- Yumurta - 3 ədəd
- Duz - 0,5 çay qaşığı
- Soda - 0,5 çay qaşığı
- Qatıq - 4 xörək qaşığı
- Şəkər tozu - 1 stəkan
- Yağ - 100 qr
- Un - 4 stəkan və 1 stəkan stolda xəmir üçün
Krem:
- Yağ - 100 qr
- Bal - 2 qaşıq
- Qatılaşdırılmış süd - 1 banka
- Xaşxaş
Hazırlanması:
Xəmir hissələrə ayrılır və 6 saat soyuducuda saxlanılır. Donmuş xəmir sürtgəcdən və ya ət maşınından keçirilir, listə qoyulur və bişirilir. Bişdikdən sonra isti-isti xırdalanır, əzilir, kremlə qarışdırılır və qarışqa yuvasına oxşayan təpəcik şəklində forma verilir. Üzərinə xaşxaş səpilir.
Körpələrdə qəbizliyin təhlükəsi neden yaranir - Qirşprunq xəstəliyinin sebebleri
Bəzən analar körpələrdə doğulduğu andan və ya lap körpəlikdən ağır qəbizlik müşahidə edir.
Qəbizlik belə uşaqlarda günlərlə davam edir, ana daim imalələrdən istifadə etməli olur, uşaq yalnız imalənin köməyi ilə nəcis ifraz edir. Bu halda ana gözləməməlidir ki, pozulma özü-özündən keçəcək. Bu çox təhlükəli simptomdur. Bunun səbəbi Qirşprunq xəstəliyi ola bilər.
Əgər uşaq körpəlikdən qəbizlikdən əziyyət çəkirsə, onu mütləq uşaq qastroenteroloqu müayinə etməlidir.
Qirşprunq xəstəliyi anadangəlmə xəstəlikdir. Bu xəstəlik zamanı yoğun bağırsağın bir hissəsində (və ya bütün yoğun bağırsaqda) sinir hüceyrələri olmur ki, nəticədə yoğun bağırsağın fəaliyyəti pozulur - bağırsaq boşalmır, nəcis burada günlərlə yığılır və qəbizlik əmələ gəlir. Bu halda qəbizlikdən yalnız imalənin köməyi ilə xilas olunmaq mümkündür. Nəcis kütləsinin bağırsaqda yığılması bağırsağın xeyli uzanmasına və enlənməsinə səbəb olur.
Xəstəlik əksər hallarda doğulan andan özünü büruzə verir. Xəstəliyin simptomları əksər hallarda uşaq doğulduqdan dərhal sonra meydana çıxır. Qirşprunq xəstəliyinin daha yüngül formalarında xəstəlik uşağın daha böyük yaşlarında aşkar oluna bilər. Oğlanlarda qızlarla müqayisədə bu xəstəliyə daha tez-tez rast gəlinir.
Qirşprunq xəstəliyi zamanı bağırsağın daha böyük və ya daha kiçik hissəsi zədələnə bilər ki, xəstəliyin simptomları daha ağır və ya daha yüngül olur. Uşaqlarda Qirşprunq xəstəliyinin ağır formalarında anadangəlmə bağırsaq keçilməzliyi olur.
Xəstəliyin ilkin simptomları:
- xroniki qəbizlik,
- köp,
- qarının böyüməsi (uşağın qarnı qurbağanın qarnına bənzəyir).
Xəstəlik inkişaf etdikcə bu kimi simptomlar meydana çıxır: anemiya (qanazlığı), hipotrofiya (bədən çəkisinin azalması), döş qəfəsinin deformasiyası, fiziki inkişafın və boyatmanın ləngiməsi və s.
Böyüklərdə bu xəstəlik özünü xroniki qəbizlik, köp, qarın ağrıları ilə büruzə verir.
