N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • noimage

    Ötən gün Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və daun sindromlu uşaqlar üçün əyləncə proqramı təşkil edib.

    Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə tədbirdə bir çox tanınmış simalar iştirak edib.

    Lent.az Big.az-a istinadən xəbər verir ki, L.Əliyeva uşaqlarla birgə ləzginka oynayıb. Onun bu rəqsi maraqla qarşılanıb.

    https://youtu.be/X6gdHR5_pO4

    alıntı...
#10.05.2017 22:44 0 0 0
  • noimage

    Bir il yarımdır ki, Kemal Ekmekçi adlı bəylə sevgili olan türkiyəli aktrisa Gizem Karaca evlilik yolunda ilk addım atıblar.

    Lent.az-ın Sozcu.com.tr-yə istinadən verdiyi məlumata görə, cütlük ötən gün nişanlanıb. Onların özəl günündə yalnız ailə üzvləri və yaxın dostları iştirak edib. Aktrisa nişanında: “Ailə qurmağımız üçün yaxşı bir başlanğıc oldu. İndi daha ciddi addımlar atmaq zamanıdır”.

    noimage

    alıntı..
#09.05.2017 22:13 0 0 0
  • noimage

    Əməkdar artist Manana Çaparidze qızı Elizabet ilə ötən gün Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxıb. Lent.az-ın məlumatına görə, onlar Azərbaycan və Gürcüstanın uşaq kollektivlərinin "Sehrli səslər" adlı konserti çərçivəsində öz rollarını təqdim ediblər. Müğənni qızı ilə birgə "Frozen" adlı cizgi filmindən "Let it go" mahnısını oxuyub.

    Əməkdar artist gecəylə bağlı fikirlərini sosial şəbəkədə yazıb: “ Bu da mənim mələyim. Və qızımla mənim duetim. Alqışlara görə də hər birinizə minnətdaram. Allah bütün uşaqları və valideynləri xoşbəxt etsin. Amin!".

    noimage

    noimage

    Yalçın UĞUR
#09.05.2017 22:09 0 0 0
  • noimage

    Müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.

    Lent.az-ın ”report”-a istinadən xəbərinə görə, buna onun təzyiqinin və şəkərinin yüksək həddə qalxması səbəb olub.Bildirilir ki, müğənni evində olarkən özünü pis hiss edib və təcili olaraq xəstəxanaya gətirilib.

    alıntı..
#09.05.2017 22:05 0 0 0
  • noimage

    Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir. “APA Holdinq”in Kiyevə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycanı təmsil edən Diana Hacıyeva səhnəyə səkkizinci çıxaraq “Skeletons" mahnısını ifa edib. “Dihaj” təxəllüsü ilə çıxış edən D. Hacıyevanın mahnısının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byormandır.

    Birinci və ikinci yarımfinalların hər birində 18 ölkə finala keçmək uğrunda yarışır. Birinci yarımfinalda Azərbaycanla yanaşı, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar çıxış edirlər.

    Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.

    Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunacaq.

    Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

    İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək

    noimage

    noimage

    noimage

    alıntı...
#09.05.2017 21:59 0 0 0
  • noimage

    Türkiyənin məşhur müğənnisi İbrahim Erkal vəfat edib.

    Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, müğənni uzun müddətdir xəstə idi. O, bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
    Qeyd edək ki, İbrahim Erkal aprelin 12-də yaşadığı binanın yanında huşsuz vəziyyətdə tapılmışdı. Xəstəxanaya aparılan zaman müğənninin beyninə qan sızdığı məlum olmuşdu. Sənətçi o vaxtdan reanimasiyada idi.

    https://youtu.be/fBHnb5VAqDs

    alıntı..
#09.05.2017 21:55 0 0 0
  • noimage

    Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

    APA-nın məlumatına görə, tədbirdən öncə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin əməkdaşları və tədbir iştirakçıları Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsi önünə gül dəstələri qoyublar.

    Tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş sənədli filmin nümayişi ilə başlayıb.

