Qara gavalı tortu terifi ve terkibi - Qara gavalı tortunun hazırlanma qaydası
Tərkibi:
xəmir:
1 st. un
200 q yağ
1 ç.q. soda
2 yumurta
100 q bal
1 st. şəkər tozu
1 st. qoz
krem:
400 q qara gavalı
300 q şəkər pudrası
2 x.q. qəhvə
200 q yağ
3 yumurtanın sarısı
Bəzək üçün hazır beze
Krem: 2 x.q. qəhvə ilə 100 q şəkər pudrasını 100 ml qaynar suda həll edin, soyudun.
3 yumurtanın sarısını əlavə edin, qarışdırın, ocağın üstünə qoyun, qaynara düşəndə götürün.
Qara gavalını ət maşınından keçirin. 200 q şəkər pudrasını və yağı eynicinsli kutlə alınanadək qarışdırın. Bunu qara gavalı və yumurtalı-qəhvəli qarışıqla qarışdırın, çalın. Soyuducuya qoyun.
Xəmir: 2 yumurtanı, 1 st. şəkər tozunu, 200 q yağı, 100 q balı, 1 st. xırdalanmış qozu, 1 ç.q. sodanı və 2 st. unu eynicinsli kütlə alınanadək qarışdırın.Formaya töküb bişirin. Soyudun.
Korjun üzərinə krem çəkin (onu iki yerə də bölə bilərsiniz). Üzərini beze və qara gavalı ilə bəzəyə bilərsiniz.
Lokro şorbası terifi ve terkibi - Lokro şorbasının hazırlanması
Tərkibi:
1 kq təmizlənmiş kartof
1 baş soğan
1 avokado
1 ç.q. sarıkök (yerli açiote ədviyyatının əvəzinə)
2 x.q. qaymaq
2 st. süd
5 st. su və ya bulyon
duz
zirə
oreqano
Tavada yağda xırda doğranmış soğanı, zirə və oreqanonu qovurun, kubik doğranmış kartofu əlavə edib 5 dəqiqə qızardın.
Süd və qaymaq əlavə edib 10 dəqiqə bişirin. Su və ya bulyonu əlavə edib kartof yumşalanadək bişirin. Kartofu azacıq əzin.
Hazır şorbaya bir neçə dilim avokado əlavə edin.
Qadın dünyası - Gözəl saçlara sahib olmaq üçün ne etmeli?
Saçlar qadına ən çox gözəllik bəxş edən nüanslardan biridir. 15-55 yaşlarındakı qadınlar arasında aparılan sorğu saçların gözəlliyinin dekolte və ayaq gözəlliyidən belə öndə olduğunu deyib.
İtaliya saç ustaları birliyi ətraf mühitin, boyanmağın saçlara olan mənfi təsirini aradan qaldırmaq, onlara gözəllik, canlılıq bəxş etməyin yolarını açıqlayıb.
Milan Universiteti ilə birgə açıqlanan siyahıda 10 faydalı qidanın adı var.
Alça
Polifenol, flavonoit və antioksidant sayəsində saç hüceyrələrinin yaşlanmasının qarşısını alır.
Quru lobya
Protein, dəmir, biotin və sinklə zəngin olduğu üçün saçların sağlam böyüməsini təmin edir.
Noxud
B vitaminləri, sink və dəmir saçların canlı qalmasına kömək edir.
Balqabaq toxumu
Protein, Omega – 6, sink və dəmir saçların yenilənməsinə kömək edir.
Yumurta
Saçların ən sadiq müttəfiqidir. Protein, biotin və B-12 vitamini saç tökülməsinin qarşısını alır.
Qoz
Omega- 3, sink və yağ asidi saçları gurlaşdırır.
Taxıl
Sink, dəmir, B vitaminləri saçları ipək kimi yumşak edir və parlaqlıq verir.
Krivetka
Saç tökülməsinin qarşısını alır. Ləzzətindən başqa B 12 və sinklə zəngindir.
Balıq
Protein dəmir, sink, B 12 vitamini, Omega - 3 və D vitamini ilə saçlar üçün ən faydalı qidadır.
Mal ciyəri
Biotin, B 12 vitamini və keratin saçları gücləndiri, qalınlaşdırır.
Hekayeler - Nur yağışı hekayesi - Nur yağışı hekayesin dinle
Aylar keçir, il dolanır, yeni nağıllar yaranır. Bu nağılların içındən ən gözəlin seçərəm, sizə nağıl biçərəm. Bir ölkə varimış, bu ölkədə yaşayan bütün insanlar gözəlliklərinə görə dünyanın başqa insanlarından fərqlənərmişlər. Bu ölkənin sakinlərindən biri də Şumal idi. Şumalı atası yanına çağırıb, ona dedi:
- Oğlum artıq böyümüsən, evlənmək vaxtıdır. Ölkədəki qızlardan birini seç.
