Sarsın

Sarsın

Üye
10.01.1970
Genel Kurmay Başkanı
134.512
Hakkında

  • Hekaye - Hekayeler - Ziyarətə gedən zəvvarın hekayəsin dinle

    Bir tacir kərbalada dəfn olunmaq ücün var dövlətini övladları arasında bölüşdürüb həyat yoldaşı ilə birlikdə Kərbalaya yola düşür.Vaxt gəlir tacir qocalir pulu. malı qurtarır qocalıb əldən düşür,xəstə yoldaşına çörək almaq ücün yol qırağında dayanıb təklif olunan işləri görərək pul qazanır.Bir gün 1 cavan oğlan tacire yaxınlaşıb,nə üçün orada oturduğunu soruşur. Tacir başına gələn butun əhvalatı cavan oğlana danışır.

    Oğlan tacirə pul verib axşam onunla birlikdə qəbirstanlığa gəlməyi tapşırır.Axşam olur,qəbirstanlıga gəlmiş tacirə cavan oğlan yatmamasını və orada gördüklərini ona danışmasını xaiş edir.Bir az gözlədikdən sonra taciri yuxu tutur və heç nə görə bilmir. Səhər açılır və cavan oğlan gəlib tacirə nə gördüyünü soruşur.Tacir yuxuladığını və heç nə görmədiyini söyləyir.

    Cavan oğlan tacirə yenə pul verib,bu dəfə yatmamasını xaiş edir.Amma qoca tacir yenə yuxuya gedir.Bu dəfə cavan oğlan gəlir yenə ona pul verir amma yatmamasını bərk-bərk tapşırır.Gecə tacir bir qəbir daşının başında oturur və hər yuxuladiqca başı qəbir daşına dəyir və oyanir.Bir də görür ki 1 dəvə karvanı gəlir. Müəyyən olunan qəbrlər açılır və dəvələrin üzərində olan yüklər həmin qəbrlərə qoyulur,qəbrdə olan yüklər isə dəvələrə yüklənib aparılır.Sabah açılır cavan oğlan gəlib tacirdən nə gordüyünü soruşur.Tacir bütün gördüyünü cavan oğlana danışır.Oğlan tacirə deyir:həmin yuklər Kəlbəlada basdırılmaga laiq olan adamların ruhlarıdir, tacirə pul verib öz ölkəsinə göndərir..

    Alıntı..
#20.02.2013 01:09 0 0 0
  • Tövbə etmək - İslam dini

    Bismillahir Rəhmanir Rəhim...
    Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.ə.s) peyğəmbərə və onun ailəsinə, pak Əhli-Beytə (ə).
    Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama doğru gələnlərə...

