Sbela

Sbela

Üye
21.04.2014
Uzman Çavuş
5.380
Hakkında

  • Azərbaycanda yaşıllıqların mühafizəsi sahəsində müxtəlif iqtisadi həvəsləndirmə tədbirləri tətbiq ediləcək.

    Nazirlər Kabinetindən verilən məlumata görə, bu, yeni təsdiqlənən "Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları və Qaydası"nda öz əksini tapıb.

    Yeni qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formalarını və onların tətbiqi mexanizmini müəyyən edir.

    Qaydaya əsasən, yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları fəxri diplomlarla təltif edilmə, pul və ya xatirə hədiyyəsi ilə mükafatlandırılma, yaşıllıq salınması və bərpası məqsədi ilə su təminatını yaratma və əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin edilmə, yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsində layihələrin maliyyə mənbələrinin axtarılmasına dəstək verilmədir.

    Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə yerli büdcələrin, ətraf mühitin mühafizəsi üzrə fondların, tikinti layihələrinin ekologiya bölmələrinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri və qrantları, beynəlxalq və yerli təşkilatların ayırmaları, qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.

    Yaşıllıqların mühafizə sahəsində iqtisadi həvəsləndirmə yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsinə maraq göstərən hüquqi şəxslərə, birbaşa bu işə cəlb olunmuş işçilərə və vətəndaşlara şamil olunur.

    Yaşıllıqların bioloji inkişaf normalarının (faizlərinin) və mühafizəsinin qiymətləndirilməsi hər ilin sentyabr ayında həyata keçirilir. Mükafatlandırılma zamanı idarə, müəssisə və təşkilatlara - fəxri diplom və minimum əməkhaqqının 3-5 misli miqdarında birdəfəlik mükafat, birbaşa bu işə cəlb olunmuş işçilərə - aylıq vəzifə maaşının 1-2 misli miqdarında birdəfəlik mükafat, vətəndaşlara fəxri diplom və 400-800 manat məbləğində birdəfəlik mükafat veriləcək.

    5 il müddətində ardıcıl olaraq həmin yaşıllıqlara aqrotexniki qulluq göstərilməsini, onların zədələnmədən və məhv olmaqdan, habelə xəstəlik və zərərvericilərdən mühafizəsini həyata keçirənlərə - fəxri diplom və 1500 manat məbləğində birdəfəlik mükafat veriləcək.

    alıntı
#04.11.2016 07:56 0 0 0
  • Argentinanın paytaxtı Buenos Ayres yaxınlığındakı bir kənddə aşkar edilən tapıntı dünyanı şoka salmaqda davam edir.
    noimage

    Jose Antonio Nievas adlı fermer çay sahilində çuxura sıxışmış nəhəng bir yumurta görüb.

    Gözlərinə inanmayan Jose bunun bir dinozavr yumurtası olduğunu düşünüb.

    Yumurtanın, əslində, eramızdan əvvələ - armadilloya bənzəyən, 10.000 il əvvəl nəsli tükənən gliptodaya məxsus olduğu məlum olub.

    Amerika Təbii Tarix Muzeyinin direktoru Ross Makfee yumurtanın gerçək olduğuna inanan alimlərdəndir.

    Makfee "Daily Mail"ə açıqlamasında "Çox həqiqi görünür. Bunun kimi qabığı qalın yumurtaların parçalanması çox çətin. Bunun üçün günümüzə qədər qalmış ola bilər" deyib.

    noimage

    alıntı
#04.11.2016 07:45 0 0 0
  • Marşrut avtobuslarında çay, qəhvə içə-içə, dönər yeyə-yeyə avtobus idarə edən sürücüləri hər birimiz görmüşük. Bu o qədər adi hal alıb ki, hətta buna elə də əhəmiyyət vermirik. Ekspertlərsə qaydalara görə, sürücünün mütləq sükanı iki əllə tutmalı olduğunu, əks halda bunun faciə ilə nəticələnəciyini deyirlər.

    Sosial şəbəkədə paylaşılan bir foto müzakirələrə səbəb olub. Çay içə-içə marşrutu idarə edən sürücünün yayımlanan şəkli istifadəçilər arasında fikir ayrılığı yaradıb. Belə ki, bir qisim sürücünü tənqid edir, qınayır, bir qismi isə ona bəraət qazandırıb. Şərhlərdə bildirilir ki, sürücülərdə günah yoxdur. "Onlar plan verməlidirlər. Buna görə də nahara çıxmırlar. Bir "oborod" qalsalar, evlərinə çörək apara bilməyəcəklər. Maaş verilsə, adam kimi "obed"ə çıxarlar".

    BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova da "Ekspress"ə bildirib ki, sürücülər planla işləməyə məcbur olduqlarından, sahibkarlar onların qayda pozuntularına göz yumurlar. "Amma bu o demək deyil ki, sürücü yolda sükan arxasında qəhvə və ya bir stəkan su içirsə, bu, ona haqq qazandırır ki, acdı və ya susuzdu. Sürücünün bu məsuliyyətsizliyinə bəraət qazandırılması, onun vəziyyətinin ağır olması, maaş az alması, sahibkar tərəfindən əzilməsi kimi göstərilməsi də doğru deyil. Biz hər şeyə göz yumsaq, o zaman problemlərin həlli olmayacaq. Bəli, sürücü nöqsana yol verib, ümumiyyətlə, belə hal olmamalıdır. Sürücü su içmək istəyirsə, suyunu içməlidir. Əgər Əmək Məcəlləsinə uyğun şəkildə hüquqları pozularsa, o zaman bununla bağlı şikayət edə bilər. Amma heç vaxt sərnişini təhlükəyə qoyacaq davranışlar sərgiləyə bilməz".

