N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • Stəkanda keks resepti - Stəkanda keksin terkibi ve terifi - Stəkanda keks nece hazirlanir?


    noimage

    Tərkibi:

    3 yumurta,
    1 su stəkanı şəkər,
    1,5 su stəkanı un,
    Yarım çay stəkanı su,
    Yarım çay stəkanı duru yağ,
    1 qabardma tozu.
    1vanilin,

    Üzəri üçün:
    Çiyələkli kerm şanti,
    Çiyələk sosu.

    Hazırlanması:

    Dərin bir qabda yumurta və şəkəri qatıb mikserlə çırparaq qar halına gətirin.
    Daha sonra duru yağ və suyu əlavə edib çırpmaya davam edin.
    Un, qabartma tozu və vanilini də əlavə edərək şparula ilə eyni istiqamətdə qarışdırıb unu yaxşıca yumurtalar ilə qarışdırın.
    Daha sonra dondurma stəkanlarını su stəkanlarının içərisinə qoyun.
    Içərilərini yarıya qədər xəmir qoyub dondurma stəkanlarını su stəkanları ilə birlikdə fırın tabağına düzün. əvvəlcədən 180 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.
    Keksləri fırından çıxardıb soyumağa qoyun.
    Bu arada isə krem şantini hazırlayın.
    Krem şantiyə 1 stəkan süd qatıb möhkəm çırpın və soyuducuda bir az saxlayın.
    Daha sonra şantini soyuducudan çıxardın.
    Şirniyyat qaşığını suya batırıb çıxardın və şantidən qaşıqla alıb kekslərin üzərinə dondurma şəkli verib çiyələkli sosla bəzəyin.

    Nuş olsun!

    alinti..
#21.09.2015 22:25 0 0 0
  • Şəhzadə tortu resepti - Şəhzadə tortun terifi - Şəhzadə tortun terkibi - Şəhzadə tortu nece hazirlanir?

    noimage

    Tərkibi:

    Xəmir üçün:
    Marqarin – 30 qr.
    Şəkər – 2 st.
    Yumurta sarısı – 5 əd.
    Xama – 1 st.
    Un – 3 st.
    Kakao tozu – 2 ç.q.
    Soda – 1 ç.q.
    Duz

    Krem üçün:
    Yumurta ağı – 5 əd.
    Şəkər tozu – 100 qr.

    Hazırlanması:

    Yumurtanın sarısını şəkərlə çalın, üzərinə soda ilə qarışdırılmış xama töküb yenidən qarışdırın. Marqarini unla ovub qarışıma əlavə edin və bərk xəmir yoğurun. Xəmiri üç bərabər hissəyə bölüb, birinə kakao tozu qataraq, ayrı-ayrılıqda yağlanmış formada üç ədəd kökə bişirin. Soyuduqdan sonra aralarına və səthinə zülallı krem çəkin. Şahzadə tortunuz hazırdır. Üstünə istədiyiniz kimi dekor verə bilərsiniz.

    Nuş olsun!
#21.09.2015 22:09 0 0 0
  • Sağlıqlı və xoşbəxt olmağ - Sagliqli heyat - saglam olmaqin yollari haqqinda


    Sağlam və xoşbəxt yaşamaq hamımız üçün vacibdir. Xoşbəxt olduğunuzda sağlamlığınız yerinə gəlir. Sağlam olduğunuzda daha da xoşbəxt olarsınız. Bu iki anlayış bir-biri ilə çox əlaqəlidir. Sağlam və xoşbəxt olmanın 20 yolu bunlardır.

    Qəhqəhə ilə gülün
    Qəhqəhə ilə gülmək stress hormonu olan kortizol ifrazatını azaldır. Qəhqəhə ilə gülmək cavanlaşdırar və ömrü uzadır.

    Su içmək
    Gündə 2,5 litr qədər su içmək, bədənimizdə toksinlərin atılmasından, orqanların yaxşı işinə hətta hüceyrələrimizin bir-biri ilə ünsiyyətinə qədər lazımlıdır. Su içmək, həyati bir hadisədir. Su sinirləri sakitləşdirməkdə və beynin işini təmin etməkdədir.

