N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • İdeal Limonlu Tart - İdeal Limonlu Tart terifi - İdeal Limonlu Tart terkibi - İdeal Limonlu Tart nece hazirlanir?

    Ərzaqlar

    1/2 stəkan (115 qram) Westgold kərə yağı
    2 xörək qaşığı incə rəndələnmiş limon qabığı (təxminən 4 limondan)
    1 3/4 stəkan ağ un
    1 1/4 stəkan şəkər tozu
    2 çimdik duz
    6 iri yumurta
    1 stəkan təzə sıxılmış limon suyu (qabığını rəndələdiyiniz limonlardan istifadə edin)
    1/2 stəkan yağlı qaymaq (çalına bilən)
    Üstünə səpmək üçün şəkər kirşanı (pudra şəkəri)

    Hazırlanması

    Tartın xəmirini hazırlayın:

    Soba rəfini sobanın orta gözünə yerləşdirib onu 175ºC-yə qədər qızdırın. Altı çıxarıla bilən 28 sm ölçülü tart tavasını hazır saxlayın.
    Kərə yağını balaca bir qazanda orta istilikdə əridib içinə 1 çay qaşığı limon qabığı əlavə edin və 5 dəqiqəliyinə kənara qoyun.
    Unu, 1/4 stəkan şəkər tozunu, bir çimdik duzu orta ölçülü bir qabın içində qarışdırın. Çəngəllə qarışdıra-qarışdıra yağ qarışığını nazik axınla bu qarışığın üzərinə tökün. Xəmir əmələ gələnə qədər qarışdırmağa davam edin. Xəmirdən bir azca götürüb barmaqlarınızın arasında basanda xəmirin hazır olduğunu anlayacaqsınız.
    Qarışığı tart qabının içinə qoyun və barmaqlarınızın ucları ilə basmaqla bərabər qaydada qabın divarlarına və dibinə yayın. 20 dəqiqə ərzində, yaxud xəmir yünül qızılı-qonur rəng alana qədər sobada bişirin. Ehtiyatlı olun – tart qabının altından tutmayın, qabın dibi çıxar, xəmir qırılar! Dəmir soba tellərinin üzərində soyumağa qoyun və eyni zamanda içliyi hazırlamağa başlayın.
    İçliyi hazırlayın:

    Qalan 1 stəkan şəkər tozunu və qalan bir xörək qaşığı limon qabığını prosessorda qabıq narın hala gələnə qədər qarışdırın.
    Yumurtaları, şəkər və limon qabığı qarışığını, limon suyu və bir çimdik duzu orta ölçülü dərin qabda eynicinsli kütlə alınana qədər çalın.
    Qaymağı orta ölçülü dərin qabda elektrik mikserin orta sürətində yumşaq təpəcilər əmələ gələnə qədər çalın. Qaymağı yumurta qarışığına əlavə edib tam qarışana qədər çalın.

    Tartı bişirin:

    Soba listini sobanın orta gözünə yerləşdirib tart xəmirini onun üstünə qoyun. İçiliyi hələ də bir qədər isti olan xəmirin üzərinə tökün. (Bəli, siz əvvəlcə listi sobaya, tartı bişdiyi qabın içində listin üzərinə qoymalısınız və yalnız bundan sonar içliyi xəmirin içinə tökməlisiniz, çünki əgər bunu sobadan kənarda etsəniz içliyi axıtmadan listi sobaya daşımaq çətin olacaq.) İçliyin hamısını xəmirin içinə tökün – onun miqdarı elə tartın xəmirini doldurmaq üçün kifayət edəcək qədərdir. Əgər tart qabınız lazımi ölçüdədirsə içlikdən artıq qalmamalıdır.

    25-30 dəqiqə ərzində, yaxud orta hissədə içlik bir qədər özünü tutana qədər bişirin. Tartın üstü bir o qədər də qonurlaşmamalıdır. Qonurlaşmağa başlayan halda olmalıdır. Bir daha təkrarlayım, tart qabını sobadan çıxardığınız zaman ehtiyatlı olun – qabı altından tutmayın, yoxsa qabın altı çıxar və tart qırılar! Tartı soba tellərinin üzərinə soyumağa qoyun. Tart qabının kənarlarını çıxarın. Soyudun. Düz süfrəyə verməzdən əvvəl tartın üzərinə balaca ələk vasitəsilə bol-bol pudra şəkəri tökün. Dilimlərə doğrayıb qonaqlarınıza təqdim edin.


    Alinti...
#16.09.2015 22:47 0 0 0
  • Evdə Hazırlanmış Asan Dulce de Leche terifi - Evdə Hazırlanmış Asan Dulce de Leche hazirlanmasi

    noimage

    Təxminən 2 stəkan alınır
    Qeyd: Əksər tort və pirojna reseptləri üçün sizə 1-dən çox (adətən 2) banka dulce de leche lazım olacaq. Bu reseptdən istifadə edərək istədiyiniz qədər dulce de leche hazırlaya bilərsiniz. Bankaları eyni vaxtda bişirin.

