Toyuq salatı
Tərkibi.
300 qram touğun döş əti
1 banka konservi qarox
1 banka knservi göbələk
2 ədəd xiyar
2 ədəd pomidor
2 ədəd kartof
2 ədəd yumurta
100 qram yaşıl soğan
smetena,mayonez
duz, istiot zövqə görə.
Hazırlanması.
Toyuq əti bişirilir xırda doğranılır.
Göbələyin suyu tökülür xırda doğranılır.
Kartof bişirilir kubik formasında doğranılır.
Yumurta soyutma bişirilir və doğranılır.
Xiyar xırda doğranılır.
Pomidorun toxum hissəsi çıxarılır və xırda doğranılır.
Yaşıl soğan xırda doğranılır.
Qarox da bunlara əlavə edilir,duz istiot zövqə görə vurulur və hamısı qarışdırılır.
Lazım olan qədər götürüb mayonez və smetana vurulur.Salatımız hazırdır.
NUŞ OLSUN!
Praqa salatı
Ərzaqlar:
Toyuq əti
qara gavalı
2 turşu xiyar
1 balaca soğan
2 kök
konservləşdirilmiş yaşıl noxud
2 yumurta
mayonez
Hazırlanması:
Duzlu suda bişmiş toyuq əti xırda-xırda doğranır.İsti suyla yuyulmuş gavalı da doğranır,ətin üstünə səpib mayonez vurulur.Az duzlu turşu xiyar və soğan da doğranır,bütün laylarda olduğu kimi yenə mayonez çəkilir.Beləcə, qarox, kök və yumurta da doğradıqdan sonra əlavə olunur,manonezlənir.Salatımız hazırdır.
Nuş olsun!
Rassolye salatı
Ərzaqlar
1 ədəd duzlu siyənək balığı
200 qr mal əti
4-5 kartof
2 ədəd orta böyüklükdə duzlu xiyar
1 ədəd baş soğan
1-2 ədəd çuğundur
Salatın içinə və üstünə vurmaq üçün xama və xardal
Hazırlanma qaydası:
Kartof və çuğunduru əvvəlcə qanadırıq sonra qabığını soyuruq.Əti (dana əti olsa daha yaxşıdır) əvvəlcə azca qaynadırıq sonra isə tavada yaxşıca qızardırıq.Sonra balığın sümüyünü ayrırıq.Bütün bunları kiçik hissələrə doğrayırıq.
Böyük salat qabına tüküb yaxşı-yaxşı qarışdırırıq.Sonra bunun üstünü daha çox xama və az xardalla bəzəyirik.
Nuş olsun!
QIZ - Neçə dəfə aşiq olmusan, xahiş edirəm səmimi ol
OGLAN - Dəfələrlə aşiq oldum, xatırlaya bilməyəcəyim qədər
QIZ - Nəəəə?????? necəə yəni???? Tək olduğumu düşünürdüm mən..!
OGLAN - Təksən də onsuzda..
QIZ - Necə olur bu???
OGLANN - Səni hər gördüyümdə, ağlıma hər gəldiyində, hər gülümsəməndə, hətta məni hər incitdiyində Sənə yenidən aşiq oluram Bu zamanlar o qədər çoxdu ki çatdırıb saya bilmirəm