    Bir gün qədəhə şərab süzdüm, içmək istəyirdim. Ancaq qızım toxunaraq, onu yerə dağıtdı. Sanki ona bunu etdirən Allah idi... Fatimə böyüyürdü. 3 yaşına çatdı. Ancaq çox yaşamadı. Elə 3 yaşında ikən Allahın dərgahına qovuşdu...
    Qızım öldükdən sonra vəziyyətim əvvəlkindən də betər oldu. Artıq ətrafımdakılara qarşı hədsiz səbirsiz olmuşdum. Hər şey get-gedə pisləşirdi. Şeytan dayanmadan mənimlə oynayırdı. Bir gün mənə yaxınlaşdı və vəsvəsə verdi:
    Sən bu gün elə içməli, elə sərxoş olmalısan ki, heç ayaq üstə durmağa taqətin qalmasın...
    Elə də oldu. Bütün gecəni şərab içməklə keçirdim. Hətta elə bir vəziyyətə düşdüm ki, məni yalnız bu sərxoşluqdan uzun və dərin yuxular xilas edə bilərdi. Yuxuya getdim. Yuxularım bir-birini əvəz edirdi. Ancaq gördüyüm sonuncu yuxu çox dəhşətli idi... Yuxumda məhşər ayağında idim. Bütün insanlar dəstə-dəstə hesab verməyə axışırdılar. Mən də həmin insanların arasında idim... Kimsə insanlara səslənirdi: Ey filankəs! Haydı, Allaha hesab verməyə...
    Çağrılan kəslərin simaları qorxudan qaralmışdı. Bir çox insan sorğu-suala çağrıldı… Nəhayət növbə mənə gəldi; həmin səs məni çağırırdı. Haydı, Allaha hesab verməyə tələs!
    Ətrafıma nəzər saldım. Bayaqkı insan izdihamından əsər-əlamət qalmamışdı. Qiyamət günü... Məhşər yeri bom-boş qalmışdı... Elə bu an qarşımda siçovula oxşar bir canlı gördüm. Olduqca böyük və qorxunc idi... Birdən siçovul mənə hücum etdi. Özümü müdafiə etmək üçün qaçmağa başladım. Qaçarkən yolda qarşıma bədəncə zəif bir qoca çıxdı. Ondan kömək etməsini istədim.
    Qoca ah-nalə çəkərək səsləndi:
    “Oğlum, mən gücsüz bir adamam. Səni bu heyvandan xilas etməyə gücüm yetməz. Ancaq bu istiqamətdə hərəkət etsən, ola bilsin ki, xilas olarsan”...
    Qocanın dediyi istiqamətə qaçdım. Siçovul hələ də arxamca qaçırdı. Qarşımda cəhənnəm atəşini gördüm. Sifətimdə alovun istisini hiss etdim... Sıxışıb qalmışdım. Nə edəcəyimi bilmirdim. Öz-özümə dedim: Cəhənnəm oduna düşməklə siçovuldan qurtarmaq?!
    Yenidən həmin qoca tərəfə qaçmağa başladım. Siçovul arxamca qaçmaqda davam edirdi. Qorxu məni bürümüşdü. Nəhayət qocanın yanına çatdım: Allah xətrinə, məni bu heyvanın əlindən xilas et!..
    Təəccübləndim. Qoca halıma acıyaraq, göz yaşı tökürdü... Mənə sarı çevrildi: Görürsən ki, çox zəifəm, səni xilas edəcək taqətim də yoxdur. Ancaq bu dəfə oraya qaç. Əminəm ki, xilas olacaqsan...
    Qocanın göstərdiyi yolla qaçmağa başladım. Siçovul da ara vermədən arxamca qaçırdı. Birdən qarşımda bir dağ peyda oldu. Dağın ətəyində çoxlu uşaq var idi və hamı ağlayırdı. Hamı eyni sözü təkrar edərək ağlayırdı. Ey Fatimə, atana bax! Atana bax! - deyə fəryad edib ağlayırdılar...
    Bu zaman qızım Fatiməni gördüm. 3 yaşında ikən dünyadan köçüb Cənnətə qovuşan qızımı gördüyüm zaman çox sevindim. Məni cəhənnəm odundan xilas edərək, cənnətə girməyimə vəsilə olacağına ümid edirdim. Bu vaxt qızım əlini uzatdı və məni siçovuldan xilas etdi...
    Onu qucağıma oturtdum. Qızım mənə: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?! ayəsini oxudu...
    Qızımdan arxamca düşən o əcaib heyvan haqda soruşdum. Dedi: “Atacan, gördüyün bu əcaib heyvan dünyada işlədiyin günahlarındır. Onu sən bəslədin, böyütdün və səni çətin vəziyyətə salacaq bu həddə onu sən çatdırdın. Atacan, məgər dünyada işlənən əməllərin axirət günündə təcəssüm edərək qarşına çıxacağını bilmirsənmi?” Ondan mənə yol göstərən yaşlı kişi haqda soruşdum Belə cavab verdi: O yaşlı və zəif insan sənin gözəl əməllərin idi. Sən onu elə zəif, elə gücsüz və çarəsiz etdin ki, sənə kömək edəcək gücü belə qalmamışdı. Atacan, əgər mən dünyaya gəlməsəydim və kiçik yaşda rəbbim məni öz dərgahına aparmasaydı, səni bu dəhşətdən heç kim xilas edə bilməyəcəkdi...
    Bu an yuxudan oyandım. Ağlayırdım. Öz-özümə: Allaha qul olmağın vaxtı yetişib! - dedim. Dərhal qüsl aldım. Tövbə etmək və cənnət yolunu seçmək üçün məscidə yollandım. Məscidə daxil olduğum zaman imam qızımın yuxuda mənə dediyi ayəni oxuyurdu: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!...
    Haqqında söhbət açdığımız bu şəxs tabein imamlarının ən hörmətlisi və abidi Malik bin Dinardır. O, gecələr ağlamağı ilə tanınırdı. Həmişə belə deyirdi: Allahım! Kimin cənnətə, kimin də cəhənnəmə girəcəyini yalnız Sən bilirsən. Görəsən, mən hansılardanam? Rəbbim, məni Cənnət əhlindən et, Cəhənnəm odundan qoru! Malik bin Dinar səmimi qəlbdən tövbə etdi və bu tövbəsi ilə insanlar arasında məşhur oldu. O, daima məscidin qapısı önündə durar və insanlara səslənərdi:

