Sarsın

Sarsın

Üye
10.01.1970
Genel Kurmay Başkanı
134.512
Hakkında

#18.02.2013 01:08 0 0 0
  • Konu: Qraf piroqu
    Qraf piroqu terifi ve terkibi - Qraf piroqu nece hazırlanır?

    Tərkibi:

    5 vafli korju
    mayonez
    300 q bərk pendir
    1 banka şprot
    5 yumurta
    2 x.q. xama
    göy soğan
    200 q toyuq filesi
    300 q göbələk

    Toyuq filesini duzlu suda bişirin. Yumurtaları da suda bərk bişirin.Göbələyi doğrayıb soğanla qovurun.Pendiri sürtgəcin iri gözündən keçirin.Şprotu çəngəllə əzin.Vafli korjunun üstünə şprotu döşəyin.Hamarlayın, üstünə pendiri səpin.Mayonez çəkin.Yumurtaları sürtgəcdən keçirin.Soğanı xırda doğrayın, xardal və mayonez əlavə edin, qarışdırın. Bu qarışığı vafli korjunun üstünə çəkin.Üstünə o biri korju qoyun.Toyuq ətini ətçəkən maşından keçirin. Mayonez əlavə edin, qarışdırın. Bu qarışığı korjun üstünə döşəyin.Üstünə başqa korju qoyun. Bunun üstünə soğanla qovrulmuş göbələkləri döşəyin. Sonuncu, beşinci korju üstünə qoyun. Üzərinə mayonez çəkin, sürtgəcdən keçirilmiş pendir və xırda doğranmış göy soğan səpin. Soyuducuda 2-3 saat saxlayın.

    Nuş olsun..
#18.02.2013 00:58 0 0 0
  • Noxudlu-limonlu şorba terifi ve terkibi - Noxudlu-limonlu şorbanın hazırlanması

    Tərkibi:

    350 q noxud
    1 iri baş soğan
    150 ml zeytun yağı (yaxud başqa bitki yağı)
    2 x.q. un
    cəfəri
    0,5 limon
    duz
    istiot

    Noxudu gecədən suda isladın.

    Səhəri gün suyu süzün, noxudu bir neçə dəfə soyuq axar suyun altında yuyun. Aşsüzənə qoyub azca qurudun. Soğanı xırda doğrayıb dərin tavada zeytun yağında qızılı rəng alanadək qovurun. Noxudu əlavə edin, birlikdə bir neçə dəqiqə qovurun, qoz iyi gələndə ocaqdan götürün.

    Noxudu qazana tökün, üstünə 2 barmaq çıxana qədər su tökün, qaynara düşəndə qazanın qapağını örtün, vam odda 1-1,2 saat bişirin (noxud yumşalanadək).

    Bişənə yaxın limonun yarısının şirəsini sıxın (bütöv limondan da istifadə etmək olar), 2 x.q. unla eynicinsli kütlə alınanadək qarışdırın.

    Noxudun bir hissəsini qazandan çıxarın, blenderdən keçirin, qazana qaytarın, unlu limon şirəsini qarışdıraraq əlavə edin, doğranmış cəfəri səpin, daha 5 dəqiqə bişirin, şorbanı ocaqdan götürün.

    Nuş olsun..
#18.02.2013 00:56 0 0 0
  • Balqabaq şirniyyatı terifi ve terkibi - Balqabaq şirniyyatın hazırlanması

    2,5 kq balqabaq
    3 stəkan şəkər
    1 stəkan bəkməz
    1 stəkan xırdalanmış qoz
    200 qr qaymaq

    Balqabağı dilimləyin. Qabığını soyub 4 sm uzunluğunda doğrayın. Bişirəcəyini qaba bir qat düzün. Üzərinə şəkər tökün. Bu əməliyyat bir daha həyat keçirin. Onları bir gün və ya 7-8 saat sərin yerdə saxlayın. Daha sonra qazanı vam atəşdə yumşalana qədər bişirin.

    Sonra 5 dəqiqə qabın ağzını açıb yükzəs qazda qaynadıb suyunu çəkdirin. Sonra üzərinə bəkməz tökün. Qapağı bağlayıb daha 5-6 dəqiqə bişirin. Qazdan götürüb soyudun. Servis ediləndə üzərinə qoz, yanına isə qaymaq qoyun.

    Nuş olsun..
#18.02.2013 00:54 0 0 0
  • Pomidor souslu qızardılmış balqabaq dilimlərin terifi ve terkibi

    4 porsiya üçün
    1 kq balqabaq
    Qazırtmaq üçün bitki yağı
    80 q un
    1 ç.q. qırmızı istiot
    0,5 ç.q. pulbibər
    Duz
    Sous üçün:
    4-5 pomidor
    1-2 x.q. zeytun və ya bitki yağı
    1 diş sarımsaq
    Şüyüd və cəfəri
    Şəkər tozu (zövqə görə)

    Balqabağı yuyub 1 sm qalınlığında uzun doğrayıb qabığından ayırın. Qazanda un, qırmızı istiot, pulbibər, duzu qarışdırın. Balqabaq dilimlərini duzlayıb un qarışığında 5-10 dəqiqə saxlayın. Unun qalığını çırpın. Tavada 2 x.q. yağı isidib dilimləri 5-7 dəqiqə orta odda qızılı çalar alana qədər qızardın.

    Hər iki tərəfini qızartdıqdan sonra qabağın bişib-bişmədiyini çəngəllə yoxlayın. Sousu hazırlamaq üçün pomidorları kub şəklində doğrayın. Göyərtini yuyub qurudun. Sarımsağı xırda doğrayın. Tavada 1 x.q. zeytun və ya bitki yağını isidib pomidorları əlavə edin. Duz, istiot vurun, sousu qaynadın, odun altını azaldın, 10-15 dəqiqə bişirin. Hazır olana yaxın duz, şəkər tozu, göyərti, sarımsaq qatın. Boşqaba əvvəlcə sousu, üstündən də qızardılmış dilimləri qoyun.

    Nuş olsun..
#18.02.2013 00:52 0 0 0
  • Balqabaqlı püre-şorba terifi ve terkibi - Balqabaqlı püre-şorbanın hazırlanması

    1 litr su
    1 kq balqabaq (ləti)
    1 soğan
    1-2 diş sarımsaq
    30-50 q kərə yağı
    100 ml qaymaq
    2 x.q. bitki yağı
    100 q qoyun əti
    1/3 ç.q. şəkər tozu
    Duz, istiot

    Balqabağı qabığından təmizləyib kub formasında doğrayın. Soğanı da xırda doğrayın, sarımsağı isə sarımsaqəzəndən keçirin. Qazanda əvvəlcə kərə və bitki yağını əridin, soğanı əlavə edib duz, istiot vurun və bir az qovurun. İstəyə görə soğana kəklikotu da əlavə edə bilərsiniz bu, şorbaya xüsusi dad qatacaq. Sonradan qazana sarımsağı da əlavə edib qovurun.

    Balqabaq kublarını əlavə edib üzərinə bir qədər şəkər toxu səpin. 5-6 dəqiqə arabir qarışdıraraq qovurun. Sonra 1-1,2 litr su əlavə edib qaynamağa qoyun. Aşağı odda 20 dəqiqə ərzində, balqabaq yumşalana qədər bişirin. Şorbanı blenderdən keçirin, qaymaq da əlavə edib duz, istiot vurun. Süfrəyə verərkən şorbanın üzərini bişirilmiş ətlə də bəzəyə bilərsiniz. Bundan ötrü can ətini qızılı rəng alana qədər tavada yağsız qazardın.

