N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Ötən gün “Lider” telekanalının “Bəyəndim” verilişinin aparıcısı Müşfiq Kərimov paytaxt məkanlarının birində özünə toy edib.

    Lent.az-ın məlumatına görə, Nərmin adlı xanımla nikah masasına əyləşən aparıcının xoş gününə şou-biznesin bir çox tanınmışları xalq artisti Faiq Ağayev, əməkdar artist Ədalət Şükürov, müğənnilər Natavan Həbibi, Niyam Salami, Elnur Məmmədov, Ceyhun Qala, Murad Arif, Rüstəm Zeynallı və başqaları gəlib.

    Toydan fotoları təqdim edirik.

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    alinti..
#07.10.2015 18:12 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage




    Bu yaxınlarda azadlığa buraxılan azərbaycanlı prodüser Vəfa Məmmədovanın (Vaqifqızı) yeni fotosu yayılıb. Lent.az-ın məlumatına görə, prodüser ötən gün paytaxt məkanlarının birində keçirilən xınayaxdı mərasiminə qatılıb. Həmin gecədə prodüserlə yanaşı, əməkdar artist Rühəngiz Allahverdiyeva və müğənni Xuraman Şuşalı da iştirak edib. R.Allahverdiyeva gecədə çəkdirdiyi fotonu sosial şəbəkədəki səhifəsinə yerləşdirib.


    Xatırladaq ki, V. Vaqifqızı qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək, həbs edilmişdi. Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, prodüser xanım barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmişdi. O, daha sonra Bakı İstintaq Təcridxanasına göndərilmişdi.


    Qeyd edək ki, V.Vaqifqızı şou-biznesdə bir çox tanınmış müğənnilərlə çalışıb.

    noimage


    noimage

    Alinti..
#07.10.2015 18:06 0 0 0
  • Mankur - Düzgün manikür - Düzgün manikür haqqinda - Düzgün manikür qaydasi nece olur?

    noimage

    Dırnaqları keyfiyyətsiz dırnaq boyası və calaq dırnaqlarla korlamaq çox

    asandır. Lakin bu prosedurların tez- tez təkrarlanması daha da ziyanlıdır.

    Bundan başqa dırnaqların tez-tez kəsilməsi və dişlənməsi bir çox problemlər

    yarada bilər. Onların üzərində çatlar əmələ gələ bilər və bununla da tez-tez

    qırıla və deformasiyaya uğrayar. Görünüşsüz dırnaqlar isə gözəl manikürün ilk

    düşmənidir.

    Bir çoxumuz bunu şəxsi təcrübəmizdən bilirik və bunu olduğu kimi qəbul edirik.

    Bu günlərdə Nottinqem Universitetinin alimləri bunun səbəbini izah etdilər. Onlar

    dırnaqların möhkəmlik fizikasına və onun uzanmasına yardım edən mexanizmlərə

    diqqət çəkib. Məsələ bundadır ki, hər bir təsir – dırnaqların kəsilməsi və s.

    onların strukturuna və uzanmasına təsir göstərir, bununla da onların ucu dəriyə

    daha da bitişir. Dırnaqlara göstərilən daimi təsirlər zamanı onlar deformasiyaya

    uğrayır. Amma siz həftədə bir-iki dəfə dırnaqları kəsməklə və düzgün forma

    verməklə vəziyyəti düzəldə bilərsiniz. Statistikaya görə, uzun və dördbucaq

    formalı dırnaqlar yumru formalı dırnaqlara nisbətən daha çox qırılır və problem

    yaradır. Yəni, təbii formaya yaxın dırnaqlarda bu risk daha aşağıdır. Həmçinin,

    alimlər sağlam dırnaqlar üçün düzgün qidalanmağın vacib olduğunu qeyd edib.

    alinti...
#06.10.2015 23:19 0 0 0
  • Qadin dunyasi - Yanağı qəmzəli qızlar haqqinda


    noimage

    Qəmzənin mənası, necə yarandığı və niyə məhz bəzi insanlarda olduğu yəqin ki, çoxumuza maraqlıdır.

