N.N.

N.N.

Üye
23.04.2010
Üsteğmen
22.919
Hakkında

Mən Fəxir Edirəm ki,Azərbaycanlıyam..Heydər Əliyev..

  • Saglam olun

    Gözlər – sağlamlığın açarı və qəlbin aynasıdır.

    Adətən gözlərin rəngi valideynlərin genləri ilə təyin olunur, lakin bu zaman da istisnalar vardır. Bu səbəbdən də uşağın gözlərinin rənginin necə olacağını doğulana qədər müəyyən etmək mümkün deyil. Ən maraqlısı da odur ki, hətta yetkin insanda belə gözlərin rəngini dəyişmək mümkündür və təkcə linzalar vasitəsilə deyil. Mütəxəssislərin fikrincə, sadə diyetik qida vərdişləri sayəsində gözlərin rəngi dəyişə bilər.

    Gözün rəngini nə təyin edir?

    Gözün qüzehli qişasının rəngi “melanin” piqmenti ilə təyin olunur. Uşaq böyüdükcə onun gözünün rənginin nisbətən dəyişdiyini görmək olar. Bu ona görə baş verir ki, qüzehli qişada melaninin konsentrasiyası dəyişir.
    Gözün rəngi üç genin qarşılıqlı təsiri əsasında yaranır. Hazırda onlardan yalnız ikisi tədqiq edilib. Doğulacaq uşağın gözünün rəngini yalnız valideynlərinin gözlərinin qüzehli qişasının rəngi ilə əvvəldən müəyyənləşdirmək mümkün deyil. Genlər qarışanda ən gözlənilməz nəticə də ola bilər.
    Lakin gözlərin rəngini böyüdükdən sonra da dəyişmək mümkündür. Buna nail olmaq üçün isə aşağıda qeyd edilən məhsulları qida rasionuna daxil etmək lazımdır:

    1. Zəncəfil

    Bu bitki müxtəlif iltihablanmaların aradan qaldırılmasında öz sehrli gücü ilə məşhurdur. Zəncəfil əhəmiyyətli dərəcədə əzələ ağrılarını və kimyaterapiyadan sonra ürəkbulanmasını azaldır. Həmçinin sübut olunub ki, zəncəfil astma əlamətlərini aradan qaldırır və dərman preparatlarından zədələnmiş qaraciyəri müalicə edir. Bütün bunlara əlavə olaraq zəncəfil gözlərin rənginə təsir edir, onları daha parlaq və ifadəli edir.

    2. Ət

    Ət sink və maqnezium kimi minerallarla zəngindir və bu minerallar da gözün qüzehli qişasının nəzərəçarpan dəyişikliklərinə səbəb olur. Ət məhsulları bədənimizi orqanizmdə bütüm proseslərin düzgün fəaliyyəti üçün lazım olan zülallarla təmin edir.

    3. Qoz-fındıq

    Əgər gözlərinizin rəngini dəyişmək istəyirsinizsə, o zaman qoz-fındıq rasionunuza daxil edəcəyiniz ilk məhsullardan biridir. Həmçinin nəzərə alın ki, bunlardan daha az kalorili olanı badamdır. Eyniz zamanda unutmayın ki, qızardılmış qoz-fındıqda yüksək temperatur səbəbilə bütün qida maddələri məhv olur.

    4. Soğan

    Soğandan müntəzəm istifadə gözün rənginin tədricən dəyişməsinə və dərinin yaxşılaşmasına imkan verir. Soğan gözün qüzehli qişasının və saçların sağlamlığına müsbət təsir göstərir. Həmçinin məlumdur ki, soğan depressiya əlamətlərini yüngülləşdirir, yuxusuzluqdam müalicə zamanı yardımçı olur və iştahın artmasını təmin edir.

    5. Zeytun yağı

    Zeytun yağının inanılmaz xüsusuiyyətlərini saymaqla bitməz. Bu məhsul bütün xəstəliklərdə ən yaxşı dərman hesab olunur. Tərkibindəki unikal elementlər sayəsində gözün qüzehli qişası daha gözəl və yumşaq olur. Həmçinin zeytun yağı gərginliyi aradan qaldırır və qanda pis xolesterolun konsentrasiyasını azaldır.

    6. Çobanyastığı çayı

    Bu inanılmaz faydalı çay əsəb sistemində gərginlik hormonlarının konsentrasiyasını azaldır və gözlərə daha isti çalar verir. Ondan həmçinin müxtəlif mədə-bağırsaq xəstəliklərinin müalicəsində, yanıqlar və yaralar zamanı istifadə olunur.

