Soyuducunun buzlu gözündən çıxardığınız toyuğu otaq temperaturunda saxlamayın. 3-4 saat soyuducunun digər gözündə saxladıqdan sonra çölə çıxartsanız, ətin dadı daha ləzzətli olacaq.
Tez bişirmək istəyirsinizsə, toyuğu bol duzlu soyuq suyun içində saxlayın. Beləcə toyuğun buzu daha tez açılar.
Belə etsəniz toyuğu bişirərkən xörəyə duz atmalı olmayacaqsınız
Buğda yarması – 160 q.
Qatıq – 1 kq.
Keşniş – 2 dəstə
Şüyüd – 2 dəstə
Göy soğan – 2 dəstə
Reyhan – 2 dəstə
Sarımsaq – 4-5 diş
Düyü – 1 ovuc
Duz – zövqə görə
Hazırlanması: (1 saat)
Bu xörək adətən bayat buğda aşından hazırlanır. Buğda aşı döyülmüş buğdadan və ya bütöv buğda yarmasından bişirilir. Bunlar olmadıqda buğdanı suda isladın və suyu süzüb həvəngdəstədə döyün.
Döyülmüş buğdanı sonra sərib qurudun, ələyib kəpəyi ayırın və hazır olana qədər bişirin.
Sıyığın bişməsinə 20-25 dəqiqə qalmış düyünü əlavə edin.
Qatı sıyıq halına gətirin.
Buna buğda aşı deyilir, onu süfrəyə sarımsaq qatıqla verirlər.
Lobyanın vətəni Qədim Misir sayılır. Lobya qədim zamanlardan insanların qidalanmasında öz layiqli yerini tutub.
Lobya olduqca faydalı məhsuldur. Onun tərkibində A, C, E, K, B qrupu vitaminlər, karotin, fol turşusu, kalsium, maqnezium, dəmir, sink, fosfor, mis kimi əvəzolunmaz mikroelementlər var.
Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar mövsümdə hər gün yaşıl lobya yeməlidir. Bu, ürəyin və damarların fəaliyyətinə çox müsbət təsir edir, damarları təmizləyir, aterosklerozun inkişafının qarşısını alır.
Kalsium və fosforla zəngin olan yaşıl lobya sümüklərimiz üçün də çox xeyirlidir. Fransızlar deyir ki, yaşıl lobyanı tez-tez yeyən qadın dəri, saçlar və dırnaqların vəziyyətinə görə narahat olmamalıdır, onlar hər zaman sağlam və gözəl olacaq. Ümumillikdə gözəllik paytaxtı sayılan Fransada mətbəxində yaşıl lobya çox tez-tez istifadə olunur.
Lobya bişirilən suyu atmayın - bu su ilə üzünüzü yuyun. Bu, üz dərisi üçün çox faydalıdır - dərini cavanlaşdırır, daha hamar və elastik edir.
Digər paxlalı bitkilər kimi, yaşıl lobya da zülallarla zəngindir. Bu zülallar orqanizm tərəfindən çox yaxşı mənimsənilir.
Lobya qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqları orada yığılan toksin, şlaklar və s. ziyanlı maddələrdən yaxşı təmizləyir, qəbizliyin qarşısını alır.
Arıqlamaq istəyirsinizsə, hər gün 1 qida qəbulunun əvəzinə 200 qr yaşıl lobyanı suda bişirin və yeyin (duz və yağ əlavə olunmur). Bu sadə üsulun köməyi ilə siz həm orqanizminizi təmizləyəcəksiniz, həm də arıqlayacaqsınız. Lobyanın tərkibində olan bəzi maddələr orqanizmdə piyin əriməsinə kömək edir.
Şəkərli diabet xəstələri üçün də yaşıl lobya xeyirlidir - qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir. Yaşıl lobyanın tərkibində arginin amin turşusu var ki, bu maddə orqanizmə insulinə oxşar təsir edir.
Lobya kişilər üçün çox faydalıdır. Lobyanın tərkibində sink var. Bu mikroelement kişilərin cinsiyyət sisteminə müsbət təsir edir, spermanın keyfiyyətini yaxşılaşdırır, bəzi kişi cinsiyyət sistemi xəstəliklərinin profilaktikası üçün faydalıdır.
