N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

#14.08.2015 12:41 0 0 0
#14.08.2015 12:34 0 0 0
  • Xeberler - Hadise

    noimage

    Meksikanın Verakrus ştatındakı Orisaba şəhərində 5 naməlum silahlı şəxs barlardan birinə basqın edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində bir masa arxasında əyləşən Los Setas cinayətkar qruplaşmasının liderlərindən biri olan Xose Markes Balderas və jurnalist Eriberto Santos Karrera daxil olmaqla 6 nəfər güllələnərək qətlə yetirilib.

    Barda masanın arxasında Buen Tono qəzetinin daha iki müxbir olub, lakin onların ciddi xəsarət almadığı bildirilir. Silahlı şəxslər onların başında şüşə butulkalar qırıb, lakin, buna baxmayaraq, onlara ciddi xəsarət yetirilməyib. Onların hədəfi başqa şəxslər olub, deyə rayon administrasiyasının nümayəndəsi yerli Universal nəşrinə bildirib.

    Hadisə yerinə gələn polis əməkdaşları və cinayətkarlar arasında atışma olub, nəticədə iki polis yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Silahlı şəxslər ərazini tərk etməyə müvəffəq olub.

    alıntı
#14.08.2015 12:30 0 0 0
  • Xeberler - Hadise

    noimage

    Azərbaycanın ən uzunömürlü vətəndaşı dünyasını dəyişib.

    APA-nın yerli bürosunun xəbərinə görə, Zərdab rayonunun Məlikli kənd sakini 1888-ci il təvəllüdlü Süfü Mikayıl qızı Bayramova yaşadığı kənddə 127 yaşında vəfat edib.

    Qeyd edək ki, üç əsrin şahidi olan Süfü Bayramova Azərbaycanın ən yaşlı seçicisi kimi qeydiyyata alınıb.

    alıntı
#14.08.2015 12:27 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    Xalq artisti Amaliya Pənahovanın sosial şəbəkədə maraqlı fotosu yayılıb.

    Axşam.az-ın məlumatına görə, tanınmaz halda olan aktrisanın bu görüntüsü diqqət çəkib.

    Qeyd edək ki, foto rejissor Aqil M.Quliyevin "Şaman" filmindəndir. A.Pənahova ekran işində şaman qadın obrazını canlandırıb. Beş ildir çəkilişləri gedən film payızda təqdim olunacaq. Fotonun müəllifi Şahin Sərkərovdur.

    alinti...
#14.08.2015 12:15 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    Dünyanın məşhur modeli Naomi Kempbell həbs olunub.

    Axşam.az-ın acunn.com"a istinadən xəbərinə görə, 45 yaşlı model 2009-cu ildə keçmiş sevgilisi Vladimir Doroninlə Lipari adasında yaxtada dincələrkən şəkillərini çəkən fotoqrafa hücum etmişdi.

    Çantasını onun başına çırparaq, gözünü zədələyən Naomi 6 aylıq azadlıqdan məhrum edilib.

    Alinti....
#14.08.2015 12:09 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    Əməkdar artist Mətanət İsgəndərli iki yeni klipin çəkilişinə hazırlaşır.
    Lent.az-a açıqlama verən Mətanət İsgəndərli mahnılardan birinin türk klassikasından seçmə olduğunu deyib.
    “Dalğalar” adlanan nəğməyə nəzərdə tutulan klip çəkilişi Xəzərin sahilində aparılacaq. Rejissor işi Ceyhun Kərimova həvalə edilib. Digər mahnı sözləri Bəxtiyar Bahabzadə, musiqisi Niyaməddin Musayevə məxsus olan “Nəğmələr dünyası”dı. Onun çəkilişi isə Azərbaycanın gözəl guşələrində nəzərdə tutulub.
    “Əzəldən təbiət aşiqiyəm. Bu mahnının məhz təbiətin qoynunda ekranlaşdırlması ideyası ürəyimcə oldu. Gözəl təbiət qoynunda özümü sanki nağıllar aləmindəymiş kimi hiss edirəm” – deyə əməkdar artist bildirib.

    alıntı
#14.08.2015 11:57 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    66 yaşlı məşhur musiqiçi Billi Coellə 33 yaşlı xanımı Aleksis Roderik valideyn olublar.

    Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün qızı dünyaya gəlib. Uşağa Della adı qoyulub. Aleksislə 2009-cu ildən görüşən Bill sevgilisinin hamilə olması səbəbindən ötən ay onunla nikah bağlayıb.

    Musiqiçi daha əvvəl 3 dəfə evli olub. Della Billin 2-ci qızıdır. Onun Kristi Brinkli ilə olan evliliyindən Aleksa Rey adlı 29 yaşlı bir qızı da var.

    alıntı
#14.08.2015 11:54 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    Türk müğənnisi Funda Ararla Miri Yusif arasındakı qalmaqalın bir tərəfində də haqqında söhbət gedən ..Bağışla.. mahnısının müəllifi Murad Quliyevdir (MC Murad). Türkiyədən Azərbaycana video-açıqlama yollayan MC Murad M.Yusifi oğurluqda ittiham edir.
    M. Yusifin mövqeyini də öyrənib. Müğənninin mətbuat katibi Səriyyə xanım ..Bağışla.. mahnısının M. Yusifə məxsus olduğunu bildirib.
    O, MC Muradın ittihamlarını belə cavablandırıb: “MC Muradla M. Yusifin ortaq mahnıları var. Heç kim bunu danmır. Həmin mahnıların ortaq olması Youtube”da, albomda qeyd olunub. Söz ortaqdırsa, hər ikisinin də adı yazılıb, musiqi ortaqdırsa, yenə hər ikisinin adı yazılıb.

    M. Yusifin mətbuat nümayəndəsi müğənninin MC Muradın haqqını tapdalaması fikrinə də münasibət bildirib: Heç kəsin haqqı heç bir yerdə tapdalanmayıb. Lakin Bağışla mahnısı birbaşa Miri Yusifə aiddir. Aranjemanı belə MC Murada aid deyil. Youtube”da da bu qeyd olunub. Ağ qarğa albomunda MC Murada aid olan İki doğma insan, mahnısı var. Əgər biz belə qərəzli insanlarıqsa, o mahnını da yazardıq ki, bu Miri Yusifindir. Orda qeyd olunub ki, söz - musiqi MC Murad. Bağışla, mahnısında isə söz və musiqi Miri Yusif. Bir albomda hər iki mahnı var.

    Səriyyə xanım MC Murada məxsus mahnıların haqqının ödəndiyini də bildirdi. O, həmçinin əlavə etdi ki, M. Yusif F. Ararı məhkəməyə vermək fikrindən daşınmayıb.

    alıntı
#14.08.2015 11:51 0 0 0
  • Şeytan hiyləsi - Şeytanın zəif hiyləsi haqqinda - Dini movzularda

    noimage

    Allah hər insanı bu dünya həyatında sınayır. Və hər insanın bu sınaq əsnasında göstərdiyi əxlaqa və imanına görə, əsl həyatının cənnətdə və ya cəhənnəmdə olacağı təyin olunmuş olur. Allahın qulları üçün yaratdığı bu sınaq isə son dərəcə asan və rahatdır. Daha əvvəlki mövzularda da toxunulduğu kimi insana düşən Allahın Quranda bildirdiyi və insana dünya həyatında da xoşbəxtlik və hüzur gətirən həyatı yaşamaqdır. Allah, bu imtahan içində isə imana qarşı mənfi bir güc olaraq şeytanı yaratmışdır. Allahın ayələrində bildirdiyi kimi, şeytan insanların düşüncələrinə vəsvəsə verərək, onlara imansızlığı təlqin edərək, və ya bəzi insanların hərəkətləri və söhbətləri vasitəsilə, insanları dindən, Allahın əmrlərindən və gözəl əxlaqdan çevirmək üçün səy göstərir. Bunun üçün hər yolu sınayır, insanlara müxtəlif tələlər qurur. Şeytanın insanın bir düşməni olduğunu Allah bir ayəsində belə xəbər verməkdədir:

    Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə Surəsi, 208)

    Lakin Allahın ayələrdə də bildirdiyi kimi şeytanın insanlar üçün hazırladığı hiylələr çox zəifdir və iman gözüylə baxan biri şeytanın tələlərini dərhal görər və pozar. Allah Quranda şeytanın hiylələrinin çox zəif olduğunu və insanlar üzərində hökmranlığı olmadığını xəbər vermişdir.

    Qurandakı,

    İş bitdikdə şeytan deyəcək: Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (azğınlığa) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır. (İbrahim Surəsi, 22)



    Rəbbimiz şeytanın yalnız səmimi qullarının üzərində bir təsirinin ola bilməyəcəyini ayələrində belə xəbər verməkdədir:

    (İblis) dedi: Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam;Təkcə Sənin seçilmiş (ixlaslı) qullarından başqa! (Sad Surəsi, 82-83)

    Buna qarşılıq şeytanın çağırışlarına tabe olan və onu dost edənlərin sonu isə ayədə belə açıqlanmaqdadır:

    Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. (Furqan Surəsi, 29)


    Əziz oxucular çox insan alın yazısının olduğuna inanır və ona görə çoxları savab işlər etmir.. Məsələn Namaz qılmayanlar bunu Allahın alin yazısı olduğunu fikirləşir və zatən alın yazımda yoxmuş Namaz qılmaq deyir və istədiyi kimi dindən uzaq hayat sürür. Amma insan həyata gələndə heç bir alın yazısı falan olmur və lakın biz özümüzü başa düşəndən qədərimiz müəyyənləşməyə başlayır. Bele bir misal verək ki, insan bir günah işləyə və bu böyük gunah olduğuna görə Allah ona hansısa savablı əməli qismət etməz və yaxud onu hansısa bəlaya düçar edər. Bir alim deyir əgər gedəndə ayağın daşa ilişdi yıxıldın bilki hansısa əməlinin kəffarəsidir.. Ama həmişə doğru yolda olanın Allah Təala bu dunyada olmasa da o dunyada gec tez savabını verər.. Bizim Müəllim hey deyər ki, əgər pis əməlin cəzası varsa yaxşı əməlin də mükafatı vardır.. Əziz dostlarım anlayacağınız alın yazısı deyə bir şey yoxdur və hər şey insanın öz iradəsi altındadır. Nəfsimizi ardınca gedib bəladan başqa bir şey qazanmarıq, ağlımızın dediyinə əməl edib Allahın razılığını qazanarıq.


    Alinti...
#14.08.2015 02:50 0 0 0
  • Dini movzular - Xeyirli yuxu Allahdandır ne mena verir?

