N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • Infeksiya - Yoluxucu xəstəliklər - Suçiçəyi - Suçiçəyi xəstəliyi - Suçiçəyi xəstəliyinin müalicesi - Suçiçəyi nedir? - Suçiçəyi haqqinda

    noimage

    Yaz-yay ayları suçiçəyi, qızılca, məxmərək kimi yoluxucu xəstəliklərin intensiv yayılma dövrüdür. Son günlər uşaq bağçalarında, orta məktəblərdə suçiçəyinin yayılması ilə bağlı dərsə davamiyyətin aşağı düşdüyü bildirilir. Təkcə uşaqlar deyil, əhalinin nisbətən yaşlı təbəqəsi arasında da qızılcaya, xüsusən suçiçəyinə yoluxanlar barədə xəbərlər yayılır.

    Yeri gəlmişkən, “Neftçi” futbol klubunun əsas hücumçusu Rauf Əliyev suçiçəyinə yoluxduğu üçün Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində oyundan kənarlaşdırılıb.

    Vəziyyət kritik deyil, amma...

    Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva mövsümlə əlaqədar ölkədə suçiçəyi xəstəliyinin yayıldığını, lakin vəziyyətin kritik olmadığını deyir: “Bir neçə gün əvvəl aparılan monitorinq zamanı da suçiçəyinin yayıldığı müəyyən edilib, amma bu, o demək deyil ki, vəziyyət kritikdir. Əksinə, bu ilin ilk iki ayı ərzində xəstəlik ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Suçiçəyi bizim üçün idarə olunmayan xəstəlikdir. İmmunlaşdırma tədbirləri ilə bir çox xəstəliklərin kökünü kəsmək mümkün olsa da, suçiçəyi ilə bağlı peyvəndləmə apara bilmirik. Bizdə hələlik suçiçəyinə görə vaksin tətbiq edilmir”.

    Suçiçəyinə qarşı vaksin hazırlansa da, bu, uşaqlar üçün vacib sayılan peyvəndlər siyahısına salınmayıb.

    Monitorinqlər davam edir

    Hazırda Gigiyena və Epidemiologiya Mərkəzi vəziyyətlə bağlı monitorinqləri davam etdirir. Afaq Əliyeva deyir ki, yoxlama zamanı müayinə aparılmaqla yanaşı, əks-epidemik tədbirlər də həyata keçirilir. Buna görə də xəstəlik ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Xəstəlik əsasən, məktəb yaşlı uşaqlar arasında yayılır. Bu da infeksiyanın hava-damcı yolu ilə keçməsi ilə əlaqədardır.

    Direktor müavininin sözlərinə görə, soyuq aylarda suçiçəyi xəstəliyi daha sürətlə yayılır. Səbəb soyuq hava şəraitində immun sisteminin zəifləməsidir: “Ümumilikdə bu il xəstəliklər yüngül keçir. Yüksək temperatur və çoxlu səpkilər müşahidə edilmir”.

    Xəstə uşaqları təcrid eləmək lazımdır

    Paytaxt poliklinikalarına da infeksion xəstəliklərlə bağlı müraciətlərin sayı artıb. 20 saylı uşaq poliklinikasının infeksionisti Fəridə Haqverdiyeva deyir ki, fevral ayından başlayaraq tibb müəssisəsinə infeksion xəstəliklərilə bağlı müraciət edənlər sayca çoxalsa da, bu, kütləvi deyil.

    Son günlər isə azyaşlılar, xüsusən məktəblilər arasında infeksion xəstəliklərin artdığını deyən müsahibimizin sözlərinə görə, səbəb ünsiyyətdir. Həkim məsləhət görür ki, valideynlər xəstəliklərin simptomlarını hiss edən kimi evdə müalicəyə üstünlük versin: “Əlamətləri hiss olunan kimi uşaqları təlim-tərbiyə mərkəzlərindən uzaq tutmaq lazımdır. Bu, yoluxmanın qarşısını almaqla, sağalmanı da sürətləndirir”.

    Böyüklər xəstəliyi daha ağır keçirir

    Xəstəliyin simptomları və müalicə üsulları barədə Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının baş laborantı, parazitoloq Vüqar Cavadzadədən məlumat aldıq.

    Müsahibimizin sözlərinə görə, xəstəliyə daha çox uşaqlar yoluxsa da, böyüklərdə də rast gəlinir və ikincilər onu daha ağır keçirir: “İnfeksiyaya ilin bütün aylarında təsadüf edilir. Amma qış-yaz ayları yoluxma intensivləşir. Yaş artdıqca insanlar xəstəliyi daha ağır keçirir, ağırlaşmalar daha çox olur”.
    Vüqar Cavadzadə xəstəliyin irsən ötürülməsi fikri ilə razılaşmır: “Suçiçəyinin törədicisi III tip herpes viruslarıdır. Virusla təmasda olan şəxslər xəstəliyə tutulur. Suçiçəyinin gizli dövrü 10-21 gün, orta hesabla 14 gündür. Gizli dövrdən sonra isə xəstələrdə ümumi əlamətlər özünü büruzə verir. Uşaqlarda ilkin olaraq qızdırma, narahatlıq, iştahanın və yuxunun pozulması kimi əlamətlər olur. 2-4 gün sonra üzdə, başın tüklü hissəsində gövdə və ətraflarda qaşınan səpkilər əmələ gəlir. Səpkilər keçənə qədər xəstələr yoluxucu sayılır. Axırıncı səpkidən 5 gün sonra isə artıq xəstənin yoluxuculuq qabiliyyəti itir”.

