Müğənni Xatun Əliyeva “Eşq qadını” adlı yeni mahnısını təqdim edib. Lent.az-a açıqlama verən ifaçının prodüseri Pənah Eldaroğlu bildirib ki, sözləri Arzu Yahyayevaya, musiqisi NadeeR Nağdpula məxsus olan mahnı sevgidən bəhs edir: “Yeni mahnıda sevgilisi tərəfindən aldadılan xanımın ayrıldıqdan sonra çəkdiyi sevgi əzabı öz əksini tapıb. Ayrılıq acısı çəkən xanım sevgilisindən fərqli olaraq saf eşqin qadını olduğunu vurğulayır. "Eşq qadını" adlı mahnını müğənni Xatun Əliyeva nakam sevgisinə həsr edib”
“Müəyyən səbəblərə görə, artıq heç bir efirə çıxmıram”. Bu sözləri Lent.az-a açıqlamasında ana olmağa hazırlaşan, müğənni Şəbnəm Əsədova ( Tovuzlu ) deyib. O bildirib ki, növbəti dəfə həmkarı Talıb Talehdən mahnı oxuyub: “Bir çox televiziyalar məni efirlərə dəvət edirlər. Amma bu təkliflərin hamısına yox deyirəm. İstəmirəm ki, efirə çıxım və açıqlama verim. Açıqlamamı da yozub, məni sosial şəbəkədə tənqid etsinlər. İnşallah ana olduqdan sonra efirə çıxacam. Ona görə də bir kənara çəkilib, öz işimlə məşğulam. Yeni mahnılar, fotosessiyalar etdirmişəm. Bu gün təqdim etdiyim mahnının söz və musiqisi Talıb Talehdəndi. Bəstəni ilk dəfə eşidəndə bəyəndim, inanıram ki, dinləyicilər də bəyənəcək”.
Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, 7.5 km dərinlikdə 5.3 bal gücündə baş verən zəlzələ Çanaqqala və Tekirdağda daha çox hiss olunub. Kandilli Rəsədxanası isə zəlzələnin 5.5 bal gücündə olduğunu qeyd edib.
Rejissor Kənan M.M yeni çəkilən yerli filmlərin tənqid olunmasına münasibət bildirib.
Lent.az xəbər verir ki, musavat.com saytına açıqlama verən rejissor bildirib ki, yerli filmləri tənqid etmək doğru deyil: “Bu yaxınlarda "3 badam 1 qoz" filmini sosial şəbəkədə paylaşıb, dəstək oldum. Bununla əlaqədar daha sonra tənqid olundum. Hamı dedi ki, bu, nə filmdir, camaatın zövqünü korlayırsınız. İnsanların zövqü onsuz da bu kinolara kimi korlanıb. Yaxşı film başqa, çox izlənən film isə başqadır. Hollivuddan bura filmlər gəlir. 2-3 gün izlənir, sonra nümayişi dayandırılır. Amma heç kim o filmin pis olduğunu deyə bilməz. Sadəcə onun tamaşaçısı yoxdur. O kinonun yox, bizim problemimizdir. Rövşən İsaxın “Aktrisa” filmi çox gözəl filmdir, hamı izləməlidir. Qürurverici haldır ki, Kann Festivalında iştirak edib. Əsas deyil ki, mükafat alsın. Əsas odur ki, ora kimi gedib çıxıb. Məni üzən hadisələrdən biri o oldu ki, Azərbaycan tamaşaçısı, rejissoru üstünlüyü komediyaya verib. Çünki pul ordadır. Kino isə onda deyil. Bu günə kimi ən çox sevdiyim film "Oğlan evi-1" olub, ən çox güldüyüm isə "3 badam 1 qoz" olub. Deyə bilmərəm ki, “3 badam, 1 qoz” peşəkar çəkilib. Bu, adıma zidd olar. Amma aktyor oyunu çox gözəldir, o filmdə istedadlı uşaqlar rol alıb. Mənim yaralı yerim budur ki, insanlar drama da baxsınlar. Əgər bunu bacarırıqsa, o birini də bacarmalıyıq. "Gecə qonağı-2"ni çəkmişəm, göstərməyə qorxuram. Özümə söz vermişəm ki, 2 il ərzində "Youtube"də heç bir şərhi oxumayacağam. Bundan əvvəlki şərhləri oxudum. Bir tərəfdən sevindim, bir tərəfdən üzüldüm. Sevinirəm ki, deyirlər, bunu bizimkilər çəkib? Üzülürəm ki, bizim çəkdiyimizə inanmırlar. Bunu lift ustası, “Kamaz” sürücü çəkməyib. Bunu rejissor çəkib, normalda da belə olur. İnanıram düzələr, bilmirəm o günü görəcəyəm, yoxsa yox”.
