N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • Maskalar - Sızanaq maskası - sızanaqlara qarsi maska - Limonla edilən təbii sızanaq maskasınin hazrlanmasi

    Sızanaqlar və sızanaq izləri qadınların ən böyük problemidir. Amma artıq dərd etməyin, limon sayəsində sızanaqlardan xilas olun. Limon mikrobları öldürücü, möhkəmləşdirici və toksin atıcı bir qida olduğu üçün sızanaqlardan xilas olmanıza köməkci olar. Dəri hüceyrələrini yeniləyən və dərini xarici faktorlardan qoruyan limonun 5 xüsusi sızanaq maskasını bir yerə qeyd edin.

    Maska-1
    1 x.q. limon suyu
    1 x.q. bal

    Hazırlanması və tətbiqi:
    Limon suyu və balı kiçik qazanda qarışdıraraq qazın ustünə qoyun. Bir müddət qaynadıqdan sonra qırağa qoyun və ilıq hala gəlincə problemli bölgənizə sürtün. Maskanızı 15 dəqiqə üzünüzdə saxlayın və ilıq su ilə yuyun. 1 həftə-10 gün içində sızanaqlardan xilas olacaqsınız.

    Maska-2
    1 ç.q. limon suyu
    1 yumurta ağı

    Hazırlanması və tətbiqi:
    Sarısından ayırdığınız yumurtanın ağını bir kasaya alın və üstünə limon suyunu əlavə edin. Sızanaqlı bölgənizə sürtüb 20 dəqiqə saxlayın və yuyun. Bu maskanı həftədə iki dəfə etməyiniz daha yaxşı olar.

    Maska-3
    1-2 damla limon suyu
    3 ədəd aspirin
    1 ç.q. yaş maya

    Hazırlanması və tətbiqi:
    Aspirini limonlu suyun içində əridin. Daha sonra yaş mayanı qarışığın içinə əlavə edib qarışdırın. Sızanaqlı və sızanaqsız bölgələrinizə sürtün və 15-20 dəqiqə saxlatdıqdan sonra yuyun. Bu maska həm sızanaqdan və sızanaq izlərindən xilas olmağa kömək edəcəkdir.

    Maska-4
    Yarım limon
    1 ç.q. karbonat
    Bir neçə damla süd

    Hazırlanması və tətbiqi:
    Bir qaba ilk əvvəl karbonatı, daha sonra südü və son olaraq təzə kəsilmiş yarım limon suyunu sıxıb qoyun. Qarışdırdıqda bir az köpürəcək, köpürmənin qurtarmasının arxasından bu maskanı sızanaqlı bölgənizə sürtün. 10-15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.


    alinti...
#20.09.2015 23:02 0 0 0
  • Burcler - gundelik burcler

    Qoç - günün ilk yarısında situasiya sizə yaxşı şanslar və irəliləyiş imkanları yaradır. Yeni, faydalı əlaqələr yaratmağa çalışın. Biliklərinizi, informasiyalarınızı artırın. Mədəniyyətsiz, kobud, bisavad insanlardan mümkün qədər uzaq durun. Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanlarla ünsiyyətdə aktiv olun. Romantik hisslərin izharı üçün yaxşı gündür. Təmasları möhkəmləndirin. Mövqelərinizi daha səbatlı edin. Qətiyyət uğurun rəhnidir.

    Buğa - məhsuldar, effektiv gündür. Peşəkar fəaliyyətinizdə kommunikativ məqamlar çoxdursa, onlara diqqət yetirin. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət fayda verməklə yanaşı, əhvalınızı yaxşılaşdıra bilər. Günün ikinci yarısında hobbiniz gəlir gətirəcək. Lakin işinizə, xidmətlərinizə görə tələb etdiyiniz məbləği anormal dərəcədə artırmayın. Əks təqdirdə rəqiblər sizi üstələyəcəklər. Ehtiyatlı olun.

    Əkizlər - sadə məsələləri süni şəkildə mürəkkəbləşdirməyin. Mühüm işlərin hamısını eyni vaxtda həll etmək mümkün deyil. Səbrli, təmkinli olun. Cari problemlərin həlli ilə məşğul olun. Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Fürsəti əldən verməyin. Şanslarınızı dəyərləndirin. Axşam saatlarında normal istirahət etməyə çalışın.

    Xərçəng - pis zaman deyil. Günün ilk yarısında işlər pis olmayacaq. Önəmli məsələnin həllinə başlayın və onu vaxtında tamamlayın. Pullarınızı məntiqlə xərcləyin. Çoxdan başladığınız, amma yarımçıq qalmış layihəni başa vurmağa çalışın. İşdə aktiv olun, işgüzar insan olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda aktiv olun. Axşam saatları romantik hisslər vəd edir. Sevdiyiniz insanla incə davranın. Könül qırmayın. Axşam saatlarını açıq havada keçirin.

    Şir - günün ilk yarısında rutin işləri görərkən bir qədər kreativ davranın. Yaşam və ya fəaliyyət arealında dəyişikliklər etmək olar. Quru rəsmiyyətçilik uğur vəd etmir. Bir qədər asudə dolanmaq, sərbəst olmaq mümkündür. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların davranışlarındakı fərqləri sezin. Yeniliklər müşahidələrinizdən asılıdır. Bədbinliyə qapılmayın. Yaxın tanışlarınız arasında xəbər və ya məlumatı ilə əhvalınızı yaxşılaşdıra biləcək insan var. Axşam saatlarında normal istirahət edin.

    Qız - hisslərə qapılmayın, emosional olmayın. Praqmat davranın, ikinci dərəcəli saydığınız məsələləri qulaqardına vurmayın. Hər deyilənə inanmayın. Durumla bağlı təfsilatlı məlumatlar əldə etməmiş qərar verməyin. Günün ikinci yarısında başqalarının işlərini görərək öz maraqlarınızı unutmayın. Axşam saatlarına yaxın əhvalınızda dəyişikliklər ola bilər. Diqqətli davranın, sayıq olun. Tərəzi - sofitlər qarşısında duraraq parlamağa çalışmayın. Təsir imkanlarınızı genişləndirmək üçün əla gündür. Tərəfdaş, şərik və dostların sayını artıra bilərsiniz. Günün ikinci yarısında bilik və bacarıqlarınızı daha əminliklə nümayiş etdirə bilərsiniz. Dəvət aldığınız məkanlara yollanın. Etimad göstərdiyiniz insanla probleminizi müzakirə edə bilərsiniz. Axşam saatlarını sevdiyiniz insana həsr edin.

