N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • Ahmet Yağmur - Can Ahmede ilahi - İlahiler Dinle

    [video=youtube_share;IwzbWO2Rg8U]https://youtu.be/IwzbWO2Rg8U[/video]
#29.10.2015 02:28 0 0 0
#29.10.2015 02:25 0 0 0
#29.10.2015 02:04 0 0 0
  • Seçme İlahiler - En Güzel Seçme İlahiler dinle

    [video=youtube_share;emL-s_hrv5k]https://youtu.be/emL-s_hrv5k[/video]
#29.10.2015 02:01 0 0 0
  • Azərbaycan tarixi movzulari - Bu gunun tarixi


    Rusiya ekspertlərinin Azərbaycanla əlaqəli münasibəti, Dağlıq Qarabağ probleminin mahiyyətini anlaması obyektivliyə doğru dəyişilib. Bunlara görə onlara minnətdarlıq düşür. Amma RF ekspertlərinin müəyyən qrupunun Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi barədə şərhləri kifayət qədər qüsurludur və bəzən vəziyyəti gərginləşdirə bilər.

    Bəzi məsələləri və məsləhətlərimizi onların diqqətinə çatdırmaq istəyirik:

    I. Rusiya ekspertləri Azərbaycanın müstəqillik illərində siyasətini və problemlərini ciddi təhlil etməlidir. Aərbaycan həmişə Rusiya ilə münasibətləri istiləşdirməyə çalışıb. RF-də isə buna maneçilik edənlər tapılıb. Yalnız V.Putin hakimiyyətə gəldikdən sonra Azərbaycanın müraciətləri dəyərləndirildi.

    II. Dünya erməniliyinin gücü və resurs mənbəyi Rusiyanın dövlət və ictimai-siyasi həyatına təsir bacarığı üzərində qurulub. Rusiyanın dövlət məmurlarının, ekspertlərinin böyük bir qismi ermənilərə sıx bağlıdırlar. Genetik əlaqəsi olanlar da hədsiz çoxdur. Rusiya siyasətçilərinin böyük bir qismini öz valideynlərinin xəyanətinə inandırmaq, ermənilərin xəyanətkarlığına inandırmaqdan daha asandır.

    Rusiyada hamı ermənilərlə münasibəti xüsusi münasibət hesab edir. Bu, həqiqətən belədir. Əks təqdirdə rus xalqının təmsilçiləri ermənilərin onların başına açdıqları oyunların, faciələrin mahiyyətindən xəbərdar olardılar; Qriboyedovun ölümü ermənilərin iştirakı ilə baş verib; Sovet dövründə Moskva metrosunda terror hadisəsini törədən də ermənilər idi; Sovet rublunu saxtalaşdırmaqla SSRİ-də iqtisadi diversiyanın da bünövrəsini ermənilər qoydu; Ermənilər SSRİ-nin dağılmasında iştirak ediblər; Bunu prezident Serj Sərkisyan Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının fəaliyyətə başladığı ilk illərdə rəsmən etiraf etdi.

    M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni A.Aqanbekyan SSRİ-də iki problemi - milli münasibətlərlə, iqtisadi problemləri birləşdirdi. Həll yolu kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə birləşməsini təklif etdi. Bununla da ermənilər soyuq müharibənin ən əsas məsələsini həll etdilər: ABŞ-ın siyasi dairələrinin və xüsusi xidmət orqanlarının əlində alətə çevrilib SSRİ-nin dağılması prosesini başladılar; Ermənistan SSRİ-nin tərkibində müstəqilliyini elan edən 3-cü respublika oldu; SSRİ-nin saxlanmasına xidmət edən 1991-ci il 17 martda keçirilən referendumda Ermənistan iştirak etmədi; Serj Sərkisyan SSRİ-ni ermənilər üçün cəhənnəm dövrü hesab edir; Amma rus siyasətçiləri ermənilərin rus xalqına qarşı belə neqativ mövqeyini görmək istəmirdilər və ya qısa müddət ərzində unudurlar.

    III. Ermənilər yalnız rus xalqının qarşısında "unikallığa" malikdirlər. ABŞ və Avropada yaşayan ermənilərin Rusiyadakı ermənilərlə müqayisəli təhlili erməni xalqının xüsusi qabiliyyəti barədə deyilənlərin rus mifologiyasının məhsulu olduğunu göstərir.

    Ermənilər əgər doğrudan da xüsusi qabiliyyətə malikdirlərsə, niyə yalnız Rusiyada inkişaf edə biliblər? Qərbdə heç bir ciddi uğur əldə edə bilməyiblər. Qərbdəki ermənilərin uğuru xüsusi xidmət orqanlarının əlində alət olub, Rusiyaya və SSRİ-yə qarşı fəaliyyət göstərməkdən ibarət olub. Rus ekspertləri ermənilər barədə sadaladığımız bu fikirləri dönə-dönə yoxlaya bilərlər. Ermənilərin uğuru rus xalqının inamını qazanıb, onu aldatması, onu inandırıb xəyanət etməsi üzərində qurulub.

    IV. Moskvadakı ermənilər uzun müddət Rusiyanın bütün Qafqaz siyasətini öz monopoliyalarında saxlayırdılar. Ona görə Rusiya ictimai-siyasi mühiti Azərbaycan və Gürcüstanı düşmən, Ermənistanı isə dost kimi qəbul etdi. Rusiya ilə Azərbaycan münasibətləri ermənilərin həmişə xüsusi maraq dairəsində olub. Azərbaycan Rusiyaya dost olduğunu sübut etdi. Amma Gürcüstan isə həmin neqativlik girdabından uzaqlaşa bilmədi. 1990-ci ilin 20 yanvarını yaşamış Azərbaycanda rus dili inkişaf edir. Bu dövrdə isə Ermənistanda rus dilinə qarşı ən təhqirli kampaniya reallaşdırıldı. Rus dilinin Ermənistandan qovulması prosesi rəsmi Moskva işə qarışdıqdan sonra dayandı.

    V.Azərbaycan Rusiyanın Yaxın Şərq siyasətində ən mühüm rola malikdir. Müasir mərhələdə Rusiyanın Yaxın Şərq siyasətinin dayaq nöqtəsi Suriya oldu. Rusiyanın Suriya siyasətinin necəliyi Rusiyanın Türkiyə və İranla münasibətlərinin necəliyindən asılıdır. Türkiyə və İranla qarşıdurmadan yayınma, normal siyasət qurmağın ən real yolu Rusiyanın Azərbaycanla münasibətlərindən keçir. Türkiyə və İran antirusiya siyasət aparacağı təqdirdə Azərbaycan bu siyasətə dəstək verəcəksə, Rusiyanın Yaxın Şərq siyasəti iflasa uğrayacaq. Rusiyanın Türkiyə və İrana qarşı münasibəti Rusiyanın yalnız Azərbaycanla münasibətindən asılıdır. Bu məsələdə Rusiya üçün Azərbaycanla münasibətlər alternativsizdir.

    VI. Azərbaycanın Rusiyanın Yaxın Şərq siyasətində dəstək verməsi Azərbaycan üçün təhlükəsizlik məsələlərini xeyli aktuallaşdırır və keyfiyyətcə yeni mərhələyə qaldırır. Türkiyə və İranda bəzi qüvvələri Azərbaycana qarşı qızışdıra bilər. Naxçıvanın vəziyyətinin anklav və eksklav dəyərləndirilməsindən asılı olmayaraq, Naxçıvanın Azərbaycandan ayrılması məsələsi ciddi şəkildə gündəliyə gətirilə bilər. Bu olmasın deyə Rusiya və Azərbaycan bir-birinin təhlükəsizliyinə bərabər münasibət nümayiş etdirməlidir. Bunun ən asan yolu qarşılıqlı tamamlama siyasətinin aparılmasıdır. Qarşılıqlı tamamlama siyasəti nəhayət ki, tarixi həqiqətin bərpa olunması ilə nəticələnməlidir: Zəngəzur Azərbaycana qaytarılmalıdır. Zəngəzur tarixən Azərbaycan ərazisidir. 1923-cü ildə Stalinin əmri ilə Ermənistana verildi. Zəngəzurun Azərbaycana qaytarılması ilə Azərbaycan Naxçıvanı özünə quru ərazisi vasitəsilə birləşdirir və ərazi bütövlüyümüz daha təkmil şəkildə tamamlanır. Naxçıvanın indiki vəziyyətində Azərbaycan Rusiyanın Yaxın Şərq siyasətinə tam dəstək verə bilməyəcək.

    VII. Rusiyanin Cənubi Qafqazda problemləri var. Problemlər arta bilər. Ermənistan Rusiyanın Cənubi Qafqaz siyasətində kifayət qədər ciddi problem mənbəyidir. Kommunikasiya imkanlarının zəifliyi fors-major hallarda RF üçün təhlükələri həndəsi silsilə ilə artıra bilər. SSRİ dövründə fəaliyyət göstərmiş Moskva-Tehran dəmiryolunun, ən azı MDB hissəsinin fəaliyyətə başlaması RF üçün arxivacibdir. RF-in ekspert mühiti bunu inkar edir.

    VIII. Dağlıq Qarabağ tənzimlənməsində Kremlin orijinal mövqeyi var və rus ekspertləri bu mövqeyə bu günədək dəstək verməyiblər. Gec deyi, indi də dəstəkləyə bilərlər. RF Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik tənzimlənməsini təklif edir. Bu dinc tənzimlənmədən və hərbi yolla həlldən fərqlidir. Siyasi-diplomatik həll variantı münaqişənin tənzimlənməsinə kömək edən tərəfə şirnikləşdirici addımları, maneçilik edən tərəfə müxtəlif iqtisadi-siyasi təzyiqləri nəzərdə tutur.

    Yeri gəlmişkən, məhz bu səbəbdən Rusiya Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi insidentlərə o qədər də diqqət ayırmır. Ermənistan KTMT-nın üzvü olsa da, Rusiya şüurlu şəkildə onu bəzi üstünlüklərdən məhrum edib. Çünki Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində RF-nın ortalığa qoyduğu variantı qəbul etmir. RF-nın Dağlıq Qarabağ tənzimlənməsi 3 addım üzərində qurulub:

    ı. Dağlıq Qarabağ ətrafındakı ərazilər Ermənistanın işğalından azad edilməli, Azərbaycana qaytarılmalıdır.

    ıı. Azərbaycan Rusiyadan Ermənistana gedən kommunikasiyaları açmalıdır. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Mehri dəmiryolunun fəaliyyətə başlaması Rusiya və Ermənistan arasında ən etibarlı dəmir yolunun işə düşməsi anlamındadır.

    ııı. Dağlıq Qarabağın statusunun müəyyən olunması bir müddət təxirə salınır. Bir il bundan öncə RF- prezidenti V.Putin Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın xüsusi statusa malik olması barədə təklif irəli sürdü. Rus ekspertlərinin strateji müttəfiq hesab etdiyi Ermənistan

    V.Putinin təklifini rədd etdi. Azərbaycan isə bu təklifi qəbul etdi. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində V.Putinin təklifləri nədənsə Rus ekspertləri tərəfindən lazımınca dəyərləndirilməyib. Belə görünür, onlar üçün V.Putinin mövqeyindən daha vacib S.Sərkisyanın mövqeyidir.

    IX. Digər məsləhət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rus ekspertlərinin balans axtarması barədədir. RF-nın yuxarıda səsləndirdiyimiz təklifi balanslaşdırılmış təklifdir. Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır. Dağlıq Qarabağın özünün taleyi bir müddət sonra həll edilməlidir. Dağlıq Qarabağ de-yure Azərbaycan ərazisidir. BMT sənədlərində belə göstərilib və Rusiya bunu belə qəbul edib. İndi Rusiya de-yure ərazisinin Azərbaycana hələlik qaytarılmaması barədə təklif irəli sürürsə və Azərbaycan bunu qəbul edirsə, bu, elə kompromisdir. Ona görə 7 rayon deyil, 5 rayonun qaytarılması barədə deyilənlər əsassızdır. Laçın rayonu da Ağdam kimi heç vaxt Dağlıq Qarabağın ərazisinə daxil olmayıb. Belə olan təqdirdə Laçınla Ağdamın siyasi-hüquqi statusu arasında heç fərq yoxdur. Ağdam qayıtdığı vaxtda və qaydada Laçın da qaytarılmalıdır.

    X. Dağlıq Qarabağ münaqişəsinə yanaşmada rus ekspertlərinin mövqeyi yalnız bir narazının qalması üzərində qurulmalıdır. Rus ekspertlərinin Ermənistan və Azərbaycan arasında balans axtarmasının digər parametri Ermənistanı və Azərbaycanı narazı salmamaqdır. Amma qəribədir ki, rus ekspertlərinin ortalığa qoyduğu variant hər iki tərəfi narazı salır. Bu sonadək belə olacaq.

    Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində istədiyini əldə etməyənədək Rusiyanın maraqlarına cavab verən ciddi manevrlərə başlaya bilməz. Ona görə Rusiya hökmən beynəlxalq hüquq prinsiplərinə söykənərək Dağlıq Qarabağ münaqişəsini birdəfəlik və Azərbaycanın xeyrinə həll etməlidir. Ermənistan bütün hallarda narazı qalacaq. Amma Azərbaycanla birlikdə Rusiya Ermənistanın narazılığını kompensasiya edə bilərlər. Ermənistanda iqtisadi dirçəliş başlaya bilər, sosial firavanlıq yaranar, Rusiya arzulasa, Ermənistan dövlətçiliyi davamlı ola bilər.



    Alinti....
#29.10.2015 00:07 0 0 0
  • Ayələr - Bəqərə surəsi - 141-150-ci ayələrin təfsiri

    noimage

    141. ﴿تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ وَلاَ تُسْأَلُونَ عَمَّا كَانُواْ يَعْمَلُونَ﴾
    “(Hər halda,) həmin ümmət keçib getdi. Onların ələ gətirdikləri özləri üçün, sizin ələ gətirdikləriniz isə özünüz üçündür. Sizdən onların etdikləri barədə soruşulmayacaq.”
    Bildirişlər
    1. Xoşbəxtliyin əldə olunmasında keçmişdəkilərin və babaların tarixinə arxalanmaq səmərəsizdir.

    Qəbuldur atanın fəzilətləri, Amma varmı bunun sənə səməri?!

    2. Hər bir ümmət öz əməllərinə məs’uldur.

    İKİNCİ CÜZ
    142. ﴿سَيَقُولُ السُّفَهَاء مِنَ النَّاسِ مَا وَلاَّهُمْ عَن قِبْلَتِهِمُ الَّتِي كَانُواْ عَلَيْهَا قُل لِّلّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾
    “Tezliklə xalqdan olan ağılsızlar deyəcəklər: Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-Müqəddəs) nə döndərdi? De ki, şərq də, qərb də Allahındır. İstədiyini doğru yola hidayət edir.”
    Nöqtələr
    ◘Məkkə müşrikləri Kə’bəni bütxanaya çevirdiklərindən həzrət Peyğəmbər və müsəlmanlar be’sətdən sonrakı on üç il ərzində üzü Kə’bəyə namaz qılmadılar. Əgər onlar üzü Kə’bəyə namaz qılsaydılar, belə görünərdi ki, onlar da bütləri möhtərəm sayırlar. Amma Mədinəyə hicrətdən sonra bir neçə ay keçməmiş yəhudilər e’tiraz edib müsəlmanları təhqir etdilər və dedilər: Siz bizim qibləmiz Beytül-Müqəddəsə doğru namaz qılırsınız, ona görə də istiqlalınız yoxdur və bizim ardıcılımızsınız. Peyğəmbər (s) bu böhtanlardan narahat oldu və dua zamanı üzünü səmaya tutdu. Həzrət qiblənin dəyişməsi haqqında sanki vəhyin nazil olması intizarında idi. Peyğəmbər (s) üzü Beytül-Müqəddəsə iki rək’ət namaz qılmışdı ki, Cəbrail nazil oldu və peyğəmbərin qolundan tutub onun üzünü Kə’bəyə doğru çevirdi. Nəticədə Peyğəmbər (s) bir namazı iki qibləyə doğru qılmış oldu. Hazırda Mədinədəki həmin yer “qiblətəyn” məscidi (iki qiblə məscidi) kimi tanınır.
    Bu əhvalatdan sonra yəhudilər narahat oldular və öz adətləri üzrə xırdaçılığa başladılar. Dünənədək müsəlmanların istiqlaldan məhrum olduğunu, onların ardınca gəldiyini deyən yəhudilər indi soruşurdular ki, nə üçün qədim peyğəmbərlərin qibləsindən üz döndərilmişdir? Həzrət Peyğəmbərə əmr olundu ki, onlara cavab versin: Şərq də, qərb də Allahındır və Allahın xüsusi məkanı yoxdur!
    Bəli, qiblənin dəyişməsi Allahın hikmət nişanəsidir. Bunu zəiflik və cəhalət saymaq olmaz. Yaranış nizamında fəsillərin dəyişməsi də tədbir nişanəsidir. Hər hansı dəyişikliyi zəiflik və peşmanlıq saymaq olmaz.
    ◘Allahın hər yerdə hüzuru var. Şərq də, qərb də onundur. Üzün Kə’bəyə tutulması qəlbin Allaha doğru olmasının rəmzidir. Bir çoxları üzlərini Kə’bəyə tutduqları halda qəlbləri başqa bir cəhətə yönəlir. Necə ki, Xacə Abdullah Ənsari deyir:

    Şahların qibləsi şöhrət, taxt-tac, Ərbabın qibləsi nəfsinə əlac.
    Surətə uyanın qibləsi su, gil, Mə’na gəzənlərin qibləsi könül.
    Qarınquluların qibləsi kabab, İnsanın qibləsi bilik, söz, cavab.
    Aşiqin qibləsi zavalsız vüsal, Arifin qibləsi zülcəlal kamal.

    Bildirişlər

    1. Hər gün bəhanə gəzib haqqı qəbul etməkdən boyun qaçıranlar səfehdir. Rəvayətdə axirətini dünyasına fəda edənlər məcnun, günahkar rəhbərə itaət edənlər fəqir, dinini əldən çıxaranlar isə qarət olunmuş adlandırılmışdır.
    2. Allahın öz hökmlərini dəyişə bilməyəcəyini düşünən insan səfeh və başıboşdur. Hikmət sahibi və alim Allaha e’tiraz səfehlik nişanəsidir.
    3. Müsəlmanlar düşmənin hiylələrinə, şaiələrinə, bəhanə dolu suallarına cavab verməklə onların nüfuzunun qarşısını almalıdırlar. Düşmənin planlarından öncədən xəbər tutmaq lazımdır.
    4. Sual vermək qəbahət deyil. Amma e’tiraz, nöqsan axtarmaq məqsədi ilə sual verilməsi tənqid olunur.
    5. Məkan və zamanın müqəddəsliyi və kəraməti Allahın lütfünə bağlıdır.
    6. Qiblənin dəyişməsi İslam peyğəmbərinin səmavi kitabdakı nişanələrindən biri idi. Ona görə də bu məsələ bə’zilərinin hidayətinə səbəb olmuşdu.

    143. ﴿وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِّتَكُونُواْ شُهَدَاء عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنتَ عَلَيْهَا إِلاَّ لِنَعْلَمَ مَن يَتَّبِعُ الرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَى عَقِبَيْهِ وَإِن كَانَتْ لَكَبِيرَةً إِلاَّ عَلَى الَّذِينَ هَدَى اللّهُ وَمَا كَانَ اللّهُ لِيُضِيعَ إِيمَانَكُمْ إِنَّ اللّهَ بِالنَّاسِ لَرَؤُوفٌ رَّحِيمٌ﴾

    “Beləcə, Biz sizi orta bir ümmət qərar verdik ki, siz xalqa şahid olasınız, Peyğəmbər isə sizə. Əvvəlcə üz tutduğun qiblədən səni ona görə döndərdik ki, peyğəmbərə itaət edənləri cahiliyyətə qayıdanlardan seçək. Şübhəsiz ki, bu (qiblənin dəyişilməsi), Allahın hidayət etdiyi kəslərdən başqalarına çətin oldu. Allah heç vaxt sizin imanınızı zaya çıxarmaz. Çünki Allah xalqa rəhim və mehribandır.
    Nöqtələr
    ◘Məsihilər ibadət zamanı Beytül-Müqəddəsdə həzrət İsanın doğulduğu məhələ üz tuturdular. Bu yer onların sakin olduğu yerə nəzərən şərqdə yerləşirdi. Yəhudilər isə yaşadıqları yerdən qərbdə yerləşən Beytül-Müqəddəsə üz tuturdular. Amma Kə’bə bu iki tərəfin arasında yerləşirdi. Qur’an bu mövzuya işarə ilə buyurur ki, biz Kə’bəni ortada qərar verdiyimiz kimi, siz müsəlmanları da orta ümmət etmişik.
    Təfsirçilər bu ayə haqqında müxtəlif fikirlər söyləmişlər. Orta ümmət tə’biri haqqında bə’ziləri deyirlər ki, bu sözün arxasında ifratı və təfriti, cəbri və təfvizi, fərdi və cəmiyyəti əsas götürməyən orta bir ümmət nəzərdə tutulmuşdur.
    Amma bə’zi müqəddimələrdən aydın olur ki, ayədəki orta ümmət tə’biri xüsusi fərdlərə aiddir. Bu müqəddimələrlə tanış olaq:
    1. Qur’an orta ümməti əməllərə şahid kimi tanıtdırır. Onlar qiyamətdə xalqın əməllərinə şahid durmalıdırlar.
    2. Şahidlik elmi agahlıq və ədalət tələb edir.
    3. Agahlıq və ədalət sifəti hamıda müşahidə olunmur.
    Rəvayətlərdə oxuyuruq ki, orta ümmət mə’sum imamlara işarədir. Əvvəla, onlar bütün işlərdən xəbərdardırlar. Bu məsələyə Qur’anda işarə olunur. Rəvayətlərə əsasən, xalqın əməllərindən xəbərdar olan mö’minlər dedikdə mə’sum imamlar nəzərdə tutulmuşdur. İkincisi, onlar ədalətlidirlər. İsmət (paklıq) və ədalət onları e’tibarlı etmişdir.
    İmam Sadiq (ə;) buyurmuşdur: “Necə ola bilər ki, dünya məhkəməsində bir neçə xurma üçün şahidliyə layiq olmayan insanlar qiyamətdə xalqa şahidlik ləyaqəti tapsınlar?” Hər halda, Allah hüzurunda bütün xalqın işlərinə şahidlik yalnız bir qrup insana aid olan xüsusiyyətdir. Rəvayətlərə əsasən, bu zümrə mə’sum imamlardan ibarətdir.
    Sual oluna bilər ki, nə üçün Allah bə’zilərinin adını çəkmək əvəzinə ümmət adını çəkir? Sualın cavabında deyə bilərik ki, Qur’an hətta bir nəfəri də ümmət sayır.
    Qiblənin dəyişmə fəlsəfəsi:
    ◘Qiblənin dəyişmə fəlsəfəsi ilə bağlı çoxsaylı təhlillər aparılmışdır. Bə’zilərinin fikrincə, Beytül-Müqəddəsin ilk qiblə seçilməsində məqsəd yəhudilərin diqqətinin cəlb olunması və onlarla yaxınlıq olmuşdur. Müsəlmanlar qüdrətə çatdıqdan sonra artıq bu yaxınlığa ehtiyac duyulmamışdır. Bir başqaları belə zənn edirdilər ki, qiblənin dəyişmə fəlsəfəsi Məkkə və vətənə məhəbbət olmuşdur. Amma hər iki təhlil həqiqətin ziddinədir.
    Uyğun məsələ ilə bağlı Qur’an bildirir ki, qilbənin dəyişməsi ilahi sınaq idi. Bu yolla həzrət peyğəmbərin həqiqi ardıcılları bilinəsi idi. Çünki xalis imanı olmayanlar kiçik bir dəyişikliyi böyüdərək nə üçün-niyəyə başlayırlar. Onlar dalbadal suallar yağdırır, nə üçün belə oldu, əvvəlki əməllərimiz necə olacaq, əvvəlki düz idisə, indiki nədir, indiki düzdürsə, əvvəlki nə idi - deyə soruşurlar. Allah Onun əmrinə təslim olanlara müjdə verir ki, əvvəlki əməlləriniz də əmrə əsaslandığından puça çıxası deyil.
    ◘Bu ayədə namaz əvəzinə iman sözü işlənmişdir. Bu isə namazın böyük əhəmiyyət və məqamını göstərir, onun bütün imanla bərabər olduğunu önə çəkir.

    Bildirişlər

    1. İlahi övliyalar bizim əməllərimizə nəzarət edirlər.
    Bəli, bə’zi insanların elə bir tutumu var ki, bütün əməlləri görüb tarix boyu insanların maraqlarından xəbərdar olurlar.
    2. Qiyamətdə silsilə mərtəbələr var. Qiyamət məhkəməsi elə qurulmuşdur ki, əvvəlcə xalqın işinə imamlar şəhadət verir, sonra isə peyğəmbərlər imamlara şahid olurlar.
    3. İmtahan dəyişməz ilahi qanundur Allah bə’zən Öz əmrlərini dəyişməklə xalqı imtahana çəkər.
    4. Dini göstərişlərə itaət inkişaf və kamillik mayası, itaətsizlik isə bir növ irticadır.
    5. Allahın əmrindən savay istiqamət, rəng, zaman, məkan və digər xüsusi şivələrə adət etməyin. İnsan bir şeyə adət etdikdə, həmin adətin ziddinə olan ilahi göstərişdən boyun qaçırmağa meyilli olur.
    6. Adi insanlar üçün təslim məqamı ağırdır. Yalnız Allahın xüsusi hidayətinə nail olmuş insanlar həmin məqama çata bilir.
    7. Hər hansı qanun və göstəriş əvvəlki dövrə aid olmur. Əgər bu gün qibləni dəyişmək əmri gəlmişsə, əvvəlki namazlar doğrudur və bu gündən başlayaraq başqa tərəfə üz tutmalıyıq.
    8. İstər təkvini, istər təşrii dəyişikliyin hamısı Allahın rəhmətindəndir.

