Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və DİN əməkdaşlarının Moskva bölgəsində keçirdiyi əməliyyat zamanı “Təbliği camaat” ekstremist təşkilatının yeddi üzvü saxlanılıb. Saxlanılanlardan altısının Qırğızıstan, birinin isə Rusiya vətəndaşı olduğu bildirilir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə FTX regional idarəsinin məlumatında bildirilir.
Məlumata görə, saxlanılan şəxslər qruplaşmaya yeni üzvlər cəlb edərək onlarla “ideoloji maarifləndirmə” işi aparıblar. Həmin şəxslər sonradan Əfqanıstan və Pakistandakı təlim düşərgələrinə göndərilib.
“Axtarışlar zamanı ekstremist məzmunlu ədəbiyyat, rabitə vasitələri və qruplaşmanın fəaliyyəti ilə bağlı hesabatların saxlanıldığı elektron daşıyıcılar aşkarlanaraq götürülüb”, - deyə məlumatda bildirilir.
“Təbliği camaat” ekstremist təşkilatının məqsədi Rusiyada xəlifət yaratmaqdır. Beynəlxalq terror təşkilatlarını dəstəkləyən qruplaşmaya əcnəbi vətəndaşlar başçılıq edir.
Rusiya Ali Məhkəməsi 2009-cu ildə “Təbliği camaat” təşkilatının ölkədə fəaliyyətinə qadağa qoyub.
Rusiya və Türkiyənin mülki aviasiya qurumları arasında iki ölkə arasında yeni aviareyslərin açılmasına dair razılıq əldə olunub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeni uçuşlar İstanbul – Jukovski, İstanbul - Qroznı, Moskva – Antalya marşrutları üzrə həyata keçiriləcək.
Məlumata görə, iki ölkə arasında anlaşma memorandumu 20-21 dekabr tarixlərində Moskvada imzalanıb.
Leyla Əliyeva 3 iyul 1985-ci il tarixində Rusiyanın Moskva şəhərində anadan olmuşdur. O, Londonda və Moskvada təhsil almış, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) magistr pilləsini bitirmişdir. 12 iyul 2011-ci il tarixində Leyla Əliyeva Azərbaycanda və dünyada ekoloji məsələlər ilə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi ilə əlaqədar IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının əsasını qoymuşdur. IDEA planetimizin üzləşdiyi ekoloji problemlərin həllində gənclərin aktiv iştirakını təmin etməyi hədəfləmişdir.
10 may 2007-ci il tarixindən O, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə rəhbərlik etməyə başlamışdır. Heydər Əliyev Fondu təhsil, ictimai sağlamlıq, mədəniyyət, idman, elm, texnologiya və ətraf mühit sahəsində həyata keçirdiyi layihələrlə sosial və iqtisadi inkişafa davamlı olaraq xüsusi töhfələr vermişdir. 2011-ci ildən etibarən Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti vəzifəsində çalışır.
2007-ci il yanvar ayının 19-da Leyla Əliyeva Moskvada möhtəşəm “Baku” jurnalını təsis etmişdir. Jurnalın ingilis dili buraxılışı Kond Nast ilə birgə əməkdaşlıq çərçivəsində 2011-ci ilin oktyabr ayında İngiltərənin London şəhərində işıq üzü görmüşdür. Jurnal incəsənət, mədəniyyət və Azərbaycan ilə yaxından tanış olmaq üçün əvəzolunmaz vasitədir. 2012-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi adlı yeni layihə start götürmüşdür. London şəhərində açılan sərgi daha sonra Avropanın Paris, Berlin, Moskva, Roma, Vyana kimi müxtəlif şəhərlərində baş tutmuşdur.
8 may 2008-ci il Şuşa şəhərinin işğalının il dönümündə Leyla Əliyeva “Xocalıya ədalət” adlı kampaniyanın əsasını qoydu. Kampaniya hal-hazırda 30 ölkədə uğurla davam etdirilir. Kampaniyanın əsas məqsədi beynəlxalq birlikləri Xocalı faciəsi ilə bağlı media, internet vasitəsilə, eyni zamanda müxtəlif tədbirlər həyata keçirməklə məlumatlandırmaq, onun beynəlxalq səviyyədə anılmasına nail olmaqdır.
