N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • Xeber - xeberler - siyasi xeber - siyaset

    noimage


    Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə təbrik məktubu yollayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir: “Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Bu gün Azərbaycan-Çin münasibətləri dinamik inkişaf yolundadır. Əlaqələrimizin bütün sahələrdə genişlənməsi və dərinləşməsi möhkəm siyasi iradəyə, qarşılıqlı inam və etimada əsaslanır.

    Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran işgüzar əməkdaşlığımızın daha da inkişaf etdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

    Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim sülh və firavanlıq diləyirəm”.

    alinti..
#01.10.2015 13:24 0 0 0
  • Xeber - xeberler - siyasi xeber - siyaset

    noimage

    Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatıb”

    Azərbaycan prezidenti İlham Əliyev VI Rusiya-Azərbaycan Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
    APA-nın məlumatına görə, dövlət başçısının müraciətində deyilir:

    “Hörmətli forum iştirakçıları! VI Rusiya-Azərbaycan Regionlararası Forumunun işə başlaması münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Əlamətdar haldır ki, bu il həmin forum Yekaterinburqda – ölkəmizlə ənənəvi sıx ticari-iqtisadi və humanitar əlaqələri olan Sverdlovsk vilayətinin inzibati mərkəzində keçirilir. Bu əlaqələrin qorunub saxlanmasında və möhkəmlənməsində regionun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən çoxsaylı Azərbaycan diasporunun nümayəndələri mühüm rol oynayır.

    Fərəhli haldır ki, regionlararası forumlar nisbətən qısa zaman kəsiyində özünün həyat qabiliyyətini və səmərəliliyini sübut edib. Bu forumlar haqlı olaraq tələbat duyulan elə məkan hesab edilir ki, orada mövqelər əlaqələndirilir, birgə fəaliyyət üçün səylər cəmləşir, işgüzar əlaqələr tənzimlənir və onların genişləndirilməsi perspektivləri müzakirə edilir. Başqa sözlə desək, bu görüşlərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı faydalı əlaqələr yaratmağa imkan verən konstruktiv və açıq dialoq aparılır.

    Forumun formatı ticari-iqtisadi və investisiya tərəfdaşlığından başlamış humanitar sahədə qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin geniş dairəsini nəzərdən keçirməyə imkan verir. Təqdirəlayiq fakt ondan ibarətdir ki, bu dəfəki tədbir çərçivəsində hər iki tərəfdən olan tələbələrin, gənc alimlərin və sahibkarların iştirakı ilə ayrıca “dəyirmi masa” təşkil edilib. Bu cür dialoq platforması həm əməkdaşlığın daha səmərəli formalarını və istiqamətlərini axtarmağa kömək edir, həm də gənclər arasında yeni dostlar və həmfikirlər qazanmağa şərait yaradır. Sirr deyil ki, dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin inkişaf perspektivləri məhz yüksək intellektə və kommunikabelliyə malik olan bugünkü gənc nəsildən asılıdır.

    Azərbaycan-Rusiya əlaqələrinin müasir vəziyyətini qiymətləndirərək məmnunluqla qeyd etmək olar ki, birgə səylərimiz sayəsində bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Əminəm ki, sizin nüfuzlu forumunuz inteqrasiya proseslərinin dərinləşməsinə və iki ölkənin daha da yaxınlaşmasına yeni təkan verəcək”.

    alinti...
#01.10.2015 13:22 0 0 0
  • Samir Sarı - Şərifin şedevri - Hekaye oxu

    noimage

    Bu ölkədə bir Şərif Ağayar var. Yazıçıdır. Roman, esse, hekayə yazır. Çap olunmuş xeyli yazısı var. Şərif laçınlıdır, kürd oğludur, məcburi köçkündür, yeniyetmə yaşlarında kənd-kəsəyindən, el-obasından didərgin düşüb, bir müddət Qarabağın aran düzündə məşəqqətli köçkün həyatı yaşayıb, nəhayət, özünə ədəbiyyatda yuva qurub.

    Bilmirəm Şərif kürdcə bir cümlə qurub danışa bilirmi, bilmirmi, amma Azərbaycan türkcəsində olduqca səlis, rəvan, gözəl cümlələr qurur.

    Bir dəfə balaca bir hekayə yazmışdı, 3-4 cümləlik bir hekayəydi. Söhbət rayondan rayona köçən köçkün ailəsinin hər dəfə ev əşyalarını maşına yükləməsindən gedirdi. Şərifin o balaca hekayəsi belə qurtarırdı ki, ailə hər dəfə əşyaları yük maşınına yükləyəndə birinci pişik qaçıb kuzova tullanırmış, o pişik ağlıyla bilirmiş ki, yenə köç dəmidir.

    Kövrək qələmi var Şərifin. Özü də kövrək adamdır. Bir dəfə sosial şəbəkədə yazışırdıq, söhbət Murad adlı bir qələm yoldaşından düşmüşdü. Şərif ondan xeyli lətifə danışdı, gülüş işarələri qoya-qoya “gülüşdük”. Üstündən heç 2 dəqiqə keçmədi, o, qələm yoldaşıyla bağlı bir kədərli detalı xatırlatdı və hiss etdim ki, o başda kövrəlib. O, duyğusal olduğu qədər də ürəkli və iradəli bir ədibdir.

    Bugünlərdə onun “Şəkil” adlı bir hekayəsini oxudum. Oxumayanlara tövsiyə edirəm, oxusunlar. Gerçək bir şedevrdir.

    Bəlkə də o hekayəni Stefan Sveyq, Çingiz Aytmatov, Con Steynbek, Qabriel Qarsia Markes kimi dahilər yazmış olsaydılar, indi o dünya ədəbiyyatının incisi sayılırdı.

