Sbela

Sbela

Üye
21.04.2014
Uzman Çavuş
5.380
Hakkında

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturunun gecə 1-3° isti, gündüz 5-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95%, gündüz 65-75% təşkil edəcək.

    Azərbaycanın rayonlarında səhər şimal rayonlarında, gündüz isə əksər rayonlarda arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

    Xəbərdarlıq

    Fevralın 8-i gündüz şimal rayonlarından başlayaraq 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
#07.02.2017 10:53 0 0 0
  • noimage

    Bu toyuqlar sahibini zəngin edir.

    Vətəni İndoneziya olan Ayam Cemani cinsinə aid toyuqlar melanin (bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal - red.) səbəbindən pipiyindən daxili orqanlarına qədər qara rəngdədir. Bu toyuqlar alıcıların da diqqət mərkəzindədir. Qiymətləri isə hər gün bir az da artır.

    Genetik bir mutasiya səbəbindən bədənindəki tüklər, dərisinin rəngi, hətta yumurtası da qara rəngdə olsa da, ətinin və yumurtasının tərkibi adi toyuqlarla eynidir. Qanı isə adi toyuqlarınkı kimidir.
    Toyuqlar o qədər məşhurlaşıb ki, artıq ABŞ-da yetişdirilməyə başlayıb. Fermasında bu toyuqları saxlayan amerikalı Paul Bradşav onun görüşünün təəccüblü olduğunu deyib.

    "Günəş şüalarının altında onun qapqara tüklərinin arasında bənövşəyi və yaşıl rənglər də diqqəti çəkir. Bu toyuqların rənginin qapqara olmasının səbəbi onların adi toyuqdan 10 dəfə çox melanin istehsal etməsidir".

    Alimlər toyuqlardakı bu dəyişikliyin onlarla qidalananlar üçün heç bir təhlükəsinin olmadığını deyirlər.
    Toyuqları 2, xoruzları isə 2.5 - 3 kiloqram olan nadir cinsin bir vaxtlar ABŞ-da 2500 dollara satıldığı açıqlanıb.
    Bu toyuqlarla bağlı XII əsrdə müxtəlif əfsanələr mövcuddur. Xüsusən də, zənginlər tərəfindən bəslənən qara rəngli toyuqlar sahibinə sərvət və güc gətirməsi inancı var. Toyuğun şans gətirdiyi kimi şərhlər verilir.

    noimage

    noimage

    noimage
#07.02.2017 10:50 0 0 0
  • Ətin 1 kiloqramı 14 manat 49 qəpik və 11 manat 29 qəpikdən təklif edilir. Çəkilmişinin kiloqramı isə uyğun olaraq 10 manat 79 qəpik və 8 manat 99 qəpikdır. Paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi, ətin özündən 3-4 manat ucuzdur. Halbuki, farş ət sümüksüz və hazır olduğundan ətin özündən baha olmalıdır.

    noimage

    Sakinlərin bu məsələ ilə bağlı fikri birmənalı deyil. Qəssablar da çəkilmiş məhsulun ətin özündən baha olmasını normal hesab etmirlər.

    Dövlət Baytarlıq Nəzarəti Xidmətindən isə bildirildi ki, ətin özündən ucuz olan çəkilmiş məhsulda əlavə hansısa qatqı ola bilər. Yaxud da mənşəyi bəlli olmayan ət də ola bilər.

    Mövcud qaydalara görə, ət yalnız alıcının, yaxud da baytar həkimin yanında sümükdən ayrılıb çəkilə bilər. Bununla yanaşı, çəkilmiş ətin baytarlıq arayışı da olmalıdır. Həmin sənəddə nə əti olması və hansı səbəbdən çəkilməsi göstərilməlidir. Qurumdan məsləhət görüldü ki, çəkilmiş ət alan vətəndaşlar mütləq həmin arayışı satıcıdan tələb etsinlər.


    alıntı
#07.02.2017 10:44 0 0 0
  • Bir müddətdir ki, efirlərdən uzaq qaçan rəqqasə Aytən açıqlaması ilə gündəmi silkələyəcək. Rəqqasə şəxsi həyatı barədə verdiyimiz sualı cavablandırıb. Tam səmimi olan rəqqasə bildirib ki, 6 ildir ki, qeyri-rəsmi nikahda olduğu şəxs ona dəstəkdir:

    "6 ildir ki, qeyri-rəsmi nikahda yaşadığım insan var. Kəbinli həyat yoldaşımdır. Subaydır, evli deyil. Məndən yaşda böyükdür. Nə vaxtsa evlənsə, həyatımdan gedəcək, bunu özü də yaxşı bilir. Hal-hazırda mənə dəstəkdir".

    Rəqqasə Aytən yeni açılan ayaqqabı butikindən də danışıb: "Bir az gündəmdən uzaq düşməyimin səbəbi başımın biznesə qarışmağıdır. Toylarım da kifayət qədərdir... İnşallah, hər şey yaxşı olacaq".

    noimage
#07.02.2017 10:41 0 0 0
  • Rizə şəhərində çəkilən bu fotolar dünyanın bir çox xəbər saytlarında paylaşılıb
    11 yaşlı Hamdu Sena Bilginin görüntüləri bəyənmə rekordları qırıb.

    noimage

    Sena adlı qız şaxtalı havaya baxmayaraq yeni doğuş etmiş keçini və balasını xilas edib.

    Sena keçilərini otararkən onlardan biri bala dünyaya gətirib. Bütün heyvanları evə aparan Sena, keçi və balasını orada buraxmaq məcburiyyətində qalıb.

    noimage

    Daha sonra iti Tomi ilə geri qayıdan Sena, ana keçini öz belindəki çantaya qoyub. Balanı isə iti Tominin belindəki çantaya yerləşdirən 11 yaşlı qız, təxminən 1 km qarlı yolda getməli olub.

    noimage

    Görüntüləri ən nüfuzlu xəbər saytları da paylaşıb. Fotolar bəyənmə və paylaşma redkordları qırıb.

    alıntı
#07.02.2017 10:39 0 0 0
  • Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib.

    AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi bugünkü hərracda 2,8% möhkəmlənib.

    Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,8769 səviyyəsində müəyyən edib.

    alıntı
#07.02.2017 10:35 0 0 0
  • Mərkəzi Bank manatın fevralın 7-nə olan məzənnəsini açıqlayıb.


    Bankdan verilən məlumata 07.02.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,8769 səviyyəsində müəyyən olunub.


    Qeyd edək ki, dolların bu günə olan məzənnəsi 1.9111 manat idi.
#06.02.2017 14:17 0 0 0
  • "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb. Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.
    Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə yola salınıb" - nazirliyin məlumatında bildirilir.

    Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə vida mərasimi keçirilir.

    Şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri və hərbçilər TTM-ə toplaşırlar.
#06.02.2017 07:35 0 0 0
  • Fevralın 3-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə 2 nəfər balıqçının qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalmaları barədə məlumat daxil olub.

    noimage

    Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticə­sində sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib. Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu və Həsənov İlqar Əlihəsən oğlu saat 20:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıb.

    al;nt;
#06.02.2017 06:48 0 0 0
  • Qoç - Oberon və Sinopenin münasibətləri səs-küylü gün vəd edir. Baş verənlərin səbəb və məğzini anlamaq, rasional batini aşkarlamaq asan deyil. Sizi şirnikdirməyə, yoldan çıxarmağa, vəd almağa çalışacaqlar.

    Buğa - əsas məsələ daxili tarazlığın qorunmasıdır. Alış-veriş zamanı pulun qədrini bilin. Bu gün kredit götürmək və ya borc almaq üçün əlverişli vaxt deyil. Verdiyiniz vədlərə əməl edin.

    Əkizlər - Himaliya və Tefeyanın münasibətləri bu gün işlərinizin rəvan gedişini təmin edəcək. Hiss və istəklərinizin izharında tam spontan davrana bilərsiniz. Təbii alınacaq, narahat olmayın. Eyni zamanda, əziyyət çəkmədən rolu oynamaq və məqsədə çatmaq imkanlarınız var.

    Xərçəng - imkanlarınızı olduğundan artıq dəyərləndirməkdən, mühüm işdə səhv etməkdən qorxmayın. Maliyyə məsələlərində ehtiyatlı olun. Avanturalara qatılmayın, iri məbləğdə heç nə almayın və ya belə əməliyyatda iştirak etməyin.

    Şir - Serera və Eridanın münasibətləri bəzi mövzularda irəliləyiş, yaxud da şəffaflaşma vəd edir. Münasibətlər pozula bilər. Sınma, dəyişmə anı günün ikinci yarısına yaxın yaşanacaq. Səhər saatlarında həmin olayın təmayülləri və rəvacverici ünsürləri gözə dəyəcək.

    Qız - əhvalınızın pisləşməsi istisna deyil. Gün ərzində həddən artıq iş görməyə çalışmayın. Qəflətən yaranan imkanlardan yararlanın.

    Tərəzi - yolda ehtiyatlı olun. İmzaladığınız sənədləri diqqətlə yoxlayın. Faylları təmizləyin, köhnə yazışmanı pozun, arxivlərdə qayda yaradın.

    Əqrəb - planlarınıza daxil olmayan işi gördürməyə çalışsalar, etiraz edin. Yaxın ətrafınızdakı insanların davranışlarındakı yeni məqamları sezməyə çalışın. Ünsiyyətdən yorulsanız, işinizin çox olduğunu deyin və istismar olunmağınıza yol verməyin.

    Oxatan - günü əksər hissəsini evdə keçirməyin. Aktiv olun, məqsədə çatmağa çalışın. Axşam saatlarını evdə keçirmək daha məsləhətdir. Kiçik ev işləri ilə məşğul olun və ya divanda rahatlanaraq televizora baxın. Yuxunuzdakı bir məqam çin olacaq.

    Oğlaq - təkliflərə və vədlərə inanmayın. Günün ikinci yarısında səslənən təklifi kritik dəyərləndirin. Dərhal razılaşmayın, amma təklifi də əlüstü rədd etməyin. Fiziki və ya emosional travma riski olan yerlərdə risk etməyin.

    Dolça - Saturn və İonun münasibətləri işləri nəzarətdə saxlamağı, mikromühitdən hali olmağı tələb edir. Vaxtınızın əsas hissəsini keçirdiyiniz yerdə münasibətləri gərməyin.

    Balıqlar - mübahisələrə qatılmayın, sərt və aqressiv açıqlamalar verməyin. Gerçəkdən də, mühüm işlərlə məşğul olun. İnsanların çox olduğu yerlərə yollanmayın.
#06.02.2017 06:28 0 0 0
  • Smartfon günün əvəzolunmazı hesab olunur. Amma telefondakı hərf və rəqəmlərin müəyyən kombinasiyalarının "məxfi" məlumatları təqdim etdiyini çox az adam bilir. Gündəlik həyatınizda işinizə yarayacaq bəzi kodları təqdim edirik.

    Həm vaxt itmir, həm də xərc azalır. Məxfi kodları yığmaqla telefonu mütəxəssis yanına aparmadan yönəldə bilərsiniz.

    *#*#7780#*#* - Şəkilləriniz, videonuz və musiqiniz olduğu kimi qalır. Şəxsi məlumatlarınıza toxunmadan telefonun sistemini yeni kimi sıfırlayır. Nəticədə telefon tez-tez donmur.

    Telefondakı hərf və rəqəmlərin kombinasiyaları işə yarıya bilər.

    2767*3855# - Telefonu tam sıfırlayır, hətta kartdakı məlumatları da silir.