    Nuş olsun..
#18.02.2013 00:51 0 0 0
  • Qadınlar - İdeal qadın - İdeal qadın cümlələrin oxu

    Bilirsizmi kişilərin ürəyindən nələr eşitmək keçir? Gəlin ideal qadının ifadələrin eşidək:

    * Eybi yox, palçıqda ilişib qalmağımızın heç bir eybi yoxdur. Mən indi enib, maşını itələyərəm.
    * Bu gün altıncı gündür əzizim, mən anam gilə gedim, sən isə dostlarınla gəzməyə get, dincəl , kef elə.
    * Yox, şoppinqdə nə işimiz var ? Gəl popkorn alaq, futbola baxaq.
    * Yox bu şuba çox bahalıdır. Mənim köhnə şubam hələ köhnəlməyib. Aldığın çantaylada uyğun gəlir.
    * Mən ütümüzü özüm təmir etdim. Bu çox əladır.
    * Get siqaretini çək. Mən oboyları vuraram.
    * Mən kartof torbasını özüm apararam, sən pivələri içəri gətir.
    * Sənin gecələr xoruldamağın mənə çoox xoş gəlir.
    * Bu seryallardan xeyir yoxdur, idmana baxaq.
    * Necə yəni? 100 qram vurmamış yeməyə başlama.
    * Sənin ev boyu dağılmış iylənmiş corablrın çox cazibədardırlar.
    * Yaxşı sən dostlarını evə çağır, kef edin. Mən bağçada iş görürəm.
    * Yox sənin mənimlə JEK ə gəlməyinə ehtiyac yoxdur. Özüm gedərəm.
    * Bəlkə gəzməyə tək çıxasan? MƏnim nə işim var.
    * Siqaretin külünü yerə tök. Təmizləyərəm.
    * Sən yatan müddətdə maşınımızı yudum, quruladım. İçində qadın əşyası var idi. Bax əzizim, hər adamı otuzdurma. Abırlısın otuzdur maşına.

    Alıntı..
#18.02.2013 00:45 0 0 0
  • Qadınlar - Qadınların düşmeni olan nedir?

    İngilətərədə 2200 adam arasında aparılan araşdırma nəticəsində maraqlı bir fakt ortaya çıxıb.

    Araşdırma zamanı arıq görünmək istəyən bir çox xanımların psixoloji problem yaşadığı məlum olub. Belə ki, qadınlardan aynaya baxdıqda özlərini necə hiss etdikləri soruşulub. Nəticədə onların çoxu normal çəkiyə sahib olsalar da, özlərini kök gördüklərini söyləyiblər. Normal çəkiyə sahib xanımlardan yalnız 100-də 13%-i aynaya baxarkən özlərini sevdiklərini deyiblər, 6%-i isə incə olduqlarını etiraf ediblər. Əslində isə araşdırmaya qatılan qadınlardan yalnız 100-də 17%-i kök olaraq müəyyənləşdirilib.

    Maraqlısı isə budur ki, eyni araşdırma kişilər arasında da aparılıb və nəticə tam fərqli olub. Belə ki, onların əksəriyyəti öz vücudundan razı olub və yalnız 6%-i arıq olduqları halda, aynada özünü kök görüb.

    Qeyd edək ki, həddindən artıq arıqlamaq anoreksiya xəsətliyinin yaranmasına səbəb olur. Hətta öz formasını qorumağı qarşısına məqsəd qoyan bəzi modellər də məhz bu xəstəlikdən dünyasını

    Alıntı..
#18.02.2013 00:41 0 0 0
  • Qadınlar - Qadın dünyası - Qadınların Əsl Söyləmək İstədikləri Nedir?

    Qadınlar bəzən izah etmək istədiklərini açıqca söyləyə bilməz; işdə qadınların söyləmək istədiyi bir neçə şey...



    Yaxşı - Bu qısa və dəqiq sözlə əslində çox şey izah edər qadınlar. Sinir və bezginlik mənasını verər.

    Necə İstəsən - Əslində qadınlar necə istəsə elə olar, yalandır.

    Anlayıram - Xeyr anlamıram deməkdir. Anlamayacaqları da qətidir.

    Hmm Hm - İzah et izah et həyəcanlı olur demənin qadın tərəfindən versiyasıdır

    Bilməm Ki - Əslində bilərəm hətta yalnız mən bilərəm amma yenə də sən bilərmisən kimi olsun deməkdir.

    Hər nədirsə (nəysə) - Keçdi, olan -olub deməkdir.

    Heç - Nəyin var sualının ən məşhur cavabıdır. Və böyük yalandır.

    Lütfən - Ya dediyimi edərsən ya da yanarsan deməkdir.

    Həyatım - Bir şey istənərkən deyilən ən məşhur sözdür. Vurğulara görə mənası dəyişər təhdid ehtiva edər.

    Mən Bəyənmədim - Xüsusilə gözəl bir qadın təriflənsə eşidilər. Əslində çox gözəl Allah qəhr etsin deməkdir.

    Beş Dəqiqə - Ən az 1 saat deməkdir

    Tamam - Heç yaxşıya əlamət deyil.

    Yox Bir Şey - Bir şey var amma sən anlamazsan deməkdir.

    Sağ ol - Lütf etdin deməkdir. Dəqiq.

    Ehtiyac yoxdur - Artıq heç bir əhəmiyyəti yox unut getsin deməkdir.

    Amaaan - Axmaqlamanın qisasıdır.

    Eləmi? - Sondakı "i" bir az uzunsa ciddi təhdid saxlayar. hələ bir də tək qaş qalxmışsa qaçın.

    Yanılırsan - Dəqiq şəkildə hirslilik ifadə edər. Gizlidən gizliyə də deyil qətiliklə yanılırsınız.

    Tamam Tamam - Baxarıq deməkdir. Sən kəs səsini yetər mənasını verər.

    Haqlısan - Haqlı filan deyilsən də yetər ki dava çıxmasın susaq deməkdir.

    Ehtiyac yoxdur - Həm də necə gərək var!

    Alıntı..
#18.02.2013 00:37 0 0 0
  • Qadın ailemi - Göz qələmi - Göz qələmindən necə istifadə edilmesi haqqında

    Göz makiyajı haqqında bilməniz lazım olan 17 əsas nöqtə...

    1. Qaşlarınızın daha qalın, diqqətə çarpan görünməsini istəyirsinizsə, göz qələminizi qaş qələmi olaraq istifadə edə bilərsiniz.

    2. Tünd rəng teniniz bitdisə qara, boz və qəhvəyi rəngli qələmləriniz ilə göz qapağını boya və bir pambıq köməyiylə gozunuze yayın .

    3. Keçici döymə etmək üçün göz qələmini istifadə edə bilərsiniz. Tək etməniz lazım olan istədiyiniz şəkli çəkmək.

    4. Pişik gözlərə sahib olmaq üçün çəkdiyiniz qələmi göz bitimindən gicgahlarınıza doğru uzatmanız kafi.

    5. Yaponlar kimi qıyıqgözlərə sahib olmaq istəyirsinizsə, göz qələminizi üst və alt kirpiklərinin ortasından başlayıb göz bitiminə qədər çəkin.

    6. Əgər ağbənizsinizsə , qəhvəyi rəng göz qələmi çəkərək üz xəttlərinizi yumşalda bilərsiniz.