    “Şəkil” hekayəsi ədəbi hadisədir, dünyanın ən öndə gedən ədəbi jurnallarının səhifələrinə layiqdir. Sadəcə, tərcümə edib dərc etdirən lazımdır.

    Bu hekayədə ağlaşma-şivən, süni duyğusallıq, oxucunu qəsdən kövrəldib ağlatmağa cəhd yoxdur, əvəzində məsum bir kövrəklik, yovşan iyi kimi xəfif acısı olan nisgil, kəmturş bir həyat hekayəti var.

    Şərif bu hekayədə özündən, öz uşaqlıq və yeniyetməliyindən, ahıl yaşında gözünün nurunu itirmiş və oğlunun xiffətini çəkən babasından, müharibədə itkin düşmüş əmisindən, qardaşını axtarıb tapa bilməyən biçarə atasından, köçkünlük həyatından yazıb.

    Sözlə ifadə olunası deyil, gərək adam o hekayəni özü oxusun, onun içinə girib yaşasın.
    Bəlkə o hekayə söz, ədəbiyyat adamı olmayan şəxslərə təsir etməz, amma oyaq vicdanlı insanların içini mütləq titrədəcək. Çox sevdiyi oğluna görə ağlaya-ağlaya gözünün nurunu itirmiş adamın onsuz da heç bir işə yaramayan eynəyini gözündən çıxarmaması, üstəlik, hər gün sildirməsi kimi bir epizod var hekayədə.

    Bu hekayəni oxuyanda onun hansı böyük ədiblərin hansı əsərini xatırlatdığını duymağa çalışdım. Alınmadı. Adını saydığım və saymadığım dühaların heç biri Ağcabədinin yulğunlu, susuz, ilan mələyən çöllərində çadırda, çovustanda yaşamayıblar axı, onların qələmi bu mənzərəni təsvir etməkdə aciz qalardı.

    Sosial şəbəkədə kimsə bu hekayəni Əfqanıstan yazıçısı Xalid Hüseyninin yazdıqlarıyla müqayisə etmişdi. Bax, bu müəyyən mənada düz gələ bilər. Xalid Hüseyni öz xalqının faciəsini dünyaya duyuran əsərlər yazır və artıq dünya şöhrəti qazanıb. Şərif isə öz qüdrətli qələmi ilə öz el-obasının faciəsini öz xalqına güc-bəla çatdıra bilir.

    Ancaq Şərifin Azərbaycan şöhrəti belə yoxdur, bizdə onu olsa-olsa, laçınlılar, bir də yazı-pozu adamları tanıyır. Onların da bir yarısı dodaq büzür, bir yarısı söz qoşur, bir yarısı yazdıqlarına biganədir, bir yarısı...

    Şərif ingiliscə hekayə, roman yaza bilsəydi, dünya miqyasına çıxardı. Rusca yazanlarımız postsovet məkanında şöhrət qazanıblar, amma ingiliscə yazanımız yoxdur.

    Bəzən orda-burda giley dolu qeydlər oxuyuram ki, bizdə istedadlı yazıçı yoxdur, oxumağa yaxşı əsər yoxdur. Havayı söhbətdir. Yaxşı yazıçılar da var, yaxşı əsərlər də bir ucdan yazılır. Bizdə yaxşı oxucu çox deyil. Çox azdır.

    Onlar vicdanlı əsərlər yazırlar. Əsərlərində vicdan obrazı olur. Elə Şərifin “Şəkil” hekayəsini də oxunaqlı edən həmin vicdandır. Bu hekayə babasının şəklini divardan endirib gözlərini pərgar iynəsi ilə oyan, böyüyəndən sonra onun kor olmasında öz hərəkətinin mistik bir rolu olduğunu hiss edən və əzab çəkən oğlanın vicdanından bəhs edir.

    alinti...
#01.10.2015 12:56 0 0 0
  • Moxito piroqu resepti - Moxito piroqu - Moxito piroqun terifi - Moxito piroqun terkibi - Moxito piroqu nece hazirlanir?

    noimage

    Tərkibi:
    xəmir:
    200 q un
    100 q kərə yağı
    100 q şəkər pudrası
    1 yumurta

    iç:
    125 q şəkər tozu
    1 dəstə nanə
    1 laymın sedrası
    3 laymın şirəsi
    2 x.q. rom
    2 yumurta
    200 ml 35%-li qaymaq

    bəzək:
    50 q şəkər tozu
    nanə
    rom

    Hazırlanması:
    Un, kərə yağı, şəkər pudrası və yumurtadan şəkərli xəmir hazırlayın. Formaya döşəyib 1 saat soyuducuda saxlayın.
    Nanəni azca əzərək şəkər tozu ilə qarışdırın, 10 dəqiqə saxlayın. 1 laymın sedrasını əlavə edib bir qədər də əzin, nanə yarpaqları çox dağılmasın, iyi çıxsa, yetər.
    Nanəni çıxarın, laym şirəsini və romu əlavə edin.
    Yumurtaları əlavə edib yaxşıca qarışdırın. 30 dəqiqə saxlayın.
    Soyuducuya qoyduğunuz formanı çıxarın, xəmiri bir neçə yerdən deşin, üzərinə yük qoyub 12 dəqiqə 200 dərəcə qızdırılmış sobada bişirin, sonra yükü götürüb daha 7-10 dəqiqə bişirin.
    Yumurtalı qarışığa qaymağı əlavə edib qarışdırın. Sobanın temperaturunu 180 dərəcəyədək azaldın, formanı sobadan tam çıxarmadan qarışığı içinə tökün, 25-30 dəqiqə bişirin.
    Piroqu tam soyudun.
    Nanəli şəkər hazırlayın: həvəngdəstədə nanə və şəkər tozuna rom qataraq əzin. Piroqu süfrəyə verərkən üzərinə bu şəkərdən səpin.