    *#06#-İstənilən telefonun İMEİ kodunu göstərir

    *#*#7594#*#* - Telefonu açan düyməni uzun sıxdıqda hansı əməliyyatı icra edəcəyini təyin edirsiniz

    *#*#232338#*#* - WiFi adresini göstərir

    *#30# - Zəng vuran şəxsin nömrəsinin müəyyənləşməsi barədə test

    *#43# - Gözləyən zənglər barədə məlumat

    Bir çoxlarının bundan xəbəri yoxdur. Bu kodlar telefonun funksionallığını artırır. Əvvəllər mütəxəssislərə lazım olan bu məlumatlar telefona təlabatın artması ilə bütün istifadəçilərə lazımdır.

    alıntı
#06.02.2017 06:12 0 0 0
  • Sevgidə məqsəd evlənmək olmalıdır. Belə bir məqsədlə sevən kişi üçün şəriətimiz ədalətli olacağı təqdirdə ikinci qadınla evlənməyə icazə vermişdir.

    Həddi aşıb şəriət çərçivəsindən kənara çıxmamaq şərti ilə (yəni, evlənmək niyyəti ilə) islamda sevib, sevilmək qəbahət deyil. Əksinə hədisdə deyildiyi kimi "qadınla kişi bir-birlərinə sevgi ilə baxdıqda, Uca Allah da onlara rəhmət gözü ilə baxar". Bu barədə Uca Allah buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (ər-Rum, 21).
    Sizin halda isə bundan qaçmaq yaxşıdır. Evlənmək niyyəti ilə olmayan sevgi, sevənlər bir-birinə qovuşmadığı üçün sonradan iztiraba və qəlb xəstəliyinə çevrilə bilər. Ona görə sevməmişdən öncə düşünüb götür-qoy etməyiniz və böyüklərlə danışmağınız məsləhət görülür. Haram sevgi isə şeytanın insana vəsvəsə etdiyi sevgi xülyalarıdır. Bu cür sevgi insanı zinaya, dünya rüsvayçılığına və axirət əzabına aparır. Müasir dövrdə "azad sevgi" adı altında təbliğ edilən sevgi budur. Bu fikirləri bizim İslam adət-ənənəsi ilə tərbiyyə olunan cəmiyyətə yeritmək istəyənlər özləri bədbəxt olduqları kimi bizi də rəzilliyə sürükləmək istəyirlər.

    alıntı
#03.02.2017 12:59 0 0 0
  • noimage

    Hazırda Türkiyə Silahlı Qüvvələrində hərbi xidmətdə olan İsmayıl Tutkun uşaq evində böyüyüb.

    O, barmağından yaralanıb. İsmayıl hərbi hissədən dincəlmək üçün məzuniyyətə göndərilib. Lakin əsgər qalmağa yer tapmayıb. O, parklarda, AVM-lərdə gecələyib. İsmayıl türkiyəli jurnalistlərə müraciət edərək ona köməklik göstərilməsini xahiş edib.

    alıntı
#03.02.2017 12:57 0 0 0
  • Məşhur \"Forbes\" jurnalı dünyanın ən varlı idmançılarının adlarını açıqlayıb.

    Siyahıya \"Real\"ın futbolçusu Kriştiano Ronaldo başçılıq edir. Onun illik gəliri 88 milyon dollar təşkil edir.

    “Barselona”nın futbolçusu Lionel Messi (81.5 milyon avro) 2-ci, amerikalı basketbolçu Lebron Ceyms isə (77 milyon avro) 3-cüdür.

    Göründüyü kimi, siyahıya futbolçular başçılıq edir.

    2016-cı ildə ən çox qazanan 10 futbolçu

    1. Kriştianu Ronaldo (futbol) – 88 milyon avro
    2. Lionel Messi (futbol) – 81,5 milyon
    3. Lebron Ceyms (basketbol) – 77 milyon
    4. Rojer Federer (tennis) – 68 milyon
    5-6. Novak Cokoviç (tennis) – 56 milyon
    5-6. Kevin Dyurant (basketbol) – 56 milyon
    7-9. Fil Mikelson (qolf) – 53 milyon
    7-9. Sem Nyuton (Amerika futbolu) – 53 milyon
    7-9. Cordan Spit (qolf) – 53 milyon
    10. Kobe Brayant (basketbol) – 50 milyon

    alıntı
#03.02.2017 12:53 0 0 0
  • Türkiyənin baxımlı kanallarından olan Star TV populyar "Kara sevda" serialının yayımını dayandırmaq fikrindədir.

    Bu barədə məlumatı serialın baş rol ifaçısı Neslihan Atagül rəsmi feysbuk hesabından verib. O feysbuka pul ödəyərək reklam vasitəsi ilə ekran işinin izləyicilərinə çağırış edib.

    noimage

    Aktrisanın çağırışında qeyd olunub:

    "Star TV yeni seriallarına yer açmaq üçün "Kara sevda"nın yayımını dayandırmaq istəyir. Əgər serialın yayımının dayandırılmamasını istəyirsinizsə, bu postu bəyənin. Gəlin onlara gücümüzü göstərək".

    Qeyd edək ki, bir neçə gün əvvəl də ekran işinin final etməsi ilə bağlı məlumat yayılmışdı. "Ayyapım" isə açıqlama verərək xəbərlərin əssasız olduğunu qeyd etmişdi.
    alıntı
#03.02.2017 12:12 0 0 0
  • noimage

    "Köhnə əşyalarmı atmağı sevmirəm. Bütün əşyalarımı saxlayıram ki, teatrda mənə lazım olar. Hərdən də onları teatra verirəm. İki oğlan, bir qız övladım var. Qızım bu xasiyyətimə hərdən əsəbləşir. Amma əntiq əşyalara bir qəpik də vermərəm. Sadəcə, özümə aid olanları xoşlayıram".

    Bu sözləri əməkdar artist Kəmalə Müzəffər deyib.

