Quran - Qurani Kərim 6. Ənam ('Mal-qara') surəsi (140-155 a.y)
141. Talvar üzərində olan və talvarsız öz gövdəsi üzərində duran bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir.
وَهُوَ الَّذِي أَنْشَأَ جَنَّاتٍ مَعْرُوشَاتٍ وَغَيْرَ مَعْرُوشَاتٍ وَالنَّخْلَ وَالزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُتَشَابِهًا وَغَيْرَ مُتَشَابِهٍ ۚ كُلُوا مِنْ ثَمَرِهِ إِذَا أَثْمَرَ وَآتُوا حَقَّهُ يَوْمَ حَصَادِهِ ۖ وَلَا تُسْرِفُوا ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ
142. Üstündə yük daşınan və yük daşınmayan mal-qaranı da yaradan Odur. Allahın sizə verdiyi ruzilərdən yeyin, şeytanın izi ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.
وَمِنَ الْأَنْعَامِ حَمُولَةً وَفَرْشًا ۚ كُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
143. Allah, o heyvanlardan səkkiz cift yaratdı; qoyundan ikisini və keçidən ikisini. De: "O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Əgər doğru danışanlarsınızsa, elmə əsaslanıb bu haqda mənə xəbər verin".
ثَمَانِيَةَ أَزْوَاجٍ ۖ مِنَ الضَّأْنِ اثْنَيْنِ وَمِنَ الْمَعْزِ اثْنَيْنِ ۗ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الْأُنْثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الْأُنْثَيَيْنِ ۖ نَبِّئُونِي بِعِلْمٍ إِنْ كُنْتُمْ صَادِقِينَ
144. Dəvədən də ikisini, inəkdən də ikisini. De: "O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?" Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz.
وَمِنَ الْإِبِلِ اثْنَيْنِ وَمِنَ الْبَقَرِ اثْنَيْنِ ۗ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الْأُنْثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الْأُنْثَيَيْنِ ۖ أَمْ كُنْتُمْ شُهَدَاءَ إِذْ وَصَّاكُمُ اللَّهُ بِهَٰذَا ۚ فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا لِيُضِلَّ النَّاسَ بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
145. De: "Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm". Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.
قُلْ لَا أَجِدُ فِي مَا أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٍ يَطْعَمُهُ إِلَّا أَنْ يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَسْفُوحًا أَوْ لَحْمَ خِنْزِيرٍ فَإِنَّهُ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ ۚ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَحِيمٌ
146. Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq.
وَعَلَى الَّذِينَ هَادُوا حَرَّمْنَا كُلَّ ذِي ظُفُرٍ ۖ وَمِنَ الْبَقَرِ وَالْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَا إِلَّا مَا حَمَلَتْ ظُهُورُهُمَا أَوِ الْحَوَايَا أَوْ مَا اخْتَلَطَ بِعَظْمٍ ۚ ذَٰلِكَ جَزَيْنَاهُمْ بِبَغْيِهِمْ ۖ وَإِنَّا لَصَادِقُونَ
147. Əgər onlar səni yalançı hesab etsələr, de: "Rəbbiniz geniş mərhəmət sahibidir. Lakin Onun əzabı günahkar tayfadan uzaqlaşdırılmaz".
فَإِنْ كَذَّبُوكَ فَقُلْ رَبُّكُمْ ذُو رَحْمَةٍ وَاسِعَةٍ وَلَا يُرَدُّ بَأْسُهُ عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ
148. Müşriklər deyəcəklər: "Allah istəsəydi, nə biz, nə də atalarımız Ona şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik". Onlardan əvvəlkilər də öz peyğəmbərlərini beləcə yalançı hesab etmişdilər. Axırda əzabımızı daddılar. De: "Bizə göstərə biləcəyiniz bir bilginizmi var? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız".
سَيَقُولُ الَّذِينَ أَشْرَكُوا لَوْ شَاءَ اللَّهُ مَا أَشْرَكْنَا وَلَا آبَاؤُنَا وَلَا حَرَّمْنَا مِنْ شَيْءٍ ۚ كَذَٰلِكَ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ حَتَّىٰ ذَاقُوا بَأْسَنَا ۗ قُلْ هَلْ عِنْدَكُمْ مِنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا ۖ إِنْ تَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ أَنْتُمْ إِلَّا تَخْرُصُونَ
149. De: "Tutarlı dəlillər Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi".
قُلْ فَلِلَّهِ الْحُجَّةُ الْبَالِغَةُ ۖ فَلَوْ شَاءَ لَهَدَاكُمْ أَجْمَعِينَ
150. De: "Şahidlərinizi gətirin şəhadət versinlər ki, bunu Allah haram buyurmuşdur". Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə. Ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə uyma. Onlar başqalarını öz Rəbbinə tay tuturlar.
قُلْ هَلُمَّ شُهَدَاءَكُمُ الَّذِينَ يَشْهَدُونَ أَنَّ اللَّهَ حَرَّمَ هَٰذَا ۖ فَإِنْ شَهِدُوا فَلَا تَشْهَدْ مَعَهُمْ ۚ وَلَا تَتَّبِعْ أَهْوَاءَ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَالَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَهُمْ بِرَبِّهِمْ يَعْدِلُونَ
151. De: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum". Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.
قُلْ تَعَالَوْا أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ ۖ أَلَّا تُشْرِكُوا بِهِ شَيْئًا ۖ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۖ وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ مِنْ إِمْلَاقٍ ۖ نَحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ ۖ وَلَا تَقْرَبُوا الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ ۖ وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ ۚ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ
152. Yetim həddi-buluğa çatana qədər, - xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, - onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız.
وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُ ۖ وَأَوْفُوا الْكَيْلَ وَالْمِيزَانَ بِالْقِسْطِ ۖ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَإِذَا قُلْتُمْ فَاعْدِلُوا وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۖ وَبِعَهْدِ اللَّهِ أَوْفُوا ۚ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَذَكَّرُونَ
153. Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz.
وَأَنَّ هَٰذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ ۖ وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِهِ ۚ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ
154. Sonra Biz Musaya - yaxşı iş görən kimsəyə nemətimizi tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yolu göstəricisi və mərhəmət olaraq Kitab verdik ki, bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr.
ثُمَّ آتَيْنَا مُوسَى الْكِتَابَ تَمَامًا عَلَى الَّذِي أَحْسَنَ وَتَفْصِيلًا لِكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لَعَلَّهُمْ بِلِقَاءِ رَبِّهِمْ يُؤْمِنُونَ
155. Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna.
