaranmış səhvlərlə hesablardakı yanlışlıqlar indi üzə çıxacaq. Onların öhdəsindən tez gəlməyə çalışın.

    Sınıq, nasazlıq, travma, maliyyə itkilərinin baş verməməsi üçün diqqətsiz davranmayın.
    Səhhətinizə fikir verin. Vaxtında qidalanın, arada istirahət edin. Hətta pozitiv stresslər və xəbərlər belə, sizi narahat edə bilər.

    Qız - Himaliya və Avropanın münasibətləri sizdən qətiyyətli, sürətli, inadlı davranış tələb edir. Qəfil işlər çox olsa da, günün mövzusu xəbərlər, əlaqələr və təmaslardır.

    Təsadüf həyatınızda mühüm rol oynaya bilər. Bununla yanaşı, planlaşdırılmamış maneələr də istisna deyil. Bu gün hər şeyi ehtiyatla planlaşdırmaq gərəkdir. İş yerinizdə, evinizdə gərəksiz, praktiki olmayan əşyalardan qurtulun.

    İndi sizə məkan, genişlik hissi, yeni planların qurulması gərəkdir. Ünsiyyət və əyləncədə özünüzü məhdudlaşdırmayın.
    Axşam saatlarını dostlarla keçirmək olar.

    Romantik münasibətlərdə tələsməyin, hadisələrin öz məcrasında inkişafna imkan verin.

    Tərəzi - Amalteya və Qanimedin münasibətləri yaradıcılıq imkanlarınıza yeni təkan verəcək. Sanki nəyinsə artıq dəyişdiyini hiss edəcəksiniz.

    İş əsnasında yeni ideyalar yaranacaq, əvvəlki effektivlik bərpa olunacaq. Həyat sizi bu gün bir neçə variant arasında seçim etməyə, prioritetləri müəyyənləşdirməyə vadar edə bilər.

    Seçim məntiqi olmaya da bilər. Fikri əsas işə yönəldin və enerjinizi boş söhbətlərə xərcləməyin. Şərtlərlə yaxın ətrafınızdakı insanların sizi fərqli yönlərə dartması hissini yaşaya bilərsiniz. Fəqət maraqlı xəbərlər və ideyalar bu narahatlığı kompensasiya edəcək.

    Şəxsi münasibətlərdə inkişaf mümkündür. Kiçik, gözə görünməyən nüanslar böyük effekt verə bilər.

    Əqrəb - Ay və Deymosun münasibətləri qapalı saxladığınız məqamları faş edəcək. Yaşam arealınıza qonaqların gəlişinə hazır olun. Təmizlik və gözəllik tələbatı rekonstruksiyanın, yaxud da belə tədbirlə hazırlığın əsasını qoya bilər.

    Fəaliyyət sahənizi təftiş edin, yaranmış problemlərin həllinə kimləri cəlb etməyin gərəkdiyini düşünün. Mübahisə, münaqişə, qəfil çətinlik və mürəkkəbləşmənin əsasını qoya biləcək olaylardan kənar durun. İşdə də cari məsələlərə hansısa yenilik etməyə dəyər.

    Qayda-qanuna riayət edin. Bütün bunlar yaşananlarda özünüzü itirməməyə kömək edər.

    Oxatan - Mars və Plutonun münasibətləri sizdən cari məsələlərin həllində ənənəvi, adət etdiyiniz iş rejimini tələb edir. Çoxdan gözlədiyiniz insan yaxın ətrafınızda peyda ola bilər. Gün şəxsi münasibətlərdə ən müxtəlif səviyyələrdə yeniliklər vəd edir.

    Cari məsələləri dərhal həll edə, ruh yüksəkliyi hiss edə bilərsiniz. Əsas odur ki, işləri qarışdırmayın, növbə ilə görün, heç nəyi təxirə salmayın. Nəzərdə tutulmamış yeniliklər, xəbərlər ola bilər.

    Reaksiyanızı nəzarətdə saxlayın, kimsənin xətrinə dəyməyin. Həddən ziyadə təşəbbüskarlıq və inad mənfi nəticə verə bilər. Ən yaxşı nəticəni səy göstərmədən əldə edəcəksiniz.

    Yaxınlarınız və sevdiyiniz insan üçün faydalı nə isə etməyə çalışın. İş və problemlərinizi onların üstünə atmayın.

    Oğlaq - Saturn və Uranın münasibətləri yaxın insanla aranızdakı məqamlarda bir sıra məsələlərin üzərindən sükutla keçilməsini istəyir. Belə məqamları sakit qarşılayın.

    İfrat tələbkar və hər şeyin məğzinə varmağa çalışan insan olmasanız, xeyli sayda maraqlı məqamları öyrənə bilərsiniz.
    İşdə həmkarlarınızla ünsiyyətdə anlaşılmazlıq yarana bilər.

    Şərik və ya tərəfdaş "oyundan çıxmaq" fikrinə düşə bilər.
    İşgüzar həyatda və şəxsi münasibətlərdə yaranan boşluğu doldurmağa tələsməyin. Sabahdan etibarən işlərdə dəqiqlik yaranacaq. Qəti qərarları sabaha qədər təxirə salın.

