N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • noimage

    Yemək hazırlayarkən çox qadın tərəvəzlərin qabığını soymağı sevmir. Bu, yemək bişirmək vaxtını iki qat artırır. Bəzi qadınlar isə tərəvəzlərin qabığını xoşlamadığı üçün soyur. Mütəxəssislərin fikrinə görə, əslində tərəvəzlərin qabığını soymaq doğru deyil. Çünki bununla bütün qidalandırıcı elementləri zibilliyə atırıq. Aile.lent.az tərəvəzlərin qabığının faydalarını təqdim edir.

    Tərəvəzlərin qabıqları zəngin lif qaynağıdır. Xüsusilə qabığı rənglidirsə. Tərəvəzin qidalandırıcı elementlərinin əksəriyyəti qabığında var. Məsələn, xiyarın qabığının tünd yaşıl olması antioksidantların və K vitaminin çox olması deməkdir.

    Kartof qabığı isə kartofdan daha çox dəmir, kalsium, kalium, maqnezium, B6 və C vitamini ehtiva edir. Mütəxəssislər kartofu qabıqlı bişirməyi təklif edir.

    Bununla yanaşı, tərəvəzlərin qabıqlarında olan antioksidantlar sərbəst radikallarla mübarizə aparmağa kömək olur. Tərəvəzlərin qabıqlarında olan C və E vitaminləri bədəni sərbəst radikalların zərərli təsirlərinə qarşı qoruyur.

    Kök və bibər kimi tünd rəngli qabığı olan tərəvəzlər antioksidant və antiinflamatuar təsirə malikdirlər. Bunun sayəsində qaraciyər sağlamlığını qoruyur.

    Bir çox insan tərəvəzləri yetişdirən zaman ona vurulan böcək dərmanlarından qorxduqları üçün qabıqlarını soyur. Mütəxəssislər bu problemin tərəvəzi yaxşı yumaqla həll edilə biləcəyini deyir.

    alıntı...
#09.04.2017 23:19 0 0 0
  • noimage

    Ərzaqlar:

    -1/2 ispanaq
    -2 diş sarımsaq
    -200 qr süzmə qatıq
    - 6 ədəd orta boy pomidor
    - Duz, istiot, qırmızı bibər

    Hazırlanması:

    İspanaqları yaxşıca yuduqdan sonra duzlu suda qaynadın. Süzdükdən sonra incə-incə doğrayın. Süzmə qatıq qırmızı bibər, duz, istiot və əzilmiş sarımsaqla qarışdırın. İspanaqları da içinə əlavə edin. Pomidorları iki yerə bölüb içini oyun. İspanaqlı, qatıqlı içliklə doldurun. İstəsəniz, üstünə xırda doğranmış qoz da əlavə edə bilərsiniz.

    alıbtı..
#09.04.2017 23:05 0 0 0
  • noimage

    Belinizin uzun və ya qısa olması paltar seçimini təyin edən mühüm məqamlardır.
    Beli uzun olanlar və qısa olan xanımlar fərqli geyim üslublarına üstünlük verməlidirlər. Əks halda onlar bədən formalarını qüsurlu göstərmiş olarlar. Aile.lent.az beli uzun və qısa olan xanımların diqqətinə bir neçə məqamı çatdırır.

    Belə qısa olanlar necə geyinməlidirlər?

    Əgər bu tip bel formasına sahibsinizsə, bədəniniz aşağı hissəsi daha kiçik görünə bilər. Bu səbəbdən də seçəcəyiniz geyimlərlə bədən formanızı tənzimləməlisiniz. Uzununa xəttli bluzlar geyinmək belinizi bir az da aşağı göstərər. Ancaq burada diqqət yetirməli məqam xətlərin incə olmasıdır.

    Beliniz qısadırsa, kəmər istifadə etmək təklif olunmur. Kəmərə çox ehtiyacınız varsa, paltarınızla eyni rəngdə kəmər seçə bilərsiniz.

    noimage

    Uzun belə sahib olanlar necə geyinməlidir?