Rejissor qalmaqala səbəb olan, uzun müddət tənqidlərə məruz qaldığı “Gecə qonağı” filminin ikinci hissəsindən də bəhs edib: “Gecə qonağı” filminə görə tənqid olundum. Mənim həyat fəlsəfəm başqadır. Əgər biri səni tənqid edirsə, nifrət edib qısqanırsa, deməli, sənin yerində olmaq istəyir. Mən öz işimlə məşğul oldum. Həyat məni atıb-tutdu, sonra da indiki yerimə qoydu. Universiteti oxuyanda Kənan M.M olmaq haqda düşünmürdüm. Öz işimi gördüm. Tənqidlər çox oldu. Biri yazıb ki, axıra kimi baxdım, xoşuma gəlmədi. Xoşuna gəlmirsə, niyə axıra kimi baxırsan? Yazırlar ki, siz istəyərsiniz, bu filmə övladlarınız baxsın? Mənim övladım gecə saat bir də yatır. Sənin övladın o vaxtı niyə oyaqdır? Hər bir filmin öz yaş həddi var. Sultan Süleymanla Hürrəmin hamamda çimmə, "Kara sevda"da öpüşmə səhnəsinə baxanlar məni qınadı. Deyirlər ki, mən azərbaycanlıyam, belə film çəkməməliyəm. Guya mənim qeyrətimi çəkirlər, amma özlərindən bixəbərdirlər. Bunlara fikir versəydim, yarıyolda qalardım. “Gecə qonağı -2” və “Qayıdış” indiyə kimi çəkdiyim filmlərdən biri yox, birincisidir. Musiqi, görüntü rejissoru Türkiyədən gəlib. İdeya İlqar Fəhminin, ssenari özümündür. Baş rolda aktrisa Pərvin Abıyeva və oğlum Hüseyn çəkilib”.
Kənan M.M ekran işində Fərda Xudaverdiyevin çəkilməməsinin səbəbini də açıqlayıb: "Aramızda anlaşılmazlıq olmayıb. Çox pul istədi, mən də verə bimədim. Fərda istədiyindəndə artıq pula layiqdir. Biz əlimizdə olanlarla hərəkət edirik. Fərda ilə razılığa gələ bilmədiyimiz üçün ssenarini başdan dəyişdim. Bu işdir, ona görə aramızda heç bir narazılıq yaranmadı. Fərdanın mənə borcu yoxdur. Adam haqqını istəyib, verə bilməmişəm, çəkilməyib”.
Bu gün Türkiyə hüquq-mühafizə orqanları İŞİD terror təşkilatının ölkədəki gizli şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirib.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, səhər saatlarında Ankara, İstanbul, Bursa və İzmir başda olmaqla, bir çox şəhər və rayonlarda eyni vaxtda əməliyyat başlayıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində Ankarada 60, İstanbulda 18, Bursada 46 İŞİD üzvü olmaqda şübhəli sayılan şəxs saxlanılıb. Konyada 75 nəfərin saxlanılması barədə qərar var. Saxlanılan şəxslərin terror aktı törətməyə hazırlaşdıqları bildirilir.
Saxlanılanlardan 10-u uşaq olmaqla, 14 nəfər xarici ölkə vətəndaşıdır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinə iki müavin təyin olunub.
"APA-Economics"in əldə etdiyi məlumata görə, Azərbaycan prezidentinin 2 fevral 2017-ci il tarixli sərəncamları ilə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavinləri təyin edilib.
Bunadək N. Rəhimov komitənin Aparat rəhbərinin müavini, R. Babayev isə adıçəkilən qurum yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifələrində çalışıb.
Qeyd edək ki, R.Babayev xalq artisti, deputat Zeynəb Xanlarovanın oğludur.
Amerikalı pop ulduzu Beyons növbəti dəfə ana olacaq. Lent.az-ın məlumatına görə, tanınmış ifaçı sosial şəbəkədə paylaşım edərək bildirib ki, əkiz uşaq anası olacaq.
Qeyd edək ki, Beyons rep ifaçısı Cey Zi ilə evlidir. Cütlüyün 5 yaşlı qızı da var.
Xalq artisti Amaliya Pənahova növbəti dəfə imicində dəyişiklik etdirib. Lent.az-ın məlumatına görə, aktrisa saçlarını qısaldıb. Onun yeni görkəmi sosial şəbəkədə maraqla qarşılanıb.
Xatırladaq ki, aktrisanın yeni şəklini əməkdar artist Mətanət İsgəndərli sosial şəbəkədə paylaşıb. O, bildirib ki, foto Amaliya Pənahovanın həyat yoldaşı, mərhum Yusif Muxtarovun anım günündə çəkilib alınıb.
Türkiyənin tanınmış müğənnisi Tarkan uşaqlıq fotosunu sosial şəbəkədə paylaşıb. Lent.az-ın məlumatına görə, ifaçı şəklə "Bu baxışlara baxın... Artist" şərhini qeyd edib.
Müğənni İzzət Bağırzadə gələcəkdə övladlarının müğənni olmaq istəmədiyini söyləyib. Lent.az-ın məlumatına görə, ifaçıbu barədə "Gəlin danışaq" verilişində danışıb: "Qətiyyən istəmirəm ki, onlar müğənni olsunlar. Çalışdığım qədər onları uzaq tutacam, bununla mübarizə aparacam. Bu sənətlə tanınıb çörək qazanmışam. Amma istəmirəm ki, mənim keçdiyim çətin yollardan keçsinlər".
Aİ və Türkiyə arasında vizasız rejimin bəzi aspektləri üzərində hələ işləmək lazımdır. APA-nın N24 telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Ankarada səfərdə olan Almaniya kansleri Angela Merkel Türkiyənin baş naziri Binali Yıldırımla birgə mətbuat konfransında bildirib.
“Vizasız rejimin təmin olunması yolunda çox işlər görülüb, lakin bəzi bəndlər hələ də açıq qalmaqdadır, onlar hələ işlənilməlidir”, - deyə Merkel qeyd edib.
Fevralın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti olacağı gözlənilir.
Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında isə sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz saatlarında Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, fevralın 3-4-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Bu zaman böyrəklərdə və/və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir.
Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir. Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar (bu barədə xəstəliyin simptomları bölməsində oxuya bilərsiniz) və digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər.
