yeşil çayın prostata etkisi - prostat kanserinden korunmak için yeşil çay14 yıl boyunca sürdürülen incelemeye göre yeşil çay, prostat kanserine yakalanma riskini yüzde 48 oranında düşürüyor
JAPON Kamu Sağlık Merkezi uzmanları tarafından hazırlanan bir rapora göre, günde beş fincan yeşil çay içmek, prostat kanserine yakalanma riskini yüzde 48 oranında düşürüyor.
14 yıl boyunca sürdürülen incelemede 40 ve 69 yaş aralığında 49 bin 920 gönüllünün beslenme alışkanlıkları takip edildi.
Günde beş fincan yeşil çay tüketenlerde ileri seviyede prostat kanseri görme riski yüzde 50 azaldı.
Düzenli olarak yeşil çay içmenin prostat kanserine yakalanma riskini azaltabileceği belirlendi.
Japonya Sağlık Bakanlığından araştırmacılar, yeşil çayda bulunan kateçin maddesinin organizmada prostat kanserine neden olan etkenleri etkisiz hale getirebileceği varsayımından yola çıkarak ülke genelinde 12 yıl boyunca 40-69 yaşındaki 50 bin erkeği inceledi.
Günde 5 fincandan fazla yeşil çay içenlerin prostat kanserine yakalanma riskinin günde 1 fincanın altında yeşil çay içenlere göre daha az olduğu ortaya çıktı. Ancak, düzenli olarak yeşil çay tüketiminin prostat bezindeki kansere etkisi olmadığı belirtildi.
yeşil çayın faydaları nelerdir - kolesterol için yeşil çay - yeşil çayın idrar söktürücü özelliğiYüksek tansiyondan uykusuzluğa birçok sağlık sorununa karşı etkilidir. Günde 1-2 fincan yeşil çay vücudu zırh gibi korur.
-İdrar söktürücü özelliğinden dolayı kilo vermeye yardımcı olur.
-Diş çürümesini ve kemik erimesini engelliyor.
-Kolesterol ve yağ değerlerini iyileştirerek tansiyonu ve kan şekerini düzenler.
-Bakteriler ve grip virüsü ile savaşır.
-Stres, aşırı çalışma, huzursuzluk gibi nedenlerden kaynaklanan yorgunluğu ortadan kaldırır.
DERMATOLOJİ Uzmanı Doç. Dr. Emel Erdal yaşlanmayı durdurmanın imkansız olduğunu, ancak cildin erken yaşlanmasına neden olan etkenlerin bilinmesi halinde süreci geciktirmenin mümkün olduğunu söyledi.
Erdal, cildi erken yaşlandıran etkenleri, "Sigara, alkol, genetik yatkınlık, güneş, yetersiz beslenme, stres, uykusuzluk ve soğuk" olarak sıraladı.
Doç. Dr. Erdal şunları söyledi: "Yaz aylarında açık tene sahip kişiler güneşten daha fazla etkilendikleri için mutlaka korunmalıdır. Unutulmamalıdır uzun süre güneşe maruz kalmak, deri kanseri riskini de artırır.
Bir diğer önemli deri yaşlanması nedeni ise sigara ve alkol kullanımıdır. Günde beşten fazla ve 10 yıldan daha uzun süreli sigara içenlerde deri kırışıklıklarının daha erken ve derin olduğu gözlenmiştir.
Ayrıca kış aylarında deri kuruluğu artar. Kuru deri kolay yaşlanır. Dermatolog tavsiyesi ile yaşa uygun kozmetiklerin kullanımı ile deri yaşlılığı geciktirebilir.
Çin’de yoğun olarak tüketilen yeşil çay ve soyanın, içerdikleri fenol ve genistein maddeleri nedeniyle yaşlanmayı geciktirdiği de kanıtlanmıştır. Yeşil çay ve soyanın cildi genç tuttuğu, deri kanseri oluşumunu engellediği de bilinmektedir."
bitkilerin kullanımı - hastalıkların bitkisel tedavisi - bitkilerdeki şifaİnsanlık yaşamı, gezegenimizin bitki süsüne bürünmesiyle başlamasa da, anlam kazanmıştır. İnsanlığın en doğal ve vazgeçilmez yaşama alanı; arzın canlanarak bitki örtüsü süsüne bürünmesi ve canlı yaşamın başlayıp gelişmesidir.
Evrende şimdilik tek yeşil örtüsüne bürünmüş olan gezegenimizin "insan-hayvan ve bitki ilişkisi", oldukça anlamlı ve hikmetli kapalı bir sistem oluşturmaktadır. Bu insan amaçlı sistemde, "denge"yi bozan elbette insandır. İnsan, "insan merkezli" bir dünyayı kendi zararına tahrip etmekte, kazanma ve egemenlik tutkusuyla kendi bindiği dalı kesmektedir.
Bitkiler canımızın-canlılığın hayati özüdür. Bu nedenledir ki "şifalı "bitkiler" yerine "bitkilerin şifası"ndan söz etmek daha doğru olur. Her bitkide potansiyel olarak "şifa" mevcuttur. Ancak bunun keşfi, kullanımı ilaca dönüştürülmesi bilimin konusudur.
Bugünkü tıp, bir bilim dalı olmasına rağmen, bazı bilim dallarında olduğu gibi kutsallaştırılmış-yanlı yaklaşımlar içermektedir. Bunlar, tıbbi yöntemlerin dogmatik hale gelmesi, kar hırsı ve "bitkilerin şifası"nı görmezlikten gelme alışkanlığı ve araştırma konusu yapmamaktır.
Halbuki insanlık, tarih boyunca bitkilerle beslenmiş, "bitkilerin şifası"na baş vurmuş ve bitkilere dayalı tecrübesini biriktirmiştir.Bunu görmezlikten gelmeye kimsenin hakkı yoktur. İnsanlık tarihinde nice lokman hekimler mevcuttur.