    Macəralar aramayın, çünki riskli durumlara düşə bilərsiniz. Yaşamınıza yeni məna, köhnə əşyalarla hisslərdə yeni anlam aramağa başlasanız, təmkinli olun, emosional davranmayın.

    Dolça - Kallisto və Veneranın münasibətləri günlə bağlı planlarınıza zəruri dəyişikliklərin edilməsini tələb edir. Günün energetikası çox yüksək səviyyədədir.

    Çoxlu faydalı işlər görərək maraqlı məqamları nəzərdən qaçırmaya bilərsiniz. Dostlarla planlaşdırılmamış görüş, evə qonaq gəlməsi mümkündür. İdeyalar, unikal həllər, problemlərin yaradıcı həlli baxımından gün əlverişli və məhsuldar ola bilər.

    İşgüzar və şəxsi maraqların toqquşduğu münasibətlərdə çətinliklər yarana bilər.
    Münaqişə sizin münasibətlərdəki zəif həlqəni ortaya çıxaracaq. Həmin məqamı dərhal çözün.

    Balıqlar - baş verən hadisələr ciddi diqqət və ehtiyat tələb edir. Zəifləyən nə varsa, tam xarab ola bilər. Münasibətlərdə böhran yaranması, gərək olduğu addımın atılmasının mümkünsüzlüyü hissinin yaranması istisna deyil.

    Deymos və İonun münasibətləri hadisələrin ritmini dəyişir. Sizə qalan o ritmə uyğunlaşmaqdır. Böyük ümidlər bəslədiyiniz planları daha yaxşı vaxtadək təxirə salın.

    Qayıdan, yeni yanaşma, dərinləşmə, genişlənmə tələb edən məsələlərə daha diqqətlə yanaşın. Poçt qutularınızı yoxlayın və yeni ideyalar ala biləcəyiniz insanlarla əlaqələri intensivləşdirin. Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın.

    Yeni informasiya axınının təşkili üçün hələ bir neçə gününüz var. Gələcəklə bağlı planlarınızda dəyişikliklər edin, yeni mövzuları müəyyənləşdirin.
#15.03.2013 09:29 0 0 0
  • Xeberler - Sosial xeberler

    noimage


    Mobil cihazlarının qeydiyyat sistemi(MCQS) mayın 1-dən etibarən mobil cihazların qeydiyyatına başlayacaq. Bu barədə Lent. az-a Rabitə və informasiya texnologiyası nazirliyindən məlumat verilib. Mobil cihazların qeydiyyat sisteminin yaradılması informasiya kommunikasiya ili çərçivəsində həyata keçirilən tədbirlər sırasındandır. Qeydiyyat sistemi istismara başladığı tarixə qədər şəbəkədə istifadə edilən bütün mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmış hesab ediləcək. Onların şəbəkədə maneəsiz işləməsində heç bir problem olmayacaq. Qeydiyyat sistemi istismara verildikdən sonra şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilərək (Ölkəmizin mobil operatorlarının sim kartları vasitəsi ilə ) hər bir mobil cihazın İMEİ nömrəsi xidmət almağa başladığı tarixdən ən geci 30 gün müddətində qeydiyyata alınmalıdır.


    “Mobil cihazların qeydiyyata alınmasında məqsəd abunəçilərin öz mobil əmlaklarından rahatlıqla istifadə etməsini təmin etməkdir”.

    Lent.az-ın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. İ.Məmmədov deyib ki, keyfiyyət əmsalları aşağı olan mobil cihazların ölkəyə gətirilməsinin qarşısını almaqla ölkədə bu sahədə rəqabəti yüksəltmək olar: “Bu sistem itirilmiş mobil telefon sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan ölkə ərazisində istifadəni mümkünsüz edir. Beləliklə də oğurlanmış və ya itirilmiş cihaz lazımsız əşyaya çevrilir. Bununla yanaşı, qeydiyyat sistemi eyni zamanda ölkəyə qeyri-qanuni yollarla mobil cihazların gətirilməsini, onlardan istifadəni də mümkünsüz edəcək”.




    Anar Məcidzadə
#15.03.2013 09:22 0 0 0
  • Xeberler - Sosial xeberler

    noimage

    Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, gecə və səhər bəzi yerlərdə duman, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-8 isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

    Martın 16-da bölgələrdə də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 6-15 gündüz, 18-23, bəzi yerlərdə 27 dərəcəyədək isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacaq.

    Martın 16-da və 17-də atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.


    Qaynaq:Lent.az
#15.03.2013 09:19 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar


    noimage


    Qeyri - adi geyimləri və qalmaqallı açıqlamaları ilə tanınan Samir Əliyev (Samiraldo) imicini dəyişib. Lent. az-a açıqlama verən stilist bildirib ki, o dəyişikliyi sevdiyi üçün tez-tez yeni imiclərdə görünür: “ Hər zaman fərqli görünməyi sevirəm. Məhz bu üzdən saç düzümümü dəyişdim. Düşünürəm ki, bu saçlar mənə çox yaraşır.” - deyə o, əlavə edib.



