Tərkibi:
Məkkəgülü çiçəyi (hibiskus) “Misir fironu” içkisi adı ilə tanınmışdır.
İstifadəsinə göstəriş:
Məkkəgülü çiçəyi sidikqovucu, ödqovucu və antiseptik vasitə kimi tətbiq edilir. Tərkibində çoxlu mikroelementlər, vitaminlər və bioloji aktiv maddələr olan bu içki əsəb gərginliyini aradan götürür, həzm prosesini sürətləndirir, böyrəkləri və öd kisəsini təmizləyir, qaraciyərin işini yaxşılaşdırır, müqaviməti artırır, təzyiqi aşağı salır, orqanizmdən şlakları xaric edir və insanın çəkisini azaldır.
İstifadə qaydası:
1-2 ədəd filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 3-5 dəq. dəmlənir, isti və ya soyuq şəkildə, gündə 2-3 dəfə, hər dəfə 1 stəkan daxilə qəbul edilir. İçkiyə dad vermək üçün şəkər və ya bal əlavə etmək olar. 15 dəqiqədən artıq və metal qabda dəmləmək məsləhət deyil.
Qatırquyruğu otu xalq təbabətində çox geniş istifadə edilib. Bu bitki nəmli torpaqlarda, tarlaların kənarında yetişir. Adətən qurudulub toz halına salınmış qatırquyruğundan istifadə edilir. Onu qurutmaq asandır. Sadəcə günəşin altında bir müddət saxlamaq kifayətdir. Əgər iynə yarpaqları gövdədən ayrılmağa və asanlıqla tökülməyə başlayıbsa, bu zaman bitkini ovuşdurub yarpaqla gövdəni bir-birindən tamamilə ayırmaq lazımdır.
1-2 gün daha günəşin altında saxlayıb tam qurumasını gözləyin. Daha sonra ağzı kip bağlanan qabda saxlayın.
Qatırquyruğunun faydaları saymaqla bitmir.
Qatırquyruğu revmatizmaya yaxşı təsir edir. Yaraların və kəsiklərin tez sağalmasını təmin edir. Qanı təmizləyir. Həzm sistemini gücləndirir. Bədənin müqavimətini artırır.
Böyrəkləri təmizləyir və böyrəklərdə yığılan qum və daşın tökülməsini asanlaşdırır. Sidikqovucudur. Bədəndə yığılan ödəmi, suyu atır, orqanizmdəki mineral tarazlığını isə qoruyur. Böyrək, sidik yolları iltihabı zamanı köməkçi vasitə kimi istifadə edilə bilər.
Ağciyəri qoruyur.
Dərini, saçı və dırnaqları möhkəmləndirir.Saçları qidalandırır və kəpəyin qarşısını alır. Bütün dəri xəstəliklərinə kömək edir.
Qan dövranı pozuqluğunu aradan qaldırır.
Maddələr mübadiləsini nizamlayır.
Bel ağrıları zamanı qatırquyruğunu suyla həmin bölgəyə kompres etmək yaxşı nəticə verir.
Diş əti və ağız boşluğu iltihabını ardan qaldırmaq üçün qatırquyruğu suyu ilə qarqara məsləhət görülür.
Xroniki öskürək zamanı olduqca təsirlidir. Bəlğəmi təmizləyir.
Uşaqlarda müşahidə olunan gecə altını islatma hallarının qarşısını almaq üçün qatırquyruğu çayı güclü vasitədir.
Prostat vəzinin böyüməsi və iltihabı zamanı qatırquyruğu otunun möcüzəvi gücündən faydalanmaq olar.
Qatırquyruğunu qaynadaraq əldə edilən su ekzema, sızanaq, yara, çiban kimi problemlərin həllidir.
Qatırquyruğu otu həm də arıqlamaq istəyənlərin ən yaxşı dostudur. Bədəndəki şişliyi azaldır, sidikqovucu olduğu üçün bədəndə toplanmış artıq mayeni atır. Beləliklə, insan özünü daha yüngül hiss edir və bir neçə kilo arıqlamış kimi görünür. İştahanı azaltdığı üçün mütəmadi olaraq istifadə etdikdə 4-5 kilo arıqlatdığı elmi şəkildə sübut edilib.