وَهَٰذَا كِتَابٌ أَنْزَلْنَاهُ مُبَارَكٌ فَاتَّبِعُوهُ وَاتَّقُوا لَعَلَّكُمْ تُرْحَمُونَ
Qurani Kərim - Qurani Kərim 6. Ənam ('Mal-qara') surəsi (120-140 a.y)
121. Üstündə Allahın adı çəkilməmiş - "bismilləh" deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız.
وَلَا تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللَّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ ۗ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَىٰ أَوْلِيَائِهِمْ لِيُجَادِلُوكُمْ ۖ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ
122. Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi.
أَوَمَنْ كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَنْ مَثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِنْهَا ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْكَافِرِينَ مَا كَانُوا يَعْمَلُونَ
123. Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada mümkün qədər yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və bunu da hiss etmirlər.
وَكَذَٰلِكَ جَعَلْنَا فِي كُلِّ قَرْيَةٍ أَكَابِرَ مُجْرِمِيهَا لِيَمْكُرُوا فِيهَا ۖ وَمَا يَمْكُرُونَ إِلَّا بِأَنْفُسِهِمْ وَمَا يَشْعُرُونَ
124. Onlara bir ayə gəldikdə: "Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik"- dedilər. Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar, qurduqları hiylələrə görə Allahın hüzurunda rəzil olacaq və şiddətli əzab çəkəcəklər.
وَإِذَا جَاءَتْهُمْ آيَةٌ قَالُوا لَنْ نُؤْمِنَ حَتَّىٰ نُؤْتَىٰ مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللَّهِ ۘ اللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ ۗ سَيُصِيبُ الَّذِينَ أَجْرَمُوا صَغَارٌ عِنْدَ اللَّهِ وَعَذَابٌ شَدِيدٌ بِمَا كَانُوا يَمْكُرُونَ
125. Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar.
فَمَنْ يُرِدِ اللَّهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ ۖ وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ ۚ كَذَٰلِكَ يَجْعَلُ اللَّهُ الرِّجْسَ عَلَى الَّذِينَ لَا يُؤْمِنُونَ
126. Rəbbinin doğru yolu budur. Artıq Biz ayələri düşünən bir qövmə izah etdik.
وَهَٰذَا صِرَاطُ رَبِّكَ مُسْتَقِيمًا ۗ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَذَّكَّرُونَ
127. Onlar üçün Rəbbi yanında əmin-amanlıq yurdu hazırlanmışdır. Gördükləri yaxşı işlərə görə onların Himayəçisi Odur.
لَهُمْ دَارُ السَّلَامِ عِنْدَ رَبِّهِمْ ۖ وَهُوَ وَلِيُّهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ
128. Allah onların hamısını bir yerə toplayacağı gün deyəcəkdir: "Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz". Onların insanlardan olan dostları isə deyəcəklər: "Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik". Allah deyəcək: "Sizin qalacağınız yer Oddur. Allahın istədikləri kəslərdən başqa siz orada əbədi qalacaqsınız". Həqiqətən, Rəbbin Müdrikdir, Biləndir.
وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا يَا مَعْشَرَ الْجِنِّ قَدِ اسْتَكْثَرْتُمْ مِنَ الْإِنْسِ ۖ وَقَالَ أَوْلِيَاؤُهُمْ مِنَ الْإِنْسِ رَبَّنَا اسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَبَلَغْنَا أَجَلَنَا الَّذِي أَجَّلْتَ لَنَا ۚ قَالَ النَّارُ مَثْوَاكُمْ خَالِدِينَ فِيهَا إِلَّا مَا شَاءَ اللَّهُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ
129. Beləliklə, qazandıqları günahlara görə zalımların bir qismini digərinə hakim təyin edərik.
وَكَذَٰلِكَ نُوَلِّي بَعْضَ الظَّالِمِينَ بَعْضًا بِمَا كَانُوا يَكْسِبُونَ
130. Allah deyəcək: "Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?" Onlar deyəcəklər: "Biz öz əleyhimizə şahidlik edirik!" Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şəhadət verdilər.
يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنْسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي وَيُنْذِرُونَكُمْ لِقَاءَ يَوْمِكُمْ هَٰذَا ۚ قَالُوا شَهِدْنَا عَلَىٰ أَنْفُسِنَا ۖ وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا وَشَهِدُوا عَلَىٰ أَنْفُسِهِمْ أَنَّهُمْ كَانُوا كَافِرِينَ
131. Bu ona görədir ki, Rəbbin əhalisi qafil olan kəndləri haqsızcasına məhv etməz.
ذَٰلِكَ أَنْ لَمْ يَكُنْ رَبُّكَ مُهْلِكَ الْقُرَىٰ بِظُلْمٍ وَأَهْلُهَا غَافِلُونَ
132. Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Rəbbin onların etdiklərindən xəbərsiz deyildir.
وَلِكُلٍّ دَرَجَاتٌ مِمَّا عَمِلُوا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ
133. Rəbbin Zəngindir, mərhəmət sahibidir. İstəsə, sizi məhv edər və sizi başqa bir qövmün nəslindən yaratdığı kimi sizdən sonra da yerinizə istədiyini gətirər.
وَرَبُّكَ الْغَنِيُّ ذُو الرَّحْمَةِ ۚ إِنْ يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِنْ بَعْدِكُمْ مَا يَشَاءُ كَمَا أَنْشَأَكُمْ مِنْ ذُرِّيَّةِ قَوْمٍ آخَرِينَ
134. Həqiqətən, sizə vəd olunan əzab gələcəkdir. Siz ondan yaxa qurtara bilməyəcəksiniz.
إِنَّ مَا تُوعَدُونَ لَآتٍ ۖ وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ
135. De: "Ey qövmüm! Əlinizdən gələni edin. Mən də edəcəyəm. Yurdun aqibətinin (Axirət evinin) kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmazlar".
قُلْ يَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ فَسَوْفَ تَعْلَمُونَ مَنْ تَكُونُ لَهُ عَاقِبَةُ الدَّارِ ۗ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ
136. Onlar Allah üçün Onun yaratdığı əkindən və mal-qaradan pay ayırıb öz batil iddialarına əsasən: "Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız bütlər üçündür"- deyirlər. Şərikləri üçün ayırdıqları pay Allaha çatmır, Allah üçün ayırdıqları pay isə şəriklərinə çatır. Onların verdikləri hökm necə də pisdir!
