N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • noimage

    Məşhur Fransa aktyoru Alen Delon bu ilin payızında kino karyerasını başa vuracağını bəyan edib.

    APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, aktyor sonuncu rolunu rejissor Patris Lekontun filmində oynayacaq.

    “Bu mənim son filmim olacaq. Mən artlq boksçu kimi lazım lüzumsuz döyüşlərdə iştirak etmək istəmirəm”, deyə A.Delon bildirib.

    Onun sözlərinə görə, məhəbbət əhvalatından bəhs edən filmdə onun partnyoru aktrisa Jülyet Binoş olacaq.

    Qeyd edək ki, son dəfə kinoda A.Delon 2008-ci ildə, “Asteriks və Obelisk Olimpiya Oyunlarında” filmində çəkilib.

    alıntı..
#06.05.2017 07:03 0 0 0
  • noimage

    Rusiya Suriyada yaradılacaq "təhlükəsiz bölgə"lərdə ABŞ təyyarələrinin uçuşunun mümkün olmayacağını bildirib.

    APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikri Rusiyanın Astanadakı təmsilçisi Aleksandr Lavrentyev bildirib. Anlaşma ötən gün Qazaxıstan paytaxtında Türkiyə, Rusiya və İran arasında imzalanıb.

    Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edən Rusiya prezidenti Vladimir Putin dörd nöqtədə silahların tamam susması ilə uçuşun qadağan olunduğu bölgələrin yaradılacağını söyləmişdi.

    Əldə olunan razılaşmaya əsasən Türk ordusu müxaliflərin nəzarətindəki bölgələrdə təhlükəsizliyi həyata keçirmək və "Əl-Qaidə" ilə əlaqəli qrupların məhv edilməsi üçün İdlibə girəcək. Türk ordusu "Əl-Qaidə" ilə əlaqəsi olan "Tahrir əl-Şam" qruplaşmasını İdlib vilayətindən uzaqlaşdıracaq.

    https://youtu.be/5SuFTtGIM_0

    alıntı..
#06.05.2017 07:01 0 0 0
  • noimage

    Zaman: 5 may 2017-ci il, Azərbaycanda ilk dəfə “Xalça Günü” qeyd edilir...
    Məkan: Azərbaycan, Bakı, 2 saylı poçt filialının 102 saylı poçt şöbəsinin qarşısı...

    Fotoqrafımız Nicat və APA TV-nin əməkdaşı Fərid Azəri ilə içəri girməyə tərəddüd edirik...

    ***

    ...Hələ uşaq idim, hələ qurdun xalçadan çıxıb məni yeyəcəyinə az qala inandığım vaxtlar idi, əmin idim ki, bir gün evimə dönüb, yerində qoyduğum əşyalara toxuna biləcəyəm... Atamın paltarlarının qoxusu hopmuş dolaba toxunacaq, nənəmin ətri yaşayan mətbəxə girəcəyəm... Böyüdüm və reallığın çirkləndirdiyi sularda xəyallarımın necə çabalayaraq boğulduğuna tamaşa etdim...

    Qəbul etdim ki, bitdi! Bizim daha heç vaxt keçmişimizə aid bir əşyamız olmayacaq... Bu zəhər kimi acı həqiqəti tək mən yox, düz bir milyon insan qəbul etdi... Bundan sonrakı həyatımızda o xoşbəxt günlərdən heç bir nişanə olmayacaqdı...

    ***

    Dünən axşam poçt işçisi zəng edib “Vüsalə Məmmədova, sizin adınıza ABŞ-dan bağlama gəlib. 102 saylı poçt şöbəsinə yaxınlaşın” deyəndə haradan bilərdi ki, bağlama əslində Los-Ancelesdən yox, Qarabağdan gəlib...

    İllər sonra ilk dəfə o torpaqlardan əlimizə bir əşya gəlib çıxıb... Və indi bir neçə addımlığımızda bizi gözləyir.

    Los-Ancelesdə yaşayan azərbaycanlımız Elşad Tahirov sahibini axtardığı xalçanı Bakıya, onun dili ilə desək, “Azərbaycana, evinə” göndərib. Bu gün bir milyon insandan birinin keçmişinə toxunmaq şansı var...

