31 avqust. İlin sonuna 123 gün qalır.
1873. Şimal Buzlu Okeanda Frans İosif torpağı arxipelaqı kəşf edilib
1918. Fanni Kaplan sovet lideri Leninə uğursuz sui-qəsd həyata keçirib
1922. Atatürkün başçılıq etdiyi türk ordusu Meydan müharibəsini (Büyük Taarruz) qazanıb. Bu tarix Türkiyədə Zəfər bayramı kimi qeyd edilir
1933. “Air France” şirkəti təsis edilib
1938. Amerikan iş adamı kosmetologiya sənayesinin banisi Maks Faktor vəfat edib
1942. Azərbaycanlıların üstünlük təşkil etdiyi 416-cı atıcı diviziya “Taqanroq” adlandırılıb
1944. Sovet ordusu Buxarestə daxil olub
1981. İranın ikinci prezidenti Məhəmməd Əli Rəcai sui-qəsd nəticəsində həyatını itirib
1990. Tatarıstan respublikası müstəqilliyini elan edib
1991. Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan xalqının iradəsini ifadə edərək “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul edib
1992. Azərbaycan Respublikası Qazaxıstan ilə diplomatik əlaqələr qurub
1995. Qazaxıstanın yeni Konstitusiyası qəbul edilib
1995. NATO Serbiyada əməliyyatlara başlayıb.
Günün aforizmi
“Cənablar və ey millət. Bilin və agah olun ki, Türkiyə dərvişlər, şeyxlər və müridlər ölkəsi ola bilməz”.
Atatürk
ən-Nas (İnsanlar) surəsi
(Məkkədə nazil olmuşdur, 6 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - (Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;
2 - İnsanların ixtiyar sahibinə;
3 - İnsanların tanrısına;
4 - Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
5 - O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
6 - (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]”
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - (Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!
2 - Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
3 - Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;
4 - (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;
5 - Və bir də paxıllığı tutanda paxılın şərindən!”
Suxarılı yay salatı - Suxarılı yay salatın terifi ve terkibi - Suxarılı yay salatı nece hazirlanir?
Tərkibi:
350 q toyuq filesi
2-3 pomidor
2-3 bolqar bibəri
2 təzə xiyar
80 q çovdar suxarisi
150 q bərk pendir
mayonez - zövqə görə
1 diş sarımsaq
Hazırlanması:
Toyuq ətini suda bişirin, xırda doğrayın (didə də bilərsiniz). Salat qabının dibinə döşəyin.
Pomidoru kubik və ya saman kimi doğraya bilərsiniz. Sarımsağın yarısını əzib bir qabda doğranmış pomidor və azacıq mayonezlə qarışdırın. Bu qarışığı toyuq ətinin üstündən döşəyin (əgər pomidorun suyu çox çıxıbsa, onu əvvəlcədən süzün).
Bolqar bibərini xırda doğrayın. Sarımsağın qalanını da əzib bibər və mayonezlə qarışdırın. Bunu pomidorların üstündən döşəyin.
Xiyarı kubik doğrayıb bibərin üstündən döşəyin. Sonuncu lay suxarılardır. Onun üzərinə nazik qat mayonez çəkin. Pendiri sürtgəcdən keçirib salatın üstünə səpin.
Salatı soyuducuda 1 saat saxlayın.
Toyuq əti və noxuddan kolbasanın terifi ve terkibi - Toyuq əti və noxud nece hazirlanir?
Tərkibi
300 q toyuq filesi
300 q hisə verilmiş toyuq əti
150 q noxud
1-2 yumurta
3 x.q. qarğıdalı nişastası
ədviyyat, duz - zövqə görə
Toyuq ətini, bişmiş noxudu ət maşınından keçirin, digər ərzaqları əlavə edin, təxminən 1 st. su əlavə edin ki, yumşaq olsun (püre halında).
Nişasta əlavə edib qarışdırın.
Ədviyyat əlavə edin (quru sarımsaq tozu, otlar, qara, qırmızı istiot və s.)
Qida plyonkasını masaya sərin. Bir qırağından farşı kolbasa kimi qoyun. Səliqə ilə bükməyə başlayın.