    Nuş olsun!


    alinti...
#29.09.2015 22:55 0 0 0
  • Maska - maskalar - uz baxim maskasi - zereli maskalar - Bes faydali maskalar hansidir?

    noimage

    Üz üçün tövsiyə edilən əksər maskaların tərkibinə yumurta vurulur. Yumurtanın qırışları açdığına inanılır. Ancaq aparılan yeni araşdırmalar göstərib ki, əslində çiy yumurtanı üzə çəkmək olmaz.

    Bəs niyə?
    Yumurtadan, əsasən də yumurtanın ağından təbii maskalarda istifadə edilir. Yumurtanın üzdəki qırışlara qarşı təsirli olduğu, həmçinin, saçı qidalandırıb, saç tökülməsinin qarşısını aldığı deyilir. Ancaq bu heç də düzgün deyil.

    Əvvəlcə gəlin yumurta maskasının faydalı olması ilə bağlı şayiələrin nədən qaynaqlandığını öyrənək.

    Çiy yumurta və dəri
    Yumurtanın tərkibində zülal, su, duz və yağ var. Bir yumurta ağının 7 faizini zülal, 2 faizini natrium, 1 faizini kalium və 1 faizini də maqnezium duzları təşkil edir. Yumurtanın tərkibindəki zülallardan biri də albumindir.

    Yumurtadan maska hazırlayıb dəriyə çəkdikdə onun tərkibindəki albümin quruyaraq dərini gərgin hala gətirir. Ancaq bu gərginlik müvəqqətidir. Maskanı üzdən yuduqdan yarım saat sonra həmin gərginlikdən əsər-əlamət qalmır.

    Yumurtanın tərkibindəki duz dəri səthindəki suya qarışır və nəm itkisinə səbəb olur.

    Bir sözlə, yumurta dəriyə yarardan çox zərər verir. Ancaq onu üzə çəkdikdə hiss etdiyimiz aldadıcı gərginlik hissi üzündən faydalı olduğunu düşünürük.

    Düzdür, yumurtanın tərkibində xolesterin var. Bu da dəri sallanmasına yaxşı təsir edə bilər. Ancaq xolesterin tərkibli kremlərdən istifadə etmək daha məntiqlidir.

    Onu da qeyd edim ki, yumurtanın ağı dəriyə faydalı ola biləcək heç bir vitamini ehtiva etmir.

    Dəriyə çiy yumurta çəkməmək üçün 5 səbəb

    1.Yumurta tez xarab olan və tərkibində bakteriyaların törəməsinə münbit qidadır. Qabığı çatlamamış çiy yumurtanın içərisində belə təhlükəli "salmonella” bakteriyası ola bilər.

    Yumurtanı bişirdikdə bu bakteriya ölür. Ancaq çiy halda istifadə etdikdə bu bakteriya dəridə yaralara səbəb ola bilər.

    2. Yumurta maskasının yaratdığı müvəqqəti gərginlik hissi və daha sonra səbəb olduğu quruluq, dərinin pH balansının, yağ və nəm tarazlığının pozulmasına gətirib çıxarır.

    Xüsusilə həssas, sızanaqlı dəriyə sahib olanlar yumurta maskasından istifadə etməməlidirlər.

    3. Yumurtanı saç maskasına əlavə etmək də təhlükəlidir. Çünki saç dərisinə də mənfi təsir edir. Kəpəyə səbəb ola bilər.

    4. Bəzi insanların yumurtanın tərkibindəki zülallara allergiyası ola bilər. Üzə və ya saça çiy yumurta çəkdikdə belə insanların dərisində qalıcı problemlər yarana bilər.

    5. Yumurta çox pis qoxuyur. Hətta üzü və saçı yuduqdan sonra belə uzun müddət qoxusu hiss edilir.

    alinti...
#29.09.2015 22:47 0 0 0
  • Burcler - Gundelik burcler - Bu günün ulduz falı

    Qoç - çox uğurlu gündür. Müsbət tendensiyaların təsiri əvvəlkitək güclüdür. Hiss edirsiniz ki, sizin üçün mümkünsüz heç nə yoxdur və bu, doğrudan da, belədir. İşgüzar danışıqlar üçün əla gündür, kimi istəsəniz, özünüzün haqlı olduğunuza inandıracaqsınız. Maliyyə perspektivləri yaxşıdır. Əlinizə vaxtında pullar gələcək. Əla əşyalar əldə etmək şanslarınız var. Bunların siyahısı qarderobdan tutmuş, məişət texnikası və avtomobilədək dəyişə bilər.

    Buğa - bu günün sizi sevindirəcəyi şübhə altındadır. Problemləriniz çox və mürəkkəbdir. Hamısının öhdəsindən tezliklə gələcəyinizə ümid etməyin. Bəzi işgüzar məsələləri vaxtında həll edə bilmirsiniz, bu səbəbdən peşəkar mövqeyiniz təhlükədədir. Həmkarlarınız və rəhbərliklə ciddi fikir ayrılıarı yarana bilər. Təəssüf ki, işdəki problemləri özünüzlə evinizə də daşıyırsınız. Bu isə yaxınlarınızın narazılığına səbəb olur.