Qatırquyruğundan məhz arıqlamaq məqsədilə istifadə etmək istəyirsinizsə, bir çay qaşığı qatırquyruğu otunu bir stəkan qaynar suya töküb stəkanın ağzını örtmək lazımdır. 15-20 dəqiqə sonra isti halda için.
Gündə 3-4 stəkan təzə dəmlənmiş qatırquyruğu çayı qısa müddətdə arzuladığınız çəkiyə qovuşmağınıza kömək edin.
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov nəvəsinə toy edib. Lent.az azxeber.com-a istinadən xəbər verir ki, Tağı Əhmədovun nəvəsi Dinarənin toyu baş tutub. Toyda tanınmış müğənnilər Mələkxanım Əyyubova, Səyyad Əlizadə, Ədalət Şükürov mahnıları ilə cütlüyü təbrik edib. Tağı Əhmədov toydan foto və video paylaşmağa qadağa qoysa da, bəzi qonaqlar görüntüləri sosial şəbəkələrdə paylaşıb.
Mərasimdə keçmiş rəisin qohumları, yaxınları iştirak edib.
Qeyd edək ki, Dinarə Tağı müəllimin oğlu Raufun qızıdır.
Müğənni Könül Kərimova qızı Ləmanın toyuna hazırlaşır. Axşam.az-ın məlumatına görə, sənətçi "Lider maqazin"ə açıqlamasında deyib ki, mayın ilk günlərində nişan olacaq: "May qədəm qoyan kimi nişan edəcəyik. Çox adama əziyyət verməyəcəm. Az qonaq çağıracam. Mediaya açıq olacaq, amma yığcam məclisdir. Qarşıda xına, qız toyu var. Çalışacam ki, övladlarımın ürəyi istədiyi kimi olsun. Nişanda qızımdan heç seçilməyəcəm. Toyu isə sentyabrdan sonra edəcəyik".
Azərbaycan millisiin hücumçusu Ramil Şeydayev “Jilina” ilə birgə Slovakiya çempionu olub.
Lent.az-ın “qol.az”-a istinadən xəbərinə görə, futbolçumuzun komandası bu gün 26-cı turda səfərdə ən yaxın izləyicisi “Slovan”a 1:0 hesabı ilə qalib gələrək növbəti çempionluğu rəsmiləşdirib. Bu matçda o, 90 dəqiqə meydanda olub, 65-ci dəqiqədə sarı vərəqə alıb.
Hazırda “Jilina” 61 xalla liderdir, “Slovan” isə 48 xalla ikincidir. Ramilin komandasının ehtiyatda 5, “Slovan”ın isə 4 oyunu qaldığını nəzərə alsaq, bundan sonrakı bütün matçların nəticəsindən asılı olmayaraq “Jilina” birinciliyi qoruyacaq.
Aprelin 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a bildirilib ki, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 14-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 754 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Türkiyənin tanınmış müğənnisi Tarkan “Formula -1” Azərbaycan Qran Prisi üçün Bakıya gəlir.
Lent.az-ın məlumatına görə, Bakıda keçiriləcək növbəti "Formula-1" yarışının ilk günündə, iyunun 23-də Tarkan səhnəyə çıxacaq.
Bu barədə Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai məlumat verib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi iyunun 23-25 tarixlərində keçiriləcək. Hazırda yarışa bilet satışı paytaxtın müxtəlif nöqtələrində davam edir. Biletləri həmçinin BŞH-nin rəsmi saytından da əldə etmək olar.
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 5-dək hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçiriləcək.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, təlimlərdə iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi hava bazalarından birində təntənəli qarşılanma mərasimi keçirilib.