    7. Balıq

    Dəniz məhsulları bütün vitaminlərin, xüsusilə B, C, A, D, E və K vitaminlərinin zəngin qaynağıdır. Bu məhsullardan istifadə zamanı gözlərin rənginin dəyişməsi əsasən balığın tərkibində olan dəmir, maqnezium və fosfor sayəsində baş verir. Lakin gözlə görünən nəticənin əldə edilməsi ancaq balıq yeməklərindən müntəzəm istifadə etdikdə mümkündür.

    8. İspanaq

    İspanaq gözlərin gəncliyinin qorunmasını təmin edən mikroelementlərlə zəngindir. Tərkibində olan yüksək miqdarda dəmir sayəsində gözlər daha parlaq və dolğun görünüş qazanır. 1 stəkan çiy ispanaq 27 kalori enerji verir. İspanaq maqnezium, kalium və A vitamini ilə zəngindir. Tərkibində ispanaq olan diyet xərçəng və astmanın qarşısının alınmasına kömək edir, qan təzyiqini azaldır və sümükləri möhkəmləndirir. Həmçinin dərinin və saçların sağlamlığına müsbət təsir göstərir.

    9. Bal

    Gündəlik rasiona əlavə edilən bal əhəmiyyətli dərəcədə gözlərin rənginin dəyişməsinə təsir edə bilər. Lakin bu mütləq təbii bal olmalıdır. Bu möcüzəvi məhsuldan müntəzəm istifadə gözlərin qüzehli qişasının təbii rənginə daha parlaq çalar verəcək. Bundan əlavə bal sağlamlıq üçün önəmli olan şəkərin zəngin qaynağıdır. Fruktozanın yüksək konsentrasiyası (38.2%) onu kişilərin rasionu üçün ideal məhsul edir.

    10. Ayı üzümü (Uva ursi)

    Bu sakitləşdirici çay göz əzələlərini tez sakitləşdirir və gözün qüzehli qişasının rəngini daha parlaq edir. Bundan əlavə bu çay sidikqovucu xüsusiyyətə malikdir və dərinin müxtəlif xəstəlikləri, həmçinin artrit zamanı yardımçı olur.

    alinti...
#21.08.2015 01:54 0 0 0
  • Qadinlar ucun - Moruqun dəriyə ne kimi faydasu var?

    Dünyada hər 10 qadından 7-si dəri problemləri ilə mübarizə aparır.

    Ancaq qadınların çoxu dərilərinə qulluq etsələr də, istənilən nəticəni əldə edə bilmirlər. Əgər siz də üz dərinizə lazımi qədər qulluq göstərməyinizə, müxtəlif gözəllik maskalarından istifadə etməyinizə baxmayaraq, bu problemlərdən xilas ola bilmirsinizsə, bu yazını mütləq oxuyun.

    Dəriyə qulluq dedikdə, ağlımıza ilk növbədə badam yağı, gül yağı, nar yağı kimi populyar vasitələr gəlir. Ancaq dəri üçün faydalı yağlardan biri də moruq yağıdır.

    Moruq yağının tərkibindəki E və C vitaminləri dərinin yenilənməsini təmin edir. Dərini qidalandırır və gəncləşdirir. Ölü hüceyrələri təmizləyir. Yaşlılığın əlamətlərini aradan qaldırır.

    Bəs, moruq yağından necə istifadə etmək lazımdır?

    Bunun üçün ən yaxşı üsul ondan müxtəlif maskalar hazırlayıb üzə çəkməkdir.

    Moruq yağı və süd maskası

    Tərkibi:
    1 xörək qaşığı təzə süd
    3 damcı moruq yağı

    Hazırlanması və tətbiqi:

    Südlə moruq yağını qarışdırın. Daha sonra maskanı üz və boyun dərisinə çəkib masaj edin. 15 dəqiqə gözlədikdən sonra əgər dəriniz yağlıdırsa, üzünüzü ilıq su ilə yuyun. Yox, əgər dəriniz qurudursa, maskanı isladılmış pambıqla təmizləyin.

    Bu maskanı həftədə bir dəfə çəkin.Qeyd edək ki, gecə yatmazdan öncə çəkdiyiniz nəmləndirici kremin içərisinə 2-3 damcı moruq yağı əlavə etsəniz, səhərlər dəriniz daha sağlam və gözəl görünəcək.



