Qalmaqallı açıqlamaları ilə tanınan müğənni Afaq Aslan yaradıcılıq işlərindən danışıb. İfaçı bildirib ki, sözləri Altay Yaşara, musiqisi Fərahimə məxsus “Çaşma” adlı bəstəni oxuyub: “Bu mahnını eşitdiyim gündən bəyəndim və oxumağa razılıq verdim. Əsas da mahnının sözlərini özümə yaxın hiss etdim. Mahnıda deyilən sözlər məni şou-biznesdə gözü götürməyən bir neçə həmkarıma ismarışdır. Mənimlə düşmənçilik edən insanların çoxunun payını zamanla verəcəm. Bir çoxları adımı "qalmaqallı müğənni" qoyub. Başa düşə bilmirəm ki, insan özünü müdafiə edəndə və həqiqəti söyləyəndə qalmaqallı olur? Şou-biznesin bir neçə nümayəndəsi mənə qarşı qruplaşma yaradıblar. Həmin adamların cavablarını yaxın zamanda verəcəm. Onların adlarını açıqlayacam. Mənim kimdənsə çəkinəcəyim yoxdur. Öz işimlə məşğulam. Sentyabr ayında yaradıcılığımda tam fərqlilik olacaq. Bu gün təqdim etdiyim “Çaşma” adlı mahnı radiodalğalarda da səslənəcək”.
Bir müddət öncə “Azad Azərbaycan” telekanalının “Gündəlik” verilişində iştirakı zamanı üzüyünü itirdiyini “İnstagram” səhifəsində elan edən müğənni Röya Ayxan sevindirici xəbər alıb. Lent.az-ın məlumatına görə, “10-lar” verilişinə açıqlama verən ifaçı bildirib ki, üzüyünü tapıb: “ Üzüyümü tapdılar. Sən demə, üzük paltarımı qoyduğum çexolun içinə düşüb. O, paltarları da bağa aparmışdılar. Bu yaxınlarda çexolu evə gətiriblər, içindən düşüb. ATV-ni çox incitdim, məni bağışlasınlar. Üzüyü tapan adama da yaxşı pul verdim”.
Qeyd edək ki, R.Ayxan bir müddət öncə üzüyünü itirdiyini “İnstagram” səhifəsində bu sözlərlə ifadə etmişdi: “Dünən ATV telekanalında çox sevdiyim üzüyümü itirmişəm. Bütün işçi heyətindən həmin üzüyün tapılmasını xahiş edirəm. O üzük mənim üçün çox dəyərlidir. Onu bilirəm ki, üzüyü mənim üçün ayrılan otaqda barmağımdan çıxartdım”.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan müxalif Milliyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalını məhkəməyə verib.
"Report"un "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Baxçalının son mitinqlərdə dövlət başçısının ünvanına səsləndirdiyi sərt tənqidi fikirlər Ərdoğanın etirazına səbəb olub.
Prezident Ankara Şəhər Məhkəməsində müxalifət liderinə qarşı şərəf və ləyaqətə vurulmuş mənəvi zərərin ödənilməsi haqqında iddia qaldırıb.
Ərdoğan mənəvi ziyana görə 100 min türk lirası məbləğində təzminat ödənməsini tələb edib.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Kəngərli rayon İcra Hakimiyyətinin başçısını vəzifədən azad edib. Ramiz Əli oğlu Cəfərov ölkə başçısının sərəncamı ilə icra başçısı vəzifəsindən azad edilib.
Ölkə başçısının digər sərəncamı ilə Kamal Elbrus oğlu Ələkbərov Kəngərli rayonunun icra başçısı təyin edilib
1257. Fransada Sorbon Universitetinin əsası qoyulub
1897. Bostonda ilk metro işə düşüb
1919. Azərbaycan parlamenti Bakı Universitetinin (indiki BDU) açılması haqqında qanun qəbul edib
1920. Bakıda Şərq xalqlarının I qurultayı açılıb
1923. Yaponiyada yanğınlarla müşayiət olunan zəlzələdə 150 000 nəfər həlak olub
1924. Milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev vəfat edib
1951. Londonda dünyada ilk supermarket açılıb
1953. Əfqan siyasətçisi və komandanı Əhməd şah Məsud anadan olub
1962. İranda zəlzələdə 20 000 nəfər həlak olur.