    Yol təhlükəsizliyi və hərəkətləri qaydaları üzrə ekspert Azər Allahverənovun qəzetimizə dediyinə görə, bu kimi hallara plandan asılı olan marşrut avtobuslarında daha çox rast gəlinir: "Bir əliylə sükanı saxlayıb, o biriylə yemək yemək, çay içmək yolverilməzdir. Kim deyirsə ki, bu sürücü yazıqdır, həmin insanları başa düşə bilmirəm. Çünki həmin avtobus sürücüsünün avtobusla daşıdığı insanlar da yazıqdır. Sürücü sükanı birəlli idarə edərkən hansısa qəza vəziyyətinə düşər və belə bir fors-major vəziyyətdən çıxmaq üçün çeviklik, operativlik baxımdan nəqliyyat vasitəsini iki əllə idarə etməlidir. Sürücü bir əlində çay və ya kofe tutubsa, onun diqqəti həmin an içkisində, yeməyində olur. Bunlar yolverilməzdir".

    Onun sözlərinə görə, qanunda birmənalı şəkildə göstərilir ki, nəqliyyat vasitəsini idarə edərkən telefonla danışmaq olmaz və bu hərəkət cərimə sanksiyasına məruz qalır: "Ona görə ki, həmin məqamda sürücü bir əliylə telefonu tutur və bir əllə sükanı idarə etmək məcburiyyətində qalır, üstəlik onun diqqəti də yayınır. Məhz təhlükəsizlik baxımından sürücülərə nəqliyyat vasitəsini idarə edərkən sükanı iki əllə tutmaq tövsiyə olunur".

    Onun dediyinə görə, bunun qarşısının alınması üçün maarifləndirmə işi aparılmalı və avtobusların mənsub olduğu şirkət sahibləri bir qayda olaraq bu məsələ üzərində nəzarəti gücləndirməlidir: "Avtobus sürücüsü sərnişinləri təyinat nöqtələrinə təhlükəsiz şəkildə çatdırmağa borcludurlar. Təhlükəsiz şəkildə çatdırmağa maneçilik törədən hər hansı bir hərəkəti, təbii ki, onun tərəfindən törədilən xəta kimi dəyərləndirilməlidir".

    Yeri gəlmişkən, Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər (daşıyıcılar) qarşısında qoyduğu tələblərin icrasına nəzarət və ictimai nəqliyyat sistemində mövcud vəziyyətlə yerində tanış olmaq məqsədi ilə montirinqləri davam etdirir. Qurumdan bildirilib ki, növbəti belə monitorinq Qara Qarayev prospektində (8-ci kilometr bazarının yaxınlığındakı dayanacaq cibində) keçirilib. Monitorinq çərçivəsində 8-ci kilometr bazarının qarşısından keçərək Bakı kəndlərinə və qəsəbələrə hərəkət edən müxtəlif marşrut xətləri üzrə 10-dan artıq avtobusa baxış keçirilib. Müntəzəm sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrində avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Çatışmazlıqlar əsasən avtobusların sanitar və gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır. BNA-nın baş direktoru Vüsal Kərimli avtobusların natəmiz, eyni zamanda texniki baxımdan nasaz idarə edilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb. Bir sıra avtobuslarda isə sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib. Montorinq zamanı aşkarlanan bütün çatışmazlıqlar ayrı-ayrılıqda aktlaşdırılıb. Kərimli müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. Baş direktor bildirib ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobus bazasının təkmilləşdirilməsinə başlanıb. Bununla bağlı nəzərdə tutulan tədbrilər planına əsasən ilkin mərhələdə istismarda olan bütün avtobusların qeydiyyatı aparılıb. Növbəti mərhələdə isə avtobusların utilizasiyası həyata keçiriləcək. Bununla da texniki baxımdan yararsız olan və standartlara cavab verməyən avtobusların sərnişindaşımadan kənarlaşdırılması təmin ediləcək. Baş direktor sürücü-sərnişin münasibətlərində də müəyyən çatışmazlıqların olduğunu vurğulayıb.

    alıntı
#04.11.2016 07:43 0 0 0
  • Çoxillik iqlim normalarına görə, Azərbaycanda oktyabrın sonunda, noyabrın ilk günlərində müşahidə edilən hava şəraiti noyabrın 20-25-dən sonrakı dövr üçün səciyyəvidir.

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

    Onun sözlərinə görə, oktyabrın sonu - noyabrın əvvəlində Bakı və Abşeron yarımadasında havanın temperaturu 14-15 dərəcə isti olmalı idi. Lakin bu dövrdə 10-12 dərəcə isti müşahidə edilib ki, bu da həmin dövr üçün aşağıdır.