Xəstəlik mərhələli şəkildə inkişaf edir. Qəbizlik uşaqda körpəlikdən müşahidə olunur və əvvəllər imalələrin köməyi ilə asanlıqla aradan qaldırılır. Daha sonra imalənin istifadəsi daha az nəticə verir, xəstənin vəziyyəti ağırlaşır: bədən çəkisi azalır, xəstəni qarın nahiyəsində ağırlıq, ağrılar narahat edir, təngnəfəslik inkişaf edir, anemiya və mübadilə proseslərinin pozulması müşahidə olunur. Xəstəliyin gecikmiş mərhələlərində imalənin istifadəsi kömək etmir. Bu mərhələdə ağır fiziki yükləmə, qidalanmanın kəskin dəyişiləməsi çox ağır və xəstənin həyatı üçün təhlükəli olan bağırsaq keçilməzliyinə səbəb ola bilər.
Beləliklə, qəbizliyin digər səbəblərindən (şiş nəticəsində, yaşlı insanlarda atonik qəbizliklər, qeyri-spesifik xoralı kolit zamanı qəbizlik və s.) fərqli olaraq Qirşprunq xəstəliyi zamanı qəbizlik doğulduğu andan müşahidə olunur və çox ağır xarakter daşıyır.
Qirşprunq xəstəliyinin yeqanə effektli müalicə üsulu cərrahi əməliyyatdır.
İnsan orqanizmində tər vəziləri iki cür olur: ekkrin və apokrin vəzilər.
Ekkrin vəzilər bir başa dəri səthinə açılır və dəri örtüyünün hər bir sahəsində qeyd olunur. Apokrin vəzilər isə daha çox başda, qoltuq altında və qasıq nayihəsində olan tüklərin dibinə açılır.
Tər vəziləri iltihabı (hidradenit) zamanı apokrin tər vəziləri iltihablaşır. Əksər hallarda qoltuq altı nahiyəsində, daha nadir hallarda anal dəliyin, cinsiyyət orqanlarının ətrafında, baş dərisində yerləşən tər vəziləri iltihablaşır. Xəstəliyi əsasən stafilokokk, streptokokk, bəzən digər mikroblar törədir. Mikroblar bu nahiyəyə dəridə olan mikroçatlardan daxil olur. Belə mikroçatlar qaşınma, dərinin tüklərdən təmizlənməsi zamanı və s. hallarda əmələ gələ bilər. Digər tərəfdən mikroblar bura digər orqanlardan limfa və ya qan axını ilə düşə bilər.
Həddən artıq tərləmə də (hiperhidroz) bu xəstəliyin risk faktorudur - daim güclü tərləyən nəm dəridə müxtəlif virus, mikroblar və göbələklər sürətlə çoxalır.
Əksər hallarda hidradenit immun sistemi zəif olan, hormonal pozulmaları, dəri, endokrin xəstəlikləri (şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri və s.), artıq bədən çəkisi olan insanlarda inkişaf edir. İsti hava, gigiyena qaydalarına əməl etməməsi bu xəstəliyin inkişafına səbəb ola bilər. Dezodorantlardan süi-istifadə də hidradenitin inkişafına gətirib çıxarda bilər.
Ciddi hormonal dəyişikliklər dövrlərində (qadınlarda klimaks dövrü, yeniyetməlik dövrü) bu xəstəliyin inkişafının riski artmış olur.
Hidradenit qadınlarda kişilərlə müqayisədə daha tez-tez inkişaf edir. Məsələ burasındadır ki, qadınlarda kişilərə nisbətən daha çox tər vəziləri mövcuddur. Əksər hallarda hidradenit qoltuq altı nahiyəsində inkişaf edir, bir və ya ikitərəfli ola bilər.
Zədələnmiş sahədə əvvəl kiçik düyün (və ya düyünlər) əmələ gəlir, dəri qaşınır, qızarır. Bir neçə gün ərzində düyünlər böyüyür, daha ağrılı olur, irinli proses başlayır. Xəstənin hərarəti qalxır, zədələnmiş nahiyədə güclü ağrı, halsızlıq, zəiflik, baş ağrısı inkişaf edir. Heç bir halda özü özünü müalicə ilə məşğul olmaq, irini sıxmaq, irin olan sahəyə isti bir şey qoymaq ("qrelka" və s.) olmaz. Bu xəstəliyin daha da ağırlaşmasına, irinin toxumalara yayılmasına, zədələnmiş sahədə eybəcər çapıqların əmələ gəlməsinə səbəb ola bilər. Müalicəsiz buraxılmış bu xəstəlik ağır fəsadlar verə bilər (infeksiyanın daha dərin yayılması, hətta sepsis - mikrobların qan axını ilə bütün orqanizm boyu yaılması).
