Tərkibi:
Kərə yağı 1/2 stk.
Yumurta 3 ədəd
Şəkər tozu 1/2 stk.
Un 115q
Kakao 3 x.q.
Qabartma tozu 1/2 ç.q.
Vanilin şəkəri 1 ç.q.
İçlik üçün: Şokolad 60q
Qaymaq (30-33% yağlı) 60 ml
Hazırlanması:
Yumurtaları şəkər tozu ilə birləşdirib, mikers vasitəsi ilə yüksək sürətdə 3-5 dəqiqə ərzində çalmağa başlayın. Un, qabartma tozu və kakaonu birləşdirib, yavaşca qarışdırın. Yumurtalı qarışımı kakaolu qarışım ilə birləşdirin. Əridilmiş kərə yağını birləşdirdiyiniz qarışıma(yumurtalı və kakaolu) əlavə edin. Kütləni mikser vasitəsi ilə aşağı sürətdə 2-3 dəqiqə ərzində çalmağa davam edin.
İçlik üçün krem hazırlayaq. Şokoladı kvadrat hissələrı ayırıb, qaynar qaymağən içinə qoyub, yaxşıca qarışdırın. " Madlen" keksləri üçün formaları yağlayın. Formaya 1 x.q. xəmir yerləşdirin. Daha sonra xəmirin üzərinə 1 ç.q. hazırladığınız şokoladlı kremi yerləşdirin. Kremin üzərinə yenidən 1 x.q. xəmiri yerləşdirin. Sobanızı 200 dərəcəyə qədər isidib, " Madlen" kekslərinizi 10-12 dəqiqə ərzində bişirə bilərsiniz. Hazır keksərin üzərinə şokoladlı kremin qalan hissəsi ilə bəzək verə bilərsiniz.
Üzünüzü makiyaja hazırlayın: Makiyaj etməyə başlamadan əvvəl üzünüzü makiyaja hazırlamalısınız. Bunun üçün dəri təmizləmə tonik istifadə etmənizi tövsiyə edirəm. Ardından mövsüm qış və ya yay olsun, barmaq uclarınızla az miqdarda günəş qoruyucunu üzünüzə yedirin.
Tonal seçiminə diqqət edin: Üzərinə yenə barmaq uclarınızla yüngül yüngül masajlar edərək tanalninizi tətbiq edin. Üzünüzdə açıq-tünd dəri ləkələri var isə, tonal krem rəng seçiminizi, dərinizdəki tünd rəngə yaxın tonlardan yana istifadə etməlisiniz. T bölgəsi dediyimiz alın-burun-çənə bölgələrinizə yağlanmalar gözlem yoxdusa, bu qisimlərə daha yüngül tanalni krem tətbiq edin.
Göz makiyajı baxışlarınıza təsiri: Sıra göz makiyajı Göz ətrafı və göz qapaqlarınıza tonal krem rəngindən 2 ton açıq rəngdə pudralı bağlayıcı tətbiq edin. Beləcə göz ətrafınız daha işıqlıq görünüşə qovuşacaqsınız. Göz makiyajında ən diqqət edilməsi lazım olan, göz ölçüsü.
Kiçik gözlərinizi makiyajla böyüdün: əgər ki gözləriniz kiçik isə, gözlərinizin alt daxili və üst iç qisimlərinə dəri rənginə yaxın, yağlı göz qələmlərindən sürün. Üstünlük bunu ağ rəngdə bir göz qələmi istifadə edərək də edə bilərsiniz. Ardından gözünüzün altına tünd boz və ya qara rəngdə bir göz qələmi çəkərək, bunu barmaq uclarınızla yüngül toxunaraq yayın. Beləcə bir az daha cəlb edici gözlərə sahib ola bilərsiniz.
* 2016 yılından, 2017 yılına birlikte adım atmak ümidiyle, nice yıllarda mutluluk bizimle olsun... Seni Seviyorum, Yeni Yılın Kutlu Olsun Aşkım...
* Bembeyaz yağan kar, ne yaşanmışsa yaşansın örter geçmişin hatalarını, yeni bir gelecek sunar bize ve yeni bir başlangıç... Yeni yılın tüm insanlığa ve ülkemize barış ve mutluluk getirmesi dileğiyle yeni yılınızı kutlarım... Her şey gönlünüzce olsun...
* Baharda gelinciklerin en güzel başlangıçları müjdelemesi gibi yeni yılda da tüm güzellikler sizinle olsun... Mutlu ve sağlıklı yıllar...
* 2017 yılının sağlık, mutluluk, başarı ve bol kazanç getirmesi dileğiyle... Neşe dolu yıllar...
2017 yılında da hiç ümitsiz kalmaman ve hayallerine kavuşman dileğimle... İyi ve sağlıklı seneler...
* Bulutsuz gökyüzü senin olsun demiştim; ümitlerin solmasın, tükenmesin diye... Yeni yılda hiç ümitsiz kalmaman ve hayallerine kavuşman dileğiyle... İyi yıllar...