    Uzun belə sahib olanların şikayəti ayaqlarının qısa görünməsidir. Yadınızda saxlayın ki, qabarıq paltarlar ayaqlarınızın daha uzun görünməsini təmin edəcək. Köynək seçiminiz qısa və belə oturan olsun. Ayaqqabı seçimində hündürdabana üstünlük verin.

    Uzun belə sahib olanlar belin bir az yuxarısında qalan geyimlər seçməlidirlər. Ancaq bu geyimlər qətiliklə dar olmamalıdır.

    noimage

    noimage

    alıntı.
#09.04.2017 21:41 0 0 0
  • noimage

    Vaxtilə qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş çələnglə mükafatlandırılırdı.
    Hazırda isə dəfnə yarpaqlarından şorba və borşlara, turşulara, ət və balıq yeməklərinə dad qatmaq üçün istifadə olunur. Müasir kulinariyada az xörək tapmaq olar ki, onun içinə dəfnə yarpağı atılmasın. Lakin dəfnə yarpağının istifadə sahəsi bunlarla məhdudlaşmır. Ondan təbabətdə, kosmetologiyada və məişətdə də geniş istifadə edilir.

    Aile.lent.az-ın məlumatına görə, AMEA-nın Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev Azərtac-a bildirib ki, Azərbaycanda dəfnə ağacına daha çox Xəzər dənizinin sahili ətraflarında rast gəlmək olar: “Dəfnə ağacı yarpaqlarını tökməyən orta boylu ağac bitkisidir, hündürlüyü 10 metrə çatır. Ən çox Türkiyədə bitir. Kiçik zeytun dənələrini xatırladan meyvələri ilk vaxtlar yaşıl rəngdə olsa da, sonradan qaralır. Yarpaq və meyvələri əziləndə spesifik xoş qoxu verir. Həmişəyaşıl dəfnə ağacının yarpaqları yay və qış aylarında tökülmür, may və oktyabr aylarında yığılan yarpaqları daha xeyirlidir. Bitkinin zəhərli çöl dəfnəsi və Ərəbistan dəfnəsi növlərindən istifadə etmək olmaz”.

    A.Mehralıyev deyir ki, dəfnə yarpaqlarından təkcə xörəklərə dad qatmaq üçün istifadə edilmir, onun bir sıra müalicəvi xüsusiyyətləri də var: “Belə ki, tərkibi A və C vitaminləri, həmçinin dəmir, manqan, kalsium və maqnezium mineralları ilə zəngin olan dəfnə yarpağının yağı qaraciyər ağrılarına xeyirlidir, ondan təngnəfəslik və bronxial astma xəstəliyində istifadə olunan dərman hazırlanır. Orqanizmi qüvvətləndirir, sidiyi qovur, toksiki maddələri və zəhərləri xaric edir. Allergiyaya meylli olanların və hamilə qadınların dəfnə yarpağından istifadə etməsi məsləhət görülmür”.

    Bioloq-alim dəfnə yarpağı və meyvələrinin faydalarını da sadalayıb:

    - Mərcimək, noxud və düyü kimi ərzaqların uzun müddət qurdlamadan saxlanılması üçün içərisinə bir-iki ədəd dəfnə yarpağı atmaq kifayətdir.

    - Yarım litr suya 200 qr dəfnə yarpağı və 10 qr portağal qabığı əlavə edilərək 5 dəqiqə vam ocaqda qaynadılır, 10 dəqiqə ocaqdan kənarda dəmlənəndən sonra süzülür, balla qarışdırılır, həzmsizlik və iştahasızlıq zamanı hər dəfə yeməkdən qabaq 1 stəkan içilir.

    - Dəfnə meyvələri əzilir, balla qarışdırılaraq məcun halına gətirilir, qulunc və revmatizm ağrılarında gündə 3 dəfə 1 çay qaşığı qəbul edilir.

    - Dəfnə toxumlarının dəmlənilib içilməsi yaddaşı gücləndirir, bişirilməsi ilə vanna qəbul edilməsi sidik kisəsi və uşaqlığın iltihabi xəstəliklərində faydalıdır.