1969. Muəmmər Qəzzafi Liviyaya çevriliş yolu ilə rəhbərliyi ələ alıb
1970. Dünyada ilk dəfə Nyu-Yorkda kompüterlə şahmat turniri keçirilib
1971. Qətər müstəqilliyini elan edib.
1971. Türk futbolçusu Hakan Şükür anadan olub.
1983. Sovetə məxsus “MİQ 29” Koreyanın “Boeing 747” təyyarəsini Saxalin üzərində vurub. Bu hadisədən sonra ABŞ hava məkanını sovet təyyarələrinə bağlayıb
2004. Rusiya. Beslanda terrorçular məktəbliləri əsir götürüb. 331 nəfər o cümlədən 31 terrorçu və FTX əməkdaşı həlak olub.
Qoç - Mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qoçlar ən yaxın adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu səbəbdən münaqişəli vəziyyətlər yarana bilər. Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq gözlənilir.
Buğa - Yaradıcılıq potensialı və özünüzə inam yüksəkdir. Sizin üçün qeyri-mümkün heç nə yoxdur. Cəsur planlar qurmaqdan qorxmayın, başqalarının bacarmadığı işlərə cəsarətlə girişin. Vacib məsələlərin müzakirəsi üçün münasib gündür. Təəssüf ki, gün təhlükələrdən də xali deyil. Bunlardan ən əsası odur ki, başqalarının təsiri altına həmişəkindən daha çox düşə bilərsiniz.
Əkizlər - Ev qayğıları günüdür. O qədər də məhsuldar deyil, bununla belə, xoşdur. Xırda işlərlə məşğul olacaq, onları sona çatdırmaqdan zövq alacaqsınız. Qadınlarla, xüsusilə, yaşlı qohumlarınızla ünsiyyət üçün əlverişli gündür. Pul gələ bilər. Bazarlıq etmək, əyləncəyə iri pullar xərcləməyə tələsməyin. İndi bunun üçün münasib vaxt deyil. Qərar qəbul edərkən ənənə və stereotiplərə yox, şəraitlə bağlı öz təsəvvürlərinizə əsaslanın.
Xərçəng - Asan gün deyil. Özünüzü sərt, demək olar ki, aqressiv aparırsınız. Sizinlə iş görmək çətindir. Bir çox Xərçənglər düşünülməmiş hərəkətlərə yol verəcək və yəqin ki, sonra buna görə peşiman olacaqlar. Bürcün nümayəndələri tez-tez mübarizəyə girişsələr də, ondan qalib kimi çıxıb-çıxmayacaqlarını bilmirlər. Kişi Xərçənglər çətin məsələləri güc yolu ilə həll etməyə meyllidirlər. Amma bu, xeyir gətirməyəcək. Yaxınlarınızla ünsiyyətdə yumşaq olmağa çalışın, öz iradənizi sevdiklərinizə sırımağa cəhd etməyin. Müstəqillik hüququ tələb edən uşaqlarla münasibətlərdə gərginlik mümkündür. Xərcləri azaltmaq tövsiyə olunur.
Şir - Təəssüf ki, bu gün mənfi tendensiyaların təsiri güclü olacaq. Siz yeni təəssüratlar və müsbət emosiyalar təşnəsindəsiniz. Yaxınlarınız sizə gözlədiyiniz diqqəti göstərməyəcəklər. Buna çox əsəbiləşəcəksiniz. İstənilən xırda şeyi ürəyinizə salır, boş şeylərə görə həyəcanlanırsınız. Fırıldaq qurbanı olmaq və ya bədxahlarınızın intriqası üzündən zərər çəkmək təhlükəsi var. Odla ehtiyatlı olun.
Qız - Çətin və dolaşıq işlərə girişməyə dəyməz. Ən yaxşısı, sadə və aydın işlərlə kifayətlənməkdir. Gücünüzdən yeni sahədə istifadə etmək, riskə getmək üçün münasib gün deyil. Qadınların məsləhətinə qulaq asın. Bu, düzəldilməsi mümkün olmayan səhvlərdən yayınmağa kömək edəcək. Ətrafdakılarla harmonik münasibətləri qorumaq çətindir. Sevdiyiniz adamla ciddi inciklik mümkündür. Romantik görüşlər üçün əlverişli gün deyil.
Tərəzi - Sakitliyi qorumaq çətindir. Tərəzilər emosiya ilə hərəkət edəcək, xeyli artıq şey danışacaq, sonradan peşman olacaqları hərəkətlərə yol verəcəklər. Yaxınlarla münasibətlər korlanacaq. Düşünmədən verdiyiniz sözləri unudacaq və istənilən tənqidə çox ağrılı reaksiya verəcəksiniz. Hətta, xırda problemlər də bəzən həlli qeyri-mümkün görünə, istənilən xırda şey sizi çıxılmaz vəziyyətə sala bilər. Yeni tanışlıqlar üçün münasib gün deyil. Tənhalıqda özünüzü heç həmişə rahat hiss etməyəcəksiniz, xoşagəlməz fikirlərə yeniləcəksiniz.
