N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • Nura Suri - Nura Suri mahnilari - Deli mahnisi - Deli mahnisin dinle

    [video=youtube_share;aIhuaE7QN5s]https://youtu.be/aIhuaE7QN5s[/video]

    noimage
#10.10.2015 20:47 0 0 0
  • Konu: Ayrılıq
    Serler - Ayrılıq seri - Ayrılıq serini oxu - Sehriyar Allahyaroglunun serleri


    noimage

    Qəlbimdəki arzular
    Yeniləşib,çoxalıb.
    Daşada rəhmim gəlir,
    Könlüm yaman yuxalıb-
    Mən səndən ayrılandan.
    Heç özümdə bilmirəm,
    Niyə sevdim mən səni.
    Məhəbbət dəli edib,
    Unutmuşam mən-məni-
    Mən səndən ayrılandan.
    Ürəyimi kədərlə,
    Qəm-qüssəylə əzirəm.
    İnan mənə gözəlim,
    Gözü yaşlı gəzirəm-
    Mən səndən ayrılandan.
    Gözlərimə qan damıb,
    Könlümə qəm əkilib.
    Gülüş dodaqlarımdan,
    Sevinc qəlbdən çəkilib-
    Mən səndən ayrılandan.
    Əmr elə ey sultanım,
    Hər nə desən hazıram.
    Mən şair deyiləm yox,
    Dərdlərimi yazıram-
    Mən səndən ayrılandan.
    Yuxum ərşə çəkilib,
    Göz qırpmıram gecəni.
    Yatanda bilmirəm ki,
    Yuxuda görüm səni-
    Mən səndən ayrılandan.
    noimage
    Sehriyar Allahyaroglu
#10.10.2015 01:42 0 0 0
  • Serler - Səni kimdən soruşum seri - Səni kimdən soruşum serin oxu - Ramil Göyçaylı serleri

    noimage

    noimage

    Sənə qarşı sevgimi dilə gətirə bilmirəm.
    Hərşeyimi itirmişəm,səni itirə bilmirəm.
    Sən indi uzaqdasan,düşünüb ağlayıram.
    Səninlə gözümü açıb, səninlə bağlayıram.
    Səni kimdən soruşum,kimə səndən danışım?
    Budur yalnız əlacım,qismətimlə barışım.
    noimage
    Gözləməkdən yolunu, gözümün nuru gedib.
    Bu gediş sanki mənim cismimi ruhsuz edib.
    Gəlsən bir uşaq kimi qaçaram qollarına.
    Gözümün yaşlarını səpərəm yollarına.
    Səni kimdən soruşum,kimə səndən danışım?
    Budur yalnız əlacım,qismətimlə barışım.
    noimage
    Bir-birindən küsəni barışdıran da odur.
    Bütün ayrılanları qovuşduran da odur.
    Vüsalın şirinliyi ayrılıq müddətidir.
    Bu o Ali qüvvənin ,ən Ali nemətidir.
    Bəlkə, Ondan soruşum,Ona səndən danışım?
    Sənə var ehtiyacım,Onadır yalvarışım.
    Bəlkə, Ondan soruşum,Ona səndən danışım?
    Sənə var ehtiyacım,Onadır yalvarışım.
    noimage
    Ramil Göyçaylı
#10.10.2015 01:31 0 0 0
  • Konu: Oksigen
    Oksigen - Oksigen haqqinda

    noimage

    Oksigen rəngsiz, iysiz və atmosfer həcminin beşdə birini teşkil edən bir gazdır. Canlı organizmlərin yaşamaları üçün gərəkli olan bir elementdir. Oksigen qanda hemoqlobinə bağlanır və onun vasitəsi ilə toxumalara daşınır .

    alinti..
#10.10.2015 00:23 0 0 0
  • Edebiyyatimiz - Ədəbi məclislər - Azərbaycan poeziyasının inkişafi

    noimage

    Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin önəmli rolu olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərmiş və bir çox parlaq imzaların tanınmasına yol açmışdır. XIX əsri belə ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr kimi qiymətləndirmək olar. Həmin dövrdə, Gəncədə (sonralar Tiflisdə;) “Divani-hikmət”, Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdır.

    “Divani-hikmət”
    noimage

    “Divani -hikmət” (“Hikmət evi”) Azərbaycanda qurulan ilk ədəbi məclislərdən biridir. 1820-1830-cu illərdə Gəncədə şair Mirzə Şəfi Vazeh tərəfindən qurulmuş, 1841-ci ildə onun Tiflisə köçməsi səbəbi ilə 1841-1846 illərdə fəaliyətini Tiflisdə davam etdirmişdir. Divanın məclislərində azərbaycanlı şairlərlə bir arada ruslar, almanlar və digər millətlərdən olan söz sənətkarları da iştirak etmişdir. “Divani-hikmət” Mirzə Şəfi Vazehin ölümünə qədər (1852 –ci ilə qədər) Tiflisdə, Mir Mehdi Nacinin ölümünə qədər isə (1882-ci ilə qədər) Gəncədə fəaliyyət göstərmişdir.

    “Əncüməni-şüəra”
    “Əncüməni-şüəra” ("Şairlər məclisi") ədəbi məclisi 1831-ci ildə Şeyxəli xan Kəngərli tərəfindən Ordubadda təşkil edilmişdir. XIX əsrin 70-80-ci illərində məclisə Hacı ağa Fəqir Ordubadi, sonralar isə Məhəmməd Tağı Sidqi rəhbərlik etmişlər. Məclis müxtəlif fasilələrlə fəaliyyət göstərmiş, bu görkəmli sənətkarların rəhbərliyi dövründə mütərəqqi yol tutmuşdur. Fəqirin vəfatından və Sidqinin Naxçıvana köçməsindən sonra məclis zəifləmiş, 1890-1895-ci illərdə öz fəaliyyətini dayandırmışdır.

    “Məclisi-üns”
    noimage

    “Məclisi-üns” (“Dostluq məclisi”) ədəbi məclisi 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə təşkil edilmişdir. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırmış, məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşmış və şöhrəti Qarabağın hüdudlarını aşmışdır. “Məclisi-üns”də tanınmış Qarabağ şairləri ilə yanaşı məşhur xanəndə və sazəndələr də iştirak etmişlər.

    “Məclisi-fəramuşan”
    “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) və ya “Məclisi-xamuşan” (“Dinməz, sakit adamlar məclisi”) adlı ədəbi məclis Qarabağda Mir Möhsün Nəvvabın təşəbbüsü ilə 1872-ci ildə təşkil edilib. Onun fəal üzvləri Həsənəliağa xan Qaradağski (Qaradaği), Abdulla bəy Asi, Sədi Sani Qarabaği (Cinli), Fatma xanım Kəminə olub. Məclisin məşğələləri Mir Möhsün Nəvvabın evində keçirdi. “Məclisi-fəramuşan” 1910-cu ilədək fəaliyyət göstərmişdir. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər.

