N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • Sefali bitkiler - Bal və darçın - Bal və darçın haqqinda - Bal və darçınin faydasi - Bal və darçınin ne kimi faydasi var?

    noimage

    Bal ən faydalı məhsullardan biridir.
    Bal antiseptik, iltihab, virus və mikrobəleyhinə təsirə malikdir, immun sistemini gücləndirir, orqanizmə ümumi möhkəmləndirici təsir edir. Darçının da müxtəlif faydalı xüsusiyyətləri var - orqanizmin tonusunu artırır, qan dövranını yaxşılaşdırır, soyuqdəymə zamanı kömək edir, ürək, mədə, bağırsaqlar üçün faydalıdır. Darçının bir dənə də faydalı xüsusiyyəti var - piylərin əriməyini sürətləndirir. Bu səbəbdən darçın müxtəlif pəhrizlərdə istifadə olunur.

    Balla darçının qarışığı sınanmış müalicəvi və profilaktik vasitədir. Artritdən əziyyət çəkən insanlara bu qarışıq çox yaxşı kömək edir. Bunun üçün 1 xörək qaşığı bal və 1 çay qaşığı darçın 1 stəkan isti (qaynar olmamalıdır, təxminən insan bədəni temperaturunda olmalıdır) suda əridilir və səhər tezdən acqarına içilir. Müalicə kursu - 1 həftə.

    1 çay qaşığı bal və 1/2 çay qaşığı darçını 1 fincan (təxminən 100 ml) ilıq suda əridin və qəbul edin. Bu qarışıq immun sistemini möhkəmləndirir, soyuqdəymə xəstəlikləri və qrip zamanı sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir, tərlədir.
    Yorğunluq və zəiflik zamanı belə qarışıq orqanizmin tonusunu qaldırır, insanın əqli fəaliyyətini yaxşılaşdırır.

    Balla darçının qarışığı ürək əzələsinə müsbət təsir edir, damarları təmizləyir, onların elastikliyini artırır.

    Oynaq xəstəlikləri zamanı qarışıq oynaqlarda ağrıların və iltihabın azalmasına kömək edir.

    Qarışıq orqanizmi təmizləyir, cavanlaşdırır, orqanizmdən ziyanlı maddələri xaric edir.

    1 çay qaşığı bal və 1 çay qaşığı darçın qarışdırıb müxtəlif dəri problemləri zamanı istifadə etmək olar. Qarışığı zədələnmiş sahələrə çəkmək lazımdır.

    alinti..
#28.10.2015 16:55 0 0 0
  • Xestelikler - Boyun xesteliyi - Boyun ağrısı - Boyun ağrıs elametleri - Boyun ağrısinin sebebleri - Boyun ağrısınin mualicesi

    noimage

    Boyun ağrısı çox adamı narahat edən şikayətlərdəndir. Belə ağrılar əsasən yaşı 50-i keçmiş insanlarda baş verir. Ancaq bəzi hallarda bu ağrılar yaşa baxmır. Ağrı başla boyunun birləşdiyi nahiyədə hiss edilir və hərəkəti məhdudlaşdırır. Ağrı təkcə boyunla məhdudlaşmır, kürəyə və qollara da yayılır. Hətta bəzən elə şiddətli hal alır ki, xəstə ayağa qalxa bilmir, ağrı bütün bədəni əhatə edir.
    Boyun ağrısının təhlükəli səbəbləri ilə yanaşı çox sadə səbəbləri də var. Belə ki, əgər tez-tez boyun ağrısından şikayətlənirsinizsə, yatağınıza və yastığınıza diqqət edin. Ağır iş rejimi, gün içində qarşılaşdığınız stresli anlar, bütün gün kompüter qarşısında oturmaq boyun ağrısına səbəb olan amillərdir.
    Boyun ağrısının tam olaraq nədən qaynaqlanmasını bilmək çətindir. Ancaq belə ağrılar əsasən oturaq işdə çalışan insanlarda görülür. Ən çox qarşılanan ağrı mexanik boyun ağrısıdır. Bu ağrı əsasən pis duruş, əyri oturma, qəza və ya zədələnmə nəticəsində ortaya çıxır.
    Mövzu ilə bağlı Aile.lent.az-a danışan travmatoloq Azər Hacıyevin sözlərinə görə, boyun və kürək ağrısı, əzələ sıxılması əsasən boynu uzun müddət əyri saxlayan zaman baş verir: “Oturarkən önə əyilərək çalışmaq, uzun müddət başı aşağı əyərək kitab oxumaq, klaviaturada yazmaq, avtomobil sürmək, uzanaraq televizora baxmaq, həddən artıq idman, boyun sağlamlığı üçün uyğun olmayan yastıqda yatmaq mexaniki ağrıların yaranmasına səbəb olur. Ev işləri zamanı boynu yuxarı və ya önə qarşı əyilən qadınların da boyununda tez-tez ağrılar müşahidə edilir. Məsələn, pərdə asarkən, qab yuyarkən boynunuzu uzun müddət eyni vəziyyətdə tutmuş olursunuzsa, bu, sizdə boyun ağrılarının yaranmasına səbəb ola bilər. Ağrıkəsici və əzələ boşaldıcı dərmanlar bu tip ağrıları sakitləşdirir. Müxtəlif məşqlər və ağrıya səbəb olan pis duruşun düzəldilməsi tətbiq olunan müalicə üsullarıdır”.