    M.Həsənov əlavə edib ki, oktyabrın sonu - noyabrın əvvəlində ölkənin digər əraziləri üçün də belə soyuq səciyyəvi deyil: "Belə hava noyabrın 20-25-dən sonra olmalıdır. Əvvəlki illərdə belə hal çox az-az olub. Azərbaycanda sonuncu dəfə 1972-ci ildə oktyabrın sonu - noyabrın əvvəlində belə soyuq hava şəraiti müşahidə edilib. 1972-ci ildən sonra ilk dəfədir ki, belə hal müşahidə edilib. Bu, ölkə ərazisinə şimal-qərb və şimaldan rütubətli hava kütləsinin daxil olması və onun uzun müddət hökmran olmasının nəticəsidir".

    M.Həsənov qeyd edib ki, artıq ölkə ərazisində rütubətli hava kütləsi transformasiya olunaraq yerli hava kütləsinə çevrilib. Nəticədə isə Azərbaycan ərazisinə cənub və cənub-şərq istiqamətli hava kütlələri daxil olub.

    M.Həsənov deyib ki, ölkə ərazisində bu hava kütləsinin dayanıqlı olacağı gözlənilmir.

#04.11.2016 07:36 0 0 0
#04.11.2016 07:33 0 0 0
  • Yerli icra hakimiyyəti orqanları Azərbaycannın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin siyahılarını hazırlayacaq

    Nazirlər Kabineti "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"də dəyişikliklər edib.

    Dəyişiklik müharibə veteranı adının verilməsi qaydası ilə bağlıdır.

    İndiyə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə daxili işlər, dövlət təhlükəsizliyi orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilib. Eyni zamanda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilib.

    Dəyişikliyə əsasən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilmə prosedurunun dəqiq müəyyənləşməsi və bu prosesdə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarında bundan sonra əsas götürüləcəyi ilə bağlıdır. Başqa sözlə, dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı veriləcək. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən,onun dublikatı) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən veriləcək.

    İndiyə qədər Müharibə veteranı" adı və müvafiq veteran vəsiqəsi Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilib. Dəyişikliyə əsasən isə bundan sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən veriləcək.

    Digər dəyişiklik vəsiqənin hazırlanması xərcləri ilə əlaqədardır. İndiyə qədər vəsiqənin hazırlanması xərcləri Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin vəsaiti hesabına ödənilib. Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən cəzaçəkmə müəssisələrində xidmət edən əməkdaşlara Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilib. Dəyişikliyə əsasən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin bu sahədə vəzifəsi ləğv olunub. Başqa sözlə, vəsiqənin hazırlanması xərcləri Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin vəsaiti hesabına ödəniləcək. "Silahlı Qüvvələr veteranı" adı və müvafiq veteran vəsiqəsinin verilməsi sahəsində də Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin səlahiyyəti ləğv edilib.

    Bu qərar qüvvəyə mindiyi tarixdən 30 gün müddətində yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin siyahılarını təsdiq edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidir.

    alıntı
#04.11.2016 07:24 0 0 0
  • noimage

    Bu gün səhər saatlarında Türkiyənin Diyarbəkir vilayətinin Bağlar qəsəbəsində böyük partlayış baş verib.
    Türkiyə mediasına istinadən məlumatına görə, partlayış polis idarəsinin qəsəbədəki binasının yaxınlığında olub.
    Hazırda həmin bölgədə polislərlə terrorçular arasında atışma gedir.
    Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları cəlb edilib.

    İlkin məlumatlara görə, partlayış nəticəsində 6 nəfər yaralanıb.


    alıntı
#04.11.2016 06:51 0 0 0
  • İnsanın sağlamlığı bir çox amillərdən asılıdır. Bu amillərdən ən vacib olanlardan biri qidalanmadır. Alimlərin fikrinə görə, qidalanma insan sağlamlığına irsiyyətdən daha böyük təsir edir. Bu səbəbdən biz daim düzgün və sağlam şəkildə qidalanmağa çalışmalıyıq. Düzgün qidalanmanın əsasları arasında məhsulların bir-biri ilə düzgün uyğunlaşmasıdır. Uyğun olmayan məhsulların birlikdə qəbulu onların tərkibində olan faydalı maddələrin mənimsənilməsinə mane olur ki, bunun nəticəsində insan hətta çox faydalı qidadan ona lazım olan maddələri ala bilmir.
    Həmçinin uyğun olmayan qidaların birlikdə qəbulu mədə-bağırsaq sistemini yükləyir, qarında ağrılara, köpə səbəb olur.

    Aile.lent.az saglamolun.az-a istinadən bəzi uyğun olan və olmayan məhsullar haqqında məlumat verir.

    1. Ət məhsulları və nişasta ilə zəngin olan məhsullar (makaron, düyü, kartof və s.)

    Nişasta zülalların parçalanmasına və mənimsənilməsinə mane olur. Bu isə qarın ağrılarına, köpə gətirib çıxardır. Bu səbəbdən diyetoloqlar bu məhsulları ətlə birlikdə yeməyi tövsiyə etmirlər.

    Ətdən mümkün qədər fayda almaq üçün və ətin mənimsənilməsini yaxşılaşdırmaq üçün onu tərəvəzlər (xüsusilə bibər, kələmin bütün növləri, kabaçok) və göyərtilərlə yeyin.

    2. Meyvələr və tərəvəzlər

    Həm meyvə, həm tərəvəzlər insan orqanizmi üçün olduqca faydalıdır. Lakin alimlər onları bir qida qəbulu zamanı yeməyi tövsiyə etmirlər.