    Ərzaqlar
    Bir konserv bankası (400 qramlıq) şəkərli qatılaşdırılmış süd (idealda orqanik)
    Hazırlanması
    Etiketi bankanın üstündən qoparın. (Əgər o çox yaxşı yapışdırıldığına görə bankadan qopmursa narahat olmayın, banka bir az qaynayan suda qaldıqdan sonra kağız özü qopacaq. Beləliklə, onu qaşıq, yaxud çəngəl vasitəsilə qazandan çıxarın.)
    Bankanı kiçik qazana qoyun. Qazanı bankanın üstü örtülənə qədər su ilə doldurun. Orta istilikdə qaynama həddinə çatdırıb istiliyi orta-aşağı səviyyəyə endirin. Bu istilikdə qazanı ehtiyatla 3 saat qaynadın. Çox vacibdir: Banka həmişə su ilə yaxşı örtülmüş olmalıdır. Buna görə də qaynama zamanı su azaldıqca qazana bir az da qaynar (!) su əlavə edin.
    Siz öz qatılaşdırılmış südünüzü 3 saatdan az vaxt ərzində də qaynada bilərsiniz. Bu, sizin əlinizdə olan konkret resept üçün hansı qatılıqda dulce de leche lazım olduğundan asılıdır. Aşağıdakı şəkildə qaynama müddətindən asılı olaraq qatılaşdırılmış südün rənginin və qatılığının necə fərqləndiyini görə bilərsiniz. 3 saatlıq dulce de leche tünd, yaxud karamel rəngində və daha qatı olacaq. Növbəti resept üçün bankanı 3 saat qaynadın.
    Vaxt çatanda ehtiyatla qazandakı suyu boşaldın. Sonra isə mətbəx əlcəyinin köməyilə (qətiyyən yalın əllə yox!) bankanı qazandan çıxararaq bir kənarda otaq temperaturunda soyumağa qoyun. Bankanı soyumamış açmağa cəhd etməyin. Yoxsa süd sıçrayıb hər yerə yayılacaq. Üstəlik, o qaynardır və banka partlaya bilər! Tamamilə soyuyandan sonra bankanı açıb dulce de lecheni qarışdırın və reseptinizdəki təlimata uyğun istifadə edin. Yaxud da dəmir bankadan boşaldıb şüşə bankaya yığın, ağzını qapaqla bağlayıb 3 həftəyə qədər soyuducuda saxlayın.

    noimage


    alinti...
#16.09.2015 22:35 0 0 0
  • Vyana Şokolad Tortu - Vyana Şokolad Tortu terifi - Vyana Şokolad Tortun terkibi - Vyana Şokolad Tortu nece hazirlanir?

    Ərzaqlar

    Şokolad qlazuru üçün:

    1/2 stəkan su
    2/3 stəkan çox incə şəkər tozu (əgər adi şəkər tozunuz varsa onu narın hala gətirmək üçün prosessordan istifadə edə bilərsiniz)
    1 xörək qaşığı şirin olmayan (acı) kakao tozu
    1/2 çay qaşığı limon suyu
    100 qram yarışirin qara şokolad, doğranmış
    Biskvit üçün:
    5 xörək qaşığı Westgold kərə yağı, otaq temperaturunda yumşaldılmış
    1/3 stəkan çox narın şəkər tozu
    2 yumurta, otaq temperaturunda
    1 1/4 stəkan narın çəkilmiş badam (badam unu)
    1/3 stəkan un
    3/4 çay qaşığı qabartma tozu
    İçlik üçün:
    1/2 stəkan yaxşı ərik cemi, bir qədər su, yaxud konyakla qarışdırılmış və isidilmiş (Həddindən artıq şirinləşdirilməmiş cem götürmək daha yaxşıdır. Əks halda tort çox şirin və ağır olacaq. Əgər istəsəniz ərik cemini başqa bir cemlə əvəz edə bilərsiniz.)
    Hazırlanması

    Şokolad qlazurunu hazırlayın:

    Su, şəkər, kakao və limon suyunu eynicinsli kütlə alınana qədər qarışdırın, sonra dərin qabda qaynama həddinə çatdırıb 1 dəq bişirin. 5 dəq ərzində soyutduqdan sonra şokoladı əlavə edib əriyənə qədər qarışdırın. Ölçü stəkanına töküb isti saxlayın (daha sonra qlazuru iki bərabər hissəyə böləcəksiniz).

    Tortu hazırlayın:
    Sobanı 190ºC-yə qədər qızdırın. 18 sm-lik dəyirmi tort qabıın (Qeydə baxın) kənarlarını və dibini kərə yağı ilə yağlayın və dibinə perqament kağızı döşəyin. Kərə yağı, şəkər və bir yumurtanı köpüklü olana qədər təxminən 2 dəqiqə çalın. Qalan yumurtanın sarısını ağından ayırın, ağını təmiz bir dərin qabda saxlayın, sarısını isə üyüdülmüş badam və şokolad qlazurunun yarısını çalıb tort qarışığı hazırlayın.Ayrıca bir qabda yumurta ağını təmiz elektrik mikseri ilə yumşaq təpəciklər alınana qədər çalın. Unu və qabartma tozunu tort qarışığının üzrəinə ələyin, yaxşıca qarışdırın. Sonra isə tez və yüngül qarışdırmaqla yumurta ağını əlavə edin.

