Sağlam ol - İnsanın sağlamlığı - Qidalar - saglam qida - Qaraciyər - Qaraciyəri təmizləyən Möcüzəvi Qidalar hansilardi?
Qaraciyərin təmizlənməsi üçün nələr istehlak etməli, nələrə diqqət göstərməliyik.
Bədənimizin ən əhəmiyyətli orqanlarından biri olan qaraciyər sağlam olmayan qidalar, spirt və tez yeyilən yeməklərlə yorğun düşür. Həm vəzifələrini axsadan həm də yağlanan qaraciyər, bir çox narahatlıqla bədəni təhdid edən bir vəziyyətə gəlir. Mütəxəssislər qaraciyərin dostu qidaların, bu orqanın işini qüvvətləndirdiyini və toksinlərdən təmizlədiyini ifadə edərkən bu sayədə daha təmiz və sağlam bir qaraciyərlə yaşaya biləcəyimizi söyləyirlər.
Qaraciyərinizin dostu qidalar ...
QIRMIZI ÜZÜM: İçindəki antioksidantlar sayəsində qaraciyərdən zərərli toksinləri çıxarır.
SOYA: Qaraciyəri möcüzə bir şəkildə təmizləyən soya südünü də tez-tez içməlisiniz.
QURU MEYVƏ VƏ ÇƏRƏZLƏR: Bu qidalar qaraciyərdə olan zərərli toksinləri təmizləyir.
PAXLALILAR: Qaraciyərin daha sağlam işləməsini təmin edir.
QATIQ: Həm mədəyə, həm qaraciyərə faydası olan qatıq, bədəni toksinlərdən təmizləyir.
ÇİYƏLƏK: Çiyələk, qaragilə, böyürtkən, qarağat, moruq kimi giləmeyvələr qaraciyəri çox tez təmizləyir.
SARIKÖK: Bu ədva gerçək bir möcüzədir. Qaraciyərinizdəki bütün pis toksinləri təmizləyir.
TAXIL: Tam taxıllı yeməklər ilə edəcəyiniz bir nahar sizi həm tox tutacaq, həm də qaraciyərinizə detoks təsiri edəcək.
SOĞAN VƏ SARIMSAQ: Pis qoxusundan şikayət edənlər üçün qovrulmuşunu təklif edirik. Lakin qətiliklə yeməyiniz lazım olan iki qidadır! Bu qidalar qaraciyərinizi təmizləmənizdən əlavə bir çox xəstəlikdən də sizi qoruyacaq.
YAŞIL ÇAY: Qaraciyərinizə təsir edən bu möcüzə çay, sizi arzuolunmaz kilolarınızdan və qaraciyər yağlanmasından qurtaracaq.
KƏLƏMLƏR: Brokoli, kələm, brüssel kələmi, tərə və gül kələm hər gün mütləq istehlak edilməlidir.Xüsusilə turplar da qaraciyərinizdə detoks təsiri yaradacaq.
KASNI: Qaraciyəri zəhərli maddələrdən təmizləyər və həzmi asanlaşdırır. Yarpaqları salat olaraq, köklərini isə qaynadılıb istehlak edilə bilərsiniz.
KÖK: Ehtiva etdiyi antioksidantlar sayəsində qaraciyəri təmizləyər.
HEYVA: Şəkər və bol miqdarda vitamin daxildir. Qaraciyər tənbəlliyinə yaxşı təsir edir. Meyvələr içərisində, qaraciyərə ən yaxşı baxan heyvadır.
ƏNGİNAR: Başda azot olmaqla, toksik maddələrin orqanizmdən atılmasına kömək edir. "Ciynarin" maddəsi ehtiva etdiyi üçün qaraciyərdə yığılan nikotin, spirt və yağın bədəndən atılmasını təmin edər.
BUNLARA DİQQƏT
* Tərəvəz, meyvə, ağ ət və lifli qidaları istehlak etməyə diqqət göstərin.
* Şəkər bədəndə yağa çevrildiyi üçün karbohidrat və şəkər istehlakını mümkün olduğu qədər azaldın.
* Qaraciyərin yükünü təbii qidalar seçim edərək azaldın.
* Daimi olaraq idman edin və idman etməyi həyatınızın bir parçası halına gətirin.
* Mütləq kilo verin.
* Spirtli içkilər istifadə etməyin.
* Parasetamol, kortizon, tetrasiklin kimi qaraciyərə zərərli dərmanları həkim nəzarətində istifadə edin.
Sağlam ol - saglam heyat - Ballı su - Ballı suyun faydaları
Ballı suyun faydaları
Səhərlər bir stəkan ilıq suyun faydasını və ya dəriniz üçün balın nə qədər faydalı olduğunu da eşitmiş ola bilərsiniz. Bəs ballı suyun bir arada nə qədər təsirli olduğunu bilirsinizmi?
Kalorini əridir
Ballı su içmək kilo verməyinizə kömək edir. Balın tərkibindəki şəkər, sağlam kalori mənbəyi olan təbii şəkərdir. Şəkərli içkilərə qarşı duyduğunuz istəklə mübarizədə əhəmiyyətlidir. Limonad kimi şəkərli içkilər boş kaloriylə doludur. Bunları azaldaraq və ballı suyu seçim edərək kalori alamızı və azaltmanızı təmin edir.