    - 10 qr dəfnə yağı 100 qr iç yağı ilə qarışdırılır, revmatizm və oynaq ağrıları zamanı ağrıyan nahiyələrə sürtülür.

    - Dəfnə toxumu çeynəniləndə ağız qoxusunu aradan qaldırır.

    - Dəfnə yarpağının dəmləməsi qızdırma zamanı hərarəti aşağı salır, tərlədici təsir göstərir.

    - Dəfnə yarpağının dəmləməsi şiddətli başağrılarını aradan qaldırır.

    - 100 qr dəfnə yarpağı 1 litr suda qaynadılır, qrip və soyuqdəymə zamanı gündə 3 dəfə 1 stəkan qəbul edilir.

    - 100 qr dəfnə toxumuna bal əlavə edilərək qarışdırılır, alınan məcunun gün ərzində qaşıq-qaşıq yeyilməsi başağrıları, miqren, revmatizm və təngnəfəsliyə qarşı tətbiq olunur.

    A.Mehrəliyev bitkinin kosmetoloji sahədə istifadəsindən də danışıb. O bildirib ki, üzərində çivzələr və qara nöqtələr olan dərini təmizləmək üçün 10 ədəd xırdalanmış quru dəfnə yarpağı üzərinə 1 stəkan araq əlavə edilir, 1 gün saxlanandan sonra süzülür və dərinin iltihablaşmış nahiyələrinə çəkilir.

    Bundan başqa, dəfnə yarpağından hazırlanan şampun saç tökülməsinin qarşısını alır, saçlara yumşaqlıq və parlaqlıq verir.

    Ağacdan yığılan meyvələr qazana tökülür, üzərinə su əlavə edilir, 2-3 saat vam ocaqda qaynadılır. Meyvələri suyun dibinə çökəndən sonra süzülür, yağın nisbi sıxlığı sudan yüngül olduğuna görə yağ suyun üzünə yığılır. Üstdə qalan yağ sudan ayrılır və saf dəfnə yağı əldə edilir.

    Dəfnə sabunu saç tökülməsi və kəpəklənməni azaldır, dəriyə nəmləndirici və cavanlaşdırıcı təsir göstərir, antiseptik xüsusiyyətlərinə görə dəridə olan bakteriya və göbələkləri məhv edir.

    Gənclik sızanaqlarında da dəfnə sabunundan istifadə xeyirlidir.

    Dolablara və paltarların arasına qoyulanda təbii qoxusu və antiseptik xüsusiyyətləri həşəratların çəkilib getməsinə səbəb olur.

    10 ədəd dəfnə yarpağı və 2 çubuq darçın 1 litr suya əlavə edilərək 10 dəqiqə qaynadılır və hər gün 1 stəkan içilir. Nəticə elə ilk həftədən hiss olunmağa başlayır. Çayın 1 ay içilməsi qarın piylərini əridir.

    noimage

    alıntı.
#09.04.2017 20:56 0 0 0
  • Qəbizlik ən yayılmış pozulmalardan biridir. Lakin buna baxmayaraq? bir çox insanlar qəbizliyin əslində nə olduğunu bilmir.

    Qəbizlik diaqnozu o zaman qoyula bilər ki, defekasiya müntəzəm olmur, defekasiya aktı zamanı insan çox gücənməli olur və nəcis kütləsi quru, "qoyun qığı" şəklində olur. Əgər insan 2-3 gündən bir defekasiya edirs’, lakin bu zaman heç bir çətinlik çəkmir, gücənmir və nəcis kütləsi yumşaqdırsa, bu, qəbizlik sayıla bilməz.

    Əksər hallarda qəbizliyin səbəbi hər hansı xəstəlik deyil, düzgün olmayan qidalanma və maye qəbulu, nəcisi saxlamaq vərdişi, xroniki stress və s. olur. Qəbizliklə mütləq mübarizə aparmaq lazımdır. Qəbizlik orqanizmin intoksikasiyasına səbəb olur, xroniki qəbizlik babasil, duz bağırsağı xərçənginin riskini artırır.