Bir başını bağlayın. Kolbasanı hamarlayıb o biri başını da bağlayın.
Diş çöpü ilə kolbasanın üstündə bir neçə yerindən deşik açın ki, bişən zaman havası çıxa bilsin.
Bunu 20-30 dəqiqə buxarda, yaxud suda qaynada bilərsiniz. Bişəndən sonra qızartmaq istəsəniz, üstünün plyonkasını açın, üzərinə zeytun yağı çəkin, sobada üstü qızaranadək bişirin.
1 yumru çörək (təxminən 22 sm diametrli, 450 q)
5 x.q. mayonez (artıq da olar)
1,5 x.q. xardal
300 q bişmiş kartof
1 dəstə ispanaq
2 toyuğun döş əti
2 qırmızı və ya şirin bibər
1 orta ölçülü qabaq
120 q pendir
1 orta boy badımcın
duz
istiot
Hazırlanması:
Çürəyi boşqaba qoyub üstdən 1/4-ni kəsin (qapaq kimi). İçini çıxarın, kənarlarının qalınlığı təxminən 2 sm olsun. Bir növ küpə alınsın.
Mayonezi xardalla qarışdırın (başqa sevdiyiniz sous da götürə bilərsiniz), "küpə"nin iç divarına və qapağın altına çəkin. Suda bişmiş kartofu fal-fal doğrayıb dibinə döşəyin.
İspanağı doğrayın, yarısını döşəyin.
Bibəri sobada, yaxud közdə bişirin, ispanağın üzərinə döşəyin.
Toyuğun filesini soyutma edə, yaxud da qızarda bilərsiniz, yarısını bibərin üstünə döşəyin.
Qabağı fal-fal, yaxud uzununa doğrayıb qızardın. Toyuğun üzərinə qoyun.
Pendiri sürtgəcdən keçirib səpin.
İspanağın qalanını döşəyin.
Badımcanı fal-fal doğrayıb qızardın, yaxud közdə bişirin, ispanağın üzərinə qoyun.
Toyuğun qalanını da düzüb "qapağı" örtün.
Bu "küpə"ni qida plyonkası ilə möhkəm sarıyın, üzərinə boşqab, onun üzərinə yük qoyun. Soyuducuda bir neçə saat, ən yaxşısı - 1 gecə saxlayın. Bu müddətdə iç özünü tutacaq və doğrayanda ovulub-tökülməyəcək, çörək isə için şirəsini çəkərək daha da dadlanacaq.
4 ədəd orta ölçülü kartof
1 ədəd təzə yaşıl soğan
1 dəstə cəfəri
3 ədəd orta ölçülü xiyar
Sousu üçün:
1 armudu stəkan dolu zeytun yağı
1 çay qaşığı xardal
1 ədəd limon suyu, yarım çay qaşığı duz
1 çay qaşığı quru nanə
1 çay qaşığı qırmızı pul bibər
qara bibər,
Hazırlanması:
Kartofları yaxşıca yuyub üzərini keçəcək qədər suda qaynadıb bişirin. Bişdikdən sonra qabıqlarını soyun, doğrayıb dərin qaba alın. Təzə soğanı və cəfərini incə doğrayın və kartofun üzərinə əlavə edin. Xiyarları yuyun, qabıqlarmı soymadan halqa şəklində doğrayın və salata əlavə edin. Qeyd edək ki, bu salatda istifadə edəcəyiniz xiyarlar toxumsuz, incə qabıqlı və təzə olmalıdır.
Sousu hazırlamaq üçün zeytun yağı, xardal, limon suyu, duz və qara bibəri dərin qabda yaxşıca qarışdırın. Quru nanə və qırmızı pul bibəri də əlavə edib qarışdırın. Sousu yaxşıca qarışdırdıqdan sonra salatın üzərinə səpib servis tabağına alın.
Mini pidelərin terifi ve terkibi - Mini pidelərin nece hazırlanir?