    Alinti...
#21.08.2015 01:43 0 0 0
  • Dini yazilarda

    noimage

    Uca Allah Peyğəmbərin vəfat edəcəyi barədə Qurani Kərimdə buyurur: “Sözsüz ki, sən də öləcəksən, onlar da öləcəklər!” (əz-Zumər, 30).
    Ənəs ibn Malik demişdir: “Rəsulullah (vəfatına səbəb olan xəstəliyə tutulduğu zaman) bazar ertəsi mən axırıncı kərə onun üzünü gördüm. Həmin vaxt o, qaldığı hücrənin pərdəsini qaldırdı və mən onun üzünə baxdım. Onun üzü, sanki Quran kağızı idi. Bu əsnada camaat Əbu Bəkrin arxasında (sübh) namazına durmuşdu. Onlar (Peyğəmbəri görəndə sevinclərindən) az qaldılar ki, namazdan çıxsınlar. Əbu Bəkr camaata imamlıq edərkən (Peyğəmbərin namaz qılacağını zənn etdi və dala çəkilərək arxasındakı cərgəyə keçdi), lakin Peyğəmbər əli ilə camaata yerlərində qalmağı işarə etdi. Sonra o, pərdəni aşağı saldı və həmin günün axırında vəfat etdi.”
    Hicrətin 11-ci ilində – səfər ayında Peyğəmbərin xəstəliyi şiddətlənmiş, bu xəstəlik on üç gün, yaxud bundan bir gün artıq və ya bir gün əskik davam etmiş və nəhayət, rabiyəl-əvvəl ayında, bazar ertəsi o, vəfat etmişdir.
    Rəvayət edilir ki, Aişə demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - ölüm ayağında ikən onun qabağında bir qab su var idi. O, əlini suyun içinə salır, sonra yaş əlini üzünə sürtüb deyirdi: Lə ilahə illəllah! Həqiqətən də, ölümün bihuşluğu vardır. Sonra əlini qaldırıb: “Allahım, məni uca dostlara qovuşdur!”– deməyə başladı. Nəhayət, ruhu bədənindən çıxdı və əli yanına düşdü” (Səhih əl-Buxari, 4449).
    Aişə demişdir: Rəsulullah vəfat etdikdən sonra səhabələr onun dəfni barədə ixtilafa düşdülər. Onda Əbu Bəkr dedi: Mən Rəsulullahdan elə bir hədis eşitmişəm ki, indiyədək onu unutmamışam. O demişdir: Allah hər bir peyğəmbərin ruhunu ancaq onun dəfn edilməsini istədiyi yerdə almışdır. Elə isə onu, yatağının yerində dəfn edin.
    Səhabələr Peyğəmbərin dəfn edilib-edilməməsi və əgər dəfn ediləcəksə, harada dəfn edilməsi barədə ixtilafa düşdülər. Peyğəmbərimiz Aişənin hücrəsində vəfat etmişdir. Hədisdən aydın olur ki, bu hökm yalnız peyğəmbərlərə aiddir. Adi insanlar isə ancaq qəbiristanlıqda dəfn edilməlidirlər.
    Peyğəmbərin vəsiyyəti ilə Əli ibn Əbu Talib onu yumuş, Abbas və onun oğlu Fədl, habelə Usamə və Şəqran (Allah onların hamısından razı olsun!) ona su və s. verməklə kömək etmişlər. Peyğəmbərin kəfənlənməsinə gəlincə, bu haqda Aişə demişdir: Peyğəmbəri Yəmənin Səhuliyyə şəhərində hazırlanmış üç ədəd ağappaq pambıq parçaya bürüdülər. Bunların arasında nə bir köynək, nə də bir əmmamə var idi (Səhih əl-Buxari, 1246).
    Peyğəmbərin qəbrini Əbu Talhə Zeyd ibn Səhl qazmış və onu camaxatanlı etmişdir. Camaxatan qədim fars sözüdür – yorğan-döşək, sandıq və s. qoymaq üçün divarın içində açılan dördkünc oyuğa camaxatan deyilir. Əbu Talhə Peyğəmbərin qəbrinin içəri tərəfindən, onun sağ divarında oyuq qazmışdır. Buna ərəbcə “ləhd” deyilir.
    Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər vəfat etdiyi zaman Mədinədə iki nəfər qəbirqazan var idi. Biri qəbirləri camaxatanlı, digəri isə camaxatnsız şəkildə qazardı. Səhabələr dedilər: “Gəlin, Rəbbimizdən daha xeyirli olanı bizə göstərməsini diləyək və hər iki qəbirqazanın yanına adam göndərək. Hansı biri tez gəlsə, o da onun qəbrini qazsın. Beləliklə, onlar hər ikisinin yanına adam göndərdilər. Camaxatanlı qəbirqazan daha tez gəldi deyə, Peyğəmbərin qəbrini o qazdı” (Səhih Sunən İbn Macə, 1557).
    Muhəmməd əl-Baqir demişdir: “Rəsulullah bazar ertəsi vəfat etdi. Sonra həmin gün və çərşənbə axşamının gecəsinədək onun dəfni ləngidildi. Nəhayət, o gecə dəfn edildi.”
    Peyğəmbərin dəfninin çərşənbənin gecəsinədək uzanmasının səbəblərindən biri də, camaatın ayrı-ayrılıqda onun üçün cənazə namazı qılması olmuşdur. Səhabələr dəstə-dəstə – əvvəlcə kişilər, sonra qadınlar, sonra da uşaqlar onun hücrəsinə daxil olub onun üçün cənazə namazını qılmışdır.
    İbn Abbas rəvayət edir ki, (Peyğəmbər vəfat etdiyi gün) Əbu Bəkr camaatın qarşısına çıxıb Allaha həmd-sənalar etdikdən sonra dedi: “... Kim Muhəmmədə ibadət edirdisə, bilsin ki, o, artıq vəfat etmişdir. Kim Allaha ibadət edirdisə, bilsin ki, Allah əbədi Yaşayandır, Ölməzdir. Sonra o, bu ayəni oxudu:
    Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz geriyəmi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar (Ali-İmran, 144).
    İbn Abbas dedi: Vallahi, sanki camaat Allahın bu ayəni nazil etdiyini bilmirmiş. Əbu Bəkr bu ayəni oxuduqdan sonra camaat da onu oxumağa başladı. Bundan sonra bu ayəni eşidən hər kəs onu təkrar-təkrar oxuyardı.” Səid ibn Museyyib rəvayət edir ki, Ömər bu ayəni eşitdikdə dedi: “Vallahi, bu ayəni Əbu Bəkrdən eşidəndə məni əsmə tutdu, ayaqlarım üstümdə durmadı, diz üstə yerə çökdüm və başa düşdüm ki, Peyğəmbər artıq vəfat etmişdir” (Səhih əl-Buxari, 1165).

