Badamcıq iltihabı - Badamcıq iltihabına qarşı ne etmeli?
Uşaqlarda tez görülən badamcıq iltihabına qarşı bir stəkan qaynamış soyudulmuş suyun içinə bir şirin qaşığı karbonat atıb, 6-7 damla tentürtüyot damlatarak qarqara etməniz tövsiyə edilir.
Badamcıq, ağızda dilin arxasında (udlaqda) olan linfa bezlərinə deyilir. Tez-tez şiştiği üçün xalq arasında mənfi bir imici olan badamcıqlar əslində bədənimizi infeksiyalara qarşı qoruyar. Yəni boğaz girişinin gözətçiliyini edərlər. Xüsusilə payız və qış aylarında sıxlaşan badamcıq iltihabları eyni zamanda boğaz bölgəsindəki bütün anjinlere yoldaşlıq edər. Xüsusilə uşaqlar bəslənmələrinə diqqət etmədiyi üçün tez-tez badamcıq iltihabı narahatlığı yaşayarlar. Müxtəlif bakteriya və virusun səbəb olduğu badamcıq iltihabı uşaqların yutkunmalarında çətinlik verər.
ƏLAMƏTLƏRİ NƏLƏRDİR?
Badamcıq iltihabının ən əhəmiyyətli əlaməti udqunma zorluğudur. Bununla birlikdə yüksək atəş, boğaz ağrısı, baş ağrısı, halsızlıq, ürəkbulanma və qusma da görülər. Ağrı bəzən qulaq bölgəsinə də vura bilər. Ağız yaxşıca açılaraq diqqətli baxıldığında, badamcıqların şiştiği və qızardığı, bəzən də üzərlərində krem rəngli ləkələrin olduğu görülər. Bu vəziyyətdə mütəxəssis köməyi ala biləcəyiniz kimi evinizdə də praktik və təbii üsullarla həll tapa bilərsiniz. Bir stəkan qaynadılmış və soyudulmuş suyun içinə, bir şirin qaşığı karbonat atıb, 6-7 damla tentürdiyot damladın. Bildiyimiz qulaq kürdanına yenə bir damla tentürdiyot damlatarak, əvvəlcə uşağınızın ya da özünüzün iltihablı boğaz bölgəsini təmizləyin. Daha sonra problemli boğaza qarqara edin.
PRAKTİK bitki mənşəli düsturu:
* Kəklik, evkalipt, cökə, itburnu, ebegümeci, böyürtkən, adaçayı, əsəbi ot və kayışkıran kimi bitkilərin hamısı ya da olanlar, 2 litr isti suya bir tutam atılıb, 1 saat dəmlənir. Bu qarışığın bir gündə, su yerinə içilərək istehlak edilməsi lazımdır. * Ağız içindən badamcıqlar üzərinə duz sürülürse iltihabı boşaldar. * Erik yarpaqları qaynadılıb, su ilə qarqara edilər. * 1 stəkan suya 1 qaşıq döyülmüş kenevir qoyulur. 10 dəqiqə gözlədilib 1 gündə istehlak edilərək içilir..1 stəkan qaynar suya, 10-12 qram adaçayı qoyulub, 5 dəqiqə qaynadılır. Yaranan qarışıqla boğaz qarqara edilər.
Kainat dükanına Təklif BitkilərKarahindiba (Taraxacum officinale): Badamcıq iltihabı üçün, 30 qr. karahindiba kökünü 500-750 ml suda, suyun yarısı buharlaşıncaya qədər yavaş yavaş qaynadın və üçün.Böyürtkən (Rubus): Böyürtkən kökləri ən köhnə badamcıq iltihabı dərmanıdır.Adaçayı (Salvia officinalis): Badamcıq iltihabının müalicəsi üçün isti qarqara edilməsi uyğundur. Bitkiyə bu xüsusiyyətini verən şey, rahatlaşdırıcı və sıkıştırıcı bir təsiri və antimikrobiyal xüsusiyyəti olan tanninlər.Sarımsaq (Allium sativum): Sarımsaq badamcıq iltihabı daxil olmaq üzrə hər cür boğaz iltihabına qarşı son dərəcə təsirli bir bitkidir. Urolog Dr. James Balch və arvadı diplomalı bəslənmə mütəxəssisi Phyllis, həm boğaz ağrısı həm də badamcıq iltihabı üçün, gündə iki sarımsaq kapsulası tövsiyə edir.