    Əllərinizi yaxşı yuyun
    Bir çox yoluxucu xəstəlik əllər ilə keçməkdədir. Bu səbəblə əlləri dirsəklərə qədər sabun ilə yumaq tələb olunur. Bu vərdiş sizi qrip və soyuqdəymə yanında bir çox yoluxucu xəstəlikdən qoruyacaq.

    Masaj etdirin
    Masaj etdirmək qan dövranını sürətləndirir. Bununla bərabər yüngülləşməyə imkan verir və stressi alır. Bədəniniz xoşbəxtlik hormonunu artırır. Bu vaxt masajı edən adamın peşəkar olmasına mütləq diqqət edilməlidir.

    Dik dayanmaq
    Dik dayanmaq onurğa sağlamlığınız üçün çox lazımlıdır. Dik dayanmağı bir vərdiş halına gətirsəniz, irəliləyən yaşlarda oynaq və bel problemləriniz azalar.

    Diş ipi istifadə etmək
    Diş sağlamlığımız bədən sağlamlığımız üçün çox əhəmiyyətlidir. Çürük dişlər, ürək, qan dövranı, şəkər səbəbilə, çürüklərə və diş əti xəstəliklərinə qarşı diqqətli olmalıyıq. Mütəxəssislər diş fırçalamadan əvvəl diş ipi istifadəsini məsləhət görürlər.

    Çəkinizə diqqət edin
    20 yaşdan sonra 30 yaşlara yaxın bir dövrdə maddələr mübadiləsi sürətimiz yavaş-yavaş düşməyə başlayır. Beləcə 30 yaş sonrasında alınan kiloları atmaq çətin olur. Bu səbəblə yediklərimizə diqqət etmək və kilomuzu sabit tutmaq lazımdır.

    Dərin nəfəs alın
    Dərin nəfəs almaq qan təzyiqini salar və qanda oksigen səviyyəsini artırır. Bu səbəblə dərin nəfəs alma texnikalarını öyrənin və dərin nəfəs alın.

    İdman etmək
    İdman etmək və hərəkətli bir həyat sahibi olmaq başda xərçəng olmaq üzrə şəkər, təzyiq və ürək xəstəliklərinə qarşı qoruyucudur. Üstəlik idman etməyə başladıqdan 30 dəqiqə qədər sonra beynimiz özümüzü daha xoşbəxt hiss edər.

    Həkimə gedin.
    Hər il heç olmazsa, 1 dəfə həkimə gedin. Kiçik bir problemdə belə olsa, mütləq həkimə gedin. Bir çox ciddi xəstəliyin əlamət vermədən başladığını unutmayın.

    Yatmaq
    Normal yetkin bir insan 7-9 saat arasında yuxu yatmalıdır. Yuxu bədəni yeniləndiyi və özünü qoruduğu saatdır. Bu səbəblə nizamlı yuxu çox əhəmiyyətlidir.

    Ev heyvanı əldə etmək
    Ev heyvanı sahibi olanların daha az stress çəkdiyi və təzyiq, xolesterol səviyyələrinin düşdüyü bilinir. Bu səbəblə evdə bir heyvanınız olsun.

    Beyninizi işlədin
    Beyni davamlı işlətmək yaddaşınızı qoruyar. Dil öyrənmək, kitab oxumaq və tapmacalar həll etmək bu səbəblə çox əhəmiyyətlidir.

    Qorunun
    AIDS və cinsi yolla keçən xəstəliklərdən qorunmaq üçün mütləq prezervativ istifadə edin.

    Tərəvəz yeməyə alışın
    Tərəvəzlər güclü antioksidanlardır. Bu səbəblə tez-tez yaşıl yarpaqlı tərəvəzlər ilə qidalanın. Unutmayın, antioksidanlar sizi başda xərçəng olmaq üzrə bir çox xəstəlikdən qoruyur.

    Təbiət ilə iç-içə olmaq
    Açıq havada, ağacların olduğu yerlərdə gündə 30 dəqiqə qədər gəzmək , stressinizi alır və sizi rahatlaşdırar.

    Dostluq qurun
    Dostluq əldə edən insanların həyatları dostu olmayanlara görə 20% daha uzun olur. Bu səbəblə çox dostunuz olsun və onlarla vaxt keçirin.