    3. Ət və süd məhsulları

    Süd məhsulları (qatıq, pendir, kəsmik, xama və s.) kalsium və fosforla zəngindir. Kalsium və fosfor ət məhsullarında olan dəmirin mənimlənilməsi proseslərini pozur. Bu səbəbdən, məsələn, dolmanı qatıqla qəbul etmək düzgün sayılmır.
    Süd məhsulları şirin meyvə və göyərtilərlə uyğundur.

    4. Ət və paxlalılar (lobya, noxud, soya)

    Diyetoloqlar bitki və heyvani zülallarla zəngin olan məhsulları birlikdə qəbul etməyi tövsiyə etmirlər. Bu mədə-bağırsaq sistemini yükləyir, zülalların mənimsənilməsi proseslərinə mane olur.

    5. Ət qidalarından sonra çay və ya qəhvə

    Çay və qəhvənin tərkibində olan maddələr dəmirin mənimsənilməsini pozur. Bu səbəbdən ət xörəklərindən sonra çay və ya qəhvə içdikdə siz qəbul etdiyiniz ətin faydalı xüsusiyyətlərini azaldırsınız.

    6. Südlə sıyıqlar

    Bu da uyğun olmayan birləşmə sayılır. Diyetoloqlar südü digər məhsullardan ayrı qəbul etməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, bu, əsasən böyüklərə aiddir. Böyüklərin orqanizmində süd zülalını parçalayan ferment az olur və ya heç olmur ki, bu səbəbdən bir çox böyüklərdə süd qəbulundan sonra köp, qarında ağrılar yaranır.

    alıntı
#03.11.2016 12:37 0 0 0
  • noimage

    “Azərbaycanın ən qədim adət-ənənələrindən olan toy şənlikləri sıradan çıxmaq üzrədir”.

    Bu barədə açıqlamasında müğənni Manaf Ağayev bildirib. O qeyd edib ki, əvəllər ay ərzində 15-17 toya dəvət alırdıqsa, bu gün həmin rəqəm 3-5-ə düşüb:

    “İki il bundan əvvəl olan toylar bir də təkrarlanmayacaq. Azərbaycanda toy mühiti ölüb. Əvəllər bir ayda, hardasa 15-17 toya gedirdim. İndi 3-5 toy ola, ya olmaya. Sənət yoldaşlarımın eləsi var ki, heç bir toya da dəvət almır”.

    M.Ağayev toyların sayının az olmasının səbəbini maliyyə problemi ilə əlaqələndirib:

    “Camaatın imkanı yoxdur, həm də bu gün toylara gələn də yoxdur. Toy sahibi borca düşür. Sonuncu apardığım toylarda bunun şahidi olmuşam. Yarıdan çox yer boş qalır. Ona görə də, heç kəs toy etmir”.
#03.11.2016 12:34 0 0 0
  • noimage

    Banan yalnız formada qalmaq, enerji vermək üçün faydalı deyil, bir çox xəstəliyin də qarşısını alır. Aile.lent.az bananın faydalarını sadalayır.

    Depressiya: Depressiya keçirənlər arasında aparılan araşdırmalardan birində həmin insanların çoxunun banan yedikdən sonra özünü daha yaxşı hiss etməyə başladığı müəyyənləşib. Bunun səbəbi isə bananın bədəndə serotonini (insanı rahatlaşdıran və xoşbəxt hiss etdirən hormon) çevrilən zülal olan triptofan ehtiva etməsidir.

    PMS (Menstruasiya əvvəli sindrom): Həbləri unudun, banan yeyin. Ehtiva etdiyi B6 vitamini qan şəkəri səviyyəsini nizamlayır, bu da menstruasiya əvvəli sindrom dövründə qadının ruh halını dəyişdirmə gücünə malikdir.

    Anemiya: Banan qandakı hemoqlabin istehsalını canlandırır və anemiya vəziyyətində kömək olur.

    Təzyiq: Bu tropik meyvə təzyiqlə mübarizədə mükəmməl vasitədir. Yüksək kalium və aşağı duz ehtiva etməsi sayəsində təzyiqin öhdəsindən gəlir.

    Beyin gücü: İngiltərədəki məktəblərdən birində aparılan araşdırmada 200 şagird imtahan günləri ərzində naharda, fasilədə və günorta yeməyində banan yeyiblər. Araşdırma kaliumla zəngin bu meyvənin şagirdləri daha gümrah saxlayaraq, öyrənmə qabiliyyətini dəstəklədiyini sübut edib.

    Qəbizlik: Banan ehtiva edən pəhriz proqramında laksatifə (bağırsaqları fəaliyyətə gətirən dərmanlar) müraciət etmədən normal bağırsaq fəaliyyəti olur.

    Xora: Banan yumşaq toxuması və hamarlığı sayəsində bağırsaq pozulmalarına qarşı pəhriz qidası kimi istifadə oluna bilər. Həddən artıq mədə qıcqırmasının qarşısını alır.

    Axşamdan qalan bananı balla qarışdırın. Bu qarışım mədəni sakitləşdirir. Tükənən qan şəkəri səviyyəsini normaya salır.

    Sərinlik hissi verir: Bir çox ölkənin mətbəx mədəniyyətdə sərinləşdirici meyvə kimi istifadə edilən banan, hamilə qadınların fiziki və emosional istiliyini aşağı salma təsirinə malikdir.