Türkiyəli hərbi qulluqçuları hərbi birliyin zabiti polkovnik Münasib Babayev və Türkiyənin ölkəmizdəki hərbi attaşesi briqada generalı Zafer Ocak qarşılayıb. Hərbi orkestr dövlət himnləri səsləndirdikdən sonra Türkiyə hərbi qulluqçuları təlim dövründə yerləşəcəkləri "N" nömrəli hərbi hissəyə yola düşüblər.
Türkiyə nümayəndə heyətinin rəhbəri polkovnik Hakan Açıkgöz birgə təlimlərin vacibliyini vurğulayaraq qeyd edib ki, keçirilən təlimlərdə qazanılan təcrübə hər iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsirini göstərəcəkdir.
Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.
Təlimlərə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb.
Bu gün Daxili İşlər Nazirliyində «Qeyri-aşkar şəraitdə törədilmiş mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması»nın və «IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər»in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Lent.az-ın məlumatına görə, kollegiyada bildirilib ki, daxili işlər orqanlarından IV İslam Həmrəyliyi Oyunlarına cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq. Onlardan da 252-si qadın əməkdaşlardır. Əməliyyat Komitəsi ilə birgə aparılmış ilkin hesablamalara əsasən, nəzarət-buraxılış yerlərində 154 ədəd X-RAY və 286 ədəd stasionar metal detektordan istifadə edilməsi nəzərdə tutulur. Bununla əlaqədar, xüsusi yoxlama avadanlıqlarında xidmət aparacaq 1.800 əməkdaş praktiki məşğələlərə cəlb edilib. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200-ə yaxın əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobildə təmin ediləcək.
Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir. May ayının 1-dək isə buraxılış rejimində tətbiq olunacaq hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyalı 267 kamera quraşdırılacaq. Ümumilikdə, bu gün respublika üzrə “Təhlükəsiz şəhər” sisteminin 3.270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir. Kollegiya iştirakçılarının nəzərinə o da çatdırılıb ki, möhtərəm Prezidentin əvəzsiz dəstəyi sayəsində I Avropa Oyunları ərəfəsində alınmış minlərlə radiostansiya, metal detektor, planşet, bort-kompyuter, videoqeydiyyat qurğusu və “İPatrol” mayaklar, habelə “BMW” və “Mercedes” markalı 837 ədəd xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə ediləcək. İctimai asayişin qorunmasında iştirak edəcək əməkdaşların peşə hazırlığının, o cümlədən vətəndaşlarla ünsiyyətdə nəzakətli davranış səviyyəsinin yüksəldilməsi məsələləri də diqqət mərkəzində saxlanılıb, zəruri treninqlər, seminar-müşavirələr keçirilib.
Şəkərli diabet xəstələrinin qidalanmalarına qarşı diqqətli olmaları onların həyatı üçün çox vacibdir. Lakin elə qidalar var ki, sağlam yaşaya bilmələri üçün onları menyularından əskik etməməlidirlər. Aile.lent.az diabet xəstələrinin hər gün yeyə biləcəyi meyvələri sadalayır. Bu meyvələr qan şəkəri səviyyəsini idarə edir. Eyni zamanda, diabetin meydana gətirdiyi mənfi simptomların azalmasına kömək olur.
Alma
Alma mükəmməl lif qaynağıdır. Tərkibində olan liflər həm tox saxlayır, həm də qan şəkərinin sorulmasını yavaşladır. Almanın zəngin lif nisbəti insulin müqavimətinə səbəb olan faktorlara qarşı olduqca təsirlidir. Alma şəkər xəstəsi olan insanlarda meydana gələn infeksional xəstəliklərin tez zamanda aradan qaldırılmasını təmin edir.
Qara gavalı
Qara gavalı müxtəlif anti-diabetik xüsusiyyətlərə malikdir. Tez-tez sidiyə çıxma və susuzluq hissini aradan qaldırmağa kömək olur. Qara gavalı eyni zamanda bədəndə olan nişastanın qan şəkərini nizamlayan enerjiyə çevirməsinə kömək olur.