Bugünkü tıp ilminin, "bilimsel yorumlar" ve "bilimsel kutsamalar"la abartılması ne kadar sakıncalı ise, "bitkisel tedavi", "doğal tıp" yahut "alternatif tıp" yaklaşımlarıyla bir tez- antitez çatışmasına yönelen "bilimsel yorumlar"da o kadar sakıncalıdır. Benzer hastalıklar ve kar hırsı bu alanda da ortaya çıkmıştır. "Bitkilerin şifası"nın gerçek anlamda ilmin konusu ve araştırma alanı olması kaçınılmazdır.
İnsanlığın bu "tecrübe birikimi", elbette tıbbı araştırmaların hipotezini oluşturacak zenginliktedir. İnsanlığın sağlığına ve gelişmesine ışık tutması gereken "tıp ilmi" bir bütündür, bağnazlıktan arınıp yansız bir şekilde gerçeği arama çabasını sürdürmelidir.
Bu da son görüş…
Çatdı nağılın sonu.
Beləcə
bitirdik bu oyunu.
Günlərimiz sevmək ilə ötüşdü,
indən belə
girmə mələk donuna.
Göydən üç alma düşdü
bu yarımçıq
şeirimizin sonuna
üç nöqtə kimi…
Sonbahar ovqatlı adamların
bir-bir çəkilib getdiyi
soyuq kafenin bir küncündə,
olumla ölümün tən ortasında
oturub.
Çəkdiyi siqaretlərin kötükləri
dərdlərinin altını körükləyir.
Ruhu tüstüyə dönüb
siqaretlərin canından çıxır…
Gözlərini bir nöqtəyə zilləyib
eləcə baxır
və
içir…
O nöqtənin arxasından,
kafenin qarşısından isə
gözəl bir qız keçir
Müasir dövrdə qаdın örpəyi kimi işlədilən “hicаb” kəlməsinin əsl mənаsı nədir? Hicаb kəlməsi həm örtmək (məsdər), həm də örtük və hicаb mənаsınа işlədilir ki, əksər hаllаrdа pərdə mənаsını dа ifаdə еdir.
Bu kəlmə оnа görə örtük məfhumunu çаtdırır ki, pərdə örtük vаsitəsidir. Lüğət bахımındаn hər örtük hicаb dеyildir o, örtüklər hicаb аdlаndırıla bilər ki, pərdə аrхаsındа qаlmаq mənаsını çаtdırsın. Ürək ilə qаrın bоşluğu аrаsındа оlаn pərdə də ərəb dilində “hicаb” аdlаndırılır.
Əmirəl-möminin əli (ə)-ın Mаlik əştərə yаzdığı göstərişdə buyurulur: “Fəlа tutəvvilənnə еhticаbəkə ən rəiyyətikə” “Cаmааtın аrаsındа оl, оnlаrın gözlərindən uzаqdа оlmа; Hicаb səni cаmааtdаn аyırmаsın, əksinə özünü cаmааtın görüşləri və təmаsı üçün göstər ki, zəiflər və biçаrələr öz еhtiyаclаrını və şikаyətlərini sənə çаtdırа bilsinlər, sən də işlərin gеdişаtındаn хəbərdаr оlаsаn.”
İbni Хəldun öz müqəddiməsində “Fəslun fil-hicаbi kəyfə yəqəu fid-düvəli və ənnəhu yəzumu indəl-hərəmi” bаşlıqlı fəsildə bəyаn еdir ki, “hökumətlər təşkil оlunаn ilk zаmаnlаrdа hаkimlərlə cаmааt аrаsındа hеç bir fаsilə yох idi. Lаkin tədriclə оnlаrlа cаmааt аrаsındа pərdə əmələ gəlib qаlınlаşmаğа bаşlаdı, nəhаyət хоşаgəlməz nəticələr vеrdi.” İbni Хəldun hicаb kəlməsini örtük yох, yаlnız pərdə mənаsındа işlətmişdir.
Hicаb kəlməsinin qаdının örpəyi bаrəsində işlədilməsi nisbətən yеni bir istilаhdır. Qədimdə, хüsusilə fəqihlərin istilаhındа örpək mənаsındа оlаn “sətr” sözündən istifаdə оlunurdu. Fəqihlər istər nаmаz, istərsə də nikаh məsələlərində bunа işаrə еdərək hicаb kəlməsindən dеyil, sətr kəlməsindən istifаdə еdirdilər.
İşlətdiyimiz “hicab” kəliməsinin ən məşhur mənаsı pərdədir. əgər örtük bаrəsində işlədilirsə, оndа qаdının pərdə аrхаsındа qаlmаsınа görədir. Bu iş də çохlаrının bədgümаn оlmаsınа səbəb оlmuş, İslаmın qаdını həmişə pərdə аrхаsındа həbs еdib хаrici mühitdən təcrid оlmаsını düşünməsinə gətirib çıхаrmışdır.Qаdınlаr üçün nəzərdə tutulаn örpək vəzifəsinin mənаsı о dеmək dеyildir ki, оnlаr еvdən çölə çıхmаsınlаr. Qаdının еvdə dustаq еdilməsi kimi bir məsələ İslаmdа ümumiyyətlə mövcud dеyildir. İrаn və Hindistаn kimi bəzi qədim ölkələrdə bеlə şеylər mövcud оlmuşdur, lаkin bunu hеç bir yоllа İslаmа аid еtmək оlmаz.