    “Fövcül-füsəha”
    XIX əsrdə 40-50-ci illərin ortalarından Lənkəranda təşkil edilmiş ədəbi məclislərdən biri “Fövcül-füsəha” (“Gözəl danışanlar dəstəsi”) adlanırdı. Yığıncaqlarında müxtəlif peşə sahiblərinin iştirak etdiyi bu məclisə tanınmış şair və müəllim Mirzə İsmayıl Qasir başçılıq edirdi. Onun əsas üzvləri Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali, Hüseynqulu Şuriş və başqaları idilər. Onlar klassiklərin əsərlərini mütaliə edir, şeirlərinə nəzirə yazırdılar.

    “Beytüs-səfa”
    XIX əsrin ortalarında Şamaxıda fəaliyyət göstərən ədəbi məclis “Beytüs-səfa” (“Rahatlıq, əyləncə evi”) adlanırdı. Şamaxıda şair Məhəmməd Səfanın evində yaradılmışdı, məclisin adı da bununla əlaqədardır. Bu məclisin başçısı sonradan böyük Azərbaycan şairi kimi məşhurlaşan Seyid Əzim Şirvani, əsas üzvləri Molla Ağa Bixud, Ağababa Zühuri, Ələkbər Qafil və başqaları idi. “Beytüs-Səfa” Şuşadakı “Məclisi-üns”, “Məclisi-fəramuşan”, Bakıdakı “Məcməüş-şüəra” ilə sıx əlaqə saxlayırdı. Məclisdə ədəbiyyat, incəsənət, fəlsəfə məsələlərinə dair söhbətlər aparılır, klassiklərin əsərləri mütaliə olunur, onların məşhur şeirlərinə nəzirələr yazılırdı, yeni yaranan qəzəllər xanəndələr tərəfindən oxunaraq yayılırdı.

    “Məcməüş-şüara”
    “Məcməüş-şüara” (“Şairlər yığıncağı”) 1880-ci ildə Bakıda təşkil olunmuşdur. Ədəbi məclisin sədri Məmmədağa Cürmi, katibi Ağadadaş Surəyya idi. İ.Zülali, M.Dilxun, Ə.Vaqif, Ə.Cənnəti, Ə.Yusif, K.Salik, M.Müsəvvir, M.Azər və başqaları məclisin fəal üzvlərindən idilər. Məclisdə bəzən qonaq sifəti ilə Seyid Əzim Şirvani də iştirak edirdi. Məclisin üzvləri olan şairlərin qəzəlləri Abşeron xanəndələrinin muğam ifaçılığında geniş istifadə olunurdu.

    “Gülüstan”
    “Gülüstan” elmi-ədəbi məclisi XIX əsrin 30-cu illərində Abbasqulu Ağa Bakıxanov, Abdulla əl-Qadari və Əmirəli Tahircanlının iştirakı ilə Qubada təşkil olunmuşdur. Məclisin təşkil olunmasında əsas məqsəd dini elmlər (xüsusən təsəvvüf) və sufi ədəbiyyatı ətrafında müzakirələr aparmaq idi. Burada klassik şairlər, sufilər mütaliə edilir, onlara nəzirələr yazılır, yaxşı şeir yazmaq məqsədilə yarışlar təşkil olunur, fəlsəfi söhbət və mübahisələr aparılırdı.

    Alinti....
#09.10.2015 23:49 0 0 0
  • Poeziya - Lirik növün janrları - Poeziya janrları