    Aşiq olun və sevin
    Sevmək və aşıq olmaq beyində xoşbəxtlik hormonu olan dopamin sekresiyasını artırar. Beləcə xoşbəxt və hüzurlu olarsınız. Həyatınızda olan hər şeyi sevin.

    Siqareti tərgidin
    Hər il 4 milyon insan siqaret səbəbi ilə həyatını itirir. Siqareti tərgidin və ömrünüzü uzadın.


    alinti..
#21.09.2015 22:00 0 0 0
  • Yer fındığı - Yer fındıği haqqinda - Yer fındığının faydaları - Yer fındığının ne kimi faydasi var?

    noimage

    Yer fındığının da digər qabıqlı meyvələr (qoz, fındıq, badam və s.) kimi bir çox faydası vardır. Yazımda sizlərdə yer fındığının faydalarını paylaşacağam.

    Yer fındığının Faydaları Nələrdir?

    * Yer fındığı zülal, yağ və E vitamini baxımından zəngin bir qidadır, ayrıca B qrupu vitaminlər ilə fosfor, maqnezium, kalium, natrium və kalsium mineralları da yer fındığınnın tərkibində.

    *Yer fındığı bədənə enerji və qüvvət verər.

    *Əzələlərin və sümüklərin güclənməsini təmin edər.

    *Cinsi gücü artırar.

    *Zehni və fiziki yorğunluğu aradan qaldırar.

    *Öyrənməyi asanlaşdırar. Ürək sağlamlığına yaxşı təsir edər.

    *Qandakı xolesterol nisbətini aşağı salaraq ürək və damar xəstəlikləri riskini azaldar.

    *Başda döş, prostat və qalın bağırsaq xərçəngi olmaq üzrə xərçəngə qarşı qoruyucudur.

    *İmmunitet sistemini gücləndirər.

    *Qandakı şəkər nisbətini nizamladığı üçün şəkər xəstələrinə faydalıdır.

    *Yer fıntığı yağı qəbizliyə yaxşı gəlir.

    *Gastrit, mədə yanması və turşuması şikayətlərini azaldar.

    * Tək olaraq yeyilməli, portağal, alma, armud kimi meyvə və ya tərəvəzlərlə istehlak edilməməlidir.

    * Damar sərtliyi və xolesterolu olanlar yer fındığından uzaq dayanmalıdır.

    * Xüsusilə qabıqlı yer fındığın tozu allergiyaya səbəb ola biləcəyindən allergiyası olanlar üçün təhlükəli ola bilər.


    alinti...
#21.09.2015 21:52 0 0 0
  • Burcler - gundelik burcler

    Qoç - günün ilk yarısında situasiya sizə yaxşı şanslar və irəliləyiş imkanları yaradır. Yeni, faydalı əlaqələr yaratmağa çalışın. Biliklərinizi, informasiyalarınızı artırın. Mədəniyyətsiz, kobud, bisavad insanlardan mümkün qədər uzaq durun. Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanlarla ünsiyyətdə aktiv olun. Romantik hisslərin izharı üçün yaxşı gündür. Təmasları möhkəmləndirin. Mövqelərinizi daha səbatlı edin. Qətiyyət uğurun rəhnidir.

    Buğa - məhsuldar, effektiv gündür. Peşəkar fəaliyyətinizdə kommunikativ məqamlar çoxdursa, onlara diqqət yetirin. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət fayda verməklə yanaşı, əhvalınızı yaxşılaşdıra bilər. Günün ikinci yarısında hobbiniz gəlir gətirəcək. Lakin işinizə, xidmətlərinizə görə tələb etdiyiniz məbləği anormal dərəcədə artırmayın. Əks təqdirdə rəqiblər sizi üstələyəcəklər. Ehtiyatlı olun.

    Əkizlər - sadə məsələləri süni şəkildə mürəkkəbləşdirməyin. Mühüm işlərin hamısını eyni vaxtda həll etmək mümkün deyil. Səbrli, təmkinli olun. Cari problemlərin həlli ilə məşğul olun. Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Fürsəti əldən verməyin. Şanslarınızı dəyərləndirin. Axşam saatlarında normal istirahət etməyə çalışın.