Yaşıl lobya podaqra, revmatizm, bronxit, xroniki pankreatit zamanı faydalıdır, öd kisəsinə, qara ciyərə, sidik kisəsinə müsbət təsir edir, xərçəng əleyhinə təsirə malikdir.
Yaşıl lobyanın tərkibində həm fol turşusu, həm də dəmir var. Bu iki maddə qanın tərkibinə çox müsbət təsir edir
Prostat vəzinin əsas vəzifəsi xüsusi tərkibli sekret (şirə ifraz etməkdir.
Bu şirə spermanı nisbətən durulaşdıraraq spermatozoidlərin həyat qabiliyyətini və hərəkətliliyini təmin edir. Bu şirənin tərkibində zülallar, karbohidratlar, yağlar, elektrolitlər və hormonlar olur. Bundan əlavə prostat vəzi əsas kişi hormonu olan testosteronun hazırlanmasında da iştirak edir, həmçinin normal ereksiya mexanizminin fəaliyyətini təmin edir. Həkimlər tez-tez prostat vəzini "kişinin ikinci ürəyi" adlandırırlar.
Prostat vəzi xəstəlikləri kişilər arasında çox yayılmış xəstəliklərdir. Bu xəstəliklər arasında çox ciddi və vaxtında müalicə olunmadıqda çox ağır fəsadlar verən xəstəliklər var.
Aşağıdakı suallara cavab verib siz prostat vəzinizin sağlamlığı haqda məlumat ala bilərsiniz. Bu, bütün dünyada qəbul olunmuş testdir.
Nəticəni qiymətləndirin:
0 - sizin prostat vəzininz tam sağlamdır
1-7 ball - prostat vəzinizdə yüngül pozulmalar var (uroloqa müraciət edin)
8-19 ball - prostat vəzinizdə orta pozulmalar var (uroloqa müraciət edin)
20-35 ball - prostat vəzinizdə ağır pozulmalar var (uroloqa müraciət edin)
40 yaşdan sonra qadınlar bədəndə hormonal tarazlığın dəyişməsi səbəbindən bir çox ciddi sağlamlıq problemləri ilə qarşılaşırlar. Heç bir şikayət etməsələr də, menopauza prosesindən sonra yarana bilən bir çox xəstəliklərin qarşısı nizamlı həkim müayinələri sayəsində başlanğıc mərhələsində alına bilər. Aile.lent.az 40 yaşını ötən qadınlara bəzi məsləhətlər təqdim edir.
Həyat keyfiyyətlərinizi artırmaq əlinizdədir
40 yaşını ötən qadınlarda xəstəliklərin yaranmasına təsir edən faktorlara yüksək təzyiq, siqaret və içki qəbulu, aşırı piylənmə, hərəkətsiz yaşam tərzi, şəkər xəstəliyi, stress və menopauza daxildir. Görəcəyiniz qabaqlayıcı tədbirlərin yaşam keyfiyyətinizi və ömrünüzü uzadacağını unutmayın.
Uzun müddət siqaret çəkmək və spirtli içki qəbul etməklə xəstəliyə “dəvətnamə” yollayırsınız.
Siqaretin insan sağlamlığına mənfi təsirlərinin olduğu hamıya məlumdur. Alkoqol qəbulu da həzm sistemini pozur, qaraciyər və beyin sisteminə mənfi təsir göstərir. Siqaret çəkmək başda ürək-damar xəstəlikləri olmaqla, ağciyər, qida borusu, uşaqlıq boynu, pankreas, döş, böyrək və qan xərçəngi riskini artırır. Spirtli içkilər isə qaraciyər və qida borusu xərçənginə yol açır.
Döş xərçəngi riskini 4 dəfə artırır
40 yaşını ötən qadınlarda döş xərçəngi riski gənc qadınlardan 4 dəfə çoxdur. Qadınlar mütəmadi olaraq döş müayinələri etdirsələr, xəstəlik irəliləmədən müəyyən tədbirlər görə bilərlər. Əllə edilən müayinələrdə döşlərin toxumaları və quruluşu mövzusunda hər hansı dəyişiklik o saat hiss ediləcək. Bununla da erkən diaqnoz qoyulması mümkündür. Döşlər ayda bir dəfə mütləq əllə müayinə edilməlidir. Bununla yanaşı, ildə bir dəfə həkim və ultrasəs müayinələri, mamoqrafiya tədqiqləri də aparılmalıdır.