وَجَعَلُوا لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ الْحَرْثِ وَالْأَنْعَامِ نَصِيبًا فَقَالُوا هَٰذَا لِلَّهِ بِزَعْمِهِمْ وَهَٰذَا لِشُرَكَائِنَا ۖ فَمَا كَانَ لِشُرَكَائِهِمْ فَلَا يَصِلُ إِلَى اللَّهِ ۖ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَائِهِمْ ۗ سَاءَ مَا يَحْكُمُونَ
137. Beləliklə, müşriklərin bir çoxuna övladlarını öldürməyi öz şərikləri gözəl göstərdilər ki, həm onları məhv etsinlər, həm də dinlərinə qarmaqarışıqlıq salsınlar. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. Elə isə onları uydurduqları ilə birlikdə tərk et.
وَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٍ مِنَ الْمُشْرِكِينَ قَتْلَ أَوْلَادِهِمْ شُرَكَاؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُوا عَلَيْهِمْ دِينَهُمْ ۖ وَلَوْ شَاءَ اللَّهُ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ
138. Onlar öz batil iddialarına görə: "Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz"- deyirlər. Müşriklər mal-qaradan bəzisinə minməyi haram edir, bəzisini də kəsərkən üstündə Allahın adını çəkmirlər. Onlar bunu Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır.
وَقَالُوا هَٰذِهِ أَنْعَامٌ وَحَرْثٌ حِجْرٌ لَا يَطْعَمُهَا إِلَّا مَنْ نَشَاءُ بِزَعْمِهِمْ وَأَنْعَامٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَامٌ لَا يَذْكُرُونَ اسْمَ اللَّهِ عَلَيْهَا افْتِرَاءً عَلَيْهِ ۚ سَيَجْزِيهِمْ بِمَا كَانُوا يَفْتَرُونَ
139. Onlar: "Bu mal-qaranın qarınlarındakı balalar kişilərimizə halal, qadınlarımıza isə haramdır"- deyirlər. Əgər o bala ölü doğularsa, hamısı onu yeməyə şərik olurlar. Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, Müdrikdir, Biləndir.
وَقَالُوا مَا فِي بُطُونِ هَٰذِهِ الْأَنْعَامِ خَالِصَةٌ لِذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰ أَزْوَاجِنَا ۖ وَإِنْ يَكُنْ مَيْتَةً فَهُمْ فِيهِ شُرَكَاءُ ۚ سَيَجْزِيهِمْ وَصْفَهُمْ ۚ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ
140. Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər.
قَدْ خَسِرَ الَّذِينَ قَتَلُوا أَوْلَادَهُمْ سَفَهًا بِغَيْرِ عِلْمٍ وَحَرَّمُوا مَا رَزَقَهُمُ اللَّهُ افْتِرَاءً عَلَى اللَّهِ ۚ قَدْ ضَلُّوا وَمَا كَانُوا مُهْتَدِينَ
Böyük bir salonu qismən işıqlandırsaq yalnız böyük əşyaları görə bilərik. Amma bu salon tam işıqlandırılsa ən kiçik əşyaları da görmək olar.
Adi insanların iman nuru zəif olduğundan onlar yalnız böyük günahları görə bilir. Peyğəmbər və imamların iman nuru isə o qədər güclüdür ki, səmərəsiz ötüşən bir an onları çox narahat edir.
Ayağı ağrıyan adam üçün ayağını uzatmaq nə haramdır, nə də məkruh. Bununla belə o, ayağını uzadarkən ətrafdakılardan üzr istəyir. Demək, insan halal bir işdən də xəcalət çəkə bilər. Televiziyada son xəbərləri oxuyan diktor asqırdıqda tamaşaçılardan üzr istəyir. Əslində isə asqırmaq günah deyil.
Allahın övliyaları Onun əzəmətini dərk etdiklərindən ən dəyərli ibadətin də bu əzəmət qarşısında yetərsiz olduğunu anlayırlar.
Allah peyğəmbərimizin və Əhli-Beyti xatirinə imanımızı artırsın ki, bəlkə bir az daha çox Onu dərk edə bildik.
Ananın yeddi qızı var idi. Bir dəfə ana uzaqda yaşayan oğlunun yanına getdi. Evə yalnız bir həftədən sonra qayıtdı. Ana evə girəndə qızlar bir-birinin dalınca onun üçün necə darıxdıqlarından danışdılar.
Birinci qız dedi: Mən sənin üçün günəbaxan günəş şüası üçün darıxan kimi darıxırdım.
İkinci qız dedi: Mən səni quru torpaq bir damcı su gözləyən kimi gözləyirdim.
Üçüncü qız dedi: Mən sənin üçün quş balası anası üçün ağlayan kimi ağlayırdım.
Dördüncü qız pıçıldadı: Mənə sənsiz arı çiçəksiz olan kimi çətin idi.
Beşinci qız: Sən mənim yuxuma qızıl gülün yuxusuna bir damcı şeh girən kimi girmişdin.
Altıncı qız: Mən səni albalı bağı bülbülü gözləyən kimi gözləyirdim.
Yeddinci qız isə heç nə demədi. O, ananın ayaqqabılarını çıxardı və ayaqlarını yumaq üçün tasda su gətirdi.
Hekayələr - Dini hekayeler - Qısa dini hekayə dinle ve oxu
Bir zamanlar birisi ALLAHdan bir çiçək bir də kəpənək istədi.
Amma ALLAH bunların yerinə ona kaktus və
bir tırtıl verdi.
Adam kədərliydi..
Diləyinin niyə səhv anlaşıldığına bir məna verə bilmirdi. Sonra düşündü: ALLAHın maraqlanmalı olduğu o qədər insan var ki.. Və üzülməməyə qərara verdi. Bir müddət sonra elə o zamandan qoyub getdiyi diləyinin nə vəziyyətdə olduğuna baxmağa gəldi. Fəqət gördüklərinə inana bilməmişdi.. Tikanlı və çirkin kaktusdan gözəl bir gül əmələ gəlmişdi.ALLAH nə etdiyini bilir.. Onun yolu hər zaman ən doğrusudur. Bizə tamamən yanlış görülsə də belə..
Əgər ALLAHdan bir şey istəsəniz və O sizə başqa bir şey verirsə
GÜVƏNİN..
Onun ehtiyac duyduğunuz şeyi sizə hər zaman uyğun zamanda verəcəyindən əmin ola bilərsiniz!
İstəkləriniz..
?hər zaman ehtiyacınız olan şeylər deyildir.. ALLAH dilədiyinizi hər zaman yerinə yetirir.. Ona görə şübhələrə düşmədən, şikayət etmədən Ona inanmağa davam edin..
Bu günün tikanı sabahın çiçəyidir..
Bir dəfə Hz.Musa Qaf dağına Allahla ibadət üçün gedəndə yolda bir qocaya rast gəlir.Qoca deyir:
- Ey Musa Allaha mənim də bağışlanmağım üçün xahiş et.
