Sbela

Sbela

Üye
21.04.2014
Uzman Çavuş
5.380
Hakkında

  • noimage
    Bu gün təbiət hadisələrindən biri olan Ayın Yerə yaxınlaşması - "Super Ay" müşahidə olunacaq.

    Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlamasında deyib ki, bu gün Ay Yerə ən yaxın məsafədə olacaq. Ayla Yer arasındakı məsafənin 356 min 512 km olacağını deyən X.Mikayılovun sözlərinə görə, buna oxşar yaxın məsafə 1948-ci ildə qeydə alınıb: "O zaman Ayla Yer arasında 356 min 465 km məsafə olub. Ona görə də bu hadisə son 68 ilin ən böyük yaxınlaşması hesab olunur. Bu gün Ay həmişə olduğundan təxminən 14 faiz daha böyük görünəcək. "Super Ay" bu gün saat 15:24-də Yerə ən yaxın məsafədə olacaq. Amma onu həmin saatda yox, axşam gün batana yaxın, gün batanda görmək mümkün olacaq. O vaxtdan təxminən 3 saat sonra biz artıq rahat şəkildə adi gözlə "Super Ay"ı görə biləcəyik".

    Bu prosesin Yer atmosferinə təsirinə gəlincə, X.Mikayolov qeyd edib ki, hadisə yalnız müəyyən qədər qabarmalara təsir göstərə bilər. Onun sözlərinə görə, "Super Ay"ın insanların sağlamlığına heç bir təhlükəsi yoxdur, zəlzələnin olmasına, hansısa seysmoloji aktivliyin artmasına səbəb ola bilməz.
#14.11.2016 07:51 0 0 0
  • noimage

    Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, yarımadada dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-18° isti, Bakıda gecə 10-12° isti, gündüz 16-18° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək. Lakin gecə və səhər Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

    alıntı
#14.11.2016 07:12 0 0 0
  • Kollodial gümüşün şok edici hekayəsi ilə tanış olun.

    Gümüş əslində bizə açıq-aydın izah edilmədiyi halda, olduqca faydalı və inkişafa aparan xüsusiyyətləri olan elementdir. Biz köhnə insanlara geridəqalmış dediyimiz halda, onlar bəzi şeylərdə bizdən çox irəlidə olmağı da bacarıblar. Məsələn, keçmişdə məhz gümüşü tibbdə geniş istifadə edir, bu elementi səhiyyənin bir parçası kimi qəbul edirdilər. Bəs belə olduğu halda, müasir dövrdə niyə bu qədər xəstəliklərdən xilas ola bilmirik? Üstəlik də, hər il yeni xəstəliklər peyda olur və bütün dünya bu xəstəliklərə qarşı mübarizə üçün milyonlar xərcləyir.

    Gümüşün faydaları Yuli Sezar dövründən bəri bəllidir. Romalılar kiçik gümüş parçalarını yanıqları, kəsikləri və yaraları müalicə etmək üçün, yunanlar su və şərab qablarını bakteriyalardan təmizləmək üçün istifadə edərdilər. Bundan əlavə, Roma İmperiyası dövründə yalnız gümüş qablarda su daşıyan əsgərlərə döyüşə getməyə icazə verilirdi, çünki Romalılar gümüş qabların suyu təmiz və saf tutduğunu bilirdilər. 14-cü əsrdə Avropanın mərkəzində əhalinin 25 faizi vəbadan ölmüşdü, yalnız qaraçılar bu fəlakətdən can qurtara bilmişdilər. Qaraçıların müalicə məqsədiylə gümüşü kiçik hissəciklərə ayırıb, açıq damardan bədənlərinə yeritdikləri bəlliydi. Hissəciklər qan dövranı sayəsində bütün bədənə yayılıb bakteriya və virusları yox edirdi. Bəzən bu hissəciklərin lazım olduğundan çox olması səbəbiylə qaraçıların çoxu argiya xəstəsi olmuşlar.

    Həkimlər gümüşün faydalarını bilir və buna görə də, xəstələrinə daha sağlam olmaq istəyirlərsə, gümüş qablarda, gümüş çəngəl-bıçaq-qaşıq istifadə edərək, yemək yemələrini tövsiyə edirdilər. Bəzi insanlar körpələrinə sormaq üçün gümüş qaşıq verməyə başlayıb. “Ağzında gümüş qaşıqla doğulmaq” deyimi də məhz buradan gəlmişdir; çünki bunu o zamanlarda zəngin ailələr bilirdi və zəngin uşağı olmaq, yəni doğuşdan şanslı olmaq mənasında istifadə edilən bu deyim burdan törəmişdir.

    Dr Henry Crookes 1900-cü illərin əvvəlində gümüşü bir çox xəstəliyin müalicəsində istifadə etmişdir. Elmi işləri nəticəsində mövcud heç bir mikrobun kolloid gümüşə 6 dəqiqədən çox dözə bilməyəcəyini müəyyən etmişdir. Dr J.Mark Hovel British Medical Journal’da kolloid gümüşün virusların məhv edilməsində xüsusilə təsirli olduğunu raport edib.

