N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Müğənni Samira Allahverdi “Vəfasız həyat” adlı yeni mahnısını təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, bəstənin söz, musiqi və aranjemanı Muxtar Abseynova məxsusdur: “Əslində insanlar vəfasızdır. Zamana uyğun bir mahnı yazdırdım. Dünyada, insanların həyatında baş verən hadisələr məni çox sarsıtdı”.

    Yeniliklərindən söz açan S.Allahverdi “Çarəsizəm” adlı mahnısına çəkdirdiyi klipini yaxın günlərdə təqdim edəcəyini bildirib.

    [video=youtube_share;H7rNBPyIOlo]https://youtu.be/H7rNBPyIOlo[/video]

    Yalçın UĞUR
#22.10.2015 15:58 0 0 0
  • Xeberler - Dunyadan xeber

    noimage


    Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyan ölkədən qaçıb. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Qarabağ müharibəsinin iştirakçısı Smbat Akopyanın döyülməsi ilə bağlı İstintaq Komitəsi tərəfindən dindirildikdən sonra Ayrapetyan Ermənistanı tərk edib.

    EFF rəhbəri müalicəsi ilə əlaqədar noyabrın ikinci yarısında ölkə xaricinə çıxmağı planlaşdırsa da, bu hadisə ilə bağlı dünən gecə Ermənistandan gedib. Məlumata görə, Ayrapetyan həyat yoldaşı və atası ilə birlikdə ölkəni tərk edib.

    Qeyd edək ki, sentyabrın 21-də küçədə vəhşicəsinə döyülən Smbat Akopyan açıqlamasında Ruben Ayrapetyanı günahlandırmışdı.

    alinti...
#22.10.2015 15:38 0 0 0
  • Xeberler - Dunyadan xeber

    noimage

    İran 58 ölkənin vətəndaşları üçün viza müddətini 30 günədək uzadıb.
    APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu ölkələr arasında Azərbaycan da var.

    Müvafiq qərar vizanı aeroportdan alan xarici turistlərə aiddir. Qeyd edək ki, əvvəllər turistlər İrana 14 günlük viza ala bilirdilərsə, bundan sonra daha 15 gün artıra bilərlər.

    Dəyişiklik diplomatik pasportlara malik şəxslərə, biznesmenlərə və jurnalistlərə aid deyil.

    Həmçinin qeyd olunur ki, xarici turistlər İrana il ərzində bir neçə dəfə səfər edə bilər.

    Onu da bildirək ki, İrana səfər etmək istəyən ABŞ, Somali, Böyük Britaniya, Kanada, Banqladeş, İordaniya, İraq, Əfqanıstan və Pakistan vətəndaşları aeroportda viza əldə edə bilməzlər. Onlar bunun üçün ölkələrindəki İran konsulluqlarına müraciət etməlidirlər.

    İran hökumətinin yeni viza proqramının turizmi inkişaf etdirmək məqsədilə tətbiq etdiyi vurğulanır.

    alinti..
#22.10.2015 15:36 0 0 0
  • Azərbaycan sultanlıqları

    noimage

    Azərbaycanın şimal-qərbində yerləşirdi. Tərkibinə Car, Balakən, Katex, Tala, Muxax və Cənik camaatlıqlarında birləşən kəndlər daxil olub. Camaatlıq 1803-cü ildə Rusiya tərəfindən işğal olunub.

    alinti...
#21.10.2015 19:40 0 0 0
  • Tariximiz - Tarixi melumat - Azərbaycan tarixi haqqqında

    noimage



    Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları ən qədim mədəniyyət mərkəzlərindən biridir.
    Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
    Azərbaycan adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir.
    Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan vermişdir.
    Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət-ənənələr, maddi-mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə münasibətləri və s. öyrənilir.
    Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.
    Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir.
    Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. >>>

    Tarix problemlərimizə metodoloji baxış

    noimage
    Musa Qasımlı,
    tarix elmləri doktoru,
    professor

    Dövlət müstəqilliyinin elan olunmasından qısa müddət keçməsinə baxmayaraq, ölkəmizdə tarix sahəsində tədqiqatların aparılmasında uğurlar qazanılıb. Dəyərli əsərlər yazılıb. Məhdud sayda olsa da, alimlərimiz xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Amma tariximizə dair aparılan tədqiqatlar heç şübhəsiz, problemlərsiz də deyil.
    Bəs elə isə tədqiqatlarımızda nələr çatışmır? Tarix problemlərinə yanaşmada araşdırmanın metodoloji prinsiplərinin bütün tələbləri gözlənilirmi?
    Bu və ya digər məsələlər barədə geniş fikir mübadiləsinin və müzakirələrin aparılmasına ciddi ehtiyac duyulur.
    Tarixi bilməyin faydası
    Tarixi bilməyin faydasını izah etməyə ehtiyac yoxdur. İlk baxışda çox sadə bir məsələdir. Lakin sadə olduğu qədər də mürəkkəbdir. Müasir dövrümüz texnika dövrüdür. İnsan icad etdiyi raketlərlə kosmosa uçur. Bir zamanlar vaxt alaraq insan əli ilə görülən işlər qısa müddət ərzində kompyuterlə yerinə yetirilir. Dünya ən yeni texnologiyaların sayəsində xeyli kiçik olub. Tərəfdarlarının və əleyhdarlarının olmasına baxmayaraq, qloballaşma prosesləri gedir.
    Amma bütün bunlarla yanaşı dövrümüz həm də tarixçi təfəkkürü ilə düşünmə dövrüdür. Əvvəllər tarixi yalnız keçmiş haqqında elm kimi qiymətləndirirdilər. >>>

    Alim və vətəndaş fədakarlığı

    noimage
    (Sabir Rüstəmxanlı görkəmli tarixci Cəmil Həsənli haqqında)



    “Tarix bizə – keçmişdə nəyin, necə baş verdiyini aydınlaşdırmaq üçün lazım deyil, canlanan keçmişin bizim kimliyimizi göstərməsi və gələcəyə yol açması üçün lazımdır”.
    Bu, bir amerikan filosofunun mahiyyəti dəqiq dəyərləndirən sözüdür, ancaq o qədər də yeni fikir deyil; tarixdən danışan, yazan alimlərin, söz adamlarının böyük əksəriyyəti tarixi öyrənməyin, tarixi bilgiyə yiyələnməyin – gələcəyə sahiblənmək üçün şərt oldugunu dönə-dönə qeyd ediblər.
    Tarixçilik, tarixyazarlıq – ensiklopedik bilik təlb edən, unikal, bənzərsiz elm sahəsidir; tarix milyonlarla növ-növ adamın müştərək əməyi və mübarizəsiylə yaranır, ancaq onu tək-tək xüsusi istedad sahibləri, bəlkə də müəyyən mənada görücülük qabiliyyəti, iti fəhmi olan adamlar yaza bilir. Nə qədər qəribə olsa da tarix onu yaradanlardan çox, onu yazanların sayəsində yaşayır və nəsildən-nəsilə keçir.
    Türklər tarix yaradan millət olublar, üç qitədə saysız dövlətlər qurub, sivilizasiyanın, mədəniyyətin, şifahi bilgi daşıyıcılığının, şəhərsalmanın, memarlıgın, tətbiqi sənətin, döyüş sənəti və sənayesinin gəlişməsində eşsiz-misilsiz örnəklər yaradaraq, insanlıgın yollarını açıb, fikrini aydınlatsalar da, səmiyyət yönəticiliyinin ən ədalətli biçimlərini kəşf etsələr də, təəssüf ki, yaratdıqlarının kağıza, yazıya keçməsə, bir gün unudulacağı, başqalarının malına çevriləcəyi barədə az düşünüblər; qılıncın – hakimiyyətin kimin əlində olmasının önəmini düşünsələr də, qələmin kimin əlində olmasına o qədər də əhəmiyyət verməyiblər. Tarixi yaratsalar da yazmayıblar. >>>

    Alinti...
#21.10.2015 17:54 0 0 0
  • Azərbaycan Respublikası - Azərbaycanin inzibati-ərazi bölgüsü haqqinda - Azerbaycanda nece rayon ve seher var?

    noimage

    Azərbaycan Respublikasının tərkibinə bir muxtar qurum - Naxçıvan Muxtar Respublikası, 65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 130 şəhər tipli qəsəbə və 4350-dən çox kənd yaşayış məntəqəsi daxildir.

    Rayonlar:

    Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Dəvəçi, Fizuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocalı, Xocavənd, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Lerik, Lənkəran, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şamaxı, Şəki, Şəmkir, Şuşa, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab.

    Əsas şəhərlər:

    Bakı, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Mingəçevir, Naftalan, Şəki, Xankəndi, Şuşa, Yevlax.