    Bu, adətən bəzi insanlarda genetik olaraq mövcuddur. Valideynlərdən birində qəmzə varsa, 25-50%, hər ikisində olarsa 50-100% ehtimalla uşaqda da yarnır.

    Hətta bəzi ölkələrdə yanağında çökək olan qızlar gözəl hesab edilir. Qəmzələrin çoxu doğuş əsnasında yaranan qüsur sayılsa da, sonralar hətta gözəllik elementinə çevrilər bilir. Əsasən yanaqda, çənədə, beldə yaranan qəmzələr bəzən yaş artdıqca itir. O, adətən, üz əzələləri qısa olan şəxslərdə yaranır və gülərkən ortaya çıxır.

    Bu zaman bəzi insanların bir, bəzilərinin isə hər iki yanağındakı qəmzə üzə çıxır. Adətən qəmzəsi olanlar gənc ruhlu, uşaqüzlü insan kimi bilinirlər.


    Alinti..
#06.10.2015 22:53 0 0 0
  • Noxud kotleti - Noxud kotletin terifi - Noxud kotletin terkibi - Noxud kotleti nece hazirlanir?

    noimage

    Tərkibindəkilər:

    1 stəkan qaynamış noxud

    1 ədəd yumurta

    2 xörək qaşığı un

    1 ədəd soğan

    3 diş sarımsaq

    Cəfəri

    1 çay qaşığı soda

    Duz

    İstiot

    Sarıkök

    Duru yağ

    Hazırlanması:

    Qaynamış noxudu maşından keçirin. Soğan, sarımsağı rəndələyin. Cəfərini xırda doğrayın. Bunların hamısını bir qabın içinə qoyun, duz, istiot, soda, un, sarıkök və yumurtanı əlavə edib yaxşıca yoğurun. Soyuducuda 1 saat saxlayın. Hazırlanan qarışımdan qoz boyda kotletlər hazırlayın və isinmiş duru yağda qızardın.

    Nuş olsun...

    Alinti..
#06.10.2015 21:17 0 0 0
  • Böyürtkən souslu panna cotta - Böyürtkən souslu panna cotta terifi - Terkibi - Böyürtkən souslu panna cotta nece hazirlanir?

    noimage

    Tərkibindəkilər:

    400 ml çırpılmış krem

    ½ stəkan şəkər tozu

    200 ml soyuq süd

    Vanil

    3 yarpaq jelatin

    Sous üçün:

    1 stəkan böyürtkən

    1 stəkan su

    1 çay qaşığı buğda nişastası

    Hazırlanması:

    Yarpaq jelatinləri yumşaltmaq üçün 5 dəqiqə soyuq su dolu kasada saxlayın. Şəkər tozu, krem və südü qazana qoyun. Vanili əlavə edin. Bu qarışımı qaynayana qədər az odda bişirin. Yumşalmış jelatinlərin suyunu sıxaraq bu qarışıma əlavə etdikdən sonra qazanı sobadan götürün.
    Qarışdıraraq şirin qarışmın öz istiliyində əriməsinə çalışın.
    Şirniyyatı süfrəyə vermək üçün silikon, ya da birdəfəlik istifadəlik qablar götürün. Qarışımı süzgəcdən keçirib bu qablara tökün. 2 saat soyuducuda saxlayın.
    Sous üçün qazanın içinə nişastanı əlavə edib su ilə qarışdırın. Böyürtkənlərlə birlikdə 10 dəqiqə bişirin. Soyuyan şirniyyatı tərs çevirin və üzərinə böyürtkən sousundan əlavə edib servis qabına qoyun.

    Nuş olsun....