    Azərbaycan ədəbiyyatında lirik əsərlər əsasən iki qrupa ayrılır:
    1) məhəbbət lirikası
    2) ictimai-siyasi lirika.
    Yazılı ədəbiyyatda lirik növün əsas janrları bunlardır: qəzəl, qəsidə, qitə, rübai, tuyuq, mürəbbe, müxəmməs, təxmis, müsəddəs.
    Qəzəl. Daha çox klassik ədəbiyyatın daha geniş yayılmış növü hesab edilir. Qəzəl daha çox məhəbbət mövzusuna həsr edilir. N.Gəncəvi, M. Füzuli, İ. Nəsimi, S. Şirvani və s. qəzəlin ən gözəl nümunələrini yaratmışlar.
    Qəsidə. Qəzəldən fərqli olaraq, qəsidə ən azı 15 beytdən, yəni 30 misradan ibarət olur. Qəsidə təntənəli, təmtəraqlı üslubda yazılır. Qəsidə, bir qayda olaraq, ictimai mətləbləri ifadə edir. Mövzu və məzmununa görə qəsidənin minacat, nət, mədhiyyə, fəxriyyə və s. kimi növləri vardır..
    Minacat. Qəsidənin bu növündə Allah təriflənir və şair ondan kömək diləyir.
    Nət. Nətdə Peyğəmbərin qüdrətindən və müqəddəsliyindən bəhs olunur.
    Mədhiyyə. Mədhiyyədə hökmdarlar, yaxud böyük rütbə sahibləri təriflənir.
    Fəxriyyə. Bu janrda şair öz qüdrətindən bəhs edir, özü haqqında fəxrlə danışır.
    Azərbaycan ədəbiyyatında qəsidə və onun növlərinin ən mükəmməl nümunələrini X.Şirvani, M. Füzuli, S. Şirvani, M.Ə. Sabir və s. yaratmışdır.
    Qitə. Ərəb sözü olan qitə parça, hissə deməkdir. Qitə də quruluşuna görə qəzələ oxşayır. Lakin qitə daha çox ictimai-siyasi, əxlaqi-tərbiyəvi məzmun daşıyır. Q. Bürhanəddinin, İ. Nəsiminin, M. Füzulinin və s. bəzi əsərləri qitə janrındadır.
    Rübai. Cəmi dörd misradan ibarət olan və daha çox ictimai, fəlsəfi və əxlaqi məzmun daşıyan şeir janrıdır. Rübai əruz vəzninin həzəc bəhrində yazılır. Rübai deyəndə, bir qayda olaraq, böyük şərq klassiki Ömər Xəyyam (X əsr) yada düşür. Azərbaycan ədəbiyyatı tarixində Məhsəti Gəncəvi rübainin görkəmli nümayəndəsi kimi tanınır.
    Tuyuq. Türk xalqları ədəbiyyatına məxsus bir janrdır. Tuyuq türkcə duymaq, duyğu sözlərindəndir. Cəmi dörd misradan ibarət olan, hikmətamiz məzmun daşıyan tuyuğun qafiyə sistemi rübaidəki kimidir. Rübaidən fərqli olaraq, tuyuq əruzun rəməl bəhrində yazılır. Tuyuq Azərbaycan ədəbiyyatında Q. Bürhanəddinin adı ilə bağlıdır.
    Mürəbbe. Mürəbbe ərəbcə “dördlük” deməkdir. Hər bəndi dörd misradan ibarət olan mürəbbenin birinci bəndində bütün misralar qafıyələnir, qalan bəndlərin qafiyə quruluşu isə eynilə qoşmadakı kimi olur: aaaa, bbba,ccca.
    Müxəmməs. Ərəbcə “beşlik” deməkdir. Müxəmməsin hər bəndi beş misradan, ibarət olur. Müxəmməs yazılı ədəbiyyatdan aşıq ədəbiyyatına da keçmişdir. M. P. Vaqifin “Görmədim”, Q. Zakirin “Eylər” şeirləri müxəmməsin mükəmməl nümunələridir.
    Təxmis. Təxmis bəndlərdəki misraların sayına, qafıyə quruluşuna görə müxəmməsin eynidir. Əslində təxmis müxəmməsin bir növüdür. Səciy yəvi cəhəti ondadır ki, təxmisin hər bəndində axırıncı iki misra(4-5-ci misralar) başqa bir şairin hansısa qəzəlindən götürülür. Füzulinin Həbibinin bir qəzəli əsasında yazdığı təxmis çox məşhurdur.
    Müsəddəs. Sözün mənası “altılıq” deməkdir. Hər bəndində altı misra olan şeir janrıdır. Həcmcə 6-10 bənddən ibarət olur. Qafiyə quruluşu, əsasən, belə olur: aaaaaa, bbbbaa, ccccaa. M. Ə. Sabirin “Səttarxan” şeiri Azərbaycan ədəbiyyatında müsəddəsin gözəl nümunəsidir.
    Şifahi ədəbiyyatda lirik növün əsas növləri bunlardır: qoşma, təcnis, gəraylı.
    Qoşma. Aşıq şeirinin hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət olan janrına qoşma deyilir. Qoşma aşıq poeziyasından yazılı ədəbiyyata keçmiş, M.V.Vidadi, M.P.Vaqif, Q.Zakir, S.Vurğun, S.Rüstəm, M.Rahim, H.Arif, B.Vahabzadə və başqa şairlərimiz bu janrda bir sıra əsərlər yazmışlar. Qoşmanın məzmunca dörd əsas növü vardır:
    1. Gözəlləmə
    2. Ustadnamə
    3. Qıfılbənd
    4. Vücudnamə
    Gözəlləmə gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşmalara deyilir.
    Ustadnamə dinləyiciyə öyüd-nəsihət vermək məqsədi daşıyan hikmətamiz qoşmalara deyilir.
    Qıfılbənd tapmaca məzmunlu qoşmalara deyilir. Bəzən bağlama adlanan qıfılbənddən aşıqlar, adətən, deyişmələr zamanı istifadə edirlər.
    Vücudnamə insanın ayn-ayrı yaş mərhələlərinin xüsusiyyətlərini əks etdirən qoşmalara deyilir.
    Gəraylı. Aşıq şeirinin hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan 3-5 bəndlik nümunəsi gəraylı adlanır. Gəraylının qafıyə quruluşu belədir: I bənddə: abcb. sonrakı bəndlərdə: cccb, dddb.
    Təcnis. Əksər cəhətlərdən qoşma ilə eyniyyət təşkil edən, amma qoşmadan fərqli olaraq, qafiyələri cinas sözlər (yəni şəkilcə eyni, mənaca müxtəlif sözlər) əsasında qurulan aşıq şeiri təcnis adlanır. Təcnisin formaca müxtəlif növləri vardır: dodaqdəymaz təcnis, ayaqlı təcnis (yaxud müstəzad təcnis), cığalı təcnis.


    Alinti...
#09.10.2015 23:44 0 0 0
  • Edebiyyat - Edebiyyatimiz - Uşaq ədəbiyyatı - Azərbaycan uşaq ədəbiyyatı

    Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası uşaq folkloruna (xüsusən,nağıllara, laylalara, oxşamalara və s.-yə;) söykənir. Ancaq Azərbaycanda professional uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir.
    XX əsrin əvvəllərindən başlayaraq maarif və mədəniyyət sahəsində ciddi canlanma əmələ gəldi: bir sıra maarif ocaqları, xeyriyyə cəmiyyətləri, nəşriyyatlar, kitabxanalar yaradıldı.
    Uşaq ədəbiyyatı ilə məşğul olan yazıçılar ilk növbədə yeni üsullu məktəblər üçün hazırlanan dərsliklərin səhifələrində, dövri mətbuatda, xüsusilə, uşaq dövri mətbuatında öz əsərlərini çap etdirirdilər. Yeni üsullu məktəblər yeni məzmun və mündəricəli dərsliklərin yaranmasını təxirəsalınmaz bir məsələ kimi qarşıya qoymuşdu. Bu sahədə cəsarətli addımlar atan N.Nərimanov hələ 1899-cu ildə “Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” kitabını yazmış, sabit ədəbi dil və vahid imla qaydalarından bəhs etmişdir. O, həmçinin,S.M.Qənizadə ilə birlikdə “Sovqat” (1896) adlı şəkilli uşaq jurnalı və “Məktəb” (1900) adlı
    elmi-pedaqoji aylıq jurnal nəşr etmək təşəbbüsündə olmuşdur. R.B.Əfəndiyev də “Uşaq bağçası” (1898) kitabında təlim və tərbiyənin vəhdətinə (K.D.Uşinskinin təlimi – Q.N.) əsaslanaraq orijinal və tərcümə əsərləri. Coğrafiya, tarixi hadisələrə və kainatın quruluşuna dair materiallar vermişdir. Uzun müddət mükəmməl vəsait kimi istifadə olunan (Birinci il, “İkinci il”; “Üçüncü il”) dərsliklərdə istər milli uşaq ədəbiyyatının, istərsə tərcümə ədəbiyyatının ən yaxşı nümunələri seçilib toplanmışdı. Bunlardan başqa, A.Şaiqin “Uşaq gözlüyü”, “Gülzar”, İrəvan müəllimlərinin hazırlayıb Tiflisdə çap etdirdikləri iki hissədən ibarət “Ana dili” və b. vəsaitlərdə də yeni məzmunlu uşaq ədəbiyyatından nümunələr toplanmışdı. Bu illərdə ölkənin hər tərəfinə yayılan dövri-mətbuat “Buluddan sıyrılıb çıxan ulduzlar kimi” (Mir Cəlal) parlamağa başlamışdı.
    S.S.Axundov isə “Qorxulu nağıllar”ını “Məktəb” jurnalı üçün yazmışdır. 1912-ci ildən 1914-cü ilə qədər ardıcıl çıxan bu hekayələr silsiləsini uşaqlar da, valideynlər də böyük həvəslə oxuyur, davamını səbirsizliklə gözləyirdilər.
    M.Ə.Sabir Şamaxı və Bakı məktəblərində müəllimlik edərkən uşaq ədəbiyyatının kasadlığını hiss edib müxtəlif mövzularda xeyli şeir yazmışdır. Bu əsərlər nəsihətamiz mənzum hekayələrdən və didaktik şeirlərdən, məktəb şərqilərindən, habelə təmsillərdən ibarətdir.
    M.Ə.Sabirin “Uşaq və buz”, “Məktəb şərqisi”, “Məktəbə tərğib”, “Elmə tərğib” nəğmələri məzmun və mündəricəsinə, bədii ifadə xüsusiyyətlərinə görə də uzun müddət yadda qalır. Şair bu nəğmələrdə məktəbin, elmin səmərəsindən, elmlə insanın öz arzularına, işıqlı günlərə qovuşmasından, vətənə, xalqa xidmətdən bəhs edir. O, həmin nəğmələri Azərbaycanda yeni üsullu məktəblərin fəaliyyətə başladığı illərdə yazmışdır. Bu şeirlərdə məktəbə çağırış, elmə həvəs güclüdür. Maarifçi realistlər daha çox dərslik və dərs vəsaitləri hazırlayır, təlim və tərbiyə məsələsinə böyük qayğı ilə yanaşır, öz yaradıcılıqlarını da bu istiqamətə yönəldirdilər. Onların bədii əsərlərində də daha çox uşaqların faciəli, ağır həyatından, ümid və arzularından bəhs olunurdu. Bu qəbildən olan maarifçi realist yazıçılardan R.Əfəndiyev, S.S.Axundov, A.Şaiq, S.M.Qənizadə və İ.Musabəyovun müstəsna xidmətləri vardır. Onların ədəbi-bədii yaradıcılığı ilə pedaqoji fikirləri və bilavasitə məktəblə bağlı görüşləri bir-birini tamamlayırdı. Onlar yeni məktəb uğrunda böyük fədakarlıq göstərdikləri kimi, bu məktəbə lazım olan proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, tədris olunan əsərlərin diqqətlə seçilməsi kimi ən vacib məsələlərdə də böyük fəallıq göstərirdilər. Onlar tədris etdikləri əsərlərin məzmun və mündəricəsinə xüsusi diqqət yetirir, uşaqların şüurunda vətəndaşlıq və vətənpərvərlik hissi oyadırdılar. S.S.Axundov bütün ədəbi irsində və pedaqoji fəaliyyətində gənc nəslin taleyini və gələcəyini düşünmüş, onların həyatından vətəndaş-yazıçı və müəllim kimi bəhs etmişdir.
    S.S.Axundov iri həcmli pyesləri ilə yanaşı, uşaqların həyatından bəhs edən yığcam hekayələr, “Uşaqlıq həyatından xatirələr” və nəhayət “Qorxulu nağılları”nı yazmışdır. “Əhməd və Məleykə”, “Abbas və və Zeynəb”; “Əşrəf”, “Nurəddin” və “Qaraca qız”dan ibarət olan “Qorxulu nağıllar”da
    inqilabdan əvvəlki azərbaycanlı ailələrin yoxsul güzəranı, uşaqların faciəli həyatı, bu fəlakətləri doğuran səbəblər qələmə alınmışdır. Mühit, ictimai şərait günahsız uşaqları, yoxsul balalarını qayğıdan, nəvazişdən məhrum edir, onları həyatın qaranlıq küncünə atırdı.
    M.Ə.Sabir və S.S.Axundovla eyni amal uğrunda mübarizə aparan A.Şaiq XX əsr maarifçi-realist ədəbiyyatın yaranmasında misilsiz xidmət göstərmişdir. Ədəbiyyatımızda şair, nasir, dramaturq kimi şöhrət qazanan A.Şaiq, həm də əsl xalq müəllimi,həm də pedaqoq və ictimai xadim kimi şöhrət qazanmışdır.
    A.Şaiqi ədəbiyyatımızda məşhur edən, böyük hörmət qazandıran onun uşaq ədəbiyyatı sahəsindəki xidməti olmuşdur. A.Şaiqin ədəbi fəaliyyətinin ilk dövrü də uşaq ədəbiyyatı ilə əlaqədardır. O, 1906-cı ildən başlayaraq kiçikyaşlı məktəblilər üçün qısa, aydın məzmunlu, yeni mündəricəli, təmiz ana dilində oynaq vəznli şeirlər yazdı. Bu şeirlərin başlıca mövzusu heyvanlar aləmi idi. Burada birinci növbədə ev quşları və ev heyvanları (“Xoruz”, “Keçi”, “Uşaq və dovşan”, “Yetim cücə”, “Təpəl kəlim”, “Dovşan”, “Bir quş, “Quzu” və b.) şairin qələmində yeni-yeni obrazlara uşaqların əyləncəsinə çevrilirdi. Şairin heyvanlar aləminə tez-tez müraciət etməsi təbii idi. Belə ki, balacalar adətən heyvanların məişətinə daha çox maraq göstərir, onlarla əylənməyi, təmasda olmağı, onları öz oyunlarına cəlb etməyi sevirlər. Kənd məişətinə yaxşı bələd olan Şaiq ev heyvanlarının hər birini öz təbiətinə, fərdi davranış və əlamətlərinə görə təsvir etmişdir.
    İrtica illərində mürəkkəb tarixi hadisələr A.Səhhətin yaradıcılığında müxtəlif əks-sədalar oyatmışdı.
    Şairin uşaq əsərləri öz təbiiliyi və səmimiliyi ilə Azərbaycan uşaq ədəbiyyatı tarixində yeni hadisə idi. Lirik şeirləri, mənzum hekayələri, nəğmələri, təmsilləri, pyesləri, Rus və Qərb ədəbiyyatından elədiyi tərcümələr A.Səhhətin uşaq ədəbiyyatına dərin bələd olmasını göstərirdi. “Ata və oğul”, “Ana və bala”, “Ana və uşaq”, “İki uşaq”, “Məktəb şagirdi”, “Tənbəl” şeirlərində A.Səhhət ən əvvəl uşaqları məktəbə, təhsilə, elm və maarifə çağırırdı. Bunu uşaqların təbii həvəsinin nəticəsi kimi ifadə edir.
    İlk təşəkkül illərində uşaq nəsrinin yaranmasında iki nəslin nümayəndələri iştirak edirdilər. Birinci nəsli təmsil edənlər inqilabdan əvvəl yaradıcılığa başlamış, zəngin ədəbi təcrübəsi olan C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, A.Şaiq, T.Şahbazi, C.Cabbarlı, S.Hüseyn və başqaları idi. Bu yazıçılar öz yaradıcılıq üsullarına sadiq qalmaqla bərabər, müasir mövzulara
    da meyil göstərir, onları yeni həyatın tələbləri baxımından həll etməyə çalışırdılar. C.Məmmədquluzadə “İki alma” hekayəsində təsvir etdiyi kiçikyaşlı uşağın təbiətində özünü büruzə verən humanist hissi təqdir edirdi.
    S.S.Axundov qələmə aldığı “Qan bulağı” (1923), “Ümid çırağı” (1923), “Cəhalət qurbanı” (1923), “Qatil uşaq” (1924), “Nə üçün” (1925) əsərlərinin mövzusunu da inqilabdan əvvəlki qaranlıq mühitdən almışdır.
    Deməliyik ki, XX əsrin çox mürəkkəb və zəngin ədəbi prosesi üslubca müxtəlif olsa da, mündəricə baxımından yeni nəslin tərbiyəsində, biliklərə yiyələnməsində və qabaqcıl ideyalara meyil etməsində eyni mövqedə dayanır, eyni məramı izləyirdi. Maraqlıdır ki, kiçikyaşlı uşaqların tərbiyəsinə qadın yazıçıların yaradıcılığında daha geniş yer verilmişdir.
    Uşaqların səviyyəsinə münasib ideyanı maraqlı və yığcam surətdə, canlı lövhələrdə ifadə etmək N.Süleymanovun və B.Həsənovun yaradıcılığına da xas olan keyfiyyətlərdəndir. Onlar müasir mövzularda kiçik yaşlı məktəblilərin estetik tələbinə və zövqünə uyğun həyati hadisələri qələmə alırlar. Eyni məziyyəti İ.Hümmətovun və Ə.Əhmədovanın hekayələrində, T. Elçinin, F. Sadıxın, Z. Xəlilin və s. şeirlərində də görmək olar. Əsrimizin texniki kəşfləri fantastik əsərlərin də yaranmasına təkan verdi. E.Mahmudov, N.Abdullayev elmin inkişafını, texnikanın sabahını təsvir edən maraqlı əsərlər yazmışlar. Əlbəttə, bugünkü uşaq ədəbiyyatının yaradıcıları adlarını saydığımız yazıçılarla məhdudlaşmır. Son illərdə uşaq ədəbiyyatına meyl göstərən yazıçılarımızın sayı xeyli artmışdır. Onlar ədəbi ənənələrə sadiq qalmaqla, öz dəst-xətti ilə seçilməyə, yeni gözəl əsərlər yaratmağa çalışırlar. Müasir uşaq ədəbiyyatımız zəngin ənənələr zəminində inkişaf edib, yeni-yeni keyfiyyətlərlə zənginləşir.

