Qoç - əvvəlki günün ruhu və təmayülləri davam edir. Lakin keçmişin energetikasından qurtulun.
Sürətlə aktivləşən və planlaşdırılmamış şəkildə məğzini dəyişə biləcək ünsürü kontrolda saxlayın.
Yaşam arealınızda, işgüzar münasibətlərinizdə qayda yaradın.
Həmkarlar və ailə üzvləri ilə münaqişələrə rəvac verməyin.
Yaranan ideyalar toplusundan birini, ən vacibini, sərfəli və maraqlısını seçin. Bir mövzunun çərçivəsində qalmayın, hadisələrin ritminə uyğun hərəkət edin.
Buğa - nevroz, əsəbi gündür. Daxili narahatlıq, gərginlik hiss edəcəksiniz. Hisslərə qapılmayın, emosional olmayın. Düşünülməmiş qərarlar verməyin. Nəzərdə tutduğunuz işləri kənardan yardım gözləmədən həyata keçirin.
Yaxşı tanımadığınız insanlara bel bağlamayın.
Günün ikinci yarısında rutin məsələlərin həlli sizi qıcıqlandırmamalıdır.
Axşam saatlarında əhvalınız yaxşılaşacaq.
Əkizlər - maraqlarınızı reallaşdırmağa çalışın. Süst və ətalətli olsanız, mühüm məqamı əldən buraxa bilərsiniz. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz plan çərçivəsində konkret addımlar atmaq üçün şans yaranıb.
Böyük ümid və gözləntiləriniz olduğu məsələdə, layihədə və ya işdə baş verənləri diqqətlə izləyin. Kimsə yaşamınıza müdaxilə etməyə çalışır. Belə siqnalları gözdən qaçırmayın. Hətta ən qəribə və qeyri-adi hadisələrin səbəblərini anlamağa can atın.
Xərçəng - səhər saatları yeni işə başlamaq üçün münasib zaman deyil. Yarımçıq qalmış işi tamamlayın. Diqqətiniz dağınıq olmamalıdır. Ən adi məsələlərin həllində aciz qalmayın. Yalnız özünüzə güvənin.
Günün ikinci yarısında bəzi problemlərin çözümündə həmkarların təcrübəsindən yararlana bilərsiniz. Tələbatınızı təmin etmək üçün zəruri addımları atın.
Axşam saatlarında qonaq getmək, yaxud maraqlı məkanlardan birinə baş çəkmək olar.
Şir - ən aktual məsələlərin həllinə başlaya bilərsiniz. Saatlar keçdikcə enerjiniz azalacaq. Bu səbəbdən imkanlarınızdan maksimum istifadə edin. Az qala dahiyanə saydığınız ideyalar, əslində, illüziyalardır. Xəyallara qapılaraq yanlış addımlar atmayın.
Günün ikinci yarısında pərişanlığa düçar olmamaq üçün çevik və aktiv olun. Məsuliyyətin etirafından qorxmayın.
Axşam saatlarında tərəfdaşlar və ya dostlarla ünsiyyət alınmaya bilər. Maliyyə məsələləri ön plana çıxacaq.
Qız - günün ilk yarısı uğurlu zamandır. Planlarınızı reallaşdırın. Hadisələrin axarına təsir imkanlarınız var. Niyyət və istəklərinizin məcmusunu bir daha dəyərləndirin.
Günün ikinci yarısında ideyalarınız nə qədər cazibədar da olsa, məsləhətləşməyi unutmayın. Ailə üzvləri və qohumlarla ünsiyyətdə aqressivliyə yol verməyin. Əks təqdirdə münaqişə, qarşılıqlı inciklik yarana bilər.
Axşam saatlarını evdən kənarda keçirin, istirahət edin.
Tərəzi - səhər saatlarından etibarən əhvalınız yaxşı olacaq. Hər şeyə rəğmən, nikbin davranın. Hadisələrin məcrası pozitiv deyil. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.
Günün ikinci yarısında yeni şərtlər və qəfil hadisə bəzi planlarda dəyişiklikləri qaçılmaz edəcək. Cari problemlərin həlli üçün istirahəti, əyləncəni unudun.
Axşam saatlarını ailə üzvlərinizə həsr edin.
Əqrəb - məsuliyyətli və genişmiqyaslı layihənin icrasına başlamaq olar. Əvvəllər başladığınız işləri, təbii ki, başa vurmağı unutmayın. Diqqətli olun, ətrafınızda baş verən hadisələri izləyin.
Günün ikinci yarısında məqsədə çatmaq üçün ən optimal yolu seçin. Problemlərin effektiv həll yollarını arayın.
Çətinliklərin öhdəsindən kreativ, qeyri-trivial yolla gələ bilərsiniz.
Axşam saatlarında dostlarınızın, dəyər verdiyiniz insanların qayğısına qalın.
