N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • Xeber - xeberler - Dunyadan xeber

    noimage


    İran Rusiya ilə 21 mlrd dəyərində Rusiya istehsalı olan “Superjet 100” təyyarələri daxil olmaqla aviasiya-kosmik avadanlığının alınmasına dair bir neçə müqavilə imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “Sptnik” agentliyinə müsahibəsində İranın Milli Kosmik Mərkəzinin rəhbəri Manuçöhr Manteki deyib.

    Mantekinin sözlərinə görə, sazişlər avqustun sonunda keçirilmiş “MAKS-2015” aviasalon çərçivəsində əldə olunub.



    alinti..
#28.09.2015 21:13 0 0 0
  • Unudulmaz insan - Rafiq Babayev haqqinda - Rafiq Babayev haqqinda yazilanlar - Aytən Yusifova Rafiq Babayevden yazdi

    noimage



    Aytən Yusifova


    Yazı AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, dosent, yazıçı Rafiq Babayevə həsr olunur.


    Özüm üçün borc hesab edirəm onun üçün yazmağı. Ən azından mənəvi borc. Amma necə deyərlər sözün və kəlmələrin bitdiyi an bu olsa gərək. Çünki nə və necə yazmaq, içindəkiləri dilə gətirmək o qədər də asan deyil. Amma bir yerlərdən başlamaq da lazım.


    Artıq son görüşümüzü heç vaxt unutmasam da, ilk görüşümüzü nədənsə xatırlamıram.
    Tələbə idim, həyata yeni atılırdım, insanların yalan deyəcəyinə, haqq ədalətdən uzaq olmağına heç inanmırdım. Amma həyat reallığı bunları mənə öyrətməyə başlayırdı. Titrək bir yarpaq kimi zərif idim, zəif külək əssə ona qoşulub heç olmaq istəmədiyim yerlərə sürüklənməyə hazırdım. Sizinlə tanışlığım bu zaman başladı, əziz ustadım. Bəlkə bilərəkdən və ya bilmədən günəş kimi doğdunuz o yarpağın üzərində və o, yaşıllaşmağa, kökünə daha möhkəm sarılmağa başladı. Dəyərlərimə sahib çıxmağı mənə siz öyrətdiniz. Mübarizə aparmağı, səbirli olmağı, yalansız yaşamağın mümkünlüyünü, təmiz niyyətli olmağı, daha neçə-neçə dəyərləri.

    Bəzən çox təəccüblənərdim ki, bu insan necə olar ki, dayanmadan, yorulmadan yazar, araşdırar. Bəlkə də ölümün vaxtsız gələcəyini bilir və tələsirdiniz.

    O qədər işinin arasında isə həmişə, hər kəsə vaxt ayırmağı bacarırdı. Gülərüz və qayğıkeş bir sima ilə xatırlayıram həmişə onu. Yorğun gözləri ilə gülümsəyərək çox dərinlərdə hökm sürən acını ört-basdır etməyə çalışırdı. Deyəsən, bacarırdı da...

    Gənc yaşda əsgər oğlunu acı bir şəkildə itirmişdi, bəlkə də hər kəsə ata sevgisi ilə yanaşması doya-doya çatdıra bilmədiyi, ürəyində qalan bu sevgidən irəli gəlirdi.
    Təbiiliyi, istiliyi yazılarına, əsərlərinə də köçmüşdü. Hər yazısında doğmalıq vardı. Sanki yarımçıq taleyindən yazırdı.

    Çox kədərlidir, artıq cümlələri keçmiş zamanda qururam, çünki aramızda yoxdur. Bəlkə bir az pafoslu, bəlkə də bir az şablon çıxacaq, amma doğrudan da aramızda olmayan sadəcə cismidir. Belə yaşamaq isə hər kəsə nəsib olmur.

    Bir şeyi daha anladım: insanlar bu dünyadan gedəndə sənə aid bir parçanı, yəni xatirələrini də aparırlar. Heç nə əvvəlki kimi olmur, nə yeni xatirələr, nə də yeni insanlar bu boşluğu doldurur. Kim deyir ki, əvəzolunmaz insan yoxdur? Əvəzi olmayan insanlar var hər birimizin həyatında. Bunu acı da olsa, Rafiq Babayevin gedişi ilə anladım.

    Fikir verirəm, yazdığım fikirlərim də qırıq-qırıqdı, çünki haçalanmış hisslərimin tərcümanı kimi onlar da bir yerə toplana bilmir.

    Necə deyərlər dəli bir ağlamaq keçir könlümdən...
    Haqqını halal et ustad...

    Alinti...
#28.09.2015 21:02 0 0 0
  • XX əsr - Rromanlar - XX əsrin ən böyük romanları haqqiinda - XX əsrin ən böyük romanlarının siyahısı

    Kulis siyahını təqdim edir.

    1. Möhtəşəm Qetsbi – F. Scott Fitzgerald

    2. “Çovdarlıqda uçurumdan qoruyan” – J.D. Salinger

    3. “Qəzəb salxımları” - John Steinbeck

    4. “Quşcığazı öldürmək” – Harper Lee

    5. “Rənglərin tündü” – Alice Walker

    6. “Uliss” – James Joyce

    7. “Sevilən” – Toni Morrison

    8. “Milçəklərin tanrısı” – William Golding

    9. “1984” - George Orwell

    10. “Hay-küy və hiddət” - William Faulkner

    11. “Lolita” – Vladmir Nabokov

    12. “Adamlar və siçanlar” - John Steinbeck

    13. “Şarlottanın sevgi toru” - E.B. White

    14. “Bir gənc adam olara sənətçinin portreti” – James Joyce

    15. “Maddə 22” – Joseph Heller

    16. “Cəsur yeni dünya” – Aldous Huxley

    17. “Heyvanıstan” - George Orwell

    18. “Günəş də doğar” – Ernest Hemingway

    19. “Döşəyimdə ölürkən” - William Faulkner

    20. “Əlvida, silah” – Ernest Hemingway

    Yazar:Kulis
#27.09.2015 22:12 0 0 0
  • Yazarlar - Bir ovuc torpaq - İlqar Rəsul - İlqar Rəsul yazilari

    noimage

    Hər kəsin cənazəsinin ağırlığı onun ürəyində qalan arzular qədərdir. Məmməd Aslanın ən böyük arzusu Kəlbəcərə qayıtmaq idi. Bu arzu onun içində o qədər böyümüşdü ki, başqa arzulara yer qoymamışdı. Vəfat etdiyini eşidəndə "cənazəsi xeyli ağır olacaq..." düşündüm. İkinci ağlımdan keçənsə o oldu ki, "Azərbaycanın canlı folklorlarından biri cismən həyatdan getdi. Kaş ki, ölkədə "beyin muzeyi" olaydı və belə adamların beynini götürüb orada gələcək nəsillər üçün saxlayaydılar"...