    7. Gözlərin böyüksə, iç qisimlərinə qələm çəkərək onları daha kiçik göstərə bilərsiniz.

    8. Gözlərinizi daha böyük göstərmək istəyirsinizsə, alt-üst ətrafına qələm çəkməniz kafidir.

    9. Gözlərinin çəkik görünməsini istəyirsinizsə, göz mənbəsindən başlayıb gözün bitmə xəttinə qədər qələm çəkməlisiniz.

    10. Gözlərinin xarici qisiminə qələm çəkməniz, baxışlarınızın daha mənalı olmasını təmin edər.

    11. Göz qələmini çəkdikdən sonra bir qulaq çubuğu ilə xətti yaymağı təcrübə edin. Beləcə buğulu baxışlara sahib ola bilərsiniz.

    12. Alt göz qapağına ağ qələm çəksəniz, gözlərinin daha parlaq görünməsini təmin edə bilərsiniz.

    13. Gözlərin bir-birindən uzaqsa, göz ortasından göz mənbəsinə qədər alt və üst qisiminə qələm çəkməlisiniz.

    14. Gözlərin bir-birinə yaxınsa, ortasından göz sonuna qədər alt və üst qisiminə qələm sürməlisiniz.

    15. Qaşlarınızı daha uzun göstərmək istəyirsinizsə, uyğun rəngli bir göz qələmi ilə qaş xətti uzada bilərsiniz.

    16. Rəngli gözlüsünüzsə, rəngli göz qələmləri istifadə etməyi sınayın. Mavi, yaşıl tonlarındakı qələmlər baxışlarınızı yumşaldar.

    17. Yalnız üst kirpik diblərinə qələm sürməniz, gözlərinin daha gözəl görünməsini təmin edər.

    Mənalı baxışlar üçün eyeliner

    Eyelineri sürmək çətindir və təcrübə istər. Bu vaxt kirpik üçün tuşla birlikdə gözləri ortaya çıxarmaq üçün birə-birdir. Eyeliner gözlərin daha çox diqqətə çarpmanını təmin edər və daha böyük görsənərsiz.

    Düzgün bir şəkildə eyeliner sürmək üçün diqqət yetirilməsi lazım olan qaydalar :

    - Xaricə doğru qalınlaşan incə bir xətt, bir-birinə yaxın olan gözlərin geniş dayanmasını təmin edər.

    - Eyeliner gözün bitdiyi nöqtədən ən çox bir millimetr kənarda bitməli, daha çox
    uzadılmamalıdır.

    - Üst kirpiklərin dərhal üzərinə çəkəcəyin incə bir xətt gözləri təbii olaraq
    daha çox diqqət mərkəzində edər.

    Eyelineri üst göz qapağı üzərində gözlərə yaxın bir şəkildə və tək başına istifadə edə bilərsiniz. Bu, yaz üçün də uyğun olacaq.

    - Eyeliner sürərkən xaricdən içə doğru çək və boyanın gözün iç qisimindən çox xarici qisimində diqqətə çarpan olmasına özən göstərin.

    - Gözünüzün içinə eyeliner ya da qələm çəkməyin, infeksiyaya səbəb ola bilər.

    Alıntı..
#18.02.2013 00:34 0 0 0
  • Qadın dünyası - Cazibədar görünməyin sirri nededir?

    Sizin üçün vacib olan bir kişi ilə görüşə haqzırlaşırsınız... Ona yaxşı təsir etməyin yollarını bilirsinizmi?

    Bunun üçün ona nələrin təsir etdiyini və nələrdən xoşu gəldiyini öyrənməlisiniz. Danışıq tərziniz, geyiminiz və özünüzə inamınızla ona təsir edən amillərdir.

    Hazırlıqlı olun

    Başqalarına təsir etməyin ən yaxşı yolu öz üzərinizdə işləməkdir. Hər şeydən əvvəl özünüzü bəyənin. Əgər özünüzü gözəl və cazibədar hesab etmirsinizsə, bir kişinin sizi bəyənməsini heç vaxt gözləməyin. Özünüzü gözəl hesab etmək üçünsə geyimə, parfüma fikir verməli, rahat davranışlar sərgiləməli, bir sözlə hər şeyə diqqət etməlisiniz. Bunları etsəniz, özgüvəni geri qaytara bilərsiniz.

    Özünüz olun

    Cazibədar olmağın ən vacib qaydalarından biri özünüz kimi olmanızdır. Onun sevdiyi işləri görmək məcburiyyətində deyilsiniz. Hər şeyi birinci növbədə özünüz üçün edin. Təbii olun. Kişilər həm təbii və səmimi davranan qadınlardan xoşlanır. Bu onlara daha cazibəlıi gəlir.

    Nə geyinməli?

    Vacib görüş üçün bədən quruluşundakı səhvləri və artıq kiloları göstərməyən diz altı geyim yaxşı variant hesab edilir. Dekoltəni ancaq bir yerdə istifadə etmək lazımdır. Sadə geyimlər seçərək üz gözəlliyinizi ortaya çıxara bilərsiniz. Unutmayın, ilk görüş çox vacibdir.

    Düzgün seçilmiş cümlələr

    Qarşınızdakı insanla münasibət quracaqsanız, danışıq tərzi və istifadə etdiyiniz sözlər vacibdir. Ona romantik sözlər deyib, cinsi olaraq təsir etmək istəyirsinizsə, qulağına ehtiraslı sözlər deyə bilərsiniz.

    Bədən dili

    Başdan çıxarmaq üçün bədən dili çox vacibdir. Sevgilinizi başdan çıxarmaq istəyirsinizsə, bədən dilini yaxşı istifadə etməlisiniz. Göz təması ilə demək istədiklərinizi hiss etditrin.

    Alıntı..
#18.02.2013 00:31 0 0 0
  • Hz. İsmayıl (ə.s) - İslam dini

    Hz. İsmayıl Qurani Kərimdə adı zikr edilən peyğəmbərlərdən biridir. Ona həm də "Allahın qurbanı" mənasına gələn "Zebihatullah" da deyilir. İsmayıl Hz. İbrahimin Həcərdən olan böyük oğludur. Quranda on iki yerdə adı zikr edilmiş və eyni zamanda da Hz. İsmayıla vəhy endirildiyi bildirilmişdir (əl-Bəqərə, 2/136; Ali İmran, 3/84; ən-Nisa, 4/163). Qurandan Hz. İsmayılın atası Hz. İbrahim və Hz. İshaq ilə birlikdə Yaqub (a.s) peyğəmbərin əcdadlarından biri olduğu (əl-Bəqərə, 2/133) və İsmayılın (a.s.) atası İbrahim (a.s.) ilə birlikdə Kəbənin təməlini qoyan və Onun təmizliyindən məsul kəslərdən olduğu məlumdur (əl-Bəqərə, 2/125 və 127).

