Yenə də ruhumu gəzdi bir duyğu...
Götür albomunu, mən deyim, sən yaz!
Bizim dünyamızda günah deyil bu -
Səninlə üz-üzə danışsaq bir az.
Götür albomunu, mən deyim, sən yaz!
Gecələr yalnızam mən yatağımda,
Bilirəm yalnızsan hələlik sən də.
Xəyalım dağılır yellər əsəndə,
Dalıb düşünürkən öz otağımda,
Gecələr yalnızam mən yatağımda.
Söylə, təbiətə uyğunmu, səncə
Keçdiyim yollarda qalmasın bir iz?..
Özünü anlayıb, duyan bir gəncə
Gülüncdür bu başısoyuqluq şəksiz;
Keçdiyim yollarda qalmasın bir iz?..
Bax, məni incidir, ağrıdır bəzən
Hər axşam bir evdə qonaq qalmağım:
Rəngində ölümün kölgəsi gəzən
Şübhəli qızlardan adres almağım;
Hər axşam bir evdə qonaq qalmağım...
Bağışla, sevgilim, açıq söylədim!
Gizli nöqtələrə əl aparma sən.
Sorma o qızları, sorma neylədim.
Həyatın içi üzü örtünür bəzən.
Gizli nöqtələrə əl aparma sən..
Həftənin ilk iş günü Azərbaycanda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 3-5 dərəcə isti, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu təşkil edəcək.
Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Səhər saatlarında duman olacaq. Şərq küləyi 5-10 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
Aran rayonlarında dekabrın 15-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Saniyədə 5-10 m/s sürətlə şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Tədqiqatçıların aşkar etdiyi yeni troyan virusu artıq bir neçə ildir Linux əməliyyat sistemi ilə işləyən və hökumət və korporasiyalarına məxsus kompüterləri virusa yoluxdurub. 45 ölkənin sistemi bu virusdan zərər çəkib.
Kasperski Laboratoriyasının məlumatına görə, proqram bundan əvvəl aşkar edilmiş Turla hücumunu təşkil etmiş həminki cinayətkarlar tərəfindən hazırlanıb. Ən azı dörd il ərzində virus hökumət və təhsil müəssisələri, səfirliklər, müdafiə qurumları, tədqiqat və əczaçılıq şirkətlərində quraşdırılmış sistemləri yoluxdurub.
Troyanın Linux versiyasını standart vasitələrlə aşkar etmək mümkün deyil. Virus yaradıcılarından müəyyən ardıcıllıqlı rəqəmlərdən ibarət xüsusi formalaşdırılmış paket qəbul edənədək fəaliyyətini büruzə vermir.
Proqram kompüterin bütün şəbəkə trafikini ələ keçirə və ixtiyari əmrləri icra edə bilər. Bu proqramı, hətta sistemin administratoru olmayan adi istifadəçi adından işə salmaq olar. Kasperski Laboratoriyaları mütəxəssisləri qeyd edirlər: troyalı beləliklə yazılmışdır ki, bütün onun imkanlarının üzə çıxardılması məqsədi ilə onun kodunu təhlil etmək olduqca problematikdir. Çıxarılmamışdır (istisna edilməmişdir) ki, Turla hücumunun Linux-elementinin aşkar edilməsi yeni, hələlik naməlum zərərverici proqramları, zəiflikləri və casus kampaniyalarını aşkar etməyə kömək edəcək.
Üzüyü hansı barmağınıza taxmağınız kimliyinizdən xəbər verir?
Aksesuarları sevən xanımların üstünlük verdiyi əşyalardan biri də üzükdür.
Qadınların üzüyü hansı barmaqlarına taxmalarından asılı olaraq, onların nə kimi xarakterə sahib olduğunu təqdim edir:
İşarə barmağında üzük – Bu barmağa üzüyün taxılması xanımın heç bir münasibətdə olmadığını göstərir. Bundan başqa, işarə barmağındakı üzük geyinilən libasa diqqət çəkmək üçün də ola bilər.