    İlk dəfə 2008-ci ildə söhbət etdik onunla. Müsahibə götürürdüm. Hər şeydən danışdıq demək olar ki. Məlum oldu ki, Məmməd Aslan məktəbə xeyli gec gedib. Deyirdi, kiçik yaşlarında atasını itirdikdən sonra anası onları Kəlbəcərin Laçın kəndindən götürüb Bərdənin Qəhrəmanlı kəndinə köçüb. Dolanışıq ucbatından məktəbə vaxtında gedə bilməyib. Kənddə Seyid Ələsgər ağa adlı insaflı bir kişinin heyvanlarını otarırmış. Amma oxuyub-yazmağı bilirmiş. Həmyaşıdları artıq üçüncü sinifdə oxuyanda məktəbin direktoru eşidir ki, kənddə bir uşaq var, əməlli-başlı kitab oxuyur. Gəlib Balabəyli deyilən yerdə, meşədə Məmmədi tapır. Bir neçə kitabın hərəsindən bir az oxutdurur ona. Sonra gedib anasından razılığını alıb, Məmmədi məktəbə aparır. Amma Məmməd artıq böyük olduğu üçün birinci sinifdə balaca uşaqlarla birlikdə oxumaq istəmir. İkinci sinfin uşaqları da ona "əmi", "dayı" deyə zarafat edərək məktəbdən qaçaq salırlar. Vəziyyəti belə görən direktor, Məmmədi birbaşa üçüncü sinifdən məktəbə qəbul edir.

    Məmməd Aslan bu əhvalatı danışıb dedi ki, "İlqar, bax ona görə də mən orta məktəbin ilk üç sinfini oxumamışam".

    Mən də zarafatımdan qalmayıb dedim ki, "Məmməd müəllim, gör hələ siz məktəbi əvvəldən oxusaydınız nələr edərdiniz". Xoşu gəldi bu zarafatımdan. Güldü. Sonra “yox” – dedi – “nəyəmsə, buyam, artıq olası deyiləm”:

    Qırov səndə, şaxta səndə
    Tərsə dönən çarx da səndə
    Məmməd Aslan, toxta sən də
    çox uzatma, yaz bu qədər...

    Doğulduğu Kəlbəcərin dağlarından, qayalarından danışanda o qayaların dibində nələr elədiyini soruşdum Məmməd Aslandan. Üzr istəyib bir bənd şeir söylədi:

    Ala qaya, yelli gədik,
    Səndə nə dövran elədik.
    Öpmədik, dişləmədik,
    Adımızı bədnam elədik...

    Dedim, burda üzr istəməli nə var ki, Məmməd müəllim? Dedi – “yox, indi o qədər açıq- saçıq, o qədər lüt şeirlər yazırlar ki, mən ar eləyirəm hətta oradakı "öpmədik-dişləmədik" sözlərini söyləməyə”.

    “Qoy o şeirləri yazanlar sizdən üzür istəsinlər” - dedim. Gülümsünüb, “zaman utansın ki, bizi bu günlərə gətirdi” - dedi.

    Sonra bir az tənhalığından, bir az da şairlikdən danışdıq. Tənhalığını çox sevdiyini dedi. Həm də dedi ki, şairlərin bir anası da tənhalıqdı. Tənhalıq adamın şair olması üçün hər şey edir. Söhbət arası "Bakıda şeir yaza bilmirəm" - dedi. Dərhal da əlavə etdi ki, "İlqar, indi deyəcəksən, yaza bilmirsənsə qayıt geri... Hara qayıdım?”

    Ən çox qorxduğu şey Kəlbəcərin işğaldan azad olunmaması idi.

    Qəfil bir sual verdim ona:

    - Niyə yaşayırsınız, Məmməd müəllim?

    Fikirləşmədən cavab verdi:

    - Yaşayırammı? Təzə xəbərdi bu.

    - Yaşamırsınız?

    - Qətiyyən. Bir var, gəzmək, baxmaq, bir də var yaşamaq. Çağırdınız gəldim müsahibə verdim, elə bildiniz yaşayıram? Yox. Mən sadəcə Kəlbəcərin bir ovuc əmanət torpağıyam. O torpağı gəzdirirəm özümdə. Bəlkə fürsət düşsə, onu sahibənə qaytaram. Bu yaşamaq deyil. Sonra şeir dedi:

    Ağ saraylar virana
    Yüz il təslim bir ana
    Məlhəm qoymaz yarana
    Dünya, bumbuz Kəlbəcər

    Dikəl qəfil qarşımda
    Ağna, tökül başıma
    Daş vermə başdaşıma
    Qalmasın iz, Kəlbəcər

    Çilikləndi büllur saz
    Getdi ruhunda avaz
    O Kəlbəcər qayıtmaz
    Qayıtsa yüz Kəlbəcər...

    “Siz bu həyatda daha çox Məmməd ola bildiniz, ya Aslan oldunuz?” - soruşdum ondan.
    Dedi, İlqar, qoy bu sualına da şeirlə cavab verim, bununla da qurtaraq. Yordun məni. Olarmı?

    “Olar” - dedim.

    Tənha zirvələrin yar yoldaşıyam
    Quşqonmaz dağların ağır qışıyam
    Mən qaya parçası, çaxmaq daşıyam
    Mən çətin adamam asan deyiləm

    Məni üzüyola doğmayıb anam
    Hara buyursalar orda fırlanam
    Hirsini içində boğan vulkanam
    Hələ ki, Məmmədəm, Aslan deyiləm.


    P.S. Söhbətimizin lap əvvəlində ondan bir bayatı istəmişdim. O da "Ərzurum bayatısıdı" deyib, bunu söyləmişdi:

    Dünyaya yayax gəldim
    Yatmadım, oyax gəldim
    Ömür deyir, yüz il keçdi
    Ürək deyir, bayax gəldim...

    Yazar:İlqar Rəsul
#27.09.2015 21:07 0 0 0
  • Cavanşir Yusifli - Cavanşir Yusiflinin yazilari - Həyatla həyat arasında essesini oxu

    noimage

    Kulis Cavanşir Yusiflinin “Həyatla həyat arasında” essesini təqdim edir.


