N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • Xeber - xeberler - Siyaset - Siyasi xeber

    noimage

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən plenar iclası çərçivəsində qurumun Demokratiya və siyasi məsələlər üzrə komitəsinin toplantısı keçirilib.


    APA-nın Avropa müxbirinin məlumatına görə, toplantıda ingiltərəli deputat Robert Valterin Dağlıq Qarabağla bağlı şifahi hesabatı dinlənilib.

    Qərara alınıb ki, məruzəçi R. Valter Dağlıq Qarabağla bağlı hesabat hazırlasın.

    Qeyd edək ki, R. Valter AŞPA-nın Demokratiya və siyasi məsələlər üzrə komitəsi adından Dağlıq Qarabağa dair məruzə hazırlamaq üçün Azərbaycana səfər etsə də, Ermənistan hökuməti ona icazə vermədiyi üçün Ermənistan və Dağlıq Qarabağa səfərlər edə bilməyib. Erməni tərəfi məruzəçinin Dağlıq Qarabağla bağlı hesabat hazırlamasını istəmir.

    Komitənin iclasında iştirak etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Dağlıq Qarabağla bağlı hesabat hazırlanacaq: “Robert Valter Dağlıq Qarabağla bağlı məruzəsi ilə çıxış etdi və komitə Assambleyanın məruzəçisini ölkəyə buraxmamağı biabırçı bir addım kimi qiymətləndirdi. Erməni tərəfi müxtəlif bəhanələr gətirərək öz yalanlarını gizlətmək istəyirdi. Hansısa formada çalışırdılar ki, bu məsələni ört-basdır etsinlər, amma alınmadı. Nəinki alınmadı, erməni nümayəndə heyətinin üzvü Naqdalyanı ikinci dəfə komitədən qovdular. Mən də öz növbəmdə çıxış edərək bildirdim ki, burada söhbət Robert Valterdən getmir. Dağlıq Qarabağ üzrə alt komitə var idi, siz onu niyə ləğv etdiniz? AŞPA-nın sabiq sədri Jan-Klod Minyon mənimlə və Ermənistan nümayəndə heyətinin rəhbəri ilə azı 10 dəfə görüşmüşdü, niyə bunu rədd etdiniz? Deməli, məsələ Robert Valterdə deyil, Ermənistan sadəcə nələrisə gizlədir. Dedim ki, siz onu buraxmalıydınız, şərait yaratmalıydınız ki, o gizlədilən məsələlər üzə çıxsın. Yəni Dağlıq Qarabağla bağlı hesabat mütləq yazılacaq, Ermənistan məruzəçini ölkəyə buraxmasa belə. Robert Valterin mandatı bitənə qədər hesabat yazılacaq”.

    R. Valter isə Dağlıq Qarabağla bağlı hesabatı noyabr ayınadək yazıb AŞPA komitəsinə təqdim edəcəyinə ümidvar olduğunu bildirib.

    “AŞPA-nın siyasi məsələlər üzrə komitəsi hesabatı hazırlamağım üçün mənə dəstək verdi. Komitənin qərarına əsasən, mən həmçinin Ermənistana və Dağlıq Qarabağa səfərlər etməliydim, amma bu səfərləri gerçəkləşdirə bilmədiyim üçün çox üzgünəm. Ümid edirəm ki, komitəmizin dəstəyi ilə bu səfərləri də edə biləcəyəm. Hər halda hesabatı komitənin noyabr ayında keçiriləcək toplantısında təqdim edəcəyimə ümid edirəm”, - deyə o vurğulayıb.

    alinti...
#29.09.2015 17:34 0 0 0
  • İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?

    noimage

    29 sentyabr. İlin sonuna 93 gün qalır.