    Tərəzi - sofitlər qarşısında duraraq parlamağa çalışmayın. Təsir imkanlarınızı genişləndirmək üçün əla gündür. Tərəfdaş, şərik və dostların sayını artıra bilərsiniz. Günün ikinci yarısında bilik və bacarıqlarınızı daha əminliklə nümayiş etdirə bilərsiniz. Dəvət aldığınız məkanlara yollanın. Etimad göstərdiyiniz insanla probleminizi müzakirə edə bilərsiniz. Axşam saatlarını sevdiyiniz insana həsr edin.

    Əqrəb - qarışıq, laübəli, çox çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə münasibətləriniz gəriləcək. Ehtiyatlı olun, rəqiblər fəallaşıblar. Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar olacaq. Yaxşı bələd olmadığınız insana etibar etməyin. Yeni tanışlarla ünsiyyətdə sayıq olun. Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və mənasız əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır.

    Oxatan - qayda və qanunları pozmayın. Azadlıq hissi ifrata vararaq xaos istəyinə çevrilməməlidir. Bəzi stereotiplərdən qurtulmaqla daha sürətlə irəliləyə bilərsiniz. Ətrafınızdakı durumu obyektiv dəyərləndirin. Günün ikinci yarısında dəyər verdiyiniz insanların istəklərini nəzərə alın. Ünsiyyətinizin daha maraqlı, informativ alınmasına can atın. Axşam saatlarında normal istirahət edin.

    Oğlaq - sizin üçün yeni sahədə nabələd insan kimi davranmayın. Peşəkar fəaliyyət müstəvisində bilik və bacarıqlarınızı artırmağa çalışın. Əmək prosesini intensivləşdirmək üçün ideyalara ehtiyac var. Məhsuldarlığı artırın. Günün ikinci yarısında səhhətinizin qayğısına qalın. Yaxınlarınızdan birinin yardıma, köməyə ehtiyacı var. Qayğıkeş olsanız, münasibətlər inkişaf edəcək. İdmanla məşğul olmaq üçün pis zaman deyil. Axşam saatlarında maraqlandığınız işlə məşğul ola bilərsiniz.

    Dolça - sərbəstlik və müstəqillik arayın. Avantürizm ruhu sizi mənasız risklərə sövq etməməlidir. Vaxtında dayanmağı, qəbul edilmiş oyun qaydalarını pozmamağa çalışın. Biznes tərəfdaşlığını uğurla inkişaf etdirmək olar. Şəriklər və həmkarlarla münasibətlərdə sayıq davranın. Günün ikinci yarısında maraqlandığınız insanla əlaqələri aktivləşdirin. Axşam saatlarında alış-verişə yollanmaq olar. Planlaşdırılmamış xərclər maddi durumunuzu ağırlaşdırmamalıdır. Məntiqi unutmayın.

    Balıqlar - günün ilk yarısından etibarən şübhələrə qapılmayın. Qeyri-müəyyənliklər sizi narahat etməsin. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Dəyər verdiyiniz insanlarla münasibətlərdə sirlərin və mübhəmlərin sayını artırmayın. Günün ikinci yarısında rutin işlər, triviallıq sizi usandıra bilər. Münasibətlərə dəyər verin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda diqqətli olun. Qarşı tərəfin mövqelərini mütləq şəkildə nəzərə alın. Soyuqqanlı olun, amma laqeyd insan təsiri bağışlamayın.
#20.09.2015 22:45 0 0 0
  • Dahiler - alimler - 10 dəli dahi

    noimage

    Pasiyent 1: Edqar Allan Po

    Amerika yazıçısı, şair (1809-1849)

    Diaqnoz: Ruhi nasazlıq, dəqiq diaqnoz təyin edilməmişdir.

    Simptomlar: Qaranlıq qorxusu, yaddaşda problemlər, təqib maniyası, qeyri-adekvat davranış, hallüsinasiyalar.
    Xəstəlik tarixcəsi: Artıq 1830-cu illərin sonundan Edqar Po sıx baş verən depressiyalardan əziyyət çəkirdi. Bundan başqa, o alkoqoldan sui-istifadə edirdi, bu da öz növbəsində onun psixikasına yaxşı təsir etmirdi: içkinin təsiri altında yazıçı bəzən şiddətli dəlilik vəziyyətinə düşürdü. Alkoqola tezliklə tiryək də qatıldı.
    Onun gənc xanımının ağır xəstəliyi Ponun ruhi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirdi. Po 13 yaşlı əmisı qızı Virciniyayla evlənmişdi; nikahdan 7 il sonra, 1842-ci ildə, Virciniya vərəmə tutulur, daha 5 il sonra isə dünyasını dəyişir.

    Virciniyanın ölümündən sonra — özünün ölümünə isə 2 il qalmış — Edgar Po bir neçə dəfə aşiq olur və iki dəfə evlənməyə cəhd edir.
    Birinci cəhdi Ponun növbəti tutmalarından qorxuya düşən sevgilinin imtinasına görə pozulur, ikinci dəfə isə toya az qalmış içib və özünü itirən bəyin toya gəlmədiyinə görə baş tutmur (Ponu 5 gün sonra ucuz traktirlərin birində tapırlar).

    Yazıçını klinikaya yerləşdirdilər və burada o qorxunc hallüsinasiyalardan əziyyət çəkərək artıq beş gün sonra dünyasını dəyişir.
    Ponun ən dəhşətli qorxusu olan yalnızlıqda ölmək həyata keçdi: o çox insanlardan son saatlarında onun yanında olacaqlarına dair vəd alsa da 7 oktyabr 1849-cu il gecə saat üçdə yanında heç bir yaxını olmadı.

    Dünyaya təqdim edilmiş ideyaları: İki məşhur müasir ədəbi janr. Birinci — dəhşət romanı ( və ya hekayəsi).
    İkinci janr — Detektiv. Məhz Edqar Ponun «Morq küçəsində qətl» hekayəsinin qəhrəmanı Oqyust Dyupen cənabı, deduksiya metodunun və onun məddahı mister Şerlok Holmsun əcdadı olub.


    noimage

    Pasiyent 2: Fridrix Nitsşe

    Alman filosofu (1844-1900)

    Diaqnoz: Nüvəli mozaik şizofreniyası (tərcümeyi-halında əksəriyyətdə daha ədəbi variantda- obsessiv pozğuluq kimi göstərilmiş).