    Hz. İsmayıl Məkkədə yaşayan Cürhümilərin uşaqları ilə böyümüş və onlardan ox atıcılığını öyrənmişdir. Əsləm qəbiləsindən bir qrup, yarış üçün ox atışarkən Muhəmməd Peyğəmbər (s.ə.s) onlara belə demişdir: "Ey İsmayıl oğulları! Ox atın, sizin təyin edildiyiniz də mahir bir ox atıcısı idi" (Buxari, Ənbiya, 12). Hz. İsmayıl yaxşı bir atıcı və ovçu idi. Məkkənin haram bölgəsinin xaricində ova çıxmağı və ata minməyi, vəhşi atları əhliləşdirib minməyi çox sevərdi. Peyğəmbər (s.a.s.): "At əldə edin! Onu miras olaraq alın və miras olaraq buraxın! Çünki bu sizə atanız İsmayılın mirasıdır" (Əbul-Fida, əl-Bidaye vən-Nihayə, l, 192) buyurmuşdur. Hz. İsmayıl ərəb dilini çox gözəl danışan bir insan idi.

    Hz. İbrahim Allah Təalanın əmriylə xanımı Həcər və oğulu İsmayılı Fələstindən alıb Hicaza apardı. Hz. İsmayıl hələ süddən kəsilməmişdi. Kəbənin daha sonra tikildiyi yerə yaxın bir yerdə böyük bir ağacın yanında, özlərinə bir dağarcıq xurma və bir az su qoydu. O zamanlar hələ Məkkə şəhəri qurulmamışdı, hər tərəf kimsəsiz idi. Hətta su da yox idi. Hz. İbrahim dönüb gedərkən Həcər, "Ey İbrahim, bizi bu kimsəsiz və susuz vadidə buraxıb hara gedirsən?" dedi. Cavab gəlməyincə Həcər təkrar: "Ey İbrahim! Bizi burada buraxmağını sənə Allahmı əmr etdi?" deyə səsləndi. Hz. İbrahim, "Bəli, Allah əmr etdi" deyincə, Həcər: "Elə isə Allah bizə yetər, bizi o qoruyar" deyərək Allaha təvəkkül etdi. İbrahim üzünü belə dua etmişdir: "Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə (belə etdim). İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara (növbənöv) məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər" (İbrahim, 14/37).

    Aradan günlər keçdi. Yanlarındakı su və xurma bitdi. Ətrafda bir kəs yox idi, uşaq susuzluqdan ağlayırdı. Həcər su axtarışına başladı. Səfa təpəsinə çıxdı, ətrafa baxsa da bir kimsəni görə bilmədi. Qaçaraq Mərvaya gəldi, ətrafına baxdı, kimsəni görmədi. Bir qurtum su tapmaq üçün Səfa ilə Mərva arasındakı bu gediş gəlişi yeddi dəfə təkrar etdi. Yeddinci dəfə Mərvaya çıxanda indiki Zəmzəm quyusunun tapıldığı yerdə bir mələk gördü. Ayağının dabanıyla yeri eşələyirdi. Oradan su çıxmışdı. Digər bir rəvayətə görə isə uşaq ayağı ilə (və ya əli ilə) qumları eşələməyə başlamış və oradan bir su çıxmışdır. Həcər gəlib sudan özü də içdi, uşağına da içirtdi.

    Həcər suyun havayı yerə axmasının qarşısını almaq məqsədilə suyu mühafizə etməyə çalışır, bir tərəfdən də ovuclarıyla tuluğunu doldururdu. Hz. Peyğəmbər (s.ə.s.) bunu belə izah etmişdir: "Allah İsmayılın anası Həcərə rəhmət etsin! Əgər o Zəmzəmi öz halına buraxsaydı, suyu ovuclamasaydı, şübhəsiz ki, Zəmzəm axar bir qaynaq olardı" (Buxari, Ənbiya, 9).

    Hz. İbrahim vaxtaşırı Şamdan gəlib oğulunu və xanımı Həcəri ziyarət edərdi. Bir dəfə yuxusunda oğulu İsmayılı qurban etdiyini görmüşdü. Yuxu üç gecə eynilə təkrarlama edincə Hz. İbrahim vəziyyətini oğuluna açıb: "Ey oğlum, yuxumda səni qurban etdiyimi gördüm, buna nə deyərsən?" dedi. Hz. İsmayıl; "Atacan, əmr olunduğu şeyi et, İnşallah məni səbr edənlərdən görəcəksən" - deyə cavab verdi (əs-Saffat, 37/102). Hz. İbrahim və İsmayılın bu təslimiyyətini Allah mükafatlandırdı. İsmayılın yerinə böyük bir qurbanlıq verdi (əs-Saffat, 37/107).

    Həcərin suyu tapmasından sonra Məkkə vadisindən keçən Cürhümilərdən bir dəstə adam vadinin üstündə bir quş gördülər. Bu quşun su olan yerdə uçduğunu başa düşən Cürhümiler daha əvvəllər bu vadidə suyun olmadığını bilirdilər və yeni bir su mənbəyinin tapıldığını düşünərək, xəbəri təsdiqləmək üçün içlərindən bir nəfəri ora göndərdilər. Həqiqətən, burada bir su mənbəyinin olduğunu təsdiqləyincə gəlib bu suyun ətrafında yerləşmək üçün Həcərdən izn istədilər. Sudan bir haqq iddia etməmək şərtiylə Hz. Həcər onlara icazə verdi. Hz. İsmayıl fasih ərəbcəni bunlardan öyrəndi, gənclik yaşına çatanda Cürhümilərdən bir qızla Hz. İsmayılı evləndirdilər. Bu evlilikdən sonra Hz. Həcər vəfat etdi.

    Hz. İbrahim oğulunun vəziyyətini öyrənmək Məkkəyə gəldi, lakin onu evdə tapa bilmədi. Hz. İbrahim Hz. İsmayılın xanımından onun harada olduğunu soruşduqda qadın dedi:"Bizim üçün yeməyə bir şey ovlamağa gedib". Sonra Hz. İbrahim qadından dolanışıqları barədə soruşdu. Xanımı: "Vəziyyətimiz çox pisdir. Ehtiyac içindəyik" - deyə şikayət etməyə başladı. Hz. İbrahim buyurdu: "Ərin evə gəldikdə mənim salamımı ona çatdır və de ki, evinin astanasını dəyişdirsin" dedi və getdi. İsmayıl ovdan qayıdanda evə adam gəldiyini hiss edib: "Evimizə gələn olubmu?"- deyə soruşdu. Xanımı dedi: "Bəli, belə əlamətləri olan yaşlı bir kişi gəlmişdi, səni soruşdu, mən də cavab verdim. Dolanışığımızı soruşanda mən ehtiyac və yoxsulluq içində olduğumuzu söylədim". Hz. İsmayıl soruşdu: "O, sənə bir şey tövsiyyə etdimi?" dedi. Qadın cavab verdi: "Mənə buyurdu ki, sənə salam çatdırım, həm də deyim ki, evinin astanasını dəyişsin". İsmayıl (ə.s.) vəziyyəti anladı və dedi: "O gələn qoca atam idi. Səndən ayrılmamı istəyir, artıq atanın evinə dön".

    Beləcə, İsmayıl ilk yoldaşından boşandı. Bir müddət sonra Cürhümilərdən başqa bir qızla evləndi. Bir müddət sonra İbrahim (ə.s.) yenidən oğluna baş çəkmək məqsədilə Məkkəyə gəldi. Yenə İsmayıl (ə.s) ova getmişdi. Onu soruşanda xanımı cavab verdi: "Gedib bizim üçün yeməyə bir şey gətirsin". Sonra yaşayış tərzi və dolanışıqları barədə soruşanda qadın:"Vəziyyətimiz çoz yaxşıdır, hər çeyimiz var!" - deyib Allaha şükür etdi. Onun "Nə yeyirsiniz?" sualına "ət", "Nə içirsiniz?" sualına "Su"- deyə cavab verdi. İbrahim (a.s.) dua edib dedi:

    "Allahım, bunkarın yedikləri ətə və içdikləri suya bərəkət ver!". İsmayıl ovdan gəlincə xanımı olanları çatdırdı. İsmayıl dedi: "O gələn mənim atam idi. Sən də evimin xanımısan. Səninlə xoş rəftar etməmi mənə əmr etdi" (Buxari, Ənbiya, 9).

