N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • Qurani Kərim

    noimage


    əl-Mulk (Mülk və ya hakimiyyət) surəsi

    (Məkkədə nazil olmuşdur, 30 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 - Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). O, hər şeyə qadirdir!
    2 - Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.
    3 - Yeddi göyü (bir-birinin üstündə;) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?!
    4 - Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!
    5 - And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq.
    6 - Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir!
    7 - Onlar (özləri kimi kafirlərlə;) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər!
    8 - O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora (Cəhənnəmə;) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə;): “Məgər sizə (Allahın əzabı ilə;) qorxudan bir peyğəmbər gəlməmişdimi?” – deyə soruşacaqlar.
    9 - Onlar deyəcəklər: “Bəli, bizə (Allahın əzabı ilə;) qorxudan peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik: “Allah heç bir şey (vəhy) nazil etməmişdir. Siz sadəcə olaraq (haqdan) çox azmısınız!”
    10 - Onlar: “Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə;) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!” – deyəcək,
    11 - Və beləcə öz günahlarını etiraf edəcəklər. Məhv olsun cəhənnəm əhli!
    12 - Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir!
    13 - (Ey insanlar!) İstər sözünüzü gizli saxlayın, istər açıq deyin (heç bir fərqi yoxdur). (Allah) ürəklərdə olanları biləndir!
    14 - Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!
    15 - Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır!
    16 - (Ey insanlar!) Göydə olanın (Allahın) yer hərəkətə gəlib çalxalandığı zaman sizi onun dibinə batırmayacağına əminsinizmi?!
    17 - Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?! Onda Mənim (sizi əzabla) qorxutmağımın necə olduğunu mütləq biləcəksiniz.
    18 - Onlardan (Məkkə mürşiklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. (Ya Peyğəmbər! Bir görəydin) Mənim onları cəzalandırmağım (inkar etməyim) necə oldu.
    19 - Məgər onlar başları üstündə (səf çəkib) qanad çalaraq (qanadlarını açıb-yumaraq) uçan quşları görmürlərmi? Onları (göydə;) ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndir!
    20 - Yaxud bu əsgərləriniz (köməkçiləriniz) kimdir ki, onlar sizi Rəhmanın əzabından qurtara bilsinlər?! (Bəndələri Allahın əzabından Onun Özündən başqa heç kəs xilas edə bilməz!) Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar!
    21 - Əgər (Allah) Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?! Xeyr onlar (cahillikləri üzündən) dikbaşlıqdan və (haqqa) nifrət etməkdən (boyun qoymamaqdan) əl çəkmirlər.
    22 - Elə isə (küfrü ucbatından) üzüstə sürünən daha haqq yoldadır, yoxsa düz yolda düz gedən?!
    23 - (Ya Peyğəmbər!) De: “Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. (Allahın nemətlərinə;) nə az şükür edirsiniz!”
    24 - De: “Sizi yer üzünə yayıb səpələyən Odur. (Qiyamət günü) Onun hüzuruna toplanacaqsınız!”
    25 - Onlar (müşriklər) deyirlər: “Əgər doğru danışanlardansınızsa, (bir xəbər verin görək) bu vəd (haqq-hesab, cəza) nə vaxt yerinə yetəcəkdir?”
    26 - De: “Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq (sizi Allahın əzabı ilə;) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
    27 - Kafirlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək (qaralacaq) və onlara: “Sizin (dünyada) istədiyiniz (və həmişə istehza edib inanmadığınız) əzab budur!” – deyiləcəkdir.
    28 - (Ya Peyğəmbər! Bu müşriklərə;) de: “Bir deyin görək, istər Allah məni və mənimlə birlikdə olanları məhv etsin, istərsə də bizə bir mərhəmət əta etsin; siz kafirləri şiddətli əzabdan (Allahın əzabından) kim qurtara bilər?! (Biz ölsək də, qalsaq da, bu sizə heç bir fayda verməz. Allahın əzabından nicat tapmaq üçün ancaq Onun haqq dininə iman gətirmək lazımdır!)
    29 - De: “O bizim iman gətirdiyimiz və təvəkkül etdiyimiz Rəhmandır. Kimin (haqq yoldan) açıq-aydın azmış olduğunu (tezliklə;) biləcəksiniz!”
    30 - De: “Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə;) getsə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?!