Oxatan - bildiyiniz kimi hərəkət edin. Kənar məsləhətlərə çox aludə olmayın. Bununla belə, situasiyanın tələblərini, günün şərtlərini nəzərə alın. Sizə dəyər verən insanlarla qaba davranmayın.
Günün ikinci yarısında qarşılıqlı sayğı və anlaşma varsa, komanda fəaliyyəti əla nəticə verəcək. Yaşlı qohumlardan birinin sözlərindən faydalanmaq zamanıdır.
Axşam saatları üçün nəzərdə tutduğunuz görüş sizdən asılı olmayan səbəblərə görə təxirə salına bilər.
Oğlaq - eyni vaxtda bir neçə mühüm mövzuda və ya istiqamətdə yeniliklər yaşana bilər. Planlar dəyişə bilər. Yaxın ətrafınızdakı insanlara qıcıqlanmayın. Səbrli olun, təmkinli davranın.
Bu gün təşkilatçılıq bacarığınızın olub-olmadığı bilinəcək. Həddən artıq narahatlıq nümayiş etdirməyin. İşdə və ailədə maksimal tələbkarlıq göstərməyin, xırdaçılığa varmayın. Əks təqdirdə münaqişə qaçılmazdır.
Cari işlərlə məşğul olun və hadisələrin intensivləşməsindən gərəkli nəticələr çıxarın.
Axşam saatlarında maraqlı ünsiyyət məsləhətdir.
Dolça - rahat və adi günlərdən biri deyil. Bəzi nüanslar sizi saatlarla gərginlikdə saxlayacaq. Çevik və mütəhərrik olun. Yaranan problemləri ən qısa zamanda çözməyə can atın.
Günün ikinci yarısında işgüzar təmasları aktivləşdirin. Karyeranız həmkarlarınız və tərəfdaşlarınızın sizə münasibətlərindən əhəmiyyətli dərəcədə asılı olmamalıdır. İşdə rəhbərliklə, həmkarlarla rəvan münasibətləri qoruyun.
Axşam saatlarında normal istirahət edin. Əyləncəyə yollana bilərsiniz.
Balıqlar - günün ilk yarısında qarşınızda duran məqsədlərə çatmaq üçün aktiv çalışın. Fəal olun, süstlük etməyin. Eyni zamanda, tələskənlik də yaramaz. Düşünülmüş qərarlar verin.
Günün ikinci yarısında aramla irəliləyiş sürətli sıçrayışlarla müqayisədə daha yaxşı nəticələr verəcək. İşdə rəhbərliklə danışmaq üçün münasib zamandır. Yaxın ətrafınızdakı anlaşılmazlığı aradan qaldırın.
Qarşılıqlı güzəştlər və qayğı daha yaxşı sonuclar verəcək.
əxlaq - Ən pis əxlaq - Ən pis əxlaqi xüsusiyyətləri haqqinda
Ən xoşagəlməz əxlaqi xüsusiyyətlərdən biri də "nifaq və ikiüzlülükdür. " Azadlıq və səadətə layiq və ən yüksək məqama çatmağa qadir olan insan yalan və vəfasızlıq kimi xoşagəlməz xüsusiyyətlərə aludə olduqda, nifaq və ikiüzlülük yoluxucu xəstəlik kimi insanın bütün vücudunu bürüyür. Nifaq, insanın vücudunda bir çox əxlaqi xüsusiyyətlərin meydana gəlməsinə böyük maneə yaradır. Nəfsani təkamülün qarşısını alan hər bir şey isə ruhi təkamül və xoşbəxt həyatla kəskin şəkildə müxalifət edir.
Nifaq insanın şərəf və mənəviyyatına ağır zərbə vurur. Əxlaqi dəyərlərin aradan getməsinə səbəb olmaqla yanaşı, insanın müvəffəqiyyəti üçün zəruri olan etimadın əvəzinə qəlbə iztirab və bədbinlik toxumu səpir.
Fırıldaqçı və hiyləgər şəxslər böyük məharətlə özlərini hamıya sevdirir və xeyirxah bir insan kimi tanıtdırmağa nail olur. Ruhi bağlılığı olmadan zahirdə iki nəfər küsülünün hər biri ilə səmimi münasibətlər yaradıb riyakarlıqla birinin tərəfini saxlayır, digərinə qarşı isə müxalif mövqe tutaraq ixtilafların daha da dərinləşməsinə səbəb olurlar.
Bəli! Zahirdə camaatın rəyi ilə müvafiq olub, lazım gəldikdə isə həqiqətdən boyun qaçırmaq münafiq və ikiüzlü şəxslərin ən bariz xüsusiyyətlərindəndir.