    Əkizlər - günün ilk yarısı əsla nəzərdə tutulmamış, qəfil işin görülməsi zərurəti ilə başlaya bilər. Əhvalınızı korlamağa çalışacaqlar. Emosiyalara uymayın, diqqətli olun. Biznesdə tərəfdaşlarınıza, fəaliyyətinizdəki insanlara diqqətlə yanaşın. Qayğıkeş, səmimi olun. Günün ikinci yarısında bəzi anlaşılmaz məsələləri həll etmək olar. Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələri dəf etməyincə irəliləyiş mümkün olmaycaq. Baş verən hadisələrə rəğmən emosiyalara qapılmayın. Sakit, soyuqqanlı olsanız, situasiyanı obyektiv dəyərləndirərək böhranın ən optimal həll variantını tapa biləcəksiniz. Axşam saatlarında normal istirahət edin.

    Xərçəng - kiçik, amma dərhal həll olunması gərəkən məsələlər var. İşçi məqamların çözülməsində aramla çalışın. İşdə həmkarlarınızın fikirlərini nəzərə alın. İnzibati məsələlərin həllində yaxın dostlarınız, tərəfdaşlarınız və ya şəriklərinizin köməyindən faydalana bilərsiniz. Günün ikinci yarısında dövlət qurumlarından birinə baş çəkmək, rəhbərliklə müzakirələrə başlamaq, hesabatlar hazırlamaq olar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə bəlli həddi keçməyin. Kommunikasiyalar və təmaslar qarşılıqlı sayğı, anlaşma üzərində qurulmalıdır. Axşam saatlarınızda vücudunuzda ağrılar hiss etsəniz, dərhal mütəxəssisə üz tutun.

    Şir - gününüz asan olmasa da, həm qarşınıza qoyduğunuz məqsədlərə çata, həm də rəqiblərinizi ötüb keçə bilirsiniz. Peşəkar sahədə əməlli-başlı irəliyə sıçrayış edə bilərsiniz. Öz gücünüzə inanır və çətinliklər yaranarkən geri çəkilmirsiniz. Qələbə qazanmaq üçün də elə bu lazımdır. Günün ikinci yarısı planlaşdırılmamış, amma çox maraqlı görüşlər mümkündür. Bir çox Qoçlar ünsiyyətdən xeyli zövq aldıqları insanlarla yenidən görüşəcəklər.

    Qız - məhsuldar fəaliyyətin naminə müəyyən məsələləri qurban vermək olar. Təcili həllini gözləyən problemləri sıralayın. Ən önəmli məqamları seçərək ön plana çıxarın. Situasiyadakı qəfil dəyişikliklərə psixoloji baxımdan hazır olun. Günün ikinci yarısında işdə rəhbərliklə danışmalı olacaqsınız. Gərəkli tonu seçin, ehtiyatlı olun. Sakin və məntiqli olun. Belədə mühüm məsələləri öz xeyrinizə həll edə bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın.

    Tərəzi - günün ilk yarısında maddi məsələlərin həllinə yetərincə vaxt ayırın. İkinci dərəcəli məsələlərin həllini ertələmək də olar. Aldığınız informasiyaları və məlumatları təhlil etmədən fikir yürütməyin. Qərar qəbul edəndə təmkinli olun. Günün ikinci yarısında sizi aldatmağa çalışacaqlar. Şirnikləndirici vədlər sizi uğursuz plana və ya layihəyə qatmaq məqsədi daşıyır. Yaxın ətrafınızdakı insanlardan biri sizi bilərəkdən yanlış məlumatlar vasitəsilə səhv addım atmağa sövq etməyə çalışır. Ümumi qaydaları pozmayın, ilkin plan çərçivəsindən kənara çıxmayın. Həmkarlarla sıx tərəfdaşlıq xeyrinizə ola bilər.

    Əqrəb - maliyyə məsələlərində sayıq olun. Mühüm sənədlərin imzalanmasında, işgüzar yazışmalarda təfərrüatları nəzərdən qaçırmayın. Hansısa proseslərlə bağlı şübhələriniz yaranarsa, bir qədər nəfəs dərin. Amma yerinizdə saymayın, irəliləməyə can atın. Günün ikinci yarısında təklifləri dəyərləndirmədən qərar verməyin. Bəzi məsələlərdə tələskənlik ciddi fəsadlar yarada bilər. Hadisələrin pərdəarxasındakı məzmunu anlamasanız, yanlış addım atacaqsınız. Uzaq qohumlardan birinə yardım gərəkdir. Ona kömək etməyi unutmayın.

    Oxatan - təcili işlərin həllinə yetərincə vaxt ayırın. Diqqətli olun, detallara fikir verin. Bəzi nüanslar fikrinizdən yayınarsa, tələsməyin, onları nəzərdən keçirin. İkinci dərəcəli məsələlərə bütün diqqətinizi ayıraraq vaxtınızı fövtə verməyin. Günün ikinci yarısında cari işlərin həllində təmkinli olun. Emosiyaların tarıma çəkildiyi anlarda soyuqqanlı davranın. Yaxınlarınızın mövqelərinə fikir verin, onların nə istədiklərini anlayın. Sözlərinizdə neytral olun, dəyər verdiyiniz insanların xətrinə dəyməyin. Bədxahları izləyin, onların əməllərini müşahidə edin.

    Oğlaq - günün ilk yarısı yeni bilik və məlumatların əldə edilməsi, dünyagörüşünün artırılması, hadisələrin mahiyyətinin anlaşılması üçün əlverişlidir. Yaşanan vəziyyətin təkanverici məqamlarını araşdırın. Hadisələrin məğzini anlamağa can atın. Belədə sizi narahat edən məsələlərin həllini tapa bilərsiniz. Günün ikinci yarısında sirlərinizi kimsə ilə bölüşməyin. Yaxşı tanımadığınız insanları niyyətlərinizdən xəbərdar etməyin. Gerçək niyyətləri sizə tam bəlli olmayan insanlarla tərəfdaş olmayın. Axşam saatlarını özünüzə həsr edin.