    İkinci Dünya müharibəsi əsnasında penisillin kəşf edildi və sintetik olaraq istehsal edildi. Beləcə tibbdə patenti alınmış sintetik dərmanlarla böyük dərman firmalarını çox varlı edən yeni bir dövr başlandı. Təbiətdə olan heç bir şeyə görə isə patent almaq mümkün deyildi, ona görə də gümüşün faydalarından varlana bilməyənlər bunu hər yolla insanlara unutdurmağa çalışırdılar.

    Gümüşün ilk antibiotik maddə olduğu güman edilir. Müəyyən bir dövr ərzində gümüş metal yarpağı bir sarğı bezi olaraq istifadə edilmişdir. Bu gün gümüş, demək olar ki, infeksiya idarəsinin kritik olduğu hər yerdə, bandajlardan yanıq müalicəsində istifadə edilən dərmanlara qədər səhiyyə məhsullarında çox geniş spektrdə antimikrob özəlliyinə görə istifadə olunur.Amerikadakı doğulan uşaqlara, doğuşdan dərhal sonra gümüş tərkibli göz damlaları gözdə meydana gələcək infeksiyaları qarşısını almaq üçün tökülür.

    Gümüş 95 faizdən daha çox nisbətdə infraqırmızı əks-yansıtmaya malikdir. Gümüşlə təmas edən radioaktiv enerjinin 95 faizi geri yansıyacaq. Yəni gümüş radiasiyaya qarşı təsirlidir.

    450 cür bakteriyanın DNT-sini pozaraq yox edə bilir. Sədəf, şəkər, qaşıntı, ayaq qoxusu kimi bir çox narahatlığa da müsbət təsir göstərir. Yeni hüceyrələrin çoxalmasını dəstəkləyərək yaraların yaxşılaşmasını sürətləndirir. Kolloid Gümüşün HİV virusunu bir neçə dəqiqə içində yox etdiyi ilə əlaqədar araşdırma isə, Dr Xiaojian Yao tərəfindən “Nanotexnologiya 2012 International Journal” da nəşr edilsə də, buna baxmayaraq heç bir şey edilmədi.

    İçərisində gümüş ion saxlayan tək qida qozdur. Bu məlumatlara baxsaq yeməli olduğumuz ən əsas qida
    qozdur və buna qarşı laqeyd olmaq olmaz.
    Həkimlərin əsasən gümüş suyunu gözardı etmə səbəbi yenə də kapitalist dünya quruluşuna söykənir. 1906-cı ildə bütün böyük dərman şirkətlərini satın alan John D. Rokfeller koloidal gümüşün dərman satışlarının qarşısında maneə meydana gətirəcəyinin fərqində idi. Bu səbəblə Jude Abraham Felxnerin köməyi ilə Amerikadakı bütün tibb fakültələrində gümüş suyu mövzusunun araşdırılmayacağı və bu təlimata uyğun gəlməyən bütün professorların lisenziyalarının əlindən alınacağını bildirmişdi. İşin maraqlı tərəfi isə budur ki, Rokefeller özü ailəsinin heç bir zaman dərman istifadə etməsinə icazə verməmişdi.Elmi fantastika dünyasına baxsaq, qarşımıza içinə girdiyiniz zaman bir anda bütün xəstəliklərimizi yaxşılaşdıran və bizi uzun müddət yaşadan sandıqlar çıxır. Yaxşı, bu sandıqlar gümüşdən düzəldilmiş ola bilər? Daha da inkişaf etdirilmiş, içərisində bakteriyalar dünyasından meydana gəlmiş, gümüş örtüklü mini bir laboratoriya indiki vaxtda kimlər üçünsə tikilmiş ola bilər? Bizdən gizlənən bir çox həqiqət varsa, bunların da tikilmiş olması mümkündür. Bizə göstərilənləri deyil, göstərilməyənləri görməyə çalışdıqca əslində necə bir nizamda yaşadığımızı görmək bütün bu ədalətsizlikləri dəyişmək üçün bizə daha da böyük səbəblər verməlidir. Dünyamızı yaşanılası bir yer etmək üçün əl-ələ verib, dəyərimizin fərqində olaraq çalışmalı və sorğulamalıyıq.

    Alıntı
#11.11.2016 18:16 0 0 0
  • Yarım stəkan nar suyu və bir ovuc xurma ürək sağlamlığı üçün çox faydalıdır.

    Qərb mətbuatının apardığı tədqiqat nəticəsində yarım stəkan nar suyu və bir ovuc xurma ürək-damar sisteminə müsbət təsir edir. Bu qarışıq ürək-damar xəstəlikləri və iflic riskini azaldır.

    Xurmanın çəyirdəyini də əzərək nar suyuna qatmaq bu faydanı daha da artıra bilər. Çəyirdəklər yeyilməsə də, nar suyu və xurma damar sərtliyi 33 %, damarlara yağ yığılması isə 28 % azalır.