    Hz. İbrahimin Məkkəyə etdiyi bir səfər əsnasında Allah tərəfindən Kəbəni inşa etməsi əmr edilmişdi. Oğulu İsmayıl ilə birlikdə Kəbəni inşa etdilər (əl-Bəqərə, 2/127; əl-Haзc, 22/26-27). İsmayıl (ə.s.) daş gətirir, İbrahim (ə.s.) divar hörürdü.

    Atasının vəfatından sonra Hz. İsmayıl Hicaz xalqına peyğəmbər oldu. Bu xüsus Quran-ı Kərimdə buyrulur: " Kitabda İsmaili də xatırla! Həqiqətən, o, öz vədinə sadiq idi. O bir elçi və peyğəmbər idi. O, öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı" (Məryəm, 55-56).

    Nəql edildiyinə görə, Hz. İsmayıl atasının vəfatından qırx il sonra 137 yaşında vəfat etmiş və Həcərin Hicrdəki qəbirinin yanına dəfn edilmişdir. Hz. İsmayılın qəbri Hərəmdəki Hicr deyilən yerdədir (Əli əl-Mutteki əl-Hind toyuğu, Kenzu'l-Ummal, XI, 490).

    Alıntı..
#18.02.2013 00:29 0 0 0
  • Dini yazılarda

    Cəmiyyətdə günah hər nə qədər çox olarsa, Allah Təala insana bununla mübarizə qüvvəsi və gücü bəxş edər. Həqiqətən, Allah insanların özlərini günahdan saxlamaları üçün üzrxahlıq yollarını bağlamışdır. Hər günaha qarşı peyvənd yolunu ona öyrətmişdir. Ancaq biz insanlar bu peyvəndlərdən istifadə etmir, müxtəlif əxlaqi və etiqadi xəstəliklərə düçar oluruq.

    Dinin şirinliyini o zaman hiss edirik ki, günahın şirinliyi bədənimizdən çıxar. Qəlbimizdə olan şirinlik meyarı dəyişər. Yəni İlahi məhəbbət qəlbimizi doldurar. Əhli-beytə (ə) olan sevgimiz canımıza can qatar. Əgər belə olarsa, günahın şirinliyinə yer qalmaz. O kəs ki, dininin şirinliyini dadıbdır, ondan əl çəkməsi qeyri-mümkündür. Günahdan amanda qalmaq üçün insanın bəzi peyvəndlərə ehtiyacı vardır ki, onların bəzisinə işarə edək:

    1. Günahın zəminəsindən çəkinmək.

    Günahın zəminəsi hazır olan zaman insan batinində ona meyl etməyə başlayar. Hər bir susuz insan şəffaf və təmiz bir bulağı görən zaman ona tərəf meyl etdiyi kimi insan da günaha tərəf meyl edər. Ona görə günahın zəminəsini aradan qaldırmaq lazımdır ki, ən azı batini melyimizin qarşısını ala bilək. Bunun üçün də bəzi məsələlərə riayət etməliyik.

    a) Gözünüzə kontrol edin.

    İnsan daima gözünə kontrol etməlidir ki naməhrəmə sataşmasın. İmam Sadiq (ə) buyurur: “Göz dikmək - İblisin zəhərli oxlarındandır ki, (qəlbdə) uzunmüddətli həsrəti irs qoyar”. Naməhrəmlərin olduğu məclislərdə xüsusilə gözünüzə nəzarət etməyi unutmayın.

    b) Qulağınıza kontol edin.

    İnsan gərək onu harama tərəf çəkən sözləri eştiməkdən çəkinsin. Haram musiqi kimi, qeybət kimi.

    c) Əxlaqsız dostlardan uzaq olun.

    O dostlarınız ki, rəftar və əxlaqları ilə qəlbinizə günah salırlar, əslində sizin düşmənlərinizdir. Onlardan uzaq olmaq lazımdır. İmam Səccad (ə) buyurur: “Beş nəfərlə yoldaş və rəfiq olma: yalançı, günahkar, paxıl, axmaq və qohumları ilə rabitəni kəsən insanla”.

    2. Ölümü yada salmaq.

    İnsan əgər davamlı olaraq ölümü xatırlayarsa, qəlbindəki günahın şirinliyi aradan gedər. İmam Sadiq (ə) buyurur: “Ölümü yada salmaq - nəfsdəki şəhvəti öldürər”. İnsanın nəfsi istəkləri onun qəlbini öldürər. Günah da bu heyvani istəklərə görə edilir.

    3. Dini hifz etmək.

    İnsanın Allaha, Qiyamət gününə, məada agahlığı nə qədər çox olarsa, daha çox yaxşı əməllər görər. Daha yaxşı rəftarlar nümayiş etdirməyə çalışar.

    4. Qəlbdə olan İlahi sevgini gücləndirmək.

    İnsan əgər İlahi sevgini dadarsa, daha çox mənəvi feyzlər əldə etməyə çalışar. Bu mənəvi feyzlər isə kamil imandır. İlahi nemət haqqında təfəkkür etmək, İlahi ayələr haqqında düşünmək, Allahla dərdini bölüşmək, dua məclislərində iştirak etmək, İlahi Övliyaların dastanını oxumaq, şəhidlərin xatirələri ilə tanış olmaq - İlahi sevgini və imanı gücləndirər.

    5. Əməli fəaliyyətlər.

    Dini etiqadımızı hifz etməyin yolu İlahi vacibatlara əməl etməklə həyata keçər. İmam Baqir (ə) buyurur: “O kəs ki, elminə görə əməl edərsə, Allah onun bilmədiyi şeyləri ona öyrədər”.

    6. Günahın kökləri ilə mübarizə aparmaq.

    Kamil imana çatmağın şərti insan nəfsini günahdan uzaq tutmaqdır. İnsan hər nə qədər günahdan uzaq olarsa, mərifət toxumu daha tez vücudunda kök salar. Etiqadı daha da güclənər. Nəhayət bu ağacdan bol məhsul toplayar.

    7. İnsanın inkişaf etməsinə mane olan adətlərlə mübarizə aparmaq.

    İnsanın bəzi adətləri vardır ki, ona iman cığırında irəliləməyə mane olar. O kəs ki, çox yeməyə və çox yatmağa adət etmişdir, vacibatlarını və müstəhəblərini yerinə yetirməyə qadir olmaz.

    8. Günahın özü ilə birbaşa mübarizə.

    Günahın zəminələri ilə mübarizə ilə yanaşı günahın özü ilə də birbaşa mübarizə aparmaq lazımdır. Onun qarşısını tövbə ilə almaq olar.

    9. Dini vacibatları yerinə yetirmək.

    İmanı gücləndirməyin və inkişaf etdirməyin ən mühüm yolu - vacibatları yerinə yetirməkdir. İnsan dini vacibatları yerinə yetirərək, təqvaya və güclü imana malik olur. Təqva və imanı onu günaha batmaqdan qoruyur.