    Xərçəng - pis zaman deyil. Günün ilk yarısında işlər pis olmayacaq. Önəmli məsələnin həllinə başlayın və onu vaxtında tamamlayın. Pullarınızı məntiqlə xərcləyin. Çoxdan başladığınız, amma yarımçıq qalmış layihəni başa vurmağa çalışın. İşdə aktiv olun, işgüzar insan olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda aktiv olun. Axşam saatları romantik hisslər vəd edir. Sevdiyiniz insanla incə davranın. Könül qırmayın. Axşam saatlarını açıq havada keçirin.

    Şir - günün ilk yarısında rutin işləri görərkən bir qədər kreativ davranın. Yaşam və ya fəaliyyət arealında dəyişikliklər etmək olar. Quru rəsmiyyətçilik uğur vəd etmir. Bir qədər asudə dolanmaq, sərbəst olmaq mümkündür. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların davranışlarındakı fərqləri sezin. Yeniliklər müşahidələrinizdən asılıdır. Bədbinliyə qapılmayın. Yaxın tanışlarınız arasında xəbər və ya məlumatı ilə əhvalınızı yaxşılaşdıra biləcək insan var. Axşam saatlarında normal istirahət edin.

    Qız - hisslərə qapılmayın, emosional olmayın. Praqmat davranın, ikinci dərəcəli saydığınız məsələləri qulaqardına vurmayın. Hər deyilənə inanmayın. Durumla bağlı təfsilatlı məlumatlar əldə etməmiş qərar verməyin. Günün ikinci yarısında başqalarının işlərini görərək öz maraqlarınızı unutmayın. Axşam saatlarına yaxın əhvalınızda dəyişikliklər ola bilər. Diqqətli davranın, sayıq olun. Tərəzi - sofitlər qarşısında duraraq parlamağa çalışmayın. Təsir imkanlarınızı genişləndirmək üçün əla gündür. Tərəfdaş, şərik və dostların sayını artıra bilərsiniz. Günün ikinci yarısında bilik və bacarıqlarınızı daha əminliklə nümayiş etdirə bilərsiniz. Dəvət aldığınız məkanlara yollanın. Etimad göstərdiyiniz insanla probleminizi müzakirə edə bilərsiniz. Axşam saatlarını sevdiyiniz insana həsr edin.

    Tərəzi - sofitlər qarşısında duraraq parlamağa çalışmayın. Təsir imkanlarınızı genişləndirmək üçün əla gündür. Tərəfdaş, şərik və dostların sayını artıra bilərsiniz. Günün ikinci yarısında bilik və bacarıqlarınızı daha əminliklə nümayiş etdirə bilərsiniz. Dəvət aldığınız məkanlara yollanın. Etimad göstərdiyiniz insanla probleminizi müzakirə edə bilərsiniz. Axşam saatlarını sevdiyiniz insana həsr edin.

    Əqrəb - qarışıq, laübəli, çox çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə münasibətləriniz gəriləcək. Ehtiyatlı olun, rəqiblər fəallaşıblar. Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar olacaq. Yaxşı bələd olmadığınız insana etibar etməyin. Yeni tanışlarla ünsiyyətdə sayıq olun. Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və mənasız əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır.

    Oxatan - qayda və qanunları pozmayın. Azadlıq hissi ifrata vararaq xaos istəyinə çevrilməməlidir. Bəzi stereotiplərdən qurtulmaqla daha sürətlə irəliləyə bilərsiniz. Ətrafınızdakı durumu obyektiv dəyərləndirin. Günün ikinci yarısında dəyər verdiyiniz insanların istəklərini nəzərə alın. Ünsiyyətinizin daha maraqlı, informativ alınmasına can atın. Axşam saatlarında normal istirahət edin.

    Oğlaq - sizin üçün yeni sahədə nabələd insan kimi davranmayın. Peşəkar fəaliyyət müstəvisində bilik və bacarıqlarınızı artırmağa çalışın. Əmək prosesini intensivləşdirmək üçün ideyalara ehtiyac var. Məhsuldarlığı artırın. Günün ikinci yarısında səhhətinizin qayğısına qalın. Yaxınlarınızdan birinin yardıma, köməyə ehtiyacı var. Qayğıkeş olsanız, münasibətlər inkişaf edəcək. İdmanla məşğul olmaq üçün pis zaman deyil. Axşam saatlarında maraqlandığınız işlə məşğul ola bilərsiniz.