    Simptomlar: Megalomaniya (Böyüklük iddiası) ("İki ay sonra mən Yer kürəsində bir nömrəli insan olacam" mətnli qeydləri göndərirdi, divarlardakı şəkillərin çıxarılmasını tələb edirdi, çünki onun mənzili «məbəd» idi); ağlını itirmək (şəhərin mərkəzində atı qucaqlayırdı və bununla küçə hərəkətinə mane olurdu); güclü baş ağrıları; qeyri-adekvat davranış. Nitsşenin tibbi kartında deyilirdi ki, xəstə çəkməsindən öz sidiyini içirdi, anlaşılmaz qışqırıqlar buraxırdı, xəstəxana gözətçisini Bismarka oxşadırdı, qapının arxasında sındırılmış stəkanın qırıqlarıyla barrikada qurmağa çalışırdı, döşəmədə yatırdı, keçi kimi tullanırdı, ağız-burnunu əyirdi və sol çiynini qabağa verirdi.

    Xəstəlik tarixçəsi: Nitsşe bir neçə apopleksiya tutması keçirdib (iflic); həyatının son 20 ilini psixiki pozğunluqdan əziyyət çəkib (məhz bu dövrdə onun ən əhəmiyyətli əsərləri yaranıb — məsələn, «Zərdüşt belə deyirdi»), onlardan 11 ilini o, psixiatrik klinikada keçirdib. Vəziyyəti daim pisləşirdi — həyatının sonuna yaxın filosof yalnız sadə cümlələr qura bilirdi.

    Dünyaya bəxş edilmiş ideyalar: Ali insan ideyası (nə qədər paradoksal görünsədə, məhz keçi kimi tullanan və sol çiynini oynadan bu yoldaş bizdə azad, məntiqüstü, mükəmməl, xeyir və şərin digər tərəfində olan şəxsiyyət kimi assosiasiya yaradır). Yeni əxlaq ideyası (qul əxlaqının əvəzinə güclü şəxsiyyət əxlaqı): sağlam əxlaq insanı məşhurluğa və hakimiyyətə olan təbii cəhdinə ucaltmalıdı. Hər bir başqa əxlaq ağrılı və düşkündür. Faşizmin ideologiyası: xəstələr və zəiflər həlak olmalıdır, ən güclülər qalib gəlməlidi («Yıxılanı itələ!»). Ehtimal «Allah ölüb».

    noimage

    Pasiyent 3: Ernest Heminquey

    Amerika yazıçısı (1899-1961)

    Diaqnoz: Kəskin depressiya, zehni pozğunluq.

    Simptomlar: İntihara meyllilik, təqib maniyası, əsəb pozğunluqları.

    Xəstəlik tarixçəsi: 1960-cı ildə Heminquey Kubadan ABŞ-a qayıtdı. Qorxu və inamsızlıq hissi, depressiyalar onu narahat edirdi, o yaza bilmirdi, buna görə də könüllü olaraq psixiatrik klinikada müalicə almağa razılaşdı. Heminquey 20 elektroşok seansı keçirtdi, bu prosedurlar haqqında o belə yazır: «Mənə elektroşok təyin edən həkimlər yazıçıları anlamırlar: Mənim kapitalım olan beyinimi dağıtmaq və yaddaşımı silib məni həyatın kəndarına atmağın mənası nə idi? Bu parlaq müalicə idi, ama onlar pasiyenti itirdilər».

    Heminquey klinikadan çıxdıqdan sonra əmin oldu ki, əvvəlki kimi yaza bilmir və ilk intihar cəhdinə təşəbbüs etdi, ancaq yaxınları ona mane oldular. Həyat yoldaşının xahişi ilə o təkrar müalicə kursunu keçdi, amma öz niyyətini dəyişmədi. Çıxdıqdan bir neçə gün sonra qoşalülə tüfəngdən başına atəş açaraq intihar etdi.

    Dünyaya bəxş edilmiş ideyalar: «itirilmiş nəsil» ideyası — Heminquey eyni dövrdə yaşamış yoldaşı Remark kimi, konkret müharibənin dəyirman daşlarıyla üyüdülmüş konkret nəsli nəzərdə tuturdu, ancaq termin cəzbedici oldu — o vaxtdan hər nəsil özünü itirilmiş hesab etmək üçün səbəblər tapır. Yeni ədəbi fənd, «aysberq metodu», yəni xəsis, quru mətnin səxavətli, ürəkparçalayan mətnaltı mənaları nəzərdə tutması. Heminqueyin qəhrəmanı — mübarizənin faydasız olduğunu anlasa da, sonuna kimi mübarizə aparan, sərt və susqun döyüşçüdü.

    Ovçu, əsgər, idmançı, dənizçi, balıqçı, səyahətçi, Nobel laureatı, bədəni tamamilə çapıqlarla dolu olan Heminqueyin özü isə təəssüf ki sonuna kimi mübarizə aparmadı. Lakin yazıçı öz ideallarına xəyanət etmədi. «Kişinin yorğan-döşəkdə ölməyə haqqı yoxdu, — deyirdi o — Kişi ya döyüşdə ölməlidi, ya da alnına güllə sancmalıdı».

    noimage

    Pasiyent 4: Frans Kafka

    Çex yazıçısı (1883 — 1924)

    Diaqnoz: Kəskin nevroz, funksional xarakterli psixasteniya, qeyri-dövri depressiya əlamətləri.

    Simptomlar: Apatiya tutmalarıyla növbələnən həyəcan, yuxunun pozulması, fobiyalar, cinsi sferada psixosomatik çətinliklər.

    Xəstəlik tarixçəsi: Kafkanın dərin psixoloji problemlərinin kökləri öz başlanğıcını atasıyla olan münaqişələrindən, ailədaxili çətin münasibətlərdən və mürəkkəb, dolaşıq sevgi hekayələrindən götürür. Yazıçılığa olan həvəs ailə tərəfindən bəyənilmirdi və o bununla gizlicə məşğul olmalı olurdu.

    «Mənim üçün bu ikili həyat dəhşətlidi, — o gündəliyində belə yazırdı, —buradan yalnız bir çıxış yolu var — dəlilik».

    Hərbi xidmətdən sonra atası təkid etməyə başlayanda ki, oğlu avaraçılıq etmək əvəzinə, onun dükanında işləsin, Frans intihar etməyi qərara alır və öz dostu Maks Broda vida məktubu yazır. «Son anda mən vəziyyətə həyasızca qarışıb, onu „sevən valideynlərindən“ qorumağa müvəffəq oldum» — Maks Brod Kafka haqqında öz kitabında belə yazır. Onun psixi vəziyyəti uzun sürən dərin sakitlik dövrləri ağır və ağrılı periodlarla növbələnirdi.