    Narın və xurmanın tərkibində damar sağlamlığına müsbət təsir göstərən antioksidantlar var. Bu antioksidantlar xolesterinin də qarşısını alır.

    Digər bir tədqiqatın nəticəsinə görə, hamilə qadınlar tez-tez nar suyu içsə, körpənin beynində yarana bilən zədələrin qarşısını ala bilərlər.

    Alıntı
#11.11.2016 17:49 0 0 0
  • noimage
    Kolumbiya mətbuatı Daşkəsənin icra başçısı Əhəd Abiyevdən yazıb.

    Məlumata görə, yerli mətbuatda çıxmış məqalədə Əhəd Abiyevin Kolumbiya və Ermənistan bayraqlarını rənglərinə görə səhv saldığı qeyd olunub.

    Məqalədə bildirilir: “Əhəd Abıyevin başına xoşagəlməz hadisə gəlib. Ə.Abıyev əsgərlərin qarşısında “şifer” materialından hazırlanmış Kolumbiya bayrağını yumruqla sındırmağa cəhd edib. Saatlar sonra sındırmağa çalışdığı bayrağın Ermənistana deyil, Kolumbiyaya məxsus olduğunu anlayan Ə.Abıyev məyus olub. Həm də bilinməlidir ki, Ə.Abıyevin bu hərəkəti Kolumbiyaya qarşı cinayət sayılır.

    Onu da diqqətinizə çatdıraq ki, Azərbaycan və Ermənistan arasındakı mövcud konflikt 1991-ci ildə Dağlıq Qarabağ ərazisi uğrunda başlayıb. Sonda həmin ərazidə hökmranlığı ələ alan Ermənistan Azərbaycan bayrağına bənzər “göy, sarı, qırmızı” üçrəngli bayraq seçiblər”.

    alıntı
#11.11.2016 10:57 0 0 0
  • noimage
    ABŞ Dövlət Departamenti Donald Tramp administrasiyasının İranla imzalanmış nüvə razılaşmasını ləğv edəcəyi və ya yenidən baxacağının mümkünlüyünü istisna etməyib.

    “Hər şey mümkündü”, - deyə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner müvafiq suala cavabında bildirib.


    Qeyd edək ki, D.Tramp seçkiqabağı kampaniyası dövründə bu sazişə görə dəfələrlə Barak Obama administrasiyasını tənqid edib və prezident seçiləcəyi təqdirdə sazişi ləğv edəcəyini vəd edib.

    alıntı
#11.11.2016 06:11 0 0 0
  • Bu inanılmaz resept 1972-ci ildə Tibet monastırının köhnə palatalarının birində tapılıb. Bu reseptin düz 5000 il tarixi var. Min illərin sınağından keçib, zəmanəmizə gəlib çatıb. Bu resept demək olar ki bütün xəstəlikləri sağaldır, möcüzəvi xüsusiyyətlərə malikdir. Ekspertlərin fikrincə, bu reseptdən 5 ildə bir dəfə istifadə olunmalıdır.

    Sarımsağın tərkibində “Allistin” adlanan belə bir mikroelement aşkar və təsdiq olunmuşdur ki, o dünyada heç bir bitkinin tərkibində yoxdur.

    O, yüksək qan təzyiqini tarazlayır, diareya xəstəliklərinin qarşısını alır. Ürək xəstəliklərinin və piylənməni dayandırır. Allistin mikroelementini hər gün qəbul etmək, insanlarda xərçəng xəstəliyinin yaranması ehtimalını sıfıra endirir.

    Resept belədir.350 qram təmizlənmiş sarımsağı təmiz yuyub,taxta həvəngdəstə,yada taxtanın üstündə,döymək möhkəm əzib suyu cxanadək,sonra döyülən sarımsağın alt hissəsindən yığılan yumşaq yerindən 200 qram götrüb,bir şüşə qaba tökmək, üzərinə 200 qram,96 faizlik spirt əlavə edib,bir qaranlıq yerdə, 2 həftə saxlamaq lazımdır.bunu necə içmək lazımdır.

    Birinci gün… səhər 1 damcı… günorta 2 damcı… axşam 3 damcı…

    İkinci gün… səhər 4 damcı… günorta 5 damcı… axşam 6 damcı…

    Üçüncü gün… səhər 7 damcı… günorta 8 damcı… axşam 9 damcı…

    Dördüncü gün… səhər 10 damcı…günorta 11 damcı… axşam 12 damcı…

    Beşinci gün… səhər 13 damcı… günorta 14 damcı… axşam 15 damcı…

    Altıncı gün… səhər 15 damcı… günorta 14 damcı… axşam 13 damcı…

    Beləliklə 1 damcıya düşənə qədər 10 gün içirsən.. 11-ci gün səhər 25 damcı,günorta 25 damcı, axşam 25 damcı,icrsən.. Bunu yeməkdən 15-20 dəqiqə əvvəl,50 qr soyuq südə və ya qatığa töküb içmək lazımdır… Sonra hazırlanmış məhlul qurtarana qədər,hər gün, gündə 3 dəfə, 25 damcı, 50 qr südə əlavə edib içmək lazımdır. İkinci kurs 5 ildən sonra…

    Bu müalicə, ürək xəstəliklərini sağaldır, bədəndə qan dövranını tənzimləyir,maddələr mübadiləsini bərpa edir və hətta, bütün orqanizm üzvlərini ən azı 20 il cavanlaşdırır…

    Alıntı
#08.11.2016 17:49 0 0 0
  • "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfransın iştirakçıları adından müraciət qəbul edilib.