    144. ﴿قَدْ نَرَى تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاء فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوِهَكُمْ شَطْرَهُ وَإِنَّ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ﴾

    “(Ey peyğəmbər,) görürük ki, (vəhy intizarı ilə;) üzünü göyə tutursan. İndi səni könlünü açacaq qibləyə doğru göndəririk. Üzünü Məscidül-Hərama doğru çevir. (Siz ey müsəlmanlar,) harada oldunuz, üzünüzü ona doğru döndərin. (Səmavi) kitab verilmiş şəxslər bilirlər ki, bu əmr Allah tərəfindən gəlmiş bir həqiqətdir. Allah onların əməllərindən qafil deyil.
    Nöqtələr
    ◘Bu ayə həzrət Peyğəmbərin (s) qiblə ilə bağlı intizarından qaynaqlanır. Həzrət qiblənin dəyişməsini əmr edəcək ayənin intizarında idi. Qiblənin Beytül-Müqəddəsdən Kə’bəyə dəyişməsi Allahın Öz peyğəmbərinə və’di idi. Amma həzrət dua zamanı heç bir söz demədən üzünü səmaya tutardı. Nəhayət, ayə nazil oldu və göstəriş verildi ki, həzrət Peyğəmbər (s) və bütün müsəlmanlar ibadət zamanı üzlərini Məscidül- Hərama, Kə’bəyə tutsunlar. Bu dəyişmənin həqiqi mahiyyətindən xəbərdar olan kitab əhli bildiklərini gizləməyə çalışdılar. Onlar öz kitablarında oxumuşdular ki, İslam peyğəmbəri iki qibləyə doğru namaz qılar. Onlar müxtəlif təlqinlərlə şübhələr və suallar yaradıb aranı qarışdırırdılar. Allah da öz növbəsində onları hədələyirdi.
    ◘Həzrət Peyğəmbərin (s) Kə’bənin qiblə seçilməsinə razılığının dəlilləri vardır: Bununla yəhudilərin acı tə’nələrindən, təhqirlərindən, istehzalarından azad olurdular; müsəlmanların istiqlalı süquta yetir, ilk tövhid mərkəzi Kə’bəyə diqqət yönəldilirdi. Qiblənin dəyişmə məsələsi mühüm bir hadisə olduğundan ayədə Kə’bəyə üz tutmaq barədə iki dəfə göstəriş verilir: Bir dəfə peyğəmbərə xitabən, ikinci dəfə isə bütün müsəlmanlara müraciətlə.

    Bildirişlər

    1. Asiman vəhyin nüzul çeşməsi və peyğəmbərlərin göz dikdiyi yerdir.
    2. Allah insanların istəklərindən agahdır.
    3. Hökmlərin verilməsi və dəyişməsi Allah tərəfindəndir. Peyğəmbərlər özlərindən göstəriş vermirlər.
    4. Peyğəmbər Allah qarşısında o qədər ədəblidir ki, qiblənin dəyişməsi istəyini dilə gətirmir. O öz intizarını baxışı ilə bildirir.
    5. Allah öz peyğəmbərinin razılığını istəyir. Allahın razılığı peyğəmbərin razılığıdır.
    6. Qur’an həqiqəti bilib inadkarlıq göstərən alimləri hədələyir və məzəmmət edir.
    7. Dini göstərişləri xalq üçün çətinləşdirmək olmaz. “Şətr” səmt deməkdir. Yə’ni Məscidül-Hərama doğru dayanmaq kifayətdir. Üzü dəqiq şəkildə Kə’bəyə tutmaq zəruri deyil.

    145. ﴿وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ بِكُلِّ آيَةٍ مَّا تَبِعُواْ قِبْلَتَكَ وَمَا أَنتَ بِتَابِعٍ قِبْلَتَهُمْ وَمَا بَعْضُهُم بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءهُم مِّن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ إِنَّكَ إِذَاً لَّمِنَ الظَّالِمِينَ﴾

    “(Ey peyğəmbər,) Kitab əhli üçün hər cür ayə (nişanə və dəlil) gətirsən, sənin qiblənə itaət etməyəcəklər. Sən də onların qibləsinə tabe deyilsən. (Necə ki onlardan bə’ziləri digər qibləyə tabe deyildirlər. Sənə elm (vəhy) çatdıqdan sonra onların həvəslərinə itaət etsən, şühbəsiz ki, sitəmkarlardan olacaqsan.”
    Nöqtələr
    ◘Bu ayə kitab əhlinin inadkarlığı üzərindən pərdəni qaldırır. And içilir ki, onlara nə qədər ayə və dəlil gəlsə, onlar İslama və onun qibləsinə tabe olmayacaqlar. Çünki onlar həqiqəti bilərəkdən qəbul etmirlər.
    ◘Qur’anın peyğəmbərə xəbərdarlıqları övliyalar haqqında yersiz düşüncələrin inkişafının qarşısını almaq məqsədi güdür. Necə ki, başqa dinlərdə xalq İsanı Allahın oğlu, mələkləri isə Allahın qızları bilirdi.

    Bildirişlər

    1. İnadkarlıq və təəssüb düşüncəyə, məntiqə, haqqı görməyə mane olur. Onlar təkcə İslama münasibətdə təəssüb göstərmirlər. Onlar öz aralarında da inadkar və təəssübkeşdirlər.
    2. Müxaliflərin hay-küyü qarşısında təslim olmaq olmaz. Düşməni mə’yus etmək üçün qətiyyət lazımdır.
    3. Yəhudilərin və məsihilərin hər birinin öz qibləsi vardır.
    4. Alimlərin azğınlığı çox təhlükəlidir.
    5. Doğru yolu tapmaq üçün elm kifayət etmir. Belə bir məqamda haqqı qəbul etmək ruhiyyəsi mühümdür. Yəhudilər kitab sahibi idilər. Amma təəssüb çəkdiklərindən malik olduqları elmdən faydalana bilmirdilər.
    6. Xalqın istəkləri əsasında peyğəmbər ilahi qanunları dəyişə bilməz.
    7. İslam ayinləri gerçək elm çeşməsindəndir.
    8. Nəfs istəklərinə əsaslanmayan, elmi bünövrəyə malik qanunlar qəbul olunmağa və itaətə layiqdir.
    9. Qanun hamı üçün birdir. Məsələn peyğəmbər də nəfs istəkləri ardınca getsə cəzalandırılacaq.
    10. İlahi qanun olan yerdə xalqın istəklərinə tabeçilik zülmdür.

    146. ﴿الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءهُمْ وَإِنَّ فَرِيقاً مِّنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ﴾

    “(Yəhudilər və məsihilər) o kəslərdir ki, onlara (səmavi) kitab vermişik, onu (İslam peyğəmbərini) öz oğlanları kimi tanıyırlar. Həqiqətən, onlardan bir dəstəsi haqqı bilməklərinə baxmayaraq onu gizlədirlər.”
    Nöqtələr
    ◘Qur’anda bu həqiqət dəfələrlə təkrarlanmışdır ki, kitab əhli Tövrat və İncilin verdiyi müjdəyə görə İslam peyğəmbərinin zühurunu gözləyirdilər. Son peyğəmbərin xüsusiyyətləri onlara elə açıqlanmışdır ki, onu öz övladları tək tanıyırdılar. Amma bütün bunlara baxmayaraq, onlardan bir dəstəsi həqiqəti gizləyirdi. Qur’anın digər bir yerində buyurulur: “Onlar nəinki peyğəmbərlərdən, hətta onun təşkil etdiyi cəmiyyət və yardımçılarından da xəbərdar idilər. Ayədə oxuyuruq: “Məhəmməd Allahın rəsuludur və onunla olanlar kafirlər qarşısında sərt, öz aralarında mehribandırlar. Onları daim rüku və səcdə halında görərsən. Onlar daim Allahın fəzlini və razılığını istəyirlər. Onların əlaməti üzlərindəki səcdə əsərindən görünür. Bu onların Tövrat və İncildəki vəsfləridir.
    ◘Qur’an kitab əhlinin İslam peyğəmbərini tanımasını atanın öz oğlunu tanımasına bənzədir. Atanın öz oğlu ilə tanışlığı isə ən üstün tanışlıqlarıdır. Çünki bu tanışlıq təvəllüd zamanından, hətta ondan da qabaq formalaşır. Bu tanışlıq intizarla müşayiət olunur. Bu tanışlıqda şəkkə yer yoxdur.
    ◘Elmi gizlətmək ən böyük günahdır. Qur’an elmi gizlədənlər haqqında buyurur: “Allah və bütün mələklər, ins və cin, hər bir şüurlu varlıq həmişəlik onlara lə’nət və nifrin oxuyur. Bəli, həqiqəti gizləmək öz övladını gizləmək kimidir. Əlbəttə ki, dünya ləzzətlərinə xatir atanın öz övladını inkar etməsi böyük namərdlikdir!

    Bildirişlər

    1. İnsanda həqiqətpərəstlik ruhiyyəsi olmasa, elm təklikdə kifayət etmir. Yəhudilər Allahın rəsulunu dərindən tanıdıqları halda yenə də onu qəbul etmədilər.
    2. Hətta düşmənlərə münasibətdə də insafı gözləyək. Qur’an bütün kitab əhlini həqiqəti pərdələyən kimi tanıtdırmır.

    147. ﴿الْحَقُّ مِن رَّبِّكَ فَلاَ تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ﴾

    “Haqq (o şeydir ki,) sənin Rəbbinin tərəfindəndir. Belə isə, heç vaxt tərəddüd edənlərdən olma.
    Bildirişlər
    1. Haqq, Allahın nəhayətsiz elm mənbəyindən qaynaqlanır.
    2. Vəhy və rəvayət yolu ilə sübuta yetən ilahi göstərişlər və fərmanlar mübahisə mövzusu deyil.
    3. Rəhbər qətiyyətli və gördüyü işə əmin olmalıdır, xüsusilə qanunu dəyişəndə və ya bir adəti əvəz edəndə!

    148. ﴿وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا فَاسْتَبِقُواْ الْخَيْرَاتِ أَيْنَ مَا تَكُونُواْ يَأْتِ بِكُمُ اللّهُ جَمِيعًا إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾

    “Hər bir kəs üçün onun üz tutduğu qiblə var. (Buna görə də qiblə cəhətindən mübahisə etməyin və onun yerinə yaxşılıqda və xeyir əməllərdə bir-birinizi ötün. (Bilin) harada olsanız, Allah hamınızı (məhşərdə;) hazır edər. Həqiqətən, Allah hər şeyə qadirdir.
    Nöqtələr
    ◘“Vichətun” sözünün iki mə’nası var: Qiblə və yol (üsul). Əgər əksər təfsirçilər kimi bu sözü qiblə kimi mə’nalandırsaq, ayənin mə’nası tərcümə etdiyimiz kimi olar. Amma əgər həmin sözü “üsul”, “şivə” kimi mə’nalandırsaq, ayənin mə’nası belə olar: Hər bir insan və ya dəstə üçün bir yol var ki, həmin yola çəkilmiş olar və hər kəs bir yolu adlayar. Bu mə’na “İsra” surəsinin 84-cü ayəsinin mə’nasına oxşayır.
    ◘Bə’zi təfsirçilər “ayədəki” huvə” əvəzliyinin Allaha aid olduğunu bildirir. Bu halda ayənin mə’nası belə olur: Hər kəsin Allah tərəfindən tə’yin olunmuş qibləsi var.
    ◘Xeyir işdə önə keçmək onun dəyərini artırır. Qur’anda xeyir iş müxtəlif formalarda tə’bir olunmuşdur. Peyğəmbərlərin vəsfində buyurulur: “Onlar yaxşılıqda sür’ət götürürlər.”
    ◘Bə’zi rəvayətlərdə uyğun ayə haqqında deyilir: “Əsrin imamının (ə;) zühuru zamanı aşiqləri dünyanın müxtəlif yerlərindən gəlib onun hüzurunda cəm olacaqlar.”

    Bildirişlər

    1. Hər bir ümmətin qibləsi olmuşdur və qiblə məsələsi yalnız müsəlmanlara məxsus deyil.
    2. Mə’nasız söhbətləri boşlayın və diqqətinizi xeyir işlərin yerinə yetirilməsinə yönəldin.
    3. Maddi işlərdə rəqabət və yarışma əvəzinə, xeyir işlərdə önə keçmək lazımdır.
    4. Qiyamət günü Allah hamını bir yerə toplayacaq. Bu, ilahi qüdrətin izhar nümunələrindəndir.