Baş barmaqda üzük – Belə qadınlar adətən sərbəstliyi sevən və hər hansı münasibətə başlamaq ərəfəsindədirlərsə, həmin əlaqəyə mütləq hörmət edilməsinin vacibliyini göstərənlərdir. Baş barmağına üzük taxan xanımlar, adətən qısamüddətli münasibətlərə üstünlük verirlər.
Orta və çeçələ barmaqda üzük – Belə qadınlar güvənilə bilən, istedadlı, sirr saxlamağı bacaran, nizam-intizamı sevənlərdir.
Adsız barmaqda üzük – Bu, xanımların nişanlı və ya ailəli olduğunu göstərir.
Biri olsa da,çox sevsə məni...
Hər şeydən,hər kəsdən qorusa məni,
Yalansız-dolansız saf məhəbbəti,
Hər kəs istər amma və ancaq....
Görəsən bu sevgiyə layiq olacaq
Zəmanə dəyişmir,dəyişən insan
Səmimi deyirəm sözümə inan,
Bu həyat sınaqdı deyib YARADAN
Sevgi sınağından qalib çıxacaq?!
Görəsən bu sevgiyə layiq olacaq
Sevgim hədiyyedir məni sevənə,
Könül istər vurula ürək gözələ,
Bilirəm,güvənmək olmaz hisslərə
Bəlkə yalanlar ilə qəlb sındıracaq...
Bilmirəm bu sevgiyə layiq olacaq?
"Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq yerlərini də bilir. Bunların hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır)” (Hud, 6).
Bir nəfərin gözəl bağı vardı. Öz bağını çox sevir, ona qulluq etməkdən zövq alırdı. Bağın çox hissəsini üzüm tənəkləri təşkil edirdi. Bu adam tənəkləri vaxtında budayar, dərmanlayar, məhsul zay olmasın deyə talvar düzəldərdi. Özü dindar idi. Hərdən balaca oğlu da oynaya-oynaya onun yanına gələr, gördüyü işi diqqətlə izləyər, bəzən sual verərdi. Verdiyi sualların bir qismi də belə olardı: "Ata, filan şeyi kim yaradıb?” "Filan şey kimindir?” Ata da bir qayda olaraq cavab verərdi: "Allah yaradıb, oğlum. Hər şeyi Allah yaradıb”. "Hər şey Allahındır, oğlum. Biz də Allahınıq, gördüyün hər şey Onundur, Amma bəzi şeyləri Allah yaradıb və bizə verib ki, istifadə edək”.
Bir gün ata yenə bağda işləyirdi. Hələ talvar düzəltməyə macal tapmadığı üzüm tənəklərindən birinə yaxınlaşanda gözlərinə inanmadı. Tənəkdəki iri üzüm salxımları pis gündə idi. Kimsə üzüm gilələrini qırıb yerə tökmüşdü. Tənəyin dibi yarı yeyilmiş üzüm gilələri ilə örtülmüşdü.
Adam çox qəzəbləndi. Hirsini saxlaya bilməyib qışqırdı: "Kim bu üzümləri zay eləyib? Əlimə keçsə, onun dərisini üzəcəyəm”. Səsə oğlu yaxınlaşdı. O da atasını qəzəbləndirən "günahkar”ın kim olmasını görmək istəyirdi. Axı, atası heç vaxt boş yerə hirslənmirdi.
Adam ətrafa boylandı. Bu işi edənin hansısa heyvan ya quş olduğunu anlamışdı. İndi onu tapmaq qalırdı. Qulağına qonşu tənəkdən xışıltı səsi gəldi. Yarpaqların xışıltısı idi. Adam yaxınlaşdı. Yarpaqları aralayıb baxdı. İki tısbağanı "cinayət üstündə” yaxalamışdı. Tısbağalardan biri artıq hənirti eşidib başını qınına soxmağa macal tapsa da, o biri hələ də qabaq ayaqlarını tənəyin gövdəsinə söykəyib dikəlmiş vəziyyətdə, torpağa dəyməsinə az qalan bir üzüm salxımının gilələrini yeməkdə idi.
- Aha, tapdım sizi, ay yaramazlar!