    Budur onun «Gündəliklər»indən bu daxili mübarizəni əyani əks etdirən sətirlər: «Mən yata bilmirəm. Yalnız xəyallar, heç bir yuxu. Mənim bütün daxili varlığım qəribə qeyri-sabitlik içindədi. Mən başımda dəhşətli bir dünya daşıyıram. Mən onu dağıtmadan ondan necə azad ola bilərəm?».

    Yazıçı 41 yaşıda vərəmdən öldü. Üç ay o can verirdi: yalnız orqanizmi yox, həm də zehni dağılırdı.

    Dünyaya bəxş edilmiş ideyalar: Kafka yaşayarkən məşhur deyildi, az çap edilirdi, amma ölümündən sonra yazıçının yaradıcılığı oxucuları ədəbiyyatda yeni istiqamətlər fəth etdi.

    «Kafka» dünyasının dəhşəti, ümidsizliyi və çarəsizliyi onu yaradanın şəxsi dramından əmələ gəldi və yeni estetik «diaqnozlu ədəbiyyat» istiqamətinin əsasını qoydu.

    noimage

    Pasiyent 5: Conatan Svift

    İrlandiya yazıçısı (1667-1745)

    Diaqnoz: Pik və ya Alsqeymer xəstəliyi — mütəxəssislər mübahisə edirlər.
    Simptomlar: Başgicəllənmə, dezorientasiya, yaddaşın itməsi, ətrafdakı insanları və əşyaları tanımamaq, insan nitqinin mənasını tutmaq qabiliyyətinin itməsi.
    Xəstəlik tarixçəsi: Həyatın sonunda tam əqli zəifliyə qədər simptomların tədricən güclənməsi.

    Dünyaya bəxş edilmiş ideyalar: Siyasi satiranın yeni forması. «Qulliverin səyahəti», sözsüz, intellektualın onu əhatə edən həqiqətə ilk istehzalı baxışı deyil, ancaq yenilik burada baxışda yox, optikadadı.

    noimage


    Pasiyent 6: Jan — Jak Russo

    Fransız yazıçısı və filosof (1712-1778)

    Diaqnoz: Paranoya.

    Simptomlar: Təqib maniyası.

    Xəstəlik tarixçəsi: 1760-cı illərdə «Emil və ya tərbiyə Haqqında» kitabının çıxışından sonra yazıçının kilsə və hökumətlə münaqişəsi nəticəsində Russoya əvvəlcədən də məxsus şübhəlilik son dərəcə ağır forma aldı. Russonun gözünə hər yerdə sui-qəsdlər görünürdü, o sərsəri həyatı yaşayırdı və o güman edirdi ki, onun bütün dostları və tanışları ona qarşı qəsd hazırlayırlar və ya ondan nədənsə şübhələnirlər, buna görə də o bir yerdə uzun müddət qalmırdı.

    Dünyaya bəxş edilmiş ideyalar: Pedaqoji islahat. Uşaqların tərbiyəsi üzrə müasir əyani vəsaitlər bir çox bəndlərdə «Emili» təkrarlayır: Russo cəza metodunun əvəzinə dəstək və nəvaziş metodlarını təklif edirdi. O güman edirdi ki, uşaq yeni informasiyanı qəbul etməyə psixi cəhətdən hazır olmadığından uşağı quru faktların mexaniki qavranmasından azad edib, ona hər şeyi canlı nümunələrlə izah etmək lazımdı.

    Yeni ədəbi istiqamətlər və yeni ədəbi qəhrəman tipi. Russo fantaziyasıyla doğulmuş sentimental idealist varlıq — ağlı yox, ancaq yüksək əxlaqi hissləri rəhbər tutan ağlağan «vəhşi», — sonra inkişaf etdi, böyüdü və sentimentalizm və romantizm çərçivəsində köhnəldi.

    "İctimai müqavilə Haqqında" yazıdan çıxış edən hüquqi demokratik dövlət ideyası. İnqilabın ideyası (Böyük fransız inqilabının savaşçıları məhz Russonun əsərləriylə ilhamlanırdılar); nə qədər paradoksal olsa da Russo özü, heç vaxt radikal çıxışların tərəfdarı deyildi.

    noimage

    Pasiyent 7: Nikolay Qoqol

    Rus yazıçısı (1809-1852)

    Diaqnoz: Şizofreniya, dövri psixoz.

    Simptomlar: Vizual və eşitmə hallüsinasiyaları; laqeydlik və yavaşıma (xarici qıcıqlandırıcılara reaksiya vermək qabiliyyətinin itməsindən tam hərəkətsizliyə qədər); depressiya halları; ipoxondriyanın kəskin forması (yazıçı əmin idi ki, onun bədənindəki bütün orqanlar bir qədər yerini dəyişmişdir və mədəsı «baş-ayaq» yerləşir); klaustrofobiya (qapalı məkan qorxusu).

    Xəstəlik tarixçəsi: Şizofreniyanın bu və ya digər təzahürləri bütün həyatı boyunca Qoqolu müşayiət edirdi, ancaq son ildə xəstəlik gözə çarpacaq dərəcədə irəlilədi. 26 yanvar 1852-ci ildə onun yaxın dostu Mixail Xomyakovun bacısı Yekaterina qarın yatalağından öldü və bu ölüm yazıçıda hipoxondriyanı (xəstələnməkdən qorxmaq) gücləndirdi. Qoqol ara vermədən dualar edirdi, qidadan demək olar ki imtina etmişdi, zəiflikdən və naxoşluqdan şikayət edirdi və iddia edirdi ki, ölümcül xəstədir, hərçənd ki həkimlər yüngül mədə-bağırsaq nasazlığından başqa heç bir xəstəlik diaqnozu qoymadılar. Fevralın 11-dən 12-nə keçən gecə yazıçı öz əlyazmalarını yandırdı (növbəti səhər o bu hərəkətinin şeytanın işi olduğunu dedi) sonrakı vəziyyəti daim pisləşirdi. Müalicə (çox da peşəkar olmayan: burun deşiklərinə zəlilərin qoyulması, soyuq mələfəyə sarılma və başın buzlu suya salınması) müsbət nəticə vermədi. 1852-ci ilin 21 fevralında yazıçı dünyasını dəyişdi. Onun ölümünün əsl səbəbləri hələ də müəmma olaraq qalır. Ancaq, çox güman ki, Qoqol özu özünü əsəb və fiziki tükənmə dərəcəsinə çatdırıb, istisna deyil ki zamanında psixiatrın köməyi onun həyatını xilas edə bilərdi.