    10. Müstəhəbləri və nafilələri yerinə yetirmək.

    Müstəhəblərə əməl etmək insanı Allaha yaxınlşadırar və İlahi vilayət məqamını əldə edər.

    İslam dini ailə qurmağa çox böyük əhəmiyyət verir. Peyğəmbər (s) buyurur: “O kəs ki, evlənər, dininin yarısını hifz etmiş olar”.

    “Evlilik mənim sünnətimdir, ona görə də hər kəs mənim bu sünnətimdən üz döndərsə, məndən deyildir”.

    11. Mənəviyyatdan uzaq və dünyaya bağlı olan insanlarla oturub-durmamaq.

    Beləliklə, deyə bilərik ki, hər bir mömin hər bir şəraitdə dinini qoruya bilər. Bunun üçün nəfsini islah etməli və deyilənlərə əməl etməlidir.

    Alıntı..
#18.02.2013 00:27 0 0 0
  • Dini yazılarda - İslam dini - Ölüm zamanı insanın qarşlaşdığı hadiseler haqqında

    Hәr bir insаn dünyаdаkı әqidә vә rәftаrınа uyğun hаdisәlәrlә qаrşılаşаcаq. Әlbәttә ki, bir çох hаdisәlәr hәm mö`minlәrin, hәm dә kаfirlәrin qаrşısınа çıхır. Әlbәttә ki, fәrq kеyfiyyәtdәdir. Mәsәlәn, cаn vеrәn zаmаn mәlәklәri hаmı görür. Аmmа mö`minlәr оnlаrı bir şәkildә, günаhkаrlаr isә bаşqа bir şәkildә müşаhidә еdir.
    İnsаn cаn vеrәn zаmаn bаş vеrәn işlәrdәn biri оnun öz vаr-dövlәti, övlаdlаrı vә әmәllәri ilә rаstlаşmаsıdır. Rәvаyәtdә dеyilir: İnsаn ölüm zаmаnı mаlını, övlаdlаrını vә әmәllәrini görәr. О öz vаr-dövlәtinә dеyәr: Mәn sәni qаzаnıb yığmаq üçün çох hәrislik еtdim. Sәn mәnim üçün nә еdirsәn? Vаr-dövlәt dеyәr: Mәndәn kәfәnә еhtiyаcın оlаn qәdәr götür. Sоnrа insаn övlаdlаrınа dеyәr: Аnd оlsun Аllаhа, mәn sizi çох sеvdim, qоrudum. Siz mәnim üçün nә еdәrsiniz? Оnlаr dеyәrlәr: Sәni qәbrә çаtdırıb dәfn еdәrik. Sоnrа insаn öz әmәllәrinә dеyәr: Mәn sәnә rәğbәt göstәrmәdim vә mәnim üçün аğır оldun. Sәn mәnim üçün nә еdirsәn? Әmәl dеyәr: Rәbbinin hüzurunа çаtаnаdәk mәn qәbirdә, qiyаmәtdә sәninlә оlаcаğаm.
    Bеlәliklә, insаn hәyаtının sоn аnlаrındа аşаğıdаkı hаdisәlәr bаş vеrir: insаnı аzdırmаq üçün şеytаnın hüzuru; tәvәllа vә tәbәrrа kimi iki mühüm vәzifәni ömür bоyu yеrinә yеtirmiş mö`minlәr üçün din övliyаlаrının iştirаkı; Ölüm zаmаnı vаr-dövlәt, övlаdlаr vә әmәllәrlә görüş.

    Alıntı..
#18.02.2013 00:25 0 0 0
  • Ruhi gərginliyi azaldan qidalar nelerdir?

    YORĞUNLUQ
    Yorğunluq iştaha birbaşa təsir edən əhəmiyyətli faktordur. Tərkibində C vitamini olan meyve və tərəvəzlər yorğunluğu aradan qaldırır. Vitamin itkisinin qarşısını almaq üçün meyvələrin bişməmiş şəkildə yeyilməsi tövsiyyə edilir. Halsizlıq kimi vəziyyətlərdə bolluca kalsium da qəbuletmək lazımdır. Süd, qatıq, pendirdə bol miqdarda kalsium var.

    UTANCAQLIQ
    Utancaqlar zəngin fosfor tərkibli qidalara üstünlük verməlidirlər. Balıq və paxla yemək məsləhət görülür.

    ƏSƏBİLİK
    Əsəbi vəziyyətdə yağlı toxumlar yəni fındıq, qoz yeyilməlidir. Fındıq ən yaxşısıdır. Kafeindən isə uzaq durmaq lazımdır.

    MƏYUSLUQ
    Ənginar (El arasında Artişok kimi də tanınır) və kərəviz başımıza gələn pis vəziyyətləri unutmağa kömək edir. Psixoloji baxımdan müsbət təsir göstərir.

    Alıntı..
#18.02.2013 00:22 0 0 0

  • Acı Xatirələr dinle - Sevgi

    Sənsiz çox darıxıram!...Kəşkə burda olardın kəşkə yanımda və sənə doyunca baxardım və o zaman biraz rahatlayardım sənsiz sənlə olarkən belə darıxıram sənlə danışdığımda belə səni özləyirəm Sənsiz keçən zaman mənə çox şeyi öyrətdi səni nə qədər sevdiyimi sənə nə qədər bağlandığımı və ən əsası canımda can olduğunu səni sevdiyim üçün məni qınadılar sənin başqa dünyanin insanı olduğunu və o dünyada mənim yerimin olmadığını mən sadecə sevdim və seviləcəyimə inandım bilmirəm hələdə ilk vaxtlarda olduğu kimi sevirsən ya yox?!..Bilmirəm tək bildiyim "Sənsiz heçəm"...Sakit dünyamda təkmənim olduğum dünyama ev oldun, sevinc oldun ,xoşbəxtliyim oldun, ən əsası "Nəfəsim oldun" Sənlə nəfəs alır, sənlə nəfəs verirdim bu nəfəsi məndən alma nolar məni sənsiz qoyma!çünki uduzaram, düşərəm, sənsizliklə, məhv olaram..İndi nə edirsən? kiminləsən məni düşünürsənmi ? deyə düşünürəm həmişəki kimi cavabsız qalır suallarım və cavabsız suallarım baş alıb gedir..Səni sevməyin nə qədər acı olduğunu sənə göstərmək istəyərdim ama yaşamaq lazımdır hər şəkilinə baxdığımda özümü inandırıram ki məni sevir yox yox inanmıram ki sevməyə mənim sevdiyim adam dəyişə bilməz belə,. Mənim üçün canını verməyə hazır olan insan necə dəyişə belə dəyişdi niyəəə??:'( iki gözüm iki çeşmə olub sənin xəbərin yoxdur. Sənsiz hər keçən gün mənasız ,günlərim elə eyni ,səni uzaqdan belə görməyə razıyam bir bilsən səni necə sevirəm "Bədbəxt sevdam" hələ açılmamış gül kimi soldurdun məni də, sevgimi də..Getdin sən mənə getmək üçün gəlmişdin və sən mənə söz vermişdin getməyəcəksən deyə...Arxada yavaş,yavaş əriyən bir "Şam" buraxdın şəklindən çox başqasına bürünmüş və bir daha heç vaxt əvvəlki kimi olmayacaq bir "Şam " həqiqətəndə bir daha heçnə əvvəlki kimi olmadı Gedişinlə hər şey yarım qaldı, hər şey... Sənsizliklə yaranmış xəstəliyimə sənin belə çarə olmayacağını və mənim üçün gec olduğunu gec olsada anladım "Əlvida " sevgilim " Əlvida"