    149. ﴿وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَإِنَّهُ لَلْحَقُّ مِن رَّبِّكَ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ﴾

    “(Ey peyğəmbər,) haradan (səfər məqsədi ilə;) xaric oldunsa (namaz zamanı) üzünü Məscidül-Hərama doğru çevir. Bu göstəriş sənin Rəbbinin tərəfindən olan haqq göstərişdir. Allah etdiyiniz əməllərdən xəbərsiz deyildir.
    Nöqtələr
    ◘Əvvəlki ayələrdə Məscidül-Hərama diqət müsəlmanların yaşadığı Mədinə şəhərinə aid idi. Bu ayədə isə belə buyurulur: “Səfərdə olarkən də namaz vaxtı üzünüzü Məscidül-Hərama tutun.

    150. ﴿وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوهَكُمْ شَطْرَهُ لِئَلاَّ يَكُونَ لِلنَّاسِ عَلَيْكُمْ حُجَّةٌ إِلاَّ الَّذِينَ ظَلَمُواْ مِنْهُمْ فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِي وَلأُتِمَّ نِعْمَتِي عَلَيْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُونَ﴾

    “(Ey peyğəmbər,) Haradan xaric oldunsa (namaz vaxtı) üzünü Məscidül-Hərama döndər. (Siz müsəlmanlar da) harada olsanız (evdə və ya səfərdə;), üzünüzü ona tutun. Belə ki, sitəmkarlar istisna olmaqla, xalq üçün sizə qarşı mübahisə imkanı olmasın. Belə isə, onlardan yox, Məndən qorxun. (Bilin ki, qiblənin dəyişməsi səbəbi) Öz ne’mətimi sizə tamamlamağımdır. Bəlkə siz hidayət olasınız.
    Nöqtələr
    ◘Qiblənin dəyişmə məsələsinin müxtəlif ayələrdə təkrarlanması onun əhəmiyyətini göstərir. Bundan əlavə, bu mövzu ilə bağlı hər bir ayədə yeni bir məsələ də bəyan olunmuşdur. Məsələn, bu ayədə Allah Məscidül-Hərama üz tutmaq göstərişindən sonra buyurur: “Bu ona görədir ki, camaat peyğəmbərin və müsəlmanların əleyhinə bəhanə tapmasınlar. Kitab əhli yaxşı bilirdi ki, İslam peyğəmbəri iki qibləyə doğru namaz qılır. Əgər həzrət Peyğəmbər (s) belə etməsəydi, onlar irad tutardılar ki, əvvəlki səmavi kitablarda zikr olunmuş xüsusiyyətlər İslam peyğəmbərində yoxdur. Ya da müsəlmanlara istehza edərdilər ki, onların müstəqil qibləsi yoxdur və yəhudilərin qibləsinə üz tuturlar.
    Əlbəttə, bu irad təkcə yəhudilər tərəfindən irəli sürülmürdü. Müşriklər də onların yolunu davam etdirib deyirdilər: Əgər Məhəmməd İbrahim ayinlərinə diqqətlidirsə, nə üçün İbrahimin tikdiyi evə üz tutmur? Münafiqlər də öz növbəsində sakit dayanmayıb qiblənin dəyişmə məsələsində xırdaçılığa varır və deyirdilər: Peyğəmbərdə sabit rə’y yoxdur. Hər halda, Allah tə’kid və təkrarla müsəlmanları hansısa mövzunun qəbuluna və sabitqədəmliyə hazırlayırdı. Xatırladılırdı ki, dəlil axtaranlar sizdə nöqsan tapmayacaq. Amma haqgizlədən zalımlar öz bəhanələrindən əl çəkməyəcəklər. Siz onlara e’tina etməməli, onlardan qorxmamalı, yalnız Allahdan qorxmalısınız.
    ◘Qiblə tövhid nişanəsi və tövhidin izharıdır. Qiblə müsəlmanlığın simvoludur. “Nəhcül-bəlağə”də Kə’bə bayraq, yə’ni İslamın aşkar nişanəsi kimi yad edilir. Bütpərəstlər və ulduzpərəstlər dua zamanı üzlərini bütə, ulduza və aya tuturdular. Amma İslam bütün bunların yerində Allah evini qərar verdi. Qibləyə üz tutmaq diqqətin Allaha yönəldilməsi nişanəsidir.
    Rəvayətdə oxuyuruq: Peyğəmbər (s) adətən üzüqibləyə oturardı. Tövsiyə etmişlər ki, üzüqibləyə yatın, üzüqibləyə oturun. Hətta üzüqibləyə oturmaq ibadət sayılmışdır. Qiblənin xüsusi yeri və hörməti vardır. Bə’zi əməllər zamanı ona diqqət vacibdir. Məsələn, vacib namazlar üzüqibləyə qılınmalıdır. Heyvanın kəsilməsi, meyitin dəfni üzüqibləyə yerinə yetirilməlidir. Ayaqyolunda üzüqibləyə və ya arxası qibləyə oturmaq haramdır.
    Deyilənlərdən əlavə, qiblə müsəlmanların vəhdət və birlik amilidir. Əgər yuxarıdan yer kürəsinə, müsəlmanlara nəzər salsaq, görərik ki, onlar gündə beş dəfə xüsusi nəzm-nizamla üzüqibləyə dayanırlar. Kə’bə ilahi hərəkatların və inqilabların qərargahı və hazırlıq məkanıdır. Həzrət İbrahim, həzrət Məhəmməddən (s) başlamış iman Hüseyn (ə;), gələcəkdə isə həzrət Mehdiyədək (ə;) bütün ilahi insanlar öz hərəkatlarına Kə’bə ətrafından başlamışlar (və başlayacaqlar). Kə’bənin əzəməti haqqında təkcə bunu demək yetər ki, müsəlmanlar “qiblə əhli” adlandırılırlar.
    ◘Allah-təala qiblənin dəyişmə əhvalatı haqqında buyurur: “Qiblənin dəyişməsi onun üçündür ki, gələcəkdə Öz ne’mətimi sizin üçün tamamlayam. Yə’ni sizin istiqlalınız və Kə’bəyə diqqətiniz gələcəkdə ne’mətlərin tamamlanması zəminəsidir.”
    Bu əhvalat hicri 2-ci ildə Mədinədə baş verdi. Hicri 8-ci ildə də Allah Məkkənin fəthi münasibəti ilə ne’mətlərin tamamlanması məsələsinə işarə etdi. Yə’ni bu qələbənin səbəbi odur ki, Allah gələcəkdə sizə olan ne’mətlərini tamamlasın. Əgər diqqət yetirsəniz, görərsiniz ki, hər iki ayədə ne’mətlərin tamamlanması “müzare” (gələcək zaman) formada bəyan olunmuşdur. Bu isə hadisələrin gələcəkdə baş verəcəyini göstərir. Amma hicri 10-cu ildə hiccətül-vidadan qayıdarkən “Maidə” surəsinin Ğədire-Xumda nazil olmuş üçüncü ayəsində belə buyurulur: “Bu gün Öz ne’mətimi sizin üçün tamamladım.” Bundan qabaq isə mə’sum rəhbər tanıtdırılmışdı.
    Maraqlıdır ki, Allah xalqın qibləyə üz tutmasını ne’mətlərin tamamlanmasında birinci, Məkkənin fəthini isə növbəti addım kimi tanıtdırır. İlahi rəhbərin tə’yini və tanıtdırılması isə ne’mətlərin tamamlanmasında son addımdır. Xatırlatmaq lazımdır ki, qiblənin dəyişməsində, eləcə də rəhbərin tə’yinində “onlardan qorxmayın, Məndən qorxun” buyurulur. Çünki hər iki halda qarşı tərəfin müqaviməti, bəhanəçiliyi, şayiəbazlığı gözlənilir.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Ey Əli! Xalqa öz cəhətini itirməməsi üçün nişanə və bayraq olaraq qərar verilmiş Kə’bə necədirsə, sən də ümmət arasında eləsən!” Digər bir hədisdə isə İmam Sadiqin (ə;) belə buyurduğu nəql olunmuşdur: “Biz ilahi Kə’bə və qibləyik.”

    Bildirişlər

    1. Müsəlmanlar düşmən üçün bəhanə olacaq işlərdən çəkinməlidirlər.
    2. Başqalarının hakimiyyətinə e’tiraz və azadlığın əldə olunması bir dəyərdir.
    3. Qiblənin dəyişməsi kitab əhlinin, müşriklərin və münafiqlərin yersiz irad və bəhanələrini aradan qaldırdı.
    4. Müsəlmanlar üçün ən böyük təhlükə xarici düşmənlər yox, təqvasızlıqdır.
    5. Müsəlmanlar üçün xüsusi qiblənin tə’yini onlara olan ne’mətlərin tamamlanması zəminəsidir.
    6. Qiblənin tə’yini və Məscidül-Hərama doğru namaz qılınması mö’minlərin hidayət zəminəsidir.
    7. Hidayətin mərhələləri vardır. Ayədə hidayət olmuş müsəlmanlara müraciət edilsə də, məqsəd növbəti üstün mərhələlərə yol açmaqdır.

    Redaktor: Nəcəf
#28.10.2015 23:57 0 0 0
  • Dini movzular - Fatimə (s.ə;)-ın fəzilətləri - əxlaq

    noimage

    "... Yer üzünün ən yaxşı qadını dörd nəfərdir: İmranın qızı Məryəm (həzrət Məsihin anası), Xüvəylidin qızı Xədicə (Allahın Elçisinin (s) həyat yoldaşı), Asiyə (Fironun həyat yoldaşı) və mənim qızım Fatimə (ə;)...”
    Bütöv bir dünyaya bərabər, ən ali məna və məfhum yükünü daşıyan bu gövhərli kəlam Allahın kəramətli Rəsulunun (s) mübarək sözlərindəndir. Bəli, bizim böyük Peyğəmbərimiz (s) alicənab qızını İslam, Quran və Peyğəmbər baxımından dünyanın ən yaxşı, ən böyük dörd qadınından biri adlandırmışdır. Bu elə böyük bir iftixardır ki, qələm və söz onu yazmaqda, bəyan etməkdə acizdir.
    İslam peyğəmbərinin (s) nəzərində belə bir yüksək məqamı tutan, bu cür sözlərlə şərəflənən o qadın necə bir qadındır? Onun hansı imtiyazları, mənəvi dəyərləri və səciyyəvi əxlaqi keyfiyyətləri vardır?
    Düzdür, qələm o həzrətin əxlaq və mənəviyyat dənizinin bir damlasını belə bəyan etməkdə çətinlik çəkir, lakin Peyğəmbər (s) nəslinin aşiqlərinin bu barədə kiçicik də olsa bir məlumat almaq istədiklərini, həmçinin Fatimənin (ə;) həyatı və şəxsiyyəti haqqındakı belə bir kitabda həmin mətləblərin olmamasının onun üçün bir nöqsan sayılacağını nəzərə alaraq İlahinin lütfü və köməyilə və o həzrətin müqəddəs nəfəsinin yardımı ilə gücümüz çatdığı qədər onları hörmətli oxucuların nəzərinə çatdırırıq.
    Bəli, qeyd olunduğu kimi, Fatimeyi-Zəhra (ə;) dinlər tarixində ən yüksək və ali imtiyazlardan bəhrələnmiş nadir simalardan sayılır. Bəşəriyyət həmin imtiyazlara özünün ən yüksək qiymətini vermişdir. Qeyd etmək lazımdır ki, yalnız Zəhranın (ə;) müqəddəs vücudunda müşahidə olunan bəzi nadir və misilsiz üstünlük və fəzilətlər, mənəvi dəyərlər bu alicənab qadını onunla bir sırada olan başqa qadınlardan daha da uca və şərəfli etmişdir.
    Fatimə (ə;) özünəməxsus, səciyyəvi imtiyaz və xüsusiyyətlərinə görə elə bir yüksək zirvədə, elə bir parlaq nöqtədə dayanmışdır ki, başqa böyük qadınlar, dini şəxsiyyətlər onun şüası altında qalmışlar. Bunun da səbəbi aydındır: axı Fatimə (ə;) Məhəmmədin (s) tərbiyə məktəbində doğulub tərbiyə almış və Əlinin (ə;) isti və müqəddəs ocağında yaşamışdır. Bu şəxsiyyətlərin hər biri isə övliya və peyğəmbərlər aləminin ən böyük əxlaq-tərbiyə sahiblərindən sayılır. Bəli, Fatimənin (ə;) mübarək vücudunun dəyərini Məhəmməd (s) və Əlinin (ə;), Həsən (ə;) və Hüseynin (ə;), Zeynəb (ə;) və Gülsümün (ə;) dəyərlərini nəzərə almaqla ölçmək lazımdır. Onların hər biri öz-özlüyündə mənəviyyat və fəzilət, elm və əməl, tərbiyə və möminlik aləminin ən parlaq ulduzlarıdır. Bununla belə, hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, pakların pakı Zəhra (ə;) bu imtiyaz və xüsusiyyətləri insanlığın, bəşəriyyətin böyük müəllimindən – ulu və hörmətli atasından – Allahın Rəsulundan (s) qazanmış və möminlərin (müttəqilərin) mövlasının – şiələrin rəhbərinin yanında yaşamaqla davam etdirmişdir.
    Fatimeyi-Zəhranın (ə;) tərbiyə məsələsində bir mühüm cəhətə xüsusi diqqət yetirmək lazımdır: Fatimənin (ə;) mehriban və qayğıkeş atası qızına müraciətində elə bir dərin mənalı, gövhər kimi qiymətli cümlə söyləmişdir ki, o böyük xanımın bütün həyatında silinməz iz buraxmış və əbədilik onun üçün bir örnək, nümunə olmuşdur. O həzrətin buyurduğu həmin cümlə belədir:
    "Əziz qızım Fatimə, bu dünyada öz işini özün gör, sabah mən sənin üçün heç bir iş görə bilmərəm.”
    Bu dərin mənalı cümlə göstərir ki, hər kəs gərək öz səy və imanı ilə özü ilə Allahı arasındakı əlaqəni düzgün istiqamətdə qursun. Əks təqdirdə hətta Allahın peyğəmbərinin (s) qızı olmaq da Qiyamət günündə insanın çətinlik düyününü açmır.
    Bəli, bu elə bir dərin mənalı cümlədir ki, əgər hər bir müsəlman qadını və kişisi onu düzgün dərk edib həyatda ona əməl etsə, səadət və xoşbəxtliyə qovuşar. Amma belə bir böyük kəlamı bütün dərinliyi ilə dərk edən və bütün varlığı ilə ona əməl edən bircə nəfər olmuşdur ki, o da Fatimədir (ə;). Həmin cümlə pakların pakı Fatimənin (ə;) bütün duyğu və düşüncələrinə, fikir və əməllərinə hakim kəsildi və onu böyük atasının parlaq nümunəsinə çevirdi.