Adam yaxına gəlib, tısbağaları yerdən qaldırdı. İndi bunlara necə cəza versin ki, hirsi soyusun? Ağlına gələn ilk fikrə uyğun hərəkəti etdi: "Siz mənim bağımın altını üstünə çevirirsiniz. Mən də sizinlə eyni rəftarı edəcəyəm”. Tısbağaları arxası üstə torpağın üstünə qoydu. Bilirdi ki, tısbağa qını üstə qalanda çevrilə bilmir və ən köməksiz vəziyyətə düşür. Bu yolla onları bir müddət cəzalandırmaq istəyirdi. "Qoy, bir neçə saat belə qalsınlar, ağılları başlarına gəlsin. Aclıqdan üzülsünlər. Sonra yenə çevirib ayaqları üstə qoyaram”.
Adam iş-gücü ilə məşğul olmağa davam etdi. Axşam qəfil aldığı xəbərlə bağı buraxıb şəhərdəki evinə qayıtmalı oldu. Bir həftə evdə olması gərəkirdi.
Bir həftə keçdi. Yenə ailəsini toplayıb bağa qayıtdı. Ağaclardan, tənəklərdən ötrü darıxmışdı. Dərhal bağın içinə çıxdı. Oğlu da qaça-qaça ona yaxınlaşdı. İlk sualı da bu oldu:
- Ata, bəs bu bağ kimindir?
- Əlbəttə, Allahındır. Amma bizim ixtiyarımıza verib ki, biz onun məhsullarından yeyək. Ona görə biz bağa qulluq edirik ki, məhsulları zay olmasın. Axı, bu Allahın bizə əmanətidir.
Oğlu daha bir sual verdi:
- Bəs, arxası üstə çevirdiyin tısbağalar kimindir? Onları da Allah bu bağla birlikdə bizə əmanət verib?
Dünya atanın başına hərləndi. Tısbağaları əvvəlki vəziyyətinə qaytarmağı unutmuşdu! Bu vəziyyətdə onlar ölümə məhkum idilər. Arxası üstə qaldıqları müddətcə nə yeyə, nə də içə biləcək, acından öləcəkdilər. Həm də quşlar bu vəziyyətdə onların bədənini dimdikləri ilə didib parçalayacaqdı. Bu zavallılar da özlərini müdafiə edə bilməzlər."Aman Allah, mən nə etdim?”
Tısbağaları qoyduğu tərəfə qaçdı. Həmin yerin üzərində, torpağa yaxın hündürlükdə bir sərçə dolaşırdı. Fikrindən bu keçdi: "Yəqin tısbağalar acından ölüb. Bu sərçə də onların çürümüş bədənini yeyir”.
Yaxına gəldi. İlahi, bu nədir? Gördüyü mənzərədən donub qaldı. Tısbağalar ölməmişdi. Onları nə vəziyyətdə qoymuşdusa, eləcə qalmışdılar. Ayaqlarını, əllərini ahəstə tərpədir, boyunlarını o tərəf-bu tərəfə döndərirdilər. "Bəs, bir həftə nə yeyiblər? Necə olub ki, acından ölməyiblər?” Gözü sərçəyə sataşdı. Sərçə dimdiyində yarpaq qırıqlarını daşıyıb, tısbağaların ağzına qoyurdu! Adam dayə kimi tısbağaları bəsləyən sərçənin işi qarçısında heyrətdə idi. Yaxın gedib tısbağaları ayaqları üstə çevirdi. Yanında duran və mənzərəni səssizsə seyr edən oğlunun saçlarını tumarlayıb, bayaqkı sualın bir qədər gecikmiş cavabını verdi:
- Əlbəttə, bu tısbağalar da Allahındır, oğlum! Allahındır, buna heç şübhən olmasın!.
Bu qara dənəcik ölümdən başqa bütün xəstəliklərin dərmanıdır.
Müasir biolji təbabətdə də faydalı xüsusiyyətləri tam təsdiq olunan bitkilərdən biri qara zirədir. Demək olar ki, qara zirənin tərkibində insan orqanizmi üçün zəruri olan bütün maddələr var. Məhz bu zəngin tərkibinə görə onun orqanizmə müsbət təsirlərini saymaqla qurtarmaq olmaz.
Şəkərli diabet (ikinci tip) zamanı gün ərzində 2 qram qara zirədən istifadə etmək qanda şəkərin səviyyəsini aşağı salır.
Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün qara zirədən istifadə ən yaxşı vasitələrdən biridir.
Qara zirə göbələk və iltihab əleyhinə xassələrə malikdir.
Tənəffüs orqanları xəstəliklərində qara zirədən istifadə olunur.
Onun əsas faydalarından biri də cinsi fəaliyyətlə bağlı problemlərin aradan qaldırılmasında effektli vasitə kimi istifadə olunmasıdır. Belə ki, qara zirə cinsi fəallığı gücləndirir.
Xərçəng xəstəliklərinin profilaktikası üçün qara zirə olduqca faydalıdır.
Qara zirədən müntəzəm istifadə etmək dərini cavan saxlayır və dəridə sızanaqların, digər problemlərin yaranmasının qarşısını alır.
Bel, oynaq, diz ağrıları zamanı qara zirə xeyirlidir.
Sakitləşdirici təsirə malikdir, sinir sisteminə müsbət təsir göstərir.
Qaraciyərin, böyrəklərin fəaliyyətini yaxşılaşdırır.
Qara zirənin möcüzəvi faydalarından biri də immuniteti gücləndirməsi, bədənə gümrahlıq və enerji verməsidir.
O həmçinin görmə qabiliyyəti üçün də xeyirlidir.
Qara zirə qan laxtalanmasını tənzimləyir.
Sidikqovucu və ödqovucudur.
Orqanizmin sağlamlığını qaydasında saxlamaq üçün hər gün bir çay qaşığı qara zirə yağı içmək müsbət nəticə verir.
Bu yağ damarları təmizləyir və onların elastikliyini təmin edir.
Həmçinin qara zirə yağı həzmi yaxşılaşdırır, piylənmənin qarşısını alır.
Qara zirənin faydaları haqqında bu siyahını bir az da uzatmaq olar. Ancaq bu qədər yazı-pozudansa ondan istifadə edib faydasını görmək daha yaxşıdır. Odur ki, sağlamlığının qiymətini bilənlər qara zirədən istifadə etməyi unutmasınlar.
Nə üçün dünyanı yaradan haqqında fikirləşir və axtarış aparırıq?Biz insanların hamısının qəlbində (elmə məhəbbət) və varlıq aləmini tanımaq istəyi vardır
Bütün insanlar bilmək istəyirlər ki, öz kəhkaşanları ilə birgə ucsuz-bucaqsız asiman, öz gözəllikləri ilə geniş yer kürəsi, cürbəcür məxluqlar, gözəl quşlar, müxtəlif balıqlar, dənizlər, dağlar, güllər, çiçəklər, göyə ucalmış müxtəlif ağaclar və s. özü-özünə yaranmışdır, yoxsa bu rəsmlər mahir bir rəssamın əli ilə hazırlanmışdır?
Bundan əlavə, insanlar ücün hər şeydən əvvəl aşağıdakı üç sual irəli çıxır:Haradan gəlmişik? Haradayıq? Hara gedəcəyik?
Əgər biz bu üç suala cavab verə bilsək, görün, nə qədər xoşbəxt olarıq? Yəni, biz bu sualların cavabını tapmaqla həyatımızın haradan başlayıb, haraya gedəcəyini biləcəyik.
Hal-hazırda bizim vəzifəmiz nədir?
Bizim axtarıcı ruhumuz bizə belə deyir:
Bu sualların cavabını bilmək ücün gərək səbr edək.(Bir qədər gözləyək).Bəzən baş verən avtomabil qəzasında görürsən ki, bir nəfər yaralanaraq huşunu itirir. Onu müalicə etmək ücün xəstəxanaya aparırlar. Halı bir az özünə gəldikdə ətrafındakılardan soruşduğu ilk sual bu olur:
«Bura haradır? Nə üçün məni bura gətirmisiniz? Nə vaxt buradan çıxacağam?»
Bunlardan məlum olur ki, insan bu cür sualların qarşısında sakit qala bilməz.Deməli, bizi Allahı axtarıb, onu tanımağa vadar edən ilk şey öz axtarıcı ruhumuzdur.