    Sonra çıxış edən nazir Kəmaləddin Heydərov bildirib ki, Heydər Əliyevlə eyni dövrdə yaşamaq xoşbəxtlikdir: "Keçmiş 15 sovet respublikası müstəqillik əldə etsə də, Azərbaycan tam müstəqil deyildi. Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, səriştəsiz şəxslərin hakimiyyətdə vəzifə bölgüsü uğrunda mübarizəsi, məhv olan iqtisadiyyat müstəqil dövlət parametrlərinə uyğun gəlmir. Ümummilli lider hakimiyyətə gələndən sonra müstəqil dövlət parametrlərini bərpa etdi. Konstitusiyaya Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi Heydər Əliyevin xalqımız qarşısında böyük xidmətlərindən biridir. O, 1994, 1995-ci illərdə baş qaldıran ünsürlərin bəd niyyətlərinin qarşısı alındı. Daha sonra torpaq islahatı başladı, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı. Bütün bunlar Azərbaycanın gələcək inkişafının əsasını qoydu. Baxmayaraq ki, neftin qiyməti düşüb, iqtisadi sahədə müəyyən zəifləmələr var, bu gün Azərbaycan inkişaf edir, digər dövlətlərə yardım göstərir".

    K. Heydərov deyib ki, Heydər Əliyevin qəlbində Azərbaycan alovu, sevgisi vardı: "Heydər Əliyevin yolu, gördüyü işlər bu gün uğurla davam etdirilir. Azərbaycan hazırda çoxlu sayda möhtəşəm beynəlxalq tədbirlər keçirir, belə tədbirlərin mərkəzinə çevrilib. Azərbaycanı sevən insanlar Heydər Əliyevin ideyalarını yaşatmalı, hər kəs bu ideyaları özü üçün istinad nöqtəsi, dayaq bilməlidir. Bu halda Azərbaycanın inkişafı daha da sürətli olacaq".

    Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, zaman keçdikcə Heydər Əliyevin böyüklüyü daha çox dərk edilir: "Hər bir sahədə Heydər Əliyevin atdığı addımları, işləri görürük. Heydər Əliyevin azərbaycançılıqla bağlı atdığı addımlar Azərbaycanı dünyaya bir xalq, dövlət kimi tanıdıb. Heydər Əliyev 1995-ci ildə qəbul edilən Konstitusiyaya Azərbaycan dilini dövlət dili kimi daxil etdi, ölkədə parçalanmanın qarşısını aldı, respublikada yaşayan müxtəlif xalqları azərbaycançılıq ideologiyası altında birləşdirdi. Heydər Əliyev türkçülüyü, islamçılığı və qafqazçılığı bir yerdə götürərək, azərbaycançılıq ideologiyasını irəli sürdü. 15 sovet respublikası içərisində müstəqillik elan olunanda ən pis vəziyyət Azərbaycanda idi. Azərbaycan 15 sovet respublikası arasında müstəqilliyi 14-cü elan edən dövlət oldu. Bu, həmin dövrdə ölkəyə rəhbərlik edən insanlarla bağlı idi. İmperiyanı qorumaqda daha çox maraqlı sayılmalı olan Rusiya iyun ayında, Azərbaycan oktyabr ayında müstəqilliyini bərpa etdi. Bu, həmin dövrdə ölkəyə rəhbərlik edən insanların səriştəsizliyi, mərkəzdən asılı olması ilə bağlı idi. Heydər Əliyev həmin vaxt Azərbaycanın birinci şəxsi olsaydı, nə torpaqlarımız işğal olunar, nə də 1 milyondan çox qaçqın və məcburi köçkün olardı. 20 Yanvar kimi faciələr Baltikyanı ölkələrdə, Gürcüstanda da baş verdi. Həmin ölkələrin rəhbərliyi istefa verdi. Azərbaycanda isə 20 Yanvar faciəsindən sonra hakimiyyət uğrunda mübarizə başladı. Yalnız Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, cəsarətlə faciəni pisləyən bəyanatla çıxış etdi".

    S. Novruzov qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gələn dövrdə Azərbaycanın əksər qonşularla, Rusiya və İranla, hətta Orta Asiya ölkələri ilə münasibətləri çox pis olub: "Heydər Əliyev bu münasibətləri normallaşdırdı. Ulu öndər onu da bildirirdi ki, Azərbaycan üçün neft məqsəd deyil, inkişafa nail olmaq üçün vasitədir. Bu gün Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir. Heydər Əliyev vurğulayırdı ki, iqtisadi inkişafın birinci şərti ictimai-siyasi sabitlikdir. Bunun nəticəsidir ki, Azərbaycan inkişaf edir, beynəlxalq tədbirlər keçirilir, bir neçə gün sonra İslam Həmrəyliyi Oyunları başlayacaq. Azərbaycan qlobal oyunçuya çevrilib. Təsadüfi deyil ki, Rusiya və Türkiyə prezidentləri iki ölkə arasında münasibətlərin normallaşmasında roluna görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdi. Bu, Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir".