    İnfeksionist deyir ki, suçiçəyi ağırlaşmalar olmadan da sağala bilir: “Xəstələrin müalicəsi evdə, ağırlaşmalar olduqda isə xəstəxanada aparılır. Ev şəraitində xəstələrə vitaminlər, xüsusən C vitamini, antihistamin preparatlar verilir, dəri səthində əmələ gələn suluqların tez quruması üçün brilyant yaşılının (zelyonka) 1 faizli spirt məhlulundan istifadə edilir.

    İkincili infeksiyalar qoşulduqda isə xəstələrə antibiotiklər təyin olunur. Suçiçəyi xəstəliyində az hallarda ağırlaşmalar müşahidə edilir. Ağırlaşmalar əsasən, ikincili infeksiyanın qoşulması nəticəsində meydana çıxır. Laringit, otit, bronxit, pnevmoniya, hətta sepsis kimi ağırlaşmalara da rast gəlinir. Bəzi hallarda virus mənşəli meninqoensefalitlərə də təsadüf olunur. Ağırlaşmalarsız 1-2 həftə ərzində xəstə sağalır".
    İkinci dəfə də yoluxmaq mümkündür

    Həkimin sözlərinə görə, xəstəlikdən sonra insanda immunitet yaranır. Nadir hallarda təkrar xəstələnmə də mümkün hesab olunur. Yəni bəzi şəxslər bu xəstəliyə nadir hallarda ikinci dəfə tutulur ki, bu da tez-tez infeksion xəstəliklərə yoluxanların immunitet zəifliyi səbəbindən baş verir.

    Həkimlər xəstəliyə yoluxmuş şəxslərin iki vacib qaydaya əməl etmələrini məsləhət görür. Birincisi soyuqdan qorunmaq, ikincisi isə gigiyenik qaydalara diqqət etməkdir.

    Xəstənin alt paltarlarını hər gün, yataq dəstlərini isə 2 gündən bir dəyişmək lazımdır. Dırnaqları qısa kəsmək, əlləri tez-tez yumaqla virusun çoxalmasının qarşısını almaq olar. Hər qida qəbulundan sonra ağız boşluğunu yaxşıca qarqara etmək, yataq otağının havasını tez-tez dəyişmək vacibdir.


    alinti...
#15.09.2015 00:51 0 0 0
  • Xestelikler - Bedende yırtıqlar - Yırtıqların emele gelme sebebleri - Yırtıqlar nece emele gelir? - Yırtıqların mualicesi

    noimage

    İnsanın qarın divarında zəif yerlər var - göbək, qasıq kanalı, qarının ağ xətti (qarının ortasından gedən xətt).
    Bu yerlərdə yırtıqların əmələ gəlməsi riski daha çoxdur. İrsiyyətin də burada böyük rolu var. Bəzi ailələr var ki, bu ailələrin bir neçə üzvündə yırtıqlar olur. Buna səbəb əzələlərin zəif olmasıdır.
    Digər səbəblər arasında - ağır əşyaların qaldırılması və daşınması, qadınlarda hamiləlik və doğuş, güclü və uzunmüddətli öskürək, piylənmə. Bundan əlavə əməliyyatdan sonra çapıq yerində yırtıqlar əmələ gələ bilər.
    Xəstəliyin əvvəlində fiziki gərginliklər zamanı yırtıq olan yerdə yüngül ağrılar ola bilər. Xəstəlik inkişaf etdikcə insan qarın nahiyəsində oval formasında qabartmanın olmasını müşahidə edir. Bu o deməkdir ki, qarın divarında yırtıq qapısı əmələ gəlib. Bu yırtıq qapısından dəri altına yırtıq kisəsi çıxır ki, bu yırtıq kisəsində daxili orqanlar (bağırsaq ilgəkləri, piylik və s.) olur.
    Yırtıq fiziki işlə, idmanla məşğul olmağa mane olur, ağrılara səbəb olur. Ən əsası isə odur ki, yırtıq kisəsində olan daxili orqanların normal fəaliyyəti pozulur, orqanlar travmalara məruz qalır, bitişmələr əmələ gələ bilər. Xəstəliyin əvvəlində xəstə özü yırtığı yerinə sala bilir, lakin vaxt keçdikcə yırtıq böyüyür və onu yerinə salmaq mümkün olmur. Nəticədə yırtıq boğula bilər. Bu isə çox ciddi ağırlaşmadır. Yırtıq qapısına çıxan daxili orqanlar (adətən bağırsaq ilgəkləri) geriyə, öz qanuni yerinə qayıda bilmir və nəticədə burada nekroz (toxumaların həlak olması) inkişaf edir.
    Yırtıqlar özü özündən keçmir və bağlanmır. Burada yeganə müstəsna hal - 5 yaşına kimi olan uşaqlarda göbək yırtıqlarıdır (5 yaşına kimi bu yırtıq özü özündən bağlana bilər).
    Yırtığın yeganə müalicə üsulu cərrahi əməliyyatdır. Əməliyyat zamanı bir çox hallarda yırtığın yerini bağlamaq üçün torlu implantant istifadə olunur. Torlu implantantın qoyulması yırtıqların müalicəsinin "qızıl standartı" sayılır. Bu metodikanın sayəsində yırtığın təkrar əmələ gəlməsi riski, demək olar, sıfıra bərabərdir. İmpalantant tək yırtıq qapısını bağlamır, o, həmçinin zəifləmiş birləşdirici toxumanı bərkidir. Faktiki olaraq, yırtığın üzərinə yamaq qoyulur. Tor müəyyən elastikliyə malikdir ki, insana fiziki iş zamanı mane olmur.
    Əksər hallarda belə əməliyyatdan sonra xəstə 1 gün ərzində klinikada qalır və sonra evə buraxılır. Xəstə daha tez bərpa olunur, ağrılardan daha az əziyyət çəkir.
    Bəzən xəstələr həkimlərə sual verir: mən bandaj taxıram, mənə əməliyyat lazımdırmı?
    Bandajın taxılması yırtıq qapısını bağlayaraq orqanların yırtıq kisəsinə çıxmasına imkan vermir. Lakin bu müvəqqəti tədbirdir. Bandaj yırtığı müalicə etmir, yırtığın boğulmasına mane olmur. Əksinə uzun müddət ərzində bandajın taxılması yırtıq kisəsində bitişmələrin və çapıqların əmələ gəlməsinə səbəb olur ki, bu gələcəkdə əməliyyatın həyata keçirməsinə mane olur. Bu səbəbdən bandaj yalnız əməliyytın həyata keçirməsinə ciddi maneələr (məsələn, hamiləlik) olduqda müəyyən müddət ərzində tətbiq oluna bilər.


