Sbela

Sbela

Üye
21.04.2014
Uzman Çavuş
5.380
Hakkında

  • Ağdam rayonunda dəhşətli hadisə baş verib. Dünən gecə saatlarında Xındırıstan kəndində 1972-ci il təvəllüdlü İsmayılov Tofiq Kamal oğlu kustar üsulla düzəltdiyi silahla atəş açarkən özünə xəsarət yetirib. O, hadisə yerindəcə vəfat edib.

    Bildirilir ki, 45 yaşlı T. İsmayılov dünən axşam saatlarında yaşadığı evin həyətinə it girdiyini görüb. O, həyətə düşərək özünün kustar üsulla hazırladığı və tüfəngə bənzəyən silahla iti vurmaq istəyib. Bu zaman silahın çaxmağı çıxaraq onun sağ gözünü parçalayıb. Baş beynindən ağır xəsarət alan T.İsmayılov hadisə yerindəcə ölüb.

    Ailə üzvləri bildiriblər ki, T.İsmayılov həyətə düşəndən bir qədər sonra partlayış səsi eşidiblər. Onlar həyətə düşüb Tofiqi axtarıblar və təxminən 2 saat sonra onun meyitini tapıblar.


    Faktla bağlı araşdırmalar davam etdirilir.
#03.02.2017 08:47 0 0 0
#02.02.2017 14:00 0 0 0
#02.02.2017 13:52 0 0 0
  • Dünən 1 dolları 1,9740 manata satan “Accessbank” bu gün 1,9580 manata satır.

    Satışla birgə dollar alışının da qiyməti enib. Dünən bank dolları 1,9330 manata alırdı, bu gün isə məzənnə 1,9200 manatdır.

    Dünən ilə müqayisədə 1 dolların satış qiymətini “Ata Bank” 1,9700 manatdan 1,9650 manata, “NBC Bank” 1,9500 manatdan 1,9490 manata, “Bank BTB” 1,9550 manatdan 1,9400 manata, “Bank Silk Vey” 1,9650 manatdan 1,9450 manata, “ASB Bank” 1,97 manatdan 1,96 manata endiriblər.

    Qeyd edək ki, bəzi banklarda dolların satış qiyməti 1,9900 manatı keçmişdi.

    alıntı
#02.02.2017 13:42 0 0 0
  • İqtisadi böhran şəraitində insanlar adətən maliyyə vəsaitlərini əllərində cəmləyirlər və investisiya etməkdən çəkinirlər. Amma iqtisadi ekspertlər indiki şəraitdə belə Azərbaycanda gəlir əldə etmək üçün yatırım imkanlarının olduğunu bildirirlər. Bəs, pulu nəyə yatırsaq daha çox gəlir əldə edə bilərik?

    İqtisadi ekspert Cəfər İbrahimli bildirib ki, söhbət qısa müddətli və likvid investisiyalardan gedirsə, bunlar əsasən kapital maliyyə alətləri kimi bilinən səhm, istiqraz, qızıl, gümüş və bunlara bənzər əmtəələrə bağlı törəmə maliyyə alətlərini aid etmək olar. Daşınmaz əmlak uzunmüddətli və strateji gəlir imkanı yaradır və hər gün alınıb-satılma və nağda çevirilmə imkanı azdır.

