Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 25 ili tamam olur.
APA-nın məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.
Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
2008-cu ilin mayından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
Fevralın 26-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sabah yarımadada havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, günün birinci yarısında 11-16° isti, günün ikinci yarısında 7-11° isti olacağı gözlənilir.
Bakıda gecə 4-6° isti, gündüz 14-16°, günün ikinci yarısında 7-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi şimal rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Yaz fəslinin gəlməsinə sayılı günlər qalır.
Bir çox dizaynerlər artıq 2017-ci il yaz-yay ayaqqabı kolleksiyalarını təqdim edib. Aile.lent.az bu ilin trendləri ilə sizi də tanış edir. Ayaqqabı almazdan əvvəl bu fotolara baxmağı unutmayın.
Bəzi təbii vasitələrin köməyi ilə dişləri ev şəraitində ağartmaq mümkündür.
Nəzərinizə çatdıraq ki, bəzi sadaladığımız vasitələrdən tez-tez istifadə etmək olmaz, bu diş emalının zədələnməsinə səbəb ola bilər. Dişləriniz çox həssasdırsa, daha diqqətli olmalısınız.
1. Duz
Diş fırçasını narın duza batırıb dişlərinizi fırçalayın. Bunu həftədə 1 dəfədən artıq etmək olmaz. Digər üsul - diş fırçasına bir qədər diş məcunu sıxın, üzərinə duz tökün və dişlərinizi fırçalayın.
2. Banan qabığı
Banan qabığının içi ilə dişlərinizi yaxşı sürtün, 10 dəqiqə gözləyin və sonra adi qaydada diş məcunu ilə təmizləyin. Bu üsul diş emalına, təbii ki, mənfi təsir etmir.
3. Soda
Soda ən yaxşı ağırdıcı vasitədir. Diş fırçasına az miqdarda diş məcununu sıxın, sodaya batırın (2-3 damcı limon şirəsi də sıxa bilərsiniz) və dişlərinizi yaxşı təmizləyin. Bu üsuldan tez-tez istifadə etməyin - diş emalı zədələnə bilər. Bu üsuldan həftədə 1 dəfə istifadə etmək olar.
4. Hidrogen peroksidi + soda
Bu, ən effektli üsuldur. Lakin ehtiyatlı olmaq lazımdır. 1 çay qaşığı sodanı az miqdarda 3%-li hidrogen peroksidi ilə qarışdırın (pasta kimi alınmalıdır) və dişlərinizi 3 dəqiqə ərzində yaxşı təmizləyin. Daha sonra ağzınızı yaxşı yaxalayın. Bu üsuldan həftədə 1 dəfə istifadə edin.
5. Çay ağacı yağı
Çay ağacı dişləri ağardır və həmçinin damaqları möhkəmləndirir, ağız boşluğuna antiseptik təsir edir, ağızdan gələn pis qoxunu yox edir. Bu üsul dişlərə heç bir mənfi təsir etmir. Dişlərinizi adi qaydada diş məcunu ilə yaxşı təmizləyin, sonra fırçanı yuyun və üzərinə 3 damcı çay ağacı yağı əlavə edib dişlərinizi yenidən təmizləyin. Bunu gündə 1 dəfə 1 ay ərzində etmək lazımdır.
6. Limon və limon şirəsi
Limon həm dişləri ağardır, həm də damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır. Diş fırçasına diş məcunu sıxın, üzərinə 2-3 damcı limon şirəsi əlavə edin və dişlərinizi yaxşı təmizləyin. Daha sonra ağzınızı yaxşı yaxalayın.
Bir dilim limon götürüb dişlərinizə və damaqlarınıza sürtün və daha sonra ağzınızı yaxşı yaxalayın.
Bəstəkar-müğənni Murad Arif şəxsi həyatından danışıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, ailəsini mətbuatdan gizlədir: “Hər kəsin bir xarakteri var. Nə vaxtsa şəxsi həyatımı gündəmə gətirməyi görmüsünüzmü? Ümumiyyətlə, bu tip xəbərlərin tirajlanmağı, oxumağı xoşlamıram. Məsəlçün, şoudan kənar sahədə olan dostlarım övladlarının, ümümiyyətlə özəl həyatı ilə bağlı şəkilləri paylaşanda mənə xoş olur. Çünki anlayıram ki, həmin insanlar bununla reytinq tutmaq istəmirlər. Yəni bu onların həyat tərzidir. Amma biz müğənnilər, aktyorlar nəsə paylaşdığımız zaman bu, xəbər olur. Mən də xəbər manşetlərində həyat yoldaşımla, övladlarımla, maşınımla, evimlə deyil, mahnılarımla gündəmdə olmaq istəyirəm. Təqdimatlara, ictimai yerlərə xanımımla bir yerdə getmirəm. Çünki çəkəcəklər, paylaşacaqlar. Daha sonra da tənqidi şərhlər yazanlar da tapılacaq. Bax bu cür nüanslarla qarşılaşmamaq üçün ailəmi mətbuatdan gizlədirəm. Mənim olan, evimi içi olan, mətbuata qapalıdır”.
