Beynəlxalq mahnı müsabiqəsi Eurovisionun Ermənistan üzrə rəsmi fan klubu (OGAE) səs nəticələrini açıqlayıb.
Lent.az-ın vesti.az- a istinadən məlumatına görə, səs nəticələrinə əsasən, erməni fanları daha çox İsveç, Belçika və Fransa təmsilçilərinin ifa etdiyi mahnını bəyəniblər.
Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlər tam başqa fonda olsa da qonşu ölkənin bəzi nümayəndələri Azərbaycanı “Eurovision-2017”də təmsil edəcək Diana Hacıyevanın ifasında səslənən mahnını bəyəndiyini etiraf ediblər.
Buna baxmayaraq əminliklə demək olmaz ki, Diananın erməni fanları yarışma zamanı birbaşa olaraq səsini ona verəcək.
Ancaq musiqi sərhəd tanımır. Ekspertlər bunu ermənilərin "Qarabağ klanına" böyük zərbə hesab edir.
Türkiyədə referendumun nəticələrinə etirazlar başlayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, etirazların ölkənin böyük şəhərlərində qeydə alınması daha çox diqqət çəkib. Nəticələrlə barışmayan kütlə küçələrdə tava və qazanları bir-birinə çırparaq yürüş keçirib.
İstanbulda küçələrə axışan etirazçılara evinin eyvanına çıxan sakinlər də dəstək olub. Türkiyənin ən böyük futbol klubu olan "Fənərbaxça"nın "vətəni" sayılan İstanbulun Kadıköy səmtində etirazçıların sayı daha çox olub. Maltəpə səmti də narazıların say çoxluğu ilə yadda qalıb. İstanbulun mərkəzi Beşiktaşda da eyni ab-hava yaşanıb. Paytaxt Ankara və İzmirdə də referenduma "yox" deyənlər küçələrə axışıb.
Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Medalların taleyinə aydınlıq gəlməsi baxımından hər iki matç həlledici olub.
İlk görüş Gəncədə baş tutub. “Kəpəz”in qonağı olan “Qəbələ” səfərdən məğlub dönüb. Oyuna sürətli başlayan Roman Qriqorçukun yetirmələri ilk hissədə ələ düşən imkanlardan yararlana bilməyib. Bir neçə epizodda qapı dirəyi, qapıçı və oyunçuların qeyri-dəqiqliyi hesabı açmağa mane olub. İkinci hissədə isə azarkeşlər komandaların qarşılıqlı hücumlarına şahidlik ediblər. Hesab isə 70-ci dəqiqədə açılıb. Rasim Ramaldanovla mübarizədən qalib ayrılan Julian Ebah topu qapıdan keçirib. Bundan sonra "qırmızı-qaralar" bərabərlik üçün irəli atılsa da, cavab qolunu vurmaq mümkün olmayıb. Əvəzində isə oyuna əlavə olunmuş 3-cü dəqiqədə matçın ən fəallarından olan Dario Federiko oyunda son nöqtəni qoyub. Bununla da çempionluğa olan nəzəri şanslarını da çətinə salan "Qəbələ"dən fərqli olaraq "Kəpəz"in Avrokubok şansı davam edib.
Tura mərkəzi oyunla yekun vurulub. Artıq mükafatları təmin edən “İnter”lə “Qarabağ” paytaxt təmsilçisinin meydanında üz-üzə gəliblər. Qızıl şansı qalmayan bakılılar cari mövsüm uduzmadığı rəqibi qarşısında ilk məğlubiyyətini alıb. Bu nəticə isə ağdamlıların çempionluğu erkən elan etməsinə səbəb olub. Səfərdə 3 xal üçün qazanan Qurbanovun yetirmələri Gəncədəki matçın nəticəsinə əsasən "Qəbələ" ilə fərqi 7 xala çatdırıb ki, bu da son iki tur öncəsi əlçatmaz olmaq deməkdir. Qazanılan 3 xal “Qarabağ”ı qızıl medallara və Çempionlar Liqasına daşıyıb.
Azərbaycan Premyer Liqası
XXVI tur
16 aprel (bazar)
Təbiət bizə cavan və sağlam qalmaq üçün çoxsaylı unikal vasitələr bəxş edib. Sadəcə bu vasitələri tanımaq və onlardan düzgün istifadə etmək lazımdır. Belə sağlamlıq və cavanlıq mənbələrdən biri kətan yağıdır. Bu nadir müalicəvi məhsulun faydaları saymaqla bitməz. Aile.lent.az saglamolun.az-a istinadən kətan yağının faydalarını sadalayır.
Kətan yağı Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngindir. Omeqa-3 turşusu bu yağda hətta balıq yağında olandan da çoxdur. Bu turşular ürək-damar sistemini və beyini qoruyur, infarkt və insultun riskini azaldır.
Kətan yağı beynin fəaliyyətini, yaddaşı və diqqəti yaxşılaşdırır, beyini qocalıqdan qoruyur. Araşdırmalar göstərir ki, bu yağın müntəzəm qəbulu Alsheymer xəstəliyinin riskini azaldır.