Qreypfrut şəkərli diabet xəstələri üçün ən faydalı meyvələrdən biridir. Gün ərzində 1 ədəd yeyilə bilər. Kivi, nar, giləmeyvələr, yemiş və qarpız (gün ərzində 1 kiçik dilim) da şəkərli diabet xəstələrinə olar.
Banan, əncir, xurma, üzüm kimi meyvələr isə şəkərli diabet zamanı əks-göstəriş sayılır.
Xalq artisti Aygün Kazımova yeni mahnısını təqdim edib. Lent.az xəbər verir ki, müğənni "Səni belə sevmədilər" hitini bu dəfə türk versiyasında dinləyicilərin ixtiyarına verib. Mahnı türk dilində "Seni böyle sevmediler" adlanır.
Yeni mahnısından danışan xalq artisti yaradıcılığının 30 illik yubileyinə görə əksər layihələrini müvəqqəti dayandırdığını bildirdi:
"Arama beni" və "Seni böyle sevmediler" mahnılarım Türkiyədə işıq üzü görməli idi. Eyni zamanda bu mahnılara orada klip də çəkilməli idi. Amma "Crystal Hall"da verəcəyim konsertimə görə həmin layihələri müvəqqəti dayandırmışam. Bütün vaxtımı sağlığıma və konsertimin məşqlərinə həsr edirəm. Bunun üçün mütəmadi olaraq xaricə gedib gəlməli oluram. "Crystal Hall"dakı konsertim dünya standartlarına cavab verəcək bir iş olacaq".
Qeyd edək ki, mahnının sözləri Leyli İsrafilovaya, musiqisi isə Hakan Erola aiddir. Bəstənin türk versiyasının sözlərini də Leyli tərcümə edib.
Azərbaycanlı müğənni Türkiyə şou-biznesində tanınmaq niyyətindədir. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, artıq bu yöndə addımlar da atıb: “İndi bu açıqlamam bəzilərini qıcıqlandıracaq. Amma mən bunu edəcəm. Türkiyə şou-biznesinə qatılıram. Ötən həftə İstanbula getdim, bir açıqlama verdim, Türkiyənin bütün saytları dərc etdi. Amma elə müğənnilərimiz var ki, 70 ildir ki, qardaş ölkəyə gedir, tanınmaq istəyir, bu onlarda alınmır. Amma mən bunu bacaracığıma əminəm. Orada özəl bir şirkətlə müqaviləm də var. Film və reklam təklifi də almışam, dəyərləndirəcəm. Türkiyədə saytlar məni “Azərbaycan gözəli Afaq” kimi təqdim edirlər. Bu da mənə çox xoşdur. İnşallah daha böyük uğurlara imza atacağıma əminəm”.
Qeyd edək ki, A.Aslan müğənniliklə yanaşı aktrisa fəaliyyətini də davam etdirir. O “Xəzər TV”-də yayılmlanan “Kölgə” filmində də rol alıb. Onu da əlavə edək ki, Türkiyə mətbuatı növbəti dəfə A.Aslandan yazıb.
Azərbaycanlı müğənni Sevda Kazımova nənə olub. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, oğul nəvəsi dünyaya göz açıb: “Allah hər bir insana bu gözəl duyğunu nəsib etsin. Oğlumun oğlu olub. Çox sevinirəm. O, xəstəxanadan evə gələn kimi bütün evi bəzətdirtdik. Çox sevincliyəm”.
Qeyd edək ki, S.Kazımovanın oğlunun toyu 2016-ci ildə may ayında olub. Həmin vaxt ifaçının oğlunun toyunda geyindiyi geyim çox müzakirə olunmuşdu.
Ötən gün cüdo üzrə Avropa çempionatının püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, Polşanın paytaxtı Varşavada keçiriləcək və bu gün start götürəcək qitə birinciliyində fərdi proqramda 11 idmançımız mübarizə aparacaq.
Artıq onların ilk rəqibləri müəyyənləşib.