    E.ə 106. Roma sərkərdəsi Pompey anadan olub. O, e.ə 48-ci ildə eyni gündə Misirdə qətlə yetirilib

    1515. Fransa və İsveçrə arasında əbədi sülh imzalanıb

    1877. “Əkinçi”nin son 56-ı nömrəsi çapdan çıxıb

    1902. Fransız yazıçısı Emil Zola dəm qazından zəhərlənərək vəfat edib

    1916. Con Rokfeller “Standart oil” şirkətinin əsasını qoyub

    1919. Bakı Dövlət Universiteti təsis edilib

    1928. Görkəmli alim Azad Mirzəcanzadə anadan olub

    1936. İtalyan siyasətçi Silviya Berluskoni anadan olub

    1939. Varşava faşistlərə təslim olub

    1943. Polyak siyasi xadim Lex Valensa anadan olub

    1943. Tokio məhkəməsi bakılı kəşfiyyatçısı Rixard Zorge haqqında ölüm hökmü çıxarıb

    1958. Fransada Beşinci Respublika elan edilib

    1971. SSRİ “Luna 19” kosmik stansiyasını orbitə buraxıb

    1991. Haitidə dövlət çevrilişi baş verib

    1991. Paritet əsasla 8 müxalifət və 8 hakimiyyət nümayəndəsindən ibarət Milli Şura yaradılıb

    2004. Emil Kərimov Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Eleonora Hüseynova Azərbaycan Respublikasının Fransada səfiri vəzifəsindən geri çağırılıb

    2004. Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyi təsis edilib və Eleonora Hüseynova bu nümayəndəliyə rəhbər seçilib

    2009. TürkPA-nın Bakı konfransı başa çatıb, təşkilatın Nizamnaməsi qəbul edilib

    alinti...
#29.09.2015 17:32 0 0 0
  • 2015 modelleri - Ətək və idman dair modeller - idman ayaqqabisi - Ətək və idman ayaqqabısı modelleri 2015

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage


    alinti..
#29.09.2015 00:21 0 0 0
  • Mannalı mini toplar - Mannalı mini toplar terifi ve terkibi - Mannalı mini toplar nece hazirlanir?

    noimage

    Tərkibindəkilər:
    3 st süd

    7 xörək qaşığı şəkər tozu

    7 xörək qaşığı manna

    1 paket krem şanti

    Üstü üçün
    1 st hindistan qozu

    1 st çiy badam

    Hazırlanması:
    Geniş bir qaba manna, süd və şəkər tozunu əlavə edin. Qatı hala gələnə kimi bişirin. Arada tez-tez qarışdırın. Bişən qarışıma bir paket krem şantini əlavə edin. Qarışımdan yumru toplar hazırlayıb hindistan qozuna batırın. Əlinizə yapışmamsası üçün arabir əlinizi soyuq suya salın. Üzərinə badam batıraraq süfrəyə təqdim edin.

    Nuş olsun!
#28.09.2015 23:58 0 0 0
  • Konu: Ballı badam
    Ballı badam - Ballı badam terifi - Ballı badam terkibi - Ballı badam nece hazirlanir?

    noimage

    Tərkibindəkilər:

    250 qr sana yağı

    2 ədəd yumurta

    1 stəkan duru yağ

    1 ədəd qabartma tozu

    1 ədəd vanil

    Lazımı qədər un

    Şərbəti üçün:

    4 st. su

    3 st. şəkər tozu

    Yarım limon (qabıqlı)

    Üstü üçün:

    Yer fındığı əzməsi

    Hazırlanması:

    Şərbətini hazırlamaq üçün qazana şəkər tozu və suyu əlavə edib qaynadın. İçinə limonu diri halda əlavə edib bir az qaynatdıqdan sonra kənara qoyub soyudun.
    Bir qaba un xaric digər vəsaitləri əlavə edin və yaxşıca qarışdırın. Unu yavaş-yavaş əlavə edin, nə çox bərk, nə də çox yumşaq olmayan bir xəmir halını alana kimi yoğurun. Xəmirdən kiçik tikələr qoparıb badam şəkli verin. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 30 dəqiqə bişirin. Bişib soyuduqdan sonra üstünə şərbəti tökün. Üzərini yer fındığı əzməsi ilə bəzəyib süfrəyə təqdim edin.