    Dünyaya bəxş edilmiş ideyaları: Sadə insana yarınifrətdən və yarırəhmdən ibarət spesifik sevgi. Bir yığın təəccüblü dərəcədə dəqiq rus tipajları. Qoqol indiyə qədər tamamilə aktual qalan bir neçə aparıcı model hazırlayıb (ən parlaqlar nümunə — "Ölülər«in personajlarıdı)

    noimage

    Pasiyent 8: Gi de Mopassan

    Fransız yazıçısı (1850-1893)

    Diaqnoz: Beyinin proqressiv iflici.

    Simptomlar: Hİpoxondriya, intihara meyllilik, əsəb tutmaları, sayıqlama, hallusinasiyalar.

    Xəstəlik tarixçəsi: Gi de Mopassan bütün həyatı boyu hipoxondriyadan əziyyət çəkib: o ağılını itirməkdən çox qorxurdu. 1884-cü ildən Mopassanda sıx əsəb tutmaları və hallüsinasiyalar başlandı. Əsəb tutması vəziyyətində o iki dəfə intihara cəhd edib, birincı dəfə revolverlə, ikinci dəfə — kağız üçün bıçaqla, hər iki cəhdi uğursuz olub. 1891-cidə yazıçı doktor Blanşın Passi-dəki klinikasına yerləşdirilir — və ölümünə qədər orda yarıhuşsuz vəziyyətdə yaşayır.

    Dünyaya bəxş edilmiş ideyaları: Ədəbiyyatda fiziologizm və naturalizm (həmçinin erotik). Mənəviyyatsız istehlak cəmiyyətiylə yorulmadan mübarizə aparmaq ehtiyacı. „Əziz dost“u hal-hazırda sağ olan fransız yazıçıları Mişel Uelbek və Frederik Beqbeder səylə özünəməxsus tərzdə yenidən yaratmağa cəhd edirlər, rus yazıçısı Sergey Minayev də geridə qalmamağa çalışır.

    noimage

    Pasiyent 9: Virciniya Vulf

    İngilis yazıçısı (1882-1941)

    Diaqnoz: Depressiya, hallüsinasiya, qarabasma.

    Simptomlar: Dərin depressiya hallarında Virciniya şikayət edirdi ki, bütün günü „Qədim Yunanıstanın zeytun ağaclarında cəh-cəhə vuran quşların səslərini eşidir“. Uzun müddət yuxusuzluğa və qarabasmalara görə işləyə bilmirdi. Uşaqlıqdan intihara meylli olub.

    Xəstəlik tarixçəsi: Virciniyanın 13 yaşı tamam olduqda, evdə qonaq olan əmisi oğlu onu zorlamağa cəhd edir. Bu hadisə Virciniyanın bütün həyatı boyunca kişilərə və onlarla fiziki münasibətlərə antipatiyasının başlanğıcını qoyur. Bu hadisədən bir az sonra onun anası sətəlcəmdən qəflətən dünyasını dəyişir.

    Əsəbi və həssas qızcığaz ümidsizlikdən özünə qəsd etməyə çalışır. Onu xilas edirlər, amma dərin və sürəkli depressiyalar o vaxtdan onun həyatının ayrılmaz hissəsinə cevrilir. Güclü psixi nasazlıq tutması gənc Virciniyanı 1904-cü ildə, atasının ölümündən sonra da yaxaladı.

    Virciniya Vulfun emosional açıq-saçıq məktubları və əsərləri yazıçının qeyri-ənənəvi seksual oriyentasiyası haqqında nəticəyə gəlməyə əsas verir. Ancaq bu belə deyil. Uşaqlıqda yaşanmış faciənin nəticəsi olaraq, o kişilərə və onların məclislərinə qarşı hiss etdiyi qorxudan həmişə qadınlara aşiq olurdu, amma bu halda da hər hansı formada yaxınlıqdan diksinirdi, hətta qucaqlaşma və əl sıxmağa belə icazə vermirdi. 29 il Leonard Vulfda ərdə olsa da (həm də bu nigah qarşılıqlı sədaqət və ər-arvad arasındakı emosional bağlılıq nöqteyi-nəzərindən nümunəvi hesab edilirdi), yazıçı, bəzi mənbələrə görə, öz əriylə ər-arvad əlaqələrinə girə bilməmişdi.

    1941-ci ilin əvvəlində Londonun gecə bombardımanı zamanı yazıçının evini dağılır, kitabxanası yanır, əri yaralanır — bütün bunlar onun əsəb sisteminə qəti şəkildə mənfi təsir edir, həkimlər psixiatrik klinikada müalicəsinə təkid edirdilər.

    Ərinin həyatının qalan hissəsini onun dəliliyiylə bağlı qayğılarla keçirməsini istəməyən Vircinya 28 mart 1941-ci Ous çayında intihar edir.

    Dünyaya bəxş ediyi ideyalar: Keçici dünya təlaşının ifadəsi üsullarında yenilik, qəhrəmanların iç dünyasının təsvirləri, şüurun sınması istiqamətinin üsullarının təsviri — Virciniya Vulfun əsərləri ədəbi modernizmin qızıl fonduna daxil olub və bir çox müasirləri tərəfindən heyranlıqla qəbul edilmişdı. Tolstoyun sadiq şagirdi olan Virciniya ingilis nəsrində „daxili monoloqu“ mükəmməlliyə çatdırdır.

    noimage

    Pasiyent 10: Sergey Yesenin

    Rus şairi (1895-1925)

    Diaqnoz: Bipolyar affektiv pozğunluq

    Simptomlar: Təqib maniyası, qəzəb tutmaları, qeyri-adekvat davranış (şair camaatın içində mebelləri dağıdırdı, güzgüləri və qab-qacağı sındırırdı, təhqirlər yağdırırdı).

    Xəstəlik tarixçəsi: Spirtli içkinin həddən artıq istifadəsinin səbəb olduğu, tez-tez təkrarlanan əsəb tutmalarına görə Yesenin bir neçə dəfə Fransada və Rusiyada psixonevroloji klinikalarda müalicə alıb. Təəssüf ki müalicə pasiyentə yaxşı təsir göstərmədi: professor Qannuşkinin klinikasından çıxarışdan bir ay sonra Yesenin Leninqrada „Angleter“ mehmanxanasında, istilik sisteminin borusundan özünü asaraq intihar edir.

    Dünyaya bəxş etdiyi ideyalar: Poeziyada yeni intonasiyalar. Yesenin kəndə və kəndçiyə sevgini üslub normasına çevirdi. Şəhər xuliqan romansı janrında çox çalışan Yesenin faktiki olaraq, müasir rus şansonunu yaratdı.

