Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.
Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.
Qeyd edək ki, ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.
Türkiyənin Kastamonu şəhərində silahlı insident olub.
Lent.az BakiPost.az-a istinadən xəbər verir ki, şəhərin bələdiyyə sədri Tahsin Babaş silahlı hücuma məruz qalıb. Hücum nəticəsində 6 nəfərin yaralandığı bildirilir.
Güllələnənlər arasında Azərbaycanın kikboks üzrə Avropa çempionu Eldar Əlizadə də var. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, reanimasiyaya yerləşdiriliblər.
Qeyd edək ki, Eldar Əlizadə Türkiyədə yaşayır, orada ali təhsil alırmış
Mayın 15-i axşamdan 16-sı səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Mayın 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mayın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-21° isti, Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Yazda və yayda ən çox yeyilən meyvələrdən biri alçadır. Bu turş və dadlı meyvəni görüb, heç olmasa birini yeməmək mümkün deyil. Hər gün mütləq qəbul etməli olduğumuz C vitamini alçanın tərkibində bol miqdarda var. Bundan başqa, alça göz və dəri sağlamlığı üçün əhəmiyyət daşıyan A vitamini, qanın axmasına məsul olan K vitamini, təzyiq və su tarazlığını təmin edən natrium, kalium, stress əleyhinə mineral olan maqneziumla da zəngindir. Kalsium ehtiva edən alça dəmir baxımından da olduqca zəngindir. Sıx lif quruluşuna da malik olan alçanın həzm sistemi üzərindəki təsiri çox böyükdür. Ailem.az alça və onun faydaları haqda məlumatı təqdim edir.
Alçanın antioksidant xüsusiyyətləri araşdırılıb və 100 fərqli meyvə ilə müqayisə edilib. Araşdırmalarda anitoksidantları xərçəng hüceyrələri ilə qarşı-qarşıya qoyublar. Nəticədə sübut edilib ki, alçanın antioksidant gücü çöl böyürtkənindən daha çoxdur. Bundan başqa, süd vəzi xərçəngi hüceyrələri ilə qarşılıqlı təsiri araşdırılıb. Məlum olub ki, alça süd vəzi xərçəngi hüceyrələrinin böyüməsini dayandırmaq gücünə malikdir.
Alçanın insan orqanizminə olan faydaları bunlardır:
- Həzmin işini nizamlı və kifayət qədər təmin edir.
- Qəbizliyin qarşısını alır.
- Lif baxımından zəngin olduğu üçün mədə qazı və qəbizlik probleminə qarşı təsirlidir.
- İmmunitet sisteminin formalaşmasına və qorunmasına kömək edir.
- Daim alça yemək diş ətlərini gücləndirir.
- Diş sağlamlığının formalaşması və qorunmasına təsir göstərir.
- Dəmir əskikliyinin qarşısını almaqda və müalicə müddətində köməkçidir.
- Bədənin qan dövranına köməkçi olur.
- Alçanın tərkibində olan zəngin C vitamini və dəmir anemiyanın qarşısını alır.
- Gümrah və möhkəm bədən üçün alça əvəzedilməz meyvədir.
- Bədənin möhkəm, gənc, sağlam və uyğun görünüşlü olmasında köməkçidir.
- Alça kalium və maqnezium elementləri ilə zəngindir. Bu iki element insanın ürək-damar sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.
- Turşularla zəngin olan alça orqanizmdəki piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır. Arıqlamaq istəyirsinizsə, alça yeyin.
- Alça qan şəkəri səviyyəsinə müsbət təsir edir.
- Alça yedikdən sonra qandakı qlükoza ortaya çıxır. Qan şəkəri nə qədər balanslı olarsa, arıqlamaq da o qədər balanslı və davamlı olar.
- Alça yüksək miqdarda antioksidant ehtiva etdiyi üçün beyin və qandakı hüceyrələrin zərər görməsinə mane olur.
- Ağciyərlərin qorunması və sağlamlığı üçün təsirlidir.
- Alça yeyənlərin astma, ağciyər xərçəngi, soyuqdəymə, öskürək və ağciyər problemlərindən uzaq qaldığı sübut edilib.
- Yaşlı insanların nizamlı olaraq alça yemələri görmə problemini aradan qaldırmağa kömək edir.
QEYD: mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi, qastrit zamanı alçanın qəbulu məsləhət deyil.
"Eurovision 2016"nın qalibi Camala "Eurovision 2017"dəki çıxışı üçün nəzərdə tutulan qonorarı ala bilməyib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ifaçının prodüseri bildirib. Onun sözlərinə görə, sənətçiyə 985 min qriven (37 min dollar) verilməli idi.