    Tortu bişirin:

    Xəmiri ehtiyatla tort qabına sıyırın.

    Üzərini folqa ilə örtüb təqribən 35 dəqiqə, yaxud bərkiyənə qədər sobada bişirin.

    Bişdikdən sonra xəmirə batırılmış çöpün üzərində yalnız bir neçə nəm qırıntı ola bilər. Üstünü açmadan qabdaca soyudun.

    Daha sonra onu üfüqi şəkildə üç qata bölün.

    Tortu hazırlayın:

    Qatlardan ikisinin bir tərəfinə cem yaxın. Bu qatları cemli tərəfi yuxarı olmaqda bir-birinin üzərinə qoyun. Sonra üçüncü qatı da qoyub qalan şokolad qlazurunu üzərinə və kənarlarına tökün (istəsəniz qlazuru tökməzdən əvvəl tortu perqament kağızının üzərinə yerləşdirilmiş soba rəfinə də qoya bilərsiniz; qlazurun damcıları kağıza töküləcək, siz də onu rahatca götürüb ata biləcəksiniz). Qlazurun özünü tutması üçün kənara qoyun.

    Nus olsun...
#16.09.2015 22:31 0 0 0
  • Gavalı Piroqu - Gavalı Piroqu terifi ve terkibi - Gavalı Piroqu nece hazirlanir?

    noimage

    Ərzaqlar:

    115 qram Westgold kərə yağı
    2 yumurta
    160 qram şəkər tozu (stəkanın 3/4-ü)
    225 qram un (bir stəkan yarım)
    Bir çimdik duz
    2 çay qaşığı qabartma tozu
    4-5 gavalı
    Üstü üçün şəkər kirşanı (mütləq deyil)

    Hazırlanma Qaydası:

    Kərə yağını əridib kənarda soyudun.
    İri kasada yumurta və şəkər tozunu bir neçə dəqiqə çalın (rəngi bir qədər açılmalıdır).
    Kərə yağını əlavə edib qarışdırın. Ayrı qabda un, duz və qabartma tozunu qarışdırın.
    Unlu qarışığı yumurtalı kütləyə töküb qarışdırın.Kənarları çıxan yumru formanın içini yağlayın. Xəmiri buraya boşaldıb yayın.
    Gavalını çox nazik olmayan dilimlərə kəsib, dilimləri xəmirin üstünə dairəvi şəkildə düzün. İstəyə görə gavalıları sıx-sıx ya da aralı olaraq düzə bilərsiniz (şəkildə gördüyünüz düzüm aralıdır).
    Sobanı 190Cdək qızdırın. Formanı sobanın orta gözünə yerləşdirib piroqu təxminən 30 dəqiqə, yaxud üstü bir qədər qızaranadək bişirin. Hazır piroqun içinə kibrit basıb çıxartdığınızda kibrit quru çıxırsa, piroq hazırdır. Piroqu soyuduqdan sonra süfrəyə verin. İstəyə görə üstünə şəkər kirşanı da səpə bilərsiniz.

    alinti...
#16.09.2015 22:21 0 0 0
  • Amosov pastası - Amosov pasta terifi - Amosov pasta tetkibi - Amosov pastası nece hazirlanir?

    noimage

    Lazım olan məhsullar:

    - kişmiş - 500 qr
    - ərik qurusu - 500 qr
    - əncir qurusu - 500 qr
    - çəyirdəksiz qara gavalı - 500 qr
    - qoz - 500 qr
    - qabıqlı limon - 1 ədəd

    Hazırlanması:

    Məhsulların hamısı mətbəx kombaynında xırdalanır və ya ətçəkən maşından keçirilir. Sonra 500 qr bal əlavə olunur və hamısı birlikdə qarışdırılır. Alınan qarışım bankalara doldurulur və gün ərzində 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı qəbul edilir.

    Nuş olsun!


    alinti...
#16.09.2015 22:15 0 0 0
  • İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?