Müğənni Filip Kirkorov həmişə olduğu kimi, bu dəfə də sevənlərini təəccübləndirib.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, ifaçı İnstaqram səhifəsində paylaşdığı fotosu ilə hər kəsi dilemma qarşısında qoyub.
Belə ki, keçəl şəklini sosial media hesabında yerləşdirən Filip yazıb: “Mənəm, mən deyiləm?”.
İzləyicilərin bəziləri görüntüdəki insanın Kirkorov olmadığını, bəziləri ifaçının uzun saçlardan bezərək, onlardan bir dəfəlik canını qurtardığını, bəziləri isə şəklin fotoşop olduğunu bildirib.
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı faciəsi ilə bağlı bəyanat yayıb.
APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, bəyanatda 1992-ci il fevralın 26-da Ermənistanın Dağlıq Qarabağda Xocalı şəhərinə hücum etməsi nəticəsində 613 azərbaycanlının, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın qətlə yetirildiyi qeyd olunur: “1275 nəfər əsir alınıb, 150 nəfərin aqibəti isə bu günə kimi məlum deyil. Bu gün hələ də Azərbaycan torpaqlarının 1/5 hissəsi işğal altındadır, 1 milyonda yaxın azərbaycanlı bacı və qardaşımız qaçqın həyatını davam etdirir. Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın 25 il əvvəl Xocalıda qarşı-qarşı qaldıqları bu vəhşiliyin acısını qəlbimizin ən dərinliyində hiss edir və ağrını ən dərin hisslərimizlə paylaşırıq. Bu insanlıq faciəsinə yol açanlar hər zaman tarix önündə və vicdan qarşısında məhkum qalacaqlar. Ermənistan silahlı qüvvələri tərəfindən gerçəkləşdirilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdir, davam edən işğalını kəskin şəkildə qınayırıq. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir və onların xatirəsi qarşısında hörmətlə baş əyirik”.
Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 51s nömrəli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun fəaliyyəti 2016-cı ilin sonunda başa çatdığı üçün bu sahədə işlərin davam etdirilməsi 2017-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilib.
APA-nın məlumatına görə, bununla bağlı bu gün Nazirlər Kabineti müvafiq sərəncam verib.
Baş nazir Artur Rasizadənin imzaladığı sərəncama əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılıb ki, Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi işini davam etdirmək məqsədi ilə Komitənin aparatının mövcud ştat sayı dairəsində İşçi Qrupu yaratsın, həmin İşçi Qrupunun tərkibinə mövcud İşçi Qrupuna daxil olan mütəxəssisləri və aidiyyəti dövlət orqanlarının nümayəndələrini cəlb etsin. Dövlət Komitəsi yeni yaradılacaq İşçi Qrupu tərəfindən əraziləri işğal olunmuş rayonlarla yanaşı, 1988-1992-ci illərdə Ermənistan Respublikasından deportasiya olunmuş azərbaycanlılara dəymiş ziyanın hesablanmasını təmin etməli, münaqişə nəticəsində dəymiş ziyan, itki və tələfatlar barədə beynəlxalq ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması məqsədi ilə beynəlxalq konfransların keçirilməsini, qısametrajlı filmlər çəkilib göstərilməsini, müxtəlif dillərdə kitabların, bukletlərin hazırlanmasını və yayılmasını təşkil etməli və görülən işlər barədə hər ilin sonunda Nazirlər Kabinetinə hesabat təqdim etməlidir.
İşçi Qrupunun fəaliyyəti ilə əlaqədar bütün xərclər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparatının saxlanılması xərcləri dairəsində həyata keçiriləcək. Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu fəaliyyəti dövründə dövlət büdcəsinin vəsaiti hesabına alınmış invertar və avadanlıqların Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilməsini təmin etməlidir.