Böyrək daşı xəstəliyinin risk faktorları:
- irsi meylliliyin olması;
- mədə-bağırsaq (qastrit, kolit, xora xəstəliyi və s.) və sidik-cinsiyyət sisteminin (pielonefrit, prostatit, prostat vəzin adenoması, sistit və s.) xroniki xəstəlikləri;
- qalxanvariyanı vəzin funksiyasının pozulması;
- osteomielit, osteoporoz, sümüklərin digər xəstəlikləri və ya travmaları;
- müxtəlif mənşəli zəhərlənmələr və ya infeksion xəstəliklər nəticəsində orqanizmin uzun müddət susuzlaşması;
- orqanizmdə baş verən vitamin (xüsusən D qrupu) çatışmazlıqları;
- sidiyin turşuluğunu artıran qida məhsullarının (kəskin, turş, duzlu qidalar) daimi şəkildə qəbul edilməsi;
- tərkibində duzların yüksək səviyyədə olduğu suların qəbul edilməsi;
- coğrafi faktor. İsti iqlim şəraitində yaşayan insanlarda böyrək daşı xəstəliyinin inkişaf etmə ehtimalı daha yüksək olur;
- ultrabənövşəyi şuaların daimi olaraq çatışmazlığı.
Böyrək daşı xəstəliyinin əlamətləri:
- Bel nahiyəsində olan ağrılar. Bel nahiyəsində (sağ və solda olmaqla bir və ya ikitərəfli)olan küt, üzücü ağrı fiziki gərginlik və ya sadəcə olaraq, bədən vəziyyətinin dəyişməsi zamanı daha da artır. Bu, sidik xaric edən orqanlarda daş olmasının ən xarakterik əlamətlərindən biridir. Daş böyrəkdən sidik axarına keçdikdə ağrı qarının aşağı hissəsində, qasıq nahiyəsində, cinsiyyət orqanlarında hiss olunur, bəzən isə ağrı ayağa da yayıla bilər. Güclü ağrı tutmasından (sancısından) sonra daşlar sidik ilə birlikdə xaric ola bilərlər.
- Böyrək sancısı. Bu zaman bel nahiyəsində həddən artıq ağrı tutması baş verir. Azalaraq və yenidən başlayaraq ağrı tutması bir neçə gün ərzində davam edə bilər. Daş yerini dəyişdikdə və ya sidik axarından sidik kisəsinə düşdükdə ağrı kəsilir.
- Sidik ifrazının tezləşməsi və ağrılı olması. Belə ağrılar – daşların sidik axarında və ya sidik kisəsində olmasına dəlalət edir. Bəzi hallarda sidik kisəsi boşalmasa da sidik ifrazı birdən kəsilə bilər. Bu “tıxanma” sindromu kimi adlandırılır və bədənin vəziyyətini azca dəyişən kimi, sidik ifrazı davam edir.
- Sidikdə qanın olması. Sidikdə qanın olması güclü böyrək sancısından və ya ağır fiziki gərginlikdən sonra baş verə bilər.
- Sidiyin bulanması.
Arterial təzyiqin yüksəlməsi.
- Bədən temperaturunun 38-40°C-yədək yüksəlməsi – proses pielonefritin qoşulması üçün xarakterikdir;
Müalicəsi
Bu xəstəliyin müalicə metodu daşın (və ya daşların) ölçülərindən, onların yerləşməsindən, xəstənin vəziyyətindən və s.-dən asılıdır. Əsas müalicə metodları – konservativ (dərmanların köməyi ilə) müalicə metodu və cərrahi metoddur.
Konservativ metod daşların ölçüləri 3-5 mm qədər olduqda istifadə oluna bilər. Xəstəyə xüsusi dərman preparatları, fizioterapiya, homeopatiya (otlarla müalicə), pəhriz (daşın mineral tərkibindən asılıdır) təyin olunur. Nəzərinizə çatdıraq ki, böyrək daşı xəstəliyi çox ağır və təhlükəli xəstəlikdir ki, müalicə olunmadığı halda müxtəlif ağırlaşmalara (böyrəyin irinlənməsi, xroniki böyrək çatışmazlığı və s.) və hətta xəstənin həlak olmasına gətirib çıxara bilər. Bu səbəbdən heç bir halda həkimin məsləhəti olmadan dərman və hətta xalq təbabəti üsullarından istifadə etməyin. Öz-özünə müalicə çox ağır nəticələrə gətirib çıxara bilər.
Müalicə zamanı xəstə maye qəbulunu artırmalıdır ki, xırdalanmış daşlar sidiyin axarı ilə böyrəklərdən daha asan xaric olunsun. Gün ərzində xəstə 2,5-3 və daha artıq təmiz filtrdən keçirilmiş su qəbul etməlidir. Daşların böyrəklərdən xaric olunması bəzən ağrılı olduğuna görə həkim xəstəyə ağrıkəsici preparat təyin edə bilər.
Tam təbii yolla qalxaraq Böyrək daşlarının müalicəsi Flexible URS Holmium Lazerlə böyrək və sidik axarı daşlarının parçalanaraq çıxarılması sadə əməliyyatlar sırasındadır. Bu üsulla Böyrək daşlarını 30 dəqiqə ərzində heç bir kəsik və dəlik olmadan çıxarılması və xəstənin həmən günü evə yola salınması bunu təsdiqləyir.