    Alinti...
#09.10.2015 23:41 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    "Teymur Əmrah dilinin bəlasına düşüb, dili çox acıdır deyə hələ də əməkdar artistdir". Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti Samir Cəfərov bu gün Beynəlxalq Mətbuat Mərkəzində tələbəsi Rasim Mustafazadə ilə keçirdiyi tədbirdə deyib. Xalq artisti T.Əmrahın bir neçə gün öncə söylədiyi "Tələbəm Samir xalq artistidir, mənsə əməkdar" sözlərinə bu cür münasibət bildirib: " Bu sənətə gəldiyim gündən bir çox janrlara müraciət etmişəm. Bu sənətdə özümə bir çox insanları müəllim kimi qəbul edirəm. Teymur Əmraha gəldikdə isə onu özümə müəllim kimi qəbul edə bilərəm də, bilmərəm də. Mənim janrım opera olduğuna görə, özümə müəllim xalq artisti Fidan Qasımovanı görürəm. Teymuru bu işlərə qarışdırmayaq. Yaxşı, qoyun belə deyim, müəllimimdir. Teymurun dili acı olduğuna görə, hələ də əməkdar artistdir".
    S.Cəfərov daha sonra pedaqoji fəaliyyətindən danışıb: "Mən də müəlliməm. Bu günə qədər Azərbaycan səhnəsinə bir çox tələbələrim qədəm qoyub. Bu gün də şou-biznesə Rasim Mustafazadə adlı tələbəmi gətirdim".

    [video=youtube;OBtUuVucQSE]https://www.youtube.com/watch?v=OBtUuVucQSE[/video]

    Yalçın UĞUR
#09.10.2015 21:04 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Xalq artisti Samir Cəfərov müğənni Röya Ayxanla küsülü olduğunu bildirib. Lent.az-ın məlumatına görə, xalq artisti bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi tədbir zamanı bildirib ki, Röya ilə danışmır: “Bu yaxınlarda əməkdar artist Sevda Ələkbərzadə ilə “Bakı – 2015” ilk Avropa Oyunlarına həsr olunmuş mahnı oxudum. Həmin duetdən sonra Röya məni danışdırmır. Küsüb. Küsməyini də bu cür əsaslandırdı ki, niyə Sevda ilə oxumusan? Mənimlə oxumağa söz vermişdin”.


    Qeyd edək ki, S.Cəfərov S.Ələkbərzadə ilə sözləri Cəlal Qurbanova, musiqisi Muxtar Abseynova məxsus "İlk Avropa Oyunları qədim Bakı torpağında” adlı mahnını oxuyub.

    noimage

    alinti...
#09.10.2015 21:00 0 0 0
  • Xeber - xeberler - Siyasi xeber - siyaset

    noimage

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. Lent.az Müdfiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, monitorinqi keçirən qruplar qatı duman səbəbindən vizual əlaqə yarada bilməyib və yalnız radiorabitə əlaqəsindən sonra monitorinq baş tutmuş hesab olunub.
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
    Sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq Ermənistan Silahlı Qüvvələri tərəfindən intensiv atəşə məruz qalan Kəmərli kəndindəki ziyan dəymiş evlərə baxış keçirib və yerli sakinlərlə görüşüblər.
    Beynəlxalq təşkilatın nümayəndələri sentyabrın 23-də gecə saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində yaralanmış Esmira Dursunova ilə görüşüb və onun səhhəti ilə də maraqlanıblar.

    Alinti..
#09.10.2015 19:46 0 0 0
  • Xeber - xeberler - dunyadan xeber

    noimage

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Suriyada öldürülüb.

    APA-nın “Hurriyet”ə istinadən xəbərinə görə, general Hüseyn Həmdaninin İŞİD tərəfindən öldürüldüyü bildirilir. SEPAH-ın yaydığı açıqlamada generalın Hələb şəhərində öldürülməsi təsdiqlənib.

    Alinti..
#09.10.2015 19:38 0 0 0

  • sac baximi - saclara qulluq - Saçları necə yumaq lazımdır?

