N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

#08.09.2015 20:54 0 0 0
#08.09.2015 20:46 0 0 0
#08.09.2015 20:40 0 0 0
#08.09.2015 20:35 0 0 0
  • Gelincikler - Elza gəlincikləri - Yeni gelincikler

    noimage

    Müğənni-bəstəkar, əməkdar artist Elza Seyidcahanın prototipi olan gəlinciklər istehsal olunacaq. Bu barədə Aile.lent.az-a açıqlamasında Elza Seyidcahan özü bildirib.

    Onun sözlərinə görə, Elza kuklaları Barbi kuklalarının analoqu kimi düşünülüb. Kuklaların eskizlərini dizeyner-modelyer Leyla Əhmədova hazırlayır: “Elza kuklaları müxtəlif - ağıllı, şıltaq, ərköyün, yaradıcı, işgüzar obrazlarda olacaq. Bütün məşhur kuklalardan fərqlənəcək. Ayrı-ayrı ayaqqabı geyinən, qəribə, maraqlı saç düzümləri olan kuklaların yanında piano, şer yazan masa, müxtəlif maraqlı aksessuarlar və heyvanlar da olacaq. Kuklaları kağızdan, dəmirdən geyimlərdə görəcəksiz. Bir sözlə, etdiyim bütün layihələr və imicim bu gəlinciklərin simasında öz əksini tapacaq. Ona görə də kuklalar çoxçeşidlidir. Bu ideya prodüserim Elxan Alisatova məxsusdur. Mənim taykeş ayaqqablarımdan dünya şöhrətli idmançılar, sənət adamları, Mişel Obama kimi məşhur xanım da geyinir”.


    E. Seyidcahan tərbiyəvi əhəmiyyəti olan kuklaların uşaqlara böyük bir hədiyyə olacağını da əlavə etdi: “Mən sənətə gələndən heç kimin təbiyəsini pozacaq hərəkət etməmişəm. Merlin Monro neçə illərdir dünyasını dəyişib, amma bu gün də onun fikirlərindən sitatlar gətirirlər. Heç kəsə sirr deyil ki, o, insanlara tərbiyəvi nümunə olmayıb. Niyə Azərbaycanın yaxşı nümunələrini dünyaya yaymayaq?”


    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    Ümidə QƏHRƏMAN
#08.09.2015 20:08 0 0 0
  • Yanıq - Yanıq xəsarəti alanlara meslehet

    noimage

    Yanğın hadisəsindən heç birimiz sığortalanmamışıq. Yanıq ən ağır xəsarət hesab olunsa da, bəzən nə özümüzü, nə də yaxınlarımızı bu xəsarətdən uzaq tuta bilirik. Hətta aramızda uşaq vaxtı yüngül də olsa, yanıq xəsarəti almayan az adam tapılar. Odur ki, yanıq xəsarəti alanlara ilk tibbi yardımın necə göstərilməli olduğunu da hamımız bilməliyik.

    Mayın 19-da Bakıda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi isə göstərdi ki, çoxumuz belə hallarda necə davranmalı olduğumuzu bilmirik. Adi yanıq xəsarəti zamanı belə, ilkin tibbi yardımın necə ediləcəyindən məlumatsızıq. Aile.lent.azın əməkdaşı Respublika Yanıq Mərkəzinin cərrahı Ülviyyə Zeynalova ilə məhz bu barədə söhbət edib.


    Ü.Zeynalova deyir ki, yanıq xəsarətləri zamanı ilkin tibbi yardımın səhv göstərilməsi yanıq yarasının daha da ağırlaşmasına səbəb ola bilər. Ümumiyyətlə, yanıqlar dərinin və dərialtı toxuma qatlarının zədələnmə dərəcəsinə görə 4 cür olur.

    1-ci dərəcə zədə yerində dərinin qızarması və şişkinliyi, 2-ci dərəcə açıq sarı rəngli maye ilə dolu kiçik suluqların əmələ gəlməsi, 3-cü A dərəcə böyük gərgin suluqların əmələ gəlməsi ilə müşahidə olunur. Suluqların divarları adətən cırılmış, yaranın dibi çəhrayı rəngdə və nəm olur. Ağrı hissi suluğun dib hissəsində saxlanmış və ya zəifləmiş olur. Daha gecikmiş müddətlərdə açıq sarı, bəzi hallarda qəhvəyi və boz rəngə çalan qartmaq əmələ gələ bilər. 3-cü B dərəcə qanlı möhtəviyyata malik, adətən divarı dağılmış, dibi quru, ağımtıl, bəzən mərmər şəkilli, tək-tək avazımış ləkələrlə olan suluqların əmələ gəlməsinə səbəb olur. 4-cü dərəcəli yanıqlar isə ən ağır və çox təhlükəli hesab edilir. Bu yanıqlar zamanı nəinki dərinin bütün qatları, həmçinin dərialtı birləşdirici toxuma və əzələ qatı da zədələnir. Bu zaman yaranın səthi tutqun-boz rəngdə olur. Buna kömür yanığı deyilir. 4-cü dərəcəli yanıqlar oynaqlarda olarsa, amputasiya aparılır. Bu yanıq yarasının sahəsi böyükdürsə, insanın həyatını xilas etmək də çətin olur.


    Həkimin sözlərinə görə, yanıqların sağalma vaxtı onların dərəcələrinə görə dəyişir: “1-ci dərəcəli yanıq ən asan sağalan yanıqdır. 2-ci dərəcəli yanıqda sağalma dövrü 14 gündən sonra başlayır, 21-ci günə qədər çəkir. 3-cü dərəcəli yanıqların sağalma dövrü də xeyli çəkir. 4-cü dərəcəli yanıqlar ən gec sağalan yanıqlardır. 4-cü dərəcəli yanıqdan sonra yaralar uzun müddət ərzində sağalır, uzun müddətli və mürəkkəb cərrahi müalicə tələb olunur, bəzi hallarda isə yanıq nəticəsində zədələnmiş ətrafın amputasiya (kəsilməsi) edilməsinə tələbat yaranır”.