    Azərbaycanda inzibati-ərazi bölgü
    (tarixi icmal)
    Son iki yüz ildə Azərbaycanda inzibati-ərazi bölgüsünün yer adlarının necə dəyişməsi dinamikası bu yazıda aydın görünür.
    İmperiyaların siyası məqsədləri naminə elə bir qarışıqlıq yaradılıb ki, tarixi əsl adları tapmaq üçün az qala rebus həll etmək lazım gəlir...
    Azərbaycan Rusiyaya birləşdikdən sonra Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşədin) bölündü.
    1 yanvar 1841-ci ildən Zaqafqaziyada inzibati islahat qanununa müvafiq olaraq (10.04.1840) region Gürcü - İmeretin quberniyasına (Mərkəzi Tiflis) və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bolündü. Kaspi vilayətinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi.
    Azərbaycanın Yelizavetpol (Qazax və Şəmşədin qəzaları daxil olmaqla), Balakən (kecmiş Car Balakən dairəsi) və Naxçıvan (Ordubad dairəsi ilə birlikdə;) Gürcü-İmeretin quberniyasının tərkibinə daxil oldu.
    1846-ci ildə Zaqafqaziya Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyalarına bölündü. Şamaxı quberniyasına Şamaxı, Şuşa, Nuxa, Bakı və Lənkəran qəzaları daxil idi. Quba qəzası Dərbənd quberniyasının tərkibinə daxil oldu, Yelizavetpol qəzası isə Tiflis quberniyasında qaldi. Yenidən Car-Balakən ayrı dairə kimi yarandı. 1850-ci ildə yaranmiş İrəvan quberniyasının tərkibində Naxcıvan və Ordubad qəzaları yarandı.
    Şamaxı zəlzələsi ilə əlaqədar olaraq (1859) quberniya mərkəzi Bakıya köcdü və adı dəyişilərək Bakı quberniyası adlandı. 1860-cı ildə Dərbənd quberniyası ləgv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil olundu. Car-Balakən dairəsi Zaqatala dairəsinə çevrildi.
    1868-ci ildə Yelizavetpol quberniyası yarandı. Yelizavetpol quberniyasına: Qazax, Nuxa, Şuşa, Zəngəzur qəzaları daxil idi. Bakı quberniyasına 6 qəza (Bakı, Quba, Lənkəran, Şamaxı, Göycay və Cavad) daxil idi.
    1870-ci ildə İrəvan quberniyasının tərkibində yəni Şərur-Dərələyəz qəzası yarandı. 1874-cu ildə Nuxa qəzasının cənub hissəsindən Erəş qəzası ayrıldi. 1 iyul 1883-cü ildə Cəbrayil və Cavanşir qəzaları yarandı.
    28 iyun 1918-ci ildə Zaqatala quberniyası, 30 avqust 1918-ci ildə Yelizavetpol quberniyası Gəncə quberniyası adlandırıldı. 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə Bakı, Gəncə və Zaqatala quberniyalarına bölündü. Bununla birlikdə Gəncə quberniyasının tərkibindən müvəqqəti Qarabağ general qubernatorlugu yarandı. Onun tərkibinə Şuşa, Cavanşir, Zəngəzur və Qaryagin qəzaları daxil oldu. Axırıncı 30 avqust 1918-ci ildə Cəbrayil qəzasına çevrildi.
    Bakı quberniyasına Bakı, Göyçay, Cavad, Quba, Lənkəran, Şamaxı qəzaları, Gəncə quberniyasına Erəş, Gəncə, Qazax, Nuxa qəzaları daxil edildi. Zaqatala quberniyası qəza bölgüsünə malik deyildi. Ona Car, Balakən, Əliabad, Muxax, Almalı, Qax sahələri daxil idi. 1919-cu ildə Qazax qəzasından Tovuz qəzası ayrıldi, cənub-qərbdə isə Qubadlı qəzası yarandı.
    22 aprel 1920-ci ildə Gəncə qəzasından Şamxor qəzası ayrıldi. Sovet hakimiyyəti qurulduqdan sonra Bakı və Gəncə quberniyaları ləğv olundu, Zaqatala dairəsi Zaqatala qəzasına çevrildi. Erəş və Cavad qəzaları Agdaş və Salyan adlandırıldı.
    1921-ci ildə Azərbaycan SSR-də 17 qəza (Agdaş, Bakı, Göyçay, Gəncə, Cəbrayil-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Nuxa, Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) yaranır, 1922-ci ildə Zəngəzur qəzası ləğv edilir və Qubadlı, Cavanşir və Şamxor qəzaları yaranır. Naxçıvan vilayətin Şərur-Dərələyəz və Naxçıvan qəzaları yaranır.
    1923-cu ildə Dağlıq Qarabağ Muxtar vilayəti yaranır. Cavanşir, Qubadlı, Şuşa və Tovuz qəzaları ləğv edilir, yəni Agdam və Kürdüstan qəzaları yaranır. Naxçıvan vilayətində hər iki qəza ləğv edilir. Bu dəyişikliklər nəticəsində respublikanin tərkibinə 15 qəza, Naxçıvan vilayəti və Dağlıq Qarabağ Muxtar Vilayəti daxil oldu. Qəzalar (Agdam, Agdaş, Bakı, Gəncə, Göyçay, Cəbrayil, Zaqatala, Qazax, Kürdüstan, Quba, Lənkəran, Nuxa, Salyan, Şamxor, Şamaxı).
    Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cu il qərarı ilə Naxçıvan vilayəti Naxçıvan Muxtar Respublikasına çevrilir. 1926-ci ildə qəzaları möhkəmlətmək məqsədi ilə Şamxor və Agdaş qəzaları ləğv edildi. Sovetlərin VI Ümumazərbaycan qurultayının (8 aprel 1929-cu il) qərarı ilə respublika ərazisində dairələr yarandı (Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala - Nuxa, Mugan).
    Azərbaycan Mərkəzi Icraiyyə Komitəsinin 25 yanvar 1930-cu il qərarı ilə Zaqatala və Nuxa dairələri yənidən yaradıldı və Qarabağ dairəsinin tərkibindən ayrılani müstəqil Kürdüstan dairəsi yarandı.
    1930-cu ildə Azərbaycan SSR-də 10 dairə Bakı, Gəncə, Zaqatala, Qarabağ (Agdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Nuxa, Şirvan (Göycay) mövcud idi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust qərarı ilə respublika ərazisi 63 rayona bölünmüşdür.
    1931-ci ilin fevralında bəzi rayonlar ləğv olunur və yeniləri yaranır, bununla əlaqədar olaraq onların sayı 47-yə enır. Hacıkənd, Əliabad, Ağsu, Göynük, Cüxurabad, Qaraməryəm, Qarasu, Qubadlı, Mərəzə, Tərtər və Xəzri rayonları ləğv edilir. Hil, Gəncə, İsmayillı, Nuxa və Şaumyan rayonları yaranır. 1931-ci ilin oktyabrında Petropavlovsk kəndi Sabirabad şəhəri adlanır.
    1933-cu ilin martında yenidən Qubadlı rayonu, 1934-cü ilin yanvarında Tərtər, 5 fevral 1935-ci ildə Yevlax və Zərdab rayonları yaranır.
    1937-ci ildə respublika rayonları şəbəkəsi Azərbaycan SSR Konstitusiyasında qanunla möhkəmləndirilir. 1938-1939-cu illərdə Azərbaycanin inzibati-ərazi bölgüsündə əsas dəyişikliklər oldu.
    1938-ci ilin iyulunda Qaradonlu rayonu İmişli rayonu, Hil - Qusar, Zuvand - Lərik, Biləsuvar- Puşkin, Nərimanov - Xanlar, Vəryadüz - Yardımlı adlandırıldı. 1938-ci ildə Annino kəndi Şamxor şəhəri, Goranboy kəndi Qasım İsmayilov qəsəbəsi, Yələndorf kəndi Xanlar şəhəri, Zubovka kəndi Əli Bayramlı şəhəri adlandırıldı.
    1939-cu ilin yanvarında Ağstafa, Qazıməmməd, Xıllı, Ucar rayonları yarandı. 1939-cu ilin sentyabrında Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakərt rayonları adlandırıldı. 1939-cu ilin noyabrında Jdanov və Ismayillı rayonları yarandı. 1939-cu ildə Haciqabul şəhəri Qaziməmməd adlandırıldı.
    1940-ci ilin yanvar-fevral aylarında Siyəzən və Neftçala rayonları yaranır. 1943-cu ilin oktyabrında Mərəzə, Xaldan və Xudat rayonları yaranır. 1949-cu ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Ebrəqunis rayonu ləğv edilir. 1949-cu ilin avqustunda Tərtər rayonu Mir Bəşir rayonu adlanır.
    22 noyabr 1949-cu ildə Sumqayıt, 4 fevral 1954-cu ildə Mingəçevir şəhərləri yarandı. 1954-cu ilin yanvarında Samux rayonu ləğv edildi. 1956-ci ilin aprelində Dəstəfur rayonu Daşkəsən rayonu adlandırıldı. 1956-ci ilin dekabrında Xızı, 1959-cu ilin sentyabrında Mərəzə rayonları ləğv olunur. 1959-cu ilin aprelində Qaryagin rayonu Füzuli rayonu adlandirılır.
    Azərbaycan SSR Ali Soveti Reyasət Heyətinin 4 dekabr 1959-cu il fərmanı ilə Agstafa, Qaziməmməd, Qonaqkənd, Mərəzə, Neftçala, Səfərəliyəv, Siyəzən, Xudat rayonları ləğv edilir.
    Azərbaycan SSR Ali Soveti Reyasət Həyətinin 4 yanvar 1963-cu il fərmanı ilə Agcabədi, Əli Bayramlı, Ağsu, Balakən, Daşkəsən, Cəbrayil, Dəvəçi, Yevlax, Jdanov, Zərdab, Qax, Qubadlı, Qutqaşən, Mir-Bəşir, Nuxa, Puşkin, Saatlı, Tovuz, Xaçmaz rayonları, Naxçıvan MSSR-də Ordubad və Şahbuz rayonları, DQMV-də Şuşa rayonu ləğv edilir.
    Lakin artıq 1 ildən sonra 1964-cu ilin iyulunda Cəbrayil, Qasım İsmayilov, Qubadlı, Puşkin rayonları, 1965-ci ilin yanvarında isə 1963-cu ildə ləğv edilmiş bütün rayonlar bərpa olunur. 1967-ci ilin iyulunda Astraxanbazar rayonu Cəlilabad, 1968-ci ilin sentyabrında Nuxa rayonu Şəki rayonu adlandırılır.
    Azərbaycan SSR Ali Soveti Reyasət Həyətinin 15 may 1978-ci il fərmanı ilə DQMV-nin Stepanakert rayonu Əsgəran rayonu, 23 oktyabr 1978-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu Babək rayonu adlandırıldı.
    Muasir inzibati-ərazi bölgüsü 1978-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə möhkəmləndirılmişdir. Azərbaycan Respublikası Ali Sovetinin 18 may 1990-ci il tarixli qərarı ilə Agstafa, Qobustan, Xızı, Hacıqabul, Samux, Siyəzən rayonları yaradildi.
    1991-ci il fevralın 7-də Şaumyan (kənd) rayonu ləğv edildi və Goranboy (sabiq Qasim İsmayilov) rayonu ilə birləşdirildi. Mir Bəşir - Tərtər, Şamxor isə Şəmkir adlandırıldı.
    Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 1991-ci il qanununa görə Stepanakert, Mardakərt, Martuni rayonlarının tarixi adları qaytarılaraq Stepanakert - Xankəndi, Mardakərt - Agdərə, Martuni - Xocavənd adlandırılmışdır. Əsgəran və Hadrut rayonları ləğv edilmiş, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmış, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilmişdir. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Agdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilmişdir.
    2008-ci ildə Milli Məclisin qərarı ilə Əli Bayramlı şəhəri Şirvan, Xanlar rayonu isə Göygöl adlandırılmışdır.

    Alinti...
#21.10.2015 17:26 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage


    Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Gülnarə Allahverdiyevanın xalq artisti Yalçın Rzazadənin ünvanına söylədiyi “Mənim tələbəm Safa Eldar ilə özünü reklam edir” sözləri cavabsız qalmayıb. Lent.az-a açıqlama verən Y.Rzazadə müəllim yoldaşının ittihamlarına cavab verib: “Mədəniyyət və İncəsənət Universitetində təhsil alan Safa adlı tələbə bir müddət öncə klip təqdimatı keçirib. Həmin təqdimatda jurnalistlər Safadan soruşub ki, müəllimin kimdir? O, cavabında deyib ki, Gülnarə Allahverdiyeva olub, amma Yalçın Rzazadəni özümə ustad və ideal bilirəm. Təqdimatdan sonra onu Yalçın Rzazdənin tələbəsi kimi təqdim ediblər. Burda qəbahət nə var ki? Bu adam məni özünə müəllim və ideal görür. Hər bir insan özünə ideal insan seçə bilər. Mənim də idealım Tom Cons, Barış Manço, Zeki Müren olub. Safa mənim sinfimə də gəlib. Amma mənim tələbəm olmayıb. Mən universitetdə onun kafedra müdiriyəm. Özünə məni müəllim seçirsə, burda pis şey yoxdur. Amma Gülnarə mətbuata mənimlə Safa haqqında çox pis açıqlamalar verib. Deyib ki, Safanı sinfimdən uzaqlaşdırdım, İlqar Muradovun sinfinə yazdırdım, getsin kişiliyi İlqar Muradovdan öyrənsin. Bu nə sözdür? Bu cür sözlər müəllimə yaraşmaz. Gülnarə özünü universitetdə də yaxşı aparmayıb. Orada bir neçə nəfəri təhqi edib. Amma bilsin ki, özümü tələbəmlə reklam etmirəm. Məni təqdim edəndə böyük sənətkar kimi təqdim edirlər. Mənim yüzdən çox tələbəm var. Gülnarəyə gəldikdə isə o , Vokal fakültəsini bitirməyib, muğamı bitirib, amma estrada kafedrasında dərs deyir. Səfa isə estrada müğənnisidir”.

    Y.Rzazadə onu da əlavə etdi ki, G.Allahverdiyeva xalq artisti barəsində söylədiyi sözlərə görə, məhkəmə qarşısında cavab verəcək: “Hər yoldan keçən mənim haqqımda xoşagəlməz söz deyəcək, mən də susacam? Mənim barəmdə işlətdiyi sözlərə görə, prokurorluğa şikayət edəcəm. Şikayəti bu gün edəcəkdim, amma bəzi işlərə görə, gedə bilmədim. Amma mütləq onun barəsində şikayət edəcəm. Çünki bu qadın məni təhqir edib. Qoy görsün ki, Yalçını təhqir etmək, nə deməkdir. Gələn ayın 5-də isə, vəzifəli dövlət adamı ilə görüşəcəm, məsələsini həmin adama da söyləsəm, universitetdə böyük qalmaqal düşəcək. Necə deyib, elə də cavabını hüquqi şəkildə mütləq görəcək”.

    Xatırladaq ki, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülnarə Allahverdiyeva özünü Yalçın Rzazadənin tələbəsi hesab edən Safanı sinfindən uzaqlaşdırıb. Safa Eldar bundan sonra tanınmış müğənni İlqar Muradovun sinfində təhsil alacaq.

    Qeyd edək ki, G.Allahverdiyeva özünü Y.Rzazadənin tələbəsi hesab edən Safa barədə bu sözləri demişdi: "Nankor övlad valideynin üz qarası olduğu kimi nankor tələbə də mənə lazım deyil. Bu gün populyarlıq üçün hər əyri yola gedən, bir klip çəkdirən kimi gözü ayağının altını görməyən şəxs, sabah daha böyük səhvlər edər. Onu artıq sinfimdə görmək istəmirəm. Özümdən sonra onu ancaq İlqar Muradova həvalə edə bilərdim. 4 il ərzində məndən estrada sənətinin sirlərini öyrəndi, indi də getsin İlqar Muradovdan mərdlik və kişilik öyrənsin. Təbii ki, bu cür yalan həm Safaya, həm də Yalçın bəyə sərf edir. Çünki Safa tanınmış sənətçinin fonunda özünə reklam qazanır, Yalçın bəy isə özündən sonra əmək vermədiyi hazır tələbənin sayəsində ustad kimi xatırlanmaq istəyir. Yalçın bəy illərdir universitetdə dərs dediyi halda niyə indiyədək bir tələbə onun adını çəkməyib? Mədəniyyət və İncəsənət Universitetində qayda var ki, hər bir tələbə istədiyi müəllimi seçməkdə sərbəstdir. Belə olan halda, niyə Safa bu illər ərzində seçimi əvvəldən Yalçın bəyin xeyrinə etməyib?! Ya da niyə sonradan onun sinfinə keçməyib?! Niyə 3 il mənim dərslərimdə oturub, məni müəlliməsi olaraq qəbul edib?!"

    Yalçın UĞUR
#21.10.2015 17:09 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Müğənni Fədayə Laçın imicində dəyişiklik edib. Lent.az-ın məlumatına görə, ifaçı saçlarını qaynaq etdirərək, uzadıb. O bildirib ki, səhnə fəaliyyəti ərzində ilk dəfədir ki, uzun saçlarda görülür: “Daim qısa saçda olmuşam. İstədim ki, imicimdə yenilik edim. Ona görə də saçlarımı uzatdım”.

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    Yalçın UĞUR
#21.10.2015 17:03 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage


    Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə -gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:45-də yayımlanan proqram zamanı tanınmışlara məzəli suallar verilir. Proqramın bu dəfəki qonağı əməkdar artist Naibə Allahverdiyeva olacaq.

    Onu da əlavə edək ki, layihədə sadə vətəndaşlarla məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınır.

    Xatırladaq ki, verilişin ideya müəllifi və aparıcısı Xəyalə Quliyeva, rejissoru, layihə rəhbəri Ramiz Alışovdur.

    Verilişin informasiya tərəfdaşı Lent.az-dır.

    alinti..
#21.10.2015 16:59 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar


    noimage

    Dünya şöhrətli müğənni Ledi Qaqa nişanlısı Teylor Kinni ilə birlikdə Nyu-Yorkda film qalasına qatılıb.

    Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, qırmızı libas geyinən müğənni bu dəfə eleqant obrazda görüntülənib. Lakin Ledi özünəxas ənənəsindən də geri qalmayıb. Belə ki, fotokameralara poz verən ifaçı gözlənilmədən libasının ətəyini açaraq alt paltarını göstərib.

    Ledinin nişanlısı ilə səmimi davranışları da diqqətdən qaçmayıb.

