N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • noimage

    Avroviziya-2016”nın qalibi, ukraynalı müğənni Camalanın toyu olub.
    Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, o, Bəkir Süleymanovla ailə həyatı qurub. Təntənəli nikah mərasimi aprelin 26-da Kiyevdə İslam Mədəni Mərkəzində olub. NIkah mərasimindən ilk fotolar mətbuata çıxıb.

    https://youtu.be/_ajWMy4KCWw

    aıntı..
#26.04.2017 15:01 0 0 0
  • noimage

    Hər zaman atdığı addımları ilə diqqətləri özünə çəkməyi bacaran Türkiyənin tanınmış müğənnisi Hadisə bu dəfə də ənənəsinə sadiq qalıb. Lent.az-ın sozcu.com.tr-yə istinadən verdiyi məlumata görə, bacısı ilə birgə Maldivdə istirahət edən ifaçı Dubaya gedib. Orada başına qara çadra bağlayan müğənni şəklini sosial şəbəkədəki səhifəsinə qoyub. Onun bu addımı maraqla qarşılanıb.

    noimage

    noimage

    alıntı..
#26.04.2017 14:58 0 0 0
  • noimage

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ŞurasıParlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərarını tənqid edib.

    APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Ərdoğan bununla bağlı yazılı açıqlama yayıb. Açıqlamada qərarın siyasi olduğu bildirilib: “Türkiyəyə qarşı qəbul edilən qərar tamamilə siyasidir. Bu qərarı tanımırıq, istədikləri qədər qərar qəbul etsinlər”.

    Ərdoğan “Reuters”ə müsahibəsində isə ötən bazar Fransada keçirilən prezident seçkilərinin fövqəladə vəziyyət şərtləri altında baş tutduğunu deyib: “Fransa ilə bağlı niyə belə bir qərar verilmir? Türkiyədə dövlət çevrilişinin qarşısının alınması məqsədilə fövqəladə vəziyyət elan olunub. Bu çərçivədə ölkədəki FETÖ-çüləri təmizləyirik”.
    Prezident Suriya və İraqdan Türkiyəyə gələnlərin üzünə qapını bağlamayacaqlarını vurğulayıb: “Bombalardan qaçanları təcrid edə bilmərik”.


    alıntı..
#26.04.2017 14:55 0 0 0
  • noimage

    Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 6-9°, gündüz 15-20°, Bakıda gecə 6-8°, gündüz 17-19° isti olacaq.

    Rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-11°, gündüz 17-22°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.


    alıntı..
#26.04.2017 14:52 0 0 0
  • noimage

    Əməkdar artist Ədalət Şükürov özünə ad günü keçirib.

    Lent.az-ın məlumatına görə, 51 yaşı tamam olan ifaçı özəl günündə xoşbəxt olduğunu vurğulayıb. Paytaxt məkanlarının birində keçirilən doğum günündə müğənninin yaxın dostları iştirak edib.


    https://youtu.be/Kgj8GatgiKs

    Yalçın UĞUR

    alıntı..
#25.04.2017 15:12 0 0 0
  • noimage

    Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin qızı Dilan Çitak ölümdən dönüb. Lent.az-ın sozcu.com.tr-yə istinadən verdiyi məlumata görə, ifaçının qızı ötən gün saat 03:00-da İstanbulun Okmeydanı adlanan ərazisində qəzaya düşüb.

    Yağışlı havada sükanı saxlaya bilməyən D.Çitak avtomobilini səkiyə çırpıb: “Doğurdan da insanın ölümü saniyə içində ola bilər. Bir an içində maşının dayanmayacağını sandım. Şükür edirəm ki, qarşıda adam və maşın yox idi”.

    noimage

    alıntı..
#25.04.2017 15:01 0 0 0
  • noimage

    Bir müddət öncə xəstəxanaya yerləşdirilən İbrahim Erkalın səhhəti barəsində xəbər var.