    noimage

    İlin 259-ci günü
    İlin sonuna 106 gün qalır

    1492-ci ildə Xristofor Kolumb Sarqas dənizini kəşf edib.
    1810-cu ildə Meksika İspaniyaya qarşı müharibəyə başlayıb.
    1906-cı ildə Amundsen Cənub qütbünü kəşf edib.
    1908-ci ildə “General Motors” şirkəti təsis olunub.
    1924-cü ildə Gürcüstanda sovet hakimiyyətinə qarşı üsyan yatırılıb.
    1929-cu ildə Boliviya və Paraqvay arasında sülh sazişi imzalanıb.
    1945-ci ildə Yaponlar Honkonqu tutub.
    1959-cu ildə Fransa Əlcəzairin öz müqəddəratını təyin etmə hüququnu tanıyıb.
    1965-ci ildə SSRİ Cinayət Məcəlləsinə edilən dəyişikliklər dissidentlərin vəziyyətini qismən yüngülləşdirib.
    1978-ci ildə İranda zəlzələ: 20 min insan həlak olub.
    1982-ci ildə Livanda Fələstin qaçqınlarının məskunlaşdığı Sabra və Şatila düşərgəsində soyqırım hadisəsi baş verib.
    1983 - Arnold Şvartsenegger ABŞ vətəndaşlığı alın.
    1993-cü ildə Kanal D yayıma başlayıb.
    2001-ci ildə Bin Laden “əl-Cəzirə” kanalına müsahibəsində 11 sentyabr hadisələrində əli olduğunu rədd edib
#16.09.2015 12:51 0 0 0
  • Miri Yusif - Ağ Təyyarə dinle

    [video=youtube_share;8_fjW7B-AfQ]https://youtu.be/8_fjW7B-AfQ[/video]

    noimage
#15.09.2015 07:14 0 0 0
  • Rauf reper - Limonlu Çay rep dinle

    [video=youtube_share;qddXP2hvUCw]https://youtu.be/qddXP2hvUCw[/video]

    noimage
#15.09.2015 07:12 0 0 0
  • Konu: Rauf - 40°
    Rauf reper - 40° rep dinle,

    [video=youtube_share;uvi_Kjpn0HE]https://youtu.be/uvi_Kjpn0HE[/video]

    noimage
#15.09.2015 07:11 0 0 0
#15.09.2015 07:07 0 0 0
#15.09.2015 07:01 0 0 0
  • Xeberler - Xeberci - ic xeber

    noimage

    Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə və səngərlərinə 151 atəş zərbəsi endirib.

    Ermənistanın Azərbaycanın ərazisinə təcavüzü davam edir. ANS PRESS-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində Silahlı Qüvvələrimizin ümumilikdə 101 dəfə pozub.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

    Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Yusifcanlı, Şıxlar, Mərzili, Cəvahirli, Şuraabad, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

    Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 151 atəş zərbəsi endirib.

    alinti...
#15.09.2015 06:59 0 0 0
  • Xeberler - Xeberci - Baki xeberleri

    noimage

    Ermənistan Suriyadan qaçqın düşən erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirir.

    ANS TV-nin məlumatına görə, suriyalı miqrantların işğal altında olan torpaqlarımıza yerləşdirilməsiylə bağlı xəbər BBC-nin rəsmi internet səhifəsində yer alıb. Suriyadan gələn miqrantların paytaxt İrəvanın hava limanında çəkilən foto şəkilləri də həmin səhifədə yerləşdirilib. Hətta bəzi iddialar da var ki, Ermənistan hökuməti Suriyadan gətirdiyi miqrantlara elə yerindəcə erməni vətəndaşlığı verir.

    BMT isə məlumat yayıb ki, Suriyada münaqişə başlayandan bəri 15 minədək Suriya ermənisi Qarabağın müxtəlif bölgələrində məskunlaşıb.

    Ermənistan hökuməti Suriyadan gətiridiyi erməniləri daha çox işğal altında olan Şuşa, Laçın və Kəlbəcər rayonlarının ərazisinə yerləşdirir. Məqsəd isə guya Suriyadan qaçan miqrantlara yardım etməkdir.

    Əgər kiçik bir araşdırma aparsaq görərik ki, Ermənistan hakimiyyəti burda da öz taktikasını işə salıb. Necə ola bilər ki, özünün köməyə ehtiyacı olan bir dövlət başqasına kömək əlini uzatsın?

    Deməli həqiqətən də məqsəd başqadır. Məsələn, Ermənistan hakimiyyəti suriyalı qaçqınları özünün olmayan torpaqlarda yerləşdirir və bunun üçün də beynəlxalq təşkilatlardan külli miqdarda yardım alır.

    Belə olan halda təbii ki, həm öz büdcəsinə xeyir verir, həm də beynəlxalq təşkilatlar önündə özünü xeyirxah bir dövlət kimi göstərir.

    Suriyalı qaçqınlara isə Azərbaycan torpaqları Emənistan ərazisi kimi təqdim edilir. Rəsmi Bakı isə artıq Ermənistanın bu təxribatının qarşısını almaq üçün hərəkətə keçib.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirdi ki, belə siyasətin həyata keçirilməsi ilk növbədə Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır: "Bu ATƏT-in Minsk qrupunun həmsədrləri, digər beynəlxalq təşkilatlar, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı qarşısında bu məsələ qaldırılıb”.

    Bu isə birinci belə hal deyil. Hələ 2005 və 2010-cu illərdə Ermənistan İraq və Əfqanistanda olan erməniləri də işğal altında olan Azərbaycan torpaqlarına yerləşdirmişdi.

    Bir müddət sonra isə həmin ermənilər vəziyyətin dözülməz olduğunu anlayaraq öz vətənlərinə geri qayıtmışdı.


