888888

888888

Üye
13.08.2010
Astsubay
8.550
Hakkında

  • Eroğlu İsmi Akrostiş Şiir

    Elimde değil seni çok seviyorum
    Riyakar olman mutsuz eder
    Olamam bu aşksız

    Lafların bittigi noktasın
    Umutla bekledim geri dönmeni

    Elimde değil seni çok seviyorum
    Rüzgar eser rahatlatır insanları
    Olamam bu aşksız

    Lafların bittigi noktasın
    Umutla gözledim yollarını

    alıntı
#18.12.2014 19:55 0 0 0
  • isimlerin anlamını biliyormusunuz - eroğlu isminin kökeni - eroğlu isminin analiziYiğit oğlu.

    Eroğlu İsminin Analizi

    Üzüntü ve sevinci bir arada yaşayan, inatçı, gerginlikleri olan, sıkıntılardan kurtulmak için mücadele eden bir kişilik enerjisi verir.

    Eroğlu İsminin Cinsiyeti

    Erkek

    Eroğlu İsminin Kökeni

    Türkçe

    Eroğlu İsminin İstatistikleri


    Eroğlu ismi Ülkemizde en fazla tercih edilen 2500 isim içerisinde bulunmayacak kadar nadir bir isim olup, kullanılma oranı 25.000 de 1 den az.

    Çocuğa Eroğlu İsmi Konulur Mu?

    Çocuğunuza Eroğlu isminin verilmesinde, Eroğlu isminin anlamı, kökeni veya söyleyişi konusunda herhangi bir sorun olmayıp rahatlıkla çocuğunuza Eroğlu ismini verebilirsiniz.

    Eroğlu İsmi Kuran’da Geçiyor Mu?

    Eroğlu ismi için yaptığımız araştırma sonucu Kuranı Kerimde geçmediği tespit edilmiştir.

    Eroğlu İsmi Caiz Mi?

    Yaptığımız araştırmalar sonucunda sonucunda Eroğlu isminin caiz olduğu tespit edilmiş olup rahatlıkla kullanabilirsiniz.

    alıntı
#18.12.2014 19:54 0 0 0
  • Konu: Gedirəm
    Bu qədərmiş bizimkisi gözəlim
    Burax daha indi mənim əllərim
    Kaş.yadımdan çıxsa idi gözlərin
    Çıxmlr ama, çıxarmağa yardım et
    Gözlərini al qəlbimdən,.sonra get

    Elə get ki, gedişini unudum,
    Bu sevgini yarpaqtəki qurudum.
    Sonra isə əllərimdə ovudum
    Bu sevgi də sona çatsln beləcə
    Əzab verməz bu gedişlə hər gecə..

    Ged-gedə azalar mənim dərdlərim
    Öyrəşər boşluğa mənim əllərim
    Boş ver can, quruyub mənim güllərim
    Gülləri düşünmə, çlx get ömrümdən
    Ömrümdən, günümdən hər saniyəmdən...

    Bəlkə beləcənə rahat yaşaram
    Həyatın qədrini mən anlayaram
    Ya da ki, özümü mən danlayaram
    Düşünmə bunları, çıx get yaxşısı
    Sən çəkmə mənimtək ürək ağrısı...

    Zamanla bəlkə də keçib gedəcək
    Ürək də içindən səni siləcək
    Bəllkə də ağrısız günüm keçəcək
    Keçməsə də günahkarı özüməm
    Gərək yenə birtəhərlə dözüm mən...

    Nəysə daha, nə danışıb nə deyim,
    Yəqin anlamadın mənim sözlərim
    Bağışla,kədərlidir sətirlərim
    Birazdan ağlarlar, bircə yaylıq ver
    Silsinlər, yaylığvı götür,yeri get