    Dollarla ən çox gəlir imkanı SOCAR istiqrazlarındadır

    Hal-hazırda Azərbaycan bazarında dollarla likvid maliyyə aləti ən çox gəlir imkanı yaradan SOCAR istiqrazlarındadır. C.İbrahimli bildirib ki, bank depozitləri ilə müqayisədə bu istiqrazlar üzrə daha yüksək, yəni minimum 5% gəlir təklif edir. Bankların hazırki maliyyə vəziyyəti, sektorda baş verən son proseslər investorları qısa müddətli investisiya kimi banka əmanət yerləşdirmə məsələsində ehtiyatlı davranmağa vadar edir.Onun sözlərinə görə, SOCAR istiqrazları ilə yanaşı, xarici bazarda da həm SOCAR istiqrazları həm də dövlətin avrobondları təxminən 5% gəlirlilik təmin edir. Amma SOCAR tərəfindən daxili bazarda buraxılan istiqrazlar operativ və xərclərinin az olmasına görə daha sərfəlidir. Eyni zamanda emitent tərəfindən verilən geri alma təminatı çərçivəsində daha likvid olması və əsas vəsaitin tam qorunma təminatı, yəni emitent istənilən zamanda əsas vəsaitin geri qaytarılaraq istiqrazların geri alınmasına təminat verməsi alətin ciddi üstünlükləridir. Digər tərəfdən gəlirlər hər 3 aydan bir ödənilir. Birləşik faizlərlə hesablansa gəlirlilik 5% daha çox olur. Bunlara paralel olaraq bazarda baş verən dəyiliklər fonunda investor sahib olduğu istiqrazları cari qiymətindən daha yuxarı qiymətə sataraq 5%-in üzərində əlavə sərmayə qazancı əldə edəbilər. Burada əks tendensiya baş verərək istiqrazların bazar qiyməti aşağı düşə bilər. Ancaq emitentin nominal qiymətdən geri alma təminatı gəlirliliyin yenə də 5% həcmində olmasını tənzimləyir.

    “Manatla yatırım etmək istəyənlər dövlət qiymətli kağızlarını seçsin”

    Manatla ən sərfəli investisiya imkanı isə Maliyyə Nazirliyinin buraxdığı dövlət qiymət kağızlarıdır. Bu kağızlar üzrə gəlirlilik son hərracların nəticəsinə görə 17-20% civarındadır. Vaxtı çatanda bu kağızlar üzrə yığılmış faizlər və əsas vəsait investorun bank hesabına köçürülür və istiqrazlar Maliyyə nazirliyi tərəfindən geri alınaraq tədavüldən çıxarılır. Eyni zamanda bu istiqrazları vaxtından əvvəl təkrar bazarda sataraq vəsaitimizi nəğdə və diğər maliyyə alətinə çevirə bilərik. Bununla belə, dövlət qiymətli kağızları sıfır riskli investisiya kimi qiymətləndirilir, likviddir və təkrar bazarda itkisiz nağda çevrilmə imkanı vardır.

    “Cəlbedici olması üçün banklar depozit faizini 30%-ə çatdırmalıdırlar”

    C.İbrahimli bildirib ki, sadalanan maliyyə alətlərindən fərqli olaraq bankların manat depozitlərinin cəlbedici olması üçün faizin ən azı 20%-in üzərində olması daha realdır. Çünkü hər zaman və hər bir iqtisadi situasiyada banklar dövlət şirkətindən və dövlətdən çox yüksək risk daşıyırlar və bu risk əlavə faiz ödəməklə tənzimlənir. Ekspert hesab edir ki, dövlət qiymətli kağızları manatla gəlirliliyin həcminə və digər parametrlərə görə bank əmanətlərini üstələyir. Belə ki, depozit vaxtından əvvəl götürülərsə, bank faizi vermir və təklif olunan 15% gəlir qaneedici deyil. İndiki şəraitdə Maliyyə Nazirliyinin istiqrazları 20% gəlir verirsə, bankların əmanətlərə bunun üzərində gəlir təklif etdiyi halda sərfəli ola bilər.

    “Səhm almaq istəyənlər mütləq araşdırmaya aparmalıdırlar”

    İnvestisiya imkanı kimi səhmlərə gəldikdə isə C.İbrahimli bildirib ki, hazırki iqtisadi durğunluq dövründə manatın ucuzlaşması ilə səhmlərin üzərində təzyiq formalaşdırıb.Azərbaycan reallığında şirkətlər maliyyə hesablarının şəffaflığının aşağı səviyyədə olması və çox gecikmə ilə açıqladıqları üçün yatırımçılara investiya etmək üçün çətinlik yaradır. Şirkətlərin idarə etmə standardlarının, şəffaflığının və gəlir yaratma imkanlarının səviyyədən aslı olaraq səhmlərə də yatırım etmək olar.