    ***

    O adamları çox axtardım. Bu işdə ASAN Xidmət və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi çox dəstək oldu. Qısa müddətdə araşdırdıq ki, işğal olunmuş ərazilərimizdə o tarixdə, o adda cəmi üç nəfər dünyaya gəlib... Üçünün də həyatda olduğuna sevindik...

    Əvvəlcə kimliklərini araşdırır, sonra özləri ilə əlaqəyə çıxırdım. Əvvəlki iki cəhdim uğursuz alındı, adamlarla söhbətdən xalçanın əsl sahibi olmadıqları həmən bəlli olurdu. Amma məsələdən xəbər tutan kimi, “Bizimdir” deyirdilər. İsrar etsələr də, xalçanın nişanələrini doğru deyə bilmirdilər...

    Ağdam şəhəri Mərzili kənd sakininin kimliyini araşdırarkən isə ilk aldığım məlumatdan az qala sehrli xalça üzərində uçurdum! Adamın valideynləri haqda bunu demişdilər: “Anası kənddə toxuculuqla məşğul idi”.

    Redaksiyaya zəng edib, “Axtarışlarım yekunlaşır, adamın bir addımlığındayam. Axşam danışıb, gecə materialı hazırlayıb göndərəcəyəm! Səhər saytdadır!” deyəndə, Qabil Abbasoğlu zarafatla cavab verdi:

    - Halaldır! Axır ki, xalça sahibini də ağdamlı çıxartdın! Sən bu qədər canfəşanlıq edəndə mən artıq bilirdim ki, o Ağdam xalçasıdır!

    Redaksiyadakı əməkdaşlarımız sonradan dedilər mənə... Qabil Abbasoğlu xalça sahibinin tapılması xəbərini eşidəndə sevincindən kövrəlib... Özünə “siqaret fasiləsi” verəndə məlum olub ki, bu zarafatını da göz yaşlarını bəlli etməmək üçün düşünüb...

    Onu anlayıram... Bayram-bazar demədən mənimlə birlikdə xalça sahibi axtarırdı...

    Xalça sahibi zənn etdiyim insan Azərbaycanda yaşamırdı. Qardaşının telefon nömrəsini tapan kimi saata baxmadan zəng etdim...

    - Anam deyir ki, çox xalça toxuyub, amma üzərinə heç vaxt qardaşımın adını yazmayıb... Yazsa belə... Biz hələ kənddə yaşayanda... Ermənilər Mərziliyə ilk raketləri atanda partlayan evlərdən biri bizimki idi... Ailəlikcə kənara çəkilib, evimizin necə od tutub yanmasına baxırdıq... Bu, tükürpədici idi... İndi də gözümün qabağına gələndə evimizin alovu məni qarsır... Ermənilər bizim evdən heç nə oğurlaya bilməzdilər... Çünki evimiz gözümüzün qarşısında yanıb külə döndü...

    Sözləri ruhumu alov kimi bürüyüb, bədənimi sarmışdı... Ailənin nələr yaşadığını təsəvvür etməyə çalışırdım... Dürüstlükləri üçün onlara təşəkkür edib, sağollaşdım... Bu, o vaxt idi ki, onlarla insan xalçanın həqiqi sahibi olduğunu israr edir, üzərində onun adı qeyd olunduğunu bildirirdi... Belə bir vaxtda bütün nişanələri tam uyğun gələn bir ailə insanlıq nümayiş etdirmişdi. Eyni ilə Elşad Tahirovun etdiyi kimi!

    Axtarışımın nəticələrini ona danışanda mənə:

    - Mən xalçanı sizə göndərəcəyəm, necə doğru bilirsinizsə, elə edin. Onun üzərində başqa adamın adı var, bu, bir ananın övladına hədiyyəsidir. Başqasının əşyasını evimdə saxlaya bilmərəm, ən yaxşısı, xalça öz evinə - Azərbaycana gəlsin – deyib, ünvanımı istədi.

