N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • Popkorn - Popkorn ev seraitinde nece hazirlanir?

    noimage

    Popkorn bir çoxlarının xoşladığı qidalardan biridir.

    Əsasən də film izləyərkən popkorn yemək çoxlarının vərdişidir. Ancaq popkornun orqanizmə zərərləri də məlumdur. Çünki mikrodalğalı sobada bişirilmək üçün nəzərdə tutulmuş hazır popkorn paketləri olduqca çox konservant və kimyəvi maddələr ehtiva edir.
    Bu halda ev şəraitində ziyansız, dadlı və həmçinin də ucuz başa gələn popkornu necə hazırlamaq olar?
    Bunun üçün ilk əvvəl sadəcə bir qarğıdalı bankası (ya da təzə qarğıdalı, sonra özünüz təmizləyin) və kərə yağı alın.

    noimage

    Qarğıdalı dənələrini bir kasaya boşaldın. Dörddə bir stəkan kifayət edəcək.
    Sonra kərə yağını doğrayın. Nə qədər yağ kəsmək lazım olduğuna zövqünüzə görə özünüz qərar verin. Adətən bir dəfə üçün iki xörək qaşığı yağ istifadə olunur.
    Bundan sonra qarğıdalı tökülmüş kasanın ağzını içinə yağ qoyulmuş boşqabla örtün. Yağ üstdə qalmalıdır.

    noimage

    Sonra kasanı mikrodalğalı sobaya qoyun. Hansı müddətə qoyacağınız sobanın gücündən asılıdır. Adətən sobada 3 dəqiqə saxlanılır.

    noimage

    Boşqab havanın kasadan çıxmasına imkan vermir. Nəticədə istilik daxildə sirkulyasiya edir, qarğıdalı dənələri isə bu halda tez partlayır. Qarğıdalı dənələri partladıqda kasanı sobadan ehtiyatla çıxarın. Kasa isti olacağı üçün əlcəkdən istifadə edin. Boşqabın içindəki ərimiş yağı yeni partlamış qarğıdalının üzərinə tökün.

    noimage

    Sonda zövqünüzə görə duz əlavə edin. Popkorn hazırdır!


    Nuş olsun!

    Alinti..
#28.08.2015 08:41 0 0 0
  • Saglam olaq - Şeqren xəstəliyi - Gözlər və ağız quruyursa ne etmeli

    noimage

    Şeqren xəstəliyi autoimmun xəstəlikdir. Bu nə deməkdir? Bizim immun sistemimiz orqanizmi bakteriyalar, mikroblar, viruslar və s. kimi sağlamlıq üçün təhlükə yarada bilən faktorlardan qoruyur, onlarla mübarizə edir.
    Normada bu belə olmalıdır. Lakin bəzən immun sistemimiz orqanizmin öz sağlam hüceyrələrinə hücum etməyə və onları məhv etməyə başlayır. Bu autoimmun xəstəlikdir. Autoimmun xəstəliklərin inkişaf etmə səbəbləri hələ ki tam məlum deyil.
    Şeqren xəstəliyi zamanı insanın immun sistemi daxili sekresiya vəzlərini (ilk növbədə tüpürcək və göz yaşı vəzlərini) zədələyir ki, onlarda iltihab yaranır və vəzlər tədricən məhv olur. Nəticədə ağız və gözlərin selikli qişaları qurumağa başlayır. Xəstədə bu kimi simptomlar inkişaf edir:
    - ağız suyunun miqdarı azalır, ağız suyu daha qatı olur, ağızda daim quruluq hiss olunur,
    - dodaqlar quruyur, üzərində qabıqlar əmələ gəlir,
    - dildə və ağzın kənarlarında çatlar əmələ gəlir,
    - yemək yedikdə ağız suyu qidanı isladır ki, bu udma prosesini asanlaşdırır. Şeqren xəstəliyi zamanı insan quru qidaları qəbul etdikdə əziyyət çəkir, qidanı uda bilmir, qida qəbulu zamanı tez-tez su içməli olur.
    - ağız suyunun az olması kariesin daha da sürətli inkişafına səbəb olur,
    - qulaqətrafı tüpürcək vəziləri böyüyür ki, insanın üzünün forması dəyişilir,
    - gözlərdə yanma, işıqdanqorxma hissi yaranır,
    - göz qapaqları qızarır və iltihablaşır.
    Vaxt keçdikcə dərinin tər və piy vəziləri zədələnə bilər. Bu isə dərinin qurumasına və daha tez qocalmasına səbəb olur. Digər orqanlarda (burun-udlaq, ağ ciyərlər, mədəaltı vəzi, qara ciyər, sidik-cinsiyyət sistemi, oynaqlar) olan vəzlər da zədələnir. Bu isə müxtəlif pozulmaların (pnevmoniya, atrofik qastrit, iybilmənin və eşidmənin pozulması, oynaqlarda pozulmalar və s.) inkişafına səbəb olur.
    Müasir tibdə Şeqren xəstəliyinin səbəbləri məlum deyil. Belə hesab olunur ki, streslər, soyuqlamalar, keçirilmiş infeksion xəstəliklər Şeqren xəstəliyinin inkişafına təkan verə bilər.
    Bu xəstəlik daha tez-tez qadınlarda inkişaf edir.
    Xəstəliyin diaqnostikası zamanı xüsusi qan analizləri, göz yaşlarının ifrazını "ölçən" xüsusi test (Şirmer testi) və s. müayinələr istifadə olunur.
    Xəstəliyin müalicəsi xəstəliyin ağırlığından asılıdır. Daha yüngül formalarda yerli vasitələr - süni göz yaşı preparatları, ağız boşluğunu nəmləndirən preparatlar, nəmləndirici üz kremləri - istifadə olunur. Xəstəliyin daha ağır formalarında hormonlar və sitostatik preparatlar istifadə olunur.
    Həmçinin xəstə tez-tez maye qəbul etməli, kondisionerlərdən istifadə etməməli, streslərdən uzaq olmalı, pis vərdişlərdən imtina etməlidir.
    Şeqren xəstəliyi çox ciddi xəstəlikdir. Lakin onu nəzarətdə saxlamaq və ağırlaşmaların qarşısını almaq mümkündür.