    Cərrah qeyd edir ki, yanıq hadisəsi baş verən zaman xəstəyə ilkin tibbi yardımın necə göstərilməsi də önəmlidir: “Zərərçəkənə ilkin yardım göstərilməsinin lap əvvəlində mümkün qədər tez bir zaman ərzində yüksək temperaturun təsirini dayandırmaq lazımdır. Əgər bu alov olarsa, zərərçəkənin üzərinə su tökmək və ya onun üstünə örtük, adyal atmaq lazımdır. Bu zaman alov sahəsinə hava axını kəsildiyi üçün o, tez bir zamanda sönür. Bunları çox ehtiyatla, zərərçəkənin başını örtmədən etmək lazımdır. Əks halda, onda tənəffüs yollarının yanığı və yanmanın toksik məhsulları ilə zəhərlənmə baş verə bilər. Bundan sonra mümkün qədər cəld hərəkətlərlə, yanıq sahəsini zədələmədən, yanmış paltarlarını kəsib çıxarmaq lazımdır. Əgər paltar bədənin zədələnmiş hissəsinə yapışarsa, onu yaradan qoparmaq olmaz. Bu halda paltarın həmin sahəsini yara ətrafı boyunca kəsmək lazımdır. Yanıqlar zamanı ilk tibbi yardımın xarakteri yanığın dərəcəsindən və sahəsindən asılıdır. Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardımı zədələnmiş sahənin soyudulmasından başlayırlar. Bədənin yanan sahəsini 10-15 dəqiqə ərzində soyuq axar su altında saxlayın. Bu, dərinin soyumasına, ağrının keçib getməsinə səbəb olur və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır. Çox təəssüf ki, bəzən evdə yanan sahəyə yağ, yağlı məlhəmlər, vazelin, kartof, diş məcunu və sair sürtürlər. Bu, qəti qadağandır. Bununla siz yanan dəridən istiliyin xaric olunmasının qarşısını almış olursunuz. Dəri su ilə soyudulandan sonra yanıq sahəsinə yanıqlara qarşı olan “Pantenol” adlı dərman çəkmək lazımdır. Ardınca "Betadin"lə sarğı qoyulmalıdır. Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı zərərçəkəni təmiz döşəkağı ilə bürümək, ağrıkəsici dərmanlar vermək və dərhal xəstəxanaya çatdırmaq lazımdır. Uşağa antihistamin preparatını, həmçinin ağrıkəsici dərmanı yaşına uyğun dozada olmaqla vermək lazımdır. Çoxlu su, maye vermək olmaz, çünki qaytara bilər. Güclü yanıqlar zamanı dözülməz ağrılar yarandığı üçün ağrı şokunun qarşısını almaq məqsədi ilə ağrıkəsici dərmanların verilməsi çox vacibdir”.


    Ü. Zeynalova vurğulayıb ki, son vaxtlar valideynlərin səhlənkarlığı üzündən 8 ayından 2 yaşına qədər uşaqların yanıq xəsarətləri almasına tez-tez rast gəlinir. Ona görə də valideynlər xüsusilə bu yaşlarda uşaqları yanğına səbəb olacaq maddələrdən uzaq tutmalı, isti suyu, südü, çayı, hətta yeməyi onların əli çatacaq yerə qoymamalıdır.

    alinti...
#08.09.2015 16:37 0 0 0
  • Üzərlik - Üzərliyin müalicəvi qüvvəsi haqqinda

    noimage

    Üzərlik çoxillik bitkidir, quru iqlim şəraitində özünü yaxşı hiss edir.
    Azərbaycanda üzərlik quru iqlim şəraiti olan bütün bölgələrdə, Abşeronun isə demək olar, hər qarışında bitir.
    Ən maraqlı xüsusiyyəti əsasən qəbiristanlıqda yetişməsidi. Hətta üzərliyin rus dilində adlarından biri də “moqilnik”dir ki, bu da tərcümədə “köhnə qəbiristanlıq” deməkdir. Azərbaycanda üzərliyə olan mistik münasibət və inanclar, ola bilsin, elə bu bitkinin qəbiristanlıqda yetişməsi ilə əlaqədardı. Elmi mənbələr üzərliyin niyə məhz qəbiristanlıqda bitdiyini izah etmir.