    İndi nədən, kimdən deyək? Məsələ deyəsən qəlizləşib bir az. Bu o deməkdir ki, həyat artıq qat-qat oyunlara bələnib. Oyun ifadəsinin oyun ifadəsi. Bunu Lotman Qoqolun “Müfəttiş”indən danışanda yazırdı. İndi, xüsusən informasiya texnologiyalarının gözə aman verməyən inkişafı çağında artıq öz canımızda hiss edirik, sanki... bayaq sərbəst, çox rahat baxa bildiyin quş uçuşu indi başgicəlləndirici bir şeyə çevrilib və anidən, qanının hər damlasında hiss edirsən ki, sənin istəmədiyin bir oyun başlayır.

    Sən bu əraziyə girmək istəmirsən, amma, özün də hiss etmədən ora itələnirsən, yəni, sənin canında da az deyil, oyuna girib onu pozmaq, ləzzətini dadmaq, oyunçulara isbatlamaq istəyirsən ki,əliyalın adamın üstünə qılıncla getməzlər.

    Sənə hücum çəkir qəm qoşunları
    Hamısı köhnəli, həm də təzəli
    Tapılsa hər dərdə milyonca məlhəm
    Yenə yaşamağa yoxdu təsəlli.

    Bunu sözgəlişi dedim. Həm də belə bir şey: səni istədikləri kimi oynatsınlar, daşa-divara çarpsınlar, özünü elə göstər və bacarsan həm də elə ol ki, elə indicə ürəyin ovcun içinə qonacaq, bir quş kimi... Bunu da bacarmaq olar, məncə, çünki biz iki sahədən ibarətik, canlı və virtual, canlı sahədə ətini şişə çəkirlər, virtualda acı-acı gülürsən və fərqində də deyilsən ki, əliyalın bir qatilə çevrilibsən, öz qanını içirsən. Heç nə dəyişməyib, köhnə dünyanın, bax bu köhnə divarın suvağı da heç tökülməyib, amma bəzi yerlərdə bu suvaq ayrılmaq istəyir, bezdiyindən bilmir neyləsin.

    Oyunlar qarışır bir-birinə, kimin haqlı, kimin haqsız olmağının artıq bir əhəmiyyəti qalmır, çünki sən bu olayın artıq ən qəddar oyunçususan. Səni heç kim, heç özün də xilas edə bilməzsən. Hər şey çox adi şeylərdən başlayır, bir pıçıltı, sevgi sözü, sünbül saçağı, eşq... bular necə gözəl sözlərdir, ürəyini titrədir, üzünə cənnət nəsimi əsdirir, ortaya ən gözəl, ən qənirsiz şeirlər gəlir, buyur, bədəni nazikdən nazik bir qədəhin içinə süz, iç getsin, yox, belə olmaz, başına çək, son damalısını dodadqlarınla sümür... Bir də olmayacaq belə şeylər.

    Ancaq sən hardan biləsən ki, mən bu ömrü dəli kimi, dəli bir eşq kimi yaşadım, bəlkə heç kəsi sevmədən, heç kəsə doğru yürümədən, ən qalabalıq məclislərdən qopan gülüş səslərinin içindən ürəyimə saplanan xəncərin tiyəsindən yapışdım. Və günlərin bir günü hava tutuldu, göy üzü ağlamaq dərəcəsində qaraldı, o adamı ilğım kimi gördüm, oyun yaddan çıxdı, həyat başladı. Ancaq bu necə həyatdı ki, səni yerdən-yerə çırpır, sinə gərdiyin bütün dərd və məşəqqətləri gül suyuna döndərib üzünə çəkir. Ölüb-dirilirsən, anlayırsan ki, btün bunlar əbəs deyil, tale indi gəlib, kərpic necə kürədə yanırsa, sən də o alovun içində qarsıyırsan, amma... insan sinəsinə taxdığı qızılgüldən necə xoşlanırsa, sən də ürəyinə tuşlanan güllədən xoşlanırsan. Səni divara söykəyib güllələsinlər istəyirsən, amma sən ölməyəsən, daha doğrusu orta əsrlərdə bir qərib aşiqin yazdığı qəzəlin bir misrasına sığınan qüssədən diriləsən. Belə ola bilərmi? Ola bilər. Həyatda ölərsən, virtualda dirilərsən. Nə olur-olsun həyatın, daha doğrusu eşq əzabı davam eləyər.

    Belə olduqda sən şöhrəti, adı, yazıb-pozduqlarını... hər şeyi unudarsan, hətta vaxtilə həyatın tənəffüslərində sevdiyin qızları, həm də səni atıb gedən qadınları. Bəli bunlar olub, əlini uzadıbsan, şəffaf şüşəyə dəyib, səni sevənlər səni atıb gediblər.

    İndi səninlə iki ayrı-ayrı sahədə dayanmışıq, birimiz həyatda, digərimiz şəffaf şüşə arxasında. Ancaq hər şey həyatı xatırladır. Ancaq mən bu həyata heç zaman inanmamışam.

    Yazar:Cavanşir YUSİFLİ
#27.09.2015 21:03 0 0 0
  • Kitab resmi - resimde kitab - sevgiye dair kitab - xatireller kitabi
    noimage
    noimage
    noimage

    Men senin ucun kitab yazdim.....
    ........Xatireler kitabi....

    N.N.
#27.09.2015 00:49 0 0 0
  • sevgi resimleri - umud dolu sekiller - mehebbet bexs eden resimler - xatiradici resm
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage
    noimage

    Hazirladi:N.N
#27.09.2015 00:39 0 0 0
  • sevgi resimleri - romantik resimler - resimlerde sevg - yazili resim - resimlerde sevgi sozleri

    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage
    noimage noimage noimage
    noimage

    noimage noimage noimage


    Hazirladi:N.N.
#26.09.2015 23:24 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    “Bizdə namizədlər hələ çoxdur. Partiyanın idarə heyəti ölçüb-biçib, 117 dairədən namizəd irəli sürüb. Yəni artıq bütün namizədlər müəyyənləşib. İmza vərəqələrini götürüblər, doldurublar və geri qaytarıblar. Ağadadaş bəyə gəldikdə isə layiqli bir insandır, gözəl müğənnidir, xalq artistidir, partiyamızın fəal üzvüdür. Bu seçkilərdə o, namizəd deyil. Gələcəkdə onun da seçkilərdə iştirak etməsi mümkündür”.