    Lent.az-ın Gecce.com-a istinadən xəbər verir ki, həkimlərin açıqlamasına görə, müğənninin vəziyyəti ağırdır və yaşamaq şansı qalmayıb. Xəstəxanadan bildirilib ki, hazırda güclü həkim nəzarətində olan İ.Erkalın beyninə qan sızmasının qarşısı alınsa da, şiş hələ də qalır.


    alıntı..
#25.04.2017 14:58 0 0 0
  • noimage

    Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında uğur qazanan cüdo üzrə Azərbaycan millisi bu gün Bakıya qayıdıb.

    Apasport.az saytının məlumatına görə, qitənin ən möhtəşəm yarışından yeni rekordla qayıdan komandamız saat 01:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

    Fərdi yarışda 11, komanda mübarizəsini də nəzərə alsaq, səfərə 13 idmançı ilə yollanan millimiz Varşavada 5 medal qazanıb. Belə ki, təmsilçilərimizdən 73 kq çəki dərəcəsində tatamiyə çıxan Hidayət Heydərov və 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Elxan Məmmədov bütün rəqiblərinə qalib gəlməklə, Avropa çempionu tituluna yiyələniblər.

    Fərhad Məmmədovun digər yetirmələrindən Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) isə yarışı bürünc medalla başa vurublar.

    Bu nəticəyə əsasən yığmamız ümumi komanda hesabında 4-cü, kişi cüdoçularımız isə ikinci yeri tutub.

    Azərbaycan Avropa çempionatının komanda yarışında da iştirak edib. Yığmamız bürünc medal uğrunda döyüşə kimi irəliləsə də, Məmmədəli Mehdiyevin (90 kq) zədəsinin özünü göstərməsi və döyüşü dayandırması təmsilçimizə və komandamıza texniki məğlubiyyətin verilməsi ilə nəticələnib.

    https://youtu.be/4bXV2iZFt8s

    noimage

    noimage

    alıntı...
#25.04.2017 14:09 0 0 0
  • noimage

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının bugünkü plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi müzakirə olunub.

    APA-nın Avropa bürosunun xəbərinə görə, Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilərin hazırladıqları hesabatda Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunmuşdu.

    Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb.

    Sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib. Qərarın lehinə 113, əleyhinə 45 parlamentar səs verib.

    Qeyd edək ki, Türkiyə 13 il əvvəl monitorinq prosesindən çıxarılmışdı və post-monitorinq mərhələsində idi. Beləliklə, Türkiyə monitorinqdən çıxarıldıqdan sonra yenidən monitorinq altına alınan ilk ölkə olub.

    alıntı...

#25.04.2017 13:44 0 0 0
  • noimage

    Bəlkə də çox adamlar üçün maraqlı olmaya bilər, amma bu xəstəlikdən elə Azərbaycanımızda minlərlə insanlar əziyyət çəkirlər. Sponilit zamanı oynaqların arasındakı yumşaq toxuma sərtləşməyə başlayır, çox güclü bir ağrılar olur, ağır üzücü bir xəstəlikdir, illərlə dərman müalicələri almaqlarına baxmayaraq nəticə ürəkaçan olmur, xəstələr ağrıların şiddətindən illərlə dərmanlar içməyə məcbur olur. Spondillit revmatizma xəstəliyini bir növü olub sonda oynaqların əyilməsinə və hərəkətsiz qalmasına səbəb olur. Spodillit xəstəliyinin bir neçə müalicə variantlarını yazacam, inşallah yaxşı olar. Bu üsullardan istifadə edən şəxslər gördükləri nəticələri qeyd etsinlər ki, bütün bu tip xəstələr də faydalana bilsinlər və mənim də çatışmazlıqlarım olsa qeyd edin ki. bizdə səhvimiz varsa düzəldək inşallah.

    Birincisi belə xəstələr çox hərəkət etməli, əsasən də su idmanlarını çox etməlidirlər. Təzə gicitkən yarpaqları ilə gündə bir dəfə yarım saat xəstə oynaqları vurmaq lazımdır, beləki gicitkənin tərkibindəki zəhərli maddələr oynaq nahiyyəsini acışdıracaq, amma həm də ağrıların azalmasına və müalicəsinə yaxşı təsir edəcəkdir, bunu ildə 4 dəfə hər dəfə 15 gün edə bilərsiniz. Xatırladım ki, təzə kicitkəni ilin bütün fəsillərində tapmaq olar.