2008-ci ilin may ayında Leyla Əliyeva İslam Ölkələri Təşkilatının “Mədəniyyətlərarası dialoq üzrə gənclər forumu”-nda baş koordinator olmuşdur. 18 aprel 2009-cu ildə O, Rusiyada Azərbaycanlı Gənclər Biriliyinin (AMOR) sədri seçilmişdir. 2011-ci ilin iyul ayında Leyla Əliyeva Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfələrə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. O, həmçinin 2011-ci ildə Nyu-Yorkda uşaqlar ilə bağlı humanitar layihələrdə iştirakına görə "Key to Life" (Həyata açar) fəxri mükafatına layiq görülmüşdür.
25 may 2015-ci il tarixində Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri adına layiq görülmüşdür.
20 oktyabr 2015-ci il tarixində Rusiya Federasiyasının "Puşkin" medalı ilə təltif edilib.
Leyla Əliyevanın iki oğlu və bir qızı var.
Biz BİR DÜNYA, BİR GƏLƏCƏK naminə öhdəmizə düşən məsuliyyəti öz üzərimizə götürürük!
1- Tərkibində bol miqdarda zülal, karbonhidrat, kalsium, natrium, kalium, B1, B2 və B6 vitaminləri var.
2- Ehtiva etdiyi omeqa 3 doymamış yağlar, balıqla müqayisə edilə biləcək səviyyədədir. Bu səbəblə semizotu, sizi xərçəngə qarşı qoruyar.
3- Baş ağrısı və bədəndəki digər ağrılara yaxşı gəlir.
4- Böyrəkdəki qum və daşı tökər.
5- Kilo verməkdə təsirlidir.
6- Ehtiva etdiyi yüksək nisbətli lifiylə qəbizliyə yaxşı gəlir.
7- Mədə və bağırsaq xəstəliklərində faydalıdır.
8- Qanın laxtalanmasını asanlaşdırıcı təsiri səbəbiylə xüsusilə iç qanamaları dayandırmaqda faydalıdır.
9- Mütəxəssislər, semizotu, yaşıl salat olaraq məğlub yeyilsə faydasının çox olduğunu ifadə edir.
2017-ci ilin gəlməsinə çox az qalıb. Bəs qarderobunuz yeni ilə hazırdırmı? Aile.lent.az dəbdən geri qalmaq istəməyənlər üçün 2017-ci ilin geyim trendlərini təqdim edir.
Cins şalvar əksər xanımların qarderobunda əsas yeri tutur. Əgər sevimli cins şalvarınız köhnəlib, korlanıb, yaxud rəngi solubsa, onu dərhal atmağa tələsməyin. fotolara baxaraq, onları yenidən dizayn edə bilərsiniz.
Çoxları təbii qidalarla arıqlama üsullarına daha çox üstünlük verirlər. Belə üsullardan biri də sumaqlı qatıq kürüdür. Aile.lent.az bu kürünün hazırlanma qaydasını təqdim edir.
Sumaq bədəndəki toksinləri atmaq üçün mükəmməl bir ədviyyatdır. Daim istifadə edildikdə mədədəki köpü aradan qaldırır və bağırsaqların nizamlı şəkildə işləmisini təmin edər. Beləcə, arıqlamağınıza da kömək edər. Meyxoş dadı olan sumaq tez doymağınızı təmin edər və gərəyindən çox yemənizə mane olar. Qatıq da bağırsaq sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Qatığın içərisində olan asetik maddələr sayəsində bel bölgəsindəki yağlardan xilas ola bilərsiniz.
Sumaqlı qatıq kürüsünün hazırlanması olduqca sadədir.
- 1 böyük kasa tam yağlı qatıq
- 1 xörək qaşığı sumaq
Hazırlanmas:
Qatığı və sumağı bir kasada qarışdırın və yeyin. Üstündən qurtum-qurtum su için. Yaxşı olar ki, bu qarışımı axşamçağı saat 16.00-17.00 arası yeyəsiniz.
Rusiyanın "Birinci” kanalının azərbaycanlı aparıcısı İradə Zeynalova ikinci dəfə ərə gedib.