    Bu sözləri Lent.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O, xalq artisti Ağadadaş Ağayevin YAP-dan deputatlığa namizəd olmaqla bağlı sözlərinə münasibət bildirib. S.Novruzov deyib ki, YAP-ın namizədlərinin müəyyənləşdirilməsi səlahiyyəti idarə heyətinə məxsusdur: “İdarə heyəti müəyyənləşdirir ki, hansı dairədən kim namizəd olsun”.

    Qeyd edək ki, xalq artisti Ağadadaş Ağayev "qafqazinfo"ya açıqlamasında bu sözləri demişdi: “Sənət adamları da bu dövlətin vətəndaşlarıdır. Hər hansı müğənninin deputat olmaq istəyində qəbahət yoxdur. Mən YAP-ın üzvüyəm. Hər an dövlətimizə xidmət etməyə hazıram. Sənət adamları özlərini ölkədə baş verən hadisələrdən kənarda tuta bilməzlər, siyasi proseslərə münasibət bildirməlidirlər. Bir neçə il sonra mən də siyasətə qoşulmaq istəyirəm”.

    Yalçın UĞUR
#24.09.2015 09:14 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Müğənni Sevinc Ağaşirinovanın bu ilin əvvəlində həbs olunan prodüseri Elvin Əli azadlığa buraxılıb. Lent.az-ın məlumatına görə, prodüser narkotik maddələrin qanunsuz istifadəsinə görə həbs edilmişdi.

    Xatırladaq ki, S.Ağaşirinova prodüseri həbs olunan zaman Lent.az-a açıqlamasında bu sözləri demişdi: "O, artıq mənimlə işləmir. 3 ay idi ki, işbirliyimizə son qoymuşduq. Elvinin bu məsələyə görə həbs edildiyini eşidəndə təəccübləndim. Əgər edibsə, Azərbaycan qanunları qarşısında cavab verəcək”.

    Qeyd edək ki, E.Əliyev prodüserliklə yanaşı teleradio sahəsində də çalışıb. O, 106.3 FM radiosunda da çalışıb.

    alinti...
#24.09.2015 09:11 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Müğənni Seren Serengil aktyor Engin Akyüreki təqib etməsi və bu səbəbdən onu bezdirməsi ilə bağlı yayılan iddialara cavab verib.

    Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı bununla bağlı sosial şəbəkədə yazıb: “Vəkilimə yalan, əsassız xəbərlərin araşdırılması ilə bağlı təlimat vermişəm. Engin heç vaxt “Hara gedirəm qarşıma çıxır, bezmişəm” deməz. Mən bir ildir ki, başqası ilə münasibətdəyəm. Bunu indiyədək ona görə demirdim ki, sevgimizi gizli saxlamaq istəyirdik”.

    Engin Akyürek də haqqında yayılan şayiələr haqda İnstaqram səhifəsində “Seren Serengil Engin Akyüreki təqib edir” başlıqlı xəbər tamamilə əsassızdır”, - deyə açıqlama verib.

    alinti..
#24.09.2015 09:09 0 0 0
  • Xeberler - Hadise

    noimage

    Ermənistan ordusunun bölmələri növbəti dəfə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və dövlət sərhədi boyu yerləşən kəndləri müxtəlif çaplı silahlardan istifadə etməklə intensiv surətdə atəşə tutub.

    Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 23-də gecə saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində mülki sakin Dursunova Esmira Aslan qızı yaralanıb. Göstərilən ilkin tibbi yardımdan sonra E. Dursunova Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

    "Ermənistan tərəfinin bu cür təxribat əməllərini həmişə olduğu kimi, Azərbaycanda əlamətdar hadisələr, bayram günləri keçirildiyi vaxtda törətməsi məqsədyönlü xarakter daşıyır və məhz dövlət sərhədində Silahlı Qüvvələrimizi provokasiyaya cəlb etmək niyyətini güdür. Müdafiə Nazirliyi bildirir ki, düşməni susdurmaq məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən görülən təxirəsalınmaz və adekvat tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə güclü atəş zərbələri endirilib. Bir daha bəyan edirik ki, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür", - deyə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur.

    Alinti...
#24.09.2015 08:55 0 0 0
  • Xeberler - Sosal xeber - Bayram - Qurban bayrami

    noimage


    Sentyabrın 24-də səhər saat 09:00-da “Təzəpir” məscidində Qurban bayramı namazı qılınacaq.

    Azərbaycanda Qurban bayramı qeyd olunur. Sentyabrın 24-də səhər saat 09:00-da “Təzəpir” məscidində Qurban bayramı namazı qılınacaq.

    APA-nın xəbərinə görə, bu il Azərbaycanda Qurban bayramı sentyabrın 24-də və 25-də qeyd edilir.

    Sentyabrın 24-də səhər saat 09:00-da “Təzəpir” məscidində Qurban bayramı namazı qılınacaq.

    Qurban bayramı və ya Dini qurban kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

    Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda “Quran”da yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

    İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

    Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı ilə əlaqədar Azərbaycanda senytabrın 24-ü və 25-i qeyri-iş günüdür.

    Sentyabrın 24-ü cümə axşamına, 25-i cümə gününə, 26 və 27-si isə şənbə və bazar günlərinə təsadüf etdiyi üçün ölkədə ardıcıl 4 gün iş olmayacaq.

    Alinti...
#24.09.2015 08:52 0 0 0
  • Hər kəsin tutumu fərqlidir - Dini hwkaye

    noimage

    Savadsız bir kənli hər həftənin cümə günü uzaq məsafə qət edərək şəhərə gəlir və cümə namazında iştirak edirdi. Yol üstündən axan çayı keçmək üçün kəndli məcbur olub dolanbac yollarla körpüyə qədər gedir, körpüdən keçib yenə uzun yollarla şəhərə çatırdı. Beləliklə, körpü uzaqda olduğundan, hər həftə kəndli yolda bir neçə saat artıq vaxt itirirdi.

    Cümə xütbələrinin birində vaiz "Bismillahir-Rəhmanir-Rəhim" ayəsinin fəzilətindən söz açır. Deyir ki, bu ayə Allahın ən əzəmətli adına (ismi-əzəmə;) çox yaxındır. Keçmiş peyğəmbərlər bu ayəni oxumaqla mözücələr göstəriblər. Məsələn, Həzrət İsa peyğəmbər (ə;) "bismillah" ayəsini oxuyub suyun üzü ilə gedirmiş.