    ***

    İndi, hadisənin üstündən bir həftə keçməyib və Qarabağdan oğurlanıb Amerikaya aparılan, bir erməninin Los-Ancelesdə hərraca çıxartdığı, azərbaycanlı Elşad Tahirovun aldığı sahibini axtaran xalça Azərbaycana gəlib. Biz, onun yenidən azərbaycanlı əlinə düşəndən sonrakı hekayəsini bilirik. Ondan əvvəlki taleyini isə... Müharibənin bütün qurbanları kimi, onun da keçmişi qeyri-müəyyəndir...

    ***
    Poçt şöbəsinə daxil olub, xalçanı götürməyimiz bir neçə dəqiqə çəkdi. Çox həyəcanlı idik. Bir an öncə redaksiyaya çatmaq istəyirdik. Bizi APA Holdinqin qapısında qarşılayan kollektivin sevincindən bu həyəcanın bütün redaksiyanı bürüdüyünü gördük. “Qarabağdan xalça gəlib” xəbərini eşidən hər kəs Lent.az-ın iş otağına, onu görməyə gəlmişdi – axı bu xalça illər sonra Qarabağdan gələn, özü ilə o torpağın ətrini, enerjisini gətirən ilk və tək əşya idi!

    “Xalçanı açdılar... Qarşısında elə hüznlə dayandıq ki, sanki evə xalça yox, kiminsə nəşini gətirmişdilər... Ürəyimdən ancaq o keçirdi ki, kaş bu ilmələrin dili ola, bizə öz taleyini danışa...”

    Lent.az oxucusu bu sözləri yaxşı xatırlayır... İki ay öncə bu sözləri mənə ABŞ-da yaşayan azərbaycanlımız İradə həkim demişdi... İndi eyni vəziyyət APA Holdinqin ofisində yaşanırdı...

    Sahibini axtardığımız xalça qarşımızda idi... İki aydan çox çəkən axtarışlarımız isə heç bir nəticə verməmişdi... Xalça təkcə sahibi üçün əhəmiyyətli deyildi. Çünki qarşısında hamımız buza dönmüşdük... Əmin idik ki, bu xalçaya ən azı bir milyon insan baxmaq istəyir... Qarabağdan gələn xalçanı bütün məcburi köçkünlər görməlidir. “Xalça Günü”ndə Azərbaycana qayıdan xalça üçün sahibini gözləyəcəyi ən yaxşı yeri müəyyən etdik. “Sahibini gözləyən Qarabağ – Los-Anceles xalçası” Azərbaycan Xalça Muzeyində nümayiş etdiriləcək. İşğaldan sonra Qarabağdan oğurlanıb Amerikada satışa çıxarılan milli sərvətimiz kimi... Eyni zamanda, xalçanın üzərində elmi-tədqiqat işlərinə başlanılacaq.

    Dəyərli həmyerlimiz Elşad Tahirov xalça ilə birlikdə videomüraciətini də göndərib. Lent.az oxucuları üçün həmin videomüraciəti yayımlayacaq.

    noimage

    noimage

    noimage

    noimage

    alıntı...
#06.05.2017 06:57 0 0 0
#04.05.2017 23:26 0 0 0
#01.05.2017 17:32 0 0 0
#01.05.2017 17:30 0 0 0
#30.04.2017 20:00 0 0 0
#30.04.2017 18:23 0 0 0
#30.04.2017 17:47 0 0 0
#30.04.2017 17:42 0 0 0
  • noimage

    Parmakta Sinir Sıkışması, karpal tünel sendromu olarak da bilinen sinir sıkışması, uyuşma, ağrı, hareketsizlik gibi belirtileri göstermektedir. Karpal tünel el bileğinde bulunan median sinirin geçtiği tünele verilen isimdir. Bu tünelin yanlarını karpal kemikler oluşturmaktadır. Median siniri, baş parmak orta ve işaret parmaklarımızın hareketinden sorumlu sinirdir. Parmaklara hareketi kazandıran median sinirin yanında ten donlarında bulunmasıdır. Elde sinir sıkışması tünelde bulunan bağ dokuları, ten donların ve transvers karpal ligamentin kalınlaşması sonucu median sinire baskı yapmasıyla oluşmaktadır.