Türkiyənin Bolu şəhərində Qarabağ parkı və ilk Xarıbülbül abidəsinin açılışı olub.
Lent.az-ın məlumatına görə, açılışda Azərbaycan və Türkiyə millət vəkilləri, ziyalılar, Bolu valisi və bələdiyyə sədri, QHT, KİV rəhbərləri və yüzlərlə yerli sakin iştirak edib.
Tədbirdə çıxış edən Bolu bələdiyyə başçısı Səlaeddin Yılmaz bildirib ki, bir neçə ay əvvəl bölgədə Qarabağ problemi ilə bağlı konfrans keçirən zaman Qənirə Paşayeva Qarabağ parkı təklifi ilə çıxış edib: “ Mən də bir bələdiyyə başqanı olaraq bu təklifin reallaşacağını söylədim. Bu gün parkın açılışını həyata keçirməkdən çox məmnunam”.
Azərbaycana böyük sevgi bəslədiyini deyən bələdiyyə başqanı Alaeddin Yılmaz və vali Aydın Baruş bildiriblər ki, Qarabağ, Xocalı soyqırımı ağrısı bütün türklərin ağrısıdır.
A. Yılmaz həmçinin çıxışında qeyd edib ki, Xarı bülbül abidəsi qoyulmuş Qarabağ parkında hər iki qardaş ölkənin bayraqları bərabər dalğalanacaq.
Bələdiyyə başqanı bu heykəlin Azərbaycanda hazırlanaraq Boluya gətirilməsini öz üzərinə götürən Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Q.Paşayevaya, "Yeni Yurd" İctimai Birliyinin sədri Mahirə Əsədovaya, heykəltaraş Akif Əsgərova bolulular adından təşəkkürünü bildirib.
Parkın açılışında çıxış edən Qənirə Paşayeva Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi İrəvana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə geniş çıxış edib. Q. Paşayeva bildirib ki, Boluda Qarabağ parkı və Xarı bülbül abidəsinin açılışı dostlara və düşmənlərə ciddi mesajdır: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.
5 tane yufka
1 su bardağı zeytinyağı
4 yemek kaşığı un
2 yemek kaşığı sirke
tuz
İçine;
3 tane patates (haşlayın ve minik küpler kesin)
1 tane kuru soğan
1 tatlı kaşığı pulbiber
1 çay kaşığı karabiber
1 tutam maydanoz (ince kıyın)
tuz, sıvıyağ
Yapılışı;
İç harcı için soğanı yemeklik doğrayın ve sıvıyağda pembeleştirin.
Baharatlarını ve patatesi ekleyip 2-3 dakika daha kavurun ve maydanozu ekleyerek ocaktan alın, soğutun.
Zeytinyağını, tuzu, unu ve sirkeyi güzelce karıştırın.
Bir yufkayı tezgaha serin. Üzerine harçtan yayın ve ikinci yufkayı ilk yufkanın üzerine serin.
8 yada 12 üçgen parça kesin, uçlarına patatesli harçtan koyun ve rulo şeklinde sarın.
Kalan 2 yufkayı da aynı şekilde hazırlayın. En son 1 yufkanız kalacak, onuda araya sostan süreün ve yarım daire şeklinde kapatın, 4 yada 6 üçgen kesip börekleri tamamlayın
Börekleri yağlanmış tepsiye dizin. Üzerlerine yumurta sarısı sürün ve 180 dereceli önceden ısınmış fırında pişirin.