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    alinti,,
#21.10.2015 16:56 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində müğənni İzzət Bağırzadə “Yaradanım” adlı yeni klipini təqdim edib. Lent.az-ın məlumatına görə, ekran işində ifaçının dostu Hacı Nazim, Elçin və böyük oğlu Əli də çəkilib: “Mən 3-4 ildən bir çalışıram ki, kliplərimdə fərqli mövzulara müraciət edim. Bu dəfə də bütün müsəlman bacı və qardaşlarımızı nəzərə alaraq dini bir klip çəkdik. Burda yalnız bizi yaradan Allahdan bəhs olunur. Çəkilişlər Şamaxıda və İçəri Şəhərdə Cümə Məscidində baş tutdu. Düşündüm ki, klipdə oğlumun da olması daha səmimi görünəcək. Klipdə olduğu kimi, Əli həyatda da mənlə namaz qılır. Birdən nəsə yadına düşür, namazın yarısından gedir, sonra təzədən qayıdır. Hələ uşaqdır, tam başa düşmür. Bəstəyə gəldikdə isə mahnını Sibel Canla çalışan musiqiçilər aranjeman edib. Ümid edirəm ki, klipi tamaşaçılar da bəyənəcək”.

    Qeyd edək ki, “Yaradanım” adlı bəstənin sözləri Elşən Xəzərə musiqisi Hacı Nazimə məxsusdur. Klipi rejissor Pərviz Oktayoğlu çəkib.

    [video=youtube_share;zE2Xw4R_6lQ]https://youtu.be/zE2Xw4R_6lQ[/video]
    Yalçın UĞUR
#21.10.2015 16:43 0 0 0
  • Xeber - Dunyadan xeber

    noimage

    Rusiya və Türkiyə hərbi qurumları arasında Suriyada üzərində təsadüfi aviasiya insidentlərin aradan qaldırılması məqsədilə birbaşa telefon xətti açılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

    Onun sözlərinə görə, bu cür əməkdaşlıq formatı həmçinin Suriyanın “Xmeymim” aviabazasında İsrail Hərbi-Hava Qüvvələrinin komanda məntəqəsi və Rusiya Hərbi-Hava Qüvvələrinin Suriyadakı uçuşlarının idarə mərkəzi arasında da mövcuddur.

    Qeyd edək ki, bundan əvvəl Rusiya və ABŞ arasında Suriyanın hava məkanında uçuşların təhlükəsizliyinə dair anlaşma memorandumu qüvvəyə minib.

    Alinti..
#21.10.2015 16:39 0 0 0
  • Edebiyyat - Bedii edebiyyat

    Edebiyyat heyati,insanin hislerini, dushuncelerini,arzu ve isteklerini obrazli shekilde eks etdiren soz senetidir.Heyati eks etdirmek edebiyyatin esas meqsedidir.Tesadufi deyil ki, qedim yunan filosofu Aristotel edebiyyati teqlidi senet , yeni heyati ve insanlari yamsilama seneti adlandirmishdir.Heyati eks etdirmek edebiyyati elme yaxinlashdirir.Edebiyyat dedikde muxtelif elm sahelerine dair menbelerin cemi nezerde tutulur:siyasi edebiyyat,texniki edebiyyat,tibbe dair edebiyyat ve .s.Amma elmden ferqli olaraq , edebiyyat heyati bedii texeyyul esasinda eks etdirir.Heyati ve insanlari bedii texeyulle, yeni obrazli shekilde eks etdirmek edebiyyati elmden ferqlendirise , incesenetin diger sahelerine yaxinlashdirir.Bu menada edebiyyat bir nov incesenetin novudur. Edebiyyat sozu edeb (merifet) sozunden goturulmushdur.Edebiyyatin vezifelerinden biri insanlara zovq vermekdirse , biri de insanlari terbiye etmek,onlari menevi cehetden zenginleshdirmekdir.Edebiyyati oyrenen elme Edebiyyatshunasliq deyilir.Edebiyyatshunasliq elminin 3 esas sahesi var: 1.Edebiyyat tarixi 2.Edebiyyat nezeriyyesi 3.Edebi tenqid Azerbaycan edebiyyati tarixi bu dovrlere bolunur: 1.Qedim dovr-(13 cu esre qeder) 2.Orta dovr-(13 esr-17 esr) 3.Yeni dovr-(17esr - 20 esr) 4.En yeni dovr-(20 esrden sonraki) Azerbaycan edebiyyatinin umumi ideya-bedii istiqameti ve aparici prinsipleri turkchuluk,islamchiliq,muasirlikle baglidir.Hemin ideya-bedii istiqametler bu ve ya diger derecede edebiyyatimizin tarixi dovrlerinin her biri uchun seciyyevi olmushdur. Bedii edebiyyatin iki qolu var: 1.Shifahi xalq edebiyyati (folklor) 2.Yazili edebiyyat

    Alinti...
#21.10.2015 16:32 0 0 0
  • Xeber - Dunyadan xeber

    noimage

    Nyu-York Böyük Jürisi korrupsiyada təqsirləndirilən BMT Baş Assambleyasının sabiq sədri, Antiqua və Barbuda dövlətinin təşkilatdakı daimi nümayəndəsi Con Eşə qarşı rəsmi ittiham irəli sürülüb.

    APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Çinin Makao şəhərində daşınmaz əmlakın tikintisi ilə bağlı yol verilmiş korrupsiya əməlinə görə həmçinin çinli developer Hq Lap Senq və daha 3 nəfər təqsirli bilinir.

    Məlumata görə, Con Eş Makaoda tikintisi Hq Lap Senqun şirkətinə həvalə olunmuş BMT-nin konfrans mərkəzinin yaradılmasının zəruriliyi barədə məktub hazırlayaraq BMT baş katibinə təqdim edib.

    alinti..
#21.10.2015 16:21 0 0 0
  • Maraqli sozler - sevgi yazilari - dost mehebbeti - Onunla bir ömür dinle

    noimage

    ♥Onunla bir ömür♥

    Heç yaşanmamış olsaydı daha çox inciderdi belke, heç anlamazdim her kesin "sevgi"-dediyi sehri belkede xəyal bele qurmazdim iki neferlik, belke de her gecenin tek açilardi seheri...Hardan başlayim cümleme bilmirem düzü.O balaca xəyallarımın ərkəsöyün qızıdı.Ne diyim ne danışım, senki bilirsen dost o menim alnima yox dərimə cızılmış yazımdı.Hem payızım hem yazımdı, hemde qışım.Hem gözümün nuru hemde qaranlığım, hem gülüşüm hemde hüznüm..O menim her baxanda yanaglarimi qizardan utancligimdi...Ona göre ölerem men çox ciddiyem onu ölümüne sevdim men onunla çix ciddiyem."Ona göre ölerem men"-dedim yanlış anlama dost, ona göre ölsem olmaz, onsuz ölerem men......Her yaşanan sevgi nağıl deyil unutma dost.Men yaşadım bilki nağıl deyil......Onu gorduyum ilk gün men dogurdanda ilk yaşadım.Elə geldiki onu men yox yetimliyim qarşiladi.Sanki ondan öncesi yox, sanki kimsesizmişem, deyesen her sevgini nağıl başa düşmüşem...O qeder içden gülürki gözlerinin içi, sanki güneş rengini al yanaqlarindan seçib.Qıvrılıb dizlerinde yatıb gecə, ayağa qalxsa diksinib...Birisini o qeder seversenki o sene yer üzündeki cennet olar, südden bulaqlari, şirin meyveleri olan Cennet dediyin şeyin tesviri varsa eger dost men ona cennet desem inanki yalan olar.Neyi nece tesvir edim men?..Yaradan bele yaradib ve O cenneti ayağları altına alandı..Onun ve menim canımdan bir parça yaşandığını görseydim dost dünyalar menim olardi...



    Alinti..
#20.10.2015 23:26 0 0 0
  • Letife - Letifeler - gulmeli letifeler dinle

    noimage

    Səni məndən çox sevəni tapsan məni atma. Qayıt yanıma. Səni bir az da çox sevəcəm.

    2. Sən mənim hyəyatımsan, amma ki, həyat mənim üçün heçdir.

    3. Sən bilirsən indi mən nə edirəm? Yaxşı fikirləş, çətin sualdı?

    Axmaq!!!, nə edəcəyəm ki, sənə sms yazıram daa.

    4. Bəlkə də mən xoşbəxt ola bilərdim, bəlkə də mən varlı ola bilərdim, bəlkə də mən biznesmen ola bilərdim. Amma nə də olsam Allaha şükür edərim ki, bu mesajı oxuyan qoyundan min dəfə yaxşıyam.

    5. Bayaq radiyoya qulaq asırdım dedilər ki, Ayna Sultanova heykəlinin qabağında yekə baş, şəlpə qulaq, çəp göz, mırıq diş bir meyid tapılıb. Tez mənə zəng elə səndən nigaranam.

    6. Günəş bir gün çıxmağı, ay bir gün batmağı unutsa da, mən sənə sərf etdiyim 11 konturu heç vaxt unutmayacağam.

    7. Sənə bir sual verəcəm, amma fikirləş sonra cavab ver. Bananlar niyə topa halında bitir? Əgər bilmirsənsə gedim başqa meymundan soruşum.

    8. İslanmaq istədim sənlə yağışda. İslana bilmədim məni bağışla. Sən mənim yanımda böyük öküzsən, mən sənin yanında kiçik qarışqa.

    9. Kim deyib ki, qırmızı işıqda yolu keçməzlər,rəhmətlik keçərdi.

    10. Bu mesaj xususi bir frekansla göndərilmişdir. Ağıllılarda yaddaş zəifliyi, axmaqlarda qısa müddətli korluq, öküzlərdə bir anlıq gülümsəmə oyadır.

    11. Yuxuda seni gördüm. Kamaz vurub öldürmüşdü. Kamazı və səni basdırırdılar. Qəbir nur saçırdı. Sonra gördüm ki, kamazın faraları ağzında qalıb.

    12. Şəklini çək İraqa göndər. Qoy görsünlər ki, müharibədən də dəhşətli şeylər var.

    13. Sevgilim, seni yaddasimdan sile bilmirem. Cunki seni yaddasimdan silmek ucun AntiVirus programi lazimdi. Onu da heyf ki, kesf etmeyibler.

    14. Bir anlıq qiş gecəsini təsəvvür et. Üzərində qar dənəciklərinin naxış vurduğu pəncərəyə bax. Orada milcək var. Zəhmət olmasa onu öldür. Mənzərəni pozur.

    15. Sən ətirli bir bağda yaraşıqlı, əlvan rəngli, təravətli, əsrarəngiz bir çiçəyin yarpağına qonmuş dozanqurdusan.

    16. Sənin ürəyinin açarını axtarırdım tapa bilmədim. Amma üzülmə, çünki laqonda almışam, hazırlaş gəlim.

    17. Bütün ümidlərim suya düşdü, amma boğulmadılar. Çünki onlara üzməyi öyrətmişdim.

    18. Sevgilim, mümkünsə mənə şəklini göndər, qabaqdan yay gəlir. Mürəbbələrə qarışqa yığılmasın deyə bankalara vurum.

    19. Kaş kəpənək olub çiyninə qonardım, səni həsrətlə izləyərdim. Sonra başına bir qapaz vurub qacardım.

    20. Gözlərin nəlbəki, özün çəyirtkə, göz yaşın milçəyin tüpürcəyidir.

    21.Ağzın 3kl-luq bankadan yekə, dodağın mantyorun əlcəkləridir. Nə gözəlsən


    Alinti..
#20.10.2015 22:59 0 0 0
  • Konu: Bir az gulek
    Letifeler - letifeler dinle

    noimage

    1. Səni məndən çox sevəni tapsan məni atma. Qayıt yanıma. Səni bir az da çox sevəcəm.

    2. Sən mənim hyəyatımsan, amma ki, həyat mənim üçün heçdir.

    3. Sən bilirsən indi mən nə edirəm? Yaxşı fikirləş, çətin sualdı?

    Axmaq!!!, nə edəcəyəm ki, sənə sms yazıram daa.

    4. Bəlkə də mən xoşbəxt ola bilərdim, bəlkə də mən varlı ola bilərdim, bəlkə də mən biznesmen ola bilərdim. Amma nə də olsam Allaha şükür edərim ki, bu mesajı oxuyan qoyundan min dəfə yaxşıyam.

    5. Bayaq radiyoya qulaq asırdım dedilər ki, Ayna Sultanova heykəlinin qabağında yekə baş, şəlpə qulaq, çəp göz, mırıq diş bir meyid tapılıb. Tez mənə zəng elə səndən nigaranam.

    6. Günəş bir gün çıxmağı, ay bir gün batmağı unutsa da, mən sənə sərf etdiyim 11 konturu heç vaxt unutmayacağam.

    7. Sənə bir sual verəcəm, amma fikirləş sonra cavab ver. Bananlar niyə topa halında bitir? Əgər bilmirsənsə gedim başqa meymundan soruşum.

    8. İslanmaq istədim sənlə yağışda. İslana bilmədim məni bağışla. Sən mənim yanımda böyük öküzsən, mən sənin yanında kiçik qarışqa.

    9. Kim deyib ki, qırmızı işıqda yolu keçməzlər,rəhmətlik keçərdi.

    10. Bu mesaj xususi bir frekansla göndərilmişdir. Ağıllılarda yaddaş zəifliyi, axmaqlarda qısa müddətli korluq, öküzlərdə bir anlıq gülümsəmə oyadır.

    11. Yuxuda seni gördüm. Kamaz vurub öldürmüşdü. Kamazı və səni basdırırdılar. Qəbir nur saçırdı. Sonra gördüm ki, kamazın faraları ağzında qalıb.

    12. Şəklini çək İraqa göndər. Qoy görsünlər ki, müharibədən də dəhşətli şeylər var.

    13. Sevgilim, seni yaddasimdan sile bilmirem. Cunki seni yaddasimdan silmek ucun AntiVirus programi lazimdi. Onu da heyf ki, kesf etmeyibler.

    14. Bir anlıq qiş gecəsini təsəvvür et. Üzərində qar dənəciklərinin naxış vurduğu pəncərəyə bax. Orada milcək var. Zəhmət olmasa onu öldür. Mənzərəni pozur.