    Müsahibimiz bildirir ki, boyun ağrısı psixoloji səbəblərdən də yarana bilər. Stress insan orqanizmi üzərində müxtəlif təsirlərə malikdir. Əgər qayğılarımız varsa, deməli, bədənimiz stress altındadır. Stress altındaykən əzələlərin gərilməsinə səbəb olan hormonlar ifraz olunduğu üçün boyun və ya bel ağrıları, tutulmaları daha çox müşahidə edilir. Və bu ağrılar uzunmüddəti olur. Gərginlikdən qaynaqlanan ağrılar masaj, isti duş və ya məşqlə azaldıla bilər.

    A.Hacıyev deyir ki, boyun və kürək ağrıları çox zaman qəza və ya zədələnmə sonrası da müşahidə edilir: “Boyunda onurğa sümüklərinin arasında qığırdaqlar var. Disk adlanan bu qığırdaqların içində jele halında maye olur. Bu mayenin müxtəlif səbəblərdə çölə ifrazı sinirlərə təzyiq edir və boyun yırtığını meydana gətirir. Yol qəzaları, boyun əzlələrinin həddən artıq yüklənməsi, oturaq işlər boyun yırtığına səbəb olur. Yeni başlayan ağrı əvvəlcə hərəkəti məhdudlaşdırmır. Boyun ağrısı ilə yanaşı baş ağrısı, çiyin və qol ağrıları, sinə ağrıları müşahidə edilir. Sinirlərə nə qədər təsir edilməsinə və disklərin sıradan çıxma dərəcəsinə bağlı olaraq qol və əzələlərdə gücsüzlük meydana gəlir. Boyun tutulması, boyundakı bağların sərtləşməsi sümüklərdə çıxıntılar meydana gəlməsi, onurğa iliyi və sinir kanallarının daralması zamanı baş verir. Boyun tutulması və boyun yırtğı bir-brinə bənzəyən əlamətlərlə müşahidə edilir. Belə ağrılar üçün ancaq fiziki terapiya məsləhət görülür”.

    Həkim qeyd edir ki, oynaq və əzələ ağrıları digər xəstəliklərin əlaməti olaraq da özünü göstərə bilər. Məsələn, iltihabsız revmatizm zamanı müxətli oynaq və əzələ ağrıları, daxili orqanların xəstəlikləri, sümük xəstəlikləri, onurğa iltihablanması, hormonal xəstəliklər, müxtəlif xoş və bədxassəli şişlər zamanı boyun ağrısı müşahidə edilə bilər.

    Ev şəraitində boyun ağrsını aradan qaldırmaq üçün isti kompress, masaj, isti duş qəbul etmək lazımdır. Bununla yanaşı müxtəlif ağrıkəsicilərdən də istifadə etmək olar. Həkim müayinəsinə ehtiyac duyulduğu zaman isə müalicə 2-3 həftə davam edə bilər. Müalicələr ağrını azaltmağa, elastikliyi və gücü artırmağa, kömək edir: “Çalışın ki, ağrıyan yeri isti saxlayın, çünki istidə əzələlər boşalır. Tutulan əzələlər sərtləşmiş olduğu üçün istilik onları boşaldır, spazmı aradan qaldırır. Bununla yanaşı evdə əzələ boşaldıcı kremlərlə masaj etdirə bilərsiniz. Ağrının qarşısını almaq üçün boyunu yoracaq işlərdən uzaq olmaq, boynu dincəltmək lazımdır. Əgər ağrılar kəskindirsə və həyat tərzinizə təsir edirsə, həkimə müraciət edin. Və xatırladaq ki, bu müalicə uzun zaman aldığı üçün onsuz da həkimə getdiyiniz gün ağrı kəsməyəcək. Qısası, bir müdəti ağrı ilə yaşamağa çalışın. Kompüter qarşısında çox oturmayın, uzanmış halda televizor izləməyin, başınızı əyib kitab oxumayın, telefon oyunlarından uzaq durun və bədəninizə istirahət verin. Yatağınızı isti edin, yastığınızı boynunuzun rahatlığını təmin edəcək şəkildə seçin. Boyun ağrısı elə bir ağrıdır ki, insanın bütün sinir sisteminə təsir edir, yaşama həvəsini azaldır. Əgər ağrı soyuqlama zamanı baş veribsə, ağrı ilə yanaşı hərarətin yüksəlməsi də müşahidə edilir. Onda çalışın ki, ən azı 3-4 gün müddətində bütün bədəninizə, boynunuza, əzələlərinizə rahatlıq verəsiniz” .