    Daha sonra regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdən danışan K. Heydərov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir: "Biz də çalışmalıyıq ki, Azərbaycan insanı rahat yaşasın. Bir vaxt Bayılda sürüşmə olmuşdu, ora Heydər Əliyev də getmişdi. O zaman elə texnikalarımız, imkanlarımız yox idi ki, vəziyyət təhlil edilsin, sürüşmənin nəticələri aradan qaldırılsın. Dövlət başçısı vəsait ayırdı, xarici mütəxəssislər dəvət edildi, biz o ərazidə fəaliyyətə başladıq. İndi görürsünüz ki, o ərazidə nələr tikilib. Bizim Dağlıq Qarabağ problemimiz var. Bu problem Azərbaycana qarşı yaradılıb. Münaqişənin həlli üçün danışıqlar aparılır, eyni zamanda ordu quruculuğu uğurla davam etdirilir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan güclüdür, bundan sonra daha güclü olacaq. Biz Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı azad edəcəyik. Biz dövlət başçımıza daim dəstək verməyə hazırıq".

    Fövqəladə hallar naziri Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına toxunub: "Kifayət qədər neftlə zəngin, bizdən öncə müstəqil olan ölkələr var. Ancaq məhz Azərbaycan bu böyük idman oyununa ev sahibliyi etmək təşəbbüsü ilə çıxış etdi. Çünki Azərbaycan uğurla inkişaf edir. Ölkəmizə turistlərin axını da təsadüfi deyil. Bu, ictimai-siyasi sabitliyin, buna əsaslanan inkişafın nəticəsidir. Bununla yanaşı, neftin qiymətinin düşməsi kimi ümumi problemlər var. Ancaq bu, Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib. Hər bir insanın həyatında da müəyyən problemlər olur. Biz inanırıq ki, Azərbaycanın gələcəyi çox gözəl olacaq. Biz Heydər Əliyevçi olmağımızla fəxr edirik. Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar əldə edəcək".

    noimage

    noimage

    noimage

    noimage

    APA

    alıntı..
#09.05.2017 21:42 0 0 0
  • noimage

    Mayın 10-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Axşam havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
    Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə 14-16° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 13-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

    alıntı..
#09.05.2017 21:28 0 0 0
#09.05.2017 16:13 0 0 0
  • noimage

    Revmatologiya - təbabətin dayaq-hərəkət aparatı, yəni sümük-oynaq-əzələ-bağ sistemi və onurqa sütunu xəstəliklərini öyrənən bir elm sahəsidir.

    Hüseynov Nadir İsmayıl oğlu professor - revmatoloq



    Revmatologiya - təbabətin dayaq-hərəkət aparatı, yəni sümük-oynaq-əzələ-bağ sistemi və onurqa sütunu xəstəliklərini öyrənən bir elm sahəsidir.Bu qrup xəstəliklər “revmatik xəstəliklər(RX)” adlanır. Hal-hazırda 100-dən artıq mövcud olan RX-müalicəsi məhz həkim-revmatoloqun kompitensiyasına aiddir. Bundan əlavə, revmatologiya dayaq-hərəkət aparatı ilə birgə, daxili orqanların zədələnməsi zamanı “sistem xəstəliklərinin” öyrəniləməsi ilə də birbaşa əlaqədardır
    Bel ağrıları, hava dəyişməsi ilə əlaqədar olaraq ”sızıldayan” oynaqlar-bütün bunlar heç də düşündüyümüz kimi heç də sadə bir əlamət deyil. Bunlar ciddi xəstəliyin ilkin əlamətləri ola bilər. Əgər vaxında məqsədyönlü müalicə aparılmasa, xəstəliyin sonu 70% hallarda əlilliyə gətirib çıxara bilər.
    RX əsas kardinal əlamətləri oynaqlarda ağrı (dünya əhalisinin 40% -ində olur), şişkinlik, hərəkət məhdudluğu, əl və ayaq barmaqlarında deformasiya, defiqurasiya və s. Xəstə əksər hallarda sadə hərəkətlər (sərbəst olaraq oturmaq, durmaq, yataqdan qalxmaq, hərəkət etmək və s.) edə bilmir. Həyat-tərzinin pozulması ilə əlaqədar olaraq xəstənin psixi durumunda dəyişikliklər baş verir.
    Revmatoloqun məsləhətinə və köməyinə ehtiyacı olan cavan və yaşlı xəstələrin sayı hər il durmadan artır.
    Revmatik xəstəliklərə qarşı oynaq aparatı daha kəskin reaksiya verir və nəticədə xəstə narahatçılıq hissi keçirir. Adətən, belə hallarda xəstə revmatoloqa müraciət etməyə tələsmir və nəticədə xəstəlik tədricən pisləşərək xroniki və ağır formaya keçir.
    Bir çox hallarda, xəstəlik əlilliyə gətirib çıxarır ki, belə hallarda Sizin xəstəlikdən azad olunmağınız və ağırlaşmaların qarşısını almaq, eləcə də Sizin işgüzarlığınızı təmin etmək və oynaqların normal funksiyasını bərpa etmək revmatoloqun kompetensiyasına aiddir.