Şumal bütün ölkəni gəzib dolansa da, heç kim onun ürəyinə yatmır. Hamı bu qədər gözəlin içindən onun heç kimi seçə bilməməsinə təəccüb edirdi. Şumalın atası çox qəzəblənmişdi. O, Şumala dedi:
- Ölkədən çıx get. Nə zaman öz yarını tapsan qayıdarsan.
Şumal yola düzəlir. Hara gedəcəyini belə bilmirdi. Güllü-çiçəkli baxçalardan, susuz səhralardan keçdi, nəhayət qəribə bir şəhərə gəlib çatdı. Şəhərin qəribəliyi onda idi ki, burada yaşayan insanların hamısı çox eybəcər idi. Onlar eybəcər olsa da, çox mehriban, qonaqpərvər, səmimi, ürəyi təmiz insanlar idi. Onlar yorğun Şumalı mehribanlıqla qarşılayıb, yedirib-içirdilər. Hər kəs Şumalın gözəlliyinə heyran qalmışdı. Onun qara qaşları, iri gözləri, qəddi-qaməti hər kəsi heyran qoyurdu.
Şumal şəhəri, onun sakinlərini çox bəyənmişdi. O, burada qalmağı qərara aldı.
Bir gün Şumal dağda gəzərkən bir qızla rastlaşdı. Bu şəhərin bütün sakinləri kimi o da eybəcər idi. Qıvrım saçları, iri burnu, ləkəli dərisi, xırda gözləri var idi. Amma Şumal onun ürəyinin saflığını gözlərindən duyub, ona vuruldu. Qızın adı Kifir idi. Şumal Kifiri öz olkəsinə apardı. Kifiri görən hər kəs heyrətdən yerində donmuşdu. Şumalın atası isə yenə də qəzəblənmişdi. O, Şumalı ölkədən qovdu. Şumal və Kifir kor-peşiman Kifirin ölkəsinə qayıtdılar.
Şumal və Kifir üçün böyük, təmtəraqlı toy qurdular. Bütün ölkə onların toyuna yığışmışdı. Hamı təzəcə toplaşmışdı ki, birdən göydən “Nur yağışı” yağdı. ”Yağış suyu” hər kəsin üzünü yuyub apardı. Hər kəsin daxili üzə çıxdı. Toydakı bütün adamlar gözəlləşdi, elə Kifir də. Kifirin ölkəsinə yağış yağan zamanda Şumalın da ölkəsinə leysan yağırmış. Leysan hər kəsin üzünün nurunu yuyub apardı. Hamının əsl siması üzə çıxdı. Ölkədə yaşayanların hamısı eybəcərləşdi. O, gündən Kifirin ölkəsi “Gözəllər”, Şumalın ölkəsi isə “Eybəcərlər” ölkəsi adlanır.
Bu nağılı oxumuram ki, mışıl-mışıl yatasan, oxuyuram ki, fikirləşib ağıllı yol tapasan.
Hekayeler - Müəllim şilləsi hekayesi - Müəllim şilləsi hekayesin dinle
Müəllim dərsini qurtarıb sinifdən çıxanda şagirdlərindən birinin o birinı yıxdığını gördü. Üstəlik, yıxılan uşaq sinfin ən yaxşı şagirdlərindən biri idi. Müəllim, əvvəlcə, yıxılan şagirdi yerdən qaldırıb üstünü təmizlədi, sonra o biri şagirdin qolundan tutub sinfə saldı.
O bu kənd məktəbində iyirmi ildən artıq idi ki, işləyirdi. İş elə gətirmişdi ki, o elə bu kənddən də evlənmişdi. Hətta təyinatı böyük şəhərlərə çıxsa da, öz ailəsi kimi sevdiyi bu məktəbdən getməmişdi. Ona görə də bu “ailənin üzvlərinin” yaramazlıqlarını həzm edə bilmirdi.
Müəllim, əvvəlcə, sinif yoldaşını yıxan uşağı əməlli-başlı tənbeh etdi. Sonra da (hətta onun qorxudan tir-tir titrəməsinə belə əhəmiyyət verməyərək) üzünə bərk bir şillə vurdu. Görünür, uşağın cılız bədəni bu zərbəyə dözməmiş, üstəlik, yeni çıxmaqda olan dişlərindən axan qan müəllimin pencəyinə sıçramışdı. Müəllim yeddi yaşlı bir uşağa qarşı etdiyi bu hərəkətdən peşman olsa da, bunun ona yaxşı bir dərs olacağını düşünürdü.