    Azərbaycan və Ermənistan prezidentlərinə, xalqlarına ünvanlanan müraciətdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır.


    Bəyanatda vurğulanıb ki, 2016-cı ilin aprelində baş verən hadisələr müharibə riskinin böyük olduğunu göstərib: "Hərbi məqsədlə xərclənən vəsaitlər insanların rifahının yüksəldilməsinə yönəldilə bilər. Ermənistan və Azərbaycan xalqları bu gərginliklərdən yorulub. Artıq kiminsə kənardan gəlib bizə kömək edəcəyi fikrindən əl çəkməliyik. Bu konfrans nəticəsində ortaq addımlar atmaq qərarına gəldik. Münaqişənin sülh yolu ilə həlli üçün müvafiq şərait var, konstruktiv addımlar atılmalıdır. Münaqişənin sülh yolu ilə həlli Azərbaycan və Ermənistanın iqtisadi inkişafına təkan verəcək. Bu da xalqlar arasında sülhün möhkəmləndirilməsinə təkan verəcək. Ermənistan işğal etdiyi əraziləri boşaltmalı, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır".

    Bəyanatda nəzərə çatdırılıb ki, Azərbaycanda 30 min erməni rahat yaşayır: "Ermənilərin Azərbaycanda sülh şəraitində yaşaması üçün heç bir maneə yoxdur. Ermənilərlə azərbaycanlıların birgə yaşamasının mümkünsüzlüyü ilə bağlı fikirlər rədd edilməlidir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsi ideyası nəzərə alınmalı, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoquna üstünlük verilməlidir. Bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Helsinki Yekun Aktı nəzərə alınaraq, addımlar atılmalı və Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir".

    alıntı
#08.11.2016 13:52 0 0 0
  • noimage

    Aparılan araşdırmalar sübut edib ki, nizamlı olaraq nar yemək toxluq hissini artırır. Bəs nar pəhrizi ilə arıqlamaq mümkündürmü? Aile.lent.az nar pəhrizi haqqında mütəxəssis fikirləri ilə sizi tanış edir.

    İlk növbədə onu bildirək ki, nar B5, B6, C və E, kalium, maqnezium və folat vitaminlərindən ibarətdir. Nar bütünlüklə antioksidant tərkibi ilə məşhurdur. Yarım stəkan nar dənəsi yalnız 72 kalori olduğundan aşağı kalorili pəhrizlər üçün ideal meyvədir. Araşdırmalarda nar suyunun piylənmə müalicəsində istifadə olunduğu və çəki azaltdığı sübut edilib.

    Nar liflə də olduqca zəngindir, 1 stəkan nar dənəsində 7 qram lif var. Lifli qidaların insanı uzun müddət tox tutduğu, aclıq hissinin qarşısını aldığı, arıqlamağa təsirli olduğu bir çox elmi araşdırmaların mövzusu olub. İngiltərəli mütəxəssislər nizamlı nar yeməyin toxluq hissini artırdığını və aclıq hissini gecikdirdiyini iddia edirlər. Bununla yanaşı, narın antioksidant və polifenollar baxımından zəngin quruluşa malik olması piylənmə, yəni köklüklə mübarizə aparır.

    Yeri gəlmişkən, 1 stəkan nar suyunda 139 kalori var. 100 qram nar isə 83 kaloridir. Çəkiyə nəzarət etmək üçün gündəlik qidalanmada nara yer verə bilərsiniz. Lakin gündəlik kalori ehtiyacına əlavə olaraq nar yemək arıqlamaq deyil, əksinə, çəki almağa səbəb olar. Məsələn, gündəlik kalori ehtiyacınız 2000-dirsə və siz yeməklərdən 2000 kalori alıb, üzərinə gündə 1-2 stəkan nar suyu içsəniz, yaxud nar yesəniz, bir müddət sonra gündəlik kalori ehtiyacınız artdığından artıq çəki alarsınız. Bu səbəbdən də gündəlik kalori ehtiyacını aşmadan nar yeməyə diqqət etməlisiniz.


    Nar pəhrizinin üstünlükləri

    Narın antioksidant baxımından zəngin olması yüksək xolesterol, yüksək təzyiq, revmatizm, artrit, ürək-damar, xroniki ağciyər xəstəliyi, döş və prostat xərçəngi kimi xəstəliklərlə mübarizə aparmağa kömək edir. Digər üstünlüyü isə çiy olaraq, yeməklərlə birlikdə və ya nar suyu kimi içilməsidir. Salatlarınıza da nar dənələri əlavə edə bilərsiniz.