60 kq çəki dərəcəsində mübarizə aparacaq Orxan Səfərov turnirə 1/8 finaldan start verəcək. Onun ilk rəqibi Matyaz Trboviç (Slovakiya) / Moritz Plakfi (Almaniya) cütünün qalib olacaq.
66 kq çəkidə yarışacaq Nicat Şıxəlizadə isə çempionata 1/16 finaldan başlayacaq. İdmançımız ilk olaraq almaniyalı Manuel Şeybeli yolundan kənarlaşdırmalıdır.
73 kq çəki dərəcəsində iki cüdoçumuz tatami üzərinə çıxacaq. Hər iki idmançımız yarışa 1/16 finalla start verəcək.
Rüstəm Orucov Rudolf Kurtides (Kipr) / Andre Seppa (Estoniya), Hidayət Heydərov isə Reqimantas Ribinas (Litva) / Xavyer Ramirez (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
81 kq-dakı tək təmsilçimiz Rüstəm İsmayılov da Avropa çempionatına 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi isə estoniyalı Kriste Toniste olacaq.
90 kq çəkidə də bir idmançı ilə təmsil olunacağıq. Məmmədəli Mehdiyev 1/16 finalda moldovalı İon Dumbrava ilə üz-üzə gələcək.
Elmar Qasımov və Elxan Məmmədov ikilisi isə ölkəmizin şərəfini 100 kq çəki dərəcəsində qoruyacaqlar. 1/16 finaldan yarışa start verəcək hər iki təmsilçimiz uyğun olaraq Filipp Qalandi (Almaniya) və D`Arko Vinçenzo (İtaliya) ilə qarşılaşacaqlar.
Kişilər arasında ən ağır çəkidə (+100 kq) mübarizə aparacaq Uşanqi Kokouri isə 1/8 finalda bosniyalı Harun Sadıkoviç ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qadınların yarışında isə iki cüdoçumuz tatami üzərinə çıxacaq. 48 kq-da Aişə Qurbanlı 1/16 finalda türkiyəli Gülkader Şentürk, 52 kq çəkidə yarışan Nəzakət Əzizova isə həmin mərhələdə macarıstanlı Reka Pupp ilə üz-üzə gələcəklər.
Bu gün Türkiyənin Niğde şəhərinin Altunhisar rayonunda bələdiyyə sədri güllələnib. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) bələdiyyə sədri seçilmiş Erdal Sarı naməlum şəxs tərəfindən güllələnib. O, qolundan xəsarət alıb. Güllələrdən biri hadisə vaxtı meydandan keçən 12 yaşlı Cəlil Acara dəyib və o, başından ağır yaralanıb.
Şəxsiyyəti hələlik məlum olmayan silahlı bələdiyyə sədri qəsəbə meydanında olarkən cinayəti törədib və 4 atəş açıb. İlkin məlumata görə, cinayətkarın adı Bayramdır.
Eynəyi çıxardın! Bu sınanmış üsul, 2 həftəyə görmə qabiliyyətini 100% geri qaytarır!
SaqlamHeyat.az xarici mətbuata istinadən xəbər verir ki, böyük şəhərlərdə sağlam yaşama qaydaları olduqca çətindir, amma onlara riayət etmək mütləqdir, xüsusilə, əgər söhbət gözlərimizin sağlamlığından gedirsə. Beş əsas hissiyat orqanlarından ən əhəmiyyətlisi olan görmə qabiliyyəti bizə dünyanı görməyə imkan yaradır. Biz sizə bu sahədə yaranmış xırda problemləri aradan qaldırmaq üçün bəzi məsləhətlər təqdim edirik.
Görmə qabiliyyətimizi zəiflədən amillərdən biri bütün gün kompüter arxasında olmağımızdır. Bunun üçün kompüterdə işləyərkən diqqət edin ki, təsvirin ziddiyyəti yüksək, parlaqlıq isə içəridə olan işıqlandırma ilə uyğun olsun.