    “Daşınmaz əmlak indi sərfəli deyil”

    İqtisadçı-ekspert Elman Sadıqov da yatırım imkanı kimi daşınmaz əmlakın cəlbedici olmadığını deyib. Belə ki, hazırda daşınmaz əmlak bazarında ucuzlaşma prosesi gedir. Bu ucuzlaşma dollar öz bazar dəyərini tapana qədər davam edə bilər, lakin dollar öz bazar dəyərini tapdıqdan sonra xüsusilə 100 min dollara qədər dəyəri olan daşınmaz əmlaklara yığılan tələb tədricən bazara yönələcək. Burada rubl qarşısında manatın getdikcə ucuzlaşması fonunda Rusiyada yaşayan azərbaycanlılar üçün də daşınmaz əmlak bazarı cəzbedici olacaq. Qısamüddətli dövr üçün daşınmaz əmlak sərfəli olmasa da, uzunmüddətli dövr üçün sərfəli ola bilər.

    “SOCAR istiqrazları ona görə sərfəlidir ki...”

    Onun sözlərinə görə, pul yatırmaq üçün ən yaxşı alternativlərdən biri SOCAR istiqrazlarıdır. Bu istiqrazlar hazırda Azərbaycan şəraitində ən cəlbedici və aşağı riskə malik investisiyadır: “İstiqrazlar həm dollarladır, bundan əlavə SOCAR istiqrazları minimum nominal qiymətilə geri götürməyə tam təminat verir və 3 aydan bir faiz ödənilir”. Bundan əlavə bu istiqrazların ikinci əl bazarı da getdikcə inkişaf edir və likvid xarakter alır.

    “Qorunan əmanətlər üzrə yatırım etmək olar”

    E.Sadıqov yatırım imkanı kimi banklara depozitlərin yerləşdirilməsinin məqsədəuyğun olduğunu deyir. Hazırda dollar üzrə qorunan əmanətlər 3%-lə, manat üzrə 15%-lə qəbul edilir. Bankların qorunan əmanətlərinə dövlət zəmanət verir. Dövlət də indiyə qədər bağlanan bütün banklarda bununla bağlı öhdəliklərini yerinə yetirib. Manat depozitləri hazırda cəlbedici görünməsə də, dolların öz bazar qiymətini tapmasından sonra daha cəzbedici və gəlirli olacaq.

    “Dövlət qiymətli kağızlarını əhali ala bilmir”

    Alternativ yatırım imkanı kimi qiymətli kağızlara gəldikdə isə E.Sadiqov Azərbaycanda bu bazarın istənilən səviyyədə inkişaf etmədiyini bildirir: ”Məsələn, Maliyyə Nazirliyinin istiqrazları illik 20%-ə yaxın gəlirlilik təklif etsə də, əhalinin bu bazara çıxış imkanları məhduddur. SOCAR istiqrazlarından fərqli olaraq bu qiymətli kağızlar üzrə təbliğat zəifdir deyə əhali həm məlumatsızdır, həm də təəssüf ki, likvid təkrar bazarı formalaşmamışdır”.

    “Alternativ yatırım alətləri artmalıdır”

    Ekspert hesab edir ki, Azərbaycanda alternativ investisiya alətləri artmalıdır. Bu sahədə böyük boşluq var: “Bu boşluğu doldurmaq üçün SOCAR ilk addımı atdı. Artıq Maliyyə Nazirliyi də dövlət qiymətli kağızları ilə bağlı məlumatlar yaymağa başlayıb”. Bundan əlavə, bütün dünyada ən likvid və geniş yayılan korporativ qiymətli kağızlar bazarı hələlik ölkədə formalaşmayıb.