    Alinti...
#28.08.2015 08:33 0 0 0
  • Portağallı keks terifi ve terkibi - Portağallı keks nece hazirlanir?

    noimage

    Lazım olan ərzaqlar:

    3 yumurta,1 stəkan şəkər tozu,100 qr yağ,1 stəkan qatıq,yarım armudu stəkan qoz və ya fındıq ləpəsi,vanil,qabartma tozu və ya soda,1 portağal qabığı rəndəsi, 200-250 qr un.



    Hazırlanma qaydası:

    yumurta ilə şəkər tozunu mikserlə çalırsan üzərinə qalan ərzaqları əlavə edib qarışdırırsan.Öncədən isidilmiş sobada 160-170 dərəcədə bişirsən.Tam bişməsini bilmək üçün kibriti keksa batırmaq lazımdı,əgər kibritdə yapışqan xəmir qalmadısa keksımız hazırdı.

    Nus olsun...

    Alinti...
#28.08.2015 08:28 0 0 0
  • Konu: Brauni
    Brauni terifi ve terkibi - Brauni nece hazirlanir

    noimage

    Lazım olan ərzaqlar:

    200 qr tünd şokolad,170 qr kərə yağı,otaq temperaturunda 4 yumurta,300 qr şəkər tozu,2 desert qaşığı kakao,125-130 qr un,vanil,qabartma tozu

    Hazırlanma qaydası:

    Kiçik bir qazanda su qaynadın,uzərinə bir başqa qab qoyub plitka şokoladı onun içində əridin.Üzərinə otaq temperaturunda yumuşalmış kərə yağını əlavə edin.Eyni kütlə əmələgələnə qədər qarışdırın.Sonra bu qarışımı ocağın üstündən götürüb üzərinə şəkər tozunu,vanili əlavə edib çalın.İlıq halda olan kütlənin üzərinə yumurtaları bir-bir əlavə edib çalmağa davam edin.Xəmir hamar və şəkər tam həll olana qədər çalın.Sonda un və qabartma tozunu əlavə edib qarışdırın.Bişirəcəyiniz qabın içinə perqament kağızı qoyub xəmiri tökün.Öncədən isidilmiş sobada 160 dərəcədə 20-30 dəqiqə bişirin.

    Nus olsun...

    alinti...
#28.08.2015 08:23 0 0 0
  • Konu: Şarlotka
    Şarlotka terifi ve terkibi - Şarlotkanın hazırlanma qaydası

    noimage

    Lazım olan ərzaqlar:

    4 yumurta,1 stəkan şəkər tozu,1 stəkan un(mən kakao da əlavə etdim),1 boyuk alma,vanil,qabartma tozu.