    Alinti,,
#21.08.2015 01:25 0 0 0
  • Dini yazilarda

    noimage

    Rəvayət edilir ki, Amr ibn Haris demişdir: Peyğəmbər - sallallahu aleyhi və səlləm - vəfat etdikdə nə bir dirhəm, nə bir dinar, nə bir kölə, nə bir kəniz, nə də başqa bir şey qoyub getmişdir. Qoyub getdiyi ancaq ağ qatır, silahı və sədəqə verdiyi torpaq olmuşdur. (əl-Buxari, 2739).
    Aişə rəvayət edir ki, Rəsulullah demişdir: Biz peyğəmbərlər miras qoymuruq, qoyub getdiyimiz nə varsa, hamısı sədəqədir. (əl-Buxari, 3810).
    Peyğəmbər özünə məxsus olan torpağın hamısını Allah yolunda sədəqə etmişdir. Onun qoyub getdiyi miras yalnız elmdir. Rəvayət edilir ki, bir dəfə Əbu Hureyrə Mədinə bazarına gəlib oradakılara dedi: “Ey bazar əhli, nə oturmusunuz?”
    Onlar: Nə baş verib, ey Əbu Hureyrə?– deyə soruşduqda, Əbu Hureyrə dedi: Rəsulullahın mirası bölüşdürülür, siz isə burada oturmusunuz, gedib ondan öz payınıza düşəni götürmürsünüz?”
    Onlar: O miras haradadır?– deyə soruşdular.
    Əbu Hureyrə: Məsciddədir– dedi.
    Bazardakılar tələsik məscidə gəldilər, Əbu Hureyrə isə bazarda durub onların qayıtmağını gözlədi. Nəhayət, onlar geri qayıdıb: Ey Əbu Hureyrə, biz məsciddə heç bir miras görmədik–dedilər.
    Əbu Hureyrə soruşdu: Məsciddə adam gördünüzmü?
    Onlar dedilər: Bəli, gördük. Bəziləri namaz qılır, bəziləri Quran oxuyur, bəziləri də halal və haramdan danışırdılar. Onda Əbu Hureyrə dedi: Vay halınıza! Muhəmmədin mirası da elə budur, bu! (Mocəmul-Kəbir, 402).
    Həmçinin, rəvayət edilir ki, bir gün Abdullah ibn Məsud öz tələbələri ilə bir yerdə oturub Peyğəmbərin öyrətdiklərindən onlara öyrədərkən, yanlarından keçən bir bədəvi ondan: Bunlar bura niyə yığışıblar?– deyə soruşdu.
    İbn Məsud dedi: Yığışıblar ki, Muhəmmədin mirasını öz aralarında bölüşdürsünlər (Xətib əl-Bəğdadinin ,Şərəfu Əshabul-Hədis - əsəri, 1/102).