* 2017 yılı öyle bir yıl olsun ki, 2016 yılının tüm olumsuzluklarını bize unutturabilsin... İsteklerimizin gerçekleşeceği bir yıl dileğiyle...
* 2016'ya Elveda, 2017'ye Merhaba... Hoş geldin Yeni Yıl...
* 2016 yılı acılarımızla, sevinçlerimizle geride kalıyor, umarım 2017 size daha fazla umut, daha fazla sevinç ve daha fazla mutluluk getirir... Mutlu Seneler...
* 2016 yılı acılarımızla, sevinçlerimizle geride kalacak, 2017 daha fazla umut, daha fazla sevinç, daha fazla mutluluk getirsin... Yaşamında güzel yıllar, mutlu yarınlar, gerçek dostluklar hep seninle olsun... Yeni yılın sana ve tüm sevdiklerine sağlık, mutluluk, başarı, sevgi ve huzur getirmesini dilerim... Mutlu Yıllar...
Hipertoniya (yüksək təzyiq) ən yayılmış pozulmalardan biridir. Bir çox insanlar fikirləşir ki, yüksək təzyiq özünü baş ağrıları, ürəkbulanması, baş gicəllənməsi və s. bu kimi simptomlarla büruzə verir. Lakin bu, belə deyil. Hipertoniya hiyləgər xəstəlikdir. İlk mərhələlərdə xəstəlik özünü heç bir simptomla büruzə vermir. Gizli inkişaf edən hipertoniya ürək-damar, böyrək xəstəliklərinə, görmənin zəifləməsinə, insult və infarkta səbəb olur. Bu səbəbdən həkimlər hər bir yetkin insana vaxtaşırı olaraq təzyiqi ölçməyi tövsiyə edirlər. Təzyiq 139/89 c.st.-dan yuxarı qalxırsa, vaxt itirmədən həkimə müraciət edin. İlkin mərhələlərdə insan hipertoniyadan dərmansız, yalnız qidalanmada və həyat tərzində müəyyən dəyişikliklər etməklə qurtula bilər.
Aile.lent.az saglamoln.az-a istinadın arterial təzyiqi tənizmləməyə kömək edən 6 ən yaxşı məhsulu təqdim edir:
- Nar. Kardioloqlar xəstələrinə mövsümdə hər gün 1 nar yeməyi tövsiyə edirlər.
- Qatıq, ayran. Ən sınanmış və həqiqətən effektli müalicəvi məhsullardır.
- Limon. Hər gün yarım stəkan suya 1 ç.q. limon şirəsi və 1 ç.q. bal əlavə edin, qarışdırın və için. Əla müalicəvi və profilaktik vasitədir.
- Qara şokolad. Çoxsaylı araşdırmalar şokoladın ürək-damar sistemi üçün faydalarını təsdiq edib.
- Zəncəfil və sarıkök. Bu ədviyyatlar damarların sağlamlığına müsbət təsir edir, damarları genişləndirir.
- Çuğundur və çuğundur şirəsi. Elmi araşdırmalar göstərib ki, çuğundur damarları genişləndirir və təzyiqi salır.
Həm canımızı ağrıdan, həm də gözəlliyimizə kölgə salan uçuqlardan qurtulmaq asan olmur. Lakin bu problemlə də mübarizə aparmağın yolları var. Aile.lent.az uçuğu sağaldan tövsiyələr təqdim edir.
Qarğıdalı nişastası
1 qaşıq qarğıdalı nişastası ilə 1 qaşıq suyu qarışdırıb məcun halına gətirin. Yatmazdan əvvəl uçuğa sürtün. Oyandığınız zaman ehmalca yuyun.
Buz
Uçuq ağrı ilə yanaşı dodaqda göynəməyə də səbəb ola bilər. Buz tutmaq uçuğun üzərindəki dərinin həm nəmlənməsini, həm də göynəmənin keçməsini təmin edir.
Süd
Süd də uçuqlara olduqca yaxşı təsir edir. Pambığı soyuq süddə isladın və uçuğun üzərində 2-3 dəqiqə saxlayın.
Aloe vera
1 çay qaşığı aloe vera gelini birbaşa uçuğun üzərinə tətbiq edə bilərsiniz.
Ekinezya
Ekinezya immunitet sistemini gücləndirir. Həmçinin uçuq çıxmasının qarşısını alaraq, bədəninizi dəstəkləyəcək.
Diş fırçanızı dəyişin
Diş fırçası uçuq viruslarının daşınması üçün ideal mühit meydana gətirir. Uçuq çıxdıqdan sonra təzə bir diş fırçasına keçin. Uçuq keçdikdən sonra təkrar fırçanızı dəyişdirin.
Nanə yağı
Uçuğu su ilə təmizləyin. Ardından pambığı əvvəl suya, sonra da nanə yağına batırıb uçuğa sürtün. Gündə 2 dəfə kifayət edəcək.
Vanil
Vanil uçuğa səbəb olan virusun çoxalmasına mane olur. Pambıqlı çubuğun ucuna sürtdüyünüz vanili birbaşa uçuğun üzərinə qoyun və 1-2 dəqiqə gözləyin. Gündə 4 dəfə təkrarlaya bilərsiniz.