    Alinti..
#27.08.2015 02:56 0 0 0
  • Qurani Kərim

    noimage

    ət-Talaq (Boşanma) surəsi

    (Mədinədə nazil olmuşdur, 12 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 - (Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini (iddəti) sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər – (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar).
    2 - Bunların (bu qadınların) gözləmə müddəti başa çatdıqda (barışmaq istəsəniz) onları yaxşılıqla (mehrlərini verib) yola salın. (Sonradan aranızda ixtilaf olmasın deyə;) içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.
    3 - Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.
    4 - (Yaşa dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün) hələ heyz görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır (bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər). Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır. Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə;) asan edər.
    5 - Bu, Allahın sizə nazil etdiyi buyuruğudur. Kim Allahdan qorxsa, Allah onun (günahlarının) üstünü örtər və (axirətdə;) mükafatını artırar.
    6 - Onları (boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin. (Bu qadınları) sıxışdırmaq (evdən çıxıb getməyə məcbur etmək) məqsədilə onlara zərər (əziyyət) verməyə cəhd göstərməyin. Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin. (Həmin qadınlar gözləmə müddətləri qurtarandan sonra) sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin (çünki onlar artıq sizin uşaqlarınıza süd verməyə borclu deyillər). Öz aranızda yaxşılıqla (şəriətə müvafiq şəkildə;) sazişə gəlin. Əgər (bu məsələdə;) çətinliyə düşsəniz (bir-birinizlə razılığa gələ bilməsəniz), onu (uşağı) başqa bir qadın əmizdirə bilər.
    7 - Varlı-karlı olan öz varına görə (süd haqqı) versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər.
    8 - Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərinin əmrindən çıxdı. Biz də onlara şiddətli cəza verib görünməmiş müdhiş əzaba düçar etdik.
    9 - Onlar əməllərinin cəzasını aldılar və axırda işləri ziyana uğramaq oldu.
    10 - Allah onlar üçün şiddətli əzab hazırladı. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizin üçün Quran nazil etmiş,
    11 - Və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura (küfrdən imana) çıxartmaq üçün Allahın açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu (möminlərin) əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir!
    12 - Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar.

    Alinti..
#27.08.2015 02:51 0 0 0
  • Qurani Kərim

    noimage

    əl-Munafiqun (Münafiqlər) surəsi

    (Mədinədə nazil olmuşdur, 11 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 - (Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.
    2 - Onlar (yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!
    3 - Bunun səbəbi odur ki, onlar (dildə;) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar.
    4 - (Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və möminlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər!
    5 - Onlara: “Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin!”–deyildiyi zaman (istehza ilə;) başlarını bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən.
    6 - Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!
    7 - Onlar: “Allahın Peyğəmbəri yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar.
    8 - Onlar: “Əgər biz (Bəni Müstəliq vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər – münafiqlər) ən zəifləri (ən həqirləri – Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” – deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də;) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!
    9 - Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.
    10 - Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.
    11 - Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!

    Alinti...
#27.08.2015 02:49 0 0 0
  • Qurani Kərim

    noimage

    əl-Cumuə (Cümə;) surəsi

    (Mədinədə nazil olmuşdur, 11 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 - Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün (yer-göy mülkünün) hökmdarı (sahibi), müqəddəs (pak), yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şəninə təriflər deyər!
    2 - (Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər.
    3 - (Allah-təala Muhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə və qiyamət gününə qədər dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir) [Və ya: o Peyğəmbər Kitabı və hikməti ərəblərdən əlavə hələ onlara qoşulmamış başqalarına da (başqa ümmətlərə də;) öyrədər]. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
    4 - Bu, Allahın istədiyinə əta etdiyi mərhəmətdir (kərəmdir). Allah çox böyük mərhəmət (kərəm) sahibidir!
    5 - Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. (Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olmasına dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım (kafir) qövmü doğru yola yönəltməz!
    6 - (Ya Peyğəmbər!) De: “Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, (və bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm diləyin! (Çünki Allah dərgahındakı nemətlər, əbədi həyat övliyalara ancaq öləndən sonra qismət olar).
    7 - Halbuki onlar (dünyada) öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə heç vaxt (ölümü) diləməzlər. Allah zalımları (kafirləri) çox gözəl tanıyandır!
    8 - (Ya Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!
    9 - Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
    10 - Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)
    11 - Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: “Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Bir dəfə Muhəmməd əleyhissəlam minbərdə cümə namazı xütbəsi oxuduğu zaman Şamdan ərzaqla yüklənmiş bir karvanın gəldiyini xəbər verən təbil səsləri eşidilmişdi. O vaxt Mədinə əhalisi qıtlıqdan möhkəm əziyyət çəkirdi. Bunu eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına qaçmışdı. Məsciddə cəmi on iki adam qalmışdı. O zaman bu ayə nazil olub cümə xütbəsi və namazı bitməmiş məsciddən çıxıb getməyin məqbul hərəkət olmadığına işarə edilmişdir).

    alinti..
#27.08.2015 02:47 0 0 0
  • Qurani Kərim

    noimage

    əs-Saff (Səf) surəsi

    (Mədinədə nazil olmuşdur, 14 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 - Göylərdə və yerdə nə varsa, (hamısı, bütün məxluqat) Allahı təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
    2 - Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Bəzi müsəlmanlar: “Hansı əməllərin Allaha daha xoş getdiyini bilsəydik, onları edər, malımızı və canımızı onların yolunda qoyardıq!” – deyirdilər. Lakin cihad əmri nazil olduqda bu, bir çöx möminlərin xoşuna gəlmədi).
    3 - Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.
    4 - Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!
    5 - (Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Mənim Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda, niyə məni incidirsiniz?” Onlar (haqdan) üz döndərdi. Allah (Özünə asi olan) fasiqləri doğru yola yönəltməz!
    6 - Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə;) müjdə verən Allahın elçisiyəm!” Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər.
    7 - İslama dəvət olunduğu halda, Allaha qarşı yalan uydurandan (Onun peyğəmbərinə sehrbaz deyəndən) daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz!
    8 - Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.
    9 - Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur!
    10 - Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?
    11 - (O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
    12 - (Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük qurtuluşdur (uğurdur)!
    13 - (Sizi hələ;) sevdiyiniz başqa bir şey (bir nemət) də - Allah dərgahından kömək və yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ya Peyğəmbər!) Möminlərə (dünyada zəfərlə, axirətdə Cənnətlə;) müjdə ver!
    14 - Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.