İslаmdа qаdın örpəyinin əsas şərti, qadının kişilərin yаnındа öz bədənini örtməsi, öz bədən üzvlərini digərlərindən gizlətməsidir. Qurаn аyələri də məhz bu mənаnı çаtdırır, fəqihlərin fətvаlаrı dа bu mətləbi qüvvətləndirir. Biz Qurаndаn və Pеyğəmbər (s) sünnəsindən istifаdə еdərək bu örtüyün bədəni hаnsı miqdаrdа əhаtə еtməsinin vаcibliyini təyin еdəcəyik. Bu məsələ ilə əlаqədаr оlаrаq istər mübаrək “Nur” surəsinin, istərsə də “əhzаb” surəsinin bəzi аyələrində qаdın örtüyünün, hаbеlə оnun kişilərlə ünsiyyətdə оlmаsının həddi-hüdudu bəyаn оlunmuş və bu mənаnın çаtdırılmаsındа hеç də hicаb kəlməsindən istifаdə еdilməmişdir. Qurаndа hicаb kəlməsinin işləndiyi аyə yаlnız Pеğəmbər (s)-in qаdınlаrınа аid оlаn аyədir.
Bildiyimiz kimi, Qurаni-kərim Pеyğəmbərin qаdınlаrı bаrəsində хüsusi göstərişlər vеrmişdir. İlk аyə оnlаrа хitаb еdərək buyurur: “Yа nisаən-Nəbiyyi, ləstunnə kəəhədin minən- nisаi” -Yəni: “Еy Pеyğmbərin qаdınlаrı, sizinlə sаir qаdınlаr аrаsındа fərq vаrdır.” İslаm bu məsələyə хüsusi diqqət yеtirmiş və buyurmuşdur ki, Pеyğəmbərin zövcələri istər оnun həyаtı dövründə, istərsə də vəfаtındаn sоnrа öz еvlərində qаlsınlаr.
Bu məsələ əsаs еtibаrı ilə оnlаrın ictimаi və siyаsi məsələlər qаrşısındаkı mövqеyini müəyyən еtmişdir. Qurаni-kərim аşkаr şəkildə Pеyğəmbərin qаdınlаrınа buyurur: “Vəqərnə fi buyutikunnə” -yəni “öz еvlərinizdə qаlın.” Burаdа sоn dərəcə dəqiq və zərif bir məsələ bəyаn оlunur: İslаm dini müsəlmаnlаr аrаsındа böyük hörmətə mаlik оlаn Ümmül-mömininləri öz yüksək еhtirаmlаrındаn sui-istifаdə еtməməyə, bəzi siyаsi və ictimаi məsələlərdə təхribаtçılаrın, fürsəttələblərin əlində vаsitəyə çеvrilməməyə çаğırmışdır.
Bildiyimiz kimi, möminlərin аnаlаrındаn biri оlаn Аyişə Аllаhın bu əmrini pоzаrаq İslаm аləmində çох хоşаgəlməz və аcınаcаqlı hаdisələr törətdi. Оnun özü sоnrаlаr çох təəssüflə dеyərdi ki, kаş mənim Pеyğəmbərdən çохlu övlаdlаrım оlub öləydi, lаkin bеlə bir hаdisəyə əl аtmаyаydım.
Pеyğəmbər zövcələrinin о həzrətin vəfаtındаn sоnrа yеnidən ərə gеtmələrinin qаdаğаn оlunmаsının səbəbi də, mənim nəzərimə görə, məhz bu məsələdir. Çünki, Pеyğəmbərin zövcələri sоnrаdаn ərə gеdəcəkləri təqdirdə, bu prоblеm qаrşıyа çıхаr və оnlаrın təzə ərləri еhtirаm və şöhrətlərindən sui-istifаdə еdib müəyyən hаdisələr törədə bilərdi.
Hicаb kəlməsi “əhzаb” surəsinin 54-cü аyəsində gətirilmişdir. Оrаdа buyurulur: “Və izа səəltumuhunnə mətаən fəs”əluhunnə min vərаi-hicаbin” -Yəni “əgər sizlərdən biri Pеyğəmbərin zövcələrindən müəyyən bir şеy istəsəniz, pərdə аrхаsındаn istəyin.” Tаriхdə və islаmi hədis mənbələrində “hicаb аyəsi” kəlməsi ilə rаstlаşırıqsа, məsələn, “hicаb аyəsinin nаzil оlmаsındаn əvvəl” və yа “hicаb аyəsi nаzil оlаndаn sоnrа” və sаir kimi sözlər dеyilirsə, Pеyğəmbərin zövcələri ilə əlаqədаr оlаn bu аyə nəzərdə tutulur. (“Səhihi-Müslüm”, 4-cü cild, 148-151-ci səhifələrə bаха bilərsiniz.) Bu kimi yеrlərdə məqsəd hеç də “Nur” surəsinin örpək hаqqındа söhbət аçıldığı аyələri оlmаmışdır. Bеlə ki, həmin surədə buyrulur: “Qul lil-mumininə yəğuzzu min əbsаrihim”, “qul lil-muminаti yəğzuznə min əbsаrihinnə”
Yахud “əhzаb” surəsinin аşаğıdаkı аyələri: “Yudniynə ələyhinnə min cəlаbiybihinnə.”
Аmmа sоn dövrlərdə fəqihlərin istilаhındа sətr və örtüyün hicаb və pərdə аrхаsındа оlmаq kəlməsi ilə dəyişdirməsinin səbəbi mənim üçün nаməlumdur. Bəlkə də оnlаr islаmi örtüyün sаir millətlərdə mövcud оlаn hicаblаrlа səhv düşməməsi üçün bеlə еtmişlər. Biz bu bаrədə sоnrаdаn söhbət еdəcəyik.
Ətraflı məlumata görə Şəhid Mütəhərrinin «Hicab» kitabına minnətdarıq!
— Sən kimsən?
+ Mən yaxçı oğlanam. Əlimdə təsbeh söybət həll edirəm.
— Sən kimsən bəs?
+ Mən cool ərgənlərdən. Əlimdə kitab Yer6da fırlanıram. Halbuki o kitabın mənasını bilmirəm. Məqsəd qız tutmaqdı.
— Bəs sən kimsən?
+ Hərşeydən narazı ölkədən qaçmaq istəyən biri. Mən ancaq qınayıram. Mübarizə aparmağa gəldikdə isə yox. Mənlik deyil. Mən siyasətə qarışmıram.