    İradə Cəlil
#28.10.2015 16:50 0 0 0
  • Stres - Stres haqqinda - Stresdən qurtulma yollari

    noimage

    Həyatımızın bütün mərhələlərində streslə qarşılaşırıq. Bəzilərimiz bunun öhdəsindən gələ bilsək də, çoxlarımız streslə mübarizədə aciz qalırıq. Aile.lent.az streslə mübarizə aparmaq üçün bəzi məsləhətlər təqdim edir.

    Streslə mübarizə aparmağın ən əhəmiyyətli yollarından biri zamanı ələ ala bilməkdir. Yəni ki, nizamlı bir formada hər şeyə vaxt ayırmaq lazımdır. Sadəcə dərs, iş və ya məcburi işlərə deyil, qidalanma, müxtəlif idman növləri və məşqlər, əyləncə kimi bir çox mövzulara vaxt ayrılmalıdır. Fiziki məşğuliyyət tapmaq, məşq etmək, bədənin fizioloji şərtlərini nizama salmaq lazımdır. Ürək oksigeni daha rahat göndərir və bunun sayəsində insanın gümrahlığı və gücü artır. Nəticədə stress hormonlarından yaxa qurtarmaq asanlaşır. Bu məşqlərlə yanaşı qidalanma proqramı da düzgün tərtib edilməlidir. Stresdən azad olmağın təbii yolu kimi qidalanmada çay xüsusi yer tutur. Təqdim edəcəyimiz çay resepti sizi stresdən azad edəcək.

    Lazım olan vəsaitlər:

    1 xörək qaşığı melisa, 1 dəstə çobanyastığı, 6-7 dənə təzə nanə, 1 çörək qaşığı qənd, yarım limon, 1 litr su.

    Hazırlanması:

    Melisa və çobanyastığını qaynar suya qatın və 4-5 dəqiqə dəmləyin. İçərisinə qənd atın. Qatqı ilıq olduqdan sonra limon suyu və qabığını əlavə edin. Təzə nanə yarpağından isə həm də bəzək üçün istifadə edə bilərsiniz.

    Ümidə QƏHRƏMAN
#28.10.2015 16:40 0 0 0
  • Saglam heyat

    noimage

    Oktyabrın 25-dən etibarən qış vaxtına keçidlə əlaqədar Azərbaycanda saatlar bir saat geri çəkildi. Saatların geri çəkilməsi bəzi insanlar tərəfindən ildə iki dəfə təkrarlanan adi hadisə kimi qəbul olunsa da, mütəxəssislər yay və qış vaxtına keçidin çox əhəmiyyətli olduğunu deyirlər. Həkimlərin dediklərinə görə, saatların geri çəkilməsi insanların səhhəti ilə bağlı müəyyən problemlər yarada bilər. Bunlar hansı problemlərdir? Aile.lent.az mövzu ilə əlaqədar mütəxəssislərin fikirlərini öyrənib.

    Terapevt Emin Dadaşzadə deyir ki, vaxtın dəyişdirilməsi hər 5 insandan birinə mənfi təsir göstərə bilər: "İnsan orqanizminin öz bioloji saatı var. Qış vaxtına keçidlə əlaqədar olaraq bəzi insanlarda təzyiq bir qədər də qalxa bilər. Çox xəstələr bunu bir müddət hiss edir. Amma müəyyən müddət sonra, təxminən bir-iki həftəyə bu dəyişiklik keçib gedir. Əqrəblərin çəkilməsi uşaqlara, məktəblilərə də nəzərə çarpacaq dərəcədə təsir edir. Xroniki ürək-damar və mədə-bağırsaq xəstəlikləri olan insanlar da belə dəyişikliklərdən bir müddət əziyyət çəkirlər".