Hz.Musa deyir:
- Sən kimsən ?
Qoca cavab verir:
- Mən Şeytanam.Və məndə cəhənnəm əzabından xilas olmaq istəyirəm.Ömrüm boyu Allaha qüsursuz dua etmişəm.İndisə mən cəhənnəmlik olmuşam.
Hz.Musa düşünürki, Allahdan bunu xahiş etsin.Qaf dağında dua etdikdən sonra Allaha şeytanı bağılanması haqqda deyir.Allah ona buyurur:
"Ya Musa o heç vaxt islah olan deyil.Amma sənə sübut üçün deyirəm.Get ona de ki Hz.Adəmin qəbri üstündə ona səcdə etsin mən yenidən onu yanıma qəbul edib, günahlarını bağışlayım."
Hz.Musa sevinərək Şeytanın yanına gəlir və təklifi ona deyir.Şeytan qururla:
- Dirisinə səcdə etmədim! Ölüsünəmi səcdə edim ?!
Bir gün Şah Abbas iki ruhani vəzirlə ? Şeyx Bəhai və Mir Damadla gəzintiyə çıxır.
Mir Damadın mindiyi at Şeyx Bəhainin atından azacıq geri qalırdı.
Şah Abbas öz vəzirlərini yoxlamaq qərarına gəlir. Buna görə Mir Damada yaxınlaşıb deyir:
?Görürsənmi, Şeyx Bəhai bizi saymır, özünü bizdən üstün bilir. Ona görə atını çapıb bizdən irəli düşüb?.
Mir Damad Şaha belə cavab verir: ?Şeyx Bəhaidə günah yoxdur. Onun atı,
belində bu cür alimi gəzdirdiyi üçün sevincdən qanad açıb uçur,
ona görə də Şeyx Bəhai bizdən irəli keçib?.
Sonra Şah Abbas atını sürüb Şeyx Bəhaiyə çatır və ona belə söyləyir: ?Mir Damadı görürsənmi?
Bizimlə bir sırada gəlməyi özünə ar bilir. Ona görə özünü kənara çəkib,
bizdən arxaya qalıb?. Şeyx Bəhai isə belə cavab verir: ?Şah sağ olsun, Mir Damadın mindiyi at,
onun elm və əxlaqının ağırlığından geri qalır. Görün, Mir Damadın atı nə böyüklükdə bir alimin yükünü çəkir.
Ona görə heç təəccüblü deyil ki, onun atı bizimkindən geri qalır?.
Şah Abbas başa düşür ki, vəzirlərin ürəkləri də elmləri qədər böyükdür
Leysilər sülaləsinin hökmdarı Yəqub ibn Leys bir dəfə ağır xəstələnir.
Ona məsləhət görürlər ki, zəmanəsinin məşhur sufilərindən olan Səhl ibn Abdullahdan
onun barəsində dua etməsini xahiş etsin. Səhl ibn Abdullah əmirin sağalması üçün dua edir.
Yəqub ibn Leys sağalandan sonra Səhl üçün pul göndərir. Lakin Səhl ibn Abdullah pulu geri qaytarıb,
əmirə belə xəbər yollayır: ?Mən indiyə kimi nə əldə etmişəmsə, sərvətlə yox, fəqirliklə əldə etmişəm.
Əgər dünya malına aludə olsaydım, heç bir duam qəbul olmazdı?.
Adamın biri hər zamankı kimi saçını kəsdirmək üçün bərbərə getdi. Onunla maraqlanan bərbərlə gözəl bir söhbətə başladılar. Dəyişik mövzular haqqında danışdılar. Birdən ALLAHLA əlaqədar mövzu açıldı...
-Bərbər: " Mən sənin söylədiyin kimi ALLAHIN varlığına inanmıram."
-Adam: " Yaxşı bəs niyə belə düşünürsən?"
-Bərbər: " Bunu başa salmaq çox asandı. Bunu görmək üçün çölə çıx, ətrafa bax.. Mənə söylə, əgər ALLAH olsaydı, bu qədər çox xəstə insan olardımı, tərkedilmiş uşaqlar olardımı?!.. ALLAH olsaydı, heç kəs əziyyət çəkməzdi. ALLAH olsaydı, bunlar olmazdı..."
Adam bir an dayandı və düşündü, amma gərəksiz bir mövzuya girmək istəmədiyi üçün cavab vermədi. Saçını kəsdirdikdən sonra çıxdı. Tam o anda prospektdə uzun saçlı bir adam gördü. Adam bu qədər pinti görünürdü, saçı-saqqalı uzanmışdı. Adam bərbər dükanına geri gəldi.
- Adam: " Bilirsənmi nə var, məncə bərbər deyə bir şey yoxdu.
-Bərbər: " Bu necə ola bilər ki? Mən buradayam, bərbərəm."
-Adam: " Yox, yoxdu, çünki olsaydı, prospektdə gedən saçlı və saqqallı adamlar olmazdı."
- Bərbər: "Hımmm... Bərbər deyə bir şey var, amma onlar mənə gəlmirlərsə, mən nə edə bilərəm ki?!.."
-Adam: "Çox dogrudu! Məsələ də burdadı! ALLAH insanlar ona getmirsə, o nə edə bilər ki? Bax dünyada acı və kədər olmasanın səbəbi də budu!"
Çoxları övladlarına qohumla evlənməyi məsləhət görür. Amma gendən gələn bəladan xəbərləri yoxdur. Evlilik nəticəsində də yeni doğulan körpələr də talessimya xəstəliyinin daşıyıcısı olur.
Azərbaycan təəsüflər olsun ki, talessimya xəstəliyin daşıyıcları üzrə 1-ci yerdədir. 12 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir.600 nəfərdən çox taleesimyalı xəstə var ölkəmizdə.Bəs talessimiya nədir?
Talessimiya nəsildən-nəslə keçən irsi qan xəstəliydir. Onun 2 növu var. Talessimiya daşıyıcılığı-bu insanlar tam sağlamdır. Lakin bəzən zəif qanazlığı müşahidə olunur. İkincisi, böyük Talessimiya – anadangəlmə xəstəlik olan talessimiya müəyyən müddət gizli keçir və adətən uşaqlarda 3-11ayından başlayaraq özünü biruzə verir. Bu xəstəlik 2 gen daşıyıcısın evlənməsi nəticəsində meydana gəlir. Bizdə isə qohum evliliyi ən çox Ağdaş, Qəbələ. Şəki, Lerik və Lənkəran rayonlarında mövcuddur. Bununla da bu xəstəlik bu rayonlarda daha çox müşahidə olunur.
Allah bizləri bu cür xəstəliklərdən qorusun!Amin!