    Üzərlik son dərəcə qiymətli bir müalicəvi bitkidi. İbn Sina (Avisenna) və digər qədim zamanların dahi alimləri öz elmi işlərində üzərliyin çoxsaylı müalicəvi xüsusiyyətləri haqqında yazırdılar.
    Orta əsr alimləri üzərliklə kəskin əsəb xəstəliklərini, epilepsiyanı, iflici, zəif görməni müalicə edirdilər.
    Orta əsr mənbələrində üzərliyin xassəcə isti və quru olduğu, bədəni isti saxladığı, yuxu gətirdiyi, aybaşını açdığı, sinəni yumşaltdığı, qatı bəlğəmi, bağırsaqlardan qazı çıxardığı, qanı durulaşdırdığı haqda da bilgilər var.
    Üzərlik zəhərli bitkidir. Onun tərkibində çoxlu miqdarda "alkaloid"lər var. Bu səbəbdən üzərliyin həddən artıq miqdarlarda qəbulu orqanizmə (xüsusilə insanın qan-damar və sinir sisteminə;) mənfi təsir edir - qıcolmalara və hallyusinasiyalara, nəfəsalmanın, ürək fəaliyyətinin pozulmasına səbəb ola bilər. Bu səbəbdən üzərliyi istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
    Üzərliyin dəmləmələri soyuqdəymə xəstəlikləri, qarqara şəklində damaqların möhkəmləndirilməsi üçün istifadə olunur.
    Revmatizm zamanı üzərliklə olan vannalar çox yaxşı müalicəvi effekt verir. Həmçinin üzərlik dəmləmələri müxtəlif dəri xəstəlikləri zamanı da çox effektlidir.
    Üzərlik mikrobəleyhinə təsir edir, orqanizmi qurdlardan təmizləyir.
    Üzərlik sidikqovucu, ödqovucu və bəlğəmgətirici təsirə malikdir, yüksək arterial təzyiqi aşağı salır, qan dövranı yaxşılaşdırır.
    Sidik kisəsi və sidik yolları iltihabları zamanı üzərliyin dəmləməsi təsili müalicəvi vasitə kimi istifadə oluna bilər.
    Üzərlik həmçinin bağırsaqlara işlədici təsir edir.
    Xalq təbabətində üzərliyin dəmləməsi mərkəzi sinir sistemi xəstəlikləri zamanı istifadə olunur. Üzərlik beyinin damarlarını genişləndirir, beyində qan dövranını yaxşılaşdırır.
    Üzərliyin toxumu oynaq ağrılarının birinci dərmanıdı. Təpitməsi isti-isti bədənin ağrıyan yerinə qoyulanda ağrıları kəsir.
    Yanan üzərliyin tüstüsü də çox xeyirlidir - mikrobları öldürür, sakitləşdirir, yuxusuzluqla mübarizə aparmağa kömək edir.
    Əslində Azərbaycanda üzərlikdən istifadə daha çox onun başqa xüsusiyyəti ilə bağlıdı. Azərbaycan mifologiyasında, inanclarında və elə indiki məişətində də üzərlik yalnız bir xüsusiyyətinə görə seçilir. Bu da onun insanı bədnəzərdən qorumasına inamla bağlıdı. Ona görə üzərliyə demək olar ki, hər evdə rast gəlmək mümkündü.


    alinti...
#08.09.2015 16:34 0 0 0
  • Boyalar - Sac boyasi - Sac boyasi haqqinda - Boyadan yanan saçlar - Maskalar - Boyadan yanan saçlar üçün maska nece hazirlanir?

    noimage

    Maska -1.
    4 yemək qaşığı jojoba yağı
    2 çay qaşığı bibəriyə yağı
    1 çay qaşığı ətirşah çiçəyi yağı

    Bunları qarışdırıb nəmli saçlarınıza masaj edərək tətbiq edin. 15 dəqiqə saxlayıb şampunla yuyun.

    Maska - 2.
    1 ədəd yumurta
    2 çay qaşığı ərik yağı
    5 yemək qaşığı Hindistan qozu yağı

    İlk əvvəl yumurtanı yaxşıca çırpın, sonra qalan ərzaqları içinə qatın. Uclarına daha çox vuraraq bütün saçınıza yeridin. 20 dəqiqə saxladıqdan sonra saçınızı şampunla yuyun.

    Maska - 3.
    1 ədəd banan
    1 yemək qaşığı bal

    Püre halına gələn bananın içinə bal əlavə edin. 20 dəqiqə saxladıqdan sonra saçlarınızı ilıq su ilə durulayın və şampunla yuyun.

    Maskaları həftədə 2-3 dəfə edin.

    alinti...
#08.09.2015 15:44 0 0 0
  • Derimiz ucun faydali olan nedir? - Ağ gilin faydasi - Ağ gilin dəriyə faydaları nələrdir?


    noimage


    Dəri baxımı qadınlar üçün böyük əhəmiyyət daşıyır. Aile.lent.az dərisinə qulluq etməyi sevən xanımlar üçün ağ gildən hazırlanan fərqli maskalar təqdim edir.
    Ağ gil, gillər arasında ən yumşaq olanıdır və həssas dərilər çox üçün uyğundur.

    Dərini nazikcə təmizləyərkən dəridəki qan dövranını yaxşılaşdırır.
    Mükəmməl məsamə təmizləyicisidir.
    Quru dərilər üçün ideal baxım təmin edir.
    Təbii mineral artırıcıdır və yaşlanmanın qarşısını alır.
    Dərini rahatladır, yumşaqlıq, parlaqlıq qazandırır.
    Dərini toksinlərdən təmizləyir.

    Maska – 1

    2 yemək qaşığı ağ gili bir qaba əlavə edib 2 yemək qaşığı içməli suyu üzərinə əlavə edin. Bu qarışımı yumşaq fırça ilə üzünüzə vurun. 15-20 dəqiqə saxladıqdan sonra ilıq su və bir nazik parçanın köməyi ilə təmizləyin. Maskanı sildikdən sonra tonik və nəmləndirici vurun.

    Maska - 2
    1 çay qaşığı ağ gili qaba qoyun. Gilin üzərinə 1 çay qaşığı qabartma tozu və 1 yemək qaşığı qatıq əlavə edib qarışdırın. Qarışımı üzünüzə vurub tamamilə quruduqdan sonra ilıq suyla yuyun. Əgər maskanı vurarkən dərinizdə göynəmə hiss edirsizsə, dərhal yuyun.

    Maska - 3
    3 yemək qaşığı ağ gili bir qaba əlavə edin. Gilin üzərinə 2 damcı ərik yağı əlavə edib qarışdırın, sonra 3 damcı zeytun yağı əlavə edin. Krem halına gələnə kimi ilıq su əlavə edin. Üzünüzə vurub 10 dəqiqə saxlayın. Həftədə bir dəfə edin.

    Maska - 4
    1 çay qaşığı limon suyu, 1 çay qaşığı aspirin tozu, 1 çay qaşığı ağ gili bir qaba əlavə edib qarışdırın. Sızanaqların üzərinə vurub 20 dəqiqə sonra yuyun.

    Maska - 5
    2 yemək qaşığı ağ gillə 10 damcə ərik çəyirdəyi yağını qarışdırın. Yoqurt halına gələnə kimi az-az gül suyu əlavə ein. Qarışımı gözaltı, dodaqdan başqa bütün üzünüzə vurub 10-15 dəqiq danışmadan qurumasını gözləyin. Quruduqdan sonra ilıq suyla yuyun.