    Alinti...
#06.10.2015 21:14 0 0 0
  • Konu: Rulet kotlet
    Rulet kotlet - Rulet kotlet haqqinsa - Rulet kotlet terifi - Rulet kotlet terkibi - Rulet kotlet nece hazirlanir?

    noimage


    Tərkibindəkilər:

    200 qr qoyunun sinə əti

    400 qr dana qiyməsi

    75 qr soğan rəndəsi

    50 qr incə doğranmış göbələk

    2 xörək qaşığı doğranmış cəfəri

    4 xörək qaşığı un

    2 yumurta

    2 ortaboy pomidor

    2 ədəd yaşıl bibər

    30 qr marqarin

    2 çay qaşığı pomidor tomatı

    2 ədəd limon qabığı rəndəsi

    Duz

    İstiot

    Hazırlanması:

    Ətləri iki dəfə maşından çəkin. Qiymə, soğan, çiy göbələk, cəfəri, un və yumurtanı yaxşıca yoğurun. Bir miqdar yumurta ağını ruletin üzərinə sürtmək üçün ayırıb kənara qoyun. Yoğrulan qiyməyə duz, istiot və limon rəndəsini də əlavə edin. Qiyməni rulet halına salıb yağlanmış qaba qoyun. Üzərinə yumurta ağını sürtüb kənarlarına soyulmuş, çəyirdəkləri çıxardılmış, dilimlənmiş 2 pomidoru, 2 ədəd uzununa doğranmış və çəyirdəkləri çıxarılmış yaşıl bibəri qoyun. 1/5 stəkan suda əridilmiş tomat və marqarin yağını kotletin üzərindən qaba tökün. 200 dərəcədə isidilmiş sobanın orta qatında 30-35 dəqiqə ağzı açıq bişməyə qoyun. Kartof pürəsi, pomidor salatı ilə süfrəyə verin.

    Nuş olsun....


    alinti...
#06.10.2015 21:10 0 0 0
  • Dolmalıq kələmi - Dolmalıq kələm haqqinda - Dolmalıq kələm nece olmalidir?

    noimage

    Dolmalıq kələm iri olmalıdır.

    Kələmi əlinizə götürüb, sıxanda içi boş təəssüratı yaratmalıdır. Yarpaqlar bir-birindən ayrı olmalıdır.

    Dolmanı bərk kələmə bükəcəksinizsə: öncə kələmin ortasında dərin oyuq yaradın, tərsə çevirib iri qazanda qaynadın, daha sonra yarpaqları diqqətlə ayırıb, dolmanı bükün.

    Damarlı bərk kələmlər dolma üçün səhv seçimdir.

    Qaynadılmış kələmin üzərində qalanda bərk damarlar bükülərkən çətinlik yarada bilər. Ona görə də damarları əl ilə və yaxud bıcağın arxa tərəfi ilə yumşaldıla bilər.

    Ətli kələm dolması incə olmamalıdır. Əksinə, içliyi bol qoyulub, qalın bükülməlidir.

    alinti...
#06.10.2015 21:07 0 0 0
  • Cips - Evdə çips nece hazırlanir? - Cips terifi - Cips terkibi

    noimage

    Tərkibindəkilər:

    4 ədəd kartof
    2 çay qaşığı duz
    1 stəkan duru yağ

    Hazırlanması:

    Kartofların qabığını soyun. Soyduğunuz kartofları incə halda dilimlərə ayırın. Yağ üzərinizə sıçramasın deyə kartof dilimlərini kağız dilimlə silin. Duru yağı qızartma qabına tökün. Qızdıqdan sonra kartof dilimlərini yağa qoyun. Kartofların rəngi dönüncə götürüb üzərin duz əlavə edərək süfrəyə verin.

    Nuş olsun ....

    Alinti....
#06.10.2015 20:59 0 0 0
  • Varikoz xəstəliyi - Varikoz xəstəliy haqqinda - Varikoz nedir? - Şabalıd varikoz xəstəliyinde rolu - Şabalıd - Şabalıdin faydasi - Şabalıdin ne kimi xeyri var?

    noimage

    Digər çərəzlərlə müqayisədə şabalıd azkalorilidir. Bəzi çərəzlərin 100 qr-da 400, hətta 500 kkal olur, 100 qr şabalıdda isə 180 kkal var.
    Məhz bu səbəbdən artıq çəkisi olan insanlar çərəzlərin arasında məhz şabalıd seçməlidir. Şabalıdın digər faydalı xüsusiyyəti ondan ibarətdir ki, şabalıd insanda çox tez toxluq hissi yaradır və insanı uzun müddət ərzində tox saxlayır. Ailem.az saglamolun.az-a istinadən şabalıdın faydalarını təqdim edir.