    Ürək bulanması: Gün ərzində yemək paylar arasında yenilən banan qan şəkər səviyyəsini normada saxlayır və səhərlər ürək bulanmasının qarşısını alır.

    Ağcaqanad dişləməsi: Həşərat dişləməsi hallarında krem tapmadıqda və ya əlinizin altında olmadıqda dişlənən bölgəni banan qabığının içiylə ovun. Bu üsul şişən və qıcıqlanan hissəni müalicə edir.

    Sinirləri sakitləşdirir: Banan yüksək səviyyədə B vitamini ehtiva edir. Bu da sinirləri sakitləşdirməyə kömək edir.

    Artıq çəki: Avstriyalı tədqiqatçılar araşdırmalarında insanlarda artıq çəkinin daha çox iş yerində yığıldığını müəyyən edib. Buna səbəbsə iş prosesində şokolad və çipsi kimi rahat qidalar yeməkdir. Bunun qarşısını almaq üçün qan şəkərinin nizamlanmasına nəzarət etmək lazımdır. Ona görə də hər 2 saatdan bir yüksək karbohidratlı qidalar atışdıraraq səviyyəni sabit saxlamaq vacibdir.

    Bütün bu səbəblərə görə banan xəstəliklərə qarşı təbii bir dərmandır. 1 alma ilə müqayisədə banan 4 qat zülal, 2 qat karbohidrat, 5 qat A vitamini və dəmir, 3 qat fosfor və 2 qat daha çox digər vitamin və mineralları ehtiva edir.

    Eyni zamanda, kalium baxımından da zəngin olan bu meyvə ən qiymətli qidalardan biridir.

    alıntı
#03.11.2016 12:31 0 0 0
  • noimage

    Tanınmış müğənni Sevda Sanalıyevanın həyat yoldaşının birinci ailəsi olduğu hər kəsə məlumdur. Birinci evliliyinə son verib, müğənni S.Sanalıyeva ilə ailə quran Cəmil bəyin valideynləri və ilk həyat yoldaşı Lalə xanım bu izdivacla hələ də razılaşa bilmirlər.

    Sevda xanımın hazırkı həyat yoldaşı Cəmil bəyin keçmiş qayınanası Gülənbər xanım açıqlamasında Cəmil bəyin onun qızı Lalə ilə boşanmasının səbəbkarı müğənni Sevda Sanalıyevanın olduğunu bildirib.

    Ağlayaraq dərdini saytın əməkdaşına danışan Gülənbər xanım ifaçı S.Sanalıyevanı “yuvayıxan” adlandırıb:

    “Sizə zəng edən Gülənbər xanımdır. Müğənni-rəqqasə Sevda Sanalıyevanın indi yanına salıb, ərim-ərim dediyi kişinin keçmiş qayınanasıdır. Mənim qızımı boşayıb, gedib küçədə qalmışın birini aldı. Necə də utanmır, heç kişi də belə iş görər? Kürəkənim Cəmil 10 il idi ki, qızım Lalə ilə evli idi.

    noimage

    Gözümün ağı-qarası bir qızımı bədbəxt etdi. Bütün Şamaxı bu əclaflığa görə ondan üz çevirib. Hətta Cəmilin öz ata-anası da ona nifrət edir, onu bağışlamır. Qızım Lalə hal-hazırda qayınanasının yanındadır. Onlarla birgə qalır.

    Amma 30 yaşında, ərsiz bədbəxt qaldı. Allah bu zülmü götürməz. Onu orada gözüyaşlı qoyub, efirə çıxıb deyir ki, mən ailəmlə xoşbəxtəm. Qızımla iki əkiz balası var - bir qız, bir oğlan uşağı. O uşaqlar da o verilişə baxırdılar.

    noimage

    Belə nadürüstlük olmaz axı! İnsan necə vicdansız olar axı? 9 milyon insan bilsin ki, o, ər dediyi Sevdanın əri deyil, mənim qızımın əridir. Heç nəyin üstündə mənim qızımı boşadı, Sevdanı aldı. Bir günün içində Cəmil evdən əşyalarını yığıb, çıxıb gedib. Mən indi də qızıma deyirəm ki, ondan sənə ər olmayıb, olmayacaq da. Özümü xəstəliyə saldı, gözümün ağı-qarası bir balamı rüsvay etdi, tək qoydu. İki balasına da yazığı gəlmədi. Düz bir ildir ki, qızımla Cəmili Sevda boşatdırıb. Utanmır, efirdə ərim-ərim də deyir...”.

    noimage
    alıntı
#03.11.2016 12:22 0 0 0
  • noimage

    Ötən gün türkiyəli müğənni və aktyor Yavuz Bingöl “15 iyul Şəhidlər Körpüsü”ndə intihar etmək istəyən şəxsin həyatını xilas edib.

    Türkiyə KİV-nə istinadən xəbər verir ki, ifaçı çəkilişə gedərkən yolda bir gəncin özünü körpüdən atmaq istədiyini görüb, avtomobilindən enərək həmin şəxslə 10 dəqiqə söhbət edib və nəticədə onu intihar etmək fikrindən daşındıra bilib.