    15. Sən ətirli bir bağda yaraşıqlı, əlvan rəngli, təravətli, əsrarəngiz bir çiçəyin yarpağına qonmuş dozanqurdusan.

    16. Sənin ürəyinin açarını axtarırdım tapa bilmədim. Amma üzülmə, çünki laqonda almışam, hazırlaş gəlim.

    17. Bütün ümidlərim suya düşdü, amma boğulmadılar. Çünki onlara üzməyi öyrətmişdim.

    18. Sevgilim, mümkünsə mənə şəklini göndər, qabaqdan yay gəlir. Mürəbbələrə qarışqa yığılmasın deyə bankalara vurum.

    19. Kaş kəpənək olub çiyninə qonardım, səni həsrətlə izləyərdim. Sonra başına bir qapaz vurub qacardım.

    20. Gözlərin nəlbəki, özün çəyirtkə, göz yaşın milçəyin tüpürcəyidir.

    21.Ağzın 3kl-luq bankadan yekə, dodağın mantyorun əlcəkləridir. Nə gözəlsən

    Alinti...
#20.10.2015 22:52 0 0 0
  • Hekaye - Hekayeler - Andre Morua haqqında - Andre Morua eserleri - Andre Morua Tufan hekayesin oxu

    <<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<

    Maskanı çıxarmaq?- deyə Bertran Şmidt söhbətə qarışdı.
    - Sizə elə gəlir ki, maskanı çıxarmaq həmişə xeyirli olur? Məncə, çox yaxın və mehriban dostlar səmimi olurlar, qalan bütün cəmiyyətdə isə insanların münasibətində əsasən maskalar iştirak edirlər… Əgər bir dəfə təsadüfən, məcbur olub həmişə həqiqəti gizlətdiyimiz adamlara onu danışsaq tez peşman olarıq.
    Kristyan Menetrye bir əhvalat danışdı:
    - İngiltərədə baş vermiş bir qəzanı xatırlayıram… Şaxta qaz partlayışında uçmuşdu, on iki nəfər qazmaçı şaxtanın bir küncündə salamat qalmışdı… Bir həftə orada qaldıqdan sonra, qazmaçılar gizli işlərini etiraf edir… Onlar belə fikirləşiblər: “İndi ki, ölürük qoy ürəyimizi boşaldaq”. Sonra gözlənilməz bir vəziyyətdə xilasedilirlər… Qazmaçılar bir daha görüşmək istəmirlərmiş… Özü barədə çox şey bilən adamlardan hər biri uzaq qaçırmış. Maskalar yenidən taxılmış cəmiyyət xilas edilmişdi.
    - Bəli, - deyə Bertran təsdiq etdi. - Belə əhvalatlar olur. Yadımdadır. Afrikaya səyahətim zamanı tükürpədən bir etirafın şahidi olmşuam.
    O, boğazını təmizlədi və tərəddüdlə bizə baxdı. Qəribə burasıdır ki, Bertran camaat qarşısında çox çıxış etsə də utancaq adamdı. O, yersiz söhbət edəcəyindən qorxurdu. Ancaq həmin axşam heç kimin mane olmadığını görüb söhbətə javam etdi:
    - Yəqin ki, mənim 1938-ci ildə Fransa Cəmiyyətinin xahişi ilə mühazirə oxumaq üçün Fransanın Qərbi və Ekvatorial Afrikasını və dənizin o üzündəki başqa yerləri gəzdiyim yadınızda deyl. İngiltərənin, Fransanın, Belçikanın müstəmləkələrini (o vaxt hələ müstəmləkə deyirdilər) gəzdim, peşman olmadım. Bu yerlərə gedən az olur, yerli təşkilat işçiləri adamı şah kimi, yaxud, elə daha yaxşısı mehriban dostkimi qarşılayırlar… Əhvalatın baş verdiyi balaca paytaxtın adını sizə demək istəmirəm, çünki haqqında danışacağım adamlar sağdırlar. Mənim qəhrəmanlarımın biri əlli yaşlarında, səliqəli, ağ saçlı qubernator, ikincisi isə onun cavan, sarışın, qaragöz, deyib-gülən arvadıdır. Söhbətin dolaşıq olmaması üçün onları şərti olaraq Busardlar adlandıraq. Onlar məni öz saraylarında qəbul etdlər. Bu, qırmızımtıl, qayaların arasında tikilmiş kazarma üslubunda qəşəng bir mülk idi: yüksək zövqlə bəzədilmişdi. Onların evində iki gün yaxşı istirahət etdim. Salonun ortasında yerə sərilmiş pələng dərisinin üstünə eben ağacından düzəldilmiş pələng dərisinin üstünə eben ağacından düzəldilmiş bir masa qoyulmuşdu. Masanın üzərində “Nuvel revü fransez”, “Merkur dö frans” və təzə romanlar vardı. Evdə yaradılmış səliqəyə görə qubernatorun köməkçisi gənc leytenant Düqası təriflədim.
    - Düzü, xoşunuza gələn bu şeylərdə mənim əməyim yoxdur, bunlar madam Busardın işidir. Kitablar və güllərlə o məşğul olur.
    - Yoxsa, madam Busard ədəbiyyat adamıdır? - deyə soruşdum.
    - Əlbəttə. Nə əcəb özünüz başa düşməmisiniz… Jizel, biz onu öz aramızda belə sadə adla çağırırıq, Sevrdə Ekolnormalı bitirib.
    Qubernatora ərə getməzdən əvvəl Lionda ədəbiyyatdan dərs deyirdi. Qubernator məzuniyyətdə olduğu vaxt ona yenidən rast gəlib. Ona görə yenidən deyirəm ki, onlar əvəlcədən bir-birlərini tanıyırlarmış. Jizel sahibin ən yxaın dostlarından birinin qızıdır. O, qızı sevib, qız da onunla buraya gəlməyə razı olub. Demə, Jizel özü də çoxdandır onu sevirmiş.
    - Axı, yaşları çox fərqlidir?
    - O vaxtlar qubernator çox cazibədar olub. Evlənməzdən əvvəl onu tanıyanlar söyləyirdilər ki, istədiyi qadını ələ gətirirmiş…İndi qocalıb.
    - Bu cür evlənmiş adamın günü qara olur.
    - Məsələ təkcə evlənməkdə deyil. Onun həyatı həmişə əziyyətli olub… Otuz il Afrikada işləyib… İqlimin ağırlıığ, daimi narahatlıq əziyyətli iş…Bizim sahib çox nadir adamdır. O il əvvəl o buraya gələrkən ətraf meşələrdə vəhşi qəbilələr yaşayırdı. Onlar aclıqdan qırılırdılar. Aralarındakı cadugərlər onları bir-birini öldürməyə, arvadlarını, uşaqlarını oğurlamağa, öz bütlərinə insan qurbanları kəsməyə vadar edirdi… Sahib onları sakitləşdirdi, bir yerə cəmlədi, başa saldı ki, onlar bu torpaqda kakao becərə bilərlər. Altı il sonra meyvə verəcək bir ağacın əkilməsini, gələcək haqda təsəvvürü bu adamlara aşılamaq, inanın ki, çox çətin məsələdir.
    - Onlar öz azadlıqları, asudə, tənbəl həyatları üçün darıxırlar? Qubernatora necə münasibət bəsləyirlər?
    - Sevirlər, lap pərəstiş edirlər… Bu yaxınlarda onunla yarımvəhşi qəbilələrdən birinə getmişdim. Qəbilə başçısı onun qarşısında diz çöküb dedi: “Sən məni tənbəl bir oğul kimi məzəmmət etdin. Çox yaxşı elədin… Məni ayıltdın… İndi varlanmışam…” Ağıllı camaatdır, özünüz görərsiniz, əgər düzgün rəftarı bacaran olsa onları öyrətmək asandır. Onların hörmətini qazana bilmək üçün peyğəmbər kimi müqəddəs bir adam olmaq lazımdır.
    - Sizin sahib necə, müqəddəs adamdır? - Leytenant gülümsəyərək mənə baxdı.
    - Müqəddəs necə adama deyərlər?
    - Bilmirəm… günahsız, təmiz adamlara.
    - Hə, sahib də belə adamdır. Onun heç bir eybi yoxdur, iradəsiz adam deyil, heyf, bircə zəif cəhəti var… O, şöhrətpərəstdir, amma öz şöhrətinin yox, işin naminə çalışır… O idarə etməyi sevir, istəyir ki, daha böyük sahələr onun hakimiyyəti altında olsun.
    - Maşal Lyotey də deyirmiş: “Mərakeş? Bu ki balaca kənddir… Mənə bütün yer kürəsi lazımdı!”
    - Elədir, sahib bu balaca planetimizi idarə etmək istərdi…
    Həm də başqalarından yaxşı idarə edərdi.
    - Axı, sizin müqəddəsiniz əvvəllər donjuanlıq edib?
    - Müqəddəs Avqustun özü də onun kimi olub. Gənclik illərində olan şeydir… Evlənəndən sonra nümunəvi ər olub… İndiki vəziyyətində o qədər imkan var ki… Hələ mən onun kölgəsi olsam da…
    - Siz həmin imkanlardan istifadə edirsinizmi?
    Mən nə qubernatoram, nə müqəddəs, nə də evli… Arxa planda olmağıma sevinirəm.. Yaxşısı budur sizin səyahətinizdən danışaq, əziz cənab. Sabahkı səfərinizdə qubernatorun sizi müşayiət edəcəyini bilirsinizmi?
    - Qubernator məni öz şəxsi təyyarəsində aparmağı təklif edib.
    Dediyinə görə, özü də sahili gəzməli, hansı bir abidəninsə açılışında iştirak etməlidir… Siz də gedəcəksinizmi?
    - Xeyr… Siz və qubernatordan başqa, ərinin cəngəlliklər üzərində tək uçmasına razı olmayan madam Busard, təyyarəçi və yerli qarnizonun komendantı podpolkovnik Anjel təyyarədə olacaqlar. Anjel qubernatorla birgə yerləri yoxlamağa gedir.
    - Mən onu görmüşəm?
    - Zənnimcə yox, amma xoşunuza gələcək. Qızıl kimi adamdır, hazırcavabdır… Hərbi işdə də əsl asdır. Əvvəllər kəşfiyyatçı zabit kimi Mərakeşdə işləyib, sizin marşal Lyoteyin şagirdlərindəndir…Bu yaşda podpolkovnikdir, gözəl gələcəyi var.
    - Sizcə, səyahət uzun çəkər?
    - Yox, canım! Deltaya qədər bir saat cəngəlliyn üstü ilə uçacaqsınız, sonra yüz kilometr plyajın üstü ilə uçub çatacaqsınız. Sarayda axırıncı naharımız çox şən keçdi. Səfərə hazırlığı təşkil etmək üçün Anjel də dəvət edilmişdi. O, podpolkovnik olsa da, kapitana oxşayırdı. Üzdən də, ürəkdən də cavan idi. Çox, həm də yaxşı danışdı. Söhbətində gah paradoksallıq duyulurdu, gah kəskinlik. Lakin yüksək mədəniyyəti həmişə hiss olunurdu. Yerlilərin adətləri, totemləri və tabuları haqda qubernatordan çox bilirdi. Qəribə burasıdır ki, söhbət zamanı madam Busad ona kömək edirdi. Qubernator aludəliklə arvadına qulaq asır, hərdən də gözünü mənə zilləyib arvadının necə təsir bağışladığını öyrənmək istəyirdi. Nahardan sonra o, Anjeli və Düqası götürüb, bəzi vacib məsələləri həll etmək üçün öz otağına keçdi. Mən Jizellə tək qaldım. O, işvəli qadındı, mən isə belə şeylərdə zəiflik göstərənəm, elə ki, səmimiyyətimə inandı, podpolkovnik haqda məni suala tutmağa başladı.
    - Onun haqda nə fikirdəsiniz? Siz yazıçısını gərək belə adamlar xoşunuza gəlsin. Biz onu çox istəyirik. Ərim lap başına and içir. Mənə elə gəlir ki, buraya sürgün olunmuşam. Anjel isə özü ilə Fransanın və dünyanın nəfəsini gətirir… Əgər imkanınız olsa deyin əzbərdən şer söyləsin… Bu adam canlı antologiyadır.
    - Yaxşı oldu, təyyarədə vaxtımızı şən keçirərik.
    - Yox, - deyə Jizel etiraz etdi, - təyyarədə pərlərin səsindən heç nə eşitmək olmur. Saat ona yaxın qubernatorla podpolkovnik yanımıza qayıtdılar. Lakin həmin saat ayrılmalı olduq, çünki sabahkı səfərimiz istiyə düşməmək üçün saat dördə təyin edilmişdi. Qara dərili xidmətçi məni oyadanda hava yaxşı deyildi. Qərbdən güclü külək əsirdi. Mən təyyarə ilə min kilometrlərlə yol keçmişəm, ona görə də təyyarəyə minəndə, azacıq da olsa, narahat olmuram. Amma bu ucsuz-bucaqsız çəngəlliklər üzərində uçmağı xoşlamıram, çünki buralarda yerə enmək olmur, əgər təsadüfən etməyə imkan tapsan da, xilasedicilərin sən tapacağına ümid
    bağlama. Mən səhər - nahar üçün aşağı düşəndə Düqas masa arxasında idi.
    - Hava yaxşı olmayacaq, - o narahatlıqla dilləndi. - Təyyarəçi səfəri təxirə salmaq istəyirdi, sahib razı olmadı; o deyir ki, öz bəxtinə inanır, həm də hava bürosunun məlumatı çoxt vaxt yalan çıxır. Kaş elə olsun, mən özüm bu axşam Bakokada mühazirə oxumalıyam. Qəza gözlənildiyi vaxt gəlmir. Bir az sonra qubernatorla arvadı qəbul otağına endilər. Qubernator ağ hərbi paltar geymişdi, ordenlərini də taxmışdı. İdman paltarı geymiş yaraşıqlı madam Busard elə bil onun qızı idi. Hələ
    yuxusu dağılmamışdı, az danışırdı. Təyyarə meydanında (meşənin içində qırılıb təmizlənmiş böyük talada) podpolkovniki gördük. O, kinayəli bir təbəssümlə tufanqabağı qaralmaqda olan səmaya baxırdı.
    - Sent Ekzüperinin dağ üzərindəki hava boşluqlarını necə təsvir etdiyini xatırlayırsınızmı? - deyə o mənə müraciət etdi. - Meşə üzərindəki hava boşluqları daha pisdir. Özünüz görəcəksiniz. Rəqs eləməyə hazırlaşın… Siz gərək qalaydınız, madam, - deyə o, madam Busarda tərəf çevrildi.
    - Elə söhbət yoxdur, - deyə madam qətiyyətlə cavab verdi.
    - Əgər hamı qalırsa, mən də qalıram; hamı gedirsə, mən də gedirəm.
    Təyyarəçi qubernatorla salamlaşıb onu bizim dəstəmizdən ayırdı. Hiss edirdim ki, səfəri təxirə salmaq üçün qubernatoru dilə tutur, amma müqavimətə rast gəlirdi. Bir az sonra qubernator bizə tərəf gəldi və soyuq-soyuq dedi:
    - Getmək lazımdır.
    Bir neçə dəqiqə keçmiş biz sıx meşənin üzəri ilə uçurduq. Motorun səsindən heç nə eşitmək olmurdu. Külək meşəni taxıl zəmisi kimi dalğalandırırdı. Madam Busard gözlərini yummuşdu. Yolda oxumaq üçün kitab götürmüşdüm, təyyarə elə bərk silkələnməyə başladı ki, kitabı örtməli oldum. Biz meşənin üstü ilə təxminən min mer hündürlükdə qara buludların arası ilə uçurduq. Güclü yağış təyyarəni döyəcləyirdi. Hava ağır idi. Adam boğulurdu. Hərdən təyyarə boşluğa düşür, qalın hava qatı üzərində elə güclü təkanla qərar tutrdu ki, qanadların salamat qalacağına inanmırdım.
    Bu dəhşətli səfər haqda çox danışmaq istəmirəm. Get-gedə güclənən tufanı, yüz oyundan çıxan təyyarəni, tez-tez çevrilib bizə baxan təyyarəçinin qorxu dolu gözlərini özünüz təsəvvürünüzə gətirin. Qubernator əhvalını pozmurdu, arvadı isə hələ gözlərini açmamışdı. Bu vəziyyətdə bir saatdan çox uçduq. Birdən podpolkovnik qolumdan tutub məni illüminator a tərəf çəkdi.
    - Bir baxın! - deyə qulağıma qışqırdı, - dənizin suyu qalxıb daha delta görünmür.
    Doğrudan da, gözümüzün qabağına çox qəribə əhvalat baş verirdi. Ağacların qurtardığı yerdə sudan başqa heç nə görünmürdü. Hər yan su idi. Elə bil dənizə sarı palçıq qatmışdın, su sapsarı idi. Güclü külək dalğaları ağaclara çırpırdı… Deyəsən, meşənin də bir hissəsini su basmışdı. Plyaj suyun altında qalmışdı. Təyyarəçi bir vərəqə xırda qeydlər etdi, çevrilib onu podpolkovnikə verdi. Anjel vərəqi mənə göstərdi.