    Saçların yaxşı görünməsi və sağlam olması üçün onu düzgün yumaq və daima qulluq etmək lazımdır. Başın yuyulması saçın çirklənməsindən aslı olaraq 2-3 gündən bir olmalıdır. Təcrübə göstərir ki, uzun müddət yuyulmayan saçlarda cirk saçın köklərinə yapışır. Nəticə etibarı ilə baş nəfəs almır, saçlarınızın sağlamlığı təhlükə qarşısında qalır. Amma bu o demək deyil ki, saçları hər gün yumaq lazımdır. Cünki bu zaman saçlar xüsusi müdafiə təbəqəsini itirir və kövrəkləşir. Müxtəlif saç xəstəlıklərinə qarşı həssas olur.
    Bəs saçların sağlamlığı necə saxlanılmalıdır? Bunun üçün ilk növbədə yuyulma prosesini düzgün aparmaq lazımdır. Yuyulma prosesi aşağıdakı mərhələlərdən keçir:
    Saçları yumamışdan qabaq daraqla yaxşıca darayın. Bu sizə saçın sonrakı yuyulma prosesində işinizi asantlaşdıracaq və saçın dolaşmasının qarşısını alacaq.
    Saçı 1/4 nisbətində təmiz su ilə yuyun. Yağışlı su ilə də yumaq olar. Şampun olmayan qədim zamanlarda qadınlar saçlarını məhz yağış suyu ilə yuyurdular. Şəhərdə yaşayan qadınların diqqətinə, öz üzərinizdə təcrübə aparmayın, şəhərlərdə hazırkı dövrdə ekoloji vəziyyət pis olduğundan yağış suyunun nəinki xeyri olmaz, hətta saçınızın tökülməsinə də səbəb ola bilər.
    İsti su ilə saçlarınızı yumayın. Mütəxəsislərin bildirdiyinə görə, isti su ilə yuyulan saçlarda piy vəzləri aktivləşir, nəticədə lazımsız baş yağlanmasına gətirib çıxarır. Hətta saçlar parıltısını belə itirir və cansız görünür. Saçları ilıq suda yuyun.
    Şampundan istifadə edin. Efektiv olması üçün saçınızın tipinə uyğun gələn(yağlı, quru …) şampun seçin. Qisa saçlı qadınlar 1-2 damcı , uzun saçlılar isə 1 çay qaşığı şampun ilə saçlarını yumalıdırlar. Bu praporsiyalardan çox şampun tökməyin cünki indiki şampunlar çox efektivdirlər. Şampunu su ilə əlinizdə həll edib sonra başınıza sürtün və yaxşıca yedirtməyə calışın.
    Fendən istifadə etməyin(imkan daxilində;). Yaş saçları fenlə qurutduqda saçlar qırılmaya qarşı həssas olur. Yaxşı olardı ki, yaş saç quru məhraba ilə qurudulardı.
    Yaş saçları daramayın. Qadınların 90% saçlarını yaş-yaş darayır. Mütəxəsislərin bildirdiyinə görə yaş saçlar kövrək olur, daradıqda asanlıqla sınır.


    alinti,,,
#08.10.2015 22:51 0 0 0
  • İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?

    noimage


    8 oktyabr. İlin sonuna 84 gün qalır.

    1818. Dünyada ilk dəfə ingilislər boks əlcəyindən istifadə edib

    1873. İlk qadın həbsxanası ABŞ-da açılıb

    1906. Lev Tolstoy Nobel mükafatından imtina edib

    1912. Balkan müharibəsi başlayıb

    1917. Aleksandra Kollontay (SSRİ) dünyada ilk qadın nazir olub

    1937. Görkəmli ədəbiyyatçı Salman Mümtaz həbs edilib

    1970. Rus yazıçısı, dissident Soljenitsın ədəbiyyat sahəsində Nobel mükafatı alıb

    1993. Gürcüstan MDB-yə daxil olub


    2001. Duman nəticəsində Milan aeroportunda 2 təyyarə toqquşub, 118 nəfər həlak olub

    2003. Azərbaycan Amerika sülh körpüsü haqqında saziş imzalanıb

    2004. Narkotik vasitələr və prekursorların dövriyyəsi haqqında qanun qəbul edilib

    2005. Pakistanda zəlzələdə 76 000 nəfər həlak olub 100 mindən çox insan yaralanıb

    2007. İsveçrə Azərbaycan beynəlxalq avtomobil sərnişin və yük daşımaları haqqında Saziş imzalanıb

    2009. Türk QHT-ləri Ermənistan-Türkiyə matçı üçün 15 000 Azərbaycan bayrağı sifariş edib

    2009. Yazıçı Əlibala Hacızadə vəfat edib.


    Alinti,,
#08.10.2015 22:42 0 0 0
  • Konu: Vitaminlər
    Vitaminlər - Vitaminlər haqqinda - Vitaminlərin orqanizm üçün faydasi

    Vitaminlərin orqanizm üçün nə qədər vacib olduğunu bilirsiniz. Lakin çox vaxt hansı ərzağın tərkibində hansı vitamin olduğunu bilmirik. Bunu bilmək çox vacibdir:
    C Vitamini:
    -kartof , alma , limon , albalı, gül kələm , turşəng , şüyüd, qarağat, naringi
    B2 Vitamini:
    - ət , qara ciyər , yumurta , süd , kəsmik , paxla , ispanaq , itburnu
    B3 Vitamini:
    - qarabaşaq (qreçka) , maya , böyrək , soya
    B6 Vitamini:
    - dənli bitkilər , mal əti , süd , qara ciyər , balıq , yumurtanin sarısı , çörək
    B9 Vitamini:
    - ciyər , pivə , böyrək , salatlıq tərəvəzlər
    B12 Vitamini:
    - ciyər , pivə mayası , böyrək , soya , yumurta
    D Vitamini:
    - kərə yağı , süd , mal əti , balıq , qara ciyər , pendir , yumurtanın sarısı
    E Vitamini:
    - yumurta, sıyıq , günəbaxan yağı , qara ciyər , yumurtanin sarısı
    YOD :
    - qara qarağat , soğan , dəniz kələmi
    KALSİUM :
    - ərik , böyürtkən , pendir , süd , lobya , şaftalı , ananas , turp , ciyər
    FTOR :
    - içməli su , tərəvəz , buğda
    SİNK :
    - buğda , ət , qara ciyər , dil , toyuq , yumurta , qarabaşaq , yumurta , alma
    KARBO :
    - çörək (arpa) , buğda, yarma , düyü , qənd , kartof , çuğundur , alma , üzüm, çiyələk
    ZÜLAL :
    - mal əti , qara ciyər , toyuq , balıq , yumurta , kəsmik , süd , buğda çörəyi , çovdar çörəyi , düyü


    Alinti..
#08.10.2015 22:34 0 0 0
  • Uşaqlarda köklük - Uşaqlarda köklük problemleri - Uşaqlarda köklük elametleri