Mütəmadi olaraq ballı su için
Səhərlər ballı ilıq bir stəkan su içmək həzm sisteminizi yaxşılaşdırmağa kömək edir. Balın antiseptik təsiri mədə turşusu dərəcəsini azaldır. Qalın bağırsağının susuz qalmasını qarşısını alır və qəbizlik problemi aradan qaldırır.
İmmunitet sistemini dəstəkləyir
Bal heyrətamiz bir bakteriya öldürmə xüsusiyyətinə malikdir. Çünki bu bal bakteriyalara qarşı faydalı olan maddələrlə zəngidir Balın tərkibindəki antioksidantlar isə mənfi olan sərbəst radikalları məhv edir.
Allergiyaları azaldır
Çiy və bölgənizin balını istifadə etmək bölgənizin tozcuqlarına qarşı bədəninizi uyğunlaşmağa kömək olur. Həmçinin ekoloji allergiyalara olan həssaslığınızı azaltmağa yardımcınız olacaq.
Enerji verir
Enerjinizi artırmaq üçün qəhvə yerinə ilıq ballı suya üstünlük verin. Orqanizminiz çox az susuz qalarsa özünüzü süst, tənbəl və halsız hiss edirsiniz. Bunu qarşısını almaq üçün qəhvə əvəzinə suyun içinə bir az bal əlavə edib, için. Çünki qəhvə sidik dərmanıdır və orqanizminizin susuzluq çəkməsinə yol açır.
Boğaz ağrısını yüngülləşdirir və öskürəyi kəsir
Ballı isti su boğazda ağrını və qıcıqlanmanı azaldır. İlıq su boğazınızı yumşaldarkən bal da boğazınız nazik təbəqəylə örtülməsini təmin edir. Bu yumşaldıcı təsir öskürəyi də azaltmağa kömək edir.
Orqanizminizin toksinlərdən təmizləyir
Ballı su orqanizminizin toksinlərdən təmizlənməsinə kömək edir. Mütəmadi olaraq içdikdə xəstəliyə yol açan toksinlərdən xilas olarsınız. Bu qarışığa limon əlavə etsəniz faydası artır. Beləliklə, toksinləri bədəninizə daha tez-tez atır və sidik yollarınız sağlam qalır.
Qaz probleminə kömək edir
Qarnınız ağrıyır və qazınız varsa, bir stəkan ilıq ballı su içmək qaz məsələnizə yardımçı olacaqdır. Bal qazı zərərsizləşdirir.
Sağlamlığınızı qoruyur
Ballı ilıq su içmək təkcə hidrasyonu artırmaz, eyni zamanda vücuduzdakı yaxşı xolesterin səviyyəsini artırmağa və ürək-damar gərginliyi azaltmağa kömək edir.
Xüsusən, dəri sağlamlığı üçün vacib olan brokkoli antioksidant xüsusiyyəti ilə dəri hüceyrələrinin yenilənməsini dəstəkləyir.
Yaşlanmanın qarşısını alır.
Dəriyə elastiklik bəxş edir. Dəri xərçəngi və sızanaqlara qarşı təsirlidir. Brokkoli, həmçinin, mədə və bağırsaq sisteminin yaxşı işləməsinə kömək edir.
Kök
A vitamini baxımından zəngin olan kök sinir sistemini və gözləri qoruyur. Dəri gözəlliyi üçün də effektlidir. Dəriyə parlaqlıq və nəm qazandırır.
Kök həm də qəbizliyin qarşısını alır.
Ürəyin dostu olan bu tərəvəz iltihablara qarşı da təsirlidir.
Kivi
Kivi "xoşbəxtlik hormonu” adlandırılan seratoninin daha çox ifraz edilməsinə səbəb olur.
Üstəlik, dərini gözəlləşdirir və qidalandırır.
Xolesterini və təzyiqi aşağı salmağa kömək edir.
C vitamini baxımından zəngin olan bu meyvə hüceyrələrin daha sürətli şəkildə yenilənməsini təmin edir.
Az yağlı süd və portağal suyu
Qadınlar mütləq orqanizmin gündəlik D vitamini ehtiyacını ödəməlidir. Çünki D vitamini kalsiumun bağırsaqlarda əmilməsini sürətləndirir. Orqanizmdə D vitamini çatışmadıqda, kalsium orqanizmdə çətin həll olunur və bu da sümüklərin zəifləməsinə səbəb olur. Həmçinin, osteoporoz, şəkər xəstəliyi, döş, bağırsaq və yumurtalıq xərçəngi riski artır.
Odur ki, hər gün süd və portağal suyu içərək kalsium və D vitamini ehtiyacınızı ödəyə bilərsiniz.
Giləmeyvələr
Çiyələk, böyürtkən, zoğal kimi meyvələr, eynilə qırmızı şərab kimi xərçəngdən qoruyucu xüsusiyyətə malikdirlər. Bu qidalar "antokyan” adlanan maddə ehtiva edirlər.