Hansı cəmiyyətdə olursa-olsun, münafiqlər düşmənlərdən daha təhlükəli olurlar. Dahi şəxslərdən biri deyir: "Düşmən həm zahirdə, həm də batində öz çirkin niyyətlərindən əl çəkməz. Çünki düşmənçiliyin yalnız bir rəngi vardır. Kaş ki, dostlar da düşmənlər tək qətiyyətli olaydılar! Şübhəsiz ki, münafiq və riyakar dostlar düşməndən daha pisdirlər. "
Münafiqlər şərəfli həyatdan məhrum olan şəxslərdir. İkiüzlülüyə adət edən şəxslər heç vaxt ünsiyyətdə olduğu insanların qəlblərində özlərinə yol tapa bilməzlər. Həqiqəti gizli saxlamağa cəhd etdikləri üçün daim rüsvayçılıqla üzləşər və öz əməlləri ilə iç üzlərini büruzə verərlər. İctimaiyyətin bədbəxtçiliyinə səbəb olan amillərdən biri də cəmiyyətin müxtəlif təbəqələri arasında hiylə, riyakarlıq, yalan və etimadsızlığın baş alıb getməsidir. Nifaq cəmiyyətə yol tapıb qəlblərdə özünə yer etdiyi zaman camaatın mənəviyyatına ağır zərbə vurmaqla yanaşı, cəmiyyəti bütünlüklə öz arxasınca çəkib uçuruma sürükləyir. Samuel Smaylz deyir: "Yaşadığımız dövrün ictimai və siyasi adamlarının əxlaqı uçurum və pozğunluğa doğru gedir.
Bu günlər şəxsi qəbul otaqlarında deyilən sözlər tribunalarda söylənilənlərdən olduqca fərqlidir. Ümumi məclislərdə camaatın rə’y və təklifləri tərif olunur, şəxsi yığıncaqlarda isə istehza və məsxərə olunur. İnsanın vicdanı bu günlər başqa vaxtlardan daha çox əziyyət çəkir. Onların şəxsi mənafeləri isə məslək və məramla bir anda olsun ayaqlaşmayıb daim dəyişməkdir. Beləliklə, riyakarlıq mənfi xüsusiyyətlər cərgəsindən çıxıb adi hala çevrilir. Əgər üst təbəqə riyakarlığa adət edərsə, alt təbəqə də onlardan geri qalmamağa çalışır. Çünki onlar üst təbəqəni özlərinə örnək götürürlər və beləliklə, riyakarlığa adət etməyə başlayırlar. Bu günlər əldə olunan şan-şöhrət insanın gözəl xüsusiyyətlərindən xəbər vermək əvəzinə, bir çox hallarda onun mənəvi düşkünlüyündən xəbər verir. Rus atalar məsəlində deyilir: "Möhkəm fəqərə sümüyü olanlar heç vaxt yüksək dərəcələrə çatmayacaqdır. "Lakin şan-şöhrət, maddiyyat vurğunu olanların fəqərə sümüyü külək əsən tərəfə əyilir və nəfsani istəklərdən tam asılı vəziyyətdə olur. Aldatma, həqiqəti ümumi kütlədən gizlətmə və zahirdə alt təbəqənin istəyi əsasında hökm vermə, ən pisi isə ictimai münaqişələr yaratma vasitəsilə əldə olunan şan-şöhrət sağlam mənəviyyata malik olan şəxslərin nəzərində ən mənfur bir hərəkətdir. Həmin şəxslərə isə onlar heç bir dəyər və əhəmiyyət verməzlər. "
Saf mənəviyyat və insaniyyətdən xəbər verən nişanələrdən biri də düzlük və səadətdir. Sağlam ruhdan mənşələnən tapan bu yüksək xüsusiyyət insanın şəxsiyyətinə birlik bəxş edir. Həmçinin, sülh və əmin-amanlığı təmin etməklə yanaşı, cəmiyyəti güclü və həmahəng edir. Təbii ki, insan özünün sadiq dostlarına daha çox səmimiyyət və mehr-məhəbbətlə yanaşır. Onun bu şəxslərə qarşı səmimiyyəti nə qədər güclü olarsa, münafiq və ikiüzlülərə qarşı da bir o qədər çox nifrət bəsləyər.
Ərəfə orucu - Ərəfə orucu haqqında bilmediklerimiz
Əziz müsəlman bacı və qardaşlar! Qarşıdan dünya günlərinin ən üstünü gəlir, Ərəfə günü.