    [video=youtube_share;tsDD1EK0DXI]https://youtu.be/tsDD1EK0DXI[/video]


    Müəllif:ANS TV
#15.09.2015 06:19 0 0 0
  • İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?

    noimage

    15 sentyabr. İlin sonuna 107 gün qalır.

    1514. Osmanlı qoşunu Təbrizi tutub

    1821. İspan koloniyaları Qvatemala, Honduras, Kosta-Rika və Salvador müstəqilliklərini elan etdilər

    1847. Amerika qoşunu Mexikoya girib

    1916. Tarixdə ilk dəfə olaraq ingilis qoşunu almanlara qarşı tanklardan istifadə edib

    1917. Rusiyada Müvəqqəti hökumət qurulub

    1918. Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusu Bakını daşnak və eserlərdən xilas edib. Şəhərdə asayişin bərpası və qeyri müsəlman əhalinin müdafiəsi üçün tədbirlər görülüb. “Sentrokaspi” diktaturası ləğv edilib. Bu tarix Bakının azad edilməsinin ildönümü kimi qeyd edilir

    1918. Bakı Azərbaycanın paytaxtı elan edilib

    1924. Bessarabiya separatçıları Rumıniyadan ayrılaraq SSRİ ilə birləşmək üçün üsyan edib

    1928. İngilis mikrobioloq Aleksandr Frleming penisillini kəşf edib

    1942. Alman qoşunu Stalinqrada hücuma keçib

    1946. Bolqarıstan Respublikası elan edilib

    1959. Xruşşovun Amerikaya 13 günlük səfəri başlayıb. Bu səfər sovet liderinin maraqlı açıqlamaları ilə yadda qalıb

    1982. İsrail qoşunu Qərbi Beyrutu tutub

    1995. Bəstəkar Rauf Hacıyev vəfat edib

    2004. Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Prezidenti Robert Koçaryan ilə təkbətək görüşü baş tutub

    2006. Bəstəkar Vasif Adıgözəlov vəfat edib

    2008. Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının təntənəli hərbi andiçmə mərasimi keçirilib

    2008. Azərbaycan Respublikası prezidentinin ştandartı təsdiq olunub

    2008. Astanada Qazaxıstan-Azərbaycan gənclər forumu keçirilib.

    2010. İstanbulda türkdilli ölkələrin dövlət başçılarının 10-cu zirvə toplantısı işə başlayıb. İlham Əliyev də bu tədbirdə iştirak edib.



    alinti..
#15.09.2015 05:55 0 0 0
  • İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?

    noimage

    İlin 257-ci günü
    İlin sonuna 108 gün qalır

    • 786-cı ildə Harun əl-Rəşid Abbasi xəlifələrindən qardaşı al-Hadinin ölümündən sonra, İslam xilafətini ələ keçirib.
    • 1811-ci ildə Prussiyada feodal üsul idarəsi ləğv edilib.
    • 1812-ci ildə Napoleon ordusu Moskvaya daxil olub.
    • 1814-cü ildə ABŞ-ın dövlət himni qəbul olunub.
    • 1829-cı ildə Ədirnə sülhü imzalanmış, Rusiya-Osmanlı müharibəsi sona çatmıb.
    • 1853-cü ildə Türkiyə ilə Rusiya arasında Krım müharibəsi başlayıb.
    • 1867-ci ildə Marksın "Kapital" əsərinin ilk cildi işıq üzü görüb.
    • 1933-cü ildə Türkiyə-Yunanıstan dostluq sazişi imzalanıb.
    • 1937-ci ildə Keçmiş SSRİ-də "xalq düşmənləri"nin həbs müddəti qeyri- müəyyən vaxta qədər uzadılıb.
    • 1954-cü ildə SSRİ-nin Orenburq poliqonunda bütün qoşun növlərinin iştirak etdiyi həqiqi atom bombası ilə ilk hərbi təlim keçirilib.
    • 1957-ci ildə BMT sovet qoşunlarının Macarıstana girməsini pisləyib.
    • 1960-cı ildə Vyanada OPEK fəaliyyətə başlayıb.
    • 1984-cü ildə Amerikanlı pilot Jozef Kittinqer tarixdə ilk dəfə hava şarında Sakit okeanı keçib.
    • 2003-cü ildə İsveçrədə keçirilən referendumda əhali vahid Avropa valyutasına keçidin əleyhinə səs verib.
    • 2006-cı ildə İstanbulda türkdilli dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin konfransı keçirilib.

#15.09.2015 01:45 0 0 0
  • Burcler - gundelik burcler

    Qoç - Bu gün yarana biləcək istənilən mürəkkəb situasiyalardan mütləq çıxış yolu tapacaqsınız. Əsla gözləmədiyiniz köməkçi və yardımçılar qəflətən peyda ola bilərlər. Planlaşdırılmamış gəlirlər də mümkündür. İş yerinin dəyişdirilməsi ilə bağlı təklif ala bilərsiniz.