    Daimi olaraq qeyd olunan çaylar içilməlidir: Cökə 50 qram, Ud hindi 50 qram bu bitkiləri bir-birinə qarışdırıb gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı 1 stəkan suda dəmləyib gündə 3 dəfə içməli. Sonrakı müalicədə ud hindi olduğu kimi qalmalı, cökə əvəzinə ballınanə, sonra efkalipt, sonra lavanda və beləcə bu müalicə aparılmalıdır.

    Ağrıyan oynaqlar gündə bir dəfə yarım saat isidilmiş qarazirə yağı ilə masaj olunmalıdır.

    Spondillit xəstəliyində ən çox faydalı hicamadır, beləki ağrıyan oynaq üzərinə ayda 3-4 banka hicama etdirmək çox fayda verir. Hicama zamanı iltihablaşmış qanın xaric olunması xəstənin vəziyyətini çox yaxşılaşdırır.

    Spondillit xəstələrinə son tövsiyyəm budur ki, ayda bir dəfə ağrıyan oynaqların üzərinə 5-8 ədəd zəli qoysunlar, bunu 10 ədədə qədər qaldıra bilərsiniz, amma qanınızın faizini və laxtalanmasını nəzarətdə saxlamaq şətilə. Beləki zəlinin ağzındakı maddələr nəinki sümükləşməni azaldır, hətta kirəcləşmiş toxumaların elastikləşməsinə səbəb olur.

    Sonda belə xəstələr düz yataqda yatmalı, qalın döşəkdə yox adi yorğan qalınlığımda bir şeyin üstündə yatmalı, başları çox dik olmamaq şərtilə yatmalıdırlar. Bişmiş yeməklərdən az istifadə etməli, imkanları daxilində bişməmiş tərəvəz, salatları zeytun yağı ilə qarışdırıb yeməlidirlər


    alıntı...
#24.04.2017 09:12 0 0 0
  • noimage

    Gicitkən çox qiymətli bitki sayılır. Ondan bəzi xəstəliklərin müalicəsində istifadə edilir.

    Tərkibində çox miqdarda dəmir var, həzm sistemi və digər orqanları təmizləmə xüsusiyyətinə malikdir, həzmi normallaşdırır, soyuqdəyməyə yaxşı təsir edir, öskürəyin qarşısını alır, immuniteti gücləndirir, qaraciyəri və böyrəkləri təmizləyir, sidik yolu infeksiyalarının müalicəsində istifadə olunur.

    Gicitkən çayı aşağıdakı kimi hazırlanır:

    Bir çay qaşığı xırda doğranmış gicitkən otu 1stəkan qaynar su ilə qaynadılır, 5-10 dəqiqə dəmləndikdən sonra süzülür. Gündə 2-3 stəkan yeni dəmlənmiş çay ac qarınına içilir. Qoxusunu və ya dadını bəyənməsəniz çaya bir az nanə əlavə edə bilərsiniz.

    Gicitkəndən hazırlanmış məhlulla saçları yumaq olar. O , saç tökülməsi zamanı yaxşı təsir göstərir.

    Bunun üçün 4-5 ovuc təzə və ya qurudulmuş yarpaq, 5 litr suya qoyulur, ağır odda qaynama dərəcəsinə qədər isidilir, 5 dəqiqə dəmləndikdən sonra süzülür.

    Bədən oynaqlarında duz olarsa, onun kötüyünü çıxarıb təmizləyir və doğrayıb çaynikdə qaynadırlar. Yeməkdən əvvəl gündə üç dəfə (hər dəfə də 100 qram) qəbul edilməlidir. Oynaqlarda duz çox olarsa, fasilə ilə bunu altı ay davam etdirmək olar.

    İshal (qarın ağrısı) zamanı gicitkənin yarpağından istifadə edilir. Bunun üçün gicitkənin təzə pöhrələnmiş yarpaqlarını yığıb çay kimi dəmləyib gündə 3-4 stəkan içmək lazımdır.

    alıntı..
#24.04.2017 08:07 0 0 0
  • noimage

    Təbabət bizə sağlam olmaq üçün çoxlu şəfaverci vasitələr bəxş edib. Meyvə-tərəvəz, çərəzlər, tumlar, taxıllar əsl şəfa mənbəyidir.
    Daim təbii məhsullarla qidalanan insan öz sağlamlığını qoruya və ömrünü uzada bilər.