Müəllim şagirdini orada qoyub getməyə hazırlaşırdı ki, birdən onun əlini cibinə saldığını gördü. Ən yaxın dostunu belə yıxmaqdan qorxmayan bir yaramaz, yəqin ki, müəlliminə də bıçaqla və ya başqa bir şeylə hücum edə bilərdi. Müəllim bu “gözlənilməz hücumdan” özünü müdafiə etməyə hazırlaşırdı ki, birdən uşaq cibindən xalasının bayramda ona hədiyyə etdiyi dəsmalı çıxardı və çətinliklə də olsa, yerindən qalxmağa çalışıb:
— Müəllim! Pencəyinizdə qan var, icazə verin silim.
Dünyada sürətlə yeni bəla, çox qorxulu yoluxucu xəstəlik yayılır.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dünya ölkələrinə müraciət edərək atipik pnevmoniyaya bənzəyən bu virusun yayılmasının qarşısını almağa çağırıb.
Yeni, strukturu hələ bəlli olmayan virusa yoluxmuş 12 nəfərdən 5-i artıq keçinib. Mövcud situasiyaya əsaslanan həkimlər yeni koronovirusu araşdırır, xəstəliyin mümkün yayılma ssenarisini təxminləməyə çalışırlar.
ÜST-ün hesabatında bildirilir ki, atipik pnevmoniya virusundan 800 nəfər ölmüşdü. Ekspertlər həmin virusla bağlı situasiyanın daha məşum şəkildə təkrarlanacağından qorxurlar.
Virusun mənbəyi Yaxın Şərqdir.
Naməlum səbəblərdən pnemvoniyaya yoluxan şəxslərdə də yeni virusun olacağı istisna edilmir.
Kəskin respirator xəstəliyi olan və standart müalicə metodikasına heç bir reaksiya vermirsə, həkimlər belə pasientin yeni retrovirusa yoluxmasından şübhələnirlər.
Fitneslə məşğul olmaq üçün motivasiyalar kifayət qədərdir. Lakin bunların üzərinə daha biri əlavə olunub.idmanla məşğul olmaq tək çəkiləri azaltmaq, fiquranı yaxşılaşdırmaq və əhvalı yüksək etmək üçün deyil, eyni zamanda ömrü uzatmaq üçün də faydalıdır.
Yeni tədqiqatlar göstərib ki, həftə ərzində 75 dəqiqə idmanla məşğul olmaq ömrü iki il uzadır.
Həftə ərzində 75 dəqiqə idman o qədər də çox deyil. Bu gün ərzində təxminən 10 dəqiqə idman deməkdir.
Ekspertlər həmin idman növünə sürətlə gəzməyi də əlavə edirlər. Gün ərzində 15-20 dəqiqə gəzmək xərçəngdən ölmək riskini 10%, ürək-damar xəstəliklərindən ölmək riskini 14% azaldır.
Dinimizde lenet - Müqəddəs dinimizdə nə zaman ve ne vaxt lənət deyile bilir?
Allah Təala Quranda buyurur: “Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!” (“Bəqərə” 161).
Lənət və nifrin ümumilikdə bəyənilməyən əməllərdəndir, ancaq bəzi hallarda bunu etmək caizdir. 19 halda müsəlman başqasına nifrin və lənət edə bilər.
1. Küfr edənlərə lənət.
“Elə ki, onlara Allah tərəfindən əllərində olanı (Tövratı) təsdiq edən bir kitab (Quran) gəldi, onlar bundan əvvəl həmişə özlərinin (həmin kitabı gətirəcək peyğəmbər vasitəsi ilə) kafirlər üzərində qələbələrindən xəbər verdikləri halda (bütün bunlara baxmayaraq), bildikləri şey onlara gələn zaman ona küfr etdilər. Odur ki, Allahın lənəti olsun kafirlərə!”. (“Bəqərə” 89).
2. Müşriklərə lənət.
“Və Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb və onlar üçün Cəhənnəmi hazırlayıb. Ora pis dönüş yeridir!” (“Fəth” 6).
3.Mürtədlərə lənət.
“İman gətirərək Elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?! (Kitab əhlinin bəzisi İslam peyğəmbərinin peyğəmbərliyə göndərilməsindən qabaq öz kitablarına əsasən iman sahibi idilər. Onun göndərilməsindən sonra isə İslamdan dönən mürtədlər kimi inkar etdilər). Allah zalım dəstəni hidayət etməz. Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinin onlara olmasıdır”. (“Ali-İmran” 86-87).
4. Münafiqlərə lənət.
“Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir. Və zalımlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır”. (“Tövbə” 68).
5. Zalımlara lənət.
Allahın lənəti olsun zalımlara! (“Hud” 18).