    Alıntı..
#18.02.2013 00:17 0 0 0
  • Konu: Bu da son
    Bu da son hekayesin dinle ve oxu

    Sadiqlə hərbi xidmətdə tanış olmuşdum. Elə tanış olduğumuz gündən bir–birimizə çox isinişib, sanki illərin dostuymuşuq kimi davranırdıq. Xasiyyətimizdəki oxşarlıq, fikirlərimizin çox vaxt üst-üstə düşməsi bizim ruhən yaxın olmağımızı daha da, möhkəmlədirdi. Hərbi xidmətin müxtəlif çətinlikləri, qəriblikdəki digər qayğılar bizi bir-birimizə sanki dərd ortağı etmişdi. Amma bütün bunlardan əlavə, Sadiqin simasında daim bir üzüntü hiss olunurdu. Neçə dəfə soruşsam da, nəyisə gizlətməyə çalışdığını anlıyırdım. Ailə məsələsi zənn etdim deyə, çox da israr etmədim. Hər gün Sadiqi zarafatla güldürməyə, fikrini dağıtmağa çalışsam da, bunu bacarmırdım. O sanki qəm dəryasına qərq olmuşdu. Bilirdim ki, nə vaxtsa bu halının sirrini mənə açacaq. Çünki məndən başqa dərdini bölüşəcək başqa əsgər yox idi. Elə mən də bu cür idim; nə dərdim vardısa, Sadiqlə bölüşürdüm.

    Bir gün şam yeməyi vaxtı hərbi hissənin yeməkxanasında Sadiq mənə yeməkdən sonra çayxanaya getməyi təklif etdi. Doğrusu, əsgərlər üçün təyin olunmuş bu çayxanaya ancaq nəsə almağa gedirdim, çunki çaydan əlavə, əsgər üçün lazım olan hər şey satılırdı. Siqaret tüstüsündən orada oturub çay içmək mümkün olmasa da, bəzi əsgərlərin heç vecinə deyildi. Mən də bundan ötrü orada heç oturmamışdım. Amma Sadiqin xətrinə bu dəfə etiraz etmədim. Yeməkdən sonra sərbəst vaxt verilən kimi Sadiqlə bərabər çayxanaya getdik. Sadiqin günlərdir saxladığı və onu bu qədər üzən problemini danışacağını hiss etmişdim. Belə də oldu. Sadiq “öz günahlarımın əsiri olmuşam” deyərək əsgərlikdən qabaqkı həyatı haqda danışmağa başladı:

    “Mən 10-cu sinifdə oxuyarkən bizimlə eyni binada yaşayan Sevil adlı bir qıza vuruldum. İlk dəfə idi ki, bu cür gözəl hisslər yaşayırdım. Sevgimin qarşılıqlı olması isə məni tamam göylərə uçurmuşdu. Bir sözlə, sanki dünyanı mənə vermişdilər. Məktəbdə danışırdıq yorulmurduq, evə gedən kimi də telefon qulaqdan düşmürdü. Axşamlar bloklarının qabağına gedib onu bircə dəfə görmək həvəsi ilə saatlarla pəncərələrinin qabağında dururdum. Sevib-sevilməyin şirinliyi bizi elə bir aləmə qərq etmişdi ki, özümüzdən başqa heç kimi görmür, heç nəyi vecə almırdıq.

    11-ci sinifdə oxuyanadək bu eşq macərası davam edirdi. Onu çox qısqanırdım, sinif oğlanları ilə danışmağına belə dayana bilmirdim. Bundan ötrü gündə dalaşıb-barışırdıq. Ona ümumiyyətlə heç bir oğlanla danışmamağı tapşırmışdım. Amma o isə məni qısqandırmaq üçün sinif oğlanları ilə deyib-gülüb zarafatlaşırdı. Bir gün də hirslənib özümdən asılı olmadan onun rəhmətə getmiş atasına söydüm. Ondan sonra dəfələrlə üzr istəsəm də, onun könlünü ala bilmədim. Zənglərimə cavab vermir, üzümə belə baxmırdı. O isti baxışlardan əsər-əlamət yox idi. Onun məndən tamam soyuduğunu hiss etmişdim deyə bir daha narahat etməmək qərarına gəldim. Bununla da biz ayrıldıq. Bu arzuolunmaz ayrılıq xüsusən məni yandırıb-yaxırdı. Hər an hər dəqiqə yaşadığımız o gözəl anları xatırlayıb ağlayırdım, gecələr yuxularım ərşə çəkilmişdi. Aylar keçdi və mənim əsgərlik vaxtım çatdı. Bütün dərd-qəmimi özümlə hərbi xidmətə gətirdim”.

    Bu yerdə Sadiqin sözünü kəsərək müdaxilə etdim: “Əşi bunlar hamının başına gələn şeylərdir, mən də deyirəm əlbət nəsə bir ciddi məsələdir. Boş ver getsin”.

    Sadiq yenidən söhbətə başladı: Bu hələ dərdimin kiçik hissəsidir... Mən əsgərlikdə olarkən Rusiyada olan böyük qardaşım evlənmək üçün Bakıya gəlib. Anamgil ona mənim sevdiyim qızı, Sevili məsləhət biliblər – “qonşumuzdur, gözümüzün qabağında böyüyən uşaqdır” deyiblər, qardaşım da razılaşıb. İki həftə olar nişan da olub. İndi məni gözləyirlər, əsgərliyim bitəndən sonra toyları olacaq. Bunları mənə telefonda anam sevinə-sevinə danışarkən mən qəhərdən boğulurdum. Sadiq susdu, gözləri doldu və özünü saxlaya bilməyib masadan qalxıb getdi. Mən də sanki şokdaydım. Bir müddət səssiz oturduqdan sonra bayıra Sadiqin arxasınca çıxdım. O hərbi hissənin stadionunda yalqız oturmuşdu. Yanına getdim, bir az təsəlli verdim. Sadiq isə öz növbəsində mənə durmadan bu sualları verirdi: “Axı sevdiyimin bizim evdə gəlin olmasına necə dözəcəm? Onunla keçirdiyimiz xoşbəxt anları necə unudacam? Hər dərsdən evə gedərkən qəsdən yolumuzu bulvardan salıb birgə əl-ələ tutub gəzişər, xəyallar qurardıq. Ehhh, daha nələr, nələr... Qardaşımın üzünə necə baxacam? Bu vicdan əzabıyla necə yaşayacam?” Bütün bu suallara mat-məəttəl qalıb heç nə deyə bilmirdim. Sadiqin neçə vaxtdır üzünün gülməməsinin səbəbi mənə tam aydın olmuşdu. Özüm onun yerində olsaydım, nələr edəcəyimi təsəvvür edə bilmirdim. Amma yenə də Sadiqə təsəlli verməyi özümə borc bilirdim. Hər gün onun dərdini ovutmağa çalışırdım. Beləcə aylar ötdü, biz hərbi xidməti başa vurduq. Sadiqdən əlaqə nömrəsi almağıma baxmayaraq, ona zəng çatmırdı. Sonralar xəbər tuta bildim ki, Sadiq qardaşının toyundan sonra intihar etmiş və dünyasını dəyişmişdir. Bakıya evlərinə getdim, anası elə hey “heç bilmədim balamın dərdi nə idi” deyib ağlayırdı. Deyəsən bu sirri bir mən bilirdim, bir də təzə gəlinləri...