Aktyor Cüneyt Arkının ölüm xəbərinə aydınlıq gətirilib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Cüneytin həyat yoldaşı Betül Arkın “Rengli sayfalar” verilişinə zəng edərək, aktyorun ölüm xəbərini təkzib edib.
“Biz böyük şok yaşayırıq. Bu xəbərlərə kədərlənirik. Telefonlarımız susmur. Cüneyt “Mənim ölməyimi gözləyirlər dedi. O da kədərlənib”, deyə Betül vurğulayıb.
Azərbaycanlı müğənni Zamiq Hüseynov foto-kameralar önünə keçib. Lent.az-ın məlumatına görə, ifaçı yeni fotosessiyasında fərqli imic yaradıb. Müğənni yeni şəkillər üçün saçına boya qoydurub.
Mənə qarşı olan haqsızlıqlardan bezib, depressiyaya düşmüşdüm. Həmin vaxt hər şeydən uzaqlaşmışdım. Ta ki, hazırkı həyat yoldaşımı tanıyana qədər. Onu tanıyandan sonra həyatımda hər şey dəyişdi”. Bu sözlər Lent.az-ın "Canlı yayım"ında qonaq olan əməkdar artist Naibə Allahverdiyeva deyib. Bu yaxınlarda ikinci dəfə ailə quran aktrisa efirlərdə az-az görülməyinin səbəbindən də söz açıb:
“30 ilə yaxındır ki, bu sənətdə öz sözünü deyən aktrisayam. Az-çox sevənlərim var. Sadəcə, peşəkar rejissorlar bizi dəvət etsələr, efirlərdə görünərik. Rejissorların da bir məktəbi olmalıdır. Onlar da məktəb keçməlidir. Hazırda Azərbaycanda çəkilən serialların səviyyəsi də məni qane etmir. Efirdə görünməməyimin səbəbi də budur. Normal seriallara da məni dəvət etmirlər. Deyirlər ki, sən çox qonorar istəyirsən. Mən də çox qonorar istəməliyəm. Çünki bu sənətə dünən gələn aktrisa deyiləm. Ümumiyyətə, elə bil Azərbaycanda teatr sənəti geridə qalıb”.
Əməkdar artist onu da əlavə edib ki, hazırda aktrisalara lazımı dəyər verilmir: “Bizim sənətdə dəyər çox azdır. Hər hansı aktrisa gözəl bir rol oynayır, amma cəmiyyətdə bu müzakirə olunmur. Əvvəl bir televiziya var idi, aktrisaların həyat və yaradıcılıqları barədə verilişlər hazırlayırdılar. Amma indi elə bir şey yoxdur. İndi ancaq qınaq və təhqir var. İllərdir bu sənətdəyəm, heç vaxt oynadığım rollar barədə efirdə danışmamışam. Amma mənim çox gözəl rollarım olub. Burla Xatuna qədər oynamışam. Sənətə diqqət çox azdır”.
N.Allahverdiya yenidən ailə qurması barədə də danışıb: “Yenidən ailə qurmalı idim. Bəlkə də yenidən ərə getməzdim. Amma tənha qalmaqdan qorxdum. Məcburən yox, sevərək ailə qurdum. Yazmışdılar ki, ailə qurduğum şəxs məndən 29 yaş kiçikdir. Amma belə deyil. Özüm də şoka düşmüşdüm ki, niyə belə yazıblar? Heç vaxt özümdən kiçik biri ilə ailə qurmaram. Ailə qurduğum şəxs evli olub, iki uşağı var. Amma 2013-ci ildə boşanıb. O mənim həyatıma gələndən sonra hər şey dəyişdi. Həyata marağım artdı. Xoşbəxtəm”.
Aktrisa onu da bildirib ki, o kiminsə ailəsini dağıtmayıb: “Deyirlər ki, guya kiminsə ailəsini dağıtmışam. Bu yalandır. Mənim özümün 1-ci ailəmi dağıtdılar. Ayrıldıq, keçmiş yoldaşım ailə qurdu və özünə toy etdi. Həmin toyda bir çox sənət adamları da iştirak etdi. Mən də buna normal baxdım. Ona pislik yox, xoşbəxtlik dilədim. Amma mən indi heç kimin ailəsini dağıdıb, yenidən ailə qurmamışam. İndiki həyat yoldaşım mənimlə ailə qurmadan qabaq, birinci ailəsindən boşandığı barədə sənədləri mənə göstərdi. Əmin oldum ki, rəsmən boşanıb”.
Bir qız anası olan N.Allhverdiya bildirib ki, yenidən övlad dünyaya gətirmək niyyətində deyil: “Yenidən ana olmaq barədə düşünmürəm. Bu gün çox peşmanam. İstərdim ki, çox uşağım olsun. Uşaqları çox sevirəm. Qızım təkdir, darıxır. Amma indi yenidən ana olmağım gecdir”.