    Nar pəhrizinin mənfi tərəfləri

    Bir çox şirkət nar tərkibli arıqlama həbləri istehsal etsə də, bu həblərin arıqlamağı dəstəklədiyinə dair ciddi dəlil yoxdur. Dərmanların arıqlatması isə nar yox, tərkibində olan digər maddələrdən qaynaqlanır.

    Nar sağlam və aşağı kalorili meyvə olduğu üçün bir çox insan pəhriz siyahısına nar əlavə edir. Orta hesabla bir nar 105 kalori və 26 qram karbohidrat, 0.5 qram yağ ehtiva edir və xolesterolu yoxdur. Nar az miqdarda zülal ehtiva etməsinə baxmayaraq, antioksidant və vitaminlər baxımından da zəngindir.

    Nar arıqlama məqsədli pəhrizlərin bir parçası olaraq istifadə oluna bilər. Bu formada nardan faydalanmaq üçün narı yeməklə yanaşı, salatlara qatmaq və nar suyu içmək olar. Yüksək şəkər tərkibi olmayan su, çay, qəhvə və ya digər içkilər də içilə bilər. Pəhriz insanın aldığı kaloriləri böyük ölçüdə azaltmaqla kilo verməsini təmin edir.
    Əgər çəki atmaq üçün sağlam pəhrizin bir hissəsi kimi nar yemək istəsəniz, bunu yeməklərin bir parçası olaraq istifadə edin. Məsələn, günorta yağsız toyuq, salat, tam taxıllı çörək və nar yeyin, yaxud 1 stəkan nar suyu için. Eyni zamanda, narı paylar arası qəlyanaltı və ya axşam yeməyindən sonra yeyə bilərsiniz.

    Nar pəhrizi

    Səhər yeməyi:

    150 qram bişmiş buğda və 1 kiçik nar

    Ara yeməyi:

    1 alma, 1 kiçik nar və 150 ​​qram yağsız qatıq

    Nahar:

    150 qram bişmiş buğda və 1 kiçik nar, 150 qram dana əti, balıq, yaxud toyuq

    Ara yeməyi:

    1 banan

    Axşam yeməyi:

    Şüyüd, cəfəri və kərəviz salatı ilə 150 ​​qram bişmiş buğda

    Yatmazdan əvvəl kiçik bir kasa yağsız qatıq

    Nar pəhrizi 1 həftə tətbiq edilir. Bu və ya hər hansı başqa pəhriz saxlamazdan əvvəl həkimlə məsləhətləşin.


    Nar suyunun hazırlanması:

    1 stəkan böyürtkən
    1 stəkan nar suyu
    1 nar
    30 qram zülal tozu
    1 qaşığ bal

    Bal istisna olmaqla bütün vəsaitləri blendrdan keçirib, balla dadlandırın və için.

    alıntı
#07.11.2016 14:35 0 0 0
  • Bizləri incitdiklərini bildiyimiz halda niyə məhz onları seçirik? Bunun elmi açıqlamasını təqdim edirik

    Qadınlar əksərən “pis oğlan” kimi tanınan kişilərə aşiq olurlar. Bu tip kişilər çox zaman yaraşıqlı, cazibədar olduğu üçün qadınların diqqətini daim çəkir. Lakin bunun sonu çox zaman kədərli bitir. “Pis oğlan” kimi tanıdığımız bu kişilər məsuliyyətsiz olur və ancaq özlərini düşünürlər. Eqoları olduqca yüksək olan bu kişilər hansı xanımı istəsələr, əldə edə biləcəklərini düşündüklərindən heç bir qadın onlar üçün önəm daşımır.

    Alimlər qadınların belə kişiləri seçmələrinin bir neçə səbəbini açıqlayıb. Bunun səbəblərindən biri belə kişilərin cazibəsinə qarşı qadınların iradəsinin zəif olmasıdır. Xarici görkəmi yaraşıqlı olan kişilərin yaxşı ata ola biləcəyini düşünən qadınlar münasibətlərin sonunda kədərlənən tərəf olurlar.

    Digər səbəb isə qarşılaşdıqları kişinin ağ atlı şəhzadə olduğuna özlərini inandırmalarıdır. Xəyalları və reallığı qarışdıran xanımlar hər zaman gözlədikləri adamla qarşılaşdıqlarını düşündükləri üçün “pis oğlan”larla birlikdə olmağı seçirlər.

    Belə kişilər saf, xarizmatik olur və qadınlarla necə davranmalı olduqlarını yaxşı bilirlər. Qadınlar isə əfsuslar olsun ki, onların təsirinə çox asanlıqla düşürlər. Öz ətrafında olan qadınlara diqqət etməyən kişilər daim cazibədar görünürlər. Onlar çox yaxşı ünsiyyət qururlar. Onlarla danışmaq, bizə yazdıqları mesajları oxumaq və onlarla bağlı hər şey bizi həyəcanlandırır. Gün ərzində onlarla danışmağı səbirsizliklə gözləyirik. Bəlkə də bu “nəyəsə asanlıqla sahib olmamağın” verdiyi duyğularla bağlıdır.