Tərkibi:
1 stəkan süd
0.5 stəkan şəkər tozu
3 ədəd yumurta
1 ç.qaşığı maya
1 stəkan duru yağ
un
Hazırlanması:
3 yumurta ile şəkər tozunu yaxşıca köpüklənənə qədər qarışdırın.Sonra duru yağı əlavə edib qarışdırın .Mayani iliq suda həll edib qarışıma əlavə edin və gözəyarı xemir veziyyəti alana qədər un əlavə edib südlə yoğurun.Xəmir hazır olduqda acımağa qoyun .Xəmir tam hazır olduqda balaca kündələr edib ,peraşki kimi içinə zövqə uyğun olaraq içalat qovurması və ya kartof püresi ilə kök qoyulur.Üstünə yumurta sarısı çəkilir və 180dərəcədə 15 dəqiqə əvvəlcədən isidilmiş sobada bişirilir.
Saglam olaq - İmmunitet - İmmunitetin güclənmesi - yaşıl detoks - yaşıl detoks nedir?
Müxtəlif meyvə və tərəvəzlərdən hazırlanan detoks yalnız orqanizmi şlaklardan təmizləmir, həm də bədəni lazım olan vitaminlərlə təmin edərək həzm sistemini yaxşılaşdırır. Qaraciyər sağlamlığını qoruyur, onun işini yaxşılaşdırır.
Üstəlik, Türkiyənin sağlamlıq mütəxəssisi Cenk Kıralın bahar ayları üçün təklif etdiyi bu detoksu çeynəmək problemi də yoxdur. Şirə şəklində hazırlanan və yaşıl tərəvəzlərdən hazırlanan detoksu içə bilməsəniz, içinə limon əlavə edin. Bu detoksu içdikdən sonra orqanizminiz sizə minnətdarlıq edəcək və bir çox orqanlar təmizlənəcək.
Səhər içilməsi məsləhət görülən və orqanizmi təmizləyən detoks hazırlamaq üçün sizə nə lazım olduğundan başlayaq.
Ərzaqlar:
1 ədəd yaşıl alma
1 ədəd limon
1 ədəd xiyar
1 ovuca qədər nanə yarpağı
Yarım çay qaşığı qədər zəncəfil
Hazırlanması: Alma və limonun qabıqları soyularaq şirə çəkənə atılır. Əgər almalar çox kiçikdirsə, 2 dənəsini atın. Üstünə zəncəfil əlavə edin.
Həftəlik təklif olunan detoks qarışığından səhər yuxudan qalxan kimi və günorta yeməyindən bir saat əvvəl gündə 2 stəkan içmək təklif olunur.
İmmunitet sistemini gücləndirən detoks
Ərzaqlar:
1 ədəd alma
3 sap kərəviz
4 kələm yarpağı
½ limon
1-1.5 sm soyulmuş zəncəfil kökü
Hazırlanması: Bu ərzaqları şirə çəkən maşına əlavə edib suyunu süzün. Detoks səhərlər oyanan kimi içilməlidir. Bədənə enerji verir, A, B və C vitaminləri ilə zəngin olduğu üçün immuniteti gücləndirir, orqanizmi toksinlərdən və zəhərli maddələrdən təmizləyir.
meyvə ehemiyyeti - meyvəlerin xeyri - meyvəlerin orqana ne kimi xeyri var?
Bənzədiyi orqanlara yaxşı təsir edən qidaların sayı hədsiz dərəcədə çoxdur. Məhz onlardan bəzilərini sizlərə təqdim edirik.
Yerkökü - Göz
Kökdə olan beta-karotin gözə yaxşı təsir edir.
Kərəviz - Sümük
Kərəvizdə olan silisium, sümüyə gücünü verən elementdir. Eyni zamanda, kərəviz də sümük də 23% nisbətində natriuma malikdir.
Zəncəfil - Mədə
Mədənin ən yaxın dostlarından biri olan zəncəfil, əsrlər əvvəl belə qusma və dəniz tutması kimi hallarda işlədilirdi.
Üzüm - Ağciyər
Üzümün ağciyərə ən faydalı olduğu bölgə alveollardır. Ağciyər riskini azaldan üzüm bundan başqa, proantosiyanidin adı verilən bir antioksidanta sahibdir. Allergik astmaya da yaxşı təsiri məlumdur.