    Elde Sinir Sıkışmasının Nedenleri:
    El bileğinin aşırı kullanılması (fazla klavye kullanımı, elde halı dokumak ya da dantel işlemek)
    Hormonal durumların olması (gebelik)
    Diyabet, troid ya da romatizmal hastalıkların bulunması
    Ailede genetik olması
    gibi nedenler elde sinir sıkışmasına neden olmaktadır.

    Elde Sinir Sıkışmasının Belirtileri:
    Elde şiddetli ağrı, uyuşukluk, karıncalanma olmaya başlaması
    İşaret parmağı, orta parmağı, baş parmağı hareket ettirememe
    Dirseğe ve omuza doğru yayılan ağrıların başlaması
    en sık görülen belirtileri arasındadır.

    Elde sinir sıkışmasının tanısı ise hastada bu şikayetlerden biri veya birkaçının mevcut olmasıyla kolayca tespit edilebilir. Hastalığın tespiti sırasında hasta olan kişiye parmakların duyularını gözler kapalı şekilde test ederek, el kaslarında zayıflamaya bakılarak ya da sinir iletimini veya kemikleri tam olarak görmek için EMG testi, röntgen çekimi yapılarak tanı kolayca koyulabilir.

    Elde Sinir Sıkışmasının Tedavisi

    Sinirin sıkışmasını engelleyecek durumlara rağmen şikayetler devam ediyorsa cerrahi müdahale gerekmektedir. Cerrahi müdahale sırasında hasta ayaktayken bile yapılabilmektedir. Lokal anestezi uygulanarak transvers karpal ligament vertikal şekilde kesilerek median sinir gevşetilir ve sinir hücrelerinin rahatlaması sağlanır. Müdahale edilen elin şişmemesi için birkaç gün kalp seviyesinde yukarıda tutulur. Cerrahi müdahale uygulandıktan sonra bilek üç haftaya kadar dinlendirilmelidir. Bununla birlikte bilek tam anlamıyla eski sağlıklı haline gelmesi 6 ay kadar sürer ve bu süre içinde bileği zorlayacak hareketlerden uzak durulmalıdır. Eğer tedavi edilmez ise el kaslarında zayıflama meydana gelir.

    alıntı...
#30.04.2017 01:08 1 0 0
  • noimage

    Türkiyəli dietoloq Ender Saraç yeni pəhriz reseptini təqdim edib. Mütəxəssis xiyarla 3 gündə bir kilo arıqlamağın mümkün olduğunu iddia edir. Ailem.az E. Saraçın xiyar pəhrizi ilə sizi də tanış edir.

    1-ci gün

    Səhər: 2 ədəd xiyar və bir stəkan ilıq limonlu su

    Birinci ara pay: 2 ədəd xiyar, bir stəkan ayran

    Nahar yeməyi: 1 kasa qatığın içərisinə 1 çay qaşığı zəncəfil, 3 orta boy dilimlənmiş, qaynadılmış balqabaq qataraq yeyin.

    İkinci ara pay: 3 ədəd qoz, 3 ədəd xiyar.

    Üçüncü ara pay: 1 ədəd yaşıl alma

    Axşam yeməyi: Bir boşqab zeytunyağlı balqabaq, 4 yemək qaşığı yarma plovu (mümkün qədər erkən saatda yeyin)

    Gecə: 2 ədəd xiyar


    2-ci gün

    Səhər: Ballı, limonlu ilıq su, 2 ədəd xiyar, 2 dilim yağsız pendir

    Birinci ara pay: 1 ədəd kivi, 4-5 dənə çiyələk.

    Nahar yeməyi: 1 boşqab az yağlı qıyma ilə hazırlanmış balqabaq, 1 dilim
    qızarmış çovdar çörəyi.

    İkinci ara pay: 1 stəkan az yağlı keçi südü, 2 qoz.

    Axşam yeməyi: 2 xiyar, 1 ədəd yumurta, 2 acı bibər (mümkün qədər erkən saatlarda yeyin)

    Gecə: 2 ədəd xiyar


    3-cü gün

    Səhər: 1 stəkan ilıq, ballı, limonlu su, 2 xiyar; 2 şorba qaşığı az duzlu pendir.

    Birinci ara pay: 1 yaşıl alma.

    Nahar yeməyi: 1 kasa yaşıl mərcimək, 1 boşqab zeytunyağlı balqabaq.