Antokyan döş, mədə və bağırsaq xərçəngi riskini azaldan ən güclü antioksidantdır.
Eyni zamanda C vitamini baxımından da zəngin olan bu meyvələr dərinin yaşlılığa qarşı qorunmasına da yaxşı təsir edirlər.
Lobya
Qadınlar həftədə ən az üç-dörd dəfə lobya yeməlidirlər. Lobya protein və lif mənbəyidir. İnfarkt və döş xərçəngi riskini azaldır. Həmçinin, qadınlıq hormonlarının tənzimlənməsinə kömək edir.
Pomidor
35 yaşdan sonra qadınlar mütləq pomidor, qarpız kimi likopen anbarı olan qidaları həftədə 3-4 dəfə yeməlidirlər. Güclü bir antioksidant olan likopen qadınlarda döş xərçəngi riskini azaldır.
Az yağlı qatıq
Həftənin 5 günü qatıq yeyən qadınların döş xərçənginə yaxalanmaq ehtimalları yarıbayarı azalır.
Mütəxəssislər qatığın tərkibində olan faydalı bakteriyaların insan sağlamlığı üçün çox önəmli olduğunu vurğulayırlar.
Qatıq bağırsaqların fəaliyyətinə yaxşı təsir edir və həzmi asanlaşdırır.
Həmçinin vagina infeksiyalarına qarşı qadının orqanizmini gücləndirir.
Yağlı balıqlar
Yağlı balıq növlərini həftədə 3 dəfə süfrəyə gətirmək lazımdır. Balığın tərkibindəki Omeqa-3 yağ turşuları insan sağlamlığı üçün möcüzəvi təsirlərə malikdir. Yağlı balıqlar hüceyrələri gücləndirir, ürək xəstəliklərinə, depressiyaya yaxalanma riskini azaldır.
Səhər duş almağın cəhətləri - Axşam duş almağın cəhətləri
Bədənimizə bir çox faydası olan duşu səhər yoxsa axşam qəbul etməliyik?Məhz səhər və axşam duş almağın cəhətləri.
Duş almaq gündəlik həyatın adi bir hadisəsi. Duş almağın bir çox faydası var, ancaq bu suyun temperaturuna görə dəyişiklik göstərə bilər. Xüsusilə soyuq duş almaq isə immunitet sistemini qüvvətləndirir, metabolik sürəti artırır, immunitet sistemini gücləndirir və zəiflədir.
Səhər duş almağın cəhətləri:
Səhər alacağınız duş, dövranı və qan axınını 3 fincan qəhvədən daha təsirli şəkildə sürətləndirir.
Əsəblərinizi rahatladır. Tutulmuş bir boyunla oyanmısınız isti bir duş konvulsiv əzələləriniz yaxşılaşmasını təmin edir. Yüngül dartılma hərəkətləri ilə bunu dəstəkləyə bilərsiniz.
Səhər duşu yağlı dərilər üçün daha yaxşıdır. Yağlı və gün içində parlayan bir dəriyə sahib olsanız səhər alacağınız ilıq bir duş, gecə boyu cildinizdə toplanan yağdan xilas olmanızı və günə təzə bir başlanğıc etmənizi təmin edir.
Axşam duş almağın cəhətləri:
İş sonrası alacağınız ilıq bir duş, bütün günün yorğunluğunu atmağınıza, rahatlanmağınızı, təzyiqinizin aşağı düşməsini, stress və narahatlığınızın azalmasını təmin edir.
Yuxu öncəsi alacağınız ilıq bir duş, yuxusuzluq probleminə çox xeyirlidir. Həm rahatlanmanıza həm də orqanizminizin melatonin ifraz etməsinə səbəb olaraq daha tez yatmanızı təmin edir.
Tərtəmiz bir şəkildə yatağa girmiş olacaqsınız. Beləliklə, paltarlarınızın çirklənmə müddətini uzatmış olarsınız.
Qirip - Qirip nedir? - Soyuqdəymə xəstəlikləri - Soyuqdəyme - Soyuqdəyme zamani ne etmeli?
Soyuqdəymə xəstəlikləri və qripp zamanı sağalmanı tezləşdirmək üçün bu kimi qaydalara əməl etmək lazımdır:
- İşə çıxmayın. İşlə bağlı olan yorğunluq, stress və s. immun sistemini daha da zəiflədir ki, nəticədə sağalma ləngiyir və xəstənin vəziyyəti daha da ağırlaşır.
- Evdə daha çox uzanmağa və dincəlməyə çalışın. Nənələrimizdən biz tez-tez eşidirdik ki, xəstə nə qədər çox yatarsa, o qədər tez sağalar. Bu həqiqətən belədir.
- Üstünüzü isti örtməyin. Bu yalnız hərarətin yüksəlməsinə səbəb olacaq. Yüngül geyinin.