    Nuş olsun!

    alinti....
#28.09.2015 23:51 0 0 0
  • Bulğur küftəli şorba - Bulğur küftəli şorba terifi - Bulğur küftəli şorba terkibi - Bulğur küftəli şorba nece hazirlanir?

    noimage

    Tərkibindəkilər:

    Yarım kilo qırmızı ət

    4 xırda soğan

    2 xörək qaşığı tomat

    100 qr yağ

    1 stəkan qaynamış noxud

    Duz

    İstiot

    5-6 stəkan isti su

    Bulğur küftəsi üçün:

    1 stəkan bulğur

    200 qr qiymə

    1 ədəd yumurta

    1 xörək qaşığı tomat

    Duz

    İstiot

    Hazırlanması:

    Bulğur küftəsi üçün bulğurun içinə qarışdıraraq isti su əlavə edin və ağzını örtüb 30 dəqiqə elə saxlayın.
    Daha sonra qiyməni, tomatı, yumurtanı, duzu, istiotu əlavə edib yaxşıca qarışdırın.
    Hazırlanmış qarışımdan balaca toplar hazırlayıb una batırın.
    Qırmızı ətləri nazik xırda şəkildə doğrayıb içinə az su əlavə edin və suyunu çəkənə qədər bişirin.
    Suyunu çəkən ətlərin içinə yağı əlavə edib bir az qovurun. Sonra tomatı əlavə edib qovurmağa davam edin. Soğanları, isti suyu da əlavə edib qaynadın.
    Daha əvvəl hazırladığınız bulğur küftələrini, qaynamış noxudu, duz və ədviyyatları əlavə edib bişirin.

    Nuş olsun!

    alinti...
#28.09.2015 23:48 0 0 0
  • Konu: Şorba-püre
    Şorba-püre - Şorba-püre terifi - Şorba-püre terkibi - Şorba-püre nece hazirlanir?

    noimage

    Ərzaqlar:

    Gül kələmi – 400 q.
    Soğan – 1 baş
    Sarımsaq – 2 diş
    Parmezan pendiri – 100 q.
    Zeytun yağı – 1 x.q.
    Hind qozu – bıçağın ucunda
    Duz

    Hazırlanması: (15 dəq)

    Zeytun yağında xırda doğranmış soğan və sarımsağı qızardın. Gül kələmini ayırıb 5-7 dəq. qaynadın. Pörtlədilmiş kələmi soğanla birlikdə qazana boşaldın və üzərinə kələmin qaynadığı sudan əlavə edin. Qapaqla ağzını bağlayın və tam bişənə qədər pörtlədin. Duzlayıb hind qozunu əlavə edin və blenderda üyüdün. İstiyə davamlı boşqaba qoyub üzərinə sürtgəcdən keçirilmiş pendiri səpin və sobada 180 dərəcədə bişirin. Qaymaq dadı əldə etmək üçün 2 x.q. qaymaq da əlavə edə bilərsiniz.

    Nus olsun....

    Alinti...
#28.09.2015 23:42 0 0 0
  • Vegeterianlar üçün şorba - Vegeterianlar üçün şorba terifi - Vegeterianlar üçün şorbanin hazirlanmasi

    noimage

    Erzaqlar:

    Kəsmik – 2 əd.
    Soğan – 1 baş
    Kök – 1 əd.
    Göyərti – zövqə görə
    Kartof – 4 əd.
    Zeytun yağı – zövqə görə
    Ədviyyat – zövqə görə

    Hazırlanması: (20 dəq)

    Əvvəlcədən qazanda su qaynadın. Soğanla kökü zeytun yağında qovurub, kartofla birlikdə qaynanmış suya atın. Kartof tam bişdikdən sonra pendiri sürtgəcin iri gözündən keçirib əlavə edin. Pendir tam əriyənə kimi supu qarışdırın. Göyərtini əlavə edib 1 dəqiqədən sonra odun üstündən götürün. Qazanı qapağını bağlayıb bir neçə dəqiqə gözləyin və sup hazırdır.


    alinti...
#28.09.2015 23:26 0 0 0
  • Brüssel kələmi - Brüssel kələmi haqqinda - Cavan və sağlam olmaq üçün ne etmeli?

    noimage

    Onlar hipertoniya, piylənmə, diabet kimi orqanizmi korlayan bütün xəstəliklərin riskini azaldır. Əsas odur ki, gündəlik qida rasionuna tərəvəzlər, zülallar, doymamış yağlarla liflər, vitamin və antioksidləşdiricilər daxil edilsin.