“Bir milyon qonorar 3 nömrə üçün nəzərdə tutulmuş məbləğdir. Bura daxildir: simfonik orkestr, rəqslərin quruluşu, hər nömrə üçün Camalaya tikilmiş xüsusi geyimlər, bek vokalçılar, hər nömrənin qrafiki. Hazırda bütün bu pulları mən verirəm. Mən verirəmsə, bu, o deməkdir ki, Camala heç bir qəpik də almayıb”.
Qeyd edək ki, “Eurovision 2017”in ilk yarım finalı mayın 9-da olub. İkinci yarım final bu gün, final isə mayın 13-də olacaq.
Bu gün Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin finalı keçiriləcək.
APA TV-nin məlumatına görə, iki yarımfinalın nəticəsinə uyğun olaraq, finalda 26 ifaçı mübaruzə aparacaq.
Bukmekerlər İtaliyanın təmsilçisi Françesko Qabbaninin qələbəsini proqnozlaşdırırlar. Onların proqnozuna görə, ikinici yeri Portuqaliya, üçüncü yeri isə Bolqarıstan təmsilçiləri tutacaq.
Bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Belə ki, Portuqaliya və Rumıniya yenidən müsabiqəyə qayıdıb.
Final şousu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilərlər. 2016-cı ildən səslərin sayılması qaydaları dəyişdirilib: peşəkar münsiflər və televiziya tamaşaçıları müsabiqə iştirakçılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqda əvvəlcə münsiflərin balları açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcəklər.
Qeyd edək ki, Azərbaycanı müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.
Əməkdar artist Lalə Məmmədova mayın 25-də “Mədəniyyət” kanalının və Azərbaycan radiosunun birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək. Lent.az-ın məlumatına görə, əməkdar artist konsertdə Azərbaycan bəstəkarlarının retro mahnılarını oxuyacaq.
Müğənnini konsert boyu Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Dövlət Simfonik Orkestri müşayiət edəcək. Dirijor əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Almaniyada ölkənin aparıcı dəmiryol operatoru “Deutsche Bahn”ın kompüter sistemləri hakerlərin hücumuna məruz qalıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, zərərverici proqram Frankfurt və Noyştadt şəhərlərinin vağzallarında monitorları sıradan çıxarıb.
Ötən gün 74 ölkədə müxtəlif təşkilatlara ümumilikdə 45 min haker hücumu qeydə alınıb. Kompüterlərin sistemlərini bloklayan, işin bərpası üçün Bitcoin kriptovalyutasında 600 dollar ödəniş tələb edən zərərverici “WannaCry” virusu ən çox Rusiya ərazisindəki serverlərə ziyan vurub. Məlumata əsasən, hakerlər ABŞ Milli Təhlükəsizlik Agentliyinin istifadə etdiyi casus proqram təminatından istifadə ediblər.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.
Bakıda gecə 12-14° isti, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz
Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva “APA Holdinq”in Kiyevə ezam edilmiş əməkdaşı ilə söhbəti zamanı Finalda layiqli yer tutmaq üçün əlimdən gələni əsirgəməyəcəyini qeyd edib.
“Mən ölkəmizi “Eurovision-2017”-də təmsil etməkdən qürur hiss edirəm. Mən finala keçməyimdən çox şadam. Düşünürəm ki, hər şey olacağı kimi baş verib, çünki biz çox məşq etmişik və finala keçməyimizə əmin idik.
Mən komandam ilə finalda layiqli yer tutmaq üçün əlimdən gələni edəcəyəm. Ola bilsin hətta birinci yeri də tutdum. Əziz dostlar, gəlin bir-birimizə dəstək olaq. Mən sizi çox sevirəm, dəstəyə görə hamınıza təşəkkür edirəm”, - deyə Diana Hacıyeva bildirib.
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət başçısı mərasimdə nitq söyləyib. Ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi olub. Əvvəlcə Azərbaycanın Xalq Şairi Nəriman Həsənzadənin Heydər Əliyev Mükafatı ilə təltif olunması haqqında dövlət başçısının sərəncamı oxunub. Prezident İlham Əliyev mükafatı Nəriman Həsənzadəyə təqdim edib. Nəriman Həsənzadə çıxış edərək Heydər Əliyev Mükafatına görə minnətdarlığını bildirib. Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2017-ci il üzrə qalibi elan olunub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun yeni nəslin kamil insan kimi formalaşmasında əhəmiyyət kəsb edən layihələrinə verdiyi dəstəyə, kütləvi informasiya vasitələrində bəşəri dəyərlərin təbliğində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli şərqşünas alim Vasim Məmmədəliyevə “Qızıl çinar” beynəlxalq mükafatını təqdim edib. Vasim Məmmədəliyev çıxış edərək mükafata görə təşəkkürünü bildirib.
Bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 11-dən 12-si gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı enəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında mayın 11-i gündüzdən 13-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 18-23° isti, Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, mayın 11-12-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun ötən günlərlə xeyli aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.