    Ağ gil maskası vurmadan əvvəl dərinizi buxara verib yaxşıca təmizləyin.

    Maskanı şüşə qabda hazırlayın və maskanın üzdə çox qurumasını gözləməyin.


    Fərizə Əhmədova
#08.09.2015 15:41 0 0 0
  • Sodanın dəriyə nece faydası var?

    noimage

    Soda tərkibindəki asitlər sayəsində dəri üzərindəki bakteriyaları yox edərək məsamələri açır və nəticədə dəri nəfəs alır.

    Yağlı və qarışıq dəri tipinə uyğun olan soda maskası dərinizi təmizləyib nəmləndirəcək.
    Bunun üçün iki xörək qaşığı sodanı qaba qoyun. Barmağınızı soda ilə isladaraq üzünüzə sürtün. 15-20 dəqiqə sonra ilıq suyla yuyun. Ardından nəmləndirici ilə işi tamamlayın.

    Fərizə Əhmədova
#08.09.2015 15:36 0 0 0
  • Saclar - Saclar haqqinda - Saç rəngleri - Saçımizin rəngini darçınla nece açaq?

    Aile.lent.az saç rəngini açmağın ən təhlükəsiz üsulunu təqdim edir. Darçınlı qarışım sayəsində saçlarınız daha işıltılı, ipək kimi yumşaq və daha parlaq olacaq.
    3 yemək qaşığı darçın, fincanın üçdə bir hissəsi qədər bal və kondisionerli saç kremini qarışdırın. Homogen qarışım yaratmaq üçün plastik qaşıqla hərtərəfli qarışdırın. Metal qab və qaşıq istifadə etməyin.

    Saçınızı həmişəki saç şampununuzla yuyun. Saçlar bir az nəmini çəkəndən sonra önə atıb iri daraqla ayırın. Qarışımı hərtərəfli saçınıza yaxın. Çalışın qarışım dəriyə düşməsin, qızartı, allergiyaya səbəb ola bilər. Qarışımı saç dərisinə vurmayın.

    Saçı sellofanla sarıyıb dəsmalla bükün. 30 dəqiqə sonra dəsmalı çıxarıb daha 3-4 saat gözləyin. 3-4 saat sonra saçlarınızı isti suyla yuyun. Saç rənginiz 2 ton daha açılacaq. Əgər daha da açıq olmasını istəyirsizsə, 3 yox, 4 yemək qaşığı darçından istifadə edin.


    alinti...
#08.09.2015 15:13 0 0 0
  • Qadin dunyasi - Saçınızin gozeliyi - Saçınızı yumadan nece təmizlemeliyik?

    noimage

    Nişastalı (kraxmallı) şampun ən unikal quru şampun hesab olunur, çünki istifadəsində heç suya ehtiyac yoxdur. Uzun səyahətə çıxarkən istifadə edə bilərsiz.
    Nişastanın azca qismini saçlara çiləyib masaj edin. 10-15 dəqiqə sonra fırça, ya da quru dəsmalla nişastanı başınızdan təmizləyin.

    Saçlarınız təmiz və havalı olacaq.

    Alinti..
#08.09.2015 15:09 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Tanınmış rəqqasə Fatimə Fətəliyevanın Aile.lent.az-a müsahibəsini təqdim edirik.


    - Fatimə, səni bir yerdə tutmaq olmur. Bu işgüzarlıq haradan qaynaqlanır?

    - Bəzən işgüzar xanımlara “kişi kimi işləyir”, - deyirlər. Hərdən də öz-özümüzə deyirik ki, “biz kişi kimi qadınıq”. Amma əslində “kişi kimi qadın” yoxdur. Kişi xasiyyətli qadın ola bilər. Allah məni qadın kimi yaratdı. Amma hərdən öz-özümə deyirəm ki, gərək, mən kişi kimi dünyaya gələrdim. Çünki ata-anama oğul, qardaşıma qardaş olmuşam. Bir qardaşım var, illərdir başqa ölkədə yaşayır. Zəng vuranda mənə deyir ki, “qardaşım, nətərsən?” Təbii ki, məndə də qadın zərifliyi və zəifliyi var. Tez inciyərəm, tez ağlayaram, tez küsərəm. Əsəbləşərəm, amma 5 dəqiqədən sonra hirsim soyuyar. Ancaq bu 5 dəqiqədə heç kim mənə heç nə deməsin, yoxsa əsəbim 5 il davam edə bilər.

    - Heç yorulmursan?

    - Əslində çox yoruluram. Bilirəm ki, elə bir gün olacaq, mən yerimdən tərpənə bilməyəcəm. Qəfil özümü çox pis hiss edə bilərəm... Uşaq vaxtı məktəbdə yaxşı oxumurdum deyə atam mənə zarafatla “quş beyin” deyirdi. Qardaşım çox ağıllı idi. Mənsə oğlan kimi böyüyürdüm, dalaşırdım, evi dağıdırdım, qolumu qırırdım. Atam deyirdi ki, “səndən gözüm su içmir”. Məktəbə ancaq geyimlərimi göstərməyə gedirdim. Məni uşaqlıqda yaxşı geyindiriblər. Çox ərköyün idim, təzə nə çıxdısa, birinci mən geyinməliydim. O vaxtlar az hallarda xarici ölkələrə gedirdilər. Amma mənim valideynlərim o vaxtın biznesmenləri idi. Çox yaxşı, qayğısız böyüyürdüm. Nə zamansa əziyyət çəkəcəyimi, pul arxasınca düşəcəyimi, uşaqlarım, ailəm üçün çalışacağımı düşünmürdüm. Elə bilirdim ki, hər şey necə var elə də qalacaq. Amma bir də görürsən Allah insanı silkələyir və deyir ki, “ayıl!”. Bürclərə inanıram. At ili, qoç bürcündənəm. Bu cür insanlar heç vaxt yorulmurlar, əziyyətə dözən olurlar.