Çok ptarik bir şal yapımı ile sizlerleyiz, biz angora ip kullandık siz isterseniz yazlık ip kullanabilirsiniz. Modelimize dört ilmek başlayalım her ön yüzünde dört sırada bir birinci ilemgi örelim ikinci ilmeğin dibinden arttıralım ki yavaş yavaş yükselsin eğer her sırada artırırsak birden genişleyebilir. On ilmeğe getirdiğimiz zaman ajur kısmını oluşturmaya başlayacağız yalnız ajurların bunun büyümesinde hiç bir etkisi olmayacak sadece bir örnektir. Şalı büyütürken sadece dört sırada bir arttıracağız, ilk ajuru oluşturmaya başlayalım. modelin düz kısmından başlayalım 3 tane düz örgü yapalım sırası gelmişken modelin tabanı düz örgü olacak, üç tane düz ördükten sonra bir tane üzerine ip dolayalım ve iki tane birden keselim. Burada bir tane ajur oluşturduk sonra sıra sonuna kadar düz örelim. Biz ilk sırada bir tane yaptık büyüdükçe ajurların sayısı artacak, 2. sırayı hiç bir şey yapmadan örelim. Ajurları ön kısımdan yapacağız bu arada dört sırada bir arttırmayı unutmayınız şalımız 90 cn olana kadar, ön sıraya geçince ilk ajuru 3. ilmekten sonra kurmuştuk, şimdi 4 tane ilmek ördükten sonra üzerine bir alıp 2 kesiyoruz. Sıra sonuna kadar yine örelim. Dönelim tersi yine düz bir şekilde örelim, modeller yavaş yavaş kaya kaya gidecegi için ilk açtığımız acur bir süre sonra gidecek yer kalmadığı için daralacaktır. Örgüde yedi ilmek kalana kadar ajurları kaydırarak örelim, daha sonra ikinci ajurun yerini yedi ilmekleriniz olduğu zaman baştan iki taneyi örelim daha sonra üzerine ipi dolayalım ve 2 tane keselim iki ajur arası kestikten sonra düz örelim. Bu şekilde 90 santim ördükten sonra artık eksiltme işlemi başlayacak, yine düz kısmından ilk ilmeği örelim ikinci ilmekte iki tane keselim bu işlemi yine dört sıra da bir yapacağız. Bu arada ajur işlemimiz devam edecek ve bu şekilde dört ilmek kalana kadar devam edecek.
YAPILIŞI:10 zincir çekip halka oluşturalım birleştirip içine 30 tane trabzan yapalım ve üzerilerine tekrar 30 tane tor yani örümcek yapalım örümcek aralarına sık iğne yapıyoruz ve motifleri bitirip üzerlerine 15 veya 20 zincir çekiyoruz elinizin sıklığına göre bu sayı değişebilir.Ve birleştiriyoruz motif sayısı yazmıyorum isteğe ve boyuta göre değişir .
Fransız şelale saç örgüsü, uzun saça genelde kullanılıyor, örğü rahat bir örgü günlük yaşam içinde rahatlıkla kullanabileceğimiz bir örgü şeklidir Fransız şelale saç örgüsü. Dilerseniz uygulamaya geçelim:
Önce önden bir tutam saç alalım ve bu saçı üç eşit parçaya bölelim. Ve örmeye başlayalım, bir sıra ördükten sonra bir tutamı almayalım ve öne doğru kaydıralım ve hemen onun yanından bir tutam aç alalım ve örmeye devam edelim. Bir sıra örüp, üsten ince bir tutam alalım, ve öne doğru olan tutamı olan bırakalım. Ve hemen onun yanında ince bir tutam saç alalım, örmeye devam edelim. Bu kezde arkadan bir tutam saç alalım ve bu şekilde arkaya doğru ilerleyerek gidelim. Fransız şelale saç örgüsü bu şekilde tamamlanmış olacaktır.
Nişan için nasıl bir örgü saç modeli tercih edebiliriz?
örgü saç modellerinin pöpülerliği devam etmektedir, bugün nişan saç modelinde size nasıl çok şık bir örğü modelinin yapımını anlatacağız sizlere. Saçı üç eşit parçaya bölelim. Önce sacın alt bölümünden büyük bir tutam ayıralım ve lastik bir toka ile tutturalım. Üste kalan saçlarınızı ikiye bölelim ve altta kalan bölümü bir kısmını alalım bombe yaratmak için krepe atalım. Tekrar bir kısmını alalım ve kabartalım, ve istediğimiz kabarakılığı elde edelim ve daha önce atyırdığımız altta ki saç ile birleştirelim saçları birleştirelim. Saca biraz daha bombelik verelim, daha sonra önden ayırdığımız sacı tam tepeden üçlü örğü ile başlayarak bir sağdan bir soldan destekliyerek aşağıya dögre örmeye başlayalım. Bu örgüyü yaparken sacı çok sıkmayalım, her dört örgü sonunda yaptığımız örgüyü gevşetelim. bu şekilde saç örğümüzü bitirelim. Ve küçük lastikle ucunu sabitleyelim örgünün. Daha sonra örgüyü taç şeklinde sacımıza sabitleyelim, altta kalan saç tutamını da üçlü örgü yapalım ve yine örgüyü bollaştırıp örgüyü bir toka yardımı ile saca sabitleyelim. Sacın diğer yan tarafına da aynı tekniği uygulayalım.