Bu səbəbdən hidradenitin ilk simptomlarında dermatoloqa və ya cərraha müraciət etmək lazımdır. Hidradenitin müalicəsinə xəstəliyin erkən mərhələlərində başlanmalıdır. Hidradenitin müalicəsində antibiotiklərdən istifadə olunur. Həmçinin zədələnmiş sahə tez-tez antiseptik məhlullarla təmizlənməlidir. Bir çox hallarda cərrahi müalicə tətbiq olunur - irinlik yarılır, irın çıxarılır.
Əgər hidradenit tez-tez inkişaf edirsə, bu immun sisteminin kəskin zəiflənməsindən xəbər verir. Bu halda xəstə əlavə müayinələrdən keçməli və lazım olduqda müalicə almalıdır.
Xiyar şirəsi çox effektli müalicəvi vasitə kimi istifadə oluna bilər.
Lakin yalnız təbii şəraitdə yetişdirilmiş xiyar və onun şirəsi orqanizmə fayda verə bilər. Şirə çəkdikdə xiyarı soymaq tövsiyə edilmir - xiyarı qabığında bir çox faydalı maddələr var.
- Xiyar şirəsi təbii sidikqovucudur. Şirə sidik kisəsini və sidik yolları yaxşı təmizləyir, burada yığılan duzları xaric edir. Lakin əgər sizdə böyrək daşı xəstəliyi varsa, xiyar şirəsindən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşir.
- Xiyar şirəsi ürək-damar sistemi üçün də çox xeyirlidir - arterial təzyiqi normallaşdırır, ürəyə olan gərginliyi azaldır, damarları təmizləyir.
- Xiyar şirəsi sakitləşdirici təsirə malikdir. Streslər, depressiyalar zamanı xiyar şirəsi təbii sakitləşdirici vasitə kimi istifadə oluna bilər.
- Xiyar şirəsi orqanizmdən sidik turşusunu xaric edir və bu səbəbdən revmatik xəstəliklər, podaqra zamanı da çox faydalıdır.
- Xiyar şirəsi bağırsaqların fəaliyyətinə müsbət təsir edir, qəbizliklə mübarizədə kömək edir, bağırsaqları yaxşı təmizləyir.
- Xiyar şirəsi ilə bağırsaqları təmizləyən və arıqlamağa kömək edən xüsusi kokteyl hazırlamaq olar - 1/2 stəkan xiyar şirəsi, 1/2 stəkan qatıq yaxşı qarışdırılır, ora 1/2 diş sarımsaq sıxılır və bir az xırda doğranmış şüyüd əlavə olunur. Kokteyl gün ərzində 1-2 stəkan olmaqla qəbul etmək olar.
- Xiyar şirəsi nəfəs yolları selikdən təmizləyir. Bu səbəbdən xroniki bronxit, xroniki obstruktiv ağ ciyər xəstəliyi və digər nəfəsalma sistemi xəstəlikləri zamanı bal əlavə olunmuş xiyar şirəsini içmək lazımdır.
- Xiyar və xiyar şirəsi üz dərisinə də çox müsbət təsir edir - dərini hamarlayır, ağardır, cavanlaşdırır, daha yumşaq və elastik edir. Dərinin gözəlliyi üçün xiyar şirəsini həm daxilə qəbul etmək, həm də xiyar şirəsi ilə kosmetik maskalar etmək olar. Bunun üçün pambıq parça təzə sıxılmış şirədə isladılır və təmiz üz dərisinə qoyulur. 20 dəqiqədən sonra parçanı götürün. Bir neçə belə sadə prosedurlardan sonra siz dərinizin rənginin və vəziyyətinin xeyli yaxşılaşmasını hiss edəcəksiniz.
Bu peçenye çox asan və tez hazırlanır.