Düzgün qidalanaraq sağlam yaşayın
Düzgün qidalanma ilə birlikdə kifayət qədər su içmək bədən sağlamlığının qorunması və toksinlərin atılması üçün çox önəmlidir. Duz, şəkər, yağ və karbohidratların qəbulunu azaltmaq lazımdır. Bədən ağırlığının normadan az və ya çox olması da müxtəlif sağlamlıq problemlərinin yaranmasına zəmindir. Buna görə də qidalanmanıza fikir verməklə yanaşı yüngül idman məşqləri də etməyiniz məsləhətdir. Bədəni yormayacaq qədər yüngül qaçışlar edin, piyada yeriyin və üzgüçülüklə məşğul olun. Fitness və yoqa da dinamik və sağlam bir yaşam üçün önəmlidir. Kökəlmək və artıq çəkinin ürək-damar xəstəlikləri, şəkər, bəzi xərçəng növləri və iflic riskini artırdığını unutmayın.
Qadınlar üçün həyati əhəmiyyət kəsb edən testlər
40 yaşından sonra qadınlar bəlli şikayətlərə başlamazdan əvvəl bir sıra xəstəliklərin öncədən bəlli olmasına kömək edən bəzi tədqiqatlar aparmalıdırlar. Məsələn, uşaqlıq borusu xərçəngini əvvəlcədən bilmək üçün ildə bir dəfə xüsusi yoxlama, bağırsaq xərçənginin diaqnozunda nəcis və qan testləri, kolonoskopiya həyati əhəmiyyət daşıyır.
Sümüklərinizi kalsiumla qoruyun
Osteoporoz, yəni sümük əriməsi asan qırıqlara səbəb olur. Müntəzəm idman, qaçış və kalsium qəbulunu artırmaq osteoporozdan qorunmaq üçün ən yaxşı nümunələrdir. Bununla yanaşı, bol günəş enerjisi qəbul etmək lazımdır. Həddən artıq qəhvə, siqaret, spirtli içki qəbulu və bəzi dərmanların qəbulu sümük əriməsi riskini artırır.
Tapmaca taparaq yaddaşınızı gücləndirin
Güclü yaddaşa sahib olmaq üçün xolesterol, duzlu və şirin qidalardan uzaq durum. Bununla bərabər, idman etmək də önəmlidir. Davamlı yeni şeylər öyrənmək və tapmaca tapmaq yaddaşınızın gümrah qalmasını təmin edəcək. Eyni zamanda davamlı cinsi həyatınızı təmin etdirmək həm fiziki, həm də psixoloji baxımdan önəmlidir.
Qidalanmada ilk prinsip bədən üçün lazım olan protein, vitamin, mineral, karbohidrat kimi qidaların balanslı şəkildə qəbuludur. Bu balansı pozacaq hər şey sağlamlığımızı nə cür təhlükəyə atırsa, diş sağlığımıza da mənfi təsir edir.
Əsasən uşaqlarda nəzarətsiz yeyilən konfet, şokolad kimi qidalar çürüklərə səbəb olur. Şirniyyatı isə tamamilə onların qidalanmasından çıxartmaq da mümkün deyil. Çox şirniyyat yedikdən sonra dişləri fırçalamaq və ən azından bol su ilə yaxalamaq faydalı olacaq.
Karbohidratlar, əsasən yumşaq qidalar dişlər üzərində qalaraq çürüklərə yol açır.
Belə qidalara keks, biskvit, makaron, plov misal ola bilər. Bu qidalar dişlərə yapışaraq bakteriyaların çoxalmasına səbəb olur. Bu da çürük yaranmasını asanlaşdırır.
Şirniyyatın gecə yatarkən yeyilməsi dişlərə əlavə zərər verir.