— Bəs sən?
+ Mən yolda gördüyüm hər qıza söz atan «oğlan». Başqa yerdə namusdan dəm vururam, amma günümü Malakan bağında keçirdib öz aləmimdə «babniklik» edirəm.
+ Sən bəs?
+ Çoxları belə oldu deyə məndə belə oldum. Nəm deyirlər guya cool olursan. Bilmirəm. Toyda kababdan basıb yeyirəm, amma sözdə heyvan haqqlarından dəm vururam.
+ Sən?
— Mən isə bu boyda insanın ağıllı və sağlam düşüncəyə malik olmasını istəyən bir yazıq. Millətinin bu vəziyyətinə baxıb, yanıb-tökülən yazıq. Qadına, qıza söz atan bəzi gənclikdən iyrənən yazıq. Mən buyam. Bu.
Günümüzdə istər kitablardan, istərsə də digər məlumat mənbələrindən təzə sıxılmış meyvə şirələrinin insan orqanizminə faydaları haqda çoxsaylı məlumatlarla tanış olmaq olur.
Zəifləmiş insan bədəni üçün ideal hesab olunan meyvə şirələri tərkibində olan vitaminlər və mikroelementlərlə orqanizmin inkişafına, bərpasına həmçinin təkmilləşməsinə imkan yaradır. Müalicədən əvvəl xəstələnmə zamanı hansının daha uyğun olmasını da həkimlə məsləhətləşmək pis olmaz.
İmmun sistemini möhkəmləndirən qarışıq şirələrdən yararlanmaq yaxşı nəticə verir. Həmin şirələrə şəkər çuğunduru, yerkökü, nar, limon şirələri daxildir.
Onkoloji xəstəliklər üçün əlavə olaraq profilaktik müalicə hesab olunan bu şirələr lazımi prosedurlara əməl etməklə tez bir zamanda güclü və effektiv təsir göstərər.
Əlavə hesab olunan bu profilaktik müalicə üçün 3 kq şəkər çuğundurunun, 3 kq yerkökünün, 2 kq nar və 2 kq limonun şirəsini çıxartmaq lazımdır.
Şirəni bankaya töküb ona 2 kq bal əlavə edildikdən sonra hazırlanan qarışıq soyuducuda qalmalıdır. Bir ay ərzində səhər və axşam kiçik bir stəkan içmək lazımdır.
İki həftəlik fasilədən sonra yenə də 1 ay qəbul etmək lazımlı hesab olunur. Bununla da yuxarıda deyilənlərə əməl etməklə ömür boyu onkoloji xəstəliklər üçün profilaktik müalicə almaq olar.
Zəkalı olmağın düsturunu çoxumuz bilirik. Lakin həyatın qanunauyğunluqlarına əsasən bəzi kəslər müxtəlif parametrlərdən bu mövzuya yanaşırlar.
Ümumiyyətlə zəkalı olmaq ilk növbədə yüksək insani keyfiyyətlərə sahib olmaqdan və həmin keyfiyyətləri qoruyub saxlamaqdan, inkişaf etdirməkdən keçir.
Necə deyərlər qalanı həyatın öz axarında həll yolunu tapır. Ancaq bəzi əlavələr var ki, internet mənbələrində xüsusi qeyd olunur. Məs: Zəkalı olmaq üçün düzgün qidalanmaq, zehni inkişaf etdirən oyunlar oynamaq və s.
Günümüzdə insanların bir qismi, zəkalı olmağı intellektual bilik və bacarıq tələb edən müxtəlif sınaq testlərinin nəticələri ilə ölçüllər.
Həmin testlərdə müvəffəqiyyət qazanmaq üçün çoxlu zəhmət çəkənlər gələcəkdə yüksək zəka sahibi olurlar. Sadalananlardan hər biri olduqca əhəmiyyətli və önəmli cəhətlər hesab olunur.
Sağlam düşüncə sahibi olan insanlarda problem həll etmə qabiliyyətləri daha çevik olur. Sağlam düşüncə üçün mövcud imkanlar olmalıdır.
Şəhərlilər kəndlilərə nisbətən daha zəkalı olurlar. Çünki, şəhərdə imkanlar daha genişdir.
Meditasiya zehni dinclik, düşünmə, öz dünyasına qapılıb irəlini planlama baxımından əhəmiyyətli hesab olunur. Araşdırmaçılara görə, yaddaş, diqqətlilik üçün meditasiyadan faydalanmaq olar. Məlumata görə bir elmi təcrübə göstərib ki, nizamlı gündəlik meditasiya serebral korteks hissələrinin ölçülərini böyüdə bilər.
Məlumatda bildirilir ki, dünyanın qabaqda gələn və irəlini düşünən təşkilatları, işçiləri üçün meditasiya dərsləri təqdim edir.
Beyin gimnastikası ilə məşğul olmaq insanın daha da zəkalı edir. Beyin, insan bədəninin bir çox qismi kimi, gücünü və canlılığını qorumaq üçün nizamlı məşqə ehtiyac duyur. Məşhur beyin gücləndirmə məşqləri arasında strategiya və söz oyunları, puzzle və s. əyləncəli məşğuliyyətlər var. Riyaziyyat və məntiq məsələləri həll etmə və ya müxtəlif krasvordlarla məşğul olmaq da olduqca faydalıdır. Müxtəlif layihələr hazırlamaq və ya problem həll etməkdə çevik düşünmə və problem həll etmə qabiliyyətini artırır.
Normal yuxu saatı insan beyinin yorulmaması və inkişafı üçün vacib amillərdən biri hesab olunur. Böyüklər üçün ümumiyyətlə 6 və ya 8 saat yuxu məsləhətdir.