    Küncütlə balın qarışığını isə əsl şəfaverici qarışım adlandırmaq olar. Bu 2 faydalı komponent fantastik xüsusiyyətlərə malik olan təbii müalicəvi və profilaktik vasitə əmələ gətirir. Şərqdə bu vasitə ilə cinsi zəifliyi və impotensiyanı, qadın xəstəliklərini müalicə edir, qadınlarda hamilə qalmaq ehtimalını artırırdılar.

    Küncütlə balın qarışığı qaraciyər üçün də olduqca faydalıdır - qaraciyəri möhkəmləndirir, qaraciyər xəstəliklərinin qarşısını alır.

    Bu qarışım sümükləri və oynaqları möhkəmləndirir, sümük toxumasının azalmasına mane olur. Bu səbəbdən uşaqlar və yaşlı insanlar üçün bu qarışım xüsusilə faydalıdır.

    Bu qarışım orqanizmin tonusunu artırır, əlavə güc verir, xəstəlik və ya cərrahi əməliyyatdan sonra orqanizmin bərpasını sürətləndirir.

    Qarışım beynin fəaliyyətini yaxşılaşdırır, beyni cavanlaşdırır.

    Küncütlə balın qarışığı ürək və damarlarımızın sağlamlığını qoruyur, aterosklerozun və bununla bağlı olan infarkt və insult riskini azaldır.

    Şəfaverici qarışım xərçəng xəstəliklərinin əla profilaktikasıdır.

    Küncütlə balın qarışığını hazırlamaq üçün eyni miqdarda küncüt və bal götürülür (məsələn, 1 stəkan küncüt və 1 stəkan təbii bal). Küncüt üyüdülür və balla yaxşı qarışdırılır. Qarışımı səhər və axşam 1 x.q. olmaqla yeməkdən 20 dəqiqə əvvəl qəbul edin.

    Hazır qarışığı sərin yerdə saxlayın

    alıntı..
#24.04.2017 07:59 0 0 0
  • noimage

    “Qalxanabənzər vəzinin xəstəlikləri onun funksiyasının artması, azalması və digər səbəblərdən meydana çıxır. Bizim regionda qalxanabənzər vəzin problemlərinə sıx rast gəlinir. Bunun bir səbəbi yod çatışmazlığı ilə bağlıdır. Azərbaycan orta dərəcəli yod çatışmazlığı olan ərazidə yerləşir”.

    Bunu APA TV-nin “Öncə sağlıq” proqramında endokrinoloq, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsinin müdiri Könül İsmayılova deyib.

    K. İsmayılova deyib ki, qalxanabənzər vəzin xəstəliklərinə hər yaşda təsadüf oluna bilər. Gənc yaşlarda problemin daha çox aşkarlandığını vurğulayan endokrinoloq bildirib ki, həm bu, həm də ümumiyyətlə, endokrin sisteminin digər xəstəliklərinə qadınlarda daha çox təsadüf olunur: “Ələlxüsus zoba qadınlarda daha çox rast gəlinir. Zobun yaranmasında irsiyyət, psixoemosional gərginlik, nevrotik vəziyyət əsas risk faktorlarından biridir”.

    Yod çatışmazlığının daha çox dağlıq ərazilər, Şəki, Qax, Zaqatala və digər bölgələrdə inkişaf etdiyini deyən həkim bildirib ki, qalxanabənzər vəzin müxtəlif problemləri irsi olaraq ana xətti ilə ötürülür.