    Redaktor: Həyat Kərbəla
#28.10.2015 23:52 0 0 0
  • Konu: Ürək
    Dini movzular - Dinimizde Ürək

    noimage

    Ürək.
    Аllаhın Pеyğəmbəri (s): «Аllаh-tааlаnın yеr üzərində qаblаrı vаr. Yəqin ki, о qаblаr, həmin bu ürəklərdir. Аllаh dərgаhındа ən sеvimli ürəklər ən riqqətli, ən pаk və ən möhkəm ürəklərdir. Оnlаrın ən riqqətlisi qаrdаşlаr üçün оlаnı, sаflаrı günаhdаn аzаd оlаnı və ən möhkəmləri isə Аllаh yоlundа оlаnlаrdır.»( Kənzul-Ummаl, hədis 1225)

    Аllаhın Pеyğəmbəri (s): «Аllаh-tааlа sizlərin üzlərinizə və vаr-dövlətinizə dеyil, ürəklərinizə və əməllərinizə bахаr.»( Əmаli ət-Tusi, səh. 536, hədis 1162)

    Imаm Əli (ə;): «Ürək gözün kitаbıdır.»( Nəhcül-Bəlаğənin şərhi, c. 20, səh. 46)

    Imаm Əli (ə;): «Bu ürəklər bir qаbdırlаr. Оnlаrın ən yахşısı, ən tutumlusu və ən çох sахlаyаnıdır.»( Nəhcül-Bəlаğə, hikmət 147)

    Imаm Sаdiq (ə;): «Аğlın yеri bаşdаdır, bərklik və riqqət isə ürəkdədir.»( Tuhəful-uqul, səh. 371)

    Imаm Sаdiq (ə;): «Ürəyin bədəndəki mövqеyi, imаm və rəhbərin cаmааt аrаsındа mövqеyi kimidir."( Iləluş-şərаyе, səh. 109, hədis 8)

    Imаm Cаvаd (ə;): «Ürəklərlə Аllаh-tааlаyа dоğru yоllаnmаq, əməllərlə bədən üzvlərini əziyyətə sаlmаqdаn (mənzil bаşınа;) dаhа tеz çаtаndır.»( əd-Durrətul-bаhirə, səh. 39)

    Qəlbin sаğlаmlığı.

    Qurаn:
    «Cаmааtın dirildiləcəyi gün, məni rüsvаy еtmə. Аllаhın yаnınа sаğlаm bir qəlblə gəlməkdən sаvаyı, hеç bir övlаd və mаlın хеyri оlmаdığı bir gün.»( Şuərа, 87-89)
    Hədis:
    Məsih (ə;): «Şəhvətlər qəlbləri dахildən pаrçаlаmаsа, tаmаh kоrlаmаsа, nеmət və imkаn оnlаrı sərtləşdirməsə, tеzliklə hikmət qаblаrı оlаcаqlаr.»( Tuhəful-uqul, səh. 504)

    Imаm Əli (ə;): «Özünçün bəyəndiyini möminlər üçün bəyənməyincə, qəlbin sаğlаm оlmаyаcаqdır.»( Bihаrul-Ənvаr, c. 78, səh. 8, hədis 64)

    Imаm Həsən (ə;): «Qəlblərin ən sаğlаmı, şübhələrdən pаk оlаnıdır.»( Tuhəful-uqul, səh.235)

    Imаm Bаqir (ə;): «Hеç bir еlm, sаğlаmlıq ахtаrmаq qədər dеyil. Hеç bir sаğlаmlıq isə ürəyin sаğlаmlığı kimi dеyil.»( Bihаrul-Ənvаr, c. 78, səh. 164, hədis 1)

    Imаm Sаdiq (ə;) («Yаlnız sаğlаm qəlblə Аllаhа üz tutаndаn qеyri» аyəsi hаqdа;): «Sаğlаm ürək оdur ki, оndа Rəbbindən qеyrisi оlmаyаn bir hаlətdə Аllаhı ilə görüşə. Şirk və şəkkin оlduğu hər bir ürək çökmüşdür.»( əl-Kаfi, c. 2, səh. 16, hədis 5)

    Imаm Sаdiq (ə;)(Həmin аyə bаrədə;): «Sаğlаm ürək оdur ki, sаğlаmlığını dünyа sеvgisindən qоrusun.»( Nurus-səqəlеyn, c. 4, səh. 58, hədis 50)

    Qəlbin gözü.

    Аllаhın Pеyğəmbəri (s): «Şеytаnlаr hər аn insаnlаrın qəblərinin ətrаfındа dоlаşmаsаydılаr, insаnlаr hər аn qеyb аləmini görərdilər.»( Bihаrul-Ənvаr, c.70, səh. 59, hədis 39)

    Imаm Əli (ə;) (Münаcаtdа;): «Еy Məbud! Hər şеydən qоpmаğı və tаmаmilə Özünə üz tutmаğı mənə nəsib еt. Qəlblərimizin gözlərini Sənə bахışlаrın nuru ilə işıqlаndır ki, qəlblərin gözləri nur pərdələrini bir-birindən аyırsınlаr və əzəmət mədəninə qоvuşsunlаr. Bizim cаnlаrımız Sənin müqəddəs izzətinə birləşsinlər.»( Iqbаlul Əmаl, c. 3, səh. 299)

    Imаm Sаdiq (ə;): «Bizim şiələrin əslində dörd gözü vаr: iki göz bаşdа və ikisi qəlbdə. Əlbəttə bütün insаnlаr bеlədir. Аncаq Аllаh sizlərin gözlərinizi аçmış, оnlаrın gözlərini isə kоr еtmişdir.»( əl-Kаfi, c. 8, səh. 215, hədis 260)

    Qəlbin qulаğı.

    Аllаhın Pеyğəmbəri (s): «Əgər qəlblərin dаğınıqlığı və sizin yаlаnlаrınız оlmаsаydı, şübhəsiz ki, mənim еşitdiyimi siz də еşidərdiniz.»( Ət-Tərğib vət-tərhib, c. 3, səh. 497, hədis 3)

    Imаm Sаdiq (ə;): «Həqiqətən, sənin qəlbin və qulаqlаrın vаr. Аllаh bəndəni dоğru yоlа yönəltmək istədikdə, оnun qəlbinin qulаqlаrını аçаr. Bundаn qеyrisini bir bəndə üçün istədikdə, qəlbinin qulаqlаrını bаğlаyаr və bеləsi bir dаhа islаh оlmаz. Böyük Аllаhın "qəlblərinə qıfıl vurulub"( Muhəmməd, 24)sözünün də mənаsı budur.»( əl-Məhаsin, c. 1, səh. 318, hədis 623)

    Qəlblərin üz tutmаsı və üzünü döndərməsi.

    Imаm Rzа (ə;): «Həqiqətən, qəlblərin bir üz tutmаğı vаr, bir də üz döndərməyi. Şаdlıqlаrı vаr, bir də kədərləri. Üz tutduqdа dərrаkəli və bəsirətli, аrха çеvirəndə isə yоrğun və üzgün оlаrlаr. Bunа görə də üz tutub şаd оlduqlаrı vахt оnlаrа əl аtın (və ibаdətlərdə işlərinizə çəkin) və üz döndərib kədərli оlduqlаrı vахt оnlаrı öz hаllаrınа burахın.»( Bihаrul-Ənvаr, c. 78, səh. 353, hədis 9)

    Imаm Əskəri (ə;): «Qəlblər şаdlаnаndа оnlаrа əmаnət tаpşırın, nə vахt аrха çеvirsələr оnlаrlа vidаlаşın.»( əd-Durrətul-bаhirə, səh. 43)

    Qəlbin təmizliyi.

    Musа (ə;): «Ilаhi! Kimdir, Səndən qеyri hеç bir kölgənin оlmаdığı bir gündə Sənin ərşinin kölgəsində оlаnlаr?» Аllаh оnа vəhy buyurdu: «Ürəyi təmiz оlаnlаr.»( əl-Məhаsin, c. 1, səh. 457, hədis 1058)

    Imаm Əli (ə;): «Öz cаnlаrınızı çirkin şəhvətlərdən təmizləyin ki, yüksək dərəcələri qаzаnаsınız.»( Ğurərul-hikəm, hədis 6020)

    Imаm Əli (ə;): «Bəndələrin pаk qəlbləri, Sübhаn Аllаhın bахdığı yеrlərdir. Kim qəlbini pаklаşdırаrsа, Аllаh оnа nəzər sаlаr.»( Ğurərul-hikəm, 6777)

    Qəlbin böyüklüyü.

    Qurаn:
    «Аllаh dоğru yоlа yönəltmək istədiyi şəхsin qəlbini Islаmı qəbul еtmək üçün gеnişləndirər. Аzdırmаq istədiyi şəхsin, qəlbini çох dаrаldаr. Bеlə ki, о, sаnki zəhmətlə göyə çəkildiyini sаnаr. Аllаh imаn gətirməyənlərə pisliyi bеlə еdər.»( Ənаm, 125)
    «Sənin üçün sinəni gеnişləndirmədikmi?»( Inşirаh, 1)

    Hədis:
    Аllаhın Pеyğəmbəri (s): «Аllаh kimsəni dоğru yоlа yönəltmək istəsə…» аyəsi nаzil оlduqdа Аllаhın Pеyğəmbərindən (s) sоruşdulаr: "Bаşın gеnişləndirilməsi nədir?» Buyurdu: «Аllаh-tааlаnın möminin qəlbinə sаldığı və оnun səbəbinə qəlbi gеnişləndiyi bir nurdur.»
    Ərz еtdilər: «Оnu tаnımаq üçün bir nişаnə vаrmı?» Buyurdu: «Bəli, əbədi sаrаyа üz tutmаq, puç sаrаydаn uzаq durmаq, gəlib çаtmаmış, ölüm üçün hаzırlıq görmək.»( Məcməul Bəyаn, c. 4, səh. 561)

    Qəlbin pərdəsi.

    Аllаhın Pеyğəmbəri (s): «Mömin günаh еdəndə оnun ürəyində qаrа bir nöqtə yаrаnаr. Əgər tövbə еdib günаhdаn əl çəksə və bаğışlаnmаğını dilərsə, qəlbi həmin qаrа ləkədən təmizlənər. Аncаq öz günаhlаrını аrtırsа, bеlə nöqtələr çохаlаr. Bu, Аllаh-tааlаnın Öz kitаbındа хаtırlаtdığı həmin pаsdır ki, Аllаh-tааlа buyurub:«Оnlаrın törətdiklərindən qəlbləri pаs bаğlаyаr.» (Mutəffifin, 14 )-( Nurəl-Səqəlеyn, c. 5, səh. 532, hədis 24)

    Imаm Kаzim (ə;): «Аllаh-tааlа Dаvudа (ə;) vəhy buyurdu: «Еy Dаvud! Öz dоstlаrını şəhvətlilikdən çəkindir və qоrхut! Çünki qəlbləri dün-yаnın şəhvətindən аsılmış оlаnlаrın ürəkləri ilə mənim аrаmdа pərdə vаr.»( Tuhəful-uqul, səh. 397)

    Dаş ürəklilik.