    alıntı
#18.12.2014 19:29 0 0 0
  • "Ümmü Əmmarə” adı ilə tanınan Nəsibə, Rəsulullah (s) dövrünün qəhrəman qadınlarındandı. O, Peyğəmbərin (s) bütün
    döyüşlərində, döyüşçülərə su vermək və yaralılara tibbi yardım göstərmək kimi işlərdə yaxından iştirak etmişdi. Ühüd döyüşü başlandığı gün çiyninə su tuluğu alıb Ühüd cəbhəsində susayan İslam döyüşçülərinə su verirdi. Maraqlısı budur ki, Ühüd döyüşünün sonunda müsəlmanlar (qənimət toplamağa başları qarışdığı üçün "Təll əynəyn”i əldən verib) məğlub olanda Nəsibə su tuluğunu kənara atıb özünü Peyğəmbərə (s) sipər edərək onu hər tərəfdən müdafiə edirdi. Peyğəmbər (s) buyururdu: "Hər tərəfə baxırdımsa, Nəsibənin məni qoruduğunu görürdüm”.
    O, axırda on üç yara aldı. Yaralardan biri onun çiynində idi. Yara o qədər dərin idi ki, onun müalicəsi bir il davam etdi və yeri ömrünün axırına qədər onun çiynində qaldı. Həzrət Peyğəmbər (s) müsəlmanlardan birinin əlində öz qalxanı ilə qaçdığını görüb ona buyurdu: "Qalxanı yerə at”.
    O, qalxanı yerə atdı. Nəsibə həmin qalxanı götürdü. Kafirlərdən biri gəlib ona qılınc zərbəsi endirdi. Ancaq o, qalxanla qılınc zərbəsini qaytardı və oğlu Əbdullahın köməyi ilə onu öldürdü. Nəsibə oğlu Əbdullahın qaçmaq istədiyini gördükdə onun qabağını kəsib dedi: "Hara qaçırsan? Allah və Onun Peyğəmbərindən (s) qaçırsan?”
    Onu meydana qaytardı və döyüşə davam etdi. Bir atlı gəlib Əbdullaha ağır yara vurdu. Nəsibə cəld tərpənərək ləngimədən oğlunun yarasını bağladı və dedi: "Qalx və döyüşdə süst olma”.
    Özü həmin atlıya hücum edib onu ayağından yaraladı. Peyğəmbər (s) qadının bu cür zirəkliyini müşahidə etdikdə elə güldü ki, Həzrətin (s) arxa dişləri göründü və buyurdu: "Afərin sənə! Yaxşı intiqam aldın”.
    Onun oğlu Əbdullah bu döyüşdə şəhid olsa da, Nəsibə sona qədər qılıncla və ox atmaqla Peyğəmbərin (s) canını qoruyurdu. Onun fədakarlığı elə bir həddə çatdı ki, Peyğəmbər (s) buyurdu: "Nəsibənin məqamı filankəslərin məqamından daha üstündür (Həzrətin (s) bu sözləri deməklə nifaq başçılarının (üç xəlifənin) qaçmalarına işarə edirdi)”.
    Hər halda Nəsibə Peyğəmbərə (s) ərz etdi: "Allahdan istə, Cənnətdə bizi səninlə bir yerdə qərar versin”.
    Peyğəmbər (s) həmin duanı buyurdu
    Nəsibənin digər övladlarından biri "Həbib” adlı şəxs idi. Peyğəmbər (s) onun vasitəsi ilə Musəyləmeyi-kəzzaba (yalandan peyğəmbərlik iddiası edən şəxsə) xəbər göndərdi. Bu qoçaq cavan Peyğəmbərin (s) xəbərini Musəyləməyə çatdıranda, Musəyləmə ona dedi: "Məhəmmədin (s) peyğəmbərliyini təsdiq edirsən?”
    O cavab verdi: "Bəli”.
    Musəyləmə ona dedi: "Mənim peyğəmbərliyimi təsdiq edirsənmi?”
    O cavab verdi: "Qulağım eşitmir”.
    Cihad bə`zi məsələlərə görə qadınlara vacib olmasa da, cəbhədə döyüşçülərə kömək etmək, məsələn; yaralıları daşımaq, onların yaralarını sarımaq, su vermək kimi işləri yerinə yetirmək, onların bacardıqları xidmətlərdəndir. Bu yolla onlar cihadda iştirak edə bilərlər. Aşağıdakı bir neçə nümunəyə diqqət yetirək:
    a) "Ümmü Sənan Əsləmiyyə” dilavər qadınlardan biri idi. O istəyirdi ki, həmişə İslam döyüşçüləri ilə birlikdə düşmənlə döyüşsün. Xeybər döyüşü zamanı Həzrət Rəsulullahın (s) hüzuruna gələrək ərz edir: "Çox istəyirəm sizinlə hərəkət edib yaralılara tibbi yardım göstərim, mücahidlərə kömək edim, onların əşyalarını qoruyum və susuzlara su verim”
    Peyğəmbər (s) ona icazə verir və buyurur: "Həyat yoldaşım Ümmü Sələmə ilə birlikdə gəlin”. O çox sevinərək bu işi yerinə yetirir.
    b) "Ümmü Əmmarə” də (yuxarıda qeyd olunduğu kimi) İslam döyüşçülərinə kömək etmək üçün cəbhəyə gedərdi.
    v) İmam Baqir (ə) buyurur: "Ühüd savaşında İmam Əli (ə) altımış yerdən yara almışdı. Peyğəmbər (s) "Ümmü Səlim” v
    "Ümmü Ətiyyə” adlı iki qadına İmam Əlinin (ə) bədənindəki yaralara dərman qoyub bağlamağı tapşırdı. Onlar yaraları bağlayarkən gördülər ki, yaraların çoxluğundan onları bağlamaq mümkün deyil. Çünki hər bir yaranı bağladıqda, onun yanında başqa bir yara görünürdü. Əhvalatı Peyğəmbərə (s) xəbər verdilər.
    q) Müfəzzəl deyir ki, İmam Sadiq (ə) buyurdu: "Həzrət İmam Mehdi (ə) ilə birlikdə on üç qadın da vardır”
    Ərz etdim: "Nə üçün?”
    Buyurdu: "Həzrət Rəsulullah (s) dövründə olduğu kimi bu qadınlar, yaralıları müalicə edib, xəstələrə tibbi yardım göstərərlər”.
    d) Həzrət Rəsulullahın (s) zamanındakı döyüşlərin çoxunda yaralılara tibbi yardım göstərməkdə, daşımaqda, onlara su verməkdə yaxından iştirak edən qadınlardan biri də Muəvvəz ibn Əfva`nın qızı Rəbiə idi.