    Onun sözlərinə görə, qalxanabənzər vəzin düyünləri əksər hallarda təsadüfi müayinə zamanı aşkar olunur: “Yəni düyün olsa da, bu xəstəni narahat etmir. Bu isə o demək deyil ki, düyünləri nəzarətsiz qoymalıyıq. Bunların bir qismi təbiətinə görə zərərli düyünlərdir. Düyün olarsa, onun mahiyyəti araşdırılmalıdır. Düyündən biopsiya nümunəsi götürülməli, xoş, yaxud bədxassəli olduğu müəyyən edilməlidir.
    Düyünün ölçüsündən, mahiyyətindən asılı olaraq xəstələrdə müəyyən zaman ərzində müxtəlif müayinələrin aparılması vacibdir. Heç bir şikayət olmadan, skrininq müayinələri aparılan hallarda düyünlər tez-tez aşkarlanır. Ölçüsü kiçik olan, təbiətinə görə zərərli hesab olunan düyünlərin də təsadüfən aşkarlanması mümkündür”.

    Bu problemlərin aşkarlanması metodları haqda danışan endokrinoloq bildirib ki, ultrasəs müayinəsi qalxanabənzər vəzin strukturunu müəyyən etmək üçün qızıl standartdır: “Ultrasəs müayinəsi vəzin sıxlığı, ölçüsü, homogenliyini, düyünlərin mövcud olub-olmadığını göstərir. Ultrasəs müayinəsi düyünlərin təbiətini təxmin edir, düyünün maye tərkibli olub-olmadığını, qan təchizatını göstərir.

    Amma düyünlərin funksiyasının artıb-azaldığını, dəyişib-dəyişmədiyini USM ilə müəyyən etmək mümkün deyil. Bunun üçün mütləq qan analizləri, hormonal analizlərin aparılması lazımdır”.

    Mütəxəssis onu da qeyd edib ki, qalxanabənzər vəzidə olan düyünlər bərkdirsə, onların bədxassəli olması ehtimalı artır: “Tərkibi maye olan düyünlər demək olar ki, xoşxassəli olur. Düyünlərin bərk, yoxsa yumşaq olduğunu müəyyən etmək üçün elastoqrafiya adlanan metod da var. Yəni bu elastikliyi, sərtlik dərəcəsini müəyyən etməyə imkan verir. Bu, xoşxassəli və bədxassəli düyünlərin differensiasiyasında bizə çox kömək edir. Amma yenə də şübhələr qalarsa, incə iynəli biopsiya deyilən metoddan istifadə olunmalıdır.
    Biz düyünlərin onkoloji problemə çevrilmə ehtimalını nəzərə alaraq daim nəzarətdə saxlayırıq. Əfsuslar olsun ki, düyünlərin bir qismi bədxassəli olur.

    Düyünlərin xoş, yaxud bədxassəli olduğunu bilmək üçün USM müayinəsinin müşayiəti altında incə iynəli biopsiya metodu ilə düyündən material götürülür və araşdırma aparılır. Nəticəyə uyğun olaraq addımlar atılır. Əgər düyünün ölçüsü 1 sm-dən böyükdürsə mütləq biopsiya olunmasına göstəriş var. Müasir beynəlxalq protokollar bunu tələb edir”.

    K. İsmayılova bildirib ki, qalxanabənzər vəzin funksiyasının artması nəticəsində bir çox əlamətlər müşahidə olunur: “Çəkinin azalması, gözlərin önə çıxması, göz qırpmasının olmaması, gözlərin parlaqlaşması, yanaqların qızarması, daimi narahatlıq, tələskənlik, əllərinin əsməsi, iştaha yaxşı olsa da, arıqlamaq əlamətləri daha çox nəzərə çarpır.

    Vəzin funksiyasının azalmasının da özünəməxsus əlamətləri var. Belə xəstələr çəkilərinin artmasından şikayət edirlər. Əslində burada çəki artması yox, maye toplanması, ödem yaranmasından söhbət gedir. Şişkinlik daha çox səhər yuxudan duranda qeydə alınır.

    Göz qapaqlarında, göz ətrafında, üzdə, əllərdə şiş yaranır. Saç tökülməsi, saçların solğun, kövrək olması, rəngin avazıması kimi əlamətlər qeydə alınır. Belə insanlar daim yorğun olurlar, kontaktdan yayınırlar, fiziki işləri görə bilmir, tez yorulurlar.