Əqrəb - Çətin, amma məhsuldar gündür. Siz məqsədə çatmaq üçün səy göstərməyə hazırsınız və əməyiniz hədər getməyəcək. Təşəbbüs göstərmək, ideya və planları bölüşmək, birbaşa və açıq danışmaq olar. Yeni tanışlar etibarınızı asanlıqla qazanacaq, yaxınlarınızla çətinlik çəkmədən dil tapacaqsınız. Əvvəlcədən tutduğunuz qrafikdən çıxmamağa çalışın, planlaşdırdığınız işləri təxirə salmayın. Xırda itkilər, əsassız xərclər mümkündür. Maliyyə məsələləri ilə məşğul olmaq, valyuta və xarici şirkətlərin qiymətli kağızlarını almaq tövsiyə olunmur.
Oxatan - Xırda xoşagəlməzliklər, əhəmyyətsiz, amma çoxsaylı çətinliklər günüdür. Ətrafdakılar sizə pis heç nə etməyəcəklər. Amma inciməyə, hətta, kin saxlamağa bəhanə tapacaqsınız. Siz üzdə sülh və harmoniyaya can atsanız da, nəzakətsiz sözlərdən, bəzən isə sərt iradlardan istifadə edirsiniz. Bir çox Oxatanlar bu gün lazım olduğundan çox xərcləyirlər və bunun mümkün nəticəsi barədə düşünmürlər. Yeni tanışlarınızla yaxşı təəssürat yaratmağa çalışarkən ciddi səhvlərə yol verə bilərsiniz.
Oğlaq - Günü əlverişli hesab etmək olmaz. Amma ilk baxışdan göründüyü qədər də pis deyil. Yaxınlarınızla yaranan fikir ayrılıqlarına sakit yanaşın, diskussiyaları konstruktiv məcrada aparın. Əgər səmimi şəkildə istəsəniz, razılığa gəlmək olar. İri xərclər, planlaşdırılmamış böyük baxarlıqlar tövsiyə olunmur. Nə qədər güclü olsalar da, arzularınıza əsasən hərəkət etməyin. Bu gün sağlam düşüncə intuisiyadan yaxşı köməkçidir.
Dolça - Bu gün əvvəlki ilə müqayisədə daha əlverişli və asandır. Siz işlərin öhdəsindən asanlıqla gələcək, qeyri-standart qərarlar qəbul edəcək və aldığınız informasiyadan düzgün istifadə edəcəksiniz. Son vaxtlar aldığınız həyat təcrübəsi faydalı olacaq. Ən ağıllı Dolçalar başqalarının səhvlərindən öyrənəcəklər. Xeyriyyə aksiyalarında iştirak etmək, ehtiyacı olanlara əl tutmaq tövsiyə olunur. Başqalarına görə məsuliyyəti üzərinizə götürməyə, ailədə və ya dostların arasında liderə çevrilməyə hazır olun. Gün hüquqi məsələlərin həlli üçün münasibdir.
Balıqlar - Bu gün əlverişsiz tendensiyaların təsiri güclü olacaq. Amma məyus olmayın. Nə baş verməsindən asılı olmayaraq, vəziyyəti nəzarət altına almaq gücündəsiniz. Maliyyə məsələləri ehtiyat tələb edir. Hədər xərclərdən və düşünülməmiş bazarlıqlardan çəkinin. Əyləncə və asudə vaxtın təşkilinə çəkilən xərcləri minimuma endirməyə çalışın. Günün ortası xırda ev işləri, mənzildə qayda yaratmaq üçün münasibdir.
Qoç - bu gün özünüz də hiss etmədən emosiyalarınızın qurbanına çevrilə bilərsiniz. Əks cinsin mənsubu ağlınızı başınızdan almasın.
Hisslər sizin soyuqqanlı davranışınızı pozaraq arzuolunmaz hərəkətlərə vadar edə bilər.
Bu gün birgə əmlak, fəaliyyət və düşüncə təkbaşına çalışmaqdan və düşünməkdən daha üstündür.
Günün ikinci yarısında hisslər sizi maliyyə itkilərinə və ya izafi xərclərə vadar edə bilər.
Zəifləşməyin, emosiyaların zəruri ehtiyacları və görüləsi işlərlə bağlı planları üstələməsinə imkan verməyin.