    “Çox şey etmədim, intihar etmək istəyən gənci görərək avtomobildən düşdüm. Pərəstişkarım olduğunu söylədi. Məni görüb sakitləşdi. Çəkilişə gecikdim, amma bir gəncin həyatını xilas etdim”, - deyə Y.Bingöl müsahibə verib.

    alıntı
#03.11.2016 12:12 0 0 0
  • İnsanların əksəriyyəti sağlam şəkildə qidalanmır, az hərəkət edir, az su içir, daim stresslərə məruz qalır ki, bunun nəticəsində bağırsaqların normal fəaliyyəti pozulur və qəbizlik inkişaf edir.

    Xalq təbabətində qəbizlikdən qurtulmaq üçün çoxlu sayda reseptlər var.

    Main-board ən faydalı reseptlərdən birini təqdim edir:

    1 stəkan təzə qatığa 1 desert qaşığı zeytun yağı və 1 desert qaşığı buğda kəpəyi əlavə edin, yaxşı qarışdırın və axşam yatmazdan 1-2 saat əvvəl için.

    alıntı
#03.11.2016 12:07 0 0 0
  • Təhminə Rafaella “İçəri şəhər” filmindəki roluna görə Türkiyənin 5-ci Van gölü Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görüldü. Festival 28-31 oktyabr tarixlərində Van şəhərində keçirilib.

    noimage

    Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

    Bu barədə kinostudiyadan bildirilib.

    Qeyd edək ki, “İçəri şəhər” filmi 35-ci Qahirə və 47-ci Hindistan Beynəlxalq Film festivallarına dəvət alıb.

    Filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

    Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

    alıntı
#03.11.2016 12:05 0 0 0
  • Ekspert bildirib ki, devalvasiyanın sonu görünmür

    "Ən çox verilən sual manatın taleyi ilə bağlıdır. Əksəriyyəti də qısamüddətli proqnoz maraqlandırır. Lakin bu məsələ üzrə qısamüddətli proqnoz vermək çətindir. Çünki manatın məzənnəsi inzibati yolla müəyyən olunur. Kiçik dövr çərçivəsində Mərkəzi Bank istənilən məzənnəni təyin edə bilər (özünün zərərinə olsa belə). Buna görə də ciddi proqnoz uzunmüddətli (ən azı 1 illik) ola bilər".

    Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov şərhində deyib.

    Əkrəm Həsənov bildirib ki, uzunmüddətli perspektivdə manatın taleyi acınacaqlıdır: "Dolların xeyli bahalaşması və yaxın ildə 2 manatdan, sonra isə yəqin ki, 3 manatdan da baha olması qaçılmazdır. Niyə? Ona görə ki, ölkənin valyuta gəlirləri azala-azala gedir və gedəcək. İstənilən əmtəə azdırsa, qiyməti bahalaşır. Deməli, ölkədə dollar azaldıqca, qiyməti də artacaq. Dollarımız isə azalır, o cümlədən valyuta ehtiyatlarımız da (həmçinin Neft Fondunun səriştəsiz fəaliyyəti nəticəsində).Valyuta gəlirlərimiz ona görə azalır ki, neftin qiyməti ən azı artmır və böyük ehtimalla yenə düşəcək (iqtisadi əsaslarla yanaşı geosiyasi səbəblər də var). Digər tərəfdən, neft hasilatımızın da həcmi azalır. Deməli, daha az neft satırıq, özü də aşağı qiymətlə. Neft və qaz Azərbaycanın yeganə valyuta gəliri mənbəyidir. Dünya bazarında əhəmiyyətli həcmdə başqa heç nə satmırıq. Çünki qeyri-neft sektorumuz, o cümlədən kənd təsərrüfatı inkişaf etməyib və etmir də. Sahibkarlığın inkişafı üçün ciddi və real tədbirlər görülmür, məmurlar Prezidentin göstərişlərini yerinə yetirmir. Məhkəmə sistemi bərbad gündədir. Buna görə də sərmayə qoyub iş görmək istəyən yoxdur.Xaricə nə isə satmağımız bir tərəfə, heç özümüzü də təmin edə bilmirik, ərzaqın da böyük hissəsini idxal edirik. Təbii, neft gəlirləri hesabına. Deməli, valyuta gəlirlərimizin bir hissəsi ərzaqa xərclənir".

    Ekspert bildirib ki, devalvasiyanın sonu görünmür: "Görünməsi üçün indidən tədbirlər görmək lazımdır. İlk növbədə də müstəqil və obyektiv məhkəmə sistemi olmalıdır ki, sahibkarlarda əminlik hissi yaransın və yavaş-yavaş iqtisadiyyatımız dirçəlsin. “Müstəqil və obyektiv” dedikdə məhkəmələrin siyasi iradədən heç asılı olmaması ehtiva olunmur. Belə şey heç bir ölkədə yoxdur, buna inanmayın. Ən azı iqtisadi məsələlər üzrə məhkəmələr obyektiv olmalıdır, korrupsiyaya bulaşmamalıdır (məsələn, Birləşmiş Ərəb Əmirliklərində olduğu kimi).