    alinti...
#15.09.2015 00:47 0 0 0
  • Palıd qabığı - Palıd qabığı haqqinda - Palıd qabığınin mualicevi usulu - Palıd qabığınin faydasi

    noimage

    Palıd qabığı antiseptik, iltihab və mikrobəleyhinə, antioksidant, yarasağaldan təsirinə malikdir.
    Palıd qabığının müalicəvi təsiri ənənəvi tibb tərəfindən təsdiq olunur.
    Palıd qabığı dəridə yaralar, yanıqlar, don vurma zamanı müalicəvi vasitə kimi uğurla istifadə olunur. Bunun üçün 1 xörək qaşığı palıd qabığı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və islatmalar şəklində istifadə olunur.
    İshal zamanı palıd qabığı dəmləməsi daxilə qəbul edilir və bağırsaqları yaxşı "yığır".
    Babasil, anal çatları zamanı palıd qabığı dəmləməsi oturaq vannaları üçün istifadə olunur və çox yaxşı müalicəvi effekt verir - qanaxmanı azaldır, düyünləri kiçildir, iltihabı azaldır.
    Palıd qabığı dəmləməsi (qarqara şəklində;) damaq problemləri zamanı da çox yaxşı kömək edir - damaqları möhkəmləndirir, onların həssaslığını azaldır. Həmçinin palıd qabığı dəmləməsi ağızdan gələn pis qoxunu aradan qaldırır.
    Palıd qabığı dəmləmələri ağızda stomatit zamanı da çox yaxşı kömək edir.
    Uşaqlarda xroniki tonzillit zamanı palıd qabığı dəmləməsi badamcıqları yığır, orada olan məsamələri kiçildir. Lakin onu da nəzərə almaq lazımdır ki, palıd qabığı ilə qarqaralar yalnız badamçıqlarda irin, kəskin iltihab olmadıqda istifadə etmək olar.
    Palıd qabığı ilə ayaq vannaları ayaqlardan gələn pis qoxunu aradan qaldırır, artıq tərləmə ilə mübarizə aparır. Belə vannaları hər gün axşam yatmazdan əvvəl 1 həftə ərzində etmək lazımdır.
    Palıd qabığı ginekologiyada da istifadə olunur - uşaqlıq boynu eroziyaları, uşaqlıq yolu iltihabları zamanı.
    Palıd qabığı saçlara da çox müsbət təsir edir - möhkəmləndirir, kəpəkdən azad edir. Saçlarınız tökülürsə, yuduqdan sonra saçlarınızı palıd qabığı dəmləməsi ilə yaxalayın. Bunu uzun müddət ərzində etmək lazımdır. 1 l qaynar su üçün 5 xörək qaşığı palıd qabığı götürülür, 30 dəqiqə əzrində dəmlənilir və saçların yaxalanması üçün istifadə olunur.


    alinti...
#15.09.2015 00:42 0 0 0
  • Yaz meyvələri - Yaz meyvələri haqqinda - Allergiya - Yaz meyvələrinden allergiya nece emele gelir?

    noimage

    “Şaftalının tükləri ətimi ürpəşdirir”, “çiyələk yeyəndən sonra qaşınmam başlayır”, - deyirsizsə, bu şikayətlərinizin səbəbi qida allergiyası ola bilər.

    Daha çox yaz meyvələri və tərəvəzlərinin səbəb olduğu ağız allergiyası sağlamlıq probleminə səbəb ola bilər.