    Dolça - günün ilk yarısı mühüm işlərin çözülməsi üçün yararlıdır. Təşkilati və inzibati problemləri həll edərkən məhsuldar çalışın. Toplantıya qatılsanız, həmkarları və ya tərəfdaşları sərt tənqid etməyin. Lider olmaq istəyirsinizsə, ətrafınızdakı insanları arxanızca aparmağı bacarın. Günün ikinci yarısındakı çətin situasiyada məntiqli davranın. Nüfuzunuza zərbə dəyməsini istəmirsinizsə, aktual hadisələrin axarını izləyin. Axşam saatlarında gərəkli məlumatı internetdən araya bilərsiniz.

    Balıqlar - səhər saatlarını cari məsələlərin həllinə, məişət problemlərinin çözülməsinə və peşə fəaliyyətinizlə bağlı xırda nüansların aradan qaldırılmasına həsr edin. Gün ərzində maksimum dərəcədə təmkinli, səbrli olun. Emosional davranmayın. Hisslərinizə hakim olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla ünsiyyət sizdən konstruktivlik, hər sözünüzə cavabdeh olmağı tələb edəcək. Yaşam arealı və daşınmaz əmlakla bağlı məsələlərin həllində tələskənliyə yol verməyin. Yeni layihəyə başlamağa tələsməyin.


    alinti...
#29.09.2015 22:39 0 0 0
  • Konu: Rəhm et ki
    islamda bu gun - Hədis - Hədisler - Rəhm et ki hedis

    noimage

    İmam Əli (ə;): "Rəhm et ki, sənə rəhm etsinlər."

    (Əmali-Səduq, səh. 174, hədis 9)


    Alinti...
#29.09.2015 22:30 0 0 0
  • Islamda bu gun - Hədis - Hədisler - Səxavətin həddi var hedis

    noimage

    İmam Əskəri (s): "Səxavətin həddi var, əgər onu aşsalar ifrat olar."

    (Biharul-Ənvar, c.69, səh.407, hədis 115)


    alinti,,
#29.09.2015 22:27 0 0 0
  • Islamda bu gun - Hedis - hedisler - Əməli olmadan axirətə ümid bəsləyən heds

    noimage

    İmam Əli (ə;): "Əməli olmadan axirətə ümid bəsləyən və uzun arzulara görə tövbəni tə‘xirə salan şəxs kimi olma... onun qarşısına bir şəhvət çıxanda günahı qabağa və tövbəni tə‘xirə salar".

    (Nəhcül-Bəlağə, səh. 150)

    alinti...
#29.09.2015 22:23 0 0 0
  • dini movzular - dinimiz islam - islamda bu gun - Hədis -Hədisler

    noimage

    İmam Əli (ə;): "Ağıl sahibinin dili onun ürəyinin arxasında, axmağın ürəyi isə onun dilinin önündədir"

    (Nəhcül-Bəlağə, hikmət 40)

    alinti..
#29.09.2015 22:16 0 0 0
  • Əhli-Beyt - Ya Həzrəti Hüccət! - Islamda bu gun

    noimage

    Hicrindədi dünya, bütün aləm, bəşəriyyət, ya Həzrəti Hüccət!

    Çökmüşsə bəsirətlərə sənsiz qatı zülmət, ya Həzrəti Hüccət!

    Sök dan yеrini parla ki, еy şəmsi hidayət, ya Həzrəti Hüccət!

    Yеtsin başa ta qoy bu yalançi bəşəriyyət, ya Həzrəti Hüccət!

    Çatsın sona bu məzhəkə, iyrənc zəlalət, ya Həzrəti Hüccət!

    Sənsən bu qərib ümmətin aləmdə xilası, ən ülvi duası,

    Sənsən еlə bir şah ki, fəqət yoxdu qiyası, еy dinin əsası,

    Еy vəhşətə mеydan olunan kərbübəlası, gəl al bu qisası,

    Görsün bütün aləm nədi Musanın əsası, Tur üzrə şüası,

    Çıx zahirə bitsin bu sеhrbazlara rəğbət, ya Həzrəti Hüccət!

    Еy cümlə cahanın döyünən qəlbi, nicatı, rəhmət dolu zatı,

    Məzlumların ahı tutub altı cəhatı, dondur bu həyatı,

    Çıx zahirə gəz əzm ilə Kəbə, Ərəfatı, vеr hökmi-cihatı,

    Çıx təxti ədalətdə yarat həşr büsatı, aç püli siratı,

    Ol sərvəri məhşər qala aləm sənə hеyrət, ya Həzrəti Hüccət!

    Məhbəsdədi din, gəl daha Quranı xilas еt, bürhanı xilas еt,

    Zülmətdəki cəmiyyəti insanı xilas еt, imanı xilas еt,

    Hеysiyyəti təhqir olunan canı xilas еt, vicdanı xilas еt,

    Qan ətrli viranə gülüstanı xilas еt, bağbanı xilas еt,

    Səndən savayı kimdi o mеmari təriqət, ya Həzrəti Hüccət!

    Sən tutqun üfüqlərdəki aydın səhərimsən, gеrçək xəbərimsən,

    Sənsiz sənə möhtac gеcə hicran əsərimsən, məsum kədərimsən,

    Sən ülvi könüllərdəki qaim hünərimsən, həsrət nəzərimsən,

    Məbudi cahan cənginə kəskin kəsərimsən, şanlı zəfərimsən,

    Çıx zahirə çatdır sona bu zülmü nəhayət, ya Həzrəti Hüccət!