Kətan yağı mədə-bağırsaq sistemi üçün çox faydalıdır - bağırsaqları təmizləyir, qəbizliklə mübarizə etməyə kömək edir, qurdqovucu təsirə malikdir.
Kətan yağı arıqlamağa kömək edir. Bu səbəbdən diyetoloqlar tez-tez bu yağı pəhrizlərə daxil edir.
Kətan yağı sümüklərin və oynaqların sağlamlığını qoruyur.
Kətan yağı qadınlar üçün xüsusilə faydalıdır. Bu yağ dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır, qadınlarda süd vəzi xərçənginin riskini azaldır.
Kətan yağı kişi sağlamlığı üçün də faydalı sayılır.
Kətan yağını hər gün səhər tezdən 1 ç.q. olmaqla acqarına içmək lazımdır. Tədricən yağın qəbulunu 1 x.q. çatdırın. 30-40 dəqiqədən sonra səhər yeməyi yeyə bilərsiniz. Müalicəni 1 ay ərzində davam edin.
Nəzərə almaq lazımdır ki, bəzi həzm sistemi xəstəlikləri zamanı kətan yağının qəbul etmək olmaz.
4000 il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada məlum olan qulançar (lat. Asparagus) Azərbaycanın bəzi bölgələrində quşqonmaz və mərəcüyüd kimi də tanınır.Avropa ölkələrində, Çin və Amerikada geniş surətdə yetişdirilir, qida və dərman bitkisi kimi istifadə edilir.
Bu bitkinin Azərbaycanda 9 növü bitir. Kür və Araz çaylarının ətrafında, boş və nəmli torpaqlarda geniş yayılıb.
Ailem.az qulançarın inanılmaz faydalarını təqdim edir.
A, B1, B2, C vitaminləri, protein və minerallarla zəngindir.
Qulançarın kalorisi az olsa da, insan orqanizmi üçün ağlagəlməz dərəcədə xeyirlidir. Antioksidant kimi təsir edir, cinsi istəyi artırır. Qan damarlarını gücləndirir. Qanı təmizləyir.
Ürək xəstəliklərində risk faktoru olan homosisteinin nəzarətinə kömək edir, ürəyi gücləndirir.
Hüceyrələri zədələnməkdən qoruyan güclü antioksidantdır.
Sümük əriməsini azaldır. Daha çox yaşlı insanlarda olan bu xəstəlik zamanı insanların sümüyü zəifləyir, sərtliyini itirir, yeyilir.
Güclü sidikqovucudur. Bədəndə olan şişlərin çəkilməsində təsirlidir. Orqanizmdə yığılan artıq suların xaric edilməsinə kömək edir. Bu yolla qanı təmizləyir.
Böyrəklərin fəaliyyətini yaxşılaşdırır və böyrək daşlarının təmizlənməsinə kömək edir.
Həzmi asanlaşdırır. Qaraciyərə yaxşı təsir edir.
Dərini təravətləndirir, sızanaqları azaldır.
Zehni yorğunluğu aradan qaldırır. Sinirləri sakitləşdirir. İştah açır.
Yağ hüceyrələrindəki qlükozanın istehsalını artıraraq insulinin təsirini yaxşılaşdırır.
Qulançarı ən çox yağda qızardıb yumurta vurmaqla, suda bişirməklə, yaxud da odda közləməklə yeyirlər. Daha çox yaz aylarında yeyilir.
Türkiyənin məşhur seriallarından biri olan "Anne"də baş rol ifaçılarından biri, Ali Arhan obrazını canlandıran tanınmış aktyor Can Nergis evlənib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor evlənəcəyini hamıdan gizlədib. Can model sevgilisi Jelena Milosavjeviclə keçən həftə Hollandiyada ailə arasında baş tutan mərasimlə evlənib. Jelena Milosavjevic də evlənən kimi "İnstagram" hesabında soyadını Jelena Nergis olaraq dəyişdirib.
Xəbər verdiyimiz kimi, “Space” telekanalında yayımlanan “Təəccüb çevrəsi” verilişinə bundan sonra Mələk Heydərova aparıcılıq edəcək.
Lent.az-ın məlumatına görə, bir vaxtlar aktrisa kimi tanınan Mələk artıq o səhədən uzaqlaşdığını deyib:
“Məni aktrisa kimi təqdim etmələri heç xoşuma gəlmir. Aktrisa deyiləm, aparıcıyam. Karyerama aktrisa kimi başlasam da, özümü aparıcı kimi tanıtdım. Son zamanlar nə filmlərə, nə də reklamlara çəkilirəm. Özümü aparıcı kimi görürəm və xoşbəxt hiss edirəm. Sevdiyim rejissor və ssenari olsa, onda qəbul edərəm”.
M.Heydərovanın aparıcılıq edəcəyi “Təəccüb çevrəsi”nin yeni tanıtım çarxı yayımlanıb. Proqram həftənin çərşənbə günü saat 22:45-də efirə gedəcək.