    Mömin kəndli bu sözü yadında saxlayır. O biri həftə şəhərə gələndə qərara alır ki, bu ayənin gücündən istifadə etsin. Çayın sahilinə çatanda təmiz niyyətlə və qəlb yəqinliyi ilə "Bismillahir-Rəhmanir-Rəhim" ayəsini oxuyub suya qədəm basır və həqiqətən çayın üzərindən keçib o biri sahilə çıxır.

    Beləliklə, kəndli öz yolunu xeyli qısaldır və bir neçə saat vaxta qənaət edir. Bir gün qərara gəlir ki, xeyirxah məsləhətinə görə minnətdarlıq kimi vaizi evinə qonaq aparsın. Vaiz kəndlinin dəvətini qəbul edir və namazdan sonra birlikdə kəndə tərəf yola düşürlər. Çayın sahilinə çatanda kəndli yenə "bismillah" deyib suyun üzərinə qədəm basır. Yolun yarısında geriyə dönüb görür ki, vaiz hələ sahildə durub.

    Kəndli təəccüblə soruşur:

    - Niyə gəlmirsən? Məgər minbərdən söylədiyin ayə yadında deyil?! Oxu və ardımca gəl!

    Vaiz cavab verir:

    - Ayəni mən də oxuya bilərəm. Amma qəlblərimiz eyni deyil. Sənin qəlbində olan yəqin məndə yoxdur.

    ***

    Məşhur sufi Şəqiq Bəlxi həcc ziyarəti zamanı övliyanın görkəmli zatlarından olan İbrahim ibn Ədhəmlə görüşmüş və aralarında belə bir söhbət olmuşdu.

    Şəqiq Bəlxi İbrahimdən soruşur:

    - Ey İbrahim, nə ilə dolanırsan?

    İbrahim belə cavab verir:

    - Ruzi tapanda şükr edir, tapmayanda səbr edirəm.

    Şəqiq istehza ilə söyləyir:

    - Şəhərimizin itləri də bu cürdürlər. Yem tapanda qarınlarını doyurub sevinirlər. Yem tapmayanda isə aclığa dözürlər.

    İbrahim təəccüblə ondan soruşur ki, bəs sən necə hərəkət edirsən?

    Şəqiq deyir:

    - Biz ruzi tapanda başqalarına bağışlayırıq, tapmayanda şükr edirik.

    İbrahim cavabı eşidəndə qalxıb Şəqinin alnından öpür və deyir:

    - Vallahi, sən bu elmdə məndən daha ustadsan.


    Alinti...
#23.09.2015 01:35 0 0 0
  • İslam dinində təmizlik insanlığın təməl prinsiplərindəndir

    İbadətə hazırlaşan insan xüsusi təmizlik mərhələlərindən keçdikdən sonra yönünü Qibləyə çevirir. Peyğəmbərimizin (s.ə.s.) həyatında təmizlik həm gözəllik, həm ibadət, həm də sağlamlıq üçün çox önəmli amil kimi dəyərləndirilir. Onun buyruqlarında gigiyena ilə bağlı yer alan tövsiyələr bu gün tibb elmini heyrətə salır. Dinimizə görə, təmizlənmək iki cür olur: həsəddən təmizlənmək, nəcasətdən təmizlənmək. Həsəddən təmizlənmək bütün mənəvi çirkabdan təmizlənmək anlamında işlədilir. İnsan ibadətə hazırlaşanda düşüncəsindəki bütün çirkinlikləri təmizləməlidir. Yəni namaz qıldığın, yaxud dua etdiyin zaman qəlbində kiminsə barəsində pis şeylər düşünürsənsə, demək, həsəddən təmizlənməmisən. Nəcasətdən təmizlənmək isə insanın üst-başının, əzalarının təmiz hala gətirilməsidir. İslamın məqsədi insanı həm mənən, yəni içdən, həm də fiziki baxımdan, yəni çöldən təmiz hala gətirməkdir. Bu cür təmizlənə bilmiş insan əsl insandır, gözəl insandır.

    Rəsulullah buyurur ki, dəstəmaz alarkən gözlərinizə su içirin. Bu, o deməkdir ki, göz çuxurlarına su verin, onları yaxşı-yaxşı ovuşdurun. Bu gün bir çox göz xəstəliklərinin məhz göz çuxurlarının təmizlənməməsi ucbatından əmələ gəldiyi məlumdur. Göz masajı, yəni göz çuxurlarının yüngülcə ovuşdurulması görmə qabiliyyətinin yaxşılaşdırılması üçün ən səmərəli təmrinlərdən hesab olunur. Hətta Dünya Səhiyyə Təşkilatı gün ərzində ən azı bir dəfə göz qapaqlarını və çuxurlarını yaxşı-yaxşı yumağı məsləhət görür.

    Peyğəmbər Əfəndimiz dırnaqların kəsilməsinə, əlləri yuyarkən barmaq aralarının təmizliyinə xüsusi diqqət yetirir. Adıçəkilən yerlər daha çox mikrobların yığıldığı nahiyələrdir.

    Saça baxım məsələsində də Peyğəmbərimiz yenə ən gözəl örnəkləri bizlərə təqdim edir. Başı təmiz yuduqdan sonra ona yüngülcə zeytun yağı çəkərək daramaq, həm dərini masaj edir, həm də zeytun yağı dərini də saçları da qidalandırır. Rəsulullah bəzən də saçları müxtəlif ağacların çiçəkləri və ya bitkilərlə yumağı məsləhət görür.

    Rəsulullahın dövründə Avropada daha çox tünd rəngli paltarlar geyməyə üstünlük verirdilər, çünki tünd rəngdə kir izləri bilinmir. Peyğəmbərimiz isə öz səhabələrinə mümkün olduğu qədər ağ rəngli paltarlar geyməyi tövsiyə edir. Çünki ağ rəng təmizliyin, gözəlliyin rəmzidir, kiri gizlətmir. Yəni ağ paltar geyinən adam istər-istəməz onu təmiz saxlamağa məcbur olur.

    Yemək və su içmək mövzusunda Allah Rəsulunun o qədər gözəl tövsiyələri var ki... Tibb elmi onların faydasını izah etdikcə adam heyrətə düşür. Peyğəmbərimiz içilən suyun təmizliyinə xüsusi fikir verib.