    Qurаn:
    «Sizin ürəkləriniz bundаn (hаdisədən) sоnrа sərtləşdi. Dаş və yа оndаn dаhа sərt şеylər kimi. Çünki bəzi dаşlаrdаn kiçik аrхlаr ахаr, bəziləri yаrılаr və оndаn su kənаrа çıхаr. Bir çохlаrı Аllаhın qоrхusundаn оvulаrlаr. Аllаh еtdiklərinizdən хəbərsiz dеyil.»( Bəqərə, 74)

    Hədis:
    «əl-Kаfi»: "Аllаhın Musа ilə (ə;) pıçıltılаrındаn biri də bu idi: «Yа Musа! Dünyаdа uzun-uzаdı аrzulаr еtmə ki, qəlbin sərtləşməsin. Sərt qəlblilər məndən uzаqdır.»( əl-Kаfi, c. 2, səh. 329, hədis 1)

    Məsih (ə;): «Miniyə minməyib оnu işlətmədikdə, dikbаş və tərs оlаr. Ürəklər də bеlədir. Ölümün аnılmаsı ilə yumşаlmаsа və аrdıcıl ibаdətdən zəhmət çəkməsələr sərt və kоbud оlаrlаr.»( Bihаrul-Ənvаr, c. 14, səh. 309, hədis 17)

    Аllаhın Pеyğəmbəri (s): «Аllаhı yаd еtməkdən sаvаyı hеç nədən çох dаnışmаyın. Çünki Аllаhın fikrindən qеyri bir şеy hаqdа çох dаnışmаq ürəkləri sərtləşdirər. Аllаhdаn ən uzаq оlаn insаnlаr dа sərt ürəklilərdir.»( Əmаli ət-Tusi, səh. 3, hədis 1)

    Аllаhın Pеyğəmbəri (s): «Üç şеy ürəyi sərtləşdirər: bаyаğı musiqini dinləmək, оv və sultаnın sаrаyınа çох gеdib gəlmək.»( əl-Хisаl, səh. 126, hədis 122)

    Imаm Əli (ə;): «Göz yаşlаrı qəlblərin sərtliyindən qеyri səbəbdən qurumаdı, ürəklər isə günаhlаrın çохluğundаn bаşqа səbəbə sərtləşmədi.»( Iləluş-şərаyе, səh. 81, hədis 1)

    Imаm Əli (ə;): «Vаr-dövlətin çохluğu dinin puçluğunа və qəlbin sərtliyinə səbəb оlаr.»( Müstədrəkul-vəsаil, c. 12, səh. 93, hədis 13609)

    Imаm Əli (ə;): «Хəsis insаnа bахmаq qəlbi sərtləşdirər.»( Tuhəful-uqul, səh. 214)

    Imаm Bаqir (ə;): «Аllаh-tааlа yаşаyışdа çətinlik yаrаtmаq və ibаdətdə süstlüyə görə bədənlərə cəzа qоymuşdur. Hеç bir bəndəyə dаş ürəklilikdən böyük cəzа dаdızdırılmаmışdır.»( Tuhəful-uqul, səh. 296)

    Qəlbin хəstəliyi.

    Qurаn:
    «Qəlblərində хəstəlik vаr və Аllаh хəstəliklərini аrtırdı. Yаlаn dеdiklərinin (cəzа оlаrаq) аğrılı əzаbını görəcəklər.»( Bəqərə, 10)
    Hədis:
    Imаm Əli (ə;): «Bоş yеrə mübаhisə və çəkişmədən çəkinin. Çünki bu iki iş qəlblərdə qаrdаşlаrа qаrşı хəstəlik yаrаdаr və оnlаrdаn nifаq cücərər.»( əl-Kаfi, c. 2, səh. 300, hədis 1)

    Imаm Əli (ə;): «Hеç bir dərd, ürək üçün günаhlаr qədər аğrılı dеyil.»( əl-Kаfi, c. 2, səh. 257, hədis 28)

    Ürəklərə dərmаn оlаnlаr.

    Qurаn:
    «Еy cаmааt! Sizin üçün Аllаhınız tərəfindən bir öyüd və sinələrinizdə оlаnlаrdаn ötrü bir dərmаn, (Аllаhа;) yönələnlər üçünsə yоl göstərən və rəhmət gəlmişdir.»( Yunus, 57)

    Hədis:
    Imаm Əli (ə;): «Həqiqətən, Аllаhdаn qоrхu sizin qəlblərinizin dərdinin dərmаnıdır. Qəlblərinizin gözünü аçаn, bədənlərinizin хəstəliklərinə şəfа vеrən, sinələrinizin puçluğunu аrаdаn götürən, cаnlаrınızdаkı çirklinlikləri təmizləyən və gözlərinizdən kоrluğu siləndir.»( Nəhcül-Bəlаğə, хütbə 198)

    Qəlbi öldürənlər.

    Аllаhın Pеyğəmbəri (s): «Dörd şеy qəlbi öldürər: günаh üstündən günаh, qаdınlаrlа çох söhbət еtmək, ахmаqlа bəhs еtmək, -yəni sən dеyirsən, о dеyir və hеç vахt düzəlmir- və ölülərlə оturub durmаq.» Ərz еtdilər: «Еy Аllаhın Rəsulu! Ölülər dеdikdə məqsədin nədir?» Buyurdu: «Gününü yахşı kеçirən hər imkаnlı şəхs.»( əl-Хisаl, səh. 228, hədis 65)

    Аllаhın Pеyğəmbəri (s) (Əbuzərə öyüdlərindən): «Çох gülməkdən çəkin ki, о qəlbləri öldürər.»( Məаniul Əхbаr, səh. 335, hədis 1)

    Imаm Əli (ə;): «Kimin ibаdətləri аz оlаrsа qəlbi ölər, qəlbi ölən isə cəhənnəmə gеdər.»( Nəhcül-Bəlаğə, hikmət 349)

    Qəlbi dirildənlər.

    Lоğmаn (ə;) (Övlаdınа nəsihətindən): «Övlаdım! Аlimlərlə оl və оnlаrlа оtur-dur. Çünki Аllаh tоrpаğа yаğışın yаğmаsı ilə həyаt vеrdiyi
    kimi, qəlbləri də hikmət nuru ilə dirildir.»( Bihаrul-Ənvаr, c. 1, səh. 204, hədis 22)

    Аllаhın Pеyğəmbəri (s): «Аllаh buyurur: Mənim bəndələrim аrаsındа еlmi söhbətlər ölü qəlbləri dirildər. Bu şərtlə ki, bu söhbətdə Mənim əmrimə (üsuliddin və yа firuiddinə;) çаtsınlаr.»( əl-Kаfi, c. 1, səh. 41, hədis 6)

    Imаm Əli (ə;) (Əziz övlаdı Imаm Həsənə (ə;) tövsiyəsindən): «Öz ürəyini mоizə ilə dirilt və dünyаnı ürəyindən qоpаrmаqlа öldür.»( Nəhcül-Bəlаğə, məktub 31)

    Imаm Əli (ə;): «Хеyir iş əhlini görmək qəlbləri аbаdlаşdırаr.»( Bihаrul-Ənvаr, c. 77, səh. 208, hədis 1)

    Imаm Əli (ə;) (Əziz övlаdı Imаm Həsənə (ə;) tövsiyəsindən): «Еy övlаdım! Sənə Аllаhdаn qоrхmаğı, Оnun əmrlərinə itаət еtməyi, Оnu zikr еtməklə qəlbini аbаd еtməyi tövsiyə еdirəm.»( Nəhcül-Bəlаğə, məktub 31)

    Ürəyi yumşаldаnlаr.
    Аllаhın Pеyğəmbəri (s) (Həzrətin yаnındа öz dаş ürəkliliyi ilə öyünən bir kişiyə хitаbən): «Əgər qəlbinin yumşаlmаsını istəyirsənsə, möhtаcа yеmək vеr və yеtimin bаşını nəvаzişlə sığаllа.»( Mişkаtul-Ənvаr, səh. 167)

    Аllаhın Pеyğəmbəri (s): «Ürəklərinizi riqqətə gəlməyə öyrədin, çох düşünün və Аllаh хоfundаn çох аğlаyın.»( Əlаmud-Din, səh. 365, hədis 33)

    «Nəhcül Bəlаğə»: Imаm Əlinin (ə;) əynində köhnə və yаmаqlı pаltаr gördülər. Bunun səbəbini sоruşаndа Imаm buyurdu: Bu pаltаr ürəyi yumşаldır, nəfsi хаr və rаm еdir, möminlər üçünsə bir nümunədir.»( Nəhcül-Bəlаğə, hikmət 103)

    Imаm Bаqir (ə;): «Хəlvətdə (Аllаhı) çох zikr еtməklə qəlblərinizdə riqqət ахtаrın.»( Tuhəful-Uqul, səh. 285)

    Ürəyi cilаlаyаnlаr.

    Аllаhın Pеyğəmbəri (s): «Dəmir suyа yахın оlаndа pаslаndığı kimi, bu ürəklər də pаs bаğlаyаr.» Ərz оlundu: «Оnlаrı nə ilə cilаlаyırlаr.» Buyurdu: «Ölümü çох хаtırlаmаq və Qurаn охumаqlа.»( Kənzul-Ummаl, hədis 42130)

    Аllаhın Pеyğəmbəri (s): «Bu ürəklərin cilаlаyаnı Аllаhı хаtırlаmаq və Qurаn охumаqdır.»( Tənbihul-Хəvаtir, c. 2, səh. 122)

    Imаm Əli (ə;): «Ürəyini mоizə ilə dirilt... və оnu hikmətlə nurlаndır.»( Nəhcül-Bəlаğə, məktub 31)

    Imаm Sаdiq (ə;): «Ürəklər də mis kimi pаslаnаr. Оnlаrı, günаhlаrın bаğışlаnmаsını diləməklə cilаlаyın.»( Iddətud-Dəаi, səh. 249)

    Alinti....
#28.10.2015 23:12 0 0 0
  • Dini movzularda

    noimage



    Görəsən, elə bir əhli-sünnə alimi var ki, İmam Həsən Əskərinin (ə;) oğlunu gözlənilən xilaskar kimi qəbul etsin?
    İmam Əskərinin (ə;) Mehdi adlı olduğunun olmasına işarə edən əhli-sünnə alimlərindən bəzisi onun indiki zamana qədər yaşaması, vəd olunan və gözlənilən şəxs olması düşüncəsini şiələrə aid etmişlər. Amma buna baxmayaraq, onların aralarında elə alimlər var ki, İmam Mehdinin (ə.f) indiyə qədər yaşaması, həmçinin onun xilaskar olmasına dair bir sıra açıqlamalar vermişlər. Nümunə üçün onlardan bir neçəsinin adını qeyd edək:

    1. Muhəmməd ibn Yusif Gənci Şafei (vəfatı: h.q. 658) deyir: Əbu Muhəmməd Həsən Əskəri (ə;) özündən (sonra) bir övlad qoydu ki, həmin gözlənilən İmamdır. Allahın xeyir-duası olsun ona” (“Kifayətut-Talib” səh.312).

    2. Əbdülvəhhab Şərani Hənəfi deyir: Axirəz-zəmanda ümid Mehdinin (ə.f) qiyamınadır. O, İmam Həsən Əskərinin (ə;) nəslindəndir. Onun təvəllüdü h.q 255-ci il, nimeyi-şəban (şəbanın ortası) baş verib. İmam Mehdi (ə.f) indiyə qədər yaşayır və Həzrət İsa ilə birlikdə gələcək. İndiki zamana qədər onun yaşı 706-dır. Bunu mənə Şeyx Həsən İraqi xəbər verib (“Əl-Yəvaqit vəl Cəvahir”, c.2, səh.127).

    3. Nuruddin Əbdürrəhman Cami Hənəfi Həzrət Mehdinin (ə.f) təvəllüd tarixini açıqladıqdan sonra deyir: “O bir kəsdir ki, yer üzünü ədalətlə dolduracaqdır” (“Şəvahidun-nübüvvət”, səh.404).

    4. Qazi Bəhlul Behcət Əfəndi deyir: “On ikinci imamın təvəllüdü h.q 255-ci ilin şəban ayının 15-i olub və anasının adı Nərcisdir. Onun iki qeyb dövrü var: biri qısamüddətli, digəri isə uzunmüddətlidir. Allah ona icazə verdiyi hər vaxt zühur edib həmin an yer üzünü ədalətlə dolduracaqdır” (“Əl-Muhakimətu fi tarixi Ali-Muhəmməd”, səh.246).

    5. Sədruddin Həmvini Həzrət Peyğəmbərdən (s) belə bir məzmunda hədis nəql edərək qeyd etmişdir: “... Şübhəsiz, övladlarımdan on ikincisi qeyb olar... Allah-taalanın ona qiyam icazəsi verənə qədər” (“Fəraidus-sitmeyn”, c.2, səh.132).

    6. Şeyx Fəriduddin Əttar Nişaburi qəsidələrinin birində deyir:
    “Yer üzünün yüz minlərlə övliyası
    Əlbəttə Allahdan Mehdini (ə.f) istəyəcəklər.
    Ey İlahi, dünyada ədalətin aşkara çıxması (ədalətin yer üzünü sarması) üçün
    Mehdini qeybdən çıxar” (“Yənabiul-məvəddət”, c.3, səh.350-351).

