Sbela

Sbela

Üye
21.04.2014
Uzman Çavuş
5.380
Hakkında

  • 2017-ci il Qırmızı Xoruz ili üzərində təhvil olunur. Xoruz - Günəşin rəmzidir, çünki səhər məhz onun məlahətli "nəğməsi" ilə başlayır. Şərq ölkələrində, o birbaşa günəş istisi ilə bağlıdır: Hindlilər onu günəş enerjisinin təcəssümü sayır, yaponlar xoruzu ilk işıq adlandırırlar. Çinlilər isə Xoruzda 5 yaxşılıq rəmzləri görür: Cəsarət, xeyirxahlıq, sədaqət, ləyaqət və xeyirxahlıq. Bəs bu il bizə gətirəcək?

    bürclərə görə 2017-ci ilin proqnozunu təqdim edirik:

    Qoç (21 mart - 19 aprel)

    Layiqli istirahət

    İki ili "Bütün həyat mübarizədir" devizi altında keçirdikdən sonra nəhayət ki, çətin günlər arxada qalacaq. Bu bürcün nümayəndələri üçün öz gərgin əməyinin bəhrəsini dadmağın zamanı çatıb. Amma demək olmaz ki, bütün nemətlər Qoçların ayaqlarının altına düzüləcək. Nə isə əldə etmək üçün bəzi səylər göstərmək və diqqətli olmaq lazım olacaq.

    Buğa (20 aprel - 20 may)

    Həyatdan zövq almağın zamanı gəlib!

    Meymun ili bitmək üzrədir, deməli, bütün uğursuzluq və məğlubiyyətlər, daimi təlaş və gərginlik arxada qalıb. Nəhayət ki, həyatdan zövq almağın, sakitləşməyin vaxtı çatıb. Ulduzlar əlbəttə ki, bütün ili yağ-bal içində keçirəyəcəyinizə təminat vermir. Amma maddi itkiləri müsbət emosiyalara bağışlamaq olar.

    Əkizlər (21 may -20 iyun)

    Pozitiv zamanı!

    Xoruz ili sizin üçün xoş təəssüratlar və uğurlu işlərlə dolu olacaq. Əkizləri bütün münasibətlərdə pozitiv gözləyir, bir sözlə, onlar hətta havada belə möcüzə qoxusu hiss edəcək.

    Xərçəng (21 iyun 22 iyul)

    Ağır yüklərə əlvida!

    Fortuna sizi çox maraqlı insanlarla görüşdürəcək, hansı ki, onlar ömrünüzün sonuna qədər sadiq dostlarınız olaraq qalacaq və inkişafınıza təsir göstərə biləcəklər. Kimlərsə də illərlə həyatına ağır yük olmuş insanlardan xilas ola biləcək.

    Şir (23 iyul - 22 avqust)

    Hər şeyi əldə edəcəksiniz!

    Mənfəət uğrunda döyüşmək onlara lazım olmayacaq, çünki Şirlər buna qətiyyən hazır deyil. Bu bürcün nümayəndələri hər şeyi özləri əldə etməyə öyrəşib. Ona görə də hadisələrin sizin xeyrinizə olması təbii olaraq Şirləri əvvəlcə bir qədər utandıracaq. Tale isə onlara gözəl şans bəxş edəcək və yalnız əlverişli nəticəsi olan gözlənilməz vəziyyətlərlə üzləşdirəcək.

    Qız (23 avqust - 22 sentyabr)

    Qətiyyət sınaqlara qalib gələcək!

    Gələn ildən möhkəm olmaq vaxtı yetişib. Bu qətiyyət Qız bürcündən olanlara Xoruz ilində bir çox sınaqların öhdəsindən gəlməyə kömək edəcək. Hadisələrin gedişini öz xeyrinizə dəyişmək üçün daha bacarıqlı taktika seçmək və istifadə etmək lazımdır.

    Tərəzi (23 sentyabr - 22 oktyabr)

    Hər işin öhdəsindən gələcəksiniz!

    Tale öz rifahını yaxşılaşdırmaq üçün Tərəzilərə çoxlu şans verəcək, yalnız onları qaçırtmamaq lazımdır. Bir layihədən yapışıb onun həyata keçirilməsi üçün bütün gücünü qoymaq və qətiyyət göstərmək lazımdır.

    Əqrəblər (23 oktyabr - 21 noyabr)

    Böyük dəyişikliklər astanasında!

    Əqrəblər böyük dəyişikliklərdən keçərək həyatını "əvvəl" və "sonra"-ya böləcək. Onlar külək sürəti ilə həyatında dəyişikliklər edəcək, köhnə həmkarları, cansıxıcı işi geridə qoyub yeni həyata başlayacaqlar. Dəyişikliklər bu bürcün nümayəndələrinin dünyagörüşü dəyişəcək.

    Oxatan (22 noyabr - 21 dekabr)

    Çoxlu perspektivlər

    Bu bürcün nümayəndələrinin nikbin təbiəti və güclü energetikası onların qarşısında böyük perspektivlər açacaq. Onlar yaranan problemlərə kənardan izləyici gözü ilə baxa biləcəklər. Bu isə Oxatanlara təslim olmadan istənilən vəziyyətin öhdəsindən gəlməyə, o cümlədən əsəblərini qoruyub saxlamaqla və vaxta qənaət etməklə problemləri asanlıqla həll etməyə kömək edəcək. Bu və ya digər hallarda Ulduzlar sizin tərəfinizdədir.

    Oğlaq (22 dekabr - 19 yanvar)

    Özünlə məşğul ol!

    Ulduzlar prioritetləri düzgün hesaba almağı məsləhət görürlər. Odur ki, ilk növbədə özünüzü düşünün və özünüinkişafla məşğul olun. Dünyaya yeni baxış sizi sevindirəcək və ətrafınızda hər şey dəyişməyə başlayacaq. Problemlər gözünüzdə daha qlobal görünməyəcək və Oğlaqlar ən xırda şeylərdən zövq almağı bacaracaqlar.

    Dolça-Su tökən (20 yanvar - 18 fevral)

    Bu, sizin ilinizdir!

    2017-ci il bütün cəhətlərdən Dolça bürcünün ilidir. Məsələ ondadır ki, bu bürcün nümayəndələri ilə İlin Sahibi (Xoruz) ilə ruhən bir-birinə çox yaxındır. Bu insanlar təbiətcə yaradıcıdır, onlar mürəkkəb vəzifələr üzərinə götürmək istəmir və çətinliklərdən həmişə qaçırlar. Hər halda Xoruz ili öz mülahizələrinin doğruluğunu nümayiş etdirmək üçün Dolçalara çoxlu imkanlar verəcək.