    Şabalıdın tərkibində zülallar, karbohidratlar, A, C, K, B qrupu vitaminləri, kalium, maqnezium, sink, fosfor, mis kimi mikroelementlər var.

    Şabalıd varikoz xəstəliyi olan insanlara çox böyük kömək edir. Şabalıd damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir. Adətən bu xüsusiyyət daha çox cır şabalıda aid edilir. Məhz bu səbəbdən cır şabalıdın əsasında varikoz xəstəliyi zamanı istifadə olunan və çox yaxşı müalicəvi effekt verən müxtəlif kremlər, gellər, həblər buraxılır. Şabalıdın qabıqları, yarpaqları, toxumları, şabalıd ağacının qabığı müalicəvi məqsədi ilə istifadə olunur.
    Lakin adi yeməli şabalıd da damarların vəziyyətinə çox müsbət təsir edir. Bu səbəbdən varikoz xəstəliyi olan insanlar şabalıdı öz qidalanmasına daim daxil etməlidir.

    Şabalıd qanı duruldur və bu səbəbdən tromblaşmanın qarşısını alır.
    Varikoz xəstəliyi zamanı şabalıd qabıqlarının dəmləmləsi ilə (cır şabalıd daha təsirlidir, lakin yeməli şabalıd da istifadə oluna bilər) ayaqlara islatmalar etmək və ya bu dəmləməni sadəcə ayaqlara çəkmək olar.
    Həmçinin belə dəmləməni damaqlar xəstəlikləri zamanı da istifadə etmək olar. Dəmləmə damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır.

    Şabalıd kalium elementi ilə zəngindir. Kalium isə ürəyimiz üçün çox vacibdir. Ürək əzələsini tonuslaşdırır, orqanizmi artıq mayedən və duzlardan azad edir, ödemləri azaldır. Müxtəlif ürək-damar xəstəlikləri və pozulmaları zamanı şabalıd çox xeyirlidir.

    B qrupu vitaminlərlə zəngin olan şabalıd insanın sinir sisteminə də çox müsbət təsir edir.

    Şabalıd bağırsaqlar üçün də çox xeyirlidir - onların fəaliyyətini yaxşılaşdırır.

    Şabalıd qaraciyərə də çox yaxşı təsir edir.

    Şabalıd orqanizmdə gedən mübadilə proseslərini yaxşılaşdırır.

    Şabalıdı çiy vəziyyətdə yemək tövsiyə edilmir. Ən yaxşı variant şabalıdı qazartmaqdır.


    Alinti...
#06.10.2015 20:34 0 0 0
  • Udma pozğunluğu - Udma pozğunluğu haqqinda - Udma pozğunluğunun sebebleri - Udma pozğunluğu nedir?

    noimage

    Udqunma çətinliyi çəkən 3 min xəstənin yüzdə 56.6-sı uşaqlardır.
    Bu, bir xəstəlik olmadığı üçün insanlar çox zaman fərqinə varmırlar. Çünki “udma pozğunluğu” deyilən bir xəstəlik yoxdur. Yuxarı tənəffüs yolları, ya da ağciyər infeksiyasının çox önəmli bir qismi udma pozğunluğu nəticəsində qidaların ağciyərə qaçması ilə meydana gəlir.

    Uşaqlarda və böyüklərdə udma pozğunluğunun əsasən nevroloji bir problem olduğunu deyən mütəxəssislər bu halın “blendr” adlandırılan uşaqlarda çiynəməni öyrənə bilməmisi kimi təhlükəyə səbəb olacağını deyir.
    Çeynəməyi öyrənməyən uşaqlar bir müddət sonra ağzındakı tikəni öyüyər, hətta qusma kimi çox ciddi problemlər də yaşana bilər.

    Böyükərdə isə udma pozğunluğunun səbəbi xərçəng və kimyaterapiya, radioterapiyanın səbəb olduğu yan təsirlərdir.