    622-ci ildə müsəlmanlar Məkkədən Mədinəyə hicrət edərkən bu şəhərdə Rumə quyusu yeganə su qaynağı hesab olunurdu. Quyunun səlahiyyəti isə bir yəhudidə idi. Müsəlmanlar su sarıdan korluq çəkirdilər, quyu sahibi müsəlmanlara suyu çox baha qiymətə satırdı. Peyğəmbərimiz: "Kimsə Rumə quyusunu satın alıb bütün müsəlmanların istifadəsinə verəcəkdirmi? Əmin olun ki, cənnətdə onun üçün bundan daha xeyirlisi vardır". Rəsulullahın bu çağırışına cavab olaraq, həzrət Osman həmin quyunu yəhudidən satın alaraq müsəlmanların istifadəsinə verir. Quyunun yəhudinin əlindən çıxıb müsəlmanlara keçməsi də əsrlər boyu söylənən çox ibrətli bir hadisədir.

    Quyu bazarlığı

    Həzrəti Osman Peyğəmbərimizin istəyinin bir an öncə yerini tutması üçün quyu sahibinin yanına gedir və onunla bazarlaşmağa başlayır. Yəhudi quyunu o zaman üçün real qiymətindən çox baha deyir. Həzrəti Osman o məbləğə sahib olmadığı üçün bu dəfə də quyuya ortaq olmaq haqda yəhudi ilə bazarlıq edir. Deyir ki, quyu bir gün onun, bir gün də yəhudinin səlahiyyətində olsun. Yəhudi razılaşır, amma bu dəfə də real qiymətdən yuxarı məbləğ istəyir. Həzrəti Osmanın bu məbləği ödəməyə imkanı var, ona görə də razılaşır və yəhudinin istədiyi qiyməti verib, quyuya ortaq olur. Beləcə, quyu bir gün müsəlmanların, bir gün də yəhudinin istifadəsində olur. Amma heç üç gün keçməmiş yəhudi nə qədər böyük səhv etdiyini anlayır. Çünki müsəlmanlar quyunun onlara məxsus olduğu gün suya olan bütün ehtiyaclarını həll edir, sonra da evlərindəki bütün qabları doldurub yəhudidən su almağa gəlmirlər. Yəhudi də bu quyudan nə qazanırdısa, müsəlmanlardan qazanırdı. İndi ona məlum olur ki, onun qazancı düşündüyü kimi, yarıbayarı azalmayıb, tamamilə kəsilib.

    Yəhudi bir qədər də qazancsız gözləyəndən sonra özü Həzrəti Osmana minnətçi düşür və quyunun digər yarı haqqını da çox ucuz qiymətə ona təklif edir. Həzrəti Osman həmin haqqı da yəhudidən satın alır və quyunu tamamilə müsəlmanların sərəncamına verir.


    "Zaman Azərbaycan"
#23.09.2015 01:31 0 0 0
  • Əcəlin növləri - Ölümün növləri

    noimage

    Hər bir insanın həyatında inkarolunmaz bir həqiqət vardır ki, bu da ölümdür. Ölüm elə bir həqiqətdir ki, tez və ya gec insanın sorağına gələr.

    Əcəl o zamandır ki, gəlməyi ilə insanın ölümü gerçəkləşir. Ölümün növləri vardır ki, onlara nəzər salaq.

    din alimlərinin nəzərinə görə, insan ruhu bədənindən iki cür xaric olar: təbii ölüm və hadisə ilə olan ölümlə. Təbii ölüm bəzi insanların həyatında baş verir, insanların əksər hissəsi hadisə ilə ölürlər. Hansısa yol hadisəsi və ya xəstəlik kimi. Bu cür ölümü dində ixtirami ölüm adlandırırlar.
    İxtirami ölümdə bədən nöqsanlı olduğu üçün ruh orada qala bilmir və ondan xaric olur. Ancaq təbii ölümdə ruhun kamilliyi son həddinə çatır və ona görə də bədən artıq onunla birlikdə ola bilmir. Bədənlə ruh arasına ayrılıq düşür və ölüm həyata keçir. Yetişmiş bir meyvəyə bənzəyir ki, bir əl dəyməklə yerə düşür.
    Ruhun təbiəti belədir ki, əslində təbii ölümlə bu dünyadan getməlidir, ancaq çox əksər hallarda ruh təkamülünə çatmazdan əvvəl,bədən nöqsanlı olduğu üçün, onu tərk etməli olur.
    Əcəlin də növləri vardır. Qəti olan əcəl və asılı olan əcəl. Qəti olan əcəl qəza və qədər nəticəsində həyata keçər və onun zaman və məkanını dəyişdirmək mümkün deyildir. Bu əcəl əgər kiminsə üçün gəlib çatıbdırsa, o, heç gözləmədən ölər. Ancaq asılı olan əcəl müxtəlif şərtlərdən asılı olaraq həyata keçər. Onun baş verməsinin dəlili, səbəblərin kamil olmamasıdır. Dini maarifə görə ölümlərin əksər hissəsi asılı ölümlə baş verir, qəti deyil.
    Hər bir canlının ölüm zamanı Lövhi-Məhfuzda qeyd edilmişdir. Lakin həmin qəti əcəlin vaxtı çatmamış insanlar asılı əcəllərin vasitəsilə ölürlər. Asılı əcəl o ölümdür ki, ya ölümün zamanını təxirə salar, ya da qabağa atar. Hədislərimiz buyurur ki, insanların bir çoxu günaha və sileyi-rəhmi tərk etdiklərinə görə asılı əcəllə ölürlər.
    Dinimizdə ömrü uzatmaq üçün bəzi təlimlər vardır ki, onlardan sileyi-rəhmi, günahı tərk etməyi, yetimlərin əlindən tutmağı, yoxsullara yardım etməyi misal göstərmək olar. Ona görə də deyə bilərik ki, bir baxışda hər kəsin ölümü sabit və müəyyən olunsa da, ancaq bəzi əməllərlə onu uzatmaq və ya qısaltmaq olur.
    Adətən əcəl ilə ölüm arasında rabitə vardır və əgər insanın qəti əcəli gəlib çatıbdırsa, o, təbii ölümlə ölər. Yəni ruhu təkamül etdikdən sonra ölər. Ancaq asılı əcəl ani gəlib çatarsa, adətən ixtirami ölümə səbəb olar. İxtirami ölüm də bizim əməllərimizdən asılıdır.
    Məsumların (ə;) buyurduğu kimi, insanın ölümü adətən günahlarına görə tez gəlib çatar. Ona görə də gərək əməllərimizə diqqət edək ki, ixtirami ölümə və asılı əcələ düçar olmayaq.

    alinti..
#23.09.2015 01:28 0 0 0
  • Quranı düzgün anlayıb-anlatmağ - Qurani-Kərim

    "(Ey Muhamməd!) Səni ancaq aləmlərə rəhmət olaraq göndərdik" (əl-Ənbiya, 21/107).