Gözəl görünmək bütün qadınların ən böyük arzusudur. Bu böyük arzunu həyata keçirmək isə indiki zamanda o qədər də çətin deyil. Qadınlar çox zaman öz görkəmlərini bəyənməyib, müxtəlif süni yollara əl atırlar. Depressiyaya düşən, stresdən çıxmaq istəyən qadın, ilk növbədə, öz saçlarına əl gəzdirir. Qadın üçün saç dəyişimi dedikdə isə ilk növbədə saçların boyanması nəzərdə tutulur.
Doğru saç boyası seçimi görünüşü tamamilə dəyişdirərkən, səhv seçilmiş rəngdən xilas olmaq uzun müddət ala bilər. Bu müddətdə isə saçlarınız tamamilə məhv olmaq təhlükəsində olur. Mütəxəssislərin fikrincə, boyaların saça verdiyi zərər boya tipinə görə dəyişir. Qalıcı, yarı qalıcı və keçici boyaların saç üzərində fərqli təsirləri var. Qalıcı saç boyaları uzun müddət saçda qalır və saçın rəngi ancaq altdan orijinal rəngdə saç telləri çıxdığında dəyişməyə başlayır. Qalıcı saç boyaları 15-20 yumaya qədər qalsa da, yarım qalıcı boyalar 5-10 yumada gedir.
Saçlara ən çox zərər verən, saç telini köhnəldən boyalar qalıcı boyalardır. Qalıcı boyaların tərkibində olan turşular saç telinə işləyərək istənilən rəngi almasını təmin edir. Keçici saç boyaları isə saç telinə yapışan boya parçacıqlarından ibarətdir və saç telinə nüfuz etmir. Bir çox saç boyalarının tərkibində rəng piqmentlərini dəyişdirmək üçün hidrogen peroksit olur.
Kosmetoloq Arzu Quliyevanın sözlərinə görə, saçlar tez-tez boyandığı halda quruyur, sərtləşir və tökülməyə başlayır. Nizamlı olaraq saç boyaları isə irəliləyən yaşlarda saçları seyrəkləşir: "Saçlarınızın boyanın təsirindən nə qədər köhnəldiyini test etmək üçün bir saç telinizi ləyəndə olan suya atın. Əgər saçınız batmırsa, deməli, sağlamdır. Yaş keçdikcə, saçların tərkibi də boyaların təsirindən dəyişir. Belə ki, yaşlandıqca saçların yumşaqlığını təmin edən sebum istehsalı azalır və saçlar daha kövrək olur".
Bəziləri saçlarına parlaqlıq vermək, bəziləri fərqli bir rəng, çoxu isə ağ saçları gizləmək üçün saçlarını tez-tez rəngləyir. Boyanın incə telli saçları qalınlaşdırdığı deyilsə də, tərkibində kimyəvi maddələr olan saç boyaları saça çox zərər verir. Kosmetoloq keçici boyalardan istifadə etməyi məsləhət görür. O bildirir ki, saçlar ildə 2 dəfədən artıq boyanmamılıdır:
"Boyadan qaynaqlanan problemləri aradan qaldırmaq və saçları nəmləndirmək üçün başın dərisini və saçları təbii yağlarla həftədə 2-3 dəfə masaj edin. Saçlarınızı boyaların tərkibində olan zərərli maddələrdən qorumaq üçün boyanı çirkli saçlara yaxın. Çünki saçların dibində yığılmış saçın təbii yağı sebum saçı boyadakı kimyəvi maddələrə qarşı qoruyur. İlk dəfə rənglənilən saçda istənilən rəng tonu tutmaaq bir qədər çətin olur".
Həmsöhbətimizin dediyinə görə, çox xanımlar istifadə etdikləri məhsullarının, boyaların, krem və ətirlərin içində nə olduğuna baxmağı belə ağıllarından keçirmirlər: "Halbuki, dərimiz də üzərində olan maddələri qan dövranına köçürmə qabiliyyətinə sahibdir. Bu səbəbdən saç boyası alarkən etiketində yazılmış "içindəkilər" bölümünə diqqət yetirmək lazımdır".