    Revmatoloqa nə vaxt müraciət etmək lazımdır?

    ƏGƏR:
    Sakitlik və hərəkət zamanı oynaqlarda və onurqa sütununda daimi ağrılar varsa;
    Səhər yataqdan duranda bütün bədəninizdə və ya ayrı-ayrı oynaqlarda əzginlik hissi varsa;
    Əl və ayaq barmaqlarında ağrı və şişkinlik əlamətləri varsa;
    Periferik oynaqlarda və onurğa sütununda ağrı, hərəkət məhdudluğu və diskomfort hissi varsa,

    Sizin revmatologun məsləhətinə ehtiyacınız vardır!
    Çoxları düşünür ki, revmatoloqun konsultasiyasına yalnız yaşlı nəsil müraciət etməlidir. Lakin, RX-ə yeniyetmə və cavan yaşlarında daha çox rast gəlinir.
    Xəstəliyin ilk sinptomları əmələ gəldikdə təcili olaraq həkim-revmatoloqa müraciət etmək lazımdır ki, xəstəliyin ağırlaşmasının qarşısı vaxtında alınsın və düzgün müalicə təyin olunsun.

    Profilaktik məqsədlə də revmatoloqa müraciət etmək olar, əgər Sizdə tez-tez angina və virus infeksiyası olursa və ya ailə üzvlərinizdə revmatoidli artrit, ankilozedici spondiloartrit (Bexterev xəstəliyi), qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, sistemli vaskulit kimi xəstəliklərdən hər hansı biri varsa.

    Əğər Sizdə uzun müddət davam edən “səbəbsiz” hərarət sindromu, arıqlama varsa, o zaman “Sistem xəstəliklərini” inkar etmək üçün həkimlər Sizi revmatoloqa göndərə bilər.

    Bundan əlavə, Osteoartroz və Oosteoporoz kimi xəstəliklərin müalicəsi də həkim-revmatoloqun kompetensiyasına aiddir. Bu xəstəliklər demək olar ki, bütün yaşlı insanlarda və 60-yaşdan yuxarı bütün adamlarda (kişi, qadın) rast gəlinir və onlara Densitometriya müayinəsindən keçmək və qanın müayinəsində müəyyən markerlərin təyini məsləhət görülür. Eyni zamanda, oynaqlarda degenerativ-distrofik proseslərin sürətli inkişafının və sümüklərin sınma ehtimalının yüksək riskinin qarşısını almaq üçün, hərəkət gigiyenası qaydalarını öyrənmək üçün maarifləndirmə işləri aparılmalıdır.

    Revmatik xəstəliklər ilkin mərhələdə passif gedişli olduğuna görə, özünü zəif formada biruzə verir. Ona görə xəstəliyin inkişaf etməsinin və xroniki formaya keçməsinin qarşısını almaq üçün simptomlara ciddi yanaşmaq lazımdır.

    Revmatoloqun nəzarəti və müşahidəsi, immun statusun hərtərəfli müayinəsi, xəstəliyin ilkin dövründə düzgün müalicəsi, oynaq və birləşdirici toxumanın xəstəlikləri olan xəstələrin iş qabiliyyətini uzun müddət saxlamasına köməklik edir.