Mümkün təhlükəni real dəyərləndirin.
Axşam saatlarında çox yeməyin.
Buğa - bu gün bir qədər xaotik təsir bağışlasa da, irəliyə doğru hərəkətdə müvazinəti itirməyin. Çətinliklər yaranacaq, amma düşünün: bu problemlərin mövcudluq səbəbləri arasında sizin konkret hərəkətiniz yoxdur ki?!
İşdəsizə, pul təklif oluna bilər. Rəqiblər daha rahat iş və ya böyuk perspektivlər vəd etsələr, inanmayın.
Ailədə və ya işdə kimsəyə imkan verməyin ki, sizdən sui-istifadə edərək öz məramlarının gerçəkləşməsinə nail olsun.
İmkan düşdükcə imicinizi yaxşılaşdırın.
Günün ikinci yarısında yorğunluq hissi yaranacaq. Bir qədər dincəlin.
Əkizlər - yaşam və iş taktikatınızın dəyişdirilməsinin vaxtı çatıb. Bədbin fikirləri unudun, nikbin davranın. Yaşananlar, baş verənlərdən faydalanmağa çalışın.
Fəqət, çox tələsməyin, həyatınızda köklü dəyişikliklərə can atmayın. İndiki dövr gələcəyə inamın güclənməsi ilə yanaşı, dumanlı illüziyalar, inandırıcı təsir bağışlayan yalanlar və puç xəyallar dönəmidir.
Ötənlərdən bəri gələn arzular və istəklər daha təhlükəli ola bilər.
Əks cinsin mənsubu bu gün sizi də xüsusilə maraqlanacaq.
Xərçəng - bilik və bacarıqlarınız bu gün diqqətdən kənarda qalmayacaq. İşdə rəhbərlik məhz bacarığınıza görə sizə yeni tapşırıq verə bilər.
Günün ilk yarısında tanışların və dostların yardımına bel bağlaya bilərsiniz.
Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, sərvaxt olun. Bəzi cəhdləriniz uğursuzluqla nəticələnə bilər. Amma buna görə qəmlənməyə dəyməz.
Axşam saatlarına yaxın bir işdə uğur əldə edəcəksiniz.
Ağır fiziki işlərə bir qədər ara verin, ictimai yerlərdə çox görünməyin.
Şir - ailə ilə bağlı məsələlər bu gun ön plana keçəcək. Onların arasında ciddi problemin ola biləcəyi də istisna deyil.
Hisslərin qeyri-adekvat izharına yol verməyin. Qısqanclıq və ya psixoloji asılılığın çox pis məziyyət olduğunu unutmayın.
Nöqsanlarınızdan bədxahlarınızın dəyərlənə biləcəyini unutmayın.
Eqoistlik etməyin, baş verən hadisələri və situasiyanı dəqiq dəyərləndirin.
Axşam saatlarında bir qədər istirahət edin. Əylənə də bilərsiniz: niyə də yox, siz buna layiqsiniz.
Qız - yaşayış yeri, qohumluq əlaqələri, qeydiyyat, məişətin nizama salınması ilə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edəcək.
Təhsil və biliklə bağlı məsələlərin həllində tənbəllik etməyin.
Bu günün payına düşən işlər çox olsa da, ruhdan düşməyin və aramla çalışın.
Xəyallar aləmində qalaraq reallıqdan uzaqlaşmayın, gerçəyin acısını fantaziyanın şirin məhsullarından üstün tutun.
İş yerində gözlənilməz situasiya yaranarsa, narazılıq etmək əvəzinə problemin həllində iştirak edin.
Tərəzi - maddi durumunuz yaxşılaşa bilər. Maliyyə vəziyyətinizin səviyyəsini artırmaq və bəzi problemləri həll etmək üçün şanslı gündür.
Sərfəli və cazibədar təklif ala bilərsiniz. Həmin təklifi dəyərləndirin, mənfi və müsbət yönlərini nəzərdən keçirin.
Günün ilk yarısında görməli olduğunuz işlərin hamısını başa vurun, axşam saatlarına yarımçıq işlər saxlamayın. Yeni fikirlər və ideyalarınızı reallaşdırmaq üçün yaxşı gündür. Lakin bu ideyaları müzakirə edin, mənfi yönlərinin çətinliklər yaratmasının qarşısını almaq üçün preventiv tədbirlər görün.
Yaxşı tanımadığnız və bələd olmadığınız insanlarla ünsiyyət zamanı onlar barədə nə düşündüyünüzü söyləməyin. Bunulda hansısa dəyişiklikliyə nail olmaq şansları çox azdır.