Elə bir gün ki, Peyğəmbərimiz s.ə.s. bu gün haqda belə buyurur: "Allah təalə Ərəfə günündə digər günlərdəkindən daha çox qulu cəhənnəm atəşindən azad edər." (Müslim)
Elə bir gün ki, Peyğəmbərimiz s.ə.s. bu gündə edilən dua haqda belə buyurmuşdur: "Ən xeyirli dua Ərəfə günü edilən duadır." (Tirmizi, Əl-Əlbani də "Həsən" demiş)
Elə bir gün ki, Peyğəmbərimiz s.ə.s. bu gündə tutulan oruc haqda belə buyurmuşdur: "Keçən və gələn ilin günahlarına kəffarə olar." (Müslim)
Elə bir gün ki, o gün günahlardan qorunanlar haqda Rəsulullah s.ə.s, Fədl bin Abbasa r.a. xitabən belə buyurmuşdur: "Ey qardaş oğlu! Bu gün (Ərəfə günü) kim qulağına, gözünə və dilinə sahib çıxarsa günahları bağışlanar." (Əhməd)
Elə isə əziz müsəlmanlar Ərəfə günü mümkün qədər yuxarıdakı hədislərə və aşağıdakı proqrama əməl etməyə çalışaq:
1 Ərəfə günü gümrah olmaq və ibadətlərə taqətimizin yetməsi üçün axşam bir qədər tez yatmaq.
2 Səhər sübh namazından əvvəl qalxmaq, dəstəmaz almaq, dəstəmazdan sonra edilən duanı demək, iki rükət və ya artıq namaz qılmaq. Allah təaləyə yalvarıb yaxarmaq, Ondan dünya və axirətimizə faydalı olan hər bir şeyi dua edərək istəmək.
3 "Sübh çağı isə bağışlanma diləyirdilər." (Əl-Zariyat 18) ayəsindəki salehlərdən olmaq üçün bir müddət istiğfar etmək, Allahdan bağışlanmağı diləmək.
4 Sübh əzanından qabaq səhur yeməyini yemək.
5 Dəstəmazı yeniləmək (ehtiyac varsa) və duanıtəkrar etmək.(Qeyd: gün ərzində dəstəmazlı olmağa çalışmaq)
6 İmkan varsa məsciddə və ya evdə ailə ilə sünnəti qıldıqdan sonra sübh namazını camaatla qılmaq.
7 Sübh namazından sonra namaz sonrası və səhər-axşam zikrlərini etmək.
Peyğəmbər (s) ilə birlikdə yazisin oxu - Dini yazilarda
Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.
Bu beş il fürsət idi ki, Həzrət Zeynəb Peyğəmbərin mübarək vücudundan səbr və dözüm hədisini yazsın. çünki, o, Zeynəbin həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun.
Mehriban Allahın sifətlərindən biri də budur ki, tövbə edən bəndənin günahını savaba çevirər. «Fürqan» surəsinin 70-ci ayəsində oxuyuruq: «Tövbə edib iman gətirən və yaxşı işlər görənlərin pis əməlləri yaxşı əməllərə çevrilər. Allah bağışlayan və rəhm edəndir». «Hud» surəsinin 114-cü ayəsində oxuyuruq: «Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar».
Pis işin yaxşı işə çevrilməsi barədə elmi, fəlsəfi, ürfani söhbətlər çoxdur. «Təfsire-nümunə»də bu əvəzolmanın bir neçə təfsiri bəyan olunur:
1. İnsan tövbə edib Allaha iman gətirdikdən sonra onun bütün vücudunda böyük bir təlatüm yaranır. Bu insan əvvəllər qatil olubsa, indi məzlumları müdafiə edir, əvvəllər zina edibsə indi iffətini qoruyur. Bu daxili inqilab nəticəsində günahlar savaba çevrilir.
2. Əbuzər nəql edir ki, Həzrət Peyğəmbər (s) belə buyurdu: «Qiyamət günü Allah-Taala bəzi insanlar haqqında əmr edər ki, bu bəndənin kiçik günahlarını çıxarın, böyük günahlarını isə örtün. Kiçik günahlarına etiraf edən bəndə böyük günahlarının qorxusundan qəlbi titrəyər. Bu an Allah istəsə lütf edib göstəriş verər ki, hər günahın yerinə bir savab verilsin. Bəndə ərz edər ki Pərvərdigara, mən mühüm günahlarımı görmürəm». Əbuzər nəql edir ki, Peyğəmbər (s) söhbətinin bu yerində gülümsündü və bu ayəni oxudu: «Allah onların pis əməllərini (günahlarını) yaxşı əməllərlə əvəz edər.»
3. Savaba çevriləcək pis işlər dedikdə bu pis işlərin özü yox, onların insanda qalmış təsirləri nəzərdə tutulur. Yəni insan tövbə etdiyi zaman, vaxtilə gördüyü pis işdən vücuduna düşmüş ləkə təmizlənəcəkdir.
Aşiqdə əğyara zərrə maraq yox,
Dərgahından özgə yerdə pənah yox.