- Daha çox maye qəbul etməyə çalışın. Bu orqanizmdə xəstəlik nəticəsində əmələ gəlmiş toksinləri xaric edəcək və xəstənin vəziyyəti yüngülləşəcək. Bal və limon əlavə olunmuş ilıq su, moruq, zoğal mürəbbəsi ilə çay, quru meyvələrdən bişirilmiş kompot, çobanyastığı dəmləməsi və s. sizə çox yaxşı kömək edəcək. Maye isti yox, ilıq olmalıdır. Mayeni daha tez-tez və az-az için.
- Qida yüngül olmalıdır. Xəstə yemək istəmirsə, onu zorla yedizdirmək olmaz. Toyuq bulyonu xəstəlik zamanı çox yaxşı seçimdir. Toyuq bulyonu orqanizmə hətta müalicəvi təsir edir.
- Evin havasını tez-tez dəyişmək və nəmləndirmək lazımdır. Hal hazırda xüsusi nəmləndirici cihazlar var. Belə cihaz yoxdursa, sadəcə evin döşəməsini gün ərzində bir neçə dəfə nəm əski ilə silmək lazımdır. Bu selikli qişaların normal fəaliyyəti üçün çox vacibdir. Öskürək, zökəm zamanı orqanizmdən seliklə birlikdə mikroblar, toksinlər ifraz olunur. Lakin selikli qişaların normal fəaliyyəti üçün onların nəm olması çox vacibdir. Evin havası həddən artıq quru olanda, selikli qişalar quruyur və öz vəzifəsini yerinə yetirə bilmir.
- Bədən hərarəti 38,5 C çatmayıbsa, hərarətsalan dərmanlardan istifadə etməyin. Bədən hərarətinin yüksəlməsi orqanizmin qoruyucu reaksiyasıdır ki, bu zaman bizim immun sistemimiz daha fəal işləyir, infeksiya ilə daha aktiv şəkildə mübarizə aparır. Hərarəti salıb, siz immun sisteminin işinə "qarışırsız" və sağalmanı ləngidirsiz. Təbii ki, hərarət 38,5 C və bundan artıq olduqda hərarətsalan dərmanlardan istifadə etmək lazımdır.
- Soyuqdəymə və qripp antibiotiklərlə müalicə olunmur! Ümumillikdə həkimlə məsləhətləşmədən heç bir dərman qəbul etməyin.
- Əgər 4-5 gündən sonra vəziyyətiniz yaxşılaşmasa və ya əksinə daha da ağırlaşsa, bu yaxşı əlamət deyil. Mütləq həkimə müraciət edin
1) DKNY Golden Delicious – 1 milyon dollar
Flakon 3000-ə yaxın qiymətli daşlarla və naxışlarla bəzədilib.Bu daşlar dünyanın müxtəlif hissələrindən seçilib.Ətrin təkcə flakonu deyil, elə aromatının özü də tərifə layiqdir: müasir, uğurlu və zəngin qadınlar üçün yaradılmış bu ətir təp təzə sarı almaların təravəti, portağal rənglərinin və Mirabelle gavalısının notları ilə insanları özünə cəzb edir.Belə bir şedevrin üzərində iş 1500 saatdan çox vaxt tələb edir.
2) Secret de la Reine от Guerlain – 300000 avro
Secret de la Reine -ətirlərini həqiqətən də zərgərlik əsərləri adlandırmaq olar. 123,73 qram platindən, brilyant və qara oniksdən hazırlanmışdır, onu həmçinin balı arısı formasında kulona da bənzətmək olar.
3) Clive Christian’s Imperial Majesty-bir flakonun qiyməti 215000-dən 507 milyona qədər
Məhəmməd əl-Fayed ətirlərin elə təqdimatı zamanı etiraf etmişdir ki, ətirlərin ilk sahibi kimi Bruney sultanın və Roman Abromoviçin olacağı gözlənilir.
4) V1 – dəyərri 85000$ olan parfüm
Parfüm ustası Artur Bernxem öz fikrini həyat keçirmək üçün ən gözəl komponentlərin ahəngini tapmaqdan ötrü parfümer düz beş ilini sərf etməli olub.
5) Paco Rabanne 1 Million 18 Carats LUXE edition – 56000$
Paco Rabanne 1 Million 18 Carats LUXE edition – kişi ətirləri içərisində ən çox tələbat olan ətirlərdən biridir. Bu sadəcə parfüm deyil, həm də kişi əzəmətinin, qüdrətinin, şöhrət və zənginliyinin, bütöv bir tarixinin mücəssəməsidir.
6) J’Adore L’Or: Version Prestige və Version Haute Joaillerie Exception – 30000 avro
7) Guerlain Idylle "Tear of Love”- 45000$
Bu hissiyyatlı və həyəcanlandırıcı ətir romantik insanın düz ürəyindən vurur! Onu ciyərimizə çəkərkən sanki sevgi romanı oxuyuruq.
8) Les Larmes Sacrées de Thebes от Baccarat – 6800$
Flakon təmiz dağ büllurundan hazırlanıb və bahalı daş-qaşla bəzədilib. Bu flakonların 6 ədədi Londonun Harrods univermağında saxlanılır.