    - İstiqamət itib. Radio işləmir. Bilmirəm hara enim!
    Podpolkovnik qalxıb təkandan səndələyərək kreslolardan tuta-tuta kağızı qubernatora apardı.
    - İstiqaməti dəyişib geri qaytımaq üçün yanacaq çatarmı?
    Podpolkovnik gedib təyyarəçidən soruşub qayıtdı.
    - Yox, - deyə sakitcə cavab verdi.
    - Onda qoy ensin aşağı, bəlkə bir ada, yaxud hələ tamam batmamış torpaq sahə tapdı. Yeganə ümidim buna qalıb. (Sonra, təzəcə gözlərini açmış arvadına tərəf döndü). Qorxmayın, Jizel, dənizdə qabarma var, indi bir yer tapıb enərik. Tufan sakitləşəndən sonra köməyimizə gələrlər.
    Jizel bu qorxulu xəbəri elə sakitliklə və təmkinlə qarşıladı ki, mat qaldım. Təyyarə lap aşağıya endi. Nəhəng sarı dalğaları və bulaşıq duman arasından görünən, küləyin ikiqat əydiyi ağacları aydın görürdüm. Təyyarəçi menə ilə dənizin birləşdiyi xətlə uçur, enmək üçün tala, yaxud sahildə, kiçicik də olsa, quru yer axtarırdı.
    Mən dinmirdim, amma fikirləşirdim ki, sağ qalacağımıza ümid yoxdur.
    - Axı, nədən ötrü? - deyə düşündüm. - Niyə özümü bu cəhənnəmə salmışam? İki yüz, yaxud üç yüz laqeyd tamaşaçının qarşısında mühazirə oxumaq üçünmü?.. Yox, bu səfərlərin heç kimə xeyri yoxdur!… Bir də ki, hamısı sözdür. Əcəlin yetdi, ölməlisən. Burada olmasa, Paris ətrafında yük maşınının altına düşə bilərdim, xəstəlikdən yaxdu qərəzsiz atılmış güllədən ölə bilərdim…
    Görək nə olur?! Elə bilməyin ki, öz təmkinimi təsvir edib lovğalanıram. Sözün doğrusu, hamı kimi mən də elə güclü ümidlə yaşayıram ki, ölüm bir addımlığımızda olsa da öləcəyimə inanmırdım.
    Şüurum ölümün yaxınlaşdığını söyləsə də, bədənim onunla razılaşmırdı. Podpolkovnik gedib təyyarəçinin yanında əyləşmişdi, onunla bərabər gözünü sarımtıl okeana zilləyib, enmək üçün yer axtarır. Əlini uzatdığını gördüm, təyyarə yana döndü. Podpolkovnik arxaya çevrildi; indiyə qədər qaşqabaqlı görünən sifəti işıqlanmışdı.
    - Balaca bir ada görürəm, - dedi.
    - Torpaq parçası enmək üçün kifayət edərmi? - deyə qubernator soruşdu.
    - Zənnimcə bəs edər. - Bir az keçmiş o öz sözün təsdiq etdi.
    - Əlbəttə bəs edər… Enmək lazımdır. Boek.
    Beş dəqiqə sonra deltanın su basmış adacıqlarından birinə sonra deltanın su basmış adacıqlarından birinə endik. Təyyarəçinin məharətindənmi, yoxsa xeyirxah təsadüfdənmi təyyarə iki palma ağacının arasında ilişib dayandı. Ağaclar təyyarəni küləkdən bir az qoruyurdu. Külək o qədər güclü əsirdi ki, təyyarədən düşmək mümkün deyildi. Əslində düşməyə ehtiyac da yox idi. Hara getməli idik ki? Sağımız və solumuz yüz metr məsafədə yaş qumluq idi. Qabaqdan da, arxadan da okean bizi əhatə etmişdi. Biz müvəqqəti xilas olmuşduq, buradan sağ çıxmağımız yalnız möcüzə olardı. Belə çıxılmaz bir vəziyyətdə Jizelin iradəsinə heyran olmuşdum.
    O nəinki cəsarətli, həm də sakit, şən bir qadın imiş.
    - Bəlkə acanınız var? - deyə soruşdu. - Mən özümlə sendviç və meyvə götürmüşəm.
    Təyyarəçi də pilot kabinəsindən çıxıb yanımıza gəlmişdi. O məsləhət gördü ki, yeməyi saxlayaq; allah bilir buradan nə vaxt və necə çıxa biləcəyik. O, stansiyalardan biri ilə əlaqə yaratmağa bir daha cəhd etdi, amma cavab gəlmədi. Saata baxdı. Saat on bir idi. Günortadan sonra külək bir az sakitləşdi. Palma ağacları dözə bilmişdi. Qubernator yatdı. Mən özüm də yorulmuşdum. Gözlərimi yumdum, az keçməmiş qəribə bir hissin və qüvvənin təsiri ilə gözlərim qeyri-ixtiyari açıldı. Mən bir-birindən azca aralı dayanmış podpolkovniklə Jizelin necə baxışdıqlarını gördüm. Bu baxışlarda elə bir mehribanlıq, elə bir od vardı ki, onların aşiq-məşuqəolduqlarına şübhəm qalmadı. Onların hərəkətlərində şübhə doğuracaq heç nə görməsəm də nədənsə, dünən axşamdan ürəyimə dammışdı. Tələsik gözlərimi yumdum, elə yorğun idim ki, tez yuxuya getdim. Yuxudan gurultuya ayıldım. Külək təyyarəni elə bərk silkələdi ki, elə bil dayaq qırılmışdı. Soruşdum:
    - Nə olub?
    - Tufan güclənir, su qalxır, - deyə təyyarəçi acıqla cavab verdi. - Bu dəfə daha ümid yerimiz yoxdur, cənab. Bir saatdan sonra durduğumuz yer… və biz özümüz suyun altında qalacağıq.
    O kinayə ilə, lap deyəsən, acıqla qubernatora baxdı və əlavə etdi:
    - Mən bretonluyam, allaha inanıram… Gərək dua edəm.
    Düqas mənə söyləmişdi ki, siyasi ənənəyə görə, qubernator antiklerikal mövqe tutur, lakin burada ona dəyərli xidmətlər göstərən missionerlərlə münasibəti çox yaxşı idi. İndi o, nə təyyarəçini fikrindən döndərmək, nə də onun kimi dua etmək üçün təşəbbüs göstərmədi. Bu vaxt şaqqıltı eşidildi; külək soldakı palma ağacını sındırdı. Qalan ömrümüzü dəqiqələrlə sayırdıq. Həmin anda rəngi qaçmış Jizel qəribə bir ehtirasla qaçıb gənc podpolkovnikə sıxıldı.
    - İndi ki ölürük, mən sənin qolların arasında ölmək istəyirəm.
    Sonra ərinə tərəf çevrilərək üzrxahlıq etdi:
    - Bağışlayın məni, Erik… Nə qədər ki, yaşayırdıq, heç nə demirdim, sizi kədərləndirmək istəmirdim… İndi isə sizin üçün də, mənim üçün də hər şey, bitib… Daha yalan danışa bilmərəm.
    Həyəcanlanmış podpolkovnik ayağa qalxıb özündən çıxmış bu qadını kənar etməyə çalışdı.
    - Cənab qubernator, - deyə sözə başladı…
    Tufanın uğultusundan cümlənin gerisini eşidə bilmədim. Onlardan iki addım aralıda əyləşmiş qubernator Jizellə podpolkovnikdən gözünü çəkə bilmirdi. Onun dodaqları əsirdi; bilmirəm danışırdı, yoxsa tutulmuş dilini açmağa çalışırdı. Rəngi elə ağarmışdı ki, qorxdum ürəyi getsin. Təyyarə torpağa bircə qanadı ilə ilişmişdi, sağdakı palma ağacına söykənib küləyin qarşısında bayraq palma ağacına söykənib küləyin qarşısında bayraq kimi çırpınırdı.
    Ölümə yaxın olduğum belə bir anda İzabel haqda, öz ailəm haqda düşünməli idim, lakin qarşımdakı səhnə o qədər qəribə idi ki, yadıma heç nə düşmürdü. Təyyarəçi irəlidə, arxası bizə dizüstdə dua oxuyurdu. Podpolkovnik elə bil ki yerə bölünmək istəyirdi; nə qollarını açıb onu ağuşuna almağı tələb edən sevdiyi qadından keçə bilir, nə də hörmətini saxladığı rəisinin əzab çəkməsini istəyirdi. Mən isə təkanlara tab gətirə bilmək üçün özümü yığışdırmışdım, bu səhnədən kənarda olmağa, onların gözünə görünməməyə çalışırdım. Əslində, deyəsən, onlar mənim burada olduğumu unutmuşdular.
    Qubernator kreslolardan tuta-tuta arvadına yaxınlaşa bildi. Onun həyatını da, xoşbəxtliyini də məhv edəcək fəlakətin qarşısında azacıq da olsa özünü itirməmişdi. Onun yaraşıqlı sifətində qəzəb duyulmurdu, ancaq gözləri nəmli idi. Arvadına çtanda mənə söykəndi, ürəkparçalayan mülayim səslə dedi:
    - Mən heç nə bilmirəm, Jizel, heç nə bilmirdim… Qayıt gəl
    yanımda otur… Jizel! Mən xahiş edirəm… Sizə əmr edirəm. Jizel podpolkovniki qucaqlayıb özünə sıxmağa çalışırdı.
    - Mənim məhəbbətim, - deyirdim, - mənim məhəbbətim niyə çəkinirsən? Hər şey bitib… Mən sənin ağuşunda ölmək istəyirəm. Yox, son dəqiqələrimizi həya üzündən qurban vermə… Özün bilirsən ki, sənə həmişə itaət etmişəm… Sən Erikin hörmətini saxlayırdın, onu sevirdin… Mən də sevirdim… Bəli, doğrudan, Erik, mən səni sevirdim!… İndi isə ölürük!
    Təkanların birində haradansa qopmuş dəmir parçası Jizelin sifətini cızdı. Onun üzündən qan süzülüb, incə bir xətt çəkdi.
    - “Hörmət saxlamaq lazımdır!” - deyə Jizel acı-acı sözünə davam etdi. - Bu üç sözü mənə nə qədər demisən, əzizim… Biz hörməti ləyaqətlə saxladıq… Bəs indi? İndi hörmət sazlamaq vaxtı deyil, bizə qalan bir neçə dəqiqəni yaşamaq lazımdır.
    Sonra boğuq səslə astadan dedi:
    - Qorxaq, qorxaqsan! Biz indi öləxəyik… Sən isə burada, bir kölgənin qarşısında donub qalmısan . Qubernator əlindəki yaylıqla mehriban, sərbəst hərəkətlə onun üzündən qanı sildi. Sonra qəmli, lakin ciddi nəzərlərlə podpolkovnikə baxdı, onun gözləridə kin duyulmurdu. Mənə elə gəldi ki o öz baxışları ilə belə demək istəyirdi: “Bu zavallını qucaqlayın. Daha mənim əzab çəkməyə halım yoxdur”. Podpolkovnik elə bil yerə mıxlanmışdı, o da sanki baxışları ilə cavab verirdi: “Yox, sizə rəğbətim böyükdür, bağışlayın məni”. Mənə elə gəlir ki, Tristanla kral Mark qarşımda şahidi olmamışam. Yalnız küləyin vıyıltısı və dua oxuyan təyyarəçinin mızıltısı eşidilirdi. Kiçik pəncərədən baxanda bomboz səma, tala-tala qara buludalr, aşağıda isə get-gedə yaxınlaşan sarı dalğalar görünürdü.
    Külək bir anlıq ama verdi, bayaqdan zabitin mundirindən yapışıb durmuş Jizel qalxa bildi. Vəhşi bir etirasla podpolkovnikin dodaqlarından öpməyə başladı. Zabit bir anlıq ondan aralanmaq istədi, smonra rəhmə gəldi, gözünü qubernatordan çəkib ehtirasla öpüşə cavab verdi. Qubernatorun rəngi daha da ağardı, o, kresloya yaxıldı, deyəsən, huşun itirmişdi. Birdən həya məni bürüdü, gözlərimi yumdum. Biz nə qədər b vəziyyətdə qaldıq? Bilmirəm. Bircə o yadımda qalıb ki, dəqiqələrmi, saatlarmı keçəndən sonra tufanın gurultusu içərisindən motor səsi eşidildi. Bəlkə məni qara basırdı? Qulaqlarımı şəklədim və ətrafıma baxdım. Yoldaşlarım da mənim kimi qulaq asırdılar. Podpolkovniklə Jizel bir-birlərindən ayrılmışdılar. Jizel balaca pəncərədən çölə baxırdı. Ayaq üstə durub qulaq asan təyyarəçi soruşdu:
    - Eşidirsinizmi, cənab qubernator?
    - Eşidirəm. Təyyarədir?
    - Zənnimcə, yox, - deyə təyyarəçi cavab verdi. - Səs motor səsidir, amma təyyarə motoru daha güclü səslənir.
    - Yaxşı, bəs nədir? Mən heç nə görmürəm.
    - Bəlkə keşikçi gəmidir?
    - Burada olduğumuzu necə bilib?
    - Bilmirəm, cənab podpolkovnik, amma səs indi aydın eşidilir. Onlar yaxınlaşırlar. Səs şərqdən gəlir, deməli, sahildən… Baxın, cənab podpolkovnik, oradakı boz nöqtəyə baxın! Bax orada, dalğaların üstündə… Kater gəlir.
    O, əsəbi bir qəhqəhə çəkdi.
    - Aman allah! - deyib Jizel köksünü ötürdü, ərinə tərəf bir addım da atdı.
    Üzümü balaca pəncərəyə söykəyib, bizə tərəf üzən kateri lap aydın gördüm. O get-gedə qalxan su ilə mübarizə edir, hərdən dalğaların arasında itir, amma yavaş-yavaş yaxınlaşırdı. Dənizçilər bizə yaxınlaşmaq üçün on beş dəqiqə vaxt itirdilər. Bu oon beş dəqiqə bizə bir ildən çox göründü. Nəhayət, onlar irəliləyib palma ağacına atdıqları qarmağın köməyi ilə bizə yaxınlaşanda ən çətin məsələ katerə keçmək oldu. Külək təyyarəni elə silkələyirdi ki, qorxudan tərpənə bilmirdik. Kater də suda batıb çıxırdı. Nəhayət, təyyarəçi qapını açıb katerə kəndir ata bildi, dənizçilər kəndiri tutdular. Beş nəfərdən heç birimizin dənizə yıxılmadan katerə keçə bildiyimizə indi də təəccüb edirəm. Su keçirməyən plaşlara bürünüb, katerdən təyyarəmizə baxanda dəhşətə gəldik. Kənardan baxanda açıqca göründüyü ki, təyyarə öz əqirbə müvazinətini çox saxlaya bilməz. Jizelin əhvalı azacıq da olsa dəyişməmişdi, heç nə olmayıbmış kimi saçlarını səlimqəyə salırdı. Balaca gəmiyə kapitanlıq edən kiçik rütbəli dənizçi bizə söylədi ki, gözətçi təyyarəmizin buraya endiyini görübmüş. Onlar da səhərdən köməyə gəlməyə çalışırlarmış. Üç dəfə tufan dənizçiləri geri qayıtmağa məcbur edibmiş. Dördüncü dəfə isə birtəhər özlərini yetiriblər. Dənizçilər söylədilər ki, tufan sahildə yerləşən kəndlərdə və Batoka limanında da qəzalar törədib.
    Limanda bizi yerlə hakimiyyət orqanının nümayəndəsi qarşıladı. Gənc müstəmləkə məmuru tufanın əmələ gətirdiyi qarışıqlıqdan başını itirmişdi. Qubernator Busard ayağını torpağa qoyan kimi yenidən çevrilib “sahib” oldu. Verdiyi göstərişlərdən bilmək olurdu ki, əsl rəhbərdir. Hərbi dəstələri xilasetmə işinə cəlb etmək üçün ona Anjelin köməyi lazım oldu, hər ikisinin özünü encə apardığın təəccüb edirdim. Onların eyni məqsəd üçün birgə çalışdıqlarına baxanda heç kəsin ağlına gəlməzdi, biri təhqir olunub, o biri isə vicdan əzabı çəkit. Madam Busardı gənec məmurun evinə göndərmişdilər, ev sahibəsi çay hazırladı və öz plaşını qonağa geydirdi. Sonra Jizel özü də işləmək istədiyini bildirdi, yaralılara, uşaqlara kömək etdi.
    - Bəs heykəlin açılışı necə, cənab qubernator, - deyə məmur soruşdu.
    - Dirilərin hamısını xilas edəndən sonra ölülər haqda fikirləşərik.
    Mənim məruzəm haqda heç söhbət də ola bilməzdim. Hiss edirdim ki, baş vermiş əhvalatın iştirakçılarının hər biri tezlilə buradan getməyimi arzulayır. Qərara alındı ki, sonrakı şəhərə qatarla gedim. Gedib madam Busardla xudahafizləşdim.
    - Burdan dəhşətli xatirələrlə gedirsiniz! - dedi. Bilmədim o, təyyarə qəzasına işarə edirdi, yoxsa şahidi olduğbum məhəbbət faciəsinə.