    Ağız allergiyası qida allergiya sindromu, burun axıntısı olan xəstələrdə bəzi meyvə və tərəvəzlərə qarşı ağızda allergiyanın olması halıdır. Ağcaqayın ağacı, ya da tozcuqlara qarşı allergiyası olanların yüzdə 40%-də tapılıb.


    Əsasən tozcuq mövsümündə daha da irəliləyir


    Ağız allergiyası zamanı dodaqlarda, ağızda, boğazda yanma, qaşıntı, gözlərdə sulanma və qaşıntı, asqırıq, burun axıntısı kimi əlamətlər olur. Ağır vəziyyətlərdə səpgi formalaşa bilər. Çox nadir hallarda qusma, ishal, astma əlamətləri, hətta şok ortaya çıxa bilər.
    Bəzi xəstələrdə, hətta meyvəni soymaq, ona toxunmaq qaşıntıya, şişməyə səbəb olur.


    Daha çox çiy qidalar ağız allergiyasına səbəb olur. Çünki qidalar bişirildiyində onlarda allergiyaya səbəb ola biləcək proteinlər təsirini itirir. Fındıq isə bişirilsə belə, yenə allergik təsirini itirmir.


    Hansı qidalar allergiya verir?


    Ağcaqayına allergiyası olanlarda kivi, alma, armud, şaftalı, nektarin, ərik, gilas, kərəvəz, kök, cəfəri, kartof, pomidor, bibər, mərci, lobya, keşniş, razyana, fındıq, fıstıq, badam və tuma qarşı da allergiya olur. Çəmən tozcuqlarına qarşı allergiyası olanlara yemiş, qarpız, kivi, portağal, pomidor da şikayətlərə səbəb ola bilər. Yovşan otu allergiyasında kərəvəz, kök, yemiş, qarpız, alma ilə təmasda olarkən allergiya sindromu formalaşa bilər.


    Müalicəsi mümkündürmü?


    İlk əvvəl insanın həmin qidadan istifadə edərkən allergik əlamətlərin olub olmaması müəyyən edilir. Dəri testləri və qan analizi aparılır. Bu allergiyanı tamamilə ortadan qaldıracaq bir müalicə olmadığından problem yaradan həmin qidadan çiy istifadə etməmək, bişmiş olaraq yemək lazımdır. Bəzi meyvələrin qabığının soyulması da yardım edə bilər. Şaftalının qabığında allergiya miqdarı daha çox olur.


    Yazar:Fərizə Əhmədova
#15.09.2015 00:12 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Azərbaycan şou-biznesinin tanınmış simaları “İnstagram”da öz fəallıqları ilə seçilirlər. Lent.az-ın məlumatına görə, onların fəallığı isə bəzən müzakirəsiz ötüşmür. Məşhursansa, hər bir addımın diqqət mərkəzindədir. Heç şübhəsiz, tanınmışın paylaşımlarına xoş söz yazanı da olur, tərifləyəni də. Təhqirlərə isə məşhurların hərəsi bir cür cavab verir. Kimisi onlara təhqir yazanları “iqnor”a atır, kimisi isə virtual “razborka” çürüdür.

    Lent.az şou-biznesin tanınmış simalarının “İnstagram”da paylaşdıqlarını təqdim edir:

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    alinti...
#14.09.2015 23:04 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage


    Azərbaycanlı müğənni Boris Bayramov ifa etdiyi “Aromatik” adlı mahnının klipini təqdim edib. Lent.az-ın məlumatına görə, ifaçı ekran işində şou-biznes nümayəndələrini bir araya yığıb. Klipdə xalq artisti Aygün Kazımova, müğənnilər Emil Bədəlov, Rəhim Rəhimli, Günay İbrahimli, Yaşar Cəlilov, aparıcılar Afaq Gəncəli, Samir Bayramlı, “Bozbaş pictures”in aktyorları İlkin Həsəni, Elşən Orucov, Nicat Orucov, aşıq Əli və digərlər şou nümayəndələri rol alıb.

    Qeyd edək ki, “Aromatik” adlı bəstənin sözləri Azər Şirinə, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur. Klipin prodüsert Təranə Səmədovadır.

    [video=youtube_share;CDNGkaQn6lw]https://youtu.be/CDNGkaQn6lw[/video]


    Yalçın UĞUR
#14.09.2015 22:53 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Xalq artisti İlhamə Quliyeva repertuarında olan “Neylərəm” adlı bəstənin Brilliant Dadaşova tərəfindən oxunmasına münasibət bildirib. Lent.az-ın məlumatına görə, “10-lar” verilişinə açıqlama verən İ.Quliyeva onun mahnılarını oxuyanlara son xəbərdarlıq etdiyini açıqlayıb: “İllər öncə ifa etdiyim “Neyləmişəm” mahnımın oxunmasına qadağa qoymuşam. Hansı müğənni oxusa, onunla bağlı şok açıqlamalar verəcəm. Quş səsi ilə oxumasın. Pis oxuyub, bərbad günə qoyub. Mahnının ilk ifaçısı mənəm. Buna görə də məndən icazə alınmalıdır. Bu yaxınlarda bir nəfərdən soruşurlar ki, “Bu mahnını İlhamə xanım oxuyub”. Cavab verir ki, “Hə, o da oxuyub. Mən Türkiyədə bir ifaçıdan eşitmişəm”. Sən nə danışırsan? Buynuzun qaşınırsa, get divara sürt. Mənim sənətim, yaşım az deyil. Özlərini yığışdırsınlar".