    alıntı
#18.12.2014 19:27 0 0 0
  • Həsrətə döndükcə nazım gözümdə,
    Ünvanı sən oldun şerlərimin.
    Dilləndi gileyim, şirin sözümdə,
    Ünvanı sən oldun şerlərimin.

    Fələk bu sevdaya vurdu kor düyün,
    Göynəmi, ağrısı artdı günbəgün,
    Özüm də bilmirəm, bilmirəm neyçün
    Ünvanı sən oldun şerlərimin.

    Sevsəm də, bir dəfə gülmədi üzüm,
    Demə qismətimiz həsrətdi bizim,
    Getdin, yollarından çəkildi gözüm,
    Ünvanı sən oldun şerlərimin.

    İtdi həyatımın nizam, düzümü,
    Örtdü pərdə kimi həsrət gözümü,
    Elə aldatsam da özüm-özümü,
    Ünvanı sən oldun şerlərimin.

    Sənə yalvarmıram, qayıtmaq üçün,
    Könlümdə nisgili ovutmaq üçün,
    Səndən uzaq olub, unutmaq üçün
    Ünvanı sən oldun şerlərimin.

    alıntı
#18.12.2014 19:26 0 0 0
  • Əlvida gedirəm aglama bəsdi,
    Öz nəfsin yandirib kül etdi səni.
    Qəflətən ayrilig küləyi əsdi,
    Çətin ki, bir daha görərəm səni...

    Əlvida deyirəm sənli illərə ,
    Sevgimi məzara gömüb gedirəm.
    Nümunə olmadin gənc nəsillərə ,
    Islanmis şam kimi sönüb
    gedirəm...

    Əlvida ay mənim ilk məhəbbətim,
    Son dəfə alnindan öpmək istərəm.
    Səninlə yox oldu xoş səadətim,
    Qaralmis qanimi tökmək istərəm...