    Ekspert hesab edir ki, qızıl bir investisiya aləti kimi bir çox səbəblərdən öz cəlbediciliyi və gəlirliyini hazırda itirmişdir.

    O əlavə edib ki, dollar manat qarşısında bahalaşmaqda davam edir. Bu isə istər-istəməz əhalini hazırda daha çox yığımları dollarda saxlamağa vadar edib və təəssüf ki, dolları hələlik ən cəzbedici investisiya alətinə çevirib. Lakin, əlbəttə bu, daimi proses deyil.

    alıntı
#02.02.2017 13:40 0 0 0
  • Facebook istifadəçilərinin ən böyük qarşılaşdığı problemlərdən biri olan "parol unutma" dərdini həll etmək üçün yeni bir xidmət ərsəyə gətirib
    Facebook bu həftə təqdim etməyə başladığı xidmət ilə GitHub açma parolunu unudan istifadəçilərin hesablarını etibarlı şəkildə geri qaytarmağı təmin edəcək.

    Bunun üçün şifrəli HTTPS vasitəsi ilə bir neçə əlaqəyə toxunmağınız kifayət edəcək və əməliyyat bir neçə saniyəyə tamamlanacaq. Bağlantı üçün Facebook istifadəçilərinin bir GitHub xilasetmə parolu açmaqları və bunu Facebook hesabında qeyd etmək lazımdır.

    Bu əməliyyatdan sonra GitHub parolunu unudan istənilən istifadəçi Facebook-a daxil olaraq parolun GitHub-a şifrəli şəkildə göndərilməsini təmin edə bilər.

    Parol özü şifrəli olduğundan, içərisindəki şəxsi məlumatları Facebook görə bilmir. İstək göndərildikdən sonra GitHub hesabınızı geri qaytarmış oalursunuz.

    alıntı
#02.02.2017 13:31 0 0 0
  • Əhaliyə ümumvətəndaş pasportlarının verilməsi işinin səmərəliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi və xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, artıq vətəndaşlar ümumvətəndaş pasportu almaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ilə yanaşı, Nizami Rayon Polis İdarəsinə də müraciət edə bilərlər.

    Qeydiyyatda olduqları yerdən asılı olmayaraq vətəndaşlar Nizami Rayon Polis İdarəsinə (8-ci km. qəsəbəsi, Ş.Mirzəyev küçəsi 71) müraciət edərək 10 iş günü müddətinə ümumvətəndaş pasportu ala bilərlər.

    Sənədlər həftənin bütün günləri səhər saat 9.00-dan axşam saat 18.00-a qədər qəbul edilir.

    Əlavə məlumat almaq istəyənlər (012) 590-64-31 şəhər və (050) 555-59-91 mobil nömrələrinə zəng vura bilərlər.

    alıntı
#02.02.2017 13:26 0 0 0
  • Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan vətəndaşının ermənilər tərəfindən saxlanması ilə bağlı məlumat yayıb.

    Komissiyadan verilən məlumata görə, Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

    Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

    alıntı
#02.02.2017 13:24 0 0 0
  • Son vaxtlar "İnstagram" sosial şəbəkəsinin istifadəçiləri arasında heç bir xəbərdarlıq edilmədən profillərin bağlanması halları baş verir. Həm məşhurlar, həm də sadə vətəndaşlar bu halla rastlaşıblar. Amma sizin profil saxta deyilsə, narahat olmağa və özünüzə yeni profil açmağa ehtiyac yoxdur. Çünki artıq neçə ildir işlətdiyiniz və hər anınızı paylaşdığınız şəkilləri yenidən bərpa etmək mümkündür. Bunun üçün mütəxəssislərə müraciət etmək lazımdır.

    Sahib Rzayev artıq bir neçə ildir ki, bu işlə məşğuldur və neçə-neçə bağlanmış profilləri bərpa edir. Bəs "İnstagram"da profillərin bağlanmasına səbəb nədir və necə bərpa olunur?