Qeyd edək ki, saç boyası istehsalında istifadə edilən kimyəvilərdən 22-si Avropa ölkələrində qadağan edilib. Saç boyasının üzərindəki etiketdə 6-Methoxy-2,3-Pyridinediamine, 2,3-Naphthalenediole, 2,4 Diaminodiphenylamine, 2,6-Bis(2-Hydroxyethoxy)-3,5-Pyridinediamine, 2-Methoxymethyl-p-Aminophenol, 4,5-Diamino-1-Methylpyrazole, 4,5-Diamino-1-((4-Chlorophenyl)Methyl)-1H-Pyrazole Sulfate,4-Chloro-2-Aminophenol, 4-Hydroxyindole, 4-Methoxytoluene-2,5-Diamine, 5-Amino-4-Fluoro-2-Methylphenol Sulfate, n, N-Diethyl-m-Aminophenol, n, N-Dimethyl-2,6-Pyridinediamine, n-Cyclopentyl-m-Aminophenol, n-(2-Methoxyethyl)-p-phenylenediamine, 2,4-Diamino-5-methylphenetol, 1,7-Naphthalenediol, 3,4-Diaminobenzoic acid, 2-Aminomethyl-p-aminophenol, Solvent Rədd 1 (CI 12150), Acid Orange 24 (CI 20170), Acid Rədd 73 (CI 27290)17 maddələri varsa, belə boyalardan birmənalı şəkildə imtina etmək lazımdır.
A.Quliyeva məsləhət görür ki, qadınlar təbii saç boyalarına üstünlük versələr daha yaxşı olar. Təbii boyaları kimyavi boyalardan fərqləndirmək üçün ilk öncə boyanın qutusunda göstərilən etiketə nəzər salmaq lazımdır. Etiketdə rezorsinol, amonyak, phenylene diamine və hidrogen peroksit maddələri olmayan boyalardan istifadə etmək olar. Unutmamaq lazımdır ki, təbii boyalar, saç rəngini aça bilmir. Saç qutusunda tünd saç rəngini, sarıya boyaya biləcəyinizi göstərirsə, təbii deyil. Təbii boyalarda, rəngləmədən bir müddət sonra boya axar və ağ saçlar görünməyə başlar.
Dermetoloq Ramil Qocayev isə bildirir ki, saç boyaları, lenfoma xərçəngi riskini artıra bilir: "Saç boyaları 1980-cı ildən istifadə edilməyə başlanılıb. Boyalardan istifadə qadınlar arasında lemfoma xərçənginin artmasına da səbəb olub. Saç boyaları lemfoma xərçənginə tutulma riskini 40 faiz artırır. Saç boyalarından istifadədən sonra dəridə sulu qabıqlı yaralar yarana bilər. Saç boyaları dəridə, müxtəlif allergik xəstəliklərə və ekzemaya da səbəb ola bilər".
Həkimin bildirdiyinə görə, saçları çox boyamaq onların vaxtından əvvəl ağarmasına səbəb olur: "Bununla yanaşı hamilə qadınlara saç boyamaq məsləhət görülmür. Çünki hmailəliyin ilk 5 ayına qədər dəriyə düşən hər bir maddə orqanizm tərəfindən sorulur. Yalnız 5-ci aydan sonra saçları boyamaq olar".
Müsahibimiz bəzi valideynlərin uşaqlarının da saçlarını boyadığını xatırladaraq, bunun yolverilməz olduğunu deyir: "Bu, qətiyyən olmaz. Çünki körpələrin dərisi daha həssas olur. Bu, övladınızda ağır xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Ancaq 18 yaşından sonra saçları boyamaq olar".
Qoç - ifrat tələbkar və hər şeyin məğzinə varmağa çalışan insan olmasanız, xeyli sayda maraqlı məqamları öyrənə bilərsiniz. İşdə həmkarlarınızla ünsiyyətdə anlaşılmazlıq yarana bilər. Şərik və ya tərəfdaş "oyundan çıxmaq" fikrinə düşə bilər. İşgüzar həyatda və şəxsi münasibətlərdə yaranan boşluğu doldurmağa tələsməyin. Sabahdan etibarən işlərdə dəqiqlik yaranacaq. Qəti qərarları sabaha qədər təxirə salın.
Buğa - yaxın gələcəkdə sizi gözləyəcək işlərlə bağlı planlar qura bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan dəstək arayın. Fəaliyyəti planlaşdırmaq üçün imkan və vaxt tapmağın böyük önəmi var.
Əkizlər - cari məsələləri dərhal həll edə, ruh yüksəkliyi hiss edə bilərsiniz. Əsas odur ki, işləri qarışdırmayın, növbə ilə görün, heç nəyi təxirə salmayın. Nəzərdə tutulmamış yeniliklər, xəbərlər ola bilər. Reaksiyanızı nəzarətdə saxlayın, kimsənin xətrinə dəyməyin. Həddən ziyadə təşəbbüskarlıq və inad mənfi nəticə verə bilər. Ən yaxşı nəticəni səy göstərmədən əldə edəcəksiniz.