Həzrət Əli (ə) buyurur:
Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.
Həzrət Əli (ə) buyurur:
Az tapılır ki, insan qarınqulu olduğu halda, xəstələnməsin.
Həzrət Əli (ə) buyurur:
Hər kəsin dəyəri onun biliyi qədərindədir.
İmam Sadiq (ə) buyurur:
Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.
İmam Sadiq (ə) buyurur:
“Oardaşına quyu qazan özü düşər.
İmam Sadiq (ə) buyurur:
Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.
İmam Sadiq (ə) buyurur:
Mömin başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.
İmam Sadiq (ə) buyurur:
Dolanışıqda orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.
Həzrət Əli (ə) buyurur:
Çox vaxt bir saatlıq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranır.
Həzrət Əli (ə) buyurur:
Özünü islah etməyən şəxs başqasını necə islah edə bilər?!
Həzrət Əli (ə) buyurur:
Qəlbini dünya məhəbbəti tutan kəs Allah sevgisini necə iddia edə bilər?!
Həzrət Əli (ə) buyurur:
Nadanlığın sübutu üçün insanın özündən razı olmağı yetər.
Həzrət Əli (ə) buyurur:
Hədsiz zarafat abır-həyanı aradan aparır və düşmənçiliyə səbəb olur.
Həzrət Əli (ə) buyurur:
Hədsiz zarafat axmaqlıq nişanəsidir.
Həzrət Əli (ə) buyurur:
Kömək etdiyin kimi kömək görərsən.
Həzrət Əli (ə) buyurur:
Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur.
Həzrət Əli (ə) buyurur:
Çox gülənin qəlbi ölər.
Həzrət Əli (ə) buyurur:
Başqalarının eyblərindən danışan kəs əvvəlcə öz eyblərindən başlamalıdır.
Həzrət Məhəmməd (s) buyurur:
Özün üçün bəyənmədiyini başqaları üçün bəyənmə. Özün üçün istədiyini qardaşın üçün də istə.
Həzrət Məhəmməd (s) buyurur:
Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.
İmam Həsən (ə) buyurur:
Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.
İmam Həsən (ə) buyurur:
Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.
İmam Həsən (ə) buyurur:
Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.
İmam Həsən (ə) buyurur:
İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.
İmam Həsən (ə) buyurur:
Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.
İmam Həsən (ə) buyurur:
Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir.
İmam Həsən (ə) buyurur:
Elminizi başqalarına öyrədin və başqalarının elmini öyrənin.
İmam Həsən (ə) buyurur:
Ağılın kamilliyi xalqla xoş münasibətdə olmaqdır.
Həzrət Məhəmməd (s) buyurur:
Xoş o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna görə, möminlərdə eyb axtarmaqdan uzaqdır.
Həzrət Məhəmməd (s) buyurur:
Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.
Həzrət Məhəmməd (s) buyurur:
Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.
Həzrət Məhəmməd (s) buyurur:
İsrafçılıq yaxşı deyildir, amma yaxşı işdə israf yoxdur.
Həyatın çətinlikləri - Həyatın çətinlikləri qarşısında islamda
Həzrət Səccad (ə) zəmanəsinin çətinliklərindən Allaha pənah aparırdı. Çünki dünya heç bir zaman çəkişmələrdən və bəlalardan uzaq olmaz. Onların ən kiçiyi - xəstəlikdir. İnsanın cismi dərd və ağrı ilə həmdəm olar. Bəzən də xəstəlik ölümə qədər ondan əl çəkməz. Bu həqiqət dünyanın sonuna qədər davam edər.
Bəzən dünya insana xəstəlik kimi bəla gətirər, bəzən də onu maddiyyat burulğanında fırladar, bəzən də övlad və yaxınlarının acı ilə imtahana çəkər. Əyyub (ə) peyğəmbərə də dünyanın ən pis bəlalardan biri nazil olmuşdu. Allah Təala onun haqqında buyurur: Və Əyyubu – onun «Mənə xəstəlik, çətinlik və bəla üz verib və Sən mehribanların ən mehribanısan» (deyə) Rəbbini səslədiyi zamanı (yada sal)! Biz onun duasını qəbul etdik, içində olduğu çətinlik və bəlanı ondan uzaqlaşdırdıq və ona rəhm etmək və (digər səbrli) abidlər üçün ibrət olsun deyə onun (hadisələr nəticəsində həlak olmuş) adamlarını və onlarla birlikdə bənzərlərini ona əta etdik. (“Ənbiya” 83-84).