    Dolça - sərbəstlik və müstəqillik arayın. Avantürizm ruhu sizi mənasız risklərə sövq etməməlidir. Vaxtında dayanmağı, qəbul edilmiş oyun qaydalarını pozmamağa çalışın. Biznes tərəfdaşlığını uğurla inkişaf etdirmək olar. Şəriklər və həmkarlarla münasibətlərdə sayıq davranın. Günün ikinci yarısında maraqlandığınız insanla əlaqələri aktivləşdirin. Axşam saatlarında alış-verişə yollanmaq olar. Planlaşdırılmamış xərclər maddi durumunuzu ağırlaşdırmamalıdır. Məntiqi unutmayın.

    Balıqlar - günün ilk yarısından etibarən şübhələrə qapılmayın. Qeyri-müəyyənliklər sizi narahat etməsin. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Dəyər verdiyiniz insanlarla münasibətlərdə sirlərin və mübhəmlərin sayını artırmayın. Günün ikinci yarısında rutin işlər, triviallıq sizi usandıra bilər. Münasibətlərə dəyər verin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda diqqətli olun. Qarşı tərəfin mövqelərini mütləq şəkildə nəzərə alın. Soyuqqanlı olun, amma laqeyd insan təsiri bağışlamayın.


    alinti...
#21.09.2015 21:02 0 0 0
  • İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?

    noimage

    21 sentyabr. İlin sonuna 101 gün qalır.

    1529. Sultan Süleyman Qanuni Vyananı mühasirəyə alıb

    1858. Babur İmperiyası süqut edib

    1860. Alman filosof Artur Şopenhauer vəfat edib

    1903. ABŞ-da ilk kovboy filmi nümayiş etdirilib

    1922. Bakıda mətni latın qrafikası ilə yığılan “Yeni yol” qəzetinin ilk sayı çapdan çıxıb

    1938. İlk televiziya xəbər proqramı (BBC) yayınlanıb

    1949. Mao Ze Dun Çin xalq Respublikasını elan edib

    1959. Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfov anadan olub

    1978. İsraillə sülh sazişinə görə Suriya, Əlcəzair, Liviya və Fələstin azadlıq təşkilatı Misirlə əlaqələrini kəsib

    1979. Mərkəzi Afrika Respublikasının diktatoru Jan Bedel Bokassa taxtdan salınıb. 75 yaşında vəfat edən liderin 17 arvaddan 40 övladı olub (məlum olan)

    1991. Ermənistan müstəqilliyini elan edib

    1994. Azərbaycan və İraq mədəniyyət nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanıb

    2003. BMT Beynəlxalq sülh gününü təsis edib

    2004. Bakıda “Yoxsulluğun aradan qaldırılması üzrə strategiya haqqında” beynəlxalq konfrans keçirilib.


    alinti..
#21.09.2015 19:50 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Şou biznesinin tanınmış simaları "İnstaqram” səhifələrində hər gün yeni şəkillərini təqdim edirlər. Lent.az-ın məlumatına görə, tanınmışlar fotolarını şərhsiz paylaşsalar da, izləyiciləri həmin şəkillərə öz tənqidi və ya xoş fikirlərini yazırlar. Elə bu zaman da kimisi çəkdirdiyi şəkillərlə bilərəkdən, kimisi də bilməyərəkdən müzakirələrin mövzusu olur.


    Lent.az onların maraqlı paylaşımlarını təqdim edir:

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    alinti...
#21.09.2015 19:45 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage


    Xalq artisti İlhamə Quliyeva ilə Azəri Günel Zeynalova arasında tac qalmaqalı böyüyür. Lent.az-ın məlumatına görə, bir neçə ay öncə maqazin proqramlarının birində Günelin başına tac taxaraq, "Yeni şahzadə gəlir. Bundan sonra hamı yerini bilsin. İlhamə xanım da bunu dəyərləndirib, cavab versin" sözləri deməsi xalq artistinin ürəyincə olmayıb.

    İ.Quliyeva "10-lar" verilişində G.Zeynalovaya səslənib: "Azərbaycanda hamı bilir ki, tacın sahibi İlhamədir. 15 il bundan əvvəl də tac taxardılar da... Rəsmi sənədlərlə taclarım var. Taxırsan öz işindir. Amma onu demək forması var. "Kim mənə nə deyə bilər? Taxıram əcəb edirəm" ifadəsi yanlışdır. Şıltaqlığı getsin evində etsin, mənim üçün yox".