    Alinti..
#27.08.2015 02:44 0 0 0
  • maska - maskalar - çiyələk püresi maskası - sızanaqlar üçün maskalar

    noimage

    Tərkibi:

    2 böyük çiyələk
    1 ç./q. maya(droj)
    1 x./q.lavanta yağı və ya zeytun yağı

    Hazırlanması:

    Bütün bunları qarışdırıb krem halına gətirin. Bu qarışımı üzünüzə və boynunuza sürün.( göz çevrəniz və dodaqlarınıza dəyməsin) 15 dəqiqə sonra ilıq su ilə yuyun. Bu maskanı həftədə 1 dəfə istifadə edə bilərsiniz.
    Bu maska üzdəki köhnə sızanaq ləkələri üçün idealdır.

    alinti..
#27.08.2015 02:39 0 0 0
  • ağaradıcı maska - Üz ağaradıcı maska nece hazirlanir?

    noimage

    Vəsaitlər:

    1 ç.q qatıq
    1 ç.q limon
    0.5 ç.q soda

    Üzün silinməsi üçün:

    1 x.q limon suyu

    Hazırlanması və tətbiqi:

    Vəsaitlərin hamısı qarışdırılır və üzə çəkilməmişdən əvvəl üz limon suyu ilə silinir və yuyulur.Daha sonrasında qarışım üzə çəkilir və 10-15 dəq gözlədildikdən sonra üz yuyulur.

    Qeyd:

    Əgər dərinizdə səpki varsa və yaxud vəsaitlərin hər hansısa birinə qarşı alergiya varsa maskanı üzdə az saxlayın ki,üzünüzdə səpki yaratmasın.


    Alinti...
#27.08.2015 02:34 0 0 0
  • Maskalar - Çiyələklə yağlı dəri maskası nece hazirlanir?

    noimage

    Vəsaitlər

    2-3 yetkin çiyələk
    2 yemək qaşığı yulaf əzməsi
    Yarım şirin qaşığı limon suyu
    (üzünüz kiçiksə vəsaitləri daha az istifadə edə bilərsiniz)

    Hazırlanması

    Çəngəllə çiyələkləri əzin.
    Yulafları üyüdün.
    Çəngəllə yulaf birləşdirib, içinə limon suyunu qatın.
    Üzünüzə maskanı tətbiq edin. 10 dəqiqə üzünüzdə qalsın.
    Ardından su ilə yuyub, durulayın.
#27.08.2015 02:29 0 0 0
  • Qadin dunyasi

    noimage



    Yatarkən bütün orqanlarımız kimi, dərimiz də dincəlməli və rahat nəfəs almalıdır. Bunun üçün gecə yatarkən sağlamlıq baxımından faydalı olan hansı geyimləri geyinməli olduğumuzu bilməliyik.

    Dar və sintetik alt paltarları genetik bölgədə çox tərləmə, qıcıqlanmaya bağlı iltihab, həzmlə bağlı köp, eqzema və tünd ləkələrə səbəb ola bilər.

    Gecə geyimləri və alt paltarları tərlətməyən parçadan olmalıdır. Alt paltarı bədənimizdən çıxan təri əmər və bununla tər toplanmasının qarşısını alır. Tər dərini həssaslaşdırıb və eqzemanın alovlanmasına səbəb olur.

    Dar alt paltarlarına diqqət edin!

    Sintetik parçadan geyimlər təri yaxşı çəkmədiyindən göbələk və bakteriya infeksiyalarına səbəb olur. Dar alt paltarı geyinən qadınlarda vaginada, sidik yolunda qaşıntı, yanma hissi, tez-tez sidiyə getmək, pis qoxulu axıntılar görülür. Uzun müddət geyinilən alt paltarları da qadınlara mənfi təsir edir.

    Alt paltarlarının və yataq örtüklərinin pambıqdan və ütülənmiş olması lazımdır.

    Dar alt paltarları yatarkən hərəkəti əngəlləyir, damar laxtalanması, varikoz, limfa dövranının pozulması və iltihaba səbəb olur.

    Alt paltarı alarkən xüsusən rəngli geyimlərdə boya və xam maddə baxımından diqqət edin.

    Allergik körpələrə yatarkən tərlətməyən, pambıqdan gen alt geyimləri geyindirin.