Bədənə baxmaqda zəkalı olmaq üçün olduqca faydalıdır. Fiziki məşqlər bədəni gücləndirməyə və beyni qüvvətləndirməyə təsirlidir. Fiziki məşqlər həm də ruh sağlamlığı üçün əhəmiyyətli hesab olunur. Bu zaman qan axışında beyindəki oksigen və qlükoza səviyyəsi yüksəlir.
Düzgün qidalanmaq zəkalı olmağın əsas yollarından biri hesab olunur. Beyin sağlamlığı üçün bir çox qidalar var. Məsələn balıq yağı, yumurta, protein və tünd yaşıl tərəvəzlər beyin sağlamlığı üçün faydalı qidalara aid edilir. Yaşıl çay, bitki çayları və fındıq, qoz növləri də yaxşı beyin qidalandırıcıları hesab olunur.
Doğru qidalanmaq, lazımi qədər yuxu almaq, həm zehni həm fiziki məşqlər zamanı yaddaşı və bütün beyin funksiyasını inkişafına səbəb olur.
Məlumata görə 25-dən çox ölkədə metabolik balans proqramı tətbiq olunur.
Bu proqram vasitəsi ilə vahid sağlamlığa qovuşmaq artıq xəyal olmayacaq.
Qalıcı çəkiyə və daha gənc görünüşlü dəriyə sahib olmaq və təxminən bir aya kimi qısa bir müddətdə artıq çəkidən azad olmaq asan ola bilər.
Türkiyənin estetik sağlamlıq sahəsində fəaliyyət göstərdiyi bildirilən Dr. Əmrə bəy metabolik balans proqramı ilə həm də qalıcı çəkiyə malik olmağın mümkünlüyündən bəhs edib.
Yazın gəlməsi ilə əlaqədar artıq çəkidən xilas olmaq üçün bəzi insanlar şüurlu və ya şüursuz pəhriz proqramlarının tətbiqinə başlayır.
Onlardan gələn şikayətlərə görə itirilən çəkilər qısa müddətdə geri dönür. Bu dövr isə həm sağlamlığa həm də psixologiyaya mənfi təsir edə bilər.
Bu baxımdan həmin balans proqramı əhəmiyyətli hesab olunur.
Sözü gedən balans proqramında maddələr mübadiləsinin normal və sağlam işləməsi əsas götürülür. Məlumatda həmçinin bildirilir ki, insandan alınan qan nümunələrinin analiz edilməsi və Almaniyada metabolik balans laboratoriyasının qiymətləndirmə nəticələri sonda insanın metabolik xəritəsini çıxarıb.
Uyğun bir qidalanma proqramının hazırlandığını ifadə edən Dr. Əmrə bəy isə bu proqramda xüsusilə adamın sağlam bir immunitet sisteminə qovuşmasını təmin edəcək qidaların nələr olduğu, bədənin ehtiyac duyduğu enerjinin hansı yeməklərdən alınacağını izah edib.
Bu detallar göz önünə alınaraq hər adama xas olan bir proqram tətbiqi də faydalıdır.
Bu proqram sözün əsl mənasında lazımi proseduraları gözlənilməklə vaxtında və düzgün qəbul olunarsa artıq çəki probleminin həllini qısa müddətdə reallaşdıra bilər.
Sağlam bir həyat və orqanizm üçün güclü bir immunitet sistemi vacibdir. İmmun sistemi insan orqanizmini müxtəlif mənşəli infeksiyalardan (virus, bakteriya, mikrob, göbələk və s.) qoruyur. Daha sonra öz işini başa vuran yaxud zədələnən qocalmış hüceyrələri əvəz etməklə məşğul olur. İmmunitet sistemi zəiflədikdə onu dərhal stimullaşdırmaq lazımdır.
Ağır xəstəliklər zamanı immunitet sistemi aşağı düşdükdə stimulyatorlar lazım gəlir. Bundan əlavə siqareti buraxmaq, yaşıl yarpaqlı tərəvəzlərdən istifadə, gün ərzində azı 7 saat yatmaq, idman etmək və s. işlər immuniteti gücləndirir.
Qalan vaxtlardasa sağlam həyat tərzi və vitamin qəbul etmək yetərlidir. Qısası həyat tərzinin vacib elementlərinə riayət etməklə immunitet sistemini gücləndirmək olar. Məlumata görə stress və xəstəliklərlə mübarizə, ozon müalicəsi, detox proqramları və s. işlər də immunitetə yaxşı gəlir.
Məlumata görə romantik vəziyyət, sinir sistemi və immunitet sistemi arasında əlaqə var. Həyatla əlaqədar düşüncələr immunitet və hormonal sistem üzərində əhəmiyyətli təsirə malikdir. Xoşbəxt olduqda immunitet sitemimi daha yaxşı olur.
Sağlam bir immunitet sistemi üçün düzgün tərtib olunan gündəlik rejimə əməl etmək, maraqlı və şən həyat keçirmək, müsbət düşünmək və stressdən uzaq dayanmaq lazımdır. İmmunitet sisteminin güclənməsində istirahət və dinclik əhəmiyyətli hesab olunur.
Dinc və şüurlu bir həyat tərzi üçün zərərli işlərdən uzaq olmaq da olduqca vacibdir.
İmmunitet sisteminə qida çatışmazlığı, həddindən artıq şəkər istifadəsi, müxtəlif allergiyalar və s. səbəb olduğu bildirilir.
Bu baxımdan imkan daxilində xəstəliklərdən uzaq olmaq önəmlidir.
Verilən məlumata görə yay istilərində sərinləmək üçün üzə soyuq və ya buzlu su tökülməsi, üz nahiyəsində iflicin meydana gəlməsinə səbəb ola bilər.
Çünki, insan həmin vəziyyətdə tərli olur. Bu mövzu ilə əlaqədar fikirlərini bölüşən lor mütəxəssis Dr. Hasan Arkan bildirib ki, "Necə ki soyuq qış günlərində spa, hamam və saunada tərli çıxmaq üz iflicinə səbəb olursa, yay aylarında da tərli olaraq üzə buz kimi su tökmək eyni təsirə malikdir.