Şirin Kartof - Mədəaltı Vəzi
Şirin kartof, qan təzyiqini normallaşdıraraq, mədəaltı vəzin funksiyasını daha rahat etməsini təmin edir. Və tərkibində yüksək miqdarda, mədəaltı vəzi xərçənginin böyüməsini əngəlləyən B6 vitamini var.
Göbələk - Qulaq
Göbələk, D vitamini daşıdığına görə eşitmə itkisinə mane olur.
Pomidor - Ürək
Pomidor, daşıdığı likopen və C vitamini ürəyə fayda verir.
Qreypfrut - Sinə
Qreypfrutda olan limonoid adlı fitokimyəvi maddə döş xərçəngini mane olur.
Qoz - Beyin
Qoz, omega-3, fol turşusu və E vitamini baxımından ən dəyərli quru meyvə olaraq beyinə faydası böyükdür.
Xalq tebabeti - Şam qozası nedir? - Şam qozası cöfhərinin ehemiyyeti
1001 dərdin dərmanı- Şam qozası cöfhərinin dəqiq reseptini təqdim edir..ş
5 yetişmiş şam qozasının üzərinə 1/4 litr spirt (70%) və ya keyfiyyətli araq tökülür. Otaq temperaturunda 10 gün saxlanılır. Sonra süzülür və 1 çay qaşığı evdə hazırlanmış alma sirkəsi (üzüm sirkəsi ilə də əvəz etmək olar) əlavə edilir.
Hər gün gecə 1 stəkan açıq çayın içərisinə 1 çay qaşığı bu cövhərdən əlavə edilərək içilir. Balla içilməsi arzuolunandır.
Bu vasitə qanı duruldur, beyin damarlarına müsbət təsir edir, sinir hüceyrələrinin məhv olmasının qarşısını alır, hərəkətin və nitqin koordinasiyasının bərpasını təmin edir.
Bu üsulla müalicə kursu təxminən 6 ay davam edir.
Dəfnə yarpağı - Xalq təbabəti - Dəfnə yarpağınin xeyri nedir?
Dəfnə yarpağı adətən ədviyyat kimi istifadə olunur - isti və soyuq yeməklərə, turşulara əlavə olunur.
Lakin bir çox insanlar bilmir ki, dəfnə yarpağı nadir müalicəvi xüsusiyyətlərinə malikdir.
Dəfnə yarpaqların kimyəvi tərkibi çox zəngindir - burada efir yağları, vitaminlər (B qrupu, A, C, PP), mikro- və makroelementlər (sink, kalium, dəmir, selen, fosfor və s.) var.
Dəfnə orqanizmə antiseptik, iltihabəleyhinə, göbələkəleyhinə, sidik və tərqovucu təsir edir, şəkərin səviyyəsini və arterial təzyiqi aşağı salır, həzm prosesləri yaxşılaşdırır.
Dəfnə yarpaqları orqanizmi artıq duzlardan təmizləyir. Bunun üçün dəmləmə istifadə olunur. Təxminən 20 dənə quru yarpağın üzərinə 2 stəkan qaynar su əlavə olunur (termosda dəmləmək daha yaxşıdır). Dəmləmə gün ərzində kiçik qurtumlarla içilir. Müalicə müddəti - 3 gün. 1 həftədən sonra müalicə kursu təkrar olunur.
Stomatit və digər ağız boşluğu iltihabları zamanı dəfnə yarpağı çox yaxşı kömək edir. Bunun üçün gün ərzində bir neçə dəfə dəfnə yarpağı sadəcə çeynəmək lazımdır. Daha sonra 1 saat ərzində heç nə yemək və içmək olmaz.
Ayaqlarınız həddən artıq tərləyirsə, dəfnə yarpaqları ilə olan ayaq vannaları edin. Bunun üçün 20 dəfnə yarpağı 1 stəkan qaynar suda dəmlənilir və vannaya əlavə olunur.
Şəkərli diabet zamanı dəfnə yarpaqları dəmləməsi qanda şəkərin səviyyəsini aşağı salır.
İltihabəleyhinə təsirinə malik olan dəfnə soyuqdəymə xəstəlikləri zamanı da dəmləmə şəklində istifadə oluna bilər. Bundan əlavə ailənin digər üzvlərini infeksiyadan qorumaq üçün aromatik dəfnə yağı aromalampaya damızdırın və ya dəfnə yarpaqları dəmləyib otaqlara buxar verin. Bu buxar havada olan mikrobları öldürür.