Əksər hallarda kişilərdə rast gəlinsə də, bəzi növ daşlar daha çox qadınlarda rast gəlinir. Böyrək daşları bir çox səbəblərdən əmələ gələ bilir:
İrsi-genetik
Çox miqdarda duz qəbulu
Adinamiya (hərəkətsizlik)
Az maye qəbulu
Hipertoniya (yüksək təzyiq)
Bədən çəkisinin çox olması
Böyrək və sidik yolları infeksiyaları və s.
Böyrək daşları dəyişik ölçü, şəkil və rəngdə ola bilir. Dəniz qumu zərrəsindən qolf topu böyüklüyünə qədər daşa rast gəlinə bilir. Çoxu düz və oval şəkillidir.Bəziləri çıxıntlı və haçalanmış ola bilir. Daşın rəngi kimyəvi birləşmələrdən asılıdır. Çoxu sarı-qəhvəyi, bəzilərı qaradır.
Rastgəlmə tezliyi:
Olduqca sıx görülən bir xəstəlikdir. Kişilərin 10-15%-i, qadınların 5%-də görülür. İlk olaraq 20-30 yaşlarda ortaya çıxır. Xüsusilə kişilərdə, bir dəfə daş yaranmış kişilərin 2/3-də təxmini 9 il içində daş təkrarlanır.
Böyrək daşları hansı hallarda daha çox görülür?
Ümumiyyətlə böyrək daşı yaranmasınin səbəbləri aşağıdakılardır:
Az maye qəbulu
Qidalanma vərdişi (artıq kalsium və vitamin D qəbulu)
Genetik faktorlar
Sidik yolu infeksiyaları
Böyrəyin quruluş anomaliləri
İsti iqlim qurşağı
Bəzi bağırsaq xəstəlikləri və ağır əməliyyatlar
Sidikdə normadan artıq kalsium, sistin, oksalat atılımı
Sidik pH-da dəyişiklik( mühitində)
Əvvəllər böyrək daşı olanlar
Sidik yollarında yad cisimlər
Uzun müddət hərəkətsiz qalma
Artıq çəki
Statistika
Kişilərdə böyrək daşı qadınlara nisbətən daha çox görülür
Az hərəkət tələb edən iş qruplarında və yataq xəstələrində sidik yollarında daşlar daha çox görülür
Qaraciyər çatmazlığı, vitamin D çoxluğu kimi bəzi xəstəliklər daş yaranmasını asanlaşdırır
Daşlar kimyəvi tərkiblərinə, rəng və qırıla bilmək özəlliyinə görə fərqlilik göstərirlər. Ən çox urat və oksalat daşları görülür.Bu daşlar böyrəkdə qala bilər, böyüyə bilir və ya hərəkət edərək sidik axarına və sidik kisəsinə düşə bilir.
Böyrək daşının əlamətləri nələrdir?
Xəstəlik əlamətləri daşın yerləşdiyi bölgəyə görə dəyişir. Daş sidik yollarını bütünlüklə tutarsa, klinik daha ağır gedişli olur. Bu tıxanma nəticısində, sidiyin geri yığılması ilə sidik yollarında tez-tez ilihab və ciddi böyrək zədələnmələri yaranır. Belə vəziyyət uzun müddət davam edərsə böyrək iltihabına və ya hidronefroz deyilən böyrək divarının incəlməsi və böyüməsinə səbəb olur. Böyrək daşları hərəkətedib sidik yollarına və sidik kisəsinə düşə bilər.Bu vəziyyətdə böyrək daşı düşdüyü yerdə ciddi zədələnməyə səbəb olur və xəstədə dayanılmaz ağrılara səbəb olur.
Əsas əlamətləri
Dözülməz ağrılar,
Qanlı sidik, Sidikdə qan (gözlə görülə bilən və ya mikroskopik qanlı sidik)
Ağrı davamlı ya da təkrarlayan ola bilir.
Əgər daş sidik kisəsində olsa ağrı xüsusilə qarının alt hissəsində hiss edilir.
Şiddətli ağrı
Ürəkbulanma və qusma
Pis iyli sidik ifrazı
Sidik ifrazı zamanı yanma hissi
Temperatur və titrəmə (infeksiya varsa)
Böyrək daşının tipləri
Kalsium oksalat və kalsium fosfat daşları:
Bu daşlar bütün daşların 75%-ni təşkil edir
Kalsium bütün orqanizm üçün önəmli olan bir mineraldır. Sümüklərin və dişlərin əsasını təşkil edir, əzələ yığılması və digər əhəmiyyətli funksiyalarda rol oynayırlar. Qidalarla alınan kalsiumun bədənin ehtiyacı olan hissəsi bağırsaqlardan sorulur, lazım olmayan hissısi isı böyrəklərdən atılır. Bəzi insanlarda kalsium boyrəklərlə atılması artır və kalsium oksalat daşları əmələ gəlir
Kalsium oksalat daşı yaranmasının 40%-də ailədən keçən (irsi) faktorlara bağlıdır. Bəzilərində proses istifadə olunan dərman preparatları ilə əlaqəli yaranır. Qalxanabənzər ətraf vəzin hiperfunksiyası, yüksək miqdarda vitamin C qəbulu da başqa səbəblərdir
Sitrat sidikdə kalsium va oksalatın birləşərək kristal yaratmasının qarşısını alan bir maddədir. Sitratın azalması da daşin yaranma səbəbidir
İnfeksiyalı daşlar:
Böyrək daşlarının 10-15%-de sidik yolu infeksiyası mövcuddur. Qadınlarda sidik yolu infeksiyasına daha çok rast gəlinir
Urat daşları:
Böyrək daşlarının 10%-ni təşkil edir. Bu normal orqanizm metabolizması ilə yaranan bir maddədir. Qanda həll olaraq böyrəyə daşınır və buradan sidiklə atılır. Orqanizmdə mədə- bağırsak sistemi pozulmaları, bəzi dərmanların qəbulu, köklük, çoxlu ət istifadə edilməsi bu tip daşların yaranma səbəblərindəndir
Sistin daşları:
Anadangəlmə metabolik pozuntuları olan bəzi insanlarda sidikdə çox miqdarda sistin atılır və bu da yığılaraq daş əmələ gətirir. Bütün daş növləri içində ən nadir görülən tipidir. Müalicəsi digər daşlara görə daha çətindir və belə xəstələrə ömür boyu müşahidə gərəkdir.Böyrək daşlarında pəhriz
Oksalat daşları zamanı pəhriz
Məsləhətdir: Heyvani və bitki yağları, yumurta ağı, ət, balıq, quş əti, boyat ağ və qara çörək, tərəvəzlər (xiyar, balqabaq,ağ kələm), meyvələr (turş olmayan alma, armud, ərik, banan, heyva, şaftalı), tərəvəz supları, oksalitin çayı, 2 litrə qədər maye (zəif qələvi mineral sular, şirələr, gicitkən, cökə, gülümbahar dəmləmələri)
Qadağandır: Tərəvəzlər (quzuqulağı, ispanaq), meyvələr (qara qarağat, çiyələk, limon, portağal, naringi), şokolad, kakao, qəhvə, tünd çay, kalsiun və C vitamini tərkibli mineral sular və preparatlar
Məhdudlaşdırılır: Xörək duzu, ədviyyatlar, süd və süd məhsulları, tərəvəzlər (badımcan, yerkökü,çuğundur, paxlalılar, soğan, pomidor, bolqar bibəri, cəfəri, göbələk), yağlı ət çeşidləri, qaraciyər.
Urat daşları zamanı pəhriz
Məsləhətdir: Qələvi mineral sular, süd və süd məhsulları (pendir, kəsmik), kərə yağı, yumurta, tərəvəzlər (badımcan, bolqar bibəri, kartof, pomidor, cəfəri, dəfnə), yarmalar (buğda yarması, qarabaşaq), qoz, şəkər, şirin meyvələr, limon, uralitin çayı, şirniyyatlar, buğda və çovdar çörəyi, makaron məmulatları.
Qadağandır: Ət məhsulları (qaraciyər, böyrək, dil, beyin, dana əti, yağlı ət çeşidləri), piylər, qatı ət və balıq bulyonları, qırmızı şərab, pivə, şokolad, kalsium tərkibli mineral sular.
Məhdudlaşdırılır: Duz, ədviyyat, qəhvə, tünd çay, kakao, dəniz və çay balıqları, paxlalılar, mayalı çörək, tərəvəzlər (quzuqulağı, ispanaq), meyvələr (əncir, moruq).
Fosfat daşları zamanı pəhriz:
Məsləhətdir: Çörək və un məmulatları, heyvani və bitki yağları, bütün ət çeşidləri, balıq, yumurta, yarmalar, az miqdarda xama, tərəvəzlər (balqabaq, yaşıl noxud, lobya, göbələk), meyvələr (turş alma sortları, qaragilə, qarağat), açıq dəmli çay, qəhvə, kakao, itburnu dəmləməsi, fosfalitin çayı, şəkər, bal, qənnadı məmulatları.
Qadağandır: Mayalı çörək, süd və süd məhsulları (kəsmik, pendir, qatıq), tərəvəzlər (kartof, kələm, yerkökü, çuğundur, kabaçki, xiyar, pomidor), meyvə və tərəvəz şirələri, duzlu və hisə verilmiş ət və balıq, piylər.
Diaqnoz qoymaq üçün gərəkli olan müayinə və testlər:
Sidik ifrazat sistemin rentgenoqrafisayı
Ultrasəs müayinəsi (USM)
Venadaxili Pieloqrafiya—vena daxili verilən maddə ilə sidik yollarının görüntülənməsi
Kompüter tomoqrafiyası (KT)
Daşın tipini müəyyən etmək üçün gərəkli olan testlər:
Daş analizi
Qan testləri
24 saatlıq sidik müayinəsi: daş yaranmasında önəmli olduğu bilinən maddələr (kalsium, oksalat,sitrat və s.) və sidik mühitinin (pH) müayinəsi
Müalicə
Müalicə daşın tipinə görə dəyişir: əritmə, qırma, cərrahi üsul və müxtəlif vasitələrlə daş düşürmə
ESWL ( Bədən səthindən şok dalğaları ilə daş qırma)
Bu müalicə metodunda şok dalğaları bədən səthindən, orqanizmə ziyan etmədən daşa təsir edərək daşın qırılmasını təmin edir.Üsulda daşa birbaşa yönləndilən yüksək enerjili şok dalğası dəri və daxili orqanlara zərər vermədən daş üzərində təsir göstərir. Qırılan daşlar sidik yoluyla bədəndən atılır.
2sm-dən böyük, sərt və ya böyrəyi bütövlüklə dolduran daşlar üçün bu üsul uyğun deyil
Uretroskopiya (URS)
Bu üsul, sidik axarlarinin orta ve aşağı hissəsində olan daşların çıxarılması məqsədilə istifadə edilir. Sidik kanalından sidik kisəsinı, buradan sidik axarına girilərək daşın parcalanması və ya birbaşa çıxarılmasıdır.