    "ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişinə qonaq olan aktrisa həyatından söz açıb:

    "Keçmişimə bağlı biri deyiləm. Deyirlər, insan keçmişini unutmaz. Mən unuduram, bəlkə, orada elə hal olub ki, xatırlamaq istəmirəm. Bir kitabı bağladımsa, ölsəm də, açmaram. Həyatımda çox kədərli günlər olub. Nə qədər şən, gülərüz görünsəm də, həyatımda kədər daha çoxdur. Kənara niyə kədər göstərim ki? Kədər, qüssə məni xoşbəxt edir. Xoş günlərdən qorxuram".

    K.Müzəffər atasının ona qoyduğu qadağadan danışıb:

    "Gənc yaşımda dərnəyə yazıldım, məni tamaşalar çəkirdi. Atamın icazəsi olmadan dərnəyə gedirdim. Bir dəfə də atam olmayanda qaçıb dərnəyə gedirdim. Düşündüm ki, atam görməz, amma qəfildən qarşıma çıxdı. Deyə bilmirdim ki, dərnəyə gedirəm, qadağa qoymuşdu. Amma düzünü dedim, əsəbləşdi. Gizli İncəsənət Universitetinə sənəd verdim. Qəbul olanda evdə dedim. Atam ailə qurduğum günə qədər məni danışdırmadı".

    alıntı
#03.02.2017 12:09 0 0 0
  • Respublikanın şəhər, rayon polis idarə və şöbələrində /Naxçıvan MR, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla/ orta rəis heyəti vəzifələrinə hüquqşünas ixtisaslı mütəxəssislərin xidmətə qəbulu ilə əlaqədar müsabiqə keçirilir.

    Daxil oln məlumata görə, cəmi 150 vəzifənin (o cümlədən yalnız qadınlar üçün 10 yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifəsi) tutulması ilə əlaqədar keçirilən müsabiqə müsahibədən və test imtahanından ibarətdir. Müsahibə – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə, test imtahanları – müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərlə daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən proqram və onu əhatə edən suallar üzrə Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilir.

    Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış (xarici dövlətlərin təhsil müəssisələrinin yalnız əyani şöbəsini bitirmiş və ixtisasları Azərbaycan Respublikasında tanınmış), yaşı 28-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

    Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan yalnız subay namizədlər respublikanın rayonlarında yaşayış şəraitləri nəzərə alınmaqla müsabiqəyə buraxılacaqlar.Müsabiqə qaliblərinin təyinatı zamanı ilk növbədə həmin rayonda yaşayış şəraiti olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcəkdir.

    Müsabiqədə iştirak etmək istəyən şəxslər http://www.mia.gov.az/index.php?/az/content/29821/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

    Elektron ərizənin Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qeydiyyata götürülməsi barədə elektron poçt vasitəsi ilə müvafiq məlumat aldıqdan sonra namizədlər yaşadıqları ərazi polis idarələrinə, şöbələrinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

    - şəxsiyyət vəsiqəsi;

    - ali təhsil haqqında diplom;

    - hərbi bilet;

    - əmək kitabçası (olanlar üçün);

    Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

    Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.

    «Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları», test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilib.Müsabiqədə iştirak etmək üçün sənədlər 2017-ci il fevral ayının 03-dən mart ayının 03-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 18-dək şəhər, rayon polis idarə və şöbələrində qəbul olunur.

    Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-95-23; (012) 590-93-64

    alıntı
#03.02.2017 12:07 0 0 0
  • noimage

    Prezident İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə edib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, ərazidəki əməliyyat şəraiti, bölmələrin hazırlıq vəziyyəti, qarşı tərəf barədə məruzə edildikdən sonra şəxsi heyətlə görüşən nazir hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.

    Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə səmimi söhbət edərək onların qayğıları ilə də maraqlanıb. Sonda nazir ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya təşəkkür elan edib və Ali Baş Komandanın adından mükafatlandırıb.

    alıntı
#03.02.2017 08:54 0 0 0
  • Tanınmış ilahiyyatçı, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin müsahibəsi

    - Son dövrlər ölkədə yaranmış dini durumu necə qiymətləndirirsiniz? Ölkəmizdə tolerant, azad dini mühit və multikultural cəmiyyət quruculuğu istiqamətindəki işlər göz qabağındadır. Amma bir dini icma lideri, din xadimi, müsəlman olaraq özünüzü necə hiss edirsiniz?

    - Qeyd etdiyiniz kimi, multikulturalizm və tolerantlıq ilk növbədə Azərbaycan xalqının əsrlərlə yaşatdığı dəyərdir. Heç bir mübaliğəsiz deyə bilərik ki, Azərbaycan bu baxımdan bir çox müsəlman ölkələrinə nümunə ola bilər. Azərbaycan tarixində heç zaman din və məzhəb zəminində ciddi qarşıdurma olmayıb. Burada müxtəlif din və məzhəbləri təmsil edən şəxslər özlərini rahat hiss ediblər. Bu gün də belədir. Bir sıra beynəlxalq tədbirlərdə iştirak edərkən bunu qonaqlar da təsdiq edir. Bizdə bu məsələdə dözümdən daha üstün bir münasibət var. Hətta sizə deyim ki, bu durumda dözümlülük də o qədər yerinə düşmür, bizim məzhəblər arasında hətta belə bir mühit olmayıb ki, kimsə kiməsə dözməli olsun. Bu da Azərbaycanın nailiyyətidir, dəyəridir. Bu gün də dövlət başçısı tərəfindən bu dəyərlərin qabardılması çox vacibdir. Xüsusi ilə də dünyada baş verənlərin fonunda. Bir sıra müsəlman ölkələrdəki vəziyyəti görəndən sonra insan dəyərləndirir ki, Azərbaycandakı vəziyyət bu baxımdan çox yaxşıdır. O ölkələrdə bir şəhərdən başqa şəhərə qısa məsafə qət edincə 5-6 yerdə saxlayıb, yoxlayırlar. Onlar təşviş içində yaşayırlar. Bu, onların gündəlik həyatıdır. Azərbaycanda gözümüzü açıb belə görmüşük deyə adi gəlir bizə. Amma doğrudan da bunu dəyərləndirməliyik. Din mənsubu olaraq, özümü Azərbaycanda tam normal hiss edirəm. Və bu dəyəri qorumaq üçün din xadimi olaraq öz töhfəmi verməyə çalışıram.