    [video=youtube_share;ViUggFD6-FE]https://youtu.be/ViUggFD6-FE[/video]

    alinti..
#21.09.2015 19:40 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar - Taninmislar

    noimage

    Xalq artisti Nisə Qasımova ilə həmkarı Nisə Qasımova arasında illərdi yaşanan qalmaqal növbəti dəfə alovlanıb. Lent.az-ın məlumatına görə, onların budəfəki qalmaqalı N.Qasımovanın illər öncə ifa etdiyi “Yalvarıram” mahnısı üstündə olub. Belə ki, B.Dadaşovanın maqazin proqramlarının birinə müsahibəsində “"Yalvarıram” adlı mahnının ilk cəmiyyətə tanıdan mən olmuşam. Bəstənin tanınmasında mənim dəstəyim olub”, söyləməsi həmkarının ürəyincə olmayıb.

    Buna görə də N.Qasımova “10-lar” verilişində B.Dadaşovaya səslənib: “Artıq susmaq niyyətim yoxdur. Qırx üç il susmaq olmaz. Bu günə qədər kim nə dedi, susdum. Birdə gördüm ki, mən susa-susa kim nə istəyir, onu da edir. Amma bundan sonra susmayacam. Mənim ifa etdiyim “Yalvarıram” mahnısını qəribə bir formaya salıb, oxuyurlar, deyirlər ki, sənətkarıq. Bu sözə gəl öl də. Heç vaxt mahnı qıtlığı yaşamamışam. Ona qalsa bəstəkar Faiq Sücəddinovun özü mənə mahnılar təqdim edirdi, onun ifa etdiyi “Azərbaycanım” mahnısını ilk olaraq mənə təqdim etmişdi. Bəstə mənə təqdim olunanda gördüm ki, mahnı yaxşıdır, amma mənə görə deyil. İndi durum mən də deyim ki, o mahnının ilk ifaçısı mən olmuşam? Bu ifaçı mənim illər öncə ifa etdiyim “Mənim dünyam” adlı mahnını da oxuyub, hətta yeni çıxan albomunun da adını “Mənim dünyam” qoyub. Azərbaycanda ilk dəfə bu mahnını oxuyan mən Nisə Qasımova olmuşam. Oxuduğun dünya mahnısında dünyadan heç bir əksər əlamət yoxdur. Nədə oxumusan bilmirəm? İncimə. Əgər sən deyirsən ki, mənim “Yalvarıram” mahnısını gündəmə gətirdim, dağda, bağda belə elədim, onu saxla özün üçün. Bu yaxınlarda istəyirdim ki, bu müğənnin mahnılarından birini oxuyum və göstərim ki, gör mahnını hansı emosiya ilə oxuyarlar. Çox heyf edirəm ki, ünsiyyətimiz olmasa da mən sənə zamanında bacı kimi baxmışam. Amma sənin ambisiyan var idi ki, “mən bunun yanında əjdahaya oxşayıram”, bu mənim qəlbimə toxundu. Heç kim mənim yanımda əjdahaya, sıçana oxşaya bilməz. Hamımız insanıq. Kamera arxasında hərəsi bir cür olur. O ki, kamera çəkir, kimisi mənə arxasını, kimisi çiynini. Artıq bəsdir, öyrənin bu ədəb-ərkanı”.

    Yalçın UĞUR
#21.09.2015 19:32 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar - Taninmislar

    noimage

    Əməkdar artist Elza Seyidcahan yeni ailə qurmuş qızına ad günü keçirib. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə məlumat verərək, qızını təbrik edib: “Allahdan ən gözəl hədiyyəmiz olan Gülşən qızımın bu gün ad gününü qeyd edirik. Mübarək olsun”.