    Psixoloqlar da hesab edirlər saatların çəkilməsi insanların davranışına təsir göstərir. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, insanlar yay vaxtına uyğunlaşdıqlarından, saatların çəkilməsi onların psixologiyasına mənfi təsir edir: "Yuxusuzluq yaradır və insanların davranışlarına təsir edir. Bəzi insanlar həmişəki vaxtlarında yuxudan qalxırlar. Bu isə adaptasiya prosesində insanların sinir sisteminə mənfi təsir edir. Təxminən bir həftə bu proses davam etdikdən sonra insanlar rejimə uyğunlaşırlar".

    Psixoloq bildirir ki, əgər saatların çəkilməsi iş gününə düşərsə, bu, insan psixologiyasına mənfi təsir edər: "Qış vaxtına keçid zamanı saatlar ayın son həftəsinin bazar günündə geri çəkilir. Bu isə insanlara yeni rejimə öyrəşməyə imkan yaradır. Yəni insanlar saatları geri, yaxud irəli çəkməsindən asılı olmayaraq bazar gününü evdə keçirdiklərindən bazar ertəsinə - növbəti iş gününə qədər saatlarını tam qaydaya salırlar. Bununla belə saatların geri çəkilməsinin meteohəssas insanlara təsiri daha böyükdür. Digər insanlar isə psixoloji cəhətdən hazır olduqlarından, onlar bu prosesə çox tez öyrəşirlər”.

    Həmsöhbətimiz dərman qəbul edən insanlarda da saatların irəli, geri çəkilməsinin bir qədər narahatçılığa səbəb olduğunu dedi.


    İqtisadçı Qadir İbrahimli qış vaxtına keçidin elektrik enerjisinə və qaza qənaət etməyə imkan verdiyini söyləyir: "Saat əqrəblərinin qabağa və geri çəkilməsi elektrik enerjisinə qənaət etmək məqsədi daşıyır. Bu üsuldan bir sıra dünya dövlətlərində istifadə edilir. Proses əsasən iqtisadiyyatı güclü olan dövlətlərdə həyata keçirilir. Çünki həmin dövlətlərdə enerjidən çox istifadə olunur. Saatların bir saat geri çəkilməsi müxtəlif müəssisə və idarələrdə çalışan insanlara imkan verir ki, onlar elektrik enerjisindən çox az istifadə etsinlər. İş saatı günün günəşli vaxtına təsadüf etdiyindən, onlar elektrik enerjisinə olan tələbatlarını günəş enerjisi ilə ödəyirlər. Bu isə milyonlarla kilovat saat enerjiyə qənaət etmək deməkdir. Saatların geri çəkilməsi gündən səmərəli istifadə etməyə də imkan verir. Bu, insanların iş potensialını artırır".

    Alimlərin hesablamasına görə, bir sıra ölkələrdə saatın dəyişilməsi adambaşına 16 kilovatsaat elektrik enerjisinə qənaət edilməsi deməkdir. Azərbaycanda da bununla bağlı hesablamalar aparılıb. Məlum olub ki, saatın geri çəkilməsi ölkə əhalisi üzrə 10 milyon manat qənaət olunmasına gətirib çıxarır.

    Qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi qərarı ölkəmizdə 1997-ci ildə verilib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir. İlk dəfə saatların əqrəbinin 1 saat irəli və geri çəkilməsi hadisəsi isə 1908-ci ilə təsadüf edir. Hazırda bu ənənəyə 200-dən artıq dövlət əməl edir. Bu qərar barədə Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının icraçı katibliyinə və MDB ölkələrinin müvafiq təşkilatlarına məlumat verilir. Bununla da ölkədə qış vaxtına keçilir.


    alinti...
#28.10.2015 16:32 0 0 0
  • Pehriz - artıq çəki

    Uzun müddətdir azad olmaq istədiyiniz artıq çəkilərinizdən yemək və hərəkət vərdişlərinizi dəyişdirərək xilas olmanız mümkündür. Hər birimiz bilirik ki, bədənimizdəki yağlardan qurtulmadığımız müddətcə arıqlamaq da bir xəyal olur. Sağlıqsız pəhrizlərə üz tutmaqdansa heç bir pəhriz saxlamadan gündə 500 kalori yandırmağın yolunu Aile.lent.az-ın bu yazısından öyrənin. Daha sağlam, enerjili, fit bir bədən üçün izləməli olduğunuz 10 yolu təqdim edirik.