    Hazırlanma qaydası:

    yumurta ilə şəkər tozunu yaxşıca çaldıqdan sonra vanil,un,qabartma tozunu əlavə edin yavaşca qarışdırın.Bişirəcəyiniz qaba perqament kağızı qoyub xəmirin yarısını tökün,üzərinə nazik-nazik doğranmış almaları əlavə edin və qalan xəmiri də almanın üzərinə tökün.170 dərəcədə bişirin.

    Nus olsun...

    alinti..
#28.08.2015 08:19 0 0 0
#28.08.2015 08:13 0 0 0
  • Talib Tale - Petek mahnisin dinle

    [video=youtube_share;rgrTOW_LJiw]https://youtu.be/rgrTOW_LJiw[/video]

    noimage
#28.08.2015 08:10 0 0 0
#28.08.2015 08:08 0 0 0
#28.08.2015 08:06 0 0 0
#28.08.2015 08:03 0 0 0
  • Konu: Nun surəsi
    Qurani Kərim

    noimage

    Nun və ya əl-Qələm (Qələm) surəsi

    (Məkkədə nazil olmuşdur, 52 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 - Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki,
    2 - Sən (ya Rəsulum!) Rəbbinin neməti sayəsində divanə deyisən!
    3 - Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!
    4 - Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!
    5 - (Tezliklə;) sən də görəcəksən, onlar da görəcəklər,
    6 - Hansınızın divanə olduğunu!
    7 - Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!
    8 - Elə isə (ya Peyğəmbər! Allahın ayələrini) yalan sayanlara itaət etmə!
    9 - (Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən, onlar da sənə əziyyət verməsinlər və ya sən onların bütlərinə tapınasan, onlar da sənin Allahına ibadət etsinlər!)
    10 - (Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə;) hər and içənə, alçağa;
    11 - Qeybət edənə, söz gəzdirənə;
    12 - Xeyrə mane olana, (zülm etməkdə;) həddi aşana, günaha batana;
    13 - Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya -
    14 - O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə!
    15 - Ayələrimiz ona oxunduğu zaman o: “(Bunlar) qədimlərin əfsanələridir!” – dedi.
    16 - Biz (tezliklə;) onun burnuna damğa basacağıq!
    17 - Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə mürşiklərini də;) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər.
    18 - Və heç bir istisna yeri də qoymamışdılar (inşallah deməmişdilər).
    19 - Onlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o bağa bir bəla gəldi.
    20 - Və o (yanıb) qapqara qaraldı (külə döndü).
    21 - Onlar səhər qalxıb bir-birini belə səslədilər:
    22 - Əgər (məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!”
    23 - Nəhayət, yola düşdülər, (yol boyu) bir-birinə xəlvətcə belə deyirdilər:
    24 - “(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!”
    25 - Onlar (yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər. [Və ya: Onlar gücləri yetdiyi halda (yoxsulları) yardımdan məhrum etməkdən ötrü sübh tezdən yola düzəldilər]
    26 - (Bağı) bu vəziyyətdə (yanıb külə dönmüş) gördükdə dedilər: “Yəqin ki, (yolumuzu) azmışıq!
    27 - Xeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!”
    28 - Onların ən ağıllısı (və insaflısı) dedi: “Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!”
    29 - Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər.
    30 - Onlar bir-birini danlamağa başladılar.
    31 - Və dedilər: “Vay halımıza! Biz azğınlıq (tüğyan) edirdik.
    32 - Ola bilsin ki, Rəbbimiz (tövbəmizi qəbul buyurub) onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!”
    33 - (Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər!
    34 - Həqiqətən, Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim cənnətləti gözləyir!
    35 - Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?!
    36 - (Ey kafirlər! Siz dünyada yoxsul möminlərdən var-dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün olacağınızı, yaxud ən azı onlarla eyni olacağınızı iddia edirsiniz). Sizə nə olub, necə mühakimə yürüdürsünüz?
    37 - Yoxsa (Allahdan nazil olmuş) bir kitabınız vardır ki, (bunları) orada oxuyursunuz?!
    38 - Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır?!
    39 - Və ya hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək davam edəcək əhd almısınız?!
    40 - (Ya Peyğəmbər!) Onlardan soruş ki, hansı biri buna zamindir?
    41 - Yoxsa onların (axirətdə müsəlmanlardan üstün və ya onlarla eyni olacaqları barədəki iddialarını təsdiq edən) şərikləri vardır?! Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər!
    42 - İş çətinləşəcəyi (baldırlar açılacağı,lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) dəvət olunacaqları gün onlar (səcdə etməyə;) qadir olmayacaqlar.
    43 - Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağlam olduqları ikən səcdəyə dəvət olunurdular.
    44 - (Ya Peyğəmbər!) Artıq bu kəlamı (Quranı) yalan sayanları Mənə tapşır. Biz onları özləri də bilmədən tədriclə əzaba giriftar edərik.
    45 - Onlara (daha çox günaha batmaq üçün bir müddət) möhlət verərəm. Həqiqətən Mənim əzabım dözülməz dərəcədə şiddətlidir.
    46 - Yoxsa sən (risaləti təbliğ etmək müqabilində;) onlardan ücrət (muzd) istəyirsən və onlar ağır borc yükü altında qalıblar?!
    47 - Yoxsa qeyb (lövhi-məhfuz) yanlarındadır və onlar (səninlə mübahisə etdikləri məsələləri, qiyamət günü kafirlərin Allah yanında möminlərdən üstün olacağını oradan öyrənib) yazırlar?!
    48 - (Ya Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunis peyğəmbər) kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O zaman o, (balığın qarnında) qəm-kədər içində boğularaq (Rəbbinə;) dua etmişdi.
    49 - Əgər Rəbbindən ona bir mərhəmət (nemət) yetişməsəydi, o, məzəmmət olunaraq quru yerə (səhraya) atılacaqdı.
    50 - Amma (tövbə etdikdən sonra) Rəbbi onu (Öz bəndələri içərisində;) seçdi və salehlərdən (peyğəmbərlərdən) etdi.
    51 - (Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə;): “O divanədir!” – deyirlər.
    52 - Halbuki bu (Quran) aləmlərə (insanlara və cinlərə;) ancaq bir öyüd-nəsihətdir! (Onun nazil olduğu kimsə heç vaxt divanə ola bilməz!)