Perkutan nefrolitotomiya (PCNL) (PERKUTAN DAŞ QIRMA)
Hal hazırda ən çox istifadə olunan üsuldur. Xəstənin arxa yan tərəfindən cəmi 1sm. böyüküyündə bir kəsik aparılır. Bu kəsikdən incə alətlər istifadə olunur. Fransa təhsilli tanınmış uroloq cərrah Dr. Araz Bayramov hətta hər iki Böyrək daşlarını eyni anda çıxardır. Mərcanvari Böyrək daşlarının yəni 8 sm dək olan Böyrək daşalrının müalicəsində qızıl standart Perkutan Nefrolitotomiyadır. Bizim təcrübəmizdə 8 sm (80 mm) lik daşların endoskopik çıxarılması 30 dəqiqə ərzində bitir.
Azərbaycanda ilk dəfə olaraq hər iki tərəfli Böyrək daşlarının eyni anda tam təbii yolla Holmium Lazerlə parçalanması Avropa Uroloqlar Cəmiyyətinin İdarə heyətinin üzvü Dr. Araz Bayramov tərəfindən həyata keçirilib.
https://www.youtube.com/watch?v=Rzo5XS5Tp-4
Fransa təhsilli Uroloq Cərrah Op. Dr. Araz Bayramov
Əksər hallarda böyrək kistaları insana heç bir narahatçılıq gətirmir və USM zamanı təsadüfən aşkar olunur.
Bu kifayyət qədər tez-tez rast gəlinən böyrək patologiyasıdır.
Böyrək kistası daxilində sarımtıl maye olan xoşxassəli yumuru törəmədir.Kistalar anadangəlmə və qazanılmış olur. Anadangəlmə kistaların inkişaf etmə səbəbləri:
- irsiyyət. Adətən belə kistalar yaxın qohumalar arasında aşkar olunur.
- hamiləlik zamanı ananın orqanizminə mənfi faktorların (spirtli içkilərin qəbulu, siqaretlərin çəkilməsi, bətndaxili infeksiyalar, intoksikasiyalar və s.) təsiri.
Qazanılmış böyrək kistaların əmələ gəlmə səbəbləri tibbdə hələ ki dəqiq məlum deyil. Alimlərin fikirinə görə, sadə böyrək kistaları əksər hallarda müxtəlif böyrək travmalarından sonra (yıxılma, zərbə və s.) və müxtəlif böyrək və sidik ifrazı yolları iltihablar və infeksiyalardan sonra inkişaf edə bilər.
Kiçik ölçülərdə olan böyrək kistaları bir çox hallarda heç bir simptomla özünü büruzə vermir. Lakin daha iri kistalar insanın bel nahiyəsində olan küt ağrılara səbəb ola bilər. Bu ağrılar fiziki gərginliklərdən sonra artır. Kistanın irinləməsi və ya yırtılması bel nahiyəsində güclü ağrılara səbəb olur.
Böyrək kistalaları müxtəlif olur: sadə kista (ən tez-tez təsadüf edilən kista növü), dermoid kistası, polikistoz və s. Böyrək polikistozu irsi patologiyadır. Bu zaman böyrəklərin üzərində çoxlu sayda kiçik kistalar olur ki, böyrək üzüm salxımına bənzəyir.
Kistaların ölçüləri bir neçə mm-dən başlayaraq 10 sm kimi ola bilər. Kistanın daxilində adətən sarımtıl maye olur. Dermoid kistaları istisnadır. Bu anadangəlmə kistaların içərisində piy toxuması, tüklər, dəri hissəcikləri və hətta dişlər ola bilər.
Əgər sizdə USM zamanı böyrək kistası aşkar olunubsa, mütləq uroloqa müraciət edin. Kistalar heç də ziyansız deyil. Kistalar çox ağır fəsadların inkişafına səbəb ola bilər.
Bu fəsadların arasında:
- böyrəkdə qan dövranın pozulması (böyrək toxumasının kista ilə sıxılması nəticəsində),
- kistanın xərçəngə çevrilməsi,
- arterial hipertenziyanın inkişafı,
- böyrək çatışmazlığı,
- pielonefrit (böyrək iltihabı),
- kistanın irinlənməsi və yırtılması.
Adətən sadaladığımız pozulmalar iri kistalar zamanı inkişaf edə bilər. Kiçik kistalar heç bir xüsusi müalicə tələb etmir, həkim yalnız dinamik nəzarət tövsiyə edir. Bu o deməkdir ki, xəstə 1 ildə 1-2 dəfə USM-dən keçməlidir. Kista böyüməyə başladıqda və ya kistanın fonunda hər hansı fəsadlar inkişaf etdikdə.
Laparoskopik yolla Böyrək Kistası rezeksiya olunaraq çıxarılır. Laparoskopik üsulun üstünlüyü əzələlər kəsilmədən kiçik dəliklərlə Böyrək Kistasının rezeksiyasıdır. Heç bir kəsik olmadan istənilən ölçüdə olan böyrək kistaların çıxarılması 40 dəqiqə ərzində həyata keçirilir.
Kişilər üçün prostat xərçəngi – qadınlar üçün döş xərçənginə bərabərdir. Prostat xərçəngi boğaz xərçəngindən sonra kişilər arasında yayılan ən birinici ölüm səbəblərindəndir. .
Bu yazıda prostat xərçəngindən qorunmağın və müalicənin yollarından danışacağıq
Prostat xərçəngi nədən yaranır?