Bu baxımdan ani istilik dəyişikliklərinə məruz qalmaq riski yüksək olur. Onun sözlərinə görə üz iflici baxımından tərli olarkən qətiliklə baş və üz nahiyəsinə su tökmək olmaz.
Yaz və yay aylarında tərləmənin qaçınılmaz olduğunu bildirən Dr. Hasan Arkanın sözlərinə görə tərləmə bədənin istilik tarazlığını təmin etməsi üçün vacibdir.
Lakin başa su tökmənin isə çox qısa bir sərinlik təmin etdiyi məlumdur. Ona görə də böyük bir sağlamlıq riskinə girmək doğru deyil.
Həmin aylarda başlarını mütamadi isladanlar sinusit xəstəliyinə tutula bilərlər. Həmin xəstəliyə tutulanlar isə əsla başı açıq gəzməməlidirlər.
Saçları yaş olduqda isə dərhal qurutmalıdırlar. İsti havalarda kondisionerin sərinləşdirmə dərəcəsini mütləq azaltmaq lazımdır. Bundan əlavə çöldən gəlib tərli halda kondisionerin altında durmaq olmaz. Bu zaman bir az gözləmək və ya heç olmasa üzdə olan təri silmək və qurutmaq vacibdir.
Yaz aylarında kondisioneri 17-19 dərəcələrdə işlədən insanlar var. Bu doğru deyil. Kondisionerin ən uyğun dərəcəsi yay aylarında 24 dərəcə hesab olunur. Bu səviyyə bahar kimi bir sərinliyi təmin edir.
Həmçinin yuxarı tənəffüs yolları xəstəlikləri və üz iflici kimi bir çox xəstəlikdən insanı qorumağa kömək edir. Məlumata görə yaz-yay aylarında çox tərləməmək üçün kətan və ya pambıqlı geyimlər geyilməsi, şapka taxılması gərəklidir. Ən gözəl papaqların isə kətandan hazırlanan papaqlar olduğu bildirilir.
Çünki, kətan çox yaxşı hava alır və başın tərləməsini azaldır. Pambıqlı şapkalardan da seçim edilə bilər.
BBC-nin yaydığı məlumata görə qida qəbulundan 15 dəqiqə sonra gəzişmək və ya hərəkətdə olmaq faydalı hesab olunur.
Xüsusi ilə yaşlılarda olan şəkər xəstəliyinə müsbət təsir göstərir.
Bəzi şəxslərdə yeməkdən sonra qanda şəkərin miqdarının artması şəkər xəstəliyinin 2 tipinin riskli olmasına səbəb olur.
Məlumata görə ABŞ-ın Corc Vaşinqton Universiteti tərəfindən aparılan araşdırmada, yemək sonrası gəzintinin və aktivliyin qanda olan şəkərin miqdarını azaltdığı deyilir. Bu baxımdan yeməkdən sonra istirahətin zərərli olmasına diqqət yetirmək lazımdır.
Araşdırma nəticələrini qələmə aldığı bildirilən Loretta DiPietro'ya görə, yeməklərdən sonra qanda şəkərin sürətlə yüksəldiyi "riskli anlarda" qısa məşqlər etmək vacibdir. Həmçinin məlumatda bildirilir ki, gündə üç dəfə 15 dəqiqə gəzişmək əhəmiyyətlidir.
Tədqiqatın nəticələrinə görə gəzinti üçün ən yaxşı vaxt axşam yeməyindən sonrakı vaxtdır. Çünkü, axşam yeməyindən sonra qanda olan şəkərin miqdarı daha çox yüksəlir.
Artıq çəkidən azad olmaq proseduraları və lazımi məşqlər bu problemin həlli üçün ən yaxşı vasitə hesab olunur.
Dr. DiPietronun sözlərindən aydın olur ki, araşdırma nəticələrinin təsdiqi üçün geniş miqyasda işdər görmək gərəklidir.
Onuda qeyd etmək lazımdır ki, sözü gedən Amerikalı qrupun araşdırması yaşı 60-dan çox olan 10 adam üzərində aparılıb.
Məlumata görə eşitmə problemindən əziyyət çəkənlərin sayı düşünüldüyü kimi həddindən artıq az deyil.
Az inkişaf etmiş ölkələrdə isə digər ölkələrə nisbətən çox olduğu bildirilir.
Eşitmə bacarığının hamısını itirməmiş, qismən eşitmə itkisi yaşayan kəslərdə istifadə edilən EAS (Elektrik Akustik Stimullaşdırılma) metodu, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla eşitmə itkisinin qarşısını alır.
Verilən məlumatda eşitmə itkisinin əlamətlərinə davamlı olaraq danışmaların təkrar edilməsini istəmək, iki adamdan daha çox insanın danışmasını təqib etməkdə çətinlik çəkmək, televiziya ya da radionun səsini sonuna qədər açmaq, eşitmə sisteminə zərər verən dərmanlar almaq və s. aiddir.
Kiçik uşaqlarda tez-tez olan qulaq infeksiyaları müalicə edilmədiyi təqdirdə karlığa qədər gedə bilir.
Uşaq vaxtı yaşanan kiçik infeksiyalar irəlidə daha böyük problemlərə yol aça bilər.
İnkişaf etmiş ölkələrdə yaşı 4-dən az olan uşaqlara bilateral, yəni cüt tərəfli implant tətbiqi təklif edilir. Sinir toxumalarının zərər görməməsi, bütün koklear implant tətbiqlərinin tətbiqlərinin əhəmiyyətli olacağı deyilir.
Körpə əmməyə başlamadan əvvəl döş ucunun müxtəlif kremlər ilə təmizlənməsi körpənin döşü tutamamasına səbəb ola bilər. Döş təmizliyində ən doğru baxım ana südü ilə edilən baxımdır. Körpə əmərkən mühitin çox səsli və sıxlıq olması körpənin güc əmməsinə səbəb ola bilər.