    İ. Quliyeva şou-biznes nümayəndələrinin açıq-saçıq geyimlərdə klip çəkdirmələrinə də münasibət bildirib: “Belə hərəkətləri edənlərin 60-dan çox yaşı var. Sifəti dartdırmaqla, yanağı çuğundur etməklə deyil. Baş yekə, özü balaca... Yaşı 60-ı keçib, lüt soyunub klip çəkdirir. Olmayan bədən formanı kimə göstərirsən? Bunu edən Aygün olub və möhürünü də vurub”.


    Alinti...
#14.09.2015 22:43 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Müğənni Yaşar Cəlilov yeni “Bakı” adlı mahnısını dinləyicilərin ixtiyarına verib. Lent.az-ın məlumatına görə, yeni bəstənin sözləri Vüqar Bakılı, musiqisi Fuad Qasımov, aranjemanı isə Tərlan Məmmədhüseynova məxsusdur: “Azərbaycanımızın hər guşəsi mənə əzizdir. Ayrıseçkilik salan, yerlibazlıq edən, “sən haralısan?” soruşanları da sevmirəm. Azərbaycanla tanışlıq Bakıdan başlayır. Yeni mahnım bu gündən “Youtube” kanalına yüklənib. Bəyəniləcəyinə əminəm”.

    Y.Cəlilovun ifasında “Bakı” adlı bəstəni təqdim edirik:

    [video=youtube_share;yGVsRtV3ngI]https://youtu.be/yGVsRtV3ngI[/video]

    Alinti...
#14.09.2015 22:41 0 0 0
  • Xeberler - Dunyadan xeber

    noimage

    Almaniyanın Baden-Württemburg əyalətinin Ludwigsburg şəhərindəki Hacı Bayram Vəli Məscidinə hücum olunub.

    “Qafqazinfo”nun məlumatına görə, Ludwigsburg polisi məscidə bir neçə adamın hücum etdiyini, şüşələrinin isə sındırıldığını qeyd edib.

    Hücumun şahidi olan Aşkın Acar məscidə 5 nəfərin hücum etdiyini bildirib.

    Hadisə barədə araşdırma aparılır.


    Alinti...
#14.09.2015 22:28 0 0 0
  • Xeberler - Siyasi xeber - Siyaset - Baki xeberleri

    noimage

    ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcək.

    APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, bu barədə açıqlama yayan institutun direktoru Maykl Corc Link deyib ki, rəsmi Bakının irəli sürdüyü şərtlərlə razılaşmadıqlarından belə qərar qəbul edilib.

    “İştirak edəcək müşahidəçilərin sayında məhdudiyyətlərin tətbiq olunması missiya üçün effektli və inandırıcı olan seçki müşahidəsi həyata keçirməsini mümkünsüz edirdi. Təəssüf ki, biz buna görə ATƏT DTİHB müşahidə missiyasının parlament seçkiləri ilə bağlı Azərbaycana göndərilməsini təxirə salmağa məcbur olduq”.

    Link deyib ki, ATƏT-ə üzv olan digər dövlətlər kimi Azərbaycan da seçkilərin müstəqil, qərəzsiz və peşəkar keçirilməsini təmin etmək üçün DTİHB beynəlxalq müşahidə missiyasını seçkilərə dəvət etmək öhdəliyini yerinə yetirib. Azərbaycan tərəfdən dəvət aldıqdan sonra DTİHB ölkəyə ehtiyacları qiymətləndirmə missiyası göndərib. Onlar isə seçkilərə 30 uzunmüddətli və 350 nəfərlik qısamüddətli müşahidə missiyası göndərməyi tövsiyə ediblər.

    Avqustun 31-də Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi isə ölkənin 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçi qəbul etməyə hazır olduğunu bildirib.

    Link qeyd edib ki, bundan sonra ATƏT müşahidə missiyasının göndərilməsi qərarının ləğvi barədə qərar qəbul edib.

    Alinti...
#14.09.2015 22:06 0 0 0
  • Xeberler - Sosial xeber

    noimage

    Tarif Şurasının qərarından sonra qatar üçün gediş haqları məlum olacaq

    Bakı-Xırdalan-Sumqayıt sürətli qatarının ilkin hərəkət cədvəli və istifadə qaydaları açıqlanıb.

    “APA-Economics”in məlumatına görə, Bakı-Xırdalan-Sumqayıt istiqamətinə təşkil olunan press-tur çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Kommunikasiya Texnologiyaları Şöbəsinin rəisi Samir Qənili deyib ki, üç gün ərzində sərnişinlər qatardan pulsuz istifadə edəcəklər.

    Tarif Şurasının qərarından sonra Bakı-Xırdalan-Sumqayıt sürətli qatarı üçün gediş haqları məlum olacaq. Bundan sonra, Bakı-Xırdalan-Sumqayıt sürətli qatarı üçün sərnişinlər bilet almalı olacaq. S.Qənili qeyd edib ki, sərnişinlər iki yolla-həm kassa, həm də terminal vasitəsilə bilet əldə edə biləcəklər: “Stansiyada 4 ədəd bilet satış terminalı quraşdırılıb. Sərnişinlər avtomatik işləyən bu terminallar vasitəsi ilə birbaşa, kassir olmadan pul daxil edib, istədiyi istiqaməti, tarifi seçib bilet almaq imkanına sahib olacaqlar. Bu zaman qalıq pullar da geri qaytarılacaq. Terminaldan istifadə etmək istəməyən sərnişinlər stansiyada olan 2 ədəd kassadan da bilet ala biləcəklər”.