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, o, hərbi müxbir Aleksandr Yevstiqneyev ilə ailə qurub. Toy mərasimində cütlüyün ailə üzvləri, yaxın dostları iştirak edib.
Qeyd edək ki, A. Yevstiqneyev bundan əvvəl müxbir Natalya Ustyuqova ilə evli olub.
İ. Zeynalova isə jurnalist Aleksey Samolyotov ilə 10 il ailəli olub və 2015-ci ildə boşanıb. Onun bu nikahdan Teymur adlı oğlu var
Hollivud aktyoru Coni Depp boşanma ərəfəsində olan həyat yoldaşı Ember Herd tərəfindən məhkəməyə verilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, buna səbəb aktyorun xanımının tələb etdiyi 6,8 milyon dollar dəyərində olan təzminatı ödəməməsidir.
Herd jurnalistlərə müsahibəsində həmin pulları təcavüzə məruz qalan qadınlara və xəstəxanalara verəcəyini bildirib.
Lakin Depp sabiq həyat yoldaşının yalan danışdığını və onun xeyriyyə işi görməyəcəyini vurğulayır və təzminat verməkdən boyun qaçırır.
Ember, eyni zamanda, Conidə qalan “Range Rover” markalı avtomobilini, bəzi geyimlərini və əşyalarını da tələb edir.
Qeyd edək ki, cütlük 2015-ci ildə ailə həyatı qurub.
TV8-də yayımlanan "O səs Türkiyə" müsabiqəsində çıxış edən azərbaycanlı iştirakçı Mehman Tağıyev hər kəsi özünə heyran edib.
Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, həmyerlimiz "Sarı gəlin" xalq mahnısını ifa edib. O, performansı ilə Sibel Can, Murat Boz, Hakan-Gökhan və Hadisəni özünə tərəf döndərə bilib. Münsiflər ifaçının səsini çox bəyəndiklərini deyərək, ondan ikinci dəfə "Sarı gəlin"i ifa etməyini istəyiblər.
Qeyd edək ki, M. Tağıyev daha öncə "Azərbaycanın səsi" yarışmasında birinci olub.
Terror aktında ağır yaralananlardan daha biri dünyasını dəyişib. Bununla da, şəhid olanların sayı 14-ə yüksəlib. Daha bir neçə yaralının vəziyyəti də ağır olaraq qalır.
**
14:10
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Kayseridə törədilən terror aktı ilə bağlı açıqlama verib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir teraktın nəticələrini açıqlayıb. O bildirib ki, hazırda xəstəxanalarda 55 yaralı var. Yaralıların 12-si reanimasiyadadır. Onlardan 6-nın vəziyyəti ağırdır.
Nazirin sözlərinə görə, şəhid olan 13 hərbçidən 8-nin şəxsiyyəti müəyyənləşdirilib.
**
12:20
Türkiyənin Genelkurmay Başqanlığı bu gün səhər saatlarında Kayseridə hərbçiləri daşıyan avtobusun partladılmasının nəticələri ilə bağlı açıqlama yayıb. Lent.az "Sozcu"yə istinadən xəbər verir ki, qurumdan verilən məlumata görə, terror aktı nəticəsində 13 hərbçi şəhid olub, 48 hərbçi isə yaralanıb.
Hadisə nəticəsində çox sayda mülki vətəndaşın da yaralandığı bildirilir.
**
11:49
Hakim Ədalət və İnkişaf Partiyasının Kayseridən olan deputatı bildirib ki, qeyri-rəsmi məlumata görə, baş verən terror aktında 9 nəfər şəhid olub, 15-dən çox yaralı var. O da məlum olub ki, baş nazir Binəli Yıldırım və daxili işlər naziri hadisə yerinə gedir.
**
10:40
Türkiyənin Kayseri şəhərində bir ictimai nəqliyyatda partlayış baş verib. Lent.az “Hüriyyət”ə istinadən xəbər verir ki, hadisə şəhərin Ərciyəz Universitetinin önündə baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində bir neçə nəfər ölüb, xeyli sayda yaralı var. Polisdən bildirilib ki, hadisə terror aktına bənzəyir. Hərbçiləri aparan avtobusa yaxınlaşan bir maşın qəfildən partlayıb.