9) Bond No.9 brendindən bərqvuran eksklüziv – $3500 dollar
Bond No.9 – Bütün göstəricilərinə görə qeyri adi brenddir. Onun nəfis stilistik və ətir tərtibatı Nyu-York şəhərindən ilham alır, şəhərin təzadlı və dinamik həyatı bu ətirlərdə təcəssüm olunur.
10) Caron’s Poivre – 2000$
Bu ətri bir dəfə qoxulasanız, onu daha heç vaxt unutmayacaqısnız. Bu təzadlı ətri bir sıra epitetlər ilə xarakterizə edirlər: sevgi və nifrət, qara və qırmızı, zəriflik və ehtiras.
Saçlarımızın təmiz və canlılığı üçün ən çox istifadə olunan təmizləyici maddə şampundur. Hər birimiz şampun alarkən saçımızın yağlılığına, boyalı olub-olmamağına görə şampunu seçirik. Lakin istifadə etdiyimiz şampunların tərkibindəki kimyəvi maddələr ən başda insan sağlamlığına və saça zərərlidir.
Evdə təbii şampun hazırlamaqla sağlamlığınızı sığortalamış olarsınız.
Lazım olanlar: 1 şorba qaşığı limon suyu, 1 şorba qaşığı bal, 1 stəkan isti su, paçkada çobanyastığı çayı
Hazırlanması: Suyu qızıdırın, amma qaynatmayın. 1 stəkana 1 yemək qaşığı bal, 1 yemək qaşığı limon suyu qatın, isti suyu üzərinə əlavə edib, yaxşıca qarışdırın. Qarışım narıncı rəngə dönənə qədər çobanyastığı çayını suya salın.
Beləliklə, bitki mənşəli şampunu hazırlayıb normal şampun kimi istifadə edə bilərsiniz.
Saçınızı hamarlaşdıran və düzləşdırən ən sağlam təbii jele-Aloe
Aloe (əzvay)şirəsi vasitəsilə ən sözə baxmayan, qabarıq saçlar təbii və sağlam şəkildə düzləşdirmək mümkündür. Bundan əlavə bu möcüzəvi bitki saçınızı lazim olan minerallarla və vitaminlərlə təmin edəcək. Qadin.az-ın təqdim etdiyi bu resept vasitəsilə ideal saçlara qovuşacaqsınız.
Təbii jele üçün lazım olanlar:
Aloe şirəsi
2-3 damla limon şirəsi
Hazırlanması və istifadə qaydası:
Çox sadə...Aloe və limon suyunu qarışdırın. Təbii jeleniz hazır!
Saçınızı yuyun nəmli şəkildə bu hazırladığınız qarışımdan sürtün, sonra isə saçınıza istədiyiniz ukladkanı edin..
Qeyd: Qabarmanın, elektriklənmənin qarşısını alır. Saçı düz və hamar edir.
Buxaq problemi ilə qadınların bir çox hissəsi rastlaşır. Buxağın əmələ gəlmə səbəbləri arasında: piylənmə, düzgün olmayan qamət, hündür yastıqda yatmaq vərdişi, irsiyyət.
Buxaq qadının xarici görünüşünü korlayır, onu daha yaşlı göstərir. Buxaqdan qurtulmaq üçün məsləhətlərimizdən istifadə edə bilərsiniz:
- Buxaqdan qurtulmaq üçün ilk növbədə qamətinizi düzəldin. Bu heç zaman gec deyil. Qamətinizə daim fikir verin.
- Çəkinizi azaltmağa çalışın.
- Hündür yastıqda yatmayın. Yuxu zamanı çiyinləriniz döşəyin üzərində olmalıdır, boynunuz qabağa əyilməməlidir.
- Buxaqdan qurtulmaq üçün xüsusi dartıcı maskalardan istifadə edin. 1 xörək qaşığı ağ kosmetik gili az miqdarda sərin suda həll edin və qalın qatla buxaq nahiyəsinə çəkib uzanın. Maskanı 30 dəqiqə ərzində saxlayın (boynuzu tərpətməyin) və sonra maskanı sərin su ilə yuyub dəriyə qidalandırıcı krem çəkin.
- 1 çay qaşığı alma sirkəsi və 1 çay qaşığı duz 1/2 stəkan sərin suda həll edin. Suda kiçik dəsmal isladın. Dəsmalın kənarlarından tutub dəsmalı 5-10 dəqiqə ərzində tez-tez buxaq nahiyəsinə vurun. Daha sonra dərini sərin su ilə yuyun və qidalandırıcı krem çəkin.
- Kosmetik buz buxaqdan qurtulmağa kömək edir. 1 xörək qaşığı palıd qabığı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və buz üçün olan qaba töküb dondurucu kameraya qoyun. Hər səhər alınmış buz kubu ilə buxaq nahiyəsini sürtün.
- Hər gün buxaq nahiyəsini elastik bintlə sıx sarıyın (bintin kənarlarını təpədə bağlamaq lazımdır) və 1 saat ərzində saxlayın. Daha sonra dəriyə qidalandırıcı krem çəkin.