    Alt geyimlərində yuyucu toz qalıqlarının olmamasına diqqət edin. Yaxşı yuyub durulayın. Yataq örtüklərini yuyarkən yumşaldıcı qətiyyən vurmayın. Yumşaldıcı allergiya, qızartı və şiddətli qaşıntı yaradır.

    alinti..
#27.08.2015 02:25 0 0 0
  • maska - maskalar - evdə hazirlanan maskalar

    noimage

    Qadınların əksəriyyəti bahalı brendlərə pul xərcləməkdənsə, maskanı evdə hazırlamağa üstünlük verir. Əslində bu, doğru seçimdir. Çünki təbii maskalar dəriyə daha faydalıdır. Ancaq evdə maska hazırlayarkən bəzi nüanslara diqqət etmək lazımdır. Əks halda istəmədiyiniz nəticə ilə üzləşə bilərsiniz.

    Evdə maska hazırlayan xanımlara məsləhətlər:

    • Maskanı hazırlayacağınız qabın və qarışdıracağınız qaşığın təmiz olduğundan əmin olun.

    • Maskada istifadə edəcəyiniz meyvə, tərəvəz, süd kimi məhsulların təzə olması vacibdir.

    • Əgər maskanı müxtəlif bitkilərdən hazırlayırsınızsa, reseptdə yazılan ölçü vahidi qədər istifadə edin.

    • İnternetdə tapdığınız hər maska reseptini istifadə etməyin. Kosmetoloqun məsləhət bildiyi maskalardan istifadə etsəniz daha yaxşı olar.

    • Maskanı dərinizdə tövsiyə edilən dəqiqəyə qədər saxlayın. Daha uzun müddət dərinizdə qalan maska qızartılara və allergiyaya səbəb ola bilər.

    • Evdə hazırlanan maskanı ancaq bir dəfə istifadə edin. Qablaşdırıb saxlamayın.


    alinti..
#27.08.2015 02:20 0 0 0
  • Hamiləlik - Depressiya - Hamiləlik depressiyası haqqinda

    Aparılan araşdırmalara görə qadınların 33%-i hamiləliyinin hər hansı bir dövründə hamiləliklə bağlı klinik depressiya pozuqluğu yaşayırlar. Hamiləlikdə psixoloji problemlər yaşayan qadınların 20%-indən az bir hissəsinin müalicəyə müraciət etdiyini və ümumiyyətlə müalicənin qeyri-kafi olduğunu söylənilir.

    Hamiləlikdə depressiya əlamətləri

    Hamiləlik əsnasında duyğu pozuqluqlarının diaqnozu çətin və yanıldıcı ola bilir. İştah dəyişmələri, yuxu pozuqluqları, diqqət və enerji səviyyəsindəki dəyişikliklər kimi duyğu vəziyyət pozuqluğu simptomları hamiləlik əlamətləri ilə qarışdırıla bilinir. Hamiləlikdə ana namizədinin özüylə və körpəsinin sağlamlığıyla əlaqədar müəyyən bir dərəcəyə qədər narahatlıq duyması normal və təbiidir. Ancaq depressiya və narahatlıq yaşayırsınızsa və bu vəziyyət həyat tərzinizə təsir edirsə, mütləq bir həkimlə məsləhətləşmənizdə fayda vardır.

    Bu vəziyyətlərdən hər hansı birini yaşayırsınızsa, həkiminizə məlumat verin:

    • İki həftədən uzun sürən pis ruh halı
    • Köhnədən kef aldığınız şeylərdən artıq kef ala bilmirsinizsə
    • Ətrafınızda olanlara maraq azaldısa
    • Günahkarlıq hiss edirsinizsə
    • Dəyərsiz olduğunuzu hiss edirsinizsə
    • Yorğunluq halınız varsa
    • Diqqət əskikliyiniz varsa
    • İştah dəyişikliyi yaşayırsınızsa
    • İntiharı düşünürsünüzsə
    • Davamlı yatmaq və ya heç yata bilməmək halındasınızsa.

    Kimlər risk altında?
    Hər qadın hamiləlik dövründə narahatçılıq pozuqluğu ilə qarşılaşa bilər və ya özünü məzlum hiss edə bilər, ancaq bu risk faktorlarına sahib qadınlar hamiləlik depressiyasına daha meyillidır.

    • Keçmişdə depressiya və ya narahatlıq kimi bir duyğu pozuqluğu keçirmiş olanlar və ya ailəsində bu əhvalatlar olanlar
    • Gənc yaşda ana olanlar (20 yaşından əvvəl)
    • Sosial dəstək ala bilməyənlər
    • Yalnız yaşayanlar
    • Ailə içi dolanışıqsızlıq yaşayanlar
    • Boşanmış və ya yoldaşıyla ayrı yaşayanlar
    • Hamiləlikdən əvvəlki il psixoloji zədəli və ya stressli hadisələr yaşamış olanlar
    • Hamiləliklə əlaqədar qərarsızlıq yaşayanlar
    • Hamiləlik ağırlaşmaları olanlar
    • Gəlir səviyyəsi aşağı olanlar
    • Üçdən çox uşaq sahibi olanlar.

    Dərmansız müalicə üsulları nələrdir?

    Yüngül və orta dərəcəli hamiləlik depressiyası yaşayan ana namizədləri üçün dərmansız müalicə yolu seçilməlidir. Bu üsulları həkiminizə məsləhətləşə bilərsiniz.