    Balıq (19 fevral-20 mart)

    Durğunluğa son!

    2017-ci il bir çox hallarda Balıq bürcünün nümayəndələri üçün əlamətdar olacaq. İlk növbədə ona görə ki, onların həyatında təxminən 10 il davam durğunluq dövrü başa çatacaq. Onlar sanki yuxudan ayılacaq, işsizlik yükündən xilas olacaq və özündə inanılmaz enerji partlayışı hiss edəcəklər.


    alıntı
#03.01.2017 09:36 0 0 0
  • Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 3-6° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

    Rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin axşam Böyük Qafqazın bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

    Dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    alıntı
#19.12.2016 13:01 0 0 0
  • Bayram günlərində Bakı və Sumqayıt şəhərlərində bayram yarmarkaları təşkil ediləcək.

    Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 24-31 dekabr tarixlərində fasiləsiz olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
    Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunacaq:

    Bakı şəhəri üzrə:

    Xətai rayonu:
    -Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı

    Nərimanov rayonu:
    -Keşlə bazarının ərazisi;

    Səbail rayonu:
    -Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

    Suraxanı rayonu:
    -Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

    Binəqədi rayonu :
    -Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

    Sumqayıt şəhəri üzrə (2 yerdə):
    -12-ci mikrorayon
    -köhnə avtovağzalın yanı

    Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

    alıntı
#19.12.2016 12:59 0 0 0
  • “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” ölkə prezidentinin sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

    Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv davam etdirilən axtarış – xilasetmə əməliyyatları, uzunluğu 100 km və eni isə 72 km olan geniş ərazini əhatə etməkdədir.

    Hazırda hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti və sürəti təhlil olunaraq, axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib və bununla əlaqədar olaraq, adıçəkilən Qərargah tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzləri ilə mütəmadi məlumat mübadiləsi aparılmaqdadır.

    Eyni zamanda, sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən də axtarış tədbirləri həyata keçirilməkdədir.

    alıntı
#19.12.2016 12:56 0 0 0
  • noimage

    Xəbər verdiyimiz kimi ,bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

    Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

    Yayılan məlumata görə, baş verən hadisə nəticəsində itkin düşən neftçilərdən birinin cəsədi tapılıb. Həmin şəxsin operator Cavid Bəhramov olduğu bildirilir.

    itkin düşən neftçilərdən 5-i Ələt qəsəbə sakindir.

    Zülfüqarov Güloglan Hacıbala oğlu 23 dekabr 1965-ci ildə anadan olub. Səkkiz uşaq atasıdır.

    Həyat yoldaşı: Zülfüqarova Tamara İsmayıl qızı – 02.10.1967
    Oğlu – Zülfüqarov Pərvin Güloğlan oğlu – 30.06.1988
    Oğlu – Zülfüqarov Elvin Güloğlan oğlu – 06.09.1990
    Oğlu – Zülfüqarov Etibar Güloğlan oğlu – 05.12.1991
    Oğlu – Zülfüqarov Elçin oğlu – 28.11.1993
    Oğlu – Zülfüqarov Şahid Güloğlan oğlu – 25.02.1996
    Qızı – Zülfüqarova Ülkər Güloğlan qızı – 30.01.1999
    Qızı – Zülfüqarova Günel Güloğlan qızı – 23.05.2001
    Qızı –Zülfüqarova Şəfəq Güloğlan qızı–26.09.2003(hipertoniya xəstəsi)

    Zülfüqarov Azay Hacıbala oğlu 8 avqust 1971-ci ildə anadan olub. İki uşaq atasıdır.

    Həyat yoldaşı- Zülfüqarova Çimnaz Qaraş qızı – 28.08.1977
    Oğlu - Zülfüqarlı Süleyman Azay oğlu – 22.08.2013
    Oğlu - Zülfüqarlı Amin Azay oğlu – 30.12.2014

    Qafarov İlham Əlihüseyn oğlu 6 mart 1967-ci ildə Ələt qəsəbəsində dünyaya gəlib. 3 uşaq atasıdır.

    Həyat yoldaş –Qafarova Rəsmiyyə Şərif qızı- 06.03.1967
    Oğlu – Qafarov İsmixan İlham oğlu – 17.08.1984
    Oğlu – Qafarov Orxan İlham oğlu- 31.01.1991
    Qızı – İsayeva Xumar İlham qızı – 25.01.1987 (evlidir, 2 uşağı var)

    4. Bəhrəmov Cavid Ayatxan oğlu 23 sentyabr 1967-cı ildə anadan olub. 3 uşaq atasıdır.

    Həyat yoldşaı – Bəhrəmova Nüşabə Habil qızı- 20.05.1969
    Oğlu – Bəhrəmov Xalid Cavid oğlu – 30.12.1995
    Qızı – Babayeva Müşərrəf Cavid qızı – 06.06.1990 (evlidir)
    Qızı –Bədəlova Aysel Cavid qızı – 24.01.1992 (evlidir)

    5. Əsədov Samir Atabala oğlu 4 yanvar 1979-cu ildə Ələt qəsəbəsində doğulub. 3 uşaq atasıdır.

    Həyat yoldaşı - Əsədova Mərziyyə Əliyusif qızı – 09.08.1983
    Qızı – Əsədova Həcər Samir qızı – 18.12.2006
    Qızı – Əsədova Simarə Samir qızı – 15.02.2005
    Oğlu – Əsədli Cavid Samir oğlu – 29.11.2012

    alıntı
#15.12.2016 11:12 0 0 0
  • Bu gün Mərkəzi Bank (MB) növbəti valyuta hərracı keçirib.

    Hərracda dolların məzənnəsi yenidən bahalaşıb.

    Belə ki, hərrac 1 ABŞ dolları üçün 1,7475 AZN/USD məzənnəsi ilə başlayıb və 1,7525 AZN/USD məzənnəsi ilə yekunlaşıb.

    Beləliklə, sabah dolların məzənnəsinin bir qədər də bahalaşacağı istisna olunmur.

    alıntı
#15.12.2016 09:28 0 0 0
  • Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin “Vixr-5” və “Vixr-8” gəmiləri artıq hadisə yerindədir, axtarışlar aparılır.

    Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

    SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

    İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

    1. Zülfüqarov Güloglan - maşinist

    2. Zülfüqarov Azay - operator

    3. Qurbanov Vidadi - operator

    4. Həsənov Elçin - mexanik

    5. Hacıəliyev Həsənağa - operator

    6. Qafarov İlham - operator

    7. Əsədov Samir - operator

    8. Bəhrəmov Cavid - operator

    9. Abbasov Ramiz - maşinist

    10. Rüstəmov Qorxmaz - operator

    Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

    Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

    alıntı
#15.12.2016 09:26 0 0 0
  • Eski dostumdan sevgili yapabilirim ama eski sevgilimden dost yapmaya çalışmak;
    1 metrelik kumaştan entari yapmaya benzer. Giy giyebilirsen!

    alıntı
#14.12.2016 13:53 0 0 0
  • İNGİLİZ yazarı Bernard Shaw, ihtiyarlık yıllarında evinin bahçesiyle çokça uğraşıyordu. Bir gün karısını ziyarete gelen yaşlı bir hanım, onu elinde çapa, iki büklüm olmuş durumda görünce tanıyamadı. Gözlüklerini düzelttikten sonra:

    "Günaydın bahçıvan efendi," dedi. "Siz Bernard Shaw’un yanında ne zamandan beri çalışıyorsunuz?"

    "Kendimi bildim bileli..."

    "Verdikleri ücret sizi geçindiriyor mu?"

    "Yalnız yiyeceğimi veriyorlar."

    Yaşlı kadın, bahçıvanın bu hâline acımış olacak ki:

    "Eğer benimle çalışırsanız, size yiyecek ve giyecekle birlikte yeterli aylık da verebilirim" diye bir teklifte bulundu.

    Bernard Shaw: "Teşekkür ederim, bayan. Ne yazık ki ben, Bayan Shaw’a ömür boyu bağlayım" diye bu teklifi geri çevirdi.

    Yaşlı bayan biraz da kızarak: "Ama bu tutsaklıktan, kölelikten başka bir şey değil..." dedi.

    Bernard Shaw ise, gülerek: "Hayır sayın bayan" dedi. Biz buna "evlilik" diyoruz."

    Selim Gündüzalp
    Sevgi Öyküleri Kitabı
#14.12.2016 06:52 1 0 0
  • noimage

    Uzun zaman önce, dünya yaratılmadan, insanlar dünyaya ayak basmadan önce, iyi huylar ve kötü huylar ne yapacaklarını bilemez vaziyette dolanıyorlarmış. Bir gün, toplanmışlar ve her zamankinden daha sakin oturuyorlarken Saflık ortaya bir fikir atmış:

    "Neden saklambaç oynamıyoruz?"

    Ve hepsi bu fikri beğenmiş, ve hemen çılgınlık, bağırmış:

    ‘’Ben ebe olmak ve saymak istiyorum, Ben ebe olmak istiyorum!" ve başka hiç kimse Çılgınlığı arayacak kadar çıldırmadığı için, Çılgınlık bir ağaca yaslanmış ve saymaya başlamış, 1, 2, 3 ....Ve Çılgınlık saydıkça,iyi huylarla kötü huylar saklanacak yer aramışlar.

    Şefkat Ay'ın boynuzuna asılmış;

    İhanet çöp yığınının içine girmiş;

    Sevgi bulutların arasına kıvrılmış;

    Yalan bir taşın altına saklanacağını söylemiş ama yalan söylemiş çünkü gölün dibine saklanmış;

    Tutku dünyanın merkezine gitmiş;

    Para hırsı bir çuvalın içine girerken çuvalı yırtmış.

    Ve Çılgınlık saymaya devam etmiş, 79, 80, 81, 82.....

    Aşkın dışında bütün iyi huylar ve kötü huylar o ana kadar zaten saklanmış.Aşk, kararsız olduğu gibi, nereye saklanacağını da bilmiyormuş..

    Bu bizi şaşırtmamalı çünkü hepimiz Aşkı saklamanın ne kadar zor olduğunu biliriz.Ve Çılgınlık 95, 96, 97... ya gelmiş ve 100'e vardığı anda, Aşk sıçrayıp güllerin arasına girmiş ve saklanmış.Ve Çılgınlık bağırmış :

    "Sağım solum sobedir, geliyorum!", ve arkasını döndüğünde, ilk önce Tembelliği görmüş, o ayaktaymış çünkü saklanacak enerjisi yokmuş. Sonra Şefkati ayın boynuzunda görmüş,ve İhaneti çöplerin arasında, Sevgiyi bulutların arasında, Yalanı gölün dibinde, ve Tutkuyu dünyanın merkezinde, hepsini birer birer bulmuş, sadece biri hariç.

    Ve Çılgınlık umutsuzluğa kapılmış, en son saklı kişiyi bulamamış, derken Haset, bulunamadığı için haset duyarak,Çılgınlığın kulağına fısıldamış:

    "Aşkı bulamıyorsun, O güllerin arasında saklanıyor." Ve Çılgınlık çatal şeklinde tahta bir sopa almış, ve güllerin arasına çılgınca saplamış,saplamış, saplamış, ta ki yürek burkan bir haykırma onu durdurana kadar. Ve haykırıştan sonra, Aşk elleriyle yüzünü kapayarak ortaya çıkmış, ve parmaklarının arasından gözlerinden iki sicim gibi kan akıyormuş, Çılgınlık Aşkı bulmak için heyecandan Aşkın gözlerini çatal sopa ile kör etmiş.

    "Ne yaptım ben? Ne yaptım ben?’’ Diye bağırmış.

    "Seni kör ettim. Nasıl onarabilirim?" Ve Aşk cevap vermiş,

    "Gözlerimi geri veremezsin. Ama benim için bir şey yapmak istersen, benim kılavuzum olabilirsin."

    Ve o günden beri, Aşkın gözü kördür ve her zaman Çılgınlık yanındadır..."
#14.12.2016 06:50 0 0 0
  • 1. Ortaq mahnılar paylaşmaq – Birlikdə dinlədiyiniz və bir-birinizə göndərdiyiniz mahnılardan söhbət gedir. Ayrıldığınız adam sizi hələ də izləyir və xatirələrin də plana düşüb-düşmədiyini öyrənmək istəyir. Ona görə də Sezen Aksuya can qurban! Paylaşın getsin. Ancaq burda vacib bir məqam da var. Sevgiliniz sizi kədərli görmək istəməyə də bilər. Oynaq mahnı da paylaşa bilməyəcəksiniz. Ən yaxşısı klassik musiqidir.

    2. “Təsadüfi” görüş – Bıyy! Məhəllələrinin yanından keçirdiniz, ya da işlədiyi yerin yanında dönər yeyirdiniz. Heç xəbəriniz olmayıb buralara necə gəlib çıxmısınız. Guya burda verilən dönərdən xoşunuz gəlir. Ya da bu məhəllədəki evlər ovqatınıza yaxşı təsir edir. Amandır, onu görmək istədiyinizi bəlli etməyin, özünüzü tox tutun. Gözlərinə baxmasanız kifayətdir. Bir də gülümsəməyə çalışın.