Diyarbəkirin Bağlar qəsəbəsində güclü partlayış qeydə alınıb. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, partlayış xüsusi təyinatlı polis idarəsinin yaxınlığında baş verib.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb edilib.
İlkin məlumata görə, partlayış şəhər polis idarəsinin əlavə binasındakı sexdə zirehli polis maşınının təmiri zamanı baş verib. Hadisə nəticəsində 1-i ağır olmaqla, 4 nəfər yaralanıb.
Azərbaycanda siqaret və digər tütün məmulatlarından istifadənin qadağan olunacağı yerlərin siyahısı açıqlanıb.
APA-nın məlumatına görə, bu, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin son variantında əksini tapıb.
Qanun layihəsinin 10-cu (Tütün çəkilməsinə icazə verilməyən yerlər) maddəsinə görə, həmin yerlər bunlardır:
- təhsil və tərbiyə müəssisələri, onların əraziləri;
- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);
- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;
- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)
- ticarət obyektləri;
- məişət obyektləri;
- sosial xidmət müəssisələri;
- yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);
- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;
- uşaq meydançaları;
- yerüstü qapalı və yeraltı piyada keçidləri;
- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;
- metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;
- hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);
- tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;
- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;
- taksofonlar;
- yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr;
Maddədə o da göstərilir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan olunmasını yuxarıda sadalanan qadağan olunmuş yerlərdə “tütün çəkmək qadağandır!” yazısının və ya işarəsinin olmasını təmin etməlidir. Tütün çəkmək üçün ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir.
Qeyd edək ki, qanun layihəsinin əvvəlki adı ("Tütün və tütün məmulatlarının qadağası haqqında" qanun layihəsi) dəyişdirilib və yeni formada verilib.
Layihə uzun müddət müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.
Köhnəlmiş və dadını dəyişmiş südü xəmir işlərində istifadə edə bilərsiniz. Digər ərzaqlar və bişirilmə müddəti südün pis dadını yox edəcək.
Şorbaların qatılığını artırın
Sulu xörəklərinizdə də köhnəlmiş süd istifadə edə bilərsiniz. Köhnəlmiş süd şorbalarınıza qatılıq verəcək. Ancaq miqdarına diqqət edin.
Əti yumşaltmaq üçün
Süddə olan lastik turşusu əti yumşaltmaq üçün mükəmməldir. Ətinizi bişirmədən əvvəl dadını itirmiş süddə saxlaya bilərsiniz.
Pendir hazırlaya bilərsiniz
Pendiri ev şəraitində özünüzə hazırlamağa necə baxırsınız? Köhnəlmiş südü ziyan etməyin və pendir hazırlayın.
Üzünüzü parıldadın
Laktik asit dərinizin qüsursuz və möhkəm olmasına yardımçı olur. Bir miqdar köhnəlmiş südlə suyu qarışdırıb üzünüzü bu qarışımla yuyun. Südlə üzünüzü yuyanda barmaqlarınızla üzünüzə masaj da edin. Sonra su ilə dərinizi yaxşıca yuyun.
Süd vannası qəbul edin
Südün dəriyə faydalarını hər kəs bilir. Vannaya doldurduğunuz suyun içinə bir neçə stəkan süd də əlavə edin. Qoxu narahat edirsə, bir neçə damcı gözəl qoxulu təbii yağlardan da istifadə edə bilərsiniz.
Bitkilərinizi gücləndirəcək
Saxsı qabda və bağda əkdiyiniz bitkilərinizin kalsium qəbulu üçün köhnəlmiş süd və bir miqdar suyu qarışdırıb dibinə tökün. Bu üsul xüsusilə pomidor əkərkən daha çox işə yarayır.
Salata əlavə edin
Köhnəlmiş südü salatlarda istifadə edə bilərsiniz.
Ev heyvanın yeməyinə qatın
Süd ev heyvanın yeməyinə əlavə kalsium və protein qatacaq.
Südün pozulmasını istəmirsinizsə, dondurun
Çox süd almısınız və köhnəlib xarab olmasını istəmirsinizsə, soyuducuya qoyaraq dondurun. Sadəcə çiy və qablaşdırılmamış südü dondura bilərsiniz. Qablaşdırılmış süd daha tez işlənməlidir.
5 ədəd kartofun qabıqlarını soyun. Onları bir qabın içinə yerləşdirin.
- Bir qazanın içinə 2 fincan soyuq su ilə qabıqları əlavə edin. Vam odda qaynamasını gözləyin və qaynamağa başladıqdan 5 dəqiqə sonra ocaqdan götürün.
- Qazanın tamamilə soyumasını gözləyin.
- Tamamilə soyuduqdan sonra suyunu süzün.
- Kartof suyunun içinə yaxşı qoxu verməsi üçün səndəl ağacı yağı əlavə edin(olmasa da olar) və bir qab içində ağzı möhkəm bağlı olaraq saxlayın.
- Bu qarışığı saç yuduqdan sonra tətbiq edə bilərsiniz.