Belə bir açıqlamanı britaniyalı alimlər veriblər. Onların araşdırmaları nəticəsində bəlli olub ki, saç rboyasından mütəmadi istifadə müxtəlif növ xərçəng xəstəliyinin yaranma ehtimalını 60% artırır.
Səbəb isə ondadır ki, istehsalçılar həmin boyalara müəyyən kimyəvi maddələr də əlavə edirlər ki, bu da onkoloji xəstəliyin yaranması üçün şərait yaradır.
Deyilənə görə, iti yaddaşa sahib olmaq çox zaman təbiətdən gəlir. O da bildirilir ki, pis yaddaş düzələ bilməz. Əslində isə yaddaşı möhkəmləndirməyin çox yolu var. Bunlardan 10-u barədə söhbət açaq.
1. Maraqlanmaq - səy göstərmək.
Biz hamımız maraq göstərdiyimiz hər şeyi yadda saxlayır və bizi darıxdıran bir çox məqamları unuduruq. Məsələn, məktəbli oğlanlar futbol matçlarının nəticələrini asanlıqla yadda saxladıqları halda, tarixdə olan hadisələrin dəqiq illərini unutmamaq üçün, sözün əsl mənasında, mübarizə aparırlar. Bəs, vəziyyətdən çıxış üçün neyləməli? İlk növbədə yadda saxlamaq istədiyiniz şeyə çox maraq göstərib bütün fikrinizi ona yönəltməyiniz zəruridir. Bacardıqca çox sual vermək yaddaşı möhkəmləndirməyin yollarından biridir.
2. Təkrar.
Bir şeyi qısa müddətə yadda saxlamağın ən optimal yolu təkrardır. Məsələn, bir neçə saniyəyə telefon nömrəsini hafizənizə yazmaq üçün rəqəmləri hissələrə bölmək və qruplaşdırmaq məqsədəuyğundur.
3. Düşüncədə təsvir.
Nəyisə yadda saxlamağın növbəti yolu onu vizual olaraq canlandırmaqdır. Məsələn, hər hansı xarici dildə olan sözü yadda saxlamaq üçün onun ana dilində kəsb etdiyi mənası ilə əlaqələndirib beynində onun təsvirini verə bilərsiniz.
4. Əhvalat uydurmaq.
Uzun bir siyahını yaddaşınıza həkk etmək üçün elə bir əhvalat uydurmaq lazımdır ki, yadda saxlamaq istədiyiniz hər bir element onun daxilində yer alsın.
5. İdeyalar qurmaq.
Yaxşı təşkil olunmuş qeydərin aparılması vacibdir. Əmin olun ki, fikrinizdə tutduğunuz hər hansı bir şey sizə tam aydındır. Əgər belə deyilsə, bunu anlayanadək suallar verin.
6. Motsartı dinləmək.
Bir çox mütəxəssislər klassik musiqiyə, xüsusən də Motsarta qulaq asmağın yaddaşı möhkəmləndirdiyi qənaətindədirlər. Amma rok musiqisi həmin effekti vermir.
7. Əqli çalışmalar.
Əgər vaxtından öncə yaddaşınızı itirmək istəmirsinizsə, o zaman beyninizi çalışdırın. Çoxlu tapmacar, krossvordlar və məntiqi çalışmalar yaddaşın möhkəmləndirilməsində olduqca faydalıdır.
8. İdman.
İdman da öz növbəsində yaddaş üçün çox vacibdir. Çünki o, ürəyin fəaliyyətini artırır və beyinə daha çox oksigenin daxil olmasını təmin edir. Bu isə beyinin daha səlist işləməsinə gətirib çıxarır. İdman həmçinin yaddaş üçün zərərli sayılan stressi də azaldır.
9. Düzgün qidalanmaq.
Balıq məhsulları və zeytun yağı yaddaşı inkişaf etdirir. C, E, B vitaminləri də beyinin iş əmsalının yüksəlməsi baxımından xeyirlidir.
10. Qəhvə.
Bir fincan qəhvə fikirləri cəmləşdirməyə kömək edir. Əgər qəhvə xoşlamırsınızsa, narahat olmayın. Çünki mütəxəssislərin rəyincə, saqqız çeynəmək də eyni təsirə malikdir.
Dişin rəngi insanlara irsən keçir, bəzi hallarda da bu insanın dişinə qulluğundan asılı olur. Əgər hər hansı bir mütəxəssislə məsləhətləşmək istəmirsinizsə, dişlərinizi bitki mənşəli müalicə üsulu ilə ağarda bilərsiniz.
1 çay qaşığı karbonat, yarım limonun suyu və 2 damcı zeytun yağını bir qabda qarışdırın və diş fırçasına sürtüb dişlərinizi fırçalayın. Dişlərinizin ağarmasında bu üsul sizə köməkçi olacaq. Bundan əlavə olaraq daha ağ dişlər üçün hər gün dişlərinizi fırçalayın, bu işə tənbəl yanaşmayın.
İnsanların dişlərinin rəngi də bədənlərin rəngi kimi fərqli olur. Elə insanlar var ki, anadangəlmə ağ dişlərə sahib olur. Elə insanlar da var ki, dişləri daha tünd rəngdə olur. Bu isə ananın hamilə olarkən istifadə etdiyi antibiotiklərdən asılı ola bilər. Antibiotiklər dişlərin tündləşməsinə səbəb olur.
Sulardakı flor sıxlığı da dişlərin rənginin tündləşməsinə səbəb olur. Diş ağartmağa başlamamışdan əvvəl ağız müayinəsi etdirmək lazımdır. Dişlərdə olan çürükləri, plombları və çatları aşkarlamaq lazımdır. Dişləri fırçalayan zaman plombların rəngi dəyişməz qalır, buna görə də plomblar diş rəngilə uyğunlaşmaya bilər.
Ağardıcılardan (diş pastaları) istifadə etməmişdən əvvəl həkimlə məslətəhləşin və hansıların dişinizin ağarmasına kömək olacağına əmin olun.
Gözəl və parlaq təbəssüm üçün, dişlərinizi qoruyun...
Dərinin tez qocalması - Qidaların dərini tez qocaldması haqqında - Sağlamlığımza zereri olan qidalar
Gənc görünmək üçün bu 3 qidadan uzaq durun
Sağlamlığınıza və dərinizə qulluq etmək üçün yemək yeyərkən boşqabınıza baxın. Boşqabda nəyi yeyib, nəyi yemədiyiniz vacibdi.
Şəkər
Şirniyyatlar və rafinə edilmiş karbohidratlar qlükozanın artmasına səbəb olur. Həddindən artıq şəkər kolajen və dərinin formasını qoruyan elastin miqdarını əngəlləyir.