    Funksional qəbizlikdən azad olmaq üçün qidalanmada lifli qidaların (meyvə, tərəvəz, göyərti, paxla) miqdarını artırmaq, gün ərzində 1,5-2 l təmiz su içmək, hərəkətli olmaq lazımdır. Əksər hallarda bu sadə qaydalar qəbizliklə mübarizə etməyə kömək edir.

    Sadə massaj da bu vəziyyətdə çox yaxşı kömək edə bilər. Bunun üçün bel üstə uzanın, ayaqlarınızı dizlərdə qatlayın. Əvvəl yüngül hərəkətlərlə qarnınızı sığallayın ki, dəri bir qədər isinsin. Daha sonra qarnınızı müxtəlif istiqamətlərdə yaxşı-yaxşı "əzin" (ağrı olmamalıdır). Bu, bağırsaqları hərəkət etdirir. Ən axırda qarnınızı dairəvi hərəkətlərlə saat əqrəbi istiqamətində massaj edin.

    Belə massajı səhər oyandıqdan dərhal sonra edin. Massajdan sonra 1 stəkan otaq temperaturunda olan adi su için və 30-40 dəqiqədən sonra səhər yeməyi yeyin

    alıntı..
#09.04.2017 20:47 0 0 0

  • noimage

    Narkotik maddə ittihamı ilə həbsdə olan Türkiyənin tanınmış müğənnisi Deniz Seki ailə qurmağa hazırlaşır. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı bildirib ki, 17 iyunda azadlığa çıxandan dərhal sonra Faruk Salman adlı bəylə nikah masasına əyləşəcək.

    Belə ki, D.Səki uzun illərdir, Faruk Salmanla tanışdır. İfaçı bildirib ki, sevgilisi ona çətin günlərində dəstək olub və ona qadın cəzaçəkmə müəssisəsində evlilik təklifi edib. Onu da əlavə edək ki, cütlük nikahlarından öncə Avropaya istirahətə getməyi planlaşdırıb.

    noimage

    alıntı..
#09.04.2017 20:41 0 0 0
  • noimage

    Azərbaycanlı müğənni Afaq Aslan Türkiyəyə yollanıb. Lent.az-ın məlumatına görə, Türkiyənin bir çox ciddi mətbuat orqanı onun prezident Rəcəb Tayyib Ərdoğana dəstəyindən yazıb. İfaçı açıqlamasında bildirib ki, aprelin 16-da keçiriləcək referendumdakı dəyişikliklərin lehinə cavab alınmasını istəyir. Onun bu fikirlərini “Milliyet.com.tr” , “Haberler.com” , “Yenisafak.com”, “İhlas xəbər agentliyi”, “Sondakika.com”, “yurthaber.mynet.com” kimi saytlar yayımlayıb.


    noimage


    Yalçın UĞUR
#09.04.2017 20:31 0 0 0
  • noimage

    Türk pop musiqisinin əfsanələrindən biri Ajda Pekkan sənətlə vidalaşır. Lent.az-ın sozcu-yə istinadən xəbərinə görə, 1964-cü ildə çıxardığı "Hər yerdə kar var" albomundan bu yana adını qızıl hərflərlə musiqi dünyasına yazdıran superstar sənət həyatına vida etmək qərarına gəlib.

    71 yaşlı A. Pekkan son albomunu mayın sonlarında buraxacaq. Bu, onun vida albomu olacaq. A. Pekkan indiyədək 19 musiqi albomu buraxıb.

    https://youtu.be/l1SHSEwm_4Q

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    alıntı..
#09.04.2017 20:25 0 0 0
  • noimage

    Bir müddət əvvəl beyninə qan sızan və Mərkəzi Klinik Xəstəxananın reanimasiyasına yerləşdirilən tanınmış meyxanaçı Ağakərim (Kərim Novruzov) artıq palataya köçürülüb.

    Bu barədə Lent.az-a meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib.

    O bildirib ki, dünən günortadan sonra onun səhhətində yaxşılaşma hiss olunub: “Dünən reanimasiyadan çıxardılıb, palataya köçürülüb. Özünü çox yaxşı hiss edir. Ayağa da qalxıb. Huşunu da itirməyib. Hamımızı tanıyır, söhbət edir”.