    Tərcümə: Gülnaz Məmmədli
#20.09.2015 22:37 0 0 0
  • İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?

    noimage


    20 sentyabr. İlin sonuna 102 gün qalır

    E.ə 480. Yunanlar fars qoşunu üzərində qələbə çalıb
    1187. Səlahəddin Əyyubi Yerusəlimi ələ keçirib
    1519. Ferdinand Magellan dünya səyahətinə başlayıb
    1918. Sovet tarixi elminin iddialarına əsasən 26 Bakı komissarları Türkmənistanda Ağcaqum çölündə güllələnib. Lakin bu fakta şübhə ilə yanaşanlar da az deyil
    1920. İngiltərə və şah istibdadına qarşı 7 apreldə başlanan Xiyabani üsyanı amansızca yatırılıb. Üsyanın lideri Şeyx Məhəmməd Xiyabani qətlə yetirilib
    1922. İtalyan və Fransız qoşunları Çanaqqalada məğlub olub
    1928 Milli Məclisin sabiq sədri Murtuz Ələsgərov anadan olub
    1932. Azərbaycan Milli Şurasının üzvü Aslan bəy Səfikürdski vəfat edib
    1946. İlk Kann festivalı keçirilib
    1951. Türkiyə NATO-ya üzv olub
    1988. Ərk qalasında qılınan cənazə namazından sonra Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar Təbrizin Surhab məhəlləsindəki Məqbərətüş-Şüarada (Şairlər Qəbirstanlığı) dəfn olunub
    1990. Separatçı Cənubi Osetiya respublikası “müstəqilliyini” elan edib. “Müstəqillik” 2008-ci ildə ilk dəfə Rusiya tərəfindən tanınıb
    1993. Azərbaycan Parlamenti MDB-yə üzv olmaq bərədə qərar qəbul edib
    1994. Qərbin aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) arasında neft müqavilələri (Əsrin müqaviləsi) bağlanıb
    2003. Referendum zamanı Litva əhalisinin 67 faizi Avropa Birliyinə daxil olmağın lehinə səs verib
    2004. Naxçıvanda “Azərbaycanlıların soyqırımı mərkəzi” yaradılıb


    alinti..
#20.09.2015 22:11 0 0 0
  • Səkərsiz, ancaq ləzzətli keks - Səkərsiz, ancaq ləzzətli keks terifi ve terkibi - Səkərsiz, ancaq ləzzətli keks nece hazirlanir?

    noimage

    Tərkibindəkilər:

    1 stəkan buğda əzməsi

    1 çay stəkanı çəyirdəkli quru üzüm

    1 ədəd təzə limon və 1 xörək qaşığı limon qabığı rəndəsi

    2 ədəd yumurtanın ağı

    1 çay qaşığı darçın və vanil

    1 ədəd armud

    Hazırlanması:

    Buğda əzməsi, quru üzüm və yumurta ağını mikserlə çalın. Qarışımı qaba əlavə edin. Bu qarışımın içinə armudu rəndələyib töküb, darçın, limon suyu, vanil və limon qabığını rəndələyib əlavə edin, qaşıqla yavaşca qarışdırın. Balaca keks qabını azca yağlayıb qarışımı tökün. Öncədən 180 dərəcədə isidilmiş sobada bişirin.

    Nuş olsun!


    Fərizə ƏHMƏDOVA
#20.09.2015 21:58 0 0 0
  • Düyülü mini kekslər - Düyülü mini kekslərin terifi - Düyülü mini kekslərin terkibi - Düyülü mini kekslər nece hazirlanir?

    noimage

    Tərkibindəkilər:

    120 qr kərə yağı
    100 qr şəkər tozu
    40 qr qara şəkər tozu
    40 qr düyü unu
    30 qr un
    30 qr nişasta
    10 qr vişnə şurubu
    5 qr quru maya
    2 ədəd yumurta
    Yarım paket vanil
    Limon qabığı rəndəsi
    Duz
    Şəkər pudrası

    Hazırlanması:

    Otaq istiliyində yumşaldılmış kərə yağını şəkər pudrası və duz ilə qarışdırın. Vişnə şurubu, rəndələnmiş limon qabığı, vanil ilə dadlandırın. Yumurta, yumurta sarılarını, şəkər tozu və duzu köpüklü hala gələnə kimi mikserlə çalın. Kərə yağı ilə bu qarışımı birləşdirin. İçinə unları, nişasta və quru mayanı qatın. 6 ədəd ortası boş kiçik keks qablarına yağ sürtüb unlayın. Qarışımı krem sıxan torbalara doldurub keks qablarına səliqəli doldurun. 180 dərəcədə əvvəlcədən isidilmiş sobada 25 dəqiqə bişirin. Bişdikdən sonra 2 dəq saxlayın. Üzərinə şəkər pudrası səpib süfrəyə verin.

    Nuş olsun...

    alinti...
#20.09.2015 21:49 0 0 0
  • Ickiler - dadlı içki - dadlı içki resepti - qış ayları ucun icki nece hazirlanir?

    noimage

    Tərkibindəkilər:

    2-3 ədəd nar

    4 ədəd alma

    1 ədəd limon suyu

    1 kiçik parça zəncəfil tozu


    Hazırlanması:

    Narı ortadan kəsin. Portağal sıxan alətlə suyunu sıxın. Süzgəcdən keçirin. Zəncəfili rəndələyin. Süzgəcdən keçirərək qaşıqla əzin və nar suyuna qarışdırın. Limon suyunu da bura qatın. Ardınca almaların suyunu əlavə edin və hazır olan kimi için.

    Nuş olsun!

    Fərizə ƏHMƏDOVA
#20.09.2015 21:38 0 0 0
  • Karamelli popkor - Karamelli popkor terifi ve terkibi - Karamelli popkor nece hazirlanir?

    noimage

    Karamel üçün:

    ¾ stəkan şəkər tozu

    1 xörək qaşığı kərə yağı

    2 xörək qaşığı isti su

    1 çimdik duz

    Hazırlanması :

    Karamel üçün şəkər tozunu bir tavada az odda əridin. Şəkər əriyib istənilən rəngi aldığında ocaqdan götürün. Üzərinə kərə yağını əlavə edib qarışdırın. Kərə yağı da əridikdən sonra isti suda qarışdırılmış duzu əlavə edin və yenidən oda qoyun. Aşağı istilikdə 1 dəqiqə boyunca qarışdıraraq bişirin, sonra kənara qoyun. Əgər karamel qatılaşarsa, üzərinə bir az isti su töküüb az odda yenidən qarışdıra bilərsiz.

    Popkorn üçün qazana duru yağ əlavə edib isidin, sonra qarğıdalıları əlavə edib ağzını bağlayın. Popkornların partlamasını gözləyin. Partlayan popkornları karamelin içinə töküb əzmədən qarışdırın. Yağlı kağızın üzərinə töküb soyudun sonra süfrəyə verə bilərsiz.