    Yaxınlarınız və ailə üzvlərinizlə münasibətləriniz harmonik, rəvandır, asanlıqla güzəştə gedirsiniz. Romantik görüş yaxşı keçəcək, xeyli təəssürat alacaqsınız. Sevimli insana xoş sürpriz etmək üçün əlverişli gündür.

    Buğa - Ətrafınızdakı insanlara qəribə və mənasız təsir bağışlayan qərarlar qəbul edəcəksiniz. Amma hər şeyə rəğmən məqsədə doğru irəliləyirsiniz. Tənqidlər və məsləhətlər sizi yolunuzdan sapdırmayacaq. Günün ikinci yarısında çoxdan həll olunası problemi çözmək və mövqelərinizi möhkəmləndirmək şansı əldə edəcəksinz.

    Diqqət mərkəzində olacaqsınız. Yeni tanışlıqlarda ehtiyatlı olun. Bu gün yeni, faydalı işgüzar əlaqələr yarada bilərsiniz. Sevdiyiniz insanlarla münasibətlərinizdə romantika artacaq.

    Əkizlər - Xasiyyətinizin ən yaxşı məqamları bu gün daha qabarıq görünəcək. Bu gün hamının xoşuna gələcəksiniz. Lakin bu gün rəğbət bəslədiyiniz adamların az sonra bəzilərinin sizə xəyanəti istisna deyil. Analitik işlər, hesabatlar, düşüncə üçün əlverişli gündür. Günün ikinci yarısında sərfəli sövdələşmələrə nail ola bilərsiniz.

    Bu gün çoxlu orijinal ideyalarınız var. Onların heç olmasa, birinin reallaşmasına yaxınlarınızı, tanışlarınızı və dostlarınızı cəlb edin. Gün maraqlı, həyəcanlı olacaq.

    Xərçəng - İntellektual iş üçün uğurlu gündür. Gəldiyiniz nəticələr paradoksal da olsa, doğrudur. Müşahidələriniz sizi aldatmayacaq. Uzun müddətdən bəri dil tapa bilmədiyiniz adamla bu gün razılığa gələ biləcəksiniz. Bu isə yaxşı tanışlıq, məhsuldar əməkdaşlıq və ya isti münasibətlərin əvvəli ola bilər.

    Təmaslar, görüşlər, danışıqlar günüdür. Ətrafdakı insanlara xoş təəssürat bağışlayacaqsınız. Axşam saatlarını rahat keçirin, qüvvələrinizi bərpa edin.

    Şir - Çoxdan bəri kiminləsə mübahisə etmək istəyirdinizsə, istəyinizi bu gün gerçəkləşdirin. Opponentinizi "məğlub" etmək və özünüzə inandırmaq üçün bütün şanslarınız var. Nüfuzlu insanlar, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət, danışıqlar, müzakirələr üçün əlverişli gündür. Nəzərdə tutduğunuz işi görmək və ya layihəni həyata keçirmək üçün pul almaq şanslarınız var.

    Şəxsi məsələlərdə gün neytral olacaq. Yeni təəssüratlar, parlaq emosiyalar istəyirsiniz. Təşəbbüskar olun. Ətrafdakı insanlar niyyət və planlarınızdan, çətin ki, xəbərdar olsunlar.

    Qız - İstənilən yeniliklər və eksperimentlər üçün əla gündür. Yeni müttəfiqlər tapacaqsınız. Hətta əvvəllər tərəfinizdə olmayan insanlar belə arqumentlərinizin səhihliyini dana bilməyəcəklər. Maliyyə baxımından isə gün o qədər uğurlu deyil. Gəlirlər özünü bir qədər gözlədəcək. Nəzərdə tutulmamış xərclər istisna olunmur.

    Uğurlu insanlarla təmaslar üçün əlverişli gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bu insanlardan enerji ala bilərsiniz. Bacarıq və biliklərinizi artırmağa çalışın.

    Tərəzi - Gün asan olmasa da, baş verəcək hadisələr xeyrinizə ola bilər. Səhvlərdən nəticə çıxarmaq və başqalarının təcrübəsini təhlil etmək çox mühümdür.

    Mühüm qərarları təkbaşına qəbul etmək istəsəniz də, təcrübəli insanların məsləhətlərinə qulaq asın. Həmin məsləhətlər niyyətlərinizə və planlarınıza tam uyğun olmasa da, dinləyin.

    Şəxsi həyatınızda nəyisə köklü şəkildə dəyişməyə çalışmayın. Hər şeyi yerli-yataqlı düşünmək üçün bir qədər fasilə verin. Məqsəd və prioritetlərdə dəyişikliklər ola bilər. Yeni əyləncə və maraqların yaranması istisna deyil.

    Əqrəb - Bu gün diqqət mərkəzində olmağa çalışın. Nə qədər çox diqqət cəlb etsəniz, bir o qədər yaxşıdır. Kiminsə uğurlarınıza paxıllıq edərək həsəd aparması mümkündür.

    Fəqət, qarşınıza qoyduğunuz işi görməkdə sizə yardım edəcək insanlar daha vacibdir. Qəfil addımınız, gözlənilməz qərarınız rəqiblərinizlə düşmənlərinizi zəiflədə bilər.