    Revmatoloji xəstələrin müalicəsi mürəkkəb və uzun müddətli olur ki, bu da xəstələrdən intizamlı və səbirli olmağı tələb edir. Revmatologiyada hər hansı bir səbəbdən asılı olmayaraq (soyuqdəymə, travma, infeksiya) müalicəyə xüsusi yanaşma tələb olunur və revmatoloji xəstələr üçün həkim-revmatoloq №1 sayılır.

    Həkim-revmatoloq hər xəstəyə individual müalicə sxemi təyin edir (müalicəvi-profilaktik tədbirlər, oynaqdaxili inyeksiyalar).

    Mütəxəssis müalicə planını hazırlayanda xəstənin yaşını, individual xüsusiyyətlərini, xəstəliyin dərəcəsini və yanaşı gedən xəstəlikləri və s. nəzərə alır.

    Ehtiyac olunarsa, xəstəyə gündüz stasionarı şəraitində fizioterapiya, massaj, müalicə gimnastikası, manual terapiya, ozonoterapiya, iynəbatırma və s. təyin olunur.

    alıntı...
#09.05.2017 15:34 0 0 0
#09.05.2017 13:17 0 0 0
#08.05.2017 14:58 0 0 0
#07.05.2017 23:08 0 0 0
  • noimage

    Ukrayna Premyer Liqasında çempion bəlli olub. Apasport.az saytının məlumatına görə, uzun marafonun qalibi “Şaxtyor” olub.

    Donetsklilər 28 turdan sonra topladıqları 75 xalla “qızıl”ı özləri üçün təmin ediblər. Sona 4 tur qalmış Kiyev “Dinamo”su isə ikinciliyi əldə edib.

    Qeyd edək ki, bu, “şaxtaçılar”ın 10-cu çempionluğudur. Onlar məlum göstəricidə yalnız “Dinamo”dan geri qalırlar. Kiyevlilərin aktivində 15 qızıl medal var.

    alıntı...
#07.05.2017 15:57 0 0 0
  • noimage

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə 13-15° isti, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, mayın 8-də hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

    alıntı...
#07.05.2017 15:49 0 0 0
  • noimage

    “Lider TV”nin aparıcısı Səhər Əkbər Avstriyanın Vyana şəhərinin “Austria Trend Royal Park Vienna Hotel”ində keçirilən “Miss Union-2017” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

    Bunu Lent.az-a “Miss Union” müsabiqəsinin Azərbaycandakı milli direktoru və rəsmi nümayəndəsi Gülnarə Xəlilova deyib.

    Dildora Curayeva (Özbəkistan) birinci vitse-miss, Yuliya Qranovili (Yunanıstan) ikinci vitse-miss, Anna Kankiya (Gürcüstan) “Miss Online” və “Miss Photo Model”, Yekaterina Reykova (Ukrayna) “Miss tamaşaçı simpatiyası” və “Miss Fashion” adlarına layiq görülüblər.

    Müsabiqədə Azərbaycan, ABŞ, Avstriya, Almaniya, Yunanıstan, Gürcüstan, Kipr, Livan, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, İndoneziya və digər ölkələrin nümayəndələri iştirak ediblər. S.Əkbər müsabiqədə Gülnarə Xəlilova Moda Evinin geyimlərində iştirak edib.

    G.Xəlilova bildirib ki, müsabiqə yüksək səviyyədə keçirilib, bütün iştirakçılar və münsiflər heyəti bir ailə kimi olub, bir-birilərini dəstəkləyiblər:


    “Azərbaycanı bu qələbə münasibəti ilə təbrik edirəm. Qələbə Avropanın ən qədim və gözəl şəhərlərinin birində, möhtəşəm arxitekturası olan və aralarında Motsart, Bethoven, Qaydn, Şubert, Mendel və Freydin olduğu alim və incəsənət xadimlərindən ibarət məşhurlar ordusunun vətəni Vyanada layiqli şəkildə qazanılıb”.