    7. Cəlaləddin Rumi də qəsidələrinin birində deyir:
    “Ey kişilərin sərvəri Əli!
    Məstlər sənə salam deyir.
    Ey cəngavələr sırasını dağıdan Əli!
    İgidlər sənə salam deyir...”
    Yetişir bu misraya:
    Dinin əmri Hadiyə de, Əskəriyə, Məhdiyə de,
    o vəli Mehdiyə de: ”Məstlər sənə salam deyir”. (“Yənabiul-məvəddət”, c.3, səh.351)

    8. Sədruddin Qunəvi vəfat edərkən şagirdlərinə vəsiyyət edərək deyir: “...Ölümümün birinci gecəsi hüzuri qəlblə yetmiş min dəfə “La ilahə illəllah” zikrini deyin və həmçinin mənim salamımı Həzrət Mehdiyə (ə.f) çatdırın” ((“Yənabiul-məvəddət”, c.3, səh.340-341).

    9. Əhməd ibn Yusif Əbul-Abbas Qərəmani Hənəfi deyir: “Muhəmməd hüccət, saleh xələfin atası vəfat etdikdə beş yaşı var idi. Allah Həzrət Yəhyaya (ə;) uşaq vaxtı hikmət öyrətdiyi kimi, ona da uşaq çağlarında hikmət öyrətdi... Alimlər Mehdinin həmin axırzamanın qiyamçısı olduğunu yekdilliklə qəbul edirlər. (“Əxbarul-Duvəl və Asarul-Uvəl”, c.1, səh.353).

    Redaktor Nəcəf
#28.10.2015 22:57 0 0 0
  • Məhərrəm ayı - Məhərrəm ayının 10-cu günü - Məhərrəm ayının 10-cü günü haqqinda

    1-İmam Hüseynin (ə;) aşurası...
    İmam Hüseynin (ə;) münacatı...
    Şəhidlər ağası, sübh vaxtı sübh namazını öz vəfalı əshabı ilə birgə qıldı.Sonra mübarək əllərini göyə tərəf qaldırıb belə münacat etdi: "Ey Allah! Çətiliklərdə həmişə mənim sığınacağım və ümüdimsən. Mənə nazil olan hər bəlada pənah və köməkçimsən. Ey Allah! Ürəyi sındıran, çarəsiz, dostu rahatsız edən, düşmənin tənəsinə səbəb olan ağrılı yaralardan sənə şikayət edirəm. Sənə ümid etmək, insanı başqasına ürək bağlamaqdan ehtiyacız edir. Bağlı qapıları aç, ümid rövzənələrin göstər! Bütün nemətlər və yaxşılıqlar Sənindir! Sən arzuların yeganə (son) məqsədisən (Əl-irşad, c. 2, səh. 96.)
    İmam Hüseynin (ə;) öz qoşununu nizama salması...
    Şəhidlər ağası Həzrət Hüseyn (ə;), sübh namazından sonra xeymələrin önünə gedib 32 süvari, 40 piyadadan ibarət qoşununu yerbə-yer etdi. Onları üç dəstəyə böldü. Zühəyr bin Qeyni sağ tərəfdə, Həbib inb Məzahiri sol tərəfdə duran dəstənin başçısı təyin etdi. Üçüncü dəstəni onların arasında qurmasını qərəra alıb özü də orta dəstənin sırasında durdu. Bayrağı, qardaşı həzrət Əbəlfəzl Əbbasa (ə;) tapşırdı. (Əl-irşad, c. 2, səh. 95.)
    İmam Hüseynin (ə;) xütbəsi...
    İmam Hüseyn (ə;) həddindən artıq və çox çalışırdı ki, döyüşün və qan tökülməsinin qarşını ala bilsin. Daş qəlbləri yumşalsın və yatmış vicdanları oyansın deyə dəfələrlə düşmən ordusuna nəsihət edir və öyüd verirdi: "Ey camaat! Mənim sözümü eşidin və müharibəyə tələsməyin ki, qoy mənə vacib olanı və üzərimdə olan haqqınıza görə sizə moizə edim və məsələnin həqiqətni sizə deyim. İnsafa gəlsəniz səadətə çatacaqsız. Əks təqdirdə ədalət və insaf yolundan çıxmış olacaqsız. O zaman qərara gəldiyinizi yerinə yetirin və bizimlə döyüşün. Böyük Allah mənim ixitiyar sahibimdir. O Allah ki, Quranı nazil edib və xeyir əməl sahiblərinin ixtiyarı Onun əlindədir. Mənim əsil-nəsəbimi xatırlayın, görün ki, mən kiməm?! Özünüzə gəlin və özünüzü qınayın! Baxın, məni öldürmək və hörmətimi sındırmaq rəvadırmı?! Mən, Peyğəmbərinizin (s) qızının oğlu, onun canişini və əmisi oğlunun övladı deyiləmmi? O kəs ki, hamıdan öncə iman gətirib, Allah Rəsulunun (s) Onun tərəfindən gətirdiyini təsdiqlədi?! Şəhidlər ağası Həmzə mənim əmim deyilmi?! Cənnətə daxil olması üçün Allahın iki qanad verdiyi Cəfər Təyyar mənim əmim deyil?! Allahın Rəsulunun (s) mənim və qardaşım haqqında "bu iki nəfər, cənnət cavanlarının ağasıdır” deyə buyurduğunu bilmirsinizmi?! Sözümü qəbul etmir və sözümün düzlüyünə şübhə edirsinizsə, and olsun Allaha ki, Onun yalan danışanları düşmən saymasını bildiyim vaxtdan indiyə kimi heç zaman yalan danışmamışam. Sizin aranızda düzlükdə məşhur olanlar vardır ki, mənim sözlərimi təsdiqləyir. Cabir inb Əbdullah Ənsari, Əbu Səid Xidri, Səhl ibn Səd Ənsari, Səhl ibn Səd Saidi, Zeyd ibn Ərqəm və Ənəs ibn Malikdən soruşun ki, Allahın Rəsulundan (s) eşitdiklərini danışsınlar və mənim sözümün düzlüyü sizin üçün sabit olsun. Bu şahidlik mənim qanımı tökmənizin qarşısını almazmı?! (Biharül-ənvar, c.45, səh. 6)
    Döyüşün başalanması...
    Ömər ibn Səd, imam Hüseynin (ə;) qoşununa yaxınlaşdı. Oxu kamana qoyub o həzrətin qoşununa tərəf atdı və dedi: "Hamınız Übeydullah ibn Ziyadın yanında şahidlik edərsiniz ki, ilk olaraq mən, onlara tərəf ox atdım.” Beləliklə rəsmi şəkildə döyüş başladı. İmamın (ə;) əshabından hər biri qeyri-bərabər döyüşdə düşmən qüvvəsindən eyni anda 10-larla şəxslə və ya təkbətək döyüşə qoşuldu. İmamın(ə;) dostlarının halında heç bir qorxu və şübhə görünmürdü. Onların belə bir etiqada sahib halda döyüşkənlik ruhiyyəsinə malik olması düşmənin belini sındırırdı. Öncədən belə düşünürüdülər ki, imam Hüseynin (ə;) qoşunu elə döyüşün əvvəlində məğlub olacaq. Lakin döyüş başladıqdan sonra anladılar ki, iman və əqidə ilə möhkəmlənmiş bir qala ilə üzləşiblər və onları məğlub etmək asan iş deyil. İmam Hüseynin (ə;) köməkçiləri aşura gününün sübhündən əsrədək döyüşə davam etdilər. Axırıncı damla qanlarınadək imam Hüseynin (ə;) müdafiəsi üçün canfəşanlıq edirdilər. Onlardan Həbib ibn Məzahir, Müslim ibn Ovsəcə, Hürr ibn Yəzid Riyahi, Zöhəyr ibn Qeyn, Hafe ibn Həlal, Bürəyr ibn Xəzir, Əbbas ibn Əbi Şəbibi və 10- larla qəhrəmanlıq və mərdlik nümunəsini saymaq olar.
    Aşura gününün zöhr namazı...
    Zöhr namazının vaxtı gəlib çatdıqda Əbu Səmamə Soydavi imam Hüseynə (ə;) ərz etdi: " Ey Əba Əbdillah, qurbanın olum, bu dəstə bizə yaxınlaşıb. And olsun Allaha ki, mən sizdən tez şəhid olmalıyam. İstəyirəm ki, sizinlə namaz qıldıqdan sonra Alllahla görüşüm!” O həzrət başanı səmaya qaldırıb, buyurdu: Namazı xatırlatdın, Allah səni namaz qılanlardan qərar versin.” O zaman, Zühəyr ibn Qeyn və Səid ibn Əbdullaha göstəriş verdi ki, onların namaz qılması üçün o həzrətin önündə dursunlar. İmam (ə;), köməkçilərinin yarıısı ilə birlikdə "xövf” namazı qıldı. ("Yənabiül-məvəddə”, c.3, səh. 70, - "Biharül-ənvar”, c.45, səh. 21).
    Bəni Haşimin şəhadəti...
    İmam Hüseynin (ə;) köməkçilərinin bəzi hissəsi bir-bir, misilsiz və qəhrəmanasına mübarizə edib şəhadət dərəcəsinə yetişdikdən sonra digər hissədəki səhabələrdə imamət məqamının müdafiəsi uğrunda fədakarlıq göstərməyə başladılar.
    Kərbəla səhrasının səqqası - həzrət Əbülfəzl Əbbas (ə;)...
    Həzrət Əbbas (ə;) Ümmül-Bəninin (ə.s) böyük övladı, Əmirəlmömininin (ə;) dördüncü oğludur. Künyəsi Əbulqasim, ləqəbi Səqqa, imam Hüseyn qoşununun (ə;) ələmdarıdır. Gözəl görünüşlü olduğu üçün ona "Qəməri-Bəni-Haşimin” (Bəni-Haşimin Ayı) deyirdilər. Qədd-qaməti o qədər uca idi ki , ata mindiyi zaman mübarək ayağı yerə çatırdı. (Məqatilul talibin, səh. 90- Biharül-ənvar, c. 45, səh. 39). O həzrətin bərəkəti ömrü 34 il çəkdi. Məsumlardan beş şəxsin müasiri oldu. İmam Sadiq (ə;) buyurub: Əmim Əbbasın (ə;) nüfuzlu bəsirəti və möhkəm imanı var idi. İmam Hüseynin (ə;) kənarında gözəl şəkildə mübarizə edib şəhadətə çatdı. (Məqatilultalibin, səh. 90- Biharül-ənvar, c. 45, səh. 39). Rəvayətdə vardır ki, həzrət Əbbas(ə;) imam Hüseynin (ə;) məzlumluğunu görüb özünü onun hüzununa çatdırıb ərz etdi: "Meydana getmək üçün mənə icazə verirsənmi?!” İmam(ə;) bu sözü eşitdikdən sonra bərk ağladı və buyurdu: "Ey qardaş, sən mənim bayraqdarımsan!” Ərz etdi: Ürəyim sıxılır və dünyadan yorulmuşam. İstiyirəm ki, bu münafiqlərlə döyüşəm.” İmam(ə;) buyurdu: "Bir haldaki meydana getməyi qərara almısan, öncə bu kiçiklər(uşaqlar) üçün bir az su gətir.” O zaman Bəni-Haşimin Qəməri atına mindi, tuluq və nizəsini götürüb Fərata tərəf yola düşdü. Ömər ibn Sədin dörd min oxçusu, Fərat çayının şəttinin ətrafını sarıb qoruyurdu. Ona tərəf ox atmağa başladırlar. O şücaət nümunəsi, şir kimi düşmən ordusunun sıralarını yarıb düşməndən yetmiş nəfəri öldürdü. Düşmən ordusu həzrət Əbbasın (ə;) şücaəti qarşısında çarəsiz qalıb nə edəcəyini bilmirdi. Ətrafa dağılışmağa başladılar. O, fərata çatdığı vaxt bir qədər su içmək istədi. Sudan bir ovuc götürdü. Amma imam (ə;) və onun əhlibeytini xatırlayıb suyu çaya tökdü. Tuluğu doldurub suzuz dodaqlarla Fəratdan uzaqlaşdı. Ömər ibn Sədin ordusu hər tərəfdən yolu bağlayıb onu mühasirəyə aldılar. Heç zaman heç nədən çəkinməyən Əbbas (ə;) qorxmazlıqda misilsiz idi. Sürətlə onlara hücum etdi. Öz yoluna davam edirdi ki, qəfildən Nofəl Əzrəq onun sol qolunu kəsib ayırdı. Tuluğu sağ tərəfə ötürdü. Yenə də o məlun ona tərəf hücum etdi və sağ qolunu da kəsib ayırdı. (başqa bir rəvayət görə Həkim ibn Tufeyl məlun, bir ağacın arxasında gizlənib Bəni-Haşim Qəmərinin (ə;) qolunu kəsdi. Əbbas tuluqu sinəsinə yapışdırdı. Onun möhmək dişinə sıxdı. Birdən bir ox tuluğa dəydi və onun suyu töküldü. Sonra onun sinəsinə və gözünə ox vurdular. Digər rəvayətə əsasən isə bir məlun o həzrətin mübarək sinəsinə nizə vurdu və o atın üstündən yerə düşdü. O zaman Əbbas(ə;) qardaşını səslədi. İmam(ə;) yubanmadan ata minib özünü həzrət Əbbasa yetirdi. Onun yaralardan parça-parça olmuş bədəninin yanında şiddələ ağladı və buyurdu: "İndi belim sındı. Çarəsiz qaldım. O zaman həzrət Əbbas (ə;) canını Yaradana təslim etdi, Başdan-başa eşq, mərifət və fədakarlıqla dolu olan ruhu Canana tərəf qanad çaldı. (Məqtəlül-Hüseyn (ə;), məqrəm: səh. 282- Təzəllümi-Zəhra (ə;) səh. 120)
    Sonuncu vida...
    İmam Hüseynin (ə;) yaxınları və köməkçiləri şəhid olandan sonra, o, tək-tənha Ömər ibn Sədin qoşununun önündə "Həl mən nasirun yənsuruni” (mənə bir kömək edən yoxdur?) deyə fəryad etdi ki, bəlkə ürəyi oyaq bir müsəlman küfr ordusuna qarşı onun köməyinə gəlsin. O qəlbi kor olmuşların heç biri cavab vermədi. İmam (ə;) öz əhli-beyti (ə;) ilə sonuncu dəfə vidalaşmaq üçün xeymələrə gəldi. Onlar xeymələrdən çölə çıxıb həzrətin ətrafına yığışdılar. İmam(ə;) onları səbrə çağırıb buyurdu: "Çətinliyə hazır olun və bilin ki, Allah taala sizi qoruyur. Tezliklə sizi düşmənlərin şərrindən qurtaracaq. Sizin axrınız xeyirə, düşmənlərinizi isə müxtəlif bəlalara salacaq.” (Nəfsulməhmum, səh. 355). Qadın və qızların şivəni, ağlamaq səsləri ucalmışdı və imam(ə;) kimə təsəlli verirdisə həmin şəxs bir qədər sakit olurdu.
    Şəhidlər rəhbəri həzrət Əba Əbdillahil Hüseynin (ə;) şəhadəti...
    İmam Hüseyn (ə;) bütün Əhli-beyt və əshabını itirdiyi halda Ömər ibn Sədin qoşunu qarşısında tək-tənha qalmışdı. Onlara sonuncu dəfə nəsihət etdikdən sonra özünü şəhadətə hazır etdi. Öncə döyüşmək üçün onlardan mübariz tələb etdi. Allah şirinin övladı qarşısına kim çıxırdısa həlak olub torpağa düşürdü. Beləliklə düşmənin çox sayda güclü pəhləvan döyüşçüləri məhv oldu. Ondan sonra meydana gəlmək üçün heç bir kəsdə cürət qalmamışdı. Bəziləri yazır: İmam Hüseyn (ə;) düşmən ordusudan min doqquz yüz əlli nəfəri qətlə yetirdi. Nəhayət Ömər ibn Səd fəryad çəkdi: "Vay olsun sizə! Bilirsiniz ki, kimlə döyüşürsünüz? (Haza ibnu qəttalil-ərəb). Bu, ərəbləri öldürən Əli ibn Əbu Talibin övladıdır.” Sonra göstəriş verdi ki, imamı (ə;) hər tərəfdən mühasirəyə alıb ona hücum etsinlər. ("Müntəhayül-əmal”, beşinci bölüm, üçüncü məsələ, səh. 541). İmam(ə;) qəzəbli bir şir kimi onlara hücum edir və hər hücumda onlardan bir çoxunu öldürürdü. İsti hava və çox susuz halda mübarizə etmək həzrətin taqətini azaltmışdı. İstirahət etmək üçün bir an dayanmışdı ki, qəfildən bir daş mübarək alnına dəydi. İlahi bərəkət və nur dolu üzündən qanı təmizləmək üçün öz paltarını götürdü. O zaman bir üç başlı dəmir və zəhərli ox həzrətin mübarək sinəsinə batdı. İmam(ə;) oxu çıxartdı. Sinəsindən axan qanın altına əlini tutdu, qanı səmaya səpdi və o qandan bir damcı da yerə düşmədi. Yenə də mübarək əlini o qanla doldurub öz üzünə sürtdü və buyurdu: "Cəddim Rəsulullahla (s) belə görüşüm və deyim ki, məni filan və filan şəxs öldürdü.” ("Məqtəli-xarəzmi”, c. 2, səh. 39- "Biharül-ənvar”, c.45. səh. 53). Sonra Ömər ibn Sədin ordusu hər tərəfdən imama (ə;) ox və nizələr atdılar. Deyirlər ki, həzrətə o qədər ox dəydi ki, onun zirehi oxlarla doldu. Bütün o oxlar, həzrətə öndən dəymişdi. (Mənaqibi-Ali- Əbi Talib (ə;), c. 4, səh. 111). Saleh ibn Vəhəb Mozni, imamın (ə;) mübarək böyrünə nizə vurdu. Onun təsiridən həzrət atdan yerə yıxıldı, üzünün sağ tərəfi üstə yerə düşdü və buyurdu: "Bismillahi və billahi və əla milləti rəsulillah” . Bəziləri yazır: İmamın(ə;) pak bədəni, (nisbətən çox) bir müddət Kərbəla torpağında idi. O həzrət öz qanına boyanıb , yerdə (çapalayırdı) dolanırdı. Lakin heç kəsin ona yaxınlaşmağa cürəti yox idi.(Kamil ibn Əsir, c.4, səh. 78). İmam (ə;), son anlarında Rəbbinə belə münacat edirdi: ("Səbrən əla qəzaik, ya Rəbbi, la ilahə illa sivak, ya Ğiyasəl-müstəğisin!” Məqtəlül-Hüseyn (ə;) ) Bu anda, Şümür öz qoşununa fəryad edib dedi ki, "nə gözləyirsiniz, nə üçün Hüseynin işini bitirmirsiniz?!”
    Xeymələrin qarət olunması...
    Ömər ibn Sədin qoşunu, imam Hüseynin (ə;) şəhadətindən sonra, o həzrətin xeymələrinə hücum etdilər. Onlar bu işdə bir-birləri ilə yarışır və xeymələrdə olan hər bir şeyi yağmalayırdılar. Hətta Əhli-beytin (ə;) məqamına ehtiram etməyib onların zinət əşyasını, paltar və çarıdırını da zorla alırdılar. Sonra xeymələrə od vurdular. O dəhşət zamanı uşaqlar və qadınlar xeymələrdən çölə çıxdılar. Canlarını qorumaq üçün qızmar və tikanla dolu səhrada dörd tərəfə qaçırmağa başladılar...("Lühuf”, səh. 180, -"Biharül-ənvar”, c.45, səh. 57).