    İkinci ara pay: 2 ədəd xiyar.

    Üçüncü ara pay: 1 stəkan ilıq, yağsız südün içinə zəncəfil əlavə edib için, yanında 2 qoz.

    Axşam yeməyi: 1 kasa bol xiyar, yağsız qatıq, 3 yumurta ağı ilə acı bibərli omlet (mümkün qədər erkən saatlarda yeyin)

    Gecə: Bir ovuc ləbləbi, 2 xiyar.

    alıntı..
#29.04.2017 22:59 0 0 0
  • noimage

    Azərbaycanlı müğənni Könül Kərimova ailə qurmağa hazırlaşan qızı Ləmana mahnı həsr edib. Lent.az-ın məlumatına görə, bəstənin musiqisi Cabbar Musayevə, aranjimanı Elvin Musayevə məxsusdur. İdeya müəllifi isə Arzu Zeynalovdur.
    Qeyd edək ki, ifaçının qızının nişan mərasimi mayın 6-da baş tutacaq. Şəhər restoranlarından birində keçiriləcək məclisə şou-biznesin bir çox tanınmışları dəvət olunub. Toy isə payız aylarında olacaq.

    Onu da əlavə edək ki, K.Kərimovanın bir oğlu da var.

    https://youtu.be/GHE1kFVPsuw

    Yalçın UĞUR

    alıntı..
#29.04.2017 21:13 0 0 0
  • noimage

    Azərbaycanlı aktyor Elməddin Cəfərov növbəti dəfə əməliyyat etdirmək niyyətindədir. Bu barədə aktyor Lent.az-ın canlı yayımında qonaq olarkən deyib. O bildirib ki, artıq əməliyyatı gecikir: “Uşaqlıqda burnumda və boğazımda artıq ət var idi. 6 yaşımda kəsdirmişdim. Amma o yenə inkişaf edib. Mən tez-tez xəstələnirəm. Yoxlatdıq, dedilər ki, burundan nəfəs zəif gedir, ağızdan nəfəs alırsan, soyuq dəymə də ağ ciyərə tez gedir. Ona görə də xəstələnirəm. Düz 3 ildir ki, o əməliyyatı etdirə bilmirəm. Dəhşət qorxuram. Allah kömək olsun, əməliyyatdan qorxuram. Bilirəm ki, gec-tez o əməliyyatı etdirməliyəm. Artıq bu il gecdir, mart ayına qədər etdirməli idim, ürəklənə bilmədim. Qaldı gələn ilə. Gələn 2018-ci ildə mütləq əməliyyat etdirəcəm”.

    https://youtu.be/ZTpcDJYdVbs

    Yalçın UĞUR

    alıntı..
#29.04.2017 20:53 0 0 0
  • noimage

    Türkiyəli müğənni Dəniz Sekinin azadlığa çıxacağı gün dəqiqləşib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı iyunun 5-də saat 09:00-da Bakırköy həbsxanasından evə buraxılacaq.

    Qeyd edək ki, D.Seki 2009-cu il fevralın 2-də "narkotik maddə ilə təmin etmək" ittihamı ilə həbs olunub və oktyabrın 24-dəki ilk məhkəməsinə kimi həbsdə yatıb. Daha sonra azadlığa buraxılsa da, "Kokain satmaq, almaq və istifadə etmək", "Başqalarını narkotik maddə ilə təmin etmək" ittihamları ilə yenidən haqqında cinayət işi açılıb. Məhkəmə 6 il 3 ay həbs cəzası qərarı çıxardıqdan sonra D.Seki bir müddət ortalıqdan itmiş, 2014-cü ilin noyabrın 6-da gizləndiyi evdə həbs olunmuşdu.

    alıntı..
#29.04.2017 20:48 0 0 0
  • noimage

    Türkiyədə yayımlanan evlilik proqramlarına qadağan olundu.

    Lent.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bir çox televiziya telekanallarında yayımlanan evlilik proqramlarının bağlanmasına səbəb reytinq xətrinə insan haqlarının pozulması və cəmiyyəti yanlış istiqamətə yönləndirməsi göstərilir.