Doymuş yağ
Bütün yağ asitləri eyni təsiri göstərmir. Lakin mütəxəssislər qeyd edir ki, tam yağlı süd məhsulları və damarlı ətlər dərini yaşlandıran iltihaba təsir göstərə bilər.
Spirtli içkilər
Qırmızı şərabdan başqa spirtli içkilər dəriyə çox ciddi təsir edir. Dərini qurudub tez qocalmasına gətirib çıxara bilər.
Qoç - Oberon və Mirandanın münasibətləri zəngin emosional fonlu gün vəd edir. Hadisələrin inkişaf məcrası sizin nüansları sezmək və görmək bacarığınızdan asıldıır.
Böyük, ciddi yeniliklər olmayacaq, sizdən əlahiddə səylər tələb edilməyəcək. Yaxın insanların işlərinə qatılın, onlara yardım edin. Həmkarlarınızı narahat edən məsələləri müzakirə edin.
İfrat emosionallıq və hisslər sizdən fəal davranış, əməl və qərarlar tələb edir.
İş yerində qayda yaradın.
Evdə isə sadə, səmimi olun.
Buğa - Kallisto və Leda xəbərlər, təmaslar və əlaqələrlə bol gün vəd edir. Nəyisə təşkil etmək, aramaq, məlumat axtarmaq lazım olacaq.
İşlərinizin effektivliyinin orta həddən aşağıya düşməsinə imkan verməyin.
Eyni vaxtda bir neçə işlə məşğul olaraq fikrinizi dağıtmayın.
Sabah görmək istədiyiniz işlərin planını indidən hazırlayın ki, sonradan axsama və ya ləngimələr olmasın.
İstirahəti azaldaraq intensiv çalışın.
Sizə yaxın olan insanlar problemləri barədə heç nə deməsələr belə, onların qayğısına qalın.
Əkizlər - Umbriel və Titanianın münasibətləri sizi bir qədər geriyə qaytaracaq. Nigaranlıq, narahatlıq, qayğı hissləri yaranacaq. Yaxın ətrafınızdakı insanların davranış və sözlərindən narazı qala bilərsiniz. Əmin olmadığınız məsələlərdə inadkarlıq etməyin.
Günün məşğuliyyəti əhvalınız kimi qəflətən dəyişə bilər.
Ətrafınızdakı insanlara qarşı tələblərlə çıxış etməyin, milçəyi filə çevirməyin. Əks təqdirdə vəziyyət daha da ağırlaşa bilər.
Yaxın bildiyiniz insanların bəzi zəiflik və səhvlərini bağışlayın. Axşam saatlarında açıq havada gəzintiyə çıxın.
İmkan olarsa, alış-veriş edin.
Xərçəng - Enselad və Titanın münasibətləri bu gün sizdən ehtiyatlı davranmağı istəyir. Yaşananları, baş verənləri diqqətlə müşahidə edin, sadəlövhcəsinə davranmayın.
İllüziyalar aləminə qapılmayın, vaxtınızı şəxsi maraqlarınıza həsr etməyin.
Yardımınıza, məhz indi dəstəyinizə ehtiyac duyan insan var.
Qarşı tərəfin maraqlarını nəzərə almayaraq öz hiss və mənafenizi hər şeydən üstün tutsanız, inciklik və kobudluqla qarşılaşacaqsınız.
İntuisiyanızla məsləhətləşin, amma ilk emosiyalara aldanmayın.
Qərar qəbul edəndə yaxşıca fikirləşin. Kiməsə tapşırıq verəndə səlis və aydın danışın.
Problemlərin formasına rəğmən, onları müzakirə edin.
Şir - Günəş və Neptunun münasibətləri diqqətinizi praktik müstəvidən kənarlaşdıra bilər. Təhlükəsizliyi düşünün, böyük riskə getməyin, çox iş görməyə tələsməyin. Bir istiqamətdə hərəkət edin, yaranan imkanları dəyərləndirin. Yaşamınızda aktual olan məsələlərə yaradıcı yanaşın.
Gərəksiz sərtliyə, tələsik qərarlara yol verməyin. Əks təqdirdə təmaslar və əlaqələrin ənənəvi stili pozulacaq, problemlər yarana biləcək yöndə hadisələr sürətlənəcək.
Maliyyə məsələlərinə xüsusi fikir verin. Bəzi öhdəlikləri və vədləri yerinə yetirə bilmirsinizsə, bunu iş yoldaşlarınız, dostlarınız və ya tanışlarınıza bildirin.
Onlar imkan yaranana qədər gözləsələr, pis olmaz.
Qız - Andromeda və Fobosun münasibətləri hadisələrin gedişatında qəfil məqamların yaranmasına səbəb olur.
Möhtəşəm planlarınız olsa da, hələlik onların vaxtı deyil.
Diqqətinizi bir məqsədə, bir işə yönəldin və onun nəticələrinə nail olmağa səy göstərin. Perspektivlər aydın deyil. İş yoldaşları və tərəfdaşlarınız sizi diqqətlə dinləmirlər.
Bu günü bəzi məsələləri daha yaxşı anlamaq, məğzə varmaq üçün əlverişli dövr sayın.
Narahatlıq varsa, müvəqqəti olaraq başqa işlə məşğul olun.
Ola bilər ki, ehtiyac duyduğunuz nəsnəni indi tapasınız. Bəzi problemləriniz sizin iştirakınız olmadan həllini tapacaq.
Tərəzi - İo və Kallistonun münasibətləri əvvəlki vaxtlarla müqayisədə daha çox səy, zəhmətkeşlik tələb edəcək. Sərfəli və gəlirli, lazım saydığınız işlərin hamısını görməyə çətinlik çəkəcəksiniz.
Xaotik fəallıq etməyin, birbaşa öhdəliklərinizi yerinə yetirməyə mane ola biləcək təşəbbüslərə qatılmayın.
Perspektivlər, karyera, iş yeri ilə bağlı səbəbsiz, motivsiz nigaranlıq hissləri yarana bilər.
İşgüzar ambisiyalarınızı arxa plana salın, ailə və sevdiyiniz insanın mənafelərini ön plana çəkin.
Parlaq və güclü təəssüratlar istəsəniz də, bu gün həyat güzəşt, soyuqqanlı olmağı, başqalarının işlərində köməyi tələb edir.
Xırdalıqları və detalları diqqətlə yoxlayın, önəmli məqamları nəzarətsiz qoymayın.
Əqrəb - Haron və Tritonun münasibətləri hisslərdə gərilmə vəd edir. Qarışıqlıq və yubanmalar bəzi işləri vaxtında görməyə mane olacaq. Mühüm işdə təxirəsalma yarana bilər.