    Nuş olsun!
#20.09.2015 21:00 0 0 0
#20.09.2015 20:55 0 0 0
#20.09.2015 18:53 0 0 0
#20.09.2015 18:47 0 0 0
#20.09.2015 18:43 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Azərbaycanlı müğənni Xatun Şamaxıda fotoqraf Niko Abbasovun kamerası qarşısına keçib.
    Lent.az müğənninin fotosessiyasını təqdim edir.

    noimage

    noimage

    noimage

    noimage

    noimage


    alinti..
#20.09.2015 18:19 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar


    noimage

    Azərbaycanlı prodüser Tolik (Tarix Əliyev) Mərdəkanda ev tikdirir. Lent.az-ın məlumatına görə, prodüser bu barədə sosial şəbəkədə yazıb: “Allah hamının ürəyinə görə versin. Mənim də balaca dünyam var. Bu evi özüm üçün qururam. İnşallah iki aya hazır olacaq. Qaldı bircə evlənmək. Ev, maşın, bağ var, görüm qismətimə kim çıxacaq.

    Qeyd edək ki, bu ilin iyununda 36 yaşını qeyd edən prodüser bir dəfə ailəli olub.

    noimage

    noimage

    noimage

    noimage

    Alinti..
#20.09.2015 18:05 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Türkiyəli aktyor Tolqa Karel azərbaycanlı model Günay Musayevadan boşanan kimi İstanbuldakı evlərini satışa çıxarıb.


    Xarici KİV-ə istinadən xəbərinə görə, iki mənzilini də satan Karel Amerikaya köçüb.


    Bir qızla qucaqlaşan yerdə çəkdirdiyi fotolarını sosial şəbəkədə paylaşan aktyor "Mən və süd" şərhini yazıb.

    Alinti...
#20.09.2015 17:55 0 0 0
  • Xeber - xeberler - sosal xeber

    noimage

    Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-21, gündüz 26-30 dərəcə isti olacaq.

    Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.

    Alinti..
#20.09.2015 17:44 0 0 0
  • Xeber - xeberler - sosal xeber

    noimage


    Azərbaycanda uşaqlara adların verilməsi ilə bağlı tətbiq olunacaq yeni qaydalarla bağlı lazımi tövsiyyələr Milli Elmlər Akademiyası tərəfindən Nazirlər Kabinetinə təqdim edilib və hazırda tövsiyyələr müzakirə olunur. Lent.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

    Onun sözlərinə görə, tövsiyyələr ondan ibarətdir ki, iki-üç mərhələli mürəkkəb adların qoyulması məsləhət deyil, adların milli mənsubiyyəti olmalıdır: “Bəzən uşaqlara milli mənsubiyyətə uyğun olmayan adlar qoyurlar, misal üçün Vera, Zara və s. Eyni adların müxtəlif cür yazılması məsələsi də tövsiyyələr arasında öz əksini tapıb. Məsələn, “Mehti” - “Mehdi”, "Müşvik" - "Müşfiq" kimi adlardan yalnız biri yazılacaq”.

    N.Cəfərov əlavə edib ki, iki və ya üç adın birləşməsindən ibarət adın qoyulması da tövsiyyə olunmur: “Ümumiyyətlə, iki addan ibarət olan adlara da müəyyən məhdudiyyətlər qoyulub və mümkün qədər Allahverdi, İmamqulu kimi adların qoyulması tövsiyyə olunmur”.

    Komitə sədri əlavə edib ki, ümumiyyətlə, həmişə çalışılıb ki, yeni nəsilə milli və mürəkkəb olmayan adlar qoyulsun: “Amma indi məsələ daha çox sərtləşdirilməlidir. Yəni, bununla bağlı sənəd qəbul olunarsa, artıq bu sahədə olan problemlər qanunla həll olunacaq”.

    Sənədin hansı formada qəbul ediləcəyi məsələsinə gəlincə isə, N.Cəfərov bildirib ki, bu istiqamətdə müzakirələr hazırda aparılır: “Biz Milli Məclisin Mədəniyyət komitəsi kimi bu fikirdəyik ki, hətta Nazirlər Kabinetinin qərarından sonra da “Adlar və soyadlar” haqqında ayrıca bir qanun qəbul edilsin. Yəni, bəzən qərar gələcək nəsillərə çatmır, amma qanunun əsasında sonrakı dövrdə də çoxlu qərarlar qəbul oluna bilər”.


    Alinti..
#20.09.2015 17:42 0 0 0
  • Burcler - gundelik burcler

    noimage



    Qoç - Planlarınızda zəruri dəqiqləşdirmələr aparın. Yaxın perspektivdə atacağınız addımları tələsmədən müəyyənləşdirin. Ciddi islahatlara başlamaq fikriniz varsa, situasiyanı qiymətləndirin. Maliyyə imkanlarınızla bağlı izafi nikbinliyə yol verməyin.

    Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin davranışında anlaşılmaz məqamlarla qarşılaşacaqsınız. İnzibati məsələlərdə, yazışmada, nəticələrin müqayisəsində səlis davranın.

    Axşam saatlarına yaxın səfər və ya işgüzar müzakirə istisna deyil.

    Buğa - Situasiya təxirəsalınmaz müdaxilə və çevik hərəkətlər tələb edir. Nəyi nə zaman edəcəyinizi bilin. Peşəkar fəaliyyət müstəvisində köklü dəyişikliklər və ya spontan yeniliklərə heç bir ehtiyac yoxdur. İslahatları bir qədər ertələyin.

    Alış-verişdə bədxərclik etməyin.

    Günün ikinci yarısında tələskənliyə yol verməyin. İşlərdə qısamüddətli qeyri-müəyyənlik və ya tərəddüd yarana bilər. Aranan çıxış yolunu ilk cəhddən tapmamaq riski var. Bütün variantları təmkinlə qiymətləndirin.

    Əkizlər - Günün ilk yarısında fikirləriniz dağınıq olmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün inamlı, inadlı və qətiyyətli olun. Səfər, səyahət, yazışma üçün əlverişli gündür. Məhkəmə olarsa, mövqelərinizi müdafiə edin. Dövlət qurumlarına baş çəkmək üçün münasib zamandır.

    Günün ikinci yarısında yaranacaq mübahisəli vəziyyətdə yalnız özünüzə güvənin. Müstəqil, hadisələrə tərəfsiz yanaşan insanın fikirlərindən bəhrələnin. Yeni tərəfdaş, şərik və ya məsləhət verəcək insana ehtiyac duyursunuzsa, tələsməyin.

    Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin.

    Xərçəng - Cari məsələlərin həlli üçün rasional düşünün. Praqmat olun, dəyərləndirmələrdə obyektiv, hesablamalarda dəqiq olun. Bilik və bacarıqlarınızı artırın.

    Günün ikinci yarısında müşkül vəziyyətdən çıxış üçün intizam gərəkdir. Emosional qərarlar verməyin, məntiqi unutmayın. Tapşırıqları vaxtında yerinə yetirin. Xidməti mükəlləfiyyətlərə laqeyd yanaşmayın.

    Axşam saatlarında gəzintiyə çıxın.

    Şir - Diqqət mərkəzində olsanız da, özünüzü normal hiss etmək üçün nəyinsə çatışmadığını hiss edəcəksiniz. Nisgilə qapılaraq ötənlərdəki hadisələrin önəmini olduğundan artıq dəyərləndirməyin.

    Yazışmalarda, hesabatlarda diqqətli olun. Sizi narahat edə biləcək məlumat ala bilərsiniz. Əhvalınız pisləşməməlidir. Məqsədə doğru irəliləmək üçün bu gün geriyə bir addım atmaq olar.

    Axşam saatları yazışmalar, zənglər, səfər üçün əlverişlidir. Sevdiyiniz insanı unutmayın. Vaxtınızı şən və mənalı keçirin.

    Qız - Tənbəllik etməyin, intizamlı olun. Maraqlandığınız işlə mümkün qədər çox məşğul ola bilərsiniz. Ciddi yanaşma tələb edən məsələlər var. Fəaliyyətinizə maneələr yaradan məqamları sürətlə həll edin, sədləri aradan qaldırın.

    Günün ikinci yarısı məhsuldar dönəmdir. İmkanlardan tam yararlanın, təsadüflərə bel bağlamayın. Araşdırma və ya tədqiqatlarda uğur əldə edə bilərsiniz. Səhhətinizin qeydinə qalın.

    Ev işləri ilə məşğul olun.

    Tərəzi - Yaxın ətrafınızdakı insanlara qarşı ifrat iradlarla çıxış etməyin. Şəriklərin fikrini, tərəfdaşların mövqeyini qulaqardına vurmayın. Problemlərin həllinə yaradıcı yanaşın.

    Günün ikinci yarısında yaranan çətinliklərin həlli zamanı tələskənliyə yol verməyin. Enerjili olun, aktiv davranın. Kreativliyi unutmayın. Sədlərlə maneələrin dəf olunması yollarını həmkarlarınız və ya şəriklərinizlə müzakirə edin.

    Axşam saatlarında normal istirahət edin.

    Əqrəb - Analitik bacarıqlar, sistem yanaşma tələb edən gündür. Uzaqdakı tanışlardan və ya dostlardan birinin yardım istəyi ilə üzləşəcəksiniz. Sizə həvalə edilmiş işi təkbaşına görməyə çalışın. Əlavə problemlərin yaranmaması üçün diqqətli olun.

    Günün ikinci yarısında əsas işə laqeyd yanaşaraq ikinci dərəcəli tapşırıqların yerinə yetirilməsinə aludə olmayın. Prioritet məqamlardan biri qüsursuz keyfiyyətdir. Peşəkar nüfuzunuzla yanaşı, əldə edə biləcəyiniz gəlirlər də məhz bu nüansdan asılıdıır.

    Fəaliyyət planı və büdcəni dəqiqləşdirməmiş dəyişikliklərə başlamayın.

    Oxatan - Sizi aldatmağa çalışacaqlar. Diqqətli olun, hər vədə və deyilən sözə inanmayın. Yaltaq, xəbis insanlardan uzaq durun. İşlərin əsas hissəsini günün ilk yarısında görməli olacaqsınız. Fəaliyyətinizin effektiv olması üçün yarımçıq işləri tamamlayın, öhdəlikləri yaddan çıxarmayın.

    Günün ikinci yarısında planlaşdırma və hesablamalarda səhvə yol verməyin. Tərəfdaşlarla, şəriklərlə anlamlı davranın. Ambisioz olun, amma eqoist insan təsiri bağışlamayın.

    Yeni işə başlamaq zamanıdır. Kiməsə işləməkdən usanmadınızmı?

    Oğlaq - Günün ilk yarısından etibarən passivlikdən uzaq durun. Yeni plan hazırlamaq, yaxın perspektivdə atacağınız addımları bəribaşdan müəyyənləşdirmək olar. Məntiqi düşünün, yaşananları sistemli təhlilə uğradın. Ətrafınızdakı şəxslərin davranışlarındakı fərqləri qulaqardına vurmayın.

    Günün ikinci yarısında proseslərdən kənar qalmayın. Maliyyə məsələlərində xüsusilə diqqətli olun. Stabil işgüzar əlaqələrə nail olun. Alış-veriş zamanı almaq istədiyiniz əşyanın keyfiyyətinə xüsusi fikir verin.

    Dolça - Günün ilk yarısında aktiv olun, formada qalın. Fəaliyyətinizlə bağlı müəyyən sistem formalaşdırın və planlara riayət edin. Reqlament olunmuş proseslərin məcrasından kənara çıxmayın. Sistemləşdirilmiş biliklərinizi artırın.

    Günün ikinci yarısı inzibati funksiyaların yerinə yetirilməsi üçün münasib zamandır.

    Müstəqil şəkildə çalışın və fərdi əməyə üstünlük verin. Yaxın ətrafınızdakı insanlar qarşısında bəlli məsuliyyət daşıdığınızı unutmayın.

    Balıqlar - İllüziyalara və fantaziyalara qapılmayın. Dostlarla təmasları aktivləşdirin, işgüzar əlaqələri inkişaf etdirin. Tapşırılmış işlə bağlı təfərrüatları araşdırın. Əlavə məlumatlar əldə etməyə çalışın.

    Faydalı ünsiyyəti prioritetə döndərməkdən çəkinməyin.

    Günün ikinci yarısında mənasız və məntiqsiz ünsiyyəti dayandırın. Çalışdığınız kollektivin planlarından xəbərdar olun. İşdəki haqsızlıqdan, qanunsuzluqdan, özbaşınalıqdan bezibsinizsə, başqa iş yeri axtarmağa başlayın.

    Rüşvət verməyin və rüşvət almayın.

    Peşəkar fəaliyyət müstəvisində irəliləmək üçün gərəkli vasitələrdən yararlanın. Qanunvericiliklə bağlı biliklərinizi artırın.

    Alinti...
#18.09.2015 22:43 0 0 0
#18.09.2015 06:28 0 0 0