    Əlvida! Bir daha cixmam qarsina,
    Hər yerdə axtarib gəzərsən məni.
    Sevənlər dolanar hər gün başina,
    Sən isə kənardan süzərsən məni...

    Əlvida qəlbimin sağalmaz dərdi,
    İlk görüş yerimiz düşdü yadima.
    Ayriliq xəbəri nə pis xəbərdi,
    O,görüş yeri də çatmir dadima...

    alıntı
#18.12.2014 19:11 0 0 0
  • Düşünmə sevmirəm, çıxmısan yaddan,
    Qədrini az bildim ya da, anamdan,
    Sənin varlığındır məni yaşadan.
    Tanrı da olmasan, ucasan ata,
    Nə yaxşı gəlmisən, sən bu həyata.

    Uşaqkən səhv etdim, keçdin səhvimdən,
    Bezdirdim, yenə də bezmədin məndən,
    Ayları, illəri yedim ömründən.
    Tanrı da olmasan, ucasan ata,
    Nə yaxşı gəlmisən, sən bu həyata.

    Sən böyük bir dağsan, mən sənin kölgən,
    Sən xoşbəxt anlarsan, mənsə sevinən,
    Sən mənə verilən böyük vergisən.
    Tanrı da olmasan, ucasan ata,
    Nə yaxşı gəlmisən, sən bu həyata.

    Yaş gəlir yaş üstə, qocalırsan sən,
    Rahat ol nə qədər ömür sürərkən,
    Adını həmişə ucaldacam mən.
    Tanrı da olmasan, ucasan ata,
    Nə yaxşı gəlmisən, sən bu həyata..

    alıntı
#18.12.2014 19:04 0 0 0
  • Gözlərim gözünə həsrətdir nədən?
    Əllərim toxunmur əlinə sənin?!
    Görəsən yadına düşürəmmi mən?
    Heç adım gəlirmi dilinə sənin?

    Ağlaya bilmədi sen geden zaman,
    Bağışla nə olar,məni əzizim...
    Qorxdum ki göz yaşım yolu isladar,
    Yolundan edərəm səni əzizim...

    İndi bir göz yaşım,bir də ötənlər.
    Bundan ibarətdir nəyim vardısa,
    Nə sən qayıdacaqsan,nə də o günlər,
    Zaman da sənintək inadkardısa...

    Sən daniş,mən daha susacam gulum...
    Baxışım iz salar susduğum yerə.
    Bir gecə özümü asacam gülüm,
    Divardan şəklini asdığım yerə..

    alıntı
#18.12.2014 19:02 0 0 0
  • Ya Rəbb! Qapına gəldim, ölümlə gəldim… Əli boş, ürəyi qara, üzü qara gəldim.

    Dünya ovutdu məni, əyləndirdi. Müxtəlif zinətiylə özünə çəkdi. Mən də aldandım ona, unutdum Səni, unutdum özümü, unutdum öləcəyəmi… Amma bax indi ölüm gəldi, tapdı məni…

    Kimsə etmədi mənə özümün etdiyini. Mən kimsəni deyil, ancaq özümü aldatdım. Şeytana aldandım, nəfsimə aldandım. "Əbədi yaşayacaqsan!.." deyə özümü inandırdım. Sabaha dair nə planlar etdim, nə xülyalar qurdum. Ancaq bir axşam günəş qırmızı ətəklərini hələ çəkməmişdi ki, döyüldü qapım.

    Halbuki, hələ edəcək nə çox işim vardı, dadacaq nə qədər ləzzət, gəzəcək nə çox yer... Yığacaq nə qədər gözəllik vardı. Əlimdə nələr vardı, nələr… Amma heç biri çatmazdı. Gözüm həmişə başqalarınınkına baxırdı. Lakin gözüm indi öz etdiklərinə sabitləndi.