    Gəl gör nеcə dünya boğulur qanına qəltan, еyni qara zindan,

    Yox taqətimiz dillər еdibdir səni ünvan, dünya hamı xəndan,

    Gəl xanеyi Dəccalı dağıt qoy onu viran, bayquş kimi viran,

    Gеtdikcə tükəndi daha səbr еtməyə iman, gəl səbrüvə qurban,

    Çoxdur yaramız, gəl sona çatsın bu əsarət, ya Həzrəti Hüccət!

    Еy müşkülə düşmüşlərin həsrətli pənahı, təskinli sabahı,

    Еy hökmü cahan əhlinin islahi silahı, son ummidgahı,

    Yеtməzmi məgər ərşə çıxan məzlumun ahı, imandı günahı,

    Dünya sənə möhtacdı, ya Həzrəti dahi, еy sirri İlahi

    Dünya dеyir Asim kimi gəl canima minnət, ya Həzrəti Hüccət!

    alinti..
#29.09.2015 22:12 0 0 0
  • Sümük xesteliyi - Sümük agriyirsa ne etmeli?
    noimage


    Sümükləriniz çox ağrıyır. Xüsusən də gecə yatağa uzanarkən başlayan sümük sızıltıları dözülməz hala gəlibsə, Ailem.az-ın təqdim etdiyi bu formuldan faydalanın.

    İlk əvvəl şiddətli sümük ağrıları üçün həkimə müraciət edin. Bundan başqa hər gecə yatmadan əvvəl 1 stəkan ilıq südün içinə bir çay qaşığı zəncəfil, 1 çay qaşığı darçın, 1 çay qaşığı bal qatıb için. Ağrılarınızı azaldacaq.

    alinti..
#29.09.2015 20:02 0 0 0
  • Sefali bitkiler - Keşniş - Keşnişin faydasi - Keşnişin faydallari - Keşnişin ne kimi faydasi var?

    noimage

    Keşniş ən faydalı göyərtilərdən biri sayılır. Keşniş və onunun toxumları ta qədimdən tibbdə çox geniş istifadə olunurdu. Keşnişin köməyi ilə baş ağrıları, yuxusuzluğu müalicə edirdilər.
    Belə hesab olunurdu ki, keşniş kişilərdə potensiyanı artırır. Orta əsrlərdə keşniş "sevgi içkilərinin" tərkibində istifadə olunurdu (qadınlar belə içkiləri bəyəndiyi kişilərə içirdirdilər).

    Keşniş orqanik turşular və efir yağları ilə zəngindir. Bu göyərtinin tərkibində C, P, beta-karotin kimi vitaminlər, selen, dəmir, sink, maqnezium kimi mikroelementlər, təbbi liflər, pektin, rutin və s faydalı maddələr var.
    Keşnişin çox güclü antiseptik, iltihab və mikrobəleyhinə xüsusiyyətləri var.
    Sidikqovucu təsirinə malik olan keşniş ödemlərlə mübarizə aparır, böyrəkləri təmizləyir, orada olan duzları və qumu xaric edir. Bunun üçün belə xalq təbabəti resepti var: 5 dəstə keşniş və 5 limon götürülür. Keşniş təmizlənir, yuyulur, qurudulur və limonla birlikdə (limonun qabığı soyulmur) blenderdə xırdalanır. Daha sonra üzərinə 2 l təmiz qaynanmış ilıq su əlavə olunur, 2 gün ərzində qaranlıq saxlanılır, daha sonra süzülür və gün ərzində 3 dəfə 1 xörək qaşığı olmaqla içilir.
    Böyrək daşı xəstəliyi olan insanlar bu reseptdən istifadə etməməlidir! Bu, daşların tərpənməsinə və sidik kanalın düşməsinə gətirib çıxarda bilər.


    Keşniş orqanizmə ödqovucu təsir edir, yağlı ağır qidaların mənimsənilməsini asanlaşdırır, həzm prosesləri və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, iştahanı artırır.


    Keşniş qanda xolesterinin səviyyəsini aşağı salır, xolesterinin damarların divarlarında yığılmasına mane olur.


    Keşniş şəkər xəstəliyi olan insanlar üçün xeyirlidir - qanda şəkərin səviyyəsini aşağı salır.


    Keşniş ürək-damar sistemi üçün də çox faydalıdır, arterial təzyqinin normallaşmasına kömək edir.


    Antioksidantlarla zəngin olan keşniş orqanizmdə gedən dağılma və qocalma prosesləri ləngidir, şiş xəstəliklərinin inkişafına mane olur.


    Keşniş damaqları möhkəmləndirir, ağız boşluğunda olan iltihabları azaldır, kariesin inkişafının qarşısını alır.


    alinti..
#29.09.2015 19:58 0 0 0
  • sümük iliyi - sümük iliyi haqqinda - sümük iliyin transplantasiya edilmesi

    noimage

    Azərbaycanda 22 nəfərə sümük iliyi transplantasiya edilib. Bunu Aile.lent.az-a Respublika Talassemiya Mərkəzinin direktor müavini Ceyhun Məmmədov deyib. C. Məmmədov bildirib ki, sümük iliyi köçürülənlər uşaq və yeniyetmə yaşlarda xəstələrdir: “21 nəfərə allogen, 1 nəfərə isə altogen transplantasiya edilib. Yəni, 21 nəfər xəstəyə sümük iliyi transplantasiyası qohumlarından, 1 nəfər xəstəyə isə özündən köçürülüb. Hazırda Azərbaycanda sümük iliyi transplantasiyası əsasən bacı-qardaşdan, birindən digərinə köçürülür”.