    “Ey günahkar insanlar! Rəbbinizə dönün! Ey qafil insanlar! Sizi Yaradanın yoluna qayıdın! Rəbbiniz hər gecə sizə səslənir, sizi çağırır. Bəs, siz haraya gedirsiniz? Allah sizə: “Mənə bir qarış yaxınlaşana, mən on qarış yaxınlaşaram. Mənə sarı yürüyənə tərəf isə qaçaram” - deyir. Məgər bu, sizə kifayət etmirmi?”

    Alıntı..
#20.02.2013 01:07 0 0 0
  • Barbekü toyuq terifi ve terkibi - Barbekü toyuqun hazırlanması

    noimage

    Tərkibi (12 pay):

    1000-1500 q dərisiz, sümüksüz və qığırdaqsız toyuğun döş əti
    3 yumurta
    1 st. su
    0,5 st. süd
    2 x.q. duz
    2 x.q. qara istiot
    6 st. un
    1/4 st. duz
    5 ç.q. qara istiot
    2 x.q. əzilmiş sarımsaq
    2 x.q. quru meskit ədviyyatı
    4 st. yağ - qızartmaq üçün
    1 ç.q. yağ
    1 şüşə barbekü sousu

    Toyuq ətini doğrayın.

    Böyük qabda yumurta, su, süd, 2 x.q. duz və 2 x.q. istiotu eynicinsli kütlə alınanadək çalın.

    Başqa iri qabda un, 1/4 st. duz, 5 ç.q. istiot, sarımsaq və meskit ədviyyatını qarışdırın.

    İri, qalın dibli tavanı (yaxud dərin sacı) qızdırın. Yarısınadək yağ tökün. Təxminən 180 dərəcə qızdırın.

    Çəngəllə toyuq ətini götürüb yumurtalı qarışığa, sonra un qarışığına salın, sonra prosesi bir dəfə də təkrar edin. Qaynar yağa salıb qızardın. Toyuğun bir tərəfi qızarıb qəhvəyi rəngə çalanda o biri üzünü də çevirib qızardın.

    Sobanı 150 dərəcə qızdırın. Odadavamlı şüşə sininin içinə barbekü sousu tökün (dibini örtsün). Qovrulmuş toyuğu üstünə düzüb sousun qalanını üstünə gəzdirin. 10-15 dəqiqə bişirin.

    Nuş olsun..
#20.02.2013 00:58 0 0 0
  • Kartoflu qabaq dolması terifi ve terkibi - Kartoflu qabaq dolmasının hazırlanması

    noimage

    Tərkibi:

    1 qabaq
    3-4 kartof
    200 q toyuq qiyməsi
    1 x.q. un
    1 soğan
    1 ədəd əridilmiş pendir kubiki
    duz
    istiot
    1 yumurta
    bitki yağı
    mayonez

    Kartofu təmizləyin, yuyun, sürtgəcdən keçirin.
    Un, yumurta, duz, istiot, qiymə əlavə edin, qarışdırın.
    Soğanı xırda doğrayıb bitki yağında qovurun. Qiyməyə əlavə edin.
    Qabağı 4-5 sm hündürlükdə «stəkanlar»a doğrayın. Dibini saxlamaqla içini oyub çıxarın. Kartoflu-qiyməli içi qabağın içinə doldurun. Siniyə yığın. Üstünə əridilmiş pendir dilimi qoyun. Mayonez çəkin.
    185 dərəcə qızdırılmış sobada 1,5 saat bişirin.

    Süfrəyə tomat sousu, xama ilə verə bilərsiniz.