    noimage

    Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Xeyirli yuxu Allahdan, şərr yuxu isə şeytandandır. Biriniz xoşlamadığı çirkin bir yuxu görərsə həmən sol tərəfinə üç dəfə tüpürsün. Sonra da o, yuxunun şərrindən Allaha sığınsın (Başqa rəvayətdə: Hansı tərəfdə yatmışsa digər tərəfə dönsün). Belə edərsə o, pis yuxu artıq ona heç bir zərər verə bilməz və bu yuxunu heç kəsə xəbər verməsin. Əgər gözəl bir yuxu görərsə həmən sevinsin və o, gözəl yuxunu sevdiyi kimsələrdən başqasına xəbər verməsin (Müslim 2261).
    Bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək dedi: Mən yuxuda başımın kəsilmiş olduğunu və başımın ardıyca getdiyini gördüm . Peyğəmbər: Yuxuda şeytanın səninlə oynamasını insanlara xəbər vermə deyə buyurdu (Müslim 2269). Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Vaxtın sürətlə getməsindən müsəlmanların yuxuları demək olar ki, onları aldatmayacaqdır. Xeyirli yuxular görən kimsə ən xeyirli insan sayılacaq. Müsəlmanın yuxuları Peyğəmbərliyin qırx beşdə biridir (Başqa rəvayətdə: Qırx altıda biridir, yetimşdə biridir) ( Buxari, Müslim). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Yuxu üç cürdür: Saleh bir yuxu- Allahdan bir müjdədir, şeytandan olan bir yuxu- bu hüzündür və bir də insanın bir şey haqda çox düşünməsindən görülən yuxu (Müslim 2263).
    Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Mubəş-şiratdan başqa nübuvətdən bir şey qalmadı . Oradakılar: Mubəşşirat nədir? deyə soruşdular. Peyğəmbər: Saleh yuxudur deyə buyurdu (Buxari).
    Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Məni röyasında görən məni görmüş kimidir. Çünki şeytan mənim surətimə girməz Buxari). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Röyasında məni görən ayıq ikən də məni görəcəkdir. Şübhəsiz ki, şeytan mənim surətimə girməz ( Buxari, Müslim).
    Pis yuxu görən nə etməlidir 114.
    Üç dəfə sol tərəfinə tüpürməli (Muslim, 4/1772).
    Üç dəfə şeytandan və gördüyünün şərindən Allaha sığınmalı ( Muslim, 4/1772 və 1773).
    Onu heç kəsə danışmamalı ( Muslim, 4/1772).
    Digər böyrü üstə çevrilməli ( Muslim, 4/1773). 115.
    Əgər istəsə, qalxıb namaz qılsın (Muslim, 4/1773).

    Alinti...
#14.08.2015 02:44 0 0 0
  • Dini movzular - 5 cümlə 1000 məna nedir?

    noimage


    Dirilər ölülərin gözlərini bağlaya bilir, lakin ölülər dirilərin gözünü aça bilmir.



    Hər sözü eştmə deyə, qulağının ardı var..
    Hər şeyi görmə deyə, gözünün qapağı var..
    Hər sözü demə deyə, dilinnin önündə dodağın var..



    Hər tövbə günah hədəfinə atılmış bir oxdur. Əgər doğru bir niyyətlə düzgün nişan almısınızsa, hədəfinizi vurmuş və o günahı heç etməmiş kimi olarsınız.



    Azan səsi çox gurultuludur, minarədəki müəzzin niyə qışqırır ki? deyən adam! Sən, cəhənnəmdə bağırmayasan deyə...



    Zaman çox gözəl müəllimdir, amma sonunda tələbələrini öldürür...


    Alinti...
#14.08.2015 02:38 0 0 0
  • Dini movzular - Günahkar qadınlar haqqinda bilmediklerimiz