    Daha kiçik tikələr
    Nəyi nə qədər yeməli olduğunuzu bilmək çox vacibdir. Əgər hər dəfə çox yemək yeyir və sonra da bundan şikayət edirsinizsə, kiçik boşqablarda yemək yeyin. Nə qədər böyük boşqab istifadə etsəniz, boşqabı bir o qədər doldurmaq istəyəcəksiniz. Kiçik boşqabları seçin və artıq çəkilərə meydan oxuyun!

    Üç böyük tələ
    Qidalanmasına diqqət edən, arıqlamağa çalışan şəxslərdən bu cümləni həmişə eşidirik: “Şəkər, un və duzdan uzaq dururam”. Maddələr mübadiləsi və bədənə mənfi yöndən təsir edən şəkər, un və duzu tamamilə həyatınızdan çıxarmaqla kaloriləri də kənara atmış olursunuz. Ürək və böyrək sağlamlığını təhlükəyə atan bu üç qida həm də şəkər, piylənmə və təzyiq kimi narahatlıqlara yol açır. Un, duz və şəkəri həyatınızdan yavaş-yavaş çıxarın.

    Hərəkətə keçin
    Sağlam bir bədən üçün hərəkət etmək də qidalanmaq qədər çox vacibdir. Tənbəlliyinizi kənara buraxıb, bütün işlərinizi “dabana qüvvət” deyib, həll etməniz lazımdır. Hər hansı bir ayaq probleminiz yoxdursa, lift yerinə pilləkəndən istifadə edin, yaxın məsafələrə maşınla getməyin. Telefon danışığını oturaraq deyil, yeriyərək həll edin.
    Tez-tez piyada gəzintilərinə çıxın, bir yerdə saatlarla oturmamağa çalışın. Gün ərzində yandırdığınız 350 kalorini bir az daha hərəkətli olaraq 500-ə kimi qaldıra bilərsiniz.

    Qazlı içkilərə yox deyin
    Ən sevdiyiniz yeməyi yeyərkən yanında içdiyiniz qazlı içkinin sizə nə qədər zövq yaşatdığını yaxşı anlayırıq, ancaq bu qazlı içkilər maddələr mübadiləsinə zərər verməklə yanaşı kalori miqdarını artırır. Qazlı içkilərin varlığını unudub, sadəcə su için.

    Şirniyyat yerinə su için
    Bir çoxumuz hər nə qədər sağlam qidalanmağa çalışsaq da, şirniyyata olan sevgimizi boğa bilmirik. Ancaq unutmayın ki, o dadlı görünən şirniyyatların içində böyük bir kalori dünyası var.
    Şirniyyat sevgisinə qarşı gəlmək üçün başqa alternativlərinizin olduğunu bilirsiniz. Məsələn, bir ədəd banan, ya bir alma, bəlkə də bir neçə ədəd çiyələk. Ancaq hər şeyin çoxunun zərərli olduğunu unutmadan meyvə qəbulunda həddi aşmayın.

    Televizordan uzaq durun
    Bütün günü işdə yorulmusunuz, evə gedib ayaqlarınızı uzadıb televizora baxmağın xəyalını qurursunuz. Ancaq nə qədər yorğun olursunuz olun, etməli olduğunuz ilk iş yarım saatlıq idman, ya da piyada gəzintidir. Televizorda verilən yemək reklamları iştahanızı artıra bilər. İradənizi toparlayın.

    Mədənizi dinləyin
    Artıqdan yediyiniz hər qida sizə əlavədən kalori qazandırır. Üstəlik aldığınız artıq kalori kimi doymuş mədəyə yeməyi basmaq ona zərər vermiş olacaq. Spazm, mədə sallanması, ya da qarın ağrısı ilə qarşı-qarşıya qala bilərsiniz.
    Yemək yeyərkən bir yandan da mədə və orqanizmin siqnallarını önəmsəyin. Çox doyduğunuzda mədəni dinləmədən yeməyə davam etmək mədəni ağrıda bilər.

    Quru çərəzə qadağası
    Sağlam şəkildə enerji qazanmaq istəyənlərin ən sevimli qidası quru çərəzlərdir. Hər nə qədər yaxşı enerji qaynağı olsa da, əsasən qovrulmuş quru çərəzlərdən uzaq durmalısınız. Gecə yeməyin. Gecə yediyiniz hər qida sizə yağ, kalori olaraq geri dönür. Qovrulmamış quru çərəzləri yeyərək, daha az kalori almış olursunuz.