    Alinti..
#28.08.2015 05:32 0 0 0
  • Təbii üsul - Qara nöqtələrdən nece azad olaq?

    noimage

    Səhərlər güzgüyə baxdıqda üzünüzdə, burnunuzda gördüyünüz qara nöqtələr və civzələr heç də ürəkaçan mənzərə deyil.
    Əgər sizin də belə bir probleminiz varsa, qanınızı qaraldan, ozünüzə inamı azaldan bu narahatlıqdan qurtulmağın çox sadə və təbii üsulu var. Bunun üçün sizə sadəcə olaraq limon, su və duz lazım olacaq.
    1 xörək qaşığı dəniz duzu, ½ çay qaşığı limon suyu və 1 çay qaşığı su götürün və hamısını qarışdırın. Alınan qarışımı dərinin civzələr xüsusilə çox olan bölgələrinə çəkin. Sonra yüngül və dairəvi hərəkətlərlə 2-4 dəqiqə ərzində onu dəriyə sürtün. Sonra həmin bölgəni yuyun. Üzünüzü həmişə istifadə etdiyiniz adi yuyucu vasitələrinizlə yuyun.
    Lakin bu proseduru həftədə 2 dəfədən artıq etmək qətiyyən olmaz. Unutmayın ki, hər şey qədərində olduqda faydalıdır.

    alinti..
#28.08.2015 05:18 0 0 0
  • Lavanda yağı – Parlaq dəri üçün lavanda yağınin xeyri - Lavanda yağınin faydaları

    noimage

    Sakitləşdirici bir təsirə malik olan lavanda yağının faydalarını saymaqla bitmir.
    Stressi yox etməklə yanaşı bir çox dəri xəstəliklərində də faydası bilinən lavanda yağını dəri baxımı üçün istifadə etməyə elə indidən başlayın.
    nəmləndirici xüsusiyyəti olan lavanda yağının dəriyə faydalarını təqdim edir.
    Quruyan dodaqlardan şikayət edirsizsə, lavanda yağının nəmləndirici keyfiyyətindən faydalanaraq çatlamış dodaqlardan xilas ola, eyni zamanda dolğun və canlı bir görünüşə sahib ola bilərsiz.
    İlıq suya bir neçə damcı lavanda yağı əlavə edib sızanaqlar üçün istifadə edə bilərsiz. Dəri üçün tonik olaraq istifadə edə biləcəyiniz lavanda yağı sızanaqları müalicə edir.
    Çox sıx makiyaj etdiyiniz və kimyəvi vəsaitlər istifadə etdiyinizdən korlanmış dəriniz üçün lavanda yağını makiyaj təmizləyən losion olaraq istifadə edin.
    Bir neçə damcı lavanda yağı, 1 çay qaşığı badam yağı və rəndələnmiş xiyar ilə hazırlayacağınız qarışım ilə makiyajınızı təmizləyin.
    Üzünüzün parlaq və sağlam bir görünüşə qovuşmasını istəyirsizsə, lavanda yağı ilə maskalar hazırlayaraq dərinizin parlaq olmasını təmin edin.