    S.Qənili əlavə edib ki, yaxın gələcəkdə kredit kartı ilə də Bakı-Xırdalan-Sumqayıt qatarına bilet almaq imkanı yaradılacaq. Bundan başqa, yaxın bir neçə ay ərzində “Bakı kart”dan da istifadə etmək mümkün olacaq.

    Qeyd edək ki, 4 ədəd müşahidə kamerasının quraşdırıldığı qatarlarda WI-FI vasitəsi ilə internetdən istifadə şəraiti yaradılıb. Bundan başqa, əlil insanların qatarlardan rahat istifadə edə bilməsi də nəzərə alınıb.

    Hərəkət qrafikinə gəlincə, gediş haqqının pulsuz olacağı üç gün ərzində Bakı-Xırdalan-Sumqayıt qatarı gün ərzində iki dəfə Sumqayıta yola düşəcək. Belə ki, ilkin qrafikə əsasən qatarlar Bakıdan səhər saat 08:00 və axşam 20:00-da Sumqayıta yola düşəcək. Əks istiqamətdə, yəni Sumqayıtdan Bakıya doğru qatarlar səhər 09:30 və 21:30-da hərəkət edəcək.

    Qeyd edək ki, sərnişin qatarları Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt sərnişin stansiyası marşrutu ilə hərəkət edəcək. Sentyabrın 15-dən Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 8 elektrik qatarı işləyəcək. Bu marşrutla hərəkət edəcək 8 qatardan 3-ü ikimərtəbəlidir. Bu 3 qatar “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarlarıdır. Bu elektrik qatarlarının hər biri 4 vaqondan ibarətdir. Ümumi sərnişin tutumu 919 nəfər olan qatarda 396 oturacaq var ki, bunun da 84-ü biznes-sinfinə aiddir. İlin sonunda ikimərtəbəli qatarlardan ikisi də gətiriləcək və beləliklə bu xətdə 5 ikimərtəbəli qatar hərəkət edəcək.

    İlkin qrafikə əsasən, sərnişin qatarları səhər saat 6-dan hər iki istiqamətdə hərəkətə başlayacaq və 40 dəqiqəyə Sumqayıtdan Bakıya və əks istiqamətə çatacaq. Səhər saat 06:00-12:00 aralığında qatarlar həm Bakıdan, həm də Sumqayıtdan 30 dəqiqə intervalı ilə çıxacaq. 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq. Günorta saat 16:00-dan gecə saat 24:00 aralığında isə elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edəcək. Bu intervalların tətbiqi gün ərzində sərnişin sıxlığı ilə əlaqədar müəyyənləşdirilib. Növbəti mərhələdə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində elektrik qatarları dairəvi dəmir yolu xətti ilə hərəkət edəcək. Çünki tədricən Sumqayıtdan Abşeron rayonunun Saray, Goradil, Fatmayı, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov qəsəbələrini əhatə edən marşrut istifadəyə veriləcək və beləliklə, Bakı-Sumqayıt dəmir yolu xətti dairəvi olacaq.


    Alinti...
#13.09.2015 21:50 0 0 0
  • Xeberler - Sosial xeber

    noimage

    20 və 24 saylı marşrut xəttləri ləğv edilib

    14 sentyabr tarixindən “BakuBus” MMC-nin 5 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar olaraq mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, yeni 5 saylı marşrut avtobusunun hərəkət istiqaməti N.Nərimanov m/s – Təbriz küç. – Azadlıq pr. – 28 may m/s – Puşkin küç. – Azadlıq pr. – Zərifə Əliyeva küç. olacaq. Bu səbəbdən mövcud xətt üzrə
    hərəkət edən 20 və 24 saylı maşrut avtobusları xətdən kənarlaşdırılacaq.

    Qeyd edək ki, “BakuBus” MMC-yə məxsus 5 saylı maşrut avtobusu 2 gün test rejimində 8 avtobusla fəaliyyət göstərib. Sabahdan etibarən isə 20-dən artıq avtobus movcud marşrut xətti ilə fəaliyyət göstərəcək. Yeni tədris ilinin başlanması ilə əlaqdar sərnişin sıxlığı nəzərə alınaraq yeni 5 saylı maşrut avtobusunun istiqaməti üzrə hazırda fəaliyyət göstərən 37 və 88 saylı marşrut avtobuslarının isə hələlik mövcud hərəkət istiqamətlərii saxlanılıb. Hərəkət isiqaməti Avtovağzal - 20 yanvar m/s – Badamdar qəs. - Səbail meydanı - 20-ci sahə olan əvvəlki 5 saylı maşrut avtobusunun isə nömrəsi dəyişdirilərək 53 nömrəsi ilə əvəz olunub. Yəni əvvəlki 5 saylı marşrut sabahdan etibarən 53 saylı maşrut adı iə sərnişinlərə xidmət göstərəcək.