Körpələrə verilən şəkərli qidalar, meyvə suları, şirin süd əmzik şüşəsi ilə verilməməlidir. Yoxsa körpələrdə əmzik çürüyü meydana gəlir. Görünüş baxımından pis olduğu üçün də uşağın psixologiyasına mənfi təsir edə bilər.
Çox asitli qidalar, içkilər, limon kimi bəzi meyvə və tərəvəzlər diş minasına zərər verə bilər. Çox limon yeyənlərdə mina zədələnməsi, həssaslıq yaranır.
Siqaret, spirtli içki də diş və ağız sağlığı üçün zərərlidir. Siqaret çürük yaranmasına səbəb olmasa da, diş ətləri və ağız mukozasına zərər verir.
Spirtli içki çox qəbul edildiyində ağız mukozasında xərçəng təsiri yaradır.
Pis xestelikler - Pis xesteliklerin elametleri - Yuxu pozulmasi - Yuxu pozulmasinin sebebleri
Yuxu insan orqanizminin normal fəaliyyəti üçün olduqca vacibdir.
İnsan həyatının 1/3 hissəsini yuxuda keçirir. Uşaqlar üçün normal yuxu xüsusilə vacibdir. El arasında deyirlər ki, "uşağın boyu yuxuda uzanır". Bu, həqiqətdir. Məhz yuxu zamanı uşaqlarda xüsusi boyatma hormonu istehsal olunur.
Yuxu zamanı biz gün ərzində istifadə etdiyimiz psixiki və fiziki ehtiyatlarımızı bərpa edirik. Bu səbəbdən insan nə qədər çox işləyirsə, bir o qədər də çox yatmalıdır. Yaşlı insanlarda yuxuya olan təlabat azalır. Bu səbəbdən onlar cavan insanlarla müqayisədə daha az yatırlar.
Normal tam dəyərli yuxudan sonra insan özünü gümrah, dincəlmiş hiss edir. Lakin bəzən insan yuxudan oyandıqda əksinə özünü yorğun, halsız hiss edir. Bunun səbəbi yuxunun normal, sağlam olmamasıdır. Bu hal uzun müddət ərzində davam etdikdə insanın həm fiziki, həm psixiki sağlamlığına ciddi zərbə vurur.
Əgər insan yuxudan tez-tez oyanırsa, yuxuya çətinliklə gedirsə, yuxusuzluqdan əziyyət çəkirsə, bu onun orqanizminin bərpasına mane olur. Belə pozulmaların səbəbi insanda olan hər hansı xəstəlik və ya pozulma ola bilər.
- Pis yuxunun əsas səbəblərindən biri sinir sistemi pozulmaları və xəstəlikləridir - depressiya, nevroz, psixiki pozulmalar, beyinin silkələnməsi, beyin infeksiyaları. Belə insanlar çətinliklə yuxuya gedir, gecə tez-tez oyanır, bəzən gecənin ortasında oyanır və sonra yuxuya gedə bilmir. Belə pozulmalar zamanı mütləq həkimə müraciət etmək lazımdır.
- Yuxu pozulmasının digər yayılmış səbəbi - yuxuda xoruldamaqdır. Yuxuda güclü xoruldayan insanda yuxu zamanı nəfəsalmanın müvəqqəti dayanması baş verir. Bu zaman beyin impuls göndərir və insan dərhal oyanır və sonra yenə yuxuya gedir. İnsan bunu hətta hiss etməyə bilər. Nəfəsalamın dayanması gecə ərzində dəfələrlə baş verir. Nəticədə insan pis yatır, özünü daim yorğun hiss edir, tez-tez baş ağrılarından əziyyət çəkir, əsəbi olur, onun yaddaşı və diqqəti zəifləyir.
Tibdə bu pozulma "yuxunun obstruktiv apnoe sindromu" adlandırılır.
Nəfəsalmanın müvəqqəti dayanması insanın orqanizmi üçün izsiz keçmir. Bu zaman insan orqanizmi oksigenin çatışmazlığından (hipoksiya) əziyyət çəkməyə başlayır. Oksigenin çatışmazlığı ilk növbədə ürəyə və beyinə çox mənfi təsir edir. Bu orqanların fəaliyyəti üçün xüsusilə çox oksigen tələb olunur. Məhz bu səbəbdən belə insanları gecə saatlarında ürək tutmaları narahat edir. Həmçinin bu insanlarda gecə saatlarında insult və infarkt kimi ağır pozulmalar inkişaf edə bilər.