    Sahib Rzayevin sözlərinə görə, "İnstagram" yaradıcısı tərəfindən ildə 1, 2, hətta 3 dəfə yenilənmə olur: "Boş profillərin silinməsi məqsədilə yenilənmə gedir. Həmin şəxsin şəxsiyyət vəsiqəsini və onun şəklini istəyirlər. Bizə müraciətlər olanda şəxsiyyət vəsiqəsini və şəklini götürüb "Instagram"a müraciət edirik. 48 saat ərzində səhifə aktivləşməyə başlayır".

    Sahib Rzayev deyir ki, "Facebook" və "İnstagram"ın rəhbəri Mark Zukerberq saxta profillərin bağlanacağına dair bir neçə ay əvvəlcədən xəbərdarlıq edib. Ən çox bağlananlar isə şəxsi profillərdən çox, onlayn şoppinq səhifələri olub.

    Mütəxəssisin dediyinə görə, profili bağlanan hər kəs özü "İnstagram"a müraciət edə bilmir: "Müraciət edən hər kəsə cavab verilmir. İP deyə bir şey var. Həmişə müraciət edilən İP-yə cavab verirlər. Biz artıq 1 ildən çoxdur ki, eyni İP ilə işləyirik. Ona görə də həmişə o İP-yə cavab verilir".

    Bundan başqa, "Facebook"da profilin sındırılması ilə də bağlı tez-tez şikayətlər eşidirik. Amma Sahib Rzayev deyir ki, "Facebook"un sındırılması anlayışı yoxdur. Sosial şəbəkələrin təhlükəsizliyi üçün hər il milyonlarla pul xərclənir: "Sadə kod yazanda kimsə həmin kodu bilib girir. Məsləhət görərdik ki, mürəkkəb parollardan istifadə etsinlər. Mail açanda "İnstagram"a təsdiqlətmək lazımdır. Tanımadıqları insanlar tərəfindən göndərilən linkləri qəbul eləməsinlər".

    Ekspert bildirir ki, "İnstagram"da izləyici sayını süni şəkildə artırmaq da mümkündür. Bunun üçün "İnstagram"ın icazəsi ilə xüsusi proqram var. Bu sahənin peşəkarı olan Sahib proqramların sayəsində işlətdiyi səhifəsini Azərbaycanda ən çox - 1 milyon izləyicisi olan səhifə edib. "İnstagram" isə öz izləyicilərini yenilikləri ilə sevindirməkdə davam edir. Artıq neçə vaxtdır bu sosial şəbəkə vasitəsilə canlı yayıma qoşulmaq imkanı yaradılıb.

    alıntı
#02.02.2017 13:21 0 0 0
  • Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.

    Artıq yanacaqdoldurma məntəqlərində "AI-95 Premium" və "Aİ-98 Super" markalı benzinin yeni qiymətləri tablolara vurulub.

    Belə ki, "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN və "Super Aİ-98" markalı benzinin isə 1,20 AZN müəyyənləşib.

    Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.

    Xatırladaq ki, qiymət artımı Azərbaycanda istehsal olunan "AI-92" markalı benzin və "L-62" markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

    Qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt "Aİ-95 Premium" markalı benzin 1,05 AZN, "Aİ-98 Super" markalı benzin isə 1,10 AZN idi.
#01.02.2017 12:24 0 0 0
  • Azərbaycanda 4 terrorçu öldürülüb.Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Qurumun yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və qeydə alınmış fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib.

    Dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q.Dəmirovun, “Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və “Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilmiş, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.

    Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    alıntı
#01.02.2017 09:47 0 0 0
  • "Azərbaycanın bütün avtombil yolları nəqliyyatın hərəkəti üçün açıqdır".

    Bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, hazırda Bakı-Şamaxı-Yevlax, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Zaqatala-Balakən, Quba-Qusar yollarına və Ağsu aşırımına qar yağır: "Həmin yollarda buzlaşma müşahidə edilsə də, nəqliyyatın hərəkətində məhdudiyyət yaranmayıb. Yollar nəqliyyatın hərəkəti üçün açıqdır. Lakin bununla belə, qarlı və buzlu yollardan istifadə edən sürücülərdən ehtiyatlı olmaları xahiş olunur. Texniki cəhətdən nasaz olan və qış mövsümünə uyğun şinləri olmayan avtomobil sahibləri yola çıxmasınlar”.

    K. Əliyev əlavə edib ki, ötən gün ölkənin avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Ölümlə nəticələnən yol qəzalarından ikisi hava şəraiti ilə bağlı olub.

    alıntı
#01.02.2017 09:45 0 0 0
  • Havalar soyuyan kimi xəstəliklər də insanları yaxalayır. Asqırıq, öskürək, burun axıntısı insanları dəsmalı əlindən yerə qoymağa imkan vermir. Boğaz ağrısı ilə gələn xəstəliklərə qarşı güclü olmaq üçün bitki çaylarından istifadə edə bilərsiniz. Boğaz ağrılarını yüngülləşdirən və boğazı yumşaldan bitki çayları iltihabın aradan qaldırılmasına da kömək olur. boğaz ağrısına yaxşı təsir edən bitki çaylarını təqdim edir.

    Adaçayını dəmləyərkən diqqətli olun!

    Adaçayının yarpaqlarında olan uçucu komponentlər ağız və boğaza yerləşən infeksiyanı, iltihabı aradan qaldırır. Lakin uçucu komponentlərdən təsirli bir şəkildə faydalana bilmək üçün dəmləmə texnikası da əhəmiyyətlidir. 2-3 paket adaçayının üzərinə 1 stəkan qaynar su əlavə edib, ağzını bağlayın, 10-15 dəqiqə dəmlənməsini gözləyin. Gündə 2 fincana qədər içə bilərsiniz.

    Boğaz quruluğuna qarşı nanə çayı

    Nanə çayının tərkibində olan uçucu komponentlər boğazın yumşalmasına və quruluğu aradan qaldırılmasına kömək olur. Bu səbəbdən də gündə 1-2 fincan içə bilərsiniz. Lakin reflüks probleminiz varsa, uzaq durun.

    Boğaz ağrısına qarşı nar qabığı

    Narın qabığında olan polifenolik komponentlər boğaz infeksiyalarına səbəb olan bakteriyaların fəaliyyətini azaldır. Nar qabığını tullamaq əvəzinə qurudub çay kimi için. 2 çay qaşığı qurudulmuş nar qabığının üzərinə 1 stəkan isti su əlavə edərək, şüşə fincanda 10 dəqiqə dəmləyin və için.

    Mixək göynəmə hissini aradan qaldırır

    Mixəyin tərkibində olan uçucu komponent boğazdakı yanma, göynəmə hissini aradan qaldırır. Ağız, boğaz yolu infeksiyaları zamanı antiseptik və ağrını aradan qaldıran xüsusiyyəti var. Mixəyi əzərək içəcəyiniz çaya əlavə edə bilərsiniz.

    Biyan kökü bəlğəmi aradan qaldırır

    Tərkibində olan saponin tipi komponentlər boğazda yaranan bəlğəmin yumşalmasını təmin edir. 3 stəkan suya 3 çay qaşığı biyan kökü əlavə edin, 15 dəqiqə dəmlədikdən sonra hər gün içə bilərsiniz.

    alıntı
#31.01.2017 12:57 0 0 0
  • Soyuq havalarda üşüməmək üçün riayət olunmalı ilkin qaydalardan biri nizamlı və düzgün qidalanmaqdır.