    O hadisədən bir neçə il sonra İslami kitablarda rast gəldim ki, hər şeydə olduğu kimi, sevib-sevilməyin də həddi-hüdudları var. Bu hüdudları aşdıqda isə sonda Sadiq kimi bədbəxt olmaq ehtimalı qarşıya çıxır. İslam hər kəsə özününkü kimi dəyər verməyi tövsiyə edir. Odur ki sevərkən belə, ağlı hisslərə qurban verib həddi-hüdudu aşmamaq lazımdır. Çünki sevdiyinə qovuşub-qovuşmamaq Allahın qismətindən asılıdır. Bu gün “sevgi” adı altında müxtəlif macəralar yaşadığın qız sabah qardaşının, əmioğlunun, dostunun xanımı ola bilər. Bir ömür vicdan əzabı çəkməmək üçün bu mövzuda diqqətli olmaq lazımdır. Xüsusən indiki dövrdə gənclərə və “eşq-məhəbbətdə qərq olub” min hoqqadan çıxanlara az da olsa düşünmək və etdiklərini vicdan tərəzisinə qoymağı məsləhət görürük.

    Alıntı..
#18.02.2013 00:12 0 0 0
  • Aforizmlər - Dini aforizmlər oxu

    "Əgər Namaz qılan şəxs ALLAHın Rəhmətinin onu necə əhatə etdiyini bilsəydi, başını səcdədən qaldırmaq istəməzdi".
    - Hz. Əli (ə) -

    İnsanın hər nəfəsdə 2 dəfə şükr etməsi lazımdır. Biri nəfəs aldığı üçün, biri nəfəs verdiyi üçün. Çünki, verib almamaq var və alıb verməmək var.
    - Sədi Şirazi -

    Çox qəribədir, sevdiyimiz insanın hər yalanında bir doğru axtararkən, sevmədiyimiz insanın hər doğrusunda bir yalan axtarırıq.
    - Dostoyevski -

    Göz iki, qulaq iki, ağzımız isə təkdir. Çox görüb, çox dinləyib, az danışmaq gərəkdir.
    - Hz. Mövlanə -

    "İnsan iki insanın üzünü heç vaxt unutmaz: Ehtiyac anında yanında olanı, çətin zamanında yalnız buraxanı..."
    - Hz. Hüseyn (ə) -

    Siz nə qədər şərəfli olsanız, həyat yoldaşınız da o qədər namuslu olar!
    - Hz. Məhəmməd (s.ə.s) -

    Yalnız uşaqkən gülər insan, digərləri uydurma.
    "Çünki insan böyüdükcə gülməli olana deyil, acılara gülməyi öyrənər əslində...''
    - B. Marley -

    "Sənin səssizliyini anlamayan, yəqin ki sənin sözlərini də anlaya bilməyəcək. Demək istədiyim:
    - Yorma özünü..."
    - Elbert Hubbard -

    Bəziləri "Sevirəm" deyər, çünki, əzbərləmişdir. Bəziləri deyə bilməz, çünki, həqiqətən sevmişdir...
    - Can Yucel -

    Mənim həyatım, mənim seçimlərim,
    mənim səhvlərim, mənim problemlərim,
    mənim yalnızlığım. Yəni, qısacası sizi maraqlandırmır.
    - Charles Bukowski -

    Gözyaşım qədər dəyərlisən. Amma necə ki, gözyaşlarım gözümdən düşdü, indi sən də eləsən...
    - Pablo Neruda -

    Dünya hər kəsə yetəcək qədər böyükdür. Ona görə də başqasının yerini qapmaqdansa, çalışaraq həqiqi yerinizi tapın.
    - Charlie Chaplin -

    Mən sahib olduqlarımın dadını çıxartmağı öyrəndim həyatda. Sahib olmadıqlarımın və ola bilməyəcəklərimin kədərinə ayırmağa vaxtım yoxdur. Həyat çox qısadır...
    - Mina Urgan -

    İllərin, mənə öyrətdiyi şeylərdən biri də bu oldu: Xoşbəxtliyi tapmısansa, sorğulama...
    - Charles Bukowski -

    "Düşündüyünü de, dediyini et, etdiyinin arxasında dur. Amma diqqət et ki, öz sözlərinin altında əzilməyəsən".
    - Hz. Mövlanə -

    Bir qadının gözəlliyi, ancaq sevməyə başladığı zaman meydana çıxar.
    - La Bruyere -

    "Doğru insan, səhv zaman.
    Doğru zaman, səhv insan..
    Həyat belə oyunlar oynayar hər zaman!"
    - Paul Auster -

    "Bu dünyadakı ən çətin iş, öz-özünə sadiq qalmaqdır..."
    - F. Dostoyevski -

    Ölüm var ki, həyat qədər dəyərli,
    Həyat var ki, ölümdən də zəhərli.
    - Hüseyn Cavid -

    Bilin ki, insanın dəyərini varlığı deyil yoxluğu göstərir. Və unutmayın ki, yoxluğu bir şey dəyişdirməyənin, varlığı da gərəksizdir.
    - F.M. Dostoyevski -

    Mühüm olan yüksəklərə çıxıb həyata təpədən baxmaq deyil, mühüm olan nə qədər yüksəlsən də hər şeyə bərabər məsafədən baxa bilməkdir.

    "Zəif daim ədalət və bərabərlik istəyir, halbuki bunlar güclünün vecinə belə deyil"
    - Aristotel -

    "Kişilər öz sevdikləri qadını əsəbləşdirməyi və yenə də əsəbləşdirməyi sevirlər."
    - Marqaret Tetçer -

    "Dost itirmək" deyə bir şey yoxdur. Sadəcə həqiqətən yanında kimlərin olub kimlərin olmadığını anlayarsan. Buna da itirmək deyilmir...

    "Getmə deyə biləcək qədər güclü olmalı insan həyatda. Çünki heç kəs itirdiyini unuda biləcək qədər güclü deyil, əslində..."
    - Victor Hugo -

    Xatirə şirin də, acı da olsa, hər zaman iztirab verir insana...
    - Fyodor Dostoyevski -

    "Bəzən elə danışacaqsan ki qarşındakı cavab verə bilməyəcək. Bəzən də elə susacaqsan ki, qarşındakı danışmağa belə cəsarət edə bilməyəcək".
    - Gabriel Garcia Marquez -

    Çox insan iyirmi yaşında ölər,
    amma səksən yaşında basdırılar.
    - Robin Sharma -

#18.02.2013 00:10 0 0 0
  • Dini şer - Allahım bir təkdir şerin dinle

    Allahim bir təkdir
    Oda Əkbərdir
    Mənim öz Allahım bağışlayandir
    Allahım mən heyran olayım Sənə

    Qurbanın olanda kəsginən qurban
    Dinimin kitabı muqəddəs Quran
    Unudma Allahı sən gözəl insan
    Allahım mən qurban olum Sənə

    İlahi bağışla günahlarımı
    Allahım çox sevir musəlmanını
    İtirmə İslama qarşı inamı
    Vaxtında güvəndim İlahi Sənə

    Çox gözəl adları vardır Allahın
    Nə gözəl kəlamı vardır İmamın
    Səcdəsi uzundur İmam Səccadın
    Nə gözəl səcdələr edilir Sənə

    Alıntı..
#18.02.2013 00:08 0 0 0