Aşiqik, söyləmiş sevgi sultanı
Məşuqla görüşdür hicran dərmanı
Bilə-bilə Sən tək pənahımız var
Xəcilik qarşında, günahımız var.
Hər nə yazılmışsa kəlməsi doğru,
Bu yolda büdrəyən çəkəsi ağrı.
«La ilahə illa əntə subhanəkə və bihəmdikə»
(«Səndən başqa bir məbud yoxdur, Sən paksan və mən Sənə həmd və səna edirəm.»)
«La ilahə illa əntə» təhlil, «subhanəkə» təsbih, «bihəmdikə» təhmid kimi təbir olunur. Hər kəs dildə təhlil, yəni Allahın birliyinin iqrarını desə eləcə də dediklərinə sadiq olsa, həqiqətən müvəhhid, yəni tək Allaha imanlıdır. Belə insan Allahın amanındadır, dünya və axirət əzabı ona haramdır. Bu şəxs behiştdə peyğəmbərlər və digər ləyaqətə çatanlarla yoldaş olasıdır.
Həqiqi təhlil insan qəlbində o zaman təcəlla edir ki, insan Quran və Əhli-beyt (ə vasitəsi ilə öz Allahını tanısın və Ona itaət etsin. Bu yolu gedən insanın bütün vücudu «Allahdan başqa hər şey batildir» deyə fəryad qoparır.
Kimsədə eşqinə varmağa güc yox,
O eşqə varanda durmağa güc yox.
Hansı könül quşu düşsə qəfəsə
Qəmli nəğmə üçün gələr həvəsə.
Dirilməz ölü qəlb min bir acıdan,
Yalnız eşq qəmindən ucalır insan.
Sevgidir gecəyə layla çalan da,
Bal kimi yuxunu gözdən alan da.
Əfsus ki, bayquş tək görmədik nuru.
Gizli xəzinələr olmasa aşkar,
Üstündə fəqirik, gözlərimiz dar.
Olsa da zərrələr haqqa harayda
Bu kar qulaqlara çətin ki, çata.
Doğrudan da varlıq aləmində insanı nemətlərə qərq edəcək, Onu çətinliklərdən qurtaracaq və nəhayət, xoşbəxtliklərə qovuşduracaq ikinci bir kəs yoxdur. Dua edən şəxs öz acizliyinə və günahlarına etiraf etdikdən sonra təbii olaraq öz çətinliklərini həll etmək üçün bunları həll etmək iqtidarında olan varlığa üz tutaraq deməlidir: «la ilahə illa əntə subhanəkə və bihəmdikə».
Şeytanın yolu bir kəndə düşmüş, kürəyini bir ağaca söykəmiş və buzovu payaya bağlı olan inəyi sağan gənc bir qadını uzaqdan izləməyə başlamış. Şeytan, qadını neçə saat izlədikdən sonra buzovun ipini bir az boşaltmış. Buzov da anasının sağılmasını aç qarınına izləməyə daha çox dözə bilməmiş. Tərpəndikcə boyundakı ip bir az daha boşalmış və sonunda ip açılmış. Qaçaraq anasını əmməyə gedən buzov, süd qabına vurmuş və bütün süd yerə tökülmüş. Sağdığı süd ziyan olunca hirsi başına çıxan gənc qadın, əlinə keçirdiyi odunu buzovun başına vurmuş. Bala qan içində yerə yıxılmış. Balasına hücum etdiyini görən inək bir təpiyə qadını öldürmüş.
Uzaqdan keçməkdə olan qadının qayınatası, inəyin gəlininə öldürdüyünü görüb, əlindəki tüfənglə atəş edərək inəyi öldürmüş. Silah səsini eşidən ər qaçıb gəlmiş. Arvadını yerdə cansız yatar, atasını da əlində tüfənglə görüncə, silahını çəkib tək atışla atasını öldürmüş. Qısa bir müddət sonra həqiqəti öyrənən gənc adam, bu qədər ağrıya dözə bilməyəcəyini düşünüb bir güllə də özunə çəkib, özünü öldürmüşdür.
Şeytan gülərək, indi hər şeyin cavabdehi olaraq məni görərlər. Buzovun ipini boşaltmaqdan başqa nə etdim ki, mən?
- insanın gözlənilməz, onu gərginləşdirən şəraitlə qarşılaşarkən verdiyi emosional reaksiyadır. Ruh düşkünlüyünə, hətta bir sıra xəstəliklərə səbəb olan stressin səbəbləri çox olduğu kimi, onunla mübarizə yolları da az deyil.
Şəhər həyatı, səs-küyün artması, çətin həyat tərzi, nəqliyyat problemi və digər hallar insanda stres yaradır. Aydın məsələdir ki, hər insan gün ərzində özünü gümrah və enerjili hiss etmək istəyir. Lakin yuxarıda dediyimiz kimi bu heç də həmişə mümkün olmur. Gündəlik iş həyatı və ya məişət problemləri həyəcanı bilavasitə stresə səbəb olur. Bununla əlaqədar, demək olar ki, sakitləşdirici vasitələr praktiki olaraq hər bir insana lazımdır.