    Nuş olsun..
#20.02.2013 00:55 0 0 0
  • Konu: Roma salatı
    Roma salatı terifi ve terkibi - Roma salatın hazırlanma qaydası

    noimage

    Tərkibi:

    300 q bişirilmiş dil
    100 q ağ kələm
    1 təzə xiyar
    3 yumurta
    2 x.q. göy noxud konservi
    2 kahı yarpağı
    mayonez

    Xiyarı yuyub nazik saman kimi doğrayın. Kələmi nazik doğrayın. Bişmiş dili şəridlərə doğrayın. Yumurtaları suda bişirin, soyudun, təmizləyib xırda doğrayın.

    Bir qabda dili, kələmi, xiyarı, yumurtanı, göy noxudu və mayonezi qarışdırın. Boşqabın içinə kahı yarpaqları döşəyin, salatı üzərinə qoyun.

    Nuş olsun...
#20.02.2013 00:51 0 0 0
  • Göbələk kürüsü terifi ve terkibi - Göbələk kürüsünun hazırlanma qaydası

    noimage

    Tərkibi:

    200 q qurudulmuş göbələk
    2 yerkökü
    2-3 baş soğan
    bitki yağı
    kərə yağı
    1 st. süd
    duz

    Bu təamın dadlı alınmasının bir sirri var: qurudulmuş göbələkləri suda deyil, süddə islatmaq lazımdır.
    Göbələyin üstünə süd töküb 5-6 saat saxlayın, sonra üstünə çıxanadək su əlavə edin, vam odda 20-25 dəqiqə qaynadın. Göbələyi elə qaynadığı mayedə də soyudun.

    Bu müddətdə soğanı kubik doğrayın, yerkökünü sürtgəcdən keçirin. Əvvəlcə soğanı, sonra yerkökünü bitki yağında qovurun.

    Soyuyandan sonra göbələyi xırda doğrayın. Soğanla yerköküyə əlavə edin. Duz vurun, kərə yağı əlavə edib daha 10 dəqiqə bişirin.

    Başqa ədviyyat vurmaq məsləhət deyil, çünki o, göbələklə kərə yağının ətrini "öldürür".

    Nuş olsun...
#20.02.2013 00:48 0 0 0
  • Konu: Donna tortu
    Donna tortu terifi - Donna tortu terkibi - Donna tortun hazırlanması

    Tərkibi..

    • 2 yumurta
    • 2 st un
    • 1 st şəkər tozu
    • 1/2 su stəkanı süd
    • 1/2 su stəkanı maye yağ
    • 1 paket qabartma tozu
    • 1/2 çay qaşığı ovaleks

    Krem üçün:

    • 3-4 qaşıq un
    • 3 st süd
    • 1/2 st şəkər tozu
    • 1 paket qaymaq

    Hazirlanmasi:

    Şəkər, yumurtalar, duru yağ, süd, un, qabartma tozu və ovaleks qar ağ olana qədər çalınır. (istəyə görə kakaolu əlavə edilə bilər). Yağlanmış unlanmış keks qəlibinə boşaldılır. 180 C sobada 25-30 dəqiqə bişirilir. Krem Süd, şəkər, un qarışdıraraq pudinq edilir. Ocaqdan alındıqdan sonra Lqaymaq əlavə edilir və çıalınır və soyudulur. Bişən keks 2 hissəyə bölünür. Hazırlanan krem ara qata və ətrafına çəkilirr. Tortun üstü istənilən şəkildə hazırlana bilər.

    Nuş Olsun..
#20.02.2013 00:46 0 0 0
  • Qadın dünyası - Qadınlara dair məsləhətler - Məsləhətler

    Məsləhət 1.

    Bu vaxta qədər qadın jurnallarında oxuduğun, kinolarda gördüyün şeyləri unut. Həyatda evlilik təklifini heç də həmişə kişilər etmirlər. Onlara qalsa, əbədi subay olarlar. Əgər oğlanın sevdiyi yoxdursa, seçim edə bilmirsə, biganədirsə, onu evlənməyə valideynlər məcbur edir. Özləri qız tapır, elçilik edir. Yox, əgər, oğlanın sevdiyi varsa və başqa qızlara tərəf baxmırsa, onda ailə kənara çəkilir. Çünki «yad gözəlçə»ni asanlıqla gəlin qəbul etmək hər ailənin işi deyil. Burada oğlana təsir birbaşa qızın özündən asılıdır. Amma bir şərtlə ki, siz həm öz hisslərinizə, həm də oğlanın sizə olan sevgisinə əmin olmalısınız.