    3. Ortaq dostların yanında ondan söz salmaq – Maraqlı xatirələrinizdən danışın. Məsələn, onu ilk dəfə öpəndə yanaqlarının qızarmasından, ya da küləyi bəhanə edib qucaqlaşmağınızdan. Kədərli görünməyiniz əhvalatın dozasını qaldıracaq. Axşam o dostlardan birinin ürəyi yumşalıb sevgilinizə “Qayıt, sahmana sal bu kainatı” deyə bir mesaj yaza bilər.

    4. Kədərli statuslar yazmaq – Mümkün qədər çox yazın, layka fikir verməyin. Şərhlərdə hamı sizinlə maraqlanacaq: “Bəlkə barışdınız”, “Bir az zaman keçməlidir” kimi rəylərlə dəstək olanlar nə çox. Ona görə də dayanmayın, kədərdən döşəyin getsin. Nə vaxtsa belə bir mesaj ala bilərsiniz: “Nəsə yazmaq istədim sənə. Necəsən?” Bir sözlə, Allah kədərinizi bol eləsin!

    5. Qəribə sürprizlər – Hə, gəldik əsas məsələyə. Gül alıb qəfil qarşısına çıxa bilərsiniz. Ya da işlədiyi yerin yanında saatlarla gözləmək də olar. Pəncərəsini açıb həyətə baxanda sizin asfalta yazdığınız “Səni sevirəm” sözünü görsə necə xoşbəxt olar. Ancaq çox da ağını çıxarmayın. Bəlkə də sevgiliniz bütün bunları şit hərəkət hesab edir.

    6. Bərabər getdiyiniz kafeyə gedib tək şəklinizi sosial şəbəkədə paylaşmaq – Bəlkə də ən vacibi budur. Hədəfi tən ortadan vurmaq. Ürəyinin sarı siminə toxunub bir sevgi havası çalın. Təksiniz, heç kiminiz yoxdur. Ondan əvvəl də heç kim olmayacaq həyatınızda, sonra da. Yalnız o sizi xilas edə bilər. Mesaj da var, kafe də. Bircə qalır kafeyə getmək üçün pul tapmaq.



    7. Əşyaları geri istəmək – Ayrılanda da mərd ayrılanlardansınız. Və Freydin “xatirələr əzab verir” cümləsini əlinizdə bayraq etmisiniz. Əşyalar da insanlar kimidir. Əşyaların da canı var. Onda qalan əşyalarınızın həyatınızda önəmli rolu var. Bəlkə o əşyalar yanınızda olsa bu qədər əzab çəkməzsiniz. Mütləq geri qaytarmalıdır. Təbii ki, əsəbləşib zibil yeşiyinə atmayıbsa...

    8. Gecə içib zəng eləmək – Dostlarla gözəl gün keçirmisiniz, yemisiniz, içmisiniz, xatirələri vərəqləyib ağrılardan, əzablardan xilas olmağa çalışmısınız. Üzünüz gülür, ürəyiniz gələcək xoşbəxtliklərin müjdəsi ilə döyünür. Amma hamı sap kimi üzülüb gedəndən sonra kefli başın yadına sevgilisindən başqa kim gələr? Zəng edib ağlayın, gözəl günlərinizi xatırladın ona. Bircə söyüş söyməyin. Bir də kontura nəzarət edin, ən vacib sözünüzü dediyiniz anda bitməsin. Elə ona da bu kəlməni pıçıldayın: “Bitməsin”.

    9. Küsülü olmağı yadından “çıxartmaq” – Ayrılanların hamısı hələ də sevgilidir. Ayrılıq sevginin davamıdır. Guya heç nə olmayıb aranızda, küsülü deyilsiniz. Zəng edib deyin ki, axşam filan yerdə səni gözləyirəm. Çaşdırın onu.

    10. Dostlardan kömək istəmək – Ən axıra bunu saxlayın. Heç nə olmamış kimi sizin sevginizin şahidini “məhkəmə”yə çağırın. Oturub həmin günləri vərəqləyin gülümsəyərək. Sonra səsinizin ahənginə kədər qatın və belə deyin: “Ona denən ki, hələ də unutmamışam. Unudaq hər şeyi. Mən onu sevirəm”. Dostunuz etiraz eləmək istəyəcək, normaldır. Qolundan tutub yazıq görkəm alın: “Sən dostunun xoşbəxt olmağını istəmirsən?” Bu söz onu təsirləndirəcək və sizi barışdırmaq üçün əlindən gələni edəcək. Bircə qalır gözləmək. Zaman hər şeyi yerbəyer eləyəcək.

    Bonus: Üzük – Artıq barışmısınız. Təbrik edirik! Bir qonaqlıq olsa, pis olmazdı. :-)
#14.12.2016 06:47 0 0 0
  • Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. "Azəravtoyol"dan verilən məlumata görə, yolun uzun müddət təmir edilməməsi səbəbindən asfalt-beton örtükdə dağılıb və qabarmış hissələr yaranıb. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşdirir. Artıq bu problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

    Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7.2 km-dir. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.
    Advertising 12

    Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilir və 10 m enində yeni torpaq yatağı inşa olunur. Daha sonra isə qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yeni yol əsasının tikintisi, hazır hissələrə isə 2 qat olmaqla (7sm+5sm) yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 50 min m2 ərazinin asfaltlanması planlaşdırılır.

    Layihəyə uyğun olaraq yolun hərəkət hissəsinin eni bərkidici zolaqlarla birgə 7 m təşkil edir. Hər bir istiqamət üzrə 1.5 m enində çiyinlərin tikintisi işləri də aparılacaq. Hazırda yolun 1.6-2-ci km-lik hissəsində 450 m uzunluğunda istinad divarlarının inşası da aparılır.

    Yolun altından suların ötürülməsi üçün 3 yerdə 1200 mm diametrində borulardan istifadə edilməklə və ümumi uzunluğu 36 m olan dəmir-beton su keçidlərinin, həmçinin 2 yerdə 500 mm diametrində dəmir borulardan istifadə edilməklə suötürücü boruların tikintisi işləri aparılıb.

    Yolda tikinti işləri bitdikdən sonra yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün piyada zolaqlarının, yolgöstərici və yol cizgi xətlərinin çəkilişi işləri aparılacaq, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

    7.2 km-lik Lökbatan-Qobu avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.

    Qeyd edək ki, sözügedən yolun tikintisi ilə 2 yaşayış məntəqəsinin 47 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.

    alıntı
#14.12.2016 06:45 0 0 0
  • noimage

    1958-ci il, 10 dekabr.
    İsveç, Stokholm.