    Alinti..
#21.08.2015 01:13 0 0 0
  • İslam dini

    noimage

    Qurani-Kərimdə və Peyğəmbərin səhih hədislərində haram olması buyurulan qidalardan başqa heç bir qida haram deyildir. Allahın halal buyurduğu qidanı haram saymaq böyük günahdır. Uca Allah buyurur:
    Dilinizin uydurduğu yalana əsasən:Bu halaldır, o haramdır!– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar (ən-Nəhl, 116).
    Haram qidalar

    Uca Allah haram etdiyi qidaları təfərrüatı ilə bizə bəyan edərək buyurur:
    Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır... (əl-Maidə, 3).
    Həmçinin buyurur:
    De: Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm". Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir (əl-Ənam, 145).
    Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. (Həcc edərkən) ihramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanılacağınız Allahdan qorxun! (əl-Maidə, 96).
    Hansı qida ölü heyvan kimidir?

    Heyvan sağ ikən onun bədənindən kəsilib götürülmüş ət parçası ölü heyvan əti kimidir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: «Heyvan sağ ikən ondan kəsilib götürülmüş tikə ölü heyvan əti kimidir». (Əbu Davud, 2841).
    Köpək dişli heyvanın və caynaqlı quşun yeyilməsi haramdır

    Rəvayət edilir ki, İbn Abbas demişdir: Peyğəmbər köpək dişli heyvanların və caynaqlı quşların yeyilməsini haram etmişdir (Muslim, 1934).
    Nəcasətlə qidalanmış heyvanın yeyilməsi haramdır

    Rəvayət edilir ki, İbn Ömər demişdir: Peyğəmbər nəcasətlə qidalanmış heyvanın ətini yeməyi və südünü içməyi qadağan etmişdir» (Əbu Davud, 3767).
    Nəcasətlə qidalanmış heyvan üç gün qapalı yerdə saxlanılıb təmiz qidalarla yemləndikdən sonra kəsilib yeyilə bilər.
    Haram olunan qidanın zərurət halında yeyilməsinə icazə verilir

    Uca Allah buyurur: Hər kəs günaha meyl etməyərək aclıq üzündən haram olanlardan istifadə etməyə məcbur olarsa, bilsin ki, Allah Bağışlayandır, Rəhmlidir (əl-Maidə, 3)

    Alinti...
#21.08.2015 01:08 0 0 0
  • Dini yazilar

    noimage

    Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: Ağ rəngdə libas geyinin! Sağlığınızda ağ libas geyinin. Həmçinin, ölülərinizi də ağ kəfənə bürüyün. Çünki ağ geyim libaslarınızın ən xeyirlisidir.
    Peyğəmbər bunu deməklə ümmətini ağ rəngdə libas geyinməyə rəğbətləndirər, özü də ağ rəngdə libas geyinərdi. Əbu Zərr demişdir:Bir dəfə mən Peyğəmbərin yanına gəldim. Onun əynində ağ libas var idi (Səhih əl-Buxari, 5827).
    Digər rənglərə nisbətən ağ geyimdə çirk daha tez gözə çarpır və bu çirki təmizlədikdə libas daha təmiz və daha gözəl görünür.
    Həmçinin, rəvayət edilir ki, Aişə demişdir: Bir səhər Rəsulullah evindən çıxarkən onun əynində qara yundan, üzərində də bəzək olan bir bürüncək var idi.
    Bu hədis dəlalət edir ki, həm qara rəngdə olan, həm yundan hazırlanmış, həm də üzərinə bəzək salınmış libası geyinmək olar. Ümumiyyətlə, İslam şəriətinin qadağan etmədiyi istənilən libası geyinməyə icazə verilir. Peyğəmbər demişdir: İsrafa yol vermədən (həddi aşmadan) və təkəbbürlük göstərmədən yeyin, için, sədəqə verin və istədiyiniz geyimi geyinin (Sunən İbn Macə, 23).