    Yeyin və qalxın
    Ta əzəldən yeməyi bitirdikdən sonra süfrə başında söhbət etməyi çoxumuz sevirik. Boşqabdakını yeyib bitirəndən sonra süfrədən bir şeylər tapıb ağzımıza atmaq hər birimizin vərdişidir. Sizcə, bu vərdişi dəyişdirməyin vaxtı deyilmi?
    Ən yaxşısı boşqabınızdakı yeməyi bitirib süfrədən qalxmanızdır.

    Neçə kalori?
    Yediyiniz hər qidada nə qədər kalori olduğunu öyrənin. Günorta yeməyində çox kalori yemiş olsanız, bunu hesablayıb axşam yeməyində ona uyğun ölçü götürə bilərsiniz.

    Fərizə ƏHMƏDOVA
#28.10.2015 16:30 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Hələ bir neçə ay əvvəl Hollivud ulduzu Holli Berri ilə aktyor Olivye Martinesin boşanacaqları xəbəri yayılmışdı.


    Axşam.az-ın məlumatına görə, həmin vaxt şayiələr təsdiqini tapmasa da, bu gün yenidən gündəmə gəlib. Cütlüyə yaxın mənbənin bildirdiyinə görə, Holli ilə Olivyenin xasiyyəti bir-birinə uyğun gəlmir. Tannımışların münasibətinin hələ ötən ildən Los-Anceles hava limanında aralarında yaranmış mübahisədən sonra pozulduğu bildirilir.

    alinti...
#28.10.2015 16:17 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Müğənni Sevda Yahyayeva imicində dəyişiklik edib. Lent.az-ın məlumatına görə, ifaçı uzun saçlarının rəngini dəyişdirərək, kəsdirib. Yeni imicdə olan şəkillərini sosial şəbəkədə paylaşan müğənninin görkəmi birmənalı qarşılanmayıb. Belə ki, bir çoxları onun qısa saçlarını bəyəndiyini desə də, tənqid edənlər də tapılıb.

    S.Yahyayevanın yeni şəkillərini təqdim edirik:

    noimage

    noimage

    noimage

    Yalçın UĞUR
#28.10.2015 16:12 0 0 0
  • Xeberler - Sosal xeber

    noimage

    İqtisad Universitetində (UNEC) XIII Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresi öz işinə başlayıb.

    UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, universitetin rektoru Ədalət Muradov son dövrlərdə respublikamızın liberal bazar iqtisadiyyatının inkişafı fonunda çox ciddi tədbirlər həyata keçirildiyini, Prezident İlham Əliyevin qara qızılın insan kapitalına çevrilməsini öz siyasətinin ən vacib hissəsi saydığını və bununla bağlı təhsil ictimaiyyəti qarşısında çox ciddi tələblər irəli sürdüyünü bildirib. UNEC bu tələblərin icra edilməsi baxımından öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmək üçün əlindən gələni etməyə hazırdır.
    Tədbirdə rektor türk dünyası alimlərinin bir araya gələrək elmi problemlər üzərində fikir mübadiləsi etməsinin mühüm əhəmiyyətini vurğulayıb.
    Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev təhsil naziri Mikayıl Cabbarovun konqres iştirakçılarına ünvanladığı müraciətini səsləndirib. Müraciətdə bildirilib ki, müasir dünyada siyasi, iqtisadi və informasiya sahələrində rəqabətin gücləndiyi, təbii resursların kəskin azaldığı və ekoloji balansın pozulduğu bir dövrdə elm və təhsilin rolu surətlə artmaqdadır. Qlobal problemlərin xarakterinin dəyişməsi onların həllində kollektiv intellektə və ortaq səylərə əsaslanmağı gündəmə gətirib. Hazırda dünyada müxtəlif region dövlətlərinin qarşısında duran çağırışlar, sülhün və sabitliyin bərqərar olunması ciddi ekspert təhlilləri və inkişaf yollarının axtarışını tələb edir. Bu baxımdan Beynəlxalq Türk Dünyası ictimai Elmlər Konqresinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
    Azərbaycanın on minə yaxın tələbəsinin Türkiyədə ali təhsil aldığını çıxışında qeyd edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun Azərbaycanın yaxın zamanlarda Türkiyəyə ən çox investesiya yatıran ölkə olmağa namizəd olduğunu bildirib. Onun verdiyi məlumata görə, Türkiyənin 2600-ə qədər şirkəti Azərbaycanda, minə yaxın Azərbaycan şirkəti isə Türkiyədə fəaliyyət göstərir.
    Türk Dünyası Araşdırmalar Vəqfinin prezidenti Közhan Yazgan Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Təhsil üzrə ekspert, professor, əməkdar elm xadimi Şahlar Əsgərov “İnkişafın zəruri və kafi şərti: İnkişaf etməkdə olan ölkələr” mövzusunda məruzə ilə çıxış edib.
    Tədbirdə qeyd edilib ki, XIII Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresində dünyanın 12 ölkəsindən 250-ə yaxın elm adamı, həmçinin 10-a yaxın xarici universitet rektoru iştirak edir. İctimai elmlər sahəsində özünəməxsus yeri olan ənənəvi tədbirdə 236 elmi işin məruzəsi və müzakirəsi baş tutacaq.
    Konqres Azərbaycan Dövlət İqtisad Universiteti, Türk dövlətlərinin tanınmış ali məktəbləri olan İstanbul Universiteti (Türkiyə;), Qazi Universiteti (Türkiyə;), Sakarya Universiteti (Türkiyə;), Uludağ Universiteti (Türkiyə;), Cəlal Bayar Universiteti (Türkiyə;), Bülent Ecevit Universiteti (Türkiyə;), Giresun Universiteti (Türkiyə;), Nevşehir Hacı Bektaş Veli Universiteti (Türkiyə;), Qızıl Orda Korkut Ata Dövlət Universiteti (Qazaxıstan), Miras Universiteti (Qazaxıstan), İqtisadiyyat və Biznes Universiteti (Qırğızıstan), Beynəlxalq Vizyon Universiteti (Makedoniya) və Tbilisi Dövlət Universitetinin (Gürcüstan) təşkilatçılığı ilə keçirilir.
    XIII Türk Dünyası İctimai Elmlər Konqresi oktyabrın 30-da başa çatacaq.