    - Nə zaman silkələnib ayıldın?

    - Öz-özümə çox suallar verirəm. İşim bitəndən sonra bədənim ağrıyır. Maşını sürürəm sakit bir yerə, mahnı dinləyə-dinləyə ağlayıram. Bununla təskinlik tapıram. Öz-özümlə, Allahla danışıram. Elə yoruluram ki... Sonra özümü söyürəm ki, Allaha üsyan etmə. Həyatda o qədər pis gündə yaşayan, nə edəcəklərini bilməyən, başlarını itirən qadınlar var ki... Uşaqları nəsə istəyəndə onu verə bilmirlər, əllərindən heç nə gəlmir. Artıq başqa yolları seçirlər, ya oğurluq, ya da bizim millətə yaraşmayan hərəkətlər etməyə məcbur olurlar. Min cür əziyyətlə olsa da, çoxları məni qınasa da, mən öz ayaqlarım üzərində durmağı bacardım. Bunu heç yerdə deməmişəm, amma sizə etiraf edəcəm: vaxt var idi cavan qız idim, ailə qurmamışdım. Ətrafımda çoxlu qohum-əqrəba var idi. Bu gün hamısı var, amma heç kim yoxdu. Bir vaxt oldu ki, mən qohumlar üçün qınaq obyektinə çevrildim. Dedilər ki, “Fatimə gərək rəqqasə olmazdı”. Amma illər keçdi, onlar məni tapmaq istəyəndə mən onlardan üz çevirdim. Bugünkü gün də bibim qızları məni axtarırlar, amma mən özüm onlardan uzaqlaşıram. Çünki mən övladım, anamla birlikdə əziyyət çəkəndə yanımızda heç kim yox idi. Şükür ki, qarşıma yaxşı insanlar çıxdı. Bu o demək deyil ki, bir kişi çıxıb mənə sponsorluq etdi. Xeyr! Yaxşı xanımlar çıxdı qarşıma, mənə restoran, şou-biznes mühitində kömək etdilər.

    - Demək istəyirsən ki, məcburən rəqqasə oldun?

    - Əslində rəqqasə olmaq istəməzdim. Qəşəng oynayardım, rəqs edərdim, amma rəqqasə olmazdım. Bir də dünyaya gəlsəm, rəqqasə olmaram. Tibb Universitetində oxuyurdum. 4-cü kursda təhsilimi yarımçıq qoydum. Təhsilim ödənişli idi, illik təhsil haqqını ödəyə bilmədik. Ailəmizin hər şeyi var idi, amma atam qəfil rəhmətə getdi, qardaşımın böyük problemləri yarandı. Müflis olduq. Öz əziyyətilə ev, maşın alan adamın əlindən hər şey getdi. Biz həyata sıfırdan başladıq. Vaxt var idi ki, qızım Aydan ət istədi, mən onu alıb ona verə bilmədim. Adam boğulur, uşağın yemək istəyir, amma sənin əlindən heç nə gəlmir. Kirayələrdə qaldıq. Pis insanlar da gördüm. İşləmək istəyirdim, amma mənə pis şeylər təklif edirdilər. Mən də istər-istəməz qapını çırpıb getməli olurdum. 20-21 yaşında gənc qız ikən bunları yaşadım.

    - Dedin ki, bir də dünyaya gəlsəydin, rəqqasə olmazdın. Bəs hansı peşə sahibi olmaq istərdin?

    - Təhsilimi davam etdirərdim. Başqa ölkədə yaşasaydım, hə, rəqqasə olmaq problem deyil. Amma burada, Azərbaycanda rəqqasəliyə yaxşı baxmırlar. İstisnalar da var. Dövlət Rəqs Ansamblı böyük kollektivdir. Orada rəqqas və rəqqasələr var. Onlar xarici ölkələrə gedirlər, böyük yerlərdə çıxışlar edirlər. Amma rəqqasə deyəndə Fatimənin adını çəkirlər. Çünki bütün nəzərlər Fatimədədir. 16 ildir səhnədəyəm. Çox sayda kliplər çəkdirmişəm. Heç bir rəqqasə “Ana Vətən” adlı kompozisiyaya klip çəkdirməyib. Bu klipi Avropa Oyunlarına həsr etdim. Əslində belə işlər görəndə rəqqasə olmağımla fəxr edirəm. Lakin hərdən elə şeylərə rast gəlirəm, qulağıma elə sözlər çatır ki, pis oluram. Rəqqasə olduğuma görə ən çox qızım əziyyət çəkir. Deyir “ana, gərək rəqqasə olmazdın”. Bizim mentalitet buna imkan vermir. Mən dünya və müxtəlif xalq rəqsləri ifa edirəm. Şərq rəqsi oynamıram. Amma vaxt var idi çarəsizlikdən Şərq rəqsi oynayırdım. Bunlar ömrümün sonunadək məni incidəcək. Kimsə deyə bilər ki, “əcəb edib oynamışam”. Amma mən deyə bilmirəm... Gərək elə olmayaydı...

    - Bunlar baş verəndə artıq ailəli idin?

    - Elə həmin vaxtlarda ailəm dağıldı. Onlarla bizim heç bir problemimiz yox idi. Amma ailəmin vəziyyətinin pisləşməsi ilə onların da iç üzü açıldı. Demə, onlar məni ata-anamın puluna görə istəyiblər. Mən birinci həyat yoldaşımı sevəndə onun heç nəyi yox idi, nə ali təhsil almışdı, nə də işləyirdi. Deyirdim, soğan-çörək yeyərəm, amma onunla yaşayaram. Mən onlara gedəndən sonra söhbətlər başladı ki, “sənin atan-anan etməlidir, bizə ev, maşın almalıdırlar. Niyə etmirlər?” Mən də gəlib evdə anamın üstünə düşürdüm ki, onlar belə deyirlər, sən etməlisən. Anam yoldaşımı dəri dükanında işə düzəltdi. Ancaq orda da özünü doğrultmadı. Malları satırdı, pullarını sağa-sola xərcləyirdi. Çox böyük sevgi ilə ailə qurmuşdum. Amma o sevgi söndü. O vaxtdan həyatımda ağ-qara zolaqlar bir-birini əvəz etdi.