    Vəzin funksiyası artdığı hallarda ürək vurğularının sayının artması, aritmiyalar meydana çıxır. Bu cür xəstələrdə təzyiqin yüksəlməsinə təsadüf edirik. Funksiyanın azalması isə əksinə ürək vurğularının azalması, təzyiqin aşağı enməsi, hemoqlobin sayının azalması ilə müşahidə edilir”.

    Mütəxəssis onu da deyib ki, bu əlamətlər bir çox hallarda bir sıra başqa xəstəliklərin əlamətləri ilə oxşar olduğu üçün müalicələr başqa istiqamətdə aparılır:

    “İnsanlar illərlə kardioloji, illərlə nevroloji problemlərə görə müalicə alırlar. Amma bugünkü müayinə metodları ilə qalxanabənzər vəzinin problemlərini vaxtında aşkarlayıb, uğurlu müalicəsini aparmaq mümkündür”.

    K. İsmayılova onu da deyib ki, qalxanabənzər vəzin funksiyasının artması və azalması düzgün müalicə olunmazsa, xəstə komaya düşə, həyatını itirə bilər.

    Qalxanabənzər vəzinin problemləri ilə bağlı gərəksiz cərrahiyyə əməliyyatlarının aparılması barədə fikirlərə münasibət bildirən mütəxəssis deyib ki, belə hallarla praktikada onlar da rastlaşırlar:

    “Düyünlərin ölçüsü böyüdürsə, bədxassəlidirsə, triotoksikoz varsa, zobun ölçüsü çox böyüyübsə, yəni nəfəs, qida borusu sıxırsa, həyati vacib orqanlara maneçilik törədirsə, o zaman əməliyyat olunmalıdır. Əgər vəzdə düyün yoxdursa, sadəcə, vəz funksiyasını yerinə yetirmirsə, o zaman hansı əməliyyatdan söhbət gedə bilər? Əməliyyat ziyanlı, artıq hissəni götürmək lazım olanda tətbiq edilməlidir. Təəssüflər olsun ki, biz autoimmun tiroid, yəni qalxanabənzər vəzin funksiyasının azalmasına gətirib çıxaran iltihabi xəstəlik zamanı cərrahiyyə əməliyyatlarının aparılmasına təsadüf edirik. Hipoterioz, yəni qalxanabənzər vəz çatışmazlığı zamanı da əməliyyatlar olunur. Bunlar birmənalı olaraq səhv yanaşmalardır. Burada hər hansı müzakirəyə də yer yoxdur”.

    Mütəxəssis onu da deyib ki, bir çox ölkələrdə doğum evlərində uşaq dünyaya gələn kimi
    qalxanabənzər vəzinin funksional vəziyyəti qiymətləndirilir: “Bu, çox vacibdir. Əgər çatışmazlıq aşkarlanarsa, ilk 6 ayda diaqnoz qoyulmalı, müalicəyə həmən başlanmalıdır.
    Burada gecikmə olarsa, əqli, fiziki inkişafda, cinsi yetişkənlikdə problemlər yaradır. Cəmi bir dərmanla vəzidə olan çatışmazlığın qarşısını almaq, uşağı əqli, fiziki çatışmazlıqdan qorumaq olar. Doğum evlərində belə müayinələr aparılmasa da pediatrlar diqqətli olmalı, valideynləri zamanında bu müayinələrin aparılmasına yönəltməlidirlər. Əgər müalicəsi asandırsa, nə üçün uşaq sabah əqli qabiliyyətinin zəif olmasından əziyyət çəkməlidir?”

    Yod çatışmazlığının hamiləlik dövründə yaratdığı problemlərə toxunan mütəxəssis “Hamiləlik dövründə anaya yod daha çox lazımdır ki, həm özünü, həm də dölü təmin etsin. Qalxanabənzər vəzin hormonları dölün, onun beyninin, mərkəzi sinir sisteminin formalaşmasında çox mühüm rol oynayır. Ona görə də hamilə qadınların, hamiləliyə hazırlaşan xanımların qalxanabənzər vəzi ilə bağlı müayinələrə cəlb olunması çox vacibdir. Onu da deyim ki, qalxanabənzər vəzin problemləri ilə bağlı sonsuzluq halları da həddən artıq çoxdur. Funksiyanın artması da, azalması da hamiləliyin baş tutmamasına səbəb olur”, deyə vurğulayıb.