    Psixoterapiya: Mütəxəssis bir psixoloq tərəfəindən psixoterapiya ala bilərsiniz.

    Omega 3 möhkəmləndirilməsi: Omega 3 yağ turşuları serotonin istehsalını artıran təbii antidepresan qaynağıdır. Balıq, qoz kimi omeqa 3 qaynağı qidaları daha tez istehlak ruh sağlamlığınızı almaqda kömək ola bilər.

    İşıq müalicəsi: İşığın depressiya simptomları azaltdığı son illərdə müşahidə edilir. Süni bir günəş işığıyla günün bir neçə saatı tətbiq oluna müalicə üsulunu edə bilərsiniz.

    Akupunktur: Çinlilərə xas bir müalicə üsulu olan akupunktur, bədənin müəyyən nöqtələrinə minik iynələr batırılaraq edilən bir müalicə şəkli və risksiz bir müalicə üsulu olması səbəbiylə ana namizədləri üçün bir variantdır.

    Antidepresan dərmanlarla müalicə
    Ruh halının pozuqluğu və ya depressiya müalicəsi üçün istifadə etdiyiniz dərmanlar varsa, buraxmadan əvvəl şübhəsiz həkiminizə məsləhətləşməlisiniz. Antidepresan müalicəsini yarıda kəsmək, həkimə məsləhətləşmədən dərman istifadəsini buraxmaq riskli nəticələr doğura bilər. 2006-ci ildə Amerikada antidepresan istifadə edən qadınların26%-da edilən bir araşdırmada; antidepresan dərman müalicəsini yarıda kəsən qadınlarda hamiləlik depressiyanın təkrar etmə ehtimalının 68% olduğu ortaya çıxmışdır. Bu araşdırmanın ardından hamiləlikdə depressiyaları təkrarlanan qadınların hamiləlik müddətində təkrar dərmana davam etmələrinə qərar verilmişdir.

    Alinti...
#27.08.2015 02:12 0 0 0
  • ideal idman hərəkətləri - saglam olaq

    Yay aylarının ən gözəl xüsusiyyətlərindən biri də açıq havada idman edə bilmə imkanıdır.

    Səhər tezdən və ya günəş batdıqdan sonra təmiz havanı içinizə çəkərək idman etməyin verdiyi həzz tamamilə başqadır.

    Bəs bu zaman hansı idman hərəkətlərini etsək, daha çox zövq alar və bədənimizi formaya sala bilərik?

    Herbalife Türkiyə idman məsləhətçisi Ebru Karaduman yayda formada qalmaq istəyənlər üçün açıq havada edilə biləcək ən keyfiyyətli 5 məşqin detalları barədə məlumat verib.

    Gəzinti, velosiped və konki sürmək

    Yayda idman zalına getmədən və ya hər hansı idman alətinə ehtiyac duymadan da açıq havada kalori yandıraraq bədən quruluşunu formada saxlamaq olar. Açıq havada oksigenin pozitiv enerjisi idman məşqlərinin bədəninizə təsir dərəcəsini də artırır.

    Açıq havada edilə biləcək ən əsas məşqlər hansılar ola bilər?

    Ebru Karaduman açıq havada məşqlərə nümunə olaraq 30 dəqiqə gəzinti, yüngül tempdə qaçış, velosiped və konki sürmə, üzmə, dırmanma kimi yağ yandıran hərəkətləri göstərib.

    Vəziyyətinizə və zövqünüzə əsasən tətbiq etdiyiniz ürək fəaliyyətlərindən sonra açıq havada bəzi məşqlərlə qısa müddət ərzində bədən quruluşunu formaya salmaq mümkündür.

    Beləliklə, bədəninizi formada saxlayacaq 5 açıq hava hərəkəti:

    Pilləkənlərlə çıxıb-düşmə:

    Ayaq və omba əzələlərinizi çalışdırdığınız zaman həmçinin yağ yandırmağınızı da təmin edəcək bir idman hərəkətidir (maksimum 15-20 dəqiqə etməlisiniz).

    Supermen hərəkəti:

    Bu hərəkət kürək əzələlərinizi inkişaf etdirəcək. Yerə üzüstə uzanın və əllərinizi ovuclarınız yerə dəyəcək şəkildə irəli uzadın. Ayaqlarınızın düz vəziyyətini pozmadan ayaqlarınızı yuxarı qaldırın. Əzələlərinizdə ağırlıq hiss edənə qədər bu vəziyyətdə qalmağa çalışın. Daha sonra rahatlayın və hərəkəti təkrar edin (2 yanaşmada 20 dəfə təkrar etməlisiniz- hər yanaşmada 10 dəfə;).