    Ağakərimin bacısı oğlu bildirib ki, meyxanaçı yaxın günlərdə evə buraxılacaq: “Həkimdən olsa günü sabah onu ev buraxar. Sadəcə biz istəyirik 3-4 gün palatada qalsın. Tamam sağalsın, sonra evə aparaq”.

    O, həmçinin bəzi saytların tiraj xətrinə yalan xəbərlər yazmasına da etiraz edib: “Səhərdən mənim də, dayımın da telefonu dayanmır. Yalan xəbər yazmasınlar, dayım sağ-salamatdır”.

    Qeyd edək ki, bu gün bəzi KİV-lər meyxanaçı Ağakərimin dünyasını dəyişdiyi barədə məlumat yayıblar.

    Xatırladaq ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb.

    Səlcuq Elçin
#09.04.2017 20:19 0 0 0
  • noimage

    Bu gün Türkiyədə hava şarının partlaması nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib. Lent.az “Hürriyet”ə istinadən xəbər verir ki, Kapadokyada hava şarının elektrik naqilinə dəydikdən sonra yerə çırpılması nəticəsində ölən şəxsin Fransanın İstanbuldakı baş konsulunun müavini Vinsent Kavmantat olduğu məlum olub.

    Qeyd edək ki, məlum hadisə nəticəsində daha 20 nəfər yaralanıb.


    xxxx


    10:19

    Türkiyənin məşhur turizm bölgələrindən olan tarixi Kapadokya ərazisində bədbəxt hadisə baş verib. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, Nevşehir vilayətində yerləşən turizm zonasından qalxan hava balonu Ortahisar qəsəbəsi yaxınlığında yüksək gərginlikli elektrik naqillərinə toxunub. Nəticədə hava balonu partlayıb və yerə doğru sürətlə enməyə başlayıb. Balonun yerə çırpılması nəticəsində turistlərdən biri hadisə yerində ölüb. Daha 20 turist isə xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağırdır.

    Araşdırma aparılır.

    alıntı..
#09.04.2017 19:59 0 0 0
  • noimage

    Aprelin 10-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
    Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Hava günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
    Azərbaycanın rayonlarında arabir yağış yağacaq, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Havanın bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru bəzi rayonlarda yağıntıda fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.

    alıntı..
#09.04.2017 19:56 0 0 0
  • noimage

    Türkiyəli popstar Demet Akalının əri Okan Kurt və qızı Hira ilə getdiyi Dubay səfəri pis sonlanıb.
    Lent.az-ın Türkiyə Kiv-ə istinadən məlumatına görə, Demet və qızı tətilin son günü yedikləri balıqdan zəhərləniblər. Geri qayıdarkən təyyarədə halları pisləşən müğənni və qızına dərhal ilkin yardım göstərilib.

    Hadisə ilə bağlı Demet Akalın bunları deyib: “Tətil deməyə dilim gəlmir. Zəhərlənib qayıtdıq”.

    alıntı..
#06.04.2017 16:19 0 0 0
  • noimage

    Azərbaycanın tanınmış modelyeri Zümrüd Mirzəliyeva ailə həyatı qurur. Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, türkiyəli müğənni-model Ali Dereli ilə münasibətini rəsmiləşdirmək qərarına gəlib.
    3 ildir ki, bir-birini tanıyan cütlüyün iki toyu olacaq. Birinci toy mayın 9-da Bakıda baş tutacaq. Toyda ictimai xadimlər, moda və şou dünyasının tanınmış simaları iştirak edəcək. İkinci toy isə iyul ayında Türkiyədə reallaşacaq.
    Bakıdakı məclis dəbdəbəli restoranların birində baş tutacaq, 300-ə yaxın qonaq iştirak edəcək.
    Qeyd edək ki, Ali Dereli model, müğənni və aktyor kimi fəaliyyət göstərir. O, ilk dəfə “Mum” adlı mahnısı və klipi ilə tanınıb. O, “Arka sokaklar”, “Kanıt”, “Aşk-ı Memnu” kimi seriallarda rol alıb.

    https://youtu.be/4w8TBPIUqnE

    noimage

    noimage

    noimage

    alıntı..
#06.04.2017 16:09 0 0 0
  • noimage

    Aprelin 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Cənub küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 4-7° isti, gündüz 14-18° isti, Bakıda gecə 4-6° isti, gündüz 15-17° isti olacağı gözlənilir.