    Uşaqlarda köklük ciddi sağlıq problemlərinə səbəb olur. Bunun ən böyük səbəbi ailələrin yanlış qidalanma vərdişləridir.
    Ana bətnindəki uşağın gələcəkdəki sağlamlığı ananın qidalanma tərzindən asılıdır. Hamiləlik dövründə ana yüksək dərəcədə şirniyyat qəbul edərsə, belə uşaqlarda köklük probleminə daha çox rast gəlinir.
    İlk 6 ay yalnız ana südü ilə bəslənən uşaqlarda köklük daha az müşahidə olunur. Bu zaman görülən bütün tədbirlər uşağın qidalanma tərzinin təməlini qoyur. Yaşlı nəsil uşaqların nə qədər kök olsa, bir o qədər sağlam olduğunu düşünür, lakin bu yanlış fikirdir. Adətən, valideynləri kök olan uşaqların kök olma ehtimalı daha yüksəkdir.
    Uşaqların yanlış qidalanması onların hərəkətsiz qalmasına səbəb olur və bu onların kalori itirməsinin qarşısını alır. Uşaqlarda piylənmə ürək xəstəliyi ilə yanaşı bir çox xəstəliklərə də səbəb olur. Bunların qarşısını almaq üçün dieta mütəxəssislərinə müraciət etməyiniz və ya aşağıda göstərilənlərə əməl etməyiniz məsləhət görülür.
    Uşağınızın artıq çəkidən qurtulması üçün 3 əsas amil :
    1. Düzgün qidalanmaq
    2. İdmanla məşğul olmaq
    3. Normal yuxu rejimi
    Övladınızın düzgün qidalanması üçün kalorisi çox olan yeməkləri – fast-food, qızardılmış yeməklər, şirniyyatlar və şirin içkiləri azaltmalısınız, lakin tam qadağa qoyulmamalıdır. Hətta özünüz də onun yediklərindən yesəniz, bu onun yeməyə olan marağını artırar.
    Uşağınızın idmanla məşğul olması üçün siz onu həvəsləndirməlisiniz. İdmana ayırdığınız vaxtı əyləncəli keçirsəniz uşağınızın idmanla məşğul olmaq istəyi bir o qədər artar.
    Normal yuxu rejimi – hər gün eyni vaxtda yatıb, eyni vaxtda oyanmalıdır. Axşam tez yatıb, səhər erkən qalxmalıdır. 22:00 – 23:00 arasi yatmaq, 06:00 – 07:30 arasi oyanmaq məsləhət görülən yuxu vaxtıdır.
    Uşağınızı normal çəkidə olan uşaqlarla müqayisə etməyin, bu onun psixologiyasına mənfi təsir göstərə bilər. Psixoloji sarsıntı keçirməməsi üçün heç vaxt köklüyünü üzünə vurmayın.

    alinti
#08.10.2015 11:39 0 0 0
  • xeber - xeberler - siyasi xeber - siyaset

    noimage

    ABŞ paytaxtının əsas diplomatik nəşri olan “The Washington Diplomat” qəzeti tərəfindən 6 oktyabr tarixində Vaşinqtonda Azərbaycana aid seminar keçirilib.
    Lent.az-ın məlumatına görə, Azərbaycanın səfiri Elin Süleymanovla açıq müsahibə formatında keçirilən tədbirdə Vaşinqtonun siyasi, diplomatik və biznes dairələrinin çoxsaylı nümayəndələri iştirak edib.

    Vaşinqtonda keçirilmiş tədbir zamanı qəzetin aparıcı jurnalisti olan Lari Luksnerin suallarına cavab verən səfir Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti kimi irimiqyaslı layihələrin uğurla həyata keçirildiyinin yalnız Azərbaycanın deyil, regionun digər ölkələrinin inkişafına da töhfə verdiyini qeyd edib. Ölkəmizin iqtisadi inkişafından bəhs edən səfir Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatlarına malik ölkə kimi tanındığını, bununla belə prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində əsas prioritetlərdən birinin bu ehtiyatların ixracından əldə edilən gəlirlər əsasında qeyri-neft sektorunun inkişaf etdirilməsinin olduğunu bildirib.
    Azərbaycanda və ölkəmizin iştirakı ilə regionda böyük infrastruktur layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. tikintisinin həyata keçirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək səfir Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun nəticələri, o cümlədən münaqişə ilə bağlı BMT TŞ-sı və digər beynəlxalq təşkilatların qəbul etdiyi bir sıra sənədlər barədə geniş məlumat verərək, münaqişənin həlli formulası hamıya bəlli olduğunu qeyd edib.

    Diplomat qeyd edib ki, beləliklə münaqişənin həlli üçün çatışmayan yeganə amil hal-hazırda yalnız Ermənistan rəhbərliyinin, o cümlədən Ermənistan xalqının gələcəyi və ölkənin inkişafı naminə onun həll edilməsi üçün siyasi iradəsinin olmamağıdır.
    Həmçinin, səfir E.Süleymanov 1 noyabr tarixində ölkəmizdə keçiriləcək parlament seçkiləri barədə də danışıb.
    Qeyd edək ki, “The Washington Diplomat” qəzetinin bu yeni təşəbbüsünün ilk tədbiri məhz Azərbaycana həsr olunub.

    noimage

    noimage

    noimage

    noimage

    alinti..
#08.10.2015 08:59 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Müğənni Yıldız Tilbe televizorunu zibilliyə atacaq.

    Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb ifaçının mahnılarının heç bir radio və televiziyada səsləndirilməməsidir. Yıldız evindəki televizora baxmadığı üçün onu tullayacağını deyib:

    “Radio və televiziyalar mənə qadağa qoyub. Niyəsini bilmirəm. Televizoru həyatımdan çıxaracağam. İki ay əvvəl 5 mahnı yazdırdım. Heç birini radioda eşitmədim. Klipimi televiziyada görənlərə “mükafat verirlər”.

    alinti..
#08.10.2015 08:48 0 0 0
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage


    Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova özünə doğum günün keçirib. Lent.az-ın məlumatına görə, 25 yaşını qeyd edən İlqarənin özəl gününə yaxın dostları qatılıb. Paytaxt məkanlarının birində ad günü keçirəcəyini mediadan gizlədən ifaçı gecə saatlarına qədər dostları ilə o ki var əylənib.

    Xalq artisti isə qızını sosial şəbəkədə təbrik edib. O, İlqarənin şəklini paylaşaraq, fotoya “Mamasının ürəyi, ad günün mübarək” şərhini yazıb.

    İ.Kazımovanın ad günündən fotoları təqdim edirik.

    noimage

    noimage

    noimage

    noimage

    noimage
    Yalçın UĞUR
#08.10.2015 08:45 0 0 0
  • Burcler - Gundelik burcler - Bu günün ulduz falı


    Qoç - Səhər saatlarında yaxın ətrafınızdakı insanlardan bir neçəsi ilə anlaşılmazlıq yarana bilər. Normal dialoq istəyirsinizsə, psixoloji cəhətdən çevik olun. Diplomat kimi davranın. Kommunikasiyanın fərqli metodlarından və vasitələrindən istifadə edin. Günün ikinci yarısı görüşlər, müzakirələr və mübadilələr üçün əlverişlidir. İşdə maraqlı təklif eşidəcəksiniz. Tələsik qərar verməyin. Güzəşt axtarışları dəyər verdiyiniz insanla münasibətlərdəki harmoniyanı qorumaq üçün mütləq şərtdir.