    Əməliyyatların uğurla həyata keçirildiyini deyən C. Məmmədovun sözlərinə görə, Respublika Talassemiya Mərkəzi hələ ki, Azərbaycanda sümük iliyinin transplantasiyasını həyata keçirən ilk və yeganə tibb müəssisəsidir: “Sümük iliyinin transplantasiyası əməliyyatı dövlət vəsaiti, Səhiyyə Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi hesabına pulsuz həyata keçirilir. Sümük iliyinin köçürülməsi nisbətən yeni tibbi prosedurdur və əvvəllər müalicə olunmayan xəstəliklərin müalicəsində istifadə olunur. 1968-ci ildə ilk uğurlu köçürülmədən sonra, sümük iliyi transplantasiyası leykoz, aplastik anemiya və digər ağır xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi zamanı həyata keçirilir. Bu əməliyyatların Azərbaycanda gerçəkləşməsi üçün kadrlar Türkiyədə və Belarusda keçirilən xüsusi kurslarda iştirak edərək hazırlanıblar. Kadrların hazırlanması prosesı hazırda da davam etdirilir”


    alinti..
#29.09.2015 18:31 0 0 0
  • Qrip - Qrip haqqinda - Uşaqları qripe tutulmasi - Qripin elametleri - Qrip nedir?

    noimage

    Havalar soyuyar-soymaz avtobusda, metroda və digər ictimai yerlərdə öskürək, asqırmaq səsləri eşidilməyə başlayır. Çox zaman oqranizmdə mövsümi baş qaldıran bu xəstəliklərin əsas səbəbi kimi immun sisteminin zəifləməsi göstərilir. Həkimlər xüsusilə payız-qış mövsümündə immun sisteminin zəifləməsinin çoxsaylı xəstəliklərə yol açdığını bildirirlər. Tibb mütəxəssislərinin fikrincə, payız və qış mövsümündə immun sisteminin zəifləməsi əsasən uşaqlarda, hamilə qadınlarda, yaşlı insanlarda çoxsaylı xəstəliklərə səbəb ola bilər.

    Ölkənin baş pediatrı Nəsib Quliyev Aile.lent.az-a açıqlamasında bildirib ki, uşaqlarda immunitet zəifləməsi ilk növbədə onların mövsümlə bağlı yayılan viruslara tez yoluxmasına, tənəffüs yolları xəstəliklərinin baş qaldırmasına səbəb olur. N. Quliyevin sözlərinə görə, uşaqların payız-qış mövsümündə virus xəstəliklərinə daha az yoluxmaları üçün orqanizmin möhkəmləndirilməsi tədbirləri ilin isti fəsillərində aparılmalıdır: "Günəşli hava və dəniz yay mövsümündə uşaqların orqanizminin möhkəmləndirilməsi üçün faydalıdır. Təbiətin bizə verdiyi nemətlərdən lazımınca istifadə etmək lazımdır. Həkimlər də, valideynlər də yay fəslində uşaqların sağlamlığı üçün tədbirlər görməlidirlər. Xüsusilə valideynlər uşaqlarda immun sistemini gücləndirən qidalara üstünlük verməlidirlər. Təcrübə göstərir ki, immunteti güclü olan uşaqlar qışda az xəstələnir, hətta müxtəlif qrip viruslarının yayıldığı məkanda belə, orqanizmləri həmin virusu yaxın buraxmır. Ümumiyyətlə, qrip virusları həm uşaqlarda, həm də böyüklərdə immun sistemi zəifləyən orqanizmə yaxın düşür. İmmuntetin zəifləməsi uşaqlarda təkcə hava ilə yayılan virusların yayılmasına yox, boydan geri qalma, iştah zəifliyi, qan azlığı və sair xəstəliklərin baş qaldırmasına səbəb olur”.

    N. Quliyevin sözlərinə görə, uşaqlara verilən qidalar da bəzən onlarda imuntetin aşağı düşməsinə gətirib çıxardır: "Körpə uşağı həkimə gətirib deyirlər ki, tez-tez xəstələnir. Valideyn imuntetin zəifliyindən şikayətlənir. Həkim müayinə edir, məlum olur ki, uşaq anadan olandan ana südü dadmayıb. Təbii ki, belə nəsildə immun sistemi zəifliyinin müşahidə olunması normaldır. Ana südü bütün vitaminlərlə zəngindir. Ana südü ilə qidalanan uşağın immunitetini qaldırmaq üçün ona vitamin verməyə ehtiyac yoxdur. Uşaqların çoxu ana südü dadmadan böyüdüklərindən onlarda immun sistemi zəif olur. Belə uşaqlar yeniyetmə dövrünə çatdıqda onlarda müxtəlif xəstəliklər baş qaldıra bilir. Bu, tibdə təsdiq edilmiş faktdır. İki yaşa qədər uşağın immunitetini ana südü formalaşdırır. Analar bilməlidir ki, süni qida ilə bəslənən uşaqların immuniteti zəif olur, yoluxucu xəstəliklərə tez yoluxurlar. Süni qida qəbul edən uşaqların fiziki inkişaf göstəriciləri pozulur, intellektual inkişaf səviyyəsinə görə bu uşaqlar ana südü ilə qidalanan uşaqlardan geri qalır. Çünki ana südünün tərkibində elə inqridientlər var ki, onlar başqa heç bir qidanın tərkibində olmur. Bu maddələr baş beynin inkişafına təsir göstərir”.