    Allah-Təalanın (c.c.) insanlara özlərindən peyğəmbərlər göndərməsi, Onun qullarına olan böyük lütfü və rəhmətidir. Çünki ilahi dəvəti insanlara çatdıran, onlara yaradılışın və varlığın səbəbini anladan, yaxşı olanı, doğru olanı, yanlışı, halalı, haramı öyrədən, qısaca, dünya və axirət səadətinin yollarını göstərən məhz bu müqəddəs elçilərdir. Necə ki, bu həqiqət də Qurani-Kərimdə belə ifadə edilmişdir:

    "And olsun ki, Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi - " (Ali-İmran, 3/164).

    Uca Rəbbimizin bütün bəşəriyyətə göndərdiyi ən son rəhmət elçisi həzrət Muhamməd Mustafadır (s.ə.s.). O, müəyyən bir qrupa yox, bütün bəşəriyyətə gəlmiş Allahın elçisidir. "Biz səni bütün insanlara müjdə verən, qorxudan bir peyğəmbər olaraq göndərdik..." (Səbə, 34/28) ayəsi də bunu açıq bir şəkildə ifadə edir.

    Sevgili Peyğəmbərimiz həzrət Muhamməd Mustafa (s.ə.s.) peyğəmbərlər zəncirini tamamlayan son dəvətçi, dini izah edib öyrədən, bütün əxlaqi gözəllikləri yaşayan və insanlara nümunə göstərən misilsiz bir şəxsiyyət, ən gözəl tərbiyənin canlı təcəssümüdür. Onun varlığı, izahını verdiyimiz ayədə də bildirildiyi kimi, bütün aləmlərə rəhmətdir. Çünki o, bütün bəşəriyyətin nicatı üçün göndərilmiş nümunə şəxsiyyətdir. Bu keyfiyyəti ilə o, insanların dərdlərini, çətinliklərini özündə hiss edir, onların hisslərinə, duyğularına ortaq olurdu.

    Möminlərə qarşı hər zaman çox mərhəmətli və şəfqətli olub. Allah-Təala Qurani-Kərimdə peyğəmbərimiz üçün Rauf (çox şəfqətli) və Rahim (çox mərhəmətli) sözlərindən istifadə edərək (ət-Tovbə, 9/128), onun insanlara qarşı nə qədər mehriban olduğunu bizə xəbər vermişdir. Böyük Allah özünə aid olan bu iki gözəl ismi rəsullarından, sadəcə, Peyğəmbərimiz üçün istifadə etmişdir. Onun sevgisi insanları aşıb, digər canlıları, dağı, daşı, bitkiləri, ağacları belə əhatə etmişdir. O, dağı sevən və dağ tərəfindən sevildiyini ifadə edən peyğəmbərdir.

    Qurani-Kərimin sevimli peyğəmbərimizə şamil etdiyi "aləmlərə rəhmət" ifadəsi onun şəfqətinin, sadəcə, bəşəriyyəti deyil, bütün varlıq aləmini əhatə etdiyini göstərir. Onun rəhməti iman edənlərdən başlayıb, bütün insanlara, heyvanlara, bitkilərə və bilib-bilmədiyimiz bütün varlıqlara qədər davam edir. Buna görə Peyğəmbərimizin göndərilməsi Allahın bizə rəhmətinin, şəfqət və lütfünün nəticəsidir. Çünki o gəlmədən əvvəl bəşəriyyət hər cür dəyər ölçülərini itirmiş, yollarını azmış, cəmiyyət həyatı pozulmuş, əxlaq tamamilə yox olmuşdu. Qadın cəmiyyətdən kənarlaşdırılmış, əsir münasibəti görərək əşya kimi alınıb-satılmış, ailənin ilk övladı kimi doğulan qız uşaqları uğursuzluq əlaməti qəbul edilib, diri-diri torpağa basdırılmağa başlamışdı. Can və mal təhlükəsizliyi ortadan qalxmış, şiddət, dava-dalaş hədsiz dərəcədə yayılmışdı. Ədalət, doğruluq, dürüstlük, inam, xoş görmək, dözümlülük, mərhəmət və s. məfhumlar cəmiyyət həyatında yox deyiləcək qədər azalmış, azğınlıq və küfr isə çoxalmışdı.

    Məhz belə bir vəziyyətdə Allah-Təala bəşəriyyəti insandan kənar düşüncə və davranışlardan xilas etmək üçün Sevgili Peyğəmbərimizi göndərdi. O, gətirdiyi ümumbəşəri prinsiplərə görə bütün bəşəriyyət üçün rəhmət və nicat vəsiləsi olmuşdu. Həzrət Peyğəmbər bizə Allaha könüldən iman etməyi, Onu sevməyi, Ona bağlanaraq daxili rahatlığı və doğru yolu tapmağı, ibadətlərlə həyatımızı mənalı etməyi və dürüstlüyü nəsihət etdi.

    O, haqsızlığın yerinə ədaləti, nifrətin yerinə sevgini, düşmənçiliyin yerinə qardaşlığı, dava-dalaşın yerinə həmrəyliyi, xəsisliyin yerinə əliaçıqlığı, müharibənin yerinə sülhü, şiddətin yerinə dözümlülüyü və xoş görməyi, kobudluğun yerinə nəzakəti gətirdi. Bununla birlikdə yalan, hiylə, fitnə, qeybət, iftira, kin və s. kimi cəmiyyətin sabitliyini pozan davranışların qarşısını sözləri və davranışları ilə almağa çalışdı. Yetimin və kimsəsiz uşaqların əlindən tutmağı, ac olanı doyurmağı, yıxılanı qaldırmağı, çalışmağı, əməyin haqqını verməyi, oğurluq etməməyi, insanlara faydalı olmağı, heç kimə əziyyət etməməyi, əmanəti qorumağı, gülməyi, təbəssüm etməyi, yardımlaşmağı, qonşularla yaxşı davranmağı, qohumluq əlaqələrinə əməl etməyi, irqinə, cinsinə və sosial statusuna görə insanları xor görməməyi öyrətdi. Biz bağışlama və xoş görmənin ən gözəl nümunəsini, insana hörmət etmənin zirvəsini, şəfqət və mərhəmətin ən gözəl təzahürlərini, çətin vəziyyətlərdə insana yardım etməyi, bəddua etməməyi, güclü və haqlı olduğumuz halda, bağışlamağı Sevgili Peyğəmbərimizdən öyrəndik.