Xərçəng - dağı dağ üstünə qoya bilərsiniz. Amma səylərinizin predmeti barədə əvvəlcədən düşünün. Günün əksər olaylarına epataj xas olacaq. İndi çox işin öhdəsindən gələ bilərsiniz. Lakin günün tələblərini yerinə yetirin, situativ qatılma və ya müdaxilə tələb edən məsələlərlə məşğul olun.
Şir - enerjinin bir istiqamətdə axması yaşamın digər mühüm aspektlərini müdafiəsiz edə bilər. Belədə problemlər dərhal üzə çıxacaq, iş yoldaşlarınızın davranışınızdan narazı qaldıqlarını görəcəksiniz. Bu günün bütün mövzuları və məqamları dinamik, yüksək emosional yüksələn səviyyədə inkişaf edəcəklər.
Qız - bu gün tək qalmayın, yaxın tanışlar və dostlar arasıda olun. Böyük gözləntilərə qapılmayın, mühüm məsələlərin həllini planlaşırmayın. Gün sakit işlər üçün yararlıdır. Başqasının faydalı təcrübəsindən bəhrələnmək, öz təcrübənizi bölüşmək üçün əlverişli vaxtdır.
Tərəzi - işlərin bəzilərini axşama saxlamayın. Qıcıq və narazlıq hisslərini aradan qaldırmaq olar. Daxili təlatüm, hisslər və ya istəklər dəyərlərlə münasibətlərə yenidən baxmağa vadar edə bilər. Axşam saatlarında yaxşı dincəlin.
Əqrəb - Emosional yaşantılar güclənə bilər. Ümumiyyətlə asudəliyin yoxa çıxmasına, münaqişə və incikliyin yaranmasına imkan verməyin. Yanınızda etibar etdiyiniz, inandığınız insanlar olsun. Axşam saatlarında açıq havada gəzintiyə çıxın.
Oxatan - həyati önəm daşıyan yeniliklər və dəyişikliklər üçün məkanı təmizləyin, səhmana salın. Lakin hadisələri tələsdirməyin, hamını özünüzə bənzətməyə çalışmayın. Düşünülməmiş sözlər qərarlaşmış əlaqələr və münasibətləri poza bilər. Hələlik yalnız özünüzə, öz qüvvənizə bel bağlayın.
Oğlaq - günün energetikası çox yüksək səviyyədədir. Çoxlu faydalı işlər görərək maraqlı məqamları nəzərdən qaçırmaya bilərsiniz. Dostlarla planlaşdırılmamış görüş, evə qonaq gəlməsi mümkündür. İdeyalar, unikal həllər, problemlərin yaradıcı həlli baxımından gün əlverişli və məhsuldar ola bilər.
Dolça - işləri qaydaya salmaq üçü əlverişli gündür. Axşam saatlarında ünsiyyətdə diqqətli olun, artıq sözlər deməyin. İnciklik hissi çox asanlıqla yarana bilər. Planlarınız, gözləntiləriniz, məlumatlar və istəklərinizi bölüşməyə tələsməyin.
Balıqlar - çoxsaylı tədbirlər planlaşdırmayın. Sakit, aram gündür. İşlərinizi soyuqqanlı şəkildə, tələsmədən görün. Yaxşı tanıdığınız insanların məclisini seçin ki, qarşı tərəfdəki insanlara necə təsir bağışladığınıza görə narahatlıq keçirməyəsiniz.