    Omba qaldırma hərəkəti:

    Bu hərəkət sayəsində kürək, bel və qol əzələrinizi inkişaf etdirə bilərsiniz. Arxası üstdə uzanıb dizlərinizi qatlayın. Əlləriniz yerə paralel şəkildə olmalıdır. Bu vəziyyətdə ombanızı yuxarı qaldırın. Əzələləriniz yorulana qədər bu şəkildə qalın və sonra rahatlayın (özünüzü boşaldın). (2 yanaşmada 10 dəfə təkrar etməlisiniz)

    Dizləri qarına çəkmə hərəkəti:

    Bu hərəkət sayəsində ayaqlarınız və ombalarınız çalışmaqla yanaşı qan dövranınız da sürətlənəcək. Olduğunuz yerdə qalaraq nəfəs alıb-verin və hər nəfəs alıb-verərkən sağ və sol ayaqlarınızı növbəli şəkildə qarnınıza doğru bükərək qaldırın. Hərəkəti getdikcə sürətləndirə bilərsiniz (sağ və sol ayaq üçün 2 yanaşmada ümumilikdə 30 dəfə təkrar etməlisiniz).

    5- Criss Cross (dirsək dizə;) hərəkəti:

    Döşəkçəyə arxası üstdə uzanın və ayaqlarınızı 90 dərəcədə masa vəziyyətinə gətirin. Əllərinizi üst-üstdə birləşdirib boynunuzun arxa tərəfinə (peysərinizə;) qoyun. Nəfəs alarkən qarnınızı yaxşıca içəri çəkin və nəfəs verərkən kürək sümüklərinizin ucuna qədər qalxıb onurğanızı tam halda sağa döndərin.

    Onurğanı sağa döndərərkən çarpaz, yəni sol dizinizi sol dirsəyinizə yaxınlaşdırın, sağ ayağınızı irəliyə doğru 45 dərəcə bucaq altında uzadın. Diz və ayaqlar tam tərs istiqamətdə olmalıdır. Bu hərəkət daxildəki qarın əzələlərini və eyni zamanda yan qarın əzələləri olan maili əzələləri də çalışdırır (sağ və sol ayaqlar üçün 2 yanaşmada ümumilikdə (cəmi) 15 dəfə təkrar etməlisiniz).

    Alinti..
#27.08.2015 02:06 0 0 0
  • Pəhriz - saglam olun


    Yayda toya hazırlaşan gəlinlər digər gəlinlərdən daha şanssızdır. Çünki qış aylarında artıq çəki problemi yaşayanlar, qapalı gəlinliklə qüsurlarını ört-basdır edə bilər. Yay aylarında isə bu mümkün deyil.Türkiyəli diyetoloq Fevzi Özgönülün toya hazırlaşan gəlinlər üçün hazırladığı pəhriz reseptini təqdim edir:

    "Gəlinlər artıq çəkiyə görə ürəyini sıxmasın. Həmin gün belə məsələlərə fikir vermədən xoşbəxt doyunca əylənməlidirlər. Gəlinlik seçimində qarşıya çıxa biləcək problemdən sığortalanmaq üçün isə cəmi 1 həftə pəhriz saxlamaq kifayətdir. Pəhrizə toya bir həftə qalmış başlamaq və toy günü yekunlaşdırmaq lazımdır”.

    Mütəxəssis tövsiyyə etdiyi pəhrizlə bağlı bəzi istisnaları da qeyd edib:

    "Şəkər xəstəliyi və ya qalxanabənzər vəzin ləng işləməsi kimi narahatlığı olanlara pəhrizi saxlamaq tövsiyə olunmur”.

    Həmin pəhriz proqramını təqdim edirik;

    1-ci və 2-ci gün
    Səhər: Səhər alma sirkəsi əlavə edilmiş suyu içdikdən sonra 1 qaynadılmış yumurta və 2-3 zeytun yeyərək günə başlayın.

    Günorta (günorta yeməyini ən gec 14.00 - da yeməyiniz lazımdır): 1 kasa qatıq, 3-4 qoz və 1 meyvə.

    Axşam: Tərəvəz xörəyi, 1 dilim qarpız.

    Günorta 1 boşqabdan artıq yeməyin və su içməyi unutmayın. Gəlinliyin əyinizində yaxşı oturmasını istəyirsinizsə, müəyyən idman hərəkətləri edin.

    3-cü və 4-cü gün:
    Səhər: Günə tez başlamağa çalışın. Səhər qalxanda 1 stəkan suya 1 çay qaşığı alma sirkəsi töküb için. 30 dəqiqə gözlədikdən sonra yeməyə başlayın. Səhər yeməyində çörək olmaz. Ağ pendir, 2 qoz ləpəsi, bir az pomidor və xiyarla 10 sap cəfəri, 1 ədəd yumurta yeyə bilərsiniz. Lakin qətiyyən 1 fındıq dənəsi belə yeməyin, bol su için, çox aclıq hiss etsəniz, ayran və ya süd için.

    Günorta: Günorta yeməyində 1 boşqab toyuqlu tərəvəz yeməyinin yanında 2-3 qoz yeyin.

    Axşam: Saat 19.00-da bir boşqab az yağlı qarabaşaq, bir kasa (normal böyüklükdə;) qatığın içinə 1 ovuc doğranmış meyvə və 2-3 qoz töküb yeyin.

    Yemək aralarında mütləq su için, gecə çox aclıq hiss etsəniz, 1 stəkan süd və ya ayran için.