Allah Təala bizə Əyyubun (ə) macərasını bəyan edərək, ondan ibrət götürməyimizi istəyir. Yəni, bizim də Əyyub (ə) kimi səbr və dözüm nümayiş etdirməyimizi istəyir. Necə ki, o, dünya və axirətdə bu bəlaya dözərək mükafat əldə etmişdir, bizim də onun kimi olmağımızı istəyir. Çünki, insan çətinliyə düşən zaman Həzrət Əyyubu (ə) xatırlayarsa, onun çəkdiyi əziyyətləri yada salarsa, səbr qapısını aça bilər. Özünü bu çətinliklərə qalib gəlmək üçün hazırlaya bilər. Səbr hər bir peyğəmbərin çətinliklərə qalib gəlməsi üçün ən böyük silahı idi. İstəsən də, istəməsən də dünya bəla və çətinliklərlə doludur. O kəsin ki, mətanəti yoxdur, həmişə gələcəyə görə nigarandır. Ancaq o kəslər ki, səbrlidir, hadisələrdən qorxmaz.
Həzrət Peyğəmbər (s) ağrıya görə dözümsüzlük edən bir xəstəyə təbəssümlə nəzər salıb buyurur: “Möminə və onun xəstəliyi üzündən dözümsüzlüyünə görə təəccübdəyəm. Əgər mömin bu xəstəliyin çətinliyinə görə ona verilən mükafatı bilsəydi, arzu edərdi ki, Allahı ilə görüşənə qədər həmişə çətinlikdə olsun”.
İmam Sadiq (ə) buyurur: Nə zaman bir insan dərdə düçar olar, səbr etsin. Allah min şəhidin savabı qədər ona savab təyin edər.
Məsumlardan (ə) gələn hədislərdən belə başa düşülür ki, insanın behiştə çatması, dünyada olan zaman bəla və çətinliklər burulğanından keçmə keyfiyyətindən asılıdır. Yəni, əgər mömin bu çətinliklərə səbr edər və onu Allahın təqdiri hesab edərsə, İlahi imtahandan keçmiş olar. Əks halda isə bu imtahandan kəsilə bilmək ehtimalı vardır.
İmam Əli (ə) öz zəmanəsini məzəmmət edərək buyurur: “Ey insanlar! Biz küfrə qərq olmuş bir zəmanəyə tuş gəlmişik. Elə bir zəmanədir ki, yaxşı əməl sahibini pis əməl sahibi kimi tanıyarlar. Zalımlar zülmlərini artırırlar. Bildiklərimizdən faydalana bilmirik. Bilmədiklərimizi soruşmuruq. Təhlükə başımıza dəyməyincə ondan qorxmuruq.
Sonra Həzrət (ə) insanların vəziyyətini dörd hissəyə bölür:
1. Yerdə fəsad törədənlər.
2. Hökumət iğtişaşçıları.
3. Xəyanətkar münafiqlər.
4. Salehlər və təqvalılar.
Bəli, insanların bəziləri suyu çirkləndirən gilə bənzəyərlər. Bəziləri isə zülal və şəffaf su kimi cəmiyyətin iftixarı olarlar.
İmam (ə) başqa yerdə buyurur: Ruzigar bədənləri çürüdər. Arzuları təzələyər, ölümü yaxınlaşdırar. Ümidi uzaqlaşdırar. Hər kim ruzigarı əldə edərsə, əziyyətə düşər. Hər kim əlindən verərsə, qüssəli olar.
İmam Əli (ə) İmam Həsənə (ə) tövsiyə edir: “Ey oğlum! Bil ki, ruzigar simasını əvəz edir və dəyişir. Ona görə də onlardan olma ki, çoxlu məzəmmət edər və insanların yanında üzrü az olar”.
Bəs zəmanənin bu çətinliklərinə necə dözə bilərik?
İmam Sadiq (ə) belə bir tövsiyə edir: “Mömin üçün həqiqi rahatlıq yoxdur. Məgər o zaman ki, Allahla görüşər. Rahatlıq dörd şeydədir: Sükutdur ki, bu zaman qəlbin və nəfsinlə Pərvərdigarına diqqət edirsən. Xəlvətdir ki, orada zəmanənin aşkar və gizli əziyyətlərindən nicat tapırsan. Aclıqdır ki, onunla şeytani vəsvəsələri öldürürsən. Gecə oyaq qalmaqdır ki, onunla qəlbini aydın, ruhunu pak edirsən”.