    noimage

    Bu mübarək hədisi imamzadə Əbduləzim İmam Məhəmməd Təqidən (ə), o, İmam Rzadan (ə), o, İmam Musa Kazimdən (ə), o, İmam Cəfər Sadiqdən (ə), o, İmam Məhəmməd Baqirdən (ə), o, İmam Zeynul-abidindən (ə), o İmam Hüseyn (ə), o da atası imam Əlidən (ə) nəql edir
    "Bir gün mən və Fatimə Allah rəsulunun (s) yanına getdik və o həzrəti (s) ağlayan halda gördük . Soruşdum, ata- anam sənə qurban, ey Allahın peyğəmbəri (s), niyə ağlayırsan?
    Allahın rəsulu (s) buyrudu
    - Ey Əli, məni meraca apardıqları gecə ümmətimdən olan bir dəstə qadının cəzalandırılmasını gördüm. Mən onlara verilən əzabın çətinliyindən heyrətə gəldim. Məni ağladan gördüyüm cansıxıcı əzabların təsiridir:
    1.Bir qadın saçlarından asılmışdı və başının iliyi qaynayırdı.
    2.Bir qadın dilindən asılmışdı və cəhənnəmin qaynar suyunu boğazına tökürdülər.
    3.Bir qadını sinəsindən asmışdılar.
    4.Bir qadın bədəninin ətini yeyir və odda yanırdı.
    5.Bir qadının qıçı qoluna bağlanmışdı, ilan və əqrəblər bədəninə dolaşmışdılar.
    6. Bir qadın ayaqlarından yanar təndirə asılmışdı.
    7.Bir qadın odda qızarmış qayçı ilə bədənini qabaqdan və arxadan kəsirdi.
    8.Bir qadının əl- üzünü yandırırdılar və o, öz bağırsaqlarını yeyirdi.
    9.Bir qadının başı it başı, bədəni eşşək bədəni idi və o, min cür əzaba düçar olmuşdu.
    10.Bir qadın it şəkilində idi. Cəhənnəm odu onun arxa tərəfindən girib ağzından çıxırdı. Mələklər onun başına, bədəninə od kösəklər vururdular.
    Həzrət Fatimə (s) atasından soruşdu
    - Ey Allahın rəsulu (s), onları bu cür ağır və dözülməz cəzalalara düçar etmiş pis əməllərindən məni xəbərdar et.
    Allahın rəsulu (s) buyurdu
    - Ey qızım, saçından asılmış qadın saçlarını naməhrəmdən örtmürdü.
    Dilindən asılmış qadın həmişə ərini (pis sözlərlə) acılayırdı.
    Sinəsindən asılmış qadın sinə və bədənini naməhrəm kişilərə göstərirdi.
    Qıçlarından asılmış və odda yanan qadın ərindən icazəsiz evdən çıxırdı.
    Bədəninin ətini yeyən qadın özünü naməhrəm kişilər üçün bəzəyirdi.
    Əlləri ayaqlarına bağlanmış, ilan və əqrəblər bədəninə dolanmış qadın təmizliyinə diqqət etmirdi (qüsüllü halda qalırdı).
    Kar , kor və lal olan qadın zinadan uşaq dünyaya gətirmiş və uşağı ərinin boynuna atmışdi.
    Bədənini odlu qayçı ilə qayçılayan qadın, kişilər ona baxıb ləzzət alsınlar deyə, özünü bilərəkdən naməhrəm kişilərə göstərirdi.
    Əl-üzü yanaraq bağırsaqlarını yeyən qadın naməhrəm qadın və kişiləri haram iş görmək üçün bir-birinə calayırdı.
    Başı it başı, bədəni eşşək bədəni olan qadın söz gəzdirir və çox yalan danışırdı.
    İt şəkilində olan, od onun arxasından girib ağzından çıxan qadın günah məclislərində haram mahnılar oxuyub, başqalarına həsəd aparırdı .
    Sonra Peyğəmbər (s) buyurdu:
    - Vay olsun o qadına ki, ərini qəzəbləndirər! Xoş o qadının halına ki, həmişə əri ondan razı olar.
    Əziz müsəlman ana və bacılar, sizdən xahiş edirik ki, Həzrət peyğəmbərin (s) Merac hədislərini oxuyub, əməl edəsiniz və onları başqalarına da çatdırasınız.

    Alinti...
#14.08.2015 02:32 0 0 0
  • Dini movzu - Dənizdə nece qüsl almaq olar? - Necə qüsl almaq lazımdır?

    noimage

    “Qüslun iki növü var. Tərtibi adlanan qüsldə bədən üzvləri ardıcıl olaraq (baş-boyun, sonra sağ tərəf, daha sonra sol tərəf) yuyulur. İrtimasi qüsldə isə bütün bədən birdəfəyə yuyulur.