    Buğa - İstənilən yeniliklər və eksperimentlər üçün əla gündür. Yeni müttəfiqlər tapacaqsınız. Hətta əvvəllər tərəfinizdə olmayan insanlar belə arqumentlərinizin səhihliyini dana bilməyəcəklər. Maliyyə baxımından isə gün o qədər uğurlu deyil. Gəlirlər özünü bir qədər gözlədəcək. Nəzərdə tutulmamış xərclər istisna olunmur. Uğurlu insanlarla təmaslar üçün əlverişli gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bu insanlardan enerji ala bilərsiniz. Bacarıq və biliklərinizi artırmağa çalışın.

    Əkizlər - Günün ilk yarısı effektiv və əlverişlidir. Fiziki və emosional tarazlığı bərpa edin. Yaxın ətrafınızdakı insanlarla qeyri-rəsmi şəkildə təmaslara üstünlük verin. Günün ikinci yarısında işgüzar danışıqlar pis nəticə verməyəcək. Yaradıcılıqla məşğul ola bilərsiniz. Axşam saatlarında yeni dost qazanacaqsınız.

    Xərçəng - Tərəfdaşlarla ünsiyyətə xüsusi diqqət ayırın. Yaxın ətrafınızdakı insanlarla stabil təmaslar irəliləyişə əlavə təkan verəcək. Yaradıcılıq və karyera məsələlərində emosional addımlar atmayın. Günün ikinci yarısında tərəfdaşlar və həmkarlarla danışıqlar yaxşı nəticə verəcək. Münaqişələri alovlandırmayın, ziddiyyətləri güclənməmiş aradan qaldırın. Axşam saatları məhsuldardır. Yaxın insanların yanında dincəlin.

    Şir - İntellektual iş üçün uğurlu gündür. Gəldiyiniz nəticələr paradoksal da olsa, doğrudur. Müşahidələriniz sizi aldatmayacaq. Uzun müddətdən bəri dil tapa bilmədiyiniz adamla bu gün razılığa gələ biləcəksiniz. Bu isə yaxşı tanışlıq, məhsuldar əməkdaşlıq və ya isti münasibətlərin əvvəli ola bilər. Təmaslar, görüşlər, danışıqlar günüdür. Ətrafdakı insanlara xoş təəssürat bağışlayacaqsınız. Axşam saatlarını rahat keçirin, qüvvələrinizi bərpa edin.

    Qız - Genişmiqyaslı layihəyə, önəmli məsələyə başlamaq üçün əlverişli zaman deyil. Əvvəlki işləri bitirin. Yarımçıq işlər ballasta, izafi yükə çevrilməməlidir. Günün ikinci yarısında hesabatları tərtiq edəndə diqqətli və sayıq olun. Alış-verişdə bədxərclik etməyin. Axşam saatlarında dostlardan birinə təcili kömək gərəkəcək. Yardımlarınızı əsirgəməyin.

    Tərəzi - Hadisələrlə zəngin gündür. İşlə bağlı məsələlər sizdən səfərə çıxmağı tələb edəcək. Müxtəlif dövlət qurumları və təşkilatlarının mənsubları ilə təmaslar aktiv olacaq. Günün ikinci yarısında hətta maraqlarınızın toqquşduğu insanlarla dil tapmağa çalışın. Gurultulu bəyanatlar verməyin. Yeni biliklər və bacarıqlar əldə etmək üçün sərfəli zamandır. Şanslardan maksimum istifadə edin. Axşam saatlarında adrenalin axtarışlarına çıxmayın.

    Əqrəb - Xasiyyətinizin ən yaxşı məqamları bu gün daha qabarıq görünəcək. Bu gün hamının xoşuna gələcəksiniz. Lakin bu gün rəğbət bəslədiyiniz adamların bəzilərinin az sonra sizə xəyanəti istisna deyil. Analitik işlər, hesabatlar, düşüncə üçün əlverişli gündür. Günün ikinci yarısında sərfəli sövdələşmələrə nail ola bilərsiniz. Bu gün çoxlu orijinal ideyalarınız var. Onların heç olmasa, birinin reallaşmasına yaxınlarınızı, tanışlarınızı və dostlarınızı cəlb edin. Gün maraqlı, həyəcanlı olacaq.

    Oxatan - Günün ilk yarısında əhvalınız yaxşı olacaq. Qüvvələrinizdən bədgüman olmayın, bədbinliyə qapılmayın. Şərtlər əlverişlidir. Situasiyanı normal dəyərləndirməyə çalışın. Günün ikinci yarısında yaxınlarınız və ya qohumlarınızdan birindən xoş xəbər ala bilərsiniz. Bələd olmadığınız insanlarla ünsiyyətdə nəzakətli davranın. İşgüzar müzakirə, diskussiya, elektron poçtla yazışma pis keçməyəcək. Axşam saatlarını sevdiyiniz insanla keçirin.

    Oğlaq - Ambisiyalarınızı açıqlamayın, cəmiyyətdə bərqərar olmuş qaydalar və qanunlar çərçivəsindən kənara çıxmayın. Hansısa olay sizdə kəskin narazılıq yaradarsa, emosiyalarınızın izharına tələsməyin. Peşəkar etiketin qulaqardına vurulması işdə həmkarlarla münaqişələrə səbəb ola bilər. Rəhbərliyin narazılığına səbəb olacaq addımlar atmayın. Təmkinli olun, emosiyalarınıza nəzarət edin. Bəzi planları təxirə salmaq gərəkdir. Dəyər verdiyiniz insanla tələbkar davranın.

    Dolça - Maraqlı və pozitiv gündür. Uzaqdan yaxşı xəbərlər alacaqsınız. Tərəfdaq və ya şərikdən cazibədar təklifin alınması istisna deyil. Karyeranızda inkişaf da mümkündür. Günün ikinci yarısı təhsil, biliklərin artırılması, təcrübənin genişləndirlməsi üçün əlverişlidir. Sevdiyiniz insandan kənardasınızsa, aktiv təmaslarda olun. Axşam saatlarında yeni tanışlıq ola bilər.

    Balıqlar - Günün ilk yarısında situasiya yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdən asılıdır. Müzakirə edilən məsələlərlə bağlı fikirlərinizi paylaşanda diqqətli olun. Qarşı tərəfin mövqelərini nəzərə alın. Günün ikinci yarısında gərəkli insanlarla normal əlaqələr yaratmağa çalışın. İşdə həmkarların və rəhbərliyin dəstəyini ala bilərsiniz. Sevdiyiniz insanlarla axşam saatlarında mübahisə etməyin.

    alinti...
#08.10.2015 01:40 0 0 0