    Trend.az “Today” qəzetinə istinadən xəbər verir ki, mütəxəssislər Brüssel kələmini siyahıya daxil edərək onun xərçəng riskini azaltdığını qeyd edirlər. Prinsipcə, onu brokkoli, ağ baş kələm və ya rəngli kələmlə də əvəz etmək olar. Onların hamısı antioksidləşdiricilər, lif, vitamin və minerallarla zəngindirlər. Gün ərzində bu qidalardan ən azı 3-5 porsiya yemək lazımdır.


    Daha sonra qızılbalıq (losos) gəlir. Bu balıq zülal və ürək və əsəb sistemi üçün faydalı olan omeqa-3 yağ turşularının mənbəyidir. Onu sardina, siyənək, forel və ya paltus balıqları ilə əvəz etmək olar.


    Üçüncü yerdə, həmçinin zülalla zəngin olan badam qərarlaşıb. Onun tərkibində faydalı yağlar, maqnezium, sink var. Badamı püstə və qozla asanlıqla əvəz etmək mümkündür. Qeyd etmək vacibdir ki, bu məhsullar gündə 25-30 qramdan çox yeyilməməlidir.


    Qatıq və kinoa (kinva-yarma) əsl superməhsullardır. Birincisi, kalsium, zülal, D vitamini, probiotik bakteriyalarla zəngindir ki, bu da sümüklər, əzələlər və həzm üçün faydalıdır. Gün ərzində 1-2 porsiya yeyilməlidir. Kinoa, öz növbəsində, orqanizmi sellülozun, kalsium və dəmirin bir günlük norması ilə təmin edir. Və gündə yarım fincan yemək olar.


    Yaşıl çay özünün unikal xassələri ilə çoxdan məşhurdur. O, güclü antioksidləşdirici və ürək-damar sistemi üçün bir növ xilasdır. Tədqiqatlar göstərir ki, gün ərzində 5 fincan yaşıl çay sağlamlığı həqiqətən möhkəmlədir. Çayla yalnız qaragilə müqayisə edilə bilər. Antioksidləşdirici antosian maddəsi ona xarakterik rəng verir. Buna görə də, ümumiyyətlə, bütün əlvan rəngli giləmeyvələr faydalıdır.


    Alinti...
#28.09.2015 23:14 0 0 0
  • Spirt haqqinda - Spirt haqqinda bilmediklerimiz - Spirt bakteriyaları nece məhv edir?

    Xoşagəlməyən ağız qoxusu bəzən bizi ən gözlənilməz zamanda çıxılmaz vəziyyətə sala bilər. Təsəvvür edin iş çıxışında sevgiliniz qəfil qarşınıza çıxıb sizə sürpriz edir və şam yeməyini birlikdə yeməyi təklif edir. Əgər ağız qoxusuna görə narahatsınızsa, əmin ki, bu situasiya sizi xoşbəxt etməkdən çox narahat edəcək. Bu zaman aranızdakı ani yaxınlıq zamanı sevgilinizin ağız qoxusunu duyacağı qorxusu bütün görüş boyu sıxılmağınıza səbəb olacaq.

    Buna görə də indi sizə ağız qoxusundan qurtulmaq üçün bəzi məsləhətlər verəcəyik. Unutmayın ki, təkcə dişinizi fırçalamaqla ağız qoxusunun qarşısını almaq mümkün deyil. Çünki yediyimiz yeməklərdən aslı olaraq, mütəmadi olaraq ağzımızda bakteriyalar yaranır. Elə pis qoxunun mənbəyi də bu bakteriyalardır. Əgər hər dəfə yeməkdən sonra dişlərinizi fırçalamaq üçün vaxtınız yoxdursa, bunun da asan yolu var. Mütəxəssislərin sözlərinə görə, gündə 8 stəkan su içmək ağızdakı bakteriyaları azaldır. Bu isə pis qoxunun yaranmasının qarşısını alır.