    Sıravi vətəndaşlara manatın devalvasiyasının bir əsas indikatorunu göstərə bilərəm: Elman Rüstəmov. Bank sistemi və milli valyuta etimada söykənən institutlardır. Bu etimad ilk növbədə Mərkəzi Bankın rəhbərinə olan etimadla ölçülür. Azərbaycanda isə Mərkəzi Bankın sədri ən nüfuzsuz məmurlardan biridir, sözünə heç etimad yoxdur, düz danışanda belə. Buna görə də məntiqlə çoxdan istefaya göndərilməli idi. Amma göndərilmir. Niyə? Ona görə ki, devalvasiya bitməyib. Bu “qara” işi yekunlaşdırmağı başqasına həvalə etmək isə əlverişsizdir, çünki yenisi də dərhal hörmətsiz olacaq. Buna görə də nə qədər ki, Elman müəllim vəzifəsindədir (yəni onun başı baş bankir, imzası isə manatın təminatçısı kimi görünürsə), bilin ki, devalvasiya dəqiq bitməyib (bunu hələ ötən ilin aprelində onu yenidən vəzifəsinə təsdiq edəndə demişdim). Sonrasını isə zaman göstərər"..
#03.11.2016 10:36 0 0 0
  • Son illər paytaxtda gənclər və məktəblilər arasında Hellouin bayramına maraq getdikcə artmağa başlayıb. Hətta bir çoxları bu bayramı xüsusi qeyd etmək üçün restoran və kafelərdə zal sifariş edir, müxtəlif kostyumlar geyinərək məkana təşrif buyurur, gecə saatlarına qədər atılıb-düşür, mənşəyini bilmədiyi bu bayramı xüsusi canfəşanlıqla qeyd edir.

    Bəs gənclərimiz tərəfindən coşğu ilə qeyd edilən bu bayram necə yaranıb? Onun kökləri hara qədər gedib çıxır?

    Bu qəribə bayramın kökləri xristianlıqdan öncəki dövrə qədər uzanıb gedir. İngiltərə, İrlandiya və Şimali Fransa ərazisində yaşayan Kelt tayfaları ili iki yerə – qış və yaya bölmüşdülər. 31 oktyabr keltlər üçün ilin son günü sayılırdı. Bu tarix eyni zamanda məhsul yığımının sonu, qış mövsümünə keçid idi. Kelt tayfalarının təqviminə əsasən, 31 oktyabr qışın gəlməyindən xəbər verirdi.

    Yeni il bayramı 1 noyabr tarixində qeyd edilirdi. Qədim kelt inancına görə bu gecə canlı və ölülər dünyası öz qapılarını açır, paralel dünyaların məxluqları dünyaya qonaq gəlirdi. Bu gecə Samayon və ya Samheyn gecəsi adlanırdı. Başqa dünyaların qonaqlarının qurbanına çevrilməmək üçün keltlər evdə ocağı söndürür, heyvan dərisi geyinirdilər.

    Keltlər evlərin qırağında ruhlar üçün yemək saxlayır, özləri isə druidlərin qaladığı ocağın ətrafına yığışır, qurbanlar kəsirdilər. Qurban kəsdikdən sonra müqəddəs alovu evə aparırdılar. Bayramın simvolu balqabaq idi. Balqabaq təkcə yayın və məhsul yığımının sonu yox, eyni zamanda şər qüvvələri qorxutmaq üçün istifadə edilirdi. Keltlər balqabağı oyur, içinə müqəddəs ocaqdan köz qoyurdular.

    Bu bayram nəsildən-nəsilə ötürülərək, birinci əsrə qədər davam etdi. Romalıların hücumundan sonra, Britaniya və İrlandiyada yaşayan keltlər xristianlığı qəbul edərək, qədim adətlərdən əl çəkmək məcburiyyətində qaldılar. Amma Samheyn gecəsi barədə xatirələr danışılmağa başlandı.

    Papa 3-cü Qriqorinin əmri ilə 9-cu əsrdə Müqəddəslər Günü bayramı bir noyabra təyin edildi. Bununla da Kilsə bütpərəst adətləri tam silmək istəyirdi. Amma əksinə oldu. Bu bayram yenidən qeyd edilməyə başlandı. Bayramdan əvvəlki gecə, qədim ingilis dilində “All Hallows Even” kimi səslənirdi (Bütün Müqəddəslərin gecəsi). Sonradan isə qısaldılaraq “Hallowe’en” və “Halloween” kimi səslənib.Beləcə, bayramın müasir adı yarandı.

    alıntı
#03.11.2016 10:34 0 0 0
  • Xoşbəxt bir evlilik üçün iş yerinizdən ilham ala bilərsiniz. Mükəmməl evlilik üçün məsləhətlərimizi oxuyun. Uğurlu bir karyera üçün komanda işinin nə qədər vacib olduğunu göstərən bir çox araşdırma var. Komanda yoldaşları ilə yaxşı yola getmək, lazım gəldikdə kömək istəmək, səbrli olmaq və ya ortaq məqsəd üçün işləmək… Bunları hamımız bilirik. Bəs iş həyatında uğura aparan bu tövsiyələri evliliyinizə də tətbiq edə biləcəyinizi düşünmüşdünüz? Həm də bu məsləhətlər əslində xoşbəxt bir evliliyin ən vacib addımlarıdır. Yəni mükəmməl evliliyin sirri iş yerinizdədir.

    Kömək istəyin

    Verimli iş üçün komanda yoldaşlarınızdan kömək istəməyin vacib olduğunu bilirsiniz. Çünki birindən kömək istəyə bilmək düşünüldüyündən daha çətindir. Kömək istədikdə qarşınızdakı insana olan hörmətinizi, təcrübələrinə, bacarıqlarına, ya da düşüncələrinə qarşı olan inancınızı göstərmiş olursunuz. Həmçinin bunu evliliyinizə də tətbiq etdikdə partnyorunuza hörmət və inamı göstərirsiniz. Bu zaman çətin anlarınızda kömək istəyə biləcəyiniz birinin olduğunu bir daha başa düşəcəksiniz.