    Qeyd edək ki, E.Seyidcahanının qızı avqustun 24-də fotoqraf Elxan Əlisatovla ailə qurub.

    noimage

    noimage

    noimage

    noimage

    Yalçın UĞUR
#21.09.2015 19:30 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Bir müddət öncə qardaşını itirən müğənni Tacir Şahmalıoğlu yeni mövsümdə yaradıcılıq işlərinə start verib. Lent.az-ın məlumatına görə, ifaçı “Sevmərəm sevmərəm” adlı mahnı oxuyub. Yeni bəstəni dinləyicilərin ixtiyarına verən ifaçı bildirib ki, bu mahnının seviləcəyinə əmindir.


    Qeyd edək ki, T.Şahmaroğlunun qardaşı Mahir Allahverdiyev iyulun 31-də Novxanı çimərliyində dünyasını dəyişmişdi.

    [video=youtube_share;diQyscn9cv0]https://youtu.be/diQyscn9cv0[/video]

    Yalçın UĞUR
#21.09.2015 19:27 0 0 0
  • Azer Zakiroglu - Qoca qartal dinle

    [video=youtube_share;euKC3ZMn3aM]https://youtu.be/euKC3ZMn3aM[/video]
    noimage
#21.09.2015 19:19 0 0 0
#21.09.2015 19:17 0 0 0
#21.09.2015 19:15 0 0 0
#21.09.2015 19:12 0 0 0
#21.09.2015 19:07 0 0 0
  • Xeberler - Siyaset - Siyasi xeber

    noimage

    Azərbaycan Milli Məclisi tərəfindən qəbul olunan “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunu prezident İlham Əliyev yenidən parlamentə qaytarıb.

    Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı parlamentin sentyabrın 30-da keçiriləcək iclasında “2015-ci il aprelin 28-də Milli Məclis tərəfindən qəbul edilmiş “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanuna Azərbaycan Respublikası Prezidentinin etirazları barədə” qərar layihəsi müzakirəyə çıxarılacaq.

    Layihədə qeyd edilən tarixdə məlum qanununa prezidentin etirazının səbəbi belə izah olunur: “Qanunun 4-cü maddəsində səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yerinə yetirilən respublika informasiya-məsləhət xidməti mərkəzinin təşkil edilməsi, həmin mərkəzin tərkib hissəsi kimi fəaliyyət göstərən yerli qurumların yaradılması, habelə mərkəzin funksiyaları və öhdəlikləri müəyyən edilir. Bundan başqa qanunun 5-ci və 15-ci maddələrinə əsasən kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyekti hesab edilən müvafiq icra hakimiyyəti orqanının bu sahədə xidmət göstərmək hüququ əldə etmək üçün akkreditasiya olunması tələb olunur. Beləliklə qanunun bu müddəaları Konstitusiyanın 93-cü maddəsinin IV hissəsi və 109-cü maddəsinin 7-ci bəndi ilə ziddiyyət təşkil edir. Bununla Konstitusiyanın 7-ci maddəsində nəzərdə tutulmuş hakimiyyətlərin bölünməsi prinsipini pozaraq Azərbaycan Prezidentinin icra hakimiyyəti orqanlarına münasibətdə səlahiyyətlərini məhdudlaşdırır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 64.9-cu maddəsinə uyğun olaraq qanunda normaların həddindən artıq detallaşdırılması Konstitusiya ilə müəyyən edilmiş icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır.

    Qeyd olunanlarla yanaşı qanunda “Normativ hüquqi aktlar haqqında” qanunun 25.2-ci və 64.4-cü maddələrinin tələblərinə riayət olunmadan həddindən artıq ümumiləşdirilmiş və qeyri-müəyyən ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin çoxluğuna yol verilib.

    Konstitusiyanın 110-cu maddəsinin I hissəsini və 149-cu maddəsinin III hissəsini rəhbər tutaraq “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun imzalanmadan geri qaytarılır”.


    alinti...
#21.09.2015 18:20 0 0 0
  • Xeberler - Siyaset - Siyasi xeber

    noimage

    Bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) plenar toplantısında gizli səsvermə yolu ilə məhkəmə öz yeni sədrini seçib.


    Bu posta İtaliyanın AİHM-dəki hakimi Guido Raymondi seçilib və onun sədrlik səlahiyyətləri bu ilin noyabr ayının 1-dən qüvvəyə minəcək. O, bu vəzifədə mandatı bu ilin oktyabrın 31-də başa çatan Lüksemburqlu Din Şpilmanı əvəz edəcək.