    Azərbaycanın rayonlarında isə sabaha gözlənilən hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoz gəlincə isə, aprelin 9-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    alıntı...
#06.04.2017 15:58 0 0 0
  • noimage


    Füzuli rayon 5 saylı Zobcuq qəsəbəsində yerləşən 39 saylı tam orta məktəbin heyəti Lələ təpə yüksəkliyinin qaytarılmasında qəhrəmancasına şəhid olmuş Əlvan Qafar oğlu Hüseynovun il mərasimində iştirak ediblər.

    Lent.az-ın məlumatına görə, il mərasimində ictimaiyyət nümayəndələri ilə yanaşı, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev də iştirak edib.

    Şagirdlər müəllim kollektivi ilə birgə "Qarabağ bizimdir, bizim olacaq!”, "Şəhidlər ölməz, vətən bölünməz!” şüarı ilə şəhidin evini ziyarət ediblər. Füzuli rayon 39 saylı orta məktəbin direktoru Həcər Teymurova deyib ki, məktəbin Əlvan Hüseynov kimi vətənini, millətini sevən vətənpərvər şagirdi olduğu üçün fəxr edir.

    Daha sonra vətənpərvərlik mövzusunda uşaqlar tərəfindən kompozisiyalar təqdim edilib, şerlər söylənilib. İl mərasimindən sonra Füzuli rayon 39 saylı məktəbin şagird və müəllim kollektivi şəhidin məzarını ziyarət edib.

    Qeyd edək ki, Əlvan Hüseynov ölümündən sonra prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "igidliyə görə" medalı ilə təltif olunub.

    Vüqar Əliyev. Füzuli

    [imghttp://news.lent.az/upload/images/news/2017/april/06/big/2014ec1752f9b84db29b7bcf0effc99d.jpg][/imgOLD]

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    alıntı..

#06.04.2017 15:54 0 0 0
  • Evlat Sahibi Olmak İçin Dua Okunuşu:

    Rabbehü rabbi la tezemi ferdev ve ente hayrul varisin.

    Evlat Sahibi Olmak İçin Dua Meali:

    Rabbim! Beni tek başıma bırakma, gerçi sen varislerin en hayırlısısın, diye nida etmişti.”

    Evlat Sahibi Olmak İçin Dua Havassı ve Esrarı:

    Evladı olmayan kişilerin, evlad sahibi olmaları için okunur.Bu Zekeriya Aleyihsselamın duasıdır. Zekeriya Aleyhisselam bu dua ile Allahü Teala Hazretlerine yalvarıp dua etti. Allahu Teala Hazretleri, kendisine Yahya Aleyhisselamı verdi.

    alıntı...
#06.04.2017 11:51 0 0 0
  • noimage

    Eshab-ı kiramdan, Ebu Said Hudri hazretleri anlatıyor:

    Resulullah efendimiz, bir gün mescide girdi ve Ensar’dan Ebu Ümâme’ye rastladı ve kendisine, (Yâ Ebâ Ümâme! Ne diye, namaz vaktinin dışında seni mescitte oturur halde görüyorum?) diye sordu. Ebu Ümâme, (Beni saran dertler ve borçlar yüzünden yâ Resulallah) dedi. Resulullah, (Sana bir dua öğreteyim, bunu okuduğun zaman, Allah derdine devâ verir, borcunu ödettirir. Sabah ve akşam bu duayı oku) buyurdu.

    Dua şöyledir:
    (Allahümme innî eûzü bike minel-hemmi vel-hazen ve eûzü bike minel-aczi vel-kesel ve eûzü bike minel-cübni vel-buhl ve eûzü bike men galebetid-deyni ve kahrir-ricâl.)