    Kişilərin ağız qoxusuna görə diqqət yetirməli olduğu əsas məsələlərdən biri isə spirtli içki və siqaretdir. Siqaret ağızda o qədər bakteriya yaradır ki, bəzən ondan sonra hətta dişinizi fırçalasanız belə qoxu bir neçə gün ağzınızda qalır, hətta daha xoşagəlməz forma alır. Bəzi hallarda isə belə düşünülür ki, spirt bakteriyaları öldürməkdə əsas vasitələrdəndir. Əgər spirtli içki içiriksə, deməli, ağzımızdakı və orqanizmimizdəki bakteriyalar da məhv olur. Amma bu tamamilə yanlış fikirdi. Spirt nəinki ağızdakı bakteriyaları məhv edir, əksinə onların inkişafını sürətləndirir. Bu isə ağzınızdan daha pis qoxu yayılmasına səbəb olur.

    Dişləri təmiz saxlamağın digər üsulu isə diş ipləridir. Çünki sadə diş fırçası dişlərinizi tam olaraq təmizləmir. Əgər dişlərinizin təmizliyi sizin üçün bu qədər vacibdirsə, diş saplarından istifadə etməyiniz mütləqdir. Amma düzgün diş sapının seçilməsi üçün həkimlə məsləhətləşmək mütləqdir. Əks halda diş ətiniz bu iplərdən istifadə etmək üçün uyğun olmasa, xeyirdən çox ziyan görə bilərsiniz. Bundan əlavə onu da unutmayın ki, ağızdan pis qoxu gəlməsinin tək səbəbkarı dişlər deyil. Bunun üçün dişlərinizi fırçalayarkən fırçanın arxa hissəsi ilə dilinizi də təmizləyin.

    alinti...
#28.09.2015 23:00 0 0 0
  • Göz - Göz quruluğu - Göz quruluğu haqqinda - Göz quruluğunun emele gelme sebebi

    noimage

    Özəlliklə soyuq havada idman edənlərdə gözdə yanma, batma, qızarıqlıq və bulanıq görmə kimi simptomlar ortaya çıxır. Fərqində olmadığımız halda quru göz probleminə yol açır.

    Quru və soyuq havalar, uzun müddət televizor izləmək, kompüter istifadə etmək və oyun oynamaq göz quruluğuna səbəb olur. Bu, görmə zəifliyindən sonra çox rastlanan gözlə bağlı ikinci şikayətdir.

    Kişilərdən fərqli olaraq qadınlarda daha sıx görülən bu problem özəlliklə menopauza dönəmində rastlanır.

    Kondisionerli ortamların göz quruluğuna zəmin yaratdığını deyən mütəxəssislər, xəstəliyə uyğun olaraq hava nəmləndirici istifadə etmək gərkdiyini deyir.

    Müalicə üçün süni göz yaşları və gellərlə göz nəmini qaytarmaq lazımdır.

    alinti..
#28.09.2015 22:46 0 0 0
  • Göz xesteliyi - Itdirsəyi - Itdirsəyi haqqinda - Gözünüzə itdirsəyi cixibsa ne etmeli?

    noimage

    1. Linza istifadə edirsinizsə, itdirsəyi sağalana kimi ara verin.

    2. İtdirsəyinə gün ərzində 15 dəqiqəlik müddətə isti su ilə kompres edin. Gün ərzində bunu 5-6 dəfə təkrarlayın. Qısa müddətdə iltihabın və şişkinliyin azalmasına fayda verir.

    3. Makiyaj etməyin və gözünüzə başqa kosmetik vasitə sürtməyin.

    4. Şişkinliyi azaltmaq üçün çobanyastığı çayı da istifadə edə bilərsiniz. Çobanyastığı çayını dəmlədikdən sonra soyumasını gözləyin və süzün. Pambığa batırıb itdirsəyinin üzərinə sürtün. Gündə 3-4 dəfə edin.

    5. Kartofu rəndələyərək təmiz, nazik bir parçaya sarıyın və itdirsəyinin üzərinə çox basmadan qoyun. Gün ərzində 2-3 dəfə edin.

    6. Ekineziya da antibakterial olduğundan itdirsəyinə faydalıdır. Ekineziya çayını pambıq yardımı ilə itdirsəyinə sürtün.

    7. Sarımsaq da itdirsəyinə faydalı gəlir. Gündə 10-12 ədəd sarımsaq yeyərək, bədənin immunitet sistemini gücləndirə bilərsiniz.