Diyetoloq Şəfiqə Aydın Səlcuq payız aylarında yaranan bu kimi stresin qarşısını almaq üçün bədəni rahatlaşdıran içkilərə üstünlük verməyi tövsiyə edib. Onun sözlərinə görə, alma və nanə çayı sakitləşdirici xüsusiyyətlərə malikdir. Daim stres altında olan insan şirniyyatlara, yağlı və hazır qidalara, daha çox meyil edir. Amma həmin ərzaqlar stres əleyhinə elə də kömək etmir, insan gün ərzində özünü yuxulu və yorğun hiss edir, əlavə streslə yükləyir.
Ərzaqlar: Alma, limon, nanə yarpağı, şəkər, çay
Hazırlanması: Almanı yuyub təmizləyib kubik şəklində doğrayır, limonu dilimlərə bölür, sonra isə doğranmış nanə və 1 çay qaşığı toz şəkəri alma və limonun üzərinə əlavə edirik. Üstünə qaynar çay töküb dəmlənməsi üçün 30 dəqiqə gözləyirik.
Diyetoloq “Qeyri-sağlam qidalanma, uzun müddət ac qalmaq, həddindən artıq yağlı yeməklər, alkoqol və həddindən artıq kofein qəbul etmək əsəbilik və dözümsüzlük kimi xoşagəlməz vəziyyət yaradır. Dolayısı ilə stres hormonlarını çoxaldır. Piroq və qoğal kimi un məmulatları yerinə, kəpəkli çörəkarası pendir, qoz və fındıq kimi daha az yağlı və doyumlu məhsullar seçin. Gündə ən az bir dəfə zülallı qidalara yer verin. Əgər insanın zülal ehtiyacı qarşılanmazsa, həm maddələr mübadiləsi zəifləyir, həm də orqanizminizdə anemiya (qanazlığı), halsızlıq və əzələ itkisi yaranır ki, bu da insanın özünü zəif və gücsüz hiss etməsinə yol açır.
Stres zamanı immun sisteminin zəifləməsi nəticəsində infeksiya və xəstəliklərə tutulmaq riski artır. Yerkökü, tünd-yaşıl yarpaqlı tərəvəzlər, sarı-narıncı meyvələrdə olan beta-karotin də immun sisteminə müsbət təsir göstərir.
Stres ilə mübarizə yollarının bir neçə üsulu:
Streslə mübarizə özünətəsirdən başlayır - özünüzün fiziki və emosional əmin-amanlığınıza görə yalnız siz cavabdehsiniz. Optimist olun. Pessimizm stresin yüksək səviyyədə olmasına zəmanət verir.
Müntəzəm olaraq idmanla məşğul olun.
Hər işə nizam-intizamla yanaşın. Səliqəsizlik, intizamsızlıq bir tərəfdən "azadlıq" hissi bəxş etsə də, əslində, stres yaradır.
Yaxşı yaşamağa çalışın - vaxtlı-vaxtında istirahat etmək lazımdır - bir qədər yuxulamaq, kitab oxumaq, musiqiyə qulaq asmaq və s.
Keçmiş hadisələr haqqında çox fikirləşməməyə çalışın. Arabir masaj salonuna getmək - gərginliyin, stresin azalmasına təsir edir.
Həmişə hadisələrin xeyrinə, ümumiyyətlə, yaxşı sonluqla qurtaracağına inanın.
Unutmayın, insanın stresdən tez və ya gec çıxması çox vaxt onun öz əlində olur.
Sefali meyveler - Qara tut - Qara tut haqqinda - Qara tutun faydasi - Qara tutun faydalari - Qara tutun ne kimi xeyri vardir?
Qara tut kalsium, C, B1, B2 vitaminləri ilə zəngin dadlı bir meyvədir. Təzə sıxılmış qara tut suyu halsızlıq, yorğunluq və qocalmanın qarşısını almaq üçün xeyirlidir. Qara tut özünü həmişə yorğun hiss edən, ya da yüngül fiziki hərəkətlə məşğul olduqdan sonra tez yorulan insanlar üçün tam bir vitamin "anbarıdır". Hər gün balaca kasa həcmində qara tut yeyən insan özünü hər zaman gümrah hiss edəcək.