    Başqa şəhərdə yaşayan uzaq qohum və ya tanışdan xəbər ala bilərsiniz. Səfərə və ya səyahətə çıxmaq qərarına gələ bilərsiniz. Təhtəlşüura inanın.

    Oxatan - Gün maraqlı məşğuliyyət, həlli maraqlı işə çevrilə biləcək məsələlərlə zəngin ola bilər. Qarşınıza qoyduğunuz məqsədə tez çatacaqsınız. Yeni tanışlarla asanlıqla dil tapacaqsınız. Köhnə dostlar və yaxın insanlarla mübahisə etməyin.

    Münaqişələri həll etməyə can atın.

    Qəfil təklif və dəvətlərin alınması istisna deyil. Hadisələrin baş verdiyi məcra xoşunuza gəlir. Yaxşılığa doğru dəyişikliklər başlana bilər.

    Oğlaq - Eksperiment və qeyri-standart qərarlara hazır insanlarla ideyalarınızı bölüşsəniz, gün sizə yeni imkanlar vəd edir. Bu gün müttəfiq axtarışları ilə məşğul olun. Əfsuslar olsun ki, müttəfiq tapılana qədər ünvanınıza xoşagəlməz sözlər eşidə bilərsiniz. Deyilənləri ürəyinizə salmayın.

    Nəticəsi sərfəli anlaşmalar olacaq uğurlu səfərlər və səyahətlər mümkündür. Gün iş axtarışları üçün də əlverişlidir. Kommersiya və ticarət ilə məşğul olanlar sərfəli anlaşmalara nail ola bilərlər.

    Dolça - Aşkar və qaçılmaz sandığınız qərarların heç də hamısı doğru, vaxtında atılacaq addımlar deyil. Bunu əla anlayırsınız, amma ətrafınızdakı adamlar razı deyillər. Onların fikirlərini dəyişmək üçün xeyli vaxt sərf etməli olacaqsınız. Emosiyaların əsiri olsanız, rəqiblər sizi üstələyəcəklər.

    Alış-veriş, gəzinti üçün yaxşı gündür. İnteryer və yaşayış yeri ilə bağlı yeni ideyalar sizi tapacaq. Günün ikinci yarısı hədiyyələr ala bilərsiniz.

    Balıqlar - Kiçik problemlər və ətrafdakı insanlarla müəyyən anlaşılmazlıqlara rəğmən sakit olun, kefinizi pozmayın. Bədxahlar sizə ziyan vura bilməyəcəklərini anlasalar da, niyyətlərindən əl çəkmirlər. İş yerində vəziyyət pis olmayacaq. Yeni dostlar tapmağınız istisna olunmur.

    Dostlar, yaxın insanlar, ailə üzvləri ilə səmimi ünsiyyət üçün əlverişli gündür. Ətrafdakı insanları anlamağa, onların istəklərini başa düşməyə çalışın. Şəxsi həyatınızla bağlı ciddi qərarlar qəbul edə bilərsiniz.
#15.09.2015 01:41 0 0 0
  • Konu: Vəfa tortu
    Vəfa tortu - Vəfa tortu haqqinda - Vəfa tortu terifi ve terkibi - Vəfa tortu nece hazirlanir?

    noimage

    Ərzaqlar:

    Xəmir üçün:
    Yumurta – 4 əd.
    Süd – 1 st.
    Un – 2,5 – 3 st.
    Soda – 1 ç.q.

    Şirə üçün:
    Bal – 1 st.
    Şəkər – 1 st.

    Qızartmaq üçün bitki yağı.

    Hazırlanması:
    Yumurtanı çalıb, süd və soda əlavə edin. Un qatıb bərk xəmir yoğurun. Əriştə xəmirindən bir qədər qalın xəmir yayıb, kibrit çöpləri boyda doğrayın və bitki yağında qızardın.

    Balı şəkərlə 2-3 x.q. su əlavə etməklə qarışdırıb, 4-5 dəq. qaynadın. Sonra qızardılmış çöpləri emallı qabda üzərinə isti şirə töküb qarışdırın. Kalka və ya perqament kağızına büküb, tort forması verin.


    Alinti..
#15.09.2015 01:35 0 0 0
  • Qarabaşağ - Qarabaşağın düzgün bişirilməsi haqqinda

    noimage

    Qarabaşaq yarması "yarmaların kraliçası" adlandırırlar. Bunun səbəbləri çoxdur.
    Qarabaşaq yarması ən xeyirli yarmalardan biridir. Onun tərkibində əvəzolunmaz aminturşular, vitaminlər, dəmir, kalium, fosfor, mis, kalsium kimi faydalı mikroelementlər var.


    Qarabaşq rutinlə zəngindir. Bu maddə güclü antioksidant xüsusiyyətlərinə malikdir ki, orqanizmdə gedən qocalma proseslərini ləngidir, kapilyar və damarların divarlarını möhkəmləndirir, vitaminlərin orqanizmə olan təsirini artırır.