    Qidalanma sonrası öskürək, sinədə sıxıntı, göyərmə, yüksələn temperatur, öskürək krizi olarsa, o halda mütləq udma ilə bağlı mərkəzə baş vurun.

    Fərizə ƏHMƏDOVA
#06.10.2015 20:20 0 0 0
  • Qəbzliyik - Qəbzliyikin elametleri - Qəbzliyik nece emele gelir? - Qəbzliyikin mualicesi - Qəbzliyik nedir?

    noimage

    Qəbzlik problemi ətrafımıza danışmağa utandığımız sağlamlıq problemidir. Xalq arasında geniş yayılmış qəbzliyə qarşı təbii çarələr bunlardır.

    Ərik. Quru, yaş olması fərq etməz, tərkibindəki həll oluna bilən liflərlə həzm sistemində möcüzə yaradır. Ərik suyunu başqa meyvə suyu ilə qarışdırıb içə bilərsiz.

    1 stəkan zəncirotu çayı içmək də qəbzliyə kömək edir.

    Zeytun yağı həzm sistemini rahatladır və bağırsaqları yumşaldır. Səhərlər bir stəkan zeytun yağı içərək qəbzliyə əlvida deyə bilərsiz. 1 limon suyu ilə qarışdırıb için.

    Səhərlər yeməkdən əvvəl limonlu su içmək də faydalıdır.


    Alinti...
#06.10.2015 20:06 0 0 0
  • Sefali terevezler - Xestelikler - Xerceng - xerceng xesteliyi - Xərçəngdən qorunmanin yollari - Xercengin qarsisini alan tərəvəz hansidi?

    noimage

    Pomidor ən dadlı tərəvəzlərdən biridir. Pomidorun vətəni Amerikadır. Maraqlıdır ki, əvvəllər pomidor dekorativ bitki kimi becərilirdi.
    Pomidorun gülləri varlı insanların bağlarını bəzəyirdi. Pomidor qidada istifadə olunmurdu. Bu tərəvəz çox zəhərli sayılırdı. Bir rəvayətə görə, orta əsrlərdə bir kralın aşbazı kralı öldürmək məqsədi ilə onun yeməyinə kiçik miqdarda pomidor əlavə edib. Kral yeməyi yeyib və təbii ki, sağ qalıb. Aşbaz isə qorxu və həyəcandan xəstələnib və ölüb.
    Təxminən 18-ci əsrdən başlayaraq pomidor Avropada qidada istifadə olunmağa başlandı.
    Pomidor bir çox faydalı maddələrlə zəngindir. Tərkibində orqanik turşular, A, B2, B6, niasin, nadir K vitamini, yod, maqnezium, dəmir, kalium, kalsium, manqan, sink kimi minerallar var. Aile.lent.az saglamolun.az-a istinadən pomidorun faydalarını təqdim edir.

    Pomidorun tərkibində çox güclü antioksidant likopin var ki, bu maddə xərçəng əleyhinə təsirə malikdir. Araşdırmalar nəticəsində sübut olunub ki, pomidorların daim qəbulu kişilərdə prostat xərçənginin riskini azaldır. Bundan əlavə pomidor digər növ xərçəng xəstəliklərinin (mədəaltı vəzi, süd vəziləri, ağ ciyər xərçəngi) profilaktikası sayılır. Belə hesab olunur ki, pomidorun tərkibində olan maddələr hətta əmələ gəlmiş xərçəng hüceyrələrini məhv edir.
    Sübut olunub ki, likopin çiy pomidorlardan deyil, bişmiş, pörtlənmiş pomidordan daha yaxşı mənimsənilir. Çiy vəziyyətdə pomidor bitki yağı ilə qəbul olunmalıdır. Bu səbəbdən yay salatları hazırladıqda onlara mütləq bitki yağı əlavə edin.

    Kaliumla zəngin olan pomidor ürək-damar xəstəlikləri zamanı çox xeyirlidir.

    B qrupu vitaminlərlə zəngin olan pomidor sinir sisteminin vəziyyətinə yaxşı təsir edir, antidepressant (depressiya əleyhinə;) xüsusiyyətlərə malikdir.