    Bunun üçün əvvəlcə “irtimasi filan qüsl (məsələn, irtimasi cənabət qüslü) alıram, qürbətən iləllah” deyə niyyət etmək lazımdır. Sonra suyun altına baş vuraraq, suyun dibinə təkan verib azacıq yuxarı atılmaq lazımdır. Elə etmək lazımdır ki, bir anda bütün bədən suyun altında qalsın və su bütün bədəni (saçlardan tutmuş ayaqların altına kimi) bir anda əhatə etsin. Qolları da ayaqları da aralı tutmaq lazımdır ki, tam islansın. Bu cür ani qüsl almağa irtimasi qüsl deyirlər”.

    Alinti....
#14.08.2015 02:22 0 0 0
  • Badamlı bəyaz qaspaço ve Hazirlanma qaydasi

    Tərkibi:

    150 q badam
    1 dilim bəyaz tost çörəyi
    1 diş sarımsaq
    0,5 ç.q. duz
    5 x.q. zeytun yağı
    2 x.q. şerri sirkəsi və bəyaz üzüm sirkəsi
    500 ml. soyuq, qazlı olmayan mineral su

    üzərinə:

    xırda doğranmış cəfəri
    buz parçaları
    2 salxım çərdəksiz üzüm (kişmiş üzümü)

    Badamın üzərinə qaynar su tökün, 5 dəqiqə saxlayandan sonra suyu süzün, badamın qabığını çıxarın (barmağınızla azca basan kimi çıxacaq).

    Çörəyin qabığını kəsin, soyuq suda isladın.

    Sarımsağı təmizləyin.

    Badamı, suyu sıxılmış çörəyi, sarımsağı, duzu blenderdə xırdalayın. Sonra sirkə və zeytun yağı əlavə edib yenə xırdalayın. Badam püre halına düşənədək az-az mineral su əlavə edərək xırdalayın. Sonda suyun hamısını əlavə edin, qarışdırıb boşqablara çəkin. Xırda doğranmış cəfəri səpin, bir-iki parça buz salın. Süfrəyə dənəsiz üzümlə verin.

    Nuş olsun!
#14.08.2015 02:14 0 0 0
  • İzqara toyuq ve hazirlanma qaydasi



    noimage

    Tərkibi:

    1 kq toyuq əti
    2 yemək qaşığı qatıq
    1 yemək qaşığı zeytun yağı
    1 yemək qaşığı tomat
    1 çay qaşığı acı sos
    10 diş sarımsaq
    1 şirniyat qaşığı qırmızı bibər
    1 şirniyyat qaşığı kimyon
    Duz

    Hazırlanması:

    Sarımsağı təmizləyib əzin.
    Toyuqdan başqa bütün materialları qaqaqlı geniş bir qabın içərisində qarışdırın.
    Sonra toyuqları da qaba qoyun, hazırladığınız sosala qarışdırın.
    1 gecə soyuducuda gözlədin və səhərisi gün izqarada bişirin.

    Nuş olsun!
#14.08.2015 02:09 0 0 0
  • Kipr şirniyyatı ve onun hazirlanmasi

    noimage

    Tərkibi:
    4 yumurta,
    1 su stəkanı şəkər,
    2 su stəkanı duru yağ,
    1 su stəkanı hind qozu,
    1 su stəkanı qoz ləpəsi,
    1 su stəkanı qaleta unu,
    1 yemək qaşığı un,
    1 qabartma tozu,
    1 vanilin,

    Mühəlləbi üçün:
    1 su stəkanı şəkər,
    1 su stəkanı nişasta,
    1 litrədən 1 su stəkanı əksik süd,
    1 vanilin,
    1 paket toz şanti,