- Prostat xərçənginin yaranma səbəbləri müxtəlifdir: “Yaş faktoru əsas amildir. Kişinin yaşı nə qədər çox olarsa, prostat vəzinin xərçənginin inkişaf etməsi təhlükəsi bir o qədər artmış olur. Digər səbəblər sırasında kişi cinsiyyət üzvlərinin uzun müddət ərzində mövcud olan müxtəlif iltihabi və digər xəstəlikləri, piylənmə, irsiyyət, zərərli istehsal sahələrində işləmək, zərərli adətlərin olması və s. üstünlük təşkil edir. Təsadüfi deyil ki, prostat kişinin “ikinci ürəyi” adlandırılır. Prostat vəzi kişilərdə cinsi fəaliyyəti tənzimləməklə yanaşı, həm də sidikçıxarıcı funskiya daşıyır. Bu mənada insan həyatı üçün olduqca mühüm orqanlardan biridir. Prostat xəstəlikləri kişi sonsuzluğuna gətirib çıxarır. Amerika və Avropa Uroloqlar Cəmiyyətinin, xüsusən də Dünya Səhiyyə Təşkilatının hazırda müzakirə etdiyi əsas mövzu – prostat xərçənginin erkən aşkar edilməsidir. Prostat xərçənginin yaranma səbəbi multifaktorialdır. Yəni, müxtəlif səbəblərdən yarana bilər. Bu sırada erkən prostat xəstəlilklərinin vaxtında aradan qaldırılmaması, genetik faktorlar, xüsusən ata, baba, əmi və dayılarda bu xəstəliyin olması, piylənmə, qan təzyiqinin yüksək olması, şəkərli diabet və s. göstərilə bilər.
- Prostat xərçəngi vaxtında aşkar edilərsə...
Prostat xərçəngi erkən aşkar edilərsə, onu fəsadsız aradan qaldırmaq mümkündür. Yuxarıda qeyd etdiyim kimi, prostat xərçənginin aşkar edilməsi üçün Avropada, o cümlədən dünyada yeniliklər tətbiq edilir. Bu yeniliklər içərisində qanda prostat xərçənginin onkomarkerləri (PSA, PCA) yoxlanılmalı, prostat vəzinin rektal, yəni düz bağırsaqdan müayinəsi aparılmalı, transrektal ultrasəs MR fuzion prostat biopsiyası həyata keçirilmədir. Nəzərə almaq lazımdır ki, 40 yaşdan yuxarı kişilər ildə bir dəfə mütləq bu müayinələrdən keçməlidirlər. Prostat vəzi xərçəngi diaqnozu qoyulmuş kişi xəstələrin 80%-də prostat vəzinin biopsiyası məhz qanda PSA-nın yüksək olması səbəbindən aparılmış olur. Lakin prostat vəzi xərçənginin erkən diaqnostikasında barmaqla rektal müayinənin rolu mühümdür. Belə ki, 25 faiz hallarda prostat vəzidə düyünün müəyyən edilməsi və onun biopsiyasının aparılması məhz barmaqla rektal müayinə nəticəsində mümkün olur
- Müasir urologiyada prostat xərçəngini hansı yollarla aradan qaldırılır?
- Əgər transrektal ultrasəs MR fuzion prostat biopsiyası zamanı prostat xərçənginin olması təsdiqini taparsa, biz o zaman xəstəni digər müayinələrə cəlb edirik. Bu müayinələr arasında MRT, bədən sümük kütləsinin scintiqrafiya yolu ilə müayinəsi, metastazların inkar olunması üçün müayinələr daxildir. Metastaz aşkar edilmirsə, radikal prostatektomiya əməliyyatını həyata keçiririk. Bu əməliyyatın prinsipi prostat vəzinin tam olaraq çıxarılmasıdır. Onu da qeyd edim ki, təcrübəmizdə həyata keçirilən laparoskopik və açıq radikal prostatektomiya əməliyyatlarından sonra xərçəngdən azad olunan çoxsaylı xəstələrimiz var.
- Əməliyatdan nə qədər sonra xəstələr yenidən aktiv həyata qayıdırlar?
- Azərbaycanda qazandığımız uğurlardan biri laparoksopik uroloji əməliyyatların, xüsusən böyrək xərçənginin böyrəyi qoruyaraq, laparoskopik üsulla çıxarılması, böyrək ləyəni-sidik axarı darlıqlarının laparoksopik üsulla plastika edilməsi, o cümlədən prostat xərçənginin laparoskopik radikal prostatektomiyasıdır. Bu laparoskopik üsulların üstünlüyü tam kəsiksiz olub, estetik yolla aparılması, xəstələrdə əməliyyat sonrası ağrıların az müşahidə edilməsi, xüsusən də iş qabiliyyətini qısa müddətə bərpa etməsi ilə xarakterikdir.
Prostat xəstəlikləri hansı üsullarla müalicə edilir?
Xəstəliyin müalicə üsullarından qeyd edim ki, xəstəliyin dərəcəsindən asılı olaraq, müasir üsullarla qarşısı alınır: “Statistikaya görə, erkən aşkarlanan prostat xəstəlikləri, o cümlədən bədxassəli şişlər 90 faiz hallarda müalicəyə tabe olur. Hazırda tətbiq etdiyimiz üsul laparoskopik radikal prostatektomiya əməliyyatıdır. Biz prostat xərçənginə zəmin rolunu oynayan prostat adenomasını isə Avropa protokollarına uyğun ən müasir üsulla, XXI əsrin qızıl standartı olan - Plazma Kinetik TUR sistemi ilə müalicə edirik. Bu üsulla prostat adenoması və sidik kisəsi poliplərinin müalicəsi kəsiksiz, endoskopik üsulla həyata keçirilir. Bu üsul toxumalarla daha incə və az invaziv rəftar etməyə imkan verir. Bu da öz növbəsində, xəstənin əməliyyatdan sonra ən qısa zamanda iş qabiliyyətinin bərpa olunmasına şərait yaradır. Digər üstünlük isə həmin üsulla prostat adenomasının kəsiksiz üsulla çıxarılması, cinsi fəaliyyətə zərər dəymədən həyata keçirilməsidir".