    Alinti...
#28.10.2015 15:48 0 0 0
  • Xeberler - Dunyadan xeber

    noimage

    Suriyada İŞİD-ə qarşı mübarizə aparan koalisiyada iştirak etmək üçün Rusiyaya “qapılar açıqdır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəhbəri Eşton Karter deyib.

    “Biz Rusiyanın Suriyadakı münaqişənin həllinə pozitiv tovhə verməsi üçün qapıları onun üzünə açıq saxlayacağıq”, deyə o bildirib.

    Karter, bununla belə qeyd edib ki, amerikalı hərbçilər Rusiyanın beynəlxalq koalisiyanın Suriyadakı əməliyyatlarına mane olmasına və ya onun kursuna təsir etməsinə imkan verməyəcəklər.

    Alinti..
#28.10.2015 15:46 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    “Ceyms Bond” seriyasının çoxdan gözlənilən “007:Spektr” filmi dünya ekranına çıxır.

    Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, Londonda payız kino mövsümünün ən çox gözlənilən hadisəsi baş tutub: “007 Spektr”in premyerası keçirilib. Gecəyə dünya ulduzları ilə yanaşı, baş rol ifaçıları – Deniel Kreyq, Monika Belluççi, Lea Seydu qatılıblar. Qırmızı xalıda poz verən qəhrəmanlar media nümayəndələri ilə yanaşı, qonaqların da diqqət mərkəzində olublar.

    Maraqlısı isə, premyerada Böyük Britaniya şahzadəsi Uilyamla həyat yoldaşı, Kembric hersoginyası Keyt Midlton və qardaşı Harrinin iştirak etməsidir. Kral ailə üzvlərinin “Bond” filminin premyerasına qatılacağı hələ bir neçə ay əvvəl rəsmi şəkildə elan edilmişdi. Hazırda onların fotolarının mediada yayımlanması gözlənilir.

    Qeyd edək ki, “007:Spektr” filminin çəkilişləri bir neçə ölkədə - İngiltərə, İtaliya, Avstriya, Meksika və Mərakeşdə aparılıb.

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    alinti...
#27.10.2015 22:04 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage


    Müğənni Azəri Günel 30 yaşını Türkiyədə təmtəraqlı şəkildə qeyd edib. Lent.az-ın məlumatına görə, ifaçının xoş gününə ailə üzvlərindən savayı 100-ə yaxın dostu da yığışıb. Özəl günündə dostları ilə birgə çəkilmiş şəkillərini sosial şəbəkədə paylaşan Günel onu təbrik edənlərə minnətdarlığını da bildirib.
    Ad günündə diqqət çəkən məqamlardan biri isə nişanlısı, türkiyəli iş adamı İnanc Başəyməzin gecədə iştirak etməməsi olub.Yayılan məlumatlara görə, Günelin nişanlısından ayrıldığı bildirlir. Bu xəbəri isə müğənni nə təsdiq, nə də təkzib edib.