Kişilərdə apnoe potensiyanın və cinsi meylin zəiflənməsinə səbəb olur, hətta impotensiyanın inkişafına gətirib çıxarda bilər.
Bəzi ağır hallarda yuxunun obstruktiv apnoe sindromu hətta insanın yuxuda ani ölümünə səbəb ola bilər. Yuxunun obstruktiv apnoe sindromu mütləq müalicə olunmalıdır.
- Ürək xəstəlikləri olan insanlar adətən pis yatır, gecə saatlarında tez-tez oyanır, sonra yuxuya gedə bilmir. Ürək tutmaları, infarkt və insult kimi ağır pozulmalar bir çox hallarda məhz gecə saatlarında baş verir.
- Yuxu zamanı mədə şirəsinin ifrazı dəyişilir ki, bunun nəticəsində xora xəstəliyi olan insanlarda ağrılar başlaya bilər. Bu ağrılar güclü olur və, təbii ki, insanı yuxudan oyadır, yuxuya getməyə imkan vermir. Bu çox ciddi xəstəlikdir. Müalicəsiz buraxılmış xora mədə xərçənginin inkiaşfına təkan verə bilər.
- Prostat vəzi xəstəlikləri zamanı kişilər gecə saatlarında tez-tez sidik ifraz etmək üçün oyanır. Bu çox ciddi simptomdur, mütləq uroloqa müraciət etmək lazımdır.
- Qalvanvari vəzi xəstəliyi olan tireotoksikoz zamanı insanlarda yuxu pozulmaları, yuxusuzluq olur.
- Şəkərli diabet xəstəliyi zamanı insanlar gecə saatlarında tez-tez sidik ifraz etmək üçün oyanır və həmçinin onları gecə güclü susuzluq narahat edir.
“Victoria's Secret”in 33 yaşlı modeli İfke Şturmunilə İtaliyada adaların birində dənizdə serfinq edərkən üzərindən gəminin keçməsi nəticəsində başından travma almış və xəstəxanaya aparılmışdı. Komaya düşən İfkenin səhhəti ilə bağlı həkimlər sevindirici xəbəri açıqlayıblar. Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Şturmun bu gün komadan çıxdığı bildirilib.
Qeyd edək ki, İfke Şturm britaniyalı oliqarx Cayzel Makkeyin sevgilisidir. Modelin başına gələnlər haqqında ilk dəfə oliqarxın əvvəllər vətəndaş nikahında olduğu sevgilisi, rusiyalı model Kristina Sısoyeva sosial şəbəkədə foto yerləşdirərək məlumat vermişdi. O, şəklə “Tale əclafdır” şərhini yazmışdı.
Aktrisa Cessika Alba Nyu-Yorkda özünün kosmetik brendinin təqdimatını edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa təqdimat gecəsinə eleqant ağ libasda yollanıb. Geyimini çəhrayı ayaqqabıyla tamamlayan Cessika sadə makiyaj edib. C.Alba açıqlamasında “The Honest” kosmetik vasitələrinin tamamilə təbii və təhlükəsiz komponentlərdən hazırlandığını deyib.
Qeyd edək ki, Cessika Albanın kosmetik brendi 2012-ci ildən fəaliyyət göstərir. Şirkət daha əvvəl uşaqlar üçün ekoloji təmiz və zərərsiz olan yuyucu vasitələr istehsal edirdi. Lakin daha sonra Cessika öz biznesini daha da genişləndirməyə və brendinin kosmetik məhsullar istehsalına qərar verib. Hazırda aktrisanın bu biznesdən 1,7 milyard dollar əldə etdiyi bildirilir.
Azərbaycanlı modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın yeni kolleksiyası Çinin Urumçi şəhərində keçirilmiş “İpək yolu” IV Avrasiya Beynəlxalq Geyim Festivalının mükafatına layiq görülüb. Bu barədə Lent.az-a modelyerin özü məlumat verib. Onun sözlərinə görə, “Bakı-2015” I Avropa Oyunlarına həsr edilmiş Azərbaycanın milli geyimlərindən ibarət kolleksiya nüfuzlu "Master Exibition & Performance Award" mükafatına layiq görülüb.