Qara tutun eyni zamanda immunitet sisteminin güclənməsində də xeyri var. Gec yaşlanmaq istəyən qadınlar qara tutdan istifadə etməlidilər. Bu meyvə üz qırışlarının yox edilməsində əhəmiyyətli təsirə malikdir. Bağırsaq qurdları problemi yaşayan insanlar hər gün ac qarına 1 stəkan həcmində qara tut yeməklə qurdlarının tökülməsinə nail ola bilərlər. Qəbizlik problemi olan insanlar üçün də bu meyvə xeyirlidir. Bir çox vitaminlə zəngin olmaqla yanaşı qanın təmizlənməsinə də kömək edən qara tut həkimlər tərəfindən anemiya xəstələrinə məsləhət görülür.
Artıq çəkidən əziyyət çəkən xanımlar, əlavə xərclər çəkmədən bunu ev şəraitində də bacara bilərsiniz. Türkiyəli dietoloq Ayşəgül Baharın meyvə, tərəvəz və suyun daxil olduğu detoks proqramını təqdim edir.
Detoks proqramı:
Tətilə çıxmazdan əvvəl 2-3 kilo arıqlamaq istəyirsinizsə, bunu su dietasıyla 5 gündə edə bilərsiniz.
Limonlu su üçün
Şorba və meyvə sularının çoxluq təşkil etdiyi bu proqramda ananas, çiyələk kimi bağırsaqları çalışdıran və şişləri artıran meyvələr də var. Səhər-axşam içilən limonlu sular isə insulinin qarşısını alır və aclıq hissini gecikdirir.
Ancaq bu dieta ürək və şəkər xəstələri, hamilə qadınlar və süd verən analara qadağandır.
Bu da möcüzə dietanın detalları:
Səhər: 1 stəkan ilıq su, 1 stəkan portağal və qreyfurt suyunun qarışığı, 2 dilim təzə ananas, 6 ədəd çiyələk və 2 qaşıq yulaf əzməsi
Ara yeməyində: 1 stəkan cökə, çobanyastığı və melisa yarpağının çayı, 1 stəkan ilıq su və 1 çay qaşığı zəncəfil tozundan hazırlanmış çay
Günorta: 2 stəkan su, 2 kasa tərəvəz şorbası, bolluca yaşıl salat (avakado, turp, təzə soğan, tərə, roka, cəfəri, pomidor, yağ və limon)
Ara yeməyi 1: 3 bütöv qoz (ara yeməkləri 1 saat fasilə ilə yeyilməlidi)
Ara yeməyi 3: 1 dilim tam buğda çörəyi, 1 dilim pendir, pomidor, xiyar və cəfəri, 1 stəkan çobanyastığı çayı.
Axşam: 2 stəkan su, 2 kasa tərəvəz şorbası, 1 pors qaynadılmış tərəvəz (zövqə görə üzərinə bir az zeytun yağı, bol limon ilə kətan toxumu əlavə edilə bilər) 1 qutu probiotik qatıq
Ara yeməyi: 2 dilim ananas, 15-20 ədəd qara üzüm, 4 təzə ərik, 2 stəkan ilıq limonlu su
Sefali bitkiler - Sefali terevezler - Sogan - Soğanın faydasi - Soğanın faydaları - Soğanın ne kimi faydasi var?
Demək olar ki, mətbəxdə xörək bişirərkən daim istifadə etdiyimiz tərəvəzlərdən biri soğandır. Soğan, ailədə az qala imtina edə bilmədiyimiz bir tərəvəzidir. Soğanın qırmızı, sarı, ağ, yaşıl rəngli növləri var ki, onlar da bir- birindən özünəməxsus iylərinə görə seçilirlər. Bunların bəziləri tünd, bəziləri isə zəif qoxuludur. Bəs gəlin görək istifadə edərkən iyindən şikayətləndiyimiz soğanın nə kimi müsbət cəhətləri vardır?
Tərkibindəki A, B və C vitaminləri ilə kalium, maqnezium, kalsium, natrium, yod, fosfor və kükürd mineralları baxımından olduqca zəngindir.
Soğanın faydaları:
-Bədənin müqavimətini artırır və bədənə qüvvət verir.
-Zehni və fiziki yorğunluğu aradan qaldırır.
-İmmunitet sistemini gücləndirir.
-Yüksək təzyiqi aşağı salır.
-Soyuqdəymə, qrip, astma və bronxit xəstəliklərinə xeyirlidir.
-Nəfəs yollarını açır və öskürəyi kəsir.
-Damar keçməməzliyinin qarşısını alır.
-Ürək və damar xəstəlikləri ilə xərçəngə qarşı qoruyucudur.
-Qandakı şəkər səviyyəsini nizamlayan soğan şəkər xəstələrinə faydalıdır.
-Böyrək ağrılarını yüngülləşdirir.
-Böyrək qumlarının və daşların tökülməsinə kömək olur və təkrar meydana gəlmələrinə mane olur.
-Mikrob öldürücü təsiri vardır.
-Bədəndəki və qandakı zərərli maddələri bədəndən uzaqlaşdırır.