    Axşama yaxın 1 saata qədər yeriyin və gecə yatmazdan əvvəl iplə 100-150 dəfə tullanın.

    5-ci və 6-cı gün:
    Səhər: Yumurta yeyin, günorta və axşam isə 3-cü və 4-cü gün əməl etdiyiniz axşam menyusu ilə eynidir. Ancaq qatıq-meyvə və qoz yerinə 1 böyük stəkan ayran için.


    Alinti..
#27.08.2015 01:59 0 0 0
  • Saglam olun - pəhriz


    İrsən arıq və az çəkili olmaq sağlamlıq üçün problem yaratmır. Yox, əgər sizin qohumlarınızda çəkisi normal və kök insanlar varsa, deməli, siz də müəyyən qədər çəki yığa bilərsiniz. Yəqin ki, sizin gündəlik rejiminiz düzgün qurulmayıb. Yaxud da sizin çox yeməklə aranız yoxdur. Ümid edirik ki, pəhrizdəki ərzaqları alıb, göstərilən ardıcıllıqla istifadə etsəniz, arzuladığınız çəkiyə nail olacaqsınız.

    Unutmayın:
    Müasir dövrdə kökəlmək arıqlamağa nisbətən daha asandır.

    Səhər: 1 stəkan təzə meyvə şirəsi, manna sıyığı, 1 stəkan süddə həll olumuş bal, sürtgəcdən keçirilmiş alma ilə qozun qarışığı, üzərinə yağ çəkilmiş 1 dilim çörək və 2 stəkan kakao.

    Günorta: 1 boşqab qatı bulyon, şorba (makaron, düyü və və ya kartof ilə ola bilər), tərəvəz salatı (yağlı və ya mayonezli), 250 qr. qızardılmış mal və ya toyuq əti, şəkərli kofe.Axşam.az

    Axşam: süddə bişmiş düyü, 2 dilim çörək, təzə meyvələrdən salat.

    Mütəmadi olaraq bu pəhrizi təkrarlayın. Hər gün qida rejiminizdə bu ərzaqların olmasına çalşın:

    Süd - 1 stəkan, kəsmik, pendir, qoz-fındıq. Ət məhsulları - balıq, quş əti, yumurta. Tərəvəz - salat və göyərti. Meyvə - şirəsi ən az 2 stəkan, meyvə salatı. Çörək - hər dəfə 2 dilim, qarabaşaq, düyü, makaron.

    alinti..
#27.08.2015 01:56 0 0 0
  • Göz xəstəlikləri - Hovuz suyunun goze zererleri haqqinda


    Oftalmoloq Evren Baca yay aylarında insanları gözləyən təhlüklərdən danışaraq yay mövsümündə göz xəstəliklərinin kəskin şəkildə artdığını bildirib.

    həkim bu artımı hovuz suyu ilə əlaqələndirib. Həkimin sözlərinə görə, yayda hovuzlarda sərinləməyə çalışanların göz xəstəliklərinə yaxalanma riski çox böyükdür.

    "Xüsusilə onlarla insanın eyni vaxtda daxil olduğu böyük hovuzlar əsl təhlükə mənbəyi hesab edilir. Gözdə infeksiya yaranmaması üçün gigiyenik qaydalara əməl edildiyindən əmin olduğunuz hovuzlara girin, dəniz eynəyindən istifadə edin və ən əsası hovuzdan çıxan kimi sabunlu su ilə yuyunun”.

    Həkim Evren Baca bildirib ki, hovuz suyu təhlükəli göz problemlərinə səbəb ola bilər:

    "Göz ən həssas orqanlarımızdan biridir. Hovuz suyu ən çox gözlərə təsir edir. Dezinfeksiya edilməmiş hovuz suyundan gözlərə bakteriya, virus və ya parazit yoluxa bilər. Belə hallarda ilk növbədə buynuzlu qişa zərər görür. Gözdə qızartı, yanma, göz qapaqlarında şişkinlik və gözün içərisində su toplanması kimi hallar müşahidə edilir. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır. Həkim problemin hansı səbəblərdən qaynaqlandığını nəzərə alaraq uyğun müalicəyə başlamalıdır.

    Belə vəziyyətlərdə gözə gec müdaxilə etmək orqanın həmişəlik zədə almasına və gələcəkdə görmə problemlərinə gətirib çıxara bilər”.

    Həkim onu da vurğulayıb ki, hovuzdakı tək təhlükə təmizlənməmiş su deyil. Dezinfeksiya üçün suya həddən artıq xlor vurulan hovuzlar da gözlərə zərər verə bilər.

    "Hovuz suyunda xlorun səviyyəsi 0.3-0.6mq., suyun pH dəyəri isə 7.2-7.6 olmalıdır. Hovuza girənlər hər ehtimala qarşı dəniz eynəyindən istifadə etsinlər”.

    Həkimin sözlərinə görə, uzun müddət hovuzda qalanlar və linzalardan istifadə edənlər göz infeksiyalarına daha tez yoluxurlar.