    Nobel mükafatlarının təqdimatı törəni keçirilir. İsveç kralı 4-cü Qustav Adolf kimya üzrə mükafatı təqdim etməyə hazırlaşır. Tədbirin aparıcısı qalibin adını elan edəndə kral səhnədə qarşılaşdığı laureatın qarşısında duruxur. Frederik Senger? Axı başqa ad olmalıydı?

    Amma olan olmuşdu. Kral mükafatı təqdim etməliydi və edir də…
    Bəs kral niyə duruxmuşdu? Kimin adının səslənəcəyini gözləyirdi?

    ***

    1957-ci il, 29 dekabr.
    Moskva, Kreml.

    SSRİ rəhbəri Nikita Sergeyeviç Xruşşovun kabinetində Siyasi Büro üzvləri yığışıb. Azərbaycanlı alimin məsələsi müzakirəyə çıxarılıb. Onun sənədləri təcili hazırlanmalı, İsveçə, Nobel Komitəsinə göndərilməlidir. Baş katib N.S.Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəlinir. Elə bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxır. MK katibliyinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatın Stokholma göndərilməsini məsləhət görmürlər. SSRİ DTK-nın sədri A.Şepilov məktubda yazılanlara qəti etiraz edir. Amma…

    Elə bu yerdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyan söz alıb çıxış edərək, məktubun müəlliflərinə haqq qazandır və onları dəstəkləyir. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə azərbaycanlı alimin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmur.
    Əslində, azərbaycanlı aliminin kəşflərinin elmi təfsilatı və kimyəvi reaksiyalarını təsvir edən məqalələrin açıq mətbuatda, xüsusi elmi jurnallarda, o cümlədən xarici ölkələrin nəşrlərində və alimin öz monoqrafiyasında artıq çoxdan dərc edildiyi yaxşı məlum idi. Hətta Mikoyanın qorxduğu ABŞ-ın “Neft texnologiyalarının icmalı” (“Reviews of petroleum technology”) jurnalı hələ 1946-cı ildə yazırdı: “Onun tədqiqatları böyük əhəmiyyətə malikdir və elmin bu sahəsinin nəzəri məsələlərinin öyrənilməsində onun “Aviasiya yanacaqları istehsalında alkilləşdirmə reaksiyaları” monoqrafiyası xüsusi maraq doğurur”.

    Bəs, kim idi axı O?

    Hə, böyük hərflə nahaq yerə yazmadıq. Söhbət Yusif Məmmədəliyevdən gedir. Sovet kimya sənayesinə, elminə bəlkə də 10 Nobel mükafatı qazandıra biləcək alimdən...

    noimage

    9 dekabr, 2016-cı il.
    Moskva Dövlət Universitetinin Kimya fakültəsinin binası.

    Fakültənin 3-cü mərtəbəsində, 326-cı otaqda bizi gözləyirdi Yelizaveta xanım. İçəri girəndə, sözün açığı, heyrətləndim: sosial şəbəkədə kimlərləsə danışırdı.

    - Əyləşin, bircə dəqiqə, bitirirəm, tələbələrimdi.

    91 yaşlı bu qadının kompüter arxasında, özü də intensiv şəkildə kimlərləsə yazışması, sadəcə maraqdan da o yayana keçmişdi. Bir neçə dəqiqə də keçdi, 91 yaşlı professor Yelizaveta Sergeyevna Balenkova işindən ayrıldı:

    - Oy... oğlum, düz 70 il keçib az qala. Onu xatırlamamaq mümkündürmü? Məmmədliyev! O, bir əfsanəydi. Kimyagər idi o, kimyagər. Onu necə unutmaq olar ki?

    Hə, düz 70 il əvvələ qayıdır 91 yaşlı professor xanım.

    - Bakı SSRİ neft-kimya sənayesinin beşiyi olub. Neftə görə. Mendeleyevdən başlayıb hər şey. Mendeleyev gəlib Bakıya, sonra sonra Zelinski. Sizin kimya məktəbiniz böyük məktəbdir. Təsadüfi deyil ki, sizin universitetin (BDU-nu nəzərdə tutur) rektoru Abel Məhərrəmov da bir qədər əvvəl Rusiya Elmlər akademiyasının həqiqi üzvü seçildi. Bu sizə qəribə gəlməsin. Sizin alimləriniz kimyada çox uzağa gediblər, çox. Məmmədliyev isə... Hə, onu unutmaqmı olar? Düz deyirsiz, yəqin ki, onun rəhbərliyi altında çalışan elmi işçilərdən sağ qalan yeganə mənəm, deyəsən.

    Bir qədər fikrə gedir, Yelizaveta Sergeyevna. Deyir, az qala 70 il keçib ayını, gününü xatırlaya bilmir.

    - Məni akademik Kazantsev yanına çağırdı. Dedi ki, tələbələri də götürüb gedirsən Bakıya. Və bir məktub verdi. Dedi verəcəksən, Yusif Məmmədəliyevə. Biz Bakıya səhərə yaxın çatdıq. Mən tələbələri də götürüb, düz Elmlər Akademiyasına getdim. Şəxsən özü qarşıladı bizi. Elmi təcrübənin keçiriləcəyi yerləri müəyyən etdi. Bir sözlə, hər cür şərait yaratdı.

    Bakıda yeni tikilməkdə olan Neft Daşlarından tutmuş, Sumqayıtdakı zavodlara, elmi institutlara qədər hər yerdə olurlar moskvalı tələbələrə şərait yaradıldı. Yusif Məmmədəliyev isə gənclərin elmi təcrübələrinə özü nəzarət edir.

    - O, hər gün bizimlə maraqlanırdı. Demək olar ki, onsuz, onun nəzarətindən kənarda heç bir iş görməzdik. Bakı bizə böyük təcrübə oldu. Həmin uşaqların hamısı sonradan elmi dərəcələr aldı. Adidən də adi bir təcrübəni diqqətdən kənarda qoymurdu Məmmədəliyev. Əslində biz onun haqqında çox eşitmişdik. Bilirdik ki, SSRİ-də yeganə alimdir ki, heç bir dissertasiya müdafiə etmədən alimlik dərəcəsi alıb. “Molotov kokteyli”, əlbəttə, onun adıyla bağlıdır. O vaxt müttəfiq respublikalarda elmlər akademiyaları yox idi. Akademik Komarov demişdi ki, təkcə Yusif Məmmədəliyevə görə Azərbaycanda akademiya yaratmaq olar.