    Qeyd edək ki, İtaliyanın Neapol şəhərindən olan Guido Raymondi 2010-cu ildən İtaliyanın AİHM-dəki hakimi, 2012-ci ildən isə Məhkəmənin vitse-prezidenti və şöbə müdiri vəzifələrində çalışıb.

    alinti...
#21.09.2015 18:18 0 0 0
  • Xınalıq-dağların tacı - Xınalıq-dağları haqqinda

    Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Quba bölgəsində, Şahdağ, Tufan, Babadağ, Qiblə dağları kimi yüksək dağ zirvələri arasında əsrarəngiz bir məkan qərar tutub. Gözəl təbiət mənzərələri ilə dolu bu məkan tarixin və təbiətin yaratdığı özünəməxsus muzeyi xatırladır. Təxmin etdiyiniz kimi, söhbət Xınalıq kəndindən gedir.
    Bu qədim məkana yaxınlaşarkən diqqəti ilk əvvəl gözəl təbiət mənzərələri, pilləvari və yarusvari tikililərin sərt əzəməti cəlb edir. Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən və çoxlu memarlıq abidəsinin olduğu bu kəndin nadir dili və tarixi var. İl boyu qar və buzlaqlarla örtülü olan möhtəşəm Böyük Qafqaz dağlarının əhatəsində yerləşən Xınalığın bənzərsiz landşaftı, təbiətlə səsləşən mənzərəsi bura səfər edən hər kəsi heyrətləndirir.
    Uzun illər təcrid olunmuş şəkildə qalan kənd ənənəvi inşaat üsullarını, folklor və etnoqrafik ənənələrini qoruyub saxlayıb. Bir sözlə, özünün ilkin memarlıq simasını, eləcə də köhnə məişət tərzi ilə səsləşən ekzotik əlamətlərini saxlayan Xınalıqla tanış olduqdan sonra belə nəticəyə gəlmək olur ki, bu yaşayış məskəni sivilizasiyanın təsirinə məruz qalmayan canlı tarixdir. Sakinlər arasında kəndin adı haqqında da maraqlı əhvalatlar danışılır. Deyilənlərə görə, əvvəllər bu qədim kənd zəlzələ nəticəsində dağıldıqdan sonra sağ qalanlar həna, yəni xına becərməyə başlayıb. Elə ona görə də kəndin adı Xınalıq adlanır.
    Xınalıq yaşayış məntəqəsinin yaranma tarixi elm aləminə dəqiq məlum olmasa da, bu bölgədə yerləşən kəndlərin əhatə etdiyi ərazidə insanların çox qədim zamanlardan yaşadıqları şübhə doğurmur. Xınalığın ilk müdafiə sistemi məhz qala divarlarından və bürclərdən ibarət olub. Divarlar mühafizə olunmasa da, dağıdılmış piramidaya bənzər bürclər onların varlığından xəbər verir. Yaşayış evləri birotaqlı mənzillərdən və həyətyanı sahəsi olan evlərdən ibarətdir. Kəndin inşaat təcrübəsində yerli tikinti materialları — qaya və çay daşlarından, divarların tikilməsində isə samandan və gil məhlulundan geniş istifadə edilib.
    Sakinlər arasında Pir Comərt və ya Əbu Müslüm adlandırılan məscid kəndin ən qədim və əsas piri sayılır. Ümumiyyətlə, Xınalıq əhalisi kənddə mövcud olan bütün məscidləri pir adlandırır. Məscidlər evə bənzəyir və minarələri yoxdur.
    Bu ərazidə yerləşən, müqəddəs sayılan Babadağın zirvəsindəki oyuğun altında xalq arasındakı rəvayətə görə, Baba adlı müqəddəs şəxsin qəbri var. Bura təkcə bölgədə deyil, bütün Azərbaycanda məşhur ziyarətgahlardan biridir. Babadağı 7 dəfə ziyarət etmək əhalinin inamına görə, Həcc ziyarətinə bərabərdir. Bundan əlavə, Xınalıqda Qəmik məscidi, Şeyx Şalbuzbaba məscidi, Xıdır Nəbi, Qüllə, Cabbar baba, Möhüc baba və Şıxşalburuz baba pirləri mövcuddur.


    alinti...
#21.09.2015 00:58 0 0 0