    Bəzi kişilər qadınları xoşbəxt etmək üçün əllərindən gələni edirlər. Qarlı hava olsa belə, onlar üçün fərqi yoxdur, sadəcə biz istədik deyə gedib qəhvə ala bilərlər. Onlar üçün daim biz ön plandayıq. Bizə heç zaman öz fikirlərini deməzlər, onlar üçün sadəcə bizim fikrimiz önəmlidir. Bütün bunları etdikləri üçün bizə sıxıcı gəlirlər. Bunların hamısını “pis oğlan”lar etmədiyi üçün biz qadınlar onları seçirik.

    Çox ünsiyyət yaxşı deyil. Yaxşı kişilər daim bizimlə ünsiyyət qururlar. Həmişə mesaj yazırlar, əhvalımızı soruşurlar və bu, bir müddət sonra bizi bezdirir. Mesajımıza 20 saniyə sonra cavab gəlməsi heç də əyləncəli olmur. Gün ərzində “necəsən?”, “gecən xeyrə” kimi mesajlar daha yaxşıdır.
    Ancaq bütün bunlar pis oğlanlarla yaşanmır və yenə də pis oğlanları seçirik. Bu səbəblərə görə, onlara aşiq oluruq. Doğru insanı tapana qədər bu münasibətlər belə davam edir.

    alıntı
#07.11.2016 14:30 0 0 0
  • noimage
    “Uğur Akademiyası”, “GR8” və sərbəst təlimçilərin birgə əməkdaşlığı ilə fiziki imkanları məhdud olan şəxslər üçün “Karyera imkanları” layihəsinə start verilib.

    Bu layihəni həyata keçirməkdə əsas məqsəd fiziki imkanları məhdud olan şəxslərin peşə hazırlığına dəstək olmaqla iş bacarıqlarının artırılmasına və cəmiyyətə inteqrasiyasına töhvə verməkdir. Layihə çərçivəsində 1 ay ərzində 16 nəfərə yaxın əlilliyi olan 18-35 yaş arası gənclərə 4 sahə üzrə (Sosial Bacarıqlar, Müştəri Xidmətləri, Satış Bacarıqları və Zəng Mərkəzi (call center) haqda) bilik və bacarıqların formalaşdırılması məqsədi ilə peşəkar mütəxəssislər tərəfindən xüsusi təlimlər keçiriləcəkdir. Layihənin həyata keçirildiyi müddət ərzində təşkilatçı heyət tərəfindən dəvət olunmuş psixoloq gənclərin potensialını qiymətləndirərək, həftə ərzində təşkil olunacaq görüşlərdə özünə inam və motivasiyanın artırılmasına yardım edəcəkdir. Sonrakı mərhələdə isə təlim keçmiş bu gənclərin ayrı-ayrı dövlət və özəl şirkətlərdə təcrübə keçməsinə şərait yaradılacaqdır.

    “Karyera imkanları” layihəsi adından çıxış edən “Uğur Akademiyası”nın həmtəsisçisi Cavid İmamoğlu layihənin fiziki məhdudiyyətli insanların cəmiyyətə qazandırılması istiqamətində atılmış daha bir uğurlu addım olduğunu vurğulayıb və sosial məsuliyyət hissindən irəli gələn bu kimi təqdirəlayiq layihələrin cəmiyyətin inkişafına misilsiz töhfə verdiyini xüsusilə qeyd edib: “Biz ümid edirik ki, dövlət və özəl sektor əlilliyi olan bu potensiallı gənclərin iş həyatına başlaması üçün layihəyə dəstək verəcəklər. Hazırda əlilliyi olan gənclərin işlə təmin olunmasında müəyyən çətinliklər var. Bizim bu layihəni həyata keçirməkdə əsas məqsədimiz sosial sahibkarlığa dəstək vermək və əlilliyi olan gənclərin iş imkanlarının artırılmasına töhfə verməkdir”.

    alıntı
#07.11.2016 14:26 0 0 0
  • Qoç - birgə layihədə iştirakla müqayisədə müstəqil fəaliyyət daha məhsuldar olacaq. Dəvət aldığınız tədbirə qatılın. Yaxınlarınızla çox vaxt keçirməyə çalışın. Ünsiyyət faydalı və xoş olacaq.

    Buğa - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Yeniliyi əxz etməklə yanaşı, əvvəllər əldə etdiyiniz biliklərin bir qismini tətbiq etmək imkanları yaranır. Dostlar, həmkarlar və həmfikirlərə etibar etmək olar.

    Əkizlər - müəyyən önəmli məsələnin həlli ilə bağlı məsuliyyət üzərinizə düşür. Həmin məsuliyyətdən yayınmayın.