    Məgər nə qədər az yaxşılıq etmişəm, nə qədər də az başqalarını düşünmüşəm. Həyatımı nə qədər də qəflətlə keçirmişəm. Gəncliyimi, gümrahlığımı, gücümü, qüvvətimi, ağlımı, zəkamı nə qədər boş yerə hədər etmişəm. Artıq bunları düşünməyimin bir faydası yoxdur. Keçən keçir, gedən dönmür.

    Peşman olmaq istərdim, amma artıq onun da bir xeyri yoxdu Ölüm gəldi, həyat bitdi. Son pərdə endi və gerçək həyat başladı. Mənim yazdığım, arzusunu etdiyim, səhnəyə qoyduğum və indi izləyəcəyəm həyat!.. "Kaş ki"-si olmayan, gizlisi olmayan, dönüşü olmayan, qaralaması olmayan həyat!..

    Qapına gəldim, ölümlə gəldim… Öldüm və gəldim. Əli boş, ürəyi qara, üzü qara gəldim. Əfvinə gəldim, lütfünə gəldim, Sənə gəldim, Ya Rəbbim!

    alıntı
#18.12.2014 19:01 0 0 0
  • Səsləndim Qarabağ Duymadı Məni,
    Deyəsən Küsübdü cavab vermədi…
    Bağışla Qarabağ Bağışla Bizi,
    Vecinə olmamisan bizim millətin…

    Pul Verib əsgərlikdən qaçan oğullar,
    Atası məmur olan pullu “noğullar”..
    Onların Yerinə gedər kasıblar
    Bağışla Qarabağ bağışla bizi..

    Ancaq Özəl günlərdə Xatırlanarsan,
    Biz burda kef çəkərik, sən ağlayarsan.
    Erməni vəhşiləri tapdayar səni,
    Bağışla Qarabağ bağışla bizi…

    Hər kəsə atmıram təbii ki, sözü,
    Amma Atdıqlarım götürsün özü.
    Əsgərlikdən qaçana demirlər “KİŞİ!”.
    Bağışla Qarabağ bağışla bizi.

    alıntı
#18.12.2014 18:45 0 0 0
  • Qoç – münasibət üçün ideal tərəf Tərəzi bürcüdür.

    Buğa – Əqrəb bürcündən olanlarla yaxşı yola gedirlər.

    Əkizlər – ideal sevgili Qoç bürcündən olanlardır.

    Xərçəng – Şir bürcündən olanlarla uğurlu eşq həyatı yaşaya bilərlər.

    Şir – Əkizlər, Xərçəng və Oğlaq bürcündən olanlarla yaxşı yola gedirlər.

    Qız – Qarşı cinsin Əqrəb və Tərəzi bürcündən olan nümayəndələri ilə mehriban yaşayırlar.

    Tərəzi – Ən ideal seçiminiz Qoç və Xərçəng ola bilər.

    Əqrəb – Xərçəng və Qızlar sizi xoşbəxt edə bilər.

    Oxatan – Yalnız Oxatanla yola gedə bilər.

    Oğlaq – Buğa bürcündən olanlarla uğurlu sevgi həyatı gözləyir.

    Dolça – İdeal məhəbbətiniz Tərəzi ilə ola bilər.

    Balıqlar – Xərçənglə münasibətiniz yaxşı tutar.

    alıntı
#18.12.2014 18:43 0 0 0
  • Yuxarıdakı bəhslərdən aydın oldu ki, möminlərin bir-birlərinin üzərində vilayət haqqı var. Allah onlar üçün bu qanuni haqqı qərar vermişdir ki, bir-birlərinin əməllərinə nəzarət edib, məsuliyyət hissi daşısınlar.
    Amma münafiqlər "pisliyə çağırış” (əmr be münkər) və "yaxşılıqdan çəkindirmə” (nəhy əz məruf) vasitəsi ilə xalqın dini əsaslarına həmlə etdikləri üçün Allah onlara vilayət haqqı verməmişdir. Münafiqlərin vilayətə ehtiyacları da yoxdur. Çünki, vilayət qanuni bir haqdır və qanun heç bir cəmiyyətdə "münkərin əmrinə” icazə vermir. Münafiqlər möminlər kimi bir-birinə məhəbbət bəsləməzlər. Onlardan hər biri öz mənfəətini düşünür. Qurani-Kərimdə bu barədə buyurulmuşdur.