Peyğəmbər əfəndimiz(s.a.s) müsəlmanların necə dua etməsini bildirən HƏDİSİ ŞƏRİFLƏRİ çoxdur. Bir neçəsi bu şəkildədir:
"YA RƏBBİ! sənə və rəsuluna itaət etməmizi və bildirdiklərinlə əməl etməmizi nəsib eylə!
YA RƏBBİ! faydasız elmdən məqbul olmayan ibadətdən və qəbul edilməyəcək duadan sənə sığınıram.
YA RƏBBİ! bildiyimiz və bilmədiyimiz bütün gözəllikləri ver bildiyimiz vı bilmədiyimiz bütün pisliklərdən qoru
YA RƏBBİ! Hər bir işimizin sonunu gözəl eylə dünya sıxıntılarından və axirət əzabından bizi qoru.
YA RƏBBİ! bizi səbredən və şükredənlərdən eylə
YA RƏBBİ! bizi dostlarına dost düşmanlarına düşman olanlardan eylə!
YA RƏBBİ! acizlikdən tənbəllikdən qorxaqliqdan və hər cür xəstəlikdən sənə söğönöram
YA RƏBBİ! işində sebat edən nimətinə şükr edən ibadətini gözəl edən və doğru danışlardan elə!
YA RƏBBİ! qüsurlarımızı ört qorxulardan əmin qıl və borclarımızı ödəməmizi nəsib eylə
YA RƏBBİ! səhhət afiyət və gözəl əxlaq ver!qəza və qədərinə rıza göstərən lərdən eylə!YA RƏBBİ!gecə və gündüz gələcək pisliklərdən sıxıntılardan pis dostdan və pis qonşudan sığınıram!
YA RƏBBİ! zülmetməkdən və zülmə uğramaqdan sənə sığınıram
bizi dünyada və axirətdə gözəllik ver və cəhənnəm əzabından qoru
YA RƏBBİ! Ölənə qədər ibadət etməmizi ,ömrümüzün xeyirli sona çatmasını nəsib eylə və Cənnətini ehsan eylə.
Rəbbin mələklərə - Mən yer üzündə canişin qərar verəcəyəm” dediyi zaman, mələklər dedilər: Fəsad və qan tökənimi qərar verirsən?!. Biz sənə təsbih, həmd və təqdis edirik, Rəbbin buyurdu: Mənim bildiyim həqiqətlər var ki, siz bilmirsiniz. (Bəqərə surəsi, ayə: 30)
İmam Sadiq buyurub: Mələk, bəşərin yer üzündəki cinayətini bilirdi. Yoxsa bəşərin yer üzündə fəsad törədəcəyini hardan bilirdi ki, Allahdan belə soruşurdu?!
Ayə və imam Sadiqdən (ə) olan rəvayətə diqqət edəndə mələklər yer üzündə olan insanların keçimişdən xəbərdardır. Onlar bəşərin yer üzərndəki cinayətlərinin və qan tökmələrinin şahidi olub. O üzdən belə bir təəccüblə Allahdan soruşurlar. Beləliklə də məlum olur ki, yer üzündə Admədən öncə insanlar yaşayıb. Bu barədə imamlardan (ə) çoxlu rəvayətər olunub ki, onlar yer üzündə Adəmdən öncə insanların yaşadığından xəbər verir.
Bu iddianı sübut etmək üçün o hədislərdən bir neçəsini nümunə olaraq sizə təqdim edirik:
Əbu Həmzə Somali imam Zeynülabidindən (ə) nəql edir:
Eşitdim ki, imam buyurdu: Güman edirsiniz ki, Allah-taala sizdən başqa insan yaratmayıb?! Həqiqətən min-min adam, min-min aləmləri yaradıb və o aləmlərdən sonuncusunda yaşayırsan.
İmam Səccad, açıq şəkildə bildirir ki, indiki insan və indiki aləmdən öncə minlərlərcəsi yaranıb.
İlk insanın və o aləmlərin yaradılışından, kim bilir nə qədər zaman keçir?!
Bu məzmunda rəvayət İmam Sadiqdən (ə) də rəvayət olunub.