2.Şükr etmə duyğusu
Təsəvvür edin ki, sizi gözəl bir qonaqlığa dəvət ediblər.
Məclisdə qonaqlar üçün hər ey hazırlanmışdır.
Siz bu qonaqlığa öz böyük qardaşınızın vasitəçiliyi ilə getdiyinizə görə, sözsüz ki, ev sahibini yaxşı tanımırsınız və bu ürəkaçan qonaqlığa daxil olduqda sizin ilk fikriniz ev sahibini tanıyıb, ona təşəkkür etməkdir.
Biz (insanlar) də yaranışın geniş süfrəsinə baxıb müxtəlif nemətləri öz ixtiyarımızda gördükdə özümüzdən asılı olmayaraq bu qədər neməti bizə verən varlığı tanımaq istəyirik.
Bilmək istəyirik ki, görən gözləri, eşidən qulaqları, lazımı qədər ağlı və düşüncəni kim vermiş, pak nemətləri bu geniş süfrəyə kim düzmüşdür? Kim onları xəlq etmişdir?
Düzdür, Onun bizim təşəkkürümüzə heç bir ehtiyacı yoxdur. Lakin təşəkkür etməyincə özümüzdə narahatçılıq və çatışmamazlıq hiss edirik.
Bunun özü insanların Allahı axtarıb, onu tanımağı üçün bir səbəbdir.
3. İsanların Allahı tanıma ilə bağlı olan xeyir və ziyanları.
Təsəvvür edin ki, bir səfərdərsiniz. Səfər zamanı dörd yol ayrıcına çatırsınız. Hamı deyir ki, bu dörd yol ayrıcında dayanmayın orada böyük təhlükələr vardır. Lakin bir dəstə deyir:
Ən yaxşı yol günçıxana tərəf gedən yoldur.
Başqa bir dəstə deyir:
Ən yaxşı yol günbatana tərəf gedən yoldur. Üçüncü dəstə bu iki dəstədən fərqli olaraq sizi ücüncü yolla getməyə dəvət edir.Hamısı da öz göstərdiyi yolun yaxşı və salamat yol olduğunu, səadət və xoşbəxtliyin məhz bu yolda olduğunu bildirir.Belə bir halda insan bu yollar barədə mütaliə edib axtarış aparmadan onlardan birini seçə bilərmi? Yaxud dörd yol ayrıcında durub, yolların heç biri ilə getməmək qərarına gələrmi? Yəqin ki, xeyr.Əksinə, ağıl və şüur belə hökm edir ki, insan tez bu yollar barədə axtarış aparıb, deyilən sözlərin hamısına diqqət etsin. Hansı yolun düzgün olduğunu bildikdə onu qəbul etsin. Xatircəmliklə o yolu seçərək irəli getsin.Bu dünyadakı vəziyyət də eyni ilə bu cürdür. Müxtəlif əqidə, məzhəb və dinlər hər biri insanı özünə dəvət edir.
Bizim taleyimizin, xoşbəxtlik və bədbəxtliyimizin, irəliləyib yaxud geriləməyimizin bu yola (seçdiyimiz yola) bağlılığı olduğundan məcbur oluruq ki, bu yollar barədə diqqətlə mütaliə edək.
Bizi təkamül və səadətə çatdıra bilən yolu seçək, bizi bədbəxtlik və fəsada tərəf yönəldən yoldan uzaq olaq.Bu məsələ də insanları dünyanın yaradanı barədə mütaliə və axtarışlar aparmağa vadar edən səbəblərdən biridir.
Qur`ani- Məcid bu barədə buyurur:
« (Ya Peyğəmbər!) Mənim sözümü (öyüd- nəsihəti) dinləyib, onun ən gözəlinə uyan bəndələrimə (Cənnəti) müjdə ver… » (Zumər, 18).
Fikirləşin və cavab verin.
1. Allahı tanıma barədə indiyədək ata-ananızdan (və ya başqalarından) eşitdiyinizdən əlavə özünüz heç bu barədə ciddi fikirləşmisinizmi?