    "Təhsəbuhum cəmiən və qulubuhum şətta"

    Qurani-Kərim bu ayədə münafiqlər barəsində buyurur ki, siz onları müştərək bir cəbhədə yığışmış görərsiniz. Zahirdə onların arasında birlik, həmrəylik müşahidə olunur. Amma qəlbləri bir-birindən ayrıdır. Onlar ürəklərində bir-birinə yanmaz, məhəbbət bəsləməzlər. Hətta şəxsi mənafeləri təmin olmayanda bir-birini məhv etməkdən belə, çəkinməzlər. Çünki, hər kəs ancaq öz xeyrini düşünər.

    Bir yerə yığışıb təşkilat yaratmaq istəsələr və ya bəzi işlərdə birlikdə fəaliyyət göstərsələr də, həqiqətdə bunu öz mənafelərinə çatmaq xatirinə tələ olaraq qururlar. Bunların təşkilatında, birliyində hər hansı birinin şəxsi mənafeyinə qarşı problem meydana çıxarsa, hər şeyi alt-üst edib kənara çəkilərlər. Deməli, münafiqlərin bir-birinə məhəbbəti olmaz, əmr və nəhy etmək üçün də onlara qanuni qüdrət verilməmişdir.

    Münafiqlər ancaq batil işlərdə birləşib, batil əməllərdə iş birliyinə girərlər.

    alıntı
#17.12.2014 20:26 0 0 0
  • Məhəbbətim sönməz məşəl,yanır-yanir alovlanır ,
    Fikirlərim dinməz xəyal sən hardasan orda olur ,
    Ürəyimsə uca dağdır,döyündükcə səni anır ,
    Sevgimə bax əl çatmazdır,söylə varmı belə sevgi ...?

    Məcnun məndən geri qalıb,bu sevdanın yollarında
    Xüsusi bir yerin vardı sənin mənim həyatımda,
    Səni sevirəm bu sözləri hey deyəcəm son anımda,
    Çünki eşqim tükənməzdir söylə varmı belə sevgi ...?

    Nöqsan gəzmə gülüm məndə düz olubdu əhdim hər an
    Baxma mənə sən kənardan,yadlar təki gözəl canan,
    Lap yolunda bu canımı bil verərəm sənə qurban ,
    Sevgimə bax əl çatmazdı söylə varmı belə sevgi ...?

    Seymur Sönməz

    alıntı
#17.12.2014 20:23 0 0 0
#17.12.2014 20:15 0 0 0
  • Konu: Anam üçün
    Dünyaya gətirdin, böyütdün məni,
    Bu yolda zülmlər çox yordu səni.
    Bağışla telinə salmışam dəni,
    Bilirəm əziyyət, əzab vermişəm,
    Gör axı anama mən neyləmişəm.

    İlk dostum, sirdaşım oldun həyatda,
    Mələk tək dayandın mənim arxamda.
    Mənsə çox üzmüşəm səni vaxtında,
    Bilirəm əziyyət, əzab vermişəm,
    Gör axı anama mən neyləmişəm.

    Ömür keçdi, heyif sən tez qocaldın,
    Kaş mən uşaq, sən də gəlin olaydın.
    Nahaq mənə görə alovda yandın,
    Bilirəm əziyyət, əzab vermişəm,
    Gör axı anama mən neyləmişəm.

    alıntı
#17.12.2014 20:13 0 0 0
  • Kеçmiş ümmətlərin biri öz pеyğəmbərinin yanına gəlib tələb еtdi ki, onların arasından ölümün yox olması üçün dua еtsin.

    Pеyğəmbərin duası ilə Allah həmin qövmü ölümsüz еtdi. Bu minvalla bir müddət ötüb kеçdi. Əvvəlcə camaat vəziyyətdən çox razı idi.

    Amma illər ötdükdən sonra adamların sayı artdı. Yеr onlara darlıq еtməyə başladı, yеmək qıtlığı yarandı.