    - Azərbaycanda şiəliklə bağlı təkcə dini yox, həm də tarixi konsepsiya var. Digər məzhəb, tarixi baxımdan, ilkin islamın Azərbaycanda gəldiyi dövrlərə aiddir və daha çox gəlmə kültürü və mədəniyyəti assosiasiya etdirir. Amma belə hesab olunur ki, şiə məzhəbi islamın yerli şəraitə, yerli kültürə adaptasiya olunmuş variantıdır. Dinin təməllərindən və tələblərdən yox, tarixilik baxımından çıxış edəndə bu yanaşmaya necə baxırsınız? Qəbul edirsiniz?

    - Qəbul edirəm. Çox dəqiq fikirdi, doğru yanaşmadı. Mən hər zaman çalışmışam ki, bir məzhəb mövqeyindən çıxış etməyim. Məzhəblərin varlığı islamda reallıqdı, bunu inkar etmək olmaz. Və buna normal yanaşmaq lazımdır. İnsanlar var olduqca, fərqli yanaşmalar da ola bilər. Eləcə də dinə fərqli yanaşma sərgiləmək haqqı var. Bu haqqı islam da tanıyır. Ona görə də hər bir xalqın islama, dinə fərqli yanaşması ola bilər. Elə bunun nəticəsində məzhəblər yaranır. Əhli-beyt məhəbbəti, əhli-beyt mədəniyyəti Azərbaycan xalqının mədəniyyəti ilə o qədər qarışıb ki, hətta bəzən milli dəyər kimi qəbul edilir. Əhli-beytlə bağlı ayinlər artıq dini çərçivədən çıxıb, adət-ənənəmizə, milli-mənəvi dəyərlərimizin tərkib hissəsinə çevrilib. Hesab edirəm ki, bizim xalq kimi formalaşmağımızda da bu inancın özünəməxsus təsiri var. Bizi bir millət olaraq formalaşdıran amillərdən biri də budu. Eyni zamanda, biz milli xüsusiyyətlərimizə uyğun şəkildə islamda da özümüzə bir yol seçmişik. Və bu yol azərbaycanlı kimliyini formalaşdıran amildir.

    - Məhz bu aspekt daha çox onunla bağlanır ki, şiəlik ilk dəfə İran kültüründə rəsmi status alıb və hakim məzhəbə çevrilib. Dövlət ideologiyasına çevrildiyi üçün illər ərzində bu qədər geniş yayıla, rahat oturuşa bilib. Qəbul edirsiniz ki, Azərbaycanda şiə deyəndə İran yada düşür? Həm də müsbət işarə ilə deyil...

    - Bundan öncəki sualda da qeyd olunduğu kimi, şiə məzhəbinin Azərbaycançılıqla əlaqəsini də xüsusi vurğulamaq istəyirəm. Bu ərazidə yayılan irfan dəyərləri, əhli-beyt məhəbbəti, yaradana və yaradılana məhəbbət, hürufilik cərəyanları İrana, Azərbaycana və Türkiyəyə xas cəhətlər, dini dünya görüşüdür. Ərəb coğrafiyasında daha çox sərt ehkamçılıq varsa, bu ərazilərdə dinə ilahi eşq, yaradana və yaradılmışa eşq kontekstində dinə yanaşılıb və əhli-beyt məktəbi də məhz bunu tərənnüm edir. Bu, bizim poeziyamızda da öz əksini tapıb. Bir sıra radikal cərəyanların yanaşmasında mədəniyyətə, incəsənətə qarşı aqressiv mövqe var. Ehkamçı yanaşma var.

    - Şiə məzhəbinin də içərisində var.

    - Var. Ümumilikdə bu, radikallığa xas yanaşmadır. Şiəliyin İranla əlaqələndirilməsini düzgün hesab etmirəm. Təbii ki, İran dövlət səviyyəsində islam dövlətidir və rəsmi inanc kimi şiəliyi qəbul edir. Dini dövlətin qonşuluğunda yerləşən dövlətlərə onun müəyyən təsirləri də qaçılmazdı. Amma mən həmişə bu fikirdə olmuşam ki, özüm də bu istiqamətdə fəaliyyət göstərim, Azərbaycanda dini mühit kənar təsirlərdən maksimum azad olsun. Tam azad etmək çətindir. Ümumiyyətlə, qloballaşan dünyada müxtəlif dövlətlərin bir-birinə təsirini sıfıra endirmək mümkün deyil. Sadəcə, çalışmaq lazımdır, Azərbaycanda elə bir mühit olsun ki, dini mühitimizə kənardan kobud müdaxilələrə yol verilməsin. Təkcə qonşu dövlətlərə aid deyil, istənilən dövlətə aiddir.

    - Təbriz sizin üçün müsəlman şəhəridir, yoxsa daha çox türk? Təbriz deyəndə nə hiss edirsiniz?

    - İnanclı insan olaraq, mənim üçün istər dini, istər milli məsələ önəmlidir. Təbriz milli məsələləri daha çox zehnimizə gətirir. Daha çox türk şəhəri kimi canlanır. Eyni zamanda, Təbrizdə də əhli-beyt təfəkkürü, əhli-beytə məhəbbəti, dini mədəniyyəti də hiss eləmək olur. Ümumiyyətlə, bu amilləri bayrağımızda tərənnüm edildiyi kimi, yanaşı görməliyik. Gələcəyimiz də buna bağlıdır.