Lazım olan məhsullar:
- Kəsmik - 250 qr
- Şəkər tozu - 100 qr
- Yumurta - 2 dənə
- Bal - 1 xörək qaşığı
- Kərə yağı - 100 qr
- Un - 1 stəkan
- Qabartma tozu - 1 çay qaşığı
- 1/2 limon sedrası (qabığı)
Hazırlanması:
1. Kəsmik blenderlə əzilir, sonra yumurta, şəkər tozu əlavə olunur və blenderlə yaxşı qarışdırırlır.
2. Kütləyə ilıq (isti olmamalıdır) kərə yağı, bal, sürtgəcdən keçirilmiş 1/2 limonun sedrası əlavə olunur və qarışdırılır.
3. Ayrı qabda un qabartma tozu ilə qarışdırılır və yağlı-kəsmikli kütləyə əlavə olunur. Xəmir yoğrulur. Xəmir yumşaq və yüngül alınır.
4. Xəmirdən xırda kürəciklər düzəldilir və perqament (və ya xüsusi kağız) sərilmiş tavaya düzülür.
5. Sobanı əvvəlcədən 180-2000C kimi qızdırıb peçenyeni 15-20 dəqiqə ərzində bişiririk.
6. Peçenye soyuyandan sonra üzərinə şəkər kirşanı tökürük.
Gözəl qamət insanın xarici görünüşündə böyük rol oynayır. Bunu hamı bilir. Lakin bu ən əsası deyil.
Gözəl, düzgün qamət insanın sağlamlığında olduqca mühüm rol oynayır.
İnsanın qaməti düzgün olanda, bütün daxili orqanlar öz fizioloji yerlərində yerləşir, əyilmir, sıxılmır, heç yerdə durğunluq yaranmır və nəticədə bütün orqanizm tam normal fəaliyyət göstərir.
Düzgün qamət qanın orqanizm boyu normal dövr etməsində böyük rol oynayır. Qan orqanizm boyu normal dövr edirsə, bütün orqanlar kifayət qədər oksigen və qidalı maddələri alır.
Düzgün olmayan qamət onurğanın sağlamlığına olduqca çox mənfi təsir edir. Onurğanın sağlamlığı isə bütün orqan və sistemlərinin sağlamlığı üçün vacibdir. Ortoped həkimlərin sevimli ifadəsi - "Sağlam onurğa - sağlam insan" bunu təsdiq edir.
Onurğa sütununun içərisində onurğa beyini keçir. Onurğa beynindən sinir kökləri çıxır ki, bu sinir kökləri daxili orqanları idarə edir - ürəyin fəaliyyəti, sidik, nəcis ifrazı, kişilərdə ereksiya və s. İnsanın qaməti düzgün olmayanda onurğa sütunu artıq yükləməyə məruz qalır ki, bu yükləmənin nəticəsində onurğa sütünu fəqarələrində dəyişikliklər baş verir - fəqərələr arasında olan disklər nazilir, dağılır. Bu bir çox müasir insanların qənimi olan osteoxondroz xəstəliyidir. Osteoxondrozun nəticəsində fəqərələr arasında keçən onurğa beyini sinir kökləri və həmçinin buradan keçən qan damarları sıxılır. Damarların sıxılması daxili orqanların qanla təmin olunmasını pozur. Sinir köklərinin sıxılması isə bu köklər tərəfindən idarə olunan orqanlarda müxtəlif pozulmalar yaranır.
Düzgün olmayan qamət nəfəsalma sisteminin fəaliyyətinə də çox mənfi təsir edir. Məsələ burasındadır ki, insanın onurğası əyri olduqda döş qəfəsi sona kimi açılmır və nəticədə ağ ciyərlər də tam açılmır ki, orqanizm oksigeni daha az alır. Nəfəsalma sistemi ürək-damar sistemi ilə çox sıx bağlıdır və bu səbəbdən nəfəsalma sisteminin fəaliyyətində olan pozulmalar ürək-damar sisteminə "vurur".
Yaxşı qamət həzm proseslərinə də böyük təsir edir - bağırsaqlar daha tez və asan boşalır.