Fikirləriniz cari işlərdən çox kənarda olmasın, fantaziya və xəyallar şüurunuza hakim kəsilməsin.
Konkret məqsədlərə çatmağa çalışdığınız vaxtda bəzi niyyətləriniz reallaşmaya bilər.
Mühüm saydığınız işlərdən birini təxirə salın. Nigaranlıq və ya gərginlik hiss edəcəyinizi düşündüyünüz görüşə qatılmayın.
Şəxsi həyat ön plana çıxacaq. Adi kanallardan yan keçməklə durum, mövqe, perspektiv və ya qüvvənizi artıra biləcək məlumatlar ala bilərsiniz. Yaradıcılıq və ya işlə bağlı bilikləri artırın.
Maraqlanmadığınız, amma ehtiyac duyulan işi görməli olacaqsınız.
Oxatan - Venera və Plutonun münasibətləri ciddi işə başlamağınızı tələb edir. Məhdudiyyətlər və çətinliklər qaçılmazdır.
Doğru yolla, seçilmiş kursla irəlilədiyinizi düşünürsünüzsə, problemlər olmamalıdır. "Şər deməsən, xeyir gəlməz" deyimini xatırlayın. Gərgin situsiya pik həddinə çatacaq, xoşagəlməz faktlar üzə çıxacaq və sizi fəaliyyət vasitələrini dəyərləndirərək daha əlverişli yollar tapmağa vadar edəcək.
Adi əlaqələrinizlə müqayisədə daha çox mənfəət əldə edə biləcəyiniz görüşlərdən qaçmayın.
Nəyisə dəyişəcəyiniz bütün işlər üçün uğurlu gündür.
İnqilabi istəklər və ya çevriliş etmək niyyətinin zamanı deyil.
Daha mühüm olanı əlaqələr və təmasları qaydaya salaraq planlara dəstəyə nail olmaqdır.
Oğlaq - Mars və Saturnun münasibətləri çətin gün vəd edir. Hissiyatınız artacaq, başqasının enerji təsirinə məruz qalacaqsınız. İstənilən hadisənin inkişaf məcrasında emosiyalar mühüm rol oynayır. Tamah, yalan qurbanı olmayın. Kimsənin sizi bəyənmədiyiniz işə razılaşdırmasına imkan verməyin.
Maraqlı məlumat adi kanallardan yan keçərək gələ bilər.
Yaxınlarınızla münasibətləri rəvan saxlayın, onların problemləri, qayğıları ilə maraqlanın.
"Arxa cəbhə"niz ailədir.
Belə gündə ailə üzvləri və qohumların dəstəyini hiss etmək önəmlidir.
Sizə önəmli olan insanlarla münasibətləri qoruyun, münaqişə yaranıbsa, dərhal barışın.
Dolça - Amalteya və Hanimedin münasibətləri bol imkanlar, çoxlu yollar yaradır. Fikrinizi cəmləyin, qarşınıza konkret məqsəd qoyaraq ona çatmağa çalışın. Cari işləri, xüsusilə də maliyyə məsələlərini fasiləsiz nəzarətdə saxlayın.
Yalan, fırıldaq, uğurlarınızı mənisməmək cəhdləri olacaq. Başqalarının hərəkətləri, motivləri və cavab reaksiyalarını dəyərləndirməyə tələsməyin. Durumunuzu səciyyələndirəcək mövzuya diqqət ayırın. İndi əsas məsələ işin nəticələrini görməkdir.
Yeni fəaliyyət istiqamətləri seçin.
Səhhətinizə fikir verin, amma yeni dərman preparatları ilə eksperimentlər aparmayın.
Köhnə, sınanmış vasitələrdən istifadə edin.
Balıqlar - Ay və Deymosun münasibətləri emosionallığın çox energetikanın az olduğu gün vəd edir. Qətiyyətli olun, hər önəmli hadisə, situasiyadan əvvəlcə psixoloji və fiziki baxıman özünüzü hazırlayın.
Xəyallar və arzular aləminə dalsanız, günün nəticələri çox pis olacaq.
Reallığa qayıdın, təzyiqlərə və problemlərə müqavimət göstərin.
Əsassız fikirlər söyləməyin, tərəfdaşınıza təzyiq göstərməyə çalışmayın.
Emosiyaların həddən ziyadə güclü olacağını nəzərə alaraq məntiqli davranın.
Bürclər - Daşların bürclərə sevgi və uğur gətirirmesi haqqında - Hər bürcün özünə görə xüsusi daşları var
Balıq bürcünün uğur daşı
Ametist,opa, aydaşı, çəhrayı kuvars, florit və mərcan daşları balıq bürcünün uğurlu daşıdı. Balıq bürcləri bu daşlardan hazırlanmış aksessuarlar istifadə etsə, uğurları iki qat arta bilər.
Dolça bürcünün uğurlu daşı
Ametist, krista kuvars, akik, yeşim, qranat, zirkon və mavi akik daşları dolça bürcünün uğurlu daşlarıdı. Dolça bürcləri bu daşlardan birini yanında gəzdirsə, həmin gün şansları daha yaxşı olacaq.
Oğlaq bürcünün uğurlu daşı
Akik, kehribar, oltu malakit, yaqut və ya jasper daşları bu bürclərin rəsmi şans daşlarıdı. Bu daşlarla dekore edilmiş aksessuarlar şansınıza təsir edəcək.
Oxatan bürcünün uğurlu daşı
Ametist, topaz, mavi akik, peridot, jasper, sodalit, lapiz lazuli daşları oxatan bürcləri üçün şans gətirən vacib daşlardı. Bu daşlarla bəzədilmiş aksessuarlar uğurunuzu artıracaq.
Əqrəb bürcünün uğurlu
Çəhrayı kvars, obsidyen, qranat və mərcan daşları əqrəblər üçün şans gətirən əhəmiyyətli daşlardı. Bu daşlarla dekore edilmiş aksessuarlar istifadə etməyə çalışın ki, şansınız daha uğurlu olsun.
Tərəzi bürcünün uğurlu daşları
Akik, mərcan, lapiz lazuli, çəhrayı kvars, aquamarin, dumanlı kvars tərəzilər üçün uğur gətirir. Aksessuarlarda istifadə etsəniz, işinizlə birlikdə şansınız da uğurlu ola bilər.
Qız bürcünün uğurlu daşı
Akik, obsidyen, sitrin və topaz daşları qızlar üçün şans gətirən daşlardı. İstifadə etdiyiniz aksessuarlarda bu daşların istifadə edilməsinə diqqət edin. Uğura ehtiyacınız varsa, bu daşlar köməyinizə çata bilər.