    Xərçəng - bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı vaxtdır. Parlaq, təkrarolunmaz insan olduğunuzu göstərin. Axşam saatlarında əylənin, günün stressini unutmağa çalışın.

    Şir - yaxın ətrafınızdakı insanlardan biri sizdən sui-istifadə etməyə can atır. İntuisiyanıza qulaq asın, özünü dost kimi qələmə verən hiyləgərin əlində marionetkaya çevrilməyin. Peşəkar fəaliyyət müstəvisində təşəbbüskar olun.

    Qız - maraqlarınızı müdafiə etmək asan olmasa da, qətiyyətli və iradəli olun. Əks təqdirdə ciddi problemlər yaranacaq. Sizə təsir etmək, manipulyasiyaya əl atmaq istəyənlər var.

    Tərəzi - özünüzlə müqayisədə başqalarına daha tələbkar olmayın, dostlar və yaxınlarla münasibətlərdə problemlər yaratmayın. Evdə ailə üzvləri ilə dil tapmaq çətinləşir.

    Əqrəb - istənilən formalı şübhəli anlaşma və sövdələşmələrdən uzaq durun. Başqalarına görə məsuliyyəti boynunuza götürməli, səhvlərin nəticələrini aradan qaldırmalı olacaqsınız.

    Oxatan - sari işlərdən bəzilərini etibar etdiyiniz insana tapşıra bilərsiniz. İmkan varsa, birgə fəaliyyətə üstünlük verin. Maliyyə işlərində risk etməyin.

    Oğlaq - ehtiyatlı və səbrli olun. Təmkinlə davranmasanız, heç nəyə nail ola bilməyəcəksiniz. İşgüzar fəallıq səviyyəsi aşağıdır. Yeni layihələrə başlamaq üçün əlverişli gün deyil.

    Dolça - ekstravaqant təsir bağışlamağa can atmayın. Günün ikinci yarısında hüquqi məsələləri həll etmək, məhkəməyə şikayət etmək sərfəli deyil. Yaxınlarınızdan biri ilə əldə edilmiş razılığı unutmaq, birgə layihənin təfərrüatlarını yaddan çıxarmaq təhlükəsi var.

    Balıqlar - önəmli sənədlər imzalamaq, uzunmüddətli anlaşmalara varmaq məsləhət deyil. İşgüzar təmaslarda həddən artıq diqqətli və sərvaxt olun. Mühüm danışıqlarla görüşlərdə səlis davranın, formal şərtlərə riayət edin.

    alıntı
#07.11.2016 08:34 0 0 0
#06.11.2016 15:29 0 0 0
  • Müsabiqəyə 135 vəzifə elan edilir
    Daxili işlər naziri general-polkovnik Ramil Usubov polis olmaq istəyən şəxslərin işlərinə baxacaq.

    DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, dekabr ayının 10-da saat 9.00-da, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Çevik Polis Alayında sıra baxışı keçiriləcək.

    Məlumtda qeyd olunur ki, sıra baxışında yalnız Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnaməyə uyğun olaraq yaşı 20 ilə 25 arasında, boyu 175 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

    Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

    Bildirlir ki, müsabiqəyə Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan post-patrul xidməti nizami hissələri üzrə 135 vəzifə elan edilir.

    Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloci gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcəkdir.
    alinti
#06.11.2016 15:25 0 0 0
  • İstanbulun Atatürk aeroportu binasının yanında atışma baş verib. Aeroporta aparan yollar müəyyən müddətə bağlanıb.

    Motosikletlə hərəkətdə olan iki şəxs polisin dayanmaq əmrinə tabe olmayıb. Asayiş keşikçilərinin açdığı atəş nəticəsində bir nəfərin yaralandığı bildirilir. Hər iki şəxs saxlanılıb, onların üzərində silah və ya partladıcı qurğu aşkarlanmayıb.

    Hazırda aeroporta aparan yollar açılıb, binaya giriş-çıxış bərpa olunub.

    alıntı
#06.11.2016 07:52 0 0 0
  • Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin adının "konstitusiya dəyişiklikləri" deyilən qurama proses çərçivəsində dəyişdirilərək "Artsax respublikası" adlandırılması cəhdi Ermənistanın beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupu həmsədrlərini növbəti dəfə aldatmaq siyasətidir.

    Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib.