- Əllərinizə bir qədər bal götürün, başınızı arxya əyin və sığallayıcı hərəkətlərlə buxaq nahiyəsini və boynunuzu massaj edin (dəri qızarana kimi).
Qadin dunyasi - deri baximi - Deriye qulluq - parlaq deri - lekesiz deri - Derimizin gozel olmasi ucun ne etmeli? - Bəs, dərimizi necə qoruya bilərik?
Dərinin tər və yağ ifrazatından ibarət qoruyucu təbəqəsi var. Dərinin təbii kremi sayılan həmin təbəqə ətraf mühitin təsirindən onu qorusa da, bu, kifayət etmir.
Mövsümdən asılı olmayaraq, günə mütləq ən az 15SPF qoruma faktoru olan nəmləndirici krem çəkərək başlayın:
1. Üzünüzü əsla günəşə çevirməyin.
2. Kəskin hava şəraitində xüsusi kremlər çəkin.
3. Bədənə zəhər daşıyan hər cür vərdişi (siqaret, spirtli içki) tərgidin.
4. İşiniz kimyəvi maddələrlə birbaşa bağlıdırsa, iş prosesində maska taxın.
5. Su için.
Dərimizi necə təmizləyə bilərik?
Külək, çirkli ətraf mühit, zərərli günəş şüaları, stress, kondisionerli otaq, fərqli hava şəraiti, xalçadan uçan sintetik tüklərdən tutmuş istifadə etdiyiniz yuyucu vasitələrə qədər hər şey dərinizi korlayır. Bunun üçün hər gün makiyaj etsəniz də, etməsəniz də, dərinizi təmizləməlisiniz. Dərinin təbii təbəqəsinə zərər vermədən təmizləməyiniz üçün süd, gel və ya sabun şəklində xüsusi kosmetik vasitələr hazırlanıb.
Dərimizi necə qidalandıraq?
Dəriniz də digər orqanlarınız kimi gündüz yaşayır, gecə isə istirahətə və özünübərpaya çəkilir. Odur ki, orqanizmdə hüceyrə yenilənməsi gecələr baş verir. Qidalandırıcı kremlərin gecə istifadəsinin səbəbi də budur.
Dəriyə təzə qalmağa kömək edən aktiv maddələr gecə kremləriylə yedirilir. Buna görə də gündüz çəkdiyiniz gecə kremindən, yaxud gecə çəkdiyiniz bir nəmləndiricidən heç bir təsir gözləməyin. Dərini sadəcə, gecə kremləriylə qidalandırmaq olar.
Kremlərin təsiri həm də onların dərinizə uyğun olub-olmadığından asılıdır. Məsələn, yağlı dəriyə yağ ifrazatını tənzimləyən, aktiv maddələri olan kremlərlə, həssas və alergik dəriyə imunitet sistemini gücləndirən gecə kremləriylə quluq edin. Dəriniz sallanmağa və bozarmağa başlayıbsa, toxumanı qüvvətləndirən, qırışların aradan qaldırılmasına kömək edən, aktiv maddələri olan kremlərdən istifadə edə bilərsiniz. Dəriniz ləkəli və cansızdırsa, köməkçi kimyəvi maddələri olan kremlərə üstünlük verin ki, tez effekt əldə edəsiniz.
Kosmetikalar içərisində yeni inqilab olan iynələr də var. Kremdən 300 dəfə tez dəri altına nüfuz etdiklərindən təcili bərpadaəvəzsizdirlər. Adətən, təkbaşına istifadə olunan həmin iynələr mütləq hər hansı bir kremlə dəktəklənməlidir.
Stress məsələsini də unutmayın. Stress bədənin qidalardan vacib vitamin və mineralları almaq gücünü azaldır, immunitet sistemini zəiflədir. Sizi viruslara və mikroblara qarşı müdafiəsiz buraxır. Odur ki, dərinizə qulluq etmək fikrinə düşəndə mütləq ruhunuza da qulluq edin.
Özünü “xına mərasimlərinin şahzadəsi” hesab edən Xuraman Şuşalı milli üslubda fotosessiya etdirib. O, milli geyimdə "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyində kamera qarşısına keçib. Lent.az həmin fotoları təqdim edir
Onlar daim efirlərdə, el şənliklərindədirlər. Hər zaman da özlərini formada saxlamağa çalışır. Bunun üçün isə min yola əl atmaqları da öz yerində. Plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Tədbirdən, efirdən başı ayılıb idmana da vaxt ayıranlardan. Lent.az-ın yeni “Ulduzların idman saatı” layihəsində onlarla idman zallarında görüşdürəcəyik sizləri.
Budəfəki “idmançımız” isə müğənni Rəqsanənin qızı modelyer Aysun İsmayılovadır.
- Nə vaxtdan idmana başlamısan?
- Təxminən 4-5 ildir ki, idman edirəm. 15 yaşımdan başlamışam.
- Yəqin idmanı formada qalmaq üçün edirsən?
- Yox, sırf sağlamlıq üçün.
- Pəhrizdəsən?