Şir bürcünün uğurlu daşları
Akik, peridot, kuvars, amestist, sitrin, mirvari və mavi topaz daşları şirlərə uğur gətirən daşlardı. Daha çox şans üçün bu daşlardan birinin üzərinizdə olmasına diqqət edin.
Xərçəng bürcünün uğur daşı
Kuvars, krizopras, peridot, aventurin, akik və ametist daşları bürclər üçün şans gətirən daşlardı. Şansa ehtiyacınız varsa, əşyalarınızda bu daşlardan istifadə etməyi məsləhət görürük.
Əkizlər bürcünün uğurlu daşları
Akik, çəhrayı kuvars, krizopars daşları əkizlər bürcünə uğur gətirir. Əşyalarınızda istifadə etdikdən sonra təsirini özünüzdə hiss edəcəksiniz.
Buğa bürcünün uğurlu daşı
Safir, krizopras, zümrüd və mavi kalsedon buğa bürclərinə uğur gətirən daşlardı. Bu daşları üzərinizdə gəzdirməyi yaddan çıxarmayın.
Qoç bürcünün uğurlu daşı
Akik, ametist, hematist, sitrin, yaqut, aquamarin və jasper daşları qoç bürclərinin şansına təsir edir. Əşyalarınızın çoxunda bu daşlardan istifadə edin ki, şansınız bol olsun.
Kamil müsəlman qadının ən gözəl xüsusiyyəti Allahdan başqa heç bir varlığın ilahlığını qəbul etməməsidir. Müsəlman qadın “Lə iləhə illəAllah” kəlməsinə qəlbən iman gətirmişdir. Hər hadisəni yaradanın, hər işi idarə edənin Allah olduğunu, Allahın öz elmi ilə hər şeyi əhatə etdiyini qavrayır. Müsəlman qadın "Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!" (Zumər surəsi, 66) ayəsinin tələbi olaraq yalnız Allaha ibadət edir və daim Ona şükür edir.
Müsəlman qadın dərin Allah qorxusuna malikdir. Allahdan içi titrəyərək qorxur. Onun qorxusu başqa qorxulara bənzəmir. Hörmətlə qorxur Rəbbindən və bu qorxu ona çox şeyi qazandırır. Coşğulu sevgini, dərin ağlı, mənəvi rahatlığı, bir sözlə, əsl xoşbəxtliyi əldə edir. Düşünə bilərsən ki, axı qorxu insana zərər verir. Amma əvvəl də xatırlatdığımız kimi, bu qorxu digər qorxulara bənzəmir. Dünyəvi qorxuların fəsadı çoxdur, psixoloji olaraq sarısılır, gərginlik keçirirsən, şüurun qapanır. Amma Allah qorxusu ilə əksi olur. Allahdan qorxduğun üçün Allahın Quranla sənə çatdırdığı əmrləri, məsələn, duyğusal olmamağı, iffətini qorumağı, 5 vaxt namaz qılmağı, Allahı və yaratdıqlarını düşünüb təfəkkür etməyi çox böyük həssaslıqla yerinə yetirirsən. Allah qorxusu qarşılığında müsəlman qadının əldə edəcəyi ən gözəl nemət olan haqqı nahaqdan ayırd etmək bacarığını əldə edirsən. Allahdan qorxanları Qurani-Kərimdə uca Rəbbimiz belə müjdələmişdir:
"...Əgər Allahdan qorxsanız, O, sizə haqla nahaqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir" (Ənfal surəsi, 29).
Allahın əmrlərinə itaət etmək Allahdan qorxmaq deməkdir. Müsəlman qadın da bunu bilir. Çox ağıllı olur müsəlman qadın. Şüuru hər zaman açıqdır. Qəflət hallarından da uzaqdır. Hər zaman Allahın ona verdiyi üstün ağılla hərəkət edir. Diqqəti hər zaman üzərindədir və düşünür ki, etdiklərim, düşündüklərim, danışdıqlarım Allah rizasına uyğundurmu? Allah rizasına uyğun deyilsə, etmir. Cahil qadınlar kimi boş sözlər danışmaz. Ağzından çıxan hər söz hikmətdir. Hər düşündüyü imanının bir az da artmasına, xeyirə, gözəlliyə səbəb olur. Atdığı hər addımda Allahın razılığını axtarır. Hər hadisəni Quran məntiqi ilə şərh edir.
Çətin kimi görünən vəziyyətlərdə Allahın mütləq bir xeyir və hikmət yaratdığını düşünür. Bütün sualların cavabını Quranda axtarır. Problemləri Quranla həll etməyə çalışır.
Cahil qadın çətinliyini və ya problemlərini özünə yaxın bildiyi rəfiqələrinə, anasına, həyat yoldaşına və ya digərlərinə danışır, onlardan mədət umur, ya da ağlayıb-sızlayır, hadisələrin gedişində özünü itirir, hər gün, hər an, hər saniyə halı bir az da zəifləyir. Bu zəiflik də ya onun tamamilə öz dünyasına qapılmasına, ya da aqressivləşməsinə səbəb olur. Özünü də unudur. Ondakı bu ruh halı xarici görkəminə də təsir göstərir. Baxımsız, solğun, natəmiz, üzündə pərişan ifadə, baxışlarında donuqluq...
Müsəlman qadın isə çox güclüdür. Allahın ona verdiyi dərin imanla hər zaman gülərüz, şən, sevimli, gözəl, baxımlı, təmiz, fədakar, Allahın yaratdıqlarını sevən, gördüyü hər gözəlliyi təqdir edən, xoş xasiyyət və ən əsası çox səbrli və təmkinlidir.
Bəs müsəlman qadın bu gücü necə əldə edir? Bu sualı hər qadın öz vicdanı ilə baş-başa qalanda yəqin özünə verir. Necə bu gözəl xüsusiyyətlərə sahib ola bilərəm? Cavabı çox sadədir. Sadəcə, Allaha səmimiyyətlə yönəlmək lazımdır. Müsəlman qadını kamil edən sirr budur. Bəs Allaha səmimiyyətlə yönəlmək necə olur? Əgər vicdanın sənə bu sualı verirsə, yalnız bunu özünə təlqin etməlisən: "Mən yalnız Rəbbimə güvənməliyəm. Yalnız Onu sevməliyəm. Sahibim Allah, malikim Allah, vəlim Allahdır. Mən yalnız Ona təvəkkül edəcəyəm. Hər işimdə Ona üz tutacağam". Həyatdakı ən əsas məqsədin bu olmalıdır: Mən Rəbbim üçün yaşayacağam.