Monitoru elə yerləşdirin ki, işıq gözünüzə yandan düşsün və sizinlə kompüterin arasındakı məsafə 50-60 sm az olmasın. Biz kompüter arxasında işləyərkən gözümüzü həmişəkindən daha az qırpırıq, buna görə gözlərimiz quruluqdan əziyyət çəkir. Bunun üçün kompüterin yanında hava nəmləndiricisi qoymaq məsləhətdir.
Gözlərinizi sağdan sola, yuxarıdan aşağıya, saat əqrəbi istiqamətində və əks tərəfə fırladın.
İki dəqiqə ərzində növbə ilə gah yaxın, gah da ki uzaqda olan predmetlərə baxın.
Hər 5 saniyədən bir gözlərinizi qırpın.
Gözünüzü 5 saniyə ərzində yumun, sonra geniş açın. Bu hərəkəti 7 dəfə təkrarlayın.
Göz qapaqlarını barmaqlarınızla yavaşca 15 saniyəlik sıxıb saxlayın, sonra buraxın, gözlər istirahət etdikdən sonra isə təkrarlayın. Bu hərəkəti isə 5 dəfə təkrarlamaq lazımdır.
Gözlərimizin ətrafında yaranmış şişləri və tünd ləkələri soyudulmuş portağal və ya naringi dilimləri yox etməyə kömək edəcək. Profilaktika məqsədi ilə hər səhər göz qapaqlarınızı müalicəvi bitki cövhərlərindən (zəncirotu, turşəng, çobanyastığı) hazırlanmış buz tikəsi ilə silin.
Əgər gözləriniz qızarıb və yaxud şişibsə, bu zaman cəfəri dəstəsini xırda-xırda doğrayın, tənzifə bükün, üzərinə qaynar su tökün və alınmış kompresi soyudun və gözlərinizin üzərinə qoyun.
Bunda əlavə qaşıq vasitəsi ilə də göz ətrafını masaj edə bilərsiniz, bu yorğunluğu və qızartını götürür. Bu sadə üsul görmə qabiliyyətinə də çox yaxşı təsir edir.
Əgər görmə qabiliyyətiniz pisləşirsə, bu zaman ilk öncə təbii ki, həkimə müraciət etmək lazımdır və o da çox güman ki, öz növbəsində sizə eynək resepti yazacaq. Digər bir üsul da əməliyyat olunmaqdır, lakin cərrahiyənin müdaxiləsindən bir neçə il sonra görmə qabiliyyətinin necə olacağını bilmək olmaz. Başqa variant kimi isə siz həm də kontakt linzalardan istifadə edə bilərsiniz. Lakin unutmayın ki, linzalardan uzun müddət istifadə zamanı hipoksiya yaranır, yəni gözlərdə oksigenin çatışmamazlığı.
Gözlərin sağlam olması üçün lazım olan qida məhsulları
A vitamini ilə zəngin qaragilə, kök, dananın qaraciyəri və ispanaq gözlər üçün faydalı hesab edilir. Adi xörək duzunu yodlaşdırılmış duz ilə əvəz edin, tərkibində xlorlu kalsium, qlükoza və yod olan dəniz kələmi və baldan istifadə edin. B2, C, K, PP vitaminlərini qəbul edin.
Unutmayın ki, düzgün və sağlam qida məhsulları sizə orqanizmdə yaranan istənilən problemlərin qarşısını almağa kömək edəcək.
Sağlam olmaq üçün yediklərimiz qədər, içdiklərimizə də diqqət etməliyik. Bildiyiniz kimi, sağlam həyat üçün vacib olan içkilərdən biri də bitki çaylarıdır. Sizə bitki çaylarının faydalı xüsusiyyətlərini təqdim edir.
Limon çayı
1.Soyuqdəyməyə qarşı əvəzsizdir.
2.C vitamini deposudur.
3.Qrip və zökəm xəstəliklərindən xilas edir.
4.Toksinləri orqanizmdən xaric etməkdə əvəzsizdir. .
5.İmmunitet sisteminin güclənməsində güclü rola malikdir.