    Fərizə ƏHMƏDOVA
#28.09.2015 22:25 0 0 0
  • Saglam heyat terzi

    noimage

    İnsan həyatın 1/3 hissəsini yuxuda keçirir. Bu səbəbdən yuxu zamanı düzgün olmayan poza insanda müxtəlif pozulmalara səbəb ola bilər. Beləliklə, hansı pozalarda yatmaq olmaz? Aile.lent.az saglamolun.az-a istinadən həmin pozaları təqdim edir.

    - Qarın üstə başı yana çevrilmiş vəziyyətdə yatmaq. Bu vəziyyətdə onurğa arteriyası sıxılmış vəziyyətdə qalır ki, baş beynin qanla təmin olunması pozulur. Bu isə səhər baş ağrılarına və digər pozulmalara səbəb ola bilər. Bu poza xüsusilə yaşlı insanlar üçün ziyandır.
    Bu poza həmçinin boyun fəqərələri üçün ziyandır və osteoxondrozun inkişafına səbəb ola bilər.
    Digər tərəfdən bu vəziyyətdə yatan insanın döş qəfəsi sıxılır ki, nəticədə ağciyər pis işləyir, orqanizm oksigeni daha az miqdarda alır.
    Nəhayət, bu poza üz dərisinin vəziyyəti üçün çox ziyanlıdır - dəri dartılır, sıxılır ki, nəticədə bu pozada daim yatan insanda qırışlar daha tez əmələ gəlir.

    - Bel üstə hündür yastıqda yatmaq. İnsanlar əsasən televizora baxanda və ya kitab oxuyanda bu pozada yuxuya gedir. Bu poza boyun fəqərələrinə çox mənfi təsir edir, sinirlər, əzələlər, damarlar sıxılır. Nəticədə insan oyanandan sonra boyun nahiyəsində güclü ağrı hiss edir. Daim bu pozada yatan insanda boyun osteoxondrozu inkişaf edə bilər.
    Həmçinin "apnoe" kimi ciddi pozulmadan əziyyət çəkən insanlara bu pozada yatmaq olmaz. Yuxu zamanı xoruldayan insanların əksər hissəsində "apnoe" yaranır. "Apnoe" yuxuda nəfəsalmanın müvəqqəti dayanması deməkdir. Nəfəsalma dayananda beyin impuls göndərir və insan dərhal oyanır və sonra yenə yuxuya gedir. İnsan bunu hətta hiss etməyə bilər. Nəfəsalmanın dayanması gecə ərzində dəfələrlə baş verir. Nəticədə insan pis yatır, özünü daim yorğun hiss edir, tez-tez baş ağrılarından əziyyət çəkir, əsəbi olur, onun yaddaşı və diqqəti zəifləyir. Bəzi ağır hallarda apnoe sindromu hətta insanın yuxuda ani ölümünə səbəb ola bilər.

    - Bel üstə yastıqsız yatmaq. Bu zaman baş arxaya əyilmiş vəziyyətdə qalır ki, boyun fəqərələri deformasiya olunur. Nəticədə sinirlər sıxılır, beyin qan dövranı pozulur. Bu isə boyun nahiyəsində ağrılara, sinirlərin sıxılması nəticəsində qolda ağrılara və səhərlər baş ağrılarına səbəb ola bilər.
    Həmçinin, bu poza insanda osteoxondrozun inkişafına səbəb ola bilər.
    Həkimlərin fikrinə görə, bel üstə yatmaq daha yaxşıdır. Bu zaman döşək nə çox yumşaq, nə də çox bərk olmalıdır. Yastıq hündür olmamalı, insanın çiyinləri yuxu zamanı yastıqda deyil, döşəkdə olmalıdır. Hal-hazırda xüsusi anatomik yastıqlar satılır ki, bu yastıqlar boyun nahiyəsini saxlayır.

    Bel üstə yatmaq hipertoniya və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün xeyirlidir. Həmçinin, bu poza həzm proseslərinə kömək edir, üz dərisini qırışların əmələ gəlməsindən qoruyur.
    Apnoedən əziyyət çəkənlərə, onurğa problemləri olan insanlara sol böyrü üstə yatmaq tövsiyə olunur.