    Azərbaycanda bəzi cərəyanlar var ki, düşünülmüş şəkildə, ümmətçilik adıyla bizi milli dəyərlərimizdən ayırmağa çalışırlar. Ümmətçilik o həddə olmamalıdır ki, insan milli kimliyini itirsin. Bu, ümmətçilik deyil, manqurtlaşmadır və bəzən din adıyla edilir. Xalqın milli mənsubiyyəti qorunub saxlanılmalıdır. İslam bu müxtəlifliyin tərəfdarıdır. Quranda da deyilir ki, biz sizi bir kişi və bir qadından yaratdıq və sizi xalqlara və qəbilələrə böldük ki, bir-birinizi tanıyasınız. Bu da Qurani Kərimdə müxtəlifliyə verilən dəyərdir.

    - Harada təhsil almısınız?

    - Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Mədrəsə təhsili almamışam. Ərəb və fars dillərini öyrənmişəm. Mütaliə etmişəm.

    - Xaricdə təhsil almamısınız?

    - Xeyr.

    - Xaricdə, xüsusilə də İranda dini təhsil almış şəxslərə münasibətdə bir az ehtiyatkarlıq var. Çünki çox sayda faktlar var ki, həmin şəxslərin bəziləri hansısa mərkəzdə aldıqları təlimatı Azərbaycan dövlətinin qanunlarından daha öndə tuturlar. Tərəfdarlarınız arasında, sizə, baxışlarınıza hörmət bəsləyən, İranda təhsil almış və hətta İran meylli insanlar varmı? Tutaq ki, hansısa mərhələdə Azərbaycanın İranla münasibətlərində gərginlik yarananda onlarla işi necə qurursunuz?

    - Dostlarımız arasında Qumda təhsil almış insanlar var. Xaricdə təhsil almış insanları eyniləşdirə bilmərik. Ümumiyyətlə, xarici dövlətlərdə dini təhsil alan insanların içərisində bəzən Azərbaycan reallıqlarını dərk etməyən, fərqli bir düşüncəni Azərbaycana transfer etmək istəyən, yaxud başqa düşüncəni yamsılayan insanlar var. Bu, danılmazdı. Həmişə onun tərəfdarı olmuşam ki, Azərbaycanda dini təhsilin səviyyəsi yüksəlsin, insanlar əziyyət çəkib xaricə getməsin. Azərbaycanda da bu istiqamətdə son illər addımlar atılır. Bakı islam Universiteti ilə bağlı, ödənişsiz təhsillə bağlı. Yaxın vaxtlarda yeni mədrəsələr də açılmalıdır. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanlar İdarəsi bu məsələləri birgə həyata keçirəcək. Bəzən, bəli, bizim fəaliyyətimizlə bağlı da insanlar arasında anlaşmazlıq olur. Müəyyən qədər anlaşma ilə qarşılamırlar. Hansısa addımımızı düzgün anlaya bilmirlər.

    - Nə istəyirlər sizdən?

    - İstənilən ictimai fəaliyyətlə məşğul olan insan hamını qane edə bilməz. Mən də bunu normal qəbul edirəm və zamanın ixtiyarına buraxıram. Yalnız öz düşündüyünü düz hesab edən və alternativ düşüncəni qəbul etməyən insanlar hesab edirlər ki, onların düşüncəsi dini düşüncədir. Onlardan fərqli addım atan insanın imanını isə sual altına alırlar. Təəssüf ki, dünyada bu gün təkfirçi əhval-ruhiyyə yayılmaqdadır. Bizdə də belə yanaşmalar var. Hansısa addımlarımızı anlamırlarsa, bizi satqınlıqda, müxtəlif adlarla ittiham edilər. Bəzən üzbəüz gəldikdə bəziləri başa düşür, anlayır, “mən məsələni bu şəkildə dəyərləndirmirdim”, - deyirlər.

    Hesab edirəm ki, bizim dini düşüncəmizi təhlil etməyə ehtiyac var. İnsan dini düşüncəsi ilə bağlı da sual verməlidir. Biz bəzən din adıyla bir sıra məsələləri mənimsəyirik, qəbul edirik. Sonradan məlum olur ki, bunun dinə aidiyyatı yoxdu. Bəzi insanların dindən uzaq olmasının da səbəbi din deyil əslində. Bizim din adıyla yaşatdığımız stereotiplərdir.

    - Ateist dostunuz var?

    - Dostum yoxdu, amma münasibətdə olduğum insanlar var. Həmişə dözümlü yanaşmışam. Onlarla polemikanı normal qəbul edirəm.

    - Bilsəniz ki, bir masanın ətrafında ateist oturub, həmin məclisi tərk edərsiniz?

    - Qətiyyən.

    - Ateist, ya “İŞİD”çi? Hansı sizə daha uzaqdır?

    - Ümumiyyətlə, təkfirçiləri hansısa məzhəbə aid etmirəm. Təkbirçilik istər şiə, istərsə də sünni məzhəbinin ruhuna, mahiyyətinə ziddi. Təəssüf ki, belə bir qrup formalaşıb, Qurana, hədislərə istinad edir, özlərini islama aid hesab edirlər. Onların, doğrudan da islamla əlaqəsi yoxdu. Bunu bir ilahiyyatçı olaraq deyirəm.

    Təkfirçinin insanlığa, dinin özünə vurduğu zərər ateistlərdən daha çoxdur. Bir insan Allahı qəbul etmirsə, inanmırsa, onun şəxsi işidir və Quran da bu haqqı tanıyır. Quranda ayə var, peyğəmbərimizə müraciət edir ki, onları inanmağa sənmi məcbur edəcəksən? Dində məcburiyyət yoxdu. Amma təkfirçilər kimisə inanmadığına görə mühakimə, hətta bəzi ölkələrdə edam edirlər. Bu, sadəcə Allaha inanmayan ateistin vurduğu ziyandan qat-qat çoxdur.

    Yadıma islam tarixindən bir hadisə düşdü. Həzrəti Əli ilə Xəvaricin qarşılaşması – Nəhrivan döyüşü. Alnı ibadətdən qabar bağlamış, gündüzlər oruc tutub, gecələr ibadət edən minlərlə insandan ibarət ordu Həzrəti Əliyə qarşı vuruşur. Və Həzrəti Əli onlara qarşı amansız mövqe tutur. Onlar məğlub edir və deyir: “Bu fitnənin gözünü mən çıxardım. Mən etməsəydim, bunu heç kəs etməzdi”.