    Son günlərdə hər kəs gah günəşli, gah da yağışlı payız havası ilə ayaqlaşmağa çalışır. Bədən isə ilıq, iç isidən havaların artıq geridə qaldığını qəbul etmək üçün çabalayır.

    Yeni mövsüm dəyişikliklərinə alışa bilməyən bədən qrip başda olmaqla fərqli sağlamlıq problemləri ilə qarşılaşa bilir. Bu xəstəliklərin qarşısını almaq, yaxud yüngül keçirmək üçün daha güclü immunitet sisteminə malik olmaq lazımdır.

    Şirniyyatdan uzaq durun
    Payız aylarında müşahidə edilən çiskinli, dumanlı, yağışlı havalar bəzi insanlar üçün rəsmən depressiyanın başlanğıcıdır. Bu insanlar çox vaxt daxillərində olan üzüntü ucbatından daha çox şirniyyat yeməyə meylli olurlar. Ancaq unutmaq lazım deyil ki, belə qidalar bədən müqavimətini aşağı salır. Payız depressiyasının qarşısını ala bilmək üçün B vitamini ilə zəngin tam taxıl, quru paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər və süd məhsulları yeyilməlidir.

    Su yaddan çıxmasın
    Payızda qidalanmada yol verilən böyük yanlışlardan biri yetərincə su qəbul etməməkdir. Çünki soyuyan hava və yağan yağışlar insanların isti içkilər içməsinə səbəb olur. Bununla da su içmək yaddan çıxır. Sərin havalarda elə də çox özünü göstərməyən susuzluq hissi də insanlara su ehtiyacını unutdura bilir. Amma bilmək lazımdır ki, isti çay və qəhvə qətiyyən suyun yerini tuta bilməz və bədənin daha çox su itirməsinə səbəb olar. Gün ərzində ən az 1 litr yarım su içmək lazımdır.

    Hər səhər təzə meyvə suyu için
    Yaydan payıza keçəndə insanların orqanizmi sanki dirənir. Bədəndə halsızlıq və yorğunluq halları baş verir. Zamanla isə qripə, infeksion xəstəliklərə meyllilik artır. Bütün bu sağlamlıq problemlərinin qarşısını ala bilmək üçün isə immuniteti gücləndirmək lazımdır. İmmuniteti gücləndirmək üçün mineral və vitamin baxımından zəngin ət, süd, meyvə, tərəvəz və taxıllardan ibarət qida qrupları ilə qidalanmaq lazımdır. Həm də bədəndəki toksinlərin atılması üçün C vitamini daşıyan meyvə və tərəvəzlər yeyilməlidir. C vitamini itkisinin qarşısını almaq üçün də hər səhər bir stəkan təzə sıxılmış meyvə suyu için.

    Üşüməmək üçün ədviyyat yeyilməlidir
    Payızın soyuğunda həddən çox üşümə problemi ortaya çıxır. Bu problemin qarşısını ala bilmək üçün istiot, kəklikotu, zəncəfil və sarıkök kimi ədviyyatlar yeyilməlidir. Bu ədviyyatlar yeməklərdə istifadə edilmirsə, çaylara qatıla bilər. Ara yemək saatlarında bir ovuc qoz, fındıq, naringi yeyin. Həftədə iki dəfə balıq, 1 dəfə də quru paxlalılar qəbul edin.

    Probiotik qəbulu şərtdir
    İmmuniteti gücləndirən qidaların sırasında ən mühüm olanı probiotiklərdir. Probiotiklər fəsil keçidinin və qidalanmanın səbəb ola bildiyi bağırsaq problemlərini azaldır. Buna görə də probiotik qidaların xüsusən payız aylarında qəbul edilməsi məsləhətdir.
    Qatıq, kefir əsas probiotik qida sayılır. Kefir həzm sistemində olan bakteriya və mikrobların təmizlənməsinə yardımçı olur. Antibiotik özəlliyi daşıyan yüksək kalsium və maqnezium tərkibi ilə sümük sağlamlığının qorunmasına da dəstək olur.