- Pəhrizdə deyiləm, yeməklərimə də sərhəd qoymuram. Hər şeyi yeyirəm. İstədiyim zaman tez arıqlaya, kökələ bilirəm. Formada qalmaq mənim üçün problem deyil. Düzdür, məndə kökəlmək problemi var. Nə qədər çox yesəm də, kökələ bilmirəm. İştaham yoxdur deyə, gündə bir dəfə yemək yeyirəm.
- İdmanın həyatında rolu?
- Məşqə başlayandan hiss edirəm ki, bədənim bərkiyib. Əzələ yığmışam, indi kişi-kişi danışa bilirəm. İdman etdiyim gün qarşıma vacib bir iş çıxsa, getmərəm. Bir saat da olsa idmanımı etməliyəm. Məni formada saxlayan məşq etməyimdir.
Qaçış cığırından enir.
- Ana bala məşqə gəldiyiniz vaxtlar olubmu?
- Yox, anamın məşqə ehtiyacı yoxdur. Bütün gün xaricdədir. Toylara gedir, qaçaqaçda olur.
Güzgü önünə keçərək, qantellərlə məşq edir.
- Keçək qidalanmağına. Nələrdən imtina etmisən?
- Əvvəllər yağlı və xəmir yeməklərini yeyirdim. İndi onları azaltmışam. Ət yeyənəm, toyuq ətini daha çox yeyirəm. Məndən fərqli anam hər şeyi yemir. Seçim edir. Ürəyi gözəl yeməklər istəyəndə nənəm gilə gedir, orda yeyir. Evdə yemək və bazarlıq işinə nənəm baxır. Yekəxanalıq kimi çıxmasın, indi soruşsanız ki, bazarda çörək neçəyədir, bilməyəcəm.
- Anan nələri sənə qadağa edib?
- Elə bir səhv hərəkətim yoxdur ki, anam mənə nəsə də qadağa qoysun. Anamla mənim aramda ana-bala münasibəti də yoxdur. Biz dostuq. O, mənə demir ki, belə eləmə. Sadəcə deyir ki, bax, bunu belə eləməsən, daha yaxşı olar. Məsləhətlə başa salır.
- Həftədə neçə dəfə məşq edirsən?
- Ən azı 2 dəfə.
- Fərdi məşq edirsən, yoxsa...
- İdmançı Kamil Zeynallı ilə məşq edirəm. Amma bu zala yeni gəlmişəm.
Söhbətimizi davam edirik. Təbii meyvə şirəsindən içir.
- Keçək şəxsi həyatına. Bir müddət öncə Rəqsanə açıqlama vermişdi ki, qızım nişanlanır. Toy nə zamandır?
- Şəxsi həyatım barədə danışmağı xoşlamıram. Ona görə də son dəfə açıqlama verirəm ki, bu mövzu bağlansın. Nişanım olmalı idi, olmadı. Oturduq ana-bala fikirləşdik, dedik ki, bu iş alınmasa yaxşıdır. Bu məsələni bağlayaq. Hələlik ailə qurmaq barəsində düşünmürəm. Hazırda sevginin nə olduğunu anamda, bacımda hiss edirəm.
- Yəqin elçi düşənlər çox olar?
- Hə, çoxdur. Amma mən sevgiyə inanmıram. Ailə qurmaq yox, şəxsi karyeramı qurmaq istəyirəm.
Qaçış cığırından sonra əzələ yığır.
- Ən sevdiyiniz idman növü hansıdır?
- Ən çox trenajoru bəyənirəm.
- Plastik əməliyyat keçirdiyin də deyilir...
- ( Sözümü yarımçıq kəsir...) Yox, heç vaxt əməliyyat etmərəm. Belə bir deyim də var ki, heç vaxt, heç vaxt demə. Amma Allahın mənə verdiyi ilə razılaşıram. Mənim anam da plastik əməliyyat keçirib. Ehtiyac varsa, olmalıdır. Ona görə də pis baxmıram. Mənə deyirlər ki, burnunu əməliyyat elə. Amma Allahın mənə bəxş etdiyi burnu niyə dəyişim ki? Hətta sosial şəbəkədə bir çoxları yazır ki, dodağına gel vurmusan. Amma bu mənim təbii dodaqlarımdır. Makiyajla dodağı böyütmək olur. Yəni makiyajla dodağımı böyüdürəm. Bilsəm ki, üzüm qırışdır, heç üzümü botoks da etdirmərəm. Başdan ayağa təbiiyəm. Dırnaqla, saçdan başqa.
- Sosial şəbəkədə sənə və Rəqsanəyə söyüş yazanlar da olur.
- Hə, yazırlar, cavablarını da alırlar. Bloka atıram. Bir dəfə çox əsəbiləşmişdim. Ailəm haqqında çox artıq sözlər yazırdılar. Mənim ailəmlə nə işiniz var? Artıq sosial şəbəkədə bildiriş də paylaşmışam. Kim mənim anamın, bacımın, nənəmin haqqında nəsə pis rəy yazsa, məhkəməyə verəcəm. Heç kimin ixtiyarı yoxdur ki, bizi söysün, təhqir etsin.
Ştanq qaldırır.
- Hazırda neçə kilosan? Və arıqlamaq fikrin varmı?