    - Özünü toparlamaq çətin oldu?

    - 18-19 yaşımda mən öz ayaqlarım üzərində durmağa məcbur oldum. Amma gözləmədim kimsə gəlib bizi düşdüyümüz vəziyyətdən xilas etsin. Demədim görəsən, mənə hansı kişi baxacaq? Vaxt olub ki, borclara, faizlərə görə anam özünü asmaq istəyib. Çox əziyyətlər çəkdim. Ancaq Allah mənə yollar açdı. Heç vaxt fikirləşməzdim ki, gözəllik salonum, xınayaxdı mərasimlərinin təşkili ilə məşğul olan şirkətim və böyük komandam olacaq. Çoxları deyir ki, “buna bax, əlində neçə dənə qarpız tutub”. Bacarırsansa, sən də tut. Tutmağı da bacarmaq lazımdır. Bunların hamısını Allahın köməkliyi ilə etmişəm. Belə bir söz var: səndən hərəkət, məndən bərəkət. Amma bicliklə yox, düzgünlüklə.


    - Birinci dəfə ailə quranda neçə yaşın var idi?

    - 16 yaşımda ailə qurdum. 4-cü mikrorayonda 5 nömrəli məktəbdə Fatimə adlı balaca qız oxuyurdu. Həmin məktəbi bitirmiş oğlan məktəbə gəldi və o qızı, yəni məni gördü. Həmin gündən məni gözümçıxdıya saldı ki, “səni alacam”. Nişanlandıq. Amma bir müddət sonra valideynlərim nişanı qaytardı. Çünki heç yerdə təhsil almırdı, işləmirdi. Nişanlı olan zaman valideynlərim onun və ailəsinin iç üzünü görmüşdü, başa düşmüşdülər ki, onlar bizə uyğun ailə deyil. Mən uşaq idim, anlamırdım. Amma oğlan məni yoldan çıxarıb qaçırtdı. Qaçırtdı deyəndə ki, öz istəyimlə qaçdım. 1995-ci il yanvarın 27-də toyumuz oldu. Noyabrın 20-də Aydan dünyaya gəldi. 1996-cı ilin avqustunda mübahisələr başladı. Sentyabrda atam rəhmətə gedəndə ayrıldım, noyabrda isə rəsmən boşandıq.

    - Problem təkcə maddi çətinlik idi?

    - Bəli. Ən çox da özünü kobud aparırdı, bizi borclu çıxarırdı, atam rəhmətə gedəndən sonra anamın üstünə qışqırırdı. Hakimiyyəti ələ almaq istəyirdi. Belə şeylər məni ayıltdı. Həm də onun mənə qarşı rəftarları da səbəb oldu. Gözü-qaşı oynayan insan idi. Ayrılandan sonra Bakıdan getdi. Neçə il sonra qayıtdı, barışmağımızı və Türkiyəyə köçməyimizi istədi. Amma anamın burda qalması şərtilə. Mənsə anamı qoyub heç yerə gedə bilməzdim. Mən Şərq rəqsləri ifa etməyə başlayanda o, üzünü bizdən birdəfəlik çevirdi. Mən bunu demişəm, deyirəm də - o insan ən axırıncı adamdır. Artıq Aydanın 20 yaşı olacaq. O, insan öz uşağını saymır. Nə yaxşı ki, mən belə insandan ayrılmışam. Çünki onun qəlbi yoxdur. İndi imkanlıdır, hər şeyi var, özü üçün bütün şəraiti yaradıb. Amma qızını görmür, görəndə üzünü çevirir. Aydan atasızlıqdan çox əziyyət çəkib. İmkanı olmayan vaxtı gəlib-gedirdi, qızı ilə görüşürdü. İndi yox. Artıq Aydan da başqa cür düşünür. Qızım hər şeyi bilir, başa düşür. Heç vaxt məni qınamır, qınamayıb da. Aydan əslində atasını qınayır. Özü başa düşməsəydi, ürəyində kin qala bilərdi. Amma o, atası ilə görüşdü. 2 il əvvəl özü atasının iş yerinə getdi. Dedi ki, “mənə səndən heç nə lazım deyil. Elə bilərsən gəlmişəm səndən nəsə istəyim. Sadəcə ata qayğısına, nəvazişinə ehtiyacım var”. Atası da söz verdi ki, görüşərlər, danışarlar. Amma sonra telefon nömrələrini dəyişdi, sms-lərə cavab vermədi. Çox soyuqqanlı insandır. Ona görə də qızım onu birdəfəlik sildi.

    - Sevgi də bu ailəni xilas etmədi?

    - Onu dəhşətli dərəcədə çox sevirdim. Məni ona vermirdilər deyə damarlarımı kəsirdim, dərman içirdim. Amma sevgidən nifrətə bir addımdır. Belə bir məsəl var - tez alışan, tez sönür. Ona görə də qızları tez ərə vermək lazım deyil. 15-16 yaşında qıza “ərə get, qızım”, - demək olmaz. Qızı ərə verməyin ən yaxşı vaxtı 20 yaşdan sonradır. Oğlan da 25 yaşdan sonra evlənə bilər. 19 yaşında oğlan nə başa düşür, nə anlayır ki, ailə nədir? Biz ailə quranda mənim 16, onun 19 yaşı vardı. O yaşda cavan uşaq ailə saxlaya bilər?! Anladım ki, sevgi mənim üçün bir yuxudur. Sevgi deyəndə gözüm önündə həm kədər, həm acı, həm sevinc, ürək açan və açmayan şeylər canlanır.