Böyük ailələrin və geniş evlərin sayı getdikcə azalmaqdadır. Artıq kiçik ailələr artmaqdadır və bu da evlərə öz təsirini göstərir. Artıq daha kiçik, təmizliyi asan olan evlərə üstünlük verilir. Daşınmaz əmlakların qiymətinin artması da bizi buna yönləndirən səbəblərdən biri ola bilər. Bəlkə çoxumuzun evində kiçik qonaq otaqları var. Kiçik evlərdə dekorasiya etmək və gözə xoş gələn məkanlar yaratmaq daha çətin ola bilər. Bu yazımızda kiçk qonaq otaqları üçün dekorasiya nümunələri və fikirləri sizləri gözləyir. Kiçik bir qonaq otağını yaxşı dizayn etmək üçün bir neçə şeyə diqqət yetirmək lazımdır. Əvvəlcə mebellərin, əşyaların ölçüsü və sayını dəqiqləşdirin. Otağınıza bütün mebelləri sığdırmağa çalışmayın. Bəzi insanlar başqaları olmadığını düşünməsin deyə bütün dəsti otağa yerləşdirməyə çalışır. Ancaq bilmək lazımdır ki, mebel sayını azaltsanız, daha işıqlı evə sahib olacaqsınız. İkinci bir məsələ isə rənglərdir. Canlı və tünd rənglər daha tez ön plana çıxır. Əgər divar və pərdələrdə canlı rənglərdən istifadə edəcəksinizsə, otağınızın daha kiçik və dar görünəcəyini əvvəlcədən nəzərə almalısınız. Arxa planda solğun və açıq rənglər istifadə edin. Otağın mərkəzinə doğru canlı rənglərdən istifadə etməyə başlaya bilərsiniz. Beləcə otağa bir dərinlik qazandırmaq olar və otağınız daha geniş görünə bilər. Aşağıdakı şəkillərdə kiçik qonaq otaqları üçün bir neçə dekorasiya nümunəsi ilə tanış ola bilərsiniz.
Ukrayna Azərbaycanın Dağlıq Qarabağ ərazisində keçirilən qondarma "konstitusiya referendumunu" tanımır və onu legitim hesab etmir. APA-nın məlumata görə bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Maryana Betsa bildirib.
Onun sözlərinə görə, "referendum" Azərbaycan Konstitusiyası və beynəlxalq hüququ kobud şəkildə pozur və onun heç bir hüquqi fəsadları ola bilməz.
"Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməz olaraq qalır. Bu isə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz dəstəyidir".
İstanbuldakı “Dəniz” muzeyində “Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsm sərgisi açılıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, Azərbaycanın İstanbul baş konsulluğunun təşkil etdiyi sərgidə uşaqların Xocalı soyqırımına həsr olunan 150-dən çox rəsm işi nümayiş etdirilir.
Sərginin açılışında çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev tarixi perspektivdə cərəyan etmiş hadisələrin xronologiyasına diqqəti cəlb edib: “1905-ci ildə Qarabağda, 1918-də Bakıda və 1992-də Xocalıda Azərbaycan türklərinə qarşı həyata keçirilən soyqırımları bir-birindən ayırmaq olmaz, hamısı erməni separatçı terrorçularının eyni məqsəd üçün həyata keçirdikləri cinayətlərdir. Birinci Dünya müharibəsində üç cəbhədə müharibə aparan Osmanlı imperiyasını arxadan xəncərləyərək cinayətlər törədən ermənilər o əməllərini daha sonra Azərbaycan torpaqlarında davam etdiriblər”. Ermənilərin törətdiyi Xocalı soyqırımının təfərrüatları barədə sərgi iştirakçılarına məlumat verən baş konsul Hacıyev, Xocalı soyqırımını daima gündəmdə saxlayan Türkiyəyə təşəkkür edib.
Sərgi açılışında çıxış edən İstanbul valisi Vasip Şahin Türkiyə ilə Azərbaycanın ayrılmaz birlik olduğuna diqqəti cəlb edərək, özləri soyqırımı törədənlərin türkləri “soyqırımçı” kimi göstərmə cəhdlərinin heç bir məntiqi əsası olmadığını vurğulayıb. ”Əsalətli millətimizin qurduğu Türkiyə və Azərbaycan dövlətləri bizə atılan hər cür böhtana sinə gərəcəyi kimi əvvəl-axır ermənilərin Xocalıda, Bakıda və Anadoluda türklərə qarşı törətdikləri soyqırımları onlara qəbul etdirəcək”, - deyə vali Şahin sözlərinə əlavə edib.
“Xocalı soyqırımı uşaqların gözü ilə” adlı rəsm sərgisinin açılışında Türkiyə silahlı qüvvələri Birinci ordusunun komandanı, bəzi xarici ölkələrin baş konsulları, İstanbulun bəzi rayonlarının icra başçıları və bələdiyyə başqanları, alimlər və sənət ustaları iştirak ediblər. Türk mediası sərginin açılışına yaxından maraq göstərib.
İstanbulun “Dəniz” muzeyində açılan “Xocalı soyqırımı uşaqların gözü ilə” rəsm sərgisindəki tabloları Yedditəpə universitetinin Azərbaycanlı müəllimi, dosent Rafiq Əziz toplayıb.