    Alinti..
#13.09.2015 21:48 0 0 0
  • İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?

    noimage
    e.ə.490 — İran ilə Yunanıstan arasında Marafon döyüşü baş vermişdir.
    1647 — İtalyan alim Torriçeli barometri icad etmişdir.
    1762 — Rus çarı II Yekaterina taxta çıxmışdır.
    1788 — Nyu-York ABŞ-ın paytaxtı elan edilmişdir.
    1899 — ABŞ-da ilk avtoqəza baş vermişdir.
    1901 — Fransada avtomobillərə məcburi surətdə nömrə nişanları verilməyə başlanmışdır.
    1902 — İngiltərədə ilk dəfə olaraq maddi sübut kimi barmaq izindən istifadə olunmuşdur.
    1922 — Yer kürəsində ən yüksək temperatur Əlcəzairdə qeydə alınmışdır (kölgədə + 58 C).
    1923 — İspaniyada dövlət çevrilişi baş vermişdir.
    1944 — Çan Kay Şi Çinin prezidenti seçilmişdir.
    1955 — SSRİ AFR-i tanımışdır.
    1962 — ABŞ SSRİ-dən Kubadakı raketləri çıxarmağı tələb etmiş, bununla da Karib böhranı dərinləşmişdir.
    1962 — Albaniya Varşava Müqaviləsi Təşkilatından çıxmışdır.
    1993 — Yasir Ərəfat və İshak Rabin Fələstin muxtariyyəti haqda tarixi müqavilə imzalamışlar.

    alinti..
#13.09.2015 21:26 0 0 0
#13.09.2015 04:30 0 0 0
  • Reksane - Sene Soz Verirem mahnisin dinle


    [video=youtube_share;GvJgrLGqSBs]https://youtu.be/GvJgrLGqSBs[/video]
    noimage
#13.09.2015 04:28 0 0 0
#13.09.2015 04:26 0 0 0
  • Seide Sultan mahnilari - Geceler Sensiz mahnisini dinle

    [video=youtube_share;mCK4IBsR2hI]https://youtu.be/mCK4IBsR2hI[/video]

    noimage
#13.09.2015 04:25 0 0 0
  • Tural Nadir mahnilari - Donmeyecem mahnisin dinle

    [video=youtube_share;rbKkbN7Z5fw]https://youtu.be/rbKkbN7Z5fw[/video]

    noimage
#13.09.2015 03:59 0 0 0
  • Burcler - gundelik burcler


    Qoç - Çoxdan hazırladığınız planları reallaşdırmağa başlayın. İnsanların gur olduğu yerlərə yollanmayın. Diqqət mərkəzində olacaqsınız. Qətiyyətli olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edin.

    Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyiş olacaq. Bəzi nüanslara fikir verin. Nə isə alınmasa, bir də cəhd edin. Unikal və ya ekssentrik olduğunuzu düşünməyin. Yaxınlarınızdan birinin maddi yardıma ehtiyacı var.

    Buğa - Daha rahat, komfortlu, əlverişli şəraitdə çalışmağa can atmayın. Mərhələləri tədricən qət edin. Tələsməyin, vurnuxmaya aldanmayın. Tənbəllik etməyin, passivliyə qapılmayın. İzafi diqqət, fərdi ambisiyaların təminatı zərər verəcək.

    Günün ikinci yarısında başladığınız işi sürətlə görün, yaxşı nəticəyə nail olmağa çalışın. Bütün işləri ən yüksək səviyyədə görmək mümkün deyil: bu reallığı qəbul edin.

    Axşam saatlarında normal istirahət etməyə can atın.

    Əkizlər - Pozitiv, yaxşı gündür. Hisslərə qapılmayın, emosiyaların əsiri olmayın. Kədər, şübhə, qısqanclıq, bezdirici xatirələr işgüzar fəaliyyətə maneələr yaradacaq. Yeni anlaşma və ya sifarişlə bağlı müzakirələri qeyri-formal şəraitdə aparmaq olar.

    Günün ikinci yarısında alış-verişdə izafi xərclərə yol verməyin. Qənaətcil olun və bədxərcliyin fəsadlarını unutmayın. Aktiv işləsəniz, zəhmətinizin bəhrəsini görəcəksiniz. Yaxınlarınıza, dəyər verdiyiniz insanlara diqqətli yanaşın.

    Ailə üzvləri ilə birlikdə axşam saatlarında gəzintiyə çıxmaq olar.

    Xərçəng - Səxavətli olun. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün yaxınların və inandığınız insanların yardımlarından faydalana bilərsiniz. Münasibətlərdə səmimi olmağa çalışın. Saxtakar, yalançı, kütbeyin insanlardan uzaq durun.

    Günün ikinci yarısında seçimdə səhv etməyin. İstirahəti ləğv etməyin - sadəcə, bir qədər ertələyin. Alış-veriş zamanı mövcud maliyyə imkanlarınızı realistcəsinə qiymətləndirin.

    Axşam saatlarında səhhətinizin qeydinə qalın. Keyfiyyətli ərzağa üstünlük verin. Sağlam rasionu seçin.

    Şir - Günün fonu sizə hətta ən parlaq fonda itib-batmamağa imkan verəcək. Aldığınız təkliflərin şirnikləndirici effektinə aldanmayın. Yaşanan proseslərin zahiri görüntüləri əvəzinə məzmununu qiymətləndirin.