    Alinti...
#28.09.2015 22:06 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar - Mehsur meyxanaci - Meyxanaci Namiq

    noimage

    Meyxanaçı Namiq Qaraçuxurlu iranlı pərəstişkarları ilə görüşüb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb: “Bu gün İrandan gələn pərəstişkarlarımla görüşdüm. Çox xoş oldu. Bir neçə il öncə İranın Zəncan şəhərində konsert proqramı ilə çıxış etmişdim. O konsertdən xoş xatirələr hələ də qalıb. İnşallah çalışacam ki, 2016-cı ildə oradakı sevənlərimə konsert verim”.

    noimage

    Yalçın UĞUR
#28.09.2015 21:57 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar - Mesur mugeni - Elariz Məmmədoğlu kimdir?

    noimage



    Müğənni Elariz Məmmədoğlunun arxiv fotosu yayılıb. Lent.az-ın məlumatına görə, ifaçının cavanlıq şəklini oğlu sosial şəbəkədəki səhifəsinə yükləyib. Fotoya isə “Atamın cavanlığı yaraşıqlı olub” şərhini yazıb.

    noimage

    alinti...
#28.09.2015 21:39 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Xalq artisti Alim Qasımovun nəvələri ilə birgə fotosu yayılıb. Lent.az-ın məlumatına görə, əməkdar artist Fərqanə Qasımova atası ilə övladlarının şəklini sosial şəbəkədəki səhifəsinə yükləyib.

    Qeyd edək ki, A.Qasımovun qızının 1 oğlu, 3 qızı, oğlunun isə bir oğlu var.

    noimage

    noimage

    noimage

    noimage

    Yalçın UĞUR
#28.09.2015 21:31 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Bir neçə gün öncə oğul anası olan müğənni İradə İbrahimovanın yeni fotosu yayılıb. Lent.az-ın məlumatına görə, ifaçının yeni fotosunu bacısı vizajist Nigar İbrahimova sosial şəbəkədə paylaşıb. O, fotoya “Bacımın dünənki toydan şəkli. 18 gün öncə ana olasan, belə arıq qalasan. Halaldır sənə” yazıb.

    Qeyd edək ki, İ.İbrahimova 2009-ci ildə Ceyhun İzer adlı türkiyəli iş adamı ilə ailə qurub. Həmin evlilikdən İpək və Əli adlı övladı var.

    noimage

    noimage

    Yalçın UĞUR
#28.09.2015 21:28 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Yeni layihə üzərində çalışan xalq artisti Aygün Kazımova imicini dəyişib. Lent.az-ın məlumatına görə, müğənni saçlarını göy rəngə boyayıb. Yeni imici barədə təəssüratını bölüşən xalq artisti bunun sevənlərinə sürpriz olduğunu bildirib.

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    Yalçın UĞUR
#28.09.2015 21:26 0 0 0
  • xeber - xeberler - idman xeberleri - Azərbaycan ve Macarıstan qarsilasmasi

    noimage

    Qadın voleybolçular arasında keçirilən Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, III turun qarşılaşmaları pley-off mərhələsinin iştirakçılarının tam siyahısına aydınlıq gətirəcək.

    Belçikanın Antverpen şəhərində, B qrupunda çıxış edən Azərbaycan millisi qrupdakı son oyununda Macarıstanla üz-üzə gəlib. İlk iki turda quru hesabla uduzan autsayderlərin matçı pley-offa vəsiqənin sahibini müəyyənləşdirib.

    Həm Belçika, həm də Türkiyə ilə qarşılaşmalarda set qazanmağı bacarmayan komandamız medallar uğrunda mübarizədən qopmamaq üçün mütləq qalib gəlməli idi.

    Ancaq voleybol millimiz bu dəfə azarkeşlərini sevindirə bilməyib. Yığma komandamız ilk iki görüşdə olduğu kimi bu dəfə məğlub olub - 1:3.

    Bu nəticədən sonra Azərbaycan millisi Avropa Çempiponatı ilə vidalaşmalı olub.

    Avropa çempionatı, final mərhələsi

    B qrupu, III tur

    28 sentyabr

    Azərbaycan – Macarıstan - 1:3 (16:25, 28:26, 22:25, 16:25)


    alinti..
#28.09.2015 21:16 0 0 0