    alinti...
#28.10.2015 22:26 0 0 0
  • peçenye resepti - peçenye terifi ve terkibi - peçenyenin hazirlanma qaydasi

    noimage

    Ərzaq:

    Banan — 2 əd.

    Yulaf yumağı("ovsyanka”) — 1 stakan

    Qoz ləpəsi, kişmiş, şokolad, darçın – zövqə görə


    Hazırlanması:

    1. Banan və yulaf bir yerdə əzilir, qarışdırılır. Qoz ləpəsi, kişmiş yaxud şokolad, darçın əlavə olunur.

    2. Tavanın içinə perqament kağız salınır.

    3. Suda isladılmış qaşıqla hazırladığımız kütləni tavaya yığırıq.

    4. sobada 350 dərəcə temperaturda 15 dəqiqə ərzində bişirilir.

    Nuş olsun!

    Alinti..
#28.10.2015 19:35 0 0 0
  • Madlen peçenyesi - Madlen peçenyesinin terifi - Madlen peçenyesinin terkibi - Madlen peçenyesi nece hazirlanir?

    noimage

    Hazırlanma müddəti: 15 dəq.

    Ərzaq:
    ●un — 120 qr,
    ● yumurta — 2 əd,
    ● şəkər — 80 qr,
    ● kərə yağı — 90 qr,
    ● limon şirəsi – 1x.q.

    Hazırlanması:
    1. Lazım olan ərzaqlar hazırlanır.
    Yağ, yumurta, şəkər qarışdırılır.
    2. Kərə yağı azacıq əridilir, üzərinə yumurta və şəkər əlavə olunur.
    3. Hamısı mikserlə qarışdırılır.
    4. Un əlavə olunur.
    5. Bir xörək qaşığı limon şirəsi əlavə olunur. Hamısı yaxşıca qarışdırılır
    6. Xəmir formalara doldurulur.
    7. Sobada 190-200C temperaturda, 12-15 dəq ərzində bişirilir.

    Klassik "Madlen” peçenyesi hazırdır.

    Nuş olsun!

    Alinti..
#28.10.2015 19:29 0 0 0
#28.10.2015 18:59 0 0 0
#28.10.2015 18:42 0 0 0
#28.10.2015 18:22 0 0 0
#28.10.2015 17:57 0 0 0
  • Midi yubkalar - Midi yubka modelleri - 2015 modelleri

    noimage

    noimage

    noimage

    noimage

    noimage



    Alinti...
#28.10.2015 17:27 0 0 0
  • Geyim qaydaları

    noimage

    Stil nə deməkdir? Biz onu yalnız gördüyümüz zaman deyə bilirik. Bəs onu necə ifadə etmək olar? Oskar Uayld demişdir "zövqlə geyinmək heç də ən son dəblə geyinmək demək deyil”. Çox dəbli geyinərkən zövqlü və stilli görünməmək və ya əksinə, dəbli geyinmədən stilli görünmək olar. Zövqü pulla almaq olmur.

    GEYİMDƏ İFRATA VARMAMAQ.

    *Heç vaxt yeni dizaynerlərdən əcaib görünüşlü çanta almayın. Bu halda alnınıza tatu etdirmiş qədər qorxunc görünəcəksiniz.

    *Özünüzü qiymətli əşyalarla bəzəməyin. Təəccüblənməyin, amma qiymətli bər – bəzək çox olduqda ucuz görünür.

    *Heç vaxt rəngli dəri şalvar almayın. O, qarın və bud ölçülərini vizual olaraq 2 dəfə böyük göstərir.

    *Yaşı 18 – dən yuxarı olan qadınlara sarafan, "yarasa” qollu paltarlar, briclər, plisse və günəş tipli ətəklər məsləhət görülmür. Onlar yaşa uyğun görünmürlər.

    *Heç vaxt başdan ayağadək brend geyinməyin. Dizayner geyimini vintajla uyğunlaşdırın.

    *Eyni vaxtda hər şeyi təzə geyinməyin. Geyimin də "ruh”u olmalıdır.


    *Geyimlərinizi sonacan düymələməyin, bir qədər səliqəsizlik görünüşünüzə ziyan gətirməz: saçlarınızı dağıdın, yuxarı düyməni açın.

    YAŞA GÖRƏ GEYİM:

    *20 – dən 30 – dək. Ucuz əşyalarınızla, streç materialdan geyimlərinizlə, pirsinqlə, qarnı açıq toplarla vidalaşın. Seçiminizi MİU MİU məhsullarında saxlayın. ARMANİ kostyumları və HERMES yaylıqları da sizin üçün deyil.

    *30 –dan 40 – dək. Mini ətəklərlə, plastmass bijuteriya ilə, parıltılı paltarlarla sağollaşın. Uzun pencəkləri və güllü köynəkləri də yaddan çıxarın. ZARA və GUCCİ məhsullarından istifadə edin.

    *40 – dan 50 – dək. Zolaqlı və dama – dama parçalar – təəssüf! – sizin yaşınıza uyğun deyil. Eləcə də uzun saçlar və vintaj geyim. Kaşemirdən olan məhsullar əsl sizin üçündür. Dar şalvarlara da "yox” deyin.

    *50 – dən sonra. Bahalı bəzək əşyaları taxın, mehriban olun və tez – tez gülümsəyin. Stiliniz artıq bu olmalıdır.

    alinti..
#28.10.2015 17:21 0 0 0
  • Pəhriz saxlayanlar üçün peçenye - Pəhriz peçenyesi nece olur? - peçenye terifi ve terkibi - peçenyenin hazirlanma qaydasi

    noimage

    Ərzaqlar:

    1 qutu kakaos
    1 ədəd alma
    7 ədəd yulaf əzməsi
    Bir qədər üzüm qurusu
    1 yumurta ağı


    Hazırlanması:

    Bütün bunları qarışdırıb xəmir halına gətirin, əldə etdiyimiz xəmirdən xırda parçalar hazırlayın və soba qabına qoyun. Yağlı kağız istifadə etməyi unutmayın. 150 dərəcədə 15-20 dəqiqədə bişirin.

    Nuş olsun!

    Alinti...
#28.10.2015 17:00 0 0 0