    Antioksidantlar süfrədən əksik edilməməlidir
    Bədən sağlamlığı üçün vitamin və minerallar qədər antioksidant tərkibli yeməklər də böyük önəm daşıyır. Çünki antioksidant yeməklər bir qrup problemlərin qarşısını alarkən bədənə girməyə çalışan sərbəst radikalların da qarşısını alır.

    Payızda yeyilə biləcək antioksidant qaynaqları bunlardır:

    A vitamini
    Yaşıl yarpaqlı tərəvəzlər, kök, balqabaq, yumurta və balıq

    C vitamini
    Quşburnu, cəfəri, yaşıl bibər, limon, kələm, naringi və qreypfrut

    E vitamini
    Badam, qoz, fındıq

    Maqnezium
    Badam, qoz, fındıq, fıstıq, banan, quru paxlalılar, taxıllar, yaşıl yarpaqlılar

    Selenium
    Dəniz məhsulları, ət məhsulları və sarımsaq

    Sink
    Badam, qoz, quru paxlalılar, bulğur, süd, yumurta, balıq və ət.

    Payızda səhər yeməyində masaya yumurta ilə birlikdə tam taxıl çörəyi, cəfəri, yaşıl bibər də qoyun. Günorta meyvə yeyərkən badam, qoz da yeyin.

    alıntı
#31.01.2017 12:35 0 0 0
  • Bakı Nəqliyyat Agentliyi paytaxtın Binə qəsəbəsindən Mərdəkana eyni zamanda Buzovna Zaqulba istiqamətində sürət həddinin aşağı salınması ilə bağlı məlumat yayıb. Agentliyə istinadən xəbər veririk ki, bütün zolaqlar üzrə sürət həddi enidirilərək 60 km/ saat müəyyən edilib. Səbəb qeyd edilən avtomagistralda yolun hərəkət hissəsinin qarla örtülməsidir.

    Bakı Nəqliyyat Agentliyi paytaxt yollarına nəzarəti gücləndirib. Mövcud vəziyyətlə bağlı operativ şəkildə məlumat veriləcək.

    alıntı
#31.01.2017 12:24 0 0 0
  • Nazirlikdən verilən məlumata görə, kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.

    Müzakirələr nəticəsində irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə - Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib.

    Qərarda, həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır.

    Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti nəzərə alınıb.

    Bundan başqa, Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur.


    alıntı
#31.01.2017 12:22 0 0 0
  • “WhatsApp” messenceri köhnə qacetlərdə işləməyəcək.

    Bu barədə layihə müəllifləri məlumat veriblər.

    Mobil proqram “iPhone 3GS”, “Windows Phone 7”, “Android 2.1” və “Androis 2.2” proqram təminatlı telefonlarda dəstəklənməyəcək.

    “Bu qacetlər bizim tariximizin mühüm bir hissəsi olublar, lakin onlar “WhatsApp”ın yeni imkanlarını dəstəkləyə bilməyəcəklər”, - lahiyə müəlliflərindən biri deyib.

    alıntı
#03.01.2017 09:40 0 0 0
  • Türkiyənin paytaxtı Ankaranın Çukurambar rayonunda yaşayış binasında yanğın baş verib. "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 30 nəfər xəsarət alıb.
    Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hadisə yerinə xilasedicilər və təci tibbi yardım briqadaları cəlb olunub.
    Yanğının səbəbi araşdırılır.

    alıntı
#03.01.2017 09:39 0 0 0
  • Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace 2"-nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq. Bu barədə "Azərkosmos" ASC-dən məlumat verilib.

    İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub.

    ASC-nin məlumatına görə, ikinci geostasionar peyk "Azerspace 1"-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək.

    Qeyd edək ki, "Azerspace 1" 2013-cü ilin fevral ayında orbitə buraxılıb.

    alıntı
#03.01.2017 09:37 0 0 0