    Məsləhət 2.

    «Müstəqillik, azadlıq, qadın kişi ilə eyni hüquqa malikdir» kimi feminist çıxışları heç olmasa müvəqqəti olaraq bir kənara qoy. Sözünü yeridən qızlardan kişilərin xoşu gəlmir. Hətta o sizi sevsə də evlənməyə çox tərəddüdlər keçirəcək. Əksinə, mülayimləş, utancaq ol, köməyə, qayğıya ehtiyacın varmış kimi davran. Kişilər özlərindən zəif qadınlarla daha tez evlənirlər. Əgər sənin kişi kimi mərd xasiyyətini bəyənib sevibsə, evlənmək üçün daha qadınsayağı obrazda olmaq lazımdır.

    Məsləhət 3.

    Heç vaxt öz intim qabiliyyətini və maraqlarını kişiyə açma. Məhrəm görüşlərdə kitablardan, kinolardan və internetdən öyrəndiyin üsulları tətbiq edib, onu çaşdırma. Kişilər ehtiraslı və cazibəli qadını sevir, lakin onlarla evlənmir. Utancaqlıq, utancaqlıq, yenə də utancaqlıq… Bir sözlə, dünyadan xəbərin yoxdur.

    Məsləhət 4.

    Heç vaxt onun yanında yemək bişirməyi, ev yığışdırmağı, bazarlıq etməyi bacarmadığından və xoşlamadığından fəxrlə danışma. Mətbəxdə və ev işlərində arvadına kömək edən kişiləri tərifləmə. Kişi üçün evdə mətbəx ən arzuolunmaz yerdir. Yaxşı yemək isə onun üçün ölüm-dirim məsələsidir. Hətta ən işgüzar və müasir kişi belə dadlı yeməkdən imtina etməz.

    Məsləhət 5.

    Tənqiddən uzaq dur. Heç vaxt oğlanın ailəsi, işi, hobbisi, dostları, qohumları, fikirləri və vərdişlərini tənqid etmə. Xüsusən, yad adamlar içində. Onun xəyal və arzularını bölüş: maşın almaq istəyir, lap yaxşı. «Nə edirsən maşını? Ondansa səyahətə gedərik» deməkdənsə, «Əzizim, bizim maşınımız da, evimiz də olacaq. Mən çox istəyirəm ki, sən nə arzulayırsan, onu alasan» deməklə, siz oğlanda ümid yaradarsınız. O, fikirləşəcək ki, sən həyatda ona arxa-dayaq, köməkçi ola bilərsən. Əgər oğlan evin tək oğludursa və ya ata-ana ilə o qalmalıdırsa, ayrı yaşamaq və şəxsi ev haqqında arzularını hələlik kənara qoy. Əgər oğlanın geyimini, xasiyyətini, davranışını bəyənmirsənsə və bunu hər dəfə onun üzünə vurursansa, bundan bezən oğlan axırda deyəcək: «Əgər mən belə pisəmsə, bəyənmirsənsə, get, yaxşısını tap». Və bu sözündə o, haqlıdır.

    Məsləhət 6.

    Fikirləş, nəyə görə sevdiyin insan ailə qurmaqdan söhbət belə açmır. Nədən çəkinir? Ola bilər ki, səbəb səndə deyil. Və yuxarıdakı məsləhətləri etməyə ehtiyac yoxdur… Oğlanı nikahdan çəkindirən onlarca maddi, mənəvi, psixoloji səbəb var. Bunlardan hətta bəziləri sənə qəribə və gülməli gələ bilər. Məsələn, elə oğlan var ki, toyda bəy rolunu oynamaqdan və ya öz toyunun qüsurlu olacağından qorxur. Eləsi var ki, toyqabağı hazırlığa tab gətirə bilməyəcəyini düşünür. Bu qorxu hissini psixoloji təsirlə aradan qaldırmaq olar. Eləsi də var ki, evlənəndən sonra acından öləcəyini düşünür.

    Məsləhət 7.