    Pomidorun tərkibində fitonsid maddələri var. Bu maddələr sayəsində pomidorun iltihab və bakteriyalar əleyhinə xüsusiyyətləri var.

    Pomidor həmçinin yodla zəngindir. Bu səbəbdən bu tərəvəz qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təsir edir.

    Az kalorili pomidor arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdə istifadə oluna bilər.

    Pomidor şirəsi çox faydalı məhsuldur. Onun tərkibində çoxlu miqdarda karotin, lizin və kalsium var.

    Nəzərinizə çatdıraq ki, pomidorun bütün bu faydalı xüsusiyyətlərlə faydalanmaq üçün ekoloji təmiz şəraitdə becərilmiş məhsul seçmək lazımdır.
    Bütün bu faydalı xüsusiyyətlərlə yanaşı pomidor bəzi xəstəliklər və pozulmalar zamanı insana ziyan gətirə bilər.

    Belə ki, pomidor yüksək allergik xüsusiyyətlərə malikdir və bu səbəbdən allergiyadan əziyyət çəkən insanlar bu tərəvəzdən sui-istifadə etməməlidir.

    Pomidorun tərkibində çoxlu miqdarda turşu var ki, bu səbəbdən tərəvəz böyrək xəstəlikləri, öd daşı xəstəliyi və bəzi dayaq-hərəki xəstəliklər zamanı əks-göstəriş sayılır. Əgər böyrəklərdə oksalat və ya fosfat daşları varsa, pomidorların daim qəbulu onların daha da böyüməsinə səbəb olacaq.


    Alinti..
#06.10.2015 19:50 0 0 0
  • Xestelikler - Ayaq xestelikleri - Gecə qıcolmalar - Ayaqda qıcolmalar - Ayaqda qıc olarsa ne etmeli?

    noimage

    Gecə qıcolmaları çox yayılmış simptomdur.
    Qıcolmalar çox ağrılı ola bilər, insanın yuxusunu poza bilər. Həkimlər tez-tez belə şikayətlər eşidir. Bəzən bu simptom orqanizmdə olan hər hansı pozulmanın əlaməti ola bilər. Əgər belə qıcolmalar sizi uzun müddət ərzində narahat edirsə, mütləq həkimə müraciət edin.
    Gecə saatlarında qıcolmalar əsasən ayaqlarda olur. Qıcolma əvvəl baldırlarda başlayır və sonra bütün ayaq boyu yayılır.
    Əgər insan gün ərzində əllərlə çox işləyirsə (yazır, kompüterdə işləyir, paltar tikir və s.), bu zaman gecə saatlarında qıcolmalar əllərdə ola bilər.
    Ayaqlarda qıcolmaların səbəbləri arasında:
    - Əzələ yorğunluğu (müxtəlif səbəblərə görə;)
    - Yastıpəncəlik
    - Gün ərzində çox oturmaq və ya çox ayaq üstə qalmaqla bağlı olan iş fəaliyyəti (satıcılar, müəllimlər, cərrahlar və s.).
    Əzələlərin normal fəaliyyəti üçün bəzi minerallar (kalium, kalsium, maqnezium və natrium) lazımdır. Orqanizmdə bu maddələr mübadiləsinin pozulması qıcolmalara səbəb olur. Belə pozulmalar şəkərli diabet zamanı mümkündür. Şəkərli diabet zamanı sidik ifrazı kəskin artır ki, nəticədə minerallar orqanizmdən yuyulur. Bu isə qıcolmalara səbəb olur.
    Qalxanvari vəzi fəaliyyəti pozulmaları zamanı da maddələr mübadiləsində ciddi pozulmalar yaranır ki, xəstədə gecə saatlarında qıcolmalar olur.
    Natamam qidalanma, balanslaşdırmamış pəhrizlər, aclıq orqanizmdə müxtəlif maddələrin defisitini yaradır. Bu isə qıcolmalara gətirib çıxarda bilər.
    Ayaqlarda sinirlərin zədələnməsi qıcolmalara səbəb ola bilər.
    Varikoz xəstəliyi gecə qıcolmaların əsas səbəblərindən biridir.
    Bəzi dərman preparatların qəbulu da gecə qıcolmalara səbəb ola bilər. Məsələn, arterial təzyiqini salan preparatların əksər hissəsi sidikqovucu təsirə malikdir. Sidiklə birlikdə orqanizm kaliumu da itirir ki, nəticədə bu qıcolmalara səbəb ola bilər.
    Hamiləlik zamanı da qadınlar tez-tez gecə qıcolmalardan əziyyət çəkir. Məsələ burasındadır ki, hamiləlik zamanı dölün skeletinin formalaşması üçün ananın orqanizmində kalsium götürülür. Bu isə ana orqanizmində kalsiumun azalmasına və nəticədə qıcolmalara səbəb olur. Bu səbəbdən qadın hamiləlik zamanı kalsiumla zəngin olan məhsulları daha çox qəbul etməlidir.