    Yelizaveta Sergeyevna bir məqama da toxunur. Deyir, Bakı təcrübəsindən sonra özü çox araşdırma aparıb. Hə, bəlkə də Azərbaycan oxucusu bunu bilmir. Faşist Almaniyasının məğlubiyyəti ilə bağlı keçirilən tarixi 24 iyun 1945-ci il paradında Yusif Məmmədəliyev Stalinlə, digər sovet rəhbərləri və generalları ilə bir sırada paradı qəbul edənlər arasında olub. Həmin gün Qırmızı Meydanda bu şərəfə layiq görülən adamlardan biriymiş Məmmədəliyev.

    “Sovet aviasiyasının məşhur qəhrəmanı Pokrışkindən, general Dzusovun igid təyyarələrindən və ya general Osipenkonun qırıcılarından soruşun, havada ağalıq etməkdə sizə kim kömək etdi? Məmmədəliyev!”. Bunu Sovet radiosu deyirdi.

    O dövrdə gənc alimin elmi kəşfi yüksək qiymətləndirildi. O, Ali Baş Komandan Stalinin təşəkkürü ilə mükafatlandırıldı, Lenin ordeni ilə təltif olundu və birbaşa kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adı aldı.

    Bir müddət sonra, daha dəqiq desək, 12 il sonra, yəni 1954-cü ilin noyabr ayının 19-da Yusif Məmmədəliyev digər bir böyük ixtirası ilə dünya elminə yeni töhfə verdi. Belə ki, onun icad etdiyi bərk raket yanacağının köməyi ilə sovet kosmik raketləri atmosferi yarıb orbitə çıxa bildi və ballistik raketlər quyulara endirilib qərb istiqamətinə tuşlandı, dünyada ilk dəfə olaraq 1957-ci il oktyabr ayının 27-də məhz sovet süni peyki çəkisizlik şəraitinə qalxdılar.
    Hə, gec də olsa, bu məqamı mütləq qeyd edək.

    Faşist ordusuna qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin çox böyük əhəmiyyəti oldu. Onun tərkibi Y. Məmmədəliyev tərəfindən toluolun - partlayıcı maddələr üçün xammalın - əldə edilməsi əsasında işlənib-hazırlandı. Amma o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici “kokteyl”in müəllifi Yusif Məmmədəliyevdir. Deyilənə görə, Mircəfər Bağırov, nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşmış, mayedən bir qədər buxarıya sıçratmışdı. Hündür alov qalxmış, buxarının odadavamlı kərpici ərimiş, metal borular dağılmışdı. Hə, məhz bundan sonra Bağırov Stalinə məruzə etmişdi: “Azərbaycanlı alim elə bir şey kəşf edib ki…”

    ***

    “Sizin kimya sənayesi və elmi belə böyük şəxslərin adıyla bağlıdır. Amma böyük bir məktəbiniz var” - deyir, Elizaveta Sergeyevna. Və ardınca da adlar çəkir. Hətta söhbət dünya şöhrətli siyasət adamı Kissincerdən gedir. Kissincerin məsələyə nə dəxli var? Hələ üstəlik Naftalan neftinin də adını çəkir.

    Kissincer, Naftalan nefti və ardınca… Deyəsən, maraqlı oldu.


    al;nt;
#14.12.2016 06:43 0 0 0
  • Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişiləcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi, ayın 14-də axşam və 15-də çovğun olacağı ehtimalı var.

    Advertising 12
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temreraturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.

    Dekabrın 14-15-də ölkə ərazisində hava şəraitinin kəskin dəyişiləcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək. Yollar buz bağlayacaq.

    Dekabrın 14-də isə Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam sulu qara, qara keçəcəyi, çovğun olacağı ehtimalı var.

    Temperaturun anomal gedişi gözlənilir: gecə və səhər 5-7, gündüz 1-4 dərəcə isti,
    Bakıda gecə və səhər 5-7, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.

    Azərbaycanın rayonlarında isə sabah şimal və qərb rayonlarından başlayaraq arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

    Havanın temperaturu gecə və gündüz 3-8 dərəcə isti, dağlarda gecə və gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

    Tibbi-meteoroloji xəbərdarlığa gəlincə isə dekabrın 14-15-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfortlu və yağıntılı hava şəraiti meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.

    alıntı
#13.12.2016 13:41 0 0 0
  • Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir.

    APA-nın məlumatına görə, Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ümummilli lider Heydər Əliyevin anım mərasimləri təşkil olunur.

    noimage


    Dövlət qurumları, siyasi partiyalar, QHT, media orqanları və ictimaiyyətin nümayəndələri bu günlərdə Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edirlər.

    Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar anım mərasimləri təşkil edirlər.

    Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

    Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

    Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

    Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

    alıntı
#12.12.2016 06:21 0 0 0
  • Bu gün Bakıda və Abşeron yarımadasında gözlənilən havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz mülayim cənub-qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60 % təşkil edəcək.

    Azərbaycanın rayonlarına gəlincə, dekabrın 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam bəzi qərb rayonlarında az yağıntılı olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

    alıntı
#12.12.2016 06:19 0 0 0
  • Stadionun yaxınlığında avtomobil və "canlı bomba" partladılıb
    İstanbulda törədilmiş terror aktında ölənlərin sayı 38 nəfərə çatıb. Türkiyə mediasına istinadən xəbər verir ki, ölənlərdən 30-u polis, 7-si isə mülki şəxslərdir. Daha bir nəfərin şəxsiyyətini müəyyənləşdirmək isə hələ ki, mümkün olmayıb.

    Beşiktaş rayonundakı terror aktı nəticəsində yaralananlardan 136-nın müalicəsinə xəstəxanada davam edilir. Onlardan 14-ü reanimasiyadadır və vəziyyətləri ağırdır.


    Hadisədən sonra aparılan əməliyyatlar nəticəsində saxlanılanların sayı isə 13-ə çatıb.

    Qeyd edək ki, bəzi rəsmi şəxslər hadisənin PKK terror təşkilatı tərəfindən törədilə bilinəcəyini deyiblər.


    İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, yaralananların sayı isə 166 nəfərə çatıb.

    APA-nın xəbərinə görə, bu barədə “Anadolu” Türkiyə DİN rəhbəri Süleyman Soyluya istinadən məlumat yayıb. Onun sözlərinə görə, birinci partlayış “Vodafon Arena” stadionunun çıxışı yaxınlığında, polisin toplanma yerində Bakı vaxtı ilə saat 23.29-da baş verib. Partlayış avtomobilə quraşdırılmış, məsafədən idarə olunan partladıcı qurğunun işə salınması vasitəsi ilə törədilib. Bundan 45 saniyə sonra terrorçu-kamikadze Maçka parkı ərazisində üzərindəki partladıcı qurğunu işə salmaqla ikinci partlayışı törədib.