2. Allahı axtarmaq ilə Allahı tanımağın fərqi nədir?
3. Allahla ünsiyyətdə olan zaman heç ruhani bir ləzzət hissi keçirmisinizmi?
Saçlar- kişi və ya qadın olmağından asılı olmayaraq,hər birimiz üçün çox vacib bir faktor olaraq, onların daimi olaraq sağlam, parlaq və möhkəm olması hər birimiz üçün çox önəmli bir məsələlərdən biridir.
Bu məqalədə sizə saçlar haqdə bəzi maraqlı faktları təqdim edirik:
Möhkəmliyinə görə saçları alümini metalı ilə müqayisə etmək olar, belə onlar 100-200 qr yüklənməyə davam gətirə bilirlər.
Saçlar hidroskopikliyə malikdirlər(onlar nəmi özünə hopdururlar),bu isə saç strukturuna əsaslanır.
Saçlar onları identifikator kimi istifadə edə biləcək bəzi maddələri qoruyub saxlaya bilirlər.
Saçların yaşama müddəti fərlidir: kişilərdə 2 il, qadınlarda 3-4 ilə qədər.
Kürən saçlar sayına görə az, lakin ən qalın saçlardır.
Ən çox saç sarı saçları olan insanlardadır.
İlk saçlar ana bətnindı olarkən yaranır, təxmini hamiləliyin 4-5 həftələrinə təsadüf edir.
Saçların uzanma sürəti orta hesabla gündə 0.4 mm təşkil edir.
Gündəlik olaraq insan 200 saç itirir.
Saçlar əsasən zülaldan təşkil olunub.
Saç soğanağının 3 həyat fazası var: anagen(inkişaf fazası), katagen(keçid fazası) və telogen(rahatlıq fazası).
Qadınlar keçəlləşməyə daha az meyillidirlər, belə ki, qadınların saç kökləri kişilərlə müqayisədə dəridə 2 mm daha dərində yerləşirlər.
İnsan dərisinin 95% - i tüklə örtülüdür.
Saçın sayı və qalınlığı genetik olaraq müəyyən olunur: sarı saçlı insanların başında orta hesabla qalınlığı 50 mikron olmaqla, 140000 saç, kürənlərdə 100 mikron olmaqla 80000 saç, şatenlərdə (şabalıdı saçlı adam) isə 75 mikron olmaqla 109000 saç təşkil edir.
Müxtəlif səbəblərə görə orta hesabla planetin 60-70% kişiləri və 30-40% qadınları saçlarının tökülməsindən əziyyət çəkirlər.
Saçlar 97% zülaldan, 3% isə sudan ibarətir.
Həyat boyu bir saç folikulundan təxmini 20 tük çıxır.
Saçları yumaq üçün ən optimal temperatur 35-40 dərəcədir.
Hər kirpik 100 gün yaşayır.
Saçlar hər gün daranmanı sevir. Daranma müxtəlif istiqamətlərdə olmaqla, ən azı 10-15 dəqiqə davam etməlidir ki, saçlarınız möhkəm, qalın və parlaq olsun.
Saçlarınız tökülürsə, ilk olaraq laborator analzilər vasitəsi ilə dəmirin səviyyəsini yoxlayın. Dəmir defisitli anemiya hemoqlobinin aşağı olmasından əsaslanır.
Digər vaxtlarla müqayisədə günün birinci yarısı və axşamlar saçlar daha çox uzanır.
Ən uzun saçlar 14-17 yaşlarda uzanır, sonra hər dəyişdikcə onlar daha qısa və daha nazik olur.
Normal saçlar təbii parlaqlığı və elastikliyi ilə seçirlirlər. Hər saçın xarici təbəqəsini təşkil edən keratin pulcuqlar, piy vəzilərinin ifraz olunma sekresiyası sayəsində əsassən bir-birinə sıx yapışaraq saçlara parlaqlıq verir və sağlam görkəmi təmin edir. Hətta bir neçə dəfə burulduqda da sınmayaraq əvvəlki vəziyyətini alır.
Saçların elastikliyi və parlaqlığınən asılı olduğu piy vəziləri, yaxşı işləmədikdə və az sekresiya ifraz etdikdə baş dərisi quru olur, onun üzərində qabıqlanan pulcuqlarl(kəpək) əmələ gəlir..