    Şərbəti üçün:
    1,5 su stəkanı şəkər,
    2 su stəkanı su,

    Hazırlanması:
    Dərin bir qaba yumurta və şəkəri alıb yaxşıca çırpın.
    Daha sonra digər ərzaqları da sırasıyla əlavə edib yumurtanı söndürmədən taxta qaşıqla yavaş-yavaş çırpın.
    Dörtkünc qabı yağlayıb xəmiri tökün.
    Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.
    Bişən keksi fırından çıxardın qoyun soyusun.
    Yanda isə bir qazana şəkər və suyu qoyub 5-10 dəqiqə bişirin və bişən keksimizin üzərinə tökün.
    Ayrı bir qazanda şəkər və nişastanı alıb yavaş-yavaş süd əlavə edərək çırpma teliylə çırpıb ocağa qoyun.
    Orta atəşdə davamlı qarışdıraraq mühəlləbimizi bişirin.
    Ocaqdan düşürdərək ilıq istiliyində olanda şanti tozunu və vanilini də əlavə edərək mühəlləbini mikserlə çırparaq tamamən soyuduruq.
    Axan bir mühəlləbi olmalıdır.
    Sərt olmamalıdır.
    Istədiyiniz qatılıqda deyilsə də süd əlavə edə bilərsiniz.
    Soyuyan mühəlləbini soyuyan keksimizin üzərinə töküb üzərini düzənləyin.
    Vaxtınız varsa soyuducuda yarım saata yaxın saxlayıb sonra servis edin.

    Nuş olsun!

    Alinti...
#14.08.2015 02:05 0 0 0
  • Batata-maxşin haziurlanma qaydasi

    noimage



    Tərkibi:

    2 kq kartof
    400 q qarışıq qiymə (mal, qoyun)
    200 q soğan
    3 diş sarımsaq
    3 x.q. sidr qozası
    400 q tomat püresi (konserv)
    1 x.q. tomat pastası
    30 q keşniş toxumu
    20 q reyhan yarpağı
    10 q nanə yarpağı
    3-3.5 st. su
    bitki yağı
    0,5 ç.q. sarıkök

    Mətbəx sirləri: Batata-maxşi

    iç üçün ədviyyat:
    1 ç.q. qırmızı istiot
    1 ç.q. sarıkök
    1 ç.q. Yamayka istiotu və ya qara istiot
    1/4 ç.q. muskat cevizi
    duz


    Nus olsun...

    Alinti,,,
#14.08.2015 01:47 0 0 0
  • Tort resepti - Çiyələkli vanilli tortu - Çiyələkli vanilli tortu nece hazirlanir

    noimage

    Tərkibi:
    250 qr kərə yağı
    400 qr un
    250 qr şəkər tozu
    2 Ədəd yumurta
    2 Su stəkanı qaymaq (krem üçün)
    3 Yemək qaşığı pudra şəkəri
    1 Paket vanil
    2 Su stəkanı çiyələk
    Nanə yarpaqları

    Hazırlanması:
    Bir qabın içinə otaq istiliyindəki kərəyağını yumşalana qədər qarışdırın.
    Üzərinə unun üçdə birini əlavə edin və qarışdırın.
    Qarışdırarkən əvvəl şəkər tozu ardından yumurta və daha sonra qalan unu əlavə edin.
    Hamısı yaxşı qarışana qədər döyün.
    30 * 40 santimetr böyüklüyündə bir nimçəni yağlı kağızla örtün və xəmiri nimçəyə boşaldın.
    180 dərəcəlik sobada qızarana qədər bişirin.
    Bişən xəmiri sobadan götürüb, soyumağa buraxın.
    Soyuyan keksi üç bərabər parçaya bölün.
    Bu vaxt qaymağı (kremi), pudra şəkəri və vanil ilə çırpın.
    Bu kremdən ilk tort qatına sürün.
    Üzərinə çiyələk sıralayın.
    İkinci tort qatını üzərinə qoyun.
    Krem sürün və yenə çiyələk sıralayın.
    Son parça keksi də yerləşdirib, üzərinə qalan kremi sürün və çiyələkləri düzün.
    Təzə nanə yarpaqları ilə bəzəyib, servis edin.

    Nuş olsun!
#14.08.2015 01:41 0 0 0