    Peyğəmbərin ən çox sevdiyi paltar
    Ummu Sələmə demişdir: Rəsulullahın geydiyi paltarlar arasında ən çox sevdiyi paltar köynək idi. (Tirmizi, 1762).
    Burada “köynək” dedikdə, baş və ayaqlar istisna olmaqla bədənin hər yerini örtən, iki qoldan və yaxalıqdan ibarət, pambıqdan və ya buna bənzər bədəni narahat etməyən parçadan hazırlanmış geyim nəzərdə tutulur.
    Ənəs ibn Malik demişdir: Rəsulullahın geydiyi paltarlar arasında ən çox sevdiyi paltar hibərə idi. (əl-Buxari, 5813).
    Hibərə pambıqdan və ya bəzəkli kətandan hazırlanan Yəmən bürüncəyidir.

    alinti...
#21.08.2015 01:00 0 0 0
  • dini yazilarda

    noimage

    l-Muhit sözü əhatə edən, qoruyub saxlayan deməkdir. Allahın əl-Muhit adı Qurani-Kərimdə səkkiz dəfə zikr edilir. Uca Allah buyurur:
    Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir” (ən-Nisa, 126).
    Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir (Fussilət, 53-54).
    Qoşunlar haqqında əhvalat sənə çatıbmı? Firon və Səmud qoşunlarının. Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar. Allah onları arxadan əhatə etmişdir. Bəli, bu şanlı Qurandır. O, mühafizə edilən lövhədədir (əl-Buruc, 17-22).
    əl-Muhit olan Allah öz elmi, qüdrəti və mərhəməti ilə hər şeyi əhatə edəndir.

    Alinti..
#21.08.2015 00:46 0 0 0
  • Dunya xeberleri

    noimage

    Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Iranın nüvə obyektlərində təftişləri yerli mütəxəssislərə həvalə etməyəcək.

    APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib.

    “AEBA bu cür üsulla işləmir”, deyə C.Kirbi bildirib.

    Bundan əvvəl yayılan xəbərlərdə bildirilirdi ki, rəsmi Tehran Parçın şəhərindəki hərbi obyektdə İran mütəxəssislərinin yoxlama aparacaqlarına dair AEBA ilə razılığa gəlib. Qeyd edək ki, əvvəllər ABŞ adıçəkilən obyektdə nüvə silahının hazırlanmasını iddia edirdi.

    Alinti...
#21.08.2015 00:39 0 0 0
  • Xeberler - Hadise

    noimage

    İsrail hərbi təyyarələri Suriya ərazisinə hava zərbəsi endirib.

    APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində zərərçəkən olmayıb.

    Suriya ordusundakı mənbənin bildirdiyinə görə, hədəfdə Küneytra yaşayış məntəqəsində yerləşən nəqliyyat mərkəzi və ictimai bina olub. Tikililər və infrastruktura ciddi ziyan dəydiyi bildirilir.

    Qeyd edək ki, İsrail raket atəşinə cavab olaraq Suriya ərazisinə zərbələr endirib. Avqustun 20-də Suriya ərazisindən İsrail istiqamətində 4 raket buraxılıb.

    alinti...
#21.08.2015 00:34 0 0 0
  • Mehsurlar - Show Biznes xeberleri

    noimage



    Müğənni Xatirə İslam sosial şəbəkədə çimərlik geyimində fotosunu paylaşıb.

    Lent.az-ın məlumatına görə, ifaçının paylaşdığı şəkil sosial şəbəkədə müzakirələrə səbəb olub. İfaçı isə bu tənqidlərə “Sevənlərim, gecəniz xeyrə qalsın. Sevməyənlərim isə Allah bilən məsləhətdir” şərhini yazıb.

    alinti...
#21.08.2015 00:30 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    Müğənni Miri Yusifin bir çox mahnılarının müəllifi olan Murad Quliyev onunla bağlı bir sıra ittihamlar səsləndirib. Xəbər verir ki, M. Quliyev aznews.az saytına yolladığı videoda müğənnini oğurluqda ittiham edib.