    Havanın temperaturunun aşağı düşməsi nəticəsində tez-tez qrip və digər respirator xəstəliklərə məruz qalan uşaqlara həkim tərəfindən immun sistemini gücləndirən dərman preparatları təyin edilsə də, pediatrlar uşaqların vitamini həb şəklində qəbul etməsini, uşağın immuntetinin dərman vasitələri ilə gücləndirilməsini məsləhət görmürlər. Pediatr Leyla Kazımova deyir ki, uşaqlarda immun sistemi təbii vasitələrlə gücləndirilməlidir: “Bəzi vitaminlərin çatışmazlığı azyaşlılarda immun sisteminin aşağı düşməsinə, hətta müəyyən xəstəliklərin baş qaldırmasına gətirib çıxardır. Orqanizmdə immun sistemini qüvvətləndirən vitaminlərdən birincisi C vitaminidir. C vitamini soyuqdəymə ilə əlaqədar olan xəstəliklərə qarşı mübarizədə orqanizmə kömək edir. Bu vitamininin qəbul edilməsi orqanizmin sağalmasına, respirator xəstəliyin daha ağır formalara keçməməsinə kömək edir. C vitamini ilə zəngin əsas qidalar sitrus meyvələri, itburnu, kələm, pomidor, qara qarağat, qırmızı istiotdur. Bununla yanaşı qan azlığı da uşaqlarda immun sisteminin zəifləməsinə gətirib çıxardır. Uşaqda qanazlığı yarandıqda azyaşlıların qidasında süd, yumurta, soya, mal əti, qaraciyərə daha çox yer ayırmaq lazımdır”.

    Pediat bildirir ki, immun sisteminin güclənməsinə dəniz məhsulları, balıq və kürü də müsbət təsir göstərir: “Kürü bahalı məhsul olduğundan valideynlərin əksəriyyəti uşaqlarını kürü ilə qidalandıra bilmirlər. Amma buna təəssüflənmək lazım deyil. 1 ədəd yumurtanın sarısında kürünün tərkibindəki qədər insan orqanizmi üçün vacib elementlər var. Yəni 1 ədəd soyutma yumurta qara kürünü əvəzləmək qabiliyyətinə malikdir”.

    L. Kazımova soğan, qırmızı və ağ turpun da immun sisteminin güclənməsində əvəzsiz rolu olduğunu söyləyir: “Uşaqlara göy soğan, turp vermək onların orqanizmi üçün faydalıdır. Sarımsaq isə orqanizmə düşən mikrobların inkişafına əngəl olur. Odur ki, valideynlər imkan daxilində bu tərəvəzlərdən daha çox istifadəyə üstünlük verməlidirlər”.

    alinti...
#29.09.2015 18:26 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Müğənni Röya Ayxan ötən gün Bakıya qayıdan tanınmış aparıcı Hacı Nuran Hüseynovla görüşüb. Lent.az-ın məlumatına görə, Röya bu barədə “instagram” səhifəsində yazıb: “Canım Nuran gəldi. Bakı gözəldir. Hara getsən də, vətəninə dönəndə uşaq kimi uçursan”.

    Xatırladaq ki, H.Nuran Almaniyada müalicə olunan zaman da R.Ayxan ona baş çəkmişdi.

    Qeyd edək ki, H.Nuran Almaniyanın Düsseldorf şəhərində yerləşən klinikada xərçəng xəstəliyindən müalicə olunur. Hazırda Bakıda olan aparıcı yaxın günlərdə yenidən Almaniyaya qayıdacaq.

    noimage

    Yalçın UĞUR
#29.09.2015 18:09 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Şou-biznesdən uzaq düşən müğənni Aynur Dadaşovanın yeni fotosu yayılıb. Lent.az-ın məlumatına görə, ifaçının yeni şəklini aparıcı-aktyor Sərxan Kərəmoğlu "İnstaqram" səhifəsinə yükləyib. O, fotoya “Uzun zamandır görə bilmədiyim dostum Aynur Dadaşova” şərhini yazıb.

    Qeyd edək ki, A.Dadaşova ailə qurduqdan sonra sənətdən uzaqlaşıb. İki övladı olan müğənni açıqlamasında bildirib ki, həyat yoldaşı ona yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa icazə vermir.

    noimage

    alinti...
#29.09.2015 17:59 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    "Azad Azərbaycan" telekanalının “Öz aramızda” verilişinin yayımı dayandırılıb. Lent.az-ın məlumatına görə, proqramın dayandırılmasına səbəb, Z.Baxşəliyevin həmin telekanalda daha iki verilişdə aparıcı olmasıdır.

    Qeyd edək ki, Z.Baxşəliyev ATV-nin “Məni yarından soruş” və “Bu stil mənim” verilişlərinin aparıcısıdır.

    Yalçın UĞUR
#29.09.2015 17:55 0 0 0
  • Xeber - xeberler - Siyaset - Siyasi xeber

    noimage

    Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən parlament seçkilərində iştirak etmək üçün irəli sürülmüş namizədlərin hamısı dairə seçki komissiyaları tərəfindən qeydə alınıb.

    YAP-dan APA-ya verilən məlumata görə, bununla da, partiya Seçki Məcəlləsinə müvafiq olaraq, seçki dairələrinin 60-dan coxunda namizədləri qeydə alınmış siyasi partiya kimi iştirak etmək hüququ qazanıb.

    Noyabrın 1-ə təyin edilmiş Azərbaycan Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 117 dairə üzrə namizəd irəli sürülüb. Uğurla başa çatmış imzatoplama kampaniyasında partiya Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak edib.

    alinti..
#29.09.2015 17:36 0 0 0