    Xatırladaq ki, cütlük 2011-ci ildən nişanlanıb. Lakin G.Zeynalova 2014-ci ildə ayrıldıqlarını bildirsə də, sonradan barışdıqlarını açıqlamışdı.


    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    Alinti..
#27.10.2015 21:59 0 0 0
  • Xeber - Xeberler - Sosal xeber

    noimage


    2015-ci ildə vətəndaşlardan Səhiyyə Nazirliyinə daxil olan şikayətlərin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci ilin 9 ayı ərzində Nazirliyin Hüquq və daxili nəzarət sektoru tərəfindən daxil olmuş 1180 məlumat araşdırılıb.

    Aparılan araşdırmalar nəticəsində 2015-ci ilin 9 ayı ərzində 95 tibb işçisi intizam məsuliyyətinə cəlb edilib.

    Qeyd olunub ki, cinayət xarakterli pozuntu faktı ilə bağlı daxil olmuş məlumatlar hazırda hüquqi qiymət verilməsi üçün araşdırılır.

    alinti..
#27.10.2015 21:31 0 0 0
  • Xeber - xeberler - siyasi xeber - siyaset

    noimage

    Prezident İlham Əliyev Çex Respublikasının prezidenti Miloş Zemana təbrik məktubu yollayıb. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,
    Çex Respublikasının milli bayramı münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
    Azərbaycan-Çexiya münasibətləri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Keçən ay ölkəmizə səfəriniz, ölkələrimiz arasında strateji tərəfdaşlığa dair imzaladığımız Birgə Bəyannamə ikitərəfli münasibətlərimizin inkişafına mühüm töhfədir.
    Ümidvaram ki, əməkdaşlığımızın daha da dərinləşdirilməsi sahəsində qarşıya qoyduğumuz vəzifələrin həlli yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
    Belə bir gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram”.

    Alinti...
#27.10.2015 21:28 0 0 0
#26.10.2015 21:33 0 0 0
#26.10.2015 21:29 0 0 0
  • Hacı Şahin - Dərdimiz nədir sohpet dinle

    [video=youtube_share;VmeBPfQx3B8]https://youtu.be/VmeBPfQx3B8?list=PLtTc9uyT9tl9IKlolxg2hyclHbwtzJSV D[/video]
    noimage
#26.10.2015 21:27 0 0 0
  • Hacı Şahin - Həqiqi şadlıq sohpet dinle

    [video=youtube_share;4EEOefWqpXA]https://youtu.be/4EEOefWqpXA?list=PLtTc9uyT9tl9IKlolxg2hyclHbwtzJSV D[/video]
    noimage
#26.10.2015 21:24 0 0 0
#26.10.2015 21:21 0 0 0
  • Xəmir yeməkləri - Çiçək Boxça - Çiçək Boxça terifi - Çiçək Boxça terkibi - Çiçək Boxça nece hazirlanir?

    noimage

    Ərzaq

    2 yumurta
    1,5 su stəkanı duru yağ
    1 su stəkanı qatıq
    Yarım paket yaş maya
    Aldığı qədər un
    2 yemək qaşığı şəkər
    1,5 çay qaşığı duz

    İçlik

    Pendir (Öz zövqünüzə görə;)

    Hazırlanması

    Xəmir üçün dərin bir qaba un əlavə edilir və ortasına yumurta , 1-nin sarısını üzərinə ayrılır. Qatıq , maya başqa bir qabda şəkər və ilıq bir suyla yumuşalır və qalan ərzaqlarda xəmirə əlavə edilib yaxşıca yoğrulur. Xəmir üstü möhkəm bağlanaraq ilıq bir mühitdə 1 saat qədər gözlədilir.Mayalanmış olan xəmirdən əlimizdə yumurta böyüklüyündə şariklər alıb ortasına pendir əlavə edilib yenidən yumrulanıb düzəlir.
    Xəmirin kənarlarından bıçaq və ya xəmir qayçısı ilə kəsiklər salınır.


    Bütün xəmir bitdikdən sonra üzərinə yumurta sarısı sürtüb nimçədə 10 dəqiqə üstü örtülü şəkildə saxlanılır.

    Isinmiş sobada 180 dərəcədə qızarana qədər bişirilir.

    Nuş Olsun!

    alinti...
#26.10.2015 19:45 0 0 0