İmam Baqir (ə) buyurub: Allah-təbərək və təala, yeri yaradan bəri, onda yeddi aləm yaradıb. Onalrın heç biri, Adəmin nəslindən olmayıb. Onları, torpaqdan yaratdı və bir-birinin arxasınca yer üzündə qərar verdi. Sonra Adəmi yaratdı, arxasınca da onun nəslini və övladlarını.
Diqqət etmək lazımdır ki, o yaradışlasrın birinin məhv olub digərinin yaranması arasında böyük zaman fasilələri var. Hər bir yaradışdan öncə yer, uzun müddət boş və sükunət halında olub.
Məndə şəhid olaram şeri - Məndə şəhid olaram şerin dinle
______________________
Qəribə dünyada
yaşayırıq biz...
Haqsızlıq görsək də,
Çıxmır səsimiz!...
İnsanlar,şəhərlər,
Dərdli-acılı...
***
Hətta şəhid oldu,
gözəl XOCALI!...
Mən də arzuladım,
eşqlə dolmağı...
Bu eşqin yolunda,
Şəhid olmağı!...
***
Ağrılara dözməyib,
Torla doldu gözüm də...
Yaşamaqdan bezməyib,
Şəhid oldu sözüm də;
Bir gün şəhid olaram,
inşAllah,özüm də!...
______________________
Müəllif: _Alone Girl_
Müğənni Xumar Qədimova bu dəfə həmkarlarından söz açıb. O, sənət yoldaşları barədə heç zaman pis fikir söyləmədiyini deyib. Lent. az-a açıqlama verən müğənni bildirib ki, söz-söhbətlərdən uzaqdır. Şou-biznesdə əksəriyyət dedi-qodu edir. Mənsə elə də cılız qadın deyiləm ki, həmkarlarım barəsində nəsə danışam. Hansısa ifaçı barədə gedən dedi-qodulara da münasibət bildirmirəm, öz işlərimlə məşğulam. Fərqliliyim çoxdur, səs və bir sima olaraq bənzərim yoxdur .
“Bəziləri qazandığı pulu ailəsinə, kimisi sevgilisinə, kimisi də gəzdiyi oğlana xərcləyir”. Bunu Lent .az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. O, bəzi həmkarlarının qazandıqları pulu səmərəli yerə xərcləmədiklərini söyləyib: “ Diqqət edirəm, şou-biznesdəki əksər sənətçilər pullarını lazımsız yerlərə xərcləyirlər. Mənsə İstanbul aeroportunun yaxınlığında, “Bağçalar” deyilən bir yerdə özümə ev aldım. Halal, toylarda oxuyub, zəhmətimlə qazandığım pullarla. Allah yetirdiyi ruzini ailəmə və sənətimə xərclədim. Məndən fərqli olaraq, həmkarlarımın əksəriyyəti, qazandıqları pulları sənətə ailəyə yox, başqa yerlərə xərcləyirlər”.
Xalq artisti Flora Kərimovadan yeni xəbər var. Lent .az -ın məlumatına görə, o, sözləri Xanım İsmayılqızına, bəstəsi Elçin İmanova məxsus olan “Yalan” adlı mahnısına klip çəkdirib. Rejissor Cavid İmamverdiyevin ekranlaşdırdığı klipdə ifaçının cavanlığını qızı Zümrüd canlandırıb. Klipdə mahnının bəstəkarı Elçin İmanov, Rus Dram Teatrının aktyorları Oleq Əmirbəyov və Əsgər Rəhimov da oynayıblar.
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın xəbərinə görə, dövlət başçısı iki ölkə və xalq arasında mövcud olan tarixi, mədəni, dini əlaqələrin uğurla inkişaf etdirilməsindən məmnunluğunu ifadə edib.
Prezident təhlükəsizlik sahəsində də əməkdaşlığın inkişafının xüsusi əhəmiyyət daşıdığını, bu sahədə vaxtaşırı məsləhətləşmələr aparmağın zəruriliyini vurğulayıb.
Öz növbəsində S. Cəlili Azərbaycanın onun üçün həmişə dost ölkə olduğunu, münasibətlərin inkişafında hər iki ölkənin rəsmilərinin həmişə yüksək siyasi iradə nümayiş etdirdiklərini bildirib. İranlı qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu da qeyd edib.
Görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağıntı olması ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, temperatur gecə 3-5 dərəcə, gündüz 7-10 dərəcə olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. turunun gecə 3-6, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.