Onu da əlavə edək ki, 25 geyimdən ibarət kolleksiyanın nümayişində çinli modellər iştirak ediblər. Festivala Çin, Rusiya, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olan dizaynerlər də qatılıb. Xatırladaq ki, bu kolleksiya Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondunun I Avropa Oyunları Təşkilat Komitəsi ilə birlikdə təşkil etdiyi ilk Avropa Oyunlarının təqdimatı çərçivəsində cari ilin aprelində Londonda təqdim edilmişdi.
Qeyd edək ki, G. Xəlilova "Master Exibition & Performance Award" mükafatına ardıcıl iki ildir layiq görülür. Dizayner ötən il təqdim edilən 3 kolleksiyaya - "Emosiyaların partlayışı", "İlham", "İlmələrin sehri"- görə mükafat almışdı.
Milli Şuranın Koordinasiya Mərkəzi noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etməmək haqqında qərar qəbul etsə də, qurumun bəzi üzvləri seçkilərdə deputatlığa namizəd olacaqlarını açıqlayıb.
Milli Şuranın üzvü Samir Əsədli APA-ya hər kəsin öz seçimi olduğunu əsas gətirərək, seçkilərdə iştirak edəcəyini açıqlayıb: “Hər kəs qərar qəbul etməkdə sərbəstdir. Mən Milli Şuranın üzvü olsam da, eyni zamanda Vətəndaş Həmrəyliyi Partiyasında təmsil olunuram. Mənim təmsil olunduğum partiyanın Siyasi Şurası isə parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib. Mən də partiyanın qərarına uyğun olaraq hərəkət edirəm”.
Milli Şuranın digər üzvü Ülvi Həsənli də deputatlığa namizəd olacağını bildirib: “Mən həm də “NİDA” Hərəkatının İdarə Heyətinin üzvüyəm və biz seçkilərdə iştirak haqqında qərar qəbul etmişik. Milli Şuradan fərqli olaraq, biz seçkilərdə iştirakın tərəfdarıyıq”.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev isə APA-ya deyib ki, Əsasnaməyə görə, qərar qurumun adından verilir: “Ancaq Milli Şura üzvlərinin fərqli düşüncəsinə də hörmətlə yanaşılır. Hesab edirəm ki, Milli Şuranın əksər üzvləri seçkilərdə iştirak etməmək haqqında qərara əməl edəcək. Milli Şuranın üzvü olan bəzi şəxslərin seçkidə iştirak məsələsi nə münasibət isə Koordinasiya Mərkəzində müzakirə olunmayıb. Ancaq zərurət yaranarsa, biz bu məsələsini müzakirə edə bilərik”.
"Dünəndən dəhşət içindəyəm. Coca-Cola şirkəti də buna izah verməlidir"
Bloqçu Barış Namazov "Coca-Cola Azərbaycan" şirkətini ifşa edən şəkillər paylaşıb.
Lent.az-ın xəbərinə görə, bloqçu "Coca-Cola Azərbaycan" şirkətinin istehsalı olan "Fanta" aldığını və onun içində qara nöqtələr olduğunu qeyd edib.
"Dünəndən dəhşət içindəyəm. Coca-Cola şirkəti də buna izah verməlidir".
Bloqçu qeyd edib ki, sentyabrın 10-da Rəsulzadə qəsəbəsindəki marketdən 2 litrlik fanta alıb: "Birdən gözüm "Fanta"nın içindəki qara-qura şeylərə rast gəldi. Qarışqamı, ağcaqanadmı, həşəratmı?"
"Dəhşət ondadır ki, biz daha çox Coca-Cola içirik və onun qara rəngində bu natəmizliyi görmürük. Dəhşətə gəldim ki, indiyədək içmədiyim zibillər qalmayıb...." deyə B. Namazov yazıb.
Bloqçu hələ də "Fanta"nın qapağını açmadığını qeyd edib.
"Coca-Cola Azərbaycan" şirkətinin də məsələyə münasibətini yaymağa hazırıq.
Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?
İlin 251-ci günü
İlin sonuna 114 gün qalır
Dünyada olan hadisələr
70 — İmperator Titin rəhbərliyindəki Roma ordusu Qüdsü talan etdi.
1331 — Stefan Duşan özünü Serbiya kralı elan etdi.
1296 — Florensiyada Santa-Mariya-del-Fyore kilsəsinin bünövrəsi qoyuldu. Kilsə 140 il sonra, 1436-cı ildə tamamlanaraq xaç suyuna çəkildi. Bu memarlıq abidəsi Orta əsr və İntibah dövrü memarlığı arasında bir növ keçid mərhələsini simvolizə edir.
1380 — Kulikovo döyüşü. Dmitri Donskoy rəhbərliyindəki rus qoşunları monqol-tatar qoşunlarını məğlubiyyətə uğratdılar.
1504 — Mikelancelo (Michelangelo di Lodovico Buonarroti Simoni) "David" heykəlini tamamladı.
1514 — Orşa döyüşü. Konstantin Ostrojski rəhbərliyindəki Litva və Polşa qoşunları rusları məğlub etdilər.
1522 — Fernan Magellan (Fernão de Magalhães) tərəfindən başladılan ilk dünya səyahəti başa çatdı. Magellan özü yolda vəfat etmiş, onun 5 gəmisindən yalnız Huan Elkanonun (Juan Sebastián Elcano) rəhbərliyində "Viktoriya" gəmisi geriyə salamat qayıtmış, 237 nəfər heyət üzvündən cəmi 18-i sağ qalmışdı.
1529 — Sultan Süleyman Qanuninin rəhbərliyindəki Osmanlı imperiyası Budapeşti fəth etdi.
1636 — ABŞ-ın ən qədim universiteti – Harvard Universiteti yaradılmışdır.
1664 — Niderlandın Şimali Amerikadakı koloniyası Yeni Amsterdam ingilislər tərəfindən ələ keçirildi və sonradan Nyu-Yorkadlandırıldı.
1831 — Varşava döyüşü. Varşava rus ordusu tərəfindən ələ keçirildi.
1862 — Osmanlı ilə Avropa dövlətləri arasında İstanbul protokolu imzalanmışdır.
1886 — CAR-ın ən böyük şəhəri – Yohannesburqun əsası qoyulmuşdur.
1888 — İngiltərə futbol liqasında ilk oyun keçirilmişdir.
1926 — Almaniya Millətlər Cəmiyyətinə qəbul edilmişdir.
1930 — 3М şirkətinin əməkdaşı Riçard Dryu yapışqanlı lent – skotçu kəşf etmişdir.
1941 — alman qoşunları Leninqradın blokadasına başladılar.
1943 — İtaliya kralı III Viktor Emmanuil (Vittorio Emanuele III di Savoia) İtaliyanın müttəfiq qoşunlarına təslim olduğunu elan
etdi.
1944 — almanlar reaktiv Fau-2 (V-2) raketlərinin istifadəsinə başladılar. Gündüzlər Paris, gecələr isə London raket atəşinə məruz qalırdı.
1946 — Bolqarıstanda keçirilən referendumun nəticəsinə əsasən monarxiya devrildi.
1951 — San-Fransiskoda Yaponiya və İkinci dünya müharibəsi müttəfiqləri arasında sülh müqaviləsi imzalandı. SSRİsənədi imzalamamışdır.
1952 — Ernest Heminqueyin (Ernest Miller Hemingway) "Qoca və dəniz" əsərinin ilk nəşri çapdan çıxmışdır.
1974 — Uotergeyt qalmaqalı – ABŞ prezidenti Cerald Ford (Gerald Rudolph Ford, Jr.) keçmiş prezident Riçard Niksonun(Richard Milhous Nixon) prezidentliyi dövründəki cinayətlərini əfv etdi.
1978 — Tehranda şah rejimi əleyhinə nümayişlər iğtişaşlara səbəb oldu. Hərbçilərin nümayişçilərə atəş açması nəticəsində 122 nəfər həlak olmuş, 2000 nəfər yaralanmışdı.
1991 — Makedoniya Respublikası müstəqillik əldə etmişdir.