    Bir-birinizlə fəxr edin

    Evlilik bir çox cəhəti ilə iş həyatına bənzəyir. İş yerinizdəki daim uğurlu olan qruplara baxın. Hamısının sirri eynidir. Komanda üzvləri bir-birinin uğuruna kölgə salmağa çalışmır. Əksinə bir-birləri üçün xoşbəxt olmağı bacarırlar. Evlilikdə də qarşı tərəfin uğurları sizi xoşbəxt edə bildikdə və onun üçün sevindikdə mükəmməl münasibət üçün ən vacib addımı atmış olursunuz.

    Səbrli olun

    İş həyatında bir işin bitməsi üçün günlərlə, aylarla çalışdığımız vaxtlar olur. Müdirimizə, iş yoldaşlarımıza, ya da müştərilərə davamlı olaraq səbr göstərməli oluruq. Ancaq məsələ münasibətə gəldikdə o qədər səbrli olmuruq. Halbuki səbrli olmaq qarşımızdakı insana əhəmiyyət verdiyimizi göstərməyin ən yaxşı yoludur. Partnyorumuza olan inamımızı, bir şəkildə işləri yoluna qoyacağımıza dair inancımızı göstərmək üçün sözlərdən çox səbrli olmaq işə yarayır. Əlbəttə sərhədlərinizin aşılmasına icazə verməyə ehtiyac yoxdur, amma həll oluna bilən problemlər üçün deyinmək yerinə səbr etmək, sənə inanıram deməyin ən yaxşı yoludur.

    alıntı
#03.11.2016 10:27 0 0 0
  • Arzuedilməz hamiləlikdən qorunmaq üçün qadınlar bəzən müxtəlif “dədə-baba” üsullarından istifadə edir.
    Təəssüf ki, əksər hallarda bu üsullar hamiləlikdən qorumur.

    D digər tərəfdən bu üsulların tətbiqi qadın sağlamlığına ciddi ziyan vura bilər. Bu “üsullar” arasında:
    – Cinsi əlaqədən dərhal sonra uşaqlıq yolunun su ilə dərin yuyulması. Bu vasitənin istifadəsi tam effektsizdir. Məsələ burasındadır ki, spermatozidlərin bir qismi cinsi əlaqədən bir neçə saniyə sonra uşaqlıq boynuna çatır. Həmçinin uşaqlıq yolunun dərin yuyulması ziyanlı sayılır. Uşaqlıq yolu özü özünü təmizləmək qabiliyyətinə malikdir. Belə dərin yuyunma uşaqlıq yolunun normal mikroflorasını pozur ki, bu da uşaqlıq yolunun mikroblara və infeksiyalara qarşı davamlılığını azaldır. Nəticədə qadında cinsiyyət sistemi iltihabların və infeksiyaların riski artır.
    – Cinsi əlaqədən sonra uşaqlıq yolunun limon, soda və ya sirkə əlavə olunmuş su ilə yuyulması. Bu üsul də həm lazım olan effekt vermir, həm də uşaqlıq yolunun mikroflorasını pozur.
    – Marqans əlavə olunmuş su ilə yuyunma. Bu üsulun təbiqi uşaqlıq yolunun selikli qişasını yandıra bilər.
    – Uşaqlıq yoluna aspirin həbin, limon diliminin, kiçik sabun tikəsinin yerləşdirilməsi. Üsul həm hamiləlikdən qorumur, həm də ciddi iltihabın yaranmasına səbəb ola bilər.
    – Qaynar su ilə ayaq vannası. Bu vasitə də lazım olan effekt vermir və həmçinin sağlamlıq üçün çox ziyanlıdır – ayaq damarlarında ciddi pozulmaların inkişafına səbəb ola bilər.
    – Müxtəlif otlardan istifadə. Bu da çox effektsiz və bəzən təhlükəli üsuldur. Bəzi ot dəmləmələrinin həddindən artıq qəbulu ciddi zəhərlənməyə və s. fəsadlara səbəb ola bilər.

    Müasir dövrdə hamiləlik əleyhinə həblər və uşaqlıq daxili “spiral” arzuedilməz hamiləlikdən qorunmaq üçün ən effektli vasitələr sayılır.

    alıntı
#03.11.2016 08:13 0 0 0
  • noimage

    İngiltərəli 105 yaşlı qadının həyatı boyunca 23 baş nazir və 4 monarx hakimiyyətdən gedib.

    Eylin Eş adlı britaniyalı qoca hər gün çaxır içir, açıq sarı rəngli maşın sürür və yoqa ilə məşğul olur. Eylin maşını özünə 90 yaşında alıb, yoqa ilə isə 30 ildir ki, məşuldur.

    “Yoqa ilə məşğul olmaq, nəinki, mənə fiziki cəhətdən, eyni zamanda mənəvi cəhətdən kömək edir. Mənim əzələlərim ağramır. Özümü çox yüngül hiss edirəm. Düzdür, qidama da fikir verirəm. Düşünürəm, yəqin, bədənim qocalanda ağrayar. Amma nə zaman qocalacağımı bilmirəm”, – deyə Eylin gülərək bildirib.
    noimage

    alıntı
#03.11.2016 08:10 0 0 0