    alinti..
#28.08.2015 05:12 0 0 0
  • Dişlər və sümüklər - faydalı meyvəler - Dişlər və sümükləre hansi meyvelerin faysasi var?

    noimage

    Kinka qabıqlı yeyilə bilən yeganə sitrus meyvəsidir. Orqanizm üçün faydalı olan kinka onlarla problemi aradan qaldırmağa qadirdir.
    Ən çox yüksək təzyiq və xolesterinlə bağlı problemi olanlara məsləhət görülür. Hətta qabıqlı yedikdə problemi daha tez həll edir.
    Ürəyiniz şirniyyat istəyəndə bu meyvədən yeyə bilərsiniz. Çünki gün ərzində həddən artıq şəkərli qidalar qəbul etməyin qarşısını alır.
    C vitamini ilə zəngin olduğu üçün güclü antioksidantdır. İmmunitet sistemini gücləndirir. Xəstəliklərə qarşı qalxan funksiyasını yerinə yetirir. Qabıqlı yeyildikdə infeksiyalara yoluxmağın qarşısını alır.
    Kinka A vitamini baxımından da zəngindir. B1, B2 ve B3 vitamini də ehtiva edir. Həmin vitaminlər sinir sisteminə yaxşı təsir göstərir. Tərkibindəki kalsium sayəsində sümük və diş sağlamlığı üçün əvəzsiz rol oynayır.
    Kinkanı salatlarınıza doğrayıb yeyə, yaxud şirəsini içə bilərsiniz. Xüsusilə, qarşıdan gələn payız və qış aylarında hər gün yemək lazımdır.

    alinti...
#28.08.2015 05:09 0 0 0
  • Qanazlığı - Qanazlığının çarəsi nedir?

    noimage

    Həm quru, həm təzə halda yeyilən əncirin qida dəyəri son dərəcə yüksəkdir.
    A, B, C vitaminləri baxımından zəngin olan əncirin faydalarını saymaqla bitmir. Əncir kalsium, maqnezium, kalium baxımından da ən zəngin meyvədir.

    Yaxşı kalsium mənbəyidir. Odur ki, hamilə, əmizdirən, klimaks dövründə olan qadınlar və böyümə çağında olan uşaqlar üçün son dərəcə faydalıdır.

    Yüksək miqdarda antioksidant ehtiva etməsi müntəzəm istehlak edildiyində qocalma prosesini ləngidir.

    Bağırsaq və qəbizlik problemi yaşayan insanlar əncirin köməyi ilə vəziyyətini yaxşılaşdıra bilər. Belə ki, əncir bağırsağın hərəkətliliyini artıraraq qəbizliyin qarşısını alır.

    Tərkibindəki pektin maddəsi həm qanda xolesterin səviyyəsinin düşməsinə müsbət təsir göstərir, həm də bağırsaqlarda olan zəhərli maddələrin atılmasını təmin edir.

    Yüksək kalorili olmasına baxmayaraq, əncir bədənə enerji verir. Bu xüsusiyyətinə görə, idmançılara da əncir yemək tövsiyə olunur.

    Əncir dəmir çatışmazlığı və qanazlığı olan şəxslər üçün də müalicəvi effektə malikdir.

    Bütün bu faydalarına baxmayaraq, tərkibindəki karbohidrat və meyvə şəkəri yüksək olduğu üçün şəkər xəstələrinə çox yemək olmaz.