Ürək çatışmazlığı - ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluq. Bu hal kəskin və xroniki gedişli olmaqla, meydana çıxma səbəblərinə görə iki yerə bölünür: anadangəlmə ürək çatışmazlığı və qazanılmış ürək çatışmazlığı.
Əmələgəlmə səbəbləri
Anadangəlmə ürək qüsurları
anadangəlmə ürək çatışmazlığı anadangəlmə ürək qüsurlarının nəticəsində meydana çıxır. Belə ki anadangəlmə qüsur dedikdə embrionun orqanların inkişaf mərfələsində hər hansı bir aqressor faktorun (bu dövürdə hamilə qadının keçirmiş olduğu infeksiyalar ya məruz qaldığı zərərli təsirlər (90%), eyni zamanda irsi meyillilik (10%), bununda 5%-ni qohum nigahlar təşkil edir) təsirindən bu və ya digər ürək strukturunda: əzələsində və arakəsmələrdə, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar nəzərdə tutulur. Bu qüsurlu strukturlar isə öz növbələrində funksiyalarının öhdəsindən gələ bilmədiklərindən ürək çatışmazlığını meydana çıxarmış olurlar.
Fallo tetradası
Açıq arterial axacaq
Qulaqcıqlararası çəpərin qüsuru
Mədəciklərarası çəpərin qüsuru
Ebşteyn anomaliyası
Qazanılmış ürək qüs
Qazanılmış ürək qüsurları
Qazanılmış ürək çatışmazlığı dedikdə isə sonradan bu və ya digər xəstəliklər (infarkt, tac damar çatışmazlığı, bakterial və virus mənşəyli endokarditlər, travmalar və s.) nəticəsində ürək strukturunda: əzələsində, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar ya yədələnmələr nəzərdə tutulur.
Aorta qapağının daralması
Aorta qapağının çatışmazlığı
İkitaylı qapağın daralması
İkitaylı qapağın çatışmazlığı
Perikardit
Taxikardiya
Arterial hipertenziya
İnfarkt
Kardiogen şok
Ürək çatışmazlığı arterial hypertoniyalar, ürək qüsurları, miokarditlər, tac damarların çatışmamazlığı: koronarsklerozlar, koronarspazmalar, tac damarların tromb kütlələri ilə tıxanması və nahiyə qan təchizatının pozulması - miokard infarktı nəticəsində ürəyin daha doğrusu ürək əzələsinin gücə düşməsi və əldən düşməsi nəticəsində meydana çıxır. Bu zaman qan dövranı durğunluğu ürək əzələsini normal təchiz edə bilmir. Əsas nasos funksiyasına malik sil mədəcik çatışmamazlığı öz növbəsində kiçik qan dövranında durğunluğa səbəb olur ki, bu da tənginəfəslik, sianozlarla-göyərmələrlə, köpüklü qanhayxırmalarla, ağciyər ödemi, qaraciyərin böyüməsi ilə meşahidə olunur. Nəticə etibarı ilə orqan və toxumaların hipoksiyası və digər metobolizm pozğunluqları meydana çıxmış olur.
Əsas əlamətlər
Yorğunluq, tənginəfəslik
Köpüklü öskürək, qanhayxırma
Akrosianozlar - barmaqların uclarının və dodaqların göyərməsi
Ağciyər ödemi
Aşağı ətrafların ödemi-şişməsi
Perikard və plevra boşluqlarına mayenin toplanması
Assit - qarın boşluğuna mayenin toplanması
Qaraciyərin böyüməsi
Gedişatı
Ürək çatışmazlığı iki cür gedişata malikdir: kəskin və xroniki.
Kəskin ürək çatışmazlığı bir saatdan bir günə qədər inkişaf edir. Buna səbəb isə ürək ritm pozğunluğu: taxikardiya ya da bradikardiyala, travma nəticəsində meydana çıxan urək tamponadası, qəfləti ürək qapaqçıqlarının vətər elementlərindən birinin qırılmas, infeksion miokardit, ağciyər emboliyası, miokard infarktıdır. Kəskin gedişatda meydana çıxan bu pataloji funksional pozğunluğa orqnizm hazır olmadığına görə kompensasiya mərhələsi olmadan dekompensasiya mərhələsi başlamış olur.
Xroniki ürək çatışmazlığı isə bir aydan bir ilə qədər müddətdə inkişaf edərək və uzun sürür. Bu proses ləng və uzun sürdüyü üçün orqanizmin kompensator mexanizmləri ilə: ürək əzələsinin qalınlaşması, qan damarlarının daralması qan həcminin artması ilə xarakterizə olunur. Bu mərhələ kompensasiya olunan ürək çatışmazlığı adlanır. Sonradan orqanizmin rezerv qabiliyyəti tükəndikdən sonra dekompensasiya: ödem, dispnoe - tənginəfəslik mərhələsinə qədəm qoyur. Təginəfəslik əlaməti sakit vəziyyətdə və ya cüzi yükləmə zamanı özünü qabarıq şəkildə göstərir.