    Alinti...
#06.10.2015 19:45 0 0 0
  • Xeber - Xeberler - Siyasi xeber - Siyaset

    noimage

    Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun Beynəlxalq Dini Etiqad Azadlığı ofisinin nümayəndələri Daniel Nadel və xanım Steysi Bernard Deyvisi qəbul edib. Lent.az-ın QMİ-nin saytına istinadən verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, dini tolerantlıq məsələləri, habelə hal-hazırda dünyada cərəyan edən hadisələr, təhlükəli tendensiyalar və onların fəsadlarının qarşısının alınması ətrafında fikir mübadiləsi aparılıb.

    A.Paşazadə bu yaxınlarda Nyu-Yorkda “Vicdana çağırış” Fondunun yubiley tədbirində iştirak etdiyi və burada keçirdiyi bir sıra görüşlər haqqında məlumat verib. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını vurğulayan Şeyxülislam deyib ki, məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət hökm sürür. Hazırda bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dini dözümlülük ənənələrindən danışan Şeyxülislam A.Paşazadə qeyd edib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar, heç bir vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb.
    Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Şeyxülislam A. Paşazadə ölkəmizin bu problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən tarixi, dini, mədəni abidələrin məhv edildiyini diqqətə çatdırıb.
    Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğunu, dini abidələrin qorunduğunu söyləyib. O, Azərbaycanda uzun əsrlərdən bəri tolerantlıq ənənələrinin mövcud olduğunu, bu ənənələrin bu gün də davam etdirildiyini, müxtəlif dinlər, məzhəblər arasında qarşılıqlı ünsiyyət və əlaqələrin qorunub saxlandığını diqqətə çatdırıb.
    Daniel Nadel, xanım Steysi Bernard Deyvis təmsil etdikləri qurumun fəaliyyəti barədə məlumat verib, bu səfərin əhəmiyyətli olacağını söyləyiblər. Azərbaycandakı mövcud tolerantlıq mühitini yüksək qiymətləndirən qonaqlar diqqətə çatdırdılar ki, səfər zamanı ölkəmizin bu sahədəki təcrübəsini öyrənmək niyyətindədirlər: "ABŞ hər zaman dialoq və qarşılıqlı əməkdaşlıq tərəfdarı kimi çıxış edir və əminik ki, bu səfər Azərbaycanla ABŞ arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək".
    Görüşün sonunda QMİ sədri qonaqlara xatirə hədiyyələri təqdim edib.

    Alinti...
#06.10.2015 19:39 0 0 0
  • xeber - Xeberler - Siyasi xeber - Siyaset

    noimage

    Azərbaycan prezidenti İlham Əliyevin Ucar rayonuna səfəri başa çatıb.