6.Yer üzündə fəsad törədənlərə lənət.
Allahın (tovhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır. (“Rəd” 25).
7. Şeytana lənət.
Və şübhəsiz, cəza gününə kimi Mənim lənətim sənin üstündə olacaqdır. (“Sad” 78).
8. Allaha və Peyğəmbərə (s) əziyyət verənlərə lənət.
Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün xaredici bir əzab hazırlamışdır. (“Əhzab” 57).
9. Yalançılara lənət.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah yalançıya lənət etsin. Baxmayaraq ki, zarafat etsə belə”. “Beləliklə Allahın lənətini yalançılara yağdıraq”. (“Ali-İmran” 61).
10. Pak qadınlara böhtan atanlara lənət.
Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina nisbət verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır. (“Nur” 23).
11. Möminin qatilinə lənət.
Hər kim bilərəkdən mömini öldürərsə, cəzası cəhənnəmdir. Orada əbədi qalacaqdır. Allaha ona qəzəblənər. Onu lənət edər, onun üçün böyük əzab hazırlayar
12. Allah kitabını dəyişdirənlərə lənət.
Həzrət Peyğəmbər (s) buyurur: Həqiqətən mən yeddi nəfəri lənətləyirəm ki, Allah və hər bir peyğəmbər ona lənət demişdir. Soruşdular ki, bunlar kimdirlər? Həzrət buyurdu: O kəs ki, Allah kitabına nəyisə əlavə edər....
13. Qəza və qədəri inkar edənlərə.
Yuxarıdakı hədisin davamında Həzrət Peyğəmbər (s) buyurur: O kəs ki, İlahi qədəri inkar edər.
14. Peyğəmbər (s) sünnətinə müxalif olanları.
Yuxarıdakı hədisin davamında Həzrət Peyğəmbər (s) buyurur: O kəs ki, mənim sünnətimlə müxalif olar.
15. Allahın haramını halal edənlərə.
Yuxarıdakı hədisin davamında Həzrət Peyğəmbər (s) buyurur: O kəs ki, Allahın haramını nəslimə görə halal etmişdir.
16. Zalım sultana.
Yuxarıdakı hədisin davamında Həzrət Peyğəmbər (s) buyurur: O kəs ki, zülm edər və Allahın zəlil etdiyini əziz tutar, Allahın əziz tutduğunu zəlil edər.
17. Beytul-malı tarac edənlərə.
Yuxarıdakı hədisin davamında Həzrət Peyğəmbər (s) buyurur: O kəs ki, beytul-malı tarac edər.
18. Allahın halalını haram edənlərə.
Yuxarıdakı hədisin davamında Həzrət Peyğəmbər (s) buyurur: O kəs ki, Allah Təalanın halal buyurduğunu haram edər.
19. Zalıma yardım edənlərə.
Həzrət Peyğəmbər (s) buyurur: Hər kim zalım tərəfindən zülm etməyi öhdəsinə götürər, ya da zülm etməkdə ona yardım edərsə, ölüm mələyi bu zaman gələrsə, ona deyər: Sənə Allahın lənətini, cəhənnəm atəşini müjdə verirəm.
İslamda insanların yaxşılığı - İnsanları həqiqətə müxtəlif yollarla çağırmaq olarmı?
1. Bir çox ayələrdə buyurulduğu kimi, əsas də`vət yollarından biri sözlə (dillə) də`vətdir.
2. Əməli də`vət. Qur`an “libasını təmizlə” buyurur. Yə`ni insan əvvəlcə özünü təmizləməlidir.
3. Birbaşa də`vət. Qur`an “xoş danışın, namaz qılın, zəkat verin”, deyə əmr edir. İnsanları birbaşa da haqqa çağırmaq olar.
4. Dolayı də`vət. İnsanlara Qur`andan əhvalatlar danışmaqla onlara doğru yolu göstərmək olar. Məsələn, qardaşlarının, oyun bəhanəsi ilə Yusifi aldadıb quyuya atdıqlarından xəbərdar olan həmsöhbətiniz başa düşər ki, düşmənlər insanı idman pərdəsi altında yolundan azdıra bilər.
5. Ümumi də`vət. Allah öz peyğəmbərinə bütün xalqı də`vət etməyi buyurmuşdur.
6. Xüsusi də`vət. Peyğəmbərlər öz ailələrini doğru yola də`vət edirdilər.
7. Qohumları də`vət.
8. Həmvətənləri də`vət.
9. Bəşəriyyəti də`vət.
Bəli, mərcan gəzən üzgüçü, ova çıxmış balıqçı dənizin bir nöqtəsində durub qalmamalı, böyük qazanc istəyində olan tacir dükanda çeşidləri artırmalıdır.