    Doktor Evcen Baca sonda onu qeyd edib ki, hovuz suyundan keçən infeksiyalar yoluxucudur və buna görə də infeksiyaya yoluxmuş şəxslərlə təmas zamanı diqqətli olmaq lazımdır:

    "Xəstənin gözündən axan suya təmas etdikdə dərhal əlləri antibakterial sabunla yumaq lazımdır. Xəstənin üz dəsmalından başqaları istifadə etməməlidir. Dəsmal ayrı yuyulmalıdır. Göz damcısını gözə toxundurmadan istifadə etmək lazımdır”.

    alinti...
#27.08.2015 01:52 0 0 0
  • Nar və portağallı içki reseptin terifi ve terkibi

    noimage

    Tərkibi:

    1 st. təzə nar suyu
    1 st. təzə portağal suyu
    1 ç.q. zəncəfil əlavə edib için.

    Hazırlanması:
    Meyvə sularını bir qaba əlavə edib qarışdıqın.

    Nuş olsun...
#27.08.2015 01:43 0 0 0
  • Zeytunlu pəhriz salatı - Terifi ve teribi - Zeytunlu pəhriz salatı nece hazirlanir?

    noimage

    Tərkibi:

    250 qr təzə paxla (qaynanmış) yaxud yaşıl noxud konserv
    200 qr döş əti
    2 ədəd yumurta
    3 ədəd pomidor
    1 ədəd soğan
    2 ədəd yaşıl bibər
    6 ədəd yaşıl ya da qara zeytun
    bir dəstə çugundur yarpağı
    2 x qaşığı zetun yagı duz 1 limon suyu

    Hazırlanması:

    Soğanı, bibərləri və pomidorları incə incə doğrayın. Yumurtaları qaynadıb qabıqlarını soyun, dördə bölün. Qaynadılmış toyuq döş ətini incə parçalar halına gətirin. Bütün vəsaitləri dərin bir salat kabında yaxşıca qarışdırın. Üzərinə limon suyu, zeytun yagı duz töküb qarışdırın.

    alinti...

    Nuş olsun!
#27.08.2015 01:39 0 0 0
  • Ləziz küncüt peçenyesi - Ləziz küncüt peçenyesi terifi ve terkibi - Ləziz küncüt peçenyesi nece hazirlanir?

    noimage

    Tərkibi:

    Un - 70 qram
    Kərə yağı - 60 qram
    Şəkər - 120 qram (qəhvəyi şəkər də olar)
    Yumurta - 1 ədəd
    Vanil ekstraktı - 0,5 çay qaşığı və ya bir paket vanil şəkəri
    Təzə sıxılmış limon şirəsi - 1 çay qaşığı
    Küncütü toxumu - 160 qram
    Qabartma tozu - 0,5 çay qaşığı
    Duz - 0,5 çay qaşığı

    Hazırlanması:

    Unu, qabartma tozunu və duzu qarışdırın.
    Yumşalmış yağı şəkərlə qarışdırın. Sonra yumurta, vanil və limon şirəsi əlavə edib mikserlə 20 - 30 saniyə çalın. Unun kiçik porsiyalarla bu kütləyə əlavə edin. Qaşıqla küncütü xəmirə qatın. Onu əvvəlcədən qızartmaq olar.
    Sobanı 180 dərəcə isidin. Çörək kağızının (sobada bişirilən bişinti məhsulları üçün xüsusi ağ kağız) üzərinə 1 çay qaşığı xəmirdən kökə formasında qoyun. Peçenyelər arasında 3-4 sm məsafə olmasına diqqət yetirin.
    Ölçüsündən asılı olaraq 8 - 15 dəqiqəyə bişir. Diqqətli olun ki, yanmasınlar. 6 dəqiqə sonra digər tərəfə çevirmək olar.
    İsti olanda peçenye yumşaq və yapışqanlı olur. Amma soyuyandan sonra xırçıldayan və ləziz dadı sizi məftun edəcək

    Nuş olsun....
#27.08.2015 01:34 0 0 0
  • Əriştə plov - Əriştə plov terifi ve terkibi - Əriştə plov nece hazirlanir?

    noimage

    Tərkibi:

    1 kq uzun düyü
    1 kq əriştə
    500 q lobya
    300 q kərə yağı

    üzərinə:

    100 q kəklikotu
    1 ç.q. duz
    200 q qatıq

    Hazırlanması:
    Əvvəlcədən düyünü yuyub 30 dəqiqə duzlu suda isladın. Lobyanı bişirib suyunu süzün.

    Su qaynadıb duz əlavə etdikdən sonra düyünü töküb qaynadın. Süzənə yaxın lobya, sonra isə əriştə əlavə edib qarışdırın. 5 dəqiqə qaynadıqdan sonra süzün.

    Dəmə qoyacağınız qazana yağ əlavə edib dağ edin, düyünü üzərinə töküb dəmə qoyun.15-20 dəqiqə dəmdə qalmalıdır.

    Kəklikotunu əzib duzla birlikdə qatığa əlavə edin, qarışdırın.

    Əriştə-plovu süfrəyə kəklikotulu qatıqla verin.

    Nuş olsun...

    Alinti...
#27.08.2015 01:28 0 0 0