    Əgər heç nəyin xeyri yoxdursa, o zaman bir əlac qalır: onu «yerindən tərpətmək» və nikah masasına itələmək üçün düşünülmüş planlar qurmaq. Məsələn: bir xanım 4 il görüşdüyü oğlanla evlənmək üçün bu üsuldan istifadə edib: oğlanın familiyasından xoşlandığını və belə bir familyanı arzuladığını deyib. Nəticədə, oğlan ona bu arzusuna çatmaqda kömək edib. Digər bir qız isə əvvəlcədən baxıcı ilə danışaraq, oğlanı onun qəbuluna aparıb. Baxıcı oğlana tezliklə ailə qurmağı məsləhət görub. Çünki yalnız ailə qurandan sonra oğlanı böyük uğur və pul gözləyirmiş. Təbii ki, bu fikir oğlanın beyninə batır və evlənmək üçün real namizəd axtarır və təbii ki, yanındakı qızı daha münasib bilib. Ovcundakı nağdı qoyub, nisyənin dalınca kim düşər? Bir qız isə daha da irəli gedərək, riskli bir plan düşünür. Özünü xəstəliyə vurub, tanış həkimin vasitəsilə xəstəxanaya yerləşdirilir. Təbii ki, qızın sağalması və yaşamağa ümidlənməsi üçün sevgilinin köməyinə ehtiyac olur. Nəticə: qız elə xəstəxanadaca oğlandan evlilik təklifi alır.


    Unutmayın: qəlbə hökm etmək, güclə evlənmək olmaz. Yuxarıdakı məsləhətlər bir-birini sevən, uzun müddət bir-birini tanıyan cütlüklərə aiddir. Hələ təzəcə tanış olmuş və yaxud oğlanın ciddi münasibət bəsləmədiyini bilən qızların nə yolla olursa-olsun oğlanı evlənməyə təhrik və məcbur etməsi düzgün deyil. Hər bir addımı atmamışdan əvvəl fikirləşin: buna dəyərmi? Və O həqiqətənmi həyatınızı etibar edəcək kişidir? Əgər fikirləşsəniz, bəlkə də nəticə başqa cür olacaq.

    Alıntı..
#20.02.2013 00:41 0 0 0
  • Hekaye - Hekayeler - Eşq və Külək hekayesin dinle

    Uzaq – uzaq keçmişdə Eşq küləkdən qorxurdu və buna görə də kimsənin bilmədiyi bir zirzəmidə gizləndi "burada məni külək tapa bilməz" dedi və uzun bir yuxuya getdi. Külək onu çox axtardı amma heç cür tapa bilmədi…
    Keçən zamanda ərzində insan daddığı hər hissi Eşqə bildi. Bəzən sahiblənməyin, bəzən dostluğun, bəzən həsrətin və bəzən də mərhəmətin adı eşq oldu. Hər dəfə vəziyyətin fərqinə vardı külək və sovurdu eşq olmayan hər hissi sonra insan hissləri gerçək adıyla yaşamağa başladı.
    Sahipləndiyi adamın böyük qardaşı və ya bacısı, dost olduğu adamın sirdaşı, darıxdığı adamın uzun zaman görmədiyi yoldaşı, mərhəmət duyduğunun da kömək etdiyi adam olduğunun fərqinə vardı. Dünya Eşqə həsrət dərin bir həsrət içində çox vaxt keçirdi, lakin eşq oyanmadı. İllər keçməsinə baxmayaraq külək Eşqi axtarmaqdan imtina etmədi çox dalğalar yaşadı insan ...
    Eşq olmasa da altında bir hiss vardır mütləq dedi və eşqsiz də sevimli oluna bilər prinsipi ilə sevdiyi ilə evləndi uşaqlar doğuldu amma qısa sürdü bu evliliklər zaman keçdi vəeşqsiz evliliklər məhkəmələrdə qarşılıqlı imzalarla məzara basdırıldı.
    Külək yenə orada idi .. Külək hər yerdə axtarmağa davam etdi Eşqi lakin tapa bilmədi eşq oyanmadı. Çox qəzəbləndi külək bu vəziyyətə "Eşqi tapmalıyam mütləq tapmaq məcburiyyətindəyəm" dedi və o qəzəblə and içdi "bundan belə insanları eşq mövzusunda xəbərdar etməyəcəm" dedi və o gündən sonra dünyada eşq olmayan çox hiss eşq olaraq bilindi.
    Aradan çox uzun zaman keçdi. Nəhayət eşq oyandı, külək Eşqi tapdı bir-birlərinə baxdılar və külək "zaman səndən daha qüvvətlidir eşq" dedi eşq "bunun üçün oyanmadım, çünki bilirdim bunu külək" dedi .....
    Külək baxdı gülümsədi və eşq "yenə eyni yerdəyəm külək, başladığım yerdə" dedi və getdi ....
    Külək arxasından getmədi Eşqin . Eşq və külək o gündən sonra heç qarşılaşmadılar. İllər sonra külək Eşqi xatırladığında gözündə bir damla yaş əllərində titrəmə və içində dərin bir ağrıyla gülümsədi səmaya ....

