Aktrisa Ancelina Coli və aktyor Bred Pit arasındakı münasibətlər düzəlir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ayrıldıqdan sonrakı 6 ay müddətinə bir-birinə qarşı kəskin mövqedə olan tərəflərin son zamanlar danışdığı deyilir.
Yaxınları bildirib ki, cütlük çətin günləri artıq geridə qoyub. Onlar şəxsi həyatları ilə bağlı müzakirələri öz aralarında etməyə qərar veriblər. Colinin də Piti yaxşı ata hesab etdiyini deməsi iddia edilir.
Türkiyənin məşhur aktrisası Beren Saat geyim tərzini tamamilə dəyişib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa bunu gizlilik üçün edib.
Əsasən dəb-dəbəli geyimləri ilə daha çox xatırlanan Beren Saat dünən müayinə olmaq üçün İstanbulun Nişantaşı ərazisində əcaib geyimdə görsənib. İnsanlar onu tanımaqda çətinlik çəkiblər.
Bildirildiyinə görə, övlad istəyən aktrisa sünü mayalanma üçün əvvəlcədən müalicə alır. O, həkimin müayinəsində 1,5 saat qalıb.
Gürcüstanın Çalkski rayonunda 3,7 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təkanların episentri Tbilisidən 59 kilometr aralıda yerləşib.
Bu zəlzələnin ardınca daha 2 təkan olub. Onlardan biri 3 bal gücündə, digəri isə 2,9 bal gücündə olub.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha olan hava proqnozunu açıqlayıb. Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Martın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz, bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70% təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Azərbaycanda Milli Geyim Günü təsis edilə bilər.
Aile.lent.az-ın məlumatına görə, bu barədə Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə məktub göndərib. Modelyer məktubda qeyd edir ki, Azərbaycan qeyri-maddi mədəni irsinin bir hissəsi olan milli geyimlərin təbliği, bu sahənin populyarlaşdırılması baxımından Azərbaycanda Milli Geyim Gününün təsis edilməsi əhəmiyyətlidir. Mədəniyyət və Turizm Nazirliyi isə məktuba cavab olaraq Milli Geyim Gününün təsis edilməsini məqsədəuyğun hesab etdiyini və məsələyə aidiyyəti qurumlarla birlikdə müvafiq qaydada baxılacağını qeyd edib.
G. Xəlilova diqqətə çatdırıb ki, dünyanın bir çox ölkəsində Milli Geyim Gününə həsr edilmiş müxtəlif festivallar və karnavallar keçirilir, bu da turistlərin böyük marağına səbəb olur: “Bu ideyanın reallaşdırılması ölkəmizin mədəniyyəti barədə bütün dünyaya bəyan etməyin daha bir fürsəti olacaq. Həmin gün müxtəlif müsabiqələr, festivallar, sərgilər və moda gecələri, ölkənin şəhərlərinin küçələrində milli geyimdə karnaval yürüşü keçirmək mümkündür. Möhtəşəm bayram uzun müddət insanların yaddaşında qalacaq və şübhəsiz ki, irsimizin, mədəniyyətimizin və incəsənətimizin çox gözəl təbliği olacaq”.
Məşhur idman brendi olan “Nike” müsəlman qadın atletlər üçün baş örtüyü olan “Nike Pro Hijab”ı təqdim edib.
Aile.lent.az-ın xarici mediaya istinadən məlumatına görə, “Nike Pro Hijab” 13 aylıq dizayn prosesindən sonra ərsəyə gəlib. “Nike Women” bu kolleksiyası ilə Orta Şərqdə böyük rəğbətlə qarşılanıb. Çünki bir müddət əvvəl müsəlman xanımlar “müsəlman xanımları reklamlarınızda çəkirsiniz, lakin onlar üçün məhsulunuz yoxdur”, - deyə şirkətə irad bildirmişdilər.
2018-ci ilin yaz aylarında satışa çıxarılması planlaşdırılan “Nike Pro Hijab” hicablı xanımların idman etməsi üçün uyğun baş örtüyüdür. Bu baş örtüyü yüngül polyester parçadan hazırlanıb. Tünd rənglərdə istehsal olunan parçanın məsamələri nəfəs almağı təmin edərək, tərləmənin qarşısını alır.
“Pro Hijab”ı təcrübədən keçirən ilk idmançı isə fiqurlu kanki ustası Zahra Lari olub. Lari məhsuldan olduqca məmnun qaldığını deyib.
İbrahim Nəsrullayev İsveçin məşhur “Talang 2017” yarışmasına qatılıb. Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 17 yaşlı həmyerlimiz müsabiqədə birbaşa finala çıxıb. Nəsrullayevin ifası zalda olan tamaşaçıları kövrəldib. Münsiflər və layihənin aparıcısı göz yaşlarına hakim ola bilməyib. İfadan sonra hər kəs onu ayaqüstdə alqışlayıb.
Müğənni Şəbnəm Tovuzlu (Əsədova) ikinci dəfə ana olub. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, oğlu olub: "Çox sevincliyəm. Oğlum dünyaya göz açdı. Çəkisi də 4 kilo. Bir neçə ay öncə söylədim ki, oğluma atamın adını qoyacam. Amma atam dedi ki, mən hələ yaşayıram, ölməmişəm. Ona görə də atamın adını qoymadıq. Oğluma Əli adını qoyduq. Adı da həyat yoldaşım seçdi. Bu adı həm də atam istəmişdi. Adı ilə böyüsün". Qeyd edək ki, Ş.Tovuzlunun ilk evliliyindən bir qızı da var idi.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Len.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, martın 22-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi rayonlarda yağıntıda fasilə yaranacaq. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.