6.Mədə bulantısını aradan qaldırır.
7.Üz dərisini gözəlləşdirir.
8.Çox gözəl antioksidantdır.
Arpa çayı
1.Xərçəngə qarşı qoruyucudur.
2.Temperaturu aşağı salır.
3.Boğaz ağrısını aradan qaldırır.
4.Astma xəstəliyini yüngülləşdirir.
5.Bronxitin müalicəsində köməkçidir.
6.Sidikqovucudur.
7.Mədə problemlərinin qarşısını alır.
8.Ürək sağlamlığını qoruyur.
Böyürtkən çayı
1.Xərçəng xəstəliyindən qoruyur.
2.Ürək üçün faydalıdır.
3.Varikozun müalicəsində istifadə edilir.
4.İshala qarşı əvəzsizdir.
5.Babasil xəstəliyinə yaxşı təsir edir.
6.İmmunitet sistemini qüvvətləndirir.
7.Boğaz ağrısını kəsir.
8.Antioksidant xüsusiyyəti var.
Bibəriyə çayı
1.Qan dövranını sürətləndirir.
2.Həzm pozğunluğu və qəbzlikdə faydalıdır.
3.Konsentrasiyanı artırır.
4.Baş ağrısını azaldır.
5.Stressi aradan qaldırır.
6.Toksinləri bədəndən çıxarır.
7.Bağırsaq sistemini qüvvətləndirir.
Adaçayı
1.Ağız yaralarını müalicə etmək üçün istifadə edilir.
2.Diş əti iltihabına qarşı əvəzedilməzdir.
3.Qarqara olaraq bütün ağız yaralarında faydalıdır.
4.Bronxit və astma riskini azaldır.
5.Qanda şəkərin miqdarını aşağı salır.
6.Həddidən artıq tərləməyə qarşı əla vasitədir.
7.Zərərli toksinləri bədəndən çıxarır.
8.Sakitləşdirici təsir edir və stressi azaldır.
Reyhan çayı
1.Orqanizmi canlandırıcı təsiri vardır.
2.İshalı kəsir.
3.Mədə xorasına qarşı istifadə edilir.
4.Yuxusuzluq problemlərinə qarşı əla vasitədir.
5.Həzmetməni yaxşılaşdırır.
6.Mədə ağrısını kəsir.
7.Ağızın selikli qişasındakı yaraların müalicəsində istifadə olunur.
8.Antioksidant təsiri vardır.
Süpürgəotu çayı
1.Böyrəkləri təmizləyir.
2.Öskürəyi kəsir.
3.Revmatizmaya qarşı əla vasitədir.
4.Prostat vəzi problemlərində istifadə edilir.
5. Həzm sistemi problemlərində işlədilir.
6.Rahatlaşdırıcı xüsusiyyəti vardır.
7.Yuxu gətirir.
8.Sidik yollarının xəstəliklərində istifadə olunur.
9.Bağırsaq xəstəliklərinin müalicəsində köməkçi vasitə olaraq istifadə edilir.
Cökə çayı
1.Qripə və zökəmə qarşı yaxşı təsiri vardır.
2.Öskürəyə yaxşı təsir edir. Boğaz ağrısını sağaldır.
3.Bədənin temperaturunu aşağı salır.
4.Həzm sisteminin yaxşı işləməsini təmin edir.
5.Sakitlədirici təsir göstərir.
6.Miqren ağrılarını yüngülləşdirici xüsusiyyəti vardır.
Kəklikotu çayı
1.Boğaz ağrısını sağaldır.
2.Diş əti xəstəliklərində və ağız içi yaralarında təsirlidir.
3.Soyuqdəyəməyə qarşı əvəzsizdir.
4.Həzm pozğunluğuna və şişlərə yaxşı təsir edir.
5.Stresi azaldır, saktləşdiricidir.
6.Bol mineral deposudur.
7.Revmatizmaya qarşı təsirlidir.
8.Baş ağrısını kəsir.