    Üzr istəyirəm, onun ifadələri belə idi: “Onlar quduz it kimiydilər”. Yəni onların qarşısı alınmasaydı, quduzluq bütün cəmiyyəti bürüyəcəkdi. Həzrəti Əli deyir ki, onlar insanların ən alçağı idi. Çünki onların çirkin mahiyyəti namazın arxasında gizlənib. Səhabələrin bir qismi tərəddüdə düşür ki, axı onlarla necə vuruşmaq olar? Onlar inanclıdı, namaz qılır, oruc tutur. Həzrəti Əli onlara izah edir ki, onlar nadan abidlərdi. Peyğəmbər buyurub ki, iki dəstə belimi sındırdı. Bir imansız alimlər, bir də elmsiz abidlər. Yəni elmi olmayan ibadət əhli. Həzrəti Əlinin qatili həmin o Xəvaric cərəyanındandır.

    Təkfirçilik təhlükəli düşüncədir. Bütün zamanlarda da olub. Onlar islamın yanlış yozumu nəticəsində meydana gəlmiş cərəyanlardır. Əslində onların daxilində müəyyən problemlər vardı. Onlar mənəvi problemi olan insanlardır ki, dini də öz daxillərinə uyğun eybəcərləşdirirlər.

    İslam tarixindən başqa misal: 6-cı imam Cəfər Sadiq əleyhissalamın özü də, tələbələri də Mədinə məscidinin kənarında, peyğəmbərin məzarının yaxınında ateistlərlə oturub, elmi müzakirə aparıblar. Heç kəs də ateistə bir söz deməyib. Onlar açıq-aşkar Allahı inkar edən görüşlərini imama çatdırıblar. İmam da elmi şəkildə cavablandırmağa çalışıb. Yəni bu, islam tarixindən nümunələrdir.



    - Neçə ildir ibadətlə məşğulunuz?



    - 1992-ci ildən.



    - Bu müddətdə bir dənə də olsa, sual düşüb içinizə?



    - Çox suallar düşüb.



    - Şübhə?



    - Hə. Çox şübhələr olub. Çox hallarda suallar və şübhələr yaranıb və şübhəni mən təhlükəli hesab etmirəm. Şübhə səbəb olur ki, məsələni daha dərindən araşdırasan, yəqinə çatasan. Mən dini təhlil əsasında qəbul etmiş bir insanam. Ailəmiz dindar ailə olmayıb. Özüm də Bakıda doğulmuşam, böyümüşəm. Təhsilimi rus dilində almışam. Yəni dini mühitdə tərbiyə almamışam. Suallarım da kifayət qədər olub. Suallara cavab tapdıqdan sonra İslama daha da bağlanmışam.



    - Hələ də cavab tapmadığınız sual varmı?



    - Bir sıra şəriət hökmləri Quranda ayələr var ki, onların hikmətini tam anlamamışam. Bunu da təbii qəbul edirəm. Ümumilikdə din məni qane edib. Amma bir sıra suallar var ki, hələ də onların tam dolğun cavabını özüm üçün tapa bilməmişəm.



    - Məişətdə, ailədə də islamın tələblərini yaşayırsınız. Bunları yaşamayan dostunuz varmı? Ailə dostunuz. Fərqli həyat tərzi yaşayırlar, amma ailəvi dostluq edirsiniz?



    - Dostlarım içində kifayət qədər elə insanlar var. Ailəvi də münasibətimiz var.



    - Bu sizi heç narahat eləmir?

    - Narahat etmir. Biz öz doğru bildiyimizi insanlara təqdim etməyə çalışırıq. Amma insanlara öz bildiyini zorla yeritməyin tərəfdarı deyiləm. Yəni hansısa həyat tərzini bəyəndirmək istəyirsənsə, onu əməli şəkildə insanlara sevdirə bilərsən. Bəzən də hara çatdıq dindən danışmaq, dini kimlərəsə yeritməyin tərəfdarı deyiləm. Dini yaşayırsansa, yaşa və əməli baxımdan nümunə ol, insanlar görsün ki, dini həyat tərzi doğrudan da gözəldi.

    Amma burda başqa məsələ çıxır ortaya. Bəs bu qədər gözəl, elmə önəm verən bir təlimə əməl edərək inkişaf etmiş bir cəmiyyət nümunəsi niyə yoxdur? Bunun üzərində biz düşünməliyik.

    - Şəxsi fikriniz nədi? Niyə bir dənə belə nümunə yoxdu?

    - İslam cəmiyyətinin tənəzzül etməsinin səbəbi araşdırılmalıdır. Doğrudan da islam yayıldığı ilk dövrlərdə ərəb xalqına, ümumiyyətlə, islamı qəbul etmiş xalqlara inkişaf gətirə bildi. Sonradan isə tənəzzül dövrü başladı. Niyə? Səbəblər çoxdur. Dinin, inancın daha çox axirətə yönəlməsi, dini elmlərlə dünyəvi elmlərin, ilahiyyatla praktiki həyatın bir-birindən ayrılması, dinin sırf axirət - mistik bir anlayış üzərinə köklənməsi müsəlmanların tənəzzülünə gətirib çıxardı. Ürfan praktiki həyatdan ayrıldı. Dini yaşamaq istəyənlər real həyatdan təcrid olunmuş halda yaşadılar. Xilafətin də təbii ki, təsiri oldu. Xilafətin dini öz siyasəti üçün alət eləməsinin təsiri oldu. Müxtəlif cərəyanların yayılması və bir-birinə aqressiv münasibəti. Bir çox misallar sadalamaq olar. Amma mən hesab edirəm ki, dini düşüncədə olmaq, dini həyat tərzini yaşamaqla inkişaf etmək mümkündür. Din insana elm öyrənməyi ilahi vəzifə kimi təyin edir. Biz bu gün gənclərimizə məsciddə izah etməyə çalışırıq ki, sən universitetdə təhsil alırsansa, sənin təhsil almağın Allah yanında ən böyük ibadətlərdən biridir. İbadət məscidlə, namazla məhdudlaşmır. İnsanlara xidmət də ibadətdir, təhsil də, elm öyrənmək də. Peyğəmbər buyurmayıb ki, dini elm öyrənin. Deyib ki, elm Çində də olsa, gedin. Yəni harada olursa-olsun, istənilən elmi öyrənmək ibadət sayılır.