    [Yâ Rabbi, kederden, dertten, âcizlikten, tembellikten, korkudan, cimrilikten, borcumu ödeyememekten ve insanların kahrından sana sığınırım!]

    Ebu Ümâme hazretleri buyurdu ki:
    (Bunu okudum, Allahü teâlâ, derdimi giderdi, borcumu da ödetti.) [Ebu Davud]

    hadis-i şeriflerde buyuruldu ki:
    (Birinize dert ve bela gelince, Yunus Peygamberin duasını okusun! Allahü teâlâ onu muhakkak kurtarır.) [Tirmizi]

    (“Lâ ilahe illâ ente, sübhaneke inni küntü minezzalimin” diyen, uğradığı beladan kurtulur.) [İ. Sünni]

    hadis-i şeriflerde buyuruldu ki:
    (Hasbiyallahü ve ni’mel vekil sözü her korku için bir emniyettir.) [Deylemi]

    Sabah akşam yedi kere, “Hasbiyallahü la ilahe illahü aleyhi tevekkeltü ve hüve Rabb-ül arşil azim” okuyan, dünya ve ahiret sıkıntısından kurtulur. [İbni Sünni]

    Ve en önemlisi, İstiğfarı çok okumalı
    İstiğfar, insanı her murada kavuşturur. Tevbe etmeli, istiğfarı çok okumalı. Bütün dertlere, sıkıntılara karşı faydalıdır. Allahü teâlâ, (İstiğfar okuyun; imdadınıza yetişirim) buyurdu. (Hud 52)

    İstiğfar edileceği zaman yüz defa (Estağfirullah min külli ma kerihallah, Estağfirullah elazim ellezi la ilahe illa hüvel hayyel kayyume ve etubü ileyh) demeli ve manasını düşünerek söylemeli.

    Manası şöyledir:
    (Razı olmadığın şeylerden yaptıklarımı affet ve yapmadıklarımı yapmaktan koru. Kendisinden başka ilah bulunmayan hay, kayyum ve azim olan Allah’a istiğfar eder ve günahlarıma pişman olup Ona sığınırım.)

    alıntı..
#06.04.2017 11:45 0 0 0
  • noimage

    Evliya olmak isteyen bir Müslüman, candan, gönülden ve büyük bir ihlas ile sürekli şu mübarek duayı okumalıdır

    “Allahümmeslih Ümmete Mühammedin Allahüm-me tecavüz an Ümmeti Mühammedin Allahümmecalne min Ümmete Mühammedin”

    “Allahım Ümmeti Muhammedi islah et. Ümmeti Muhammed’in günahlarını bağışla. Allah’ım bizi Ümmeti Muhammed’den kıl,” diye dua edecek olursa ABDAL’dan (büyük evliyalardan sayılır.) Hazret-i Muhammed (s.a.v.) ve O’nun ümmetine olan sevgisinden dolayı Cenab-ı Allah, kendisini yüksek mertebelere nail eder. O kişi zamanla evliya makamına çıkar.

    alıntı..
#06.04.2017 11:36 0 0 0
  • Evimize Girerken Okuyacağımız Dua Arapça : Allâhumme innî es’elüke hayrel mevleci ve hayrel mahreci, bismillâhi velecnâ ve bismillâhi harancâ ve alallâhi Rabbenâ tevekkelnâ.

    Evimize Girerken Okuyacağımız Dua Türkçesi : “Allah’ım, hayırlar hususunda Senden hayırlı çıkış ve giriş iste­rim. Ey Allah’ım, Senin adınla girdik, yine Senin adınla çıkarız. Yalnız Allah’a, Rabbimize güvendik ve dayandık.”

    Bu dua eve girildiğinde okunur. Bu dua okunduktan sonra se­lam verilir ve eve girilir. Bütün peygamberler böyle yapmışlardır. Bizler de onların birer vekilleri olarak böyle yapmalıyız.

    alıntı..
#06.04.2017 11:27 0 0 0