Mixək çayı
1. Diş ağrısını azaldır.
2.Qan dövranını sürətləndirir.
3.Antibakterialdır.
4.Mədə bulantısını aradan qaldırır.
5.Şişləri azaldır, rahatlaşdırır.
6.Diş əti xəstəliklərində təsirlidir.
7.Həzmi sürətləndirir.
8.Həzm sistemində əmələ gələ biləcək xərçəng növlərindən qoruyur.
İtburnu çayı
1.Sidik yolları xəstəliklərinə qarşı qoruyur.
2.Şəkərli diabetə qarşı əvəzsizdir.
3.Soyuqdəyməyə qarşı təsirli vasitədir.
4.Qan təzyiqini nizamlayıcı təsiri vardır.
5.Dəriyə gözəllik və parlaqlıq verir.
6.Revmatizmaya qarşı faydalıdır.
7.Soyuqdəyməni orqanizmdən çıxarır.
8.Xolestorolu aşağı salır.
Lavanda çayı
1.Psixoloji problemlərə təsiri vardır.
2.Stressi, narahatlığı,depressiyanı azaldıcı təsirə malikdir.
3.Ağızdan gələn xoşagəlməz qoxuları aradan qaldırır.
4.Soyuqluğu orqanizmdən çıxarır.
5.Astmaya qarşı faydalıdır.
6.Qızdırma salıcıdır.
7.Həzm sistemi problemlərinə qarşı işlədilir.
8.Toksinlərin orqanizmdə azalmasına və xaric edilməsinə kömək edir.
Nanə çayı
1.Astma və soyuqdəyməyə qarşı təsirlidir.
2.Stressi azaldır, sakitləşdirir.
3.Mədə bulanmasa yaxşı təsir edir.
4.Boğaz qurumasına qarşı əvəzsizdir.
5.C vitamini və Omeqa 3-lə zəngindir.
6.Sakitləşdiricidir.
7.Antioksidant təsiri olduğundan detoks təsiri də edir.
8.Ağız qoxusunu alır, nəfəsi təravətləndirir.
Çobanyastığı çayı
1.Uşaqlıq orqanları və aybaşı sancılarını azaldır.
2.İmmun sistemini gücləndirir.
3.Ağız və diş iltihabına qarşı istifadə edilir.
4.Stresi azaldır, əsəbləri saktiləşdirici təsir edir.
5 QƏPİKLİK VASİTƏ, BƏDƏNİ QÜVVƏTLƏNDİRİR, CİNSİ GÜCÜ ARTIRIR, ƏSƏB - ÜRƏK TUTMALARININ QARŞISINI ALIR!
Zəfərandan sonra bahalı ədviyyatlardan olan vanil, şirniyyatlara dad qatmaq üçün istifadə edilir. Bu bitki tropik yerlərin məhsuludur.
Daha çox Madaqasqar və Meksikada becərilir. Özünə məxsus gözəl qoxusu ilə tanınır. İnsan sağlamlığına çoxlu faydaları var.
Belə ki, vanil tənəffüs yollarından əsəb sisteminə kimi bir çox dərdlərə dərmandır. Həmçinin qrip üçün istifadə olunan xüsusi dərman növlərindən biridir.
Ürək bulanmasına və həzmi asanlaşdırmağa təsirlidir. Hamilə qadınlar vanildən geniş istifadə edə bilər. Sakitəşdirici və yuxu gətiricidir.
Xüsusilə dərinin cavan saxlanması üçün tərkibində bəzi minerallar var. Bədəni qüvvətləndirməyə, qızdırmanı salmağa, cinsi gücü artırmağa kömək edir.
Təzyiqi nizamlayaraq, əsəb sistemini tənzimləyir. Şirniyyat istəyini azaldır. Kökəlmənin isə qarşısını alır.
Qarın sancısına və bağırsaqdakı soyuqdəymələrə faydalıdır. Vanil yağı həmçinin sinir ağrılarına kömək edir. Vanilin yağından masaj seanslarında istifadə etmək olur.