    - 1400 il bundan əvvəl yazılmış bir kitabın bu gün insanları həmin dəyişilməyən, təftiş olunmayan tezislərlə mənəviyyata və davranış normalarına səsləməsi ilə razısınız? Bəlkə bir təftiş eləməyə ehtiyac var? Yoxsa, ehkamdı, toxunmaz olmaz?

    - Dinin bir sıra hökmləri ehkam olaraq qalır. Fərqi yoxdu, biz hansı əsrdə yaşayırıqsa, namazı eyni qaydada qılırıq. Namazın formasında dəyişiklik etməyə ehtiyac yoxdu. Amma dində ictihad anlayışı var. Dinin zamana uyğunlaşması. Dində sabit və dəyişilən hökmlər var. Əxlaqi dəyələr, tutaq ki, yalanın pis olması hər dövrə aiddi. Amma eyni zamanda müəyyən qaydalarda dəyişikliklər olur. Çünki zaman gedir və din də bu zamana uyğunlaşmalıdır. Və bu, əslində, Qurani Kərimdə mahiyyət etibarı ilə zamana uyğunlaşan hökmlər gətirir.

    Peyğəmbərimizin dövründə kişilər saqqalına xına çəkirdilər. Buna peyğəmbər təşviq edirdi. Peyğəmbərdən sonrakı dövrdə Həzrəti Əli dedi ki, buna ehtiyac yoxdu. Dedilər, sən peyğəmbərin təyin etdiyi qaydanı ləğv edirsən? Həzrəti Əli dedi ki, o zaman müsəlmanların sayı az idi, çoxu da yaşlı insanlar idi. Düşmənlə üz-üzə dayananda düşmən psixoloji üstünlük əldə edirdi. Peyğəmbər ona görə belə buyurub ki, saqqalınızı boyayın, düşmən sizi zəif görməsin. Bu gün müsəlmanların sayı çoxdu, buna ehtiyac qalmır. Sadə, bəsit bir misal da olsa, ictihad budu.

    Mütəfəkkirlərdən biri deyib ki, ictihad islamın mühərrikidir. Zamana uyğunlaşdırır.

    Hədislərdə deyilir ki, iki günü bir-birinə bərabər olan Allahın rəhmətindən uzaqdır. İnsan hər gün inkişafda olmalıdır. Sadəcə, bir sıra qaydalar var ki, onlar zamanın fövqündə dayanır.

    - Bu günlərdə Bakıda bir qrup dindar adlanan şəxsin məhkəməsi başa çatdı. Tərəfdarlarının bəyanatlarını eşitdik. QMİ-nin səlahiyyətli nümayəndəsi olaraq, həm də eyni məzhəbi daşıyan ilahiyyatçı kimi bu insanlarla əlaqələriniz vardımı?

    - O insanlarla münasibətim olub. İstər-istəməz ictimai dini fəaliyyətlə məşğul olanlar bir sıra tədbirlərdə görüşmüşük. Zamanında müəyyən fikir mübadiləsi də aparmışıq. Həmişə demişəm ki, Azərbaycanda din-dövlət münasibətləri müsbət məcrada inkişaf etməlidir. Başqa cür olsa, həm din zərbə alar, həm dövlət. Biz bunu anlamalıyıq. Başqa çıxış yolumuz yoxdu. Dövləti qorumaq, dövlətə bağlılıq dinin tələbidir. Biz belə anlatmalıyıq. Müəyyən neqativ hallar ola bilər, problemlər ola bilər. Həmin problemlərin həlli yollarını axtarmaq, qanuni mexanizmlər tapmaq lazımdır.

    Bu fikirlərimizi də həmin insanlarla bölüşmüşük. Yenə deyirəm, mən sadəcə fikrimi çatdıra bilərəm. Başqa bir şey əlimdən gəlmir. Hər halda, olmuş hadisələrə görə təəssüf edirəm. Qətiyyən arzulamazdım ki, Azərbaycanda belə hadisələr baş versin. Ümid edirəm ki, gələcəkdə də belə həssas dönəmdə bu tip hadisələrlə qarşılaşmayacağıq. Doğrudan da çox həssas bir dönəmdi. Azərbaycanda hansısa böyük dövlətlərin maraqları var ki, din faktorundan öz maraqları üçün istifadə etsinlər. Nardaran hadisələri ilə bağlı bir sıra Qərb dövlətlərinin qəribə bir mövqe sərgiləməsinin şahidi oluruq. Başqa vaxt, ümumiyyətlə, İslamla bağlı tamamilə fərqli mövqe göstərən dövlətlər burada nə üçün təəssübkeşlik edirlər?! Bunlar hamısı maraqlıdır və sual doğuran məsələlərdir. Ona görə də, belə məsələlərdə inanclı insanlar ehtiyatlı olmalıdır. Diqqətli olmalıdır. Dövlətə, millətə bağlılıq dinimizin bizdən tələbidir. İnsanın inancı yalnız onun ibadəti ilə, oruc tutub, namaz qılması ilə məhdudlaşmır. İnsan bayrağına, millətinə, dövlətinə sadiq olmalıdır ki, Allah yanında da bəyənilmiş, dəyərli bəndələrdən sayılsın.

    alıntı
#03.02.2017 08:51 0 0 0