    Münsiflər heyətinin tərkibinə müsabiqənin Azərbaycandakı milli direktoru və rəsmi nümayəndəsi, Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Yunanıstandakı rəsmi nümayəndəsi və milli direktoru Gözəl Hansen, Almaniyadakı rəsmi nümayəndəsi Lara Ta, Gürcüstandakı milli direktoru və rəsmi nümayəndəsi Maya Xutsişvili, Birləşmiş Ərəb Əmirliklərindəki milli direktoru Maryan Makram daxil olublar. Sosial şəbəkələrdə irəliləyiş üzrə menecer Fərrux Seyfullayevdir (Özbəkistan). “Miss Union” müsabiqəsinin baş direktoru və qurucusu Gülnarə Məhəmmədovadır (Özbəkistan).

    “Miss Union” öz mədəniyyətini və ənənələrini zərifliklə uyğunlaşdıraraq müasir üslubda təmsil edən müxtəlif ölkələrin gözəllərinin birliyidir və müsabiqə iştirakçıları üçün ölkələrini ənənələr, gözəllik və mehribanlıq məcmusu qismində təmsil etmək imkanıdır. Müsabiqənin əsas devizi: “Dünyanı gözəllik xilas edəcək”. Münsiflər heyəti iştirakçıları aşağıdakı göstəricilər üzrə qiymətləndirir – xarici görünüş, milli mədəniyyətin və intellektual bacarıqların təqdimatı.

    Xatırladaq ki, “Miss Union 2016”nın finalı avqustda Bakıda keçirilib. Müsabiqənin qalibi gürcüstanlı Maya Amaşukeli olub.

    noimage

    noimage

    noimage

    noimage

    Yalçın UĞUR

    alıntı..
#06.05.2017 07:37 0 0 0
  • noimage

    Ana olduğu üçün sənətinə fasilə verən müğənni Aytac Vidadiqızı ana olduqdan sonra ilk mahnısını təqdim edib.

    Lent.az xəbər verir ki, müğənni “Azərbaycan” adlı mahnısını dinləyicilərin ixtiyarına verib.

    Yeni mahnısından danışan ifaçı bu mahnını Türkiyədə yaşadığı müddətdə bəstələdiyini bildirib: “Hamiləlik dövrümü İstanbulda yaşadım. Azərbaycan üçün burnumun ucu göynəyirdi. Hər gün bir rayona, bir kəndə getmək istəyirdim. Hər gün Azərbaycana aid mahnılar dinləyirdim. Gün boyu mahnılar dilimdən düşmürdü. Hər yerdə Azərbaycan haqqında mahnıları zümzümə edirdim. Elə orada qərara gəldim ki, elə bir mahnı bəstələyim ki, mahnıda Azərbaycanın bütün bölgələrinin adı çəkilsin. İnanıram ki, mahnı hər kəsin xoşuna gələcək. Çalışmışıq ki, unutduğumuz bölgə adı olmasın. Mahnının sözlərini də Elvin Mehmanlı yazdı”.

    Yaradıcılığından danışan Aytac Vidadiqızı yay aylarında bir sıra ritmik mahnılar və klip çəkilişlərini həyata keçirəcəyini bildirib.

    Qeyd edək ki, Aytac Vidadiqızı türk vətəndaşı Canberk Coşquntuna ilə ailə qurub. Ailə qurduqdan sonra cütlük 1 il İstanbulda yaşayıb. Onların Bəstə adlı bir qız övladı dünyaya gəlib. Hazırda müğənni ailəsi ilə birlikdə Bakıda yaşayır.

    https://youtu.be/knb49z30UA4


    noimage

    noimage

    alıntı..
#06.05.2017 07:27 0 0 0
  • noimage

    Sosial şəbəkədə “rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan, videoları sosial şəbəkələrdə rekord sayda izlənilən tanınmış Canluka Vakki artıq Bakıdadır.

    Lent.az-ın “trend”ə istinadən məlumatına görə, öz di-cey (DJ) proqramı ilə Bakı Şopinq Festivalının xüsusi qonağı kimi Bakıya gələn Vakki "Elektra Hall" səhnəsində çıxış edəcək.

    Festival ilk dəfə bu il keçirilir və əsas məqsədi ölkədə turizmin, sahibkarlığın inkişafına nail olmaqdır. Mayın 10-dək davam edən festival zamanı çoxlu sayda əyləncəli tədbirlər – konsertlər, fləşmoblar, modalar, teatr və kino nümayişi, bir çox sürprizlər, uduşlar və hədiyyələr nəzərdə tutulur.

    https://youtu.be/tXee3np4aTE

    alıntı..
#06.05.2017 07:13 0 0 0