    Video müraciətdə M. Yusif tərəfindən haqlarının tapdandığını iddia edən M. Quliyev bunun ilk hadisə olmadığını bildirib. O həmçinin qeyd edib ki, Soruş, Adınla bağlı, Etiraf, Sən mənimsən, Səndən olmaz, Yoxam mən, Mən küləyəm, “İki doğma insan, Bağışla və s. kimi mahnılar da ona məxsusdur.

    Xatırladaq ki, Türk müğənnisi Funda Arar M.Yusifin repertuarında yer alan Bağışla, mahnısını ifa edib və klip çəkdirib. M. Yusif isə türkiyəli sənətçini ondan icazəsiz mahnısını oxuduğuna görə oğurluqda ittiham edərək məhkəməyə verəcəyini bildirib. Bu qalmaqal Türkiyə mətbuatında da yer alıb.

    Miri Yusifin mətbuat xidmətindən Lent.az-a bildirildi ki, gün ərzində bu ittihamlarla bağlı mətbuata açıqlama veriləcək.

    Alinti...
#21.08.2015 00:27 0 0 0
  • Mehsurlar - Show Biznes xeberleri


    noimage

    Ailəsi ilə birgə istirahətə yollanan müğənni Xuraman Şuşalı şəxsi həyatı ilə bağlı ona ünvanlanan suallara münasibət bildirib.

    Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədəki səhifəsində bu sözləri yazıb: “Çox vaxt mənə sual verirlər ki, üç uşaqla sizə çətin deyil? Əlbəttə ki, çətindir. Amma övladlarım böyüyəndə daha da çətin olacaq. Onları bir yerə yığmaq lazımdır. Çalışıram ki, uşaqlarımın yaşadığı hər gün gözəl olsun. Bu günlə yaşayaq, sabaha Allah kərimdir. Əlbəttə ki, bu çətinliyi mənə yüngül göstərən həyat yoldaşımın əziyyətini də qeyd etmək istəyirəm. Onun əziyyəti var. Ümumiyyətlə ailədə gərək hər kəs öz öhdəsinə düşəni yerinə yetirsin”.

    Qeyd edək ki, 5 il öncə rejissor Elçin Məmmədov adlı şəxslə ailə quran X.Şuşalının üç övladı var.

    Alinti..
#21.08.2015 00:18 0 0 0
  • Mehsurlar - Maqazin


    noimage

    Aktyor Fərda Xudaverdiyev ilk dəfə ailəsindən danışıb.

    Yumor ustası “Onlar”a açıqlamasında həyat yoldaşının qısqanc olub-olmamasından bəhs edib:

    Ailə quranda o kimə ərə gəldiyini bilirdi. Qısqanclıq bizdə olmur. İlk vaxtlarda olurdu. Sonradan qəbul etdilər ki, mən ekranda olan biriyəm. Həm də hər gün efirdə möhkəm ailədən danışıb, kənarda küncdə başqasıyla min oyun çıxaranlardan deyiləm. İki oğlum var. Onlarla çox sərtəm. Dəcəldirlər, mən sərt olmasam alınmaz. Bir şey edəndə, evdəkilər mənlə qorxudur. Valideynlərim nəvələrini çox ərköyün böyüdür. Böyük oğlum Amində aktyorluq, ssenari uydurma qabiliyyəti var. Balaca övladım Mətində yox.

    Gecə qonağı. adlı filmindən danışan F.Xudaverdiyev ilk dəfə dramatik obraza çəkilməsindən söz açıb:

    Filmin rejissoru Kənan M.M. böyük risk etdi. Elə mənim üçün də belə obraza çəkilmək risk idi. Dünyada qəbul olunub ki, yumoristi dramatik bir obraza çəkəsən. Həmişə özümdə o gücü hiss etmişdim. Rejissorlara deyirdim ki, məni elə obrazda da sınayın. Bəlkə mən elə o cür rol üçün doğulmuşam. Nəticədə Kənandan təklif gəldi və pis də alınmadı..

    alinti...
#21.08.2015 00:13 0 0 0
#15.08.2015 20:40 0 0 0
#15.08.2015 20:28 0 0 0
#15.08.2015 20:18 0 0 0
#15.08.2015 20:08 0 0 0
#14.08.2015 12:44 0 0 0