    Günün ikinci yarısında işdə rəhbərliklə mübahisə etməyin. Tapşırıq və ya sifarişi vaxtında yerinə yetirin. Yeni layihəyə başlamaq üçün əlverişli zaman deyil.

    Axşam saatlarında zəruri məlumatları araya bilərsiniz.

    Qız - Kütlədən seçilərək müstəqil fəaliyyət göstərə bilsəniz, yaxşı nəticələrə nail olacaqsınız. Bilik, bacarıq və təcrübənizdən yararlanın. Qətiyyətli olun. Kiçik maneələr və ya cüzi problemlər sizi ruhdan salmamalıdır.

    Günün ikinci yarısında birgə fəaliyyətə və kollektiv əməyə üstünlük verin. Daha xarizmatik insanların kölgəsində qalmayın.

    Axşam saatları ailəvi tədbirlər üçün əlverişlidir.

    Heç nədə ifrata varmayın.

    Tərəzi - Oyun qaydalarına və fəaliyyətdə ənənəvi metodikaya riayət etsəniz, pis gün deyil. Kreativ olun, sərhədləri genişləndirin. Köhnəlmiş şablonlardan və mənasız rituallardan qurtulun. Başqalarının maraq dairəsində öz mənafelərinizi təmin etməyə çalışmayın.

    Günün ikinci yarısında tərəfdaş və dostlarla təmaslarda mövqelərinizi qoruyun. Praqmat olun, emosiyalara uymayın. Münasibətlərin normal olması üçün maddi problemləri qabartmayın. Bəzi yanlışlıq və nöqsanları görməzliyə vurun.

    Axşam saatlarında stressdən qurtulmaq üçün gəzintiyə çıxın.

    Əqrəb - Yeni təşəbbüslərdə tələskənliyə yol verməyin. Aramla çalışın, amma astagəl olmayın. Yaşamın diqktə etdiyi şərtləri qulaqardına vurmayın. Dəvətlərdən imtina etməyin. Təəssüratları artıraraq təcrübənizi zənginləşdirin.

    Günün ikinci yarısında karyeranıza müsbət təsir edə biləcək populyar insanla qarşılaşa bilərsinz. İş yerindəki axmaq insanlarla ünsiyyətdə mümkün qədər soyuqqanlı olun. İfrata varmayın. Özünüzü olduğunuzdan zəngin göstərməyə can atmayın.

    Axşam saatları ailəvi tədbirlər üçün münasibdir.

    Oxatan - Günün ilk yarısı uğurlu olacaq. Əhvalınızı korlamayın, ruhdan düşməyin. Məqsədə çatmaq üçün nikbin olun. İmicinizin qeydinə qalın. Rəqiblərin mövqelərindəki zəif məqamları aşkarlayın.

    Günün ikinci yarısında səs-küy və vurnuxmadan uzaq olun. Hər şeyin qədərini bilsəniz, potensialınızı dürüst qiymətləndirsəniz, sürətlə irəliləyə bilərsiniz. Rasionunuza fikir verin.

    Axşam saatlarında normal istirahət edin.

    Oğlaq - Yaşamınızdakı harmoniyanı kobud şəkildə pozmayın. Proseslərin zahiri tərəfləri və atributları sizi aldatmasın. Uğur, sadəcə, istəklə olmur. Hadisələrə təsir imkanlarına malik insanlarla sıx ünsiyyət qurun.

    Günün ikinci yarısında insanların gur olduğu yerlərə yollanmayın. Aqressiv və tələskən olsanız, hadisələrin məcrasında ciddi fəsadlarla qarşılaşacaqsınız. Ənənəvi davranışınızı dəyişməyin. Yeni layihəyə başlamayın.

    Sırf ambisiyalarınızın təminatı üçün avantüralara başlamayın.

    Dolça - Süst və tənbəl olmayın. Tərəfdaşlarla birlikdə çalışın. Yaxın dostlara yardım edin, onlara dəstək olun. Çoxdankı rəqiblərin mövqelərini zəiflətmək üçün hücuma keçin. Çoxdankı rəqiblərdən biri tərəfdaşlıq təklif edirsə, dərhal "yox" deməyin.

    Günün ikinci yarısında sərt və aqressiv davranış münasibətlərdə sərinlik yarada bilər. Sonucu naməlum münaqişəyə başlamayın. Dəyər verdiyiniz insanlarla təmaslarda maliyyə və daşınmaz əmlakla bağlı məsələləri müzakirə etmək olar.

    Axşam saatlarında yaxınlarınızla istirahət edin.

    Balıqlar - Əlverişli, yaxşı gündür. Baş verəcək hadisələrdən faydalanaraq nəzərdə tutduğunuz istiqamətdə hərəkət edin. Ümumi plan çərçivəsindən kənara çıxmayın. Yaxın ətrafınızdakı insanların istəklərini nəzərə alın.

    Günün ikinci yarısında şəxsi maraqlarınızın təminatı üçün ümumi mənafeləri qurban verməyin. Bununla belə, kütlədəki fərd rolu ilə də razılaşmayın. Yaşananlara sadə yanaşın, maraqlarınızı düşünün. Dəyər verdiyiniz insana situasiyaya uyğunlaşmaqda yardım edin.
#12.09.2015 22:58 0 0 0