    APA-nın məlumatına görə, dövlət başçısı Ucardan sonra Göyçay rayonuna səfər edib.


    alinti...
#06.10.2015 19:34 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Bir neçə gün öncə xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan müğənni Nadir Qafarzadə maraqlı addım atıb. Lent.az-ın məlumatına görə, N.Qafarzadə F.Kərimovanın illərdi küsülü olduğu xalq artisti İlhamə Quliyeva ilə çəkilmiş şəklini sosial paylaşaraq, şərəfinə təriflər yağdırıb: “Azərbaycanın şərəf və şöhrət ordenli, türk dünyasının kraliçası, xalq artisti dünya şöhrətli sənətkar İlhamə Quliyeva, sizi çox sevirəm. Şedevr əsərlərin peşəkar ifaçısı, sizi sevməyənlər dayaz düşüncəli adamlardı. Onlar sizi anlamazlar. Zəfəran məsələsi. Siz Azərbaycan səhnəsinin günəşisiniz. İndi bir çoxları bunu yaltaqlıq kimi başa düşəcək. Amma bu belə deyil. Bax buy zəfəran söhbəti, sözlərimi yaltaqlıq kimi başa düşənlərə aiddir. Sizi tanımayan özünü tanımır".

    Xatırladaq ki, N. Qafarzadə F.Kərimova ilə “Nanəli” verilişində qalmaqal yaşamışdı. Belə ki, xalq artisti ona “Bu sənətdə sənə çörəyi mən vermişəm” demişdi. N.Qafarzadə isə bu sözlərə etiraz edərək, verilişi yarımçıq tərk etmişdi.

    Qeyd edək ki, İ.Quliyeva isə bir müddət öncə Qafarzadəyə “Şah” titulunu verib.

    Yalçın UĞUR
#06.10.2015 19:21 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Məşhur supermodel Sindi Kroufordun kiçik qızı Kaya Gerber 16 yaşlı qardaşı Presli ilə ABŞ-ın Los-Anceles şəhərində olan "Teen Vogue's Young Hollywood " adlı gecədə iştirak edib.

    Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, 14 yaşlı Kaya Gerber əyləncə gecəsinin ulduzuna çevrilib. Gecənin qonaqları füsunkar görünən yeniyetmənin anası Sindi ilə olan oxşarlığını vurğulayıblar. Hətta ana ilə qızın saç düzümü eyni olub.

    "Hamıya elə gəlir ki, Kaya mənim əkizimdir. Mən qızım ilə daima zarafat edərək ona deyəndə ki, əvvəl məndə olan ayaqlarımı və saçlarımı qaytar, buna cavab olaraq, Kaya yalnız gülür və bildirir ki, indi onun növbəsi gəlib", – deyə Sindi qızı barədə sözlərinə əlavə edib.

    Kaya artıq Kroufurdun yolu ilə gedir, çünki o, bu il də məşhur model agentliyi "IMG Models" ilə müqavilə bağlayıb.

    Xarici KİV-in sözlərinə görə, Kayanın model karyerası beşikdən başlayıb. 2005-ci ildə 5 yaşlı Kaya "Melissa Odabash" çimərlik geyimlərinin çəkilişlərində iştirak edib. 2012-ci ildə isə o, "Young Versace" moda evinin uşaq geyimlərinin siması olub.

    alinti..
#06.10.2015 19:18 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Xalq artisti Faiq Ağayevin tələbəsi, gənc müğənni Etibar Alıyev “Yalvarıram” adlı mahnısına çəkdirdiyi klipi media əhlinə təqdim edib. Lent.az-ın məlumatına görə, xalq artisti tələbəsinin tədbirində media nümayəndələrinin suallarını cavablandırıb. Daha sonra tələbəsi təqdim etdiyi klipdən danışıb. Bildirib ki, klipin rejissoru Orxan Hüseynli, söz və musiqisinin müəllifi Elvin Mirzəzadə, aranjemanı isə Ramal Rəsula məxsusdur: “Hər zaman Faiq müəllimdən məsləhətlər alıram. Çox sağ olsun ki, mənə bu sənətin sirlərini öyrədir. Ən böyük arzum Faiq bəylə duet oxumaqdır. Təqdim etdiyim klipin bəyəniləcəyinə inanıram. İndidən tənqidə belə hazıram”.


    F.Ağayev isə tələbəsinin istəyinə özünəməxsus şəkildə cavab verib: “Duat haqqında helə fikir bildirə bilmərəm. Amma gələcək kliplərinin ssenarisini bəyənsən, məmnuniyyətlə aktyor qismində çəkilərəm”.

    Alinti...
#06.10.2015 19:15 0 0 0