Çox isti, möhkəm paltarlar yenə körpənin əmməsini mənfi təsir edən faktorlardır. Körpənin doymadığını düşünərək körpəyə əmzik ilə əlavə qida verilməsi, yalançı döşün şəkərli maddələrə batırılması körpənin əmmə istəyini böyük ölçüdə azalda bilər.
Ana südünü artırmaq üçün nələr ediləbiler?
Əmizdirən anaların öz və körpələrinin sağlamlıqları üçün bəslənməsinə çox diqqət göstərməsi lazımdır. Ana nizamlı və balanslı bir şəkildə qidalanmalıdır.
Ana südünü artırmaq üçün ən əhəmiyyətli yanaşma bol maye istehlak etməkdir. Bol su istehlak etməyə diqqət göstərilməli və suyun xaricində təzə meyvə suları da istehlak edilməlidir.
Paylarda ağırlıqlı olaraq yaşıl salat tərzi su nisbəti yüksək qidaların istehlak ana südünü artırmaq üçün faydalı olacaq.
Əmizdirən ananın stress və çətinliklərdən uzaq dayanması ana südünü artırmaq üçün təsirli olacaq. Çünki stress ana südünü azaldan əhəmiyyətli bir faktordur. Ana özünü nə qədər dinc və xoşbəxt hiss edirsə körpəsinə verdiyi südün nisbəti o cür artacaq.
Ana südünün əhəmiyyəti və diqqət edilməsi gərək olanlar
Həkimlər yeni doğulan körpələrin ilk altı ay ərzində ana südü ilə bəslənməsi gərək olduğunu tövsiyə edir. Yeni doğan körpələr üçün ana südü qızıl xüsusiyyətində bir qidadır. Ana südü hər hansı bir mikrob istehsal yaradmaz və bir xəstəliyə səbəb olmaz.
Ana südünün körpə üzərində faydaları
Ana südü alan körpələrdə infeksiya riski daha az olar.
Ana südü ilə bəslənən körpənin beyin inkişafı daha güclüdür.
İshal, allergik reaksiyalar və tənəffüs yolu ilə əlaqəli xəstəliklər ana südü alan körpələrdə daha az görülər.
Ana südünün anaya faydaları
Körpəsini öz südü ilə bəsləyən analarda;
Yumurtalıq xərçəngi
Osteoporoz
Döş xərçəngi
Qansızlıq riski daha azdır.
Yeni doğan körpə üçün ən xüsusi qida ana südüdür.
Ana südü hər zaman çox xüsusi bir qida qaynağıdır. Ana doğum etdiyi ilk bir həftə döşlərindən” kolestrum” olaraq adlandırılan bir maye gəlir və bu maye körpəni infeksiya riskinə qarşı qoruyur.
Ana südü ilə körpənin əmizdirilməsi
Ana körpəsini dünyaya gətirdiyi ilk saatlardan etibarən uyğun şərtlərdə və doğru bir şəkildə əmizdirməsi körpə üçün olduqca əhəmiyyətlidir. Əmizdirmə anında döşlərdə prolaktin və oksitosin adı verilən hormonlar ifraz olunar və bu hormonlar döşlərdəki südün boşalmasını təmin edər və yeni süd istehsalı üçün təzyiq tətbiq edər.
Körpəni doğru əmizdirə bilmək üçün ilk olaraq körpənin qucaq mövqeyinin doğru olması şərtdir. Ana körpəsini rahat edə biləcəyi bir şəkildə qucağına yatırmalı və körpənin rahat edəcəyi şəkildə əmizdirməyə başlamalıdır. Körpə bu şəkildə daha rahat və yorulmadan bəslənəcəkdir.
Əmizdirmə sıxlığı hansı aralıqda olmalıdır?
Yeni doğan bir körpə doğum reallaşdıqdan sonra, ən qısa müddətdə əmizdirilməlidir. Əmizdirmənin aralığı və sıxlığı körpəyə görə nizamlanmalıdır. Doğumdan dərhal sonra süd gəlməyə bilər. Südün nisbəti körpə əmdikcə artacaq. Körpəyə ilk 2 ay hər istədiyində ana südü verilməlidir.
Körpənin hər əmdiyində döşün bir dənəsi tamamilə boşaldılmalıdır. İkinci emişdə digər döş verilməlidir. Körpənin əmmə müddəti ümumiyyətlə 10 – 15 dəqiqə arasında dəyişə bilər. Bu dövr keçdikdən sonra körpənin qidalanması 2 – 3 saat aralıqlar ilə edilə bilər.
Ana südünün körpə üçün kafi olduğu necə aydın olar?
Körpənin kifayət qədər bəsləndiyi gün içində etdiyi sidiklə və kilo artımı ilə başa düşülə bilər. Körpə gün ərzində ən azı 5 dəfə sidiyini etməli və ayda ortalama olaraq ən azı yarım kilo almalıdır. Ancaq körpənin nəcisləmə sayı, narahatlığı və yuxu nizamı körpənin kilo almasını maneə törədə bilər. Bu kimi vəziyyətlərdə körpə üçün ana südü qeyri-kafi düşüncələri yersizdir.
Aparılan elmi araşdırmalar qəti olmasa belə hamiləlikdə saç rənqləmənin körpəyə hər hansı mənfi bir təsirini üzə çıxarmamışdır. Saç boyaları içində çox sayda kimyəvi maddə mövcuddur. Bunlar saç dərisindən əmilib qana qarışır. Bu səbəbdən bəzi həkimlər xəstələrinə ilk üç ayın sonunda saç rənqələdə biləcəklərini söyləyirlər. Amerika Qadın Doğum və Ginekolog Həkimlər Cəmiyyəti (ACOG) saç rənqləmənin hamiləlikdə təhlükəli olmadığını bildirmişdir. Ancaq məlumatların kafi olmadığı da əlavə olunmuşdur. Bu səbəblə ehtiyatlı olmaqda və ilk üç ayın sonunu gözləməkdə fayda var.