    https://youtu.be/aPZbAJgqVdg

    alıntı..
#24.04.2017 07:41 0 0 0
#24.04.2017 07:28 0 0 0
#24.04.2017 07:20 0 0 0
  • noimage


    Adi saçlardan bezmisinizsə, dəyişiklik edin.
    Artıq bunun zamanıdır. Bu ilin saç trendi isə həm də sizin əhvalınızı yüksəldəcək. Pastel tonlarda rəngarəng saçlar bu ilin saç dəbinə meydana oxuyacaq. Boz tonlu saçlarla çəhrayı, bənövşəyi, yaşıl və mavinin incə tonlarını birləşdirmək holoqrafik saçları meydana gətirir. Aile.lent.az 2017-ci ilin saç trendi olan holoqrafik saçlarla sizi tanış edir. Amma saçları bu cür boyamaq bir az da cəsarət tələb edir.

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    alıntı...
#24.04.2017 07:09 0 0 0
  • noimage

    Məkkə çayını içməyin xeyri:
    Qan təzyiqini azaldır;
    Xolesterini miqdarını azaldır;
    Kapillyarları möhkəmləndirir;
    Antibakterial xüsusiyyətə malikdir;
    Qaraciyər və mədəaltı vəzin funksiyasını yaxşılaşdırır;
    Spirtin zəhərli təsirinə qarşı qoruyucu təsiri var.
    Eyni zamanda Məkkə çayı susuzluğu dəf edir, iştahanı stabilləşdirir və həzm sistemini yaxşılaşdırır. Çay istənilən yaş üçün faydalıdır.
    Maraqlısı odur ki, içki soyuq vəziyyətdə təzyiqi salır, isti vəziyyətdə içdikdə isə qaldırır.
    Məkkə çayı özündə S, C vitamini, meyvə turşuları, əvəzolunmaz amin turşuları, kompleks vitaminlər və kvertsini birləşdirir.
    Çay həm də görməyi yaxşılaşdırır, gözlərin yorğunluğunu götürür, orqanizmi təmizləyir, qaraciyəri qoruyur və maddələr mübadiləsini yaxşılaşdırır.
    Çayı hazırlamaq üçün 1 çay qaşığı Məkkə çayının çayının üzərinə 1 fincan isti su tökərək 10-15 dəqiqə dəmlənməyə qoyun.
    Məkkə çayını isti şəkildə qənd ilə, soyuq halda isə buzla kokteyl kimi içmək olar.


    alıntı..
#23.04.2017 23:34 0 0 0
  • noimage

    Tərkibi:
    Gənəgərçək yağı
    Qara zirə yağı
    Evkalipt yağı
    Dəfnə yağı
    Küncüt yağı
    At pıtrağı yağı
    Gicitkən yağı
    Çobanyastığı yağı
    Lavanda yağı
    Dəvədabanı yağı
    Kəklikotu yağı.

    Təsiri:
    Saçın özünə və kökünə təsir edən dərman bitki yağlarının mükəmməl kombinasiyası saç tökülməsi və kəpəklənmə əleyhinə təsir göstərir.

    İstifadə qaydası:
    Yağ masaj edilərək saçların dibinə hopdurulur, 30 dəqiqədən sonra saçlar yuyulur. Profilaktika məqsədi ilə həftədə 1-2 dəfə, müalicə məqsədi ilə günaşırı istifadə olunur.


    alıntı...
#23.04.2017 23:29 0 0 0
  • noimage

    Tərkibi:
    Dərman gülxətmi kökü, qaraqınıq otu, dəvədabanı yarpağı.

    İstifadəsinə göstəriş:
    Pnevmoniyada, traxeobronxitlərdə, kəskin və xroniki bronxitlərdə tətbiq olunur.

    İstifadə qaydası:
    İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, qapaqla örtülür, 30 dəq. dəmlənir, soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml ilıq şəkildə yeməkdən sonra qəbul olunur.


    alıntı...
#23.04.2017 23:10 0 0 0