    Yalçın Süleymanov
#15.03.2013 09:17 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar


    noimage


    Əməkdar artist Elza Seyidcahan həmkarı Azəri Günellə olan qalmaqaldan söz açıb. Lent. az-a açıqlama verən müğənni bildirib ki, onu bilərəkdən üstümə qaldırırlar : “Ona müəllimlik etmişəm. Ancaq mənim kimi müdrik sənətkar barədə nəsə deməsini anlamıram. Xatırlayıram ki, Günelin atası onu 1993-cü ildə konservatoriyaya, dərslərimə gətirirdi. İndi onunla mənim adımı qalmaqalda hallandırırlar. Deyirəm ki, o, uşaqdır. Sözlərinin üstündən keçmək lazımdır. İstəmirəm ki, bəziləri məndən istifadə edib, özlərinə reytinq qazansınlar.” - deyə müğənni əlavə edib.




    Yalçın Süleymanov
#15.03.2013 09:16 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage


    Azərbaycanın “Eurovision-2013” təmsilçisi Fərid Məmmədovun APA-ya ekskluziv açıqlaması

    -Təbrik edirik. Səhnədə sənin adın açıqlananda çox həyəcan keçirtdin.

    -Siz məni səhnədə canlı görməliydiniz. Sevincimi ifadə edə bilmirdim. Bəlkə də həyatımda yaşadığım ən böyük sevinc hissim idi. Mən layiqli təmsilçi olacam. Özümə inanıram. Siz də mənə inanın. Ürəyimdə biraz seçiləcəyimə inanırdım, amma daha belə olacağını gözləmirdim. Hər kəsə təşəkkür edirəm.

    -Ölkəmizi necə bir mahnı ilə təmsil etmək istəyirsən?

    -Məncə “Could me” mahnısı çox güclü mahnıdır və Avropa ruhuna daha yaxındır. O mahnı olsa çox yaxşı olar.

    -Özünü “Eurovison-2013” ə hazır hiss edirsən?

    -Hazıram. Çoxdan hazırlaşıram. Çox məşqlər etmişəm, çox əziyyət çəkmişəm. Daha da çox üzərimdə işləyəcəm.

    -Səndən necə bir performans gözləyək?


    -Mənim özümün performanslarım çox var. Uşaqlıqdan idmanla da məşğul olmuşam. Bəlkə olimpiyada da iştirak etdim, bilmək olmaz.

    -Uğurlar arzulayırıq.

    -Çox sağ olun! Hər kəsə təşəkkür edirəm.


    Qaynaq:Lent.az

#15.03.2013 09:15 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar


    noimage


    Müğənni Əli Mirəliyev həmkarı Röya Ayxanın müdafiəsinə qalxıb. Lent. az-a açıqlama verən sənətçi deyib ki, Aygünün Röya barədə söylədiklərini qəbul edə bilmir: “ Aygün də yaxşı oxuyandır, ifasını bəyənirəm. Amma səhv edib , Röya barəsində belə danışıb. Onların janrları fərqlidir. Hərəsinin öz pərəstişkarı var. Aygünün söylədiklərini ona yaraşdırmıram. Mən Röyanı qəbul etmişəmsə, Aygün Bəylər də qəbul etməlidir.”

    Qeyd edək ki, əməkdar artist Aygün Bəylər Lent. az-a açıqlamasında “Çoxu sənətlə şou-biznesi qarışdırır. Bəzən mənə sual verirlər ki, Röyaya qulaq asıram? Deyirəm ki, yox. Axı, on beş yaşından Alim Qasımovun səsi ilə böyümüş Aygün Bəylər indi necə Röyaya qulaq assın? Siz özünüz təsəvvür edin. Yeni oxuyanlara necə qulaq asa bilərəm ki? Röyanın sənət aləminə dəxli yoxdur. Hazırda sənəti bilən var ki? Sənət ailəmi başqadır. Röyaya qulaq asan elə onun kimilərdir, əsl musiqiyə qulaq asanlar isə sənət aləmindən xəbərdar olanlardır.” - demişdi.





    Yalçın Süleymanov




#15.03.2013 09:12 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar


    noimage


    Azərbaycanın əməkdar artisti, xanəndə Könül Xasıyeva aprelin 19-da Tofiq Bəhramov adına stadionda konsert proqramı ilə çıxış edəcək. Bu barədə Lent.az-a məlumat verən xanəndə bildirib ki, hal-hazırda konsertə hazırlıq gedir.

    “Artıq bir neçə müddətdir ki, aprel ayında baş tutacaq konsertimin məşqlərinə başlamışam. Bir çox yerlərdən dəvətlər alsam da, məşq proseslərini yarımçıq buraxıb gedə bilmərəm. Dəvət edənlərə deyirəm ki, gözləyin konsertdən sonra görüşərik. Çünki işimə məsuliyyətli yanaşdığıma görə, fikrimi başqa işlərə yayındırmaq istəmirəm”, - deyə xanəndə əlavə edib.



    Yalçın Süleymanov
#15.03.2013 09:10 0 0 0