- İndi 53 kiloyam. Ən kök vaxtım 65 kiloqram olub. Arıqlamaq istəmirəm. Anamın Yaşıl Teatrda verdiyi konsertdən qabaq 65 kilo idim. Həmin konsertə geyimləri hazırladığım vaxtlar gecə-gündüz yatmadım, yorğun oldum. Həmin vaxt 49 kiloya qədər arıqladım. Daha sonra yeyərək yox, idman edərək kökəldim.
- Rəqsanə saytımıza müsahibəsində söylədi ki, qızlarımın soyadını dəyişmişəm. Onlar yeni həyat yoldaşımın soyadını daşıyır. Bəlkə yeni soyadını açıqlayardın?
- Hələ açıqlaya bilmərik. Müəyyən səbəblərə görə, yeni soyadımızı mətbuatdan gizlədirik. Hələ açıqlamağın vaxtı deyil.
- Bunu açıqlamağa anan icazə vermir yoxsa?
- Ailəmizin qərarıdır. Atam, anam və mən söhbətləşdik, qərara gəldik ki, hələ açıqlamayaq.
- Ata demişkən, bir zamanlar doğma atanı axtarırdın. Amma o sənlə görüşmək istəmədi. Ananın yeni həyat yoldaşında atalıq hissini duyursan?
- Doğma atamı dəfələrlə axtarmışam. Anamdan gizlin atamı axtardım, tapdım, amma mənimlə görüşmək istəmədi. Dedi ki, mənim sən adlı qızım yoxdur. Sən mənim ailəmi dağıtmaq istəyirsən. Barışmaq istəyirsən ki, ailəmi dağıdasan. Bu sözlərdən sonra etiraf edirəm ki, indi desələr ki, atan gəlib, səni görmək istəyir, razı olmaram. Ömür boyu doğma atamı bağışlamayacam. Mənə atalıq edən insan anamın indiki həyat yoldaşıdır. Anam indiki həyat yoldaşı ilə ailə qurandan sonra, atanın nə olduğunu anladım. Mən indi ona ata deyirəm. Mən də çox istəyərdim ki, doğma atamdan atalıq görüm. Amma olmadı. Bundan sonra barışmağımız da mümkün deyil. Səmimi deyirəm, taleyimi dəyişmək imkanım olsa, doğma atamın yox, anamın indiki həyat yoldaşının doğma qızı olmaq istəyərdim. Başqa heç bir şeyi dəyişmək istəməzdim. Allaha şükür, həyatımda hər şey əladır.
İdmanı yekunlaşdırıb, müəllimi Kamil Zeynallı ilə sağollaşır: “ Bu gün bir neçə işim olduğuna görə, idmanı yarım saat tez yekunlaşdırdım”.
Müğənni Afaq Aslan özünü biznes-ledi kimi də sınamaq qərarına gəlib. Lent.az-ın məlumatına görə, müğənni bu gün paytaxt məkanlarının birində özünə restoran açıb. İfaçı restoranının açılışına şou-biznesin bir çox tanınmış simalarını dəvət edərək, yeni biznesindən danışıb: “Restoran biznesinə xeyli zaman idi ki, başlamaq istəyirdim. Lakin şəxsi həyatımda baş verən işlərdən dolayı yubandı. Qismət bu günə imiş. Artıq özümü müğənnilikdən savayı biznes-ledi kimi də sınayacam. Düşünürəm ki, alınacaq. Növbəti ayda biznesimi daha da genişləndirəcəm. Bu barədə isə hələ danışmaq istəmirəm”.
Qeyd edək ki, A.Aslanın biznesinin açılışına müğənnilərdən Xuraman Şuşalı, Ülvi Qılınc, Sevinc Ağaşirinova, Nurlan Təhməzli, İradə Mehri, Ümman, prodüser Təranə Səmədova, aparıcılar Vüsalə Kərimova, Könül Muxtarova, Dj Roşka, rejissor Rəhman Əliyev və başqaları qatılmışdı.
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda terror təhlükəsi ilə mübarizədə Türkiyə hakimiyyəti ilə sıx əməkdaşlığa hazır olduğunu təsdiqləyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. “Dövlət başçısı məktubda bu dəhşətli cinayətin icraçı və sifarişçilərinin layiqli cəza alacaqlarına ümid etdiyini bildirərək, terror təhlükəsi ilə mübarizədə Türkiyə hakimiyyəti ilə ən sıx əməkdaşlığa hazır olduğunu təsdiqləyib”, deyə Putinin başsağlığı məktubunda bildirilir.
PKK terror təşkilatı silahlılarına noyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində hər-hansı hərbi fəaliyyətin dayandırılmasına dair göstəriş verib. APA-nın “RİA Növosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə PKK-nın hərbi qolunun yaydığı bəyanatda bildirilir.
“Türkiyədən və xaricdən səsləndirilən çağırışları diqqətə alaraq bizim hərəkat, fəallarımıza hücum halları istisna olunmaqla, hərbi aktivliyini dayandırıldığını elan edib”, deyə bəyanatda bildirilir.