    Alıntı..
#20.02.2013 00:38 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    Müğənni Röya Ayxan Türkiyədə yaradıcılığını davam etdirir. Müğənni bu dəfə qardaş ölkənin musiqi dünyasına “Bəlkə də” kompozisiyasını çıxarmaq niyyətindədir. Lent.az-ın məlumatına görə, müğənnin ifa etdiyi bu mahnı Türkiyədə üçüncü dəfə aranjeman olunacaq. “Bəlkə də”nin musiqisi bəstəkar Pərviz Mahmudov, sözləri Leyli İsrafilovaya məxsusdur. Mahnının bəstəkarı P. Mahmudov mahnının Türkiyədə də seviləcəyinə əmin olduğunu deyib.

    Yalçın Süleymanov
#20.02.2013 00:30 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    Dünən ATV kanalında “Məşhur həyatı bir başqadır” şüarı ilə efirə çıxan “Qrup № 1” layihəsinin ilk duel günü olub. Lent.az-ın məlumatına görə, duelçilər “ Avantaj” və “ Favorit” qrupları tamaşaçılara bir-birindən maraqlı şoular və musiqi nömrələri nümayiş etdiriblər. Layihənin bu həftə münsif qonağı tanınmış müğənni Elnarə olub. Sonda münsiflər seçim edərək üstünlüyü “Favorit”ə veriblər. Gələn həftənin duelçiləri “Bico” və “Abşeron” olacaq.


    Xatırladaq ki, “Qrup №1” yarışması hər həftənin bazar ertəsi, saat 22:00 - da ATV kanalında yayımlanır.



    Yarışmanın informasiya dəstəyi Lent. az-a məxsusdur.



    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage
#20.02.2013 00:28 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    May ayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” Mahnı Müsabiqəsində daha bir ölkə öz təmsilçisini seçib. Lent.az-ın məlumatına görə, İtaliya da təmsilçisini müəyyənləşdirib. İtaliyanı bu müsabiqədə “Sanremo-2013” festivalının qalibi olan 25 yaşlı Marko Menqoni təmsil edəcək.

    İtaliya mayın 18-də müsabiqənin birbaşa final mərhələsində çıxış edəcək.



    Kipr isə müsabiqə mahnısını seçib. Müsabiqədə Kiprin təmsilçisi Despina Olimpiu “İf you remember me” (“Əgər sən məni xatırlayırsansa”) mahnısını oxuyacaq.



    Kipr təmsilçisi “Eurovision-2013” mahnı müsabiqəsinin mayın 14-də keçiriləcək birinci yarımfinalında çıxış edəcək.


    Jalə Məmmədli
#20.02.2013 00:24 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    Əməkdar artist Mətanət İsgəndərli Lent. az-a açıqlamasında televiziyada zinət əşyalarını, mal - mülkünü reklam edən sənətçiləri ittiham edib: “ Başa düşə bilmirəm, müğənni qır-qızılını, varını göstərməklə nə demək istəyir? Bu, sadəcə, görməmişlikdir. Buna başqa ad verə bilmərəm. Bir məclisdə yanımda kasıb görəndə zinət əşyalarımı gizlədirəm. Özlərini nümayiş etdirənlərin sənəti yoxdur . İstedadı olan öz sənəti ilə məşğul olar”.

    noimage

    noimage

    noimage

    noimage

    Yalçın Süleymanov
#20.02.2013 00:22 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    Mayda İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision 2013” Mahnı Müsabiqəsində iştirak etmək üçün Rusiya da öz təmsilçisini seçib.