    Qurani-Kərim Sevgili Peyğəmbərimizin ən uca əxlaqı yaşadığını və örnək göstərdiyini qeyd etdikdən sonra bizim üçün onun ən doğru nümunə olduğunu, Allaha və axirət gününə inanan hər bir insanın onun əxlaqını özünə nümunə almalı olduğunu bildirmişdir (əl-Əhzab, 33/21). Buna görə də uşaq-böyük, gənc-yaşlı, qadın-kişi, cəmiyyətin bütün fərdləri onun ilahi dəvətinə və bunun həyatdakı nümunəsinə hər zaman və hər məkanda ehtiyac hiss edər. Bu da, sadəcə, həzrət Peyğəmbəri çox yaxşı tanıyıb, anlamaq və sünnəsini həyatımıza tətbiq etməklə mümkün ola bilər. Çünki Allah-Təala onu sevənlərə bu dəvəti bildirməsini istəmişdir:

    "De ki: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın...." (Ali-İmran, 3/31)

    Nəticə olaraq bu gün dünyada mövcud olan çətinliklər, savaşlar, şiddət, ailədaxili münaqişələr, bəşəri münasibətlərdəki neqativ hallar onu kifayət qədər anlayıb, bizə miras qoyduğu əxlaqını həyatımıza tətbiq etməməyimizdən qaynaqlanır. Cəmiyyətin və ümumiyyətlə, bütün bəşəriyyətin əmin-amanlığı onun bizə öyrətdiyi yüksək əxlaqi prinsipləri həyatımıza nə qədər tətbiq etməyimizdən asılıdır. Buna görə bütün aləmlərə rəhmət olaraq göndərilən həzrət Peyğəmbəri və onun təbliğ etdiyi ümumbəşəri dəvəti olan Quranı düzgün anlayıb-anlatmağa, onun sevgisində birləşməyə bu gün çox böyük ehtiyac vardır.

    "Zaman Azərbaycan"
#23.09.2015 01:22 0 0 0
  • Dini movzularda

    noimage

    Əllamə Təbatəbai dünya, bərzəx və axirət haqqında buyurur: "Bu aləm, yəni maddi aləm özündən əvvəlki aləmin məluludur (nəticəsidir). O aləm bu aləmin illətidir (səbəbidir). Bu yolla mövzu davam edər. Hər bir aləm özündən sonrakı aləmin illəti olar və özündən əvvəlki aləmin məlulu. Bu, Allah Təalaya qovuşana qədər davam edir.

    Bu dünyada olan bütün kamallar, o cümlədən yeməyin ləzzətli olması, xoş içəcək, gözəl simaların ilk nöqsanı budur ki, daimi deyildirlər. Ancaq müəyyən bir zaman ondan bəhrələnmək mümkündür. Bundan baqşa, minlərlə xarici maneələrlə rastlaşar. Əgər onlardan biri zahir olsa, o birisi ləzzətini itirər. Ona görə də hər bir ləzzət minə yaxın maneə ilə rastlaşar.
    Bu mövzuya diqqət edərkən aydın olur ki, bütün nöqsan və maneələr maddi olmağa qayıdar. Ona görə də o yerdə ki, maddə olmaz, nöqsan olmaz. Zərr və ya bərzəx aləmi maddi aləmdən üstündür. Çünki maddədən azaddır. Ona görə nöqsandan da azaddır. O aləmdə istedad yoxdur. Hər bir sima maddi deyildir. Bir qədər düşünən zaman başa düşürük ki, zərr aləmi maddi olmasa da, onun da həddi və qədəri vardır. Yəni bu aləmdəki ləzzətlər ayrı-ayrıdır. Misal üçün, siz bir gözəl səsdən aldığınız ləzzəti bir yeməkdən ala bilməzsiniz. Bir almadan aldığınız ləzzət armuddan aldığınız kimi olsun. Bu, elə aləmdir ki, ləzzətləri bir-birindən ayrıdır. Bu aləmdəki ləzzətlər məhdud deyildir.
    Misal üçün behiştdə əgər kimsə bir meyvə yesə, bütün meyvələrin ləzzətini ondan almış olar. Yəni dünyada olan bütün ləzzətləri ondan ala bilər". (Tebyan)
    Əllamə Məclisi Əvvəl buyurur: "Başıma hadisə gələn zaman həkimlər mənim müalicəmdən ümidsiz oldular. Mən Əhli-beyti (ə;) gördüm və onların bərəkətinə görə bu hadisədən şəfa tapdım. Seyyidi-Mürsəlin (s) mənə behişt meyvələrindən və yeməklərindən bir neçə şeyi əta etdi. O cümlədən üç şiş kabab idi ki, ləzzətini təsəvvür etmək olmazdı. Hər kimə versəydim, azalmırdı və mən məclisdə olanlara dedim: "Məgər sizə deməmişdim ki, behişt yeməyinin yüz min dadı vardır?". Hər nə qədər yeyirdilərsə, qurtarmırdı. Bir meyvə vermişdilər ki, qarpıza bənzəyirdi və ondan da yedim və onun da yüz min dadı var idi".
    Xülasə, demək olar ki, bərzəx elə bir aləmdir ki, maddi və Qiyamət aləmi arasında vasitədir. Bərzəxdə maddə yoxdur, ancaq hədd və miqdar vardır.


    alinti...
#23.09.2015 01:18 0 0 0
  • Vanilli kremli peçenye - Vanilli kremli peçenye terifi - Vanilli kremli peçenye terkibi - Vanilli kremli peçenye nece hazirlanir?

    noimage

    Tərkibi (20 ədəd):

    125 q yağ
    110 q şəkər tozu
    1 yumurta
    85 q un
    1/8 ç.q. qabartma tozu
    vanil
    130 q qarğıdalı nişastası

    krem:
    çalınmış qaymaq
    şəkər pudrası

    Sobanı 200 dərəcə qızdırın. Formanı yağlayın.
    Yumşaq yağı şəkər tozu və yumurta ilə çalın, quru ərzağı əlavə edin.
    Xəmiri 1 sm ucluqlu konditer torbasına yığın. Formanın içinə bir-birindən aralı diametri 3 sm olan peçenyelər sıxın.
    Təxminən 10 dəqiqə bişirin.
    Çalınmış qaymağı şəkər pudrası ilə çalıb vanil əlavə edin.
    Peçenyeləri soyudun. Aralarına krem çəkərək birləşdirin.

    Nuş olsun!

    alinti.....
#23.09.2015 00:12 0 0 0