Hamiləlikdə tüklər alına və / və ya epilyasiya edilə bilərmi? Lazer epilyasiyasının təhlükəli vardırmı?
Hamilələrin bir qisimi hamiləlikdə tüklənmənin artdığından şikayət edir. Hamiləlikdə dəyişən hormonal tarazlığın səbəb olduğu bu tüklənmə artımı hamiləliyin başa çatması ilə xeyli azalsa da hamilədə kosmetik narahatlıqlar yaradır. Klassik üsulla tüklərin alınmasının zərərli olmadığı məlumdur.
Çox qədim bir keçmişi vardır və hamiləlikdə etibarlı olduğu məlumdur. Ancaq müxtəlif kimyəvi məhsullardan hazırlanmış tük tökücü kremlərin etibarlı olduğunu göstərən araşdırma yoxdur. Bu kremlərin tərkibindəki kimyəvi maddələr dəridən əmilərək qan dövranı və plasentaya keçə bilərlər. Bu səbəblə istifadəsi təhlükəsiz deyil.
Epilasiya üsulu isə lazer şüasıyla aparılır və bu şüa rentgen şüaları kimi toxumanın içinə nüfuz edə bilməz. Yəni edildiyi nöqtə üzərinə təsirlidir. Hamiləliyin ilk üç ayından sonra lazer epilasiyasının edilməsində qorxu yoxdur.
Körpələr ana bətnində çox erkən dövrd, 7-8 həftəlikkən soxulcana bənzər hərəkətlər edirlər. Bunlar ancaq ultrasəs vasitəsi ilə izlənilə bilir. Körpə çox kiçik olduğundan bunu hamilənin hiss etməsi mümkün deyil. Bu dövrdə qarında əksərən bağırsaq hərəkətləri hiss olunur. Ana namizədinin hiss etdiyi hərəkətlər isə 16-22-ci həftələr arasında başlayır. İlk hamiləliyini yaşayanlar bunu daha gec dərk edirlər. Çünki əvvəllər doğuma getmiş qadın bu hərəkəti daha tez tanıyacaq. Hamilələrin hiss etdikləri hərəkətlər təsvir edilərkən hərkəsdə fərqli görünür. Bəzi hamilələr səyirmələr deyə adlandırarkən bəziləri içindəkini tərpəniş və ya vurma olaraq ifadə edirlər. Xestelerimden biri bunu həyat yoldaşına təsvir edərkən belə demişdi; “Gözünü bağla, barmağını göz qapağının üstünə qoy. İndi gözünü hərəkət etdir, bax belə bir hissdir.”
Körpəm az hərəkət edir, qorxmalıyam?
Əslində körpələr ana bətnində yaşayan fərdlərdir. Doğulduqdan sonra davranışlarında fərqlilik göstərdikləri kimi ana bətnində də davranışları bir-birinə bənzəmir. Bəziləri çox hərəkətli, bəziləri isə daha dinc ola bilər. Hamiləlik dövrü hərəkətin kafiliyini qiymətləndirmək üçün çox əhəmiyyətlidir. İlk hiss olunmağa başladığı dövrlərdə hərəkətlər fasilələrlədir. Hamilələr bəzən bunu bir neçə gün hiss etməyə bilərlər. Ancaq 24-cü həftədən sonra bu vəziyyət dəyişir və xeyli qüvvətlənən körpə özünü artıq hər gün müəyyən bir ritimde hiss etdirir. 28-ci həftədən sonra bu vəziyyət daha da stabilləşir və hərəkət artıq körpənin şəxsiyyətidir. Bu dövrdə hərəkətlərin bir gündən çox hiss edilmədiyi halda həkimlə görüşmək zəruriləşir. 32-ci həftədən başlayaraq hərəkətlər can ağrıdıcı ola biləcək qədər güclənir. Bu ananı müşahidə edən həkim üçün körpənin sağlamlığını göstərən bir meyardır.
Hərəkətlər ananın daha az aktiv olduğu axşam saatlarında olur. Əslində gündüz də hərəkətlilik olur ancaq ana də hərəkət etdiyi üçün bunun çoxunu hiss etmir. Ayrıca ana qidlandığında, qan şəkəri yüksəlir və körpə də bunu hiss edərək reaksiya verər. Ananı həyəcanlandıran bir vəziyyət körpəyə də təsir edərək və onu da hərəkətləndirir.
Hərəkətləri sayarkən istirahət vəziyyətində olmaq vacibdir. Hiss edilən bütün hərəkətlər sayılır. Ancaq birləşmiş olanları tək saymaq lazımdır. On hərəkəti saymaq kifayətdir. Məsələn axşam yeməyindən sonrakı istirahətin iki saatı ərzində on dəfə hərəkət edən bir körpənin kefi yerindədir. Hamiləliyin son dövründə hərəkətlərdə azalma hiss edilməsi əhəmiyyətli bir tapıntıdır və hekimle paylaşılmalıdır. Bu bəzən pis bir hadisənin başlanğıcı ola bilər və erkən davranmaq həyat qurtarıcı ola bilər.
Ey əziz qardaş, əgər sirr saxlamaq istəyirsənsə, o zaman heç kəsin onu bilməsinə şərait yaratma! Hətta sənin ixlaslı dostun olsa belə! Çünli onun da sənin kimi dostları vardır.
Bəzi alimlər deyir: Sirr iki şey dən - dodaqdan və ya iki nəfər arasından kənara çıxarsa, yayılar.
Əmirəl-möminin (ə) buyurur:
"Sirr əsirindir, ifşa etsən əsri olacaqsan" ("Ğurarul-Hikəm" səh.320, 7416-cı hədis)