    - Subay olduğun müddətdə evlilik təklifi almışdın?

    - Məktəb vaxtından o qədər sevənlərim var idi ki. Çox adam məni istəyib. Uşaq vaxtından mənə “Göyçək Fatimə” deyirdilər. Məndə çox adamın gözü var idi. Başqa ölkədə ailə qurmaq təklifi də oldu. Amma anamı qoyub getmədim. Bunu edə bilməzdim.


    - Bəs sonra heç sevmədin?

    - Yenidən sevməyim üçün çox uzun zaman keçdi. Sevgi əslində gözəl şeydir. İndi sevirəm, sevilirəm, hörmət edirəm. Artıq dəlisov sevgi deyil. O vaxt sevgi o idi ki, ay Allah, bircə dəfə görərdim onu. İndi məndə belə şeylər yoxdur. Artıq mənim sevgimin içərisində hörmət var. Sevgi mənim üçün tam başqa hisslərdir. Hərdən mən Aydanı sıxıram, suallara tuturam ki, birdən kiminləsə danışar. Heç yerə tək getməyə icazə vermirəm, qoymuram rəfiqələri ilə birlikdə olsun. Əslində bu da pis şeydir. Qızımın həyatına qarışmıram, sadəcə başa salıram, məsləhət verirəm. O, məndən heç nəyi gizlətmir. Ola bilər ki, kimisə sevər. Ona deyirəm ki, suyu da üfür-üfürə iç, sən başı uca olmalısan. Qoy, sənin uğuruna baxıb dəli olsunlar. Onun kimi xanım-xatın, ağıllı, tərbiyəli qıza onu başa düşən, sevən, hörmət edən, ailəcanlı insan arzu edirəm. İstərdim ki, qızımın çoxlu qohum-əqrəbası və övladları olsun. Hərdən də özümü söyürəm ki, axı o, artıq böyük qızdır, ona müstəqillik vermək lazımdır. Amma nə qədər qoymasan da və ya qoysan da, insanın özündə varsa edəcək, yoxdursa etməyəcək. Qapını bağlayırdılar mən pəncərədən qaçırdım görüşə. Amma o, sevgi deyildi. Anormal bir hiss idi. Kaş, onda valideynlərimin sözünə qulaq asaydım.

    - Belə çıxır ki, gələcək kürəkənin qarşısında şərtlər qoyacaqsan?

    - Qızı ərə verdiyin oğlanın əlində sənəti, işi olmalıdır. Ana bilməlidir ki, qızına ərə verəndən sonra da ona baxmayacaq, bazarlığı, geyiminə kimi alıb verməyəcək. Ondansa elə qalıb da evdə. Qızın da ali savadı, əlində diplomu olmalıdır. Qoy adi oğlan olsun, amma ailəsinin qədrini bilsin. Qadınla kişi arasında mütləq hörmət olmalıdır. Yaş baxımından da oğlan qızdan yaşlı, başa düşən, qazanan olmalıdır. Onda ailəsinin qədrini biləcək. Amma qadın da qazanmalıdır. Onda bir-birini başa düşəcəklər. Qadın evdə oturub kişi qazananda da problem olur, qadın qazanıb, kişi qazanmayanda da problem olur. Kişi ilə qadının öz cüzdanı olmalıdır. Amma onlar cüzdanlarını bir-birindən gizlətməməlidirlər. Büdcə eyni olmalıdır.

    - Özünlə tək qalanda səni nə ağladır?

    - 9 ildir tənha deyiləm. İndi mənim arxamda uşağımın atası - həyat yoldaşım dayanıb. Problemlərimi çözməsə də, hər zaman arxamdadır. O, tam başqa sahənin adamıdır. Şou-biznesdən çox uzaqdır. Tək əldən səs çıxmaz. Bu işin də öhdəsindən tək gələ bilməzdim. Qadının da hər hansı işi idarə etməsi üçün hər zaman yanında kişi olmalıdır. Amma hərdən yoruluram. Öz-özümə deyirəm ki, bəlkə bu sahədən uzaqlaşım? Sonra da cavab verirəm ki, yox, olmaz! Nə vaxt yorulduğumu deyirəmsə, onda işim azalır. İşim də azalanda depressiyaya düşürəm, bədənim, sümüklərim ağrımağa başlayır. Rəqs etməyəndə havam çatmır. Sudan çıxmış balıq kimi oluram.


    - İkinci həyat yoldaşın səni sevgiyə necə inandırdı?

    - Bunu illərlə görürsən. Tərbiyədən də çox şey asılıdır. O, mənim yanımda düzgünlüyü, yalan danışmamağı, sevgisi ilə inam qazandı. Hər zaman mənə dayaq oldu, pis insanlardan qorudu. Məni sanki çərçivəyə alıb, heç kim mənə toxuna bilməz. O barədə çox xoşbəxtəm. Amma tək olsaydım, məni yeyərdilər. O, məni olduğum kimi qəbul etdi. Məhz o, məni Şərq rəqslərindən uzaqlaşdırdı. Ona görə də ona minnətdaram. Əlbəttə ki, tam xoşbəxtlik heç zaman olmur. İnsanın həyatında hər zaman problemlər olur. Heç zaman heç kimə deyə bilməz ki, “məndən xoşbəxti yoxdur”. Ancaq mən indi ailə baxımından özümü yaxşı hiss edirəm.


    - Oğlunu bir müddət gizli saxladın. Buna səbəb nə idi?