Tələbatlarınızı və cari istəklərinizi təmin etmək üçün müəyyən imkanlardan yararlana bilərsiniz.
Axşam saatlarını özünüzə həsr edin.
Əqrəb - bu gün zahirən üzüyumşaq olun, əsl diplomat təki davranın. İşdə bacarıq və təcrübənizi artırın. Stil, zövq və intusiya sahibi olduğunuzu nümayiş etdirin. Bütün bunlar yaxın perspektivdəki məqsədinizə çatmağa sizə yardım edə bilər.
Yaxın ətrafınızdakı insanların dəstəyindən yararlana bilərsiniz.
Maliyyə məsələləri, şəxsi həyat, ailə qayğıları bu gün xüsusi önəm kəsb edir.
Günün ikinci yarısında tənbəllik etməyin, hisslərinizin əsirinə çevrilməyin, bədxərclik etməyin.
Oxatan - bu gün bütün istək və arzularınızı reallaşdırmağa çalışacaqsınız. Fiziki qüvvəniz, yaxud da bilikləriniz və intellektual qabiliyyətlərinizi nümayiş etdirmək istəyirsinizsə, bu niyyətinizi təxirə salın.
Emosiyalar və hisslərin əsirisinizsə, bunu özünüzə etiraf edin.
İş saatlarında diqqətli olun. Ofisdəki fəaliyyətin kənar işlərlə əvəzlənməsinə, söhbət və müzakirələrin konkret əməlləri üstələməsinə imkan verin.
Tamah, paxıllıq, intriqanlıq, şorgözlük və ifrat iştah kimi pis xüsusiyyətlərin, həqiqətən də, yaramaz əməllər olduğunu unutmayın.
Bütün bunlar psixoloji asılılıq və xroniki xəstəliklərin rəhnidir.
Oğlaq - bu gün yaşanacaq hadisələrin zahiri görüntüsünə aldanmayın, yaşananların mahiyyətinə varmağa çalışın.
Zahirən buz dağına bənzəyib içəridə yanıb qovrulmayın. Təmkinli, ehtiyatlı, sayıq olun.
Təmaslarda və ünsiyyətlərdə düşünüb-daşınmadan qərar qəbul etməyin. Emosiyalarınızı sözlərlə izhar etməyə çalışmayın: nəticə xoşagəlməz ola bilər.
Konkret insan barədə əldə etdyiniz məlumatın dəqiq və danılmaz olduğuna əmin deyilsinizsə, nəzərdə tutduğunuz addımı atmaqdan çəkinin.
Yox, əgər hər şey aydındırsa, onda özünüzü saxlamayın.
Bədxah insan cəzalanmalı, Şər yerini bilməlidir.
Dolça - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün maliyyə məsələlərinə aydınlıq gətirin, mövcud problemləri dərhal, təxirə salmadan, təcili şəkildə çözün. Yaxın ətrafınızdakı insanlar, dostlar və ya iş yoldaşınız yardım etməyə can atsalar, imtina etməyin.
Ailə üzvləri ilə münasibətlərdə gərəksiz sərtliyi və qabalığı unudun. Onların istəklərini və tələblərini nəzərə alın.
Problemlərin sürətli həllinin intensivliyinə aldanaraq qanundan kənar yollara əl atmayın. Belə yol nə qədər cazibədar olsa da, cəzası ağırdır.
Gün səhhətiniz üçün harmonik deyil.
Emosional durumunuzu pozacaq, hisslərinizin rəvanlığını alt-üst edərək diskomfort yarada biləcək hər şeydən uzaq olun.
Balıqlar - bu gün istənilən əksliklər və ziddiyyətlər yumşalacaq, qarşıdurmalar xəfif mübahisələrə çevriləcək. Ən uzaq məqsəd və xəyallarınızdakı hədəf real obyekt təsiri bağışlayacaq. Bir çox məsələləri qətiyyət və əzm hesabına həll edin.
Romantik xislətiniz mümkün qədər aktiv davranış tələb etsə də, soyuqqanlı olun, fürsətdən dərhal yararlanmağa can atmayın.
Çatmaq istədiyiniz məqsəd nə qədər uzaqda olarsa, inadınız bir o qədər artıq olmalıdır.
Yaradıcılıqla məşğulsunuzsa, ideyalarınızı həyata keçirin, onları zərif və qəbul olunan formaya salın.
Maliyyə yardımı və təşkilati dəstəyin alınması istisna deyil.
Günün ikinci yarısında daha fəal olun. İşinizi sizdən savayı kimsə görən deyil.