    * * *
    Daha onlara rast gəlməmisiz ki? - deyə Kler Menetrye soruşdu.
    - Qulaq asın, - deyib Bertran Şmidt sözünə davam etdi. -
    İki il sonra, 1940-cı ildə məni də zabit kimi orduya çağırmışdılar. Flandr cəbhəsinə müstəmləkə diviziyalarından birində bir generalın qərargahında Düqası gördüm. O artıq kapitan rütbəsində idi. Bizim qorxulu səfərimizi yada saldı. “Hələ yaxşı qurtarmısınız, – dedi. - Təyyarəçi bütün macəranı mənə söyləyib… Qubernatora yaman acığı tutmuşdu, deyirdi ki, tufan olacağını yola düşməzdən əvvəl xəbər veribmiş, qulaq asmayıb”.
    Aralığa çökən ağır sükutdan sonra Düqas soruşdu:
    - Deməzsiniz, ustad, həmin gün başqa bir əhvalat baş verməmişdi ki? Məınə bir söz deməyiblər, podpolkovnik Anjelin arasında nə isə bir əhvalat duyulurdu… Podpolkovnikin tezliklə başqa yerə köçmək istədiyini və buna nail olduğunu bilirsinizmi?.. Qəribə burasıdır ki, qubernatorun özü ona bu işdə kömək etdi.
    - Burada qəribə nə var ki?
    - Bilmirəm… Quberator onu çox istəyirdi… Mənə elə gəlirdi ki, onu getməyə qoymazlar.
    - Kim qoymazdı? Jizeli deyirsənmi?
    Düqas diqqətlə mənə baxdı:
    - İş burasındadır ki, podpolkovnikin getməsi üçün o hamıdan çox çalışırdı.
    - Bəs Anjel necə oldu?
    - Anjel öz layiqi rütbəsini aldı, polkovnik oldu. İndi tank diviziyasının komandanıdır.
    İşğal dövrü başladı. Beşillik mübarizə, iztirab və ümid dövrü. Sonra Paris gözlərimiz qarşısında yenidən canlanmağa başladı. 1947-ci ilin əvvəllərində, bir gün, Elen Tyanj mənə dedi:
    - Busardlarla tanış olmaq istəyirsiniz? Bu gün bizdə nahar edəcəklər. Deyirlər, Eik Busard Hind-Çinə baş rezident təyin ediləcək… Görkəli adamdır, doğrudur, bir az soyuqluğu var, amma çox savadlıdır. Keçən il təxəllüslə bir şerlər kitabı nəşr etdirib. Arvadı elə qəşəngdir ki…
    - Tanıyarım, - dedim. - Müharibədən əvvəl Busard Qərbi
    Afrikdaa qubernator olduğu vaxt bir-iki gün onlada qalmışam…
    Onları bir də görsəm pis olmaz.
    Fikirləşirdim ki, görəsən məni görməklərinə şad olacaqlarmı? Mən ki onların həyatında baş vermiş həmin qəribə əhvalatın yeganə şahidiyəm. Elə bu fikirlə naharda iştirak etməyə razı oldum. Doğrudanmı müharibə və ağır günlər məni tanınmaz edibmiş? Busardlar əvvəlcə məni tanımadılar. Onlara tərəf gedəndə hər ikisi çaşmış halda, nəzakətli baxışları ilə Elendən kim olduğumu soruşdu. Elen məni təqdim etdi. Quburnatorun eyni açıldı, arvadı gülümsəyərək dedi:
    - Əlbəttə, yadımdadır. Siz Afrikada qonağımız olmusunuz.
    Süfrə başında madam Busardla yanaşı oturmuşduq. Söhbət vaxtı bu üzərində addımlayırmış kimi çox ehtiyatkarlıq edirdim. Nəhayət, onun çəkinmədiyini, özünü sərbəst apadığını görüb mən də ürəkləndim və deltadakı tufandan söhbət saldım.
    - Hə, doğrudan, - dedi, axı siz də bu ağılsız səfərdə iştirak edirdiniz… Çox qəribə macəra idi! Aza qala hamımız həlak olmuşduq.
    Yandan ona xörək təklif etdikləri üçün bir anlıq susdu, sonra təbii sadəlövhlüklə davam etdi:
    - Anjeli tanıyırdınız… O bədbəxtin ölümündən xəbəriniz varmı?
    - Xeyr, xəbərim yoxdur… Müzaribədə ölüb?
    - Bəli, İtaliyada… Monte Kassino döyüşlərində diviziya komandiri imiş, döyüşdə həlak olub… Çox təəssüf, yaxşı gələcəyi vardı… Ərim onu çox istəyirdi. Mən təəccüblə ona baxırdım, fikirləşirdim ki, görəsən öz sözləri ilə məni heyrətə gətirdiyini almışdı, yad adamın ölümü haqda danışan adamlar kimi bir az qüssələnmişdi. Onda mən başa düşdüm; maska sifətə elə möhkəm bağlanmışdı ki, lap qaynayıb dəriyə qarışmışdı. Jizel əhvalatdan xəbərdar olduğumu unutmuşdu.

    Tərcümə: Hamlet Qoca

    alinti...

    <<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<
#20.10.2015 22:36 0 0 0
  • Bertran Rassel - Bertran Rassel eserleri - Skeptik esselər

    Yaxşı insanların etdikləri pisliklər

    1.
    Yüz il əvvəl hamının çox pis insan kimi tanıdığı Ceremi Bentam adlı bir filosof yaşayıb. Uşaq olanda onun adını ilk dəfə eşitdiyim anı heç vaxt unutmamışam. Bu, Bentamın insanların ölmüş nənələrindən şorba bişirmələri lazımlığını iddia etdiyi barədə müqəddəs ata Sidney Smitin sözlərini eşitdiyim an idi. Belə bir şey, mənə aşpazlıq yönündən olduğu kimi, əxlaq baxımından da dadsız görünmüşdü. Buna görə Bentam haqqında pis fikirdə idim. Bu sözlərin, hörmətli insanların xeyirxahlıq uğrunda deməyə vərdiş etdikləri məsuliyyətsiz yalanlardan biri olduğunu sonralar başa düşdüm. Bundan başqa, Bentama qarşı həqiqi ittihamın nə olduğunu da anladım. Təqribən belə bir şey idi:

    O, “yaxşı” insanı yaxşılıq edən insanla eyniləşdirmişdi. Ağlı başında olan bir oxucunun dərhal başa düşəcəyi kimi, bu eyniləşdirmə həqiqi əxlaq prinsiplərini alt-üst edən fikir idi. “Yaxşılıq ondan faydalanan insana duyulan sevgidən qaynaqlanırsa, deməli xeyirxahlıq naminə edilməyib, yox əgər əxlaq prinsiplərindən qaynaqlanırsa, deməli xeyirxahlıq naminə edilib” deyən Kantın düşüncəsi daha alidir. Eyni qaydalar, təbii ki, əks istiqamətdə, qəddar davranışlara da yol aça bilər. Xeyirxah olmağın mükafatının xeyirxahlığın özü olduğunu bilirik. Bundan yəqin bu nəticə çıxır ki, ona dözmək də onun cəzasını meydana gətirir. Bu səbəbdən Kant, Bentamdan daha ali bir moralistdir və xeyirxahlığı xeyirxahlıq olduğu üçün sevdiyini söyləyən hamı onun tərəfini saxlayır.