Fitonsidlər və sinklə zəngin olan dəfnə yarpaqları immunitetə möhkəmləndirici təsir edir.
Dəfnə yarpaqları ilə olan inhalyasiyalar haymorit zamanı uğurla istifadə olunur. Bunun üçün dəfnə yarpaqları dəmlənilir (10 quru yarpaq + 1 stəkan qaynar su), enli qaba tökülür və xəstə bu qabın üzərində nəfəs alır. Prosedura bir neçə dəfə təkrar olunmalıdır.
Dəfnə yarpağı dəmləməsi ishal zamanı uğurla istifadə oluna bilər.
Dəfnə insanın sinir sisteminə çox müsbət təsir edir. Dəfnə ilə olan vannalar sakitləşdirir, yuxusuzluqla mübarizədə kömək edir.
Dəfnə yarpaqları kosmetik məqsədi ilə də istifadə oluna bilər. Belə ki, iltihablaşmış, üzərində civzələr və qara nöqtələr olan dərini təmizləmək üçün belə vasitə düzəltmək olar: 10 dənə xırdalanmış quru dəfnə yarpağı götürülür, üzərinə 1 stəkan araq əlavə olunur və 1 gün saxlanılır. Daha sonra bu vasitə süzülür və dərinin iltihablaşmış sahələrinə çəkilir.
Saçlarınızı şampunla yuduqdan sonra 2-3 damcı badam yağı suya əlavə edərək saçlarınızı durulayın. Badam yağı saçların parlaqlığını bərpa edir və elastikləşdirir.
Saçlar üçün qidalandırıcı maska:
Yumurtanın sarısını zeytun yağı ilə qarışdırıb saçınıza maska edin. 1 saat saxladıqdan sonra saçlarınızı adi qaydada yuyun.
qatıqla maskada çox xeyirlidir.
Dəri - Deriye qulluq - Dərinizin üçün ən doğrusu nedir?
Sağlam, parlayan, mükəmməl bir cild hər kəs üçün əhəmiyyətlidir və hər kəsin xəyalıdır. Yaşından asılı olmayaraq, hər kəs sağlam, baxımlı və gözəl bir dəriyə sahib olmaq istəyir. Sıx bir qayğıya ehtiyac duyan dəriniz hansı sürətlə qocaldığınızı, ona yaxşı baxıb baxmadığınızı dəqiq şəkildə göstərir. Bu səbəbdən dərinizə mütəmadi olaraq qulluq etməniz, gələcəyə apardığınız bir investisiyadır.
Ancaq dəri qulluğunda adi və o qədərdə əhəmiyyətli məsələ dəri tipinə uyğun məhsullardan istifadə etməyinizdir.
Budur, dərinizi tanımağınıza köməkçi olacaq bir neçə məsləhət:
Yağlı Dəri
Üz parlaq görünür.
Məsamələr açıq, içi doludur.
Qara nöqtə və sızanaq müşahidə olunur..
Ümumiyyətlə, digər dərilərə görə daha qalın və hamar səthlidir.
Tez-tez yuma ehtiyacı duyulur.
Makiyaj çox tez pozulmağa başlayır.
Qarışıq dəri
Alın, burun və çənənin yerləşdiyi region olan T bölgəsi yağlı, yanaqlar quru və ya normaldır.
T bölgəsindəki dəliklər yanaqlara nisbətən daha aydındır.
Yanaqlarda qabıqlanma görülə bilər.
T bölgəsində parlaqlıq görülür.
T bölgəsində makiyaj pozulmağa meyllidir.
Quru dəri
Dəri mat bir görünüşə sahibdir.
Qabıqlanmağa meyllidir.
Kifayət qədər yağ istehsal etməz.
Qırışlar tez hiss olunur.
Dəliklər kiçik və qapalı şəkildədir.
Normal dəri
Dəri canlı, sağlam görünüşə malikdir.
Kifayət qədər yağ və rütubətə malikdir.
Ciddi problemi yoxdur
Dəliklər qeyri-müəyyəndir.