    Qarabaşaq sıyığı uşaqlar, hamilə qadınlar və yaşlı insanların qidalanmasına mütləq əlavə etmək lazımdır.


    Dadlı və xeyirli qarabaşaq sıyığını bişirmək üçün müəyyən qaydalara əməl etmək lazımdır.

    1. Yarmanı diqqətlə təmizləyirik və bir neçə dəfə (su təmiz olana kimi) yuyuruq.
    2. Yarmanı ələyə tökürük ki, artıq su tökülsün və yarma bir qədər qurusun.
    3. Daha sonra divarları qalın olan qazanda (ən yaxşı seçim - çuqun qazandır) yarmanı bir qədər (çox yox!) qovururuq.
    4. Yarmanın üzərinə qaynar su tökürük. Suyun və yarmanın nisbəti çox vacibdir. 1 stəkan yarma üçün 2 stəkan su götürülür, 2 stəkan yarmaya 4 stəkan su və s.
    5. İlk 3-5 dəqiqə ərzində (qaynara düşənə kimi) sıyıq güclü odda bişirilir. Daha sonra təxminən 20 dəqiqə ərzində qapağı bağlı qazanda (buxar çıxmamalıdır) su tam çəkilənə kimi bişirmək lazımdır. Bişirilmə zamanı qazanın qapağını açmaq, sıyığı qarışdırmaq olmaz.
    6. Su tam çəkildikdən sonra qazanı 20 dəqiqə ərzində isti ədyala büküb saxlayırlar. Bu sıyığı daha yumşaq edir.
    7. Daha sonra sıyığa duz və kərə yağı (zövqə görə;) əlavə etmək lazımdır


    alinti..
#15.09.2015 01:09 0 0 0
  • Viruslar - Göz iltihabı - Göz iltihabı xesteliyi

    noimage

    Gözlərin selikli qişasının iltihabı konyuktivit adlandırılır. Konyuktivitin səbəbləri müxtəlif ola bilər - allergen, virus, bakteriya, göbələk.

    Konyuktivitin səbəbini təyin etmək çox vacibdir, çünki müalicənin düzgün və effektli getməsi bundan asılıdır.
    Konyuktivitin səbəbi müxtəlif bakteriyalar (stafilokokk, streptokokk, pnevmokokk və s.) ola bilər.
    Viruslar da konyuktivitin inkişafına səbəb ola bilər. Bu viruslar arasında - adenovirus, herpes, qızılca virusu və s.

    Konyuktivitin səbəbi allergiya (dərmana, bitkilərin tozcuqlarına, kontakt linzalara, kosmetikaya və s. qarşı) da ola bilər. Konyuktivitin sevimli fəsili - yazdır. Yazda bitkilər çiçəklənir və bitkilərin tozcuqları allergiyaya meyilli insanlarda konyuktivitin inkişafına səbəb olur.


    Səbəbindən asılı olmayaraq bütün konyuktivit növlərinin eyni simptomları var. Bu simptomlar arasında:
    - göz qapaqlarının ödemi və qızarması,
    - gözlərin selikli qişasının ödemi və qızarması,
    - gözlərin sulanması,
    - işıqdan qorxma,
    - gözlərdə ağrılar və gözlərdə yad cismin hissi,
    - gözlərdən seliyin, irinin axması.

    Bunlara qeyri-spesifik simptomlar deyilir. Bəzi simptomlar da var ki, bu simptomlar məhz hər hansı konkret konyuktivitin növünə (bakterial, virus və s.) işarə edin. Bu simptomlara əsaslanaraq həkim xəstəyə diaqnoz qoyur və müalicə təyin edir.
    Konyuktivit adətən hərarətin artmasına səbəb olmur. Lakin bəzən konyuktivit digər infeksiya və ya iltihabın fonunda inkişaf edə bilər (kəskin respirator infeksiyası, qızılca və s.). Bu halda hərarətin artmasının səbəbi konyuktivit deyil, məhz bu infeksiya və ya iltihab olur.
    Konyuktivitin ilk simptomlarında dərhal oftalmoloqa müraciət etmək lazımdır. El arasında "dəbli" olan çay islatmaları xəstəliyin kəskin dövründə heç bir müalicəvi effekt verməyəcək, xəstənin vəziyyəti isə daha da ağırlaşacaq (iltihab buynuzlu qişaya keçə bilər ki, bu görmənin zəiflənməsinə gətirib çıxarda bilər).
    Konyuktivitin səbəbindən asılı olaraq oftalmoloq xəstəyə antibakterial ("antubiotik"), viris əleyhinə və ya antihistamin (allergiya əleyhinə;) preparatlar təyin edə bilər. Preparat göz damcısı və göz məlhəmi şəklində olur.
    Konyuktivitin müalicəsi simptomların tam yox olmasına kimi davam olunmalıdır. Tam şəkildə müalicə olunmadıqda konyuktivit xroniki formaya keçə bilər.

    Alinti...
#15.09.2015 00:55 0 0 0