    Qeyd edək ki, özəl telekanallardan birində yayımlanan evlilik proqramında 15 yaşlı bir qızın 45 yaşlı kişi ilə görüşdürülməsi cəmiyyətdə kəskin qınağa səbəb olub və bu tip proqramların bağlanması qərarını qətiləşdirib.

    alıntı..
#29.04.2017 20:44 0 0 0
  • noimage


    ABŞ qoşunları türk hərbçiləri və PYD-YPG silahlıları (PKK-nın Suriya qolu) arasında insidentlərin qarşısını almaq məqsədilə Suriya-Türkiyə sərhədini patrul etməyə başlayıb.

    APA-nın xəbərinə görə, bu barədə “Wall Street Journal” nəşri ABŞ rəsmi şəxslərinə istinadən məlumat yayıb.

    “ABŞ qüvvələri İŞİD-lə mübarizədəki səyləri heçə endirə biləcək insidentlərin qarşısını almaq və bölgədə stabilliyi təmin etmək məqsədi ilə Suriyanın şimalında keşik çəkməyə başlayıb”, - deyə nəşr beynəlxalq koalisiya qərargahının nümayəndəsi Con Dorriana istinadən bildirir.

    alıntı..
#29.04.2017 20:39 0 0 0
  • noimage

    Sigaranın hem içene hem de etrafındakine pek çok zararı olduğu bilinmektedir. Sağlığa olduğu kadar cilde de çok fazla zararı olan sigara; kötü ağız kokusuna, diş sararmasına, yüz çökmelerine, cilt rengi bozuklukları, cilt sarkmalarına ve cilt lekelerine sebep olmaktadır.
    Cildin erken yaşlanmasına, sararmasına ve solmasına sebep olan sigara cilt lekelerinin de ana kaynağıdır. Uzmanlar, sigara içerisinde bulunan nikotinin; kişinin kötü kokmasına, erkeklerde bıyık ve sakalların sararmasına, cilt yorgunluğuna, cildin soluklaşmasına, parmaklarda ve tırnaklarda kalıcı renk değişikliklerine neden olduğunu söylemektedir. Sigara, cildin incelmesine sebep olarak cilt sağlığının bozulmasına neden olur. Bu kötü görünümü makyajla düzeltmeye çalışan bayanlar, ciltlerine daha da zarar verir. Hem sigara hem de makyaj ciltte lekelenmelere yol açar. Cildin incelmesiyle kemiklerin ortaya çıkması da kişinin yaşlı gözükmesine ve ciltte kırışıklıklara sebep olmaktadır.
    Sigaranın dolaşım sistemini engellemesi ile hücrelere yeterli oksijen gitmemesi cilde solgun, mat, cansız ve sağlıksız görünüm sunar. Oksijen bakımından zayıf kalan cilt hücreleri görevlerini yerine getiremez ve bu durum sedef ve egzama gibi cilt rahatsızlıklarına hatta cilt kanserine bile sebep olabilir. Sigaradaki nikotinin su tutma özelliği ciltteki suyu emerek ciltte çizgilenmeleri ve kırışıklıkları meydana getirir. Ayrıca sigara içen kişilerin dudakları mor ve grimsi renk alır, dudak çevresindeki yaşlılık çizgileri belirginleşir. Sigara, vücuttaki C ve E vitaminini de emerek, cildin yaşlanmasını hızlandırır.

    Sigaranın Cilde Nasıl Zarar Verdiği İle İlgili Kısa Videoyu Mutlaka İzleyin…

    https://youtu.be/4FtpP1oKUTo

    alıntı...
#26.04.2017 16:54 1 0 0
  • noimage

    3 oyunluq cəza alan Braziliya milisinin və “Barselona” klubunun əsas üzvü Neymar sosial şəbəkədə maraqlı paylaşımı ilə diqqəti özünə çəkməyi bacarıb. Lent.az-ın Hurriyet.com.tr-ə istinadən verdiyi məlumata görə, kataloniyalı belinə banka qoydurarkən çəkilmiş şəklini instaqram səhifəsinə yükləyib. Onun bu addımı maraqla qarşılanıb.

    noimage

    alıntı..
#26.04.2017 15:16 0 0 0