    Lent.az-ın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumatına görə, Rusiyanı bu müsabiqədə "Qolos" şousunun qalibi Dina Qaripova təmsil edəcək.



    Qaripova müsabiqədə “What If” mahnısı ilə çıxış edəcək. Kompozisiya İsveç prodüserləri Qabriel Alares və Yoakim Bornberq və "Avtoqraf" qrupunun keçmiş bas-gitaraçısı Leonid Qutkinin müəllifliyi ilə ərsəyə gəlib.



    21 yaşlı Dina Qaripova Tatarıstan Respublikasının Zelenedolsk şəhərinin sakinidir. O, ötən il Rusiyada «Birinci kanal»ının "Qolos" layihəsinin qalibi olub. Finalda Qaripovaya bir milyondan çox tamaşaçı səs verib.



    Qeyd edək ki, Rusiya mayın 14-də keçiriləcək birinci yarımfinalın birinci mərhələsində 8-ci sırada çıxış edəcək.
#20.02.2013 00:19 0 0 0
  • Xeberler - Sosial xeberler

    noimage

    Azərbaycanın ilk telekommunikasiya peyki olan «Azerspace-1» təyinatına uyğun olaraq 46 dərəcə Şərq uzunluğundakı orbital mövqeyinə çatıb.




    «APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, fevralın 15-də peykin günəş panelləri açılıb və reflektorları işə düşüb. Fevralın 19-dan mart ayının əvvəlinədək peykin orbitdəki sınaqları davam edəcək və daha sonra peykin idarəetməsi tam olaraq «Azərkosmos» ASC-yə təhvil veriləcək.


    Peykin idarəsi «Azərkosmos» ASC-nin Bakı yaxınlığında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən «Azərkosmos»un mütəxəssisləri tərəfindən həyata keçiriləcək.


    Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvanda yerləşir.



    Xatırladaq ki, ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən istehsal olunan «Azerspace-1» peyki «Ariane-5» kosmik daşıyıcısı ilə fevralın 8-də orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.


    Xatırladaq ki, peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək və peykinin resurslarının 44%-i artıq 15 illik müddətə Malayziyanın «Measat» peyk operatoruna icarəyə verilib.


    Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb.


    Azərbaycan növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılmasını planlaşdırır.

    Qaynaq:Lent.az
#20.02.2013 00:17 0 0 0
  • Xeberler - Sosial xeberler

    noimage

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yağış yağacağı, gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 7-10 dərəcə isti olacağı proqnozlaşdırılır.


    Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı ehtimal olunur.


    Qaynaq:Lent.az
#20.02.2013 00:15 0 0 0
  • Tarixin bu günü - Bu günün tarixi

    noimage

    1806. Rus general Pavel Sisianov Bakıda öldürülüb
    1818. Sankt-Peterburq universiteti təsis edilib
    1872. Nyu Yorkda “Metropoliten muzeyi” açılıb
    1898. İtalyan avtomobil konstruktoru Enzo Ferrari anadan olub
    1930. Uzunluğu 822 km olan Bakı-Batum neft kəməri işə salınıb
    1930. Ümumittifaq Kommunist partiyası “Kolxoz hərəkatının partiya xəttindəki əyintilərə qarşı mübarizə” haqqında qərar verib
    1931. VII Zaqafqaziya sovetlər qurultayı başlayıb
    1938. Bakıda neft sənayesi qabaqcıllarının Ümumittifaq müşavirəsi keçirilib
    1971. İdi Amin Dada Uqandada hakimiyyəti ələ alıb
    1980. ABŞ Moskva Olimpiya oyunlarını boykot etdiyini rəsmən açıqlayıb
    1988. DQMV Soveti sessiyasında ermənilər “Vilayətin statusuna baxılmasına dair Azərbaycan SSR Ali Sovetinə müraciət” qəbul edib
    1992. Azərbaycan Respublikası Avstriya ilə diplomatik əlaqələr qurub
    1993. İtalyan avtokonstruktor Felluçio Lamborqini vəfat edib
    1992. Azərbaycan Respublikası Sloveniya ilə diplomatik əlaqələr qurub
    1999. Xalq artisti Leyla Vəkilova vəfat edib.
#20.02.2013 00:11 0 0 0
#18.02.2013 01:15 0 0 0
#18.02.2013 01:10 0 0 0