    Yeri gəlmişkən qeyd edək ki, kiçik olmasına baxmayaraq enerji dəyəri yüksək olduğundan 1 kiçik əncir normal böyüklükdə 1 meyvəyə bərabər tutula bilər.


    alinti...
#28.08.2015 05:05 0 0 0
  • Çobanyastığının faydaları nələrdir?

    noimage

    May-iyun aylarında çiçək açan çobanyastığı günorta saatlarında sapsız olaraq toplanar və saxlanar. Kölgədə qurudular. Çobanyastığının faydası toplanması və qurudulma şərtlərinə görə dəyişər. Səhv tətbiqlər bitkilərin fəaliyyətlərinin azalmasına gətirib çıxarar. Çobanyastığı çiçəyinin toplanmasından bir il keçmişsə istifadə edilməməlidir. Daxildən və xaricdən istifadəsi vardır.
    Çobanyastığının faydaları geniş bir istifadə sahəsinə malikdir.
    Çobanyastığı mədə bağırsaq sıxılmaları, qabarıqlıq, qaz şikayətlərini aradan qaldırıcı və həzmə köməkçi təsirləri elmi olaraq da təsbit edilmişdir. Bu təsirə sahib maddələrin flavonoitler və uçucu yağ komponentləri olduğu təxmin edilməkdədir. İltihab aradan qaldırıcı xüsusiyyətdədir. Qastrit və xoraya qarşı istifadə edilir. Məzmununda olan alfa-bisabolol anti-xora xüsusiyyətdədir. Mədə yanmasına qarşı təsirlidir. Həzmi asanlaşdırmaq çobanyastığı çayı faydaları arasındadır. Flavonoitlerin bir başqa xüsusiyyəti də mərkəzi sinir sistemi üzərində yüngül sakitləşdirici təsiridir. Yuxusuzluq problemlərində faydalanılar. Yatmazdan əvvəl bir stəkan çobanyastığı çayı rahat yuxu təmin etməyə kömək edər. Stress, depressiya kimi problemlərdə rahatlaşdırıcı olaraq istifadə edilməsi çobanyastığının faydaları arasındadır.

    Alinti...
#28.08.2015 05:02 0 0 0
  • Dünyada olan hadisələr - tarixin bu gunu

    noimage
    ___________________________________

    28 avqust: Belqradın işğalı, Britaniyada köləliyin ləğvi

    Abdulla Gül
    1521 — Belqrad Osmanlı ordusu tərəfindən işğal olunmuşdur.
    1833 — Britaniya Parlamenti Britaniya İmperiyasının əksər ərazilərində köləliyi ləğv edən qanun qəbul etmişdir.
    1919 — Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qanun qəbul etmişdir.
    1963 — Martin Lüter Kinq özünün məşhur "I Have A Dream" (Mənim bir arzum var) nitqini söyləmişdir.
    1988 — Almaniyanın Ramştayn hərbi bazasındakı hava göstərisi zamanı təyyarələrdən biri tamaşaçıların üzərinə düşmüşdür.
    1991 — Ukrayna SSRİ-nin tərkibindən çıxdığını elan etmişdir.
    2007 — Türkiyə Respublikasının 11-ci prezidenti Abdulla Gül vəzifəsinin icrasına başlamışdır.
#28.08.2015 04:57 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage


    Azərbaycanlı prodüser Mehri Əliquliyeva üç il birgə işlədiyi müğənni Sevinc-Sevil bacıları ilə olan işbirliyinə son qoyub. Bu barədə Lent.az-a prodüserin özü məlumat verib: “Artıq Sevinc-Sevillə çalışmıram. Bunu özüm istədim. Dost kimi ayrıldıq. İstəmirəm ki, bu barədə kimlərsə artıq-əskik nəsə yazsın”.

    M.Əliquliyeva bildirib ki, o, artıq yeni işbirliyinə başlayıb: “Müğənni Rəvan Qarayevlə işbirliynə başlamışam. Qarşıda bir çox işlərimiz var. Allah hər kəsin işini xeyirli etsin”.

    Qeyd edək ki, Sevinc-Sevil bacıları bir müddət öncə prodüser Toliklə əməkdaşlığa başladıqlarını açıqlayıblar: “Nəhayət bu gün gəlib çatdı. Bizim üçün önəmli bir xəbərdir. Bu gün fəxrlə deyə bilərik ki, hər birinizin işləmək istədiyi prodüser Toliklə işbirliyinə başladıq. Bu açıqlamamızdan sonra düşmənlərimizin sayı artacaq. Amma buna da hazırıq. Ruzini verən Allahdır”.


    noimage

    noimage

    alinti..
#28.08.2015 04:44 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    Əməkdar artist Lalə Məmmədova yeni fotosessiya etdirib. Lent.az-ın məlumatına görə, ifaçı foto-kameralar önündə retro stilini canlandırıb. Müxtəlif saç düzümlərində olan müğənnin imici üzərində vizajist Nigar İbrahimova işləyib.

    Fotoların müəllifi isə Fariz Nadirdir.

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    alinti...
#28.08.2015 04:42 0 0 0