    Bentamın öz “yaxşı insan” tərifinə uyğun yaşadığı həqiqətdir: o, çox yaxşılıqlar edib. On doqquzuncu əsrin ortaları, qırx il boyunca İngiltərədə maddi, fikri və əxlaqi baxımdan inanılmaz dərəcədə irəliləyiş müşahidə olunduğu illərdir. Bu dövrün əvvəllərində, daha öncə aristokratları təmsil edən Parlamenti, orta sinifi təmsil edən vəziyyətə gətirən “İslahat Qanunu” çıxmışdır.

    Qanun, İngiltərədə demokratiyaya doğru atılan addımların ən çətini olmuşdur. Ardınca da Yamaykada quldarlığın ləğv olunması kimi başqa əhəmiyyətli islahatlar aparılmışdır. Bu dövrün əvvəlində adi oğurluğun cəzası asılaraq edam olunmaq idi. Çox keçmədən ölüm cəzası yalnız insan öldürmə və vətənə xəyanət cinayətlərinə tətbiq olundu. Qida qiymətlərini qorxunc səfalətə gətirib çıxaracaq ölçüdə artıran “Əkinçilik Qanunları” 1846-cı ildə qüvvədən düşdü. 1870-ci ildə icbari təhsil qanunu qüvvəyə mindi. Bu gün Viktoriya dövrünü pisləmək dəbdədir; amma mən arzu eləyirəm ki, bizim dövrümüzdə onlarının dövründə edilənlərin yarısı qədər yaxşı işlər görülsün. Ancaq indiki mövzumuz bunlar deyil. Toxunmaq istədiyim məqam budur: o illərdəki inkişafın böyük bir hissəsinin Bentamın təsiri sayəsində reallaşdığı qəbul olunmalıdır. Keçən əsrin ikinci yarısında İngiltərədə yaşayan insanların ondan doqquzunun, Bentam olmasaydı, yaşaya biləcəklərindən daha xoşbəxt yaşadıqlarına şübhə yoxdur. Onun fəlsəfəsi elə sadə idi ki, sanki ona etdiklərinin səbəbi kimi baxırdı. Bizlər, indiki daha maariflənmiş dövrümüzdə, onun fikirlərinin əbəs olduğunu görə bilərik. Ancaq, Bentamın çox da xeyirxah sayılmayan praqmatizm prinsipini rədd etmə səbəblərinə nəzər salmaq bizi ürəkləndirə bilər.

    2
    Hamımız “yaxşı” insan dedikdə nə başa düşdüyümüzü bilirik. İdeal yaxşı insan içki içmir, siqaret çəkmir, söyüş söymür, təkcə kişilərin olduğu yığıncaqda belə sanki qadınlar var kimi danışır, kilsəyə vaxtı-vaxtında gedir, istənilən mövzu barədə özünəməxusus fikirləri olur. Haqsızlığa nifrət edir, günahkarı cəzalandırmağın bizim ağrılı vəzifəmiz olduğunu qəbul edir. O, yanlış düşünməyə daha çox nifrət edir və fikirləşir ki, gəncləri, əsasən, orta yaşlı, uğur qazanmış həmvətənlərinin mənimsədiyi yanaşmaların doğru olub-olmadığını öyrənməyə çalışan şəxslərdən qorumaq dövlətin vəzifəsidir.
    Ürəklə peşə fəaliyyətini həyata keçirməklə yanaşı, xeyirxah işlərə də vaxt ayırır: vətənpərvərliyi və hərbi təlimi təşviq edir, işçilərin və onların uşaqlarının çalışqan, soyuqqanlı və xeyirxah olmaqlarını dəstəkləyir və bunu, o mövzulardakı uğursuzluqlarının cəzalandırılmasını alqışlayır, mümkündür ki hər hansı bir universitetin idarə heyətinin üzvüdür və zərərli fikirləri olan professorlara vəzifə verməyərək təhsilə istiqamətlənəcək hörmətsizliyin qarşısını alır. Sübhəsiz, onun hər şeydən daha çox, dar mənada “şəxsi əxlaqı” mükəmməldir.

    Bu mənada “yaxşı” insanın, ümumiyyətlə, “pis” bir insandan daha çox yaxşılıq etdiyinə şübhə etmək olar. “Pis” insan dedikdə, yuxarıda bəhs etdiyimiz insanın əksi olan şəxsi nəzərdə tuturam. “Pis” insan siqaret çəkir, arada bir içki də içir; hətta yüngülvari narahat ediləndə ağzından nalayiq ifadələr də çıxara bilər. Onun söhbətləri elədir ki, onlardan həmişə hər yerdə danışmaq olmaz; bəzən hava yaxşı olanda bazar günləri kilsəyə getmək əvəzinə təbiət qoynunda gəzişir. Zərərli fikirlərə də sahibdir. Məsələn, sülh istəyirsinizsə, müharibəyə yox, sülhə hazırlaşmağın lazım olduğunu düşünə bilər. İnsanların etdiyi yanlışlara münasibəti, maşını qəzaya uğrayanda olduğu kimi, elmidir. Moizə və həbs cəzası partlamış avtomobil şininin təmirinə necə köməklik edirsə, pis vərdişləri düzəltməyə də o cür köməklik edir. Yanlış düşüncə barəsində daha da tərsdir. Onun fikrincə “yanlış düşünmə” sadəcə düşünmək, “doğru düşünmə” də sözləri tutuquşu kimi təkrarlamaqdır. Bu vəziyyət, onun hər cür qəribə fikirləri olan şəxslərə yaxınlıq duymasına gətirib çıxarır.

    İş saatları istisna olmaqla, onlar yalnız xoşu gələn şeylərlə məşğul olmur, və ya daha pisi, iqtidar sahiblərinin rahatlığına toxunmayan bəzi qarşısı alına bilən pisliklər barədə narahatlıq yaradıb aranı qarışdırırlar. Və hətta ola bilər ki, “şəxsi əxlaq” barədə bəzi qüsurlarını, həqiqətən xeyirxah olan şəxslər kimi ehtiyatla gizlətməz; özünü, dürüst olmağın yaxşı bir nümunə olmaqdan daha yaxşı olduğu kimi səhv düşüncə ilə müdafiə edir. Sıravi və hörmətli bir vətəndaşın haqqında danışdığımız bu xüsusiyyətlərin bir və ya bir neçəsinə sahib bir insan haqqındakı qənaəti mənfidir; bu səbəbdən hakim, müəllim və ya qubernator kimi geniş səlahiyyətli vəzifələr tutmalarına icazə verilmir. Bu cür işlərdə çalışmaq ancaq “yaxşı” insanların üzünə açıqdır.

    Bütün bu vəziyyət son zamanlara xasdır. Kromvelin vaxtında, Puritanların az davam edən hakimiyyəti dövründə vəziyyət belə idi və onlar tərəfindən Amerikaya aşılanmamışdı. İngiltərədə yenə ortaya çıxması onunla əlaqədar idi ki, Fransız İnqilabından sonra Yakobinizmə – yəni indilərdə Bolşevizm adlandıra biləcəyimiz məvhuma – qarşı mübarizədə faydalı ola bilərdi. Vordsvortun həyatı bu dəyişikliyə misal çəkilə bilər.

    Cavanlığında Fransız İnqilabına meyilli olmuş, Fransaya getmiş, gözəl şerlər yazmış və evlilikdən kənar bir qızı olmuşdu. Bu dövrdə o, “pis” insan idi. Sonradan “yaxşı” oldu; qızını başlı-başına buraxıb getdi, doğru prinsiplərə yiyələndi və pis şerlər yazdı. Kolricin həyatında da bunabənzər bir dəyişiklik oldu: “pis” olduğu dövrdə “Kubilay xan”ı, “yaxşı” olduğu dövrdə isə teoloji yazılar yazdı.

    Yaxşı şerlər yazdığı vaxtlar “yaxşı” olan bir şair nümunəsi tapmaq çətindir. Dante zərərli fikirləri təbliğ etdiyi üçün ölkədən xaric edilmişdi. Sonetlərinə baxaraq hökm verilsə, amerikan immiqrant bürosunun səlahiyyətli nümayəndələrinə görə Şekspirin Nyu Yorka ayağını basmasına icazə verilə bilməzdi. “Yaxşı” insanın təbiətində hökumətə meyililik olmalıdır. Buna görə Kromvelin hökmranlığı dövründə Milton yaxşı, ondan əvvəl və sonrakı dövrlərdə isə pis insan sayılırdı, ancaq əslində şerlərin çoxunu bolşevik olmaqda təqsirləndirilərək edam edilməkdən tasadüf nəticəsində xilas olduqdan sonra yazmışdır. Don, müqəddəs Paul kilsəsinin ruhani başçısı olduqdan sonra xeyirxah oldu, ancaq bütün şerlərini bundan əvvəl yazılmışdı və buna görə, təyinatı skandala səbəb olmuşdu. Suinbörn cavanlığında, azadlıq üçün döyüşənləri tərifləyən “Şəfəqdən əvvəlki mahnılar”ı (“Songs Before Sunrise”) yazdığı dövrdə “pis” insan idi. Qocalığında, şiddətli təcavüzlərə qarşı azadlıqlarını müdafiə etdikləri üçün Boerlərə qarşı olduqca təhqiramiz yazılar yazdığı vaxt isə xeyirxah bir insan idi. Nümunələri artırmağa ehtiyac yoxdur; indiki vaxtda etibarlı olan xeyirxahlıq ölçülərinin yaxşı şer yazmaqla uyğun gəlmədiyinə işarə edən kifayət qədər söz var.

    Eyni şey başqa sahələrdə də keçərlidir. Hamımız bilirik ki, Qalileo və Darvin pis şəxslər idi. Ölümündən yüz il sonraya qədər Spinozanın çoxlu günahların sahibi olduğu düşünülürdü. Dekart təqiblərin qorxusundan xaricə qaçmışdı. Ucdantutma bütün renessans rəssamları pis insanlar idi. Daha yüngül mövzulara gəlincə, qarşısı alına bilən ölümlərə qarşı çıxanlar mütləq pis şəxslər sayılırdı. Mən Londonun bir hissəsi çox varlı, bir hissəsi də çox kasıb olan bölgəsində yaşamışam. Burada körpə ölümü nisbətləri anormal dərəcədə yüksəkdir və varlılar rüşvət və ya qorxutma yoluyla yerli idarəetməni əllərində saxlayırlar. Varlılar güclərini əhaliyə və uşaqlara ayrılan səhiyyə büdcəsini azaltmağa və az maaşla part-taym işləyəcək tibb bacıları işə götürməyə nail olmaq üçün istifadə edirlər.
    Varlıların süfrəsinin zənginliyini kasıbın uşaqlarının həyatından daha vacib hesab etməyən heç kim o bölgədəki önəmli şəxslərin hörmətini qazana bilməz.

    Dünyanın hər yerində eyni qaydalar keçərlidir. Bunlardan nəticə çıxararaq, bir insanı “yaxşı” bir insan edən xüsusiyyətləri ümumiləşdirə bilərik: Yaxşı insanlar o şəxslərdir ki, onların düşüncələri və davranışları iqtidar sahiblərinə xoş gəlir.

    3.

    Keçmişdə pis olduqları halda, təəssüf ki, aliliyə ucalmış insanların üzərində dayanmağımız xeyli kədərli oldu. İndi də, daha ürəkaçan bir mövzu olan xeyirxah insanlara keçək.

    3-cü Corc tipik bir xeyirxah insan idi. Pitt (1783-1801 və 1804-1806-cı illərində baş nazir olan İngilis dövlət rəsmisi) ondan katoliklərə azadlıq verməsini istəyəndə – o dövrdə katoliklərin səsvermə hüuquqları yox idi – tacqoyma mərasimində verdiyi anda zidd getməmək üçün bunu rədd etdi. Onlara azadlıq verməyin yaxşı bir şey olduğu səbəbinə uyaraq yanlışığa yol verməkdən haqlı olaraq uzaq durdu. Ona görə məsələ xeyirli olub-olmamaq deyil, mücərrəd olaraq “doğru” olub-olmamaq idi. Amerikanın müstəqillik istəyinə gətirib çıxaran siyasətdə onun payı böyükdür; ancaq müdaxiləsi həmişə ən uca məqsədlərdən qaynaqlanmışdır. Eyni sözlər, qatı dindar və sona qədər Tanrının öz tərəfində olduğuna səmimiliklə inanmış və – bildiyim qədəriylə – fərdi pisliklərdən tamamilə təmizlənmiş bir insan olan sabiq Kayzer üçün də deyilə bilər. Amma yenə də, indiki dövrdə insanların incidilməsinə ondan daha çox səbəb olmuş başqa bir insan tapmaq asan deyil.