    - Ailə üzvlərim övladlarımın şəkillərini, onlar haqda məlumatların yayılmasını istəmirdi. Gizlətməyimin səbəbi bunun yalnız özümə aid olmasıdır. Oğlum, qızım mənim şəxsi həyatımdır, bu, heç kimə aid deyil. Əlbəttə ki, mənim övladım dünyaya elə-belə gəlməyib. Mən o cür qadın deyiləm. Bu gün mənim yanımda bir insan var, o da uşağımın atasıdır. Həm də qızım böyüyüb, söz-söhbətdən uzaq olmaq istəyirik. Bir ilə yaxın atası oğlum haqqında danışmağa icazə vermədi. Amma sonra bir az böyüdü, özüm də onu gizlətmədim. Hamı bilir ki, mənim Hüseynim artıq 4 yaşındadır. Ona gözəl kiçik toy etdik. Qızımla ana-bala münasibətimiz də çox yaxşıdır. Onunla rəfiqə kimiyik. Hara getsəm, yanımda olur. O, olmayanda özümü tək hiss edirəm. Baxmayaraq ki, mənə heç bir köməyi dəymir, amma yanımda olmalıdır. Qərb Universitetində Beynəlxalq əlaqələr fakültəsinin 3-cü kursunda oxuyur. Qızım mənim üçün hər şeydir. Ancaq onun xoşbəxtliyini istəyirəm. Allah onun bəxtini gözəl etsin.


    - Sənətinlə kiminsə qarşısında seçim etməli olmusan?

    - Aliyə Ramazanovanın “Çiçəklər” rəqs ansamblının solisti idim. Azərbaycan Dövlət Televiziyasında çıxışlar edirdik. Ailə quranda rəqsi atdım. Birinci həyat yoldaşım rəqsdən uzaqlaşmağımı istədi, mən də uzaqlaşdım. Aliyə xanım məndən incidi, neçə illər danışmadı. Amma sonra rəqsi atdığıma görə peşman oldum və geri döndüm. Yenidən Aliyə xanım mənə kömək oldu. Muğam Teatrında çalışmağa başladım. Dəfələrlə dövlət konsertlərində çıxışlar etdim. Hazırda Daxili Qoşunların Rəqs Ansamblının solistiyəm. İndi mənə deyirlər ki, rəqsi at, amma atmıram. Çünki hələ vaxtı deyil. Rəqssiz yaşaya bilmərəm. Sənətimi sevirəm. Baxmayaraq ki, insanların bəzi sözləri, neqativləri hərdən məni vurur. Amma sənətim olmasaydı, qocalardım. Mənə deyirlər ki, yaşımı vermək olmur. 37 yaşım var, 20 yaşında qız anasına oxşamıram. İnsanın gərək qəlbi gözəl ola, qocalmaya. Qəlb qocalmayanda üz də qocalmır.

    - Ümumiyyətlə, ailə sənin üçün nədir?

    - Ailə deyəndə gözümün qarşısında gözəl xanım, həyat yoldaşı, övladlar, bir-birini başa düşən kişi və qadın tablosu canlanır. Ola bilər ailədə pul var, hamı qazanır, amma hörmət yoxdur. Bir-birinə hörmət qoyulmayan ailə ailə deyil. Ailə böyük anlamdır, onun qədrini bilmək lazımdır. Mən hazırda övladlarımı daha çox sevirəm, onlara görə canımı verərəm. Gecə-gündüz çalışıram ki, onlar üçün nəsə edim, mən olmayanda bəhrəsini görsünlər. Xanımlar var ki, uşaqlarını düşünmürlər, bütün günü fikirləri həyat yoldaşlarının yanındadır. Məhəbbət onlar üçün birinci yerdədir. Mən o cür qadınlardan deyiləm. Heç vaxt sevgiyə görə başımı itirmərəm. Vaxtında itirmişəm, amma indi itirmərəm. Bir də heç vaxt o səhvi təkrar etmərəm.

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage


    Ümidə QƏHRƏMAN
#08.09.2015 14:51 0 0 0
  • Xeber - Xeberler - Dunyadan xeber

    noimage

    Türkiyə ərazisində PKK terrorçularının polislərə hücumları davam edir.

    APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, İğdır və Tuncelidən sonra daha bir terror Şırnak vilayətində törədilib.

    Şırnakın Cizrə rayonu ərazisində xüsusi təyinatlı polisləri daşıyan avtomobilin hərəkət etdiyi yolda partlayış törədilməsi nəticəsində 3 polis şəhid olub.

    Xatırladaq ki, İğdırda baş verən terror aktında 14, Tuncelidə isə 1 polis həlak olub. Beləliklə, gün ərzində şəhid olan polislərin sayı 18-ə çatıb.


    alinti...
#08.09.2015 14:35 0 0 0
  • Xeber - Xeberler - Hasise

    noimage

    Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi vəzifəsindən azad olunub.

    APA-nın məlumatına görə, vəkil Ceyhun Yusifovun Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Rahib Əliyev barəsində Daxili İşlər Nazirliyinə göndərdiyi şikayətlər araşdırılıb. Nəticədə o, tutduğu vəzifədən azad olunaraq sərəncama göndərilib.

    Vəkil Ceyhun Yusifov APA-ya açıqlamasında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə;) maddəsi ilə təqsirləndirilən Elşad Bəyovun vəkili olduğunu bildirib: “Mən müdafiə hüququnun həyata keçirilməsində maneə törədilməsi, işgəncə faktları ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət məktubu göndərmişdim. Həmin şikayətlərin bir qismi araşdırılıb, müstəntiq Rahib Əliyev vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onu da bildirim ki, müstəntiq Rahib Əliyev də mənim müdafiəçi kimi işdən uzaqlaşdırılmağım barədə qərar verib. Həmin qərar isə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən ləğv olunub”.

    alinti...
#08.09.2015 14:34 0 0 0
#06.09.2015 23:50 0 0 0
#06.09.2015 23:48 0 0 0
  • Elikram Bayramov - Popuri dinle

    [video=youtube_share;wAdcEgoTgIQ]https://youtu.be/wAdcEgoTgIQ[/video]
    noimage
#06.09.2015 23:47 0 0 0
#06.09.2015 23:45 0 0 0