    Hеç kəs ölmədiyindən, camaat məcbur olurdu ki, nəinki ata-anasına, hətta baba-nənəsinə və ulu əcdadlarına da qulluq еləsin, onları dolandırsın.

    Bu vəziyyət camaatın işləməsinə manе olurdu.

    Insanlar axırda təngə gəlib, pеyğəmbərdən xahiş еtdilər ki, hər şеyin əvvəlki yеrinə qayıtması barədə dua еtsin.

    Pеyğəmbər dua еtdi və ölüm həmin qövmə qayıtdı

    [Məclisi, Biharül-ənvar, c.14, səh.463].

    alıntı
#17.12.2014 20:09 0 0 0
  • Konu: Məhəbbət
    Sirri bilinməyən bu sehr nədir,
    Niyə çıxmaq olmur cazibəsindən?
    Nə tufan qoparır, nə haray çəkir,
    Qulaqlar tutulur qəlbin səsindən!

    Təriflər deyilir, sözlər qoşulur,
    Dastan da yazılır hələ sevgiyə.
    Bəzən ömrü olur, müddəti olur,
    Onda nə ad verək belə sevgiyə?

    Kimi Məcnun olub düşür çöllərə
    Leylidən başqasın görmək istəmir.
    Kimi aciz olub düşür dillərə
    Sevginin yolunda ölmək istəmir.

    Toruna düşərsə doğru yalanın,
    Məhəbbət yarası dərində olar.
    Yaranıb yaşamaq haqqı olanın
    Həyatı kiminsə əlində olar!

    Kimin ki, qəlbində Allah eşqi var,
    Göylərə qaldırar məhəbbət onu.
    Nə vaxt ki, sevginin sirri açılar,
    Bəlkə də, ondadır dünyanın sonu.

    alıntı
#17.12.2014 20:06 0 0 0
  • Sayılı günləri çoxdu sadəcə,
    Boşuna yaşadın, boşa, sən ömrü.
    Özünə ha elə gəlin-göbək ol,
    Say da paşalardan-paşa, sən ömrü...

    Dərdini dərmanı çəkib apara,
    Olasan qurbanı, çəkib apara.
    Apara, sarbanı çəkib apara,
    Bir uzun karvana qoşasan ömrü...

    İtiyin ola da qəfil tapasan,
    Özünə şip-şirin dünya yapasan.
    Ya köhlən at ola minib çapasan,
    Yel kimi keçəsən, aşasan ömrü...

    Çəkmə, hər yetəni başa çəkmə sən,
    Sonra çiləsini boşa çəkmə sən.
    Əcəl şərbətitək başa çəkməsən,
    Dərd kimi çəkərsən başacan ömrü...

    Nə fərqi yasnandı, toynandı, bitdi,
    Bir cürə oyundu, oynandı, bitdi.
    Oğluna, qızına paylandı bitdi,
    Nə vardı özünə yaşasan ömrü..

    alıntı
#17.12.2014 20:04 0 0 0
  • Konu: Könlüm
    Qurtarmaq olmayır el qınağından,
    Ducar olmayasan qınağa, könlüm.
    Çoxları çıxanmır dost sınağından,
    Səni çox çəkiblər sınağa, könlüm.

    Dərdli söhbət açar sinə dağınnan,
    Oylaqları gəzən binə - dağınnan,
    Qalxanı gördünmü, enə dağınnan?..
    Dönübsən əzəldən yaylağa, könlüm.

    Keçən gün əlini üzür əlimnən,
    Gələn gün bezikir, bezir əlimnən,
    Ötən gün hələ də dözür ələmnən,
    Alışa bilmədin qılığa, könlüm.

    Eh!.. Ömür bənzəyir sarı yarpağa,
    Ağırlıq eyləyir yaşıl budağa,
    Tökülür torpağa, dönür torpağa,
    Dönəcəksən bir gün, torpağa, könlüm.

    Əbədi deyildir dünyada insan,
    Qalmayır heç kəsə nə şöhrət, ad-san,
    Bu qoca Sədiyə zənn ilə baxsan,
    Görərsən, bənzəyir qonağa, könlüm.

    alıntı
#17.12.2014 20:03 0 0 0