    Bundan əvvəl KİV-lər 15 nəfərin öldüyünü, 70 nəfərin yaralandığını bildirirdi.

    İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində yaralananların sayı 70-ə nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

    Qeyd edək ki, Türkiyə DİN rəhbəri Süleyman Soylu İstanbulda iki partlayışın törədildiyini təsdiqləyib: “Partlayışlardan birinin kamikadze tərəfindən törədildiyi ehtimal olunur”.

    “Məlumatımıza görə, iki partlayış törədilib. Onlardan biri kamikadze tərəfindən törədilə bilər. İkinci partlayışda minalanmış avtomobildən istifadə edilib, çünki bu daha güclü olub. Həlak olanlarla bağlı bir qədər sonra açıqlama veriləcək”, - deyə Süleyman Soylu bildirib.

    “Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin, "Röyters" isə 13 nəfərin öldüyünü iddia edir. Rəsmi qurumlar bu xəbəri təsdiqləmir.


    İstanbulda futbol stadionu yaxınlığında törədilən partlayış nəticəsində yaralananların sayı 38 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

    “Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin öldüyünü iddia edir. Rəsmi qurumlar partlayış nəticəsində ölənlərin olduğunu təsdiqləmir.

    https://youtu.be/pYZ9pAt3Mus

    İstanbulun Beşiktaş rayonunda partlayış baş verib. APA-nın Türkiyə nətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Maçka parkı yaxınlığında, “Vodafon Arena” stadionunun çıxışı yaxınlığında baş verib.

    Türkiyə DİN rəhbəri Süleyman Soylu açıqlamasında partlayış nəticəsində 20 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, partlayış çevik polis bölməsinin qarşısında törədilib. Yaralananların hamısı polis əməkdaşıdır.

    Partlayışdan sonra ərazidə yanğın baş verib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində tədbirlər görür.

    Hadisə şahidləri iki partlayışın baş verdiyini bildirir.

    Hadisənin terror aktı olduğu istisna olunmur. İlkin məlumata əsasən, minalanmış avtomobil partladılıb. Bəzi məlumatlarda partlayışlardan sonra atəş səslərinin eşidildiyi bildirilir.

    Partlayışın “Beşiktaş-Bursaspor” matçından sonra, azarkeşlərin stadionu tərk etdikdən sonra baş verdiyi qeyd edilir.

    Hazırda RTÜK (dövlət teleradio komitəsi) tərəfindən insidentlə bağlı məlumatların yayımına qadağa qoyulub.
#12.12.2016 06:18 0 0 0
  • Təhsil naziri Mikayıl Cabbarov Milli Məclisdə 2017-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib ki, yaxın günlərdə ali məktəblərin optimallaşdırılması məsələsinə baxılacaq.

    Bəs nazirin bəhs etdiyi bu optimallaşdırma nədir, hansı mexanizmlə icra edilir, avantaj və dezavantajları nədən ibarətdir?

    Məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanda bəzi ali təhsil müəssisələrinin birləşdirilməsinə ehtiyac var: “Bildiyiniz kimi hazırda Azərbaycanda filiallar da daxil olmaqla 53 dövlət və özəl ali təhsil müəssisələri fəaliyyət göstərir. Amma bu təhsil ocaqlarında bir-birini təkrar edən, eyni istiqamətli fakultələrin sayı həddindən artıq çoxdur”.

    Bir müddət əvvəl Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması ilə bağlı verdiyi qərarı xatırladan təhsil eksperti bildirib ki, uzun müddət müstəqil fəaliyyət göstərən 14 kollec birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib: “Belə ki, Nazirlər Kabinetinin qeyd etdiyim qərarı ilə orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub. Bundan başqa, Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci adlandırılıb. Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb”.

    K.Əsədovun fikrincə, məhz bu kolleclərin birləşdirilməsindən sonra Azərbaycanda bəzi ali təhsil müəssisələrinin də birləşdirilməsi məsələsini gündəmə gətirildi və hətta indiyə qədər bir sıra ali təhsil müəssisələrinə rektorların təyin olunmaması da bu məsələnin öz aktuallığını qoruduğunu göstərir: “Belə ki, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dillər Universitetinin, Turizm və Menecment Universitetinin rektorsuz qalması bu ali təhsil müəssisələrinin hansısa öz profilli universitetləri ilə birləşməsini qaçılmaz edir. Hesab edirəm ki, Azərbaycan Dillər Universiteti ilə Slavyan Universitetinin, Azərbaycan Texniki Universiteti ilə Memarlıq və İnşaat universitetinin birləşdirilməsi və ya bu hər iki universitetin bir ay öncə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan Bakı Mühəndislik Universitetinin adı altında birləşdirilməsi, Turizm və Menecment Universitetinin Azərbaycan Dövlət İqtisad Universiteti ilə birləşdirilməsini yaxın zamanlarda görə biləcəyik. Çünki bu ali təhsil müəssisələri demək olar ki, eyni kadr hazırlığını həyata keçirirlər. Bu təcrübə bizim təhsil sistemində yaşanıb. Bir neçə il əvvəl Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilməsi bunun bariz nümunəsidir”.

    Təhsil eksperti hesab edir ki, məhz sadaladığı bu faktorlar nəzərə alınmaqla, Azərbaycanda bəzi ali təhsil müəssisələrinin də birləşdirilməsinə ehtiyac var.

    Optimallaşdırmanın həm də büdcədən maliyyələşmədə azalmalara səbəb olacağını qeyd edən K.Əsədov deyib ki, adıçəkilən ali təhsil müəssisələri dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşir və hansı ali məktəbin kadr hazırlığı yüksək səviyyədədirsə, bunlar analiz olunmalı və onların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində iş görülməlidir.