    Yaxşı insanlar siyasətçilərə bəzi xeyirlər verirlər. Bu xeyirlərin birincisi başqalarının şübhə oyandırmadan işlərini icra etmələrinə imkan verən bir duman pərdəsi meydana gətirmələridir. Yaxşı insan yoldaşlarının qaranlıq işlər görə biləcəyini ağılına gətirmir; bu onun yaxşı tərəfidir. İctimaiyyət də insanın pisləri gizlətmək üçün etdiyi yaxşılıqlardan istifadə edə biləcəyini heç vaxt düşünmür; bu da onun xeyirli tərəfidir. İctimai gəlirlərin, onlara layiq olan varlıların əlinə keçməsinə etiraz edən dar düşüncəli xalqın müzakirə predmeti olduğu hər situasiyada bu iki xüsusiyyətin yaxşı insanı son dərəcə cəzbedici edəcəyi məlum məsələdir. Mənə deyilənə görə – amma mən qətiyyən razılaşmıram – yaxşı insan olan və bu məqsədə görə hərəkət edən bir Amerika Prezidenti var imiş. İngiltərədə də Ceyms Vaytteykerin məşhurluğunun pik vaxtlarda, ətrafı xeyirxahlıqları ilə onun hesabı anlamadığının anlaşılmasına mane olan əsilzadələr ilə dolu idi.
    Yaxşı insanın işə yaradığı başqa bir sahə də arzu olunmayan şəxsləri skandallarla siyasətdən uzaq saxlaya bilməsidir. Yüz insandan doxsan doqquzu əxlaq qaydalarını pozur; ancaq bu həqiqət əksərən gün işığına çıxmır. Doxsan doqquzuncu insanın etdiyi ortaya çıxanda, yüz insan içində həqiqətən günahsız olan bir insan ürəkdən duyduğu nifrəti dilə gətirir; o biri doxsan səkkiz insan da, özlərindən də şübhələnə bilərlər deyə, onun arxasınca gedirlər. Buna görə xoşuna gəlməyən fikirləri olan bir kimsə siyasətə atılırsa, cəmiyyətin ənənəvi təşkilatlarını qorumağı məqsəd hesab edən şəxslər, aşkar ediləndə yeni siyasətçinin karyerasını sona çatdıracaq bir şey tapana qədər o kimsənin şəxsi həyatının tarixini araşdırmaları kifayətdir. Beləliklə üç variantları olacaq: həqiqətləri açıqlayaraq onun utanc buludu içində hər kəsdən uzaqlaşmasını təmin etmək və ya həqiqətləri açıqlamaqla təhdid edib onu siyasətdən uzaq durmağa məcbur etmək yaxud şantaj yolu ilə özlərinə yaxşı bir gəlir təmin etmək. Bu variantlardan ilk ikisi ictimaiyyəti, üçüncüsü isə ictimaiyyətin maraqlarını qoruyanları qoruyur. Bu səbəblə hər üçünü də tərifləməyə dəyər, hər üçünü də mümkün edən yaxşı insanların varlığıdır.

    İndi isə məsələn zöhrəvi xəstəlik mövzusuna toxunaq. Məlumdur ki, əvvəlcədən tədbirlər görməklə bu xəstəliyin, demək olar ki, tamamilə qarşısını almaq mümkündür. Ancaq yaxşı insanların səyləri nəticəsində bu məlumatı bilmək mümkün olduqca az insana nəsib olur və reallaşdırılmasına hər cür maneə yaradılır. Nəticədə günah yenə “təbii” cəzasına ilə baş-başa qalır və yenə İncilin əmrlərinə uyğun olaraq, uşaqlar atalarının günahlarının cəzasını çəkməyə davam edirlər. Bunun əksi olsaydı, vəziyyət necə də qorxulu olardı. Çünki əgər günah cəzalandırılmasa, etdiyi hərəkət günah deyilmiş kimi davranacaq qədər əxlaqsız şəxslər meydana çıxa bilərdi və əgər cəza günahsızlara da şamil olunmasa idi, o cür qorxulu olmazdı. Bu səbəbdən, elm insanlarının ordan burdan əldə etdikləri məlumatlara baxmayaraq, təbiətin bizlər hələ cəhalət dövründə olarkən qoyduğu sərt cəza qanunlarının bu gün belə işləməsini təmin edən bu yaxşı insanlara nə qədər minnətdar olsaq, azdır.

    Düzgün fikir yürən hər kəs bilir ki, ağrılara səbəb olub-olmamasından asılı olmayaraq, pis hərəkət pis bir şeydir. Ancaq hamının bir nəfər kimi əxlaq qaydalarına uyğun davranması mümkün olmadığına görə, fəzilətin təmin edilmədi baxımından, ağrının günahı izləməsi çox arzulanan şeydir. İnsanların elmdən əvvəlki dövrlərdə günahlara biçilən cəzalardan uzaq durmaq yollarını öyrənmələrinə maneə olmaq lazımdır. Xeyirxah insanlar bizləri bu təhlükəli məlumatlardan qoruya bilməsələr də, fiziki və əqli sağlamlığın qorunması barədə nə qədər çox məlumata sahib ola biləcəyimizi düşünmək məni dəhşətə gətirir. Yaxşı insanlar bir də özlərini öldürməklə xeyirxah iş görə bilərlər. Almaniya Çinin Şantunq əyalətini iki missionerin orada öldürülməsi sayəsində ələ keçirmişdir. Fikrimcə, Sarayevoda öldürülən Franz Ferdinand yaxşı insan idi, ona nə qədər minnətdar olsaq, azdır! Əgər o cür ölməsəydi,müharibə başlamayacaqdı, dünya demokratiya üçün etibarlı olmazdı, militarizm devrilməzdi, biz də indi İspaniya, İtaliya, Macarıstan, Bolqarıstan və Rusiyadakı hərbi despotizmin şahidi olmaqdan məhrum olardıq.

    Zarafat bir yana, ictimaiyyət tərəfindən ümumiyyətlə qəbul olunan “yaxşılıq” meyarları dünyanı daha xoşbəxt etmək üçün düşünülmüş şeylər deyil. Bunun müxtəlif səbəbləri vardır; əsası da ənənədir.

    Ondan sonrakı pillədə ən güclü səbəb olaraq hegemon siniflərin sahib olduğu haqsız güc dayanır. Belə görünür ki, primitiv əxlaq qaydaları tabu anlayışından çıxıb, bunlar başlanğıcda tamamilə xürafat halında idilər və tamamilə zərərsiz olan bəzi hərəkətlərin – məsələn qəbilə başçısının qabından yemək yemək – naməlum yollarla fəlakətə gətirib çıxardıqları düşünülərək qadağan olunmuşdu. Qadağalar bu şəkildə başladı və başlanğıcda heç bir əsas olmadan fərz edilən səbəblər unudulandan sonra da insanların hisslərinə təsirini davam etdirdi. İndiki vaxtda etibarlı olan əxlaq qaydalarının böyük hissəsi hələ də bu qəbildəndir: bəzi davranış formaları, təsirlərinin pis olub-olmadıqlarından asılı olmayaraq, insanda dəhşət hissi oyadır. Bir çox hadisədə insanı dəhşətə gətirən bu davranış həqiqətən də zərərlidir, zərərli olmasaydı, əxlaq meyarlarımızda dəyişiklik etməyin lazım olduğu daha geniş şəkildə qəbul olunardı.

    Məsələn, mədəni cəmiyyətdə cinayətə münasibət yaxşı deyil, ancaq cinayətin qadağan olunmasının səbəbi, tamamilə xürafatdır. Öldürülən insanın qanının – və ya daha sonra qarabasmasının – qisas almaq istəyəcəyi və yalnız günahkarı yox, ona yaxınlıq göstərən hamını cəzalandıracağı düşünülürdü. Cinayətin qadağan olunmasının xürafat xüsusiyyəti buradan da aydın olur ki, müəyyən dini ayinlərlə “qan günahı”-ndan təmizlənmək mümkün idi. Başlanğıcda bu ayinlərin məqsədi isə, qarabasmanın onu tanımaması üçün günahkarın qılıq dəyişdirməsini təmin etmək idi. Ən azından Ser J. G. Frazerin nəzəriyyəsi belədir. Peşmanlığın günahı “təmizləməsindən” danışarkən etdiyimiz məcaz çox qədim zamanlarda qan ləkələrini təmizləmək üçün yuyulma hadisəsindən qaynaqlanır. “Cinayət” və “günah” kimi anlayışların qədim dövrlərdəki bu ayin ilə əlaqəli emosional yaxınlığı vardır.

    Rasional əxlaq qaydası cinayət məsələlərində belə hadisəyə fərqli tərəfdən baxacaq, xəstəlik üçün olduğu kimi, cinayət, cəza və kəffarə əvəzinə, qarşısını alma və yaxşılaşdırma ilə məşğul olacaq. İndiki vaxtda əxlaq qanunları xürafat və rasionalizmin qəribə birliyidir. Cinayət qədimi günahdır, uzun illərdir ki, ona nifrət və qorxunun meydana gətirdiyi bir duman pərdəsinin arxasından baxırıq. Saxtakarlıq müasir günahdır, ona rasional baxış bucağı ilə yanaşırıq. Saxtakarları cəzalandırırıq, amma onları, caniləri qəribə varlıqlar hesab etdiyimiz kimi, özümüzdən kənarlaşdırmırıq. Nəzəriyyədə necə düşünsək də, ictimai həyatda xeyirxahlığı, bir şey etmək yox, etməmək hesab edirik. “Günah” olaraq adlandırılan şeylərdən uzaq duran bir kimsə, başqalarının xeyirinə heç nə etməsə də, yaxşı insandır. İncildə təlqin edilən münasibət, şübhəsiz, bu deyil: “Qonşunu özünü sevdiyin kimi sev” yaxşı direktivdir. Ancaq bütün xristian cəmiyyətlərdə bu əmrə əməl edən insan sıxışdırılır. Ən azından yoxsulluq, əsasən həbs və bəzən ölümlə cəzalandırılır. Dünya haqsızlıqlarla doludur. Mükafatları və cəzaları verəcək mövqedə olanlar da bu haqsızlıqlardan xeyir güdürlər. Mükafatlar bərabərsizlik üçün çox ustalıqla səbəblər tapana, cəzalar isə ona çarə axtarana verilir. Qonşusunu səmimiyyətlə sevən şəxsin ictimaiyyətin tənqidindən uzun müddət uzaq dura biləcəyi ölkə tanımıram. Fransada müharibədən əvvəl bu ölkənin ən yaxşı vətəndaşı olan Jan Jor öldürülmüş, qatilə isə xidməti borcunu yerinə yetirdiyi səbəbiylə, bəraət qazandırılmışdı. Bu çox təəccüblü bir nümunədir, ancaq bu cür hadisələr dünyanın hər tərəfində baş verir.

    Ənənəvi əxlaqı müdafiə edənlər onun mükəmməl olmadığını bəzən qəbul edirlər, ancaq hər hansı bir tənqidin əxlaqı başdan-ayağa çökdürəcəyini irəli sürürlər. Tənqid müsbət və yaxşılığa doğrudursa, bu çökmə baş verməyəcək. Bentama qayıtsaq, o əxlaq qaydalarının əsasında “maksimal sayda insanın maksimal xoşbəxtliyi” prinsipinin durmalı olduğunu müdafiə edirdi. Bu prinsipə görə davranan şəxs, ənənəvi qaydalara əməl edən bir insana nisbətən daha çətin həyat yaşayacaq.

    O, əzilmişlərə arxa dayanacaq və beləcə güclülərin düşmənçiliyinə hədəf olacaq. Güc sahibi olanların gizlətmək istədiyi həqiqətləri açıqlayacaq, köməyə ehtiyacı olanları köməkdən məhrum etmək üçün uydurulmuş yalanları rədd edəcək. Belə bir davranış həqiqi əxlaqın çöküşünə gətirib çıxarmır. Qəbul edilmiş əxlaq həmişə mənfi və təzyiq göstərən surətə malik olmuşdur. O, “etməyəcəksən” deyir və qaydaların qadağan etmədiyi hərəkətlərin təsirini araşdırmağa ehtiyac görmür. Bütün böyük mistiklər və din təlimçiləri belə bir əxlaq anlayışına boş yerə qarşı gəliblər: davamçıları onların ən aydın bəyanatlarına belə maraq göstərməyiblər. Buna görə də onların metodlarının böyük miqyasda yaxşılaşmağa gətirib çıxarması elə də mümkün görünmür.

    Düşüncə və elmdəki inkişafın bu mövzuya töhvəsi, güman edirəm ki, daha ümid verici olacaq. İnsanlar yavaş-yavaş dərk edəcəklər ki, əlamətləri haqsızlıq və nifrətə söykənən dünya, xoşbəxtliyi yaratma ehtimalı böyük olan bir dünya ola bilməz. Son döyüş az sayda insana bu dərsi keçib; əgər bərabətliklə nəticələnməsəydi, daha çox şey öyrədə bilərdi. Bizlərə lazım olan, həyat sevinci, inkişafın gətirəcəyi xoşbəxtlik və müsbət müvəffəqiyyətlər üzərində qurulmuş bir əxlaqdır, qadağan və təzyiq üzərində qurulmuş yox. Bir insan əgər xoşbəxtdirsə, sevinclidirsə, comərddirsə və başqalarının xoşbəxtliyinə sevinirsə, “yaxşı” insan sayılmalıdır. Bu vəziyyətdə, xırda qəbahətlərə çox da əhəmiyyət verilməməlidir. Lakin istismar və qəddarlıq yoluyla sərvət qazanan bir insana, indi “əxlaqsız” olaraq xarakterizə etdiyimiz kəslər kimi baxmalıyıq. Nizamlı olaraq kilsəyə getsə də, pisliklə əldə etdiyi qazancının bir hissəsini ictimai məqsədlərinə xərcləsə də, eyni cür qiymətləndirilməlidir.

    Bunu təmin etmək üçün vacib şəxslər arasında hələ də etibarlı olan xürafat və təzyiqin qarışığı olan “xeyirxaqlıq” əvəzinə əxlaq problemlərinə rasional yanaşma gətirmək lazımdır. İndiki zamanda məntiqli düşüncə ciddiyə alınmır, ancaq mən yenə də yolundan dönməyən bir rasionalist olaraq qalıram. Məntiq zəif güc ola bilər, ancaq dəyişməzdir və eyni istiqamətdə işləyir. Məntiqsizliyin gücləri isə boşuna didişərək bir birini məhv edir. Bu səbəbdən məntiqsizlikdən yaranan hər cür hiddət məntiq tərəfdarlarının güclənmələrinə səbəb olur və insanlığın yeganə həqiqi dostlarının onlar olduğunu təkrar-təkrar göstərir.

    Çeviri: Orxan Əmrullayev

    alinti..
#20.10.2015 22:26 0 0 0