-Yaraların daha sürətli bağlanmasına köməkçi olur.
-Eqzema, dolama kimi dəri xəstəliklərinə qarşı faydalıdır.
-Qaraciyərin işini nizamlayır.
-Sinirləri rahatlaşdırır, narahatlıq və sıxıntıya kömək edir.
-Yuxu problemi çəkənlərə faydalıdır.
-Yaddaşı gücləndirir.
-Sümük əriməsinə qarşı təsirlidir.
-Həzmi asanlaşdırır.
-Cinsi gücü artırır.
-Qanı təmizləyir.
Yuxusuzluq insanlar üçün əsl kabusa çevrilib. Ertəsi gün qalxıb işə getməlisiniz, amma yata bilmirsiniz, elə? Narahat olmayın quzuları saymaqdan çox daha təsirli üsul var.
Hər kəs başını yastığa qoyan kimi yatmaq istəyir. Amma təəssüf ki, beyin məşğul olanda bu istəyi həyata keçirmək o qədər də asan olmur. Üstəgəl, səhər tezdən qalxıb işə ya da məktəbə getmək məcburiyyətindəsinizsə, keçmiş olsun, bərbad bir gecə sizi gözləyir. Çox adam yatmazdan əvvəl ya qoyun-quzu sayır, ya da yuxu dərmanı içir. Lakin elm sadəcə 60 saniyədə yuxuya gedə biləcəyinizi deyir. Bu üsulla yanınızdakı şəxs xoruldasa belə, siz rahat-rahat yatacaqsınız.
Harvardlı həkim Andrey Ueil uzun müddətdir yuxu və nəfəsalma texnikaları üstündə işləyirdi. Ötən günlərdə “4-7-8” ya da “Rahatlaşdırıcı nəfəs” adlandırılan texnikasını sosial şəbəkələrdən paylaşıb. Bununla da yüzlərlə adam telefon ya da komputerin arxasında yuxuya gedib. Yata bilməyənlər isə ya uzun müddət boş-boş danışıb, ya da əsnəməli olub.
Ueil öz metodunu belə açıqlayır:
“Nəfəs almağın psixologiyanız və bədəninizdəki sistemlərlə güclü bağlılığı var. Sadə şəkildə nəfəs almağa diqqət edərək rahatlaşa və sürətlə yuxuya gedə bilərlər. Saatın neçə olduğunun isə heç bir əhəmiyyəti yoxdur”.
Yoqa və bənzər məşqlərin də yer aldığı yazıda nəfəsalma texnikaları ilə həqiqətən yuxusuz gecələrinizdən tamamilə xilas olacaqsınız. Bu isə həmin texnikanın tətbiqolunma üsulu:
1.Dilinizi üst dişlərinizin arxa qisiminə dəyəcək mövqedə saxlayın.
2. Ağzınızı bağlayıb burnunuzdan 4-ə qədər yavaş-yavaş sayaraq nəfəs alın.
3.Nəfəs almayın və ürəyinizdə 7 dəfə sayın.
4. Nəfəsinizi verərkən 8-ə qədər sayın.
5. Bu əməliyyatı 3 dəfə təkrar edin. Cəmi 76 saniyə keçəcək. Çox adamisə ümumiyyətlə, 60-cı saniyədə yuxuya gedir.
Bu metodu sınayanda fikrinizi tamamilə nəfəs almağa və tətbiqin əməliyyatlarına yönləndirin. Yata bilməyənlər üçün Dr. Ueil “Bu işi buraxaram” deyərək öz metoduna zəmanət verib. Hər kəsə indidən şirin yuxular.
Xeber - Xeberler - Baki xeberleri - Siyasi xeber - siyaset
Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, dövlət başçısı Vladimir Putinə ad günü münasibətilə təbriklərini çatdırıb, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Rusiya Federasiyasının prezidenti göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edib, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.
Xeber - Xeberler - Baki xeberleri - Idmanda bu gun - Idman xeberleri
“Səfərdə heç vaxt asan olmur. Azərbaycanla görüşün əhəmiyyətini də hər kəs bilir”.
Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya milli komandasının hücumçusu Stefan Əl-Şaaravi deyib.
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində milli komandamızın qonağı olacaq “skaudra adzurra”nın hücumçusu İtaliya mətbuatına verdiyi açıqlamasında oyuna yaxşı hazırlaşdıqlarını qeyd edib:
“Qazanacağımız qələbə bizi Avropa çempionatının final mərhələsinə bir az da yaxınlaşdıracaq. Həqiqətən oyuna çox yaxşı hazırlaşmışıq. Müxtəlif taktikalar üzərində işləmişik. Mən hesab edirəm ki, hər bir futbolçu oyunun vacibliyi bilir. Evə qələbə ilə qayıda bilərik”.