Düzgün qamət əzələ və bel ağrılarıınn ən yaxşı profilaktikasıdır. Bu xüsusilə oturaq işlə məşğul olan insanlar (ofis işçiləri, mühasiblər və s.) üçün vacibdir.
Düzgün qamət həmçinin oynaqların normal fəaliyyətinə kömək edir və onları qoruyur.
Beləliklə, belə nəticəyə gəlmək olur ki, qamətin gözəl olması xarici görünüşdən çox sağlamlığımız üçün vacibdir. Bu səbəbdən qamətinizə daim (ayaq üstə dayananda, oturanda, yeriyəndə nəzarət edin.
Hamı bilir ki, yemiş həm çox dadlı, həm də çox faydalı məhsuldur.
Lakin yemişin tumları da çox faydalıdır və xalq təbabətində müalicəvi vasitə çox geniş istifadə olunur.
- Yemiş tumları ta qədimdən güclü afrodiziak kimi tanınır. Afrodiziak cinsi aktivliyi və həvəsi stimullaşdıran və artıran maddədir. Məhz bu səbəbdən yemiş tumları qədim vaxtlardan kişilərdə potensiyanın zəifələməsi, prostat vəzi xəstəlikəri zamanı istifadə olunurdu.
Bu məqsədlə yemişin tumlarını qurudmaq, üyüdmək (qabıqları təmizləmək lazım deyil) və gün ərzində 1 çay qaşığı olmaqla yeməkdən 1 saat sonra qəbul etmək lazımdır. Yemişin tumlarında sink çoxdur. Sink isə kişi cinsiyyət sisteminin normal fəaliyyəti üçün əvəzolunmaz mineral sayılır.
- Yemiş tumları öskürək (hətta xroniki öskürək), bronxit zamanı da çox yaxşı müalicəvi təsir göstərir, bəlğəmi çıxardır, iltihabəleyhinə təsir edir. Öskürəklə mübarizə etmək üçün yemiş tumlarından "süd" hazırlamaq lazımdır. Yemişin tumları qurudub, qəhvə üyüdən maşınında üyüdmək və 1 xörək qaşığı götürüb 1 stəkan ilıq suda həll etmək lazımdır. Alınmış "süd" gün ərzində 3 dəfə olmaqla yeməkdən əvvəl qəbul olunmalıdır.
- Bu "süd" həmçinin dəriyə çox gözəl cavanlaşdırıcı təsir edir - kiçik qırışları açır, dərinin rəngini yaxşılaşdırır, dərini daha yumşaq və elastik edir. "Süd"də pambıq parça isladın və təmiz üz və boyun dərisinə qoyub 20 dəqiqə saxlayın. Bu sadə proseduru həftədə 2-3 dəfə etmək olar.
- Yemiş tumları bağırsaqları və qara ciyəri yaxşı təmizləyir. Bunun üçün yemişin tumlarını quruduruq, üyüdürük və alınan "un"u gün ərzində 3 dəfə olmaqla yeməkdən 1 saat sonra qəbul edirik.
- Yemiçin tumları sidikqovucu təsirə malikdir, sidik yolları təmizləyir.
- Yemişin tumları öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, durğunluğu aradan qaldırır.
- Yemişin tumları qurdqovucu təsirə malikdir. Bu uşaqlar üçün xüsusilə aktualdır.
Saç tökülməsi həm qadınların, həm də kişilərin ən yaralı yeridir. Payız mövsümünün yaxınlaşması isə bu problemi daha da aktual edir.
• Yumurta sarısını dəmir tavada, od üzərində yandırıb, alınan yağı saçın diblərinə sürtdükdə köklər bərkiyir və təzə tük bitir.
• Ardıcı döyüb, yumşaltdıqdan sonra sirkə ilə qatıb, başa çəkmək hətta ən ağır xəstəlik nəticəsində saçlar tökülmüş insanlara da kömək edir
.
• Bənövşə yağı tük tökülməsinə qarşı xeyirlidir.
• Müntəzəm turp yemək tükləri bərkidir.
• Böyürtkənin yarpaq və meyvəsini qaynadıb, başı yaxaladıqda saçlar qaralır.
• Xardaldan hazırlanan təpitmə tük tökülməsinin qarşısını alır.