    XİN rəsmisi deyib ki, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərindən sonra Ermənistandan konstruktiv və konkret addımların atılması gözlənilsə də, rəsmi İrəvan bu kimi təxribatçı əməlləri ilə münaqişənin sülh yolu ilə həlli üzrə aparılan danışıqlara zərər vurmaq siyasətini yürüdür: "Bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı məhz bu ad altında ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edir. "Konstitusiya dəyişikliyi" adı altında Ermənistanın növbəti oyunu bir daha onu göstərir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsi (anneksiya) məqsədini güdür. Həmçinin, bu hal sübut edir ki, rəsmi İrəvanın danışıqlarda iştirakı qeyri-ciddi və imitasiya xarakteri daşıyır, Ermənistan hər vəchlə substantiv danışıqlardan boyun qaçırmağa və ATƏT-in Minsk Qrupunun həmsədrlərini aldadaraq mövcud status-kvonun dəyişdirilməsi istiqamətində onların son səylərini iflas etməyə çalışır".

    alıntı
#06.11.2016 07:50 0 0 0
  • Zülallar və vitaminlərlə zəngin olan toyuq əti çox faydalı və diyetik məhsul sayılır. Lakin bunu əsasən təbii şəraitdə yetişdirilmiş toyuqlara aid etmək olar.
    toyuğun ən faydalı hissəsi döş əti sayılır. Onun tərkibində yağlar daha az, zülallar isə daha çoxdur. Zülallar gec həzm olunur və bu da insana daha uzun müddət ərzində özünü tox hiss etməyə imkan verir. Məhz bu səbəbdən toyuğun döş əti müxtəlif pəhrizlərdə çox geniş istifadə olunur.
    Toyuğun ən ziyanlı hissəsi dəridir. Diyetoloqlar və həkimlər toyuğun bu hissəsini qəbul etməyi tövsiyə etmirlər. Bunun bir neçə səbəbi var:
    - dəri yağlarla zəngindir və kalorilidir. Bu isə çəkisi artıq olan, qanda xolesterinin səviyyəsi yüksək olan insanlar üçün ziyanlıdır. Yüksək xolesterin damarların sağlamlığına mənfi təsir edir, insult və infarktın riskini artırır.
    - dəri çətinliklə həzm olunur. Bu xüsusilə həzm sistemində pozulmaları olan insanlar üçün ziyanlıdır.
    - toyuqların yetişdirilməsi zamanı (söhbət əsasən "broyler" toyuqlarından gedir) cüzi miqdarlarda olsa da müxtəlif kimyəvi maddələrdən istifadə olunur (hormonlar, antibiotiklər və s.). Bu maddələr əsasən toyuğun dərisində və piyində toplanır. Bu səbəbdən toyuğun dərisini və görünən piyi istifadə etməyin, toyuğu bişirmək üçün təmizləyəndə bu hissələri kəsib tullayın.

    Alıntı
#06.11.2016 00:03 0 0 0
  • noimage

    Payızı sənə bənzədirəm...
    Nə qədər soyuqqanlı olsa belə.. özünü sevdirə bilən
    Payızı sənə bənzədirəm
    Hər gizli bucağında sanki bir əfsanə yatan...
    Payızı sənə bənzədirəm
    Uzaqkən sirli və əlçatmaz,yaxınkən tərəddüdlü və susqun...
    Payızı sənə bənzədirəm
    Üzücü xəyalı ilə insanı uzaqlara aparan...
    Payızı sənə bənzədirəm
    Tənhalığını,həsrətini kövrək-kövrək gizləyən...
    Payızı sənə bənzədirəm
    Hissləri dumanlı..arzuları bitkin..
    Payızı sənə bənzədirəm
    Eqoist əzəməti ilə dodaqlarda gülüşləri donduran...
    Payızı sənə bənzədirəm
    Duyğuları kövrəldib gözləri ağladan...
    Payızı sənə bənzədirəm
    Ona açılan qolları zalımcasına peşman edən...
    Payızı sənə bənzədirəm
    Kədər dolu notları fasiləsiz ifa edən...
    Payızı sənə bənzədirəm
    Səmasında tutqun buludlar rəqs eləyən...
    Payıızı sənə bənzədirəm
    Üfüqündə günəs batan...
    Payızı sənə bənzədirəm
    Baxışında min qəm yatan...
    Hə..Mən payızı sənə bənzədirəm.

    alıntı
#04.11.2016 08:11 0 0 0
  • noimage

    Sən də o zamanlar sevsəydin məni,
    Qəlbimi yad eşqə məhkum etməzdim.
    Sevmədən tutub da özgə əlləri,
    Özümə bu qədər cəza verməzdim.


    Sən bir kəz sevirəm desəydin mənə,
    Hər yerdə səsini soraqlamazdım.
    Adını bir kimsə çəkdiyi yerdə,
    Kənara çəkilib hey ağlamazdım.

    Sən bir kəz üzümə gülsəydin əgər
    Niyə gizlədərdim təbəssümümü?
    Hər gülən dodaqda səni axtarıb
    Niyə itirərdim sənsiz özümü?

    Bəlkə o zamanlar sevsəydin məni
    Sevginin varlığın danmazdım belə.
    Sevdiyin insan da sevsəydi səni
    İnan mən bu qədər yanmazdım belə.

    Sən kaş ki, əcəlim olardın mənim,
    Mənə qardaş deyib dostum olmazdın.
    Necə ki, eşqimə uzaq dururdun,
    Elə özümə də yaxın qalmazdın!

    Müəllif:İslam Qədirli
#04.11.2016 08:07 0 0 0