    Bəzi universitetlərdə təkrar ixtisasların tədris olunduğunu vurğulayan K.Əsədovun sözlərinə görə, əgər rəqabət mühiti yaradılarsa, ali təhsil müəssisələrinin birləşdirilməsinə ehtiyac qalmaz: “Ümumilikdə universitetlərin hazırladığı kadrlar arasında təhsil səviyyəsi baxımından elə bir nəzərəçarpan fərq olmur. Bilirsiniz, bu gün əmək bazarındakı tələbat ilə müqayisədə universitetlərin, kolleclərin buraxdığı kadrların sayı arasında ciddi fərq var. Çünki tələb-təklif məsələsi var. Sovet dövründə 10-12 ali məktəb Azərbaycanın iqtisadiyyatını zavod fabrikin şəraitində tam təmin edirdi. Kadr artıqlığı da əmələ gəlirdi. Amma indi universitetlərin sayını artırsaq, bunların işlə təminatı həyata keçirilməsə elə çıxır ki, savadlı fəhlə nəsli yetişdiririk. Bu mənada bu universitetlərin birləşdirilməsi, müəyyən qisminin ləğv olunması zamanın tələbindən irəli gələn məsələdir. Düzdür, istər dünya təcrübəsinə istərsə də qonşu dövlətlərə nəzər salsaq, Azərbaycanda ali məktəblərin sayı nisbətən azlıq təşkil edir. Hətta qardaş Türkiyədə bir sıra universitetlərin təkcə birinin birinci kursa qəbul etdiyi tələbələrin sayı bizim bir qəbul ilində ali məktəblərə qəbul olmuş tələbələrin sayından çoxdur. Türkiyədə ali məktəblərə qəbul olmuş tələbələrin böyük faizini xarici ölkələrin vətəndaşları təşkil edir. Amma təəssüflər olsun ki, uzun müddət ərzində fəaliyyət göstərən və uzun tarixə malik olan bir sıra istər dövlət, istərsə də özəl ali təhsil müəssisələrinin hazırladıqları kadrlar dövrün tələblərinə cavab vermir. Lakin son illərin təcrübəsinə görə yeni yaradılan universitetlər təhsilin səviyyəsinə görə köhnələri üstələyir”.

    Təhsil eksperti təklif edir ki, eyni ixtisas hazırlığını həyata keçirən ali təhsil müəssisələri birləşdirilsin, ləğv olunan universitetlərin yerində dövlət büdcəsindən asılı olmayan özəl universitetlər yaradılsın: “Bundan başqa, hər bir universitetə xarici ölkələrdən tələbə qəbuluna üstünlük verilməsi tövsiyə olunsun. Çünki bu məsələ bizim universitetlərdə çox aşağı səviyyədədir. Əgər Azərbaycan universitetlərinə xaricdən tələbə axını olarsa, bu, həm ölkə iqtisadiyyatına, həm ali təhsil müəssisələrinin beynəlxalq reytinq siyahısına, həm də təhsilin inkişafına müsbət təsir göstərəcək”.

    Məsələ ilə bağlı Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrinin maliyyə dayanıqlığını təmin etmək üçün gələcəkdə ali təhsil müəssisələrinin yenidən strukturlaşdırılması, ali təhsil müəssisələrinin şəbəkəsinə yenidən baxılması mümkün ola bilər.

    Məlumatda deyilir ki, optimallaşdırma daha çox təhsilin keyfiyyətinin, səmərəliliyinin artmasına xidmət edən bir proses olacaq: “Optimallaşdırma Azərbaycanda təhsil inkişafının yeni yol xəritəsini müəyyən edəcək. Bu xəritə ali təhsilin sovetlərdən qalmış libasını yeni dünya reallıqlarına uyğun formalaşdıracaq. Eyni zamanda klassik universitet modelinin dəyişdirilməsi gözlənilir. Buna misal olaraq, elm haqqında qəbul olunmuş yeni qanuna əsasən Təhsil Nazirliyinin birbaşa tövsiyəsi ilə tədqiqat universitetlərinin yaradılmasını göstərmək olar.

    Yəni bir-birini təkrar edən ixtisasları, kafedraların, təxminən eyni ixtisasları tədris edən fakültələrin birləşdirilməsi diqqətdə duran məsələlərdir. Optimallaşdırma ilə bağlı məqam Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da əsas xətt kimi nəzərdə tutulan məsələdir. Bu təhlil olunur və Azərbaycanda fəaliyyət göstərən ali ya orta ixtisas təhsili müəssisələrinin zamanın çağırışlarına necə cavab verməsi öyrənilir”.

    Məlumatda qeyd olunub ki, bu istiqamətdə əsas diqqət təhsil müəssisəsində idarəetmənin daha sistemli aparılması və resursların səmərəli istifadəsinə və nəticə olaraq da keyfiyyətin təminatına yönəlir : “Bu, optimallaşdırmanın ana fəlsəfəsidir. Təhsildə optimallaşdırmanın aparılması ilk növbədə resursların səmərəli icra olunmasına nəzarət etmək, eyni zamanda təşkilatı struktur baxımından optimal qərarlar qəbul etmək üçün bir alətdir. Təhsil Nazirliyi son üç il ərzində optimallaşdırma ilə bağlı sistemli fəaliyyət həyata keçirib. Məsələn, Azərbaycan Müəllimlər İnstitutunun bir neçə filialı fəaliyyətini dayandırıb və Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib.

    Eləcə də, bu il ərzində orta ixtisas təhsili müəssisələri ilə bağlı optimallaşdırılması gerçəkləşib və bir neçə orta ixtisas təhsili müəssisəsi ali təhsil müəssisələrinin tərkibinə qoşulub.

    Bundan başqa, hazırda ilk peşə ixtisas təhsil müəssisələrinin optimallaşdırılması həyata keçirilir. Bakı və Gəncədə fəaliyyət göstərən 32 ilk peşə ixtisas təhsili müəssisələri 13 regional peşə təhsil mərkəzləri kimi formalaşdırılıb”.

    Təhsil Nazirliyindən bildirilib ki, optimallaşdırma keyfiyyət təminatı üçün əlavə resurslar xərcləmədən bütün imkanları səfərbər etməyə və nəticə etibarilə keyfiyyəti artırmağa xidmət edir: “Prezident İlham Əliyevin sədrliyi ilə 2016-cı ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, hazırda ali təhsil müəssisələri elmə ayrılan dövlət büdcəsindən maliyyələşdirilmir. Universitetlərin yeganə maliyyə mənbəyini təhsil haqları təşkil edir. Elmi fəaliyyətlə məşğul olanların yarısının ali təhsil müəssisələrində çalışdığını nəzərə alaraq dövlət tərəfindən elmə ayrılan vəsait bölgüsündə universitetlərin də iştirak etmək hüququnun tanınması vacibdir. Bu da elmə ayrılan vəsaitin optimallaşdırılması və ali təhsil müəssisələrinin bu vəsaitdən səmərəli istifadə etməsi üçün bir notdur. Büdcə vəsaitinin daha səmərəli xərclənməsi bu gün ali təhsil müəssisələri üçün bir nömrəli vəzifədir”.

    alıntı
#10.12.2016 09:14 0 0 0
  • Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin Anım Günü münasibətilə Bakı şəhərində bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək, Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

    Ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

    Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər.

    alıntı
#10.12.2016 09:11 0 0 0